Məhkəmə qərarları › İş №1(101)-130/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-130/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-130/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları - ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi X3, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1974-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 tərəfindən dəvət olunduğu ünvan 2 ünvanda yerləşən “Kosmos” adlı kafeyə Şahid6 ilə gedib əvvəldən məclisdə iştirak edən Zərərçəkmiş şəxs1 tanışları Şahid2, Şahid1, Şahid4, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid5 ilə birlikdə masa arxasında oturub bir qədər spirtli içki qəbul etdikdən sonra masa arxasında əyləşən Şahid1 polis əməkdaşı olduğunu bilib Zərərçəkmiş şəxs1 polis əməkdaşı ilə bir masa arxasında əyləşdirilməsini irad bildirdikdən sonra sonuncu ilə aralarında yaranmış mübahisə ilə bağlı əyləşdikləri kafedən çıxaraq kafenin qarşısında söhbət edib aralarında olan mübahisəyə son qoyduqdan sonra həmin yeri tərk edərək məclisdə iştirak edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı evə getmək istəyərkən onunla birlikdə getməyi təkid edib avtomobilə əyləşən Zərərçəkmiş şəxs1la 16 yanvar 2022-ci il tarixdə, saat 23:35 radələrində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında saxladığı, oğlu X4 məxsus etibarnamə əsasında idarə etdiyi “Volkswagen Jetta” markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq onunla həmin yerə gəlmiş Zərərçəkmiş şəxs1la söhbət edən zaman ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək şalvarın sağ yan cibində gəzdirdiyi soyuq silah hesab edilən ümumi uzunluğu 274 mm, tiyəsinin uzunluğu 147 mm, eni əsasında 25 mm, ortada 33 mm, ucunda 1 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyi metallik korpusdan hazırlanmış, digər hissədə qırmızı rəngli plastik materialdan lövhələrlə bərkidilmiş dəstəyinin uzunluğu 127 mm, eni 20 mm-dən 35 mm-ə qədər olan qalınlığı 10 mm-dən 15 mm-ə qədər olan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün kənardakı şəxslərin diqqətini özünə cəlb edib vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq özünü ətrafdakılara qarşı qoyaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi qeyd olunan bıçaqla zərbə yetirərək təkrarən xuliqanlıq etməklə sonuncuya dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyəsinə 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, onun zərbələrindən kənarlaşdığını görüb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətini sona çatdırmaq məqsədilə sonuncuya tərəf gedib ardıcıl bıçaq zərbələri endirərkən Zərərçəkmiş şəxs2 dəfələrlə onun əlindən tutmaqla cinayətkar əməlinin qarşını almağa çalışmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş - kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai borcunu yerinə yetirən şəxsə və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan təkrarən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, ibtidai istintaq orqanı həm də belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında istintaqa məlum olmayan mənbədən ümumi uzunluğu 615 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, tiyənin ucu orta xətt üzərində yerləşən, tiyənin bir üzündə ulduz aypara və müvafiq yazı işarələri həkk edilmiş, tiyənin orta xəttdən uzunluğu 465 mm, orta hissədə eni 37 mm, maksimal qalınlığı 4 mm olan, dəstəyi əsası tiyənin davamı olmaqla sarı rəngli taxta və metal materialdan hazırlanmış, dəstəyin ön tərəfində yuxarıya doğru 10 mm, aşağıya doğru 19 mm ölçüdə çıxıntı məhdudlaşdırıcı olan, dəstəyinin uzunluğu 150 mm, orta hissədə eni 30 mm, orta hissədə qalınlığı 22 mm olan kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ücü deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd xəncəri qanunsuz olaraq əldə edərək gəzdirmiş, qeyd olunan xəncər axtarış və götürmə aparılması haqqında qərarla 17 yanvar 2022-ci il tarixdə saat 02:20-də Ziya Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən DYP-nın 17 saylı cərimə meydançasında saxlanılan X7 məxsus X8 tərəfindən etibarnamə əsasında idarə olunan BMW markalı ** BN *** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Lakin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər sübutlarla təsdiqini tapsa da, ibtidai istintaq orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində dostluq münasibətində olduğu, baxılan iş üzrə mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən dəvət olunduğu ünvan 2 ünvanda yerləşən “Kosmos” adlı kafeyə tanışı, həmçinin iş yoldaşı Şahid6 ilə birlikdə gedib, həmin kafedə əvvəlcədən ümumi razılaşmaya əsasən təşkil edilmiş yeyib-içmək məclisində iştirak edən zərər çəkmiş - mərhum Zərərçəkmiş şəxs1 tanışları Şahid2, Şahid1, Şahid4, Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid5 ilə birlikdə eyni masa arxasında oturub bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra, tanışlıq mərhələsində Təqsirləndirilən şəxs onlarla birlikdə masa arxasında oturmuş Şahid1 polis əməkdaşı olduğunu öyrəndikdən sonra sonuncunu qiyabi olaraq idman məşqçisi kimi tanıdığını, onun polis olmasını bilmədiyini bildirməsini yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olan mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 bunu onun polis əməkdaşı ilə bir masa arxasında əyləşdirilməsini istəməməsi kimi qəbul edərək yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxsla mübahisə yaratmış, sonuncunun təşəbbüsü əsasında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs və mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 bir-birini təhqir edib, qarşılıqlı olaraq biri digərinin hərəkətlərinə və danışıqlarına iradlar bildirmişlər. Bundan sonra məclis iştirakçılarının ümumi razılaşmasına əsasən əvvəlcədən alınmış tortla aralarında müəyyənləşdirilmiş yerdə çay içmək məqsədilə hamı, o cümlədən Təqsirləndirilən şəxs və mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 «Kosmos” kafesindən küçəyə çıxdıqda Təqsirləndirilən şəxs və mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 ikilikdə razılaşaraq, danışıqlarını heç kəsin eşitməyəcəyi bir kənara çəkilərək təqibən 15-20 dəqiqə ərzində söhbət etmiş, aralarında olan mübahisəyə son qoyaraq bir-biri ilə barışmış və kafenin qarşısına onları gözləyən tanışlarının yanına qayıtmışlar. Bundan sonra Təqsirləndirilən şəxsla tanışı Şahid6 evlərinə getmək üçün taksi axtarmağa başlamış, lakin ərazidə taksi olmadığından həmin vaxt məclis iştirakçısı, spirtli içki qəbul etməmiş, baxılan iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 eyni məclisdə spirtli içki qəbul etmiş Şahid5 məxsus olub, sonuncunun özünün xahişi ilə idarə etdiyi “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olarkən Təqsirləndirilən şəxs onu və məclisə birlikdə gəldiyi Şahid6 yaxın ərazidə yerləşən yaşayış ünvanlarına aparmağı xahiş etmiş, Zərərçəkmiş şəxs2 onları aparmağa etiraz etmədikdə Təqsirləndirilən şəxs avtomaşının salonunda qabaq, Şahid6 isə arxa oturacaqda oturmuş, avtomaşın hərəkətə başlama anında mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 avtomaşının arxa sol qapısını açaraq avtomaşına oturmaq və onlarla birlikdə getmək istədiyini bildirmişdir. Həmin vaxt avtomaşını idarə edən Zərərçəkmiş şəxs2, avtomaşında arxa oturacaqda sərnişin kimi oturmuş Şahid6 və hətta Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs1 onun sərxoş olduğunu bildirərək onlarla getməsinə etirazlarını bildirmələrinə baxmayaraq sonuncu təkidlə avtomaşının arxa oturacağına oturmuş və yalnız bundan sonra avtomaşının sükanı arxasında olan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla Şahid6 istədikləri ünvanlara çatdırması üçün avtomaşını hərəkətə gətirmiş, avtomaşında olan Şahid6 yolüstü maşından düşüb yoluna avtobusla davam edəcəyini bildirərək avtomaşını saxlatdırıb düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 və sürücü qismində avtomaşının sükanı arxasında olan Zərərçəkmiş şəxs2 yollarına davam etmiş, yol gedərkən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında «Kosmos” kafesində başlanmış mövzu ətrafında mübahisə yenilənmiş, lakin zərər çəkmiş Zərərçəkmiş şəxs2 mübahisəyə son qoymaq məqsədilə hər iki şəxsə 20 ilin dostu olduqlarını xatırladaraq şəxsi iradlarını bildirib onları sakitləşdirməyə çalışmışdır. 16 yanvar 2022-ci il tarixdə, saat 23:37-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı binanın qarşısına çatmış və Zərərçəkmiş şəxs2 həmin ünvanın qarşısında idarə etdiyi avtomaşını saxlamış, ilk olaraq avtomaşının arxa oturacağından sağ tərəfdən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1, ardınca qabaq oturacaqdan sağ tərəfdən Təqsirləndirilən şəxs, sonuncu isə soldan sükan arxasından sürücü - zərər çəkmiş Zərərçəkmiş şəxs2 düşmüş, Təqsirləndirilən şəxs avtomaşından düşdükdən sonra elə həmin ünvanda, yəni Əliyar Əliyev küçəsində, 26 saylı binanın qarşısında üzü binaya doğru dayanacaqda dayanmış oğlu X4 məxsus olub, etibarnamə əsasında özünün idarə etdiyi “Volkswagen Jetta” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomaşının qabaq sol qapısını açaraq oradan su götürüb içməyə başlamış, həmin vaxt onun ardınca mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 məsafə caxlamadan, sonda isə zərər çəkmiş Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq paralel dayanmış maşınların arasında mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 aralarında bir qədər əvvəl «Kosmos” kafesində başlamış, yol gedərkən davam etmiş mövzuda mübahisəni əl-qol hərəkətləri etməklə, yumruqla Təqsirləndirilən şəxs idarəçiliyində olan “Volkswagen Jetta” markalı avtomaşını döyəcləməklə davam etdirdikdə Təqsirləndirilən şəxs qisas almaq məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə qərəzli hərəkətlər, yəni xuliqanlıq edərək naməlum vaxtda və naməlum mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən tiyəsinin uzunluğu 147 mm., dəstəyinin uzunluğu 127 mm. olmaqla ümumi uzunluğu 274 mm. olan, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını cibindən çıxarıb açaraq ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 zor tətbiq edib onun bədəninin müxtəlif yerlərinə ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs eyni hərəkətlərlə, onun tərəfindən yol verilən ictimai qayda pozuntusunun qarşısını almağa çalışan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib silah qismində istifadə etdiyi qeyd olunan həmsin bıçaqla bir dəfə vuraraq ona dərəcəsinə görə yüngül zərər vurmaya aid sol qalça tini nahiyəsinə 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, bundan sonra isə mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 bıçaq zərbələri endirmək üçün ictimai təhlükəli hərəkətlərini davam etdirərkən zərər çəkmiş Zərərçəkmiş şəxs2 dəfələrlə onun əlindən tutmaqla cinayətkar əməlinin qarşını almağa çalışmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş - kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları kimi bədən xəsarətlərini yetirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aldığı bədən xəsarətlərinə görə hadisə yerində qalmayıb hadisə yerindən qaçaraq 35 metr uzaqlaşdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Ventura» adlı apteklə «S beauty» adlı mağazanın qarşısında piyada hərəkət zolağı ilə avtomaşın yolunun kəsişməsində sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə baş verdiyindən hərəkətini davam etdirə bilməmiş, onun vəziyyətini görən vətəndaşlar tərəfindən çağırışa gələn X23 Stansiyasının həkimlərinin müşaiyəti ilə sonuncu X17 aparılarkən yolda həkimlərin tibbi müdaxiləsinə baxmayaraq sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə yolda ehtiyyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və bu hərəkətləri ilə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hərəkətləri ilə qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqnlıq hərəkətləri edərək ictimai qayda pozuntusunun qarşısını almaqla ictimai borcunu yerinə yetirən, həmçinin ölmüş zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən bədənə yetirilmiş ağır dərəcəli bədən xəsarətləri ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında naməlum mənbədən ümumi uzunluğu 615 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, tiyənin ucu orta xətt üzərində yerləşən, tiyənin bir üzündə ulduz aypara və müvafiq yazı işarələri həkk edilmiş, tiyənin orta xəttdən uzunluğu 465 mm, orta hissədə eni 37 mm, maksimal qalınlığı 4 mm olan, dəstəyi əsası tiyənin davamı olmaqla sarı rəngli taxta və metal materialdan hazırlanmış, dəstəyin ön tərəfində yuxarıya doğru 10 mm, aşağıya doğru 19 mm ölçüdə çıxıntı məhdudlaşdırıcı olan, dəstəyinin uzunluğu 150 mm, orta hissədə eni 30 mm, orta hissədə qalınlığı 22 mm olan kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ücü deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd xəncəri qanunsuz olaraq əldə edərək gəzdirmiş, qeyd olunan xəncər axtarış və götürmə aparılması haqqında qərar əsasında 17 yanvar 2022-ci il tarixdə, saat 02:20-də Bakı şəhəri, Ziya Bünyadov prospekti, 2096-cı məhəllədə yerləşən Azərbaycan Respublikası DİN-nin DYP-nın 17 saylı cərimə meydançasında saxlanılan vət. X7 məxsus olub, X8 tərəfindən etibarnamə əsasında idarə olunan BMW markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkəti ilə həm də qanunsuz soyuq silah əldə etmiş və gəzdirmişdir. Yəni Təqsirləndirilən şəxs ümumilikdə yuxarıda qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 221.3 və 120.2.2-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə, məhkəməydək icraat mərhələsində olduğu kimi özunü təqsirli bilməyərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 ilə 2005-ci ildən özünün qardaşı hacı Müşfiqə görə tanımış, Zərərçəkmiş şəxs1la bir məhəllədə yaşamış, İsa ilə o, demək olar ki, hər gün görüşüb söhbət etmiş, ümumi ortaq dostları da çox olmuş, 17 il müddətində aralarında kiçik bir mübahisə belə, olmamışdır. İsa ilə qardaşı Müşfiqin tanışlığı isə 2000-ci ildən olmuş, sonuncular arasında dostluq münasibəti olmuşdur. Qardaşı ilə İsa yaxın dost olduqlarından, xatırladığına görə 2009 və ya 2010-cu ildə qardaşı Müşfiq İsanın toy məclisinin təşkilinə maddi köməklik göstərmişdir. Bundan başqa, xatırladığına görə 2005 və ya 2007-ci ildə avtomobil alarkən qardaşı İsaya 10000 manat məbləğində maddi köməklik göstərmiş, sonra isə həmin pulu geri almamış, həmin pulu İsaya bağışlamışdır. 2011-ci ildə isə qardaşı Müşfiq müflisləşdiyindən o, Bakı şəhərində özünə məxsus olan evi sataraq Astara rayonuna köçmüş və orada yaşamağa başlamışdır. Bundan sonra da İsa ilə onun münasibəti daha da yaxın olmuşdur. O, mütəmadi olaraq İsaya 500-600 manat maddi yardım göstərmiş, həmçinin İsanın borclu olduğu şəxslərlə münasibətlərinin normal qalmasına, borclu olduğu şəxslərə borcunu qaytamasına köməklik göstərmişdir. Hadisədən iki gün qabaq isə - 14 yanvar 2022-ci il tarixdə polis əməkdaşı olan İlham Humayevin 60 illik yubileyinə İsa ilə birlikdə getmiş, İlhama hədiyyə verə bilməsi üçün İsaya 200 manat pul vermişdir. X26 əvvəllər tanımadığından o, İsanı İlhamla tanış etmişdir. Hadisədən cəmi bir gün qabaq isə, yəni 15 yanvar 2022-ci il tarixdə də İsa 300 manat borc istəmiş, o isə imtina etməyib həmin məbləğdə pulu İsaya vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisənin əsasının qoyulduğu «Kosmos» kafesi Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi ilə Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşir və istər İsa ilə, istərsə də digər dostlarla orada oturub oturub çay içmişlər. İsa özü «Kosmos» kafesinin yerləşdiyi məhəllədə yaşamışdır. O, özü də 15 ildən çox həmin məhəllədə yaşamışdır. 16 yanvar 2022-ci il tarixdə günorta saat təxminən 13 radələrində oğlu Elməddinə məxsus olub, özünün etibarnamə əsasında idarə etdiyi ** DN *** dövlət nömrə nişanlı avtomobillə «Kosmos» kafesinin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə getmiş, avtomobili yuduzdurmaq üçün həmin məntəqəyə vermiş və orada təsadüfən İsanı görmüşdür. O, İsa ilə görüşmüş, birlikdə «Kosmos» kafesinə gedib orada çay içmiş və təxminən saat 14 radələrinədək ümumi söhbətlər etmişlər. Onlar saat təxminən 14 radələrində kafedən çıxmış və İsa ilə birlikdə yuyulmağa verdiyi maşının yanına gəlmişlər. Hər ikisi avtomobilə əyləşmiş, o, İsanı aparıb məhəlləyə düşürtmüş, özü isə evə getmişdir. «Kosmos» kafesi ilə İsanın yaşadığı məhəllənin arasında təxminən 150-200 metr məsafə olmuşdur. Evdə nahar etdikdən sonra öz işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, «Meyvəli» adlanan topdan satış bazarında meyvə-tərəvəz, əsasən kartof satışı ilə məşğul olmuş, Cəlilabad rayonundan və İran İslam Respublikasından kartof gətirtdirərək həmin bazarda satışını təşkil etmişdir. Elə həmin gün, yəni 16 yanvar tarixdə işləri ilə bağlı saat təxminən 18 radələrində bazara getmiş və orada təxminən 15 il ərzində tanıdığı və dostluq münasibətində olduğu Adillə görüşmüşdür. Adil də həmin bazarda kartof satışı ilə məşğul olmuşdur. «Meyvəli»də işlərini görüb bitirdikdən sonra şəhərə qayıtmaq üçün maşina minmiş, gələrkən maşınla Adili də şəhərə gətirmişdir. Adil Əhmədli qəsəbəsində yaşamışdır. O, Adili Nərimanov rayonuna, yaşadığı evin həyətinə qədər gətirmiş və maşını Əliyar Əliyev küçəsində, məhəllədə saxlamışdır. Sonra o və Adil yeyib-içmək qərarına gəlmiş və saat təxminən 20:30 radələrində yaşadığı məhəllənin yaxınlığında yerləşən kafeyə getmişlər. Adil əlini yumaq üçün getmiş, o, birlikdə yeyib-içmək məqsədilə İsanı da dəvət etmək istəmiş və bu məqsədlə İsaya zəng etmişdir. Adillə İsa biri-birini tanımış, onların arasında hər hansı ədavət olmamışdır. O, İsayla telefonda danışarkən Adillə birlikdə olduqlarını demiş və İsanı yeyib-içməyə dəvət etmişdir. Həmin vaxt İsa ona «Kosmos» kafesində yeyib-içdiyini demiş və onu da «Kosmos»a dəvət etmiş, lakin kimlərlə olduğunu deməmişdir. O, İsanın israrlı dəvətini qəbul etmiş və Adillə birlikdə «Kosmos» kafesinə getmiş, saat təxminən 21 radələrində «Kosmos»a çatmış, İsanın 4-cü kabinetdə olduğunu öyrənib ora keçmişlər. İsa olan kabinetdə təxminən 6-7 nəfər adam olmuş, o, İsa və digər şəxslərlə ümumi salamlaşmış və fərdi qaydada görüşüb oturmuşdur. İsagilin oturduğu kabinetdə İsanın özü, İsanın əmisi oğlu Həbib, iş üzrə zərər çəkmiş kimi tanınmış məhəllə sakini Rəşad, İsanın dostu və məşq yoldaşı kimi qiyabi olaraq tanıdığı Eldəniz adlı şəxs, üzdən tanıdığı, lakin adldarını digər şəxslər olmuşlar. O, kabinetdə stolun baş tərəfində İsanın yanında oturmuş, xatırladığı onun qədər sağ tərəfində Rəşad, Adil isə onun sağ tərəfində 4-cü adam olaraq oturmuşdur. Eldəniz isə onunla üzbəüz oturmuşdur. Digər yerlərdə isə adlarını bilmədiyi şəxslər oturmuşlar. Onlar kabinetə daxil olan zaman artıq İsa və digərləri içkili olmuşlar. Onlar kabinetə daxil olub əyləşdikdən sonra bir ədəd 500 ml-lik araq gətirilmiş, onlar birlikdə araq içməyə başlamışlar. Həmin arağı yalnız o, Həbib, İsa və Eldəniz adlı şəxs içmişlər. Adil isə çaxır içmişdir. Məclis adi qaydada, mehribanlıq şəraitində davam etmiş, bir-birinin ünvanına sağlıqlar demişlər. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, məclis təxminən 2 saat öz axarında davam etmiş, oturub yeyib-içmişlər. Həmin vaxt İsa ona Eldənizi tanıyıbtanımadığını soruşmuşdur. Həmin vaxt o, Eldənizin şəxsiyyəti ilə bağlı heç bir məlumata sahib olmamış, yalnız İsa ona əvvəllər Eldənizlə birlikdə məşq etdiyini bildirdiyindən o, İsaya Eldənizin onunla birlikdə məşqlərə gedən həmin şəxs olub-olmadığını soruşmuşdur. Bu vaxt İsa ona Eldənizin həmin şəxs olduğunu, həmçinin polis əməkdaşı olduğunu bildirmişdir. O, İsaya Eldənizin polis əməkdaşı olması barədə məlumatı olmadığını bildirmiş, o, ümumi olaraq «igidin adını eşit, üzünü görmə» misalını çəkmiş və hətta tanış olduğuna şad olduğunu bildirmişdir. İsa nədənsə, bəlkə də sərxoşluq əlaməti olaraq onun onun dostlarına qarşı hörmətsizlik etdiyini deyərək sözlərinə qeyri-adi formada irad bildirmiş, onun Eldənizin polis əməkdaşı olması barədə məlumatı olmadığını deməsini ümumiyyətlə polisdən xoşu gəlməmək kimi qəbul etmiş və ona “sən mənə pritenziya edə bilməzsən” demişdir. O, İsayanın onu düzgün başa düşmədiyini demiş, özünün kifayət qədər polis dostlarının olduğunu bildirmiş, hətta İsaya birlikdə polis əməkdaşı İlham Humayevin ad günü tədbirində iştirak etdiklərini, həmin tədbirdə bir neçə nəfər polis əməkdaşının olduğunu İsaya xatırlatmışdır. O, Eldənizdən onun sözünün xətrinə dəyibdəymədiyini soruşmuşdur. O, həmçinin Eldənizin özünə də müraciət etmiş, ona dediyi sözün onun xətrinə dəyib-dəymədiyini soruşmuşdur. Eldəniz isə cavabında onun xətrinə dəyəsi bir söz deyilmədiyini demişdir. O, İsaya tərəf dönərək onun sözündə irad bildirilməli bir şey olmadığını demişdir. Bundan sonra İsa onunla yüksək səslə və aqressiv danışmağa başlamış, hətta ona əl-qol atmış, onun ünvanına nalayiq ifadələr işlədərək onun sinəsindən vurmuş və o, stulla birlikdə yerə yıxılmışdır. İsanın zərbəsi güclü olmamış, lakin buna baxmayaraq o, müvazinətini itirərək yıxılmış və üstü bulaşmışdır. O, yerə yıxıldıqdan sonra İsa təpiklə yerdə onun qabırğasından vurmuşdur. O, ayağa qalxaraq İsaya sərxoş olduğunu, növbəti gün görüşüb birlikdə söhbət edə biləcəklərini demiş və gödəkçəsini çırpa-çırpa çölə çıxıb otağı tərk etmişdir. Həmin vaxt İsa onun arxasınca şüşə butulka atmış, lakin butulka ona dəyməmişdir. O, da İsanın bu hərəkətindən sonra əsəbləşmiş, hərəkətlərinə son qoyması üçün etiraz əlaməti olaraq stolun üzərində olan stəkanı götürüb yerə çırpmış, «kaş gəlməzdim» demişdir. O, kafedən çölə çıxmış, həmin vaxt kabinetdəki yoldaşlar kabinetdə qalmışlar. Bayıra çıxar-çıxmaz o, Eldənizdən dediyi sözün onun xətrinə dəyib-dəymədiyini bir daha soruşmuş, Eldəniz isə cavabında sözlərinin onun xətrinə dəymədiyini bildirmişdir. Bundan sonra o, yenə də İsaya tərəf dönərək onun sözünün Eldənizin xətrinə dəymədiyini demiş, həmçinin İsaya etdiyi hərəkətlərin, yəni heç bir səbəb olmadan ona qarşı hörmətsizlik etdiyini bildirmiş, sabah İsa ilə görüşüb məsələyə sonra aydınlıq gətirəcəyini demişdir. Həmin vaxt İsa onu bir kənara çəkmiş, onlar təqribən 8-10 metr aralıda ikilikdə eyni mövzu ətrafında, yəni Eldənizlə bağlı 15-20 dəqiqə ümumi söhbət etmiş, demək olar ki, bir-birini başa düşmüş və digər şəxslərin yanına qayıtmışlar. O, evə getmək üçün Adili çağırmış və taksi axtarmağa başlamış, lakin orada taksi tapa bilməmşlər. Həmin vaxt Rəşad "Toyota-Prius» markalı bir avtomobilin süknı arxasında olmuş, lakin o, həmin avtomobilin kimə məxsus olmasını, dövlət qeydiyyat nişanını bilməmişdir. O, Rəşaddan onu evə aparmağı xahiş etmiş, Adili də yolüstü düşürəcəklərini bildirmişdir. Rəşad etiraz etmədikdə o, avtomobilin qabaq oturacağında, Adil isə arxa oturacaqda onun arxasında oturmuşdur. Rəşad avtomobili sürmək istəyən zaman İsa arxa sol qapını açaraq avtomobilə əyləşmək istəmiş, lakin X24 maşina oturmasına etiraz etmiş və maşından düşməsini xahiş etmişlər. O, özü şəxsən İsaya yalvarmış, maşından düşüb getməsini xahiş etmiş, ona «sabah görüşüb dərtləşərik» demişdir. İsa isə məhəl qoymamış, Rəşada “sür, mən də gedirəm” demişdir. Rəşad avtomobili hərəkətə gətirmiş, avtomobili idarə edərək kafedən təxminən 150 metr kənarda yerləşən, «Kosmos binası» adlandırılan yerə sürmüş, Adil orada maşını saxlatdırıb onlarla sağollaşaraq maşından düşüb getmişdir. Bundan sonra o, Rəşad və İsa avtomobildə onun yaşadığı məhəlləyə, yəni sonradan hadisə yeri adlandırılacaq yerə getmişlər. Yolda o, İsa ilə söhbət etməyə başlamış, İsaya heç bir əsas olmadan onu caamatın içərisində vurmasını və təhqir etməsini ona irad tutmuş və bir qədər sözlü mübahisə etmişlər. İsa isə əvəzində ona evində onunla söhbət edib onu «nakazat» edəcəyini, onu başa salacağını bildirmiş və onu arxadan yumruqla vurmuşdur. O, İsanın sərxoş olduğunu fikirləşib ona qarşı heç bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, az sonra onlar onun qaldığı məhəlləyə çatmış və Rəşad avtomobili onun yaşadığı evin dəhlizilin (blokunun) qarşısında saxlamışdır. O, hələ «Meyvəli» bazardan qayıtdıqdan sonra oğluna məxsus, özünün isə etibarnamə əsasında idarə etdiyi «Volkswagen-Jetta» markalı avtomobili blokun qarşısında saxlamış, Rəşadın idarə etdiyi avtomobilin qabağı onun avtomobilinin arxasında dayanmışdır. O, şəkərli diabeti xəstəliyindən əziyyət çəkdiyindən və əsəbləşən zaman onda susuzluq yarandığından o, Rəşadın idarə etdiyi avtomobildən düşüb özünün idarə etdiyi və blokun önündə saxladığı avtomobilinə tərəf getmişdir. Belə ki, o, özünün avtomobilində daima su saxlamış və şəkərə görə susuzluq yarandığından həmin sudan istifadə etmişdir. Həmin vaxt İsa əl çəkməmiş, onun dalınca gəlib onunla sözlü mübahisəsini davam etdirmişdir. Kafedə İsa ilə əlbəyaxa olduqları vaxt əynindəki gödəkcəsi bulaşdığından o, gödəkcəsini əynindən çıxararaq çırpıb öz maşınına qoymuşdur. Avtomobildə olan suyu içmək üçün sürücü tərəfdə olan qapını açmış, suyu götürüb içmiş və İsanın davamlı olaraq mübahisə etdiyini və problem yaratdığını görüb ona içkili olduğunu, çıxıb evlərinə getməsini demiş, sabah görüşüb söhbət edəcəyini ona bildirmişdir. O, İsaya, həmçinin yaşadığı evin qarşısında səs-küy salıb onu biabır etməməsini xahiş etmiş, hətta yalvarıb onu abırdan salmamasını istəmişdir. İsa isə ona onu evinin içində «nakazat» (burada: cəzalandırmaq) edəcəyini demiş və onun ünvanına, hətta ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, yumruqla dalbadal maşından və onu yumruqla vurmuşdur. İsa mütəmadi idmanla məşğul olduğu üçün fiziki cəhətdən ondan qüvvətli olmuşdur. İsanın onu vurduğunu və İsaya gücünün çatmadığını görüb, iş üçün istifadə etdiyi və həmin vaxt üzərində olan, şalvarın sağ yan cibində gəzdirdiyi dəstəyi qəhvəyi rəngdə olan açılıb qatlanan bıçağı cibindən çıxarmış, boş əli ilə İsanı itələyib onu qorxutmaq üçün bıçağı İsanın aşağı ətraflarına tərəf istiqamətləndirmiş, bıçağı sağa-sola oynatmış, iki-üç dəfə ona bıçaq atmış, məqsədi İsanı qorxutmaq olmuşdur. Həmin vaxt Rəşad İsa ilə onu ayırmışdır. Lakin İsa yenidən onu təhqir etməkdə davam etdiyindən o, təkrarən İsaya yaxınlaşaraq onu qorxutmaq və qisas almaq üçün üçün bıçağı İsanın aşağı hissələrinə tərəf yönəltmiş İsa isə durmadan yayınmaq üçün bıçağa qarşı təpiklər atmış, qarışıq hərəkətlər etmişdir. O, İsaya bıçaq atarkən həmin vaxt onun İsaya xəsarətlər yetirməsi mümkün olmuşdur. Arada İsa pilləkənlərə ilişib yerə yıxılmış, İsa yerdə olarkən o, onu tutmuş, bıçağı ona tərəf istiqamətləndirmiş, lakin vurmamışdır. Rəşad isə həmin vaxt yenə də onları ayırmışdır. Bundan sonra İsa ayağa qalxmış və onu təhqir edərək qaçıb getmişdir. İsa qaçıb aralandığından onun arxasınca getməmiş, onu təqib etmək niyyəti olmamış, əlindəki bıçağı qatlayıb cibinə qoymuşdur. Sonra Rəşadla birlikdə hadisə yerində qalmış və İsanın hərəkətləri ilə bağlı o, təxminən 10-15 dəqiqə Rəşadla söhbət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra Rəşadla söhbət bitdikdən sonra sonuncu idarə etdiyi avtomobili işə salmaq istəmiş, lakin avtomobil işə düşməmişdir. Həmin vaxt orada olan avtomobillərdən hansısa çıxmaq istəmiş, Rəşad həmin avtomaşına yaxınlaşıb sürücüdən nəsə istəmişdir. O, özü həmin avtomobilin markasını bilməmiş, avtomobilin sürücüsünü isə tanımamışdır. O, Rəşadla sağollaşıb 14-cü mərtəbədə yerləşən mənzilinə qalxmış, Rəşadın nə vaxt getdiyini bilməmişdir. Qapının zəngini basaraq evə daxil olmuş, evdə hadisə ilə bağlı heç kəsə məlumat verməmişdir. Evdə iki hamam otağı olmuş, o, giriş qapısından sağda yerləşən hamam otağına daxil olmuş və hadisəni gizlətmək üçün bıçağı hamam otağında duş kabinasının altına atmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, hadisənin kafedə olan mərhələsinin şahidi olmuş Şahid1 polis əməkdaşı olmasını əvvəldən bilməmiş və polis əməkdaşı olaraq masa arxasında oturmasını kiməsə, o cümlədən İsaya irad bildirməmiş, o, İsaya Eldənizi onun məşq müəllimi olaraq tanıdığını, onun polis olması barədə heç bir məlumatı olmadığını demişdir. Mübahisə bundan sonra kafedə İsa tərəfdən başlamış, ifadəsinin əvvəlində göstərdiyi kimi, İsa onu vuraraq stulla birlikdə yerə yıxılmış, yerdə onu təpikləmişdir. Adillə o, kafedən çıxıb taksi axtaran zaman İsa ona yaxınlaşaraq ciynindən tutub kənara çəkmiş, o, isə İsaya “sabah görüşüb söhbət edərik” demiş, ona 10- 15 dəqiqə sonra görüşməklə bağlı heç bir söz deməmişdir. Həmçinin İsa onun əlindən tutaraq üzünə sillə vurmamışdır. İsanı öldürmək kimi onun bir planı və ya məqsədi olmamış, elə bir başa hadisə yerində onun İsaya daha təhlükəli orqanlarından vurmaq və onu dərhal öldürmək kimi bir imkanları olsa da, o, bunu etməmişdir. Yalnız İsanı qorxuimaq, onun çıxıb getməsinə nail olmaq və əsəbləşdirdiyi üçün qisas almaq məqsədilə bilərəkdən onun aşağı ətraflarına bıçaq atmışdır. Çünki İsa ilə o, onun ailə üzvləri tonlarla çörək kəsmiş, dost münasibətləri olmuş və o, İsanın ölümünü heç vaxt arzulamamışdır. Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinə səbəb onun üzərinə gələrək onu vurmaq istəməsi, təhqir etməsi, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. İsanın ayağına bıçağı yönəltməkdə məqsədi onu qorxutmaq və çıxıb getməsinə nail olmaq olmuş, mübahisə edən zaman İsaya “səni deşərəm” kimi bir söz dediyini yadında saxlamamışdır. İsanın ölüm xəbərini eşitdikdə isə onun keçirdiyi hissləri sözlə ifadə etmək mümkün olmamışdır. Hadisə vaxtı, yəni Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən Rəşaddan başqa hadisənin şahidi olmamışdır. Zərərçəkmiş şəxs2 özünün isə xəsarəti necə almasını bilməmiş və hiss etməmişdir. Onun Rəşadı bıçaqla vurmaq kimi bir niyyəti olmamışdır. İstintaq orqanı ona qarşı qərəzli mövqedə olmuş, ona qarşı əsası olmayan ittihamlar irəli sürülmüşdür. Müstəntiqdən ona qarşı qərəzin əsasını soruşduqda o, prokurorun tapşırığı olduğunu, belə olmalı olduğunu bildirmişdir. O, hadisə yerində heç bir xuliqanlıq etməmiş, əksinə mərhum İsaya evinə çıxıb getməsini, yaşadığı binanın həyətində onu biabır etməməsini xahiş etmiş, lakin İsa onun xahişinə heç bir məhəl qoymamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında hadisənin predmeti olmuş bıçaq və avtomaşından aşkar edilərək götürülmüş xəncərlə bağlı göstərdi ki, o, xəncəri hadisədən bir müddət əvvəl, təxminən 2021-ci ilin oktyabr ayında «Sədərək» ticarət mərkəzindən süvenir kimi evə qoymaq məqsədilə almış, lakin maşında unutmuşdur. Amma kimdən, hansı dükandan aldığını unutmuşdur. O, hadisənin predmeti olmuş bıçağın və avtomaşından aşkar edilərək götürülmüş xəncərin soyuq silah olmalarını bilməmişdir. Hadisənin predmeti olmuş bıçağı da 2021-ci ilin iyun ayında «Sədərək» ticarət mərkəzindən almış və bağlı kisələrin ağzını açarkən istifadə etmişdir. Həmin bıçağı da kimdən, hansı dükandan aldığını unutmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı hadisə yerindən əldə olunmuş və məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan videogörüntülərə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, hadisə yerində Rəşadın idarə etdiyi maşından düşüb dayanacaqda dayanmış öz maşınına gedib qapını açaraq su götürüb içən vaxt İsa onun dalınca gəlib onu nalayiq söyüşlərlə təhqir etmiş, onun maşınını yumruqlamışdır. O, bir neçə dəfə İsaya xahiş- minnət edib ona gecə vaxtı olduğunu bildirmiş, evinə getməsinə icazə verməsini xahiş etmiş, lakin İsa onu təhqir edib, yenə də ona qarşı nalayiq söyüşlər söyməkdə davam etmiş və hətta onun evinə də qalxacağını demişdir. O da məcbur olub İsadan qisas almış, onu bıçaqla qorxutmuş və çıxıb getməsini istəmişdir. Rəşad onları aralayan kimi, İsa yenə də nalayiq söyüşlərini davam etdirmişdir. Onun İsanı öldürmək kimi bir fikri olmamışdır. Lakin İsanın hərəkətləri onu boğaza yığdığından o, çıxıb getməsi üçün İsanın ayaq nahiyyələrindən ona xəsarət yetirmiş, İsanın ayaqdan aldığı xəsarətlə onun ölə biləcəyi onun ağlına belə gəlməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsinin yerində yoxlanılanılması haqqında protokolun məzmunundan görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək tərtib olunan protokola və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.119- 125). Məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi - anası X5 ifadəsində göstərdi ki, mərhum oğlu Zərərçəkmiş şəxs1 hərbi xidmətini başa vurduqdan sonra ünvan 4 ünvanda atası Qəşəmə məxsus evdə yaşamış, 2010-cu ildə Anjelika Əliyeva adlı qadınla ailə həyatı qurmuş, onların birgə nikahdan bir qızı dünyaya gəlmişdir. Lakin İsa hələ hadisədənə əvvəl 2021-ci ilin avqust ayında ailəsindən boşanmışdır. Qeyd etdiyi ünvanda İsa bacısı Günel və ailəsi ilə birlikdə yaşamışdır. Oğlu İsa əvvəllər gömrük orqanlarında işləsə də, sonralar fərdi işləri ilə məşğul olmuş, İrandan, Rusiyadan, Pakistandan ölkəyə kartof gətizdirərək satışını təşkil etmişdir və maddi vəziyyəti normal olmuşdur. İsa xasiyyətcə mülayim, deyib gülən, istiqanlı, dostcanlı biri olmuşdur. İsanın dostluq etdiyi şəxslər çox olmuş, ən çox isə qohumu Həbib və Rəşadla münasibət saxlamışdır. İsa baxılan iş üzrə Təqsirləndirilən şəxs qardaşı Hacı Müşfiq ilə dost olmuş, İsa və ailə üzvləri olaraq onlar X20 görə tanımışlar. İsanın Təqsirləndirilən şəxsla da yaxşı münasibəti olmuşdur. İsayla Şəşmadın aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Onlar ailəvi yaxın olmuş, gediş-gəlişləri olmuş, toy və yas mərasimlərində iştirak etmişlər. Ailəvi münasibətlərə görə şəxsən o özü də Şəmşadgilin məclislərində iştirak etmiş, evində də olmuşdur. O, Şəmşadgilin ailəsini səmimi ailə kimi qəbul etmişdir. Şəmşadın qardaşı X25 İsaya tapşırmış, İsadan da onu nəzarətdə saxlamasını xahiş etmişdir. Buna görə də İsa Şəmşadla oturub-durmuş onu nəzarətdə saxlamışdır. O, Ramin və Rəfaildən yas mərasimi zamanı İsa ilə Şəşmşadın arasında əvvəllərdə mübahisə düşməsini eşitmişdir. Eşitdiyinə görə Şəmşad spirtli içki içdikdən sonra öz hərəkətlərinin həddini bilməmiş, mübahisə etmiş, dava salmışdır. Qardaşı Müşfiq də həmişə Şəmşada qarşı diqqətli olmuş, onun nəzarətdə saxlamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Güllü Aslanova ifadəsinin davamında hadisənin mahiyyəti üzrə göstərdi ki, o, yalnız 27 yanvar 2022-ci il tarixdə, səhər saatlarında İsanın dostu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını və öldüyünü öyrənib bildirdimişdir. Eşitdiyinə görə hadisə günü oğlu İsa bir nəfər polis dostu ilə idman zalında olub məşq etdikdən sonra çıxıb çayxanaya getmiş, sonra Şəmşad İsaya zəng etmiş, İsa olduqları yeri ona demiş, Şəmşad onların yanına gəlmiş və İsanın polis əməkdaşı ilə oturduğunu görüb ona “paqonlu ilə oturmusan” deməklə ona irad bildirmiş, birlikdə yemək yemişlər, oradan çıxdıqdan sonra isə məlum hadisə baş vermişdir. Oğlu – mərhum X15 rayonunun Mirzənaxlı kəndində dəfn edilmişdir. Öyrəndiyinə görə Şəmşad İsanı vurduqdan 45 dəqiqə sonra, yəni çox gec TTY-ma zəng edilib hadisə barədə məlumat vermiş, hadisənin baş verdiyi yeri dəqiq göstərməmişdir. İsa məhz vaxtında xəstəxanaya çatdırılmadığından və bu müddətdə çoxlu qan itirdiyindən ölmüşdür. O, Şəmşadın istintaqda vermiş olduğu ifadələrinə inanmamışdır. Belə ki, hadisə yerində olan müşahidə kameralarında videogörüntülərə baxılmış, həmin görüntülərdə Şəmşadın oğlu İsanı açıq-aşkar doğradığı müəyyən edilmişdir. Hadisədən sonra Şəmşadın qohumları bu və ya digər formada onlara yaxınlaşmaq istəsələr də onlar onları qəbul etməmişlər. Belə ki, onlar oğlunun dəfni ilə bağlı rayonda olarkən Şəmşadın ağbirçəklərindən 5-6 nəfər onlara gəlmiş, maraqlandıqda onlar namaz qılmağa gəldiklərini demişlər. O, gələnləri evdən aşağı düşürtmüş, qapıya qədər gətirmiş, çıxıb getmələri üçün həyətindən çıxartmışdır. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəməyədək icraat mərhələsində zərər çəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs2 baxılan iş üzrə cinayət hadisəsinin baş verməsindən bir müddət sonra – 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, məhkəmə istintaqının gedişatında onun Rusiya Federasiyası ərazisində olduğu müəyyən edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2lə mobil əlaqə yaradılmış, sonuncu yaşayış yeri və işləri ilə əlaqədar yaxın gələcəkdə Azərbaycana, o cümlədən məhkəməyə gəlməsinin mümkünsüz olduğunu bildirmiş, faks vasitəsi ilə məhkəməyə yazılı ifadəsini təqdim etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 faks vasitəsi ilə məhkəməyə təqdim etdiyi yazılı ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, İsa, Həbib, Rəşad, Anar, Toğrul ve Eldəniz “Kosmos” restaraninda çörək yemək üçün yığışmış, çox şən və gözəl məclis keçmişdir. Məclisin sonuna az galmış, İsa yadında qalmayan kimisə tort almağa göndərmişdir. Məqsədləri restorandan durub İsanin dükanına gedib tortla çay içmək olmuşdur. Tort gəldikdən sonra bəziləri durmağı teklif etsə də, İsa dostu və onlar hamısı onlarin yaxin dost olduglarını bildiyi Şəmşada zeng etmiş və onu məclisə dəvət etmiş və ona gələrkən bir ədəd araq da almağı tapşırmışdır. İsanin sözlərinə görə Şəmşad İsaya cavab olaraq “mən səni harasa dəvət edəndə, demişəm gələndə araq al?” demişdir. Bu səbəbdən o, içkili olmadığı üçün İsa ondan ve Toğruldan gedib araq alib gəlməyi xaiş etmişdir. Onlar gedib araq alib geri döndükdə artıq Şəmşadla dostunun gəlib çıxdıqdarını görmüşdür. Şəmşad İsanin yaninda, onun əvvəl oturduğu stulda oturmuşdur. Bir müdət sonra isə İsa və Şəmşad gedib araq alıb gətirməyi yenə də onlardan xahiş etmişlər. Onlar yenə də araq almağa getmiş, qayıdanda İsa ilə Şəmşad arasinda spor (burada: mübahisə) getdiyini görmüşlər. Onların arasında danışıqlardan o, bele nəticəyə gəlmişdir ki, Şəmşad İsaya nə üçün polis olan masaya onu dəvət etməsinə irad tutmuşdur. Şəmşad isə “mən belə söz deməmişəm” demiş və onlar bu mövzuda mübahisə etmişlər. Sonunda isə İsa Şəmşada “bayaq sən mənim qulağıma demədin bu sözləri?” dedikdə Şəmşad əsəbləşib ayağa galxmış və İsanı bogazindan tututb divara dirəmişdir. Həmin vaxt hamı ayağa qalxmış və onlari sakitləşdirmək üçün aralaşdırmışlar. Kimsə kiməsə zərbə endirməmiş, onlardan biri butulka, biri isə stakan atmış, lakin yenə də heç kəsə heç nə dəyməmişdir. Onlar Şəmşadı kabinetdən çixartmış və hamı yola çıxmışdır. Bayırda İsa və Şəmşad aralaşıb təklikdə sohbət etmiş, nə bir-biri ilə dalaşmış, nə də yüksək səslə mübahisə etmişlər. Onların danışıqlarını eşitmək mümkün olmuşdur. İsa Şəmşada “ya gedək indi söhbət edək, ya da söhbəti bağla” demiş, Şəmşad isə cavab olaraq “mən 15-20 dəqiqəyə qayıdım söhbət edək” demişdir. İsayla Şəmşad eyni sözləri dəfələrlə təkrarlamışlar. Sonra hər ikisi onlar tərəfə gəlmiş İsa Şəmşada “gedib silah götürüb gəlmək istiyirsənsə, mən də silahlanım, burda müharibə edək. Ancaq nəyə lazimdı, gəl söhbəti bağlayaq” demişdir. Lakin Şəmşad dediyindən dönməmişdir. İsa dəfələrlə Şəmşada sakitləşməsini, söhbəti bağlamasını təklif etmiş, hətta İsa tutub Şəmşadın əli ilə bir- iki dəfə özünə vurmuş və ona “məni vurub sakitləşəcəksənsə, vur, sakitləş” demişdir. Bundan sonra onlar bir az sakitləşmiş və həmin vaxt İsa Şəmşadın oğlundan bəzi misallar gətirərək onun nə qədər mərifətli və yaxşı uşaq olduğunu demiş, misal çəkib “Eldənizin yerinə Şəmşadın oğlu olsa idi, İsa ona garşı bu cür ifadə işlədən adamı cəzalandırardı” demişdir. İsanin bu sözlərinə Şəmşad irad tutmuş ona “sən kim olursan ki, kimisə cəzaladırasan?” demişdir. Aralarinda çox açıq zarafatları olduğu üçün İsa Şəmşadın bu sözlərinə heç bir reaksiya göstərməmiş və onlar sakitləşib hər biri sakit durmuşlar. Şəmşadgil getməyə taksi axtarmışlar. Onlar isə yenidən, istədikləri kimi, dükana gedib orada oturub çay içmək fikirində olmuşlar. “Kosmos” restoranı ilə dükanın arasında 300-400 metr məsafə olmuşdur. Toğrul içkili olduğundan o, maşını ora kimi sürməyi ondan (z/ç şəxs Zərərçəkmiş şəxs2) xaiş etmişdir. Maşını işə salıb yola çıxarkən Şəmşad gəlib maşina oturmuş, onu da evə düşürtməyi xahiş etmişdir. Hadisədən bir-iki ay əvvəl o, Şəmşadın İsanın dükanının garşısında olan binada yaşadığını bildiyindən, eyni yolu getdikləri uçün o, bir söz deməmişdir. Şəmşadla gələn dostu da maşına oturmuş, “Kral” mebel salonunun garşısında düşüb ordan avtobusla gedəcəyini demişdir. Olduqları yerdən «Kral» mebel salonunun arasindakı məsafə təqribən 100 metr olmuşdur. Toğrul özü də həmin vaxt maşında olmuşdur. Tam getmək istədikləri vaxt İsa yaxınlaşıb qapını açmış, Şəmşadı maşından düşürtmək istəmiş və Şəmşadı iki gardaş kimi onun (İsanin) maşını ilə gəzməyə getməyi təklif etmişdir. Şəmşad isə istəmədiyini söylədikdə İsa dəfələrlə Şəmşada “gedək iki qardaş gəzək” demiş, Şəmşadın qolundan tutub onun düşməsini istəmişdir. O, onların içkili vəziyyətdə maşınla harasa getmələrini istəmədiyindən İsaya dükanın qarşısına getdiklərini demiş, ona “otur, bir yerde aparib bir yerdə düşürək” demiş, harasa getməyə eytiyac olmadığını bildirmişdir. İsanın maşına əyləşə bilməsi üçün Toğruldan düşüb İsaya yer verməsini xaiş etmiş, “Kral”ın qabağında Şəmşadın dostunu düşürdüb dükanın qarşısına gələcəklərini demiş, onların da ora getmələrini təklif etmişdir. Bundan sonra Toğrul maşından düşmüş, İsa maşına əyləşmişdir. Maşını idarə edib, təqribən 100 metr ara məsafəsi olan “Kral” mebel salonunun qarşısında Şəmşadın dostu sağolaşıb maşından düşüb getmişdir. Bundan sonra o, maşını dükan istigamətinə döndərmək istədikdə İsa maşını düz sürməyi demiş, səbəbini soruşduqda İsa Şəmşadın AZİNKO binalarinda yaşadığını bildirmişdir. Şəmşad İsanın dediklərini təsdiq edib təzəlikcə köçdüyünü bildirdikdə o, xeir-dua verib maşını AZİNKO binaları tərəfə sürmüşdür. Yolda gedərkən onlardan boyuk olduqları üçün üzür istəyib onlara 20 ilin dostu olduqlarını xatırlatmış, əlavə olaraq “bir birivizlə dalaşmaq heç yaraşarmı sizə?” demişdir. Bundan sonra onlar hər ikisi “lənət Şeytana, dost arasında olur” demişlər. Bundan sonra iki-üç dəqiqəyə AZİNKO-nun binalarının yanına çatmış, Şəmşad binanın baş hissəsində onun maşını olduğunu demiş və orda saxlamağı ondan xaiş etmişdir. O, həmin yerdə qarşısı şüşədən olan obyektin garşısında dayanmışdır. Şüşəli obyektin içərisində adamlar olmuş, bir kuryer gəlib getmiş, yəni ərazi gediş-gəlişli yer olmuşdur. Ona görə də o, onların (İsa və Şəmşadın) hər hansı dava çıxara biləcəklərinə heç bir ehtimal etməmişdir. İsa və Şəmşadın özləri də sakitcə “olan oldu, keçdi” demişlər. Şəmşadla İsa maşından düşmüş, sakit, heç nə olmamış kimi sohbət etmişlər. O, dayanıb bir sigaret yandırmış, İsa ilə Şəmşad isə sonuncunun maşınına yaxinlaşib sakit tərzdə söhbət etmiş, heç bir mübahisə va ya səs yuksəkliyi olmamışdır. O, maşının içində nəyəsə baxmağı uçün dönmüş, bir də çöndükdə, Şəmşadın əlində bıçaqla İsanı hədələdiyini görmüşdür. Bunu qörən kimi cumub Şəmşadin biçaq olan əlindən tutmuş və bıçağı onun əlindən almaq istəmişdir. O, Şəmşadın qolunu burmaq istədikdə, Şəmşad bıçağı o biri elinə keçirərək onu buraxması üçün bıçaqla onun böyründən vurmuşdur. Həmin an o, Şəmşadı buraxmış, Şəmşad üzünü ona tutub onu hədələmişdir. İsa isə Şəmşadın golundan tutub onu sakitləşməyə çağırmışdır. Şəmşad dönüb İsanı hədələyəndə o, Şəmşadı tutmuş, sonuncu ona tərəf dönüb onu hədələdikdə isə İsa Şəmşadı tutmuş, ona “bəsdi, sakitləş” demişlər. Şəmşad hadisə yerində əsəb və qəzəblə onların heç birinə ölümcül hucum çəkmədiyi üçün onlar Şəmşadı sadəcə sakitləşdirmək istəmişlər. Şəmşad biçaqla gah onu, gah da İsanı hədələmiş, "vurum indi səni, deşim səni?" kimi ifadələr işlətmişdir. Həmin vaxt ani momentdə İsanin ayağı piləkana ilişmiş və İsa yıxılmışdır. Lakin Şəmşad belə bir vəziyyətdə də İsaya zərbə endirməmiş, amma “bax, səni kəsərəm” deməklə onu hədələmişdir. İsa yıxılanda o, Şəmşadı arxadan tutmuş və sözlə Şəmşadı sakitləşdirməyə çalışmışdır. Şəmşad biçaqla onları hədələdiyi müddətdə İsaya bıçaq dəyməsindən onun xəbəri olmamışdır. Belə ki, Şəmşad bıçaqla zərbə vurmamış, biçağı gah ona, gah da İsaya yönəldərək onları qorxuzmuşdur. Şəmşadın ona bıçağı yönəltdiyi müdət bıçaq ona dəymədiyindən bıçağın İsaya da dəymədiyini fikirləşmişdir. İsa bir dəfə də olsun bıçağın ona dəydiyini deməmiş və yaxud ona biçaq dəyməsinə əsəbləşməmişdir. İsanin ayağına bıçaq dəyməsini o, “Semaşko” kimi tanınan xəstəxananın həyətində İsa təcili tibbi-yardım mashınında olarkən görmüşdür. Hadisə yerində axırda növbəti dəfə Şəmşad İsanı hədələdikdə İsa "ay qolum" demiş və qolunu tutub qaçmışdır. Həmin vaxt o, bıçağın İsanın qolundan dəydiyini və sonuncunun əsəbləşib bacısı Könülgilə qaçdığını fikirləşmişdir. Belə ki, İsanın bacısı Könülgil həmin binalarda yaşamışdır. İsa qaçdıqdan sonra Şəmşad bıçaqla yenidən onu hədələməyə başlamışdır. O, maşınının qapısına sığışaraq Şəmşadın əllərindən tutmuş, onu nə üçün hədələməsinin səbəblərini soruşmuş və onu sakitləşməyə dəvət etmişdir. Cavab olaraq Şəmşad ona “sən İsanı deyil, məni tuturdun” demişdir. O, Şəmşada “İsa sənə nə edirdi ki, onu tutum» demiş, onun (Təqsirləndirilən şəxs) əlində bıçaq olduğunu, içkili olduğunu, əlindən bir xata çıxarmaması üçün onu sakitləşdirmək istədiyini bildirmişdir. Bu sözlərdən sonra Şəmşad sakitləşmiş, İsanın qaçdığını əsas gətirərək onun yaxşı insan olmadığını ifadə etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 faks vasitəsi ilə məhkəməyə təqdim etdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, onun idarə etdiyi maşının dayandığı yerdən İsanın qaçdığı yol görünməmiş, həmin deqiqə İsanin ölümcül yara almasını ağıldan bele keçirmək mümkün olmamışdır. Belə ki, o, İsanın qolunun zədələndiyini və sonuncunun bacısı gilə qaçdığını fikirləşmiş və belə bir hadisə ilə nəticələnə biləcəyini ağlına belə, gətirməmişdir. Belə ki, İsanın bacısının həkim olduğunu o, bilmişdir. Amma həmin an o, İsanın gedib bacısıgildən biçaq göturub qayıdacağını və qolundan aldığı yarasının qisasını almaq istəyəcəyini fikirləşmişdir. Elə həmin vaxt iki nəfər oğlan yaxınlaşıb onların maşınlarının çıxa bilməsi üçün onun idarə etdiyi maşını çəkməsini istəmişlər. Həmin adamlar yaxınlaşdıqdan sonra Şəmşad çıxıb getmişdir. O, maşını xodlamağa (burada: işə salmağa) çalışsa da maşın xodlanmamışdır. Həmin iki nəfər ona maşını xodlayib çəkməsi üçün komək etmək istəmiş, maşın “Prius” markali və elektron olduğu üçün tok, yəni elektrik enerjisi olmadığından maşını itələmək də mümkün olmamışdır. Bu muddət ərzində İsanin onlardan 60-70 metr aralıda yıxılıb qan itirməsindən nə onun və nə də qeyrilərinin xəbəri olmamışdır. O, maşının yiyəsi Toğrula zeng vurub maşını necə xodlamasını soruşmuş, sonuncu ona akkumulyatorun klemmasını tərpətməyi tövsiyə etmiş və yalnız bundan sonra maşın xodlanmışdır, işə düşmüşdür. O, həmin an İsaya zəng etməyə başlamış və bir əlində telefon İsanin cavab verməsini gözləyə-gözləyə maşını aradan yola çıxartmışdır. Yola çıxdıqda binanin garşısında adamlar yığışdığını və elə həmin vaxt binanın qarşısına təcili tibbi-yardım maşını girdiyini görmüşdür. Bunu görən kimi maşını yolun ortasinda saxlayıb adamlar yığışan yerə qaçmış və İsanın yerdə uzandığını görmüşdür. O, tez İsanı gucaqlayıb ayıltmaq istəmişdir. Təcili tibbi-yardım maşını dayanmış və həkimlər İsaya işarə edib “tanıyan varmı?” deyə soruşduqda o, “bəli, gardaşımdır”, demiş və tez yardım göstərilməsini xahiş etmişdir. Həkimlər İsanı maşına mindirməyi istədikdə o, qışqırıb ətrafdakılardan İsan nasılkaya (burada: tibbi xərəyə) goymağa kömək etmələrini xahiş etmişdir. İsanı tibbi-yardım maşınına mindirdikdən sonra o, həkimlərdən İsanı hara aparacaqlarını soruşmuş, tibb işçiləri 5 nömrəli xəstəxanaya aparacaqlarını bildirmişlər. O, tibbi personaldan tez sürüb xəstəxanaya çatdırmalarını tələb etmiş, həmçinin həmin dəqiqə Həbibə zəng edərək özdərin tez 5 №-li xəstəxanaya çatdirmalarını demişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 faks vasitəsi ilə məhkəməyə təqdim etdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsinin yekununda zərər çəkmiş şəxs olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı, həmçinin iş üzrə zərər çəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 1993-cü ildən tanımış, onunla bir məhəllədə yaşamış, aralarında dostluq münasibəti olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə 2007-ci ildən tanımış, Şəmşad da qonşu məhəllədə yaşamış, aralarında dostluq münasibəti olmuş, Təqsirləndirilən şəxsla da heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Şəmşad ilə İsa vasitəsilə görüşmüş, İsa olmayan vaxtlarda isə Şəmşadla görüşməmişdir. İsa ilə Şəmşad yaxın dost olmuş, əvvəllər birlikdə İrandan meyvə, kartof gətirərək “Meyvəli bazarı”nda satmış, şərik olmuşlar. İsa təxminən 3-4 il əvvəl Şəmşaddan kənarlaşaraq özü öz işlərini görmüşdür. O, əvvəllər Şəmşadla İsanın mübahisələrinin şahidi olmamışdır. İsa ilə Şəmşad görüşən zaman o da onlarla görüşmüşdür. Şəmşadla İsa çox yaxın olmuş, ailəvi dost olmuşlar. İsa Şəmşadın oğlu üçün maşın seçmiş, maşının almasında iştirak edərək Şəmşada köməklik etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, hadisədən təxminən bir həftə əvvəl İsanın dayısı oğlu Həbib onlara qonaqlıq verəcəyini bildirmiş, həmin vaxt orada o, İsa, Anar və Elşən olmuşdur. Anar işləri ilə əlaqədar qonaqlıqda iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirak edə bilməsi üçün qonaqlığın bazar gününə salınmasını xahiş etmişdir. Xatırladığına görə 10 yanvar 2021-ci il tarixdə qeyd olunan şəxslərlə birlikdə qonaqlıq 16 yanvar 2022-ci il tarixə qərarlaşdırılmışdır. 16 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində o, Həbibin işlətdiyi Arif Heydərov küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən dükana getmiş, Həbib həmin köşkdə siqaret, su və digər xırdavat əşyaları satmışdır. Həbib işləri ilə əlaqədar köşkü işçisinə həvalə etmək istəmiş, lakin işçisinin işi olduğu üçün gələ bilməmişdir. Həmin ərəfədə İsa da onların yanına köşkə gəlmiş və İsa gedib getməyəcəklərini onlardan soruşmuşdur. O, Həbiblə İsaya onsuz da özünün spirtli içki içmədiyini demiş, özünün dükanda qalacağını deyib onlara getmələrini təklif etmiş, işçi gəldikdən sonra dükanı ona tapşırıb özünün də onların yanına gələcəyini bildirmişdir. Lakin Həbib qonşu obyektə işləyən Toğrul adlı şəxsin kiçik qardaşından işçisi gələnədək köşkdə qalmasını xahiş etmişdir. Bundan sonra İsa onlara “Kosmosa gələrsiz” deyərək onlardan ayrılmışdır. Bundan sonra o, Həbib, Anar və Rəşad birlikdə “Kosmos” kafesinə getmiş və gedərkən Anar 1 litr spirtli içki olan araq almışdır. “Kosmos” kafesinə çatmış və əvvəlcə böyük kabinetdə oturmuşlar. Lakin həmin kabinet soyuq olduğu üçün kiçik kabinetə keçmişlər. “Kosmos”un həyətində daşdan otaqlar tikilmiş, həmin otaqların içərisində əlavə otaqlar olmuşdur. Həmin kabinet restoranın girişindən sol tərəfdə yerləşən ikinci kabinet olmuşdur. Təxminən 3-4 dəqiqə sonra İsa da gəlmiş və adam çox olduğundan böyük kabinetə keçmələrini təklif etmişdir. Odur ki, onlar yenidən böyük kabinetə keçmişlər. Kabinetdə sağ qarşıdakı divara paralel stol qoyulmuş, həmin stol sağ tərəfdə divara birləşmiş vəziyyətdə olmuşdur. İsa stolun digər tərəfində divara yaxın, İsanın yanında o, oturmuşdur. İsanın qarşısında Anar, Anarın solunda Həbib, Həbibin solunda isə Eldəniz oturmuşdur. Təxminən 20 dəqiqə sonra Toğrul gəlmiş, Toğrulun əlində 500 qramlıq bir ədəd araq və bir ədəd tort olmuşdur. Toğrul da Rəşadın yanında oturmuş və yeyib-içmək başlamışdır. Təxminən bir saat sonra İsa arağın azaldığını görüb ona araq alıb gətirməyi tapşırmışdır. O, Toğrulla birlikdə araq almağa getmiş, 750 qramlıq bir araq alaraq geri qayıtmışlar. Geri qayıtdıqdan sonra Şəmşad və adının Adil olduğunu və Şəmşadın tanışı olduğunu sonradan bildiyi şəxsin gəldiklərini görmüşdür. Şəmşad onun yerində, Adil isə başda oturmuşdur. Bundan sonra Toğrul öz yerində, o isə Eldənizin yanında oturmuşdur. Məclis şən keçmiş, hamı biri-biri ilə mehriban söhbət etmişdir. Onlar aldıqları arağı da içib qurtarmışlar. Şəmşad araq içmək istədiyini bildirdikdə İsa arağı qatmağın yaxşı olmayacağını demişdir. Şəmşad araq içmək istədiyini bildirmiş və ondan yaxşı araq almasını xahiş etmiş və araq almaq üçün ona 20 manat pul vermişdir. Toğrul və o, yenidən araq almaq üçün kafedən çıxmış, Toğrul “Alko market”də yaxşı araq tapa biləcəklərini demiş və ora getməyi təklif etmişdir. Onlar “Alko market”ə getmiş və 750 qramlıq bir ədəd araq alaraq kafeyə qayıtmışlar. Kafeyə qaıytdıqda onlar Şəmşadla İsanın mübahisə etdiklərini görmüşlər. İsa Şəmşada qonağına qarşı hörmətsizlik etdiyini bildirmişdir. Gedən danışıqlardan o, Şəmşadın Eldənizin polis olduğunu bildikdən sonra İsaya məclisdə polis olması ilə bağlı ona xəbərdarlıq etmədiyiniə görə irad bildirdiyini başa düşmüşdür. Bir qədər mühabisə etdikdən sonra Şəmşad İsanın yaxasından tutaraq divara itələmşidir. Bundan sonra orada olanlar İsa ilə Şəmşadı kənarlaşdırmağa çalışmışlar. Həmin vaxt İsa Şəmşada heç bir zərbə endirməmiş, əksinə, Şəmşad İsanı vurmağa çalışmışdır. Şəmşad stolun üzərində olan araq şüşəsini qaldırmış, lakin şüşə yerə düşmüşdür. Şəmşad stolun üzərində olan çaxır bakalını götürərək İsaya atmış, lakin bakal divara dəyərək sınmışdır. İsa isə butulka götürərək Şəmşada atmışdır. Lakin onlar biribirilərinin ünvanına nalayiq ifadələr işlətməmişlər. Orada olan şəxslər onları aralamaq istəmış, qısa müddət ərzində restoran işçiləri də otağa daxil olmuş, işçilər və onlar Şəmşadı çölə çıxarmışlar. Həmin vaxt Şəmşad daha çox aqressiv olmuşdur. Onlar Şəmşadı otaqdan çıxartdıqdan sonra Şəmşad İsanı hədələməyə başlamış və ona 15 dəqiqə sonra onunla görüşəcəyini bildirmişdir. İsa Şəmşada gəl söhbət edək demiş və onlar ikisi bir kənara çəkilmiş, lakin aralarında nə söhbət olduğu barədə onun məlumatı olmamışdır. İsa ilə Şəmşad təxminən 10 dəqiqə söhbət etmişlər. Söhbətin sonunda o, İsanın Şəmşada “gəl indi hara istəyirsən gedək görüşək, 15 dəqiqə sonra səninlə görüşməyəcəyəm” dediyini, Şəmşadın isə İsaya “səninlə 10-15 dəqiqə sonra görüşəcəyəm” dediyini eşitmiş və bundan sonra Şəmşad üzünü çöndərərək onların yanına gəlmişdir. İsa vəziyyəti yumşaltmağa çalışmış, Şəmşadın əlindən tutaraq əlini öz üzünə vuraraq səhv etdiyini demişdir. Lakin Şəmşad və onunla gələn Adil taksi axtarmağa başlamışdır. Bu ərəfədə Şəmşad Eldənizlə də söhbət etmiş, sonuncu Eldənizə onun xətrinə dəyən söz deyib-demədiyini soruşmuş, Eldəniz isə Şəmşada sözlərinin onun xətrinə dəymədiyini bildirmişdir. Eldəniz evə getmək istədiyini demş, o, və digərləri isə Həbibin köşkü istiqamətində getməyə başlamışlar. Həmin vaxt Toğrul özünə məxsus avtomobili köşkün qarşısına aparmağı ondan xahiş etmişdir. O, avtomobili işə salıb hərəkətə gətirmiş və həmin vaxt “Kosmos”un qarşısında Şəmşad ona yaxınlaşaraq maşınla olduğunu demiş və onları düşdürtməyi xahiş etmişdir. İsa onun idarə etdiyi maşının qapısını açaraq Şəmşadı öz avtomobil ilə aparmaq istədiyini Şəmşada demişdir. Həmin vaxt artıq İsa Şəmşadla zarafat etmişdir. Lakin Şəmşad düşməyə razılaşmamışdır. Nəticədə İsa da onun idarə etdiyi avtomobilə əyləşmişdir. Adil təxminən 150 metr sonra avtomobildən düşmüş və oradan taksi ilə gedəcəyini bildirmiş və onlarla sağollaşmışdır. Şəmşad isə ona onu evə düşürtməsini istəmişdir. O, Şəmşadı əvvəl qaldığı evin yaxınlığında düşürtmək istədikdə İsa və Şəmşad ona “Azinko”nun binalarına sürməyi demiş və o, maşını “Azinko”nun binalarına tərəf sürmüşdür. Onlar avtomobillə hərəkətdə olan zaman İsa və Şəmşad söhbət etmiş, lakin hadisə ilə bağlı heç nə danışmamışlar. Onlar “Azinko” adlanan kompleksə çatmış və idarə etdiyi avtomobili Şəmşadın qaldığı binanın qarşısında park (burada: saxlamaq) etmişdir. İsa və Şəmşad avtomobildən düşmüş, onlardan sonra o özü də avtomobildən düşmüşdür. Şəmşad öz avtomobilinə tərəf hərəkət etmiş və İsa ilə danışıb mehriban söhbət etmişlər. Şəmşad avtomobilinin qabaq qapısını açaraq özünün əynində olan gödəkcəni soyunub avtomobilə qoymuşdur. O, isə avtomobilə tərəf qayıtmış və birdən İsanın səsini eşitmişdir. İsa Şəmşada “Şəmşad, eləmə, lazım deyil” demişdir. O, (Zərərçəkmiş şəxs2) Şəmşadın qolundan tutmuş, lakin Şəmşad bıçağı dəyişərək digər əlinə keçirmiş və onun sol tərəfindən vurmuşdur. O, Şəmşadı buraxmaq məcburiyyətində qalmışdır. Şəmşad bundan sonra onun üstünə gəlmiş, onun ondan kənarlaşmağını istəmişdir. Şəmşad əlində olan bıçaqla İsanı vurmaq istəmişdir. Şəmşadın bıçaqla İsanı vurmaq istəməsinə baxmayaraq, İsa Şəmşada qarşı heç bir hərəkət etməmiş, ona xəsarət yetirməmişdir. Şəmşad əlində olan bıçaqla İsanı vurmaq istəmiş, bıçaqla dəfələrlə ona zərbələr endirmişdir. Lakin o, bıçaq zərbələrindən hansının İsaya dəydiyini görməmişdir. Bir neçə dəfə Şəmşad bıçaqla İsaya zərbələr atmış və həmin vaxt İsa arxası üstə yerə yıxılmışdır. Şəmşad isə əlində olan bıçağı İsanın boğazına dirəmiş, o isə Şəmşadın qolundan tutmuşdur. Həmin vaxt Şəmşad istəsə idi, İsanın boğazını kəsə bilərdi. O, Şəmşadın əlindən tutduğundan Şəmşad da ona tərəf dönmüş, Bir qədər bıçaqla Şəmşad ona tərəf gəlmiş, onun fikrincə Şəmşad bıçaqla onun üstünə gələn zaman Şəmşad ona xəsarət yetirmək istəməmiş, onu qorxutmaq istəmişdir. Belə ki, Şəmşadın onu vura bilməsi üçün kifayət qədər imkanı olmuşdur. Şəmşadın əlində olan bıçaq böyük bıçaq olmuşdur. Şəmşad yenidən İsaya tərəf dönmüş və İsanı vurmaq istəmişdir. İsa birdən “qolum” deyərək qışqırmış və oradan qaçmışdır. Şəmşad da İsanın arxası ilə bir qədər, təxminən 10 metr qaçmış, sonra geri qayıtmış və onun üstünə gələrək onu da deşəcəyini demişdir. Lakin Şəmşad ona qarşı bıçaqla heç bir hərəkət etməmişdir. Onlar təxminən 5-10 dəqiqə orada söhbət etmişlər. Şəmşad ona İsanın qorxaraq qaçdığını, sabah İsanı vincestr ilə deşəcəyini bildirmişdir. O, getmək üçün avtomobili işə salmaq istəmiş, lakin avtomobil işə düşməmişdir. Həmin vaxt Şəmşad ona yaxınlaşaraq İsanın papağını ona verməyi istəmişdir. O, “lazım deyil,” deyib vermək istəməmiş, lakin Şəmşad təkid edərək İsanın papağını ondan istədikdə o, məcbur qalıb İsanın papağını Şəmşada vermişdir. Bundan sonra Şəmşad yaşadığı evin blokuna girərək evinə getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, Şəmşad getdikdən sonra o, Toğrula zəng edərək avtomobilin işə düşmədiyini bildirmiş, sonuncu ona avtomobilin akumlaytorunun klemmasını tərpətməyi məsləhət vermişdir. Bundan sonra o, avtomobili işə salmış və avtomobili geriyə hərəkət etdirmişdir. Həmin vaxt sol tərəfdə bir təcili tibbi-yardım maşınının gəldiyini görmüş, İsaya zəng etmiş, lakin İsa ona cavab verməmişdir. Həmin yerə camaat toplaşmış, təxminən orada 8-10 nəfər adam olmuşdur. O, yerdə qara geyimli bir nəfər şəxsin uzandığını görmüş, həmin yerə yaxınlaşmış və yerdə uzanmış şəxsin İsa olduğunu görmüşdür. Elə həmin vaxt təcili tibbi-yardım maşını da İsanın yanına çatmış, tibbi-yardım briqadası İsanı avtomobilə mindirib uzaqlaşmışlar. Bundan sonra o, 1 saylı ŞMX-na getmiş və orada İsanın öldüyü ona məlum olmuşdur. Zərərçəkmiş şəxs2 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, hadisədən əvvəl o, və Toğrul araq almaqdan qayıtdıqdan sonra İsa ilə Şəmşad arasında artıq mübahisə başladığını, İsanın ayaqüstə, Şəmşadın isə oturmuş halda olduğunu görmüşdür. İsa Şəmşada hörmətsizlik etməməsini bildirmiş, Şəmşad isə İsaya aşağı səslə danışmağı məsləhət görmüş, ona hörmətsizlik etməməsini demişdir. Şəmşad polis əməkdaşı olan Eldənizdən onun sözlərinin xətrinə dəyib-dəymədiyini soruşmuş, Eldəniz isə İsanın ona heç bir söz demədiyini bildirmişdir. Bundan sonra Şəmşad yenidən İsaya ona hörmətsizlik etmədiyini, Eldənizlə bağlı heç bir söz demədiyini bildirmişdir. İsa Şəmşadın bir daha ona və qonağına hörmətsizlik etdiyini və Şəmşadın üzünə qarşı “onun qulağına polis olan məclisə onu çağırmasını irad tutduğunu” demiş və stula əyləşmişdir. Bu zaman Şəmşad pərt olmuş və ayağa duraraq İsanın boğazından yapışıb divara sıxmışdır. İsa da ayağa durmuş və beləliklə onlar biri-birilərinə əl-qol atmağa başlamışlar. Onlar isə öz nöbələrində onları kənarlaşdırmışlar, yəni aralapşdırmışlar. Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs biri-birilərinin ünvanlarına nalayiq ifadələr işlətməmiş, yalnız biri-birilərinin ünvanına “şərəfsiz” sözləri demişlər. Bu sözləri də kabinetdə olan zaman işlətmişlər. Kabinetdən çıxdıqdan sonra onlar çöldə sakit söhbət etmişlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 aralaşdırdıqdan sonra onlar kafedən çöldə söhbət etmiş və gülə-gülə, biri-biri ilə zarafat edərək qayıtmışlar. O, Şəmşadın üzərində əvvəllər və hadisə zamanı bıçaq görməmiş, Şəmşad və İsa avtomobillə gedərkən bir-biri ilə söhbət etmiş, o, İsayla Şəmşada baş vermiş mübahisə ilə bağlı iradlarını bildirmiş, Şəmşadla İsa isə “lənət şeytana” demişlər. Həmin vaxt onlar heç bir mübahisə etməmiş, İsa Şəmşadla mübahisə etməmiş, onlar sakit tərzdə mehriban söhbət etmiş, nə barədə söhbət etmələrini ifadə verərkən xatırlaya bilməmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı Əliyar Əliyev küçəsi 26 ünvanda yerləşən binanın qabağına çatıb avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təhqir etməmiş, onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Əliyar Əliyev küçəsi 26 ünvanda olarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təhqir etməmiş, onun ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Ani vaxt ərzində Təqsirləndirilən şəxs hardansa bıçaq çıxartmış və İsanın üstünə getmişdir. Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən, xatırladığına görə, İsaya “deşim səni?”, “deşərəm səni” kimi sözlər demişdir. Bundan başqa ona söz deməmiş, onu təhqir etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirən zaman orada heç kəs olmamış, hadisə ilə bağlı heç kəs oraya toplaşmamışdır. Şəmşad bıçaqla İsaya xəsarətlər yetirərkən o, Şəmşadı sakitləşdirmək və kənarlaşdırmaq istəmişdir. O, Şəmşadın İsaya bıçaqla xəsarət yetirməsini, bıçaq zərbələrinin İsaya dəyməsini görməmiş və hiss etməmişdir. İsa özü də ona bıçaq dəydiyini, xəsarət aldığını biruzə verməmişdir. O, Şəmşadın bıçaq zərbələrənin İsaya dəymədiyini fikirləşmişdir. Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçaraq oranı tərk edən zaman o, İsaya bıçaq dəyməsini bilməmiş, İsa qaçan zaman “ay qolum” deyərək qaçmışdır. Zərərçəkmiş şəxs1 bacısı Könül həmin kompleksdə yaşadığından, o, İsanın tibbi-yardım üçün bacısı Könülgilə getdiyini fikirləşmişdir. İsa qaçdıqdan sonra Şəmşad əlində bıçaq onun üstünə gələrək “gördün, İsa necə qaçdı?” sözlərini demişdir. O, da orada Şəmşadı sakitləşdirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmasının səbəbi “Kosmos” kafesində baş vermiş hadisə ilə bağlı Şəmşadın İsadan qisas almaq istəməsi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin məqsədi İsanı qorxutmaq olmuşdur. İsa hadisə zamanı sağ olmuş, oradan qaçaraq kənarlaşmışdır. İsanın xəsarət aldığı halda, özü kömək istəyəcək vəziyyətdə olmuşdur. Onun (Zərərçəkmiş şəxs2) bədəni üzərində olan xəsarət Şəmşadın bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinin qarşısını alarkən yaranmışdır. Lakin aldığı xəsarətlə bağlı Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. O, İsanı öldürmək məqsədi ilə Təqsirləndirilən şəxsla əlbir olmamış və onun belə bir fikri olmamışdır. Əksinə o, Təqsirləndirilən şəxs İsaya bıçaqla xəsarət yetirərkən Şəmşadın qarşısında dayanmış, Şəmşadın bıçaqla İsaya xəsarət yetirməsinin qarşısını almışdır (işvərəqə: cild İ, səh. 88-94, cild İİ, səh. 18-20). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, sonuncu sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları hadisə yerində ardıcıllıqla ifadə edib əyani olaraq bir daha göstərmişdir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək tədqiq olunan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (işvərəqə: cild İ, səh. 205-209). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 ilə 2014-cü ildən idman zalında məşq edərkən tanış olmuşdur. Sonuncu idmançı olmuş, bir müddət bir yerdə məşq etdiklərindən aralarında dostluq münasibəti yaranmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, heç vaxt onunla görüşməmiş, barəsində də heç bir məlumata sahib olmamışdır. Zərərçəkmiş şəxs1la dəfələrlə bir dost kimi təklikdə və ya kompaniyada yemək yeyib spirtli içki qəbul etmişlər. Şahid1 hadisənin mahiyyəti üzrə göstərdi ki, 16 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Puls fitness” idman zalında məşq edərkən İsa da ora gəlmiş, təxminən 19:30 radələrinədək birlikdə məşq etmiş və zalından çıxarkən İsa onu birlikdə yemək yeməyə dəvət etmişdir. O, da İsanın təklifini qəbul etmiş və onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Kosmos” kafesinə getmişlər. İsa orada olan işçilərdən uşaqların harada oturduqlarını soruşmuş, xatırlamadığı işçi onlara həmin şəxslərin olduqları kabineti göstərmişdir. İsa həmin kabinetin balaca olduğunu bildirmiş və işçiyə onların böyük otağa gəlmələrini deməsini xahiş etmişdir. O, və İsa “Kosmos” kafesində girişdən sağ tərəfdə yerləşən sonuncu kabinetə, yəni sonuncu otağa daxil olmuş və az sonra onun əvvəllər şəxsi münasibətlə tanıdığı Rəşad, İsanın dostu kimi tanıdığı Rəşad, İsanın vasitəsi ilə tanış olduğu Həbib və bir nəfər tanımadığı şəxs otağa daxil olmuşlar. Oturacaqları masa sağ tərəfdə yerləşən divara birləşmiş vəziyyətdə olmuş, İsa stolun digər tərəfində, divara yaxın, İsanın özünün sağ tərəfində dostu kimi tanıdığı Rəşad, Rəşadın yanında onun əvvəllər tanıdığı Rəşad oturmuşlar. İsanın qarşısında tanımadığı şəxs, onun solunda Həbib, Həbibin də solunda o, oturmuşdur. Onlar ilk əvvəl yeməkləri sifariş vermişlər. Süfrədə bir litr araq olmuş, onlar yemək yeyərək spirtli içki qəbul etməyə başlamışlar. Təxminən 20 dəqiqə sonra İsanın vasitəsilə tanış olduğu Toğrul gəlmiş, Toğrulun əlində 500 qramlıq bir ədəd araq və bir ədəd tort olmuşdur. Toğrul da Rəşadın yanında oturmuşdur. İsanın dostu kimi tanıdığı Rəşad və İsa ilə onun ortaq tanışı olan Rəşad spirtli içki olan araq qəbul etməmişlər. Təxminən bir saat sonra, saat 21 radələrində İsaya zəng gəlmiş, İsa telefonda danışdığı şəxsə artıq onun yeyib-içdiyini bildirmiş və onların əyləşdikləri kafeyə dəvət etmişdir. Bundan sonra İsa arağın azaldığını görüb dostu Rəşada araq almasını bildirmişdir. İsanın dostu Rəşad ilə Toğrul birlikdə araq almağa getmişlər. Rəşad ilə Toğrul getdikdən 10 dəqiqə sonra sonradan tanıdığı, baxılan iş üzrə təqsirləndirilən şəxs Şəmşadla tanımadığı bir nəfər şəxs otağa daxil olmuşlar. Şəmşad salamlaşaraq İsanın yanına keçmiş və Rəşadın yerində oturmuşdur. Digər şəxs, adının Adil olduğunu sonradan öyrənib bildiyi şəxs isə stolun baş tərəfində oturmuşdur. Şəmşad İsanın yanında oturub yeməyə və araq qəbul etməyə başlamış, Adil isə çaxır içmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, əvvəllər də İsa və həmin vaxt masa ətrafında olan şəxslərlə oturub yeyib-içmiş, lakin Şəmşad ilə ilk dəfə masa arxasında əyləşmişdir. Təxminən 20 dəqiqə sonra Rəşadla Toğrul geri qayıtmış, onlar bir ədəd 750 qramlıq araq alıb gətirmişlər. Məclis şən keçmiş, hamı biri-biri ilə mehriban söhbət etmiş, Rəşadla Toğrulun aldığı arağı da içib qurtarmışlar. Şəmşad araq içmək istədiyini bildirdikdə, İsa arağı qatmağın yaxşı olmayacağını demiş, lakin Şəmşad araq içmək istədiyini bildirmiş və İsanın dostu Rəşaddan, yaxşı araq almasını xahiş etmiş, hətta Şəmşad araq alması üçün Rəşada 20 manat pul da vermişdir. Toğrulla Rəşad yenidən araq almaq üçün kafedən çıxmış, lakin masada bir qədər araq qalmışdır. Həmin vaxt İsa onu (Şahid1) Şəmşada təqdim edərək polis olduğunu bildirmişdir. Hələ polis söhbəti olmazdan əvvəl təqsirləndirilən şəxs, yəni Şəmşad ona «səni idman müəllimi kimi tanımışam» demişdir. Şəmşadın əyilib İsanın qulağına, «polis olan stola məni niyə çağırmısan?» deməsini o, şəxsən eşitməmiş, bunu onlar mübahisə zamanı İsanın sözlərindən öyrənib bilmişlər. Həmin vaxt İsa Şəmşada aqressiv cavab qaytarmış, qonağın onun özünün qonağı olduğunu bildirmiş və Şəmşadın sakit tərzdə dediyi sözü ona irad tutmuşdur. Şəmşad İsaya onu polis olduğu stola dəvət etməsini İsaya irad bildirmiş, həmçinin İsaya “səsinin tonunu qaldırma, yavaş danış” demişdir. İsa Şəmşada sözünün ayıb olduğunu təkrarən bildirmiş və bu minvalla mübahisə başlamış və Şəmşadla İsa biribirinə iradlar bildirmiş və hər ikisi biri-birinə düz danışmadıqlarını demişlər. Şəmşad ona tərəf baxaraq ona hər hansı bir söz deyib-demədiyini soruşmuş, o da Şəmşada ona heç bir söz demədiyini bildirmişdir. Şəmşad da İsaya tərəf dönüb Eldənizin xətrinə dəyən heç bir söz demədiyini bildirmişdir. Lakin onların aralarında mübahisə davam etmiş, onlar biribiri ilə aqressiv danışmış, biri-birinin ünvanına “şərəfsiz”, “alçaq” kimi sözlər işlətmişlər. Şəmşad ayağa duraraq İsanın yaxasına əl atmış, lakin yaxında olan şəxslər onları aralamışlar. İsa həmin vaxt Şəmşada şərəfsizlik etmə demiş, təkrarən “düz demirsən” demişdir. Şəmşad İsadan aralaşan zaman stolun üzərində olan bakalı İsaya tərəf atmış, Lakin Şəmşadın atdığı bakal divara dəymişdir. Şəmşad İsaya qarşı daha çox aqressiv olmuşdur. İsa isə həmin vaxt Şəmşada müqavimət göstərməmiş, Şəmşada qarşı heç bir hərəkət etməmiş, sakitcə onu izləmiş və “şərəfzilik eləmə, düz demirsən” sözlərini demişdir. Bundan sonra hamı ayağa qalxmış və otaqdan çölə çıxmışlar. İsa və Şəmşad orada da mübahisə etmiş, biri-birinin ünvanına təhqiramiz ifadələr işlətmiş, lakin ailə söyüşləri etməmişlər. Çöldə olarkən İsayla Şəmşad bir kənara çəkilib təqribən 5-10 dəqiqə təklikdə söhbət etmişlər. Lakin onların aralıda nə barədə söhbəti etdiklərini o, eşitməmişdir. Sanki onlar bir-biri ilə barışmış və gülə-gülə onların yanqına qayıtmışlar. Şəmşad ondan yenidən xətrinə dəyib-dəymədiyini soruşmuş, o, isə xətrinə dəyən bir söz olmadığını bildirmişdir. İsa ilə Şəmşad orada barışmışlar. Şəmşad bundan sonra tanışı Adili çağırmış, getmək istədiklərini bildirmiş və onlar taksi axtarmağa başlamışlar. Rəşad Toğrula məxsus avtomobili idarə edərək onların yanına gətirmış, Şəmşadla Adil getmək üçün həmin maşına oturmuşlar. İsa da onlarla gedəcəyini bildirmiş və Şəmşadla aralarında nəsə danışıq olmuş və İsa maşına oturmuşdur. Onlar nisbətən aralı olduqlarından o, danışıqlarını başa düşməmiş, lakin qabaqda kimin oturması ilə bağlı bir-birinə jest etdiklərini fikirləşmişdir. Lakin hansının harada oturmasını və hansı şəraitdə getdiklərini dəqiq xatırlaya bilməmişdir. O, İsa ilə Şəmşadın artıq barışdıqlarını və artıq mübahisənin başa çatdığını fikirləşmışdır. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Şəmşadgil getdikdən sonra o da evinə getmək istəmiş, orada olan şəxslərdən kimsə tort qaldığını xatırlatmış və Həbibin kioskunda tortla çay içməyi təklif etmişdir. Onlar da təklifi qəbul edərək birlikdə Həbibin işlətdiyi kioska getmiş və orada çay içməyə başlamışlar. Təxminən 20 dəqiqə sonra, xatırladığına görə Zərərçəkmiş şəxs2 Həbibə zəng etmiş və Həbib telefonla danışdıqdan sonra onlara Şəmşadın İsanı bıçaqladığını bildirmişdir. Onlar orada olan avtomobillərdən birinə əyləşərək Əliyar Əliyev küçəsinə, “Azinko” adlanan əraziyə getmişlər. Onlar oraya çatdıqda İsa orada olmamışdır. Orada olan şəxslərdən kimsə X23 briqadasının İsanı 5 nömrəli şəhər xəstəxanasına apardığını bildirmişdir. Onlar birlikdə 5 nömrəli xəstəxanaya getmiş, lakin orada da İsanı tapa bilməmişlər. Daha sonra 1 saylı ŞKX-na getmişlər. Orada İsanın öldüyü onlara məlum olmuşdur. Şahid1 məhkəməyədək icraat mərhəlsində verdiyi ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı sonuncunun ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Şəmşad əyilib İsanın qulağına «polis olan stola məni niyə çağırmısan?» sözlərini deməsini o, eşitmişdir” kimi göstərsə də, cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində bu fikri “İsa onun polis olduğunu dedikdən sonra Şəmşad sakitcə İsaya nəsə demiş, lakin həmin vaxt o, Şəmşadın İsaya nə dediyini eşitməmışdır” kimi ifadə etmişdir (iş vərəqə: cild İ səh.98-101). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, onun mərhum Zərərçəkmiş şəxs1 ilə münasibəti 2001-ci ildən yaranmış və dost olmuşlar. Təqsirləndirilən şəxs isə 4-5 dəfə görmüş, onu İsanın dostu kimi tanımışdır. Zərərçəkmiş şəxs1la dostluq münasibəti olduğundan əvəllər oturub yemək yemiş, spirtli içki də qəbul etmişlər. Hadisədən bir neçə gün əvvəl İsa, İsanın əsgər yoldaşı Rəşad, “Qara” deyə çağırdıqları Rəşad birlikdə Həbibin icarəyə götürərək işlətdiyi kioskda söhbət edən zaman İsa çoxdan yeyib-içmədiklərini bildirmiş və yeyib-içməyi təklif etmişdir. Onlar bazar günü, yəni 16 yanvar 2022-ci il tarixdə «Kosmos» kafesində oturmağı qərarlaşdırmışlar. 16 yanvar 2021-ci il tarixdə, axşam saat 19:00 radələrində İsa ona zəng etmiş və qonağı olacağını demiş və arağı bir litr almasını xahiş etmişdir. Bir az sonra Həbib də ona zəng edərək arağı bir litr almasını istəmişdir. Saat 19:30 radələrində İsanın əsgər yoldaşı Rəşad və o, Həbibin kioskuna getmişlər. Həbib işçisinə zəng edərək iş yerinə gəlməsini və işdə olmasını bildirmişdir. Bundan sonra onlar olmadığı müəyyən müddətdə Toğrulun qardaşı Ayxan kisokda qalmış, kioskun işinə nəzarət etmişdir. Həbib, Zərərçəkmiş şəxs2, İsanın əsgər yoldaşı Rəşad və o, oradan çıxaraq piyada «Kosmos» kafesinə getmişlər. O, razılaşdıqları kimi, 1 litr araq almışdır. Onlar «Kosmos» kafesinə çatıb, ilk əvvəl kabinetdə oturmuşlar. Daha sonra otaq soyuq olduğu üçün daha kiçik kabinetə keçmişlər. «Kosmos»un həyətində daşdan otaqlar tikilmiş, həmin otaqların içərisində əlavə otaqlar da olmuşdur. Həmin kabinet restoranın girişindən sol tərəfdə yerləşən ikinci kabinet olmuşdur. Təxminən 3-4 dəqiqə sonra mərhum İsa ora gəlmiş və adam çox olduğundan böyük kabinetə keçmələrini təklif etmişdir. Onlar yenidən böyük kabinetə keçmişlər. Kabinetdə qarşıdakı divara paralel stol qoyulmuşdur. Stol sağ tərəfdə divara birləşmişdir. İsa stolun digər tərəfində, divara yaxın, İsanın yanında Zərərçəkmiş şəxs2, Rəşadın yanında İsanın əsgərlik yoldaşı Rəşad oturmuşlar. İsanın qarşısında o, onun solunda Həbib, Həbibin solunda isə Eldəniz oturmuşlar. Onlar əyləşib sifarişləri verdikdən sonra İsa Toğrulun harada qaldığını, niyə gəlmədiyini soruşmuş, o, Toğrulun yeyib-içməklə bağlı qərar verən zaman orada olmadığını demişdir. Bundan sonrpa İsa Toğrula zəng edərək onu da məclisə dəvət etmişdir. Onlar yeyib-içməyə başlamışlar. Bir müddət sonra, hələ Toğrul gəlməmiş, İsa yenidən Toğrula zəng edərək bir ədəd 0,5 litrlik araq və çayla içmək üçün tort almasını tapşırmış, pulunu özünün verəcəyini demişdir. Təxminən 30-40 dəqiqə sonra Toğrul gəlmiş, əlində bir ədəd 0,5 litrlik və tort olmuşdur. Toğrul da İsanın əsgərlik yoldaşı Rəşadın yanında oturmuş və yeyib-içmək davam etmişlər. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında göstərdi ki, saat təxminən 20:30 radələrində İsaya zəng gəlmiş, İsa telefona cavab verib danışmağa başlamışdır. İsa danışan zaman «Kosmos» kafesində olduğunu, yeyib-içdiklərini demiş və telefonda danışdığı şəxsi də məclisə dəvət etmişdir. Telefonu söndürdükdən sonra İsa Şəmşadın da gələcəyini bildirmişdir. Rəşad İsaya artıq məclisin yekunlaşmaq üzrə olduğunu, duracaqlarını demiş, əlavə oturmağa ehtiyac olmadığını bildirmişdir. İsa isə artıq dəvət etdiyini bildirmiş və Zərərçəkmiş şəxs2 0,7 litrlik bir araq alıb gətirməsini xahiş etmişdir. Toğrul və Rəşad araq almaq üçün getmiş, onlar getdikdən təxminən 5-10 dəqiqə sonra baxılan iş üzrə Təqsirləndirilən şəxs və adının Adil olduğunu sonrardan öyrənib bildiyi bir şəxs də kafeyə gəlmişlər. Adil başda əyləşmiş, Şəmşad isə İsanın yanında Zərərçəkmiş şəxs2 yerində oturmuşdur. Adil araq içmədiyini, çaxır içdiyini bildirmiş və çaxır sifariş vermişdir. Onlar yeyib-içməyə davam etmişlər. Şəmşad isə araq içmişdir. Şəmşad Adili onlara təqdim edib dostu olduğunu bildirmişdir. Şəmşad orda olanlardan Eldənizi tanımadığından X18 Adilə təqdim etmiş, Eldənizin həm də polis əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Şəmşad Eldənizin adını idman məşqçisi kimi eşitdiyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Rəşad və Toğrul qayıtmış, Toğrul öz yerində, Rəşad isə Eldənizin yanında oturmuşdur. Məclis şən keçmiş, hamı biri-biri ilə mehriban söhbət etmiş, yeyib-içmişlər. Onlar aldıqları arağı da içib qurtarmışlar. Şəmşad araq içmək istədiyini bildirdikdə, İsa arağı qatmağın yaxşı olmayacağını demişdir. Şəmşad araq içmək istədiyini demiş və Rəşada 20 manat pul verib ondan yaxşı araq almasını xahiş etmişdir. Toğrul və Rəşad yenidən araq almaq üçün kafedən çıxmışlar. Məclisin arasında, Eldənizlə onların tanışlıqdan xeyli vaxt keçmiş Şəmşad əyilib İsanın qulağına nə isə demiş, lakin onlar Şəmşadın İsaya nə dediyini eşitməmişlər. Bundan sonra İsa onlara Şəmşadın ona Eldənizin polis əməkdaşı olduğunu əvvəlcədən nə üçün ona demədiyini, nə üçün onu polis olan stola dəvət etdiyini və buna görə ona (z.çəkmiş Zərərçəkmiş şəxs1) irad bildirdiyini demişdir. İsa Şəmşada hündür səslə Eldənizin onun dostu, məşq yoldaşı olduğunu, etdiyi hərəkətin ayıb olduğunu bildirmiş, Şəmşada bir neçə gün əvvəl polislərin məclisində oturduqlarını, qonaq olduqlarını xatırlatmışdır. Şəmşad İsaya hündürdən danışdığı üçün irad bildirib səsinin tonunu qaldırmamağı, yavaş danışmağı tövsiyə etmişdir. Bu minvalla onların arasında mübahisə başlamış və düz danışmadıqlarına görə biri-birinə iradlar bildirmişlər. Şəmşad Eldənizə tərəf baxaraq ona xətrinə dəyən bir söz deyib-demədiyini ondan soruşmuş, Eldəniz də Şəmşada onun xətrinə dəyən heç bir söz demədiyini bildirmişdir. Şəmşad da Eldənizin cavabından sonra İsaya tərəf dönüb ona Eldənizin xətrinə dəyən heç bir söz demədiyini bildirmişdir. Buna baxmayaraq onların arasında söz mübahisəsi davam etmişdir. Onlar hər ikisi biri-biri ilə aqressiv danışmış, bir-birinin ünvanına «şərəfsiz», «alçaq» kimi sözlər işlətmişlər. Şəmşad ayağa duraraq İsanın yaxasına əl atmış, həmin vaxt Şəmşadın yanında oturan əsgərlik yoldaşı Rəşad onların arasına keçdimişdir. Şəmşad İsaya “səni deşərəm” demiş, İsa da masanın üzərində olan bıçağı Şəmşada uzadaraq “ala deş” demişdir. Şəmşad isə buna heç bir reaksiya vermədikdə İsa bıçağı əlindən yerə atmışdır. Bundan sonra Şəmşad İsaya «sonra söhbət edərik» demiş və onlar aralaşmışlar. İsa isə davam edib Şəmşada «şərəfsizlik etmə, düz demirsən, qonağıma hörmətsizlik edirsən» demiş və Şəmşad İsadan aralanan zaman stolun üzərində olan bokalı götürüb İsaya tərəf atmış, lakin bokal İsaya dəyməmişdir. İsa isə stolun üzərində olan, xatırladığı qədər, boş bankanı Şəmşada atmış, banka onun ayağının altına düşmüş və qırılmışdır. Həmin vaxt o, Şəmşadın yanında olmuş, onun qolundan tutaraq çölə çıxarmış və onlara bir-birinə hörmətsizlik etməmələrini bildirmişdir. Bu vaxt kafenin adminstratoru gəlmiş və kafenin bağlandığını, hesabı ödəməli olduqlarını demişdir. Hadisə zamanı kafedə səs-küy olsa da, səs-küy yalnız onların olduqları otaqda olmuş, çöldə olan zaman isə kafenin fəaliyyətini pozan hər hansı hadisə baş verməmişdir. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra hamı ayağa qalxmış və otaqdan çölə çıxmış, onlar İsayla Şəmşadın artıq sakitləşdiklərini mübahisə etmiş, biri-birinin ünvanına təhqiramiz ifadələr işlətməmiş, yalnız biri-birilərini səhv olmaqda günahlandırmışlar. Şəmşad yenidən Eldənizdən sözünün onun xətrinə dəyib-dəymədiyini soruşmuş, Eldəniz isə cavabında xətrinə dəyən bir söz olmadığını bildirmişdir. İsa ilə Şəmşad onlardan bir qədər, təqribən 100-200 metr aralanaraq ikilikdə kənarda söhbət etmiş və hər ikisi oradan gülə-gülə, zarafat edə-edə geri qayıtmışlar. Odur ki, onlar İsagilin barışdıqlarını hiss etmişlər. Onların sonra yenə də dava edə biləcəkləri onların ağlına belə, gəlməmişdir. Bundan sonra Şəmşad Adili çağırmış və onlar getmək üçün taksi axtarmağa başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs2 Toğrula məxsus avtomobili idarə edərək onların yanına gətirmişdir. Həmin vaxt İsa avtomobilə yaxınlaşaraq ona kioska piyada getmələrini istəmişdir. Həmin vaxt Şəmşadla Adil avtomobilə minmiş, Şəmşad qabaq oturacaqda, Adil isə arxada, xatırladığına görə ilk əvvəl sağ tərəfdə əyləşmişdir. İsa isə əvvəlcə onlara tərəf gəlmiş, lakin iki-üç addım atdıqdan sonra avtomobilə tərəf dönərək Şəmşadı yola salıb qayıdacağını bildirmişdir. İsa keçib sürücü tərəfdə arxa oturacaqda əyləşmiş və Şəmşadla zarafat edərək qabaq oturacaqda onun əyləşməli olduğunu bildirmişdir. Şəmşad isə onun yaşca böyük olduğunu demiş və qabaq oturacaqda özünün əyləşəcəyini bildirmişdir. İsagil Rəşadın idarə etdiyi maşınla yola düşmüş, qalan onlar isə birlikdə onun işlətdiyi kioska getmiş və orada çay içməyə başlamışlar. Təxminən 20 dəqiqə sonra, yəni 16 yanvar 2022-ci il tarixdə, saat 23:59-da Zərərçəkmiş şəxs2 Həbibə zəng etmiş, avtomobilin işə düşmədiyini bildirmişdir. Həbib də telefonu Toğrula vermiş, Toğrul ona arxa oturacağın arxasına quraşdırılmış akkumlyatorun klemmasını tərpətməsini demiş və bundan sonra Rəşad avtomobilin işə düşdüyünü bildirmişdur. Qısa bir müddət sonra - 17 yanvar 2022-ci il tarixdə, saat 00:02də Zərərçəkmiş şəxs2 Həbibə zəng etmiş, orada bıçaqlaşma olduğunu bildirmişdir. O, yenidən Rəşada zəng etmiş, lakin Rəşad telefona cavab verməmişdir. Zərərçəkmiş şəxs2 saat 00:06-da yenidən ona zəng etmiş və X23 briqadasının İsanı 5 nömrəli xəstəxanaya apardığını bildirmişlər. O, Eldəniz, Toğrul və Həbibin avtomobili ilə 5 nömrəli xəstəxanaya getmiş, lakin İsanın 5 nömrəli xəstəxanada olmadığını öyrənmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 xəstəxana ya gəlmişdir. Şahid3 Həbibin avtomobilini götürərək Həbibin yanına getmiş, o, Zərərçəkmiş şəxs2, Toğrul və Eldəniz birlikdə 1 saylı ŞKX-na getmiş və təcili tibbi-yardım maşınının orada olduğunu görmüşlər. O, X23 maşının qapısını açdıqda İsanın meyitini görmüş və onun öldüyü onlara məlum olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3, Şahid4 və Şahid5 məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs təxminən son 12 ildə tanımış, sonuncu sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, müxtəlif ölkələrdən ölkəyə kartof gətirib Bakıda “Meyvəli bazar” adlanan bazarda satışını təşkil etmişdir. Şəmşadla dostluq müansibəti olmaqla yanaşı, həm də o, Şəmşadın işçisi olmuş, ayda ona 600 manat əmək haqqı vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 isə hadisədən təxminən 7 il əvvəl Şəmşada görə tanımış, İsa da Şəmşadla 2020-ci ilədək birlikdə şərik kimi kartof, kələm ticarəti ilə məşğul olmuşdur. Əvvəllər onlar arasında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə axşam saatlarında, təxminən 18 radələrində Şəmşad “Meyvəli bazara” onun yanına gəlmış, saat 19 radələrinədək bazarda işlərini görmüş və özünə məxsus “Volkswagen Jetta” markalı avtomobilinə minib qayıtmaq istərkən onu da şəhərə aparmağı təklif etmişdir. O, Şəmşadın təklifini qəbul etmiş və birlikdə şəhərə yola düşmüşlər. O, özü “Əhmədli” qəsəbəsində yaşamışdır. Lakin o, və Şəmşad birlikdə Nərimanov rayonuna, Şəmşadın yaşadığı evin həyətinə gəlmiş, sonuncu avtomobili Əliyar Əliyev küçəsində, məhəllədə saxlamışdır. Şəmşadla o, məhəllənin qarşısında yerləşən kafeyə getmiş, orada yer seçib oturmuşlar. Kafedə oturmaqda məqsədləri yeyib içmək və işləri ilə bağlı aralarında haqqhesab etmək olmuşdur. O, əllərini yumaq üçün çıxmış, qayıtdıqda Şəmşadı telefonla kiminləsə danışdığını görmüşdür. Şəmşad telefonu söndürüb stolun üstünə qoymuş və ona İsanın onları qonaq çağırdığını bildirmişdir. Onlar razılaşıb birlikdə kafeni işlədən şəxsin avtomobili ilə əvvəllər də yeyib-içdikləri “Kosmos” kafesinə getmişlər. Saat təxminən 21 radələrində Kafeyə arxa tərəfindən daxil olmuş və girişdən sol tərəfdə yerləşən dördüncü kabinetə keçmişlər. Otağa daxil olduqda iki masa birləşdirilmiş və stolun digər tərəfində baş tərəfdə İsa əyləşmişdir. Şəmşad stolun digər tərəfinə keçərək İsanın yanında əyləşmişdir. Orada İsa və Şəmşaddan başqa beş nəfər olmuşdur. O, orada İsadan başqa heç kəsi tanımamışdır. Bildiyinə görə Şəmşad orada olan bir nəfərdən başqa hamını tanımışdır. O, Şəmşadla birlikdə restorana daxil olarkən stolun üzərində yarım butulka araq olduğunu görmüşdür. Lakin onlaradək kimin, nə qədər içdiyini o, bilməmişdir. Onlar restorana gəldikdən sonra İsa və digərləri araq içirmiş, yalnız o, araq içmədiyi üçün şərab sifariş vermişdir. Onlar kafedə oturduqdan bir neçə dəqiqə sonra iki nəfər də gəlmiş və onlar 0,5 litrlik bir ədəd araq gətirmişlər. Şəmşad və o, otağa daxil olan zaman İsa və digərləri içkili olmuş, onlar otağa daxil olduqdan sonra Şəmşad İsa və digərləri birlikdə spirtli içki olan araq içməyə başlamışlar. Məclis öz axarı ilə davam etmiş, biri-birilərinin ünvanına sağlıqlar demişlər. Kafedə təxminən 2 saat oturub yeyib-içəndən sonra Şəmşad İsaya ondan sağ tərəfdə ikinci əyləşmiş şəxsin kim olduğunu soruşmuşdur. İsa Şəmşada həmin şəxsin Eldəniz olduğunu, sonuncunun polis əməkdaşı olduğunu bildirmiş, Şəmşad isə Eldənizin polis əməkdaşı olmasından məlumatsız olduğu nu bildirmiş, onu idman məşqçisi kimi tanıdığını demişdir. Şəmşad bu sözləri İsaya deyərkən sakit tərzdə danışmışdır. Bu vaxt İsa Şəmşada irad kimi bildirib “Polisdi, pretenziyan var?”, “başqa söhbət eləmə” demiş, Şəmşad isə sadəcə kim olduğunu öyrənmək istədiyini bildirmişdir. İsa bu xüsusda söhbəti uzatmış, Şəmşada “polis olanda nolar?” demişdir. Şəmşad İsaya heç nə olmadığını, onun özünün də polis dostlarının olduğunu bildirmişdir. Şəmşad Eldənizdən sözlərinin onun xətrinə dəyib-dəymədiyini soruşmuş, Eldəniz isə Şəmşada sözlərinin onun xətrinə dəymədiyini bildirmişdir. Bundan sonra Şəmşad İsaya tərəf dönərək onun sözündə də irad bildirilməli bir şey olmadığını bildirmişdir. Bundan sonra İsa Şəmşadla yüksək səslə aqressiv danışmağa başlamış, onlar tutaşmışlar. Hamı onları sakitləşdirməyə çalışmış, həmin vaxt İsa Şəmşada təpik atmış və Şəmşad yerə yıxılmışdır. Sonra onlar mübahisə edə-edə çölə çıxmaq üzrə olarkən Şəmşad İsaya şüşə butulka atmış, İsa da Şəmşada qarşı kompot bankası atmışdır. Lakin şüşə qablar onların heç birinə dəyməmişdir. Ümumiyyətlə mübahisə zamanı İsa çox aqressiv olmuş, o, Şəmşadı təhqiramiz sözlərlə söyüb təhqir etmişdir. Orada olan şəxslər İsa ilə Şəmşadı aralamışlar. Bundan sonra hamı otaqdan çölə çıxmış, çöldə olarkən Şəmşad yenə də sözlərinin Eldənizin xətrinə dəyib-dəymədiyini sonuncudan soruşmuşdur. Eldəniz isə təkrarən Şəmşada sözlərinin onun xətrinə dəymədiyini bildirmişdir. Bundan sonra Şəmşad yenə də İsaya tərəf dönərək onun sözlərinin Eldənizin xətrinə dəymədiyini demişdir. Şəmşad Eldənizin polis olmasına heç bir irad bildirmədiyi halda, İsaya etdiyi hərəkətlərlə ona qarşı hörmətsizlik etdiyini demişdir. Bundan sonra Şəmşad və İsa birlikdə onlardan aralanaraq kafenin ərazisindən çxaraq bir-biri ilə sakit söhbət etməyə başlamış və bir müddət sonra bir-biri ilə zarafatlaşa-zarafatlaşa, mehriban söhbət edə-edə qayıtmışlar. Artıq onlar Şəmşadla İsanın bir-biri ilə barışdıqlarını başa düşmüşlər. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, Şəmşadla İsa zarafatlaşazarafatlaşa, mehriban söhbət edə-edə qayıtdıqdan sonra Şəmşad ona müalicə aldığını, artıq iynəsinin vaxtı olduğunu bildirmiş və getmək lazım olduğunu demiş, Şəmşad evə getmək üçün taksi axtarmağa başlamış, lakin həmin vaxt orada taksi olmamışdır. Həmin vaxt birlikdə yeyib-içdikləri şəxslərdən biri, adının Rəşad olmasını təqribən yadında saxladığı şəxs “Toyota Prius” markalı avtomobillə gəlmiş, onları aparacağını bildirmişdir. O, həmin avtomobilin kimə məxsus olmasını bilməmiş, avtomobilin qeydiyyat nişanına fikir verməmişdir. Şəmşad Rəşada onu (Şahid6) isə yolüstü düşürtməyi demış, Rəşadın buna etirazı olmamışdır. Şəmşad avtomobilin qabaq oturacağına, o, isə arxa oturacağa əyləşmişlər. Rəşad avtomobili sürmək istəyən zaman İsa arxa sağ qapını açaraq avtomobilə əyləşmək istəmiş, Rəşada “gedək Şəmşadı ötürək” demişdir. O, İsaya özlərinin gedə biləcəyini başa salmış, ona əziyyt çəkməməsini demiş, evinə getməsini xahiş etmişdir. Lakin İsa əl çəkməmiş, aparıb özünün yola salacağını, “həm də görüm axı Şəmşad nə demək istəyir?” sözlərini demiş, onları düşürüb qayıdacağını bildirmişdir. Şəmşad İsaya səhər, yəni növbəti gün görüşə biləcəklərini demiş, lakin İsa buna reaksiya verməmiş və maşından düşməmişdir. Bunan sonra o, İsa, Rəşad və Şəmşad Rəşadın idarə etdiyi avtomobillə əvvəlcə Heydər Əliyev prospektinə getmiş, o, həmin prospektdə düşərək taksi ilə evinə getmiş, Şəmşadgil isə yollarına davam etmişlər. Hadisədən isə onun məlumatı olmamışdır. Bundan başqa, Şahid6 ifadəsinin davamında göstərdi ki, növbəti gün səhər tezdən o, işə getmiş, Şəmşadın işə gəlmədiyini görmüşdür. Az sonra Şəmşadın oğlu gəlmiş, atasının axşam İsanı vurduğunu demiş, atasının tutulduğunu bildirmişdir. O, Şəmşadın İsaya “səni deşəcəm, səni güllələyəcəm” kimi sözlər deməsini eşitməmişdir. O, Şəmşadın maşınında bıçaq görsə də, sonuncunun üstündə bıçaq gəzdirdiyini heç vaxt görməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, ixtisasca əczaçıdır, 2021-ci il tarixdə Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmiş, universiteti bitirdikdən sonra müxtəlif yerlərdə əczaçı işləmiş, 2021-ci ilin sentyabr ayından ünvan 5 ünvanda yerləşən “Venatura” adlı aptekdə əczaçı işləməyə başlamışdır. İşlədiyi aptek hər gün saat 23:00-dək növbəlilik əsasında fəaliyyət göstərmiş, birinci növbə hər gün səhər saat 08:30-dan 17:00-dək, ikinci növbə isə 17:00dan 23:00-dək işləmişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə o, və Fidan adlı əczaçı xanım 17:00-da işə başlamış, əmək funksiyalarını yerinə yetirmişlər. Həmin gün Fidan saat 22:30-da işdən çıxıb getmiş, o, isə fəaliyyətini davam etdirmişdir. Həmin gün saat təxminən 23:45-də işdə olarkən tanımadığı bir nəfər aptekə daxil olaraq ondan kömək istəmiş və çöldə bıçaqlanan bir nəfər şəxsin olduğunu demişdir. O da aptekdən çölə, yəni aptekin qarşısına çıxmış, həmin şəxs aptekdən çıxdıqda aptekin çıxış qapısından təxminən 100 metr aralıda «Azinko»nun binasının altında yerdə uzanıqlı vəziyyətdə əvvəllər görmədiyi və tanımadığı şəxsin olduğunu görmüşdür. Şəxsin ətrafına çoxlu adam toplaşdığından o, şəxsin üzünü tam görə bilməmişdir. O, xəsarət almış şəxsi görərəkən onun yaxınlığında olan çökəklik qanla dolu olmuşdur. Xəsarət almış həmin şəxs ayağından xəsarət aldığından onun bud arteriasının kəsildiyi və məhz buna görə çoxlu qan itirdiyini təxmin etmişdir. Vəziyyətin ciddi olduğunu gördükdə, onun ixtisaslaşmış tibbi müdaxilənin vacib olduğunu, özünün gücünün çatmayacağını fikirləşmiş və aptekdən ilkin tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng etmişdir. O, zəng etdikdən bir müddət sonra, təcili tibbi-yardım briqadası gələrək həmin şəxsə ilkin tibbi-yardım göstərərək sanitar avtomobili ilə xəstəxanaya aparmışlar. Həmin vaxt orada bir neçə nəfər əvvəllər görmədiyi və tanımadığı şəxslər olmuşdur ki, o, xəsarət almış şəxslə ora toplaşmış şəxslər arasında hər hansı münasibətin olmasını bilməmiş, hadisənin hansı şəraitdə baş verməsini o, görməmiş və bilməmişdir. Təcili tibbi-yardım briqadası gələnədək xəsarət almış şəxsin ölüb-ölməməsini o, bilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Təcili və X6 Stansiyasından verilmiş 16 yanvar 2022-ci il tarixli «Ölüm haqqında xəbərdarlıq vərəqəsi»ndən görünür ki, tibbi yardım briqadası 16 yanvar 2022-ci il tarixli xəstə – baxılan iş üzrə mərhum zərər çəkmiş şəxs X12 Tibbi Mərkəzə çatdırarkən artıq xəstə ölmüş vəziyyətdə olmuşdur. Tədqiq olunan «Ölüm haqqında xəbərdarlıq vərəqəsi»ndən görünür ki, hadisə ilə bağlı dərhal Nərimanov RPİ-nin 17-ci PŞ-nə məlumat verilmişdir (iş vərəqə: cild İ, səh.48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi Fəhmin Həsənov tərəfindən tərtib edilmiş 17 yanvar 2022ci il tarixli təqrir sənədinin məzmunundan görünür ki, 17 yanvar 2022-ci il tarixdə, saat 00:30-da Nərimanov RPİ-nin 17-ci PŞ-dən rayon prokurorluğuna baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında naməlum şəxs tərəfindən bud nahiyəsinə bıçaqla yetirilmiş xəsarət nəticəsində TTYS-nın həkimlərinin müşaiyəti ilə X17 aparılarkən yolda ölməsi barədə məlumat daxil olmuşdur (iş vərəqə: cild İ, səh.3). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda yerləşir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.4-9). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan hadisə yeri hesab olunan ünvan 7 ünvanda quraşdırılmış və məhkəməyədək icraat mərhələsində əldə olunmaqla cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinin görüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, məhkəmə baxışı zamanı təsdiq olunduğu kimi, baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid5 məxsus olub, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobil 16 yanvar 2022-ci il tarixdə, saat 23:37-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı binanın qarşısına çataraq sağ və sol tərəfdə paralel olaraq dayanmış avtomaşınların arasında dayanmışdır. Gecə vaxtı olduğundan ərazi ətrafdan düşən işıqlar hesabına məhdud işıqlıdır. Avtomaşından ilk olaraq avtomaşının arxa oturacağından sağ tərəfdən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 düşərək avtomaşının qabaq sağ qapısını açmış, qabaq sağ oturacaqdan Təqsirləndirilən şəxs avtomaşından düşərək “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobilin sol tərəfində təqribən 2-3 metr məsafədə arxası həmin avtomaşına tərəf dayanmış oğlu X4 məxsus olub, etibarnamə əsasında özünün idarə etdiyi “Volkswagen Jetta” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşarkən onun ardınca, ara məsafəsi caxlamadan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 və eyni vaxtda “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobildən sükan arxasından düşmüş sürücü - zərər çəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaxınlaşaraq paralel dayanmış maşınların arasında ard-arda durmuş, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 əl-qol hərəkətləri ilə eşidilməsi mümkün olmayan mövzuda davamlı danışıqlar aparmış, yumruqla avtomaşının kuzovuna döyəcləyədöyəcləyə danışıqlarını davam etdirmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs özünün etibarnamə əsasında idarə etdiyi avtomaşının qabaq sol qapısını açmaqla avtomaşının salonundan götürdüyü mayeni (özünün deməsinə görə suyu) qısa fasilələrlə içməklə məşğul olmuşdur. Saat 23:38:07-də zərər çəkmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aralanıb özünün idarə etdiyi “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq avtomaşının sürücüyə aid qapısını açaraq, özünün də ifadəsində göstərdiyi kimi, nəyəsə baxmaq uçün bədənini avtomaşının salonuna salmış və elə həmin vaxt, saat 23:38:22-də Təqsirləndirilən şəxs özünə məxsus avtomaşının qapısını örtərək sol əli ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaxasından yapışaraq, sağ əlində bıçaq tutduğu vəziyyətdə sonuncunu itələyərək paralel dayanmış avtomaşınların arasından dayanacaqdakı boş əraziyə çıxarmış, bunu görən zərər çəkmiş Zərərçəkmiş şəxs2 saat 23:38:22-də Təqsirləndirilən şəxs bıçaq olan sağ əlindən tutub ilk cəhddə onu zərərçəkmiş Zərərçəkmiş şəxs1 aralamış, onu saxlamağa çalışmış, lakin Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs2, onun cəhdlərinə baxmayaraq tabe olmayıb onun əlindən çıxaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 hücum etməyə cəhdlər etmiş, yenə də onun hücum cəhdlərinə mane olmaq istəyən zərər çəkmiş Zərərçəkmiş şəxs2 tabe olmayıb sağ əlində tutduğu bıçağı sol əlinə keçirərək əlində tutduğu bıçağı yaxın gəlməməsi üçün sonuncuya qarşı da istiqamətləndirdikdən sonra yenə də zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaxasından tutaraq geri itələyə-itələyə bıçağı bir neçə dəfə sonuncuya tərəf istiqamətləndirmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 geri itələyərkən sonuncu saat 23:38:56-da ərazidə olan pilləkənlərə yıxılmış, lakin Təqsirləndirilən şəxs əlində bıçaq tutmaqla onu buraxmamış, həmin vaxt zərər çəkmiş Zərərçəkmiş şəxs2 onları aralaşdırmağa cəhd etmiş və saat 23:39:05-də zərərçəkmiş Zərərçəkmiş şəxs1 ayağa qalxa bilmişdir. Nümayiş olunmaqla tədqiq olunan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saat 23:39:05-dən başlayaraq saat 23:39:49-dək sağ əlində tutduğu bıçağı zərərçəkmiş Zərərçəkmiş şəxs1 aşağı ətraflarına doğru atıb geri çəkmiş, hətta bu müddətdə sonuncunun sağ və sol ayaqlarından xəsarətlənməsi də onun ani reaksiyasından hiss olunmuşdur. Bu müddətdə zərər çəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almağa çalışmış, lakin sonuncu hər dəfə bıçağı ona tərəf istiqamtləndirdiyindən zərər çəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını ala bilməmişdir. Ən nəhayət, saat 23:39:49-da zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçıb gedərək kamera müşahidəsindən itmiş, onun ardınca gedən Təqsirləndirilən şəxs 7 (yeddi) saniyə sonra, saat 23:39:56-da zərər çəkmiş Zərərçəkmiş şəxs2 yanına qayıtmış, onlar saat 23:52:01-dək bir yerdə olub söhbət etmiş, bu müddətdə olan videogörüntülərdə hər hansı insident baş verməmişdir. Həmin vaxt orada dayanacaqda olan avtomobillərdən biri çıxmaq istəmiş, Zərərçəkmiş şəxs2 həmin avtomaşına yaxınlaşıb hadisə başa çatdıqdan sonra həmin avtomaşının sürücüsü ilə söhbət etmişdir. Nümayiş olunmaqla tədqiq olunan videogörüntülərdən görünür ki, saat 23:52:01-də Təqsirləndirilən şəxs hadisə yerini tərk edib evinə getmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşında yaranmış problemlə bağlı saat 23:57:05-ədək hadisə yerində qalmış, ən nəhayət sonuncu qeyd olunan saatda avtomaşını işə salıb hadisə yerindən getmişdir. Ən nəhayət, nümayiş olunmaqla tədqiq olunan videogörüntülərdən görünür ki, hadisənin baş verdiyi və davam etdiyi müddətdə, yəni saat 23:38:22-dən saat 23:39:49adək olan müddətdə ətrafdakı tikililərin bəzilərində işıqlar yanmış olsa da insan kütləsinin olduğu müşahidə olunmamış, yalnız hadisənin gedişatında – saat 23:38:30-da bir nəfər şəxsiyyəti müəyyənləşdirilməmiş kişi cinsindən olan şəxs hadisə yerindən keçmiş, lakin hadisəyə hər hansı müdaxilə etməmişdir(iş vərəqə: cild İ, səh.146). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış və götürmə aparılması barədə» iş materiallarına əlavə olunmuş 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096-məhəllədə yerləşən DYP-nın 17 saylı cərimə meydançasında saxlanılan, baxılan iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş, baş etibarnamə əsasında X8 tərəfindən idarə olunan «BMW» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə axtrış keçirilmiş, avtomobilin baqajında (saxlanc yerində) bir ədəd dəri qabda 24 ədəd patron və bir ədəd xəncər aşkar edilmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək tədqiq olunan protokola və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.18-25). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «axtarış və götürmə aparılması barədə» 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı evin, 906 saylı mənzilində axtrış keçirilmiş, axtarış nəticəsində mənzilin giriş qapısından sağ tərəfdə yerləşən hamam otağının giriş qapısından solda və qarşı tərəfdə yerləşən divarın kəsişməsində quraşdırılmış duş kabinasının altından bir ədəd dəstəyi açıq qəhvəyi rəngdə olan, hər iki tərəfdən taxta materialla bərkdilmiş, açılıb qatlanan, dəstəyinin uzunluğu 15 sm, tiyəsinin uzunluğu 15 sm olmaqla ümumi uzunluğu 30 sm olan bıçaq aşkar olunmuşdur. Bıçağa baxış keçirilən zaman bıçağın tiyəsində qana bənzər ləkə müşahidə olunmuşdur (iş vərəqə: cild İ, səh.33-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əşyanın tanınmaya təqdim olunması haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanımaya təqdim olunan dörd ədəd bıçaqların içərisində mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirdiyi bıçağı göstərmiş, istintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək tədqiq olunan həmin protokola, daha sonra isə cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.203-204). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı zərər çəkmiş şəxsin bədəni üzərində hemorragik şok, massiv qanitirmə, sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaralar, sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş-kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqiarı kimi bədən xəsarətləri müəyyən edilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, müəyyən edilmiş xəsarətlər həyatidirlər, qeyd olunan deşilmiş-kəsilmiş yaraların hamısı mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl ekspertizaya təqdim edilmiş bıçağın və bu tipli digər bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqiarı isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər və törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir. Tədqiq olunan rəydən daha sonra görünür ki, xəsarətlərdən dərəcələrinə görə hemorragik şok massiv qanitirmə, sağ və sol bud arteriyalarının zədələnmələri ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Hər iki sağrının 3 ədəd səthi deşilmiş - kəsilmiş yaraları və sol çiyin qurşağının, hər iki diz oynağının sıyrıqiarı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər və zərər çəkmiş şəxsin ölümü ilə heç bir səbəbli əlaqəsi yoxdur. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə oiunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1%-li etil spirti aşkar edilmişdir. Bu qatılıq canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğun əlamətinə malikdir. Metil, propil, butil və amil sportləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazim, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.244-248). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 09 mart 2022-ci il tarixli, 108/2022-MTBŞ saylı rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: B-alfa /H//İİİ/-dür. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus dəri materialdan olan gödəkçə, şalvar, idman gödəkçəsi, mayka, trusik, sviter, bir cüt corab, bir cüt ayaqqabı üzərindəki ləkələrdə və hadisə yerindən götürülmüş 04 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B, H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunan bir ədəd bıçaq üzərində qan, X9 məxsus gödəkçə, şalvar, sviter, mayka və bir cüt ayaqqabı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (iş vərəqə: cild İİ, səh.78-83). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 61 saylı rəyindən görünür ki, tibbi tədqiqat zamanı baxılan iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədəni üzərində sol qalça tini nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti olduğu müəyyən edilmişdir ki, həmin xəsarət deşici - kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ hələ bilərdi, törənmə müddəti zərər çəkmiş şəxsin dediyi xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir(iş vərəqə: cild İ, səh.252- 254). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 52 saylı rəyindən görünür ki, tibbi-tədqiqat zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.249-251). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 17 yanvar 2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 03:59-da aparılan tibbi müayinə nəticəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 15 mart 2022-ci il tarixli, 3/233; 3/234 saylı rəyindən görünür ki, , Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilməklə ekspertiza tədqiqatına təqdim olunmuş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L3657244” №-li, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş həmin ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir ki, bu da həmin silahdan atəş (atəşlər) açıldığını təsdiq edir. Lakin müvafiq elmi metodika olmadığına görə atəşin vaxtını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, axtarış nəticəsində Təqsirləndirilən şəxs idarəçiliyində olmuş BMW markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşından götürülməklə tədqiqata təqdim edilmiş 24 (iyirmi dörd) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, BMW markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşından götürülməklə tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik xəsncərdir və soyuq silah hesab edilir (iş vərəqə: cild İİ, səh.84-88). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalsitik ekspertizasının 17 mart 2022-ci il tarixli, 83/MTKŞ-2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilməklə ekspertiza tədqiqatına təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının ön səthinin sol yarısında bir ədəd, arxa səthinin sol yarısında bir ədəd, ön səthinin sağ yarısında bir ədəd və arxa səthinin sağ yarısında iki ədəd dəlib-keçən zədə müəyyən edilmişdir. Müəyyən olunan həmin zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus alt tumanının ön səthinin sağ yarısında bir ədəd, arxa səthinin sağ yarısında iki ədəd və arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə müəyyən edilmişdir. Müəyyən olunan həmin zədələr zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının və alt tumanının üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçəsinin, gödəkcənin, poluverin, maykanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar olunmamışdır. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində olan zədələrlə onun meyiti üzərində olan deşilmiş-kəsilmiş xəsarətlər yerləşməsinə və xarakterlərinə görə üst-üstə düşürlər. Ən nəhayət, təqdim edilmiş baxılan iş üzrə Təqsirləndirilən şəxs məxsus gödəkcənin, jaketin, şalvarın, maykanın və bir cüt idman ayaqqabısının üzərində zədə aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh.89-95). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 892 nömrəli ekspert rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji hissəsinə aid ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik və əqli gerilik (kəmağıllıq) əlamətləri qeyd olunmur, o, emosionallıq, özünə qarşı hörmət tələb etmək, mübahisə etməyə meyillilik, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırda da həmin hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı və hadisədən bilavasitə əvvəl psixi-emosional vəziyyətində adi alkoqol sərxoşluğu fonunda hirslillk yaranmışdır. Hazırkı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik müəyyən olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk edib davranışının mümkün nəticələrini görə bilərdi. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmamışdır (iş vərəqə: cild İİ, səh.96-100). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan X16 X22 2 nömrəli poliknikasının baş həkimi Ş.Q.Məmmədov tərəfindən verilmiş 05 fevral 2022-ci il tarixli məktubdan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs, ünvan 8 ünvanda yaşayan 1974-cü il təvəllüdlül Təqsirləndirilən şəxs qeyd olunan poliklinikada psixiatr qeydiyyatında olmamışdır(iş vərəqə: cild İ, səh.239). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Astara Rayon Mərkəzi Xəstəxanasının 03 mart 2022-ci il tarixli, 193 saylı məktubundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Astara Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmamışdır (iş vərəqə: cild İİ, səh.38). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Bioloji müxtəlifliyin qorunması Xidmətinin rəisi Firuddun Əliyev tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli, 21/171 nömrəli məktubundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ov etmə hüququnu təsdiq edən vəsiqə (ovçuluq bileti) verilməmişdir, yəni Təqsirləndirilən şəxs ovçuluq hüququ olmamışdır(iş vərəqə: cild İİ, səh.51). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus qara rəngli gödəkcə, boz rəngli 3 düymə yun jaket, ağ mayka, qara rəngli idman şalvarı, qara rəngli tursik (alt paltarı), qara rəngli ayaqqabı, qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli gödəkcə, boğazı sepli olan qəhvəyi rəngli toxunma sviter, bir cüt tünd göy rəngli idman ayaqqabısı, cinayətin aləti kimi qiymətləndirilən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı evin, 906 saylı mənzilindən götürülmüş bir ədəd bıçaq və BMW markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilinin yük yerindən aşkar edilərək götürülmüş bir ədəd xəncər iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, yəni təqsirin xarakteri və dərəcəsini, təqsirləndirilən və zərər çəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, cinayətin məqsədini, motivini və törədilmə üsulunu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayətin təkrar törədilməsi əlaməti istisna olmaqla CM-nin 221.3-cü maddəsi ilə və həmin Məcəllənin 228.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılsa da, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürüb həyatdan məhrum etmə cinayətinə ixtisaslaşdırarkən səhvə yol verilmiş, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi ictimai təhlükəli əməllə əhatə olunan hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı araşdırılan və hökmün təsviri hissəsində qiymətləndirilən mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs xuliqanlıq və ya sair niyyətlə qəsdən adam öldürmə cinayətini törətməmiş, belə bir cinayəti törətməyi arzulamamışdır. Lakin təsdiq olunduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini deyil, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlanan və davam edən qanunsuz hərəkətlərin təsiri altında zərər çəkmiş Zərərçəkmiş şəxs1 qisas almaq məqsədilə qəsdən onun sağlamlığına xuliqanlıq niyyəfi olmadan ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayətini törətmiş, lakin belə bir zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur ki, Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətini törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tam, hərtərəfli və obyektiv aparılan məhkəmə istintaqı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının tələblərindən irəli gələn təqsirləndirilən və zərər çəkmiş şəxsin hadisədən əvvəlki münasibətləri araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həm özləri, həm onların ailə üzvləri uzun müddət dostluq münasibətində olmuş, son dərəcə mehriban olmuş, bir-birinin evinə gedib-gəlmiş, tez-tez məclislərdə görüşmüş, bir-birinə maddi və mənəvi dəstək olmuş, cinayət hadisəsinin baş verdiyi 16 yanvar 2022-ci il tarixədək istər təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər və istərsə də onların ailə üzvləri arasında hər hansı narazıçılıq, xoşagəlməz hadisə baş verməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında ilk əvvəl sözlü mübahisə 16 yanvar 2022-ci il tarixdə «Kosmos» kafesində məhkəmə-tibbi ekspertizasının rəyi (cild İ, səh. 244-248) ilə də təsdiq olunduğu kimi, yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olan zərər çəkmiş Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlamış, eyni şəxsin təşəbbüsü ilə davam edərək uzun illər dostluq münasibətində olmuş iki şəxsdən birinin - Zərərçəkmiş şəxs1 qəsdən ağır dərəcəli bədən xəsarətləri almasına və sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə ehtiyyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Belə ki, Sahibi oğlu 16 yanvar 2022-ci il tarixdə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən dəvət aldığı «Kosmos» kafesində ilk dəfə gördüyü və heç vaxt tet-a-tet tanış olmadığı, tanışlıq üçün sonuncu tərəfindən təqdim olunan Şahid1 polis əməkdaşı olduğunu öyrəndikdən sonra onu idman məşqçisi kimi tanıdığını, lakin polis əməkdaşı olduğunu bilmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la Şahid1 idman arenalarında birlikdə məşq etmələri məhkəmə baxışı zamanı dindirilən şahidlərin və təqsirləndirilən şəxsin ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxs Şahid1 polis əməkdaşı olmasını öyrəndikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 «Şahid1 piolis əməkdaşı olmasını nə üçün əvvəlcədən mənə deməmsin?» və ya “polis olan məclisə nə üçün məni dəvət etmisən?” kimi suallar verməsini məhkəmə baxışı zamanı dindirilən şahidlərin heç biri, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təsdiq etməmiş, əksinə, qeyd olunan ifadələri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onlara deməsindən öyrəndiklərini bildirmişlər. Təqsirləndirilən şəxs isə mübahisəyə səbəb olmuş ifadələri işlətmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxsla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında Şahid1 ətrafında başlanmış mübahisəyə görə Təqsirləndirilən şəxs iki dəfə – ilk dəfə «Kosmos» kafesinin içərisində oturduqları otaqda, ikinci dəfə isə kafedən çıxdıqdan sonra küçədə Şahid1 onun xətrinə dəyən bir söz deyib-demədiyini soruşmuş, sonuncu Təqsirləndirilən şəxs onun xətrinə dəyən heç bir söz demədiyini bildirmişdir. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsindən görünür ki, şahid həmin ifadəsində göstərmişdir ki, «Kosmos» kafesində tanışlıq mərhələsində Şəmşad ona «səni idman müəllimi kimi tanımışam» demiş, o, Şəmşadın əyilib İsanın qulağına, «polis olan stola məni niyə çağırmısan?» deməsini şəxsən eşitməmiş, bunu onlar mübahisə zamanı İsanın sözlərindən öyrənib bilmişlər. Bu xüsusatla bağlı daha sonra məhkəmə baxışı zamanı hadisə yerindən götürülmüş videogörüntülərlə, şahidlərin, zərər çəkmiş Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu və s. həmçinin müəyyən edilmişdir ki, hadisə günü «Kosmos» kafesindən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hamıdan aralanaraq bir kənara çəkilib baş verənləri aralarında müzakirə etmələrinə, barışıb zarafat edə edə tanışlarının yanına qayıtmalarına baxmayaraq, Təqsirləndirilən şəxs və onun tanışı, iş üzrə şahid qismində dindirilmiş Şahid6 16 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, ** VY *** dövlət nömrə nişanlı avtomobilə minib evlərinə getmək istərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özünün, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Şahid6 və kafenin qarşısında dayanmış qeyri tanışların etirazlarına baxmayıb, Təqsirləndirilən şəxsla birlikdə gedəcəyini, onları yola salıb qayıdacağını bildirmiş və yalnız bundan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və qeyriləri məcburiyyət qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onlarla birlikdə getməsinə etiraz etməmişlər. Lakin bütün bunlara baxmayaraq hələ avtomaşında olarkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında «Kosmos” kafesində başlanmış mövzu ətrafında mübahisə yenilənmiş, lakin zərər çəkmiş Zərərçəkmiş şəxs2 mübahisəyə son qoymaq məqsədilə hər iki şəxsə 20 ilin dostu olduqlarını xatırladaraq şəxsi iradlarını bildirib onları sakitləşdirməyə çalışmışdır. Qeyd olunanlara baxmayaraq 16 yanvar 2022-ci il tarixdə, saat 23:37-də avtomaşın hadisə yeri hesab olunan ünvan 5 saylı binanın qarşısına çatdıqdan sonra ilk olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1, ardınca Təqsirləndirilən şəxs, sonuncu isə zərər çəkmiş Zərərçəkmiş şəxs2 avtomaşından düşmüş, Təqsirləndirilən şəxs həmin ünvanda binanın qarşısında dayanacaqda dayanmış özünün idarə etdiyi “Volkswagen Jetta” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomaşının qabaq sol qapısını açaraq oradan su götürüb içməyə başladıqdan sonra ona yaxınlaşan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 bir qədər əvvəl «Kosmos” kafesində başlamış mövzuda mübahisəni əl-qol hərəkətləri etməklə, yumruqla Təqsirləndirilən şəxs idarəçiliyində olan “Volkswagen Jetta” markalı avtomaşını döyəcləməklə təkrarən davam etdirdikdə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti olmadan, qisas almaq məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi bıçağı tətbiq edərək Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş - kəsilmiş yaraları, həmçinin sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqları kimi bədən xəsarətlərini yetirmiş, həmçinin ictimai qayda pozuntusunun qarşısını almağa çalışan zərər çəkmiş Zərərçəkmiş şəxs2 zor tətbiq edib həmin bıçaqla sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aldığı bədən xəsarətlərinə görə hadisə yerində qalmayıb hadisə yerindən qaçaraq 35 metr uzaqlaşdıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Ventura» adlı apteklə «S beauty» adlı mağazanın qarşısında piyada hərəkət zolağı ilə avtomaşın yolunun kəsişməsində sağ və sol bud arteriyalarının zədələnmələri nəticəsində baş vermiş hemorragik şokla müşayiət olunan massiv qanitirmə nəticəsində ehtiyyatsızlıqdan ölmüşdür. Baş vermiş cinayətin üsuluna, alətinə, yetirilən bədən xəsarətlərinin sayına, xarakter və lokalizasiyasına gəldikdə isə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı onun bədən səthində hemorragik şok, massiv qanitirmə, sağ və sol bud arteriyalarının zədələnmələrı ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaralar, sol sağrının bir ədəd, sağ sağrının 2 ədəd səthi deşilmiş-kəsilmiş yaraları, sol çiyin qurşağının və hər iki diz oynağının sıyrıqiarı kimi xəsarətlərinin olduğu müəyyən edilmiş, dərəcələrinə görə hemorragik şok massiv qanitirmə, sağ və sol bud arteriyalarının zədələnmələri ilə müşayiət olunan 2 ədəd deşilmiş - kəsilmiş yaraları ağır zərər vurmanın əlamətlərində olmuş və ölümlə birbaşa səbəbli əlaqədə olmuşdur. Tədqiqat zamanı müəyyən olunan hər iki sağrının 3 ədəd səthi deşilmiş - kəsilmiş yaraları və sol çiyin qurşağının, hər iki diz oynağının sıyrıqiarı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmuş və zərər çəkmiş Zərərçəkmiş şəxs1 ölümü ilə heç bir səbəbli əlaqəsi olmamışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində istintaq orqanı tərəfindən dindirilmiş şahidlərin və ya zərər çəkmiş şəxsin ifadələri üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə qeyd edilməsi zəruri olan ayrı-ayrı bəndlər, faktiki mövcud olduğu halda ifadələrə qiymət verilərkən ittiham aktına daxil edilməmiş, zəruri olduğu halda faktiki olaraq əldə olunmuş bəzi sübutlar isə ümumiyyətlə ittiham aktına daxil edilməmiş, buna hüquqi qiymət verilməmişdir. Belə ki, baxılan iş üzrə məhkəməyədək icraat mərhələsində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 faktiki verdiyi sərbəst ifadəsində göstərdiyi “Şəmşad istəsə idi, İsanın boğazını kəsə bilərdi”, “Belə ki, Şəmşadın İsanı vura bilməsi üçün kifayət qədər imkanı olmuşdur”, “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmasının səbəbi “Kosmos” kafesində baş vermiş hadisə ilə bağlı Şəmşadın İsadan qisas almaq istəməsi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin məqsədi İsanı qorxutmaq olmuşdur” kimi fikirlər Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarında olan ifadələrində yer alsa da, ibtidai istintaq orqanı tərəfindən tərtib olunan ittiham aktında yer almamış və hüquqi qiymət verilməmişdir. Bundan başqa, obyektiv həqiqətin müəyyən edilməsi üçün əldə olunmuş və yalnız cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunmuş hadisə yeri hesab olunan ünvan 7 ünvanda quraşdırılmış videokameralardan götürülən hadisə yerinin görüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk ibtidai istintaq mərhələsində cinayət işinin materiallarına əlavə edilmiş olsa da, həmin diskə baxış keçirilməklə 18 yanvar 2022-ci il tarixli protokol tətərtib edilmiş olsa da, bu mühüm sənəd ittiham aktına əlavə edilməmiş və hüquqi qiymət verilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı dindirilən şahid ifadələrinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə, təkzib olunması mümkün olmayan hissədə təqsirləndirilən şəxsin ifadələrinə, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerindən götürülmüş videogörüntülərə, baxış və götürmə protokollarına, cinayətin üsuluna, yetirilən bədən xəsarətlərinin sayına, xarakter və lokalizasiyasına və hadisəyədək təqsirləndirilən və zərər çəkmiş şəxs arasında mövcud olmuş münasibətlərə, həmçinin cinayət hadisəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlamasına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 nə birbaşa, nə də dolayı qəsdlə xuliqanlıq niyyəti ilə qəsdən öldürməmiş, onun belə bir niyyəti olmamış və sonuncu belə bir hadisənin baş verməsini arzu belə etməmişdir. Belə ki, tədqiq olunan sübutlardan da göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən yol verilən ictimai qayda pozuntusunun qarşısını almağa çalışsa da, ona qarşı da zor tətbiq olunması ilə əlaqədar sonadək buna müvəffəq ola bilməmiş, bir çox hallarda zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşısında təkbətək müdafiəsiz qalmış, hər iki şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuş, Təqsirləndirilən şəxs müvafiq imkanlara malik olduğu halda, silah qismində istifadə etdiyi soyuq silah hesab olunan bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli orqanlarından (baş, boyun, döş qəfəsi, qarın boşluğu) vurmamış, yetirilmiş xəsarətlər lokalizasiyasına görə zərər çəkmiş şəxsin bədəninin aşağı ətraflarında müəyyən edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 özü isə sərxoş vəziyyətdə olduğundan təqsirləndirilən şəxsə qarşı aktiv müqavimət göstərmək imkanında olmamışdır. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaratmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə irəli sürülən ittiham aradan qaldırılması mümkün olmayan şübhələr üzərində qurulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ali Məhkəmə Plenumunun 12 dekabr 2002-ci il tarixli həmin Qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Ali Məhkəmə Plenumunun həmin Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ən nəhayət, məhkəmə kollegiyası təqsirləndirilən və zərər çəkmiş şəxsin hadisədən sonrakı hərəkətlərinə münasibət bildirib, qeyd edir ki, məhkəmə baxışı zamanı nümayiş olunan videogörüntülər, şahidlərin və zərərçəkmiş şəxsin, həmçinin təqsirləndirilən şəxsin ifadələri ilə müəyyən edildi ki, 16 yanvar 2023-cü il tarixdə saat 23:39:49-da zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçıb gedərək kamera müşahidəsindən itmiş, onun ardınca gedən Təqsirləndirilən şəxs 7 (yeddi) saniyə sonra, saat 23:39:56-da zərər çəkmiş Zərərçəkmiş şəxs2 yanına qayıtmış, onlar saat 23:52:01-dək bir yerdə olub söhbət etmiş, saat 23:52:01-də Təqsirləndirilən şəxs hadisə yerini tərk edib evinə getmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşında yaranmış problemlə bağlı saat 23:57:05-ədək hadisə yerində qalmış, ən nəhayət sonuncu qeyd olunan saatda avtomaşını işə salıb hadisə yerindən getmişdir. Təqsirləndirilən şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərərçəkmiş Zərərçəkmiş şəxs1 bədən xəsarəti almasını və ya belə xəsarətlər nəticəsində onun ölə biləcəyini ağıllarına belə, gətirməmişlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, 16 yanvar 2023-cü il tarixdə, saat 23:38:22-də başlanan cinayət hadisəsi saat 23:39:49-da zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçıb getməsi ilə başa çatmışdır ki, cinayət hadisəsi cəmi 01 dəqiqə 27 saniyə davam etmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşında yaranmış problemlə bağlı saat 23:57:05-ədək hadisə yerində qalmış, ən nəhayət sonuncu qeyd olunan vaxtda avtomaşını işə salıb hadisə yerindən getmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, maşını işə salıb hadisə yerindən getdikdən sonra yola çıxdıqda binanin garşısında adamlar yığışdığını və elə həmin vaxt binanın qarşısına təcili tibbi-yardım maşını girdiyini görmüşdür. Bunu görən kimi maşını yolun ortasinda saxlayıb adamlar yığışan yerə qaçmış və İsanın yerdə uzandığını görmüşdür. Məhkəmə baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə yerindən 35 metr aralandıqdan sonra massiv qanitirmə nəticəsində dayanması, cinayət hadisəsinin baş verdiyi andan zərər çəkmiş Zərərçəkmiş şəxs2 avtomaşınla gəlib onu aşkar etdiyi anadək 19 dəqiqəyə yaxın bir vaxt keçdiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə adam öldürməyə görə, yəni Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və həmin maddə ilə cəzalandırıla bilməz. Lakin iş üzrə Təqsirləndirilən şəxsvn barəsində ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası 126.3-cü, 221.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli sonuncunun eyni vaxtda başlamış və vahid qəsdi ilə əhatə olunan qərəzli xuliqanlıq hərəkətlərində ehtiva olunduğundan, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq olunması ilə müşaiyət olunan əməli təkrar xuliqanlıq kimi qiymətləndirilməməli və təkrarlıq əlaməti Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmunundan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürüb həyatdan məhrum etmədiyini, belə bir cinayət törətmədiyini bildirsə də, Azərbaycan Respublikası 126.3-cü, 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi ilə bağlı heç bir dəlil gətirməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 46). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsi mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 təşəbbüsü və onun qanunsuz hərəkətlərinin təsiri altında törədilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və .... hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hallardan biridir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hələ məhkəməyədək icraat mərhələsində vermiş oldluğu 30 aprel 2022-ci il tarixli ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqə: cild İİ, səh. 197). Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə baxışı zamanı həm də müəyyən edildi ki, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X5 ilə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə, baxılan iş üzrə cinayət hadisəsinin mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülən ittihamın məzmunundan təkrarlıq əlaməti elan edilmiş ittihamın məzmunundan xaric edilməldiyindən, bu əlamət Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü, 221.3-cü və 228.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır və həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisələri ümumi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq təqsirləndirilən şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs1 qəsdən öldürüldükdən sonra iztirablar çəkdiyini, sağlamlığında problemlər yarandığını, mütəmadi olaraq həkim müayinəsindən keçərək müalicələr aldığını, oğlunun dəfn və yas mərasimlərinə 15.000 manat maddi vəsait xərclədiyini göstərmiş, təqsirləndirilən şəxs və mülki cavabdeh olaraq Təqsirləndirilən şəxs ona dəymiş mənəvi zərərin əvəzi olaraq ******* (bir milyon) manat, maddi ziyanın əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmiş, lakin mülki iddiasının təsdiqi üçün heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair hissədə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 181.3-cü maddəsinin tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki iddiasının təsdiqi üçün tələb olunan sübutları təqdim etmədiyindən onun mülki iddiası baxılmamış saxlanılmalı, mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunmalıdır. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus qara rəngli gödəkcə, boz rəngli 3 düymə yun jaket, ağ mayka, qara rəngli idman şalvarı, qara rəngli tursik (alt paltarı), qara rəngli ayaqqabı, qara rəngli corab; - Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli gödəkcə, boğazı sepli olan qəhvəyi rəngli toxunma sviter, bir cüt tünd göy rəngli idman ayaqqabısı; - cinayətin aləti hesab edilən bir ədəd bıçaq və BMW markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilinin yük yerindən aşkar edilərək götürülmüş bir ədəd xəncər məhv edilməlidir. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi nəticəsində götürülmüş bir ədəd silah zavod zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L3657244” №-li, pompalı, təklüləli, atəş açmaq üçün yararlı olan tüfəng və 24 (iyirmi dörd) ədəd patron iş üzrə hadisəyə aidiyyatı olmayan predmet kimi maddi sübut olaraq tanınmamış, ibtidai istintaq orqanının 28 aprel 2022-ci il tarixli qərarına əsasən həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, İnzibati Xətalar Məcəlləsinin 590cı maddəsinin tələbləri baxımından inzibati məsuliyyətə görə materiallar ayrılmış və materiallarla birlikdə “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L3657244” №-li tüfəng və 24 (iyirmi dörd) ədəd patronlar Bakı şəhəri Nərimanov RPİ-yə göndərilmişdir ki, qeyd olunan məsələ nəzərə alınmalıdır (iş vərəqə: cild İİ, səh.136-166). İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü, 221.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus qara rəngli gödəkcə, boz rəngli 3 düymə yun jaket, ağ mayka, qara rəngli idman şalvarı, qara rəngli tursik (alt paltarı), qara rəngli ayaqqabı, qara rəngli corab; - Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli gödəkcə, boğazı sepli olan qəhvəyi rəngli toxunma sviter, bir cüt tünd göy rəngli idman ayaqqabısı; - cinayətin aləti hesab edilən, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 saylı evin, 906 saylı mənzilindən aşkar edilərək götürülmüş bir ədəd bıçaq və BMW markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerindən aşkar edilərək götürülmüş bir ədəd xəncər məhv edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı mənəvi zərərin əvəzi olaraq ******* (bir milyon) manat, maddi ziyanın əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın, mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunsun. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar