Məhkəmə qərarları › İş №1(101)-1302/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1302/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1302/2022 29.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X7, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 fevral 1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitənin və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə “Əli” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 545,386 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 4,692 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, həmin narkotik vasitə heroinin 35,386 qramını və 4,692 qram psixotrop maddə metamfetamini özündə saxlamaqla daşımış, 510 qram narkotik vasitə heroini isə yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətindəki hamam otağına daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 21-ci Polis bölməsinə gətirilib, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli jaketin sol içəri cibindən 3,916 qram və 31,470 qram olmaqla, 2 (iki) ədəd sellofan bükümdə ümumilikdə 35,386 qram çəkidə narkotik vasitə heroin, 4,452 qram və 0,240 qram olmaqla, 1 (bir) ədəd sellofan və 1 (bir) ədəd kağız bükümdə ümumilikdə 4,692 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroin və metamfetamin izləri olan "X13” yazılı 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 20:55 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətindəki hamam otağına baxış keçirilən zaman 1 (bir) ədəd qara rəngli çantadan 510 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, ilk dəfə “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə etmiş və bu narkotik vasitənin alüdəçisi olmuşdur. O, gündəlik olaraq 0,5 qram çəkidə narkotik vasitədən istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları X12 küçəsində yaşadığı evin yanında tutmuşlar. Polis əməkdaşları onu tutduqdan sonra 21-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində olduğu vaxt onun üzərində 1 (bir) bükümdə 0,5 qram çəkidə “kakos” kimi tanıdığı narkotik vasitə olmuşdur. Sonra polis əməkdaşları onu yaşadığı evin həyətinə gətirərək orada axtarış aparmışlar və evin həyətindən “kakos” tapmışlar. İttiham aktında yazılanlar düz deyildir. Onun evinin həyətində “kakos” kimi tanıdığı narkotik vasitə olmamışdır. O, evin həyətindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilmir. Çünki həmin narkotik vasitə ona məxsus olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməmiş, lakin polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq göstərilmişdir. X12 küçəsində saxlamışlar, saxlayan adamların sayı çox olmuş, onu oradan 21-ci Polis bölməsinə aparmışlar. Orada onun üzərindən içində yarım qram çəkidə “kakos” kimi tadığı narkotik vasitə olan 1 (bir) büküm aşkar edilmişdir. Daha sonra onu yaşadığı evə aparmışlar, onun iştirakı ilə evə baxış keçirilmiş, həyətdə olan hamamda su qızdırıcının üzərində 500 qram çəkidə “kakos” aşkar edilmişdir. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Polis bölməsində onun üzərinə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş 0,5 qram çəkidə narkotik vasitə ona məxsus olsa da, hamamdan aşkar edilmiş 500 qram çəkidə narkotik vasitə ona məxsus olmamışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, 1-2 dəfə də tanışlarına narkotik vasitə satmışdır. Lakin bu mütəmadi xarakter daşımamışdır. Polis əməkdaşları onu döyməmişlər. Polis bölməsində ona psixoloji təzyiq göstərilmişdir. Polislər ona demişlər ki, “ya bu sənədlərə qol çəkəcəksən, ya da evdə kim varsa gedib götürəcəyik”. O da yaxınlarının da tutulacağından qorxaraq, polislərin verdikləri bütün sənədləri imzalamışdır. O, polis əməkdaşları tərəfindən döyülməmiş, fiziki zorakılığa məruz qalmamışdır. O, ikinci dəfə yenidən polislərlə yaşadığı evin həyətinə gəldikdə, orada hamamda su qızdırıcının üstündə narkotik vasitə aşkar edilmişdir. Lakin onun həmin narkotik vasitəyə heç bir aidiyyəti olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə bağlı heç kəslə yazışmamış, bu barədə danışıq aparmamışdır. Hamam bir neçə evin ortaq həyətində yerləşir. Həmin hamamdan 4 (dörd) ailə istifadə edir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitə həmin 4 (dörd) ailədən kiməsə məxsus olması ola bilərdi, lakin ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onların 2 (iki) uşağı var. O, Rəşadın narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Lakin Rəşadın narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumatı olmamışdır. O, Rəşadın kiməsə narkotik vasitə satmasını görməmişdir. O, Rəşadın narkotik vasitələrin satışı ilə məşğul olmasına inanmır. Rəşad saxlanılan gün o, evdə yatmışdır. Polislər gələrək onu oyadıb demişlər ki, “Rəşadı aparmağa gəlmişik”. Sonra polislər Rəşadı tutaraq polis orqanına aparmışlar. Rəşad saxlanılarkən o, orada olmuşdur. Polislər gələn zaman Rəşad həyətdə olmuşdur. Sonra polislər Rəşadı evə gətirmişlər. Bildiyinə görə həmin vaxt Rəşadın üzərindən az miqdarda narkotik vasitə çıxmışdır. Lakin sonradan o, bilmişdir ki, Rəşadı evə gətirmişlər və evin həyətində olan hamamdan 500 qramdan çox narkotik vasitə aşkar edilmişdir. Rəşadın həmin narkotik vasitəyə aidiyyəti olmamışdır. Çünki polislər evdə axtarış apararkən o, həmin vaxt evdə olmuşdur. Rəşadın hamamda narkotik vasitəsi olmamışdır. Şahid3 Ramiz qızının ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında kifayət qədər ziddiyyət yarandığından qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan olunmaqla tədqiq edilməsi zərurəti yaranmışdır. Belə ki, Şahid3 Ramiz qızının ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuş, birgə nikahlarından bir oğlan və bir qız olmaqla, 2 (iki) azyaşlı uşaqları var. Onlar ailə həyatı qurduqdan sonra Rəşadla birlikdə Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 17-də yaşamışlar. Bundan sonra Rəşadın valideynləri və qardaşı onlardan ayrılaraq başqa yerdə kirayə ev tutaraq yaşamışlar. Rəşad tutulana qədər onlar həmin evdə azyaşlı uşaqları ilə bir yerdə yaşamışlar. Rəşadla həmişə mehriban olmuşlar. Rəşadın narkotik vasitə və psixotrop maddədən istifadə etməsi barədə onun məlumatı olmuşdur. Yəni bu barədə Rəşad özü ona demişdir. Lakin hörmət əlaməti olaraq Rəşad heç vaxt onun və azyaşlı uşaqlarının yanında narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə və yaxud da psixotrop maddə satmasını bilməmiş, bu barədə onun heç bir məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə mağazada satıcı işlədiyindən o, işdə olmuşdur. Həmin gün saat 22:00 radələrində o, evə gəldikdə bilmişdir ki, Rəşad şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Həmçinin Rəşadın iştirakı ilə polis əməkdaşları tərəfindən mənzilə keçirilən baxış zamanı yaşadıqları mənzildən də narkotik vasitə aşkar olunmuşdur. Onun narkotik vasitənin mənzilin hansı hissəsindən aşkar olunması barədə məlumatı yoxdur. Həmin vaxt o, evdə olmadığından bu barədə məlumatı yoxdur. Həmçinin Rəşadın narkotik vasitəni yaşadıqları mənzilin hansı hissəsində saxladığından da o, xəbərsiz olmuş, yəni o, bunu görməmişdir. Əri Rəşadın narkotik vasitəni kimdən alması, haradan alması barədə də o, bir söz deyə bilməz. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən «Rəşad» adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı onun tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. ünvan 3 ünvanın qarşısında onlar «Rəşad» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və «Rəşad» adlı şəxsə barəsində narkotik vasitələri üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Sonra onlar Rəşadı Nəsimi RPİnin 21-ci Polis bölməsinə dəvət etmişlər. Rəşad da onlarla razılaşaraq Polis bölməsinə getməyə razılıq vermişdir. Orada olarkən «Rəşad» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis bölməsinə gəldikdə onun tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması X6yə həvalə olunmuşdur. X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli jaketin sol cibindən qara rəngli pulqabını çıxaraq onlara təqdim etmişdir. Həmin pulqabı açıldıqda 3 (üç) ədəd sellofan büküm, 1 (bir) ədəd kağız büküm və 1 (bir) ədəd balaca elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərin ikisində narkotik vasitə heroinə oxşar maddə, digər ikisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 (dörd) büküm və 1 (bir) ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı ünvan 4 ünvanda Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan hamamın içində olan sobanın üstündən 1 (bir) ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 44-45) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 48-55) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz jaketin sol iç cibindən içərisində 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 (bir) ədəd kağız və 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 (bir) ədəd qara rəngli pulqabı, jaketin sağ cibindən isə 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “Huawei” markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 57-58) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətindəki hamam otağına baxış keçirilən zaman həmin hamam otağından içərisində sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə olan 1 (bir) ədəd qara rəngli çanta aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1293 nömrəli rəyindən (cild 1, iş vərəqə 64-67) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)..» yazısı və imzalar olan 2 (iki) ədəd paketdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 35,386 qram (ayrı-ayrılıqda təmiz çəkisi 3,916 qram və 31,470 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 510 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 545,386 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 4,692 qram (ayrı-ayrılıqda təmiz çəkisi 4,452 qram və 0,240 qram) ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 80) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 82-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-136/2022 saylı qərarından (cild 1, iş vərəqə 106-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 137-140) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Huavei” markalı mobil telefonun sensor ekranı yerindən qopduğu və sındığı üçün mobil telefonun yaddaşına daxil olmaq mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Nokia 1100” markalı mobil telefonda mövcud olan zənglərə və SMS-lərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 962 saylı rəyindən (cild 1, iş vərəqə 176-178) görünür ki, Təqsirləndirilən şəxs hazırda üzvi (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu qərarda qeyd edilən əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2054 saylı rəyindən (cild 1, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 147-148) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nın cavab məktubundan (cild 1, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə vermiş İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş SMS mətnlərindən (cild 1, iş vərəqə 154-161) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və SMS mübadilələrinə dair məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı aşağıdakı məzmunda SMS-lərin daxil olması müəyyən edilmişdir: - “Kera noldu birdenbire adboy getdi yigiramda adboy verirsen.salamatciligdi?he kera anamcani yene diyirem ozpulum olanda bilirsenki seynen heyatiboyu pul mal sobeti elememiwem.cunki hemiwe sende meni hecvax qapunnan bow qaytarmamisan.indi bele cibimde 4-5man var.cetinpulu duzelir.istiyirsen onuda verim sene bidene narmalmi cet ver bidenede balaca daw ver gedim ciximda vezyetden.olureme ayagmin agrisinnan”, - “Atam 10 lug pati lazimdi puliynan”, - “Qaqaw mene 1.7 lazim deil.mene temiz qram ver birde 0.3 pati ver qalan halal xowun”, - “Qaqaş 10 luq kola lazımdı.gəlim?”, - “Ay reşat menem ferid olurem lomkadan iki beş kola ver temiz olax”, - “Qaqaw ruslandi uzurumuz var rayona gediriy gelim 3 qr goturum”. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 183-194) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, həmin maddələr üzrə ona yeni məzmunlu ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi¸ “Əli” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram və 35,186 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 4,592 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus 2 (iki) ədəd mobil telefonun Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçiirlməsini və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin, "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında (cild 1, iş vərəqə 196-197) görünür ki, cinayət işinin materiallarında İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 203-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 169) görünür ki, 05 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X1 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 dekabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 170) görünür ki, 05 noyabr 2016-cı il tarixdə X8 doğulmuş, onun anası Şahid3, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 171) görünür ki, 29 dekabr 2018-ci il tarixdə X4 doğulmuş, onun anası Şahid3, atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, eləcə də təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 21ci Polis bölməsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli jaketin sol içəri cibindən 3,916 qram və 31,470 qram olmaqla, 2 (iki) ədəd sellofan bükümdə ümumilikdə 35,386 qram çəkidə narkotik vasitə heroin, 4,452 qram və 0,240 qram olmaqla, 1 (bir) ədəd sellofan və 1 (bir) ədəd kağız bükümdə ümumilikdə 4,692 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan "X13” yazılı 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlər davam etdirilmiş və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 20:55 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətindəki hamam otağına baxış keçirilən zaman 1 (bir) ədəd qara rəngli çantadan 510 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə versə də, məhkəmə istintaqında vermiş olduğu ifadəsində ona qarşı irəli sürülmüş ittihamla razılaşmayaraq ittihamı bütövlükdə mübahisələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında tutulma yerini və şəraitini, tutularkən üzərində olan narkotik vasitənin çəkisini, yaşadığı evin həyətində yerləşən hamam otağından aşkar eidlmiş narkotik vasitənin ona məxsus olmamasını iddia etsə, habelə bununla bağlı müxtəlif dəlillər gətirsə də iddia etdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini ona polis əməkdaşları tərəfindən psixoloji təzyiqin göstərilməsi ilə əlaqələndirmişdir. O, psixoloji təzyiqin polis əməkdaşlarının onun yaxın qohumlarını tutacaqları ilə hədələnməsində ifadə olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında tutularkən və bundan sonraki müddət ərzində polis əməkdaşları tərəfindən döyülməməsini, ona işgəncə verilməməsini dəfələrlə ifadə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs tutulduqdan sonra ona polis əməkdaşları tərəfindən psixoloji təzyiq edilməsi müəyyən edilmədi. Təqsirləndirilən şəxsin yaxın qohumu qismində ifadə verən arvadı Şahid3 Ramiz qızı məhkəmə istintaqında ifadə verərkən ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etməyərək bildirmişdir ki, əri Təqsirləndirilən şəxs tutularkən o, evdə olmuş və baş verən hadisələrin şahidi olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şahid3 Ramiz qızı təqsirləndirilən şəxsin arvadı olduğundan ibtidai istintaq zamanı vermiş olduğu ifadədən bir qədər fərqli məzmunda ifadə verməklə təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə Şahid3 Ramiz qızının məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni mötəbər sübut hesab etmir. Ona görə də mötəbər sübut kimi onun məhz ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi əsas götürülməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsinə gəldikdə isə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ yüksək təminat altına alınmış və ittihamla bağlı ona ifadə vermək təklif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən və cinayət prosesi iştirakçılarının suallarına cavab verərkən dəfələrlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını iddia etmişdir. Lakin məhkəmə istintaqında ətraflı şəkildə tədqiq edilmiş 11 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş SMS mətnlərindən məlum olmuşdur ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif məzmunda mesajlar yazaraq, cinayət aləmi tərəfindən qəbul edilmiş “jarqon” terminlər vasitəsi ilə ondan müxtəlif çəkilərdə və müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələrin satılmasını istəmişlər. Qeyd edilən mesajların təhlili ona dəlalət edir ki, Təqsirləndirilən şəxs mesaj yazmış şəxslər ondan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri təqsirləndirilən şəxsə müəyyən məbləğ dəyərində narkotik vasitə və psixotrop maddə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” onun hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq ona öz iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs yazılmış mesajların əksəriyyəti jarqon dildə “kola”, “patı”, “lomka”, “çet” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələri, habelə həmin vasitə və maddələrdən istifadə edən şəxslərin fiziki vəziyyəti (lomka) və qeyd edilən vasitə/maddələrin saxlanıldığı bükümləri ifadə etmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evin həyətində yerləşən hamamdan aşkar edilmiş vasitələrini çəkisi, habelə onun üzərindən 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, üzərindən aşkarlanmış vasitələrin bir neçə bükümdə olması halları da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğundan həmin vasitə və maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi, habelə məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 mart 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2054 saylı rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram və 35,186 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,592 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsini və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram və 35,186 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,592 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsini və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar