Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1304/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Musəvi küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə 24 iyun 2021-ci il tarixdə saat 2:30 radələrində ünvan 1 ünvanın qarşısında hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bağlı olan basqın edərək yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub Zərərçəkmiş şəxs sol gözünün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyənin hematoması, sol təpə nahiyəsinin sıyrıqlarla müşayiət olunan şişkinlik halında əzilməsi, sol gicgah, sol dirsəyin arxa səthinin, sol əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən sonuncuya məxsus 350 manat nağd pulu, üzərində 5 manat dəyərində “Bakcell” mobil operatorunun ***-***-**-** nömrəli kartı, 5 manat dəyərində “Azercell” mobil operatorunun ***-***-**-** nömrəli kartı olan 800 manat dəyərində “Samsung” markalı “A 6” modelli mobil telefonu və üzərində 5 manat dəyərində “Azerfon” mobil operatorunun ***-***-**-** nömrəli kartı və 5 manat dəyərində “Azerfon” mobil operatorunun ***-***-**-** nömrəli kartı olan 50 manat dəyərində “Samsung” markalı “5212” modelli mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1220 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının 10-11 tarixlərdə Yusiflə birlikdə iş axtarışı üçün Bakı şəhərinə gəlmişlər. Bir müddət əllərindəki xırda sərmayə ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan yerdəki “Kolxoz bazarı”nda göyərti satmağa başlamış, lakin ziyan etmişlər. Bakıda olduqları ərəfədə tanışı Yeganə adlı qadının Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığıdakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 1 otaqlı mənzilində gecələmişlər. Yeganənin özü də Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan yerdəki “Kolxoz bazarı”nda göyərti satışı ilə məşğul olmuşdur. Yusiflə bazarda bir neçə gün çalışdıqdan sonra iflas etdiyindən yeni iş axtarışına çıxmış, lakin bir neçə yerə işlə bağlı müraciət etsələr də, münasib iş tapa bilməmişlər. Yusif sonda qərara gəlmişdir ki, 2 gün sonra yaşadığı Gəncə şəhərinə geri dönsün. 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Yusiflə evdə olmuşlar. Bir qədər söhbət etdikdən sonra evi tərk etmişlər. Evi tərk etmələrinə səbəb isə evin 1 otaqlı olması, bu səbəbdən də evin çox isti olması olmuşdur. X7 prospekti ilə üzü “Neftçilər” metrostansiyası istiqamətində piyada hərəkət etməyə başlamışlar. Həmin vaxt saat təxminən gecə 2 radələri olmuşdur. “Neftçilər” metrostansiyasının girişində olarkən Yusif metronun üst tərəfində təxminən 55-60 yaşlarında arıq bədənli bir nəfərin hərəkətlərini idarə etməkdə çətinlik çəkdiyini, səndəlləyərək metronun üst qatından aşağı aşacağını görüb cəld ona tərəf qaçmışdır. O isə həmin vaxt kişinin vəziyyətini hələ görməmişdir. Onlar həmin şəxsi ilk dəfə görmüş, əvvəllər həmin şəxslə heç vaxt qarşılaşmamışlar. Yusif həmin şəxsə yaxınlaşdıqda onun yüksək dərəcədə sərxoş olduğunu gördükdə həmin şəxsə yaxınlaşıb metronun uzun hasarından aşma təhlükəsini aradan qaldırmaqla kənara çəkib yerdə oturtmuşdur. Yusif həmin şəxsdən qohumlarından, tanışlarından birinin mobil telefon nömrəsini səsləndirməsini istəmişdir ki, onlardan birini yığsın. Həmin şəxs sərxoş olduğu üçün Yusifi söyüb təhqir etmiş və bildirmişdir ki, ondan aralı dursun və öz yolu ilə getsin. Həmin vaxt artıq o da Yusifin yanına gəlib çatmışdır. Yusif həmin şəxsə köməklik etməyə cəhd etdikcə həmin şəxs bundan əsəbiləşmişdir. Bu vaxt Yusif həmin şəxsdən aralı durub onu da özü ilə aparmağa çalışmışdır. Onlar oradan iki-üç addım aralanmışlar ki, həmin şəxs səndəlləyib yerə yıxılmışdır. O və Yusif bunu görüb təkrar həmin şəxsə tərəf gəlmişlər. O həmin şəxsin qoluna girib hansı istiqamətdə getməli olduğunu soruşmuşdur. Həmin şəxs isə yenə də söyüş söymüş və arada bir dəfə gedəcəyi istiqaməti göstərmişdir. O həmin şəxsin qoluna girmiş vəziyyətdə təxminən 10-15 addım atdıqdan sonra həmin şəxsin özünün təkidi ilə ondan aralanmışdır. O və Yusif yaxınlıqdakı pilləkənlərə tərəf dönüb üzü İcra Hakimiyyəti istiqamətində hərəkət etmişlər. Onların istiqamət aldıqları həmin pilləkənlər gecələdikləri evə aparan pilləkənlər olmuşdur. Pilləkənləri tam başacan qalxmışlar, bircə qalmışdır ki, yolu keçib İcra Hakimiyyəti istiqamətində 10-15 metr getsinlər. Bu vaxt siqaretinin olmadığını görüb təklifi ilə geri, yəni metronun “Neftçilər” istiqamətində 24 saat çalışan marketə getmək üçün təkrar həmin pilləkənləri aşağıya doğru addımlamağa başlamışlar. Həmin vaxt pilləkənlərin tam ortasında sol tərəfdə başında göy rəngli bezbolka və əynində göy rəngli köynək geyinmiş dolu bədənli 35-40 yaşlarında bir nəfərin onlarla təxminən 5-7 dəqiqə əvvəl metronun girişinin divarında qarşılaşan və sərxoş vəziyyətdə olan həmin şəxslə bərabər olduğunu görmüşlər. Başında bezbolka olan şəxs yarım oturaq vəziyyətdə hər kəsin gözü qarşısında sərxoş vəziyyətdə olan həmin şəxsin cinsi orqanını ağzına alıb digər əli ilə onu ehtiraslandırmışdır. Onlar ictimai yerdə 2 eyni cinsdən olan şəxsin hər kəsin gözü önündə belə əxlaqsız hərəkətlərə yol verdiyini görüb həmn şəxslərə yaxınlaşmış və yüksək səslə “Neynirsiz burda?, ayıb deyil, camaatın anası, bacısı burdan keçir....” demişlər. Yusif başında bezbolka olan şəxsi qovalamağa başlamış və arxasınca düşərək onu oradan uzaqlaşdırmışdır. Həmin sərxoş vəziyyətdə olan şəxs isə olduğu yerdə onunla qalmışdır. Həmin şəxs yaxasından tutub onu çəkmək istədikdə həmin şəxsi itələmiş, o, yerə yıxılmışdır. Həmin vaxt Yusif onlara yaxınlaşıb onu həmin şəxsdən aralamışdır. Bu vaxt Yusifə oradan getmələrini bildirmiş və özü oradan uzaqlaşmışdır. O, bir qədər getdikdən sonra isə Yusif də ona çatmış və birlikdə yaşadıqları ünvana getmişlər. Orada olarkən Yeganə ona 50 manat pul vermişdir. Həmin pul Yeganə ilə bazarda bir müddət şərik kimi işlədiyi üçün payına çatmalı olan məbləğ olmuşdur. Daha sonra Yusif Gəncə şəhərinə geri qayıtmışdır. Bundan sonra Yusiflə əlaqəsi kəsilmişdir. Daha sonra özü də Gəncə şəhərinə qayıtmışdır. Polis əməkdaşları onu Gəncə şəhərində tutmuşlar. Axtarışda olduğunu bilməmişdir. Sərxoş olan şəxsə vurmuş, ona vurma səbəbi cəmiyyət içində əxlaqsız hərəkət etməsi və onu təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxsin təxminən 55-60 yaşı olmuşdur. Zərərçəkmiş şəxs çox sərxoş olmuş, ayaqüstdə güclə dayanmışdır. Bir müddət Yeganə ilə bazarda şərik işləmişdir. Hadisə yerində olarkən sərxoş halda olan şəxsə məxsus heç nə götürməmişdir. Zərərçəkmiş şəxs onun yaxasından tutub təhqir etdiyindən həmin şəxsi özündən uzaqlaşdırmaq üçün vurmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxsə ilk yaxınlaşmasında tək məqsədi sərxoş olduğu üçün ona kömək etmək olmuşdur. O, polis əməkdaşları tərəfindən tutulduqdan sonra sərxoş olan şəxsin telefon və pulunun götürüldüyünü bilmişdir. Yusifin zərərçəkmiş şəxsə məxsus hər hansı əşyanı götürməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı sadəcə ehtimal kimi zərərçəkmişə məxsus pul və telefonunun Yusif tərəfindən götürülə biləcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hadisə zamanı zərərçəkmiş şəxs onun yaxasından tutub çəkmək istədikdə o həmin şəxsi itələmiş və həmin şəxs yerə yıxılmışdır. Həmin vaxt Yusif onlara yaxınlaşmış, onu həmin şəxsdən aralamış, bu vaxt o, Yusifə oradan getməklərini bildirmişdir. Yusif isə həmin şəxsin şalvarının cibində olan 10 manat nağd pul və 1 ədəd markası ona məlum olmayan mobil telefonu götürmüşdür. Oradan aralanmaq istəyərkən Yusif mobil telefonu və 10 manat nağd pulu ona göstərmişdir ki, həmin şəxsin üzərindən götürmüşdür. O bunun düzgün olmadığını qeyd etmiş və nahaq yerə etdiyini irad bildirmişdir. Yusif isə onun bu sözlərinə məhəl qoymamış və onlar birlikdə yaşadıqları ünvana gəlmişlər. Orada olarkən Yusif Yeganəyə özünə məxsus telefonu satmaq istədiyini bildirmişdir. Yeganə həmin telefona baxıb Yusiflə 50 manata alacağı barədə razılaşmışdır. Odur ki, Yusif həmin telefonu Yeganəyə satmış və səhər saatlarında mənzili tərk edərək Gəncə şəhərinə getmişdir. Həmin gün Yeganə telefonu istifadə edə bilmədiyindən həmin telefonu ona vermişdir ki, Gəncə şəhərində Yusifə verməklə ondan həmin telefona görə verilən pulu geri alsın. O da həmin günün səhəri Gəncə şəhərinə getmiş və orada Yusiflə görüşdükdə telefonu ona qaytarmışdır. Lakin Yusif həmin telefona görə Yeganədən aldığı 50 manat pulu qaytara bilmədiyini, pulu düzəltdikdən sonra ona verə biləcəyini qeyd etmişdir. Bundan sonra Yusiflə əlaqəsi kəsilmiş, bir müddət sonra Yusifin polis əməkdaşları tərəfidən tutulduğunu eşitmiş, odur ki, o da məsuliyyətə cəlb olunacağını düşünüb Gəncə yaxınlığında olan kənddə ailəsinə məxsus yay evində gizlənmişdir. 5 mart 2022-ci il tarixdə saat 23:50 radələrində Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqə 100-104). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 iyun 2021-ci il tarixdə iş vaxtından sonra əvvəlcə Bakıxanov qəsəbəsindəki pivəxanaların birində, daha sonra “Neftçilər” metrostansiyasında pivəxanaların birində spirtli içki qəbul etmiş və nəticədə hərəkətlərini idarə etməkdə çətinlik çəkəcək qədər sərxoş olmuşdur. Xatırladığı odur ki, gecə saatlarında “Neftçilər” metrostansiyasının bayır tərəfdən divarına söykənmişdir. Həmin vaxt bir nəfər uca boylu şəxs ona yaxınlaşıb köməklik etmək istəmiş, ondan oğlunun, qızının və ya tanışlarının mobil nömrəsini istəmişdir ki, onlara zəng etsin. O isə evdəkilərdən heç birinin nömrəsini vermək istəməmişdir ki, onu bu vəziyyətdə görməsinlər. Həmin şəxs isə israr edərək ona yardım etməyə çalışmışdır. O həmin şəxsin əl çəkmədiyini görüb onu təhqir edib özündən uzaqlaşdırmışdır. Bu vaxt həmin şəxs getmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs yanında daha bir nəfər şəxslə yenidən ona yaxınlaşmışdır. Həmin şəxsin yanındakı boyda ondan alçaq olmuş və başında qara rəngli bezbolka papaq olmuşdur. Həmin vaxt yerdə uzanıqlı olduğunu, yoxsa ayaqüstə dayandığını xatırlamır. Həmin şəxs qoluna girib ondan tanıdıqlarından birinin mobil nömrəsini istəməyə davam etmişdir. O isə verməmişdir. Həmin şəxs ondan tutaraq xeyli məsafə onunla piyada addımlamışdır. Ona ilk yardım etməyə çalışan şəxs nisbətən hündür boylu olmuşdur. Digər şəxs onlardan bir qədər aralıda, lakin onların bərabərində getmişdir. O həmin şəxsləri təhqir edib hər ikisini qovmuşdur. Təxminən 2-3 dəqiqə sonra ona 40 yaşlarında, dolu bədənli, başında papaq, göy rəngli futbolka köynək geyinmiş biri yaxınlaşmış və əxlaqsız təklif etmişdir. Belə ki, həmin şəxs ona müəyyən qədər pulun müqabilində cinsiyyət orqanına sığal çəkmək, oynatmaq niyyətində olduğunu bildirmişdir. O həmin şəxsi qovmağa çalışmış, lakin həmin şəxs əl çəkməmişdir. Həmin şəxs onunla bərabər piyada addımlamışdır. O həmin şəxsdən yaxa qurtarmaq üçün irəlidə sağda olan uzun pilləkənlərə tərəf dönmüş və pilləkənlərlə qalxmağa başlamışdır. Həmin şəxs də onunla piyada qalxmağa başlamışdır. O həmin şəxsi təhqir etmişdir ki, ondan aralı dursun. Pilləkənləri qalxmaqda çətinlik çəkdikdə pilləkənlərin sağ tərəfinə keçmişdir ki, bir qədər dayanıb istirahət etsin. Həmin şəxs də ona tərəf gəlib əlini şalvarına atmış və cəld şalvarını aşağı çəkib əli ilə onun cinsiyyət orqanını oynatmağa başlamışdır. Bu vaxt pilləkənlərin yuxarısından aşağıya doğru düşən iki nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin iki şəxs bir qədər əvvəl ona kömək etmək istəyən şəxslər olmuşdur. Həmin şəxslərin təxminən 20-25 yaşları olmuşdur. Boyda nisbətən hündür olan şəxs şalvarını aşağı çəkən şəxsin üstünə cumub həmin şəxsi qovmağa və pilləkənləri aşağıya doğru düşməyə başlamışdır. Nisbətən boyda balaca olan və başında bezbolka olan şəxs isə ona tərəf gəlib səbəbsiz yerə əvvəlcə təpik, sonra yumruqla onu döyməyə başlamışdır. Nəticədə o, yerə yıxılmış və həmin şəxs isə onun üstündə oturmuşdur. O bu vaxt qışqırmağa başlayıb həmin şəxsə yüksək səslə işlədiyi yeri, kim olduğunu və bundan peşman olacağını bildirmişdir. Bu vaxt həmin şəxs əlləri ilə şalvarının ciblərini axtarıb oradan nəsə götürmüşdür. Az bir vaxt sonra digər şəxs, yəni boyda nisbətən hündür olan şəxs gələrək həmin şəxsi üstündən çəkib aparmışdır. Həmin şəxslər getdikdən sonra 2 ədəd mobil telefonunun və cibindəki 350 manata yaxın pulunun olmadığını görmüşdür. Üzərindəki əşyaları götürən təxminən 24-25 yaşlarında, əynində ağ rəngli qısaqol köynək olan, nisbətən alçaq boylu, başında bezbolkası olan şəxs olmuşdur. Təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamış və görməmişdir. Ona kömək etmək istəyən şəxslər yanından uzaqlaşdıqdan sonra təxminən 20 dəqiqə keçmiş onlarla yenidən qarşılaşmışdır. Ona ancaq təqsirləndirilən şəxs xəsarət yetirmiş, digər uzunboylu şəxs ona vurmamışdır. Hadisə vaxtı təqsirləndirilən şəxsə müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs sifətinə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs üzərində olan telefonları və pulu onu yerə yıxdıqdan sonra götürmüşdür. Hadisədən dərhal sonra evə gəlmişdir. Hadisə günü içkili olsa da, vurulma anını, onu kimin vurduğunu və üzərindəki əşyaları kimin götürdüyünü xatırlayır. Üzərində olan əşyalar yerə düşməmiş, cibindən götürülmüşdür. Hadisə gücə saatlarında baş versə də, ətrafda işıq dirəkləri olduğundan ona yaxınlaşan şəxslərin üzlərini aydın görmüşdür. Onu döyən şəxsin onun ciblərini axtararkən pulunu və mobil telefonlarını götürdüyünü görmüşdür. DİN-in “102” xidmətinə evində zəng edərək hadisə barədə məlumat vermişdir. Ona yetirilən xəsarətlərlə əlaqədar ekspertizadan keçmişdir. Hadisədən sonra mobil telefonları və pulu ona geri qaytarılmamış, təqsirləndirilən şəxsi cavanlığına bağışlayır, təqsirləndirilən şəxsdən maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının 10-11 tarixlərdə İbrahimlə birlikdə iş axtardıqları üçün Bakı şəhərinə gəlmişlər. Bir müddət əllərindəki xırda sərmayə ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan yerdəki “Kolxoz bazarı”nda göyərti satmağa başlamış, lakin ziyan etmişlər. Bakıda olduqları ərəfədə İbrahimin tanışı Yeganə adlı qadının Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığıdakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 1 otaqlı mənzilində gecələmişlər. Yeganənin özü də Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan yerdəki “Kolxoz bazarı”nda göyərti satışı ilə məşğul olmuşdur. İbrahimlə iflas etdiklərindən yeni iş axtarışına çıxmış, lakin bir neçə yerə işlə bağlı müraciət etsələr də, münasib iş tapa bilməmişlər. O, sonda qərara gəlmişdir ki, 2 gün sonra yaşadığı Gəncə şəhərinə geri qayıtsın. 24 iyun 2021-ci il tarixdə axşam saatlarında İbrahimlə evdə olmuşlar. Bir qədər söhbət etdikdən sonra evi tərk etmişlər. Evi tərk etmələrinə səbəb isə evin 1 otaqlı olması, bu səbəbdən də evin çox isti olması olmuşdur. X4 prospekti ilə üzü “Neftçilər” metrostansiyası istitqamətində piyada hərəkət etməyə başlamışlar. Saat təxminən 2 radələri olmuşdur. “Neftçilər” metronstansiyasının girişində olarkən metronun üst tərəfində təxminən 55-60 yaşlarında arıq bədənli bir nəfərin hərəkətlərini idarə etməkdə çətinlik çəkdiyini, səndəlləyərək metronun üst qatından aşağı aşacağını görüb cəld ona tərəf qaçmışdır. İbrahim isə kişinin həmin vəziyyətdə olduğunu hələ görməmişdir. Həmin şəxsə yaxınlaşdıqda onun yüksək dərəcədə sərxoş olduğunu görmüşdür. Həmin şəxsi metronun uzun hasarından aşma təhlükəsini aradan qaldırmaq üçün kənara çəkib yerdə oturtmuş və ondan qohumlarından, tanışlarından birinin mobil telefon nömrəsini səsləndirməsini istəmişdir ki, həmin şəxslərdən birini yığsın. Həmin şəxs sərxoş olduğu üçün onu söyüb təhqir etmiş və bildirmişdir ki, ondan aralı dursun, yolu ilə getsin. Həmin vaxt artıq İbrahim də yanına gəlib çatmışdır. O həmin şəxsə köməklik etməyə cəhd etdikcə həmin şəxs bundan əsəbiləşmişdir. Bu vaxt həmin şəxsdən aralı durub İbrahimi də özü ilə aparmağa çalışmışdır. Onlar oradan iki-üç addım aralanmışlar ki, həmin şəxs səndəlləyib yerə yıxılmışdır. O və İbrahim bunu görüb həmin şəxsə tərəf təkrar gəlmişlər. İbrahim həmin şəxsin qoluna girib hansı istiqamətdə getməli olduğunu soruşmuşdur. Həmin şəxs isə yenə də söyüş söymüş və arabir də gedəcəyi istiqaməti göstərmişdir. İbrahim həmin şəxsin qoluna girmiş vəziyyətdə təxminən 10-15 addım atdıqdan sonra həmin şəxsin özünün təkidi ilə ondan aralanmışdır. O və İbrahim yaxınlıqdakı pilləkənlərə tərəf dönüb üzü icra hakimiyyəti istiqəmətində hərəkət etmişlər. Onların istiqamət aldıqları həmin pilləkənlər gecələdikləri evə aparan pilləkənlər olmuşdur. Onlar pilləkənləri tam başacan qalxmış, sadəcə yolu keçib icra hakimiyyəti istiqamətində 10-15 metr getməkləri qalmışdır. Bu vaxt siqaretlərinin olmadığını görüb İbrahimin təklifi ilə geri, yəni “Neftçilər” metronstansiyası istiqamətində 24 saat çalışan marketə getmək üçün təkrar həmin pilləkənləri aşağıya doğru addımlamağa başlamışlar. Həmin vaxt pilləkənlərin tam ortasında sol tərəfdə başında göy rəngli bezbolka və əynində göy rəngli köynək geyinmiş dolu bədənli, 35-40 yaşlarında bir nəfərin onlarla təxminən 5-7 dəqiqə əvvəl metronun girişinin divarında qarşılaşan və bərk sərxoş vəziyyətdə olan həmin şəxslə bərabər olduğunu görmüşlər. Başında bezbolka olan şəxs yarım oturaq vəziyyətdə hər kəsin gözü qarşısında sərxoş vəziyyətdə olan həmin şəxsin cinsi orqanını ağzına almış, digər əli ilə onu ehtiraslandırmışdır. Onlar ictimai yerdə iki eyni cinsdən olan şəxsin hər kəsin gözü önündə belə əxlaqsız hərəkətlərə yol verdiyini görüb onlara yaxınlaşmış və yüksək səslə “neynirsiz burda?, ayıb deyil, camaatın anası-bacısı burdan keçir....” demişlər. O, başında bezbolka olan şəxsi qovalamağa başlamış və arxasınca düşərək həmin şəxsi oradan uzaqlaşdırmışdır. Həmin sərxoş vəziyyətdə olan şəxs isə olduğu yerdə İbrahimlə qalmışdır. O, təxminən 10-15 metr bezbolkalı şəxsi oradan pilləkənlərdən aşağı istiqamətdə qovalamış, onun təkrar qayıtmayacağına əmin olduqdan sonra sərxoş şəxsin və İbrahimin yanına doğru pilləkənləri yuxarı qalxmağa başlamışdır. Onlara çatmağa az qalmış hənirti səsləri eşitmiş və yaxınlaşdıqda görmüşdür ki, İbrahim həmin şəxsi altına uzadıb yumruqlayır. Sərxoş kişi isə yerdə qışqıraraq “peşman olacaqsan” demişdir. O, İbrahimə çatan kimi əyilib onu sərxoş kişinin üstündən çəkmiş və qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Həmin vaxt əynində uzun qollu boz rəngli, sızıqlı köynək və qara rəngli cins şalvar olmuşdur. İbrahimin isə əynində qısa qollu, ağ rəngli köynək və qara rəngli cins şalvar, başında isə qara rəgli bezbolka olmuşdur. İbrahim boyda ondan balacadır. O, İbrahimi çəkib oradan aparmış, onlar birlikdə Yeganənin mənzilinə gəlmişlər. Səhərisi o, dayısı ilə “Neftçilər” metrostansiyasında görüşüb sonuncunun yaşadığı Yasamal rayonu ərazisindəki evində gecələmişdir. Səhərisi dayısının verdiyi pulla Gəncə şəhərinə geri qayıtmışdır. 1 gün sonra Gəncə şəhərində olarkən İbrahimi təkrar görmüş, onunla haləhval tutmuşdur. Bir neçə gün sonra sahə rəisi valideyninə Gəncə şəhər Polis İdarəsinə Bakı şəhərindən polis əməkdaşlarının ezam olunduğunu deyib onunla görüşmək istədiklərini bildirmişdir. O, valideynləri ilə birlikdə həmin əməkdaşlarla görüşmüş və baş verənləri onlara ətraflı danışmışdır. Polis əməkdaşlarının dəvəti ilə Bakı şəhərinə gəlmiş və istintaqa cəlb edilmişdir. İbrahim uşaqlıq dostudur. Zərərçəkmiş şəxsi hadisə günündən əvvəl heç vaxt görməmişdir, tanımır. Onlar pilləkənlərə tərəf gedərkən zərərçəkmiş şəxs də önlərində həmin tərəfə getmiş, onlar sola dönüb pilləkənlərlə qalxsalar da, zərərçəkmiş şəxs yola düz davam etmişdir. Pilləkəndə gördükləri şəxslərə yaxınlaşma səbəbləri cəmiyyət içində əxlaqsız hərəkət etmələri olmuş, pilləkəndə olan şəxslərə yaxınlaşdıqda onlar dərhal əxlaqsız hərəkətlərinə son qoyub ayağa qalxmışlar. Başında bezbolka olan şəxsin bir neçə dəfə də “Neftçilər” metrostansiyasının yaxınlığında olan pilləkəndə eyni cür əxlaqsız hərəkət etməsinin şahidi olmuşdur. Başında bezbolka olan şəxs getməsini demələrinə baxmayaraq hadisə yerindən uzaqlaşmadığı üçün onu qovalamağa başlamışdır. Onun başında bezbolka olan şəxsin ardınca qaçıb İbrahimin yanına qayıtması təxminən 30-40 saniyə çəkmişdir. Zərərçəkmiş şəxsin üzərindən ona məxsus heç nə götürməmişdir. Hadisə günü İbrahimlə bazarda işləməmişlər. İbrahim zərərçəkmişi vurduqdan sonra hadisə yerindən uzaqlaşmış və daha sonra oraya qayıtmamışlar. Zərərçəkmiş şəxsə ilk yaxınlaşma məqsədləri ona sadəcə kömək etmək olmuşdur. Zərərçəkmiş şəxs həddən artıq sərxoş olmuşdur. Yeganə, İbrahim və o, bazarda birlikdə göyərti satışı ilə məşğul olmuşlar. Yeganəni İbrahim vasitəsilə tanımışdır. Yeganə ilə mobil telefonla bağlı edilən hər hansı söhbətdə iştrak etməmişdir. İbrahim Yeganə ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Pilləkənləri çıxdıqdan sonra siqaret almaq üçün geri qayıtmışlar. İbrahim tərəfindən zərərçəkmiş şəxsə məxsus hər hansı əşyanın götürülməsinin şahidi olmamışdır. Hadisə günü gecə saat 2 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında yemək yedikdən sonra evə qayıtmaq üçün küçədə olmuşlar. Gəncə şəhərində yaşayır. Hadisədən sonra İbrahimin zərərçəkmiş şəxsi döyməsinin şahidi olduğu üçün qorxub Gəncə şəhərinə qayıtmışdır. Hadisədən sonra İbrahimi bir dəfə Gəncə şəhərində görmüş, həmin vaxt İbrahim ilə mobil telefonla bağlı söhbətləri olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, onlara çatmağa az qalmış hənirti səsləri eşitmiş və yaxınlaşdıqda görmüşdür ki, İbrahim həmin şəxsi altına uzadıb yumruqlayır. Sərxoş kişi isə yerdə qışqıraraq “peşman olacaqsan” demişdir. O, İbrahimə çatan kimi əyilib onu sərxoş kişinin üstündən çəkmiş və qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Hadisədən sonra Gəncə şəhərində olarkən İbrahimi görmüş və həmin vaxt sonuncunun əlində “Samsung” markalı “A 6” modelli mobil telefon olmuşdur. İbrahim özü ona etiraf etmişdir ki, həmin gecə o, sərxoş şəxsi döyərkən cibindən telefonun düşdüyünü görüb götürmüş və özündə saxlamışdır (cild 1, iş vərəqə 42-44). Şahid edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 136-139). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı və 261-ci maddələrinin tələblərinə əsasən onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmiş, həmin zaman Zərərçəkmiş şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 24 iyun 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 69 A saylı ünvanda onun sərxoş halda, qeyri-etik vəziyyətdə yaxalanarkən onu vurub hədələməklə əynində olan şalvarının cibindən 2 ədəd mobil telefon və 350 manat nağd pul vəsaitini açıq talayaraq hadisə yerindən qaçmağa müvəffəq olmuş şəxsin cinayət törətdiyi yeri göstərmişdir (cild 1, iş vərəqə 48-49). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı və 261-ci maddələrinin tələblərinə əsasən onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və Azərbaycan Respublikası CPM- nin 51-ci maddəsinə əsasən bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmiş, həmin zaman Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 24 iyun 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 69 A saylı ünvanda zərərçəkmiş şəxsin sərxoş halda onlar tərəfindən qeyri-etik vəziyyətdə yaxalanarkən həmin şəxsi vurub xəsarət yetirməklə cinayət törətdiyi yeri göstərmişdir (cild 1, iş vərəqə 133-134). Cinayət işinin materiallarında olan “könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” olan protokoldan görünür ki, X3 tərəfindən istintaq üçün sübut əhəmiyyəti kəsb edəcək ünvan 1 ünvanda yerləşən “Picnic” restoranının müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülər 1 ədəd DVD diskdə istintaqa təqdim edilmişdir. Həmin görüntülərə əsasən 2:34:27-saniyədə iki nəfər şəxsin pilləkənlərlə yuxarı qalxdığı, sonradan həmin pilləkənlərdə Zərərçəkmiş şəxs ilə bir nəfərin dayandığı, 2:37:20-saniyədə həmin iki nəfər şəxsin geri qayıdaraq zərərçəkmiş şəxs və yanında olan şəxsə yaxınlaşmaları, 2:38:00- saniyədə zərərçəkmiş şəxsin yanında olan şəxsin həmin yerdən pilləkənlərlə aşağı düşməsi, onlara yaxınlaşan iki nəfər şəxsdən birinin onun dalınca getməsi, digərinin isə zərərçəkmiş şəxslə mübahisə edərək onu yerə yıxıb aralarında münaqişə yaranması, 2:38:29-saniyədə pilləkənlərlə aşağı düşən şəxsin geri qayıdaraq zərərçəkmiş şəxsin üzərində olan digər şəxsi belindən tutub dartmaqla hər ikisinin həmin ərazidən uzaqlaşması, zərərçəkmiş şəxsin isə ayağa duraraq onlar gedən istiqamətə bir qədər irəliləməsi müşahidə olunur (cild 1, iş vərəqə 66). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 24 iyun 2021-ci il tarixli 531 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər - sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol göz ətrafı nahiyənin hematoması, sol təpə nahiyəsinin sıyrıqlarla müşayiət olunan şişkinlik halında əzilməsi, sol gicgah, sol dirsəyin arxa səthinin, sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən vurulması nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 10-12). Cinayət işinin materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən “Picnic” restoranının müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 153-164). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 115). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 5 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 83). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 7 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 110-114). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmiş, lakin ona qarşı mülki iddia verməmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut: -ünvan 1 ünvanda yerləşən “Picnic” restoranının müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -ünvan 1 ünvanda yerləşən “Picnic” restoranının müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1304/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1304/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver