Məhkəmə qərarları › İş №1(101)-1302/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1302/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1302/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü il Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2010 və 2012-ci il təvəllüdlü uşaqları olan, məhkumluğu olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi, ev 5, mənzil 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda narotik vasitə hesab olunan 398,417 qram çəkidə heroin, 1029,85 qram çəkidə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd metadon həbini, habelə külli miqdarda psixotrop maddə hesab olunan 310,916 qram çəkidə metamfetamini qanunsuz olaraq əldə edərək həmin narkotik vasitələri və psixotrop maddəni hissələrə bölməklə bir hissəsini yaşadığı evdə gizlədərək saxlamış, bir hissəni isə üzərində saxlamaqla daşımış, xx.xx.2023-ci il tarixdə saat 11:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında saxlanılaraq Bİnəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilib, saat 12:30-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,705 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,85 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin mətbəx otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içindəki gizli saxlanc yerindən 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1020 qram olan bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 02 ədəd bükümdə tünd-qəhvəyi rəngli, bir ədəd plsatik qabda qəhvəyi rəngli, ayrı-ayrılıqda təmiz çəkiləri 2,124 qram, 1,280 qram, 384,3 qram olmaqla ümumi təmiz çəkisi 387,704 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd F/M 40 göstəricili sintetik narkotik vasitə-metadon həbi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,396 qram, 128,991 qram və 158,824 qram olmaqla ümumi təmiz çəkisi 302,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və satış məqsədilə istifadə olunan, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər, yəni 2008-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, ona kimi narkotik vasitə istifadə etmiş, lakin ondan sonra istifadə etməmişdir. Ailəsi vardır, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi ev 5, mənzil 3 – də yaşamış, azyaşlı uşağı vardır. Lakin tutulmamışdan 2 ay əvvəl X9 ilə tanış olmuş, hər iki ailəsi ilə, gündüz vaxtları Esmira ilə, gecələr isə öz ailəsi ilə yaşamışdır. 21 sentyabr 2023-cü il tarixdə səhər saat 11:00 radələrində tanışı Aygün Hacıyeva ilə Biləcəridə uşağına mağazadan xaçapuri alıb mağazadan çıxdıqdan sonra 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin şəxslər onu bir maşında, Aygün Hacyevanı isə digər maşında Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin bölmədə ona ailəsi ilə təzyiq edərək verdikləri qanunsuz 10 qrama yaxın heroini, 9 qrama yaxın metamfetamini və 10 qrama yaxın qurudulmuş marixuananı üzərinə götürməyi məcbur etmişlər. Həmin əşyaları polis əməkdaşları onun pul qabının içinə qoymuşlar. Guman edir ki, polislər onu öz məlumatçısı olan Aygün Hacyevanın təkidi ilə saxlamışlar. Belə ki, hadisədən təxminən 3 gün əvvəl o, Aygünü döymüşdür. Onun üzərinə bölmədə baxış keçirilmiş və polislərin onun pul qabına qoyduqları əşyalar aşkar edilərək götürülmüşdür. Polislər onun ailəsinin yaşadığı ünvana onunla birlikdə getmiş, lakin evdə heç bir qanunsuz əşya aşkar etmədikləri üçün onu yenidən bölməyə gətirmişlər. Sonra özləri digər birinci arvadı Esmira Salmanovanın istəyinə zidd olaraq evə daxil olaraq şkafın içinə qoyduqları heroin, metamfetamin, marixuana və metadon həblərini yerləşdirmişlər. Bundan sonra onu təkrarən evinə aparıb evə baxış keçirmişlər. Belə ki, evdəki şkafın içindən 1 kq-dan çox nəşə, 384 qram heroin, metamfetamin və 30 ədəd metadon həbləri və elektron tərəzi aşkar etmişlər. Polislər evinə qoyduqları qanunsuz əşyaları aşkar etmələrinə dair protokol tərtib etmişlər. Həmin baxış videoçəkilişlə aparılmışdır. Evindən aşkar olunmuş heroin, metamfetamin, marixuana və elektron tərəzi ona məxsus deyildir. Metadon isə ona məxsus olmuş, onu istifadə etmək məqsədilə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat-müvəkkili, polis mayoru X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, 21 sentyabr 2023-cü il tarixdə ona əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitələrin və pixotrop maddələrin satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, o, rəhbər olmaqla həmkarları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında müşahidə mövqeyi tutaraq hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs piyada getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək ona narkotik vasitələrin və psixotrop maddələrin qanunzuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Orada onu təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə onların iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparmış, təhqiqatçının üzərində olan əşyaları masanın üzərinə qoyma təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə, 1 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, həmçinin 1 (bir) ədəd “Honor” markalı mobil telefon, 1 ədəd açarı təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya üzərindən aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin vasitəsi ilə Səngəçal rayonundan istifadə etmək məqsədi ilə götürdüyünü, həmçinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən evində əlavə narkotik vasitə olmasını, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 3 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında yaşadığı evinə baxış keçirildi. Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içindəki gizlin saxlanc yerindən 1 ədəd plastik qabda və 2 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 3 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bağlamada, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 30 ədəd metadon həbinə bənzər kütlələri, 1 ədəd narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan dəftəri və 1 ədəd elektron tərəzini təqdim etdi və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddələri İran islam Respblikasının vətəndaşı Şahin adlı şəxsin vasitəsilə 1 həftə əvvəl Salyan şosesindən gizlədilən yerdən götürərərk müxtəlif yerlərə çatdırılması üçün istifadəsi üçün əldə etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, həmçinin baxışa dair tərtib olunmuş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixi təzyiq olmamış, sonuncu inzibati binaya gətirilənə qədər üzərinə baxış keçirilməmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Bakı şəhəri DİN-in BNMİ-nin baş əməliyyatmüvəkkili, polis polkovnik-leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Miryusif Seyidova 21 sentyabr 2023-cü il tarixdə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitələrin və pixotrop maddələrin satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, Miryusif Seyidov rəhbər olmaqla o və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında müşahidə mövqeyi tutaraq hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs piyada getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək ona narkotik vasitələrin və psixotrop maddələrin qanunzuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Orada onu təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə onların iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparmış, təhqiqatçının üzərində olan əşyaları masanın üzərinə qoyma təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə, 1 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, həmçinin 1 (bir) ədəd “Honor” markalı mobil telefon, 1 ədəd açarı təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya üzərindən aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin vasitəsi ilə Səngəçal rayonundan istifadə etmək məqsədi ilə götürdüyünü, həmçinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən evində əlavə narkotik vasitə olmasını, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 3 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında yaşadığı evinə baxış keçirildi. Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içindəki gizlin saxlanc yerindən 1 ədəd plastik qabda və 2 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 3 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bağlamada, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 30 ədəd metadon həbinə bənzər kütlələri, 1 ədəd narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan dəftəri və 1 ədəd elektron tərəzini təqdim etdi və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddələri İran islam Respblikasının vətəndaşı Şahin adlı şəxsin vasitəsilə 1 həftə əvvəl Salyan şosesindən gizlədilən yerdən götürərərk müxtəlif yerlərə çatdırılması üçün istifadəsi üçün əldə etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, həmçinin baxışa dair tərtib olunmuş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixi təzyiq olmamış, sonuncu inzibati binaya gətirilənə qədər üzərinə baxış keçirilməmişdir. Məhkəmə iclasında qismində dindirilmiş Bakı şəhəri DİN-in BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Miryusif Seyidova 21 sentyabr 2023-cü il tarixdə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitələrin və pixotrop maddələrin satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, Miryusif Seyidov rəhbər olmaqla o və həmkarı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında müşahidə mövqeyi tutaraq hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs piyada getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək ona narkotik vasitələrin və psixotrop maddələrin qanunzuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Orada onu təhqiqatçıya təqdim etmişlər. Sonuncu isə onların iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparmış, təhqiqatçının üzərində olan əşyaları masanın üzərinə qoyma təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə, 1 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, həmçinin 1 (bir) ədəd “Honor” markalı mobil telefon, 1 ədəd açarı təqdim etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya üzərindən aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin vasitəsi ilə Səngəçal rayonundan istifadə etmək məqsədi ilə götürdüyünü, həmçinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən evində əlavə narkotik vasitə olmasını, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 3 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında yaşadığı evinə baxış keçirildi. Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konstruksiyalı dolabın içindəki gizlin saxlanc yerindən 1 ədəd plastik qabda və 2 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 3 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bağlamada, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 30 ədəd metadon həbinə bənzər kütlələri, 1 ədəd narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan dəftəri və 1 ədəd elektron tərəzini təqdim etdi və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddələri İran islam Respblikasının vətəndaşı Şahin adlı şəxsin vasitəsilə 1 həftə əvvəl Salyan şosesindən gizlədilən yerdən götürərərk müxtəlif yerlərə çatdırılması üçün istifadəsi üçün əldə etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən imzalanmış, həmçinin baxışa dair tərtib olunmuş protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixi təzyiq olmamış, sonuncu inzibati binaya gətirilənə qədər üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə ünvanlanmış 3-13-7/2-7626/2023 №-li xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli 3137/Ə336/2023 №-li əmrdən müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə qrup yaradılmış, qrupa Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və əməliyyat müvəkkili, polis mayoru Şahid2 üzvlər kimi daxil edilmiş, qrup rəhbəri isə əməliyyat müvəkkili, polis mayoru Şahid1 təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” restoranının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək qeyd olunan tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili E.Babışovun iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, axtarış və götürmə videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etdikdən sonra o əynində olan qara rəngli, qısaqol gödəkçənin sağ yan cibindəki pul qabının içindən 1(bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroin, 1(bir) bükümdə ağ rəngli, psixotrop maddə metamfetamin, 1(bir) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd “Honor” markalı mobil telefon, 1(bir) ədəd açar, həmin şalvarın sağ yan cibindən isə içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 15 qram(on beş qram) olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 qram(on bir qram) olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 qram(on altı qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırıldı, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, digər əşyalar sonuncuya geri qaytarılmışdır. O verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin vasitəsi ilə istifadə etmək məqsədi ilə Səngəçaldan götürdüyünü, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, 055 *** ** ** nömrəsini işlətdiyini, əlavə olaraq Qaradağ rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış və götürmə videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Ünvan ünvan 3-dür. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etdikdən sonra o həmin evin girişindən sağ tərəfdə yerləşən mətbəxin sol tərəfindəki taxta konutruksiyalı dolabın içindəki gizlin saxlanc yerindən 1(bir) ədəd plastik qabda və 2(iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini, 3(üç) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamini, 1(bir) ədəd bağlamada, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı, 30(otuz) ədəd metadon həbini, 1(bir) ədəd narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan dəftəri və 1(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 470 qram(dörd yüz yetmiş qram) olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 304 qram(üç yüz dörd qram) olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 51 qram(bir kq əlli bir qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar edilməmişdir. Əməlindən peşiman olduğunu, özünü təqsirli bildiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına 21 sentyabr 2023-cü il tarixdə baxış keçirilən zaman gizli saxlanc yerindən aşkar edilmiş üzərində “Happines diary” yazıları qeyd edilmiş, ürək şəkilləri olan, çəhrayı rəngli qeyd dəftərinə Qaradağ RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvan 8 ünvanına 21 sentyabr 2023-cü il tarixdə baxış keçirilən zaman gizli saxlanc yerindən aşkar edilmiş üzərində “Happines diary” yazıları qeyd edilmiş, ürək şəkilləri olan, çəhrayı rəngli qeyd dəftərində yazılmış olan 3k.2pa, 5k.2pa, 5k.5pa, 4k.2pa, 50k, 5k.3pa, 8.2pa+1pa, 5k, 2 gul, 1036 Gul apardı+, 10G, 4k.1pa, 5k, 10G, 7k.2pa, 8k.3pa, 5k.3pa+10G, 5pa, 8k.2pa, 150G, 7k.1pa, 6k, 6k, 5pa, 5k.5g,4k.2pa, 5k, 5pa.5k, 10pa, 30G, 8k2pa, 10k+, 8k2pa, 7k3pa, 100k, 5k.5pa, 35G, 6k, 5k.5pa, 8k.7pa, 5G, 4k.1pa, 7k.5pa, 10k, 6k.2pa, 8k.2pa, 8pa, 21qram Gul, 7k, 5qr.pa, 23 qram Gul, 1qram yarım kola, 0.5 patı, 15k. 5pa, 20k, 5k, 100G, 1000G, 1000G, 10G.10k yazılar olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş üzərində “Happines diary” yazıları qeyd edilmiş, ürək şəkilləri olan, çəhrayı rəngli qeyd dəftərinin ona aid olduğunu və içərisindəki yazıların onun xətti ilə yazıldığını, həmin yazıları narkotik qəbulu zamanı dozaya nəzarət etmək üçün bu şəkildə cədvəl tutaraq ay ərzində istifadə etdiyi narkotik vasitələrin miqdarını yazdığını, orada göstərilən “k” hərfi kola kimi adlandırığı narkotik vasitə heroini, “pa” hərfləri patı kimi adlandırığı metamfetamini, “gul” isə nəşə kimi adlandırığı tiryəki, rəqəmlər isə neçə qram istifadə etdiyini göstərdiyini bildirdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi-bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4977 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,713 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 8,705 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən „aşkar olunan...” sözləri olan bağlamanı açdıqda içərisində üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 14,396 qr, 128,991 qr, 158.824 qr, ümumi təmiz çəkisi 302,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 2 ədəd bükümdə tünd-qəhvəyi rəngli, bir ədəd plastik qabda qəhvəyi rəngli, ayrı-ayrılıqda təmiz çəkiləri 2,124 qr., 1,280 qr., 384,3 qram, ümumi təmiz çəkisi 387,704 qram olan maddələr kustar üsulla hazrlanmış narkotik vasitə heroindir, üç ədəd üzərində “Methadon 40” göstəriciləri olan blisterdə 30 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri açıq-qəhvəyi rəngli "F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 №-li zərfdəki bir ədəd bükümdə olan narkotik vasitə heroinlə bağlamadakı bir ədəd plastik qabdakı narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, bağlamadakı 2 ədəd bükümdə tünd-qəhvəyi rəngli narkotik vasitə heroinlər onlardan kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Zərfdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi-bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1338 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki qara rəngli pul kisəsinin içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi-9,85qram və ağ kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-1020qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 1029,85qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin yaşıl rəngli polietilen bağlamadakı 01(bir) ədəd elektron tərəzinin üzərində çətənə(kannabis) bitkisinin hissəcikləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2023-cü il tarixli 7753 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Opioidlərin və narkotik vasitələrə və psixtrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan Tramadolun birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ********* saylı cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olmuş, təqsirləndirilən şəxs öz xətti ilə tanış olma ilə bağlı etirazının və vəsatətinin olmamasını qeyd etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmdən müəyyən olunur ki, Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 234.1, 206.2, 66.2 və 93.1.4-cü maddələri ilə 04 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndində əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsi səciyyələndirən sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzin” dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdur, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-nın daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır, evlidir, himayəsində 2010 və 2012-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılmasl haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təiz çəkisi 8,705 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,85 qram bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həçinin yaşadğı məzildən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1020 qram ola bitki mənşəli kütlələr çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,396 qram, 128,991 qram və 158,824 qram olmaqla ümumi təmiz çəkisi 302,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 02 ədəd bükümdə tünd-qəhvəyi rəngli, bir ədəd plastik qabda qəhvəyi rəngli, ayrı-ayrılıqda təmiz çəkilər 2,124 qram, 1,280 qram, 384,3 qram olmaqla ümumi təmiz çəkisi 387,704 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd F/M 40 göstəricili sintetik narkotik vastə metadn həbi, satış məqsədi ilə istifadə olunan, üzərində narkotik asitə heroin izləri olan 01 ədəd elektron tərəzi və qeyd dəftəri maddi sübut kimi tanınmışdır. 2 ədəd DVD disk və qed dəftəri cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra üzəridən aşkar edilmiş narkotik vasitə heroinin 10,613 qram qalığı və psixotrop maddı metamfetaminin 8,605 qram qalığı, həmçinin yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroinin 387,604 qram qalığı, psixotrop maddə metamfetaminin 302,111 qram qalığı, 29 ədəd metadon həbi, həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuannanın 1029,65 qram qalığı və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi möhürlənmiş zərfdə saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, təqsirləndirilən şəxs X5 məxsus şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, lakin heç bir sübut əhəmiyyətinə malik olmayan “Honor x9a” markalı mobil telefon həyat yoldaşı X6 təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, üzərinə və mənzilə baxış keçirilməsi haqqında protokollardan, ekspertiza rəyləri, təqsirləndirilən şəxsə məxsus onun mənzilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin satışına dair qeyd dəftərçəsində qeyd mətnlərindən, mənzilindən aşkar edilmiş 01 ədəd üzərindən narkotik asitə heroin izləri olan elektron tərəzə ilə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 4-cü bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.” Həmin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 6-cı bəndinə əsasən “Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.” Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndinə əsasən “Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.” Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra üzəridən aşkar edilmiş narkotik vasitə heroinin 10,613 qram qalığı və psixotrop maddı metamfetaminin 8,605 qram qalığı, həmçinin yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroinin 387,604 qram qalığı, psixotrop maddə metamfetaminin 302,111 qram qalığı, 29 ədəd metadon həbi, həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuannanın 1029,65 qram qalığı və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd DVD disk və qeyd dəftəri cinayət işinin materiallarında saxlanılmalı, X5 məxsus «Honor x9a» markalı mobil telefon həyat yoldaşı X6 təhvil verilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 159 (yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra üzəridən aşkar edilmiş narkotik vasitə heroinin 10,613 qram qalığı və psixotrop maddı metamfetaminin 8,605 qram qalığı, həmçinin yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroinin 387,604 qram qalığı, psixotrop maddə metamfetaminin 302,111 qram qalığı, 29 ədəd metadon həbi, həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuannanın 1029,65 qram qalığı və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin, 2 ədəd DVD disk və qeyd dəftəri cinayət işinin materiallarında saxlanılsın. X5 məxsus «Honor x9a» markalı mobil telefon həyat yoldaşı X6 təhvil verilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 159 (yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar