Məhkəmə qərarları › İş №1(101)-1303/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1303/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1303/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 29,120.2.4 və 152.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx xxxxxx 2007-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş Zərərçəkmiş şəxs ilə 2022-ci ildə Ağcabədi şəhərində tanış olduqdan sonra sonuncunun həmin vaxt on dörd yaşına çatmasına baxmayaraq on altı yaşına çatmadığını bilməklə, aralarında yaranmış sevgi münasibətinə görə 5 aprel 2023-cü il tarixdən etibarən qeyri-rəsmi ər-arvad münasibətinə girməyə qarşılıqlı razılaşdıqdan sonra həmin gün Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evində 16 yaşına çatmadığını bilə-bilə Zərərçəkmiş şəxs razılığı ilə özünün gərginləşmiş xarici cinsiyyət üzvünü sonuncunun uşaqlıq yoluna yeritməklə qızlıq pərdəsinin tamlığını pozaraq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin, həmin tarixdən başlanmaqla qeyd edilən evdə sonuncu ilə 24 noyabr 2023-cü il tarixə, yəni Zərərçəkmiş şəxs on altı yaşına çatanadək olan müddətdə razılığı əsasında yenidən bir neçə dəfə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, 2023-cü ilin aprel ayından qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs aralarında olan həmin münasibətə zidd davranışlarına özlüyündə əmin olması səbəbindən bunun şəxsi nüfuzuna və namusuna xələl gətirməsindən hiddətlənərək sonuncuya qarşı yaranmış nifrət hisslərinin təsiri altında onu cəzalandırmaq və buna görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlib bu məqsədlə 18 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə gəlib, əvvəlcədən istintaqla müəyyən edilməyən şəraitdə bıçaq əldə etməklə üzərində gizlədib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs özlərinin müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirməyə nail olduqdan sonra həmin tarixdə saat 10 radələrində mənzilin içərisində yenidən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq və sonuncunu öldürməkdən ibarət cinayətkar niyyətini başa çatdırmasında ortaya çıxa biləcək digər maneələri aradan qaldırmaq məqsədilə evin giriş qapısını bağlayaraq cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yaratdıqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərində gizlətdiyi bıçaqla qəsdən öldürmək məqsədilə ona ardıcıl zərbələr endirməyə başlamış, həmin vaxt araya girməklə ona mane olmağa çalışan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə kənara itələməklə onların ana-övlad qismində yaxın qohumluq əlaqələrinə görə bir-birlərini əziz və dəyərli insan kimi qəbul etmələrini, öz qanunsuz hərəkətləri ilə onlara xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini dayandırmadan Qanuni nümayəndə gözləri qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri endirməyə davam edərək, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid başın ənsə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin bir ədəd, sol bazunun üç ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yara xəsarətlərini kimi ümumilikdə yeddi ədəd xəsarət yetirmiş, həmin vaxt Qanuni nümayəndə evin giriş qapısını açmasından sonra Zərərçəkmiş şəxs yalvarışları ilə onu ləngitməsindən və yaranmış ani fürsətdən istifadə edərək mənzildən qaçaraq çıxıb sonradan “X9” Publik hüquqi şəxsə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilib həyatı xilas edildiyindən sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək onu qəsdən adam öldürməyə, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və 152.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə bir müddət ayrılmışdılar. Onlar qeyri-rəsmi nikahda olmuşlar. O, dekabr ayında Rusiyaya getmək istəyirdi, rayondakılarla, evdəkilərlə vidalaşmış, uşağı görüb gedəcəkdi. Sonra münasibətləri düzəlmiş, onlar barışmışlar. Barışandan sonra Şəbnəmə zəng gələndə 1-2 dəfə telefonu gizlətmişdir. Nə olduğunu soruşduqda heç nə olmadığını demişdir. Bəzi hərəkətləri ona şübhəli gəlmiş, onunla dalaşmağa başlamışdır. Telefonuna baxmaq istədiyini demişdir. Ona inanmadığını, güvənmədiyini soruşmuşdur. Heç nə deməmiş, aralarında narazılıq olmuş, sonra o, çıxıb getmişdir. Aradan bir müddət keçdikdən sonra gəlmişdir. Səhər vaxtı olmuşdur. Şəbnəmə paltarlarını yığmağını, Xırdalan şəhərində kirayə ev tutacağını demişdir. Getmək istəmədiyini bildirdi, səbəbini soruşduqda sadəcə getmək istəmədiyini demişdir. Onlar dalaşmamışdan qabaq gecə telefonuna baxmışdır. Gülü adlı dostu ilə Rasim haqqında yazışmışdır. Rasim Qaradağda rəis müavinidir. Səhər Zərərçəkmiş şəxs ona Xırdalana getmək istəmədiyini dedikdə Rasimlə münasibətinə qaldığı yerdən davam etmək istədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs xəyanət etmədiyini, elə söhbət olmadığını demişdir. Mətbəx bıçağını götürüb 3 dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs 3 dəfə zərbə vurduqdan sonra dizini yerə qoymuş, onun bilmədiyi çox şey olduğunu, hamısını danışacağını, əvəzində onu öldürməməyini sonuncu demiş, 1 körpələrinin olduğunu, bir-biri ilə istəyib ailə qurduqlarını bildirmişdir. O, Zərərçəkmiş şəxs hər şeyi danışmağını demişdir. Onların ayrıldıqları ərəfələrdə Qaradağa Zərərçəkmiş şəxs, uşağını görməyə gedirdi. Həmin vaxt sonuncu ətir mağazasında işləyirdi. Həmin vaxt Zərərçəkmiş şəxs qorxub 102-ə zəng edib. Polislər 2 dəfə onu aparıb Zərərçəkmiş şəxs ondan qorxduğunu, o tərəfə getməməyini tapşırmışlar. Bundan sonra daha getməmişdir, birdə Rusiyaya gedəndə gəlmişdir. X5 rəis müavini olduğunu, onu şöbəyə aparan şəxs olduğunu demişdir. Rasimin Zərərçəkmiş şəxs hədəqorxu gəldiyini, yoldaşına zəng edib əxlaqsız hərəkətlərlə məşğul olduğunu deyəcəyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs ona uşağın canına and verdiyi üçün heç nə edə bilməmişdir. Sonuncuya su gətirmiş, su içmiş, halsız vəziyyətə düşmüşdür. Telefonu çarpayının yanında olmuşdur. Xəstəxanaya zəng etmək üçün telefonu götürmüşdür. Polis əməkdaşlarının onu tutacağını bilirdi. Xəstəxanaya zəng etmək istəyəndə Zərərçəkmiş şəxs qaçmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, CM-in 152.1-ci maddəsi ilə özünü təqsirli bilmir, istəyib ailə qurmuşdur. Şəbnəmin 16 yaşında olduğunu bilirdi. O, Şəbnəmə su gətirəndə qaynanası İlhamə gəlib qışqırdı. Şəbnəm qışqırmamağını, sakit durmağını, səhvin özündə olduğunu demişdir. Qaynanası Şəbnəmi qucaqlamış, nə baş verdiyini soruşmuşdur. Bıçağı mətbəxdən götürmüşdür, 3 dəfə zərbə vurmuşdur. Şəbnəm mətbəx tərəfdə idi, qapını açıb qaçmışdır. O, telefonu götürməyə getmişdir, ölə biləcəyindən qorxmuşdur, çünki ona doğrunu danışmışdır. O, telefonu götürməyə gedəndə Şəbnəmin olmadığını görmüş, sonuncu evdən qaçmışdır. Onun danışdıqlarının çoxunu müstəntiq qeyd etməmişdir. Zərərçəkmiş şəxs stəkanda su gətirdiyini və telefonu götürməyə getməyinin səbəbini yazmamışdır. İndi danışdıqları real olanlardır, çəkiliş vaxtı özündə olmamışdır, qorxulu, həyəcanlı olmuşdur, su gətirdiyini deməmişdir. Zərərçəkmiş şəxs doğrunu danışacağını bildirdiyi üçün zərbə vurmağı dayandırmışdır. Zərərçəkmiş şəxs olanları danışmış, başqa hərəkət etməmişdir. O, istəsəydi, Zərərçəkmiş şəxs yenə zərbə vura bilərdi, imkanı var idi. O, Zərərçəkmiş şəxs vuranda dayısıoğlu digər otaqda yatırdı, anası çöl tərəfdən gəlirdi. Anasının başına yorğan atmağını xatırlamır. O, xəstəxanaya zəng etmək üçün gedəndə Zərərçəkmiş şəxs qaçmışdır. Şəbnəm sudan 1-2 qurtum içdikdən sonra stəkan əlindən yerə düşmüş, Şəbnəmin halsız vəziyyətdə yerə düşdüyünü görmüşdür. Telefonu axtarmış, onun telefonunun üstü qan olmuşdur. Şəbnəmin telefonunu götürəndə o qaçmışdır. O, zərbə vuran anda yanlarında heç kim olmamışdır. Şəbnəmin anası sonradan gəlmiş, necə gəldiyini xatırlamır. O, Şəbnəmlə danışanda, zərbə vuranda, söhbət edəndə anası yox idi, səhv etmirsə, çöldə olmuşdur. Hadisə zamanı Şəbnəmin dayısıoğlu yatmışdır. Hadisə zamanı qızı da evdə olmuşdur. O, Şəbnəmi vurduğu an ikisi tək olmuşlar. O, Şəbnəmlə bir müddət yaşamışdır. Ev qayınanasına məxsus olmuşdur. O, Şəbnəmi Xırdalan şəhərinə aparacaqdı. O, gələn vaxt evin qapısı kilidli deyildi, əlini çəkib açmışdır. O, evə gələndə yoldaşı mətbəxdə əlində telefon oturub çay içirdi. Qaynanası Şəbnəmə su gətirəndə, qolunda asılı vəziyyətdə olanda görmüşdür. Qaynanası içəri girib qışqırdı. Həm özü qorxmuş, həm də qaynanasının qışqırtısından özünü itirmişdir. Onlar hadisə vaxtı Şəbnəmlə ikisi olmuşlar. Onun öldürmək məqsədi olsaydı, öldürərdi. Onun Şəbnəmi vurmağının səbəbi ona yalan danışmaqları, xəyanət etməyi olmuşdur. Həqiqətən öldürmək məqsədi olmamışdır. 3 dəfə bıçaqla zərbə vurmuşdur. 1 dənəsini qoluna vurmaq istədi, amma yan tərəfinə dəymişdir, səhv etmirsə, bir zərbəni sağ tərəfdən çiyin nahiyəsinə vurmuşdur. O, Şəbnəmin qoluna vurmaq istəyirdi, o, vurduqca hərəkət edirdi. İndi etdiyi əmələ görə peşmandır. Şəbnəmin anası çöl tərəfdə olmuşdur. Evin qabaq tərəfində çən olmuşdur, çən həyətdədir. Qab yumağa, paltar yumağa ora düşürlər. Şəmkirdə təslim olmamışdan 1 gün qabaq qardaşı Rusiyada olmuşdur. Ona təhqiredici sözlər deyərək bacısını niyə belə elədiyini soruşmuşdur. Yəqin ki, atdığı səslər “WhatsApp” tətbiqində qalır. O da bacısının etdiyi hərəkətin qarşılığında bunu elədiyini demişdir. O da demişdir ki, gör indi ona nə edəcəm. Ona nə lazımdısa etdiyini, onluq bir şey qalmadığını demişdir. Əgər onun öldürmək məqsədi olsaydı, ya da Şəbnəmin ölümünü istəsəydi, bunların heç birini etməzdi. Hadisə baş verən zaman Şəbnəmin anası çöldə qab yuyurdu. Şəbnəmin anasının olduğu yerdən, hadisənin törədildiyi yer görünmür, pəncərəsi var, amma yenə də görünmür. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, birinci ifadəsində özündə olmadığına görə İlhamənin ona müdaxilə etdiyini deyə bilər, amma sonrakı ifadələrində elə deməmişdir. Sonrakı ifadələrində İlhamənin hadisə zamanı ona müdaxilə etməsini deməmişdir, ola bilsin ki, müstəntiq özü elə qeyd etmişdir. Yoldaşının rəis müavini ilə münasibətini sonuncunun telefonundan öyrənmişdir. Onlar ayrı yaşayırdılar, dekabrın 26da Rusiyaya getmək istəyirdi. O, Bakıya gəldikdən sonra Şəbnəmə zəng edib onu görmək istədiyini bildirmiş, Şəbnəmgilə getmişdir. Evdə Şəbnəmin anası və dayısı oğlu var idi. Onlarda bir qədər oturmuş, sonra dostlarının yanına getmişdir. Sonra Şəbnəmlə telefonla danışmışlar. Şəbnəm ona getməməsini, münasibətlərini düzəltməyi təklif etmişdir. Şəbnəmlə barışmışlar, sonra Şəbnəmgilin evlərində qalmışdır. Şəbnəmin münasibətini sonuncunun telefonundakı yazışmalardan görmüşdür. Telefonunu bir-iki dəfə ondan istəmişdir, lakin ona verməmişdi. O da şübhələnmişdi, bir dəfə Şəbnəm yatanda telefonunu götürmüşdü. Zərərçəkmiş şəxs rəfiqəsi Gülmayəyə həmin rəis müavini ilə arasında olan münasibəti yazmışdı, onu oxumuşdur. Sonra 2-3 gün evə gəlməmişdir. Hadisə günü Orxan adlı şəxslə danışmışdır, sonuncu ona ailəsini götürməsini, çöllərdə qalmamalarını demişdir. O, gəlib Şəbnəmə Xırdalanda ev tutacağını, gedib bir yerdə qalmalarını təklif etmişdir. Şəbnəm isə getməyəcəyini demişdir. Şəbnəmin telefonlarında gördüklərini sonuncuya deməmişdir. Sonra Şəbnəm söyüşlər söyməyə başlamışdır, o, bıçağı mətbəxdən götürüb vurmuşdur. Dayısı oğlu içəridə yatırdı, anası çöldə qab yuyurdu. Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncuya su verən zaman anası içəri girmişdir. Şahid4 yalan danışır, o, sonuncuya Şəbnəmi öldürmək məqsədinin olmasını deməmişdir. Himayəsində azyaşlı uşağı var, onun həbsdə olmağını uşağının bilməyini istəmir. Uşağı başa düşmədən o, azad olunmaq istəyir. Şəbnəm hal-hazırda onun baxdığı xalası ilə yaşayır, xalasına dəstək olur, onlara dəstək olmaq istəyir. Barəsində daha az müddətə ədalətli cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi həyat yoldaşıdır. Onunla 2022-ci il tarixdə Ağcabədi şəhərində tanış olmuş, tanış olduqdan bir müddət sonra 2023-cü ilin aprel ayında onunla qeyri-rəsmi ərarvad münasibətində yaşamağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə birgə bir müddət Şəmkir rayonunda qohumunun evində yaşamış, daha sonra Bakı şəhərinə köçmüşdür. Zərərçəkmiş şəxs ilə olan həmin münasibətdən xx.xx.2024-cü il tarixdə Həcər adında qız övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə yaşamağa başlayanda və onunla cinsi əladəqə olanda sonuncunun yaşını bilmişdir. Bir müddət mehriban olsalar da sonradan araları soyumuş və dəfələrlə münaqişələr yaranmağa başlamışdır. Təxminən 2024-cü ilin yay aylarından Zərərçəkmiş şəxs ilə ayrılmış, sonuncu Bakı şəhərində qalmış, özü isə Şəmkir rayonunda qalmışdır. 2024-cü ilin sonlarında, təxminən dekabr ayında Zərərçəkmiş şəxs ilə münasibətləri nisbətən yaxşılaşmış, Bakı şəhərinə gələrək bəzi vaxtlarda onların Sahil qəsəbəsində qaldıqları evə getmiş, ancaq Zərərçəkmiş şəxs özünü şübhəli aparmış, onunla məsafə saxlamış, tez-tez telefonun giriş kodunu dəyişmişdir. Zərərçəkmiş şəxs bu hərəkətlərindən şübhələnmiş və bir dəfə çantasına baxan zaman çantasından qoruyucu rezin tapmışdır. Zərərçəkmiş şəxs nə məsələ olmasını soruşanda guya rəfiqəsinin ona verməsini, maraqlı olduğu üçün özünə götürməsini bildirmişdir. Təxminən 2024-cü ilin noyabr ayında saat 22 radələrində Sahil qəsəbəsində avtobus dayanacağında dayanan zaman Zərərçəkmiş şəxs gəlməsini görmüş, bu vaxt kiməsə zəng etmiş, qısa müddət sonra 38-ci polis bölməsinin rəis müavini Rasim adlı şəxs həmin yerə gələrək onu bölməyə aparmışdır. Bölmədə ona təkrarən Sahil qəsəbəsinə gəlməsi halında başına oyun açacağı barədə hədələmiş, o da bölmədən çıxıb Şəmkir rayonuna getmişdir. Bir müddət sonra yenə Bakı şəhərinə qayıtmış, təxminən xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qaldığı evdə olan zaman gecə onun yatmasından istifadə edib telefonuna baxmış, telefonun “Whatsapp” sosial şəbəkə hissəsində Zərərçəkmiş şəxs Gülü adlı rəfiqəsi ilə yazışmalarını görmüş, yazışmalarda Zərərçəkmiş şəxs həmin Rasim adlı şəxslə sevgi münasibətləri yaşaması, onunla otellərdə görüşüb cinsi əlaqədə olmasını öyrənmişdir. Bu barədə Zərərçəkmiş şəxs özünə heç nə deməmiş və telefonu yerinə qoyub evdən getmiş, məqsədi Zərərçəkmiş şəxs Rusiyada olan qardaşının gəlməsini gözləmək olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs ilə birgə sonuncunun yaşadığı evə gəlmiş, evin qonaq otağında olan zaman Zərərçəkmiş şəxs ilə aralarında yenidən mübahisə yaranmış, sonuncu onun ünvanına əxlaqsız söyüşlər söyməyə başlamış, təhqir etmişdir. O isə öz növbəsində Zərərçəkmiş şəxs yaxşı qadın olmamasını, Rasim adlı şəxslə onu aldatmasını demiş, sonncu isə onu təhqir etməyə davam etmişdir. Bu vaxt o, əsəbləşərək evin mətbəx otağına keçmiş, mətbəxdən sapı qara rəngli, tiyəsi gümüşü rəngli, uzunluğu təxminən 20 sm ölçüdə bıçağı götürüb əlində saxlamış, Zərərçəkmiş şəxs olduğu otağa keçib qapını bağlamış, əlində bıçaqla sonuncunun üstünə getmişdir ki, onu vursun. Qapını bağlamaqda məqsədi Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq olmuşdur ki, sonuncuya zərbələr vura bilsin, əlindən qaçmasın. Bu vaxt Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə qarşısına çıxmış, ona mane olmağa çalışmışdır. Bu zaman Qanuni nümayəndə kənara itələyərək Zərərçəkmiş şəxs üstünə getmiş, sağ əlindəki bıçaqla onunla üzbəüz dayanan Zərərçəkmiş şəxs bədənin ön tərəfinə bıçaqla zərbə vurmuş, bu vaxt yenə Qanuni nümayəndə onu tutaraq özünə tərəf çəkmiş, fürsətdən istifadə edən Zərərçəkmiş şəxs qaçmaq istəyəndə qarşıdan onun saçından tutmuşdur. Həmin vaxt hər üçü yıxılmış, daha sonra Qanuni nümayəndə kənara itələyib ayağa durmuş, Zərərçəkmiş şəxs ilə yenə üzbəüz qalmış və ona ardıcıl bir neçə bıçaq zərbələri vurmuşdur. Həmin vaxt özündə olmadığı üçün Zərərçəkmiş şəxs hansı nahiyələrinə və neçə dəfə bıçaq vurmasını dəqiq olaraq xatırlamır. Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurduqdan sonra sonuncu ona yalvarmağa başlamışdır ki, onu vurmasın, qızı Həcər Əliyevanın canına and vermişdir. Həmin vaxt bir anlıq dayanmış, elə bu zaman Şəbmən Ələsgərova əlindən çıxıb qaçaraq həyətə çıxmış, qaçaraq qonşunun evinə girmişdir. Bu zaman xalası Şahid2 zəng edib Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmasını demiş, daha sonra evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Yol ilə gedərkən əlindəki bıçağı da yol kənarına atmışdır. Zərərçəkmiş şəxs telefonunu da özü ilə götürmüşdür ki, sonuncunun xəyanətini, Rasim adlı şəxslə olan münasibətini hər kəsə sübut etsin, daha sonra təslim olsun. xx.xx.2025-ci il tarixdə gün ərzində Bakı şəhərinin müxtəlif yerlərində olmuş və saat 15 radələrində tanımadığı mikro avtobuslardan birinə minib Şəmkir rayonuna, xalası Şahid2 yanına getmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Şahid2 evinə çatmış, sonuncuya Zərərçəkmiş şəxs xəyanətinə görə bıçaqla zərbələr vurmasını demiş, Şahid2 da ona təslim olmasını demiş, lakin sonuncuya yalvararaq heç kimə bir söz deməməsini tapşırmış, Zərərçəkmiş şəxs xəyanətini sübut etdikdən sonra özünün təslim olacağını bildirmişdir. Həmin vaxt evdə olan qardaşı Əli Əliyev də məsələdən xəbərdar olmuşdur. 2 gün xalası Şahid2 evində gizlənmiş, polis əməkdaşlarına da guya Bakı şəhərində olduğumu demişdir. Həmin müddət ərzində X3 adlı şəxslə yazışmalarını qohumlarına göndərmiş, daha sonra xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Şəmkir rayon Polis Şöbəsinə yaxınlaşaraq cinayət törətməsini bildirməklə təslim olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuran zaman sonuncu ona hansısa formada müqavimət göstərməmiş, ancaq onu vurmaması üçün yalvarmış, o isə Zərərçəkmiş şəxs “utanmadın bəs bizim başımızı yerə soxdun sən?” sözlərini deyə-deyə bıçaqla ona zərbələr vurmuşdur. Hadisə baş verən zaman evdə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə, dayısı oğlu Şahid1 olmuş, sonuncu sadəcə baxmış, heç nəyə qarışmamış, Qanuni nümayəndə bir neçə dəfə ona mane olmaq istəsə də ola bilməmiş, öz məqsədinə nail olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, azyaşlı olmağından, savadının, dünyagörüşünün az olmasından başına belə hadisələr gəlmişdir. Onun atası xəstədir, qayınları onun kimi azyaşlıdır, İ qrup əlildir, yoldaşının xalasının yanında qalır. Qaynanasının psixoloji problemləri var, qaynatası dünyasını dəyişib. Yəni yoldaşı tutulsa, onlar tamamilə başsız vəziyyətdə qalacaqlar. Yoldaşı birinci dəfədir ki, cinayət törətməkdə təqsirləndirilir. Bu gün onun sahibsizlikdən, başsızlıqdan, atasının arxasında durmamasından başına gələn hadisələrin gələcəkdə atası tutulub deyə qızının başına gəlməsini istəmir. O, rəfiqəsigildə dırnaq ustası işləyirdi. Rəfiqəsinin əri İlkinə zəng edib rəfoqəsinin anasıgilə çağırmışdır. Əri ilə gəldikdən sonra birlikdə evə gəlmişlər. Yolboyu mübahisələri olmuşdur. İlkin onunla barışmaq istəyirdi. Ailəsinin onda yaratdığı psixoloji travmalara görə barışmaq istəmirdi, yəni ailəsinə görə barışmaq istəmirdi. Aqressiv reaksiyalarına görə onu əsəbiləşdirdi. Bir səhv edib, hər hansı kişi olsaydı, elə edə bilərdi. Elədiyi səhvdən çox peşmandır və çox utanır. Bir daha belə hadisənin başına gəlməməsi üçün, yoldaşının əfv edilməsini istəyir. Onlar evə gələndə anası, uşaqları, dayısı oğlu yatırdı. İlkin ilə mətbəxə keçmişlər. Anası səslərinə durmuşdur, mətbəxə qab yumağa keçmişdir. Onlar mübahisə etməyə başlamışlar. İlkin ona hazırlaşmağını, Xırdalanda kirayə ev tutacağını, barışıb orda yaşayacaqlarını demişdir. Onsuz, uşaqsız yaşaya bilməyəcəyini demiş, nə olubsa keçmişdə qalmasını istəmişdir. O, aqressiv cavablar verməyə başlamışdır. Getməyəcəyini, onu bağışlamayacağını, hərənin öz həyatı ilə məşğul olmağını demişdir. Onlar yataq otağına keçmişlər, bu vaxt anası mətbəxdə qab yuyurdu. Yataq otağına keçəndə yoldaşı paltarlarını yığmağa başlamışdır. Əlindən alıb atmış, getməyəcəyini demişdir. İlkin mətbəxə getmiş, gələndə əlində bıçaq olmuşdur. İlk sol qolundan vurmuşdur. Onu vuranda o, əlini itələdiyi üçün qolundan 4 bıçaq zərbəsi dəymişdir. Onu qorxutmaq üçün 3 bıçaq zərbəsi vurmağı düşünürdü, amma o, özünü müdafiə etdiyi üçün bıçaq ona çox dəymişdir. Hamısı da sıyrıq yaralarıdır. Ekspert onlara sıyrıq yaralarına oxşadığını bildirmişdir. Onlar mübahisə etmişlər, sonra o, otaqdakı qapının qabağına keçmişdir. Sevgilərinin xatirinə əlini dayandırmağını, körpələrinə yazığı gəlməyini demişdir. İlkin bu sözə dayanmış, bıçaq əlində olmuşdur. İlkinə özünü pis hiss elədiyini, gözlərinin qaraldığını demişdir. Ona mətbəxdən su gətirmişdir. O, su içəndə anası yanlarına gəlmiş, qışqırmağa başlamışdır. İlkin qışqırmamağını, sakit durmağını demişdir. İlkin bu an onu qucağında tutmuşdur, çox halsız vəziyyətdə olmuşdur. İlkin yataq otağında döşəmənin üstündən telefonunu götürüb ambulansa zəng etmək üçün onu buraxıb getmişdir. O, telefonu gətirənə qədər anasına qapını açmağını demiş, çünki çox qorxmuşdur. Anası qapını açanda qonşu Süleymangilə getmiş, ambulans çağırmışdır. İlkin o, evdən çıxandan sonra necə olduğunu öyrənmək üçün küçədə onu xeyli axtarıb, çünki küçədə qaçdığını düşünürdü. Onu tapmadığı üçün çıxıb getmişdir. Müstəntiq o, xəstəxanada olanda öz yazısını gətirərək ona qol çəkdirməsi heç də düzgün deyil, çünki vəzifəli şəxsin ona tapışırığı olub, onun yoldaşıma ədalətsiz ittiham verilib, İlkinə verilən maddələr düzgün deyil, müstəntiq ona heç bir hüquqlarını izah etmədən, yanında vəkili olmadan ona həmin kağızı imzalatdırmışdır. Əməliyyatdan sonra müstəntiq onun yanına qalxaraq ondan izahat yaza biləcəyini soruşmuş, o isə sonuncuya əllərinin əsdiyini, bu vəziyyətdə izahat yaza bilməyəcəyini bildirmişdir, müstəntiq isə həmin izahatı yazmalı olduğunu bildirmişdir. O, azyaşlı olduğuna görə hüquqlarını bilmirdi. O, dedikcə müstəntiq yazmışdır, amma sonradan oxuduqda onun dediklərinin orada öz əksini tapmadığını görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, qonşular ambulans çağırmış, anası yanında olmuşdur. 5 gün reanimasiyada, 2 gün palatada qalmışdır. Sinə nahiyəsinə dəyən zərbə daxilə keçməmiş, sıyrıqdır, yüngül olmuşdur. Ciyərinə balon qoşmuşlar, qan yığılmışdır. Bıçaq ciyərə girmişdir. Zərbələri ona vuranda qarşı-qarşıya olmuşlar. İlkinə sevgilərinin xatirinə dayanmağı deyəndə onun qolları tutulmuş, ona baxıb kövrəlmişdir. İlkinə heç kim mane olmadı, istəsəydi onu öldürə bilərdi. Onu öldürmə niyyəti olmamışdır. Niyyəti olsaydı, edərdi. Zərbələrin daha çoxu, 4 dənəsi qoluna dəymişdir. Ürəyinin üzərindəki sıyrıq yarası kimidir. İlkinin əlindəki bıçağı qaldırıb vurmaq niyyəti olmamışdır. Zərbələr ürəyinin üstünə, çiyninin üstünə, saçının içi ilə boynundan, 4 dənəsi qolundan, 1 dənəsi ciyərindən dəymişdir. Ümumi 8 dənə olmuşdur. Dayanandan sonra halsız olduğunu demişdir, ona su gətirmişdir. İlkin suyu gətirəndən sonra anasının yanına gəldiyini görmüş, telefonu gətirməyə getmişdir. Hadisə zamanı anası mətbəxdə qab yuyurdu. İlkin ona suallar verirdi, o da cavab verirdi. Rasim Qaradağ rayonu, Sahil qəsəbəsində 38-ci bölmənin rəis müavini işləyirdi. İndi nə işlə məşğul olduğunu bilmir, əlaqəsi yoxdur. Müstəntiq onu işlə tanış edəndə işin içində Rasimin izahatını görməmişdir. Öz izahatında Rasimin adını çəkmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti, tələbi yoxdur. Barışıq ərizəni müstəntiqə vermişdir. Onlar barışmışlar, danışırlar. İlkin ona Xırdalanda ev tutduğunu, orada yaşamaqlarını demişdir. Hər şeyi bir kənara qoyub yeni səhifə açmaq istədiyini bildirmişdir. Onu bıçaqlamağı ev söhbətinə görə olmamışdır. O, İlkinlə getsəydi, Rasim söhbətini açmayacaqdı. Rasimi bildiyini bildirmək istəmirdi. İlkin çıxıb getməklərini istəyirdi. O, getməyəndə isə Rasimlə münasibətinin olduğunu düşünmüşdür. Yoldaşı Qaradağa iş yerinin qabağına gəlmişdir. Anası atasını saat 9-da işə aparır, o, saat 10-da işə gedir. Anasıgil yoldaşını iş yerinin qabağında görmüşlər. Qardaşı gəlib otağa girmiş, o, yatmışdır. Qardaşı İlkinin iş yerinin qabağına gəldiyini demişdir. O da düşünmüşdür ki, İlkin getməklərini deyər, o da getməyəcəyi üçün dalaşarlar və müdiri onu problemli işçi olduğu üçün işdən çıxarar. Sonra birbaşa 28-ci bölməyə getmişlər. Orada yoldaşından ayrıldığını, sonuncunun uşağı görmək üçün gəldiyini demişdir. Onunla təkbətək görüşmək istəmədiyini, uşağı burda polislər olmaq şərtilə görə biləcəyini bildirmişdir. Yoldaşını post patrul maşını ilə 38-ci bölməyə gətirmişlər. Rəis müavini Rasim adlı şəxs onları otağına çıxarmış, ailəvi problemlərinin səbəbini, onun harada işlədiyini soruşmuşdur. Sonra ondan izahat almışlar. Daha sora o, çıxıb getmişdir, yoldaşı orada qalmışdır. O, çıxıb işə gələndə yoldaşı gəlib niyə ona belə elədiyini soruşmuşdur. O da ikisinin də əsəbi olduğunu, dalaşa biləcəklərini, müdirin onu işdən çıxara biləcəyini demişdir. İlkin heç nə demədən marketdə kassaya yaxınlaşıb siqaret alıb getmişdir. Sonra Rasim onun iş yerinə gəlmişdir, ona şəxsi sözünün olduğunu demişdir. İlkinin onu incitdiyini soruşmuş, incitmədiyini demişdir. İlkinlə barışmaq fikrinin olduğunu soruşmuş, belə fikrinin olmadığını demiş və çıxıb getmişdir. İkinci dəfə yenidən gəlmişdir. Ona gözəl qız olduğunu, həyatının məhv olduğunu, onla münasibətinin, danışığının olmağını istədiyini demişdir. O, rədd etmişdir. Həmin günün axşamı işdən evə gedəndə arxasından qara hündür maşının gəldiyini görmüşdür. Yanında dayanmış, içindən Rasim düşmüşdür. Ona təklifini qəbul etməsə, kiməsə ona sevgi münasibətini təklif etdiyini desə, nələr edəcəyini ağlının ucundan belə keçirə bilməyəcəyini demişdir. Nə demək istədiyini soruşduqda sevgi münasibətlərinin olmağını istədiyini demişdir. O, dünyagörüşünün az olmağından, qorxduğundan qəbul etmişdir. Bir müddət aralarında başqa şeylər olmamaq şərtilə danışa biləcəyini düşünmüşdür, daha sonra münasibətlərinə son qoyacaqdı. Sonra ailəsi aztəminatlı olduğu üçün ehtiyaclarını, övladının ehtiyaclarını ödəməyə başlamışdır. Münasibət gedə-gedə ona bu münasibəti yaşamaq istəmədiyini deyirdi. Həmişə ona deyirdi ki, evli olduğu üçün sanki kiminsə əşyasını oğurlayıb ondan istifadə edir, qəbullana bilmirdi. O da onu həmişə özündən asılı vəziyyətdə saxlayırdı. SMSlərinin olduğu üçün onu qorxudurdu ki, İlkinə göstərib başqa oğlanla danışdığını deyəcək. 16 yaşının tamam olmağına 5 ay qalmış əri ilə ailə qurmuşdur. Onlar mübahisə edəndə dayısı oğlu yatmışdır, sonuncunun 18 yaşı olmuşdur. İlkin bıçağı mətbəxdən gətirmişdir. İlkin otaqda olmuş, mətbəxə keçib gələndən sonra əlində bıçaq olmuşdur. İstintaqda verdiyi ifadəni oxumamışdır. Müstəntiqdən verdiyi izahatı oxumağı üçün verməyini tələb etmişdir. O, otaqda olanda anasının mətbəxdə, ya da çöldə qab yuduğunu bilmir. Onun səsini eşitməməyini nəzərə alsaq, yəqin ki, çöldə olmuşdur. Gülmayə onun rəfiqəsi idi, ona görə evinə getmişdir, İlkinin sonuncu ilə nə danışmasını soruşmamışdır. Hadisə günü İlkinin onu öldürmək imkanı var idi, o, sonuncunun qarşısında dayanmışdır. İlkinə onu xəstəxanaya aparmasını demişdir, İlkin isə onu aparsa tutulacağını bildirmişdir. İlkin ona təcili tibbi yardım çağırmaq üçün telefonun götürməyə digər otağa keçdi, artıq hirsi soyumuşdu. İlkin digər otağa keçən kimi, o, qapını açıb qonşuya qaçmışdır. Ona yenidən xəsarət yetirə biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, səhər vaxtı idi, İlkin gəlib içəri girmişdir. O, həyətdə qab yuyurdu. İçəridən səslər gəldiyini eşitmişdir. İlkin gəl kirayə çıxaq deyirdi. Qızı da getmədiyini, kirayə pulunu verə bilmədiyini deyirdi. O, işini gördükdən sonra içəri girmişdir. İçəri girdikdə qızını vurduğunu, yerin qan içində olduğunu görmüşdür. İlkin Şəbnəmə su verirdi. Qızı qorxub evi tərk etmişdir. O da qızının arxasınca getmişdir. Getməklərinin səbəbi İlkinə inanmamaqları, hadisənin davam edə biləcəyini düşünməkləri olmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə günü evə bir yerdə gəlmişlər. Səs-küy evə gələndən sonra başlamışdır. Hadisə günü evdə onlar, o və qohumu var idi. Bıçaqla vurulma anını görməmişdir. Evləri həyət evidir. İlkin həmin vaxt xalası ilə danışdı, nə danışdığı yadında qalmamışdır. Bıçağı o, görməmişdir. Evdə 2-3 bıçaq var idi, hansını götürdüyünü bilmir. O, içəri girəndən sonra, İlkin artıq hərəkət etmədi, “bunu öldürəcəm, belə edəcəm” demirdi, heç nə etmirdi, qızına köməklik edirdi, ona su verirdi. O, içəri girəndən sonra İlkin qızını vura bilərdi, amma o ağlayırdı, qorxurdu, əsirdi. Axşamdan qalan qabları səhər yuyurdu. Evdə qardaşının oğlu var idi, sonuncu yatmışdı. Yoldaşı xəstəxanada idi. Qızı bir gün əvvəl onun rəfiqəsinin evində qalmışdı. Səhər qızı İlkinlə bir yerdə gəlmişdi. İçəridə kirayə çıxmaq üstündə səs-küy var idi. O, ancaq dava səsi eşitmiş, “ölürəm” deyə səslər eşitməmişdir. İşini qurtardıqdan sonra içəri girmişdir. Sonra gəlib hadisənin baş verdiyini görmüşdür. Qızının uzanıb yaralı olduğunu, İlkinin ona su verdiyini görmüşdür. Sonra heç nə eşitməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, onun yoldaşı həmin günü xəstəxanada idi, o, polisə necə ifadə verdiyini bilmir, ağlı başında deyildi. O, qol çəkmiş, amma oxumamışdır. O, özündə olmamış, hadisə zamanı orada olması, müdaxilə etməsi ilə bağlı ifadə verib-vermədiyini bilmir. İstintaq zamanı verdiyi ifadə yadında deyil. Burada necə danışıbsa orada da eyni danışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisəni görməmişdir. İlkin gəlib onlarda bir gecə qalmışdır, səhəri gün onlara polisə təqdim olunmasını istəmiş, dayısı da onu öz əli ilə Şəmkir rayon Polis İdarəsinə təslim etmişdir. O, sadə telefon işlətdiyinə görə onu görüntülü yığmamışdır. Onun yanına gəlməmişdən əvvəl İlkin ona cinayət etdiyini, zəng çatmadığı təqdirdə tutulduğunu bildirmişdi. Sonra 19 yanvarda onlara gəlmiş, 20 Yanvarda aparıb polisə təslim etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə günü ona zəng gəlmişdir, onun gözü görmədiyinə görə onun telefonunu yanında uşaq var idi o açmışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, istintaqda İlkinin ona görüntülü yığması, İlkinin qanın Şəbnəmə məxsus olmasının bildirməsi ilə bağlı ifadə verməmişdir. İstintaqda müstəntiq ona İlkinin yanına gəlməsi üçün qol çəkməli olduğunu demişdir. O da qol çəkmişdir. İstintaq zamanı ifadələri ona oxunmamışdır. İlkin ona Şəbnəmin kiminsə münasibəti olması barədə heç nə deməyib, onlar çox mehriban ailə olublar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə bir neçə ay bundan əvvəl baş vermişdir, Qaradağ rayon prokurorluğunda bu işlə bağlı izahat vermişdir. Həmin izahatı oxuyub təsdiq edə bilər. Hadisənin şahidi olmamışdır, Şəbnəmlə bir yerdə işləmişlər, İlkini tanımır. O, suallara cavab olaraq bildirmişdir ki, İlkin Şəbnəmi bıçaqlayandan sonra ona bir dəfə sonuncunun telefonu ilə zəng vurmuşdur. Ona Şəbnəmi bıçaqladığını demişdir, niyə bıçaqladığını soruşduqda, onunla yazışmasını gördüyünü demişdir. Şəbnəmi hirsindən vurduğunu bildirmişdir. Ona Şəbnəmi öldürmək istədiyini bildirməmişdir. İlkin ona zəng vuranda Şəbnəmə 6 bıçaq zərbəsi vurduğunu bildirmişdir. O, istintaqda İlkinin Şəbnəmə 3 bıçaq zərbəsi vurmasını ona deməsini bildirməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, İlkin ona zəng edəndə məqsədinin Şəbnəmi öldürmək olduğunu, indi də olmasa onu sonradan öldürəcəyini demişdir. X6 əlaqəsinin olmasını demişdir. Həmin polis Şəbnəmə uşağı olduğu üçün köməklik edirdi. Şəbnəmlə Rasim haqqında danışmışdır, nə danışdıqlarını bilmir. İlkin Şəbnəmi vurandan sonra ona zəng etmiş və onu təhqir edərək bu işin onun da başına gələ biləcəyini demişdir. İlkin ona Şəbnəmin yazışmasını tutduğunu, ona görə də sonuncunu vurduğunu demişdir. Yazışmalar yadında deyil, amma həmin vaxt deyəsən çıxarılmışdı. İlkin birinci ona zəng vurub Şəbnəmi öldürmək fikirinin olduğunu, xəyanət etdiyini bildirmişdir. İkinci dəfə ona Şəbnəmin telefonu ilə zəng edib Şəbnəmə qıya bilmədiyini, sonuncunu öldürməyi düşünmədiyini demişdir. İlkin ona birinci dəfə zəng vurub Şəbnəmi bıçaqladığını demişdir, sonra onun telefonuna İlkinin xalasından zəng gəlmişdir, ona bu məsələnin “Xoşqədəmin” verilişinə qədər çıxacağını demişlər, sonra Şəbnəm onlara gəlmişdi, ona qapalı məhkəmə iclası olduğunu, verilişə çıxa bilməyəcəyini demişdir. İlkin Şəbnəmi bıçaqlayandan sonra ona zəng edib Şəbnəmi öldürmək fikrinin olmadığını demişdir. Hadisədən sonra Şəbnəm və İlkinin ailəsindən ifadəsini dəyişməyi barədə təzyiqlər olmuşdur. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bibisi Qanuni nümayəndə qızıdır. Bakı şəhərində işləməyi ilə əlaqədar olaraq bir müddət ünvan 2 ünvanında Zərərçəkmiş şəxs, onun anası Qanuni nümayəndə, atası Rəsul Ələsgərov və 1 yaşlı Həcərlə birgə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində həmin evdə yatılı vəziyyətdə olanda qəflətən qışqırıq səsləri eşidib yuxudan oyanmış, Zərərçəkmiş şəxs qan içində olmasını, Təqsirləndirilən şəxs də əlində bıçaqla onun qabağında dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs bıçağı Zərərçəkmiş şəxs uzadıb “mənə niyə xəyanət eləmisən? sözlərini demiş, Zərərçəkmiş şəxs isə ona xəyanət etmədiyini bildirmişdir. Həmin vaxt bibisi Qanuni nümayəndə onlara yaxınlaşmaq istəyəndə Təqsirləndirilən şəxs bıçağı ona tərəf uzadıb “yaxınlaşma” demiş, Qanuni nümayəndə geri çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs mətbəx otağına tərəf gedəndə Qanuni nümayəndə evin qapısını açmış, qapını açan kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb çölə qaçmış, Təqsirləndirilən şəxs də əlində bıçaqla onun arxasınca qaçmışdır. Zərərçəkmiş şəxs Süleyman adlı qonşunun evinə girmiş, Təqsirləndirilən şəxs isə bunu görmədiyindən yola doğru getməyə başlamışdır. Şahid1 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əlində mətbəxdə çörək kəsmək üçün istifadə edilən sapı qara rəngi, tiyəsi gümüşü rəngli, uzunluğu təxminən 20 sm ölçüdə bıçaq olmuş, həmin bıçağın yerini bilmir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində onunla qonşuluqda yaşamışdır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində evində olan zaman qəfl qapı açılmış, Zərərçəkmiş şəxs qışqırıq səsləri ilə onun yaşadığı evə daxil olub “kömək edin” sözlərini demişdir. Zərərçəkmiş şəxs qan içində olmuş, bədənindən qan axmış, özü demişdir ki, əri Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs bir müddət sonra anası Qanuni nümayəndə da gəlmiş, evdə ona ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs boyun nahiyəsində bıçaq xəsarəti görmüş, həmin yerdə qan axmış, ancaq digər xəsarətlərinə fikir verməmişdir. Baş vermiş hadisəni və Təqsirləndirilən şəxs görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 29, 120.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 3-10) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:00-da CM-in 29, 120.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 57-58) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 76-77) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(002)-13/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 22:00-dan hesablanmışdır. (İ cild, i.v. 99-103) xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 106-111) Məhkəmə-tibbi ekspertizasının 26 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sağ əlin V barmağının kəsilmiş yarası deşici - kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdir, xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (İ cild, i.v. 162-163) Məhkəmə-tibbi ekspertizasının 63 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası, başın ənsə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin bir ədəd, sol bazunun üç ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yaraları deşici - kəsici əşya (alət) ola bilsin bıçağın deşici- kəsici təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X7 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, bədənində aşkar olunmuş digər xəsarətlər isə dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, xəsarətlər yetirilən zaman xəsarət yetirən şəxs zərərçəkmişə üz-üzə, bir qədər sola meyilli olmuşdur. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (İ cild, i.v. 165-167) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 665 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psiopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. (İ cild, i.v. 179-183) Məhkəmə-kriminalistik ekspertizasının 73/MTKŞ-2025 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin aşağı hissəsində bir ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan deşilmiş-kəsilmiş zədə ilə onun boynunun sol yarısında olan xəsarət yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthində olan deşilmiş-kəsilmiş zədəyə uyğun, onun bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir ki, buda kofta üzərində olan həmin zədənin kiçik ölçülü olması və zədə yetrilərkən yalnız paltarın zədələnməsi ilə izah edilə bilər. Həmçinin, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısında olan deşilmişkəsilmiş yaraya uyğun, təqdim edilmiş koftanın üzərində zədə aşkar edilmədi, buda tibbi yardım zamanı kofta üzərində çoxsaylı kəsiklərin aparılması və həmin zədənin həmin kəsik hissəsinə düşməsi ehtimalı ilə izah edilə bilər. Zərərçəkmiş şəxs bədən səthində olan digər xəsarətlər onun təqdim edilən paltarlarla örtülü olmayan nahiyyələrində (başın ənsə nahiyyəsi, sol bazu və sol dirsək nahiyyələri) olduğundan paltarlar üzərində əks olunmamışdır. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, bu zədələr müxtəlif qarşılıqlı vəziyyətlərdə yetirilə bilər. Zərərçəkmiş şəxs məxsus şalvarın və büsqalterin, təqdim edilmiş yastıq üzünün və yorğan üzünün üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: Koftanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli və zəif dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. Şalvarın üzərində olan ləkələrdən geniş ölçülü olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fizikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, digər ləkələr isə qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən öz ağırlığı ilə düşən damcı xarakterli ləkələrdir. Büsqalterin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fizikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Yastıq üzünün üzərində olan ləkələrin əksəriyyəti qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən öz ağırlığı ilə düşən damcı xarakterli, bəzi ləkələr isə axıntı xarakterli ləkələrdir. Yorğan üzünün üzərində olan ləkələrin əksəriyyəti qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən öz ağırlığı ilə düşəndamcı və qan mənbəyində əlavə kinetik impuls verilməklə törənmiş sıçrantı xarakterli ləkələrdir. (İ cild, i.v. 184-188) Məhkəmə-bioloji ekspertizasının 124/2025-TBŞ saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-O (İ) (təqdim olunan şəxsiyyəti təsdiq edən elektron prokurorluq informasiya sistemindən şəxsi məlumatların çıxarışının kserosurətinə əsasən) tədqiqata təqdim olunan 06 ədəd çubuqlu pambıq tampon, yastıq üzü, yorğan üzü, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, kofta və büstqalter üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda "H" antigeni, bəzi ləkələrdə isə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri O-alfabeta/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (İ cild, i.v. 189-193) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 29, 120.1-ci maddəsidən həmin Məcəllənin CM-in 29, 120.2.4 və 152.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 202-203) Elektron Prokurorluq informasiya sistemindən əldə edilmiş məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 214) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4 və 152.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 1-3) Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. (İİ cild, i.v. 25) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd qanəbənzər ləkələrdən nümunələr, 1 ədəd çəhrayı rəngli yastıqüzü və 1 ədəd çəhrayı və ağ rəngli bəzəkləri olan parça üzlük, Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əynində olmuş 1 ədəd yaşıl rəngli şalvar, 1 ədəd qara rəngli kofta, 1 ədəd qırmızımtıl rəngli busqalter maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ rayon prokurorluğuna təhvil verilmişdir. (İİ cild i.v. 30-52) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi etirafedici ifadələrini, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 29, 120.2.4 və 152.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 29, 120.2.4 və 152.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir (CM-in 152.1-ci maddəsinə münasibətdə), CM-in 29, 120.2.4-cü maddəsinə münasibətdə isə başa çatmayan cinayətdir, təsnifata görə xüsusilə ağır və az ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-in 29,120.2.4 və 152.1-ci maddələri ilə təqsirli bilməməsi, onun zərərçəkmiş şəxsə zərbə vuran anda yanlarında heç kimin olmaması, zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmaması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, (xüsusilə zərər çəkmiş şəxsə yetirilən xəsarətlərin lokalizasiyası və sayı) habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olması və seksual xarakterli digər hərəkətlər etməsi, xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsinə dair ibtidai istintaq zamanı ilkin mərhələdə müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Bundan başqa Təqsirləndirilən şəxs hadisə vaxti Qanuni nümayəndə orada olmaması ilə bağlı verdiyi ifadələrə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş diskdən də görünür ki, müdafiəçinin iştirakı ilə hadisə yerində törətdiyi cinayət əməlini təsvir edərək bildirmişdir ki, İ.X1 otağa keçib qapını bağlamış, əlində bıçaqla sonuncunun üstünə getmişdir ki, onu vursun. Qapını bağlamaqda məqsədi Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq olmuşdur ki, sonuncuya zərbələr vura bilsin, əlindən qaçmasın. Bu vaxt Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə qarşısına çıxmış, ona mane olmağa çalışmışdır. Bu zaman Qanuni nümayəndə kənara itələyərək Zərərçəkmiş şəxs üstünə getmiş, sağ əlindəki bıçaqla onunla üzbəüz dayanan Zərərçəkmiş şəxs bədənin ön tərəfinə bıçaqla zərbə vurmuş, bu vaxt yenə Qanuni nümayəndə onu tutaraq özünə tərəf çəkmiş, fürsətdən istifadə edən Zərərçəkmiş şəxs qaçmaq istəyəndə qarşıdan onun saçından tutmuşdur. Həmin vaxt hər üçü yıxılmış, daha sonra Qanuni nümayəndə kənara itələyib ayağa durmuş, Zərərçəkmiş şəxs ilə yenə üzbəüz qalmış və ona ardıcıl bir neçə bıçaq zərbələri vurmuşdur. Bundan başqa ibtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirərərkən Qanuni nümayəndə Təqsirləndirilən şəxs cummasını, araya girib mane olmasını, ancaq Təqsirləndirilən şəxs bıçaqla ona zərbələr vurmaqda davam etməsini, Qanuni nümayəndə ona mane olmaq istəsə də Təqsirləndirilən şəxs onu itələməsini, şahid Qanuni nümayəndə da ifadələrində gözlərinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmaqda davam etməsini, 2 dəfə Təqsirləndirilən şəxs əlindən tutmuşdur ki, onu saxlasın, ancaq Təqsirləndirilən şəxs dayanmamasını, ona mane ola bilməməsini, həmin vaxt Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs yalvarmasını, sonuncunun bir anlıq dayanmasını, dayanan kimi də o, evin çöl qapısını açmasını, qapını açan kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb çölə qaçmasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması ilə bağlı verdiyi ifadələrə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 63 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş - kəsilmiş yarası, başın ənsə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin bir ədəd, sol bazunun üç ədəd, sol dirsək oynağı nahiyəsinin bir ədəd deşilmiş - kəsilmiş yaraları müəyyən olunmuşdur. Bundan başqa Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində evində olan zaman qəfl qapı açılmış, Zərərçəkmiş şəxs qışqırıq səsləri ilə onun yaşadığı evə daxil olub “kömək edin” sözlərini demişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs mətbəx otağına tərəf gedəndə Qanuni nümayəndə evin qapısını açmış, qapını açan kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb çölə qaçmış, Təqsirləndirilən şəxs də əlində bıçaqla onun arxasınca qaçmışdır. qapını açan kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb çölə qaçmışdır. Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs arxasınca qaçmış, sonuncu qaçaraq Süleyman adlı qonşunun evinə girmiş, Təqsirləndirilən şəxs bunu görmədiyindən yola doğru getməyə başlamışdır. Həmçinin 2 dəfə Təqsirləndirilən şəxs əlindən tutmuş ki, onu saxlasın, ancaq Təqsirləndirilən şəxs dayanmamış, ona mane ola bilməmişdir. Şahid4 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs özü həm zəng edərək, həm də mesaj yazaraq məqsədinin Zərərçəkmiş şəxs öldürmək olmasını, əgər indi ölməsə belə onu sonradan öldürəcəyini demişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə yetirdiyi xəsarətlərin sayı, lokalizasiyası, zərər çəkmiş şəxsin özünün fəal müqaviməti və anası Qanuni nümayəndə mane olmaq cəhdləri, hadisə yerindən zərər çəkmiş şəxsin qaçaraq qonşuya daxil olması və işin digər halları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə verdiyi ifadələri təkzib edir. Məhkəmə həmçinin zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Qanuni nümayəndə, məhkəmə istintaqı zamanı qeyd etdiklərinə (təqsirləndirilən şəxsin öldürmək niyyətinin olmaması, Qanuni nümayəndə hadisə zamanı orada olmaması) gəldikdə isə sonuncuların təqsirləndirilən şəxslə yaxın münasibətdə (qeyri rəsmi arvadı, digəri isə sonuncunun anası) olmalarını, təqsirləndirilən şəxsə məsuliyyətinin yüngülləşdirilməsi üçün kömək etmələrini Zərərçəkmiş şəxs, Qanuni nümayəndə Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə vermələrini daha inandırıcı edir. Məhkəmə N Zərərçəkmiş şəxs, Qanuni nümayəndə məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadələrində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.12 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 120.2.4 və 152.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd qanabənzər ləkələrdən nümunələr, 1 ədəd çəhrayı rəngli yastıqüzü, 1 ədəd çəhrayı və ağ rəngli bəzəkləri olan parça üzlük, Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əynində olmuş 1 ədəd yaşıl rəngli şalvar, 1 ədəd qara rəngli kofta, 1 ədəd qırmızımtıl rəngli busqalter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 və 152.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd qanəbənzər ləkələrdən nümunələr, 1 ədəd çəhrayı rəngli yastıqüzü, 1 ədəd çəhrayı və ağ rəngli bəzəkləri olan parça üzlük, Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əynində olmuş 1 ədəd yaşıl rəngli şalvar, 1 ədəd qara rəngli kofta, 1 ədəd qırmızımtıl rəngli busqalter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar