Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-130/2024 12.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, “AİM” Vəkil bürosunun vəkili Müdafiəçi2, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1972-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, dərzi işləmiş, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə 25 avqust 1974-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı şəhəri, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlamaqla daşıyıb 09 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni ona verərək onların cinayətkar niyyətindən xəbərsiz olan, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan tanışı X6 göndərmək üçün şalvar almaqla göndərəcəyi həmin şalvarın ətəyinə dərzi kimi qeyd edilən narkotik vasitə və psixotrop maddəni yerləşdirməyi tapşırmış, o da öz növbəsində qara rəngli cins şalvar alaraq bir ayağının ətək hissəsinə ona verilmiş külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroini, şalvarın digər ayağının ətək hissəsinə isə külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini tikməklə yerləşdirmiş, bundan sonra o, həmin şalvarı Həsən Kərimova göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan tanışları X25, X7, X10 və Şahid1 vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorların cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 10 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində müəssisənin nəzarət-buraxılış məntəqəsinə Şahid1 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli cins şalvarın bir ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 3,191 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin şalvarın digər ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 2,236 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroin və külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlamaqla daşıyıb 09 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni qrup üzvü Təqsirləndirilən şəxs1 verərək onların cinayətkar niyyətindən xəbərsiz olan, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan tanışı X6 göndərmək üçün şalvar almaqla göndərəcəyi həmin şalvarın ətəyinə dərzi kimi qeyd edilən narkotik vasitə və psixotrop maddəni yerləşdirməyi tapşırmış, Təqsirləndirilən şəxs1 da öz növbəsində qara rəngli cins şalvar alaraq bir ayağının ətək hissəsinə onun verdiyi külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroini, şalvarın digər ayağının ətək hissəsinə isə külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini tikməklə yerləşdirmiş, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 həmin şalvarı Həsən Kərimova göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan tanışları X25, X7, X10 və Şahid1 vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X18”nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorların cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 10 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsinə Şahid1 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli cins şalvarın bir ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 3,191 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin şalvarın digər ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 2,236 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,019 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq idarə etdiyi “Mersedes” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, onun Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması ilə əlaqədar Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Ələt-Astara magistral yolunun 10-cu kilometrliyində şübhəli şəxs qismində saxlanılıb idarə etdiyi avtomobillə ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə gətirilmiş, həmin tarixdə bölmənin həyətyanı sahəsində onun iştirakı ilə idarə etdiyi “Mersedes" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürətlər qutusunun yanından 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Masallı rayonunda təzə bazarda balaca bir dükanı var və orada dərzi işləyir. Ona bir gün cəzaçəkmə müəssisəsindən Həsən Kərimov zəng edib 1-2 aya azadlığa çıxacağını, ona şalvar, köynək, jiletka almaq lazım olduğunu demişdir. Həsən Kərimov onun doğma bibisinin yeznəsidir və Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkir. Onun da həmin vaxt pulu olmadığından Təqsirləndirilən şəxs2 müraciət edib sonuncudan həmin paltarları almaq üçün pul istəmişdir. Telman da ona 200 manat pul vermiş, o, gedib şalvar, köynək və jiletkanı almış və gətirib dükanına qoymuşdur. Bir gün sonra ona müştəri qismində bir şəxs yaxınlaşıb Həsənin adamı olduğunu, Həsənin müalicə müəssisəsində olduğunu, Həsənə dərman göndərmək lazım olduğunu, lakin buna icazə verilmədiyi, odur ki, dərmanı müalicə müəssisəsinə keçirtmək lazım olduğunu demişdir. Həmin şəxs içərisində dərman olduğunu deyib ona iki dənə paket vermiş, paketdəkilərin dərman olmasına onu inandırmışdır. Həmin şəxs ona paketləri verdikdən sonra küçədə taksi gözlədiyini deyərək çıxıb getmışdır. O, həmin paketləri aldığı şalvara tikmiş və şalvarı digər müştərilərin paltarlarını qoyduğu yerə qoymuşdur. Bir gün sonra bir dəfə gördüyü Nahid adında cavan uşaq, gəlib ondan paltarların hazır olub-olmadığını soruşmuş, o, həmin paltarları Nahidə vermiş və Nahid paltarları götürüb çıxıb getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin şəxsin ona dərmanları göndərmək lazım olduğunu, lakin buna icazə verilmədiyini dedikdən sonra Allah xatirinə, həm də Həsən onun qohumu olduğu üçün həmin şəxsə dərmanların göndərməsində köməklik etmək üçün dərmanları şalvara tikdiyini, dərmanların kustar üsulu ilə hazırlanmış dərmanlara oxşadığını və sellofan paketdə olduğunu, əvvəl həmin dərmanları götürməyə çəkindiyini, lakin həmin şəxsin onların dərman olmasına onu inandırdığını və inandığı üçün dərmanları şalvara tikdiyini, həmin dərmanların şalvara tikilməsi ilə bağlı Telmanın ona heç bir göstəriş vermədiyini, Telmanla aralarında həmin dərmanlarla əlaqədar heç bir söhbət olmadığını, sadəcə pul söhbəti olduğunu, özü istədiyi üçün Telmanın ona 200 manat verdiyini, ibtidai istintaq zamanı müstəntiqin iştirakı ilə Telmanla arasında 2-3 dəfə üzləşmə olduğunu bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, uzun müddətdir ki, Masallı şəhəri ərazisində yerləşən "xxxx" adlanan ərazidə dərzi işləyir. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Həsən adlı şəxsi uzun müddətdir ki, tanıyır, sonuncu ilə aralarında münasibətləri yaxşı olmuşdur. 09 iyun 2022-ci il tarixdə səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs2 onun yanına gələrək ona 200 manat pul vermiş və həmin pula Həsən üçün paltar almağı xahiş etmişdir. Həmin vaxt Həsən ona zəng etmiş və Telmanın verdiyi puldan artıq qaldığı halda ona şirniyyat almağı xahiş etmişdir. Həsənlə aralarında heroin və metamfetamin barədə hər hansı danışıq olmamışdır. O da Həsən üçün şalvar və köynək aldıqdan sonra, şirniyyat da almışdır. Bundan sonra Telman onun yanına gələrək bir sellofan bükümdə narkotik maddə olan heroin və bir sellofan bükümdə psixotrop maddə olan metamfetamin verərək həmin maddələri aldığı paltarların hər hansı bir yerində tikǝrǝk gizlətməyini xahiş etmişdir. O da etiraz etməmiş və həmin maddələri Həsən üçün aldığı qara cins şalvarın sağ və sol ayaqlarının balaq hissələrinə tikmişdir. Bundan bir neçə saat sonra Nahid adlı bir oğlan yanına gələrək "Telman burdan Həsən üçün hansısa bağlama götürməyimi məndən xahiş edib” demiş, o da Telmana "hə düzdü. Bu paltarlar və şirniyyat Həsənə çatacaq" demişdir. Bundan sonra Nahid bağlamaları götürüb oradan getmişdir. O həmçinin bildirmişdir ki, hazırkı vaxtadək narkotik vasitə olan qurudulmuş marixuanadan nadir hallarda istifadə etmiş, heroin və metamfetamindən istifadə etməmişdir. Anası qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir və o, dərzi işləməklə anasının xəstəliyininin müalicəsi üçün lazım olan dərmanları çətinliklə alır. Telmanın ona verdiyi 200 manatdan özünə cəmi 50 manat qalmışdır. Həmçinin Telman və Həsəni əvvəllər tanıdığı üçün Telmanın təklifini rədd edə bilməmişdir (cild 1, iş vərəqi 143-145). İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 protokollardakı imzalar və yazıların ona məxsus olduğunu, polis bölməsində olduğu zaman çox həyəcanlı olub özünü itirdiyi üçün nəyə imza atdığına və nə yazdığına fikir vermədiyini bildirmişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 10 avqust 2022-ci il tarixdə öz şəxsi avtomobili ilə belindən əməliyyat olunmaq üçün Bakıya gələrkən Qaradağ DYP postunda polis əməkdaşları onu saxlamış, sonra Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməkdaşları gəlib onu bölməyə aparmışlar. 23-cü Polis bölməsində polislər onu Təqsirləndirilən şəxs1 tanımağı ilə bağlı sual vermişlər. O, Gülbalanı tanıdığını bildirmiş, bir-iki saatdan sonra Gülbalanı onunla üzləşdirmək üçün gətirmişlər. Polis əməkdaşları onun iyun ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmək üçün Gülbalaya narkotik vasitə verdiyini demişlər. O isə heç kəsə narkotik vasitə vermədiyini bildirmişdir. Gülbala ilə üzləşmə zamanı Rüfət və Nicat adlı 2 müstəntiqin və müvəqqəti saxlama yerinin rəisi orada olmuşdur. Gülbala demişdir ki, “Telman onun qonşusu olub, ona narkotik vasitə verməyib, sadəcə ondan pul istədiyi üçün ona pul verib”. Ayın 11-i yenidən üzləşmə olmuşdur. Həmin üzləşmədə bir nəfər Elvin adlı əməliyyatçı da iştirak etmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları 2 büküm narkotik vasitə gətirib demişlər ki, onları onun maşınına qoysunlar, guya maşına baxış keçirilən zaman aşkar olunub və onu CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilsinlər. O, heç olmasa 2 deyil, 1 büküm narkotik vasitə qoymağı bildirmiş və belə də olmuşdur. Polislər 1 büküm narkotik vasitəni onun maşınına qoymuşlar. O, narkotik vasitə istifadəçisi olmuş və 2012-ci ilin 31 yanvar tarixinədək narkotik vasitədən istifadə etmişdir. Lakin o zamandan bəri heç bir narkotik vasitədən istifadə etməmişdir. Ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsi yoxdur. Həsən Cəlilov onun həm yerlisi, həm də qonşusu olmuşdur. Bir dəfə Həsən müalicə müəssisəsindən ona zəng edib pul istəmişdir. Həsən ona sovqat, pal-paltar lazım olduğunu, həmin paltarları alıb daha sonra Gülbalaya verməyi, onun bədən ölçülərinə uyğun Gülbalanın kəsib-tikib düzəltməyi demişdir. O, Həsənə demişdir ki, “Gülbala sənin bədən ölçülərini bilirsə, Gülbalaya de ki, gəlsin, ona pulu verim, paltarları Gülbala özü alsın”. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Abıyev X14 ona zəng edib təkcə pul istədiyini, başqa heç nə istəmədiyini, dərmandan xəbərinin olmadığını, Gülbalanı doğulduğundan bəri tanıdığını, onunla yaxın qonşu olduğunu, polislər tərəfindən tutulan zaman üzərindən narkotik vasitə çıxmadığını, 10 avqust tarixində 23-cü Polis bölməsinə aparıldıqdan sonra oradan müvəqqəti saxlama yerinə aparıldığını, həmin gün 2 dəfə Gülbala ilə üzləşməsinin olduğunu, daha sonra 11 avqust tarixində də Gülbala ilə 2 dəfə üzləşdirildiyini, daha sonra axşam saatlarında onu 23-cü Polis bölməsinə aparıb üzərinə və maşınına baxış keçirdiklərini, baxış keçirilən zaman vəkilin iştirakından imtina etmədiyini və ya bununla əlaqədar ərizə vermədiyini, baxış keçirilən zaman vəkilin iştirak etmədiyini, maşınına narkotik qoymadığını, polislər onu tutana qədər maşınında narkotik olmadığını, ümumiyyətlə 2012-ci ildən bəri narkotik istifadə etmədiyini, Gülbala ilə olan üzləşmə protokollarını imzalamadığını, Gülbalaya 200 manat verdikdən sonra, Həsənlə telefonda danışıb pulu Gülbalaya verdiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs2 dindirildikdən sonra verilən suallara təqsirləndirilən şəxs Kərimov X12 dərmanlarla əlaqəsinin olmadığını, Telmanın ona paltarları alması üçün 200 manat pul verdiyini, həmin pula Həsən üçün geyimlər və şirniyyatlar aldığını, qalan pulu isə özünə götürdüyünü, çünki Telmanın “puldan artıq nə qalsa özünə götür” dediyini, Telman ilə arasında 3-4 dəfə üzləşmə olduğunu, üzləşmə protokollarını imzalamadığını və üzləşmə olmasından imtina barədə ərizə yazmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində məsləhətçi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində o, digər hal şahidi və ədliyyə qulluqçularının iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı müalicə müəssisəsində müalicə alan X8na, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisində olan 01 ədəd qara rəngli, parça materialdan olan, üzərində yazısı olan şalvarın hər iki balağının ən aşağı, yəni qat yerinə tikilmiş hissədə 02 ədəd sellofan bağlama, həmin bağlamanın birində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə, digər bağlamada isə şüşə qırıqları formasında, şəffaf rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 narkotikin şalvarın balağına tikildiyini, şalvarı Şahid1 gətirdiyini, aşkar olunduqdan sonra zərfə qoyulub qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində mülki işçi kimi işləyən Şahid6 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində bildirdilər ki, X16, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisindən narkotik maddələrə oxşar maddələr aşkar olunub. Onun, digər hal şahidi və ədliyyə qulluqçularının iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı şalvarın hər iki balağının ən aşağı, yəni qat yerinə tikilmiş hissədə sellofan bağlamada həmin bağlamanın birində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə, digər bağlamada isə şüşə qırıqları formasında, şəffaf rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və sənədləşdirilmişdir. Məlum oldu ki, sovqat Şahid1 tərəfindən Həziyev Azada gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində Rejim-Nəzarət şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, X16, tanışı Şahid1 tərəfindən gətirilmiş sovqat hesab olunan bağlamanın içərisində narkotik vasitələrə bənzər maddə aşkar olunmuşdur. “Stefano Ricci” markalı şalvarın hər iki ətəyindən sellofana bükülmüş 2 büküm aşkar olunmuşdur. Daha sonra həmin maddələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 baxışda özünün, Nazilə və Eldarın iştirak etdiyini, sovqatı Şahid1 gətirdiyini, Elşənin Azadın anasının ona bu bağlamanı verdiyini dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılaraq 23cü polis bölməsinə gətirilmişdir. O, Təqsirləndirilən şəxs2 maşınına baxış keçirilməsində iştirak etmişdir. Həmin maşından narkotik vasitə aşkar olunmuşdur. Səhv etmirsə, narkotik maşının sağ qapısında yerləşən saxlanc yerindən çıxmışdır. Aşkarlanan narkotik vasitə sellofan bükümdə olmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid8 narkotikin aşkarlandığı maşının “Mercedes” markalı maşın olduğu, maşına baxış keçirilərkən vəkilin iştirak edibetməməsinin yadında olmadığını, Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini, aşkarlanan narkotik vasitənin “kola” olduğunu, maşına baxış keçirilməsində iştirak edən polis əməkdaşlarının sayının yadında olmadığını bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid8 bildirmişdir ki, 11 avqust 2022-ci il tarixdə Nizami RPİnin müstəntiqi, polis kapitanı Şahid9 tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar 11 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 və Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Ruslan Nurayevin iştirakı ilə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən PB-nin həyətyanı sahəsində Təqsirləndirilən şəxs2 idarəsində olan “Mersedes” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs2 ərizə yazmışdır. Baxış zamanı avtomobilin surətlər qutusunun yanından içərisində narkotik vasitə olan heroinin olduğu 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Bundan sonra təqdim edilən bükümə baxış keçirilmişdir. Baxış zaman həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində tünd qəhvəyi rəngində olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 avtomobilində baxış davam etdirilsə də, onun avtomobilindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs2, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər (cild 2, iş vərəqi 93-94). İfadəsi elan edildikdən sonra Şahid8 maşına baxış keçirilməsi zamanı maşından aralıda dayandığı üçün narkotikin maşının qapısından çıxarılması yadında qaldığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 dediklərini təsdiq etdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid7 bildirmişdir ki, 11 avqust 2022-ci il tarixdə Nizami RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Şahid9 tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar 11 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, Nizami RPİ-nin 23-cü PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid8 və Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Ruslan Nurayevin iştirakı ilə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən PB-nin həyətyanı sahəsində Təqsirləndirilən şəxs2 idarəsində olan “Mersedes” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs2 ərizə yazmışdır. Baxış zamanı avtomobilin surətlər qutusunun yanından içərisində narkotik vasitə olan heroinin olduğu 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Bundan sonra təqdim edilən bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində tünd qəhvəyi rəngdə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 avtomobilində baxış davam etdirilsə də, onun avtomobilindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs2, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər (cild 2, iş vərəqi 91-92). İfadəsi elan edildikdən sonra Şahid7 yaddaşının zəifliyi səbəbindən hadisəni tam xatırlamdığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 10 iyul 2022-ci il tarixdə X8na tanışı Şahid1 tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın balaq hissələrindən narkotik vasitə aşkarlanmışdır. Belə ki, öncədən daxil olan əməliyyat məlumatında narkotik vasitənin gətirələcəyi bildirilmiş, ona görə sovqata baxış keçirilmişdir. Şalvarın balaq hissələrindən metamfetaminə və heroinə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilən maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 narkotikdən xəbərinin olmadığını bildirərək demişdir ki, sovqatı Həziyev Azadın anası xahiş etdiyi üçün gətirmişdir. Həziyev Azadın özü də demişdir ki, Şahid1 gətirilən narkotikdən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyatçı vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında müəssisədə saxlanılan X28ın tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirtmişlər. Baxışda şalvarın qat hissələrində 2 ədəd bükümdə heroin və metamfetamin aşkar etmişlər. Narkotiki ekspertizaya göndərmişlər. Prosedur qaydasında sənədləşdirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 məhkumun öz yazdığı izahatında narkotik vasitələri mən özünün sifariş verdiyini, lakin gətirən adamın xəbərinin olmadığını dediyini, maddənin şalvarın balağının qat hissəsində xüsusi formada gizlədildiyini, narkotikin Həziyev Azada gəldiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 5-6 ildir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, “Əla dad” şirkətindən şor, qatıq, dovğa, ayran məhsullarını alaraq onların səyyar şəkildə satışını həyata keçirir. Təxminən 15 ildir ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5-də Şərqiyyə adlı xanımı tanıyır. Şərqiyyə orada ərzaq məhsullarının satışı ilə məşğul olan dükan işlədir. Şərqiyyə ilə aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri yaxşı olmuş, o, Şərqiyyənin dükanında alış-veriş etmiş, həmçinin Şərqiyyə onun satdığı məhsullardan almışdır. 10 iyun 2022-ci il tarixdə saat təxminən 11 radələrində o, qazsız su almaq üçün Şərqiyyənin dükanına daxil olmuşdur. O, dükana daxil olduqda orada tanıdığı, yaşadığı küçədə taksi fəaliyyəti ilə məşğul olan hansısa ərzaq məhsulları alan İlham adlı şəxsi görmüşdür. Şərqiyyə İlhama bir neçə bağlamanı oğlu Azad Həziyev üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparmağı xahiş etmişdir. X24 başqa bir yerə gedəcəyini demişdir. Buna görə Şərqiyyə İlhamdan mütəmadi olaraq dükanın ətrafında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Fərman adlı şəxsin mobil nömrəsinin istəmişdir. İlham da Şərqiyyəyə Fərmanın mobil nömrəsini vermişdir. Bundan sonra Şərqiyyə bir nəfərə zəng etmişdir. Təxmin etdiyi qədərilə Şərqiyyə Fərmanla danışmışdır. Şərqiyyə danışığından hiss etmişdir ki, Fərmanın işi var və sonuncu onun bağlamalarını aparmaq üçün gələ bilməyəcək. O, bunları eşidib Şərqiyyəyə problemin nə olduğunu soruşmuş və Şərqiyyə də ona müalicə müəssisəsinə övladı üçün bağlama aparmağın lazım olduğunu demişdir. O, müalicə müəssisəsinin yerini Şərqiyyədən soruşduqda ona aydın olmuşdur ki, həmin yer işlədiyi “Əla dad” şirkətinin yanında yerləşir. Şərqiyyə ona ümumilikdə 6 sellofan bağlama vermiş, o, həmin bağlamanın içərisində nə olduğunu Şərqiyyədən soruşmamışdır. Bağlamaları götürüb idarəsində olan Mersedes markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirmiş və oradan müəssisəyə getmişdir. Orada müəssisənin qapısına yaxınlaşmış və bağlamaları ədliyyə qulluqçusuna təhvil vermişdir. Bağlamaya ədliyyə işçiləri, hal şahidləri, Azad Həziyev və onun iştirakı ilə bağlamalara baxış zamanı orada olan qara rəngli, üzərində “Stefano Ricci” yazısı olan şalvarın iki balağının qat yerinə tikilmiş, 02 ədəd şəffaf sellofan bükülünün birində ağ rəngli, kristal şəklində maddə və digərində isə qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar edilərək götürülmüşdür. Həmin maddələr qablaşdırıldıqdan sonra protokol tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. O, Azad Həziyevə vermək üçün təhvil verdiyi bağlamaların içərisində metamfetamin və heroin olduğunu bilməmiş, ümumiyyətdə həmin maddələri görsə belə tanımazmış, yəni həmin maddələrin nə olduğunu bilməmişdir (cild 1, iş vərəqi 53-55). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1547 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə 11 saylı CM-dən etapla X3 şöbəsinə daxil olmuş, xx.xx.1990-cı ildə Masallı şəhərində anadan olmuş, AR vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunana qədər ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, AR CM-nin 181.3.2, 228.1, 326.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş X8na tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunaraq götürülən narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/3270 nömrəli arayışında, göndərilmiş maddə şəffaf şüşə qırıqları formasında olan maddənin təmiz çəkisi 2,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddənin isə təmiz çəkisi 3,191 qram kustar üsulla hazırlanmış heroin olduğu müəyyənləşdirilmişdir (cild 1, iş vərəqi 3-4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə təqribən saat 12:20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə Müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı, müəssisədə saxlanılan X8na, tanışı vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmüş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Rejim Nəzarət şöbəsinin böyük inspektoru ədliyyə mayoru Şahid4, ƏB-nin əməkdaşları: böyük inspektor ədliyyə baş leytenantı Şahid2, inspektor ədliyyə baş leytenantı Şahid3 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə etapla 11 saylı cəzaçəkmə müəssisəsindən X3 şöbəsinə "xxxx" diaqnozu ilə daxil olmuş, xx.xx.1990-cı ildə Masallı şəhərində anadan olmuş, AR vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunana qədər ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, AR CM-nin 181.3.2, 228.1, 326.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş X8na tanışı vətəndaş Şahid1 tərəfindən gətirilən sovqatın içərisinə baxış keçirilən zaman, sovqatda olan qara rəngli “Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyǝ malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli əməliyyat arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:20 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə etapla 11 saylı cəzaçəkmə müəssisəsindən "Vegetativ damar distoniyası” diaqnozu ilə X3 şöbəsinə daxil olmuş, xx.xx.1990-cı ildə Masallı şəhərində anadan olmuş, AR vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunana qədər ünvan 7 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşamış, AR CM-nin 181.3.2, 228.1, 326.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş X8na (cəzanın əvvəli: xx.xx.2015; cəzanın sonu: xx.xx.2027), tanışı 1964-cü il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, döngə 5, mənzil 56-da yaşayan vətəndaş Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/3270 nömrəli arayışında, göndərilmiş maddə şəffaf şüşə qırıqları formasında olan maddənin təmiz çəkisi 2,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddənin isə təmiz çəkisi 3,191 qram kustar üsulla hazırlanmış heroin olduğu müəyyənləşdirilmişdir. Məhkum Hǝziyev Azad Rahib oğlu öz yazılı izahatında həmin sovqatda olan narkotik vasitəni özü sifariş verdiyini, ondan başqa heç kimin günahı olmadığını bildirmiş, vətəndaş Şahid1 isə uzun müddət qonşuluğunda yaşayan Şərgiyə adlı qadının ona sovqatı verərək müəssisədə saxlanılan oğlu Həziyev Azada gətirməsini xahiş etdiyini, sovqatda narkotik vasitə olduğundan xəbərsiz olduğunu öz yazılı izahatında bildirmişdir. Faktla əlaqədar toplanmış materiallar və 1 (bir) ədəd içərisində maddi sübutlar olan möhürlənmiş zərf araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Polis idarəsinə göndəriləcəkdir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan arayışdan görünür ki, X8 xx.xx.1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunana qədər ünvan 8 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yaşamışdır. X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.1, 326.1-ci maddələri 14 il 06 ay müddətinə, Binəqədi rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası 11 il 06 aya endirilmişdir. Cəzasının əvvəli: xx.xx.2015-ci il, cəzasının sonu: xx.xx.2027-ci il kimi müəyyən edilmişdir. X8 xx.xx.2022-ci il tarixdə 11 saylı X1 daxil olmuş va hal hazırda müalicə müəssisəsində cəza çəkir (cild 1, iş vərəqi 12-13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6/3270 saylı arayışdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid1... X16 gətirdiyi sovqata baxış keçirilən zaman...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,191 qram olan qəhvəyi rəngli madə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,236 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 40,91 (qırx manat doxsan bir qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 29-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6/3387 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti N 67”-li ştamp əksi olan paketdə, üzərində Azərbaycan Respublikası Penitensiar Xidməti Müalicə Müəssisəsi Zərflər üçün ” dairəvi möhür əksi, “Şahid1...X16 gətirdiyi sovqata baxış keçirilən zaman...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,141 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,186 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 195-198). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 3517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Kərimov X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 199-200). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə aparılması barədə” protokoldan görünür ki, 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən Nizami RPİnin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilə vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə razılıq verdikdən sonra avtomobilə videoçəkiliş edilməklə baxış keçirilir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroin aşkar olunur. Avtomobildən başqa qadağan edilmiş hər hansı alət və ya predmet aşkar edilmir. Aşkar olunmuş narkotik maddə götürüldükdən sonra qablaşdırılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Masallı rayonunda Mərkəzi Xəstəxanasının yaxınlığında zibillikdən tapdığını deyir. Yekunda bu barədə protokol tərtib olunur, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (cild 1, iş vərəqi 225- 226). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 6/4295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №163” diarəvi möhürü əksləri olan, “...Təqsirləndirilən şəxs2 ...” soyad və imzalan qeyd edilmiş bir ədəd olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoitk vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 2, iş vərəqi 1-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışı keçirilən diskin məzmuundan görünür ki, 11 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilə vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə razılıq verdikdən sonra avtomobilə videoçəkiliş edilməklə baxış keçirilir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroin aşkar olunur. Avtomobildən başqa qadağan edilmiş hər hansı alət və ya predmet aşkar edilmir. Aşkar olunmuş narkotik maddə götürüldükdən sonra qablaşdırılır. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Masallı rayonunda Mərkəzi Xəstəxanasının yaxınlığında zibillikdən tapdığını deyir. Yekunda bu barədə protokol tərtib olunur, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq edirlər (cild 2, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 sovqatında aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 3,091 qram olan narkotik vasitə heroin və tədqiqatdan sonra təmiz çəkisi 2,136 qram olan psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar olunduğu 01 ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,969 qram olan narkotik vasitə heroin və videogörüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitələr, psixotrop maddə və şalvar saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, içərisində videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. (cild 2, iş vərəqi 51-52, 54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində şübhəli hər hansı bir zəng və ya mesaj mətni aşkar olunmamışdır (cild 2, iş vərəqi 66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2 ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətni vardır, həmçinin Təqsirləndirilən şəxs2 9 iyun 2022-ci il tarixdə, yəni narkotik vasitə ola heroin və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 Oqtay oğluna verdiyi vaxt Masallı rayonu ərazisində olduğu görünür (cild 2, iş vərəqi 98-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatrik Xəstəxanası” X20 daxil olmuş xx.xx.2022-ci il tarixli, 7983 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 2, iş vərəqi 80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan və onun əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** ilə bağlı əldə olunmuş telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətni vardır, həmçinin Təqsirləndirilən şəxs2 9 iyun 2022-ci il tarixdə, yəni narkotik vasitə ola heroin və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 Oqtay oğluna verdiyi vaxt onun Masallı rayonu ərazisində olduğu görünür (cild 2, iş vərəqi 97-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 avqust 2022-ci il tarixli, 4528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 122-123). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı iş materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 230). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 179). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29,317- 1.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Oqtay oğlunun ona Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan doğma bibisinin yeznəsi Həsən Kərimovun zəng edib özünə şalvar, köynək, jiletka almaq lazım olduğunu dediyi, həmin vaxt pulu olmadığından Təqsirləndirilən şəxs2 müraciət edib ondan həmin paltarları almaq üçün pul istədiyi, Telmanın ona 200 manat pul verdiyi, bir gün sonra ona müştəri qismində bir şəxsin yaxınlaşıb Həsənin adamı olduğunu deyərək ona dərman göndərmək lazım olduğu üçün dərmanı müalicə müəssisəsinə keçirtmək lazım olduğunu deyərək ona iki dənə paket verdiyi, paketdəkilərin dərman olmasına onu inandırdığını bu səbəbdən həmin paketləri aldığı şalvara tikməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Bununla bağlı, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində cinayətin törədilməsi halları ilə bağlı verdiyi ifadələrini, həmin ifadələr cinayət işi üzrə toplanmış digər sübutlarla tam uzlaşdığından daha düzgün hesab edir və həmin ifadələri sübut kimi qiymətləndirir. Belə ki, yuxarıda şərh edilmiş həmin ifadələrdən də görünür ki, təqsirləndirilən şəxs Kərimov X13 şəhəri ərazisində yerləşən "xxxx" adlanan ərazidə dərzi işləyən zaman 09 iyun 2022-ci il tarixdə səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs2 onun yanına gələrək ona 200 manat pul vermiş və həmin pula Həsən üçün paltar almağı xahiş etmişdir. O da Həsən üçün şalvar və köynək aldıqdan sonra Telman onun yanına bir daha gələrək bir sellofan bükümdə narkotik maddə olan heroini və bir sellofan bükümdə psixotrop maddə olan metamfetamini ona verərək həmin maddələri aldığı paltarların hər hansı bir yerində tikǝrǝk gizlətməyini xahiş etmiş, o da etiraz etməmiş və həmin maddələri Həsən üçün aldığı qara cins şalvarın sağ və sol ayaqlarının balaq hissələrinə tikmişdir. Bundan bir neçə saat sonra Nahid adlı bir oğlan onun yanına gələrək Telmanın tapşırığı ilə gəldiyini bildirib bağlamaları götürüb oradan getmişdir. Məhkəmə eynilə Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının narkotik vasitə gətirərək onun maşınına qoyub maşına baxış keçirilən zaman oradan aşkar etdikləri, heç kəsə, o cümlədən Təqsirləndirilən şəxs1 narkotik vasitə vermədiyi, ona qarşı irəli sürülən ittihamla heç bir əlaqəsinin olmadığı, Həsənin onun həm yerlisi, həm də qonşusu olduğu üçün ona zəng edib təkcə pul istəyib, başqa heç nə istəmədiyi, dərmandan xəbərinin olmadığı barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində cinayətin törədilməsi halları ilə bağlı verdiyi və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş ifadələri Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinin yalan olduğunu birbaşa sübut edir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonla ötürülən məlumatların içərisində “Rosen o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi şübhəli mesaj mətninin məhkəmə məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğu qənaətinə gəlir. Məhkəmə eyni zamanda iş üzrə toplanmış bütün sübutların müqayisəli təhlili nəticəsində təqsirləndirilən şəxslərə verilmiş ittihamın tam sübut olduğu nəticəsinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Oqtay oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlaması və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlaması və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlaması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, məhkəmə hökmündən və Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2012-ci il tarixdən hesablanmışdır. Masalı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 06 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və qərar Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına 14 iyul 2022-ci il tarixdə qəbul edilmişdir. Məhkum 10 avqust 2022-ci il tarixdə tutulduğundan onun 05 ay 20 gün çəkilməmiş cəzası qalmışdır (cild 1, i.v. 180-181, 210-218). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığına görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi ağır cinayətə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Oqtay oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Oqtay oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Oqtay oğlu və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır, CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır, CM-nin 317-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Oqtay oğlunun ittiham olunduğu CM-nin CM-nin 234.4.1 və 234.4.3ci maddələrində nəzərdə tutulmuş əməllər ağır, CM-nin 317-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Oqtay oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Oqtay oğlu 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 16 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 120-121, 153-155; cild 2, iş vərəqi 147-152, 295-297). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 Oqtay oğlunun cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 14 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan protokoldan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 16 iyun 2022-ci il tarixdə axtarış elan olunmuş, Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 10 avqust 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 161, 221; cild 2, iş vərəqi 39-43, 140-146, 292-294). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 10 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 3,091 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 2,136 qram olan psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar olunduğu 01 ədəd qara rəngli cins şalvar, avtomobildən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,969 qram olan narkotik vasitə heroin məhv edilməli, baxış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 219 (iki yüz on doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Oqtay oğlu və Təqsirləndirilən şəxs2 hər birindən bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Oqtay oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Oqtay oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Oqtay oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasının Masallı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 06 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edildiyi hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,091 qram və 0,969 qram çəkidə narkotik vasitə heroin, 2,136 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar olunmuş 01 ədəd qara rəngli cins şalvar məhv edilsin; Digər maddi sübut - baxış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 219 (iki yüz on doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 Oqtay oğlu və Təqsirləndirilən şəxs2 hər birindən bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oqtay oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-130/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-130/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver