Məhkəmə qərarları › İş №1(101)-1301/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1301/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1301/2022 27.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları-Dövlət ittihamçısı, X12 və X4, müdafiəçi–«Yusif Allahverdiyev və Patnyorları» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 09 ay 01 gün hissəsi məntəqə tipli cəzaçəkmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 11, mənzil 18-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində ünvansız həyət evində yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Əli” adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, 12 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibində olan kiçik ölçülü qabın içərisindən və üzərində olan əl çantasının içərisindən ümumilikdə 05 bükümdə ayrı- ayrılıqda çəkiləri 0,340 qram, 0,479 qram, 0,441 qram, 0,899 qram, 6,196 qram olmaqla ümumi təmiz çəkisi 8,355 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin, həmin əl çantasının içərisindən 01 bükümdə təmiz çəkisi 31,220 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə-psixotrop maddələrin satışı məqsədilə əldə etdiyi, üzərində metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşür.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamin istifadəçisidir, 12 fevral 2022-ci il tarixdə təxminən saat 11 radələrində rəfiqəsi Şahid5 yaşadığı ünvan 4 ünvanda qonaq qalmışdır. Belə ki, səhər saatlarında Həsnanın qızı ilə birgə yatdığı otağı polis əməkdaşları sındıraraq heç özlərini də təqdim etmədən onu gecə geyimi ilə çıxarmışlar. Otaqdan çıxarkən Həsnanın əli qandallı yerdə oturduğunu görmüşdür. İçəridə təxminən 15 nəfər mülki geyimli polis əməkdaşları olmuşdur. Belə başa düşmüşdür ki, Həsna mal satan yerdə tutulub. Daha sonra Həsnaya və ona şillə vurmuşlar, evi axtarmağa başlamışlar. Tapdıqları bükümləri masanın üstünə qoyarkən onların ona məxsus olmadığını bildirmişdir. Həsna daha sonra o biri otaqda polislərlə danışmış, sonra ona məlum olmuşdur ki, onun haqqında məlumatları polis əməkdaşlarına verirmiş. Bundan sonra onu Nəsimi rayon Polis İdarəsinə aparmışlar, rəfiqəsi isə evdə qalmışdır. Orada ona bildirmişlər ki, iranlıya mesaj yazsınki, ona mal atsın, onları da buraxsınlar. O da Həsnaya “whatsapp” vasitəsilə yığmış ki, İran İslam Respublikasının vətəndaşının nömrəsəini ona göndərsin. Ancaq iranlı mal atmamış və onu axşama qədər saxlamışlar, həmin müddətdə telefonu da polis əməkdaşlarında qalmışdır. Sonradan ona aydın olmuşdur ki, əgər iranlı narkotik vasitə atsaydı, həmin narkotik vasitəni də ona yükləyəcəkmişlər. Həsna həm metamfetamin istifadə edir, həm də narkotik vasitələrin satışını təşkil edir. Evdən nə qədər mal çıxdığını bilmir, eyni zamanda, tərəzinin olub-olmadığından da xəbərsizdir. Ancaq ittiham aktında 38 qram narkotik vasitə ilə yükləndiyini bilmişdir. Əlbəttə, əvvəlki məhkumluğu narkotik vasitə ilə əlaqəli olduğu üçün onu yükləmək asandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən marixuanadan və psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. Belə ki, narkotik vasitələr ona sakitləşdirici təsir göstərir. Satış məqsədi ilə «whatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə təsadüfən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən narkotik vasitə və psioxtop maddə almışdır. Həmçinin aldığı psixotrop maddələrdən özü üçün istifadə edir. 12 fevral 2022-ci il tarixdə saat 13:30-da ünvan 5 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun ad və soyadım soruşmuşlar. Sonra onlar onun hərəkətlərinin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. O isə onlara üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinə getməyi bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birinə dəvət etmişlər. Baxışda iştirak etmək üçün şahidlər, yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən boz rəngli dəri materialdan olan açar qabının içərisindən 3 ədəd ağ kağıza və 1 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əlində olan qara rəngli üstü rəngli naxışlar olan əl çantasının içərisindən narkotik vasitənin ölçüsünü çəkmək üçün istifadə olunan elektron tərəzini, bir ədəd şəffaf selofanan bükülmüş içərisində ağ kitsal şəkilli bükümü, bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanını üzərinə qoymuşdur. Sonra üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o, üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra onun qadın polis əməkdaşı üzərində axtarış aparmağa başlamış, ilk öncə geyindiyi qara rəngli cins şalvarının sağ və sol yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan açıq qırmızı rəngli üzün gödəkçəsinin sağ və sol yan ciblərinə baxılmış, sağ cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sol cibində hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə ona ağ rəngli idman ayaqablarını çıxarmağı tələb olunmuş, ayaqablannı çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ayaqqabısını geyinib üst-başını səliqəyə salmaq tələb edilmişdir. Onun üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməyi təklif olunmuş, o da bildirmişdir ki, 3 ədəd ağ kağıza və 1 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümləri, bir ədəd şəffaf sellofanan bükülmüş içərisində ağ kristal şəkilli bükümün el içində Patı deyilən yəni psixotrop maddə metamfetamin olduğunu, bir ədəd şəfaf selofana bükülmüş içərisndə qəhvəyi rəngli maddənin el içində Kokos deyilən narkotik vasitə sayılan heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, uzun müddətdir narkotik vasitə istifadə etdiyini və həmçinin tanımadığı şəxslərə qramım 25 manata satdığım, eyni zamanda xx.xx.2022-ci il tarixdə vatsap vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Əli adlı şəxslə 1125 manata razılaşaraq, sonradan pulu ödəmək şərti ilə, Əli adlı şəxsin əvvəlcədən təyin etidiyi Qaradağ rayonunda Lökbatana qəsəbəsində Lökbatan dairəsində xatırlamadığı ərazidən götüdüyünü bildirmişdir. Bundan başqa “Samsung” markalı telefon da subut əhəmiyyəti kəsb etdiyi üçün götürmüşlər. Sonra iştirakçılara həmin narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr zərfə qoyularaq zərfin ağzı Nəsimi rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı video çəkiliş vaxtı video çəkdiyinə görə yalandan İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni 1125 manata razılaşaraq aldığını demişdir. Əslində həmin şəxs İran İslam Respublikası vətəndaşı olsa da o, onunla hər hansı pul razılaşması əldə etməmişdir. Belə ki, Əli adlı İran İslam Respublikası vətəndaşı ona narkotik vasitə və psixotrop maddəni nisyə vermişdir. O, narkotik vasitə və psixotrop maddəni satdıqdan sonra onun şəklini göndərəcəyi karta pul göndərəcəkmiş, həm Əli həm də o, qazanc əldə edəcəkmiş. Çünki o, Əli adlı şəxslə əvvəlcədən belə razılaşmışdır. Əli ona bildirmişdir ki, ondan aldığı narkotik vasitə və psixotrop maddəni satdıqca onun kartına pul göndərəcək. Onların vatsap danışıqlarından sonra o, Əlini özünə indandırdığı üçün Əli ona inanıb nisyə narkotik vasitə və psixotrop maddə vermişdir. Həyəcanlı olduğundan üzərinə axtarış keçirilən zaman yalandan narkotik vasitə və psixotrop maddəni 1125 manata aldığını demişdir. Aldığı psixotrop maddədən özü çəkməklə istifadə etmişdir. Qalıq hissəsi isə üzərində olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 12 fevral 2022-cil il tarixdə Nəsimi rayon Polis İdarəsinin X1 polis əməkdaşları bir nəfər qadın saxladıqlarını və onun üzərində şəxsi axtarış keçirilməyində iştirak etməsini xahiş etmişlər. Belə ki, inzibati otaqların birində onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bükümlərin sayı dəqiq yadında deyil, ancaq onu deyə bilər ki, cibindən az məbləqdə pul, əlində də hörmə materialdan olan qəhvəyi rəngli pul qabının içərisindən 01 ədəd elektron tərəzi və bükümlər aşkar edilmişdir. Həmin bükümlərin 01 ədədi torpaq rəngində olmaqla 04 ədəd olmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifədində xidmət edir, polis leytenantıdır. ünvan 4 ünvanın qarşısında “Lalə” adlı qadının narkotik vasitələrin əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuş. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 fevral 2022-ci il tarixdə həmin ünvana gedərək orada xarici görünüş əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərinri təqdim etmişlər və onu narkotik vasitələri daşımasında şübhəli olduğunu bildirərək Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxs axtarış və götürmə keçirilmişdir. Bu zaman o, üzərində olan 05 bükümü təqdim edərək içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin maddələr qablaşdırılaraq, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə salonda tanış olmuşlar, sonradan yaxın münasibətləri yaranmışdır. Lalə, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özü onu tapmışdır. 12 fevral 2022-ci il tarixdə Lalə yaşadığı evə qonaq gəlmş, o, bir qədər onun evində oturduqdan sonra telefonla danışmaq üçün çölə çıxmıdır. Təxminən 10-15 dəqiqə sonra Lalə və yanında olan 2 nəfər mülki geyimli şəxs evin qapısını döymüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsində və satışında şübhəli olduğunu bildirmişlər. O, Lalənin ona narkotik vasitə satmadığını, ancaq Lalənin evinə qonaq kimi gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Laləni polis idarəsinə aparmışlar və sonradan ona məlum olmuşdur ki, onun üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü Həsnadan ona zəng gəlmiş və demişdir ki, onu polis əməkdaşları aparır, gəlsin, onunda bacısını saxlayıblar. Həsna ona demişdir ki, bir oğlana dərman verib, oğlan pulu kartdan çıxarmaq üçün getmiş sonra qapı döyülmüş zor tətbiq edib qapını açıb içəri girmişlər. Lalənin həmin vaxt nə etdiyini soruşduqda Lalənin yatmış olduğunu bildirmişdir. Polis əməkdaşları içəri girib onu vurub yerə yıxmış, Lalə həmin vaxt yuxudan ayılmış, qapını içəridən bağlamış şüşəni qırıb kapını açmışlar. Həmin vaxt keçmiş həyat yoldaşı bibisi qızı da onun yanında olmuş bütün danışılanları eşitmişdir. Sonra Həsnanın evinə getmiş, orada evə girəndə bir oğlan görmüş qarşısında falqa, dərman olmuşdur. O, içəri girib Həsnanın harada olduğunu soruşduqda Nicat adlı oğlan ona yaxınlaşıb bildirmişdir ki, narahat olmasın axşama kimi Laləni buraxdıracaq və soruşmuşdur ki, nə qədər pul düzəldə bilər. Axşam polis əməkdaşı və Nicat adlı oğlan Həsnanın evinə gəlmişlər pulu düzəldə bilmədiklərinə görə Laləni tutmuşlar. Sonra Nicatı aradan çıxarmışlar. Sonra polis idarəsinə getmiş, Həsna 2 saata yaxın polis idarəsinin həyətində qaldıqdan sonra gəlmiş, gələndən sonra Həsna hər şeyin əksini danışmağa başlamışdır. Onu istintaq zamanı qorxudaraq bildirmişlər ki, üzünə adam qoyub onu da həbs edəcəklər, onlar nə desə onu da yazıb imza etməlidir. O da qorxusundan polis əməkdaşlarının dediklərini imzalamışdır. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 13 fevral 2022-ci il tarixli 6/896 nömrəli rəyindən görünür ki, tədqiqta təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,479 qram, 0,441 qram, 0,899 qram, 6,196 qram ümumi təmiz çəkisi 8,355 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 31,220 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzi və bir ədəd kiçik ölçülü qabda psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 2066 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə çəkisi 8,355 qram təşkil edən psixotrop maddə metamfetamin, təmiz çəkisi 31,220 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd üzərində metamfetamin izləri olan kiçik ölçülü qab tərəfimdən 06 iyun 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən boz rəngli dəri materialdan olan açar qabının içərisindən 3 ədəd ağ kağıza və 1 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əlində olan qara rəngli üstü rəngli naxışlar olan əl çantasının içərisindən elektron tərəzini, bir ədəd şəffaf selofanan bükülmüş içərisində ağ kristal şəkilli bükümü, bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanını üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs saxlanılması zamanı üzərindən götürülmüş mobil telefona baxış keçirilmiş, mobil telefondan istintaq üçün sübut əhəmiyyətli hər hansı məlumat əldə edilməmişdir. İstintaq zamanı DİN-nin BİKİ-dən alınmış anten dairəsi, mobil nömrəyə daxil olan və çıxan zənglərə, həmçinin sms mətnlərinə Təqsirləndirilən şəxs və sonuncunun vəkili Əhməd Fərhadovun iştirakı ilə baxış keçirilmiş, baxış keçirlən zaman müəyyən edilmişdir ki; X6 adına olan ***-***-**-** saylı abunəçi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** saylı mobil nömrə arasında xx.xx.2022-ci il saat 00:46:17 -dən xx.xx.2022-ci il saat 00:54:30-a qədər olan sms yazışması Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə: Ede gel hereket edek pul tapmaliyam.kopuyde yoxdu.pati yox Pul tapmağ lazimdi srocnu.camatin malini satiram.ne edim. Emaneti 4 dene istiyen var Votcapa giremirsen. Niye getmiwdin biz terefe xx.xx.2022-ci il saat 00:57:08-də X7 adına olan 050- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms məzmunu: burdayam qelmiwem pulnu verim wey ver cekmeye qelirsenmi sözləri yazılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz əksini tapmaqla tam sübuta yetirildiyindən, DİN-nin BİKİ-dən alınmış CD disk və həmin CD diskə köçürülmüş mesaj mətnlərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokol sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş maeriallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasını, həmin narkotik vasitənin rəfiqəsi Həsnaya məxsus olmasını bildirməkdə o, yanız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun ifadəsini inandırıcı hesab etmir və tənqidi yanaşır. Eləcədə iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacısı Şahid4 ifadəsində göstərmişdir ki, o ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək bacısı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olmaması, polis əməkdaşları onun pul düzəldə bilmədiyindən bacısını həbs etmələri barədə və ona hədə qorxu gələrək basının əleyhinə ifadə verməsini təkid etmələri barədə vermiş olduğu ifadə yalnız Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadədir, məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, üzərinə baxış protokolu, istintaq zamanı vermiş olduğu ifadəsi, telefon sms yazışmaları və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 09 ay 01 gün hissəsini çəkməkdən ötrü, cəzasının sonu 01 mart 2023-cü il tarixə hesablanmaqla 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş arayıqdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasına müayinə və müalicə olunması üçün getməsinə icazə verilmişdir. xx.xx.2022 -ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə saxlanıldığı gündən üzərində çəkilməmiş 01 (bir) il 17 (on yeddi) gün cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 17 günü azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və yenidən qəsdən ağır cinayət trətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə kisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təlükəli residivi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qadın olması, yaşayış yerindən müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 12 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar; - Bakı şəhər Nəsimi rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 8,255 qram metamfetamin, qalıq çəkisi 31,120 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 17 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar; - Bakı şəhər Nəsimi rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 8,255 qram metamfetamin, qalıq çəkisi 31,120 qram heroin və bir ədəd elektron tərəzi məhv edilsin. - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar