Məhkəmə qərarları › İş №1(101)-1301/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1301/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1301/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Polad Həşimov küçəsi nömrəsiz evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 01:40 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən «777» kafesində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeidlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqasının fövqündə qoymaqla anası Zərərçəkmiş şəxs2 həmin kafedə spirti içki qəbul etməsini bəhanə edərək, sillə ilə sifətindən qəsdən bir zərbə vurmuş, daha sonra isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqdan istifadə edərək sonuncuya qəsdən bir zərbə vuraraq ona sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, daha sonra isə həmin vaxt müştəri qismində ictimai yer hesab olunan kafedə olan Zərərçəkmiş şəxs1 onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün araya girərək onu sakitləşdirməsinə məhəl qoymamış, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 qarşı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edərək xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla bir zərbə vuraraq ona diafraqmanın, mədənin yaralanması və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol ön səthinin daxilə nüfüz edən 1 ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməsini etiraf edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, gecə saat 00:00-01:00 arası evə gəlmiş və anasının evdə olmadığını görmüşdür. Vilayət adlı qonşularından telefonunu alıb anasına zəng etmiş, xalasının kafesində olduğunu bilmiş və içkili vəziyyətdə olduğundan şübhələnmişdir. Evdən bıçaq götürüb xalasının kafesinə getmiş və anasını çölə çıxması üçün çağırmış, lakin sonuncu gəlməmişdir. O, içəri girmiş və anasının Zərərçəkmiş şəxs1la eyni masada oturub spirtli içki qəbul etdiyini görmüşdür. O, əsəbləşərək əvvəlcə anasına sillə vurduqdan sonra bıçaqla sonuncuya, daha sonra Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. O, bıçaqla vurduqdan sonra sonuncular kafedən getmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə anasına şillə vurmuş, sonra bıçaqla ayağına xəsarət yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs1 anası ilə eyni masada əyləşdiyi üçün sonuncunun anasını içirtməyini düşünmüşdür. Anası əvvəllər də spirtli içki qəbul etmişdir. Evdən bıçaq götürməkdə məqsədi sadəcə qorxutmaq olmuşdur. Anasını Zərərçəkmiş şəxs1la birlikdə içkili vəziyyətdə gördükdə əsəbləşdiyi üçün sonuncuları bıçaqla vurmuşdur. Kafedə başqa şəxsləri görməmişdir. Anasına sillə vurduqdan dərhal sonra bıçağı çıxarıb sonuncuya xəsarət yetirmişdir. Həmin kafedə nənəsi Səmilə və xalası İlhamə də olmuşlar. Xalası və nənəsi onları ayırmaq istəmişlər. Anası xalasının kafesində işləmir. Anası əvvəllər həmin kafedə spirtli içki içmiş, lakin kimləsə birlikdə spirtli içki içməmişdir. Anasını kafedə gördüyü kimi əvvəl görməmişdir. Zərərçəkmiş şəxs1 taksi kimi, usta kimi həmin kafedə onlara kömək etmişdir. Anası vuran zaman Zərərçəkmiş şəxs1 kənarda dayanmış və müdaxilə etməmişdir. Hadisədən sonra bir müddət şok vəziyyətində olmuş, sonra evə, daha sonra yaşlı insanlar olan qonşularına getmişdir. Həmin qonşugildə 2 gün qalmışdır. 2 gün sonra polis əməkdaşları onu orada saxlayıb aparmışlar. İbtidai istintaq dövründə verdiyi ifadənin razılaşmadığı hissələri var. İbtidai istintaq dövründə verdiyi ifadəni tam xatırlamır, amma danışdıqları ilə yazılanlar arasında bir neçə fərqli hissə var idi. O, ora çatanda kafe bağlı olmuş və müştəri olmamışdır. Həmin kafe saat 23:00-da bağlanır. Qonşuları Vilayət, Zərərçəkmiş şəxs1 xalasının kafesində olduğunu deməmiş və Zərərçəkmiş şəxs1 orada olduğunu bilməmişdir. Qonşuları Vilayət anasının xalasının kafesində olduğunu bildirmiş, spirtli içki qəbul etdiyi barədə nəsə deməmişdir. Kafenin arxa qapısından mətbəxə daxil olmuş və əsas zala keçmişdir. Anasının Zərərçəkmiş şəxs1la birlikdə spirtli içki qəbul etdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 yanına çağırmış, amma gəlməmişdir. Sonuncular oturduğu masaya yaxınlaşmış və anasına sillə vurmuşdur. Anası nəsə deməmiş, müqavimət göstərməyə çalışmış və həmin an bıçağı çıxarıb anasına xəsarət yetirmişdir. Anasını vurarkən Zərərçəkmiş şəxs1 kənarda dayanmış və heç bir müdaxilə etməmişdir. Anasını vurduqdan sonra Zərərçəkmiş şəxs1 üzərinə gedib onu da vurmuş və həmin an anası qaçmışdır. Kafeyə girərkən Zərərçəkmiş şəxs1 anasına spirtli içki içirtdiyini düşünmüşdür. Anasının kafedə olduğunu biləndə gecə vaxtı idi deyə, həm də, əvvəllər də spirtli içki içki qəbul etdiyindən içkili olduğunu düşünmüşdür. Anası telefonu açanda danışmış, danışığından içkili olduğunu bilmişdir. Kafenin qabağından Zərərçəkmiş şəxs1 yanına çağırdı, amma sonuncu gəlmədi. Onlar oturduğu masaya yaxınlaşdı və anasına durub getməyini istəmiş, sonuncu da içkili idi deyə durmadı və ona sillə vurub sonra bıçaqla xəsarət yetirmişdir. Anası nəsə demədi, müqavimət göstərməyə çalışdı, bıçaqla vurduqdan sonra qaçdı getdi. Daha sonra Zərərçəkmiş şəxs1 tərəf gedib bıçaqla onu vurmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadədə qeyd olunan “kafeyə çatarkən anasının kafenin qarşısında olması” ilə bağlı hissə yanlışdır, hadisə kafenin içərisində olub. Həmçinin qonşusu Vilayətin telefonu ilə anasına zəng edərkən sonuncu ona cavab vermişdir. Anasını vurarkən Zərərçəkmiş şəxs1 heç bir müdaxilə etməyib. Anası və Zərərçəkmiş şəxs1 görəndə ağlına başqa şey gəlmişdir. Mübahisədə və hadisədə onları ayırmağa çalışan yalnız xalası və nənəsi olmuşdur. Əvvəllər spirtli içki qəbul etməyə görə anası ilə olan mübahisədə bıçağa əl atmamışdır. Sonuncu hadisədə bıçağı evdən götürməyində məqsədi anasını qorxutmaq olmuşdur. Lakin, kafedə Zərərçəkmiş şəxs1la anasını görəndə onun anasını içirtməyinə görə bıçaqla xəsarət yetirmişdir. Anasına və Ramin Hüseynova xəsarət yetirməsində səbəb qısqanclıq olub. Anası əli ilə də işarə edərək getməyəcəyini bildirəndə o da sillə vurmuşdur. Vilayət öz evinə həyətdən keçib gedərkən sonuncudan anasının harda olmasını soruşmuş və sonunucu da xalasının kafesində olduğunu bildirmişdir. Raminin əvvəllər həmin kafedə, ya başqa yerdə içki içdiyini görməmişdir. Ümumiyyətlə Ramini 3-4 dəfə görmüş, onda da çay içməyə, ya da taksi kimi xidmət göstərməyə gəlmişdir. Əsəbi olduğundan anası və Ramini görəndə anasını Raminin içirtdiyini düşünmüşdür. Kafeyə girərəkən anasının qabağında pivə olmuşdur. O, məhkəmədən ən aşağı həddə cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o və anası Suraxanı rayonu, Hövsan qəsəbəsi, Polad Həşimov küçəsində yerləşən Vilayət adlı şəxsin evində aylıq 150 manat verməklə kirayə yaşayırmışlar. xx.xx.2023-cü il tarixdə, axşam saat 01 radələrində o yaşadıqları evə gəlmiş və anası Aynurənin evdə olmadığını görüb küçəyə çıxmış, orada evi onlara kirayə verən Vilayət adlı şəxsi görmüş və ondan mobil telefonunu istəmiş ki, anası ilə əlaqə saxlasın. Vilayət də telefonunu ona vermiş, o anası Aynurə ilə telefonla əlaqə saxlamış və onunla mübahisə edərək təcili evə gəlməsini bildirmişdir. Həmin vaxt anası telefonla danışmayaraq dəstəyi yerə qoymuşdur. Bundan sonra o Vilayətdən anasının harada olması barədə maraqlandıqda ona bildirmişdir ki, xalası İlhamənin işlətdiyi kafedədir. Bundan sonra o mətbəxdən bıçağı götürmüş və yaşadıqları evdən çıxaraq «777» adlı kafeyə qədər olan təxminən 10 dəqiqəlik yolu piyada gedərək kafeyə çatmışdır. Həmin vaxt anası Aynurə kafenin qarşısında Ramil adlı taksi sürücüsü ilə durduqlarını görüb onlara yaxınlaşmış və sağ əli ilə anasının sifətinin sol tərəfindən bir sillə vurmuşdur. Daha sonra isə əlini belinə ataraq bıçağı çıxarmış və bıçaqla anası Aynurənin sol bud nahiyəsindən bir zərbə vurmuşdur. Daha sonra isə həmin vaxt Aynurənin yanında duran Ramil adlı şəxsə yaxınlaşaraq anasına nə üçün spirtli içki verdiyini soruşub bıçaqla onun qarnının sol tərəfindən bir zərbə vurmuşdur. Daha sonra isə əlində olan bıçağı kafenin arxasında olan divarın yanında tullayaraq oradan qaçıb evə getmişdir. Həmin gün saat təxminən 07 radələrində evdən çıxmış şəhərə getmiş ki, oradan Masallı rayonuna getsin. Lakin pulu olmadığı üçün əvvəllər bir məhəllədə yaşadığı qonşusu, hazırda Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan Gülmirənin evinə getmişdir. Həmin vaxtdan bu günə kimi orada gizlənmiş ki, polis əməkdaşları onu tutmasınlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində onu Gülmirənin evində olduğu zaman polis əmkdaşları gəlib orada tutmuşlar. Onun anası Aynurəni və taksi sürücüsü Ramili bıçaqla vurmaqda məqsədi onları qorxudmaq olmuşdur ki, bir də biryerdə spirtli içki qəbul etməsinlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, oğlu Aqşin dəfələrlə ona spirtli içki qəbul etdiyi təqdirdə əlindən xəta çıxacağını bildirmiş, amma o, sonuncunun sözündən çıxmışdır. Aqşin ona zəng edib evə gəlməyini bildirmiş, o da gələcəyini demiş, telefonu bağlamışdır. Kafenin arxa qapısından içəri girib ondan durub getməyini istəmişdir. O, getmədiyini bildirib müqavimət göstərdiyi üçün oğlu vurmuş və o, qaçmışdır. Oğlu Aqşin Zərərçəkmiş şəxs1la arasında nəsə olduğunu düşünərək onu qısqandığına görə bu hərəkətləri törətmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, ərindən ayrılandan sonra içməyə başlamışdır. Kafedə olduğu saat 23:00-00:00 olardı. Ora kimsə çağırmamış, özü getmişdir. Vilayət həmin kafedə evə getməyini istəmiş, o, getməyəcəni bildirmişdir. Vilayət getdikdən sonra Aqşin sonuncunun telefonu ilə ona zəng etmiş və evə gəlməyini bildirmişdir, amma o, gəlməyəcəyini bildirmişdir. Kafeyə gəldikdən yarım saat sonra Aqşin ora gəlmişdir. Yarım saat ərzində 7 böyük stəkan pivə içmişdir. O, kafeyə gedəndə Zərərçəkmiş şəxs1 orada olmuşdur. Sonuncunun olduğu masaya gedib ona pivə almağını istəmişdir. Aqşin kafeyə girdikdə əvvəlcə Zərərçəkmiş şəxs1 yanına çağırmış, sonuncu getmədikdə özü onların masaya yaxınlaşmışdır. Aqşin ona evə getməklərini bildirmişdir. O, əli ilə işarə edərək sözlə də getməsini və gələcəyini demişdir. Bundan sonra Aqşin ona sillə vurmuş, bıçağın ona dəyməsini həfif hiss etmiş, dərhal kafenin ön qapısından çıxmışdır. O, çıxdıqdan sonra Zərərçəkmiş şəxs1la mübahisə olmuş və sonuncuları bacısı İlhamə ayırmışdır. Zərərçəkmiş şəxs1 taksi fəaliyyəti ilə məşğul olur və arada kafedə bəzi işlərə də kömək edir. Zərərçəkmiş şəxs1 arada kafeyə müştəri kimi də gəlir. Hadisə olan vaxt kafedə müştəri olmamışdır. Həmin vaxt kafedə anası, bacısı, o və Zərərçəkmiş şəxs1 olmuşdur. Zərərçəkmiş şəxs1 həmin gün ora kran düzəltmək üçün gəlmişdir. O, sonra kafeyə qayıtmış və Aqşinin orada olmadığını görmüşdür. R Hüseynovu öz maşını ilə xəstəxanaya aparmışlar. Maşını Etibar adlı qonşu idarə etmişdir. Oğlunun sinirlərində problem var və tez əsəbləşir. Kafe saat 23:00-00:00 iradələrində bağlanır. 23:00-dan sonra kafedə olmuşdur. Aqşin kafenin arxa qapısından içəri daxil olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanına çağırmış, amma sonuncu getməmiş, sonra oğlu oturduqları masaya yaxınlaşıb ona dəfələrlə getməklərini bildirmişdir. O, müqavimət göstərib getməyəcəyini bildirdikdə ona sillə vurmuşdur. Aqşin ona zəng edəndə sonuncuya əsəbi formada gələcəyini deyərək telefonu üzünə söndürmüşdür. Aqşin ona sillə vurduqdan sonra bıçaqla da vurmuşdur. O, həmin an kafenin çölünə qaçmışdır. O, qaçdıqdan sonra içəridə nə baş verdiyini bilməmişdir. O, içkili vəziyyətdə olduğundan Aqşin qısqanclıq zəminində hadisəni törətmişdir. Zərərçəkmiş şəxs1la Aqşin arasında olan mübahisənin qarşısını almağa cəhd etməmiş və oradan qaçmışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Vilayət kafedən evə gedərkən onun da getməyini istəmiş və o, getməmiş, belə olan halda sonuncu gedəndə Aqşinə deyəcəyini bildirmişdir. İbtidai istintaqdakı ifadəsində Vilayətin bilərək Aqşinə deməyini buna görə bildirmiş, lakin Vilayət bilərək deməmişdir. İbtidai istintaqdakı ifadəsini oxumadan imzalamış, çünki, oxuma və yazma bacarığı yoxdur. İbtidai istintaqdakı ifadəsi alınarkən ifadəni ona kimsə oxumamışdır. Oğlu Aqşindən şikayəti yoxdur, barışmışlar, sonuncunun barəsində cəza verilməməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, işdən sonra çay içmək üçün “777” kafesinə getmişdir. Kafenin sahibi İlhamə xanım kafedə olan kranı düzəltməyi ondan xahiş etmişdir. Sonra oturub çay içərkən Vilayət və Aynurə kafeyə daxil olmuşlar. Sonuncular bir masada oturub spirtli içki içmişlər. Bundan sonra Vilayət və Aynurə onun masasına gəlib oturmuş, yenə də spirtli içki qəbul etmişlər, içkili olduqlarından onlara fikir verməmişdir. İlhamə taksi lazım olacağını və ona görə gözləməyini istədiyi üçün o, getməmişdir. Daha sonra Vilayət Aynurəyə evə getməyi təklif etmiş, ancaq Aynurə getməmişdir. Vilayət getdikdən 10-15 dəqiqə sonra Aqşin gəlmiş və Aynurəyə bir-iki dəfə durub getməyini bildirmişdir, amma Aynurə getmək istəməmişdir. Bu zaman Aqşin Aynurəyə bıçaqla xəsarət yetirmişdir. Daha sonra qorxutmaq niyyəti ilə onu da vurmuşdur. Yaddaşı çox zəifdir deyə hadisəni ətraflı xatıralmır. O, suallara cavab olaraq bildirmişdir ki, ona vurulan bıçaq zərbəsini əvvəlcə hiss etməmiş və yumruqla vurduğunu düşünmüşdür. Aqşin yəqin səhv başa düşdüyü üçün onu vurmuşdur. Aqşin Aynurəni vurarkən o, sonuncuya “belə olmaz o sənin anandı” deyə bildirmişdir. O, bu sözü Aqşin Aynurəyə sillə ya bıçaq vuranda dediyini xatırlamır. Aqşin Aynurə ilə birlikdə oturmaqlarını səhv başa düşmüşdür. Aqşinlə onun arasında mübahisə başlayanda İlhamə ayıramağa çalışmışdır. O, əvvəllər Aynurə ilə oturmamış, hər hansı yeyib-içməkləri olmamışdır. O, həmin kafeyə arada çay içməyə getmiş və gedərkən taksi kimi də kömək etmişdir. Vilayət və Aynurə kafeyə gələndə içkili olub-olmamaqlarını bilmir. Vilayət, Aynurə və İlhamə xanım eyni masada oturmuşlar və masada pivə olmuşdur. Sonra o, olduğu masaya gəlmişlər. Sonuncular o, olduğu masaya gələnə qədər onun masasında spirtli içki olmamış və sadəcə çay olmuşdur. Vilayət, Aynurə və İlhamə o, olduğu masaya keçərkən pivə də gətirmişlər. Aqşinlə arasında ciddi bir mübahisə olmamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Aqşin ondan Aynurəyə niyə spirtli içki verməyini soruşmuşdur. O da cavabında taksi kimi gəldiyini və spirtli içki içmədiyini bildirmişdir. Aqşinlə başqa mübahisəsi olmamışdır. Aqşin onu vuranda yıxılmış, amma daha sonra təpiklə onu vurduğunu xatırlamır və təpiklə vurduğunu düşünmür. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur və onunla barışmışlar. Təqsirləndirilən şəxs onun dostudur. Hadisə aralarında müəyyən səbəblərdən, anlaşılmamazlıqdan baş verib. Təqsirləndirilən şəxs barəsində ən aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gecə kafenin əsas qapısını bağlamışdır və arxa qapı açıq olmuşdur. Təqsirləndirilən şəxs arxa kafeyə gəlmiş və anası Zərərçəkmiş şəxs2 burada bu vaxt nə etdiyini soruşmuşdur. Aynurə cavabında Aqşinə səsini yüksəltmiş və bunun nəticəsində Təqsirləndirilən şəxs Aynurəyə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs anası Aynurəyə bıçaqla xəsarət yetirməyinə səbəb sonuncunu biabır etməyi olmuşdur. Təqsirləndirilən şəxs anası Aynurəyə dəfələrlə spirtli içkini tərkitməyi tapşırmışdır. Təqsirləndirilən şəxs Aynurəyə xəsarət yetirdikdən sonra orada olan Zərərçəkmiş şəxs1 da xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona telefonunun olmadığını və təcili tibbi yardımı çağırmağını bildirmişdir. O, Aqşinin evə getməyini bildirmiş və sonra təcili tibbi yardım çağırıb xəstəxanaya getmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həmin vaxt pivə içirdi. Hadisə baş verən vaxt o da həmin kafedə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la birlikdə içmişdir. Orada başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs həmin kafeyə taksi ilə gəlmişdir. Aynurə kafeyə gəldikdən sonra masasına pivə qoymuş və Zərərçəkmiş şəxs1 da sonuncunun yanına gəlmişdir. Təqsirləndirilən şəxs Vilayət adlı şəxslə kafeyə gəlmişdir. Vilayət Aynurəgilin qaldığı evin sahibidir. Vilayət kafedən gedərkən Aynurəyə getməyi təklif etmiş, lakin, Aynurə getmədiyini bildirmişdir. Vilayət evə gedib Aqşinə anasının (Aynurənin) pivə içdiyini deyib kafeyə göndərəcəyini bildirmişdir. O, Vilayətə belə bir hərəkət etməməyi, o, evə gedərkən Aynurəni də aparacağını bildirmişdir. Vilayət kafedən getdikdən 15-20 dəqiqə sonra Aqşin kafeyə gəlmişdir. Kafedə olarkən masada Ramilin qabağında çay, Aynurənin qabağında isə Ramil tərəfindən alınmış pivə olmuşdur. Aqşin Aynurə ilə Ramilin oturduğu masaya yaxınlaşıb anasına sonuncunu niyə biabır etdiyini bildirmişdir. Aqşin Aynurəyə sillə vurmuş və Aynurə cavabında Aqşinə təpik vurub təhqir etmişdir. Aynurə Aqşini təhqir etdikdən sonra sonuncu bıçaqla Aynurəyə xəsarət yetirmişdir. Aqşin Ramilə anasını niyə içirtdiyini soruşmuşdur. Ramil də cavabında anasının onsuz da spirtli içki düşkünü olduğunu bildirmişdir. Ramil həmin ifadəni işlətdikdən sonra Aqşin Ramilə xəsarət yetirmişdir. Aqşin Ramilin anası haqqında bildirdiyi ifadəyə əsəbləşib xəsarət yetirmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Aqşin anasına xəsarət yetirmək istəyəndə Ramil sonuncunun qarşısını kəsməyə cəhd etməmişdir. İbtidai istintaqdakı ifadəsində bu hissə ilə bağlı qeyd olunanlar yanlışdır. O, elə ifadə verməmişdir. Aqşin Aynurəyə xəsarət yetirdikdən sonra Aynurə oradan qaçmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni oxumamışdır. Aqşin anasına sillə vurduqdan sonra Ramil sonuncuya anasını vurmağın ayıb olduğunu bildirmişdir. Aqşin cavabında anasına spirtli içkini niyə içirtdiyini soruşmuşdur. Ramil isə cavabında anasının hansı yolda olduğunu, spirtli içki düşkünü olduğunu bildirmişdir. Hadisə sözü gedən kafenin həyətində, arxa qapıya yaxın yerdə baş vermişdir. Hadisə baş verən vaxt o da orada olmuşdur. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs2 anası Səmilə xanımı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Qum adası yaşayış massivində yerləşən kirayə mənzildə yaşadığı vaxtdan tanıyır. Orada yaşadığı zaman Səmilə xanımla qonşuluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə Səmilənin qızı İlhamənin işlətdiyi kafeyə yemək yeməyə gedən zaman Səmilə ona zəng edərək, nəvəsi Təqsirləndirilən şəxs qızı Aynurəni və həmin zaman orada olan Zərərçəkmiş şəxs1 bıçaqlamasını bilmiş, onu gəlib ora aparmağını xahiş etmişdir. O Səmiləni “BakuBus” dayanacağının yaxınlığından manatlıq taksi ilə götürüb “Rahat” marketin qarşısına gətirmişdir. Aynurə və bacısı İlhamə yolun digər tərəfində olmuşlar. O, Səmilə ilə birlikdə yolu keçərək onların yanına getmişdir. Bu zaman bir “Mercedes” markalı avtomobil yolun onlar olan tərəfində dayanmış və Aynurə avtomobildə əyləşən oğlanın Ramil olduğunu demişdir. O, dərhal avtomobilə yaxınlaşmış və bu zaman Ramilin yaralı vəziyyətdə olduğunu görüb, ona yardım göstərərək avtomobilin arxa hissəsində əyləşməsini təmin etmişdir. Daha sonra hamısı maşına əyləşmiş və o özü sükan arxasına keçərək Ramili Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirmişlər. Bir müddət orada qaldıqdan sonra Ramili təcili tibbi yardım vasitəsilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına təxliyyə etmişlər. O Aynurəni yolun kənarında gördüyü zaman onun ayağında xəsarət olmuşdur. O, Zərərçəkmiş şəxs1 təxminən bir ay bundan əvvəl evə gedən zaman mindiyi taksinin sürücüsü olduğundan bir dəfə əyani olaraq görmüşdür. Başqa bir tanışlığı olmamışdır. O hadisənin necə baş verməsini görməmişdir. Hadisədən sonra Səmilə ona məlumat verdikdə bunu bilmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, qızı İlhamə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan yaşayış massivində yerləşən «777» adlı kafeni 3 ilə yaxındır ki, icarəyə götürüb işlədir. xx.xx.2023cü il tarixdə, saat 11 radələrində İlhamə işlədiyi kafeyə gəlmiş hər gün olduğu kimi işlərinə başlamışlar. Kafedə o qızı İlhamə ilə birlikdə işləyir. Həmin gün saat 22 radələrində İlhamə tanış taksi sürücüsü Ramillə telefonla əlaqə saxlamış ki, gəlib onu evə aparsın. Ramil kafeyə saat təxminən 22:30 radələrində gəlmiş, o Ramildən xahiş etmiş ki, onu birinci evə aparsın. Ramil onu evə aparmış və kafeyə qayıtmışdır. Həmin vaxtdan təxminən 25-30 dəqiqə keçmiş ki, İlhamə ona zəng edərək bildirmiş ki, nəvəsi Aqşin qızı Aynurəni və taksi sürücüsü Ramili baçaqla vurmuşdur. Daha sonra o kafeyə gəlmiş və kafenin qarşısında qızı İlhamə tanımadığı müştərilərdən birindən xahiş etmiş ki, Ramilin maşının sürsün və xəstəxanaya getsinlər. Daha sonra adını bilmədiyi müştəri maşını idarə etmiş, o və qızı İlhamə avtomobilə oturmuşlar. Daha sonra isə onlar Nevrocərrahiyə xəstəxanasına getmişlər. Oradan isə Ramili təcili tibbi yardım avtomobili ilə Sabunçu xəstəxanasına aparmışlar. Orada Ramilə ilk tibbi yardım göstərmişlər. O hadisə zamanı orada olmamış, qızı İlhamənin danışdıqlarından bilmişdir ki, Aqşin qızı Aynurəni və taksi sürücüsü Ramili bıçaqla vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o daimi işi olmadığından gündəlik olaraq Hövsan qəsəbəsində yerləşən “Yeddi Gözəl” restoranında ofisiant kimi işləyir. Təxminən 20-25 il bundan əvvəl həyat yoldaşından rəsmi qaydada boşanmış, 2 oğlu var. Yaşadığı mənzildə kirayə qalır. xx.xx.2023-cü il tarixdə istirahət günü olduğundan evdə olmuşdur. Evdə ürəyi sıxıldığına görə təxminən saat 20:00 radələrində Zığ yolunda yerləşən “Duzlu göl” adlı restorana yollanmışdır. Burada biraz əyləşdikdən sonra kirayə qaldığı evin sahibi olan Vilayət adlı şəxsə zəng edərək gəlib onu burdan götürməsini və evə aparmasını xahiş etmişdir. Vilayət onun olduğu ünvana gəlib çatan zaman həmin restoranda 15-20 dəq onunla birlikdə oturmuşdur. Onlar oturan zaman onunla oğlu barəsində söhbət etmişdir. O Vilayətə oğlu barəsində narahat olduğunu bildirmişdir. Vilayət isə narahatçılığa bir səbəb olmadığını, sabah oğlu və onun yoldaşları ilə söhbət edib onları başa salacağını demişdir. Daha sonra onlar həmin restoranı tərk etmişlər. Vilayət onu evinə aparan zaman o yolda evə getmək istəmədiyini, anası və bacısına baş çəkmək istədiyini bildirmişdir. Vilayət ona etiraz etməyərək onu anası və bacısının birgə işlətdiyi, yaşadığı evin yaxınlığında yerləşən “777” adlı kafeyə gətirmişdir. Bu zaman o içəri girib bacısı və Zərərçəkmiş şəxs1 birlikdə əyləşdiyini görüb onların oturduğu masaya yaxınlaşaraq onlarla birlikdə əyləşmişdir. Vilayət isə ayrı masada əyləşib bir bakal pivə içdikdən sonra onların masasına yaxınlaşıb, evə getməsini və onu də yolüstü evə aparmasını istədiyini bildirmişdir. O Vilayətin təkidlərinə baxmayaraq bu təkliflə razılaşmamışdır. Bu zaman Vilayət onun gəlmədiyi təqdirdə oğlu Aqşinin əlinə bıçaq verərək onun üzərinə göndərəcəyini demişdir. O isə Vilayətin sözlərinə məhəl qoymamışdır. Bunun üzərindən təxminən 15 dəqiqə keçmiş ki, oğlu Aqşin kafeyə gəlmiş, ağzının üstünə bir şillə vuraraq ondan dərhal çölə çıxmağını tələb etmişdir. Çölə çıxan zaman Aqşin üzərində olan bıçaqla sağ ayağının yuxarı hissəsinə xəsarət yetirmişdir. Bu vaxt Ramil gələrək Aqşinə dayanması barədə xəbərdarlıq etmişdir. O isə yaxınlıqdakı “Rahat” marketin yanına qaçmışdır. Bu zaman bacısı, daha sonra isə yolun qarşı tərəfindən anası və Etibar ona yaxınlaşmışlar. Onlar Ramilin “Mercedes” markalı maşını yaralı vəziyyətdə sürüb onlara yaxınlaşdığını görmüşlər. Etibar Ramilə kömək göstərərək maşının arxa hissəsinə əyləşdirmiş və özü sükana oturmuşdur. Onlar hamısı bir yerdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yollanmışlar. Bir müddət orada qaldıqdan sonra Ramili təcili tibbi yardım vasitəsilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına təxliyyə etmişlər. O Zərərçəkmiş şəxs1 10 ildən artıq müddətdir ki, tanıyır, onun oğlu Aqşinlə aralarında bəzən söz mübahisələri baş versə də, belə bir ciddi xarakter daşıyan mübahisələri olmamışdır. Hadisənin baş verməsinə səbəb Vilayətin onun anasıgilin işlətdiyi kafedən çıxıb evə getməyini deməsi, onun isə bundan imtina etməyi və kafedə oturmağa davam etdiyi üçün Vilayətin kirayədə yaşadığı evə gedib oğlunu kafeyə göndərməsinə görə oğlu kafeyə girib onun ağzından şillə ilə vurmuş və ayağının yuxarı hissəsindən bir dəfə yavaşca bıçaqla vurmuşdur. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. O oğlu Aqşin tərəfindən Ramil adlı şəxsin bıçaqla vurularaq xəsarət yetirilməsinin şahidi olmamışdır. Belə ki, oğlu onu bıçaqla vurduqdan sonra o kafedən çıxıb qaçmış və gizlənmişdir. Sonra isə DİN-nin 102 xidmətinə zəng edib hadisə yerinə polis çağırmışdır. Buna görə də, oğlu Aqşinin Ramili bıçaqla vurmasının şahidi olmamışdır. Hadisə zamanı oğlu Aqşin onun üzündən şillə ilə bir dəfə vurmuş və əlində olan bıçaqla onun sağ ayağının yuxarı hissəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o Əhmədli qəsəbəsində çilingər işləyir və özünə məxsus etibarnamə ilə idarə etdiyi “Mersedes Benz 190” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Axşam vaxtı işdən çıxıb Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən «777» adlı kafenin qarşısında durub müştəri gözləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:45 radələrində qeyd olunan kafeyə gəlmiş və orada bir stolda oturmuşdur. Daha sonra isə onun stoluna İlhamə bir az sonra isə Aynurə gəlib oturmuşdur. Aynurənin içkili olduğunu bilmişdir. Bir neçə dəqiqədən sonra isə Aynurənin oğlu Aqşin gəlmiş və Aynurənin sifətindən sillə ilə vurmuş, Aynurə ona tərəf keçmişdir. Bu vaxt Aqşin bel tərəfindən bıçaq çıxarıb Aynurənin sağ bud nahiyəsinə bıçaqla vuraraq xəsarət yetirmiş, daha sonra isə ona yaxınlaşıb nə üçün anası Aynurəyə spirtli içki verdiyini soruşmuşdur. O isə Aqşinə birlimişdir ki, aynurənin spirtli içki içməsindən xəbəri yoxdur. Bundan sonra aralarında sözlə mübahisə yaranmış, həmin vaxt Aqşin əlində saxladığı bıçaqla onun sol tərəfindən vuraraq xəsarət yetirmiş, o yerə yıxılmışdır. Daha sonra isə ona təpik vurmuş orada olan şəxslər Aqşini oradan uzaqlaşdırmışlar. Daha sonra isə onun xəstəxanaya aparmışlar. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan yaşayış massivində yerləşən «777» adlı kafeni 3 ilə yaxındır ki, icarəyə götürüb işlədir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində o işlədiyi kafeyə gəlmiş və hər gün olduğu kimi işinə başlamışdır. Kafedə onunla birlikdə anası Səmilə işləyir. Həmin gün saat 22 radələrində o tanış taksi sürücüsü Ramillə telefonla əlaqə saxlamış ki, gəlib onu evə aparsın. Ramil kafeyə saat təxminən 22:30 radələrində gəlmiş və su kranı xarab olduğu üçün ona köməklik etmiş ki, kranı təmir etsin. Bundan bir az sonra, yəni təxminən saat 23:30 radələrində bacısı Aynurə Vilayətlə birlikdə kafeyə gəlmişlər, həmin vaxt Aynurə və Vilayət haradasa içmişlər. Daha sonra isə onun kafesində oturub pivə içməyə başlamışlar. Vilayət pivəni içdikdən sonra Aynurəyə bildirmiş ki, «gedək səni evə aparım». Aynurə isə evə getmək istəmədiyini Vilayətə isə getməsini bildirmişdir. Vilayət kafedən çıxarkən Aynurəyə bildirmiş ki, gedib oğlu Aqşini onun dalınca göndərəcəkdir. Vilayət çıxıb getmişdir. Daha sonra o və Ramil işlərini qurtarıb Aynurənin stolunda oturub çay içmək istəmişlər. Bu vaxt Aqşin kafenin həyətinə girmiş və anası Aynurəyə yaxınlaşmış və «burada nə edirsən deyib» anası Aynurənin sifətindən şillə ilə bir zərbə vurmuşdur. Anası Aynurə ayağa qalxıb Aqşinə təpik atmış, Aqşin əsəbləşib belində kəmərin altında saxladığı bıçağı çıxarmış və Aynurənin sol ayaq tərəfindən bıçaqla bir dəfə vurmuşdur. Aynurə oradan kənara qaçmışdır. Həmin vaxt Ramil Aqşinin qarşısını kəsmiş ki, anası Aynurəni vurmasın. Bu vaxt Aqşin əsəbləşmiş və Ramildən «anamı sən içirdirsən? deyə soruşmuşdur. Daha sonra isə bıçaqla Ramili vurmuşdur. Bundan sonra isə bıçaqı hara atmışsa bilməmişdir. Aqşin daha sonra etdiyi hərəkətdən peşman oldunu deyib ondan xahiş etmiş ki, təcili yardım çağırsın və Ramili müayinə etsinlər. Bundan sonra isə Aqşin evə getmişdir. Ramil artıq avtomobilinə oturumuşdu. O, Ramllə telefonla əlaqə saxlamış harada olduğunu soruşmuş, Ramil bildirmiş ki, heç yerə getmək istəmir. O isə Ramilə bildirmiş ki, maşını kafenin qarşısına sürsün, Ramil kafenin qarşısına gəlmişdir. Daha sonra o orada olan tanımadığı müştərilərdən birindən xahiş etmiş ki, Ramilin maşının sürsün və xəstəxanaya getsinlər. Daha sonra adını bilmədiyi müştəri maşını idarə etmiş, o və anası avtomobilə oturmuşlar. Bundan sonra isə onlar Nevrocərrahiyə xəstəxanasına getmişlər. Oradan isə Ramili təcili tibbi yardım avtomobili ilə Sabunçu xəstəxanasına aparmışlar və orada Ramilə ilk tibbi yardım göstərmişlər. Qeyd olunan hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsi nömrəsiz ünvanında yerləşən “777” adlı kafedə baş vermişdir. (İ cild, i.v. 7-8) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 61) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 64-65) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(010)-335/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(010)-484/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 85-88, 186-190) xx.xx.2023-cü il tarixli ifadənin hadisə yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 110-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 1103 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: diafraqmanın, mədənin yaralanması və hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol ön səthinin daxilə nüfüz edən 1 ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tərixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (İ cild, i.v. 117-119) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 21/758 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası. Qeyd edilən xəsarət iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, alınma müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 123-125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 ambulator məhkəmə psixiatrik ekspertizasının 3480 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yoxlanınılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əmlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild, i.v. 126-128) Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdıqları üçün heç bir şikayəti və tələbi yoxdur. (İ cild, i.v. 129) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 130-139) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 142-144) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əmələrlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır və ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi –ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Həmçinin bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. X5 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs ictimai yer hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən «777» kafesində heç bir əsaslı səbəb olmadan, anası olan Zərərçəkmiş şəxs2 həmin kafedə spirti içki qəbul etməsini əsas tutub, hər hansı səbəb olmadan əvvəlcə sonuncuya sillə ilə sifətindən qəsdən bir zərbə vurmuş, daha sonra isə silah qismində bıçaqdan istifadə edərək qəsdən bir zərbə vurmuş, daha sonra isə həmin vaxt müştəri qismində ictimai yer hesab olunan kafedə çay içən Zərərçəkmiş şəxs1 onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün araya girərək onu sakitləşdirməsinə məhəl qoymamış, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 qarşı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zor tətbiq edərək xuliqanlıq niyyəti ilə bıçaqla bir zərbə vuraraq xəsarət yetirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(010)-335/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(010)- 484/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur, maddi sübut və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar