Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-130/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X36 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1992-ci ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışları olmaqda Təqsirləndirilən şəxs2 və şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxs kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 50,014 qram narkotik vasitə hesab olunan heroini, külli miqdarda, ümumi təmiz çəkisi 21,845 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr-in İ siyahısına daxil olan psixotrop maddə metafetamini və 0,331 qram narkotik vasitə hesab olunan tiryəki naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, küçə 25, bina 9-da yerləşən 26 nömrəli mənzilə gətirib gizlətməklə saxlamış, həmin külli miqdarda 50,014 qram çəkidə narkotik vasitə heroinin 10,661 qramını satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, sonuncu istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxsdən əldə etdiyi narkotik vasitə heroini satış məqsədilə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu satış məqsədilə əldə etdiyi bir ədəd bükümdə külli miqdarda 10,661 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, sonradan istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxs narkotik vasitə heroinin külli miqdarda 35,022 qramını və psixotrop maddə metafetaminin külli miqdarda 14,749 qramını satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, küçə 25, bina 9-da yerləşən 26 nömrəli mənzildə görüşüb ona vermiş, Təqsirləndirilən şəxs2 satış məqsədilə bir ədəd bükümdə əldə etdiyi külli miqdarda 35,022 qram çəkidə narkotik vasitə heroini və bir ədəd bükümdə külli miqdarda 14,749 qram çəkidə psixotrop maddə metafetamini üzərində qanunsuz daşıyaraq kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində gizlətməklə saxlamış, həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxx 2019cu il tarixdə saat 13:30-da ünvan 5 ünvanının qarşısında saxlanılmış, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumi təmiz çəkisi 10,661 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümündə, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd "Constant” markalı elektron tərəzi yaşadığı ünvan 5 ünvanında yerləşən 54 nömrəli mənzilin qonaq otağında yerləşən masanın üstündən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə, saat 17:45-də İbadlı Fariz Vidadi oğlunun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, külli miqdarda, narkotik vasitə heroinin qalan 35,022 qramı və 14,749 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metafetamin fərdi yaşayış evinin həyətyanı sahəsində olan hasarın kənarında torpağın altından 02 ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüşdür. İstintaq zamanı şəxsiyyəti müəyyən edilməklə iş üzrə ibtidai istintaq zamanı barəsində cinayət təqibinə xitam verilmiş digər şəxsin meyitinin aşkar edilməsi barədə xx xxx 2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən həmin gün saat 16:20-də həmin şəxsin yaşamış olduğu Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, küçə 25, bina 9-da yerləşən 26 nömrəli mənzilə keçirilmiş baxış zamanı həmin mənzilin qonaq otağında olan stolun üzərindən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, ümumi təmiz çəkisi 4,331 qram olan narkotik vasitə heroin şəffaf polietilen torbanın içərisində 04 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,794 qram psixotrop maddə metafetamin 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin izləri olan bir ədəd “X24” markalı elektron tərəzi, həmin mənzilin yataq otağından üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd “QC PASS 500g/0.1g” markalı elektron tərəzi, hamam otağından təmiz çəkisi 1,032 qram psixotrop maddə metafetamin bir ədəd şəffaf polietilen kəsiyi bükümdə, bundan başqa həmin gün saat 18:00-da Mikayıl Qənbərovun meyitinə baxış zamanı əynində olmuş gödəkçənin sol yan cibindən külli miqdarda, təmiz çəkisi 5,270 qram olan psixotrop maddə metafetamin 01 ədəd şəffaf polietilen kəsiyi bükümdə və təmiz çəkisi 0,331 qram olan narkotik vasitə tiryək 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mikayıl Qəmbərovun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, elə narkotik vasitələrin qəbuluna da Mikayıl vasitəsilə başlamışdır. Belə ki, o, Mikayıl Qənbərovu və Təqsirləndirilən şəxs2 uzun müddət idi ki, Cəlilabad şəhərindən tanımışdır. Mikayıl Bakı şəhəri Xətai rayonunda avtoyuma məntəqəsində işləmiş, o da hərdənbir onlara baş çəkməyə getmişdir. Mikayıl həmin avtoyuma məntəqəsində narkotik vasitələrdən istifadə etmişdir. 2018-ci ilin noyabr ayında o da sonuncularla birlikdə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Bundan sonra isə aludəçi olmuş, daha sonra mütəmadi olaraq Mikayıldan narkotik vasitələr və psixotrop maddələr almağa başlamışdır. Fariz Xırdalan şəhəri ərazisində yaşamış, bildiyi qədəri ilə Mikayıl da Xırdalan şəhəri ərazisində kirayədə yaşamışdır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Mikayılla əlaqə saxlayıb ondan təxminən 10 qram narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Onun özü Mikayılın harada yaşamasını bilməmişdir. Mikayıl onu Xirdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksi ilə üzbəüz olan “Bazar store” marketin qarşısına dəvət etmişdir. O, oraya getdikdə Mikayıl tək olmuş, tanımadığı taksidən enib Mikayıldan bir bükümdə təxminən 10 qram narkotik vasitə heroini alıb, əynində olan mavi rəngli şalvarın sağ yan cibinə qoyaraq yenidən taksiyə əyləşib oradan uzaqlaşmış və yaşadığı mənzilə getmişdir. Həmin zaman ailə üzvləri Cəlilabad rayonunda olduğu üçün mənzildə heç kim olmamış, heroini özündə olan elektron tərəzidə çəkərək çəkisinin 10 qramdan bir qədər çox olmasını müəyyən etmişdir. xx xxx 2019-cu il tarixdə, saat 13:30-da ünvan 6 ünvanın qarşısı ilə hərəkət edən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını soruşduqlarından o da özünü təqdim etmişdir. Polis əməkdaşları əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək hal şahidlərini təqdim etməklə narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif etmiş, o da üzərində olan narkotik vasitəni gizlətməyin mənası olmadığını anlayıb əynində olan mavi rəngli şalvarın sağ yan cibində olan bir ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm açılıb baxılan zaman onun daxilində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şalvarın sol yan cibində olan 50 manat pul və "Samsung J2” markalı mobil telefonu və 01 ədəd açarı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmiş və qablaşdırma özü və hal şahidləri tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş telefon və mənzil açarları polis əməkdaşları tərəfindən götürülmüş, 50 manat pul isə geri qaytarılmışdır. Daha sonra polis əməkdaşlarına yaşadığı ünvan 7 ünvanında narkotik vasitənin çəkisini müəyyən etmək üçün elektron tərəzi olmasını bildirmiş, daha sonra polis əməkdaşlarına yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin qonaq otağında olan masanın üzərində bir ədəd elektron tərəzi aşkar edilərək qablaşdırılmış və həmin qablaşdırma da onun və hal şahidlərinin imzaları ilə təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman o, tutulmazdan bir qədər əvvəl tanışı Təqsirləndirilən şəxs2 ona zəng edib görüşməyi təklif etdiyindən, onun isə görüşmək istəmədiyini bildirdiyindən Farizin onu polis əməkdaşlarına “satmış” ola biləcəyini düşünüb, qərəzli şəkildə həmin narkotik vasitəni bir gün əvvəl tanışı ”Fariz” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Polis əməkdaşları ona bu barədə təklif etdikdə, o, polis əməkdaşlarına Farizin ifşa edilməsində köməklik etməyə razılıq vermiş, buna görə də Farizə zəng vuraraq onun harada olması barədə soruşmuşdur. Fariz ona Neftçilər metrostansiyası yaxınlığında parkda olduğunu bildirdiyi zaman o, Farizlə görüşmək istədiyini bildirib onu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Oscar” şadlıq sarayının qarşına dəvət etmişdir. Daha sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə qeyd edilən ünvana yollanmışlar. Həmin ünvanda polis əməkdaşları Farizi saxlayıb özlərini təqdim etmiş və əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Baxış zamanı Farizin üzərindən narkotik vasitə aşkar edilməmiş, lakin Fariz polis əməkdaşlarına Mikayıl Qənbərov barəsində məlumat vermiş və tanışı Mikayılın ifşa edilməsi üçün razılıq vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Mikayılın kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinə yollanmışlar. Oraya getdikdən sonra o, özü aşağıda maşında gözləmiş, polis əməkdaşları isə Farizlə birlikdə bloka daxil olub əməliyyat keçirmişlər. Bir qədər gözlədikdən sonra polis əməkdaşları və Farizlə birlikdə binanın arxa hissəsinə yollanmışlar və yerdə uzanıqlı vəziyyətdə olan Mikayılı görmüşlər. Ətrafda olan şəxslər Mikayılın kənar müdaxilə olmadan özünü binadan aşağı atdığını bildirmişlər. Bundan sonra oraya daha çox polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları gəldikdən sonra onlar polis əməkdaşları ilə birlikdə oradan uzaqlaşmışlar. Bu zaman Fariz polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində Mikayılın tapşırığı ilə narkotik vasitə və psixotrop maddə gizlətdiyini və onu da təqdim edə biləcəyini bildirdiyindən, polis əməkdaşları hal şahidləri və onlarla birlikdə Farizin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Fariz mənzilə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etdikdən sonra Fariz yaşadığı evin sağ tərəfində yerləşən hasarın kənarında torpağın alt hissəsindən 02 ədəd büküm polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin birinin daxilində narkotik vasitə heroin digərinin daxilində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş 10,661 qram çəkidə narkotik vasitə heroini özünün şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 deyil Mikayıl Qənbərovdan əldə etmişdir. Polis əməkdaşları ondan soruşduqları zaman tutulmazdan bir qədər əvvəl tanışı Təqsirləndirilən şəxs2 ona zəng edib görüşməyi təklif etsə də, görüşmək istəmədiyini bildirdiyindən Farizin onu polis əməkdaşlarına “satmış” ola biləcəyini düşündüyündən, qərəzli şəkildə həmin narkotik vasitəni bir gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmişdir. Həqiqətdə isə o, xx.xx.2019-cu il tarixdə tanımadığı taksi sürücüsü ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bazarstore” adlanan marketin qarşısında Mikayılla görüşmüş, narkotik vasitəni əldə edib dərhal da taksi sürücüsü ilə yenidən geri qayıtdığını bildirmişdir. Həmin vaxt Mikayıla aldığı narkotik vasitənin hər qramına görə 30 manat pul vermişdir. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün əldə etmişdir. Əvvəllər az miqdarda istifadə etsə də, tutulmazdan təxminən 5-6 ay əvvəldən gündəlik istifadə dozasını artırmış, gün ərzində təxminən 1-2 qram narkotik vasitə heroin istifadə etmişdir. Yaşadığı mənzildən aşkar edilmiş tərəzini də narkotik vasitə qəbul edərkən dozasını müəyyən etmək üçün istifadə etmişdir. Onun özü səs rejissoru olmaqla, may ayında tələbələrin və şagirdlərin son zəng tədbirləri ərəfəsi olduğundan işi çox olmuş, hər dəfə narkotik vasitə almaq üçün getməyə də vaxtı olmamışdır. Bu səbəbdən Mikayıl Qənbərovdan külli miqdarda narkotik vasitə əldə etmişdir. Farizdən narkotik vasitə almamış və Farizə narkotik vasitə satmamışdır. O, heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilən narkotik vasitəni isə öz istifadəsi üçün Mikayıldan almışdır. Onun özü elə ilk dəfədən narkotik vasitəni Mikayıldan almış, daha sonradan da ancaq Mikayıldan əldə etmişdir. Narkotik vasitəni üzərində öz istifadəsi üçün saxlamış və buna görə də peşmançılıq çəkir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 71-74-cü vərəqlərində olmaqla xx.xx.2019-cu il tarixli onun şübhəli şəxs qismində dindirilməsinə dair protokol və cinayət işinin birinci cildinin 94- 97-ci vərəqlərində olmaqla xx.xx.2019-cu il tarixli onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol ona tanışdır, həmin protokolların hər bir vərəqinin sonunda, eləcə də protokolların sonunda “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, əlavəm və düzəlişim yoxdur, doğru olmasını imzamla təsdiq edirəm”, “ifadəmi oxudum sözlərimlə düzgün yazılıb, etdiyim əmələ görə peşmanam, başqa əılavəm yoxdur, düzgün olmasını imzamla təsdiq edirəm” və “imza Təqsirləndirilən şəxs1” əlyazma cümlələri, eləcə də adı qarşısındakı imzalar onun tərəfindən icra olunub, dindirilərkən müdafiəçisi iştirak edib. Həmin protokollarda qeyd olunan “Təxminən 2 aya yaxındır ki, Farizin tanışı Mikayıl vasitəsilə narkotik vasitə və psixotrop maddə əldə edərək onun satışı ilə məşğul olması barədə məlumatım oldu. Mən həmin maddələrdən istifadə etdiyim üçün bir neçə dəfə Farizdən Mikayıl vasitəsilə narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə etmişəm. Bəzi hallarda həmin maddələri nisyə alaraq pulu sonradan verirdim.”, “xx xxx 2019-cu il tarixdə Farizə zəng vuraraq ondan 10 qram narkotik vasitə heroin almaq istədiyimi bildirdim. Fariz də bu barədə Mikayıla deyəcəyini bildirdi. Bundan sonra xx xxx 2019-cu il tarixdə axşamüstü Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Misir parkı” adlanan ərazidə Farizlə görüşərək ondan bir qramı 30 manata olmaqla ümumilikdə 300 manat dəyərində 10 qram çəkidə bir büküm narkotik vasitə heroin aldım”, “Mən öz istifadəmdə olan ***-***-**-** saylı mobil nömrə ilə Farizin istifadəsində olan 55-712-84-47 saylı mobil nömrə ilə əlaqə saxlayırdım” məzmunda ifadə verdiyi, yəni Təqsirləndirilən şəxs2 vasitəsi ilə narkotik vasitə əldə etməsini bildirdiyi halda, hazırda narkotik vasitələri Mikayıldan birbaşa almış olmasını bildirməsi ilə yaranmış ziddiyyətlə bağlı hər hansı izah verməkdə çətinlik çəkir. xx xxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən saxlanıb Fariz barədə polis əməkdaşlarına bildirdikdən sonra, öz istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs2 zəng etmiş, Farizlə əlaqə saxlayaraq görüş təyin etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən özündə olan mobil telefonu içərisində olan sim kartla birlikdə götürülmüşdür. İstintaq materiallarına əsasən həmin telefon nömrəsinin xxxx mobil operatoruna məxsus ***-***-**-** nömrəsi olması ona aydındır. İş materiallarına əlavə edilmiş ***-***-**-** mobil telefon nömrəsindən çıxan sms məlumatlarından görünən xx-xx- 2019-cu il tarixdə 10:54:21-də ***-***-**-** nömrəsinə “Menem niyazi bu nomredryem”, xxxx-2019-cu il tarixdə 15:38:48-də ********** nömrəsinə “Menem niyazi bu nomredeyem”, xx-xx-2019-cu il tarixdə 22:31:22-də ***-***-**-** nömrəsinə “Axsamin xeyir necesen qaqa mende biraz p var onu komey ele erideyde qardaşımsan vereceyim var”, xx-xx-2019-cu il tarixdə 23:20:02-də ********** nömrəsinə “Azadin yandayam men pulumu ona verem lazm olanda alam oda ki duz adamdi pul oncun problem deyil deyir 4 ci gun verecem onda 1600 plum var dedyi vaxtda verir sabah yox biri gun verecey men sabah sene 300 zad bele vererem uje sabahdida biri gun qalaninda adina vuraram yada masinan yola salaram narahat olma”, xx-xx-2019-cu il tarixdə 13:47:45-də ********** nömrəsinə “Salam dayi necesen basva donerem kankret yalanci cixiram sabaha insallah 500 borc tapa bilsey isimi ela duzub qosacam uzaqi 3 gune qaytaracam o pulu belkede tez umudum sensende elimde hecne yoxdu deye pul tapa bilmeyecem lap cox gotrem deye zakas elemisem sabaha”, xx-xx-2019-cu il tarixdə 14:06:30-da ********** nömrəsinə “Renat ayin 22 sine kimi senen qalan pulu gozdeyrem ele edeyki aramizda hormetsizdiy olmasin o pul kenana catdir ayin 22 sine kimi sene zeng edecey mene”, xx-xx-2019-cu il tarixdə 21:40:06-da ********** nömrəsinə “380 manatdiq bir ele 280 manatdiq bir klent tapmisam elinde qalani duz 1 hefteye yox edecem”, xx-xx-2019-cu il tarixdə 21:54:43-də ********** nömrəsinə “8 57 bir ele 5 bir ele 10 da bir”, xx-xx-2019-cu il tarixdə 23:08:06-da ********** nömrəsinə “Qaqa onu 10 bi ele 5 bi 5 de bi varyoxun s**diyim teli sondurdu pulu vermedi onun qayfdb varyoxun s****cem wacapin olsaydi cekib atardim ona gore gecikdim”, xx-xx-2019-cu il tarixdə 23:08:58-də ********** nömrəsinə “Mende obwi 560 di” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Həmin smslərin məzmununda smsi yazan şəxsin özünü Niyazi olaraq təqdim etməsi, narkotik vasitələrin satışı və pulların ödənməsi ilə bağlı danışıqların aparılması ona aydındır. Həmin telefon nömrəsi qeyd olunan tarixlərdə onun istifadəsində olmuşdur. Onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olmuş sms məlumatlarından görünən xx-xx-2019-cu il tarixdə 14:50:41-da ***-***-**-** nömrəsindən “Qaqa borcdan sari narahat olma qetiyen.amanatdan qalib hele evde balam cani.axawam usdu xeqani var dosdum o verecey 40m.razide var alacagim alib verecem. qeti narahat olma. qaqa senun pulin mende batmaz arxayin ol”, 14:53:18-də “Niko tez ol biraz xeber de mene.cixim gelim”, 15:00:17-də “Qaga day xeber dede. bawdadun yene”, 15:14:44-də “Niko camat meni nefcilerde gozduyur.yeke oglansan sen durub o borca gore bele edirsen? senen dedim axi mal qalib hele. inanmisan dur gel bize bax.ayibdiye bele eleme.tupurum o pulaki.meni firradirsan sen beyagdan.alinir alinmir kankiret denen mene camata deyim ya getsin ya gozdesin”, 15:48:50-də “Niko soyugdan olduy day.mende burdayam nefcilerde.sen balovin cani biraz tez ok xeber de”, 16:33:35də “Niko telfoni acdenee ne oldi 2saatdi durmuwug nefcilerde.gedib gelmedun?mene bidene soz dedene”, 16:46:56-da “Niko meni camaatin yaninda pis vezyetde qoyma yeke oglansan.2saatdi maklerler baginda otumuwug.alinmirsa eybi yixdu.gelim pulin verim o sende qalan vare pati.0,15 goturum oni verim. buda uzagdan gelib eli bow qayitmasin. yeke oglansan. Sene kecen defe dedim telfoni ac bir kelme denen alinmirsa”, xx-xx-2019cu il tarixdə 17:05:14-də ***-***-**-** nömrəsindən “Niyazi mənəm mikayil telfoni ac”, xx-xx- 2019-cu il tarixdə 22:09:29-da ***-***-**-** nömrəsindən “Sebirli ol qaqa.qara koyney gotire bilmemiwem.meti gotirmiwem.gece getirecek qara koyney”, xx-xx-2019-cu il tarixdə 16:09:37-də ***-***-**-** nömrəsindən “NİYAZ MEN SENA HACANSA BELA SOZ DEMİWEMKİ OSMANA MAL ZAD VERMA .HEC BELA SOHBET OLUB BİZİM ARAMİZDA SEN ALLAH QAQAW” , xx-xx-2019-cu il tarixdə 20:20:38-də ***-***-**-** nömrəsindən “QAQA NEYLEDİN GOTUR ONAN GELDE EVE TEKEM SOBETMİZİ EDEY SORADA VER AXWAMLARDA PULUN GOTUR GOZLEYİREM SENİ”, xx-xx-2019-cu il tarixdə 16:35:20-də ***-***-**-** nömrəsindən “Niyas adamda tapmisam diyir getir men yerbeyer eliyecem yaxwida adamdi yeni narat olma”, xx-xx-2019 -cu il tarixdə 23:41:25-də ***-***-**-** nömrəsindən “NİYAZİ KAMİRAN DİYİR GETİRDE SARAYİN ARXASİNA APARİM YA YOX BİR VİZİF AT APARİMİ İKİ VİZİF AT APARMAYİMİ”, xx-xx-2019-cu il tarixdə 01:56:43-də ***-***-**-** nömrəsindən “BU NE HEREKEDYE LAZİM OLANDA SENE DUWMEY OLMUR QAQA GETDİM 28 DE VERDİM COX YAW İDİ DEYNİRDİ BİRAZ QURTDUM OLARDA SALAFANSİZ 4 6 GELDİ SALAFANLA İKİ İKDE PATİ GELDİ”, xx-xx-2019-cu il tarixdə 23:26:26-da ***-***-**-** nömrəsindən “Mene zeng vur gorum.neter deyursen nece deyirsen.sorada giruwey sene qara koyney almiwam onida oturum sene”, xx-xx-2019-cu il tarixdə 23:32:30-da ***-***-**-** nömrəsindən “Ae s***e sarima onun icin skim men sabah gedirem ble fayiza zada girmiwem men o uze pul aparm bi der azada vermiwem cxart karddan plu sabah plu ver men gunorta saat 1 de cxiram bakidan biri gune zada lazim dor nenkremki men o vaxda sabah men bir baw bakidan cxiram saat 1 de bir baw ora gedrem cxart karddan 2 min ver 10 denede tema var onida verm sene cxm gedim 3 gune gelecem”, xx-xx-2019 -cu il tarixdə 23:33:35-də ***-***-**-** nömrəsindən “Sabaha pulu ver men gedirem s**e sarima hami verib sennen bawqa bled”, xx-xx-2019-cu il tarixdə 23:33:57-də ***-***-**-** nömrəsindən “Senun bu hereketun olmayada ay niyazi.day ozin bilersen.kayfun duranda zeng vurisan sms yazisan.men boyda adam zenguve cavab verrem.men yiganda sen qoz qoymusan.ozun bilersen.men durub sene yalvaran doremki.oldi gecen xeyre.kanaldan cox kanal var goturmeye.gedib goturecem indi”, xx-xx-2019-cu il tarixdə 23:52:42-də ***-***-**-** nömrəsindən “Niko kk bidene butov getir.20m pul verrem 2 denede qara koyney verrem sene.yaxci?biraz tez gel aa ama.camaat gozduyur meni.bideki patini duz ele aa cekisin qaga.qapana atacaglar day problem yawanmasinda aramda bu uwaglarnan.tez ol biraz”, xx-xx-2019-cu il tarixdə 13:48:19-da ********** nömrəsindən “Sabah verecem pul axwam” , xx-xx-2019-cu il tarixdə 18:30:30-da ***-***-**-** nömrəsindən “Niko hardasan? gelirsen? niko oni 2 dene yari yari ele aa. bir yerde olmasin, bawa duwdun? gor birazda qardaw payi qoya bilersen mencun”, xx-xx-2019 -cu il tarixdə 18:59:57-də ***-***-**-** nömrəsindən “Yeke kiwisen ee bu ne hereketdi edirsen?sene deyirem camaat gozduyur bizde oturub.vezyetide pisdi.goturmeyede kanali var.qoymadim gedib gotursin sende bele edirsen.yeke kiwisen olmadi day.yigiwdirda bu hereketivi axiri kimse basib doyecek seni.bele elediyin ucun.kankiret soz dede.camat kefde dore olureee”, xx-xx-2019-cu il tarixdə 19:35:00-da ***-***-**-** nömrəsindən “Pulsuz sms atibsan,zeng vurdum cavab vermedun.o uwagi gozduyurem. deyir propkadiyam zabrat yolinda.gelirem.gelsin catsin goruwum.bu biri uwagi yola salmiwan. 20 maat var.o birilerin gozduyurem.narahat olma catan kimi deyecem sene geleceysen.ola bilsin bidenede pati lazim oldi yari”, xx-xx-2019-cu il tarixdə 22:03:05-də ***-***-**-** nömrəsindən “Mawinnansansa ge sende o terefe goruwun o uwagla orda menide goturersen qaydarig nefcilerde duwerem.pulida oturem sene.niko mene getirdiylerivin puli 65m nagd cibimdedi 20m indi goturrem.bide elave 45de goturmuwem uwagdan.pati götür usdunde verersen mene puli nagddi almiwan uwagdan uje.opwi mende125m var sene verecem”, xx-xx-2019-cu il tarixdə 12:58:36-da ********** nömrəsindən “Senun bu xasiyetun olmayada ay niyazi..adama bir xeber dede alinir alinmir.seni otirb gozduyum hecne bilmeden.1-2 adamim var oda cixsin elimden.pencere yari olacag”, xx-xx-2019-cu il tarixdə 16:34:38-də ********** nömrəsindən “Qaqa renat diyir menede uc koku yari pati”, xx-xx-2019-cu il tarixdə 22:05:02-də ********** nömrəsindən 1050 manatin hammisin cxart getir men bilmirem sizin kimi q*****lere ciriglara yaxwuliq yoxdr onnan sora agzuzu s***b gor bawuza ne oyun acacam darixmayun, xx-xx-2019-cu il tarixdə 22:05:21-də ********** nömrəsindən “Pulu getir hammisin ele bi gun yoxsa gelib o kasoyinda orda varyoxin s****cem”, xx-xx-2019-cu il tarixdə 22:23:23-də ********** nömrəsindən “Niko uwag gelir,60m pul.ne vaxta gelecen?gec gelersense ozum gelim deyim sene qaydim tez” xx-xx-2019 -cu il tarixdə 00:16:51-də ********** nömrəsindən “Niyazi mene bidene yari ver.pulum yoxdu indi saba gunorta verem pulun.evezine indi qirmizi sensir telfon vare onu verim qalsin saba yarinin pulun verib”, xx-xx-2019-cu il tarixdə 01:10:03-də ********** nömrəsindən “Niko men indiyekimi soyuw soymemiwem hec olana mala gore.varyoxin s***m sabah axwam ustune kimi,20matida verecem.elave 40m.borcumdan verecem.telfon qalsin sende.saba gotirem.olurem sen ogl.yeke oğlansan”, xx-xx-2019-cu il tarixdə 16:33:38-də ********** nömrəsindən “Aye 1050 ni getr” xx-xx-2019-cu il tarixdə 16:35:11-də ********** nömrəsindən “S**** menim beynimi bu bawimin xarab olan vaxdi pulu getir bax derem haa 1050 maat gelmese bu gun hee day o pulu goturen p*****rdi”, xx-xx-2019-cu il tarixdə 01:45:05-də ********** nömrəsindən “Niko hec kim bilmesin yanunda menem.bu nomrenide hec kime deme aa.mamamin nomresidi.niko xeqani gelsin bidene onu yola salda 20mat verecey sene.he yox de mene tez”, xx-xx-2019-cu il tarixdə 15:49:30-da ********** nömrəsindən “Kepeney tutan telfoni acdene bir.tez bazar 20mat vererdim sene.qonagim var vezyetde pisdi.bidene cavab de goruwey”, xx-xx-2019-cu il tarixdə 20:04:51-də ********** nömrəsindən “Nkyazi uc denede yari getir birdeki kamiranda 05 eskiy olub cekim atmiwdi”, xx-xx-2019-cu il tarixdə 23:10:48-də ********** nömrəsindən “Qaqa anardi qafarov 20 manat borcumnan duzeltmisem onu vererdim sene” məzmunlu smslərin yazılması ona aydındır. Həqiqətən də qeyd olunan tarixlərdə ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmaqla aktiv olmuş və başqa heç kim həmin nömrədən istifadə etməmişdir. Onun nömrəsinə sms yazmış şəxslərin kimliklərini hazırda nömrələri üzrə təyin edə bilmir. Smslərin məzmununda onunla əlaqə yaradan şəxslərin narkotik vasitə və psixotrop maddələri əldə etmək məqsədi ilə yazdıqlarının görünməsi ona aydındır, bununla onun özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasının aşkarlanması da ona aydındır. Özünü narkotik vasitələrin satışı ilə bağlı təqsirli bilməməsinə baxmayaraq, yuxarıda qeyd olunan smslərin məzmunundan bunun əksinin təsdiq olunmasını inkar etmir. İfadəsində üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2019cu il tarixdə tanımadığı taksi sürücüsü ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bazarstore” adlanan marketin qarşısında Mikayılla görüşüb, Mikayıldan aldığını bildirdiyi halda, istifadəsində olan ***-***-**-** telefon nömrəsi üzrə götürülərək iş materiallarına əlavə edilmiş telefon məlumatlarında, həmin tarixdə telefon nömrəsinin istifadədə olduğu anten dariləri çərçivəsində ümumiyyətlə Abşeron rayonunun olmadığı, yalnız Bakı şəhərinin Xətai, Nizami, Sabunçu və Nərimanov rayonları ərazilərində olması, faktiki olaraq xx xxx 2019-cu il tarixdə Mikayıldan narkotik vasitə aldığını bildirdiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olmamasının müəyyən edilməsi də ona aydındır. Bununla bağlı hazırda hər hansı izah verə bilmir. Təqsirləndirilən şəxs2 ilə tutulmasından təxminən 4-5 gün əvvəl görüşmüş, daha sonra isə Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamamış, onunla görüşməmişdir. Təqsirləndirilən şəxs2 ilə sonuncu dəfə saxlandığı xx.xx.2019-cu il tarixdən 4-5 gün əvvəl görüşdüyünü, daha sonra isə tutulanadək görüşmədiyini bildirdiyi halda iş materiallarına əlavə edilmiş telefon məlumatlarına əsasən hər ikisinin istifadəsində olmuş mobil telefon nömrələrinin xx.xx.2019-cu il tarixdə, saat 15:40:15-də ünvan 8 ünvanında yerləşən anten dairəsi əhatəsində olmaları, Təqsirləndirilən şəxs2 həmin gün günün başlanğıcından əksər hissəsini həmin anten dairəsində olması, özünün istifadəsində olan telefon nömrəsinin isə xx.xx.2019-cu il tarixdə saat 15.30-15.55 aralığında həmin anten dairəsi ərazisində olmasının müəyyən edilməsi ona aydındır. Qeyd olunan məlumatlarla onların həmin vaxt görüşmələrinin baş tutmasının müəyyən edilməsinə dair hər hansı izah verməkdə çətinlik çəkir. İstifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərdən onların hər ikisinə narkotik vasitələrin satışı ilə bağlı ***-***-**-** nömrəsindən smslər yazıldığı ona aydındır. Həmin şəxsin kimliyi barədə hazırda heçnə xatırlamır. İş materiallarına əlavə edilmiş istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərdən onunla Mikayıl Qənbərovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 20 dəfə qarşılıqlı telefon zənglərinin aparıldığı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 40 dəfə qarşılıqlı telefon zənglərinin müəyyən edildiyi ona aydındır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 54-57-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 11826 nömrəli rəyi ona tanışdır, həmin rəyə əsasən onun üzərindən götürülmüş heroinlə, Təqsirləndirilən şəxs2 evindən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqlarının müəyyən edilməsi ona aydındır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 123-127-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29139 saylı rəyi ona tanışdır, həmin rəyə əsasən ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, Mikayıl Qənbərovun yaşadığı evdən götürülmüş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqları, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə, X9 yaşadığı evdən götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqlarının müəyyən edilməsi ona aydındır. Son olaraq göstərdi ki, baş vermiş hadisələrdən və törətdiyi əməllərdən peşmandır. Anası ikinci qrup əlildir, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır və özü həbsdə olduğu müddətdə atası vəfat etmişdir. Göstərdiyi halları və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini nəzərə almaqla barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir və heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. X10 uzun müddətdir tanıyır, Mikayılla dostluq münasibətləri olmuş və Mikayıl ünvan 9 ünvanında kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs1 da tutulmazdan təxminən 5-6 ay əvvəl tanımış, Niyazi özü də narkotik vasitə istifadəçisi olmuşdur. Mikayıl bir müddətdir narkotik vasitələrin satışı ilə məşğul olmuş, əsasən “kakos” adlandırdıqları heroin və "şüşə”, “meti” və ”pati" deyə adlandırdıqları psixotrop maddə metafetamini satmışdır. Mikayılın narkotik vasitələri kimdən əldə etdiyini isə bilməmişdir. Lakin Mikayıl narkotik vasitələri əldə etdikdən sonra kirayədə yaşadığı mənzildə saxlamışdır. Bununla yanaşı onun özü də Mikayıldan narkotik vasitə almış, sonuncu dəfə aldığı narkotik vasitə təxminən 01 qram çəkidə heroin, 1,5 qram çəkidə isə psixotrop maddə metafetamin olmuşdur. Mikayıl narkotik vasitələr və psixotrop maddələri mənzilindən saxlamaqdan əlavə olaraq onların bir miqdarını ona vermişdir ki, həmin narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdə gizlədərək narkotik vasitələr və psixotrop maddələr üzərlərində aşkar edilməsin. Buna görə də Mikayıl tutulmamışdan bir neçə gün əvvəl iki ədəd sellofan bağlamada çəkisini dəqiq bilmədiyi miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin vermişdir ki, həmin maddələri müxtəlif yerlərdə gizlətsin. O da iki şəffaf bükümdə olan narkotik vasitəni və psixotrop maddəni yaşadığı ünvan 3 ünvanında fərdi yaşayış evin həyətində torpağın altında gizlətmişdir. Onun Mikayılla münasibəti yaxşı olduğu üçün Mikayıl özünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» Yaşayış kompleksi, küçə 25, ev 9, 26 saylı mənzilin açarlarının bir nüsxəsini də ona vermiş, o da hərdən bir Mikayılla birlikdə həmin mənzildə qalmışdır. Onun özü Niyaziyə heç vaxt narkotik vasitə verməmiş, Mikayıldan narkotik vasitələri Niyaziyə çatdırmamış, Niyazi özü narkotik vasitələri Mikayıl Qənbərovdan almışdır. xx xxx 2019-cu il tarixdə günorta saatlarında Niyazi ona zəng vuraraq harada olması barədə soruşduqda, o "Neftçilər” metrostansiyası yaxınlığında parkda olduğunu bildirmişdir. Niyazi onunla görüşmək istədiyini bildirib, onu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Oscar” şadlıq sarayının qarşına dəvət etdiyi üçün o, Niyazinin dediyi ünvana gedərək sonuncunu gözləmişdir. Bu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olduğu bildirərək, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində qanunsuz əşya olub-olmaması barədə ondan soruşduqda, o üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və bu zaman əynindəki şalvarın sağ cibindən özünə məxsus olan "Samsung” markalı mobil telefon və 65 manat pul, sol yan cibindən isə Mikayılın kirayədə yaşadığı mənzilin açarları aşkar edilmişdir. O narkotik vasitələri əslən Cəlilabad rayonu, Mikayıllı kəndindən olan X6 əldə etdiyini və üzərindən aşkar edilmiş açarların Mikayılın mənzilinin açarları olmasını bildirmişdir. Bundan sonra mənzilin açarları və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşlarına Mikayılın ifşa olunmasında köməklik etməyə razılıq vermiş, bundan sonra polis əməkdaşları ilə birlikdə Mikayılın kirayədə yaşadığı ünvan 10 ünvanına yollanmışlar. Bu zaman ona məlum olmuşdur ki, Niyazi də polis əməkdaşları tərəfindən saxlanılmış və Niyazinin üzərindən Mikayılın verdiyi narkotik vasitə aşkar edilmişdir. Həmin mənzilin qarşısına çatdıqda o mənzilin giriş qapısını döyüb Mikayılı səsləmiş və qapını açmasını xahiş etmişdir. Qapını açan olmadıqda o, polis əməkdaşlarının az əvvəl götürdükləri açarı ona verməsindən sonra həmin açarla qapını açmağa cəhd etmiş, lakin açar kilidə tam daxil olmadığı üçün qapını aça bilməmişdir. Bu zaman içəridən gələn səslərdən Mikayılın mənzildə olduğunu bilmişdir. Həmin vaxt polis əməkdaşlarından bir nəfər binanın arxa hissəsinə yollanmış, bir neçə dəqiqə sonra həmin polis əməkdaşı gələrək binanın arxa hissəsində bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu bildirdiyi üçün onlar həmin yerə gedərək yerdə uzanıqlı vəziyyətdə olan şəxsin Mikayıl olduğunu görmüş və Mikayılın öldüyünü bilmişdir. Daha sonra hadisə yerinə daha çox tanımadığı polis əməkdaşları və eləcə də təcili tibbi yardım maşını gəlmiş, onlar isə polis əməkdaşları ilə birlikdə oradan uzaqlaşmışlar. Hadisə yerindən uzaqlaşan zaman o, Mikayılın yaşadığı mənzilin açarlarını prokurorluq əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu əlavə sorğu-sual edərkən o, polis əməkdaşlarına yaşadığı evin həyatyanı sahəsində Mikayılın tapşırığı ilə bir gün əvvəl narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirərək, həmin gizlətdiyi qanunsuz maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinə yollanmış və o, mənzilə və həyatyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onlar evin həyətyanı sahəsinə daxil olmuş və o, yaşadığı evin sağ tərəfində yerləşən hasarın kənarında torpağın alt hissəsində gizlətdiyi birinin daxilində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metafetamin olan cəmi 02 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilsə də, mənzildə qanunsuz əşya və predmet aşkar edilməmiş, həyətyanı sahədə aşkar edilmiş bükümlər isə qabalaşdırılaraq möhürləndikdən sonra, qablaşdırmanın üzərinə o və hal şahidləri imza etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə BNMİ-yə yollanmışlar və orada onlara vəkil təqdim olunmaqla baş verənlər barədə protokol tərtib olunmuş və o, da həmin protokolun məzmununu imzası ilə təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, O narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Polis əməkdaşları onu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oscar” şadlıq sarayının yanında saxlamışlar. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 50-ci vərəqində olan xx xxx 2019-cu il tarixli əlyazma izahatı ona tanışdır, həmin izahat onun tərəfindən öz əlyazması ilə yazılmışdır, İbadlı qrafasının qarşısındakı imza ona məxsusdur. Həmin izahatın məzmununda Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitəni onun Niyaziyə bir gün əvvəl satmış olduğunu bildirməsi ona aydındır, hazırda məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitəni ondan yox Mikayıl Qənbərovdan əldə etmiş olmasına dair göstərdiyi halla izahatında qeyd olunan hal arasında olan ziddiyəti izah etməkdə çətinlik çəkir. Qeyd olunan izahat ondan alınarkən müdafiəçisi iştirak etmişdir. İş üzrə ibtidai istintaq zamanı Abşeron rayon prokurorunun köməkçisi tərəfindən xx.xx.2019-cu il tarixdə dindirilmiş şahid X25 ifadəsindən həmin şəxsin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksi 25-ci küçəsində yerləşən 9 nömrəli binanın 26-cı mənzilin, yəni iş materiallarından müəyyən edildiyi kimi Mikayıl Qənbərovun yaşadığı və narkotik vasitə və psixotrop maddə saxladığı mənzilin mülkiyyətçisi olması, həmin şəxsin ifadəsində qeyd olunan mənzili 2019-cu ilin aprel ayının 10-dan sonra ev alqı-satqısı ilə məşğul olan Aqil adlı şəxs vasitəsilə Fariz adlı bir nəfərin kirayə götürdüyünü bildirməsi ona aydındır. Mikayıl Qənbərovun cinayət əməllərini törətməsini bildiyi və həmin mənzildən narkotik vasitələrin saxlanması üçün istifadə edəcəyini bildiyi halda, özünün isə Mikayıl Qənbərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir cinayət əməlini törətmədiyini bildirdiyi halda nə üçün qeyd olunan mənzilin onun tərəfindən kirayəyə götürüldüyünü izah etməkdə çətinlik çəkir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 54-57-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 11826 nömrəli rəyi ona tanışdır, həmin rəyə əsasən onun üzərindən götürülmüş heroinlə, Təqsirləndirilən şəxs2 evindən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqlarının müəyyən edilməsi ona aydındır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 123-127-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29139 saylı rəyi və məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29139 saylı rəyi ona tanışdır, həmin rəylərə əsasən Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, Mikayıl Qənbərovun yaşadığı evdən və onun yaşadığı evdən götürülmüş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqları, onun yaşadığı evdən götürülmüş psixotrop maddə metafetaminlə, X9 yaşadığı evdən və paltarından aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlərin xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eyni olmaları ona aydındır. Üzərinə baxış keçirilərkən üstündə narkotik vasitə olmamış, yaşadığı evdə saxladığı narkotik vasitə və psixotrop maddəni özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Niyaziyə heç vaxt narkotik vasitə satmamış, sonuncunun belə bir cinayət əməli törədib-tərətməməsindən məlumatsızdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Mikayıl ona özünün istifadəsi üçün alarkən narkotik vasitə heroinin bir qramını 25 manata, psixotrop maddə metafetaminin bir qramını 60-65 manata satmışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 82-85-ci vərəqlərində olmaqla xx.xx.2019-cu il tarixli onun şübhəli şəxs qismində dindirilməsinə dair protokol və cinayət işinin birinci cildinin 107-110-cu vərəqlərində olmaqla xx.xx.2019-cu il tarixli onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol ona tanışdır, həmin protokolların hər bir vərəqinin sonunda, eləcə də protokolların sonunda “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, əlavəm və düzəlişim yoxdur, doğru olmasını imzamla təsdiq edirəm”, “ifadəmi oxudum sözlərimlə düzgün yazılıb, Mikayıl və Niyazi ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğum üçün peşmanam, başqa əılavəm yoxdur, düzgün olmasını imzamla təsdiq edirəm” və “imza Təqsirləndirilən şəxs2” əlyazma cümlələri, eləcə də adı qarşısındakı imzalar onun tərəfindən icra olunub, dindirilərkən müdafiəçisi iştirak edib. Həmin protokolların məzmununda qeyd olunan “Təxminən bir neçə aydır ki, Mikayıl bir neçə aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olurdu. Mikayıl əsasən kokos adlandırdığımız heroin və şüşə, meti və pati adlandırdığımız metafetaminin satışı ilə məşğul olurdu. Mən əvvəllər Mikayılla birlikdə bu işlə məşğul olmasam da sonradan mən də Mikayılla birlikdə bu işlə məşğul olmağa başladım. Belə ki, Mikayıl narkotik vasitə heroinin bir qramını 25 manata, psixotrop maddə metafetaminin bir qramını 60-65 manata verirdi. Mən də həmin narkotik vasitələri müvafiq olaraq 30 və 70 manata satıb qazanc əldə edirdim. Mikayıl qeyd etdiyim narkotik vasitələri mənə nisyə verirdi. Mən satdıqdan sonra narkotik vasitələrin pulunu Mikayıla ödəyirdim. Mikayılın narkotik vasitələri kimdən əldə etdiyini bilmirdim. Lakin o narkotik vasitələri kirayədə yaşadığı mənzildə saxlayırdı. Mikayıl bundan əlavə narkotik vasitələrdən və psixotrop maddələrdən bir miqdarını mənə verirdi ki, həmin narkotik vasitələri və psixotrop maddələri gizlədim ki, əgər hər hansı birimiz tutulsaq o zaman bütün narkotik vasitələr və psixotrop maddələr üzərimizdən aşkar edilməsin. Buna görə də Mikayılın mənə gizlədilməsi üçün verdiyi təxminən 35 qram narkoptik vasitə heroini və 15 qrama yaxın psixotrop maddə metafetamini yaşadığım ünvan 3 ünvanmda yerləşən fərdi yaşayış evinin həyətində torpağın altında gizlətmişdim. Mikayıl bəzi hallarda narkotik vasitələri mənə verirdi və hansı müştəriyə çatdırmalı olduğumu da o bildirirdi. Belə hal olduqda Mikayıl mənə hər qrama görə 05 manat qazanc verirdi” məzmunda ifadə verdiyi halda hazırda heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirməsi ilə yaranmış ziddiyyətlə bağlı hər hansı izah verməkdə çətinlik çəkir. Yaşadığı evdən təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni Mikayılın ona verdiyini təsdiq edir, həmin vasitələri o yalnızca saxlamalı olmuşdur. Qeyd olunan protokollarda “Təqsirləndirilən şəxs1 də təxminən 1 aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olurdu. Niyazi narkotik vasitələri mənim vasitəm ilə Mikayıldan əldə edirdi. Belə ki, mən narkotik vasitələri Niyaziyə nisyə olaraq verirdim. Niyazi isə narkotik vasitələri satdıqdan sonra pulu mənə verirdi. Mən də öz qazancımı götürdükdən sonra qalan pulu Mikayıla verirdim. Mahiyyəti üzrə bildirmək istəyirəm ki, xx.xx.2019-cu il tarixdə Niyazi mənimlə əlaqə saxlayaraq təxminən 10 qram narkotik vasitə olan heroin almaq istədiyini bildirdi. Mən də Mikayıldan bir qramı 25 manata olmaqla 10 qram heroin götürüb həmin narkotik vasitə heroini qramı 30 manat olmaqla ümumilikdə 300 manata Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Niyaziyə verdim” məzmunda ifadə verməsini, həmin ifadəsi ilə faktiki olaraq Mikayıl və Niyazi ilə əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmalarını bildirmələrini hazırda izah etməkdə çətinlik çəkir. Hazırda məhkəmədə verdiyi ifadəsində Niyazinin Mikayıldan əldə etdiyini bildirdiyi halda qeyd olunan ifadəsində, Niyazinin onun vasitəsilə Mikayıldan narkotik vasitə əldə etməsini bildirməsi ilə bağlı hər hansı izah verə bilmir. Onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəngləriə dair məlumatlardan, onunla Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 40 dəfə, həmçinin Təqsirləndirilən şəxs2 ilə Mikayıl Qənbərovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 45 dəfə qarşılıqlı telefon zənglərinin aparıldığının müəyyən edildiyi ona aydındır. İstifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə 13:06:38-də ***-***-**-** telefon nömrəsindən “Qaqa onda hamsin ayri ayri ele bawva donerem duz olsun gene qaydacam”, 13:45:07-də “Qaqa doxsan var 10 da tapdim”, 13:50:10-da “Cixim ya yox xeber dede kileder qacmasin qardawim” məzmunu smslərin yazıldığının, eləcə də həmin telefon nömrəsindən xx-xx-2019-cu il tarixdə 17:34:04-də ***-***-**-** telefon nömrəsinə “Brat mən səni gözdiyirəm 5 birinəndi 2 də birinən”, xx-xx-2019-cu il tarixdə 19:30:41-də ***-***-**-** telefon nömrəsinə “Qardaşım nəsə olacağ bidənə diyərdin ola bilsin oyana keşdim birdə kohnə haqisabda qalmışdı bizdə onuda rişat eliyərdiy qardaşım mesaj yazda cavab” məzmunlu smslərin yazıldığının müəyyən edildiyi ona aydındır. Həmin smslərin kimlər tərəfindən və kimlərə yazılmış olmasını hazırda xatırlamır. Smslərin məzmununda ünsiyyət quran şəxslərin pulların ödənməsi, haqq-hesab olunması, müştərilər (klient) barədə söhbət etməsi və həmin şəxslərin onu gözləməsi, müraciət edən şəxslərin nələrisə ayrı-ayrı bölünmüş halda ondan istəməsi, onun özünün də yazdığı smsdə əlaqə qurduğu şəxsə onda nələrinsə 5 birindən, 2 birindən olması barədə məlumatlarının göründüyü ona aydındır. Hazırda həmin smslərin məzmununda qeyd olunan ayrı-ayrı müxtəlif əşyaların nə olmasına dair izah verməkdə çətinlik çəkir, müştəri kimi onu gözləyən şəxslərin məhz ondan nə gözləmələrini izah edə bilmir. Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil telefon nömrəsi ilə, onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərdən onların hər ikisinə narkotik vasitələrin satışı ilə bağlı eyni bir nömrə olan ***-***-**-** nömrəsindən smslər yazıldığı ona aydındır. Həmin şəxsin kimliyi barədə hazırda heçnə xatırlamır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin istifadə zamanı əhatə dairəsində olduqları anten məlumatlarından, onların xx.xx.2019-cu il tarixdə, saat 15:40:15-də bir-biri ilə əlaqə saxladıqları zaman hər iki telefonun ünvan 8 ünvanında yerləşən anten dairəsi əhatəsində olması, onun özünün həmin gün günün başlanğıcından əksər hissəsini həmin anten dairəsində olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinin isə xx.xx.2019-cu il tarixdə saat 15.30-15.55 aralığında həmin anten dairəsi ərazisində olması ona aydındır. Qeyd olunan məlumatlarla onların həmin vaxt görüşmələrinin baş tutmasının müəyyən edilməsinə dair hər hansı izah verməkdə çətinlik çəkir. Son olaraq göstərdi ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, baş vermiş hadisələrdən peşmandır. Barəsində olan yüngülləşdirici halların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına və sms yazışmalarına dair məlumatlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində və xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində Farizin tanışı Mikayıl vasitəsilə narkotik vasitə və psixotrop maddə əldə edərək onun satışı ilə məşğul olması barədə məlumatı olduğunu, özünün həmin maddələrdən istifadə etdiyi üçün bir neçə dəfə Farizdən Mikayıl vasitəsilə narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə etdiyini, bəzi hallarda həmin maddələri nisyə alaraq pulu sonradan verdiyini, xx xxx 2019cu il tarixdə Farizə zəng vuraraq ondan 10 qram narkotik vasitə heroin almaq istədiyini bildirdiyini, Farizin də bu barədə Mikayıla deyəcəyini bildirməsini, xx xxx 2019-cu il tarixdə axşamüstü Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Misir parkı” adlanan ərazidə Farizlə görüşərək ondan bir qramı 30 manata olmaqla ümumilikdə 300 manat dəyərində 10 qram çəkidə bir büküm narkotik vasitə heroin aldığını, xx xxx 2019-cu il tarixdə saat 13:30-da ünvan 6 ünvanın qarşısı ilə hərəkət edən polis əməkdaşları tərəfindən saxlandıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün əvvəl tanışı “Fariz” adlı şəxsdən əldə etdiyini bildirdiyini, polis əməkdaşlarına Farizin ifşa edilməsində köməklik etməyə razılıq verdiyini, bu səbəbdən Farizə zəng vuraraq onun harada olması barədə ondan soruşaraq, onunla görüşmək istədiyi və bunun üçün onu Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oscar” şadlıq sarayının qarşına dəvət etdiyini, daha sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə qeyd edilən ünvana yollandıqlarını və həmin ünvanda polis əməkdaşlarının Farizi saxladıqlarını göstərmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində və xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsində, Mikayılın bir neçə aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Mikayılın əsasən kokos adlandırdıqları heroin və şüşə, meti və pati adlandırdıqları metafetaminin satışı ilə məşğul olduğunu, özünün əvvəllər Mikayılla birlikdə bu işlə məşğul olmasa da sonradan onun da Mikayılla birlikdə bu işlə məşğul olmağa başladığını, Mikayılın narkotik vasitə heroinin bir qramını 25 manata, psixotrop maddə metafetaminin bir qramını 60-65 manata verdiyini, onun da həmin narkotik vasitələri müvafiq olaraq 30 və 70 manata satıb qazanc əldə etdiyni, Mikayılın narkotik vasitələri ona nisyə verdiyini, onun isə satdıqdan sonra narkotik vasitələrin pulunu Mikayıla ödədiyini, Mikayılın narkotik vasitələri kimdən əldə etdiyini bilmədiyini, narkotik vasitələri kirayədə yaşadığı mənzildə saxladığını, Mikayılın bundan əlavə narkotik vasitələrdən və psixotrop maddələrdən bir miqdarını ona həmin narkotik vasitələri və psixotrop maddələri gizlətməsi, əgər hər hansı biri tutulsa o zaman bütün narkotik vasitələr və psixotrop maddələr üzərlərindən aşkar edilməməsi məqsədi ilə verdiyini, buna görə də Mikayılın ona gizlədilməsi üçün verdiyi təxminən 35 qram narkotik vasitə heroini və 15 qrama yaxın psixotrop maddə metafetamini yaşadığı ünvan 3 ünvanmda yerləşən fərdi yaşayış evinin həyətində torpağın altında gizlətdiyini, Mikayılın bəzi hallarda narkotik vasitələri ona verərək hansı müştəriyə çatdırmalı olduğunu da bildirdiyini, belə hal olduqda Mikayılın ona hər qrama görə 05 manat qazanc verdiyini, Təqsirləndirilən şəxs1 də təxminən 1 aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Niyazinin narkotik vasitələri onun vasitəsilə Mikayıldan əldə etdiyini, onun narkotik vasitələri Niyaziyə nisyə olaraq verdiyini, Niyazinin isə narkotik vasitələri satdıqdan sonra pulu ona verdiyini, o da öz qazancını götürdükdən sonra qalan pulu Mikayıla verdiyini, xx.xx.2019-cu il tarixdə Niyazinin onunla əlaqə saxlayaraq təxminən 10 qram narkotik vasitə olan heroin almaq istədiyini bildirdiyini, onun da Mikayıldan bir qramı 25 manata olmaqla 10 qram heroin götürüb həmin narkotik vasitə heroini qramı 30 manat olmaqla ümumilikdə 300 manata Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Niyaziyə verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə Baş İdarəyə əslən Cəlilabad rayonundan olan, ünvan 7 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini əldə edib qəbul etməsi, satışı ilə məşğul olması, həmin maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayan, əslən Biləsuvar rayonundan olan «Fariz» adlı şəxsdən əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, Şahid4, həmin məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs1 və «Fariz» adlı şəxsin müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Xırdalan şəhəri ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Şahid4 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmin qrupa Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları o, Şahid5, Şahid2 və Şahid4 daxil olmuşlar. Onlar əvvəlcə iki nəfər kişi cinsinə mənsub olan şəxsi hal şahidi qismində Baş İdarəyə dəvət etmişlər, Surxay, həmin şəxslərə qanunvericilikdə hal şahidi üçün nəzərdə tutulmuş hüquq və vəzifələri izah etmişdir. Sonra onlar və hal şahidləri ilə birlikdə xx xxx 2019-cu il tarixdə saat 12 radələrində Baş İdarədən çıxaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə getdik. Əməliyyat tədbirlərini davam etdirərkən xx xxx 2019-cu il tarixdə saat 13:30-da Qara Qarayev prospekti ev 44 saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşayan bir nəfər şəxsi saxlamışlar. Xidməti vəsiqələrini həmin şəxsə göstərib əvvəlcə özlərini, sonra isə hal şahidlərini ona təqdim etmişlər. Sorğu-sual zamanı saxlanılmış şəxs özünü 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş, həmçinin Cəlilabad rayonunda qeydiyyatda olduğu və Bakı şəhərində yaşadığı ünvanı onlara söyləmişdir. Dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək ona saxlanılma səbəbini izah edib ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 üzərində bir ədəd bükümdə təxminən 10 qrama yaxın narkotik maddə olan heroin, 50 manat pul, bir ədəd mobil telefon və bir ədəd açar olduğunu bildirərək hal şahidlərinin yanında öz əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən bir ədəd «Samsung C2» markalı mobil telefonu, 50 manat pulu və bir ədəd açarı çıxarıb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümə özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirdikdə onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə olduğunu aşkar etmişlər. Onlar həmin bükümü içərisindəki maddə ilə birlikdə zərfə qoyub qablaşdırıb möhürləmişlər, Təqsirləndirilən şəxs1 və hal şahidləri həmin zərfin üzərinə imza etdikdən sonra zərfi özləri ilə götürmüşlər. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefon və açarı əhəmiyyət kəsb etdiyi üçün götürsələr də 50 manat pulu özünə qaytarmışlar. Orada hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üstünə baxış keçirsələr də Niyazinin üstündən hər hansı bir əməliyyat marağı kəsb edən başqa əşya və predmet aşkar etməmiş və götürməmişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 özünün kirayədə yaşadığı mənzildə narkotik vasitəni çəkmək üçün bir ədəd elektron tərəzi olduğunu, yaşadığı həmin mənzilə onların baxış keçirməsinə etirazı olmadığını bildirmişdir və onları və hal şahidlərini yaşadığı mənzilə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzil onu saxladıqları yerin yaxınlığındakı binanın 3-cü mərtəbəsində yerləşmişdir. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs1 qonaq otağında olan masanın üzərindən bir ədəd elektron tərəzini götürüb onlara vermiş. Həmin elektron tərəzini də bir ədəd zərfdə eyni qaydada qablaşdırıb özləri ilə götürmüşlər. Orada mənzilə baxış keçirsələr də əməliyyat marağı kəsb edən heç bir əşya və predmet aşkar etməmiş və götürməmişlər. Həmin evdə sorğusual edərkən Təqsirləndirilən şəxs1 üzərindən təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə olan heroini xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində yaşayan tanışı «Fariz» adlı şəxsdən hər bir qramı 30 manata olmaqla 300 (üç yüz) manata aldığını və üzərində özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Niyazi həmçinin «Fariz» adlı şəxsin xarici əlamətləri ilə yanaşı istifadəsində olan GSM nömrə barədə onlara məlumat vermişdir. Təqsirləndirilən şəxs1 «Fariz» adlı şəxsin cinayət əməlinin ifşa olunmasında onlara köməklik etməyə razılıq verdikdən sonra öz istifadəsində olmuş mobil telefondan «Fariz» adlı şəxsə zəng edərək görüşmək istədiyini bildirmişdir. «Fariz» adlı şəxs razılaşaraq görüş yeri kimi Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayının yaxınlığını təyin etmişdir. Onlar, hal şahidləri və Təqsirləndirilən şəxs1lə birlikdə «Oskar» şadlıq sarayının yaxınlığına gedərək orada bir kənarda dayanıb ətrafı müşahidə etməyə başlamışlar. Saat 15:10 radələrində yaxınlıqda xarici görünüşünə görə «Fariz» adlı şəxsə oxşar bir nəfər şəxsi görüb saxlamışlar. Sorğu-sual zamanı saxlanılan şəxsin 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs2 da əməliyyat-axtarış tədbirlərinin keçirilinəsi barədə qərarla tanış edərək ona saxlanılma səbəbini izah etmişlər və üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs2 üzərində 65 manat pul, bir ədəd mobil telefon və bir ədəd açar olduğunu bildirib hal şahidlərinin yanında əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 65 manat pulu, şalvarının sol yan cibindən isə bir ədəd açarı çıxarıb onlara vermişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd mobil telefonu və açarı əhəmiyyət kəsb etdiyindən götürsələr də 65 manat pulunu özünə geri qaytarmışlar. Orada hal şahidlərinin yanında Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirsələr də onun üstündən hər hansı bir əməliyyat marağı kəsb edən başqa əşya və predmet aşkar etməmişlər və götürməmişlər. Şifahi sorğu-sual edərkən Fariz tanışı Niyaziyə xx.xx.2019-cu il tarixdə bir ədəd bükümdə 10 qrama yaxın heroini 300 manata satdığını etiraf edərək bildirmişdir ki, Niyaziyə satdığı həmin heroini tanışı, əslən Cəlilabad rayonundan olan, Xırdalan şəhərindəki «AAAF Park» Yaşayış kompleksində onunla birlikdə kirayə yaşayan təxminən 20-22 yaşında olan «Mikayıl» adlı şəxsdən bir qramını 25 manata olmaqla 250 manata almışdır. Söhbət zamanı Fariz «Mikayıl» adlı şəxsin cinayət əməlinin ifşa edilməsində onlara köməklik edəcəyini bildirdikdən sonra hamısı birlikdə Xırdalan şəhəri, «AAAF Park» Yaşayış kompleksinə getmişlər, əməliyyat planına uyğun olaraq ev 9 saylı binanın 5-ci mərtəbəsində yerləşən mənzil 26-ya qalxmışdır, Fariz qapını döyərək Mikayıla qapını açmasını bildirmiş, onlar isə 4 və 5-ci mərtəbələrin aralığında dayanıb gözləmişlər. Sonra Fariz ona təqdim etdikləri açarla mənzilin giriş qapısını açmaq istəmiş, lakin açar kilidə sonuna qədər daxil olmadığına görə Fariz Mikayılın qapını mənzilin içərisindən bağladığı üçün qapını açmağın mümkün olmadığını söyləmişdir. Fariz mənzilin giriş qapısım döyərək Mikayılı səsləsə də içəridən mənzilin qapısını açan olmamışdır. Bu zaman əməliyyat qrupunun qərarına əsasən Mikayılın qaçma ehtimalının qarşısını almaq üçün əməliyyat qrupunun üzvü Şahid5 binanın arxa hissəsinə getmiş, bir neçə dəqiqə sonra geri qayıdıb binanın arxa tərəfində bir nəfər naməlum şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu söyləmişdir. Onlar hal şahidləri və saxlanılan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə binanın arxa hissəsinə getmişlər, orada bir nəfər kişi cinsinə mənsub olan şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər, Təqsirləndirilən şəxs2 yerdə uzanıqlı vəziyyətdə olan şəxsin onunla birlikdə kirayədə yaşayan tanışı Mikayıl adlı şəxs olduğunu bildirmişdir. Ətrafa toplanmış şəxslərlə əməliyyat soraqlaşması apararaq müəyyən etmişlər ki, Mikayıl kənar şəxslərin təsiri və müdaxiləsi olmadan məlum olmayan səbəblərdən özünü yaşayış binasından yerə atmışdır. Onlar dərhal bu barədə təcili tibbi yardıma, yerli polis və prokurorluq orqanlarına məlumat verərək hadisə yerinin mühafizəsini təmin etmişlər. Orada olarkən Mikayıl adlı şəxsin şəxsiyyətini müəyyən edərək onun 1997-ci il təvəllüdlü Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan X14 olduğunu dəqiqləşdirmişlər. Hadisə yerinə Abşeron rayon polis idarəsinin və Abşeron rayon prokurorluğunun əməkdaşları gəldikdən sonra hadisə ilə bağlı onlara keçirdikləri əməliyyat tədbiri barədə qısa məlumat vermişlar və mənzilin açarının Təqsirləndirilən şəxs2 alınaraq prokurorluq əməkdaşlarına verilməsi təmin etmişlər. Hadisə yerinin mühafizəsi yerli polis orqanı tərəfindən təmin edildikdən və prokurorluq orqanının əməkdaşları tərəfindən hadisə yerinin müayinəsinə başlanıldıqdan sonra Fariz Mikayılın ona verdiyi otuz beş qrama yaxın narkotik vasitə olan heroini və on beş qrama yaxın psixotrop maddə olan metafetamini özü ailə üzvləri ilə birgə kirayədə yaşadığı ünvan 13 ünvanında gizlətməsi barədə onlara məlumat vermiş, onlar həmin məlumatı yoxlamaq məqsədilə Farizin göstərdiyi ünvana getmişlər. Ünvana daxil olmazdan əvvəl Fariz evinə və həyətyanı sahəsinə onlar tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə onlara ərizə vermişlər. Həyətyanı sahədə olarkən Fariz evin sağ tərəfində olan hasarın qırağından torpağı əli ilə qazaraq oradan 2 ədəd şəffaf polietilen bükümləri çıxarıb onlara təqdim etmişdir. Onlar orada hal şahidlərinin gözü qarşısında həmin bükümləri açmışlar, bükümlərdən birində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə, digər bükümdə isə ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddə olduğunu aşkar etmişlər. Həmin bükümləri zərfə qoyub möhürləyərək qablaşdırmış, hal şahidləri ilə yanaşı Fariz də həmin zərfin üzərinə imza etdikdən sonra zərfi özləri ilə götürmüşlər. Evin digər yerlərinə baxış keçirsələr də oradan əməliyyat marağı kəsb edən başqa heç bir əşya və predmet aşkar etməmiş və götürməmişlər. Onlar daha sonra zəruri sənədləşdirmə işləri üçün saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də hal şahidlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid4, Şahid5, Şahid3 birgə əməliyyat tədbirinin keçirilməsində iştirak etdikləri digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, öz ifadələri ilə iş üzrə tərtib olunmuş raportlarda və əməliyyat tədbirinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə səhər saat 11 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirəcəkləri əməliyyat tədbiri zamanı hal şahidi qismində iştirak etməsini ona təklif etmişlər. O razılaşıb polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada ondan əvvəl bir nəfər şəxsin də hal şahidi qismində dəvət edildiyini görmüşdür. Polis əməkdaşları ona və digər şəxsə hal şahidinin hüquq və vəzifələrini ətraflı izah etdikdən sonra onlar polis əməkdaşları ilə birlikdə saat 12 radələrində Baş İdarədən çıxmış və Nizami rayonu, Qara Qarayev prospektinə getmişlər. Təxminən saat 13-14 radələrində bir ünvanın qarşısında polis əməkdaşları əvvəllər tanımadığı, şəxsiyyəti ona orada məlum olan Təqsirləndirilən şəxs1 saxlamışlar. Onun və digər hal şahidinin yanında polis əməkdaşları həmin şəxsin üstünə baxış keçirərkən Niyazi öz əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən markasını xatırlamadığı bir ədəd mobil telefonu, təxminən 50 manat pulu və bir ədəd açarı çıxarıb polis əməkdaşlarına vermiş, bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları Niyazinin təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümə baxış keçirdikdə onun içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə aşkar edildi. Polis əməkdaşları həmin bükümü içərisindəki maddə ilə birlikdə zərfə qoyub qablaşdırıb möhürlədilər, Niyazi, o və digər hal şahidi həmin zərfin üzərinə imza etdikdən sonra zərfi polis əməkdaşları götürmüşlər. Polis əməkdaşları pulu Niyazinin özünə geri qaytarmışlar, lakin mobil telefon və açarı götürmüşlər. Niyazinin üstündən başqa heç bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra Niyazinin yaşadığı yaxınlıqda yerləşən mənzilə baxış keçirilərkən oradan Niyazinin təqdim etdiyi bir ədəd elektron tərəzi eyni qaydada qablaşdırılaraq götürülmüş, mənzildən başqa heç bir şey aşkar edilməmiş və götürülməmişdir. Niyazi təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə olan heroini bir gün əvvəl tanışı «Fariz» adlı şəxsdən hər bir qramı 30 manata olmaqla aldığını və üzərində özü istifadə etmək məqsədilə saxladığını polis əməkdaşlarına bildirmişdir. Niyazi «Fariz» adlı şəxsin cinayət əməlinin ifşa olunmasında polis əməkdaşlarına köməklik etməyə razı olduğunu dedikdən sonra «Fariz» adlı şəxslə telefon əlaqəsi saxlayıb görüş təyin etmişdir. Birlikdə Nizami rayonu, Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayının yaxınlığına getmişlər. Həmin şadlıq sarayının yaxınlığında polis əməkdaşları əvvəllər tanımadığı şəxsiyyəti ona orada məlum olan Təqsirləndirilən şəxs2 saxlamışlar. Orada üstünə baxış keçirilərkən Fariz əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd markasını xatırlamadığı mobil telefonu, 65 manat pulu, şalvarının sol yan cibindən isə bir ədəd açarı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, Farizin üstündən başqa heç bir şey aşkar edilməmiş və götürülməmişdir. Polis əməkdaşları Farizin pulunu özünə qaytarmışlar, lakin bir ədəd mobil telefonu və açarı götürmüşlər. Söhbət zamanı Fariz həqiqətən də tanışı Niyaziyə bir gün əvvəl 10 qrama yaxın heroini 300 manata satdığını etiraf etmiş, Niyazi həmin heroini onunla birlikdə «AAAF Park» Yaşayış kompleksində kirayə yaşayan “Mikayıl” adlı şəxsdən bir qramını 25 manata aldığını söyləmişdir. Fariz «Mikayıl» adlı şəxsin cinayət əməlinin ifşa edilməsində polis əməkdaşlarına köməklik edəcəyini söyləmişdir. Həmin məqsədlə birlikdə Xırdalan şəhərində yerləşən «AAAF Park» Yaşayış kompleksinə getmişlər. Həmin yaşayış kompleksində yerləşən bir binanın 5-ci mərtəbəsində yerləşən mənzilə qalxmış, onlar 4 və 5-ci mərtəbələrin aralığında dayanmış, Fariz isə tək özü qapını döymüşdür, lakin qapını açan olmamış, sonra açarla mənzilin giriş qapısını açmağa çalışmış, lakin qapı açılmamışdır, polis əməkdaşlarından biri binanın arxa tərəfinə gedib bir neçə dəqiqə sonra geri qayıdaraq yerdə bir nəfər cavan oğlanın yerdə uzanıqlı vəziyyətdə olduğunu bildirmişdir. Onlar hamısı birlikdə binanın arxasına keçdikdə metafetamin vermişdir, o, da həmin heroin və metafetamini öz ailəsi ilə birlikdə kirayədə yaşadığı Xırdalan şəhəri, Nizami küçəsində yerləşən evin həyətyanı sahəsində gizlətmişdir. Farizin öz razılıq ərizəsi əsasında onun yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsində o da iştirak etmişdir. Baxış zamanı Fariz fərdi evin sağ tərəfində olan hasarın qırağından torpağı əli ilə qazaraq oradan 2 ədəd şəffaf polietilen bükümləri çıxarıb onları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri onların yanında açaraq baxış keçirmişlər, həmin bükümlərdən birində tünd qəhvəyi rəngli, kəskin iyli, maddə, digərində isə ağ rəngli, toz-kristal formalı maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin bükümləri də zərfdə eyni qaydada qablaşdırıb götürmüşlər, həmin zərfin üzərində Farizlə yanaşı o və digər hal şahidi də imza etmişdir. Həmin evdən başqa heç bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra polis əməkdaşları onu, digər hal şahidini və saxlanılan şəxslər Niyazi və Farizi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə saxlanılan şəxslərin hüquqlarının müdafiə edilməsi üçün vəkillər dəvət edildikdən sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib edilmişdir, protokol ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü o da öz imzasıyla təsdiq etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə polis əməkdaşları baxış keçirmişdir, üzərindən telefon, pul və narkotik vasitə aşkarlanmışdır. Narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmişdir. Niyazi Musayev narkotik vasitəni Farizdən götürdüyünü demişdir. Naftçilər tərəfdə Fariz ilə görüşmüşlər və Farizin üzərindən pul, telefon çıxmış, lakin narktoik vasitə çıxmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 evindən heç nə çıxmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş keçirilmiş əməliyyat tədbiri zamanı hal şahidi qismində iştirak etmiş Şahid6 ifadəsindən görünür ki, şahid birgə əməliyyat tədbirinin keçirilməsində hal şahidi qismində iştirak etmiş digər Şahid7 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, öz ifadəsi ilə iş üzrə tərtib olunmuş əməliyyat tədbirinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. (cild 02, iş vər. 33-37) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 VƏ 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanlması qərar alınmışdır. (cild 01, iş vər. 1-2) xx xxx 2019-cu il tarixli raportdan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytanantı Şahid1 tərəfindən həmin idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə məruzə edilərək, əslən Cəlilabad rayonundan olan, ünvan 7 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin əldə edib, qəbul etməsi, satışı ilə məşğul olması, həmin maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayan, əslən Biləsuvar rayonundan olan “ Fariz” adlı şəsdən əldə etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olduğu vilsieilmiş və göstərilən şəxslərin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 04) “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytanantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 və “Fariz” adlı şəxsin müəyyən edilib, ifşa olunmaları istiqamətində xx xxx 2019-cu il tarixdən etibarən Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Xırdalan şəhəri ərazilərində əməliyyat-axtraış tədbirləri həyata keçirilməsi, zərurət yaranarsa həmin şəslərin üzərlərinə və eləcə də yaşadıqları ünvanara baxış keçirilməsi, Təqsirləndirilən şəxs1 və “Fariz” adlı şəxsin müəyyən olunduqları təqdirdə zərurət yaranarsa onların üzərlərinə, eləcə də yaşadıqları ünvanlara baxış keçirilməsi, əməliyyat qrupunun yaradılması qərara alınmışdır.(cild 01, iş vər 5) Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsini icra edən səlahiyyətli şəxsə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək kirayədə yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 09) Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsini icra edən səlahiyyətli şəxsə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək kirayədə yaşadığı ünvan 15 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 10) Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsini icra edən səlahiyyətli şəxsə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək kirayədə yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 11) “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutlun götürülməsi barədə” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 olması ehtimal olunan Bakı şəhəri, Nizami rayonu ərazisinə yollanmış və orada əməliyyat mövqeyi seçmişlər. xx xxx 2019-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 44 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü xx.xx.1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 16 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilməklə, ona mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Xırdalan şəhəri ərazilərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin əldə edib qəbul etməsində, satışı ilə məşğul olmasında, həmin maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayan, əslən Biləsuvar rayonundan olan «Fariz» adlı şəxsdən eldə etməsində şübhəli olduğu izah olunmuşdur. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) ədəd bükümdə təxminən 10 (on) qrama yaxın narkotik maddə olan heroin, 50 (əlli) manat pul bir ədəd mobil telefon və 01 (bir) ədəd açar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən «Samsung J2» markalı, **********97111 İMEİ kodlu mobil telefonu, 50 (əlli) manat pulu və 01 (bir) ədəd açarı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen büküm açıldıqda orada orada tünd qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli mohürü ilə möhürlənmiş və hal şahidləri kimi Təqsirləndirilən şəxs1 də həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 50 (əlli) manat pul özünə qaytarıldı, mobil telefon və açar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 üstündən hər hansı bir əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 onun kirayədə yaşadığı mənzildə narkotik vasitəni çəkmək üçün 01 (bir) ədəd elektron tərəzi olduğunu bildirib, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə verərək, tədbir iştirakçılarını yaşadığı mənzilə dəvət etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzil 3-cü mərtəbədə yerləşməklə, 01 otaq, mətbəx, dəhliz, eyvan və sanitar qovşağından ibarətdir. Təqsirləndirilən şəxs1 qonaq otağında olan masanın üzərindən 01 (bir) ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmiş və həmin elektron tərəzi zərfə qoyularaq möhürlənərək, hal şahidləri kimi Təqsirləndirilən şəxs1 də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra həmin otağa, mətbəxə, dəhlizə, eyvana və sanitar qovşağına baxış keçirilsə də, qeyd olunan yerlərdən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen bükümdə olan heroini xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan əslən Biləsuvar rayonundan olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, tanışı, təxminən 25-27 yaşlarında olan «Fariz» adlı şəxsdən hər bir qramı 30 (otuz) manata olmaqla 300 (üç yüz) manata almış və üzərində özü istifadə etmək məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs1 «Fariz» adlı şəxsin cinayət əməlinin ifşa olunmasında köməklik etməsinə razılıq vermiş və bu məqsədlə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan «Fariz» adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı «Fariz» adlı şəxs görüş yeri kimi Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayının yaxınlığını təyin etdiyindən, tədbir iştirakçıları, hal şahidləri və Təqsirləndirilən şəxs1lə birlikdə «Fariz» adlı şəxsin göstərdiyi ünvana yollanmış və orada əməliyyat mövqeyi seçmişlər. Saat 15:10-da ünvan 17 ünvanının yaxınlığında xarici görünüşcə «Fariz» adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış və sonuncu özünü xx.xx.1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan, faktiki ünvan 3 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və ona mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Xırdalan şəhəri ərazilərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin əldə edilməsində və satışı ilə məşğul olmasında şübhəli olması izah edilmişdir. Bundan sonra F.V.İbadliya dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində 65 (altmış beş) manat pul, 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd açar olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən «Samsung» markalı, **********14322/01 İMEİ kodlu mobil telefonu, 65 (altmış beş) manat pulu, şalvarının sol yan cibindən isə 01 (bir) ədəd açarı çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 (bir) ədəd mobil telefon və açar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 65 (altmış beş) manat pul isə özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üstündən hər hansı bir əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə 01 (bir) ədəd bükümdə 10 (on) qrama yaxın heroini 300 (üç yüz) manata satdığını etiraf edərək, Təqsirləndirilən şəxs1 satdığı heroini tanışı, Cəlilabad rayonunun Mikayıllı kəndindən olan, ünvan 18 ünvanında kirayədə birlikdə yaşayan, təxminən 20-22 yaşlarında olan «Mikayıl» adlı şəxsdən 01 (bir) qramını 25 (iyirmi beş) manata olmaqla 250 (iki yüz əlli) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 «Mikayıl» adlı şəxsin cinayət əməlinin ifşa edilməsinə köməklik etmək istədiyini bildirmiş və bu məqsədlə o, tədbir iştirakçıları, hal şahidləri Təqsirləndirilən şəxs1lə birlikdə «Mikayıl» adlı şəxsin kirayədə yaşadığı ünvan 18 ünvanına yollanmış və mənzilin 5-ci mərtəbədə yerləşdiyini müəyyən etmişlər. Əməliyyat planına uyğun olaraq həmin mənzilin qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 qapını döyərək Mikayıla qapını açmasını bildirməli olmuş, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş açarla mənzilin giriş qapısını açmaq istəmiş, lakin açar kilidə sonuna qədər daxil olmadığına görə Təqsirləndirilən şəxs2 Mikayılın qapını mənzilin içərisindən bağladığı üçün qapını açmaq mümkün olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 mənzilin giriş qapısını döymüş və içəridə olması ehtimal edilən Mikayılı səsləyərək ondan qapını açmasını xahiş etmişdir. Bu zaman tədbir iştirakçıları əməliyyat planına uyğun olaraq binanın 4-cü və 5-ci mərtəbəsi aralığında dayanaraq əməliyyat mövqeyi seçmiş, bir neçə dəqiqə Təqsirləndirilən şəxs2 döyməsinə baxmayaraq içəridən mənzilin qapısını açan olmamışdır. Bu zaman əməliyyat qrupu Mikayılın qaçma ehtimalının qarşısını almaq üçün əməliyyat qrupunun bir üzvünün binanın arxa hissəsinə yollanmasını qərara almışdır. Bir neçə dəqiqə sonra əməliyyat qrupunun üzvü yenidən binanın qarşısına gələrək bir nəfər naməlum şəxsin yerə uzanıqlı vəziyyətdə olmasını bildirmişdir. Tədbir iştirakçıları, hal şahidləri, saxlanılan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə binanın arxa hissəsinə yaxınlaşdıqda müəyyən edildi ki, bir nəfər kişi cinsindən olan şəxs yerdə uzanıqlı vəziyyətdədir. Bu zaman Təqsirləndirilən şəxs2 həmin şəxsin onunla birlikdə kirayədə .yaşayan tanışı Mikayıl olmasını bildirdi. Ətrafda toplanmış şəxslərlə əməliyyat soraqlaşması aparılarkən müəyyən edildi ki, yerdə uzanıqlı vəziyyətdə olan Mikayıl kənar şəxslərin təsiri və müdaxiləsi olmadan məlum olmayan səbəblərdən özünü yaşayış binasından yerə atmışdır. Dərhal bu barədə tibbi yardıma, yerli polis və prokurorluq orqanlanna məlumat verrək hadisə yerinin tamlığının pozulmamasını təmin etmişlər. Mikayıl adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olan X11r. Hadisə yerinə Abşeron rayon polis idarəsinin və Abşeron rayon prokurorluğunun əməkdaşları gəldikdən sonra hadisə ilə bağlı onlara keçirilən əməliyyat tədbiri barədə qısa məlumat verilməklə onlar məlumatlandırılmış və mənzilin açarının İTəqsirləndirilən şəxs2 alınaraq prokurorluq əməkdaşlarına verilməsi təmin edilmişdir. Hadisə yerinin mühafizəsi yerli polis orqanı təmin edildikdən və prokurorluq orqanının əməkdaşları tərəfindən hadisə yerinin müayinəsinə başlanılan zaman Təqsirləndirilən şəxs2 Mikayıl ilə birlikdə Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birgə kirayədə yaşadığı ünvan 3 ünvanında təxminən 35 (otuz beş) qrama yaxın narkotik vasitə olan heroinin və 15 (on beş) qrama yaxın psixotrop maddə olan metafetaminin gizlətməsi barədə məlumatı yoxlamaq məqsədilə sonuncunun kirayədə yaşadığı ünvana yollanmışlar. Ünvana daxil olmazdan əvvəl Təqsirləndirilən şəxs2 evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə vermiş və bundan sonra müəyyən edilmişdir ki, həmin ev birmərtəbəlidir, 2 otaq, mətbəx, həyətyanı sahədən, orada yerləşən sanitar qovşağı və təsərrüfat təyinatlı tikilidən ibarətdir. Təqsirləndirilən şəxs2 həyətyanı sahədə evin sağ tərəfində olan hasarın qırağından torpağı əli ilə qazaraq oradan 02 (iki) ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə, digər büküm açıldıqda isə orada ağ jfəngli, toz-kristal formalı, psixotrop maddə olan metafetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs2 da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra evin otaqlarına, mnətbəxə, həyətyanı sahəyə, orada yerləşən sanitar qovşağına və təsərrüfat təyinatlı tikiliyə baxış keçirilmişdir. Baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmet aşkar olunmamışdır. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edilən siyahıdan istənilən vəkillərin onların hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərindən qərar əsasında Bakı şəhəri 6 saylı Vəkil Bürosunün vəkili X16 dəvət edilərək Təqsirləndirilən şəxs1, vəkil X7 isə dəvət edilərək Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 03 (üç) ədəd zərf, 02 (iki) ədəd mobil telefon, 01 (bir) ədəd açar protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi xx xxx 2019-cu il tarixdə, saat 13:35-də başlamış, saat 13:55-də başa çatmış, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 44, mənzil 54 ünvanına baxış keçirilməsi həmin tarixdə saat 14:05-də başlamış, 14:35-də başa çatmış, Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ev 14 ünvanında baxış keçirilməsi həmin tarixdə saat 17:45-də başlamış və 18:45-də başa çatmışdır. (cild 01, iş vər. 12-17) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə saat 21.20-dən 21.30-dək protokol tərtib edilməklə tutulmuş, tutulmanın əvvəli xx.xx.2019-cu il, saat 13.30-dan hesablanmışdır.( cild 01, iş vər 26) “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Vidaid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə saat 21.35-dən 21.45-dək protokol tərtib edilməklə tutulmuş, tutulmanın əvvəli xx.xx.2019-cu il, saat 15.10-dan hesablanmışdır.(cild 01, iş vər 40) Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli müdafiəçisinin iştirakı ilə verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs1 “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutlun götürülməsi barədə” xx xxx 2019-cu il tarixli protokolun məzmununa uyğun şəkildə izahat vermişdir. (cild 01, iş vər. 47-48) Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli müdafiəçisinin iştirakı ilə verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs2 “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutlun götürülməsi barədə” xx xxx 2019-cu il tarixli protokolun məzmununa uyğun şəkildə izahat vermişdir. (cild 01, iş vər. 50) Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 11826 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə “yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 10,661 qr olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs2 ...yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş “yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 35,022qr olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 14,749qr qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı... mənzildən aşkar edilərək götürülmüş elektron tərəzi” yazısı olan zərfdəki, bir ədəd “Constant” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroin vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. (cild 01, iş vər 54-57) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-420/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 01, iş vər 127-129) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-419/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 130-132) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-276/2019 nömrəli, xx.xx.2019cu il tarixli “istintaq hərəkətlərinin məcburi aparılması barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “xxxx” MMC mobil rabitə şəbəkəsinə məxsus ***-***-**-** saylı telefon nömrəsindən xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 181-182) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-275/2019 nömrəli, xx.xx.2019cu il tarixli “istintaq hərəkətlərinin məcburi aparılması barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “xxxx” MMC mobil rabitə şəbəkəsinə məxsus ***-***-**-** saylı telefon nömrəsindən xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 183-184) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-276/2019 nömrəli, xx.xx.2019cu il tarixli “istintaq hərəkətlərinin məcburi aparılması barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “xxxx” MMC mobil rabitə şəbəkəsinə məxsus ***-***-**-** saylı telefon nömrəsindən xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 185-186) Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 2015-ci il təvəllüdlü X17 və 2017-ci il təvəllüdlü X18 olmaqla iki azyaşlı uşağı vardır. (cild 01, iş vər 195) “Cinayət işləri üzrə icraatın birləşdirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən X14 barəsində ********* nömrəli cinayət işi X19 və Təqsirləndirilən şəxs2 barəsində olan ********** nömrəli cinayət işinə birləşdirilmişdir. (cild 01, iş vər 197-198) “Əməlin tövsif edilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və işin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Abşeron rayonun prokurorunun köməkçisi tərəfindən Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-*ci maddəsi ilə başlanılaraq istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsindən həmin Məcəllənin 125,234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ********* saylı cinayət işi materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yəni, ********* nömrəli cinayət işinin ayrılması və həmin işin Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilib istintaqının davam etdirilməsi üçün oraya göndərilməsi, Abşeron rayon prokurorluğunda ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaqın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin başlanması haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.1997-ci ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş X2 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 25-ci küçədəki, 9 saylı mənzilin 17,5 metr hündürlüyündə yerləşən 5-ci mərtəbəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə Abşeron rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Nail Əliyev tərəfindən cinayət işi başlanmışdır. (cild 01, iş vər. 207) “Baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Abşeron rayon prokurorunun köməkçisi Elçin Mahmudov tərəfindən Abşeron rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Nail Əliyevin və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə “AAAF PARK” yaşayış kompleksi, küçə 25, bina 9, mənzil 26-dan şəxsin özünü ataraq ölməsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF PARK” yaşayış kompleksinin 25 saylı küçəsinin 9-cu binasının arxa tərəfidir. Baxış zamanı meyitin artıq hadisə yerindən götürüldüyü, onun öldüyü yerdə isə qanabənzər ləkələrin olduğu göründüyü, mərhumun X14 olduğu, həmin binada 26 nömrəli mənzildə kirayədə yaşadığı müəyyən olunmuş, hadisə yerinə nəzər saldıqda müəyyən olunmuşdur ki, yer asfalt örtüklüdür, yaşayış binasının arxasıdır. Qana bənzər ləkələr binadan 1-1.5 metr məsafədədir. Hadisə yerində məlrhuma məxsus bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Hadisə yerinin müayinəsi zamanı əhəmiyyət kəsb edən hal müəyyən edilmədiyindən mərhumun yaşadığı evə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, həmin mənzil 02 otaqdan ibarət olmaqla, mərhumun mənzildən yerə yıxıldığı halda yüksəklik 17,5 metr təşkil edir. Giriş qapısı dəmir seyf qapısıdır, içəri daxil olduqda dəhliz solda və qarşıda iki ədəd otaq yerləşir. Otaqlardan biri ilə üzbəüz hamam otağı yerləşir. Qonaq otağına baxış keçirən zaman stulun üzərində olan sellofan torbanın içərisində olan boz rəngli maddə, evin hamam otağından aşkar edilmiş sellofan torbanın içərisində olan sarımtıl rəngli maddə 27 ədəd dördkünc formalı maddə, həmçinin meyitin paltarlarına baxış zamanı onun gödəkçəsinin sol yan cibindən aşkar edilmiş şəffaf sellofanın içərisində ağ rəngli maddə və falqa kağızına bükülmüş maddələr, 01 ədəd arxasında "X24” sözləri yazılmış tərəzi, 01 ədəd arxasında “QC Pass 500 g/0,1 g” sözləri yazılmış tərəzi, 53 ədəd “Metarol 50” tableti, 60 ədəd '‘Fluoxetine 10_Abidi” tableti, həmçinin meyitin paltarlarına baxış zamanı onun gödəkçəsinin sol yan cibindən aşkar edilmiş 07 ədəd “Fluoxetine 10_Abidi” tableti, 07 ədəd “Metarol 50” tableti, 01 ədəd “aksen fort” tableti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, 221-224) Baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən ekspertin iştirakı ilə X9 meyitnə MTE və PA birliyinin morqunda baxış keçirilmiş, Mikayıl QƏnbərovun paltarlarına baxış keçirilən zaman onun gödəkçəsinin sol yan cibindən 07 ədəd “Fluoxetine 10_Abidi” tableti, 07 ədəd “Metarol 50 “ tableti, şəffafa sellofanı içərisində ağ rəngli maddə və falqa kağızına bükülmüş maddə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 221-227) Baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən “AAAF PARK” yaşayış kompleksinin mühafizə xidmətinin rəisi X26 və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ********* saylı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən hadisənin baş verdiyi yerin görüntülərini müşahidə kameralarının videogörütülərinə baxış keçirilmişdir. Bu zaman müəyyən edilmişdir ki, hadisənin baş verdiyi 9 saylı binanın arxa tərəfini iki müşahidə kamerası qeydə alır. Baxışda iştirak edən “AAAF PARK” yaşayış kompleksinin mühaifəz xidmətinin rəisi Malik Ursanov, kompleksin müşahidə kamerasında qeydə alınan videogörüntülərdə internetin zəif olması səbəbidən qırılmalar olduğu halda görüntülərin bir neçə dəqiqə itməsinin ola biləcəyini bildirmişdir. Birinci müşahidə kamerasına nəzər saldıqda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tairxdə saat 15.25.50 də qeydə alınmış görüntülərdə qırılma olduğundan görüntü birbaşa saat 15.26.52-ə keçir. Həmin dəqiqədə X9 meyitinin yerdə olduğu, üç nəfər şəxsin binada qaz boruları ilə aşağı düşdükləri, onlardan birinin meyitə baxdıqdan sonra hər üç şəxsin hadisə yerindən uzaqlaşdıqları, Görüntülərdə yenə qırılma olduğundan saat 15.27.10-dan birbaşa 15.28.34-ə keçdiyi görünür. Həmin vaxt artıq meyitin yanında heç kimin olmadığı görünür. Digər müşahidə kamerasının görüntülərinə baxdıqda 15.27.32-də binalardan aşağı qaz borusu ilə düşən şəxslərdən 2-sinin qaçaraq hadisə yerindən uzaqlaşdıqları görünür ki, görüntülərdə qırılma, yəni kəsilmələr olduğundan üçüncü şəxsin hansı istiqamətə qaçdığı görünmür. (cild 01, iş vər. 248-251) xx xxx 2019-cu il tarixli “Şahidi dindirmə protokolu”ndan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən dindirilən X37 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin aprel ayında gələcəkdə özünün yaşamsı üçün Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksi 25-ci küçəsində yerləşən 9 nömrəli binanın 26-cı mənzilini nağd ödənişlə almış və evi təmir etdikdən sonra 2019-cu ilin aprel ayının 10-da ev alqı-satqısı ilə məşğul olan Aqil adlı şəxsə evə kirayənişin tapmasını demişdir. Bir gün sonra Aqil ona zəng edib evi Fariz adlı bir nəfərin kirayə götürmək istədiyini demişdir. 300 manata onun razılığı ilə üzünü belə görmədiyi Aqilin dediyinə görə adı Fariz olan şəxs evi kirayəyə götürmüşdür. O, nə Farizi, nə də onunla qalan digər şəxslərin heç birini tanımır, görməmiş və onlarla danışmamışdır. Farizə 1-2 dəfə kim olduğunu öyrənmək üçün zəng etsə də, telefonuna zəng çatmamışdır. xx xxx 2019-cu il tarixdə günorta saatlarında evdə olanda həmin evin yerləşdiyi ərazinin sahə rəisi Bəybala ona zəng edib evində yaşayan şəxslərdən birinin öldüyünü demişdir. O, hadisə yerinə çatanda Bəybala onu prokurorluğa göndərmişdir. Sonradan bilmişdir ki, hadisə vaxtı evində olan adını bilmədiyi bir nəfər polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qaçmaq istəyən zaman yıxılaraq ölmüşdür. O, həmin şəxsin adını və soyadını bilmir, əməliyyatın hansı səbəbdən keçirildiyini dəyə bilmir. (cild 01, iş vər. 262-264) Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 12000 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - üzərində: “Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş boz rəngli maddə” yazısı olan bağlamada, şəffaf polietilen torbanın içərisində, 04 (dörd) ədəd polietilen kəsiyi bükümdə, ümumi təmiz çəkisi 4,331 qr. qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0,794 qr. ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində: “Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş sarımtıl rəngli maddə” yazısı olan polietilen torbada, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 1,032 qr. sarımtıl rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop metafetamindir. Üzərində: “Mərhum M.Qənbərovun gödəkçəsinin cibindən aşkar edilərək götürülmüş..” yazısı olan 2 (iki) ədəd polietilen torbada, birində 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 5,270 qr. sarımtıl rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop metafetamindir, digərində isə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,331 qr olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Üzərində : "Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 27 ədəd dördkünc formalı maddə' yazısı olan polietilen torbada, 27 ədəd dördkünc formalı maddələr narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid deyildirlər. Tədqiqata təqdim edilmiş, üzərində Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş tərəzi” yazısı olan 2(iki) ədəd polietilen bükümdə, arxa tərəfində “QC PASS 500g/0.1g” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və arxa tərəfində “X24” yazısı olan elektron tərəzinin üzərində psixotrop maddə olan metafetaminin və narkotik vasitə olan heroinin izləri vardır. Tədqiqta təqdim edilmiş, üzərində: “Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş tablet” yazısı olan bükümdəki, zavod üsulu ilə qablaşdırımış 7 ədəd konvalyutda olan cəmi 60 ədəd kapsuldan ibarət “Fluoxetine” adlı və 6 ədəd konvalyutda, cəmi 53 ədəd ağ rəngli dördkünc formalı həbdən ibarət “Metarol 50” adlı dərman preparatları, həmçinin, üzərində: “Mərhum M. Qənbərovun gödəkçəsinin cibindən aşkar edilərək götürülmüş tablet” yazısı olan polietilen bükümdə, 7 ədəd kapsuldan ibarət “Fluoxetine” adlı, 7 ədəd həbdən ibarət “ Metarol 50”adlı və 1 ədəd həbdən ibarət “Aksen fort” adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursolarların” siyahilarina,eləcə də “Güclü təsir edn maddələrin və onların külli miqdarının” və “Zəhərli maddələrin” siyahılarına daxil deyildirlər. Tədqiqata təqdim edilmiş Mikayıl Qənbərovun qara rəngli gödəkçəsinin üzərində və həmin gödəkçənin cibləri içərisində narkotik və ya psixotrop maddələrini izləri yoxdur. (cild 01, iş vər 265-269) xx xxx 2019-cu il tarixli “Şahidi dindirmə protokolu”ndan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən dindirilən X27 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Novruz bayramından sonra işləmək üçün Bakı şəhərinə gəlmiş, orada Cəlilabad rayonundan yerlisi olan Vidadi adlı şəxsin yanında, Xətai rayonunda Əhmədlidə yerləşən avtoyuma məntəqəsində Vidadi və onun oğlu Siruzla birlikdə işləməyə başlamışdır. X29 2012-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəlilabbada tanımış, sonuncu onların qonşuluğunda yaşamışdır. Hadisə olan gün, yəni xx xxx 2019-cu il tarixdə Mikayılın dəvəti ilə onun Abşeron rayon Xırdalan şəhərində kirayə tutduğu evə Siruz, Mikayıl və sonuncunun tanıdığı, onlarla tanış etmədiyi, 30-35 yaşlarında bir nəfər oğlanla getmişlər. Evə getməmişdən əvvəl Mikayıl onlara demişdir ki, Farizi narkotiklə polislər tutubdur. Onun həmin məlumatı haradan aldığını deyə bilmir. Mikayıl evə getmə səbəbi kimi bildirmişdi ki, evə gedib çimmək istəyir. Sonra onlar birlikdə oraya getmiş, Mikayılın əlində sellofan torba olmuşdur. O, soruşmuşdur ki, həmin torbanın içində nə var, Mikayıl bildirmişdir ki, torbada paltarları var. Onlar evə getdikdən sonra Mikayıl hamama girmək istəmiş, elə bu vaxt qapı döyülmüşdür. Mikayıl qapının gözlüyündən baxıb gələnin Fariz olduğunu deyəndə o, təəccüblə ondan soruşmuşdur ki,- “bəs Farizi tutmamışdılar, niyə buraxıblar ki?” Mikayıl da eyvan tərəfə gedib aşağı baxanda mülki formada bir nəfərin olduğunu deyib, gələnin əməliyyat müvəkkili olduğunu deyib özünü itirmiş, qaçıb ayaqqabısını götürmüş və tez-tələsik onları geyinib, öz-özünə danışıb "mən tez getməliyəm” deyəndə, qapıdan bir nəfər “Mikayıl, Mikayıl” deyə qışqırmağa başlamışdır. Sonra Mikayıl qapının çöldən açıldığını görüb arxadan qapının cəftəsi vurub, onu kənara çəkib açarı da salıb qapını bağlamışdır. O, qapını açmaq istəsə də, Mikayıl buna imkan verməmiş və sonra Mikayıl eyvana çıxmışdır. O, həmin vaxt ayaqqabını geyinmişdir. Mikayıl eyvanın sol tərəfində olan su borusu ilə düşən zaman bir az aşağıda yıxılmışdır. Mikayılın ardınca da yuxarıda qeyd etdiyi Mikayılın yanında olan, adını bilmədiyi adam, sonra Siruz sonra da o, eyvandan sağ tərəfdə olan qaz borusu ilə sürüşüb düşmüşlər. Aşağı düşəndə əli kəsilmiş, az qalsın özü də yıxılmışdır. Onlar aşağı düşəndə Mikayılın yerdə olduğunu, başından qan gəldiyini görüb, aralıda mühafizəçini tapıb ona təcili yardım çağırmasını deyib hadisə yerindən uzaqlaşmışlar. Tanımadığı şəxs qaçıb getmiş, Siruzla o, xeyli piyada yol getdikdən sonra Siruzun nənəsigilin Xırdalandakı evlərinə getmişlər. Sonra o, qardaşı Teymura zəng edib evə qayıtmaq istədiyini demişdir. Teymur bir gün sonra 8-ci km-dəki bazara gələcəyini deyib, orada gözləməsini bildirmişdir. O, avtoyuma sexinə gedib gecə orada qalmış, Vidadi də orada olmuş, Fariz tutulduğuna görə Vidadinin də halı pisləşmişdir. O, hadisə barəsində Teymura və Vidadiyə heç bir söz deməmişdir. Hadisə yerinə baxış keçirilən zamanı psixotrop maddə olan olan metafetamin, narkotik vasitə olan tiryək və heroin aşkar olunması ilə bağlı bildirir ki, həmin maddələrin ora kim tərəfindən gətirilməsi və kimə məxsus olması barədə hər hansı bir məlumatı yoxdur. Həmin maddələrlə onun hər hansı bir əlaqəsi yoxdur. Həmin evdə o, əvvəllər olmamışdır. Hadisə vaxtına aid olan binanın müşahidə kameralarına düşən görüntülərdə hadisə yerindən qaçanlardan biri odur, yerdə yıxılmış vəziyyətdə olan Mikayıl, qaçanlardan biri Siruz, digəri isə Mikayılın yanında olan, üzdən tanıdığı, adını bilmədiyi tanışıdır. O, hadisə vaxtı qorxduğundan, hamı da qaçmağa cəhd etdiyindən o da onlara qoşulub qaçmışdır. Fariz tərəfindən qapı döyülən zaman hər üç nəfər, yəni Mikayılın yanında olan, üzdən tanıdığı, adını bilmədiyi, onun tanışı olan şəxs və Siruz qaçmaq barədə düşünmüşlər. O da qorxduğundan onlarla birlikdə qaçmış, bu zaman da Mikayıl yıxılmışdır. (cild 01, iş vər. 272-274) xx xxx 2019-cu il tarixli “Şahidi dindirmə protokolu”ndan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən dindirilən X31 ifadəsində göstərmişdir ki, bir ildir ki, Xətai rayonunda Əhmədlidə yerləşən avtoyuma məntəqəsində atası Vidadinin yanında işləmişdir. X29 2018-ci ilin oktyabr ayından tanımışdır. O, əvvəllər iş yerində qalmış, sonradan Mikayılla hadisənin baş verdiyi evə köçmüşdür. Orada qardaşı Farizlə birlikdə qalmışdır. Hadisə olan gün, yəni xx xxx 2019-cu il tarixdə o, Mikayılın dəvəti ilə onun Abşeron rayonu Xırdalan şəhərində kirayə tutduğu evə Zaur, Mikayıl və sonuncunun tanıdığı, onlarla tanış etmədiyi, 30-35 yaşlarında bir nəfər oğlanla getmişlər. O, yəni Zaur, Mikayıl, Mikayılın tanımadığı tanışı və o, dördü parkda söhbət edəndə Mikayıl onun yaşadığı evə getmələrini bildirmiş, onlar da razılaşmışdır. Mikayılın əlində sellofan torba olmuş, ancaq içərisində nə olduğunu bilməmişdir. Onlar evə getdikdən təxminən on dəqiqə sonra qapı döyülmüşdür. Mikayıl qapının gözlüyündən baxıb “siz qaçın, məni tutacaqlar, sizlik bir şey yoxdur” deyəndə onlar hamısı özlərini itirib eyvandakı qaz borusu ilə aşağı düşmüşlər. Mikayıl eyvanın sol tərəfindəki boruyla sürüşmək istədiyi üçün azca düşən kimi yerə yıxılmışdır. Onlar aşağı düşəndə Mikayılın yerdə olduğunu, başından qan gəldiyini görüb, aralıda mühafizəçini tapıb ona təcili yardım çağırmasını deyib hadisə yerindən uzaqlaşmışlar. Tanımadığı şəxs qaçıb getmiş, o da Zaurdan ayrılıb iş yerinə, “moyka”ya gedərək 3-4 gün orada qalmışdır. Hadisə barəsində heç kimə, o cümlədən çox qorxduğundan polisə məlumat verməmişdir. Hadisə yerinə baxış keçirilən zamanı psixotrop maddə olan olan metafetamin, narkotik vasitə olan tiryək və heroin aşkar olunması ilə bağlı bildirir ki, həmin maddələrin ora kim tərəfindən gətirilməsi və kimə məxsus olması barədə hər hansı bir məlumatı yoxdur. Həmin maddələrlə onun hər hansı bir əlaqəsi yoxdur. Həmin evdə əvvəllər olmamışdır. Evdə heç vaxt narkotik maddə görməmişdir. Həmin gün də o maddələrdən xəbərim olmamışdır. Hadisə vaxtına aid olan binanın müşahidə kameralarına düşən görüntülərdə hadisə yerindən qaçan 4 nəfərdən biri odur. Yerdə yıxılmış vəziyyətdə olan Mikayıldır. Qaçanlardan biri Zaur, digəri isə Mikayılın yanında olan, üzdən tanıdığı, adını bilmədiyi şəxs isə Mikayılın tanışıdır. O, hadisə vaxtı qorxduğundan, Mikayıl ona görə bizə də problem yaranacağını dediyindən hadisə yerindən qaçmışdır. Qaçdığına görə peşmandır, aşkar olunmuş maddələrlə hər hansı bir əlaqəsi yoxdur. (cild 01, iş vər. 274-275) Məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 40 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir – baş beyninin əzilməsi, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması, sağ said sümüklərinin qapalı, yerini dəyişən sınığı; alın nahiyəsinin sağ hissəsini və sağ almacıq nahiyəsini əhatə edən, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və sağ əlin arxa səthinin sıyrıqları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. X3 ölümünə səbəb - daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması fonunda baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X9 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2019-cu il, saat 18:00) təxminən 2-4 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 01, iş vər. 276-277) Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının aparatının 2/32 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim olunan xasiyyətnamədən görünür ki, X1 yaşadığı müddət ərzində özünü intizamlı və səmimi aparmışdır. Yoldaşları arasında hörmət qazanmış, ünsiyyətli və nəzakətli olduğuna görə fərqlənmişdir. Belə müsbət xüsusiyyətlərinə görə o, kənd əhalisinin dərin hörmətini qazanmışdır. (cild 02, iş vər. 1-3) “Əşyaya baxış keçirilməsi barədə” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır. Mobil telefonun sol yan tərəfindən bir ədəd “xxxx” MMC-yə məxsus sim kart olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatla baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir material aşkar edilməmişdir. (cild 02, iş vər. 09) “Əşyaya baxış keçirilməsi barədə” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, “Samsung J2” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır. Mobil telefonun arxa qapağı açıldıqda bir ədəd enerji blokunun olması həmin enerji blokunun üst hissəsində “xxxx” MMC-yə məxsus sim kart olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatla baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir material aşkar edilməmişdir. (cild 02, iş vər. 10) Abşeron Rayon Məhkəməsinin 5(012)-82/2019 nömrəli, 07 iyun 219-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlunun xx xxx 2019-cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs1 və “Fariz” adlı şəxsin müəyyən edilib ifşa olunmaları istiqamətində xx xxx 2019-cu il tarixindən etibarən Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Xırdalan şəhəri ərazilərində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və Təqsirləndirilən şəxs1 və “Fariz” adlı şəxs müəyyən olunduqları təqdirdə zərurət yaranarsa onların üzərlərinə, eləcə də yaşadıqları ünvanlara baxış keçirilməsi qanuni hesab edilmişdir. (cild 02, iş vər 74) AZ-İ 969224 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölməsi təsdiq olunmuşdur. (cild, 02, iş vər. 80) “Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X20 ölmüş təqsirləndirilən şəxs X9 hüquqi varisi qismində tanınmışdır. (cild 02, iş vər. 82) Təqsirləndirilən şəxsin hüquqi varisi X12 BMCMİ-yə olan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Mehman Qənbərov oğlu X9 barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazı olmadığını, Mikayıl Qənbərovun barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etdiyini bildirmişdir. (cild 02, iş vər. 86) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 1860 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 87-88) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 1861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 89-90) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29139 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə, X9 yaşadığı evdən götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə, X9 yaşadığı evdən götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlə, X9 yaşadığı evdən və paltarından aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlər xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eynidirlər.(cild 02, iş vər 123-127) “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə X9 ölməsi faktına görə toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığından xitam verilmişdir. (cild 02, iş vər. 169- 174) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, cinayət işi üzrə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş 14,749 qram psixotrop maddə metafetaminin 14,649 qram qalığı, 35,022 qram narkotik vasitə heroinin 34,872 qram qalığı, Təqsirləndirilən şəxs1 külli miqdarda yəni 10,661 qram çəkidə narkotik vasitə heroinin 10,511 qram qalığı və bir ədəd elektron tərəzi, X9 yaşadığı evdən və gödəkçəsindən götürülmüş 7,096 qram metafetaminin 6,856 qram qalığı, 4,331 qram narkotik vasitə heroinin 4,001 qram qalığı, 0,331 qram narkotik vasitə tiryəkin 0,221 qram qalığı, 02 ədəd elektron tərəzinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvlərinin və digər yaxın qohumlarının qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama cinayətlərinə aidiyyəti olmadıqlarından və bu cinayətlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ediləcəyindən məlumatsız olduqlarından barələrində Azərbaycan Respublikası CM-in 234.2, 234.4.1, 234.4.3 və 307-ci maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, X31, X27 barələrində Azərbaycan Respublikası CM-in 234.4.1,234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, cinayət işinin materiallarından naməlum şəxs tərəfindən satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq 50,014 qram narkotik vasitə heroini, 21,845 qram metafetamini və 0,331 qram narkotik vasitə tiryəkin əldə edilməsi, saxlanması və daşınması faktına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd Samsung markalı mobil telefonun isə iş üzrə sübut əhəmiyyətinə malik olmadığından yaxın qohumlarına qaytarılması üçün hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2 təqdim olunması, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd Samsung markalı mobil telefonun iş üzrə sübut əhəmiyyətinə malik olmadığından yaxın qohumlarına qaytarılması üçün onu müdafiə edən vəkil Müdafiəçi3 təqdim olunması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinin əlamətləri olmadığından qeyd olunan xüsusat üzrə onların barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, X9 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarının qanuni hesab edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********47 saylı nömrəsi ilə aparılmış danışıqlara dair “xxxx” MMCdən götürülmüş məlumatların təqdim edildiyi 1 ədəd “CD” disk cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına tikilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********81 saylı nömrəsi ilə aparılmış danışıqlara dair “xxxx” MMCdən götürülmüş məlumatların təqdim edildiyi 1 ədəd “CD” diskin cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına tikilməsinin nəzərə alınması, Mikayıl Qənbərovun və qeyrilərinin əməllərində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə məsuliyyət məsələsinə ayrılacaq cinayət işində qiymət verilməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 deyil Mikayıl Qənbərovdan əldə etməsi və şəxsi istifadəsi üçün özündə saxlaması ilə bağlı istintaqa verdiyi ifadəsinin, həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə verməməsi, evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri özünün istifadəsi üçün saxlaması barədə istintaqa verdiyi ifadəsi özünümüdafiə xarakterli olduğundan sübut növü kimi qiymətləndirilməməsi qərara alınmışdır.(cild 02, iş vər 208-232) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi külli miqdarda 50,014 qram narkotik vasitə hesab olunan heroinin, külli miqdarda ümumi təmiz çəkisi 21,845 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metafetaminin və 0,331 qram narkotik vasitə hesab olunan tiryəkin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi, saxlanması və qanunsuz olaraq X14na verilməsi barədə şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa ********* nömrəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 02, iş vər. 234-236) İş materiallarına əlavə edilmiş məhkumluq barədə portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkumluq barədə portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xitam verilmiş, yəni Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərə rəftarı qənaətbəxşdir. İş materiallarına əlavə edilmiş qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X22 iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması külli miqdar, “Psixotrop maddələri” əhatə edən İİ Siyahının 67-ci qrafasına əsasən psixotrop maddə metafetaminin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı X8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmunu və zənglərə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə 14:50:41-da ***-***-**-** nömrəsindən “Qaqa borcdan sari narahat olma qetiyen.amanatdan qalib hele evde balam cani.axawam usdu xeqani var dosdum o verecey 40m.razide var alacagim alib verecem. qeti narahat olma. qaqa senun pulin mende batmaz arxayin ol”, 14:53:18-də “Niko tez ol biraz xeber de mene.cixim gelim”, 15:00:17-də “Qaga day xeber dede. bawdadun yene”, 15:14:44-də “Niko camat meni nefcilerde gozduyur.yeke oglansan sen durub o borca gore bele edirsen? senen dedim axi mal qalib hele. inanmisan dur gel bize bax.ayibdiye bele eleme.tupurum o pulaki.meni firradirsan sen beyagdan.alinir alinmir kankiret denen mene camata deyim ya getsin ya gozdesin”, 15:48:50-də “Niko soyugdan olduy day.mende burdayam nefcilerde.sen balovin cani biraz tez ok xeber de”, 16:33:35-də “Niko telfoni acdenee ne oldi 2saatdi durmuwug nefcilerde.gedib gelmedun?mene bidene soz dedene”, 16:46:56-da “Niko meni camaatin yaninda pis vezyetde qoyma yeke oglansan.2saatdi maklerler baginda otumuwug.alinmirsa eybi yixdu.gelim pulin verim o sende qalan vare pati.0,15 goturum oni verim. buda uzagdan gelib eli bow qayitmasin. yeke oglansan. Sene kecen defe dedim telfoni ac bir kelme denen alinmirsa”, xx-xx-2019-cu il tarixdə 17:05:14-də ***-***-**-** nömrəsindən “Niyazi mənəm mikayil telfoni ac”, xx-xx-2019-cu il tarixdə 22:09:29-da ***- ***-**-** nömrəsindən “Sebirli ol qaqa.qara koyney gotire bilmemiwem.meti gotirmiwem.gece getirecek qara koyney”, xx-xx-2019-cu il tarixdə 16:09:37-də ***-***-**-** nömrəsindən “NİYAZ MEN SENA HACANSA BELA SOZ DEMİWEMKİ OSMANA MAL ZAD VERMA. HEC BELA SOHBET OLUB BİZİM ARAMİZDA SEN ALLAH QAQAW” , xxxx-2019-cu il tarixdə 20:20:38-də ***-***-**-** nömrəsindən “QAQA NEYLEDİN GOTUR ONAN GELDE EVE TEKEM SOBETMİZİ EDEY SORADA VER AXWAMLARDA PULUN GOTUR GOZLEYİREM SENİ”, xx-xx-2019-cu il tarixdə 16:35:20-də ***-***-**-** nömrəsindən “Niyas adamda tapmisam diyir getir men yerbeyer eliyecem yaxwida adamdi yeni narat olma”, xx-xx-2019 -cu il tarixdə 23:41:25-də ***-***-**-** nömrəsindən “NİYAZİ KAMİRAN DİYİR GETİRDE SARAYİN ARXASİNA APARİM YA YOX BİR VİZİF AT APARİMİ İKİ VİZİF AT APARMAYİMİ”, xx-xx-2019-cu il tarixdə 01:56:43-də ***-***-**-** nömrəsindən “BU NE HEREKEDYE LAZİM OLANDA SENE DUWMEY OLMUR QAQA GETDİM 28 DE VERDİM COX YAW İDİ DEYNİRDİ BİRAZ QURTDUM OLARDA SALAFANSİZ 4 6 GELDİ SALAFANLA İKİ İKDE PATİ GELDİ”, xx-xx-2019-cu il tarixdə 23:26:26-da ***-***-**-** nömrəsindən “Mene zeng vur gorum.neter deyursen nece deyirsen.sorada giruwey sene qara koyney almiwam onida oturum sene”, xx-xx-2019-cu il tarixdə 23:32:30-da ***-***-**-** nömrəsindən “Ae skue sarima onun icin skim men sabah gedirem ble fayiza zada girmiwem men o uze pul aparm bi der azada vermiwem cxart karddan plu sabah plu ver men gunorta saat 1 de cxiram bakidan biri gune zada lazim dor nenkremki men o vaxda sabah men bir baw bakidan cxiram saat 1 de bir baw ora gedrem cxart karddan 2 min ver 10 denede tema var onida verm sene cxm gedim 3 gune gelecem”, xx-xx-2019 -cu il tarixdə 23:33:35-də ***-***-**-** nömrəsindən “Sabaha pulu ver men gedirem skue sarima hami verib sennen bawqa bled”, xx-xx-2019-cu il tarixdə 23:33:57-də ***-***-**-** nömrəsindən “Senun bu hereketun olmayada ay niyazi.day ozin bilersen.kayfun duranda zeng vurisan sms yazisan.men boyda adam zenguve cavab verrem.men yiganda sen qoz qoymusan.ozun bilersen.men durub sene yalvaran doremki.oldi gecen xeyre.kanaldan cox kanal var goturmeye.gedib goturecem indi”, xx-xx- 2019-cu il tarixdə 23:52:42-də ***-***-**-** nömrəsindən “Niko kk bidene butov getir.20m pul verrem 2 denede qara koyney verrem sene.yaxci?biraz tez gel aa ama.camaat gozduyur meni.bideki patini duz ele aa cekisin qaga.qapana atacaglar day problem yawanmasinda aramda bu uwaglarnan.tez ol biraz”, xx-xx-2019-cu il tarixdə 13:48:19-da ********** nömrəsindən “Sabah verecem pul axwam”, xx-xx-2019-cu il tarixdə 18:30:30-da ***-***-**-** nömrəsindən “Niko hardasan? gelirsen? niko oni 2 dene yari yari ele aa. bir yerde olmasin, bawa duwdun? gor birazda qardaw payi qoya bilersen mencun”, xx-xx- 2019 -cu il tarixdə 18:59:57-də ***-***-**-** nömrəsindən “Yeke kiwisen ee bu ne hereketdi edirsen?sene deyirem camaat gozduyur bizde oturub.vezyetide pisdi.goturmeyede kanali var.qoymadim gedib gotursin sende bele edirsen.yeke kiwisen olmadi day.yigiwdirda bu hereketivi axiri kimse basib doyecek seni.bele elediyin ucun.kankiret soz dede.camat kefde dore olureee”, xx-xx-2019-cu il tarixdə 19:35:00-da ***-***-**-** nömrəsindən “Pulsuz sms atibsan,zeng vurdum cavab vermedun.o uwagi gozduyurem. deyir propkadiyam zabrat yolinda.gelirem.gelsin catsin goruwum.bu biri uwagi yola salmiwan. 20 maat var.o birilerin gozduyurem.narahat olma catan kimi deyecem sene geleceysen.ola bilsin bidenede pati lazim oldi yari”, xx-xx-2019-cu il tarixdə 22:03:05-də ***-***-**-** nömrəsindən “Mawinnansansa ge sende o terefe goruwun o uwagla orda menide goturersen qaydarig nefcilerde duwerem.pulida oturem sene.niko mene getirdiylerivin puli 65m nagd cibimdedi 20m indi goturrem.bide elave 45de goturmuwem uwagdan.pati götür usdunde verersen mene puli nagddi almiwan uwagdan uje.opwi mende125m var sene verecem”, xx-xx-2019-cu il tarixdə 12:58:36-da ********** nömrəsindən “Senun bu xasiyetun olmayada ay niyazi..adama bir xeber dede alinir alinmir.seni otirb gozduyum hecne bilmeden.1-2 adamim var oda cixsin elimden.pencere yari olacag”, xx-xx-2019-cu il tarixdə 16:34:38-də ********** nömrəsindən “Qaqa renat diyir menede uc koku yari pati”, xx-xx-2019-cu il tarixdə 22:05:02-də ********** nömrəsindən “1050 manatin hammisin cxart getir men bilmirem sizin kimi q****belere c****glara yaxwuliq yoxdr onnan sora agzuzu s****b gor bawuza ne oyun acacam darixmayun”, xx-xx-2019-cu il tarixdə 22:05:21-də ********** nömrəsindən “Pulu getir hammisin ele bi gun yoxsa gelib o kasoyinda orda varyoxin s***cem”, xx-xx-2019-cu il tarixdə 22:23:23-də ********** nömrəsindən “Niko uwag gelir,60m pul.ne vaxta gelecen?gec gelersense ozum gelim deyim sene qaydim tez”, xxxx-2019 -cu il tarixdə 00:16:51-də ********** nömrəsindən “Niyazi mene bidene yari ver.pulum yoxdu indi saba gunorta verem pulun.evezine indi qirmizi sensir telfon vare onu verim qalsin saba yarinin pulun verib”, xx-xx-2019-cu il tarixdə 01:10:03-də ********** nömrəsindən “Niko men indiyekimi soyuw soymemiwem hec olana mala gore.varyoxin s***im sabah axwam ustune kimi,20matida verecem.elave 40m.borcumdan verecem.telfon qalsin sende.saba gotirem.olurem sen ogl.yeke oğlansan”, xx-xx-2019 -cu il tarixdə 16:33:38-də ********** nömrəsindən “Aye 1050 ni getr”, xx-xx-2019-cu il tarixdə 16:35:11də ********** nömrəsindən “S**me menim beynimi bu bawimin xarab olan vaxdi pulu getir bax derem haa 1050 maat gelmese bu gun hee day o pulu goturen p*ys*rdi”, xx-xx-2019cu il tarixdə 01:45:05-də ********** nömrəsindən “Niko hec kim bilmesin yanunda menem.bu nomrenide hec kime deme aa.mamamin nomresidi.niko xeqani gelsin bidene onu yola salda 20mat verecey sene.he yox de mene tez”, xx-xx-2019-cu il tarixdə 15:49:30-da ********** nömrəsindən “Kepeney tutan telfoni acdene bir.tez bazar 20mat vererdim sene.qonagim var vezyetde pisdi.bidene cavab de goruwey”, xx-xx-2019-cu il tarixdə 20:04:51-də ********** nömrəsindən “Nkyazi uc denede yari getir birdeki kamiranda 05 eskiy olub cekim atmiwdi”, xx-xx-2019-cu il tarixdə 23:10:48-də ********** nömrəsindən “Qaqa anardi qafarov 20 manat borcumnan duzeltmisem onu vererdim sene” məzmunlu smslər daxil olmuşdur. Məhkəmə isintaqı zamanı X8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmunu və zənglərə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsindən xx-xx-2019-cu il tarixdə 10:54:21-də ***-***-**-** nömrəsinə “Menem niyazi bu nomredryem”, xx-xx-2019-cu il tarixdə 15:38:48-də ********** nömrəsinə “Menem niyazi bu nomredeyem”, xx-xx-2019-cu il tarixdə 22:31:22-də ***-***-**-** nömrəsinə “Axsamin xeyir necesen qaqa mende biraz p var onu komey ele erideyde qardaşımsan vereceyim var”, xx-xx-2019-cu il tarixdə 23:20:02-də ********** nömrəsinə “Azadin yandayam men pulumu ona verem lazm olanda alam oda ki duz adamdi pul oncun problem deyil deyir 4 ci gun verecem onda 1600 plum var dedyi vaxtda verir sabah yox biri gun verecey men sabah sene 300 zad bele vererem uje sabahdida biri gun qalaninda adina vuraram yada masinan yola salaram narahat olma”, xx-xx-2019-cu il tarixdə 13:47:45-də ********** nömrəsinə “Salam dayi necesen basva donerem kankret yalanci cixiram sabaha insallah 500 borc tapa bilsey isimi ela duzub qosacam uzaqi 3 gune qaytaracam o pulu belkede tez umudum sensende elimde hecne yoxdu deye pul tapa bilmeyecem lap cox gotrem deye zakas elemisem sabaha”, xx-xx-2019-cu il tarixdə 14:06:30-da ********** nömrəsinə “Renat ayin 22 sine kimi senen qalan pulu gozdeyrem ele edeyki aramizda hormetsizdiy olmasin o pul kenana catdir ayin 22 sine kimi sene zeng edecey mene”, xx-xx-2019-cu il tarixdə 21:40:06-da ********** nömrəsinə “380 manatdiq bir ele 280 manatdiq bir klent tapmisam elinde qalani duz 1 hefteye yox edecem”, xx-xx-2019-cu il tarixdə 21:54:43-də ********** nömrəsinə “8 57 bir ele 5 bir ele 10 da bir”, xx-xx-2019-cu il tarixdə 23:08:06-da ********** nömrəsinə “Qaqa onu 10 bi ele 5 bi 5 de bi varyoxun s******m teli sondurdu pulu vermedi onun qayfdb varyoxun s*******m wacapin olsaydi cekib atardim ona gore gecikdim”, xx-xx-2019-cu il tarixdə 23:08:58-də ********** nömrəsinə “Mende obwi 560 di” məzmunlu sms yazılaraq göndərildiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmunu və zənglərə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsinə xx-xx-2019-cu il tarixdə 13:06:38-də ***-***-**-** telefon nömrəsindən “Qaqa onda hamsin ayri ayri ele bawva donerem duz olsun gene qaydacam”, 13:45:07-də “Qaqa doxsan var 10 da tapdim”, 13:50:10-da “Cixim ya yox xeber dede kileder qacmasin qardawim” məzmunu smslərin yazıldığı müəyyən edilmişdir. Eyni zamanda həmin telefon nömrəsindən xx-xx-2019-cu il tarixdə 17:34:04-də ***-***-**-** telefon nömrəsinə “Brat mən səni gözdiyirəm 5 birinəndi 2 də birinən”, xx-xx-2019-cu il tarixdə 19:30:41-də ***-***- **-** telefon nömrəsinə “Qardaşım nəsə olacağ bidənə diyərdin ola bilsin oyana keşdim birdə kohnə haqisabda qalmışdı bizdə onuda rişat eliyərdiy qardaşım mesaj yazda cavab” məzmunlu smslərin yazılmışdır. Məhkəmə istintaqı zamanı X9 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmununa baxış zamanı aşağıdakı sms yazışalarının aparıldığı müəyyən edilmişdir: xx.xx.2019-cu il tarixdə, saat 17:54:16-da ***- ***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə “Maşındayam yol gedirəm pulu götürüm siqareti atom yol qırağına gələm zəng eləmə brat işimi görüm əlimdə zəng vuracam”, xx.xx.2019 -cu il tarixdə, saat 07:25:04-də ***-***-**-** telefon nömrəsindən, ***- ***-**-** telefon nömrəsinə “Salam miriş mənəm mikayıl qaqam yox idim burda xəstəxanada yatırdım bu gun cixiram saat 10 da bizim aramızda olan haqisabdan mənə 200 manat düzəldib gətirərsən, qaqam xəstəxana nəyim var hamısını demək olarki yedi qutardı birazda borcdı qalmışam duz qoş qaqam mənə hec olmasa 200 manat gətir”, xx.xx.2019-cu il tarixdə, saat 10:29:56-da ***-***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə “Salam qardaşım mənəm mikayıl mənən bidənə əlaqə saxlıyarsanda görüşəy bidə bizim aramızda haqisab qalmışdı imkan olsa onıda duz qoş eliyərdim qardaşuycun vəzyətim çox pisdi uz bə uz danişağ iki qardaş” xx.xx.2019 -cu il tarixdə, saat 16:23:23-də ***-***-**-** telefon nömrəsindən ,***-***-**-** telefon nömrəsinə “Neman telefonu ac gətir ya pulu ver yadaki amanatı arada inciyliy olmasın sora mənim əlim uzundu hara desən catır mənə yox sənə problem olacağ hacı turala qədər çıxa biləcəm”, xx.xx.2019-cu il tarixdə, saat 16:39:44-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Qaqaş axşama qədər mənim pulumun hamsin çadır ənvər görə hörmət eliyirdim mənə ki hormətsizdiy elədin pulu çadır”, xx.xx.2019-cu il tarixdə, saat 16:52:50-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Arada inciyliy olmasın salam melik var aç telfonı axşamacanda pulun hamsını çadır”, xx.xx.2019-cu il tarixdə, saat 16:54:07-də ***-***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə “Mikayil saat 6 zeng vurum goruwek.aff park terefde goruwek.xirdalanda .problem var qardawim,goruwende daniwaram.sene” xx.xx.2019-cu il tarixdə, saat 17:04:45-də ***-***- **-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Saat 6 da pulun hamsı catmasa neman incimə sənçin güjdi problem olacağ mənim zona qədər udilenim var nə qədərdə ortalığ uşağı var sözimi eşidilər”, xx.xx.2019-cu il tarixdə, saat 17:23:57-də ***-***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə, “Mikayil saat 8 tamam men aff park mecidin qabaginda seni gozduyecayam.ozun gele bilmesen bele deyersen orda pulu hara qoyum”, xx.xx.2019-cu il tarixdə, saat 17:27:57-də ***-***-**-** telefon nömrəsindən, ***- ***-**-** telefon nömrəsinə “Saat 6 da nefcilərdə razinən miri gil var olarda yanimda olacağ burda pulu götürəcəm sənən urəyin istiyirsə oğrunun bibisi uşağlarida kurs elədirim söbətə 6 tamama qədər pulum çatsin mənim”, xx.xx.2019-cu il tarixdə, saat 17:40:17,***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Məcidin qabağına gələrsən onuda yadinda saxla ki səf səna sən qardaş dediyin oğlana atmaq minenyasinda olmusan ordakı dukana qoyacağsan pulu zəng vurarsan dukanan mənə deyəcəm ora qoyacağsan”, xx.xx.2019-cu il tarixdə, saat 17:43:29-da ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Göruşməydə istəsən nefcilərdə olacam razinən qardaşdarda olacağ bizdən 8 ki oyana kecdi problemini bacarsan həl edərsən zona qədər kursun qoydirmışam”, xx.xx.2019-cu il tarixdə, saat 17:47:26-da ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “280 manat pul qoyacağsan ora” xx.xx.2019-cu il tarixdə, saat 17:57:28-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Saat 8 də dukanan mənə zəng vuracağsan deyəcəm pulu göturəcəylər kasadan minenyunda başqa şey fikirləşib gələrsən birdən onsuzda mən orda olmayacam qardaşdarnan oturacam”, xx.xx.2019-cu il tarixdə, saat 18:26:02-də ***-***-**-** telefon nömrəsindən, ***- ***-**-** telefon nömrəsinə “Elmir qaqaşım səni gözləyirəm bayaqdan burda gəlmiyəcəysənsə birdən,ə xəbər ed bilim”, xx.xx.2019-cu il tarixdə, saat 19:43:28-də ***- ***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Hardasan mən gedirəm xırdalana səni gözləyəcəm aff da”, xx.xx.2019-cu il tarixdə, saat 19:49:14-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Kəlmön svoyskidisə gələrsən mən gedirəm səni gözdiyəcəm cayiluy ağzimizdan söz cixariruğ coxaranda”, xx.xx.2019-cu il tarixdə, saat 20:07:48-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Telfonı aç danış belə qaçmağnan bi yerə gedib çıxa bilmərsən neman, gətir mənim pulumu çadır”, xx.xx.2019-cu il tarixdə, saat 20:49:38-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə, “Delisen sen ,sen ol gelen qizdir qaqaw pul getirir”, xx.xx.2019-cu il tarixdə, saat 21:14:07-də ***-***-**-** telefon nömrəsindən, ***-***-**-** telefon nömrəsinə “Qizi zadı gətirmə gələndə bura özün gəl pulu ver qutardı getdi”, xx.xx.2019-cu il tarixdə, ***-***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə saat 23:01:02-də “Qaqa menem mirbalas senin qadan alaram menim vezyetim pisdi menle sivyaza cix”, saat 23:02:27-də “Pul duzeltmisem ama borclar yigilib ustume bidene tema goturumki brat dvijeniya eleyim borclari verimde yavas yavas qardawmsan bidene komeklesey bu borclari paylayim cox pis sıxılmışam”, saat 23:02:59-da “Oz nomremi bilirsende day bu nomreni yigma hec oz nomremi yig ***-***-**-**”. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********81 telefon nömrəsi üzrə aparılan danışıqlara dair məlumatlardan həmin nömrəyə xx.xx.2019-cu il tarixdə, saat 13:54:30-da Təqsirləndirilən şəxs2 istifadəsində olan **********47 telefon nömrəsində zəng olunmaqla, tərəflər arasında 60 saniyə danışığın baş tutduğu, bundan sonra xx.xx.2019-cu il tarixdə 14:02:53-də və 14:04:23-də Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********47 telefon nömrəsinə balansda hesabın olmamasından 02 dəfə uğursuz zəng edilməsi, sonra isə xx.xx.2019-cu il tarixdə 14:04:56da Təqsirləndirilən şəxs2 həmin nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə zəng edərək aralarında 13 saniyə telefon danışığının olması, bununla xx.xx.2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri üzrə tərtib olunmuş protokolun məzmununda qeyd olunanların həqiqətə uyğun olduğu müəyyən edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin araşdırılması zamanı müəyyən edilmişdir ki, hər iki şəxsin istifadəsində olan mobil telefon nömrələrinə narkotik vasitələrin satışı ilə bağlı eyni bir nömrə istifadəçisi olan ***-***-**-** telefon nömrəsindən smslər yazılmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1lə Mikayıl Qənbərovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 20 dəfə qarşılıqlı telefon zənglərinin aparıldığı müəyyən edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 40 dəfə, həmçinin Təqsirləndirilən şəxs2 ilə Mikayıl Qənbərovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində 45 dəfə qarşılıqlı telefon zənglərinin aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin istifadə zamanı əhatə dairəsində olduqları anten məlumatlarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər xx.xx.2019cu il tarixdə, saat 15:40:15-də Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 bir-biri ilə əlaqə saxladıqları zaman hər iki telefon ünvan 8 ünvanında yerləşən anten dairəsi əhatəsində olmuş, Təqsirləndirilən şəxs2 həmin gün günün başlanğıcından əksər hissəsini həmin anten dairəsində olmuş, Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinin isə xx.xx.2019-cu il tarixdə saat 15.30-15.55 aralığında həmin anten dairəsi ərazisində olmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələrində təqsirli olmaları onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına və sms yazışmalarına dair məlumatlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla bağlı, özü təkbaşına və eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmadığı, üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 deyil, istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxsdən əldə etməsi, digər Təqsirləndirilən şəxs2 isə özü təkbaşına və eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmadığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini sonuncuya onun vermədiyi ilə bağlı məhkəmə baxışı zamanı verdiklərii ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizalarının rəylərinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinin, eləcə də Mikayıl Qənbərovun evindən aşkar edilmiş narkotik vasitə heroinin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olduqları, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlə, X9 yaşadığı evdən və paltarından aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlərin xarici əlamətlərinə, tərkibindəki komponentlərinə görə eyni olmalarının müəyyən edilməsi, Təqsirləndirilən şəxs1 yaşadığı evdən və eləcə də Mikayıl Qənbərovun yaşadığı evdən üzərlərində narkotik vasitə izləri olan hər bir evdən bir ədəd olmaqla, ümumilikdə 02 ədəd elektron tərəzinin aşkar edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Mikayıl Qənbərovun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmalarına dəlalət edən istifadələrində olan mobil telefon nömrələri ilə aparılmış və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına, təqsirləndirilən şəxslər arasında mütəmadi olaraq qarşılıqlı telefon danışıqlarının aparılmasına dair məlumatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını və faktiki olaraq tutulduqdan sonra verdiyi məlumatlarla digər şəxslərin cinayət əməllərinin açılmasına köməklik göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, faktiki olaraq tutulduqdan sonra verdiyi məlumatlarla digər şəxslərin cinayət əməllərinin açılmasına köməklik göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət əməlini törətmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə isə əsasən onlar cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- 49,384 qram çəkidə narkotik vasitə heroin, 21,505 qram çəkidə psixotrop maddə metafetamin və 0,221 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd "Constant” markalı elektron tərəzi, bir ədəd “X24” markalı elektron tərəzi, bir ədəd “QC PASS 500g/0.1g” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş “xxxx”, “Azercell” və “xxxx” MMC-dən götürülmüş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 342 (üç yüz qırx iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ibtidai istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi külli miqdarda 50,014 qram narkotik vasitə hesab olunan heroinin, külli miqdarda ümumi təmiz çəkisi 21,845 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metafetaminin və 0,331 qram narkotik vasitə hesab olunan tiryəkin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi, saxlanması və qanunsuz olaraq istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxsə verilməsi barədə ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrılmaqla DİN-in BMCMİ-də icraatı aparılan ********* nömrəsi ilə cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, eləcə də tədqiq edilmiş məlumatlarda törədilməsi ehtimal olunan digər cinayət faktlarının müəyyən edilməsi üçün məhkəmə istintaqı zamanı müvafiq qərarla əldə edilmiş “xxxx”, “Azercell” və “xxxx” MMC tərəfindən təqdim olunmuş 03 ədəd CD diskin elektron qaydada surəti çıxarılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- 49,384 (qırx doqquz tam mində üç yüz səksən dörd) qram çəkidə narkotik vasitə heroin, 21,505 (iyirmi bir tam mində beş yüz beş) qram çəkidə psixotrop maddə metafetamin və 0,221 (sıfır tam mində iki yüz iyirmi bir) qram çəkidə narkotik vasitə tiryək, bir ədəd "Constant” markalı elektron tərəzi, bir ədəd “X24” markalı elektron tərəzi, bir ədəd “QC PASS 500g/0.1g” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş “xxxx”, “Azercell” və “xxxx” MMC-dən götürülmüş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 342 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İbtidai istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi külli miqdarda 50,014 qram narkotik vasitə hesab olunan heroinin, külli miqdarda ümumi təmiz çəkisi 21,845 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metafetaminin və 0,331 qram narkotik vasitə hesab olunan tiryəkin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi, saxlanması və qanunsuz olaraq istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət təqibinə xitam verilmiş digər şəxsə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrılmaqla DİN-in BMCMİ-də icraatı aparılan ********* nömrəsi ilə cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, eləcə də tədqiq edilmiş məlumatlarda törədilməsi ehtimal olunan digər cinayət faktlarının müəyyən edilməsi üçün məhkəmə istintaqı zamanı müvafiq qərarla əldə edilmiş “xxxx”, “Azercell” və “xxxx” MMC tərəfindən təqdim olunmuş 03 ədəd CD diskin elektron qaydada surəti çıxarılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilsin. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-130/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-130/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver