Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1302/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 29.02.2016-cı il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Nail” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28.02.2021-ci il tarixdə “Papanin” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, təmiz çəkisi 2,314 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış və 01 mart 2021-ci il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda video çəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,314 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd kiçik ölçülü, boz rəngli, üzərində “Amput” yazılmış, işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01.03.2021-ci il tarixdə evdə yatdığı zaman polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları evdə axtarış keçirən zaman evdən tərəzi tapmışlar. Sonra onu Nəsimi rayon Polis İdarəsinə aparmışlar və orada onun üzərinə bir bükümdən ibarət narkotik vasitə qoyaraq, bu barədə sənədləşmə aparmışlar. Həmin vaxt onun yanında müdafiəçi olmamış və o, müdafiəçi görməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və mənəvi təzyiqlər göstərilmiş və o, həmin təzyiqlərin təsiri altında təqdim olunan sənədləri imzalamışdır. Evində aşkar olunan tərəzi ilə bağlı onu bildirir ki, həmin tərəzidən narkotik vasitələrin çəkilməsində istifadə edilməmişdir. Onun həyat yoldaşı qızıl satışı ilə məşğul olduğu üçün tərəzidən qızılların çəkisinin ölçülməsi məqsədi üçün istifadə etmişdir. Bundan başqa, o, özü narkotik vasitə istifadəçisi olmuş və istifadə etmək üçün narkotik vasitələri Nail adlı şəxsdən almışdır. O, bu barədə, o cümlədən Nailin telefon nömrəsini ibtidai istintaq zamanı bildirmişdir. O, narkotik vasitəni Naildən aldığı zaman, Nail narkotik vasitəni özünə məxsus olan tərəzidə çəkirmiş. O, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01.03.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 13:25 radələrində Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən özümə məxsus bir ədəd işlək vəziyyətdə olan mobil telefonunu, bir ədəd özünə məxsus, kiçik ölçülü eletron tərəzi cihazını və şalvarının sol yan cibindən isə 1 ədəd kibrit qutusunun içinə qoyduğu şəffaf selofana bükülmüş, spesefik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. O, həmin kibrit qutusunun içərisində olan şəffaf selofana bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, habelə narkotik vasitəni 28 fevral 2021-ci il tarixdə “Nail” adlı şəxsdən 90 manata aldığını bildirmiş, daha sonra tam həqiqəti həqiqəti bildirərək deyərək həmin narkotik vasitəni 28.02.2021-ci il tarixdə səhər saatlarında “Papanin” deyilən ərazidən Nail ilə birlikdə tanımadığı Nailin tanışından aldıqlarını bildirmişdir. Lakin həmin narkotik vasitəni Nail adlı şəxsin aldığını, onunla birlikdə satmalı və əldə olunmuş gəlir aralarında bərabər olaraq bölünməli olmuşdur. Üzərindən aşkar edilən 1 ədəd elektron tərəzi cihazının isə nə məqsədlə gəzdirdiyi sual edildikdə həmin tərəzidən narkotik alarkən miqdarını çəkməkdən ötrü istifadə etdiyini bildirsə də daha sonra qeyd etmişdir ki, o, həmin tərəzidən narkotik vasitənin alışı zamanı deyil, satışı zamanı istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansi fiziki zor edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 01.03.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N,Məlikov küçəsi ev 17 saylı ünvanın qarşısında “İlham” adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə 01.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saat 13:05-də saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Nəsimi RPİ-də inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “DEXP” markalı qara rəngli işlək vəziyyətydə olan mobil telefon və həmin cibdən 01 ədəd kiçik ölçülü boz rəngli üzərində “Amput” yazılmış işlək vəziyyətdə olan elektron tərəzi cihazı, sol yan cibindən 01 ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd kibrit qutusunda olan şəffaf sellofana bükülmüş içırisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan toz şəkilli maddənin “kakos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində “kakos” adlanan 01 ədəd bükülü olan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirilərkən və idarədə sənədləşmə aparılarkən ona qarşı heç bir fiziki və mənəvi təzyiq göstərilməmiş və bu barədə Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər həqiqəti əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. Cinayət işi üzrə məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol ilə müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “DEXP” markalı qara rəngli işlək vəziyyətdə olan mobil telefon və həmin cibdən 01 ədəd kiçik ölçülü boz rəngli üzərində “Amput” yazılmış işlək vəziyyətdə olan elektron tərəzi cihazı, sol yan cibindən isə 1 ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli bükümü çıxarıb masanın üzərinə qoyur. O, 1 ədəd kibrit qutusunun içərisində şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” olduğunu bildirmişdir. Eyni zamanda üzərindən 01 ədəd elektron tərəzi cihazının ona məxsus olduğunu və həmin tərəzi cihazı ilə istifadə etdiyi narkotiki ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı götürülərək cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından görünür ki, siyahıda qeyd olunan mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sms mətnləri yazılmışdır. Belə ki, 01/09/2020 14:45:52,**********83,**********00 duşə bilmiəm sənə yg; 03/09/2020 12:53:05,**********83,**********00 yg meni; 04/09/2020 11:54:32, **********83, **********00 qaqaw salam yari duzeler, 04/09/2020 13:02:36, **********83, **********00 ataw yg; 04/09/2020 13:11:35 **********83, **********00 ataş gəsən; 05/09/2020 17:08:21 **********83, **********00 ataş yığda qaqas; 11/09/2020 12:44:20 **********22, **********00 Qaqas 25 manatdi; 13/09/2020 05:30:59 **********22, **********00-Qaqas Elcindi oyagsansa viziv at yigimda sani yatib qalmisam indi durdum; 13/09/2020 22:27:57 **********22,**********00-Qaqas tez yigda məni tutmur səndə; 17/09/2020 04:21:32 **********22, **********00-Qaqas bagislaki buvaxti narahat ediram, yatmamisansa mani yig da,vacib sozum var; 18/09/2020 03:12:38 **********22, **********00-Qaqas oyagsansa yigda mani yadaki xahis ediram telefonuvu acig saxlada səhər danışa bilək; 18/09/2020 19:49:27 **********22, **********00-Qaqas elcindi yigda məni tacili xahis edirəm; 18/09/2020 22:53:10 **********54, **********00-Qaqa mənəme ilqar məzinin dosdu; 18/09/2020- 22:53:47,**********54,**********00-Yığda məni; 21/09/2020-16:31:02, **********50, **********00-Mənən esgerdi duran kimi məni yiq sene pul verəcəm; 22/09/2020- 17:45:16,**********15,**********00-Napişite mne; 24/09/2020- 21:24:03,**********15,**********00-13 diy pot qərdeş; 26/09/2020-12:57:22, **********83, **********00-ilham necesen ataw; 27/09/2020-19:53:50, **********52, **********00-İlham salam necesen ferruxdu belke bidamci patin olan perviz gildə; 27/09/2020- 19:53:55,**********52,**********00-oturmusuq imkan varsa eger pərviz cixdi bayra ona verdə; 28/09/2020-17:08:41,**********52,**********00-Salam İlham nəvar nəyox imkan varsa bidene 5diy kaki ver mənə pulun axşam verərəm sənə axşama pul verəcəylər gəlib deyərəm sənə arxeyin ol məhləvizdəyəm, alınsa bidənə də, balaca daş verərsən çəkməyə; 28/09/2020-17:22:31 ,**********52, **********00-Gəlirsən qaqaş; 28/09/2020- 17:35:04, **********52, **********00-Qaqas gəlmirsənsə gedim mən; 28/09/2020-20:29:48, **********52, **********00-Qərdeş bidənə bayra çıxa bilərsən məhləvizdəyəm; 29/09/2020- 12:45:23, **********57, **********00-mənəm elcin qapidayam; 02/10/2020-02:15:22, **********15, **********00, Qərdeş bağışda bu vaxdı narahat eliyirəm. Səndə patıya çıxəş olsa mənə xəbər elə brat mənəm fərid; 04/10/2020-00:09:28, **********52, **********00- İlham salam feruxdu bidənəçıxda bayra məhləvizdəyəm; 04/10/2020-13:24:55, **********52, **********00-İlham bidənə yığda mənə; 05/10/2020-00:27:34, **********52, **********00-İlham kaki varındısa bidənə 5 diy mənə düz qoşda bərk lomkadayam, narmalni elədə bidənə; 05/10/2020-00:29:54, **********55, **********00-Ranimdi bayra çıx; 05/10/2020-21:41:43, **********55, **********00 qapıdayam, 05/10/2020-22:27:24, **********52, **********00-İlham evdesense bisənə vzv at gəlimdə siz tərəfə; 5/10/2020- 23:07:56, **********52, **********00-Qaqaşçıxırsan qərdeş imkan var bidənə həyətvizdə iyniyim; 06/10/2020-00:42:43,**********52,**********00-İlham bidenede beş diy duzəltdə bayaqkinnen tez çixda sen Allah məhləvizdəyəm; 06/10/2020-17:18:55,**********52, **********00-İlham evdəsənsə bidənəçixda bayra; 07/10/2020-17:37:04,**********71, **********00-İlham mənəm ilqar mezinin dosdu aç; 07/10/2020-18:33:24,**********52, **********00-ilham yigda mənə; 08/10/2020-00:01:10, **********42, **********00-Salam İlham necəsən, qaqas teli acan kimi məni yig Mubarizdi xutor; 08/10/2020-01:46:57, **********52, **********00-salam qerdew ağrıyram kaki varundu biraz; 08/10/2020-01:56:02, **********52, **********00-qərdeş qaqaw çıxdı qapivza çatanda oz nomresi ile yiqcaq səni onu yaxşı kloka bukərsən, atsin ağzına; 08/10/2020-02:14:53, **********52, **********00-brat çox sağol kontur yoxmdu ancaq sms gedir ona gore yaziram gecen xeyre; 08/10/2020- 13:28:58, **********52, **********00-ilham yığda mənə; 11/10/2020-12:37:36, **********52, **********00-Sabahin xeyir İlham necəsən kaki varındısa gəlim biraz ver mənə axşama kimi pul olacaq verərəm sənə; 11/10/2020-14:54:27, **********52, **********00-İlham məhləvizdəyəm; 12/10/2020-11:40:45,**********52, **********00-Salam qaqaş imkan varsa yığda məni; 17/10/2020-18:58:40, **********33, **********00, 8 manat var burduyam şüşə ver; 20/10/2020-14:48:32, **********15, **********00-Gərdeş mən yolun qiraginda dayanmişam gözlüyüram; 24/10/2020-03:54:44, **********86, **********00-ilham rusikdi yatmirsansa beshdiy cixarda bilersen qapiya; 26/10/2020-11:24:09, **********22, **********00-Mənəm ilhamın oğlu ac telefonu; 26/10/2020-13:19:27, 27/10/2020-17:14:17, **********92, **********00-Qaqaş mənəm elcin, zibilliyin yanindayam; 29/10/2020-04:47:12, **********50, **********00-X9 sənə 10 manta gore dala qaytardin məni biz bir birimizi çətinçilikden taniyiriq bir stolda çorek kesmişik bu boyda şeyə hörmət olmadıda kakos artiq saydın soxum onun işinə atravadı ona göre lazım deyildi ağrıda dala qaytarmaq adamı tərk eliyib gəlmişdim amma belə eliyərsən bilməzdim; 29/10/2020- 22:54:13,**********52,**********00-Qərdeş bidənəçıxda bayra; 31/10/2020-02:00:08, **********35, **********00-Dostum məndə telefonun kalonkasi xarabdi sesi esitmek olmur imkan varsa qapiya cixda isim var seniynen cixmali olsan vzv at cixim məndə; 06/11/2020- 10:39:51, **********37, **********00-İlham mənəm Mubariz xutor ac teli tez; 07/11/2020- 00:18:01, **********35, **********00-iLham qardasimsan cixginanda donub buz bagladım; 07/11/2020-15:43:51-**********15, **********00-Qərdeş hər nə versən indi 2 manat verərəm brat; 07/11/2020-23:51:34, **********84, **********00-Qaqaş mənə etibar elədə 8 manatı 7 cıxıb 3 kruqunda yekləyəcəm burda sim yoxdu polis fırlanır çox dayana bilmadim balamın canı yukləmə; 10/11/2020-21:10:39,**********52, **********00-qaqas bidənə bayra cıxda fərruxdu; 12/11/2020-01:24:42,**********35, **********00-İLham dostum vzv ozum atdim ki gecdi belke yatmisan,oyagsansa vzv at mənə yigim səni; 12/11/2020-15:23:39, **********52, **********00-İlham yığda mənə; 12/11/2020-17:01:34,**********15,**********00- Gagaş gec yigarsan?; 16/11/2020-22:12:09, **********84, **********00-Qaqaş Elçindi beş dəqiqəlik vatsapa girə bilərsən vacib bir şey var, şəklin atım bax xoşuva gələcək; 22/11/2020-11:00:06,**********52,**********00-Salam İlham necesən evdəsən qaqaş; 24/11/2020-11:46:40, **********15,**********00-Qaqa mənə yigda duranda; 28/11/2020- 15:44:00, **********80, **********00-Qaqas mənəm elcin qapiya cixda məhləvizdəyəm; 04/12/2020-04:46:04, **********52, **********00-qaqas cıxırsan; 07/12/2020-09:25:50, **********84, **********00-İlham telefonu aciq qoyda 11 gələcəm qapiya cixarsan; 10/12/2020-01:32:43, **********52, **********00-ilham bidənə yıgda mənə; 10/12/2020- 02:21:42, **********52, **********00-ilham çatıram çıxda; 11/12/2020-18:30:39, **********10, **********00-mənəm cinbaba qapidayam, biraz pati birazda kola cixart; 14/12/2020- 01:40:39, **********35, **********00-Dostum gəl bizim həyətə tez mran varsa, Dalandaklar kmd baxda; 14/12/2020-02:14:46,**********35,**********00-Dost yığmən surocnu; 14/12/2020-03:04:40,**********35,**********00-Dostum xahiş səndən ya jajqalka artq varsa ver, ya xarab olanda olsa olar qaz olsun tek xəbər elə mənə varsa gəlim verdə zehmet olmasa; 14/12/2020-03:50:16,**********35,**********00-Dostum qapvzn agzndayam, 5 manatlq dobru qardasva duzelt vzv at gəlim kaki, burdayam, qapda yam; 14/12/2020- 05:00:59,**********35,**********00-Dost yatmamsansa vzv at mənə vacibdi blm oyaqsan sənə sms yazm oxu sora vzv at oyaqsansa əgər; 14/12/2020-05:28:26, **********35,**********00-Dostum gələndə biraz varsa imkân əgərsə falqa götürərsəndə varındısa eger; 14/12/2020-05:33:40,**********35, **********00-Dostum qardasmsan pat pat varsa el borcu gotur men sene sabahda daha dorusu uje seher aclb bugun qaytararam and ola yaradanmza; 14/12/2020-05:34:41, **********35, **********00-Gəldə daha gozum yollarda qalıb; 14/12/2020-05:41:38,**********35, **********00-Əziz dostum mənim yaddan çıxarmamsan ki, məni qardasmsan gelde gözum yollarda qalb; 14/12/2020- 05:49:30,**********35,**********00-Qerdes birden gelmeke mkann yoxdusa nesesn zad varsa sen qardasvn sene dedklern elegnen ureym partlayre uje; 14/12/2020- 05:49:30,**********35,**********00-Qerdes birden gelmeke mkann yoxdusa nesesn zad varsa sen qardasvn sene dedklern elegnen ureym partlayre uje, Qerdes ne oldun, Gəldəöldüm mən uje; 15/12/2020-23:27:35,**********12,**********00- İlham Qapidayam; 15/12/2020-23:52:24,**********12, **********00-İlham qaqaş nə oldu gəlmirsən?; 17/12/2020,19:37:03, **********52, **********00-qaqas cox sagol patı lap yerne dusdu xeceletinnen cıxarıq balavın toyunda insallah; 20/12/2020-14:24:36, **********35, **********00-Dostum varndsa el borcu blrem deqq olacaq brazdan mende mkrayona gedmeliyem telefon aparmalyam ustaya axot yoxdu mene dediyim kimi, el borcu braz patı verə bilərsən; 22/12/2020-05:23:43,**********10,**********00-Burda məhlədəyəm qardawim, Brat Sesin gəlmir qapidayam; 22/12/2020-16:28:15, **********99, **********00-Menem orxandi herbici telim dusdu xarab oldu seni gözdurəm burda; 24/12/2020-19:38:06, **********70, **********00-İlham mənəm orxandi telfonu acanda meni yiq; 26/12/2020- 09:06:12, **********92, **********00-Salam ata sabahin xeyir ata telefonvu zenq elede mene isabala; 26/12/2020-23:36:41,**********52,**********00-Mənəm orxandi herbici qapidayam cixda qardaşımsan; 27/12/2020-04:44:55, **********52, **********00-İlham ayiqsansa məhləvizdəyəm bidənəçıxda qapıya; 27/12/2020-17:58:48, **********47, **********00-Salam mənəm ilham orxandi herbici yanva gəlirəm deyə yiqdim bu nomreye yığma; 30/12/2020- 22:17:10,**********04, **********00-Qaqas Elçindi açan kimi yigda bu nömreni saat neçədə olsa yığ vacibdi; 31/12/2020-03:01:11, **********52, **********00-çıxırsan qaqas, sen Allah tez cıxda; 31/12/2020-04:48:23, **********45, **********00-salam cınbabanı gorsez dıyınkı nurane yazmısdıkı agrıdan olrem gedmeyede yer yoxdu menle sroxnu elaqe saxlasın; 31/12/2020-22:01:45, **********84, **********00-Qaqaş qurban olum ela et 12 kimi çatımda evə; 03/01/2021-00:32:31, **********52, **********00-qerdes videne 5 dıy patı duz qosda menımcin narmalnı mehlevizdeyem; 04/01/2021-04:48:04, **********52, **********00-ilham cıxmadın hamamnan; 08/01/2021-22:50:09, **********35, **********00-Dostum qapivizdayam; 09/01/2021-02:40:53, **********35, **********00-Dost yaddan cixarma mənidə; 13/01/2021-04:13:35,**********50, **********00-qaqas qurban olum kömək eləəvəzin çıxaram; 13/01/2021-18:00:23, **********16, **********00-Xaloglu deyirdim 5 kakos 5 de şüşə verərədün mənə sabah 10 verərdim pulum qutarıb senol düzəlirsə xəbər elə gəlim yavaş-yavaş o tərəfə; 17/01/2021-02:58:09,**********42,**********00-İlham ayrıayrı elədə, 1 putov ele 05 ayri ele qardasimsan catdim bir dəqiqəyə; 22/01/2021- 22:32:21,**********15,**********00-ilham uli sennen soruwsaki,cefer senden kola alir deki yox ancaq pati alib yaxwi, ogunde demisenki uliyeki kola alir menden, sən Allah sorusanda pati alır hərdən; 23/01/2021-22:31:44,**********15, **********00-Telfonu yandirsan məni yığda bidənə,5 dik kola isdiyirem hacan dursan yigarsan gozduyurem; 26/01/2021- 10:04:21, **********15, **********00-İlham neynirsen, pulum yoxdu bidene panten sampun verim bidamci kola ver cixim vezytden.dusdaq pulnu almaga gerem,alib gelim verim 5mnat sene,imkan var xeberele; 26/01/2021-22:44:56, **********18, **********00-Qardawim durublar orda polislər. Ayazi gətiriblər. Necə eliyək; 28/01/2021-22:53:43,**********52, **********00-qaqas salam ferruxdu gelim videne 5 dıy kaki duz qosda; 29/01/2021- 01:52:07, **********30, **********00, man cın baba 7 manat Amili yanında bayır; 01/02/2021-02:07:22, **********15, **********00-ilham birden yatmasan seher 8de,mene 8mantliq kola lazim olacaq,yigarsanda meni bidene,yadaki vzv atarsann gelib goturerem, olmasa seher yigacam seni 8de; 02/02/2021-00:59:31,**********15,**********00-ilham duranda 8 manatliq kola,5manatliqda pati isdiyirdim,olsa xeber eliyersen gozduyirem zengivi; 05/02/2021-04:39:27, **********35, **********00-Dostum qardasimsan varindisa mene 1-2 gile siqaret verdə; 07/02/2021-03:54:53, **********15, **********00-Qərdeş mənə görə bidənə azyət çek başuva dönüm çix ötür olar?; 17/02/2021-06:02:15, **********52, **********00-QAQAS 5 dıy patı kakosda alınar videne he yox dene mənə; 28/02/2021- 23:08:26, **********26, **********00-Ay qaqaş seni gözdüyürem bilirsen ordan bize birez bezin pulu qalır, kakos qalır heçne mehldiyiy; 01/03/2021-08:06:01, **********52, **********00-Salam İlham, navar neyox, bəlkə biraz kakın ola sözləri yazılmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02.03.2021-ci il tarixli 6/854 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza İsgəndərov İlham....” yazı və imzalar olan zərfdə təmiz çəkisi 2,314 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11.03.2021-ci il tarixli 6/963 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “üzərində Amput yazılmış kiçik ölçülü tərəzi elektron” yazılan zərfdə 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisi müəyyən etmə və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12.04.2021-ci il tarixli 1045 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saylayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 30.03.2021-ci il tarixli 647 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən narkotik vasitə aşkar olunmaması, fiziki və psixoloji təzyiq altında sənədlərə imza etməsi və tərəzinin ona məxsus olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitə heroinin çəkisinin külli miqdarda olması, mobil telefondan sms vasitəsilə istehlakçılar ilə yazışmalar aparması, üzərindən narkotik vasitənin çəkilməsi üçün tərəzinin aşkar olunması, məhz onun tərəfindən qeyd olunan narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 29.02.2016-cı il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhər Probasiya İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 29.02.2016-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti 14.05.2016-cı il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01.03.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 2,314 qram narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalan 2,264 qram hissəsi və üzərində “Amput” sözləri yazılmış kiçik ölçülü elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 177 manat 40 qəpik (yüz yetmiş yeddi manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ0 **********000003944 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 210 (iki yüz on) manat miqdarında pul ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 2,314 qram narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalan 2,264 qram hissəsi və üzərində “Amput” sözləri yazılmış kiçik ölçülü elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 177 manat 40 qəpik (yüz yetmiş yeddi manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X2, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 oğluna 210 (iki yüz on) manat miqdarında pul ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1302/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1302/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver