Məhkəmə qərarları › İş №1(101)-130/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-130/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-130/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X10 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Leqal” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Tərtər rayonu, Tərtər şəhəri, X21 küçəsi, ev 51 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşayan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3-cü və 244-1.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3-cü və 244-1.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, “on-line” internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən aslı olan qumar oyunlarını təşkil edib keçirməklə, xüsusilə külli miqdar təşkil edən, 3.094.556,05 manat qanunsuz gəlir əldə etmiş, eləcə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələblərini pozaraq, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qumar oyunlarının təşkili üçün “1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarına aid proqram təminatlarını internet üzərindən istifadəsində olan kompüter və mobil telefonların yaddaşına yükləyərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, Bakı şəhəri və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında “on-line” internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarını təşkil edib keçirməklə, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində xüsusilə külli miqdar təşkil edən, 3.094.556,05 manat qanunsuz gəlir əldə etmişdir. Bundan başqa, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Bakı şəhəri və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında “on-line” internet üzərindən həyata keçirdiyi qumar oyunları nəticəsində, istifadəsində olan kompüter və mobil telefonlarının yaddaşına yükləyərək istifadə etmiş “chcblack.net” alt qovluğuna idman oyunlarının operatoru kimi oyun iştirakçıları tərəfindən ödənilmiş 29.011.462,98 manat vəsaitdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən 6% (faiz) dərəcə ilə 1.740.687,78 manat sadələşdirilmiş vergini ödəməli olduğu halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmayıb, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etmədən, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, o, çayxanada oturarkən təsadüfən Yusif Baqiyev də oraya gəlmişdir. Onlar çay içib, yemək yeyərkən təxminən 16-17 nəfər onların olduqları yerə daxil olub “Urfan, Urfan” deyə səslənmişlər. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, qumar oyunlarını özü oynamışdır. O, daha çox “Bet 365” adlı mərc saytında oynamışdır. “Topaz”ı Elmlər Akademiyasının yaxınlığında yerləşən ofisində işlətmişdir. “Topaz” işlədərkən nisyə mərc edib daha sonra pulunu ödəyən müştəri də olmuşdur. Nisyə mərc 2 manat, 3 manat, 10 manat təşkil etmişdir. Vergi əməkdaşları çayxanaya daxil olarkən orada təxminən 15 nəfər olmuşdur. “Topaz”da nisyə mərc edən şəxslərin təxmini sayı 10 nəfər olmuşdur. Yusif Baqiyev onun qohumudur.Yusifin qumarla bağlı əlaqəsi yoxdur.O, vergi əməkdaşları ilə 06 dekabr 2021-ci il tarixində qarşılaşmışdır. O saxlanıldığı yerdə hər hansı qumar oyunları təşkil edilməmişdir. Şahid4 onun dostudur. Şəmsi özü də “Topaz” işlədir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, rəsmi olaraq 2021-ci ilin yay aylarından “Topaz” idman mərc oyunlarının keçrilməsini aparmış, bununla bağlı da vergi orqanında rəsmi qeydiyyatdan keçməklə VÖEN açdırmışdır. Bu fəaliyyəti də icarəyə götürdüyü Bakı şəhəri, metronun “28 May” stansiyasının yaxınlığında olan məntəqədə aparmışdır. Ona elan edilmiş ittihamla razı deyil, o, rəsmi olaraq “Topaz” idman mərc oyunlarının fəaliyyəti ilə məşğul olmuş, hər hansı bir xarici qeyri-qanuni mərc oyunlarının keçirilməsini təşkil etməmişdir. Ancaq özü müəyyən xarici saytlarda qumar oyunlarını özü üçün oynamışdır. Heç bir şəxlərə də bu istiqamətdə əlbirlik və razılaşması olmamışdır. “1 XBET”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com" adlı saytlar üzərində ancaq əmsallara baxmış, “bet 365” sayt üzərində isə özü üçün həvəskar olduğu üçün qumar oyunları olan, əsasən futbol yarışları, rulet kazino oyunlarını oynamışdır. Bunun üçün də o, “Bet365” sayt üzərində özü qeydiyyatdan keçərək oynamış, bu saytları internet üzərində təsadüf nəticəsində tapmışdır. Bu oyunları o, 2021-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək oynamış, 2015-ci ildən 2021-ci ilin ortalarınadək ancaq şəxsi işləri ilə, kənd təsərrüfatı ilə məşğul olmuşdur. Rəsmi olaraq 2021-ci ilin yay aylarından “Topaz” idman mərc oyunlarının keçirilməsini aparmaq üçün məntəqəni açdığı vaxtdan bu oyunlara həvəsi yaranmışdır. Onun hər hansi notebook tipli kompüteri olmamış, ancaq 2 ədəd modeli xatırlamadığı “İphone” markalı mobil telefonları olmuşdur. Başqa heç bir telefonları və kompüteri olmamışdır. Vergi əməkdaşları Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən “Çaysaray” adlı çay evində 06 dekabr 2021-ci il tarixdə saat 14 radələrində operativ vergi nəzarəti tədbiri keçirdikləri zaman o, “Çaysaray” adlı çay evində Yusif Baqiyevlə birlikdə kabinetdə müştəri qismində oturmuşdur. İlk olaraq vergi əməkdaşları gəlməmişdən əvvəl tək olmuş, sonra təsadüf nəticəsində çay evinə Yusif Baqiyev də gəlmişdir. Vergi əməkdaşları çay evinə gələrkən o, Yusif, tanımadığı Yusifin tanışı ilə birlikdə oturmuşdur. Vergi əməkdaşları içəriyə daxil olaraq orada tədbir keçirdikləri zaman onların oturduqları otağa da daxil olmuşlar, daha sonra onları dəhlizə dəvət etmişlər, daha sonra orada çay evinin işçilərinin izahatları alınmış, vergi əməkdaşlarının apardıqları tədbirin ona aidiyyəti olmadığı üçün çıxıb getmişdir. Ona məxsus 2 ədəd “İphone” markalı mobil telefonlar çay evində oturduqları otaqda yaddan çıxıb qalmışdır. Daha sonra bir neçə gün keçəndən sonra çay evinə gedərək telefonunu tələb etsə də, vergi əməkdaşların həmin mobil telefonları götürdüklərini bildirmişlər. Şahid4 tanıyır, ondan həqiqətən bank kartını götürmüş, həmin kartı da “Topaz” məntəqəsində müştərilərin atdığı pulları almışdır. Şahid2 onun sinif yoldaşıdır, onunla münasibəti yaxşıdır, işsiz olduğu üçün o, Elşadı “Topaz” məntəqəsində aparılan rəsmi oyunlarının hesabatlarını aparmasını xahiş etmiş, bunun üçün də köməklik məqsədi ilə ona bir neçə dəfə pul vermişdir. X4 onun işlətdiyi “Topaz” məntəqəsinə heç bir aidiyyəti yoxdur. Yusif Baqiyevi ancaq restoranlar işlədən sahibkar kimi tanımışdır (cild 3, iş vərəqə 249- 256). Təqsirləndirilən şəxs elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, vergi əməkdaşları bir hadisə günü, bir də hadisədən bir neçə gün sonra gəlmişlər. Çay evində olarkən ona “sənin mobil telefonlarını bizə verəcəklər, gəlib oradan götürə bilərsən” deyilmişdir. Cinayət işi başlanana qədər rəsmi şəkildə Vergi orqanına müraciət etməsə də gedib oradan şifahi şəkildə mobil telefonunu istəmişdir. Vergi orqanına gedib onun orada olan iki ədəd mobil telefonunu tələb etdiyi hallar olmuşdur.Telefonu ondan alındıqdan sonra imkanı olduğu üçün həmin müddət ərzində özünə telefon almışdır. Yusif Baqiyevin də mobil telefonunun aparılıb-aparılmadığı barədə məlumatı yoxdur.Yusif Baqiyev oradan ondan əvvəl çıxmışdır. Hadisə yerində götürülən 20 ədəd mobil telefondan 11 ədədi qaytarılsa da 9 ədəd mobil telefon hələ də istintaq orqanlarındadır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə hazırki iş üzrə 18 oktyabr 2023-cü il tarixdə mülki iddiaçı qismində tanındıqlarını, əməliyyat tədbirlərini həyata keçirən şəxslərin vergi orqanlarının əməkdaşları olduğu üçün həmin zaman tərtib edilmiş akt, arayış və digər sənədlərin sübut kimi qəbul edilməsini, ibtidai istintaq dövründə,həmin mülki iddianı tam olaraq müdafiə etidklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Elmlər X12 parkının yaxınlığında “Topaz” işlətmişdir. O, həmin yerə mütəmadi olaraq getmiş, orada 2-3 ay müddətində “Topaz” işçisi kimi işləmişdir. Urfan demək olar ki, hər gün orada olmuşdur. Həmin ərəfədə o, işsiz olduğu üçün Urfan ona “Topaz”da işlətməyi təklif etmişdir. O, “Çaysaray” adlanan yerdə müştəri kimi bir neçə dəfə olmuşdur. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki,o, “Topaz”da satıcı kimi işləmişdir. Xarici saytlardan “1xBet” saytını tanıyır. Urfanın vergidən yayınmaya görə saxlanıldığı barədə məlumatı var. “Topaz”da vergidən yayınmaq qeyrimümkündür. O, özü arada mərc oyunlarından istifadə edir.O, xarici saytlarda mərc oyunu oynamır. Urfan arada xarici saytlarda oynamışdır. Urfan ona “xarici saytlarda oyunların əmsallarına bax və onların qalxma düşməsini müşahidə et” demişdir. Xarici saytlarda əmsallar fərqli olduğu üçün Urfan ona hansı əmsallar qalxıb düşürsə onlara pul yatırım etməyini bildirmişdir.O, sadəcə olaraq əmsalları çıxardıb Urfana vermişdir. Həmin saytlarda əsas futbol oyunu oynanılmışdır. O,oyunların müxtəlif saytlardakı əmsallarını müqayisə etdikdən sonra onları “WhatsApp” vasitəsilə Urfanın özünə atmışdır.O bildiyinə görə həmin əmsallara pul yatırımını Urfan özü etmişdir.Həmin iş daima nəzarət tələb edən iş olmuşdur. Urfan ola bilsin ki, başqa işlərlə məşğul olduğu üçün bu işi ona tapşırmışdır. “Virka” o deməkdir ki, hansısa saytda bir oyuna 1.10 əmsal digər saytda həmin oyuna 1.20 əmsal verir bu o deməkdir ki, həmin oyuna yatırılan pul ziyan olmur həmin şəxs oyundan qazancla çıxır.O, əmsalları “1Xbet”, Misli, Topaz və digər saytlarda yoxlamışdır. “Çaysaray”da vergi orqanından gəlib akt tərtib edilərkən orada olmamışdır. “Çaysaray”a müştəri kimi bir neçə dəfə gedib domino oynamışdır. ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Hadisə günü səhv etmirsə evdə olmuşdur. Məhkəmə iclasında Şahid2 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Urfan onun həmyerlisidir, uşaqlıq dostudur, həm də sinif yoldaşıdır. Onunla münasibəti yaxşıdır, düşmənçiliyi və ədavəti yoxdur. Urfan bildiyinə görə “Top.az” mərc oyunlarının işlədilməsi ilə məşğul olmuşdur, sonuncu dəfə onunla 2021-ci ilin noyabr ayının sonunda onu görmüş, həmin vaxtdan sonra onunla görüşməmişdir. Yusiq Baqiyev dostu Urfanın arvadının qohumudur, onunla münasibəti yoxdur, onu Bakı şəhərində bir neçə restoran sahibi kimi eşitmişdir. +99***-***-**-** nömrəli mobil nömrə anasının adına olsa da, onun tərəfindən işlədilir. O, həmin nömrəsi ilə İngiltərənin “Bet365” saytı üzərində aparılan futbol oyunlarının hesabatlarını və nəzarətini həyata keçirmişdir. Belə ki, təxminən 2021-ci ilin sentyabr ayının axirlarında işsiz olduğundan Urfan ona təklif etmişdir ki, internet üzərində aparılna mərc oyunlarının nəzarətini aparsın, buna görə də ona əlbəəl əmək haqqı kimi 500 manat pul təklif etmişdir. O da işsiz olduğundan onunla razılaşmışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs “Bet365” saytı üzərində profil açaraq şifrə parolları özü tapdığı müştərilərə vermiş, müştərilər həmin şifrə parollar üzrə qeyd olunan sayta daxil olaraq mərc oyunlarını oynamışlar. O da aylıq 500 manat əmək haqqı Urfandan alaraq həmin sayt üzərində müştərilərin apardığı mərc oyunlarının nəzarətini həyata keçirmişdir. Onun bu oyunların aparılmasında hər hansı bir qazancı olmamış, o, sadəcə olaraq hesabatları aparmışdır. Onun işi müştərilərə Urfan tərəfindən verilmiş profillərin şifrə parollara daxil olmaqla udulan və uduzulan oyunları nəzarət etmək, əsas müştərilərin edilən mərc oyunlarına düzgün aparılıb aparılmamasına baxmaqdan ibarət olmuşdur. Bütün haqq hesabları Təqsirləndirilən şəxs özü etmiş, çünki profillərə rəqəmli balansı ancaq Urfan nəzarət ermişdir. Oyunların əsas aparılması futbol olmuşdur. O, müştəriləri heç vaxt görməmiş, ancaq ev şəraitində kompüter və ya mobil telefon üzərində Urfanın ona verdiyi profillər üzrə şifrə parollarla daxil olaraq aparılan oyunları nəzarət etmişdir. Urfan özü və müştərinin özü tərəfindən açılmış profillərin parollarını ona vermiş, o da həmin parollarla müştərilərin profillərinə girmiş, müştərilərin depozitə qoyduğu pulları süni şəkildə şişirtməsin deyə nəzarət etmişdir, əgər süni şəkildə balansda artım olanda və digər problemlər olanda bunu Urfana zəng vurub demişdir. 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək aparılan mərc oyunlarında ümumilikdə nə qədər xərc və gəlir olmasını dəqiq Təqsirləndirilən şəxs bilmişdir, o, haqq hesabdan xəbərsiz olmuşdur (cild 2, iş vərəqə 307). Şahid2 elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, şahid qismində dindirmə protokollarındakı imzalar ona məxsus olsa da ifadəsinin bəzi hissəsini oxumamışdır. Rəqəmli balansın nə olduğunu bilmir. O, sadəcə oyunların əmsallarına nəzarət etmiş, Urfana hansı saytda hansı oyunun əmsalının çoxalıb azalmağını demişdir. Evdən qolu qandallı aparıldığından bu hal ona psixoloji təzyiq etmiş və ifadələrini oxumadan müvafiq protokolları imzalamış, ifadə verdikdən sonra isə sərbəst buraxılmışdır. “Bet 365” saytı da “Topaz” kimi bir saytdır. “1 X bet”, “Bet 365” saytları futbol saytlarıdır. İbtidai istintaq dövründə iki dəfə eyni məzmunlu ifadə verməyini xatırlamır. “Telegram” vasitəsilə onun mobil telefonundan Urfana yazılan “bunlara mən dedim dedilər biz danışmışıq Yusiflə, 19-u qadınla uduş olur Amalgildə” sms-ini xatırlamır, həmin mesajın mahiyyətini bilmir. “Amal” adlı sayt yoxdur. “Amal”ın nə olduğunu bilmir. Çay evindən götürülən texniki avadanlıqlardan notbuk kompyuteri, “Poco F3” və “Lenovo” markalı mobil telefonlar ona məxsus deyildir. Mobil telefonlardan “İphone 12 Pro” markalı mobil telefon onundur. İbtidai istintaq zamanı dindirilərkən ona göstərilən mobil telefonların sahibi olmadığını bildirmişdir.O, özü mərc oyunlarında oyunlar oynamışdır. Xarici saytlardan qeydiyyatdan keçdikdən sonra həmin mərc oyunlarından istifadə etmək mümkündür. “Login” və “parolu” almaq üçün yalnız sənəd lazımdır. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər sayta görə dəyişmişdir. Bəzi xarici saytlar xarici pasport, bəziləri evin “kupçası”nı tələb etmişdir. Mərc oyunlarında oynamaq üçün gərək özün həmin sayta pul yatırım edəsən. Mərc oyunlarında oynamaq üçün hansısa saytın ona oyun oynamaq üçün pul təklif etməsi ilə rastlaşmamışdır. Mərc oyunlarında oynamaq üçün qeydiyyatdan keçilməsinə hər hansı məhdudiyyət olmamışdır. Mərc saytları xarici ölkələrə məxsus olan rəsmi mərc saytları olmuşdur. Saytlardan pullar dollar məzənnəsilə kart vasitəsilə çəkilmişdir. Rusiyanın saytlarında pullar “rublla” da çəkilmişdir. Qoyduğu pulları geri çəkmək istədikdə həmin pullar ona verilməsə idi o, pulları kimdənsə tələb edə bilməzdi. Həmin saytlar barədə internet vasitəsilə məlumat əldə etmişdir. Belə ki, internetdə futbol saytı yazdıqda həmin saytlar çıxır.Həmin saytlarda kazino, futbol və digər mərc oyunları da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, Urfan və o ayrı-ayrılıqda “Topaz” işlədən zaman bir-birilərini tanımışlar. O, özü də mərc oyunları oynamışdır. Onlar “Topaz”a aid olan oyunlarla yanaşı “1Xbet”, “Bet 365” saytlarında da oyunlar oynamışlar. “Ays bet”, “Qazan Bet” saytları da digər saytlarla oxşarlıq təşkil edir. Hansı saytda oyuna verilən əmsallar yüksək idisə həmin saytda mərc oyunu oynamışlar. Bu saytların hamısı futbol oyunlarına aid olan sayt olmuşdur. Urfan “Elmlər” ərazisində, o isə “Yeni Yasamal”da işləmişdir. O, Urfanla “Topaz”ın ofisində hər il keçirilən yarışlarla bağlı olan tədbirlərdə tanış olmuşdur. Şahid14 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, bir neçə dəfə Urfana müəyyən mərc saytlarında qeydiyyatdan keçə bilmədiyini, onun əvəzindən qeydiyyatdan keçməsini xahiş etmişdir. Sonradan Urfanın bu əməllərə görə cinayət məsuliyyətə cəlb edildiyini bilmişdir. Urfan ona köməklik edərək müvafiq saytda qeydiyyatdan keçirtmişdir. Həm Urfanı tanıdığı üçün, həm də kompyuterdən daha çox anlayışı olmasını bilməsi səbəbindən, habelə həmin saytlardan qeydiyyatdan keçmək üçün “mail” və bank kartı zəruri olduğundan və hər hansı karta sahib olmadığından Urfandan kömək istəmişdir. Saytdan qeydiyyatdan keçildikdən sonra kart vasitəsilə həmin saytlara pul köçürülməklə mərc oyunları oynanılmışdır. O, kartdan hesaba pul atılmasını Urfandan xahiş etmişdir. Təxminən 3000- 5000 manat məbləğində mərc oyunu oynanılmışdır. Urfanın onun qazancından və uduzduğu puldan xəbəri olmamışdır. Kartdan atılan pul onun saytda olan hesabına köçdüyü üçün pulun köçürüldüyünü bilmişdir. Udulan pulu çıxaran zaman o, pulu Urfanın kart hesabına köçürmüşdür. Məhkəmə iclasında Şahid14 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2015-ci ildən vergi orqanından qeydiyyatdan keçməklə ********** saylı VÖEN açdırmış, pərakəndə satışla məşğul olmuş, mağaza işlətmişdir. Sonra mağazanı işlədə bilmədiyindən bağlamışdır. 2021-ci ilin sentyabr ayından Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, “Bizim market” adlanan marketin arxasında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində Topaz” mərc oyunlarının təşkili fəaliyyətinə başlamışdır. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında həmin cəmiyyət tərəfindən qurulmuş operator kompüteri və iki ədəd oyunçu kompüteri quraşdırmışdır. Müştərilər texniki vasitələr vasitəsi ilə istənilən mərci seçərək operatora təqdim etmiş, ödənişlər həyata keçirmiş və buna dair kuponlar almışlar. 3000,0 manata qədər uduşlar olduğu halda onun tərəfindən yoxlanılaraq təqdim edilmiş, ondan yuxarı olan məbləğlər isə "xxxx" QSC tərəfindən şəxslərə təqdim edilmişdir. Həmin məntəqədə digər sahibkarlıq fəaliyyəti yoxdur. Aparılan oyunlar zamanı mərcə qoyulan pullardan həftəlik hesabat aparılaraq müqaviləyə əsasən 6% gəlir götürmüşdür. Orta hesabla aylıq olaraq 1000,0 manat gəliri olmuş, əldə olunmuş bütün gəlirlərdən vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığortalar ödənilmişdir. Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında o, Yasamal rayonunda yerləşən “Çaysaray” çay evində Urfanla təsadüf nəticəsində tanış olmuşdur. Belə ki, onun işlədiyi məntəqəyə əvvəllər tanımadığı bir şəxs gəlmiş, “Top.az” saytından başqa da digər saytlar üzərində mərc oyunlarının keçirilməsini təklif etmişdir. Onun üçün də maraq doğurduğundan həmin şəxs ona Urfanın mobil telefon nomrəsini vermişdir. O da sonra Urfanla zəngləşmiş, onu “Çaysaray” çay evinə dəvət etmişdir. Orada bilmişdir ki, Urfan Azərbaycanda qeydiyyatdan keçməyən saytlar üzərindən qumar oyunlarının keçirilməsini təşkil edir. Ona maraq gəldiyi üçün Urfanla danışmış, Urfan da ona bu oyunların aparılmasını təklif etmiş, o da etiraz etməmişdir. Hansı qaydada bu oyunları aparmaq lazım olduğunu bildirdikdə Urfan, “Qazanbet”, “Aysbet” və “Bet365” saytlar üzərində qumar oyunlarının təşkil edəcəyini, şifrə parolları ona göndərəcəyini, bundan sonra oyun aparılacağını demişdir. Ümumi qazancdan 10% ona, qalanı isə Urfana çatmalı olmuş, Urfanın həmin pulları nə edəcəyini bilməmişdir. Bu qayda ilə Urfanla təxminən 4 ay işləmiş, ümumi dövriyyə təxminən 30000,0-40000,0 manat arasında olmuş, o, özü isə təxminən bu məbləğin 10% qazanmışdır. Qalan pulları isə Urfana əlbəəl vermiş, bəzi hallarda Urfanın gəndərdiyi bank kartlarına atmışdır.X6 Təqsirləndirilən şəxs yanında görməmiş, əlavə heç bir əlaqəsi, tanışlığı olmamışdır. +99***-***-**-** nömrəli mobil nömrə onun tərəfindən işlədilir, həmin nömrədəki danışıq və yazılarda onun Urfanla internet üzərində aparılan qumar oyunlarla bağlı danışığı əks olunmuşdur. Belə ki, Urfan internet üzərində “Bet365” və “Aysbet” və “Qazanbet” saytlarında oyunlar təşkil edilməsi üçün ona şifrə, parol vermiş, hər şifrə parola da balans vermişdir. O da Urfanın verdiyi həmin parol və şifrə üzərində çox vaxtlarda özü oynamış, bəzi hallarda müştərilər olanda təklif edib satmış, müştəri özü oynamışdır. O və ya müştəri qalib olduğu halda, o, Urfandan həmin pulları əlbəəl almış, uduzulan pullar isə əvvəlcədən depozit qoyulan hesabdan silinmişdir. O, ümumiyyətlə bu oyunları Urfanla 2021-ci ilin sentyabr ayının ortalarından 2021-ci ilin oktyab ayının 5-dək aparmışdır. 06 dekabr 2021ci ildən sonra Urfanla əlaqəsi kəsilmiş, həmin vaxtdan sonra onunla görüşməmiş və heç bir əlaqəsi olmamışdır (cild 1, iş vərəqə 147). Şahid14 elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmə protokollarındakı imzalar ona məxsus olsa da həmin protokolları tam oxumamışdır. 2021-ci ildən mərc oyunları oynamışdır. Dostlarının xahişi ilə onlara oyun adlarını bildirmişdir. Bu məsələlərə görə Urfanı narahat etməmişdir. Pulları "xxxx" kartına köçürmüş, əldə etdiyi gəlirdən Urfana hər hansı pul vəsaiti verilməmişdir. Bank kartına sahib olan istənilən şəxs “1 X betdə” mərc oyunu oynaya bilər. “Qazan bet” və digər mərc saytları səhv etmirsə bağlanmışdır. Həmin saytlarda oyun oynamaq üçün ancaq karta ehtiyacı olmuşdur. Udduğu ən yüksək məbləğ 1000 manat, uduzduğu ən aşağı məbləğ 3000 manat olmuşdur. Ona pul verildikdən sonra pullar həmin şəxsin mərc hesabına qoymuşdur. Hal hazırda “topaz” işlədir və vergilərini ödəyir. “Bet 365”, “Qazan bet” və digər mərc saytlarındakı şifrə və parolları ona Urfan tərəfindən verilməmişdir. “Çaysaray”da həyata keçirilmiş əməliyyat tədbirindən xəbəri yoxdur. Yusif Bagiyevi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, sosial şəbəkələrdə olan mobil nömrə ilə əlaqə saxlayaraq “28 May” ərazisindəki “Topaz” məntəqəsində mərc oyunları oynamışdır. Həmin mobil nömrənin sahibinin adını bilməsə də sonuncu ona “bacıoğlu” deyə müraciət etmişdir. O, həmin oyunları 1 aya yaxın oynamışdır. Şahid8 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, ***-**-** mobil nömrəsi onun istifadəsindədir. O, sosial şəbəkədə əldə etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq onlarda oyun əmsallarının çox olduğunu eşitdiyini bildirmiş, sonuncu qeyd edilən məlumatı təsdiq etmişdir. Aşağı əmsalla oyun oynamaq üçün xahişi ilə həmin şəxs tərəfindən ona kod verilmişdir. Verilmiş kodu sayta yazdıqdan sonra oyun oynamışdır. Parolu yazdıqdan sonra zəruri pul məbləğini saytın özünə kart vasitəsilə yükləmişdir. O, həmin saytda mərc oyunları oynayan zaman həmin şəxsə çox güman ki, xeyir gəlmişdir. Telefon vasitəsilə əlaqə saxladığı şəxs ona “mənim vasitəmlə oynamasan mərc oyununu oynaya bilməyəcəksən”, “sən pulu ödəyəndə bizim məlumatımız olur” deyə bildirmişdir. O, "xxxx" kartına pul ödəməmişdir. İlkin adlı taksi sürücüsünün xahişi ilə ona mərc oyunları oynamaq üçün köməklik etmişdir. Sevinc adlı şəxsin xahişi ilə sonuncunun işə düzəldilməsi üçün “bacıoğlu” adlandırdığı şəxsə müraciət etmişdir. Sevinc onların da məhlələrində mərc oyunları oynayanların olduğunu, həmin şəxsləri də bu oyunlara cəlb edə biləcəyini bildirmişdir. Amma Sevinc dediyi fikirlərin heç birini həyata keçirə bilməmişdir. O, özü futbol mərc oyunları oynamışdır. 1-2 ay ərzində cəmi 1300 manatlıq mərc oyunu oynamış və bütün pulu uduzmuşdur. Onun balansında pulun bitməsini həmin şəxs bilməmişdir.O, özü birbaşa həmin saytda oynamağı bacarmadığı üçün bu işi vasitəçi vasitəsilə həyata keçirmişdir. Saytda hesaba girişdə və ya saytın özündə problem yarananda o, bu nasazlığın aradan qaldırılması üçün həmin şəxsə zəng etmiş və nasazlıq aradan qaldırılmışdır. Saytdan əldə etdiyi mobil nömrə uzun rəqəmli nömrə olsa da, həmin nömrəyə Azərbaycanlı şəxs cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Urfanla bir neçə il əvvəl məclisdə tanış olmuşdur. Hal-hazırda reklam agentliyində işləyir və sahə inspektorudur. O, əvvəllər “Topaz” işlətmişdir. Vergi orqanının əməkdaşı ifadəsini aldıqdan sonra ona “Urfanla əlbir olub mərc oyunları ilə məşğulsan” demişdir. O, bir neçə saat saxlanıldıqdan sonra izahatını imzalayıb oradan uzaqlaşmışdır. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, “Topaz”ın avadanlıqlarını alan zaman Urfandan məsləhətlər almışdır. “Qazanbet”, “Aysbet”, “Bet 365” saytlarının adlarını eşitsə də heç bir barəsində məlumatı yoxdur.Onun yanında həmin saytlarda heç kim onlayn mərc oyunu oynamamışdır. Urfan ona ancaq “Topaz” barədə təkliflər etmişdir. Urfan ona hansısa xarici nömrə verməmişdir.O, ibtidai istintaq dövründə Urfana görə onun niyə məsuliyyətə cəlb edilməyini soruşduqda ona “sən və Urfanın arasında sıx zənglər olub” deyilmişdir.Onun mobil nömrəsi ***-***-**-** mobil nömrəsidir. Onun Urfanla heç bir şərikliyi olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, təxminən 2021-ci ilin noyabr ayının 15-dən “Top.az” mərc oyunlarının fəaliyyəti ilə məşğul olmuşdur. Dostu Şahid4 adına fəaliyyət göstərən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “013” çay evinin yanında yerləşən “Top.az” mərc oyunlarının həyata keçirilməsində ona köməklik etmişdir. Özü əsasən həmin oyunlarının təşkilini öyrənmiş, hazırda da bu fəaliyyətlə məşğul olmur. Təqsirləndirilən şəxs tanıyır, təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olmuş, münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. Urfanla əsasən “Çaysaray” çay evində görüşmüş, Urfanla görüş zamanı bilmişdir ki o, “Qazanbet”, “Aysbet” və “Bet365” və digər saytlar üzərində qumar oyunlarının təşkil edir. Təxminən 2021-ci ilin noyabr ayında Urfan ona bu oyunları oynamağa “013” çay evinin yanında yerləşən “Top.az” mərc oyunlarını oynamağa gələn şəxslərə təklif etməsini bildirmişdir. O da həmin dövrdə bu saytlarda istifadə etməyi gələn tanımadığı müştərilərə təklif etmişdir. Özü bu oyunları oynamamış, ancaq bu oyunları oynamaq istəyən şəxslərə Urfanın ona verdiyi xarici nömrələrin “WhatsApp” nömrələrini vermişdir. Həmin şəxslərin hansı qaydada Urfanla bu oyunu təşkil etmələrini bilməmiş, çünki özü bunu bacarmamış, ancaq başqa şəxslərə məsləhət verərək Urfana yönəltmişdir (cild 1, iş vərəqə 331). Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyətləri ounla izah etmişdir ki, dindirmə protokollarını oxumadan imzalamışdır. Belə ki, ancaq İdarədən çıxmağı fikirləşdiyi üçün izahatı düşünmədən imzalamışdır.Ondan hətta iki dəfə izahat alınmasına cəhd edilmişdir. İkinci dəfə ona Kürdəxanıya aparılacağı deyildiyinə görə izahat vermişdir. İdarədən çıxarkən isə bu işin nəticəsinin necə olacağını soruşduqda onlar narahat olmamağını, uzağı cərimə olunacağını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adına olan “Topaz” məntəqəsində kassir vəzifəsində işləmişdir. Urfan sonuncu dəfə 2021-ci ilin sonunda “Topaz” məntəqəsində olmuşdur. İbtidai istintaq dövründə də məhkəmədəki kimi ifadə vermişdir. Şahid5 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, işlədiyi “Topaz” məntəqəsi Urfanın adına iki milyon manatdan çox vergi borcunun yaranması ilə əlaqədar bağlanmışdır. İbtidai istintaq dövründə ona “sənə kazino işlətmək təklifi verilib? sualı verilmiş, oda elə bir təklifin edilmədiyini bildirmişdir. “Topaz”da bir ildən çox işləmişdir. “Topaz” məntəqəsində başqa mərc oyunlarının oynanılması barədə məlumatı yoxdur. “Topaz” məntəqəsində ancaq qanuni mərc oyunları təşkil edilmişdir. Məhkəmə iclasında Şahid5 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin oktyabr ayının sonlarından ünvan 5 ünvanında yerləşən “Topaz” şikətinin bir filialında operator kimi çalışmışdır. O, “Topaz” saytı üzərində keçirilmiş oyunlarına nəzarət və işlədilməsi üçün operator kimi işləmişdir. Onun vəzifə borcu müştərilər texniki vasitələr ilə istənilən mərci seçərək ona təqdim etdikdə tərəfindən təkliflər üzərində ödənişləri qəbul edib onları sistemə daxil etmək və buna dair kuponları verməkdən ibarət olmuşdur. Həmin “Topaz” şikətində Urfanı ona təqdim edərkən bildirmişdilər ki, bu obyekt ona məxsusdur. Urfanı ilk dəfə orada görüb tanımış, həmin vaxtdan sonra onunla 2-3 dəfə görüşmüş, obyektə hesablaşmaq üçün gələrkən görüşmüşdür. Həmin obyekt təxminən 35 kv ölçüdədir, Urfan həmin yeri Orxan adlı şəxsdən icarəyə götürmüşdür. Sonuncu dəfə Urfanı təxminən 2021-ci ilin noyabr ayının sonunda obyektə gəlib hesablaşma aparmaq üçün gələrkən görmüşdür. Ümumi haqqhesabı etmişlər, həmin vaxt qazanc olmadığından obyekti işlətmək üçün ona bir qədər pul vermişdir. Həmin vaxtdan sonra onunla görüşməmiş və danışmamışdır. X11 adlı şəxsi tanımır. 5243-7544-1057-7074 nömrəli “Albalı” bank kartını UNİBANK-dan əldə etmiş, həmin kart şəxsən onun tərəfindən işlədilmiş, həmin kartı bəzi hallarda tanışlarına pul ehtiyac olduğu üçün az miqdarda çıxarmaq üçün əvvəllər vermiş, “Topaz”da işlədiyi 2021ci ilin oktyabr ayının sonlarından heç kimə verməmiş, ancaq özündə olmuşdur. Həmin kartı xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Topaz”da işlədiyi 2021-ci ilin oktyabr ayının sonlarından kartına mədaxil və məxaric olmuşdur. Belə ki, o, “Topaz” işlətməklə müştərilər ofisə gəlməyərək və ya gələrkən nağd şəkildə yox kart yolu ilə köçürmələr edib aparılan oyunlara istənilən mərci seçib ödənişlərini etmişlər. Karta köçürülən pullar onun tərəfindən nağd qaydada çıxarılmış, bəzi hissəsi “Topaz”da kassaya qoyulmuş, bir hissəsi uduşlara nağd qaydada və ya kart yolu ilə köçürülmüşdür. O, ümumiyyətlə kartda heç vaxt uzun müddət pul saxlamamış, çünki gündəlik olaraq dövriyyəsi olmuş, ödənişlər tərəfindən həyata keçirilmişdir. O, “Topaz” sayt üzərində keçirilmiş oyunlarına nəzarət və işlədilməsi üçün operator kimi işləmiş, həmin oyunların hamısı “Topaz” tərəfindən verilmiş qanuni oyunlar olmuşdur. O, heç vaxt digər oyunları işlətməmiş, heç kimə təklif etməmiş, Təqsirləndirilən şəxs də ona bu barədə heç bir təklif etməmişdir. “Topaz” şirkətinə nəzarəti ilk aylarda 2021-ci ilin noyabr ayınadək Təqsirləndirilən şəxs həyata keçirmiş, daha sonra nəzarətsiz qalmışdır. Sonradan nəzarəti özü həyata keçirmiş, qazanc ümumi olaraq az olduğu üçün gəlir və xərcləri bir aydan o biri aya özü tənzimləmişdir. 2021-ci ilin noyabr ayının sonlarından Urfanı görməmişdir. Həmin vaxtdan sonra bir neçə dəfə Urfanın tanışları gəlmiş, problemləri olduğu üçün özlərinin nəzarət edəcəklərin bildirmişlər, Urfanın problemləri həll ediləndən sonra özü nəzarəti davam etdirəcəkdir. O, həmin adamlara hesabat vermiş, sonuncu dəfə bu haqq hesab 3 ay əvvəl olmuş, həmin vaxtdan sonra heç kim gəlməmiş, haqq hesabı özü etmişdir. İcarə haqqı 1300 manatı da özü icarə verən Orxan adlı şəxsə hər ayın 1-də əlbəəl vermişdir (cild 3, iş vərəqə 21). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, “Topaz” məntəqəsi açdığı ərəfədə Urfanın “Topaz” barədə məlumatının olduğunu bilib ondan məsləhətlər almışdır. Şahid4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, “Qazan bet” saytını xatırlamır. “Bet 365”, “1xbet” saytlarından məlumatı var. Oyun əmsalları yüksək olan dövrdə qeyd etdiyi saytlarda daha çox əmsal verildiyini bildirərək linkləri Urfana və digər dostlarına atmışdır. Dostları özləri də hansı saytda daha çox yüksək əmsal olduqda ona bu barədə məlumat vermişlər.***-***-**-** nömrəsi ona məxsusdur. O, həmin nömrədən Urfana zəng edərək “Topaz” məntəqəsi açdığını bildirmiş, zəruri məsləhətlər almışdır. Mərc saytlarında oynamaq üçün bank kartı vasitəsilə qeydiyyatdan keçib həmin sayta pul köçürtmüşlər. Daha sonra köçürülən pulun hesabına mərc saytlarında mərc edib qazancı bank kartına köçürmüşlər. Başqa şəxsin adına mərc saytlarında hesab açmamışdır. Xarici saytlarda oynayan zaman hesabın əngəlləndiyi hallar olmuşdur. Həmin saytda 200 manatı 2 əmsala vurmuş, həmin əmsal uduşlu olduqda onun hesabına 400 manat pul köçürülmüşdür. Adı şəkilən mərc oyun saytlarında oyun oynamaq məsləhətini ona kimsə verməmişdir. Məhkəmə iclasında Şahid4 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. Urfan onun 15 illik dostudur. Urfan əvvəllər müxtəlif yerlərdə işləmiş, son 3-4 il olar ki, internet üzərində, qumar və mərc oyunları təşkil etmiş, də eləcə də “Topaz” mərc oyunlarının təşkili fəaliyyəti ilə məşğul olmuşdur. Təqdim edilmiş telefondakı “Samsi” +99***-***-**-** mobil telefon nömrəsi ilə olan “WhatsApp” yazışmalara baxmış, mesajları oxumuşdur. +99***-***-**-** saylı mobil nömrə onun tərəfindən işlədilir, həmin yazışmanı o, Təqsirləndirilən şəxs ilə aparmışdır. Həmin danışıqda o, Urfanla “Qazanbet.bet" saytdan internet üzərində aparılan qumar və mərc oyunlarının aparılmasının müzakirə etmişdir. Urfan ***-***-**-** və ***-***-**-** nömrələrini işlətmiş, başqa nömrələrini bilməmişdir. 2021-ci ilin dekabr ayının əvvəlində Urfan ona təklif etmişdir ki, “Qazanbet.bet” saytdan internet üzərində aparılan qumar və mərc oyunlarının aparılması üçün onun üçün müştəri tapsın. Müştəri tapıb oynasaydı qazancın 20 faizi ona, 80 faizi isə Urfana veriləcəkdir. Ümumi razılıq belə olmuşdur ki, o, heç bir işə qarışmır, sadəcə olaraq müştəri tapır, həmin müştəridən gələn qazancın 20 faizini əldə edir. Bu razılığın əldə edilməsi üçün danışıq aparılsa da heç bir müştəri tapa bilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-38-48-99-36 (SHAMSİ BİNNATLİ) bank kartı ona məxsus olmuş, həmin kartı 2021-ci ilin yay aylarında şəxsi istifadə üçün bankdan almışdır. Lakin bu kartdan çox az vaxtda istifadə etmiş, 2021-ci ilin sentyabr ayının axırlarında Urfanın xahişi ilə həmi kartı ona vermiş, açılma kodlarını da Urfana bildirmiş, həmin gündən kart Urfanda qalmışdır. Həmin dövrdən bu karta gələn və çaxılan pullar barədə ancaq Urfanın məlumatı olmuşdur (cild iş 2, vərəqə 114-118). Şahid4 elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründə qeyd edilən məzmunda ifadə verməmişdir. Dindirilmə protokollarını oxumadan imzalamışdır. Urfan özü də mərc saytlarında mərc oynamışdır. O, Urfana kart verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri həyata keçirilmiş, hadisə yerindən notbuklar və mobil telefonlar tərəflərindən götürülmüşdür. Urfandan başqa kabinetdə iki nəfər də oturmuşdu. Şahid12 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onlar hadisə yerinə onlayn mərc oyunlarının keçirilməsinin araşdırılması üçün getmişlər. Əməliyyat məlumatı ümumi İdarəyə daxil olmuşdur. Hadisə yerində Urfandan başqa şəxslər də olmuşdur. Götürdükləri notbuklar hadisə yerindəki şəxslərin qarşısında olmuşdur. Hadisə yerinə daxil olarkən Urfan və başqa iki nəfərin kabinetdə oturduğunu görmüşlər və onların rəhbər şəxslər olduğunu bilib orada olan notbukları və mobil telefonları götürmüşlər. Urfan hadisə yerindəki qarışıqlıqdan istifadə edib oradan qaçmışdır. Digər iki nəfərin kim olduğunu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadə verərək göstərmişdir ki, qanunsuz mərc oyunları və vergidən yayınma barədə qərarın icrası ilə bağlı hadisə yerinə getmişlər. Sonradan qanunsuz mərc oyunlarının təşkil edilməsi faktı ortaya çıxmışdır. Şahid16 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat məlumatı qanunsuz mərc oyunlarının keçirilməsilə bağlı olmuşdur. Səhv etmirsə qanunsuz mərc oyunları kompyuter vasitəsilə həyata keçirilmişdir. “Çaysaray” adlanan ərazidə kabinetlər olmuş, “Çaysaray”da olan şəxslərin dediklərinə görə Urfan qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olmuşdur. “Çaysaray”dan mobil telefonlar və notbuklar götürülmüşdür. Onlar “Çaysaray”a daxil olarkən içəridə müştərilərin olduğunu görmüşlər. “Çaysaray”da təxminən 4-5 otaq, zalda təxminən 15-20 nəfər olmuşdur. Onun daxil olduğu otaqda 2-3 nəfər olmuşdur. Onlar orada olan bütün mobil telefonları götürmüşlər. Mobil telefonlara İdarədə baxış keçirilmişdir. Urfan olan otaqda 3-4 nəfər olmuşdur. Notbukların kimə məxsus olmasını və sayını xatırlamır. Onların görəcəkləri tədbir ancaq sənədləşdirmə edib, akt tərtib edib işlərini yekunlaşdırmaqla bağlı olmuşdur. Urfan hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, qanunsuz mərc oyunlarının təşkil edilməsilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat tədbirləri həyata keçirilmişdir. Onlar hadisə yerinə daxil olarkən kabinetdə təxminən 3-4 nəfər olmuşdur. Urfana hadisə yerini tərk etməməsi bildirilsə də sonuncu hadisə yerini tərk etmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində olmuşdur. Hadisə yerindən xatırlamadığı sayda notbuk və mobil telefon götürülmüşdür. Şahid11 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat tədbirində təxminən 10-15 nəfər olmuşdur. O, özü Urfan olan kabinetə daxil olmuş, Urfanla birlikdə kabinetdə 3-4 nəfər, həmçinin zalda da müştəri qismində adamlar olmuşdur. Urfangilin qarşısında bir neçə noutbuk və mobil telefonlar olmuşdur. Onlar əməliyyat tədbirindən əvvəl Urfanın şəxsiyyətini müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, özü biznes fəaliyyəti ilə məşğul olmuşdur. Onun müştərisi kompyuterində qumar oyunları oynayan zaman sonununcunun vasitəsilə o da qumar oyunları oynamışdır. Müştərinin oynadığı oyunu sonadan o özü də mobil telefona yükləmişdir. Həmin müştəri ona bir mobil nömrə vermiş və o, həmin şəxslə əlaqə saxlamağa başlamışdır. Həmin şəxsə “qaqaş” deyə müraciət etmişdir. Şahid6 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, həmin müştərinin adını xatırlamır. Əlaqə saxladığı şəxs oyunu oynamaq qaydasını ona öyrətmiş, ona “Paşa Bank”dan kart nömrəsi verilmişdir.O, mərc oyunu oynamaq üçün həmin karta pul köçürmüşdür. Təxminən 3 000-5 000 manat həmin saytda pul uduzmuşdur. Mərc oyunu oynadığı saytın adını xatırlamır.O, təxminən 1 ay mərc oyunu oynamışdır. Hər dəfə az-az pulları həmin karta göndərib mərc oyunu oynamışdır.Uduşdan sonra pulu necə götürəcəyini bilməmişdir. Həmin saytdan onun adına müştərisi qeydiyyatdan keçmişdir. Müştərinin ona verdiyi mobil nömrəni xatırlamır. ***-**-** mobil nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxs tanımır. Onun müştərisi Təqsirləndirilən şəxs olmamışdır. Mobil telefonda danışdığı şəxs təxminən 55-60 yaşlarında olmuşdur. Müştərisi onu həmin saytdan qeydiyyatdan keçirtdikdən sonra onu telefonda danışdığı şəxslə əlaqələndirmişdir. Telefonda danışdığı şəxslə hesabına pul vurmaq üçün əlaqə saxlamışdır.Oyun oynamaq üçün həmin şəxsə əlavə haqq verməmişdir. Ona deyilmişdi ki, oyunda pul udsa pulları onun kartına köçürəcəklər. Kartının nömrəsini telefonla danışdığı şəxsə verməyi düşünmüşdür. Məhkəmə iclasında Şahid6 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, uzun müddət “Moskva” Ticarət Mərkəzində zərgərlik işləri ilə məşğul olmuşdur. Tqədim edilmiş telefondakı “Ramin Zeger O” +99***-***-**-** adda olan “WhatsApp” danışıqlarına qulaq asmış və səsli mesajları oxumuşdur. +99***-***-**-** nömrəli mobil nömrə onun tərəfindən işlədilmiş, həmin danışıqda gələn səsli mesajda olan səs onun səsi, gedən səsli mesajda isə qarşı tərəfin səsi olmuşdur. Həmin qarşı tərəfin “WhatsApp” nömrəsi +**********1 nömrəsi olmuş, o həmin nömrə ilə “Aysbet.com” sayt üzərində futbol qumar oyunlarını oynamışdır. Qumar oyunlarını 2 aya yaxın müddət ərzində oynayarkən ümumilikdə uduşu olmamış, təxminən 15000,0 manata yaxın pulu “Ayesbet.com” sayt üzərində uduzmuşdur (cild 1, iş vərəqə 178-182). Şahid6 elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, “Aysbet” saytında login və parol ona göndərilmişdir.O, saytda oynadıqca öz balansını görmüşdür. Pulları uduzduqdan sonra həmin şəxslə əlaqə saxlayıb yenidən hesab açmışdır.O, qumar oyunlarından futbol oynamışdır. “Çaysaray” adlı yeri tanımır. Nağd şəkildə heç kimə pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Şahid7, Şahid9 və Şahid10 Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 290, 312, cild 2, iş vərəqə 47). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında çay evində əməliyyat tədbiri həyata keçirmişlər, əməliyyat məlumatının kimə aid olduğunu bilmir. Onlara əvvəlcədən çayxanada qeyriqanuni qumar oyunu keçirildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs fürsətdən istifadə edib hadisə yerində qaça bilmişdir. Səhv etmirsə iki il axtarışda olduqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid13 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, operativ vergi şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən mobil telefonlar və kompyuterlər götürülmüşdür.Urfan və başqa şəxslər çayxanada olan ofisdə olmuşlar. Qapı açıq olduğu üçün Urfan hadisə yerindən qaçmışdır. Onlar hadisə yerinə təxminən 15-20 nəfər getmişlər. “Çaysaray” adlı yerdə təxminən 5-10 nəfər olmuşdur. “Çaysaray”da qarşı tərəfdə sol hissədə rəhbər şəxsin otağı olmuş, həmin rəhbər şəxsin kim olduğunu bilməmişdir. Həmin otaqda Urfan və 3-4 nəfər şəxs əyləşmişlər. Qrup rəhbəri otağa daxil olduqdan sonra əlində olan qərarı göstərərək hadisə yerində araşdırma aparılacağını bildirmişdir. Orada olan zaman “Çaysaray”a kənar şəxslər əllərində kağız və pul ilə gəlmişlər. Kağızın üzərində futbol komandalarının adları yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi futbol mərc oyunları ilə əlaqədar tanıyır. Təqsirləndirilən şəxs ona xarici saytda futbol mərc oyunları üçün daha yüksək əmsalların mövcud olduğunu bildirmişdir. O, həmin saytlarda mərc oyunu oynamaq üçün Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə pul vermişdir. Mərc oyunu oynamaq üçün Təqsirləndirilən şəxs ən çox 200 manat pul vermişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, xarici saytdakı əmsalları Təqsirləndirilən şəxs öyrənmişdir. O,mütəmadi və fasilələrlə mərc oyunu oynamışdır. Onun xarici saytdan çox da anlayışı olmadığı üçün mərc oyunu oynamaq üçün pulları Təqsirləndirilən şəxs vermişdir. Pullar nağd şəkildə müxtəlif ərazilərdə Təqsirləndirilən şəxs verilmişdir. Uduzduğu pulun məbləği o qədər də çox olmamışdır. ***-***-**-** mobil nömrə ona məxsusdur. Təqsirləndirilən şəxs “1 Xbet” saytında mərc oyunları oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadə verərək göstərmişdir ki, hal-hazırda təsərrüfat işi ilə məşğul olur. Bu işlə bağlı heç nə bilmir. Heç bir hadisəyə şahidlik etməmişdir. Vergilər Nazirliyinin əməkdaşı xatırlamadığı gündə onun şəxsiyyət vəsiqəsini istəmişdir. O, vəsiqəsini həmin İdarəyə apardıqdan sonra onu içəriyə buraxmamışlar. Onu orada bir müddət saxladıqdan sonra evə geri qayıtmışdır. “Çaysaray” adlı yeri xatırlamır. Hal şahidinin nə olduğunu bilmir. O, özü vergi ödəyicisi deyil. İbtidai istintaq orqanında heç bir sənədi imzalamamışdır. Məhkəmə iclasında Şahid15 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 06 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən vergi əməkdaşları ona yaxınlaşaraq, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı şəxslərin müəyyən edilməsi üçün onların keçirəcəkləri tədbirdə müşahidəçi kimi iştikar etməyini xahiş etmişlər. O da buna etiraz etməyərək razılıq vermişdir. Bundan sonra 06 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən “Çaysaray” adlı çay evində vergi əməkdaşları operativ vergi nəzarəti tədbiri keçirmişdir. Keçirilmiş operativ vergi tədbiri zamanı ona məlum olmuşdur ki, vergi əməkdaşları tədbir keçirdikləri “Çaysaray" adlı çay evində “on-line” internet üzərindən qanunsuz olaraq qumar oyunlarının təşkil edilib keçirilir. Çay evində VİP otaqların birində adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin mobil telefon və özünə məxsus notebook kompüterlərdən istifadə edərək müxtəlif xarici saytlar üzərində qanunsuz mərc oyunlarının təşkil etdiyi və apardığı məlum olmuşdur. Tədbir zamanı Təqsirləndirilən şəxs həmin vaxtı çay evində olan müştərilər üçün nəzərdə tutulmuş bir VİP otaqda bir neçə nəfər digər şəxslərlə oturmuş, onun qarşısında bir ədəd notebook olmuş, həmin anda onun internet üzərində qanunsuz qumar oyunlarının təşkil edib aparmasını vergi əməkdaşları müəyyən etmişlər. Bundan başqa orada digər bir ədəd notebook tipli kompüter olmuş, həmin kompüter də Urfanın yanında olmuşdur. Hər iki kompütürlər Urfanın özünə məxsus olmuş, bunu Urfan vergi əməkdaşlarının onunla sorğu-sual edərkən bildirmişdir. Aparılmış tədbirin nəticəsində akt və protokollar tərtib edilmiş, bütün sənədləşməni tədbir iştirakçıları imzalarla təsdiq etmişlər (cild 2, iş vərəqə 20-22). Şahid15 elan edilmiş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, cinayət işi materiallarındakı imzalar onun imzalarına oxşasa da həmin imzaları o, etməmişdir. Onu heç kim dindirməmişdir. Onun arvadı da vergi orqanında arxiv şöbəsində işləyir. Şəxsiyyət vəsiqəsini Yasamal rayonunda almışlar. O, sənədini polis əməkdaşına vermişdir.Vergi idarəsində onu gözləmə yerində gözlətmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 06 dekabr 2021-ci il tarixli **********0501 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərardan, həmin qərara əlavə edilmiş akt və protokoldan görünür ki, Bakı şəhəri, ünvan 4də yerləşən fiziki şəxs Hacı-X1 (VÖEN:**********) sahibkarlıq fəaliyyəti göstərdiyi “Çaysaray” adlı çay evində 06 dekabr 2021-ci il tarixdə saat 14 radələrində vergi əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müxtəlif şəxslərin çay evində “Lizensiyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktı aşkar edilmişdir (cild 1, iş vərəqə 8-22). 28 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən fiziki şəxs Hacı-X2 (VÖEN **********) məxsus ünvan 6 ünvanında yerləşən “Çaysaray” çay evi adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı götürülmüş materiallar (3 ədəd qeyd dəftəri, 7 nəfər şəxsin izahatı və komputerin yaddaşından götürülmüş elektron fayllar) əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən edilmişdir: Fiziki şəxs Hacı-X3 xx.xx.2018-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış, fəaliyyət göstərdiyi dövr ərzində sadələşdirilmiş verginin ödəyicisi olmuş, 5474,97 manat vergi ödəmişdir.Fiziki şəxsə məxsus “Çaysaray” çay evi adlı obyekti xx.xx.2019-cu il tarixdə, “Topaz” adlı obyekt isə xx.xx.2021-ci il tarixdən təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyata alınmışdır. 1.Sadələşdirilmiş veginin hesablanması: Tədbir zamanı elektron yaddaş qurğusunda götürülmüş elektron məlumatlar (məlumatlar tam aydın olmadığı üçün İT mütəxəssislərin verdiyi izahlara əsasən depozitə daxil olmuş məbləğlər dövriyyə kimi götürülmüşdür) üzrə xx.xx.2015-xx.xx.2021 fəaliyyət dövrü üzrə “Notebook” qovluğunun “chcblack.net” alt qovluğunda depozit məbləği 29.011.462,98 manat müəyyən edilmişdir.Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələbinə əsasən idman oyunlarının operatoru kimi oyun iştirakçılarından qəbul edilmiş vəsaitlərdən 6% dərəcə ilə 1.740.687,78 manat sadələşdirilmiş vergi (29011462,98x6%) hesablanmışdır. 2.Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi zamanı əldə olunmuş gəlirin müəyyən edilməsi: Araşdırılan materiallarda xərcləri təsdiq edən məlumatlar olmadığından həmin əməliyyatlar üzrə qanunsuz gəlirin məbləği Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına müvafiq olaraq gəlirə münasibətdə 20% şərti rentabellik səviyyəsi götürülməklə müəyyən edilmişdir.Depozit dövriyyəsi 29.011.462,8 manat təşkil etdiyindən yuxarıda qeyd olunan qaydada hesablanan xərclər çıxıldıqdan sonra gəlir 4.835.243,83 manat (29.011.462,98 manat/12020), həmin gəlirdən 6 % sadələşdirilmiş vergi çıxılmaqla əldə edilmiş qanunsuz gəlirin məbləği 3.094.556,05 manat (4.835.243,83-1.740.687,78) müəyyən edilmişdir. Nəticədə Hacı-X2 (VÖEN **********) 1.740.687,78 manat sadələşdirilmiş vergi, 3.094.556,05 manat qanunsuz gəlir hesablanmışdır (cild 1, iş vərəqə 63-65). 31 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 1054, V bloku (6-cı blok), 1-ci mərtəbədə yerləşən “Çaysaray” çay evi adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı götürülmüş texniki avadanlıqlara, yaddaş qurğularına və telefonlara (2 ədəd notebook kompüterləri, 2 ədəd yaddaş kartları, 2 ədəd datakart və 9 ədəd mobil telefonlara) baxış keçirilmişdir. Baxış zamanı keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş kompüter və telefonlarda qanunsuz olaraq qumar oyunlarının internet vasitəsi ilə təşkil edilməsi öz əksini tapmışdır. Belə ki, “HP Pavilyon” markalı “14-dh1014ur” modelli “notebook” kompüterin yaddaşında qumar oyunlarının aparılmasına dair hesabat cədvəlləri, gündəlik gəlirlər, xərclər, Təqsirləndirilən şəxs həmin kompüterin məxsusluğunu sübut edən sonuncunun sürücülük vəsiqəsinin surətinin xx.xx.2021-ci il tarixdə kompütərə yüklənməsi, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüterin yaddaşında və “İphone 12 Pro” markalı “A2341” modelli smartfonun yaddaşında “on-line” mərc oyunları üçün nəzərdə tutulmuş “link”lər, bundan başqa “POCO F3” markalı “M2012K11AG” modelli smartfonda “WhatsApp” ani mesajlaşma mübadiləsi sistemində qumar oyunlarının aparılması ilə bağlı səsli və mətnli mesajlar, Təqsirləndirilən şəxs istifadə etdiyi "xxxx" ASC-nin 5404-0852-38-48-99-36 (SHAMSİ BİNNATLİ) nömrəli bank kartına pul köçürmələri və qumar oyunlarının hesabat cədvəlləri müəyyən edilmişdir. Belə ki, baxış keçirilən bir ədəd “HP” markalı notebook tipli kompüter cihazı boz və göy rəngdə olmuş, sərbəst açılıb bağlanmışdır. Kompüter açıldıqda “14dh1014ur” modelli, prosessor intel (R) Core (TM)i5-1021OU CPU 1.60Ghz, WİN—SG47GOSKUN1 adda, 00331-10000-00001-AA543 və B38C3B88—D35F-4883-B350-81155B0B13F8 adlı kodlarla olması müəyyən edilmişdir. Açıldıqda kompüterin “iş stolunda” “İD” papkasında xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs AE 814283 nömrəli şəxsiyyət vəsiqəsinin fotoşəkili yerləşdirilmişdir. Həmin fotoşəkilin kompüterdə yaradılma tarixinə baxdıqda onun xx.xx.2021-ci il tarixdə saat 18:38:06 dəqiqədə yaradılması müəyyən edilmişdir. Daha sonra “iş stolunda” bir ədəd Vvorld faylı olmuş, fayl açıldıqda içərisində, “Ortak”, “CİRO”, “Müşteri KAZANC”, “KAR” başlıqlarla cədvəldə müxtəlif AZN məbləğlər qeyd olunmuşdur. Daha sonra “iş stolunda” bir ədəd “EXCEL” faylı olmuş, fayl açıldıqda içərisində, “LOGİN”, “ROLE”, “CREDİT”, “DEPOSİT, “RESULT”, “İNVOİCE”, “İS_EMP_ACTlVE”, “ENABLED” başlıqlarla cədvəldə müxtəlif hesab nömrələri və rəqəmlər olmuşdur. Həmin faylların ümumi baxışında müəyyən edilir ki, həmin yazılar mərc oyunları üçün nəzərdə tutulmuşdur. Bundan başqa kompüterin “yiklənən” papkasına baxdıqda içərisində 3 ədəd “PDF” və 2 ədəd “Excel” faylllar olmuşdur. Həmin faylllar açıldıqda içərisində mərc oyunları oynamaq üçün loginlər, qoyulan pulların rəqəmləri, qazanc və uduzulan pulların cədvəlləri vardır. Bundan başqa “GOOGLE” saytına giriş və axtarış hissəsinə baxış zamanı axtarılan və açılan sonuncu 9 saytlar müəyyən edilmişdir. Onlarda “Login”, “Affiliate”, “CBCX”, “Bet365”, “Qazanbet”, “Mkbbet”, “mail.ru” və “Aysbet” olmuşdur. Bundan başqa, baxış keçirilən bir ədəd arxasında “POCO5G” markalı yazısı olan və həmin markalı mobil telefon (açılma kodu 1,3,5,4),qara rəngdə işlək vəziyyətdə olmuş, sərbəst açılıb bağlanmışdır. Telefonun içərisinə baxış zamanı “GOOGLE” saytına giriş və axtarış hissəsinə baxış zamanı axtarılan və açılan sonuncu 5 saytlar müəyyən edilmişdir. Onlarda “CHCBLACK”, “QAZANBET”, “AYSBET", “MKBBBET” və “RD Client” saytlara girişlər olmuşdur. Daha sonra telefonun “Zametki (qeydlər)” papkasında tennis, basketbol, voleybol və digər oyunlarının aparılması zamanı qoyulan uduşların, pulların miqdarı və yaddaş məlumatları mövcud olmuşdur. “Qalereya” papkasında mərc oyunlarının aparılması zamanı proqnozlar, oyunlara təklif edilmiş pullar və oyunların nəticələri öz əksini tapmışdır. Telefonun “Teleqram” sosial şəbəkədə telefon sahibinin “AMAL Bet 365” adlı QRUPPA- da (iştirakçılar Hasan abi- Admin, Elsad TT-***-***-**-**, eləcə də Vüsal-***- ***-**-**) mərc oyunlarının aparılması üçün danışıqlar, depozitlərin qoyulması cədvəli, səs danışıqları, bundan başqa telefon sahibinin “İlkin Yasamal” +90***-***-**-** adda, “Emin707” +**********00 adda, “Vüsal” +**********21 adda, “Elsad TT” +**********39 adda mərc oyunlarının aparılması üçün təkliflər və səs yazıları mövcud olmuşdur. Bundan başqa telefona yüklənmiş Whatsapp ani mesajlaşma mübadiləsi sisteminə baxış zamanı orada telefon sahibinin “Eli Naxçıvan” +**********-76 adda - (İlkin ***-***-**-** nömrəsinin admin olması, Sevinc-051 -72090-36, Aliyev Turqay -***-***-**-**, nömrələr barədə məlumatlar, login parollar, Kapital Bank 5404-0852-38-48-99-36 SHAMSİ BİNNATLİ Kartlara pul köçürmələri), “Sulu Sum” +99***-***-**-** adda - (login parollar, Kapital Bank 5404-0852-38-48-99-36 SHAMSİ BİNNATLİ Kartlara pul köçürmələri və ödəniş qəbzləri), “Tural Qobu” +**********523 adda - (yazışmada pul köçürmələri, Ruhid Sumqayıt +99455598-22-29 işləmək istəməsi barədə yazı, çoxlu sayda login parollar, Kapital Bank 5404-0852-38-48-99-36 SHAMSİ BİNNATLİ Karta) “Elmar Seki” +**********-37 adda - (səs yazıları, yazışmada pul köçürmələri, çoxlu sayda login parollar, oyunun aparılması üçün aydınlıq gətirilməsi üçün kompu terdən çəkilmiş fotoşəkillər) “+**********34” adsız nömrə il yazışmada - pul köçürmələri, oyun nəticələri, oyunun nəticələrinə dair adl2222ar, Urfana müraciət yazısı), “AMAL Bet 365” adlı QRUPPA-nın sahibi (yazışmalarda mərc oyunlarının aparılması üçün danışıqlar, depozitlərin qoyulması cədvəli, səs danışıqları, bundan başqa telefon sahibinin danışığı, hesabatların fotoşəkilləri) mövcud olması, “Rufat Poker” +99450222-99-44, “X22” +99455-342- 25-66, “Orxan Resad X.O” +99450711-11-85, “+99470229-02-04”, “ElcinTT” +38097829- 40-03, “Toğrul” +99***-***-**-**, “Xeyalbet365” +99450362-02-07, “Anar-055-988-85- 00”, “Elekber Emin” +99***-***-**-**, “Selaheddin Xeyal” +99***-***-**-**, “X23” +99***-***-**-**, “X24" +90-***-***-**-**, “AZER PROVAT” qruppası (hamısı xarici ölke nömrələri var), “Xeqani Esker” +99***-***-**-**, “PASA” +7951697-50-62, “Nicat Resad X.O” - +99***-***-**-**, “Serxan ish” +99450- 435-38-68, “Nikolya” +99***-***-**-**, “Turkay Aysbet” +99***-***-**-**, “Resad X.O” +99***-***-**-**, “Mr.Mestan" +7 747 860-0296, “Orxan Travel” +99455-895-35- 99, "Turqay Razin” +1(916)544-47-27, “Nicar Resad X.O” +99***-***-**-**, “X25” +99***-***-**-**, “Pasa Pota” +994-99-700-93-23, “Ramin Zerger O” +99***-***-**-**, “Tehran Bet” +99***-***-**-**, “X26" +99455-441- 81-69, “Toğrul Teze” +99***-***-**-**, “Ferrux99” +99***-***-**-**, “AmalBet365” +380-63-425-74-56, “XeyalBet365” +99***-***-**-**, “İlkin Yasamal” +90- 538-639-20- 63, “Umud Seki” +99***-***-**-** kontakla əhəmiyyət kəsb edən danışıq olmuş, “Mustafa Topaz” +1 (774) 430-26-52, “Vüqar Aa” +99***-***-**-**, “X20" +99***-***- **-**, “Perviz Ehmedli500” +99***-***-**-**, “+99477-344-55- 57” , “İlkin teze Sumqayıt” +20-***-***-**-**, "+99***-***-**-**”, “Emin teze707” +99***-***-**-**, “Elsen Topaz” +99***- ***-**-**, “Esker Sumqayıt” +99450-410-92- 32, “+99***-***-**-**”, “Nerman Gence” +99***- ***-**-** kontaklarda qumar oyunlarının aparılması ilə bağlı yazılar müəyyən edilmişdir (cild 1, iş vərəqə 76-84). 18 aprel 2022-ci il tarixli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook” kompüterin yaddaşında, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüter, “POCO F3” markalı “M2012K11AG” modelli smartfonda, eləcə də “İphone 12 Pro” markalı “A2341 modelli smartfonun yaddaşında “on-line” mərc oyunları üçün nəzərdə tutulmuş “linklər” müəyyən olunmuşdur (cild 2, iş vərəqə 290-298). 04 may 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla “on-line" internet üzərindən aparılan qumar oyunları nəticəsində 1.740.687,78 manat sadələşdirilmiş verginin dövlət büdcəsinə ödənilməklən yayındırılması, eləcə də 3.094.556,05 manat qanunsuz gəlir əldə olunması müəyyən edilmişdir (cild 2, iş vərəqə 317-320). 12 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 həqiqətən 2021-ci ilin sentyabr ayının 27-dən dekabr ayının əvvəlinədək Urfanın xahişi ilə müxtəlif saytlar üzərində oyunun nəticələrini və oyunun əmsallarını gündəlik olaraq əsasən axşam vaxtlarında baxıb “WhatsApp” vasitəsilə Urfana atdığını, həmin nəticələri Urfanın nə edəcəyini və nə səbəblə həmin əmsalları topladığını bilmədiyini, həmin saytların arasında “BET365” saytının da olduğunu, bu işi görmək üçün Urfanın ona 200-300 AZN civarında dost kimi pul verdiyini, Urfanın qeydiyyatdan keçməklə “Top.Az” mərc oyunlarını işlətdiyini, hətta onun “Top.Az” məntəqəsi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə Elşadın dediklərinin həqiqətə uyğun olduğunu, “Top.Az” mərc oyunlarının keçirilməsi ilə bağlı məntəqə işlətdiyini, Elşad işsiz olduğu üçün ondan “Top.Az” məntəqəsini işlətməkdə kömək istədiyini bildirmişdir. Elşadın köməkliyi ondan ibarət olmuşdur ki, Elşad “Top.Az” məntəqəsində aparılan oyunların digər saytlarda müqayisəli təhlilini aparıb nəticələrini ona atmış, o da özü müqayisə etməklə digər saytlar üzərində oyunlar oynamışdır. Rəsmi “Top.Az” üzərində və digər saytlarda, o cümlədən “BET365” saytında hansı qaydada oynadığını Elşada bildirməmişdir (cild 3, iş vərəqə 268-270) 09 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs, 1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarına aid proqram təminatları vasitəsilə müvafiq oyunlarınq təşkili və keçirilməsini həyata keçirdiyi zaman "xxxx" ASC-nin 5404-0852-38-48-99-36 (SHAMSİ BİNNATLİ) bank kartından istifadə etməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə mədaxil olmuş 275.045,17 manat pul vəsaitlərini nağdlaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs bank kartından nağdlaşdırma apararkən bankomat mühafizə sistemi vasitəsi ilə fotoşəkilləri çəkilmişdir (cild 4, iş vərəqə 57-64). 20 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Azərlotereya Açıq Səhmdar Cəmiyyətinin Aİ-05/09-06/708 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazrilər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması” Qaydasına uyğun şəkildə akkreditasiyadan keçirilmiş hüquqi şəxs (idman mərc oyunları operatoru) “Topaz” əmtəə nişanı altında fəaliyyət göstərən "xxxx" QSC-dr. Bütün digər mərc operatorlarının Azərbaycan Respublikasında fəaliyyəti qanunsuzdur (cild 4, iş vərəqə 88-93). 24 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, yaddaşında “on-line” internet üzərindən qumar oyunlarını təşkil və keçirilməsinə dair məlumatlar olan “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook”, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüterlər, “İphone 12 Pro” markalı “A2341” modelli və “POCO F3” markalı “M2012K11AG” modelli smartfonlar iş üçün əhəmiyyət kəsb etdiyi maddi sübut kimi tanınmışdır (cild 4, iş vərəqə 98-109). 25 oktyabr 2023-cü il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, yaddaşında “on-line” internet üzərindən qumar oyunlarını təşkil və keçirilməsinə dair məlumatlar olan “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook”, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüterlər, “İphone 12 Pro” markalı “A2341” modelli və “POCO F3” markalı “M2012K11AG” modelli smartfonlar hazırkı cinayət işinin materiallarından ayrılmış ********* nömrəli cinayət işində ayrıca İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində saxlanılır (cild 4, iş vərəqə 110-114). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 25 oktyabr 2023-cü il tarixli 34 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri,27-ci məhəllə,mənzil 142 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi binada 2010-cu ildən yaşadığı, yaşadığı müddətdə nizam-intizamlı, xeyirxah, qonşularla mehriban, heç kimlə ədavəti olmayan insan olduğu, qonşular içində böyük hörmət qazandığı, cəmiyyətə faydalı insan olduğu, 44 günlük Vətən müharibəsində əsgərlərin xidmətində və dəstəyində duran insan olduğu göstərilmişdir (cild 4, iş vərəqə 119). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 254-255). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, ona aşağıdakı əməllərin törədilməsinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmişdir : - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci və 244-1.4-cü maddələri ilə, yəni qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub “on-line” internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən aslı olan qumar oyunlarını təşkil edib keçirməklə, xüsusilə külli miqdar təşkil edən, 3.094.556,05 manat qanunsuz gəlir əldə etmə; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə yəni, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “on-line” internet üzərindən həyata keçirdiyi qumar oyunları nəticəsində, istifadəsində olan kompüter və mobil telefonlarının yaddaşına yükləyərək istifadə etmiş "chcblack.net” alt qovluğuna idman oyunlarının operatoru kimi oyun iştirakçıları tərəfindən ödənilmiş 29.011.462,98 manat vəsaitdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən 6% (faiz) dərəcə ilə 1.740.687,78 manat sadələşdirilmiş vergini ödəməli olduğu halda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmayıb, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etmədən, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınma. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma əməllərinin xüsusilə külli miqdarda gəlir əldə etməklə və ya fiziki və ya hüquqi şəxslərə,yaxud dövlətə xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsi ilə tövsif edilir. Xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməllərinə görə isə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin və Cinayət- Prosessual Məcəlləsinin 139—cu maddəsinin tələblərinə əsasən hər hansı şəxsin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin olması yoxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi əməlinin cinayət hesab edilib-edilməməsi, tərəfindən törədilmiş əməllərin Cinayət Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmuş maddə ilə tövsif edilməsi barədə məsələ həll edilərkən ilk əvvəl təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin faktiki hallarına əsasən həmin əməlin obyekti, obyektiv cəhəti, subyekti, subyektiv cəhəti müəyyən edilməli, daha sonra uyğun cinayət hüquqi norması seçilməli və əməl törədilən dövrdə qüvvədə olan cinayət qanununun müddəaları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 244-1.4, 193.3.2 və 213.3-cü maddələri ilə elan edilmiş bütün ittihamlar “on-line” internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının təşkil edib keçirməsi ilə əlaqədar olmuşdur. Məhkəmə isə iş materiallarına əlavə edilmiş şahid ifadələri (belə ki, təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai istintaq dövründə şahidlər məhz Təqsirləndirilən şəxs idman mərc oyunlarını təşkil edib-etməməsi barədə dindirilmişlər), Təqsirləndirilən şəxs istifadəsində olan komputerdə və telefonda müvafiq oyunlara dair linklərin aşkar edilməsi, ünvan 6 ünvanında yerləşən “Çaysaray” çay evi adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı götürülmüş materiallar ( 3 ədəd qeyd dəftəri, 7 nəfər şəxsin izahı və komputerin yaddaşından götürülmüş elektron fayllar) əsasında Baş İdarənin Audit şöbəsində araşdırmalar aparılarkən elektron yaddaş qurğusundan götürülmüş məlumatlar üzrə xx.xx.2015-xx.xx.2021 fəaliyyət dövrü üzrə “Notebuk ” qovluğunun “Chcblack.net” alt qovluğunda 29.011.462,98 manat məbləğində depozitə pul qoyulması hallarını əsas götürərək Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada akreditasiya olunmadan idman mərc oyunlarını təşkil etməsi və keçirməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni həmçinin onunla əsaslandırır ki, iş materiallarına əlavə edilmiş 08 dekabr 2024-cü il tarixli aktda da “Çaysaray” çay evi adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı məhz akreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktının aşkar edilməsi öz əksini tapmışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs məxsus “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook” kompüterin yaddaşında, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüter, “POCO F3” markalı “M2012K11AG” modelli smartfonda, eləcə də “İphone 12 Pro” markalı “A2341 modelli smartfonun yaddaşında aşkar edilmiş “1XBET, “bet365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarına aid proqram təminatları vasitəsilə oynanılan oyunların qanunla icazə verilib-verilməməsinə dair Azərbaycan Respublikası Azərlotereya Açıq Səhmdar Cəmiyyətindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması” Qaydasına uyğun şəkildə akkreditasiyadan keçirilmiş hüquqi şəxs (idman mərc oyunları operatoru) “Topaz" əmtəə nişanı altında fəaliyyət göstərən "xxxx" QSC-dir. Bütün digər mərc operatorlarının Azərbaycan Respublikasında fəaliyyəti qanunsuzdur. Göründüyü kimi Təqsirləndirilən şəxs kompüter və mobil telefonların yaddaşına yüklənmiş “1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarının həyata keçirilməsi üçün hər hansı icazə sənədi-yəni, qanunvericilikdə nəzərdə tutulmuş orqan tərəfindən verilmiş akreditasiya qərarına malik olmamış, beləliklə də həmin oyunların həyata keçirməsi üçün idman oyunları operatoru statusuna sahib olmamış və məhkəmə mühasibatlıq ekspertizası tərəfindən verilmiş rəylə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər nəticəsində 3.094.556,05 manat qanunsuz gəlir əldə edilməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanı tərəfindən də Təqsirləndirilən şəxs Cinayət Məcələsinin 192-ci maddəsi ilə itiham elan edilərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yəni, onun məhz qanunla müəyyən edilmiş qaydada akreditasiya olunmadan idman mərc oyunları təşkil etməsi və keçirməsinə dair nəticəyə gəlinmişdir. Məhkəmə cinayət qanunun tələblərini rəhbər tutaraq və və yuxarıda sadalanan işin hallarına istinad edərək qeyd edir ki, Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsinin dispozisiya şərtlərindən görünür ki, şəxsin əməlləri Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə o halda tövsif edilə bilər ki, müvafiq fəaliyyət qadağan olunmamış olsun və şəxs həmin fəaliyyətlə məşğul olması üçün qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmiş, ya da həmin fəliyyət üçün nəzərdə tutulan razılığı, lisenziyanı almadan və ya lisenziyalaşdırılma şərtlərini pozmaqla və ya xüsusi icazə olmadan həmin fəaliyyətlə məşğul olmuş olsun. Qumar oyunlarının təşkili və həyata keçirilməsinə isə hər hansı formada razılıq, icazə, lisenziya verilməsi ümumiyyətlə qanunvericiliklə tənzimlənməmişdir. Odur ki, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı faəliyyət qanunsuz oduğundan onun dövlət qeydiyyatından keçirilməsi və ya həmin fəaliyyət üçün lisenziyanın verilməsi mümkünsüzdür və onun əməlinin həmin hissədə CM-nin 192-ci maddəsi ilə tövsif edilməsi mümkün deyildir. Digər tərəfdən istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə də təqsirləndirilən şəxs qismində cəlb edərkən ona məhz idman mərc oyunu operatoru kimi yanaşaraq oyun iştirakçılarından qəbul edilmiş vəsaitlərdən 6 % dərəcə ilə 1.740.687,78 manat sadələşdirilmiş vergi ödəməsindən yayınması qənatinə gəlmişdir. İttihamın məzmunundan görünür ki, təqsirləndirilən şəxsə eyni əməllərə görə bir-birinə mahiyyəti üzrə ziddiyət təşkil edən - həm Cinayət Məcəlləsinin 192-ci, həm də 244-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid nəticəyə, yəni 3.094.556,05 manat qanunsuz gəlir əldə etməyə münasibətdə əməlləri həm dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi, həm də müxtəlif şəxslərin “on-line" internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qanunla qadağan olunan qumar oyunlarının təşkili və keçirilməsi kimi qiymətləndirilmişdir. Göründüyü kimi istintaq orqanı bir tərəfdən qumar oyunlarını icazə verilən fəaliyyət növü kimi qiymətləndirməklə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 192-ci, digər tərəfdən isə qadağan olunmuş əməl kimi həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmasına dair ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, məhkəmə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs tərəfindən 3.094.556,05 manat qanunsuz gəlir əldə etməklə nəticələnən qumar oyunları deyil, akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı əməllər törətməsi qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilən əməllər xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixdə törədilmiş və həmin dövrdə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurmaqla, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmuş, online qaydada qumar oyunlarının təşkili və keçirilməsi özü-özlüyündə isə ümumiyyətlə Cinayət Məcəlləsinə əsasən cinayət hesab edilməmişdir. (27 dekabr 2021-ci il tarixli Qanunla dəyişiklik edilənə qədər Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən yalnız qumarxana təşkil etmə və saxlama əməli cinayət hesab edilmişdir). Cinayət Məcəlləsinin 244-1-ci maddəsi isə 27 dekabr 2021-ci ildə Cinayət Məcəlləsinə daxil edilmiş, 01 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş və Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil olan əməllər törədilən dövrdə ümumiyyətlə qüvvədə olmamışdır. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsindən 192- 1.3.2-ci maddəsi çıxarılsa da həmin maddə ilə nəzərdə tutulmuş müvafiq əməlin dekriminallaşdırılmamış və Cinayət Məcəlləsinin 244-1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə belə qənaətə gələrkən aşağıdakı halları əsas götürür: - Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin qeydindən görünür ki, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür; - 27 dekabr 2021-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilən dəyişikliklərə qədər qüvvədə olan Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin Qeydində həmin maddənin yalnız lotereyalara və idman mərc oyunlarına şamil edilməməsi öz əksini tapmışdır. Belə ki, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarının pozulması Cinayət Məcəlləsinin 192-2-ci maddəsində nəzərdə tutulmuşdur; - Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin qeydindən görünür ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir; - “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.27ci maddəsinə idman mərc oyunları dedikdə isə əsasən real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar başa düşülür. Göründüyü kimi, yuxarıda göstərilən hüquqi normaların, yəni “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun, 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 192-1 və 244-1-ci maddələrinin və 27 dekabr 2021-ci tarixli Qanunla dəyişikliklərdən sonra Cinayət Məcəlləsinə daxil edilən 244-1-ci maddəsinin təhlilindən aydın olur ki, hazırda qüvvədə olan cinayət qanunvericiliyinə əsasən lotereyalar və idman mərc oyunları istisna olunmaqla məhz hansı oyunların qumar oyunları olması konkret olaraq fərqləndirilməsə də qumar oyunları anlayışı daha geniş anlayış olmaqla özündə həmçinin qanuna uyğun qaydada keçirilməyən (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun pozulması ilə həyata keçirilən) lotereya və idman mərc oyunları anlayışını da ehtiva edir (Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə qumar oyunlarına anlayış verilərkən o cümlədən “uduş” və “mərc” sözləri də istifadə edilmişdir). Əslində “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə qədər araşdırma dövründə Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə elan edilmiş ittiham Cinayət Məcəlləsinin 192-1-ci maddəsi ilə nəzərdə tutulan əməllərin dekriminallaşmaması, həmin maddənin 27 dekabr 2021-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 192-1-ci maddəsi ilə əvəz edilməsi ilə əsaslandırılmışdır. Lakin məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsini 244-1-ci maddəsi 192-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkiblərini ehtiva etsə də Cinayət Məcəlləsinin 192-1ci maddəsində nəzərdə tutulan norma həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulan normadan həm cinayət tərkibi əlamətlərinə görə, həm də təsnifatına görə fərqlənmişdir. Belə ki, əvvəla Cinayət Məcəlləsinin 192-1-ci maddəsi yalnız icazə verilən fəaliyyət növünün həyata keçirilməsi qaydalarının pozulması nəticəsində gəlir əldə edilməsi və ya dövlətə, fiziki və hüquqi şəxslərə ziyan vurulması ilə əlaqədar əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutsa da, həmin Məcəllənin 244-1-ci maddəsinə əsasən həmçinin qanunla qadağan olunan qumar oyunlarının təşkili və həyata keçirilməsi cinayət məsuliyyətinə səbəb olmuşdur. Bundan başqa Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etmək məqsədilə qumar oyunlarının təşkili və keçirilməsi əməllərinə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq cinayət törədilən zaman qüvvədə olan 192-1.3.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli və külli miqdarda ziyan vuran, habelə xeyli və külli miqdarda gəlir əldə etməklə müşayiət edilən qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi əməlləri cinayət məsuliyyətinə səbəb olmuşdur. Eyni zamanda cinayət hadisəsinin törədilməsi dövründə 3.094.556,05 manat qanunsuz gəlir əldə etmə qüvvədə olan Cinayət Məcəlləsinin 192-1.3.2-cı maddəsinə əsasən xeyli miqdar, eyni məbləğdə qanunsuz gəlir əldə etmə isə Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsində əsasən xüsusilə külli miqdar təşkil etmişdir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 244-1.3-cü maddəsi ilə nəzərdə tutulan əməllər ağır cinayətlər, Cinayət Məcəlləsinin 192-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlər isə az ağır cinayətlər kateqoriyasına daxil olmuşdur. Məhkəmə bir tərəfdən işin faktiki halları ilə Təqsirləndirilən şəxs tərəfindən qanunla qadağan edilmiş qumar oyunları deyil,qanunla müəyyən edilmiş qaydada akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkil etməsi və həyata keçirməsi barədə nəticəyə gəldiyindən, digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 və 10-cu maddələrinin tələbləri (yəni bir tərəfdən təqsirləndirilən şəxsə ittiham elan olunan dövrdə onlayn qaydada qumar oyunlarının həyata keçirilməsinın qadağan olunmaması, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin qüvvəsinin isə geriyə şamil edilə bilməməsi )baxımdan təqsirləndirilən şəxsin əməlində ümumiyyətlə Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkib əlamətlərinin olub-olmaması, yəni Təqsirləndirilən şəxs tərəfindən müvafiq maddə ilə nəzərdə tutulan idman mərc oyunlarından başqa digər qumar oyunları, yəni – “on-line" internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının (rulet-kazino və s.) təşkili və keçirilməsinə yol verib –verməməsinə dair məsələlərə qiymət verə bilmədiyindən hesab edir ki, ona Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə cinayət tərkibi olmaması əsası ilə Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsi ilə bəraət verilməlidir. Lakin yuxarıda da qeyd edildiyi kimi təqsirləndirilən şəxsə eyni əməllərin törədilməsi ilə bağlı həmçinin Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsinin dispozisiya şərtlərindən isə görünür ki, şəxsin əməlləri Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə o halda tövsif edilə bilər ki, müvafiq fəaliyyət qadağan olunmamış olsun və şəxs həmin fəaliyyətlə məşğul olması üçün qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmiş, ya da həmin fəaliyyət üçün nəzərdə tutulan razılığı, lisenziyanı almadan və ya lisenziyalaşdırılma şərtlərini pozmaqla və ya xüsusi icazə olmadan həmin fəaliyyətlə məşğul olmuş olsun. Göründüyü kimi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Qanunda, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda və “Lotoreyalar haqqında” Qanunda qumar oyunları ilə məşğul olma fəaliyyətinə icazələrin verilməsi nəzərdə tutulmadığından yəni, qüvvədə olan qanunvericiliklə lotereya və idman mərc oyunlarından savayı digər qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı münasibətləri tənzimlənməməsi, ölkə ərazisində belə fəaliyyətlə məşğul olmağa razılıq verilməməsi səbəblərindən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş qumar oyunlarının həyata keçirilməsi nəticəsində qanunsuz gəlir əldə edilməsi ilə əlaqədar əməli Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti hesab oluna və CM-nin 192-ci maddəsində nəzərdə tutulan məsuliyyətinə əsas ola bilməz. Lakin hazırki iş üzrə təqsirləndirilən şəxsə artıq Cinayət Məcəlləsinin 244-1.4-cü maddəsi ilə bəarət verildiyindən, yəni həm işin faktiki halları ilə, həm də cinayət qanunun zamana görə qüvvəsinə əsasən onun əməllərində qanunla qadağan olunan digər qumar oyunlarının təşkili və keçirilməsi əməllərinin mövcudluğu istisna edildiyindən və əməlində yalnız 3.094.556,05 manat qanunsuz gəlir əldə etməklə qanunla müvafiq qaydada əldə edilmiş akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar əməllərin olması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, cinayət törədildiyi anda müvafiq münasibətləri tənzimləyən, lakin hazırda qüvvədə olan Cinayət Məcəlləsindən “fiziki olaraq” çıxarılan həmin Məcəllənin 192-1.3.2-ci maddəsi, ehtiva etdiyi müvafiq əməllərin dekriminallaşdırılmaması səbəbindən Cinayət Məcəlləsinin 192-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən xüsusi norma kimi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Yəni, Təqsirləndirilən şəxs tərəfindən idman mərc oyunları operatoru kimi qeydiyyata alınmadan (yəni qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan) online qaydada həyata keçirdiyi idman mərc oyunlarının təşkili və həyata keçirilməsi ilə bağlı əməlləri Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə yəni ümumi norma ilə deyil, törədildiyi anda qüvvədə olan Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsi, yəni xüsusi norma ilə tövsif edilməlidir. Belə yanaşma həmçinin eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edən Cinayət Məcəlləsinin 8.2-ci maddəsinin tələbləri ilə uyğunluq təşkil edir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə elan edilmiş ittiham ilə əlaqədar məhkəmə bildirir ki, əvvəla Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsi vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 218.4.2-cü maddəsinə əsasən idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları sadələşdirilmiş vergi ödəyicisi siyahısına aid edilmişdir. Vergi Məcəlləsinin 219.4-cü maddəsinə əsasən idman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.9-cu maddəsi idman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə vergi tutulması barədə məsələləri tənzimləyir. Qanunun yuxarıda qeyd edilən müddəalarının təhlilindən də aydın olur ki, hər hansı vəsaitin vergitutma obyekti qismində çıxış etməsi üçün həmin vəsait vergi münasibətlərinin iştirakçısı(vergi ödəyicisi) tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməlidir. Məhkəmə hazırki iş üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxs tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Bakı şəhəri və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında “on-line” internet üzərindən həyata keçirdiyi nəticəsində, istifadəsində olan kompüter və mobil telefonlarının yaddaşına yükləyərək istifadə etmiş “chcblack.net” alt qovluğuna oyun iştirakçıları tərəfindən ödənilmiş 29.011.462,98 manat vəsait məbləğindən 3.094.556,05 manat qanunsuz gəlir əldə etməsi barədə nəticəyə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxsin məhz qanunla müəyyən edilmiş qaydada akkreditasiya qərarı olmadan müvafiq fəaliyyəti ilə məşğul olması səbəblərindən vergi münasibətlərinin subyekti (verilmiş ittihamdan da görünür ki, təqsirləndirilən şəxs vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etmədən belə fəaliyyətlə məşğul olmuşdur ), onun tərəfindən göstərilən qanunsuz fəaliyyət nəticəsində oyun iştirakçıları tərəfindən ödənilmiş vəsait, yəni cinayət yolu ilə əldə edilmiş əmlak isə vergitutma obyekti qismində çıxış edə bilməz. Məhkəmə onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 192, 244-1 və s. maddələr vasitəsilə qanunsuz sahibkarlıq, qumar oyunları kimi əməllərin cinayət hesab edilməsi də məhz gələcəkdə qanunsuz gəlir əldə edilməsinin qarşısının alınması ilə əlaqədar olmuşdur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmaması əsası ilə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə barət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən hər hansı şəxslərin idman mərc oyunları oynamasına cəlb edilməməsi, “Çaysaray” çay evindən götürülən iki ədəd “İphone” markalı mobil telefon istisna olunmaqla digər telefonların ona məxsus olmaması barədə ifadələri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs 3.094.556,05 manat qanunsuz gəlir əldə etməklə müşayiət olunan akreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı əməlləri 01 yanvar 2022-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 192- 1.3.2-ci maddəsi ilə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.4-cü və 213.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsində qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Həmin əməl başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. AZ-İV 616067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 mart 2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 4, iş vərəqə 122). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, 44 günlük Vətən müharibəsində xidmətlərini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs akkreditasiya qərarı olmadan idman mərc oyunlarını təşkil edib keçirməsi ilə bağlı əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, 44 günlük Vətən müharibəsində xidmətləri kimi barəsində cəzasını yüngülləşdirən halların olmasını və cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən həyata keçirilməsi kimi cəzasını ağırlaşdıran halın müəyyən edilməsini, törətdiyi cinayətlərin xarakteri və ictimai təlükəliliyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində ibtidai həbsdə olduğu müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 12 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilmiş (cild 3, iş vərəqə 136-140), 04 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuş (cild 3, iş vərəqə 224), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 4, iş vərəqə 2-6). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və 158.2.2-ci, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur.132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində saxlanılan özünün yaddaşında “on-line” internet üzərindən qumar oyunlarını təşkil və keçirilməsinə dair məlumatlar olan “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook”, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüterlər, “İphone 12 Pro” markalı “A2341” modelli və “POCO F3” markalı “M2012K11AG” modelli smartfonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır.. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 280 (iki yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 211, 318). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.740.687,78 manat məbləğində ziyanın (vergi məbləğinin) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verildiyindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, ona Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin nəticəsində əldə edilmiş gəlir məbləğində iddia vermək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 192-1.3.2-ci maddəsi ilə 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə Cinayət Məcəlləsinin 213.3-cü və 244-1.4-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində saxlanılan özünün yaddaşında “on-line” internet üzərindən qumar oyunlarını təşkil və keçirilməsinə dair məlumatlar olan “HP Pavilion” markalı “14-dh1014ur” modelli “notebook”, “Lenovo” markalı “İdeaPad5 15ARE05” modelli notebook tipli kompüterlər, “İphone 12 Pro” markalı “A2341” modelli və “POCO F3” markalı “M2012K11AG” modelli smartfonlar Təqsirləndirilən şəxs qaytarılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin mülki iddiası baxılmamış saxlanılsın. Ona Cinayət Məcəlləsinin 192-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində əldə edilmiş gəlir məbləğində iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs 280 (iki yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar