Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1304/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqda, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi ev 59 mənzil 3 üvnanda kirayədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında tutulmamışdan təxminən 3 gün əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Behzad» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində külli miqdarda 44,448 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 47,280 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla kirayə götürdüyü Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi ev 59 mənzil 3 ünvanda və ünvan 121-ci il tarixdə saat 15:35-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Səbail rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarına əsasən, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi ev 59 mənzil 3 ünvanda saxlanılaraq, mənzilə keçirilmiş baxış zamanı orada girişdən sağda yerləşən otaqdakı şüşə dolabın rəfindən həmin narkotik vasitə külli miqdarda ümumi təmiz çəkisi 2,580 qram olan heroindən, 01 ədəd şəffaf sellofana bükülmüş halda, ümumi təmiz çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamindən isə 02 ədəd kağız parçasına bükülmüş halda aşkar edilərək götürülmüş, 02 mart 2021-ci il tarixdə saat 17:19-da əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs kirayə götürdüyü Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 ünvana keçirilmiş baxış zamanı isə mənzilin giriş qapısı ilə üzbəüz otaqda divanın üzərindəki örtüyün altından bir ədəd göy rəngli sellofan torbanın içərisində 01 ədəd bağlamada külli miqdarda satış məqsədilə ümumi təmiz çəkisi 43,80 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd bağlamalarda külli miqdarda satış məqsədilə ümumi təmiz çəkiləri 28,20 qram və 16,50 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, o cümlədən həmin otaqda olan masanın üzərindən iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışla məşğul olmamış. Bakı şəhərində təxminən 2020-ci ilin avqust ayından etibarən yaşamağa başlamış. Həmin vaxta qədər Ağcabədi rayonu, Hindarx kəndində yaşayırdı. Tutulmadan öncə Şahid5 adlı qadınla Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeyri-rəsmi nikah münasibətində olmaqla kirayə yaşayırdı. Sonuncu dəfə tutulmamışdan təxminən ay yarım öncə narkotik vasitə istifadə etmişdi. 02 mart 2021-ci il tarixdə təxminən günorta saat 3-4 radələri olardı, həmin vaxt Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzildə idi, bibisioğlu Vüsal da evdə idi. O atasının banka ödəmək üçün göndərdiyi 4.300 manat pulu Vüsala verib banka ödəməyini tapşırdı. Vüsal evdən çıxdıqdan bir qədər sonra qapı döyüldü, qapını açdıqda mülki geyimli şəxslər özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim etdilər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağıyla bağlı məlumatları olduğunu bildirdilər. Daha sonra isə yaşadığı mənzilə baxış keçirəcəklərini dedilər və zorla evə daxil oldular. Bir neçə dəqiqə sonra digər əməkdaşlar bibisioğlu Vüsalı da evə gətirdilər. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ona fiziki zor tətbiq etdilər, təzyiq göstərdilər və videoçəkiliş həyata keçirilən zaman onların dediyi kimi, yəni özləri tərəfindən qoyulmuş narkotik vasitələrin ona məxsus olduğunu deməyini istədilər. O qorxduğu və təzyiqə məruz qaldığı üçün videoçəkiliş zamanı onların dediyi kimi evdəki rəfdə olan, heroin və 02 ədəd kağız bükümdə olan metamfetaminin və elektron tərəzinin ona aid olduğunu və onu iranlıdan əldə etdiyini bildirdi. Həmin narkotik vasitələr və elektron tərəzi ona aid deyildi, həmçinin o Behzad adlı şəxsi tanımır, ondan heç vaxt narkotik vasitə əldə etməmiş. Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ünvan 2 ünvana apardılar. Orada da videoçəkiliş zamanı qorxduğu üçün həqiqətə uyğun olmayan tərzdə ifadə verdi. Baxış zamanı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dediyi kimi göy rəngli sellofan torbanın içərisindəki heroin, metamfetam və elektron tərəzini iranlı Behzaddan əldə etdiyini dedi. Özü narkotik vasitə istifadəçi olsa da, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs kimi saxlanılan hazırda barəsində cinayət işinin araşdırılması aparılan Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, valideynlərini dolandırmaq məqsədi Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən kafelərin birində xidmətçi kimi işləyir, Təqsirləndirilən şəxs həmkəndlisi olduğu üçün mütamadi olaraq işlədiyi kafeyə getmiş, o, Ozal ilə söhbət zamanı bildirmişdir ki, yaxın günlərdə Ağcabədi rayonu Hindarx qəsəbəsində gedəcəkdir. O da, bu səbəbdən Ozala, öz adına olan "xxxx" ASC-yə aid bank kartını verib rayonda valideynlərinə verməsini xahiş etmiş, buna görə də, Ozal saxlanılarkən, onun bank kartı Ozalın ünvanından çıxmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və istifadə etməsindən məlumatı olmamış, sonuncunun bu kimi işlərlə məşğul olmasına inanmamışdır. O, Təqsirləndirilən şəxs bank kartını, sonuncu tutulmamışdan 2-3 gün əvvəl vermiş, Təqsirləndirilən şəxs onun bank kartı ilə hər hansı bir pul köçürmə əməliyyatı aparmadığını güman etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Ozal 2020-ci ilin təxminən avqust ayından Ağcabədi rayonundan işləmək üçün Bakı şəhərinə gəlmişdi və onun evimdə yaşayırdı. 2021-ci ilin əvvəllərindən isə Ozal özü tək kirayə yaşamağa başladı. Ozalın tək yaşadığı müddətdə gündəlik nə işlə məşğul olduğundan xəbəri yox idi. Ozalın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmayıb. Ozalın kirayə yaşadığı ünvanda baxış keçirilən zaman bibisioğlu Şahid8 üzərindən aşkar olunan 4.300 manat pul atama məxsus idi. Atası həmin pulu Ozala kredit borclarını ödəmək üçün göndərmişdi. Həmin pulu isə atası Rəşid 5 ədəd iribuynuzlu və 28 ədəd xırdabuynuzlu hevyanları sataraq toplamışdı. “Ruslan” adlı şəxsi kəndçi kimi tanıyır, onunla münasibəti olmayıb. Behzad adlı şəxsin kim olduğunu isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ozal onun oğludur. Kənan isə ortancıl oğludur. O əvvəllər Ağcabədi rayonunda Baytarlıq idarəsində müavin vəzifəsində işləmiş, hal-hazırda isə Ağcabədi rayon Polis Şöbəsində hüquq qaydasının təmini üzrə İctimai Şuranın üzvüdür, həm də təqaüdçüdür. Təqaüdü və Ağcabədi rayonunda Baytarlıq idarəsində müavin işlədiyi üçün aylıq məvacibini "xxxx" kartının vasitəsi ilə alırdı. 2019-cu ildə maddi vəziyyəti ilə bağlı "xxxx"-ın Ağdam filialından 4.000 manat kredit götürdü. Lakin 273 manat pul alırdı və bu məbləğ kreditlərini ödəmək üçün kifayət etmirdi. Buna görə də kartını oğlu Ozala verdi ki, bu pulun üzərinə imkan olduqda əlavə özü də pul qoysun kreditləri ödəsin. Oğlu Kənan təxminən 21 ilə yaxındır, Bakı şəhəri Bakıxanov qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Ozal isə 2020-ci ilin təxminən avqust-sentyabr aylarından Bakı şəhərinə gələrək, qardaşı Kənanın evində onunla birlikdə yaşayırdı. Lakin bir müddət sonra Ozal Kənanın yaşadığı evdən ayrılaraq özü həmin qəsəbə ərazisində kirayə mənzil götürərək yaşayırdı. Ozalın narkotik vasitələrin satışı ilə məşğul olması və istifadə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mən, övladım və Ozal eyni evdə yaşayırdı, evdə olduqları vaxt polis əməkdaşları evə basqın etdilər və onunla uşağını evin mətbəxinə apardılar. Bundan sonra onlar Ozalı döydülər və sonra isə onu polis idarəsinə apardılar. O Ozalla yaşadığı müddətdə onun narkotik vasitə istifadə etməsinə və satmasına şahid olmamış. Evə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunub-olunmamasından xəbəri olmayıb. Ozal yaşadıqları evdə narkotik vasitə saxlamırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ozal onun dostu Kənanın qardaşıdır. O taksi fəaliyyəti ilə məşğul olurdu, bir neçə dəfə Ozalı dediyi yerlərə aparıb gətirmiş. Ozal bir dəfə onu evinin qabağına çağırıb 3.500 manat pul verib dedi ki, bunu Azadlıq prospektində ona yaxınlaşan şəxsə aparıb versin. Həmin pulun satdığı iribuynuzlu heyvanların pulu olduğunu və rayona göndərəcəyini bildirdi. Bundan əlavə bir dəfə Ozal ondan onun üçün toyuq paketləmək üçün falqa almağını da xahiş etmişdi və o da mağazadan falqa alıb ona vermişdi. Sonralar eşitdi ki, Ozal həbs olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ozal və qardaşı Kənan onun həmkəndliləridir, hər ikisi ilə əvvəllər yaxşı münasibətləri olmuşdur. O 2 saylı cəzaçəkmə müəsissəsində olduğu müddət ərzində Ozal xahişi ilə ona müəyyən ərzaq və siqaretlər gətirirdi. Valideynləri dünyasını dəyişdiyinə görə Ozaldan ehtiyacı olduğu müddət ərzində pul istəyirdi. Ozal və Kənan ona dediyi şeyləri gətirib versələr də, maddi imkanları olmadığına görə ona pul verə bilmirdilər. O da bu səbəbdən onlara yalan vədlər verərək, pul gətirmələrini bildirdi. Ozal da dediyi sözlərə inandığı üçün ara-sıra ona az miqdarda pul gətirib verirdi. Ozal ilə aralarında olan telefon danışıqlarının hamısı həqiqəti əks etdirmir, o Ozaldan pul istədikdə, o, pulunun olmadığını bildirən zaman Ozala yalan vədlər verirdi ki, ona pul tapıb versin. Kənan ət kəsimi ilə məşğul olduğu üçün o Kənanda pul ola biləcəyini ehtimal edirdi, ona görə də, Ozala demişdi ki, onun sözlərini Kənana çatdırsın. Kənan telefon zənglərinə heç vaxt cavab vermirdi. 2007ci ildə narkomaniya xəstəliyindən müalicə məqsədi ilə İran İslam Respublikasına getmişdi. Oradan qayıtdıqdan sonra yaşadığı kənddə Behzadla həmkəndliləri telefonla danışarkən, Behzadın səsini eşitdi. Behzadı şəxsən tanımır və onunla heç vaxt ünsiyyətdə olmamış. Onun telefon danışığı zamanı Ozala, «Behzad» adlı şəxsin «ürəyi» olduğunu, cəzaçəkmə müəsissəsindən çıxandan sonra «Behzad» adlı şəxslə «dağışacağını» deməyi hamısı yalan vədlər idi. Bu vədlərlə Ozalı həvəsləndirirdi ki, gətirib ona pul versin. O telefon danışıqları zamanı dediklərinin heç birini həyata keçirməmiş. Ozal və Kənanın «Behzad» adlı şəxslə nə kimi əlaqələri olduqlarından məlumatı yoxdur. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsini tədqiq edərək, müəyyən edilmişdir ki, o ibtidai istintaqda məhkəmədə verdiyi ifadəsindən fərqli ifadə verərək bildirmişdir ki, onun heç vaxt psixi xəstəliyi olmayıb, hazırda belə xəstəliyi yoxdur, belə növ xəstəlikdən müalicə olunmamış, psixi xəstəliklər üzrə heç bir tibb müəssisəsində qeydiyyatda olmamışdır. 2019-cu ilin son aylarında Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında olan kafedə tanışı Pərviz adlı şəxslə görüşərəkən sonuncunun yanında dostu Ozal adlı şəxsi görmüş, orada əyləşib birlikdə yemək yemişlər. Ozalm danışığı və hərəkətləri onda xoş təsir bağışlamış, bu səbəbdən də o, Ozala istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə tanışlıq məqsədi ilə mobil nömrəsinə zəng etmişdir. O, Ozala Şəbinə olduğumu bildirmiş, bundan sonra Ozal ilə telefonla əlaqə saxlamağa başlamış, təxminən 2-3 ay telefonda danışmışlar. Ozal Ağcabədi rayonunda yaşadığını bildirmiş, Ozal ilə danışıq zamanı Ozal fikirinin ciddi olduğunu və onu azyaşlı oğlu ilə birlikdə qeyri-rəsmi arvadı kimi qəbul edəcəyini bildirmişdir. O, bu barədə valideynlərinə bildirmiş, çünki Ozal ona demişdir ki, lazım gələrsə, onun evinə elçi göndərərək alacaqdır. O, Ozala inanmış, bu səbəbdən, 2020-ci ilin yay aylarında valideynlərinin yaşadığı Qobustan qəsəbəsindən çıxaraq Ozal ilə Bakı şəhərində görüşüb azyaşlı oğlu ilə birlikdə Ozalın Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayə tutduğu mənzildə ər-arvad münasibətində yaşamağa başlamışdır. Ozal hər gün səhər evdən çıxaraq axşam evə gəlmiş, o, Ozaldan harada işləməsi barədə soruşduqda Ozal bildirmişdir ki, qardaşı ilə birlikdə ət kəsimi ilə məşğul olur. Hətta bir-iki dəfə Ozaldan necə dolanacaqları ilə maraqlandıqda Ozal demişdir ki, valideynlərinin təqaüd kartı özündədir, təqaüdlə dolanaclar. O, Ozalm digər işlərlə məşğul olmasından məlumatlı olmamış, son aylar Ozalm evə gec gəlməsinə görə aralarında soyuqluq yaranmışdır. Hətta o, 2021-ci ilin fevral ayında küsərək valideynlərinin yaşadığı ünvana getmiş, həmin aym 28-də Ozal onu valideynlərinin yaşadığı evdən öz kirayə yaşadıqları evə aparmışdır. O, evə gəldikdə Şahid8 Ozal ilə bir evdə yaşadığını görmüş, Ozaldan Vüsalın nə səbəbdən qalmasım soruşduqda Ozal bildirmişdir ki, Vüsal tezliklə çıxıb gedəcəkdir. Vüsal onlarla bir evdə qalmış, onun bildiyinə görə, Vüsal 10-15 gün olardı ki, Ozal ilə bir yerdə qalmışdır. Vüsal ara-sıra gedib başqa ünvanda Jalə adlı tanışı ilə birlikdə qalmış, yaşadıqları evin şəraiti yaxşı olmadığına görə Ozal, başqa ev taparaq oradan çıxacaqlarını demişdir. Baqşa ev taparaq çıxmaq üçün həmin evdə qalmalarının son 2 gününü qalmışlar. 01 mart 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixə keçən gecə o, Ozal və Vüsal bir evdə qalmışlar. 02 mart 2021-ci il tarixdə saat 14 radələrində Ozal Vüsala bildirmişdri ki, banka olan borclarını aparıb ödəsin və marketdən çörək alıb gətirsin. Təxminən 10 dəqiqədən sonra evin giriş qapısı döyülmüş, o, güman etmişdir ki, ev sahibi qapını döyür. Ozal qapıya yaxınalaşıb qapını açdıqda mülkü geyimli şəxslər özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək içəri daxil olmuşlar, evə baxış keçirdərkən, qonaq otağında olan dolabdan Ozala məxsus narkotik vasitə və psixotrop maddələri aşkar edərək götürmüşlər. Bundan sonra Ozala başqa harada narkotik vasitə və psixotrop maddələr olduğunu soruşduqda. Ozal onlara Bakı şəhəri Xətai rayonu ərazində yeni kirayə tutduğu mənzildə narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmiş. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Ozal ilə birlikdə sonuncu ünvana getmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həbs olunmuşdur. Ozalla Vüsal onun yanında narkotik vasitə və psixotrop maddələr barədə heç vaxt heç nə danışmamış, o, həmin şəxslərin bu işlə məşğul olmasından məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrində satışı ilə məşğul olması və istifadə etməsindən onun məlumatı olmamış, bunları Ozal tutulanda bilmişdir. Onun Təqsirləndirilən şəxsla rəsmi nikahı yoxdur, lakin qeyri-rəsmi ərarvad münasibətində olmuşlar, Ozal son aylarda evə gec gəldiyi üçün aralarında soyuqluq yarandığına görə o, Ozalla ara-sıra qalmışdır. Onun adına olan “Umico” Visa kartını Təqsirləndirilən şəxs onun pul kisəsindən onun razılığı ilə götürmüşdür. DTX-nin əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid8 iştirakı ilə evə baxış keçirtmişlər, baxış vaxtı o, azyaşlı oğlu ilə birlikdə mətbəxtdə əyləşmişdir. Təqsirləndirilən şəxs və Şahid8 onun yanında heç vaxt narkotik vasitələrdən istifadə etməmişlər, lakin bir dəfə Vüsal ilə Ozal onu, özlərinə məxsus narkotik vasitə və psixotrop maddələrin itməsində günahlandırmışlar ki, guya o, həmin şəxslərə məxsus narkotik vasitə və psixotrop maddələri götürüb valideynlərinin evinə gedərkən Özü ilə aparmışdır. Lakin onun elə şeylərdən analayışı olmadığı üçün ağlayaraq sms səs atmışdır ki, onun Təqsirləndirilən şəxs və Şahid8 məxsus olan narkotik vasitə və psixotrop maddələrdən xəbəri yoxdur. Həmin vaxtı o bilmişdir ki, hər ikisi bu işlə məşğuldur. Lakin Təqsirləndirilən şəxs və Şahid8 heç biri narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmalarını etiraf etməmişdirlər. O, «epilepsiya» xəstəsi olduğu üçün narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. O, Şahid8 tanışı «Jalə» adlı şəxsin anket məlumatlarını bilməmiş, yalnız adını bilmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid5 təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqla maraqlı şəxs sayıldığından və eyni zamanda məhkəmə zalında təqsirləndirilən şəxsdən çəkinə biləcəyinin nəzərə alıb, onun məhkəmədə verdiyi ifadələsinə tənqidi yanaşaraq, ibtidai istintaqda verdiyi ifadəsini inandırıcı sayır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evlərdə narkotik vasitənin aşkar olmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, o ibtidai istintaqda ilkin verdiyi ifadəsində bildirmişdir ki, hadisədən təxminən bir ay əvvəl İran İslam Respublikası vətəndaşı olan Behzad adlı şəxsi həmkəndlisi, hazırda məhkum olunmuş Şahid7 vasitəsi ilə tanımış, Behzadla yalnız “whatsapp” zəng proqramı vasitəsi ilə danışmış, aralarında telefonla danışarkən yaxşı münasibət yarandığına görə Behzad ona öz istifadəsi üçün Bakı şəhəri Sabunçu rayonu ərazisinə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərərək götürməsini bildirmiş, o, həmin narkotik vasitəni özü üçün istifadə etmişdir. Qeyd edilən maddə ona xoş təsir etdiyi üçün yenidən Behzaddan narkotik vasitə istəmişdir. Təxminən fevral ayının sonlarında Behzad ona zəng edərək Qaradağ rayonu ərazisində yerləşən Sement Zavod adlanan yerin yaxınlığında yolun kənarına sellofan paketdə narkotik vasitə qoyulduğunu və oradan həmin narkotik vasitəni götürüb, əvvəlcədən razılaşdırılmış şəxslərə çatdırmasmı tapşırmışdır. O da, Behzadm ona «whatsapp» vasitəsi ilə atdığı həmin yerin şəklinə əsasən, deyilən yerə getmiş və bir ədəd göy sellofan paketi götürərək, özü ilə kirayə tutduğu ünvan 3 ünvana aparmışdır. Mənzildə göy rəngli sellofan paketə baxdıqda, içərisində olan 03 ədəd bağlamaların olduğunu görmüş, həmin bağlamaları açdıqda, 01 ədəd bağlamada psixotrop maddə metamfetamin, digər 02 bağlama isə narkotik vasitə olan herion olduğunu görmüşdür. Göy sellofan paketin içərisində 02 ədəd elektron tərəzi də olmuş, kirayə tutduğu mənzildə dolabın rəfinə qoyaraq saxlamışdır. Mənzilin su xətlərində problem yarandığına görə ünvan 3 ünvandan çıxaraq başqa ünvanda yaşamaq üçün 2021-ci ilin fevral ayının son günlərində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 saylı mənzili kirayə tutmuşdur. ünvan 3 ünvanda saxladığı narkotik vasitələrdən çox hissəsini Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 saylı mənzilə aparıb qoymuşdur ki, həmin mənzildən yaxın günlərdə köçəcəkdi, qalan hissəsini isə öz istifadəsi üçün saxlamışdır. 02 mart 2021-ci il tarixdə saat təxminən 15:30da o, kirayədə yaşadığı ünvan 3 ünvanda olarkən həmin vaxt bibisi oğlu Şahid8 da evdə olmuş, o, Vüsala atasının göndərdiyi 4.300 manat pulu aparıb banka ödəməyini və evə qayıdarkən marketdən çörək almasını xahiş etmiş, Şahid8 evdən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra qapının döyülməsi eşitmişdir. O, qapını açdıqda mülki geyimli şəxslər özlərini təqdim edib Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatlı olduqlarını bildirirək, yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmişlər. O etiraz etməmiş, təxminən 10 dəqiqədən sonra Şahid8 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin digər əməkdaşları yaşadığı evə aparmışlar. Mənzilə videoçəkiliş vasitəsi ilə baxış keçirdikləri zaman onun Behzaddan əldə etdiyi və həmin mənzildə otaqda dolabın rəfində saxladığı 01 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroini və 02 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini, həmçinin mənzildəki elektron tərəzini aşkar etmişlər. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ondan, başqa harada narkotik vasitə saxladığım soruşduqda, o, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 saylı mənzildə narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra həmin mənzil baxış keçrilməsi üçün getmişlər. O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə həmin mənzilə də, baxış keçirilməsinə etiraz etməmiş və birlikdə həmin mənzilə getdikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mənzilə videoçəkiliş vasitəsi ilə keçirilmiş baxış zaman Behzad adlı şəxsdən əldə etdiyi və həmin mənzildə 1 ədəd göy rəngli sellofan torbanın içərisində saxladığı 02 ədəd bağlamadakı narkotik vasitə heroinləri, 01 ədəd bağlamadakı psixotrop maddə olan metamfetamini qonaq otağında olan divanın üzərindən və elektron tərəzini masanın üzərindən aşkar edərək götürüb qablaşdırmışlar. Hər iki mənzilə baxış keçirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən protokol tərtib edilmiş və protokollar ucadan oxunduqdan sonra onun da tərəfindən doğruluğu imza edilmişdir. Mənzillərdən götürülmüş narkotik vasitə və psixotrop maddələr qablaşdırılıb götürülmüşdür. O, əməlini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayətə görə peşman olmuşdur. O, “Behzad” adlı şəxsdən əldə etdiyi narkotik vasitələri yalnız öz istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitələri heç kimə satmamışdır. O, narkotik vasitələr gizlətdiyi müxtəlif yerlərin fotoşəkillərini heç kimə atmamış və bank kartlarına ödənişlər olunmamışdır. “Behzad” adlı şəxs bir dəfə o, öz istifadəsi üçün narkotik vasitə aldıqda, narkotik vasitənin şəkilli mənbə göndərmiş, bundan başqa ona şəkil göndərməmişdir. Həmin şəkili də dərhal telefonundan silmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşaları tərəfindən Sabunçu rayonu ərazisində kirayə qaldığı mənzilə baxış keçrilən zaman Şahid8 üzərindən aşkar olunmuş 4.300 manat pul onun atası Şahid1 məxsus olmuş, atası Ağcabədi rayonunda olan fərdi yaşayış evlərinin həyətyanı sahəsində 05 ədəd iribuynuzlu heyvanını, 28 ədəd xırda buynuzlu heyvanlarını, yaşı ilə əlaqədar olaraq saxlaya bilmədiyi üçün, sataraq həmin pulları Vüsalın vasitəsi ilə ona göndərmişdir ki, kreditlərini bağlasın. Onun mənzilinən aşkar olunmuş bank kartlarının üçü atasının, biri anasının, biri onun öz adma, biri Şahid3 adınadır. Həmin kartları valideynləri ona vermişlər ki, kreditlərini ödəsin. Şahid3 isə onun həmkəndlisidir, sonuncunun kartını rayona gedərkən, Orxan, valideynlərinə verməsi üçün kartını ona vermişdir. O, «Behzad» adlı şəxsi şəxsən tanımadığı üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sabunçu rayonunda kirayə qaldığı mənzilə baxış keçrilən zaman videoçəkilişdə narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmiş, Bakı şəhərində heç kimə narkotik vasitə satmamış, yalnız özü üçün istifadə etmiş, lakin fikri olmuşdur ki, maddi durumu pis olarkən narkotik vasitəni tanıyıb etibar etdiyi şəxslərə satsm. O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığı və DTX-nə aparılarkən ona heç kim zor və təzyiq göstərməmişdir. X4 verdi oğlu onun həmkəndlisidir, lakin onun Nərimanla heç bir əlaqəsi yoxdur, sonuncunun adının nə səbəbdən məhkəmə qərarına yazılmasını bilməmişdir. Cinayət işində olan 02 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli, 15/4-907 saylı baxış protokolundan görünür ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən Təqsirləndirilən şəxs ilə Şahid8 barədə DTXyə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 02.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxslər Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi ev 59 mənzil 3 ünvanda yerləşən mənzildən çıxarkən saxlanılmış, mənzilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı mənzildə girişdən sağdakı olan otaqda sol tərəfdə, şüşəli dolabın rəfində şəffaf sellofana bükülmüş qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitələr olan heroinə bənzər maddələr, iki ədəd kağız parçasında ağ rəngli psixotrop tərkibli narkotik vasitələr olan metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Bundan başqa, həmin rəfdən bir ədəd elektron tərəzi aşkar olunmuş, qeyd olunan maddələr elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər maddələrin çəkisinin qablaşdırılmış halda 3,05 qrama, metamfetaminə bənzər maddələrin çəkisinin isə qablaşdırılmış halda 1,39 qrama yaxın olması müəyyən edilmiş, qeyd olunan maddələr kağız zərfə qablaşdırılaraq 95 №-li möhürlə möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əl çantasından 01 ədəd «Samsung» markalı mobil telefon, 04 ədəd «Azercell» mobil operatora aid nömrə sim kartı, 01 ədəd «Umico visa» plastik bank kartı, 15 (on beş) ABŞ dolları məbləğdə pul əskinazları, Şahid1 adına "xxxx" ASC-yə aid «maestro» plastik kartı, «Araz» supermarketə aid bonus kartı və vərəqəsi, 30 (otuz) qəpik pul, 01 ədəd mobil telefon yükləyicisi, 04 ədəd mobil telefon nömrə sim kartı, 03 ədəd açar, 02 ədəd qapı açmaq üçün maqnit və 01 ədəd alışqan aşkar edilmiş, qeyd olunan əşyalar kağız zərfdə qablaşdırılaraq 95 №-li möhürlə möhürlənmişdir. Bundan əlavə Şahid8 əynində olmuş gödəkçənin sol cibindən 01 ədəd «Nokia» markalı mobil telefon, əynində olmuş qara rəngli sviterin sol cibindən 4,300 (dörd min üç yüz) manat, gödəkçənin sağ iç cibindən 08 (səkkiz) manat və 55 (əlli beş) qəpik məbləğdə pul aşkar olunmuş, qeyd olunan əşyalar kağız zərfdə qablaşdırılaraq 95 №-li möhürlə möhürlənmişdir. Bundan əlavə, iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli, 15/4-908 saylı baxış protokolundan görünür ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən Təqsirləndirilən şəxs iştirakı ilə 02.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxslər Təqsirləndirilən şəxs kirayələdiyi Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 ünvanda yerləşən mənzildən çıxarkən saxlanılmış, mənzilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı mənzilin qapıdan içəri girərkən üzbəüz otaqda sağ tərəfdə yerləşən divanın üstündə göy rəngli sellofan torbanın içərisində ağ rəngli psixotrop tərkibli narkotik vasitələr olan metamfetaminə bənzər maddələr olan bir ədəd bağlama və içərisində qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitələr olan heroinə bənzər maddələr iki ədəd bağlama aşkar olunmuşdur. Bundan başqa, otaqda olan masanın üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuş, həmin elektron tərəzi ilə qeyd olunan bağlamalar çəkilmiş, heroinə bənzər maddələr olan 02 ədəd bağlamanın qablaşdırılmış halda ümumi çəkisi 49,68 qrama, metamfetaminə bənzər maddələr olan bağlamanın çəkisinin isə qablaşdırılmış halda 48,34 qrama yaxın olması müəyyən edilmiş, qeyd olunan bağlamalar aşkar olunduğu göy rəngli mellofan torbada qablaşdırılaraq 95 №-li möhürlə möhürlənmişdir. Bundan başqa, mənzilin həmin otağında olan televizor dolabının rəfindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-yə aid «visa» plastik kartı, Atira Həsənovanın adma "xxxx" ASC-yə aid «maestro» plastik kartı, Şahid3 adma "xxxx" ASCyə aid «maestro» plastik kartı, Şahid1 adma "xxxx" ASC-yə aid «visa» plastik kartı və Şahid1 adma "xxxx" ASC-yə aid «maestro» plastik kartı aşkar olunmuş, qeyd olunan əşyalar kağız zərfdə qablaşdırılaraq 95 №-li möhürlə möhürlənmişdir. Bundan əlavə, həmin mənzildən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işində olan video görüntüləri əks etdirən diskdən müəyyən olunur ki, diskdə bir ədəd ct20210302_153143” adlı MP4 formalı video-fayıl yerləşir. Video-fayl 23 dəqiqə 35 saniyədən ibarətdir. Video-fayl qapalı mənzil şəraitində lentə alınmışdır, ilk olaraq beş nəfər kişi cinsli şəxslər, o cümlədən onlardan biri Azərbaycan Respblikası qanunları ilə hüquqları izah edilməklə, kirayədə mənzilinə ünvan 5 ünvana baxış keçirilməsi barədə məlumat verilmiş Təqsirləndirilən şəxs və Şahid8 da iştirak etməklə, 02 mart 2021-ci il tarixdə saat 15:35-də yuxarıda göstərilən ünvanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərə-findən baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilində qanunsuz əşya olub-olmaması şifahi sorğu-sual edilir, sonuncu, ailəsi ilə birlikdə kirayə yaşadığı mənzildə narkotik vasitədən başqa heç bir qanunsuz əşya olmadığım bildirir. Həmçinin Şahid8 şifahi sorğu-sual edildiyi zaman təxminən bir həftədir, Təqsirləndirilən şəxsla birlikdə həmin mənzildə yaşadığını qeyd edir. Daha sonra mənzilə DTX-nin əməkdaşları tərəfindən baxış keçirildiyi zaman mənzilin 59 saylı binanın ikinci mərtəbəsində, sağdan birinci qapıda yerləşməsi qeyd olunur. Mənzilin giriş qapısı ilə äzbəiizdə, sağ tərəfdə olan otağında sol tərəfində, orta ölçülü şüşəli şkafın bir rəfindən şəffaf sellofan paket aşkar olunur. Paket DTX-nin əməkdaşları tərəfindən açılır və içərisində qəhvəyi rəngli, kəskin spesifik iyə malik narkotik vasitə heroins bənzər maddə olması müəyyən olunur. DTX-nin əməkdaşının şifahi sorğu-sualına cavab olaraq, Təqsirləndirilən şəxs həmin maddə “palı" olaraq bildirilir və DTX-nin əməkdaşı tərəfindən həmin maddənin ekspertizaya təqdim ediləcəyi qeyd olunur. Daha sonra digər iki ədəd kağız parçaları açılır və içərisində maddə olması aşkar olunur. Təkrar suallara cavab olaraq, Təqsirləndirilən şəxs həmin maddələrin də “patı” olduğunu bildirir. DTX-nin əməkdaşı tərəfindən həmin maddələr, mənzilə baxış zamanı aşkar edilmiş tərəzi vasitəsi ilə ölçülür və qablaşdırılmış halda təxminən 03 qram olması bildirilir. Daha sonra DTX-nin əməkdaşı psixotrop maddə metamfetaminə bənzər maddələrin isə tərəzi vasitəsi ilə çəkildikdən sonra qablaşdırılmış halda çəkisinin təxminən 1,32 qram olması deyilir. Təqsirləndirilən şəxs hər iki kağız bükümdə olan “patı” kimi təqdim etdiyi maddələrin eyni olduğunu göstərir. Qeyd edilən əşyaların aşkarlandığı qaydada qablaşdırılacağı, tərtib ediləcək protokola əlavə olunacağı və möhürlənəcəyi bildirilir. Sonra Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon, smart kart, “Azercell” mobil operatora aid nömrə sim kartları, 15 ABŞ dolları pul, 20 qəpik pul, "xxxx" ASC-yə aid plastik bank kartları, kirayədə yaşadığı evin açarları aşkar edilir və şəxsi əşyaların zərfdə qablaşdırılacağı bildirilir. Təqsirləndirilən şəxs qeyd olunan ev açarlarının köhnə qaldığı evə aid olduğunu göstərir. Daha sonra videoçəkiliş bir neçə saniyə mətbəxdə aparılır, orada bir nəfər qadının azyaşlı uşağı qucağına alıb üzünü əlləri ilə tutaraq masada əyləşməsi müşahidə olunur. Mənzilin sanitar qovşağı və digər otaqlarında baxış zamanı heç bir qeyri- qanuni əşya, predmet və ya maddə aşkar olunması halları müəyyən olunmadı. Təqsirləndirilən şəxs verilmiş şifahi sorğu-suala cavab olaraq, həmin narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə olan metamfetaminə bənzər maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra mənzilə baxış zamanı Şahid8 100 manatlıq əskinaslardan ibarət 4.300 manat məbləğdə olması qeyd olunan pul əskinazlan aşkar olunur, kimə məxsus olması sorğu edilir, Təqsirləndirilən şəxs, həmin pulun öz pulu olduğunu, Vüsala ABŞ dollarına çevirməsi üçün verdiyini, tanımadığı adamın göndərdiyini, alıb çıxartdığını bildirir, həmçinin üstündə “dərman”-ı olduğunu, soyuq silahı olmadığını göstərir. Şahid8 üzərindən aşkar ediən 55 qəpik məbləğdə pul və digər şəxsi əşyalarının kağız zərfə qablaşdırılıb möhürlənəcəyi qeyd olunur. Daha sonra təkrar, hər ikisinə mənzildən aşkar edilmiş maddələrin ekspertizaya göndəriləcəyi, o cümlədən mənzilə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya maddənin aşkar edilmədiyi bildirilir. Təqsirləndirilən şəxs və Şahid8 mənzilə baxış keçirilməsi ilə bağlı protokollaşdırmaya hər hansı bir etirazı, əlavəsi olub-olmaması ilə bağlı şifahi sorğu-sual edilirlər, hər ikisi “Xeyr.”- deyə cavab verirlər. Sonda DTX-nin əməkdaşı tərəfindən mənzilə baxışın 15:55 dəqiqədə yekunlaşması bildirilir. Cinayət işində olan video görüntüləri əks etdirən diskdən müəyyən olunur ki, diskdə bir ədəd “20210302_171655” adh MP4 formalı video-fayıl yerləşir. Video-fayl 17 dəqiqə 08 saniyədən ibarətdir. Video-fayl qapalı şəraitdə, mənzilin giriş qapısının içəri tərəfində lentə alınmışdır, ilk olaraq beş nəfər kişi cinsli şəxslər, o cümlədən biri Azərbaycan Respblikası qanunları ilə hüquqları izah edilməklə, kirayə götürdüyü Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 64 mənzil 171 ünvana baxış keçirilməsi barədə məlumat verilmiş Təqsirləndirilən şəxs da iştirak elməklə. 02 mart 2021-ci il tarixdə saat 17:19-da yuxarıda göstərilən ünvanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzili nə vaxt kirayə götürməsi sorğu edilir və sonuncu “4-5 bundan qabaq’1 - deyə cavab verir. Daha sonra DTX-nin əməkdaşları tərəfindən mənzilin giriş qapısının Təqsirləndirilən şəxs götürülmüş açar vasitəsi ilə açıldığı, baxış keçirilən mənzilin 64 saylı binanın on dördüncü mərtəbəsində yerləşməsi qeyd olunur. Mənzildə bir dəhliz, bir otaq, sanitar qovşağı, hamam, ikinci yataq otağı olması qeyd olunur və Təqsirləndirilən şəxs həmin evdə nəyi olduğu, harada saxladığı sorğu-sual edilir. Mənzilə baxış zamanı giriş qapısı ilə üzbəüz otaqda olan masanın üzərindən bir ədəd elektron tərəzi aşkar olunur, tərəzinin üzərində narkotik vasitə olan heroinə bənzər maddənin qalıq izlərinin müşahidə olunduğu qeyd edilir. Mənzilin həmin otağında narkotik vasitələrin kəskin qoxusu gəlməsi qeyd olunur. Daha sonra eyni otaqda, girişdən sağ tərəfdə qoyulmuş, üzərində örtük olan divanın üstündə göy rəngli sellofan torbanın içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələr olan bir ədəd bağlama və içərisində qəhvəyi rəngli kəskin spesifik iyi olan narkotik vasitə heroinə bənzər maddələrin olduğu iki ədəd bağlama aşkar edilir. Həmin maddələr mənzilə baxış zamanı aşkar edilmiş tərəzi vasitəsi ilə ölçülür və heroinə bənzər maddələrin iki ədəd kiçik bağlamalar qablaşdırılmış halda təxminən 49,68 qram olması bildirilir. Daha sonra DTX-nin əməkdaşı psixotrop maddə metamfetaminə bənzər maddələrin isə tərəzi vasitəsi ilə çəkildikdən sonra qablaşdırılmış halda çəkisinin təxminən 48,34 qram olması deyilir. Qeyd edilən əşyaların aşkarlandığı qaydada qablaşdırılacağı, az sonra tərtib ediləcək protokola əlavə olunacağı və möhürlənəcəyi bildirilir. Sonra Təqsirləndirilən şəxs, mənzildə şəxsi əşyalarından nə olduğu sorğu edilir, sonuncu evin boş olduğunu və həmin mənzildə şəxsi əşyaları olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs, o cümlədən Şahid1, Şahid3 və Atirə Həsənova adlı şəxslərə məxsus "xxxx" ASC-yə aid mavi rəngli üzərində seriyaları olan plastik bank kartları aşkar olunur. Mənzilə baxış zamanı mətbəzdə olan şkafın aşağı rəfindən şəffaf sellofan paketdə ağ rəngli kütlə aşkar edilsə də, həmin kütləyə baxış zamanı onun duz olması, mənzil sahibinə məxsus olması və Təqsirləndirilən şəxs aidiyyəti olmaması müəyyən edilir və həmin duz kütləsi götürüldüyü yerə qoyulur. Sonra mənzildən aşkar edilmiş maddələrin ekspertizaya göndəriləcəyi, mənzilə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən digər heç bir əşya və ya maddənin aşkar edilmədiyi bildirilir. Təqsirləndirilən şəxs və mənzilə baxzış keçirilməsi ilə bağlı protokollaşdırmaya hər hansı bir etirazı, əlavəsi olub- olmaması ilə bağlı şifahi sorğu-sual edilir və o, “Xeyr.”- deyə cavab verir. Sonda DTX- nin əməkdaşı tərəfindən mənzilə baxışın 17:34 dəqiqədə yekunlaşması bildirilir. Cinayət işi materiallarından müyyən olunur ki, "xxxx" ASC-dən «18» may 2021-ci il tarixli, 1570000/2- 2896 saylı məktubla İstintaq Şöbəsinə daxil olmuş məktuba əlavə bir ədəd diskə baxış keçirdilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7413 2790 7299 nömrəli plastik bank kartın bağlı olduğu ******************** saylı hesab nömrəsi ilə 05.01.2021-ci il tarixdən 08.02.2021-ci tarixədək olan müddət ərzində birbank vasitəsinə mobil nömrəyə köçürmələr, terminaldan mədaxillər, bankomatdan məxariclər, xidmət haqqları, post terminal ödənişləri, c cümlədən, "xxxx" ASC- yə məxsus plastik karta köçürmələr, "xxxx" ASC-yə məxsus plastik karta köçürmə, "xxxx" ASC-yə məxsus plastik karta köçürmə, müxtəlif şəxslərin plastik kartlarına köçürmələr və müxtəlif şəxslərdən Təqsirləndirilən şəxs məxsus plastik bank kartına köçürmələr aparılması, köçürülmüş pulların 02 manatdan başlamaqla, yüksək miqdarlaradək artması, yəni 600 manat, 1000 manat, 1083 manat, 1200 manat, 1300 manat. 1438 manat, 1480 manat. 1495 manat. 1540 manat, 1600 manat, 2000 manat. 2500 manat, 2250 manat, 2920 manat, 2950 manat, 3175 manat və 4188 manat məbləğdə olması müəyyən olunmuşdur. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar protokola əlavə edilmiş, diskə baxış keçirilməsi başa çatdıqdan sonra 01 ədəd CD (kompakt disk) boş zərfdə qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından müyyən olunur ki, Azərbaycan Respublikası Daxili Təhlükəsizlik Xidmətindən « 05 » aprel 2021-ci il tarixli, 4/965 saylı məktubla İstintaq Şöbəsinə daxil olmuş məktuba əlavə edilən bir ədəd «Princo» markalanma göstəricisi, «CD-R 700 Mb/80 min» qeydləri olan CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində cəmi 36 ədəd 1-dən 36-dək sıra sayı ilə «.vsf» formatlı fayl vardır. Həmin səs yazılarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2, Şahid8, Şahid7, Şahid6 və X2ilə dialoq şəklində əsasən, «koko» və «patı» kimi adlandırdığı narkotik vasitələr və psixotrop maddələrin satışı, göndərilməsi, daşınması, müxtəlif şəxslərə və müxtəlif üsullarla çatdırılması, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdiyi pulların məbləğləri, həmin pulları hansı yollarla dövriyyə edilməsi, xüsusilə də, «Behzad» adlı şəxsin barəsində, o cümlədən Xocahəsən qəsəbəsi ərazisində «institut yolu», «klubun yanı» adlandırdığı ünvanda X3 ilə görüş təyin edib görüşmələri söhbətlər aparmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/985 saylı, 08 aprel 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata 3 ədəd qəhvəyi rəngli kağız paket təqdim edilmiş: - üzərində «Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketi içərisində bir ədəd sellofan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 43,80 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 28,20 qram qəhvəyi rəngli, təmiz çəkisi 16,50 qram olan tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 44,70 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Zərflər üçün №103” dairəvi möhür əksi olan bir ədəd kağız paketin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,648 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 2,580 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə ohm psixotrop maddə ohm met am dolami nl ər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş təmiz çəkisi 2,580 qram və təmiz çəkisi 28,20 qram olan hcroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eyni olub, təmiz çəkisi 16,50 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»- in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini və müqayi-səsini müəyyən etmək mümkün olmadı. Heroinin ümumi təmiz çəkisi 47,280 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 47,130 qram, metamfetaminin ümumi təmiz çəkisi 44,448 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,348 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 816 saylı, 17 mart 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 04 mart 2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 2 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 02 mart 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzillərdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 47,130 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 44,348 qram olan psixotrop maddə metamfetamin və elektron tərəzilər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzillərə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən iki ədəd DVD formatlı, Təqsirləndirilən şəxs telefon səsi danışıqlarını özündə əsk etdilən bir ədəd CD formatlı, məhkəmə qərarlarının icrası ilə əlaqədar, "xxxx" ASC-dən daxil olan bir ədəd CD formatlı və "xxxx" MMC-dən daxil olan bir ədəd CD formalı disk və həmin disklərdən çıxarışlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzillərdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 47,130 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 44,348 qram olan psixotrop maddə metamfetamin və elektron tərəzilər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzillərə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən iki ədəd DVD formatlı, Təqsirləndirilən şəxs telefon səsi danışıqlarını özündə əsk etdilən bir ədəd CD formatlı, məhkəmə qərarlarının icrası ilə əlaqədar, "xxxx" ASC-dən daxil olan bir ədəd CD formatlı və "xxxx" MMC-dən daxil olan bir ədəd CD formalı disk və həmin disklərdən çıxarışlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1304/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1304/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver