Məhkəmə qərarları › İş №1(101)-1303/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1303/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1303/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:20 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 Ələsgər qızının və Zərərçəkmiş şəxs6, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli qərarı ilə cəzası 5 ilə endirilmiş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Qaradolaq kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 181.2.2-ci, 181.2.5-ci və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmiş, təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, təkrarən silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş və vətəndaşın digər mühüm şəxsi sənədini talamışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 17 noyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti 90 ünvanının qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncunun əlindəki içərisində 15 manat dəyərində "xxxx" ASC-yə aid kart, 11 manat dəyərində “Azəriqaz” İstehsalat birliyinə aid kart, 70 manat dəyərində “Al Halal” şirkətinə aid möhür, 300 manat dəyərində “Yasəmən” şirkətinə aid möhür olan 35 manat dəyərində əl çantasını dartıb götürdükdən sonra əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 431 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Emin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 20 dekabr 2022-ci il tarixdə saat 03:39-da Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 2 ünvanında yerləşən “Məhəllə çayxanası” adlı kafenin giriş qapısının qıfılını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla sındırdıqdan sonra “Emin” adlı şəxslə oraya qanunsuz daxil olub, kafenin içərisindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 500 manat dəyərində “LG” markalı 82 diaqonallı televizoru, 400 manat dəyərində “Edifir” markalı səsgücləndiricini, hər biri 2 manat olmaqla cəmi 40 manat dəyərində 20 ədəd “Jaguar” markalı enerji içkilərini, hər biri 2 manat 40 qəpik olmaqla cəmi 48 manat dəyərində “Əfsanə” markalı pivələri, hər biri 1 manat 50 qəpik olmaqla cəmi 12 manat dəyərində “Snikers” markalı şokoladları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 21 dekabr 2022-ci il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanının qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs3 arxadan yaxınlaşıb üzərində olan istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib həmin bıçağı sonuncunun sol ayaq nahiyəsinə dirəməklə ona sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs3 əlində saxladığı içərisində 50 manat pul olan 15 manat dəyərində əl çantasını dartıb götürərək hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 65 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 21 dekabr 2022-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 74A ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs4 yaxınlaşıb sonuncunun əlindəki zərərçəkmişin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 600 manat dəyərində “Samsung Galaxy A12” markalı mobil telefon aparatını dartıb götürdükdən sonra əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 605 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 dekabr 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs5 Ələsgər qızının işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 56D ünvanında yerləşən “Yağmur” uşaq bağçasının giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açıb oraya qanunsuz daxil olaraq bağçanın içərisindən zərərçəkmişin qiymətləndirməsinə görə 900 manat dəyərində “Shivaki” markalı 120 diaqonallı televizoru, 350 manat dəyərində “Janome Selector” markalı, “Forest 12” modelli paltar tikən maşını, hər biri 15 manat olmaqla cəmi 1350 manat dəyərində 90 ədəd uşaq yataq dəstlərini, 50 manat dəyərində pərdəni, hər biri 10 manat olmaqla cəmi 100 manat dəyərində 10 dəst uşaq paltarlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 Ələsgər qızma ümumilikdə 2750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “VAZ 2104” markalı 90- HR-331 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla sındınb, avtomobilin salonundakı sandıqçadan içərisində zərərçəkmişin qiymətləndirməsinə görə 10 manat dəyərində "xxxx" ASC-yə aid “Leo bank” plastik kartı, 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik kart, 150 manat nağd pul, Zərərçəkmiş şəxs6 məxsus mühüm şəxsi sənəd hesab edilən “VAZ 2104” markah **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsi, sığorta şəhadətnaməsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin pin kodu qeyd edilmiş sənədi və sürücülük vəsiqəsi olan 5 manat dəyərində sənəd qabını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 175 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketin qarşısında təxminən 50-55 yaşlarında olan bir xanıma yaxınlaşaraq tanış olmaq istədiyini bildirmiş, həmin xanım isə “tələsirəm məni narahat etmə” deyə cavab vermişdir. Bir qədər uzaqlaşdıqdan sonra həmin xanımı izləməyə başlamış, onun əlindəki əl çantasını götürüb qaçmaq niyyətinə düşmüşdür. Təxminən 200-300 metr uzaqlaşdıqdan sonra Tbilisi prospektində “Araz” marketin yaxınlığında anidən həmin xanıma məxsus qara rəngli əl çantasını onun əlindən dartaraq qaçmağa başlamışdır. Həmin vaxt qadına hədəqorxu gəlməmiş və ya zor tətbiq etməmişdir. Həmin qadın onun arxasınca bir qədər gəlsə də ona çata bilməmişdir. Oradan uzaqlaşdıqdan sonra həmin çantanın içərisinə baxmış və orada şəxsiyyət vəsiqəsi, bir ədəd "xxxx" kartı, bir ədəd “Azəriqaz”a aid kart, adını xatırlamadığı şirkətə məxsus iki ədəd möhür olduğunu görmüşdür. O, əl çantasının içərisində pul və ya qiymətli əşya olduğunu düşünmüş, amma çantada pul və qiymətli əşyalar olmadığından yalnız işıq və qaz kartlarını götürmüş, çantanı isə içərisindəki möhürlər ilə birlikdə yaxınlıqda olan yol kənarındakı piyada keçidinin üzərinə qoymuşdur ki, kimsə görüb sahibinə qaytarsın. Bundan başqa, 20 dekabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Məhəllə çayxanası” adlanan kafenin giriş qapısının dəmir məhəccərinin qıfılını əlində olan dəmirlə, yəni “mantirofka” ilə qırdıqdan sonra orada olan plastik qapının kilidini “vintaçan”la açaraq tanışı Emin adlı şəxslə birlikdə ora daxil olmuş və oradan 20 ədəd “Jaguar” adlı energetik içkilər, 20 ədəd “Əfsanə” adlı pivə, 8 ədəd “Snikers” şokoladları, 01 ədəd “LG” markalı plazma televizor, iki ədəd səsgücləndirici oğurlamışlar. Oradan çıxarkən pivə aparatının dəmir başlığını və su qızdırıcını da oğurlamaq istəmişlər, amma onu aça bilmədikləri üçün dərhal oradan çıxıb uzaqlaşmışlar. O, Emin adlı şəxsi yalnız üzdən tanımış, mobil telefon nömrəsini bilməmiş, onun da oğurluqla məşğul olduğunu bildiyi üçün ona “Məhəllə Çayxanası”ndan oğurluq etməyi təklif etmiş, sonuncu da razılaşaraq həmin oğurluğu onunla birlikdə törətmişdir. Oğurladıqları əşyaların hamısını birlikdə tanımadıqları taksi sürücüsünə sataraq 100 manat gəlir əldə etmişlər və həmin gəliri öz aralarında hərəsinə 50 manat olmaqla bölmüşlər. Bundan başqa 21 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən avtobus dayanacağında əvvəlcədən tanıdığı yüngül həyat tərzi keçirən Səbinə adlı qadını görmüş və həmin qadına yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra ona otelə getməyi təklif etmiş, amma sonuncu razılaşmamışdır. Ona görə də həmin qadının əlində olan “Samsung Galaxy A12” markalı mobil telefonu almaq istəmiş, sonuncu buna etiraz etdikdə onu itələyərək telefonu zorla onun əlindən alaraq qaçmışdır. Səbinə yerə yıxılmış və az sonra ayağa qalxaraq onun arxasınca qaçmağa başlamış, amma o, oradan uzaqlaşaraq çıxıb getmişdir. Səbinənin telefonunu 21 dekabr 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon mağazasına 50 manata satmış, telefonun içərisində olan nömrəni isə çıxardıb tullamışdır. Bundan başqa, 23 dekabr 2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında “Yağmur” uşaq bağçası olduğunu görərək oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də həmin bağçanın plastikdən olan giriş qapısının üzərində olan fiqurlu vintaçanı qapının arasına salaraq qapıya təzyiq göstərməklə açmış və içəri daxil olmuşdur. İçəri qaranlıq olduğu üçün kağız yandıraraq içərini işıqlandırmış və işığın yandırıldığı yeri taparaq işıqları yandırmışdır. Bağçanın içərisində olan elektik çayniki elektrikə taxmış və çay dəmləyib içmişdir. Bundan sonra otaqda olan “Panasonic” LCD modelli böyük ekran televizoru, ağ rəngli tikiş maşınını, bir ədəd pərdəni, uşaq paltarlarını və təxminən 90 ədəd uşaq yataq dəstlərini götürərək bağçadan çıxmış və qapını yenidən bərk çırpıb bağlamışdır. Bağçadan çıxdıqdan sonra yoldan keçən tanımadığı taksi ilə metronun “20 Yanvar” stansiyasının yaxınlığına gəlmiş və oradan da yol maşını ilə yaşadığı Ağcabədi rayonuna getmişdir. Rayona getmədən öncə tikiş maşınını 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən tanımadığı kafedə kafenin sahibinə 60 manata satmışdır. Televizor yararsız olduğu üçün onu 3-cü mikrorayon bazarının yaxınlığında zibilə atmışdır. Yataq dəstlərini isə Ağcabədi rayonunda hazırda xatırlamadığı yerdə yerləşən bağçaya pay vermişdir. Bundan başqa 24 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu. A.Mustafayev küçəsində binaların arasında “VAZ 2104“ markalı avtomobilin sol nahaq şüşəsini əlində olan vintaçan vasitəsilə sındıraraq avtomobilin salonunda olan “Pioner” makalı maqnitafonu söküb yerindən çıxartmaq istəsə də bunu edə bilməmişdir. Avtomobildə olan bardaçokdakı qara rəngli sənəd qabına baxdıqda onun içərisində avtomobilə məxsus texniki pasport, sürücülük vəsiqəsi, sığorta kartı və “Kapital” banka aid kart olduğunu görərək onları oğurlayıb oradan uzaqlaşmışdır. O, avtomobildə ona verilmiş ittihamda qeyd olunan 150 manat pulu, VÖEN pin kodunu və “Leo” bank kartını görməmiş və götürməmişdir. “Vaz 2104” markalı avtomobildən sənədləri oğurlamasının səbəbini izah edə bilmir, amma tutulan zaman avtomobilin texniki pasportunu, sürücülük vəsiqəsini, sığorta kartını və “Kapital” bank plastik bank kartını polis bölməsində təhqiqatçıya təhvil vermişdir. O, üzərində heç vaxt bıçaq gəzdirməmiş, oğurladığı kartlardan heç bir formada istifadə etməmişdir. Oğurladığı əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq olduğunu bilməmişlər, o, bu barədə heç kimə məlumat verməmişdir. Zərərçəkmiş şəxs3 qarşı guya quldurluq etməsi ilə bağlı ona qarşı irəli sürülmüş ittihamla razılaşmır. O belə bir əməl törətməmişdir, ona qarşı bu ittiham tam qanunsuz və əsassız şəkildə irəli sürülmüşdür. Qalan bütün epizodlar üzrə özünü təqsirli bilir. Dəfələrlə məhkum olunmuş adam kimi bilir ki, quldurluq ağır məsələdir, o buna ehtiyac görə bilməzdi heç vaxt ki, ağır cəza alsın. Onsuz da oğurluq onun peşəsidir, həbsdən çıxandan sonra yenə dərhal oğurluğa başlayacaqdır. Amma quldurluğun onun boynuna qoyulması ilə razılaşmır. İbtidai istintaq zamanı dindirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs əsasən oxşar məzmunlu ifadə vermiş və həm də göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Azərcell” binasının qarşısında bir nəfər təxminən 30-35 yaşlarında olan qadının yolu keçdiyini görüb arxadan həmin qadına yaxınlaşmış və onun əlindəki qırmızı rəngli pul kisəsini dartıb almaq istəyəndə həmin qadın pul kisəsini ayaqlarının arasında gizlətməyə çalışsa da o, zorla pul kisəsini alıb qaçmışdır. Həmin qadın onun arxasınca qışqıraraq qaçsa da ona çata bilməmişdir. O, qaçaraq hadisə yerindən uzaqlaşmış və bir qədər getdikdən sonra pul kisəsinə baxdıqda orada yalnız həmin qadına məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. Pul kisəsində pul və qiymətli əşyalar olmadığını görərək onu içərisində olan şəxsiyyət vəsiqəsi ilə birlikdə yaxınlıqdakı zibil qabına atmış və oradan uzaqlaşmışdır (cild 2, iş vərəqə 87-90, 143-146). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə təxminən saat 00:05 radələrində metronun “20 Yanvar” stansiyasından çıxaraq Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketdən alış-veriş etdikdən sonra bayıra çıxmışdır. Bu zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq israrla onunla tanış olmaq istəsə də, o, həmin şəxsə gec olduğunu, evə tələsdiyini deyərək tanışlıq verməmiş və prospektlə üzü aşağı “Araz” market istiqamətində hərəkətinə davam etmişdir. Təxminən yolun kənar hissəsi ilə 200 metr getdikdən sonra tanımadığı həmin şəxs qəflətən ona yaxınlaşaraq əlində olan qara rəngli əl çantasını dartaraq əlindən alıb qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca qışqıra-qışqıra qaçsa da ona çata bilməmişdir. O, dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Ona məxsus əl çantasının içərisində şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə məxsus işıq kartı, “Azəriqaz”a məxsus qaz kartı, işlədiyi “Al Halal” İnternational şirkətinə və “Yasəmən” şirkətinə aid iki ədəd möhür olmuşdur. O, həmin şəxsi əvvəllər tanımamışdır. Sonradan istintaq zamanı ona məlum olmuşdur ki, əl çantasını əlindən alıb qaçan şəxs Təqsirləndirilən şəxsdur. "xxxx" kartının bərpasına görə 15 manat, “Azəriqaz” kartının bərpasına görə 11 manat, “Al Halal” şirkətinə aid möhürün bərpasına görə 70 manat pul, “Yasəmən” şirkətinə aid möhürün bərpasına görə isə 300 manat pul ödəmişdir. Bir il qabaq aldığı əl çantası isə 35 manat dəyərindədir. Əl çantasının markası yadında qalmamışdır. Ümumilikdə ona 431 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı həmin şəxsin əlində hər hansı bir əşya və ya yad cism olduğunu görməmiş, həmin şəxs ona heç bir xəsarət yetirməmiş, onu öldürməklə hədələməmiş, sadəcə anidən onun əlində olan çantasını zorla alıb qaçmışdır. Vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 20 dekabr 2022-ci il tarixdə təxminən saat 07:15 radələrində ünvan 5 ünvanda yerləşən ona məxsus “Məhəllə” çay evinə işə gələrkən qapıya yaxınlaşanda çay evinin qapısını açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda çay evində oğurluq baş verdiyini görərək dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. İçəri baxdıqda oradan 500 manat dəyərində bir ədəd “LG” markalı televizor, 400 manat dəyərində “Edifir” markalı səsgücləndirici, 20 ədəd “Jaquar” markalı enerji içkisi, 20 ədəd “Əfsanə” markalı pivə, 8 ədəd “Snikers” şokaladlarının oğurlandığını aşkar etmişdir. Həmçinin pivə aparatının başlığının və istilik qurğusunun da oğurlanmaq istənildiyini, lakin zədələnərək yerində qaldığını görmüşdür. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, çay evindən 2 il qabaq aldığı “LG” markalı 500 manat dəyərində televizor, 2 il qabaq 400 manata aldığı “Edifir” markalı səsgücləndirici, 20 ədəd hər biri 2 manat olmaqla “Jaquar” markalı enerji içkiləri, 20 ədəd hər biri 2 manat 40 qəpik olan “Əfsanə” markalı pivə, 8 ədəd hər biri 1 manat 50 qəpik olan “Snikers” şokaladları oğurlanmışdır. Zədələnmiş əşyalara görə isə ona 150 manat ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməyib, amma ödənilməsini də tələb etmir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə təxminən saat 00:20 radələrində yaşadığı mənzilə gələn zaman “Araz” marketdən evə bazarlıq edib çıxdıqdan sonra hər iki əlində bazarlıq etdiyi sellofanları, həmçinin qırmızı rəngli pul qabısını sağ əlində saxlayaraq evə tərəf getmişdir. Nəsimi rayonu, Əcəmi parkı yaxınlığında təxminən 30-35 yaşlarında olan tanımadığı bir kişi arxadan ona yaxınlaşaraq əli ilə ayaqlarının arasından onu əlləşdirərək yavaş-yavaş yuxarı qalxmağa başlamış və həmin vaxt o, ayağında ağrı hiss etmişdir. O, ani bir vəziyyətdə nəyin baş verdiyini anlamağa çalışaraq arxaya çönmüş və bu zaman həmin şəxs əlində olan bıçağı ona göstərərək sağ əlində saxladığı pul kisəsini onun əlindən dartıb qaçaraq oradan uzaqlaşmışdır. O, həmin şəxsin arxasınca qışqıra-qışqıra qaçmağa başlamış, amma həmin şəxs bıçağı ona təkrar göstərdiyi üçün ona xəsarət yetirə biləcəyindən qorxaraq dayanmışdır. O, sol ayağından nəsə isti maye axdığını hiss etmiş və evə gələn zaman əynindəki şalvarı dəyişərkən sol ayağının diz nahiyyəsinə yaxın hissəsindən qan axdığını görmüşdür. O, dərhal başa düşmüşdür ki, həmin şəxs onun ayaqlarını əlləşdirərkən bıçaqla xəsarət yetirmişdir. Pul kisəsinin içərəsində 50 manat nağd pul və şəxsiyyət vəsiqəsi olmuşdur. Təxminən bir il qabaq aldığı, markası yadında qalmayan pul kisəsinin öz qiyməti isə 15 manat olmuşdur. Ümumilikdə ona 65 manat ziyan dəymişdir. Həmin şəxs onu sözlə hədələməsə də, bıçağı ona göstərməklə və xəsarət yetirməklə hədə-qorxu gəlmişdir. Dəqiq olaraq xatırlayır ki ona qarşı quldurluq əməlini məhz Təqsirləndirilən şəxs törətmişdir. Həmin anda Elgünün üzünü əsasən maska kimi papaq örtsə də bu şəxsin gözləri, gözlərinin ifadəsi hal-hazıradək onun dəqiq yadındadır, məhz gözlərinə görə bu şəxs heç kiminlə səhv salmır. İbtidai istintaq vaxtı da ona tanınma üçün təqdim edilərkən Elgünü digər əlamətləri ilə yanaşı əsasən də gözlərindən dərhal tanımışdır. Ona vurulmuş ziyan ödənilməyib. Vurulmuş ziyanın ödənilməsini və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada ciddi cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Ələsgər qızı göstərdi ki, təxminən 2017-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllə, Moskva prospekti 56D ünvanında yerləşən “Yağmur” özəl uşaq bağçasının müdirəsidir. 23 dekabr 2022-ci il tarixdə təxminən saat 07:15 radələrində bağçanın giriş qapısını açmaq istəyən zaman qapıya müdaxilə olunduğunu, lakin qapının bağlı olduğunu görmüşdür. Bağçanın qapısını açıb içəri daxil olduqdan sonra ətrafın dağınıq olduğunu və otaqlardan birinin işığının yanılı olduğunu görmüşdür. Bağçanın içərisinə baxan zaman oğurluq olmasından şübhələnərək dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Polis əməkdaşları ilə birlikdə bağçanın otaqlarına baxış keçirilən zaman dəyəri 900 manat olan böyük ekranlı “Shivaki” LCD markalı televizorun, dəyəri 350 manat olan “Forest 12” markalı tikiş maşınının, hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 1350 manat olan 90 ədəd yataq dəstinin, bir ədəd 50 manat dəyərində böyük pərdənin, 10 dəst hər bir dəsti 10 manat olmaqla cəmi 100 manat dəyərində uşaq paltarlarının oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə zamanı bağçaya ümumilikdə 2750 manat dəyərində maddi ziyan dəymişdir. Vurulmuş ziyanla bağlı heç bir tələbi yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, 24 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində özünə məxsus olan **-HR-*** dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı avtomobilini ünvan 7 ünvanın qarşısında saxlamış, başqa avtomobillə Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişdir. 25 dekabr 2022-ci il tarixdə təxminən saat 00:15 radələrində geri qayıdıb avtomobilinə yaxınlaşan zaman avtomoilinin ön sol şüşənin sındırıldığını görmüş, buna görə dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Avtomobilinin içərisinə baxdıqda ön sərnişin oturacağının qarşısındakı sandıqçadan qara rəngli sənəd qabının oğurlandığını aşkar etmişdir. Təxminən beş il əvvəl beş manata aldığı həmin sənəd qabının içərisində avtomobilə aid texniki şəhadətnamə, sürücülük vəsiqəsi, “Kapital” və “Leo” banklarına məxsus bank kartları, ona məxsus sığorta şəhadətnaməsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin pin kodu qeyd edilmiş sənəd və 150 manat pul olmuşdur. İstintaq zamanı oğurluq cinayətini törədən Təqsirləndirilən şəxs müəyyən olunaraq tutulduqdan sonra ona məxsus avtomobilə aid texniki şəhadətnamə, sürücülük vəsiqəsi, "xxxx"a məxsus bank kartı, sığorta şəhadətnaməsi Elgün adlı şəxsdən götürülərək ona qaytarılmışdır. Baş vermiş oğurluq nəticəsində ona 175 manat, avtomobilin şüşəsinin sındırılması nəticəsində isə 125 manat maddi ziyan dəymişdir. Sənədlərin oğurlanması nəticəsində isə ona maddi ziyan dəyməmişdir. İlkin olaraq məlumat verərkən şəxsiyyət vəsiqələrinin də oğurlandığını zənn etmiş, daha sonra şəxsiyyət vəsiqələrinin evdə olduğunu və maqnitafonun sökülərək avtomobilin içində qaldığını aşkar etmişdir. Bank kartlarından pul çıxarılmamış və ya alış-veriş olunmamışdır. "xxxx"a aid olan kartda heç bir məbləğ olmamış, “Leo bank” kartını isə bağlatdırmışdır. Ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmasını xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiqi olunmuş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 21 dekabr 2022-cİ il tarixdə təxminən saat 04 radələrində yaşadığı mənzilə getmək üçün Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən dayanacaqda duran zaman üzdən tanıdığı Elgün ona yaxınlaşaraq əlində olan dəyəri 600 manat təşkil edən “Samsung A12” markalı mobil telefonunu əlindən dartıb qaçaraq oradan uzaqlaşmışdır. O, qışqıra-qışqıra Elgünün arxasınca qaçsa da ona çata bilməmişdir. Bir qədər sonra yaxınlıqda tanımadığı cavan oğlandan zəng vurmaq üçün telefon istəmiş, həmin oğlan da telefonunu ona verdikdən sonra dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları oraya gələrək ərizə və izahatının alınması üçün onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aparmışlar. O, Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verən zaman həyəcanlı olmuş, hadisə vaxtı Elgünün yanında heç kim olmamış, əlində də balta olmamışdır. Əvvəllər Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında ofisant işlədiyi “Liman” kafesindən müştəri kimi tanıdığı Elgünlə heç bir münasibəti olmamışdır. İlkin izahat verərkən həyəcanlı olmuş, son verdiyi ifadə doğrudur. Elgün onu vurmamış, sadəcə telefonunu əlindən dartıb qaçmışdır. Ona məxsus bir il qabaq aldığı “Samsung A12” markalı mobil telefonu 600 manat dəyərindədir. Mobil telefonun içərisində olan ***-***-**-** saylı nömrə isə 5 manat dəyərində olmuş, balansında kontur olmamışdır. Baş vermiş hadisə zamanı ona 605 manat dəyərində maddi ziyan dəymişdir. Həmin vaxt Elgünün əlində heç bir əşya və ya yad cisim olduğunu görməmişdir. Elgün sadəcə ona məxsus mobil telefonu əlindən dartaraq hadisə yerindən qaçıb getmiş, onu ölümlə hədələməmişdir (cild 1, iş vərəqə 162-163). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Rövşən Cəfərov küçəsində yerləşən obyektdə telefon aksessuarlarının satışı ilə məşğul olur, həmçinin işlənmiş mobil telefonlar alaraq onları sonradan satır. 21 dekabr 2022-ci il tarixdə əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi obyektə gələrək özündə olan “Samsung A12” markalı mobil telefonu ona göstərib satmaq istədiyini bildirmişdir. O, həmin mobil telefona baxaraq ekranı sınıq olduğu üçün onu 50 manata ala biləcəyini bildirmiş, Elgün də onunla razılaşmışdır. Bundan sonra o, Elgündən şəxsiyyət vəsiqəsini alaraq onun surətini çıxartmış və mobil telefonun İMEİ kodları, markası və aldığı tarix ilə bağlı həmin vərəqin arxasında qeydlər aparmış və mobil telefonu Elgündən alaraq ona 50 manat pul vermişdir. O, mobil telefonun ekranını dəyişmiş və satmaq üçün onu vitrinə qoymuşdur. Sonradan polis əməkdaşları onun işlədiyi obyektə gələrək bir neçə gün əvvəl “Samsung A12” markalı mobil telefon alıb-almadığını soruşmuşlar, o da Elgündən aldığı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda izahat verərək Elgünün arxasında qeydlər olan şəxsiyyət vəsiqəsinin surətini də vermişdir. Elgün ona mobil telefonun özünə məxsus olduğunu demiş, həmin mobil telefonun cinayət yolu ilə əldə olunmasından onun məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiqi olunmuş Şahid1 göstərmişdir ki, o, ünvan 9 ünvanda yerləşən “Sürücü kafesi”ni işlədir. 25 dekabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində işlədiyi kafeyə bir nəfər müştəri gələrək çay sifariş etmiş, onunla bir qədər söhbət etdikdən sonra əlində olan qara rəngli sellofanın içərisində işlənmiş paltartikən maşın olduğunu deyərək həmin paltartikən maşını satmaq istədiyini ona təklif etmişdir. O, həmin paltartikən maşına baxdıqdan sonra işlək vəziyyətdə olub-olmamasını və oğurluq mal ola biləcəyini soruşduqda həmin şəxs evin əşyası olduğunu, işlək vəziyyətdə olduğunu, ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Paltartikən maşını almaq qərarına gəldikdə həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmiş, lakin həmin şəxs vəsiqəsinin yanında olmadığını bildirmiş və onu tam inandırmaq üçün təxmini yadında qalmışdır ki, ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Qeyd olunan paltartikən maşını 60 manata almışdır. 25 dekabr 2022-ci il tarixdə bir nəfər tanımadığı şəxs ona zəng edərək polis əməkdaşı olduğunu bildirmiş və onun aldığı paltartikən maşının oğurluq olduğunu deyərək həmin əşyanı qaytarmasını istəmişdir. O, həmin paltartikən maşını 60 manata aldığını deyərək hara desə gətirə biləcəyini bildirmişdir. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöəsinə gəlməyini istəmişlər. Səhəri gün, yəni 25 dekabr 2022-ci il tarixdə paltartikən maşını da götürüb polis şöbəsinə apararaq təhvil vermişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, paltartikən maşını ona satan şəxs Təqsirləndirilən şəxsdur. O, həmin əşyanın oğurluq olduğunu bilsəydi heç vaxt Elgündən belə bir şey almazdı (cild 2, iş vərəqə 39-41). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 qarşı cinayətin törədildiyi yer ünvan 10 ünvanın qarşısıdır (cild 1, iş vərəqə 12-13). Hadisə yerinə baxış keçirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi “Məhəllə çayxanası” adlı kafe ünvan 2 ünvanında yerləşir (cild 1, iş vərəqə 51-58). Hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 qarşı cinayətin törədildiyi yer ünvan 11 ünvanın qarşısıdır (cild 1, iş vərəqə 71-72). Hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 qarşı cinayətin törədildiyi yer ünvan 12 ünvanın qarşısıdır (cild 1, iş vərəqə 104-105). Hadisə yerinə baxış keçirilməsi haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 56D ünvanında yerləşən “Yağmur” uşaq bağçasıdır (cild 1, iş vərəqə 94-96). Hadisə yerinə baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci İl tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanın qarşısıdır (cild 1, iş vərəqə 126-129). Könüllü təqdim etmə və götürmə barədə 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 “Samsung A12” markalı mobil telefonu könüllü təqdim edərək həmin mobil telefonu ona 21 dekabr 2022-ci il tarixdə xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 50 manata satdığını bildirmişdir (cild 1, iş vərəqə 113). Könüllü təqdim etmə və götürmə barədə 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti olan vintaçanı, “Vaz-21043” markalı **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı həmin avtomobilə məxsus texniki vəsiqəni, Zərərçəkmiş şəxs6 məxsus sürücülük vəsiqəsini və sosial sığorta şəhadətnaməsini, "xxxx" plastik bank kartını könüllü təqdim etmişdir (cild 1, iş vərəqə 132- 133). “Məhəllə çayxanası” adlı kafedən oğurluq edilməsinin videgörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 03:39-da həmin obyektin qapısını sındıraraq yanında olan başqa bir şəxslə birlikdə içəri daxil olur. Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin onun özü olduğunu bildirmişdir (cild 1, iş vərəqə 62-63) Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin məktubu ilə təqdim olunmuş disklərin birində bir ədəd 12 saniyə müddətində videofayl vardır. Videofayl açıldıqda orada bir nəfər başında qara rəngli “çeçenka” tipli papaq, qara rəngli “balonka” tipli qısaqol gödəkçə, qolları göy rəngdə olan gödəkçə, qara rəngli şalvarda olan şəxsin əlində qara rəngli plazma televizorla “Yağmur” uşaq bağçasının inzibati binasında durması və bir neçə saniyə sonra görüntüdən yoxa çıxması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki əlində televizor olan şəxsin özünün olduğunu bildirmişdir. Baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin məktubu ilə təqdim olunmuş digər diskdə iki ədəd 32 və 24 saniyə müddətlərində videofayllar vardır. 32 saniyə müddətində olan videofayl açıldıqda həmin videofaylda bir nəfər qara rəngli geyimdə, başında qara rəngli papaq və ayağında ağ rəngli ayaqqabılar olan şəxsin qaçması, onun arxasınca isə sarı rəngli gödəkçədə bir nəfər qadının qaçması, qara geyimdə olan şəxsin məhəllələr arası qaçaraq uzaqlaşması, qadının isə bir qədər qaçıb orada durması, qadının arxasınca başqa şəxslərin gəlməsi müşahidə olunur. 24 saniyə müddətində olan videogörüntüdə isə bir nəfər qara rəngli papaq, qara rəngli geyim və ayağında ağ rəngli ayaqqabı olan şəxsin mağazalar olan hissədən gəlməsi və bir neçə saniyə sonra müşahidə kameralarının görüntüsündən itməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər iki videogörüntüdə olan şəxsin onun özü olduğunu bildirmişdir (cild 1, iş vərəqə 200-202). Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin onun əlindəki “Samsung A12” markalı mobil telefonu dartaraq qaçdığını bildirmişdir (cild 1, iş vərəqə 147-149). Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki Zərərçəkmiş şəxs1 təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin onun əl çantasını dartaraq qaçdığını bildirmişdir (cild 1, iş vərəqə 150-152). Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin onun diz nahiyəsinə bıçaqla xəsarət yetirdiyini və əlindəki pul qabını dartaraq qaçdığını bildirmişdir (cild 1, iş vərəqə 153-155). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək təsdiq etmişdir (cild 2, iş vərəqə 72-73). Məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 1745 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət - sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gəlmişdir, 21 dekabr 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (cild 2, iş vərəqə 50-52). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli, 9/06 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs5 Ələsgər qızına məxsus Tayland istehsalı olan “Janome Sek or” markalı, “Forest 12” model, ağ rəngli, aksesuarları ilə birlikdə paltar tikən maşını 200 manat; Zərərçəkmiş şəxs4 məxsus Vyetnam istehsalı olan “Samsung” markalı “A125F7DSN” (Galaxy A12) model, 3501xx/xx/940621/2 İMEİ kodlu, qara rəngli sensor dizaynlı, daxili yaddaşlı mobil telefon 150 manat. Qərarda göstərilən malların ayrıayrılıqda, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs5 Ələsgər qızına məxsus bir ədəd beş il bundan qabaq alınmış 120 diaqonal “Shivaki” LCD markalı televizor 2022-ilin dekabr ayına 350 manat, Zərərçəkmiş şəxs1 məxsus 3 adda mallar 2022-ci ilin noyabr ayına 45 manat, Zərərçəkmiş şəxs2 məxsus iki adda mallar 2022-ci ilin dekabr ayına 380 manat, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd bir il bundan əvvəl aldığı markasını xatırlamadığı qırmızı rəngli pul kisəsi 2022-ci ilin dekabr ayına 5 manat, Zərərçəkmiş şəxs6 məxsus 2 ədəd bank kartları 2022-ci ilin dekabr ayına 20 manat. Qərarda qeyd edilən 13 adda mallar haqqında ətraflı məlumat olmadığından və satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxslər ekspertiza rəyində göstərilən qiymətlərlə razı olmadıqlarından Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri qiymətlərə istinad edilməklə ittiham elan edilmişdir (cild 2, iş vərəqə 54-58). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı ilə cəzası 5 ilə endirilmiş, 21 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqə 42-45). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhülkəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2-ci, 181.2.5-ci maddələrində nəzərdə tutulan əməllər isə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı quldurluq etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 181.2.2-ci, 181.2.5-ci və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 181.2.2-ci, 181.2.5-ci və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 26, 30; cild 2, iş vərəqə 24-25). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd vintaçan məhv edilməli, içərisində videogörüntülər olan üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung A12” markalı mobil telefonun, “Janome Selector” markalı, “Forest 12” modelli paltar tikən maşının, Zərərçəkmiş şəxs6 məxsus sənədlərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 180.2.2-ci, 181.2.2-ci, 181.2.5-ci və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2-ci və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd vintaçan məhv edilsin; - İçərisində videogörüntülər olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - “Samsung A12” markalı mobil telefonun, “Janome Selector” markalı, “Forest 12” modelli paltar tikən maşının, Zərərçəkmiş şəxs6 məxsus sənədlərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar