Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1303/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Sirius” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum mənbədən və tarixdə satış məqsədi ilə şəxsiyyəti naməlum “Mojtaba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında “whatsapp” ani mesajlaşma proqramı üzərindən yazışaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində, habelə Şahid4 taksi kimi idarə etdiyi “Peugeot 405” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 13 sentyabr 2023-cü il tarixdə saat 02:20 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Bakı-Astara-İran sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 47-ci km-də yerləşən stasionar postun yaxınlığında saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə gətirilərək üzərinə və avtomobilə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli 1 (bir) ədəd sellofan bağlamada qablaşdırılmış 32,02 qram təmiz çəkidə, avtomobilin yük yerində isə qara rəngli 5 (beş) ədəd polietilen bağlamada qablaşdırılmış ayrı-ayrılıqda 3100 qram, 2915 qram, 2950 qram,1000 qram, 1510 qram təmiz çəkilərdə, ümumilikdə 11.507,02 qram olmaqla külli miqdar təşkil edən çəkidə çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrurdulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin “marixuana” növündən istifadə edir. O, evlidir və 4 övladı var. O, narkotik vasitəni “İnstagram” və s. kmi sosial şəbəkədə satan şəxslərdən əldə edərək istifadə edir. O, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə narkotik vasitəni satan şəxslə razılaşaraq onun “Kapital Bank” kartına 32 qram narkotik vasitəyə görə 200 manat pul köçürmüşdür. O, qəbzi “Whatsapp” sosial şəbəkəsində həmin şəxsə göndərdikdən sonra həmin şəxs ona konum göndərmişdir. 12 sentyabr 2023-cü il tarixdə o 32 qram narkotik vasitə olan “marixuananı” götürmək üçün İmişli-Kürdəmir yoluna getmişdir. O, İmişli-Kürdəmir yolundan 32 qram narkotik vasitəni götürmüşdür. Lakin yolda 10-12 nəfər polis əməkdaşı onu saxlamışdır. Belə ki, o narkotik vasitəni götürməyə gedərkən polis əməkdaşlarını görməmiş, lakin qayıdarkən Qarabağ Postuna kimi polis əməkdaşları onun arxasınca maşını sürmüşlər. Polis əməkdaşları onu saxlayaraq BNMİ-nə aparmışlar. Şəxsi axtarış zamanı polis əməkdaşlarından Surxay adlı əməkdaş və adlarını bilmədiyi digərləri iştirak edirmişlər. Surxay adlı əməkdaş ondan əvvəlcə 40.000 manat, sonra isə 30.000 manat istəmişdir. O, bir sutka BNMİ-də saxlanılmışdır. Ona verilən vaxt ərzində o pulu ödəməyi çatdırmamışdır. Sonra o Qaradağ rayonu ərazisində MSY-nə göndərilmişdir. Onun maşınına baxış zamanı maşınından 32 qramdan artıq narkotik vasitə aşkar olunmuşdur. Lakin o yalnız 32 qram narkotik vasitə almaq üçün getmiş və 32 qram narkotik vasitənin pulunu ödəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, son 2 aydır ki, narkotik vasitədən istifadə edir. O, narkotik vasitəni almaq üçün 2 nömrə ilə yazışaraq əlaqə saxlayırmış. O, Sədərək bazarında işləyir və mal gətirmək üçün müxtəlif ərazilərə gedir. O, qayıdarkən yolüstü narkotik vasitə satan şəxsə mesaj yazaraq razılaşıb narkotik vasitəni İmişli, Kürdəmir yolundan götürmüşdür. İmişli-Kürdəmir yolunda polis əməkdaşlarının maşını onun arxasınca gəlirmiş. Polis əməkdaşları onun maşınının həm qabağında, həm də arxasında maşınlarını saxlayaraq onu dayandırmışlar. O, saxlanılarkən maşınına və onun yük yerinə baxış keçirilməmişdir. Polis əməkdaşları onu Postda saxlayaraq çəkiliş olacağını demişlər. Sonra da çəkilişi açıb bağlamışlar. Polis əməkdaşları onu saxlayarkən əlini qandallamışlar. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni boynuna götürməsə, onu ömürlük həbs edəcəklər. Surxay adlı şəxs BNMİ-nin əməkdaşı imiş və ondan pul istəmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarından Surxay adlı əməkdaş və adlarını bilmədiyi digərləri iştirak edirmişlər. Ekspertiza zamanı ona narkotik vasitələrin istifadəçisi olduğunu soruşmuşlar, o da təsdiqləmişdir. Ondan qan nümunəsi götürülməmiş və yalnız şifahi suallar verilmişdir. Elan olunmuş cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları ona əvvəl-axır tutulacağını dedikləri üçün o protokola imza çəkmişdir. Elan olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan avtomobilə baxış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları ona əvvəl-axır tutulacağını dedikləri üçün o protokola imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat, ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 36-37-ci vərəqələrində olan izahatında, 50-53 və 67-70-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Bir neçə ay bundan əvvəl «tik-tok» ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşının narkotik vasitələr satdığının şahidi olmuşdur. Onunla «Tik-Tok» proqramı vasitəsilə yazışaraq narkotik vasitə alıb satmaq istədiyini bildirmişdir. Aralarında razılıq əldə olunduqdan sonra İran vətəndaşı ona adının “Mojtaba” olduğunu bildirərək, istifadəsində olan “Whatsapp” ani mesajlaşma proqramında istifadəsində olan +**********59 saylı mobil nömrəsini vermiş, həmin proqram üzərindən yazışmalarını ona bildirmişdir. Anlaşmaya əsasən Mojtaba ona bağlamada müxtəlif növ narkotik vasitələr göndərəcək və o, həmin narkotik vasitələri həm bir hissəsini özü sataraq gəlir əldə edəcəkmiş, həmdə onun göndərdiyi narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində gizlin yerlərdə gizlədərək, onların “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə məkanı qeyd edib GPS xəritəni ona atmalı imiş. Belə ki, ilk dəfə cari ilin avqust ayının sonlarında Mojtaba ona cənub zonasından olan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə məkan GPS xəritə xatırlatması göndərmişdir. O, istifadəsində olan mobil telefon vasitəsilə onun qeyd etdiyi GPS koordinatlara daxil olub narkotik vasitənin olduğu yerə getmişdir. Həmçinin onun göndərdiyi fotoşəkildə narkotik vasitənin olduğu yer işarələnmişdir. Onun xəritədə qeyd etdiyi məkanı tapdıqdan sonra orada olan bağlamanı götürüb açaraq, içərisində olan qurudulmuş marixuananın bir hissəsini özü üçün götürmüşdür. Bir hissəsini isə Mojtabanın göstərişinə əsasən Qaradağ rayonunun müxtəlif yerlərinə qoyaraq GPS xəritəsini və narkotik vasitəni gizlətdiyi yerin fotoşəkillərini çəkərək ona göndərmişdir. Bundan başqa onların arasında əldə olunan razılaşmaya əsasən onun başqa ərazilərə yerləşdirib şəklini atdığı narkotik vasitələrə görə Mojtaba ona hər bir kiloqrama görə 500 manat əlavə olaraq pul ödəməli imiş və yaxud da öz istifadəsi üçün narkotik vasitə verməli imiş. O, Mojtabadan aldığı narkotik vasitələri müxtəlif hissələrə böldükdən sonra onları sataraq gəlir əldə edirmiş. Mojtaba ilə avqust və sentyabr aylarında müxtəlif vaxtlarda narkotik vasitələr alaraq həmin qaydada bir hissəsini özünə götürüb qalan hissələri Bakı şəhərinin müxtəlif ərazilərinə yerləşdirərək “Whatsapp” ani mesajlaşma vasitəsilə məkanını Mojtabaya göndərirmiş. 12 sentyabr 2023-cü il tarixdə Mojtaba ona yenidən təxmini çəkisi 13 kiloqram olan narkotik vasitə qurudulmuş marixuana bağlamasını göndərdiyini bildirmişdir. Həmin marixuananı xəritə GPS vasitəsilə götürmək üçün onun qeyd etdiyi əraziyə yollanmışdır. İmişli-Kürdəmir yolundan həmin narkotik vasitəni götürərək Şahid4 idarə etdiyi “PEUGEOUT” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerinə qoymuşdur. Oranı tərk edərək Qaradağ rayonu, Sahil qəsəbəsinə evə gəldiyi zaman, Sahil qəsəbəsinin ərazisində 3-4 mülki geyimli şəxs avtomobilə yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək xidməti vəsiqələrini ona təqdim etmişlər. Ondan üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması barədə sual verdikdə, onlara üzərində və avtomobildə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Qaradağ RPİ-nə dəvət etmişlər və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində olan 1 ədəd bağlamanı və avtomobilin saxlanc yerində olan ümumi çəkisi 13 kq-a yaxın olan qurudulmuş marixuanaları onlara təqdim etmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. Polis əməkdaşları ona əvvəl-axır tutulacağını dedikləri üçün o izahata və protokollara imza çəkmişdir. Elan olunmuş cinayət işinin 64-cü vərəqəsində olan əşyaya baxış və götürülmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları ona əvvəl-axır tutulacağını dedikləri üçün o protokola imza çəkmişdir. Elan olunmuş cinayət işinin 66-cı vərəqəsində olan elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları ona əvvəl-axır tutulacağını dedikləri üçün o protokola imza çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 sentyabr 2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasının vətəndaşı ilə əlaqəyə girərək Bakı şəhərinə gətirib həmin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr saat 02:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax-Bakı şəhəri istiqamətində yolun 47-ci kilometrliyində postun yaxınlığında Təqsirləndirilən şəxs olduğu, Şahid4 idarə etdiyi avtomobili saxlamışlar. Şahid4 və Təqsirləndirilən şəxs müşahidə altında Qaradağ RPİ-nə gətirilmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən bir büküm marixuanaya bənzər maddə, 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd mobil telefon, 537 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin qalıqları sərnişin qismində əyləşdiyi Şahid4 avtomobilində də vardır. Avtomobil sahibi Şahid4 avtomobilinə baxış keçirilməsinə icazə verməsinə dair ərizəsi alındıqdan sonra avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük hissəsindən 05 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr təqdim etmişdir. Təqsirləndirilən şəxs könüllü etiraf etmişdir ki, 3 aydır tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Musa” adlı şəxs vasitəsilə həmin bükümü İmişli rayonundan Bakı şəhərinə gətirərək, “Musa” adlı şəxsin dediyi yerlərə qoymaqla pul qazanacağını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, əməliyyat məlumatı ona yox, digər əməkdaşa daxil olmuşdur. İdarədə olarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobildə də narkotik vasitə var. Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobilə baxş keçirməmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman yox, avtomobilə baxış keçirilən zaman avtomobilin yük hissəsində olan bükümləri təqdim etmişdir. Təxminən narkotik vasitənin çəkisi 11 kilo imiş. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərinə şəxsi axtarış keçirməmişlər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə satışı ilə məşğul olmasını müşahidə etməmişlər. O, avtomobildə tərəzi olduğunu görməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yalan ifadə verir, Təqsirləndirilən şəxs narkotik vasitəni boynuna almasına görə təzyiq, fiziki işgəncə göstərilməmişdir. Təqsirləndirilən şəxs İran vətəndaşının işçisi olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyat müvəkkili vəzifəsində xidmət edir. 13 sentyabr 2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs adlı şəxsin Qaradağ rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr gecə saat 3-ə işləmiş Bakı şəhəri, Bakı-Astara-Maştağa yolunda stasionar postun yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən bir büküm marixuanaya bənzər maddə, plastik kart, 2 ədəd mobil telefon, 537 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin qalıqları sərnişin qismində əyləşdiyi Şahid4 avtomobilində də var. Avtomobil sahibi Şahid4 avtomobilinə baxış keçirilməsinə icazə verməsinə dair ərizəsi alındıqdan sonra avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük hissəsindən 05 ədəd marixuanaya bənzər kütlələr təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İmişli rayonundan aldığını, 3 aydır tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Müşviq” adlı şəxs vasitəsi ilə həmin bükümü İmişli rayonundan Bakı şəhərinə gətirərək, “Müşviq” adlı şəxsin dediyi yerlərə qoymaqla pul qazanacağını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, əməliyyat məlumatı 13 sentyabr 2023-cü il tarixdə daxil olmuş və məlumat Təqsirləndirilən şəxs adlı şəxsin Qaradağ rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satışı, dövriyyəsi ilə məşğul olması barədə imiş. O, əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış olmuşdur. Əməliyyat tədbirində müşahidəni stasionar postun yaxınlığında aparmışlar. Onlar Fəridin narkotik vasitəni maşına yerləşdirməsini görməmişlər. O, Ariz, Anar və Rövşən Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs maşından düşmüş və onlar da yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs YPX əməkdaşları saxlamamış, onlar saxlamışlar. Onlar YPX əməkdaşları ilə işləmir. Təqsirləndirilən şəxs stasionar postun yaxınlığında saxlamaq məsləhət olduğu üçün həmin yerdə saxlamışlar. Magistral yolda şəraitə uyğun olmadığından Təqsirləndirilən şəxs üzərinə saxlanılarkən baxış keçirməmişlər. O, avtomobilə baxış zamanı iştirak etmişdir. Avtomobildən bağlı formada marixuana aşkar olunmuşdur. Avtomobildən çıxan bağlamaları təhqiqatçı açmışdır. Paketlərin hamısının açılıb-açılmaması yadında deyil. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs pul istənilməmiş, Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə yalan ifadə verir. Qətiyyən Təqsirləndirilən şəxs fiziki təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək, şahidlər Şahid5 və Şahid3 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 02:20 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci km-də yerləşən stasionar postun yaxınlığında idarə etdiyi “Peugeot 405” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanında sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs ilə birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs avtomobili saxlatdırıb, xidməti vəsiqələrini göstərib, polis əməkdaşı olduqlarını bildirərək, üzərində və ya avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olması barədə soruşduqlarında üzərində dövriyyəsi qanunla qadağan edilmiş heç bir predmet və ya əşyanın olmadığını bildirərək yalnız avtomobilin baqaj hissəsində yük olduğunu yükün Fəridə məxsus olduğunu həmçinin yükün nədən ibarət olmasından xəbərsiz olduğunu bildirmişdir. Daha sonra yanında olan şəxs barəsində ondan soruşulduqda həmin şəxsi müştəri qismində Sahil qəsəbəsindən götürərək İmişli rayonuna aparıb və geri gətirdiyini bildirmişdir. Polis əməkdaşları Fəriddən üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmet barədə soruşduqlarında Fərid onlara üzərində və avtomobilin yük yerində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onları Qaradağ RPİ-nin inzibati binasına dəvət etmiş, iki nəfər polis əməkdaşı idarə etdiyi avtomobilə iki nəfər isə digər avtomobil ilə onların arxası ilə Qaradağ Rayon Polis İdarəsinə getmişlər. İdarəyə çatdıqda avtomobili idarənin həyətinə yerləşdirmişlər. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə Fərid şübhəli şəxs qismində tutulmuş, onun üzərinə şəxsi axtarış aparılmış və narkotik vasitə aşkar edilmişdir. Daha sonra idarə etdiyi avtomobilə onun iştirakı ilə baxış keçirilmiş və avtomobilin yük hissəsindən 5 (beş) ədəd bağlamada qurudulmuş marixuananı Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumi çəkisi 11 (on bir) kq 600 (altı yüz) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Fərid sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Müşü” adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə '‘Müşü” adlı şəxsin ona danışıqlarına əsasən pul verəcəyini, “Müşü” adlı şəxsi təxminən 3 (üç) ay olar ki, tanıdığını, avtomobilində kütlələrin olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Həmçinin İmişli rayonuna çatdıqda Fəridin kiminləsə telefonla danışdığını Əli ilə ondan avtomobili saxlamağı xahiş edərək yavaş səslə ayaq yoluna düşmək istədiyini bildirdiyini qeyd etmişdir. O, avtomobili saxlayan zaman Fərid guya əli ilə maqnitofonun ekranını silirmiş kimi ekrana toxunaraq aşağı düşüb təxminən iki dəqiqə sonra avtomobilə əyləşmişdir. Fərid avtomobilə oturan zaman ona bildirmişdir ki, yük yerinin baqajının ağzı açıq qalmış çırparaq bağlamışdır. Fərid avtomobildən aşağı düşəndə elə bilirmiş ki, o avtomobilə təpik vurmuşdur. Daha sonra ona aydın olmuşdur ki, Fərid maşından düşən zaman ekrana toxunmaq adı ilə əlini üst tərəfdə yerləşən baqajı açıb bağlayan düyməyə basıb düşmüşdür. Daha sonra şübhələnməməsi üçün baqajı bərkdən çırparaq bağlamışdır. Maşında narkotik vasitə olmasını o, polis əməkdaşları onları saxladıqdan sonra bilmişdir. Bundan başqa Fərid ilə qəsəbədən çıxıb İmişliyə gedən zaman Fərid ondan yük yerini açmağını və əşyalarını ora qoymaq istədiyini bildirmişdir. Həmin vaxt Fəridin əlində yol üçün sellofanda əşyaları olmuş, həmin əşyaları avtomobilin yük yerinə baqaja qoymuşdur. O, həmin əşyaları yük olaraq nəzərdə tutub ifadəsində qeyd etmişdir. Fəridin ayaqyoluna düşüb yolun kənarından götürərək baqaja yerləşdirdiyi narkotik vasitədən xəbərsiz olmuşdur. Dini inanclı biri olduğunu hər zaman qəsəbədə narkotik istifadə edən şəxsləri qınayaraq pisləmişdir. Fəridin üzərində və cibindən xəbərsiz avtomobilin yük yerinə yerləşdirdiyi narkotik vasitədən tam xəbərsiz olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olur kimin hara və niyə getməsi barədə heç vaxt suallar vermir. Fərid tez-tez telefonla kiminləsə danışıb nəyisə dəqiqləşdirirmiş. Elə bilmişdir ki, onun danışdığı adam onları qarşılayacaq deyə ondan hansı tərəfdə olmasını və olduğu yeri dəqiqləşdirir. İmişli yoluna çatdıqda Fərid sağa sola boylanmış, daha sonra isə ondan avtomibili dayandırmağı xahiş edərək ayaqyoluna getmək istədiyini bildirmiş, avtomobildən düşüb qayıtdıqdan sonra işinin alınmamasını və geri qayıdacaqlarını bildirmişdir. Onun yarı əsəbi yarı həyəcanlı olduğunu görüb əlavə suallar verməmişdir. Onsuz taksi pulunu ondan alacaqmış. O Təqsirləndirilən şəxs İmişli rayonuna gedib və geri qaytarmaq üçün 150 manat pul istəmişdir. O isə ona 150 manat deyil 130 manat ödəyə biləcəyini bildirdikdə onunla razılaşmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məkum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 12 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 5(002)-375/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 12 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 12 sentyabr 2023-cü il tarixli, 3-13-7/Ə329/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik kart, 02 ədəd “Samsung” markalı mobil telefon və 537 manatı təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 03 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı “Müşü” adlı şəxsdən İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü və onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyduğuna görə isə qarşılığında ona pul verəcəyini, həmçinin, Şahid4 idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Aşkar edilmiş büküm, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik kart, 02 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 537 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, “Peugeot 405” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 13 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, idarə etdiyi “Peugeot 405” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2023-cü il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid4 idarə etdiyi “Peugeot 405” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, şübhəli şəxs Fərid Baxış avtomobilin baqajını açaraq, avtomobilin yük yerindən 01 (bir) ədəd qara sellofanın içərisində 05 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 03 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı “Müşü” adlı şəxsdən İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü və onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyduğuna görə isə qarşılığında ona pul verəcəyini bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 3-16-16-2-7/1280 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki qeyd edilmiş 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkısi-32.02 qram və ağ kağız üzərində ”Təqsirləndirilən şəxs avtomobildə təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 05 (beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 3100 qram; 2915 qram; 2950 qram; 1000 qram; 1510 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ’’kannabis” bikisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi -11507,02 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung A10" markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, mobil telefonda "whatsapp" ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs bir neçə şəxslə səs və yazışma vasitəsilə ünsiyyət qurmuşdur. Mobil telefonda +**********59 saylı nömrə ilə Təqsirləndirilən şəxs danışıqlarına baxış keçirilən zaman nömrənin sahibinin adı "MOJTABA" adı ilə qeydə alınmışdır. Onların arasında baş tutmuş danışıq və yazışmalardan görünür ki, həmin şəxs Təqsirləndirilən şəxs «gps» xəritəsi vasitəsilə narkotik vasitələrin olduğu yer barədə məlumatlar ötürür, həmçinin səs yazısı ilə ona həmin narkotik vasitələrin tərkibinin nədən ibarət olması eləcə də götürüb hara yerləşdirməsi barədə məlumatlar verir. Təqsirləndirilən şəxs həmin nömrənin sahibinin Mojtaba adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, qeyd edilən gələn mesajların onun tərəfindən göndərildiyini eləcə də öz nömrəsindən yazılan mesajların isə özü tərəfindən yazıldığını bildirmişdir. Cinayət işinin 65-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung J5" markalı mobil telefona baxış keçirilən zaman iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mojtaba adlı şəxs ilə "whatsapp" ani mesajlaşma proqramı ilə narkotik maddələrin alışı və satışı haqqında yazışmalar vardır. Fərid Baxşıov müxtəlif vaxtlarda Mojtaba adlı şəxsin vasitəsilə narkotik vasitələri haradan və necə götürəcəyi haqqında Mojtaba adlı şəxs ilə danışıqlar aparmışdır. Cinayət işinin 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 dekabr 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 03 ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı “Mojtaba” adlı şəxsdən İmişli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü və onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyduğuna görə isə qarşılığında ona pul verəcəyini bildirir. Cinayət işinin 160-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 dekabr 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 məxsus “Peugeot 405” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı maşına axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman görünür ki, Təqsirləndirilən şəxs “Peugeot 405” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı maşının baqajını açması təklif olunur. Baqaj açıldıqda 01 ədəd qara sellofanın içərisində 05 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim edir və Təqsirləndirilən şəxs həmin bükümləri satış məqsədi ilə Mojtaba adlı şəxsdən aldığını bildirir. Cinayət işinin 118-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 15 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən aşağıdakılar müəyyən edilmişdir: -Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş; -Şəxsiyyəti məlum olmayan Mojtaba adlı şəxsin müəyyən edilməsi və əməlinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda cəmi 32 qram narkotik vasitə marixuana olmuşdur, öz istifadəsi üçün əldə etmişdir, polis idarəsində polis əməkdaşları ona əvvəl-axır tutulacağını bildirdikləri üçün o protokollara imza çəkmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 11.507,02 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 2301,4 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, cinayət işinin 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung A10" markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, mobil telefonda "whatsapp" ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs bir neçə şəxslə səs və yazışma vasitəsilə ünsiyyət qurmuşdur. Mobil telefonda +**********59 saylı nömrə ilə Təqsirləndirilən şəxs danışıqlarına baxış keçirilən zaman nömrənin sahibinin adı "MOJTABA" adı ilə qeydə alınmışdır. Onların arasında baş tutmuş danışıq və yazışmalardan görünür ki, həmin şəxs Təqsirləndirilən şəxs gps xəritəsi vasitəsilə narkotik vasitələrin olduğu yer barədə məlumatlar ötürür, həmçinin səs yazısı ilə ona həmin narkotik vasitələrin tərkibinin nədən ibarət olması eləcə də götürüb hara yerləşdirməsi barədə məlumatlar verir. Təqsirləndirilən şəxs həmin nömrənin sahibinin Mojtaba adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, qeyd edilən gələn mesajların onun tərəfindən göndərildiyini eləcə də öz nömrəsindən yazılan mesajların isə özü tərəfindən yazıldığını bildirmişdir. Həmçinin, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 noyabr 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ rayonu, Sahil Bələdiyyəsindən verilmiş 22 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 83-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 vardır Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 noyabr 2023-cü il tarixli 7438 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 155-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X3 Şəxsindən daxil olmuş 05 dekabr 2023-cü il tarixli, 19179 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 4(002)-199/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11505,82 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11505,82 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1303/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1303/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver