Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1304/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2n oğlunun iştirakı ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1447,426 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən qəhvəyi rəngli narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,025 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib özündə və yaşadığı evdə saxlayaraq daşımış, 30 sentyabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı küçəsi, Bağlar yaşayış massivi, 11 nömrəli evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 3 ədəd bükümdə, sol yan cibindən 6 ədəd bükümdə olmaqla, ümumilikdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,347 qram, 1,043 qram, 0,069 qram, 0,047 qram, 0,102 qram, 0,126 qram, 0,102 qram və 7,390 qram olmaqla, ümumi təmiz çəkisi 9,226 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,025 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 3:45 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı küçəsi, Bağlar yaşayış massivi, 11 nömrəli evin yataq otağındakı taxtın üzərində olan döşəyin alt hissəsindən 1 ədəd bükümdə təmiz çəkisi 1438,2 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə axşam saat 19:30 radələrində o, dostu Seymur və yoldaşı evdə olarkən 7-8 nəfər polis əməkdaşı evə basqın edib onu və dostu Seymuru saxlamışlar. Polis əməkdaşları evə daxil olarkən videoçəkilişdən istifadə olunsa da, həmin videoyazı cinayət işinin materiallarına əlavə edilməmişdir. Polis əməkdaşları Seymurla onu bölməyə gətirib döymüşlər. O, saxlanılanda üzərində narkotik vasitə olmamışdır. Daha sonra yenidən onu yaşadığı evə gətirmişlər. Yaşadığı evin qarşısında olanda əvvəlcə iki polis əməkdaşı evə daxil olub onun otağı tərəfə getmiş, sonra isə geri qayıtmışlar. Yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və onun yatağının altından narkotik vasitə aşkar etmişlər. Saxlanılmazdan bir neçə müddət əvvəl Narkoloji Dispanserdə müalicə almış, müalicə aldıqdan sonra rayona getmişdir. Sentyabr ayının əvvəllərində Hövsan qəsəbəsinə gəlmiş, bütün yayı rayonda olmuşdur. Barəsində olan cinayət işi qanunsuz olduğundan 4 dəfə araşdırmanı aparan müstəntiq dəyişmişdir. Özünə xəsarət yetirdiyi üçün onu X1 göndərmişlər. İttiham aktında qeyd edilən narkotik vasitələr ona məxsus olmamış, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitə satmamışdır. Onunla birlikdə saxlanılan dostu Seymurun barəsində də cinayət işi üzrə araşdırma aparılır. Heç vaxt 2 qramdan artıq narkotik vasitə görməmişdir. Narkotik vasitə istifadəçisidir, heroindən istifadə etmişdir. Narkotik vasitə satan şəxslərdən narkotik vasitəni nağd ödəniş etməklə almışdır. ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. İstifadəsində olan mobil nömrə vasitəsilə tanışlarına mesaj göndərməklə narkotik vasitə istəmiş və mobil telefonunda narkotik vasitələri əldə etməyi ilə bağlı mesajlar vardır. Narkotik vasitə istifadəçisidir, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Onun yaşadığı evə birinci dəfə polis əməkdaşları gələndə o, dostu Seymur və yoldaşı olmuş, polis bölməsindən evə gətirildikdə isə videoçəkilişdə o, yoldaşı və polis əməkdaşlarının olduğu görünmüşdür. Dostu Seymur barəsində aparılan cinayət iş üzrə ifadə verərkən onun evində tutulduğunu bildirmişdir. Seymurun barəsində aparılan cinayət işində şahid qismində dindirilməli olan polis əməkdaşları ilə onun barəsində olan cinayət işində şahid qismində dindirilməli olan polis əməkdaşları fərqli şəxslərdir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə iki dəfə məhkum olunmuşdur. Bölmədə olarkən ona polis əməkdaşları tərəfindən fiziki təsir göstərilmiş və qabırğası əzilmişdir. Sonuncu dəfə saxlanılan gün səhər saatlarında narkotik vasitə istifadə etmişdir. Evin giriş qapısı açıq olduğundan polis əməkdaşları evə rahat daxil olub evi nə qədər axtarsalar da, heç nə tapmamışlar. Tutulduqdan sonra 2 gün MSY-də saxlanılmışdır. 3 saylı İstintaq Təcridxanasına daxil olan zaman döyüldüyünü bildirmiş, lakin bədənində xəsarət aşkar edilməmişdir. Bölmədə olarkən onun üzərində şəxsi axtarış aparılmış və polis əməkdaşlarının cibinə qoyduğu 4 bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı narkotik vasitəni İran vətəndaşından aldığını təzyiq altında olduğu üçün demişdir. Onun evinə 2-ci dəfə gəlib baxış keçirilərkən evinə polis əməkdaşlarının qoyduğu narkotik vasitənin ona məxsus olmadığını videoçəkilişdə demişdir. Bir neçə nəfərlə mesajlaşmış, lakin mesajlarda “narkotik” sözündən istifadə edilməmişdir. Seymuru yaşadığı evə təmir işlərinə kömək etməsi üçün çağırmışdır. Polis əməkdaşları dostu Seymur Süleymanovun azad olunacağını və onun da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirdiklərindən razı olub sənədlərə imza etmişdir. Heç vaxt İran vətəndaşı ilə əlaqə saxlamamışdır. Əvvəllər “Hövsan Port” Limanında işləmişdir. İbtidai istintaq zamanı məhkəmə istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadələr versə də, dindirmə protokolunda qeyd edilməmişdir. Cinayət işinin materiallarında olan cild 1, iş vərəqə 73-74-də dindirmə protokolunda olan imzalar ona məxsus deyildir, cild 1, iş vərəqə 218-219-da dindirmə protokolunda olan imzalar ona məxsusdur. O, “tema” dedikdə söhbətin mövzusu mənasında başa düşür. İran vətəndaşı ilə mesajlaşmamışdır. 1 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclası zamanı narkotik vasitələrin ona məxsus olmadığını bildirərək polis əməkdaşlarının onun qanunsuz ittiham olunmasının “yuxarı”-nın göstərişi olduğunu dediklərini qeyd etmişdir. Sənədlərə imza etmiş, lakin dindirmə protokolunda olan imzalar ona məxsus deyildir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, lakin yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan mesajlaşmalarda digər şəxslər ona narkotik vasitə təklif etmiş, pul vəsaitlərini isə ona qardaşı oğlu göndərmişdir. Tanışlarına narkotik vasitə hədiyyə etmək məzmunda məsajlar yazmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 30 sentyabr 2022ci il tarixdə saat 00:45 radələrində yaşadığı evin qarşısında dayanan zaman 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Polis əməkdaşlarından nə səbəbə görə polis şöbəsinə getməsini soruşduqda, ona narkotik vasitələrin saxlamasında və istifadə etməsində şübhəli olduğunu bildirdiklərinə görə heç bir söz deməyib onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə getmişdir. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə soruşulduqda o, üzərində narkotik vasitələr saxladığı 3 ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümləri və 6 ədəd siqaret kağızına bükülmüş bükümləri cibindən çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “kola” kimi tanıdığı narkotik vasitədir, xeyli müddətdir ki, narkotik vasitənin heroin növündən çəkmək yolu ilə istifadə edir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların və özünün iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Sonra polis əməkdaşları ondan yaşadığı evində narkotik vasitənin olub-olmamasını soruşmuş, o da bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə yoxdur. Onun razılığı ilə yaşadığı evə vəkilinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə yatdığı döşəyin alt hissəsindən 1 sellofan bükümdə heroin aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşları həmin heroinin kimə məxsus olmasını soruşduqda, o, həmin narkotik vasitə olan heroinin özünə aid olmadığını demişdir. Sonra bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu da imzalamışdır. Narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yaşadığı evdə özündən başqa arvadı yaşayır. Yaşadığı evdən aşkar olunan narkotik vasitə olan heroin arvadına məxsus deyildir. Narkotik vasitələri İran İslam Respublikasının tanımadığı vətəndaşından almışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 73-74 və 218-219). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, qəbulu və dövriyyəsi ilə məşğul olması barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə o və Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 30 sentyabr 2022-ci il tarixdə gecə saat 00:45 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi. Dənizkənarı küçəsi, Bağlar yaşayış massivi ev 11 nömrəli ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, qəbulu və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə 30-cu Polis Şöbəsinə gəlmişdir. Şöbədə xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə elmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş bükümləri, sol yan cibindən ağ rəngli siqaret kağızına və 1 ədəd qəzet parçasına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə “kola” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Əkbər adlı İran vətəndaşından 70 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlərdəki narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar yaşayış massivi ev 11 nömrəli ünvana baxış keçirilməsinin zəruri olduğu bildirilmiş və şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar yaşayış massivi ev 11 nömrəli ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra iştirakçılarla birlikdə həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həmin evin yataq otağındakı taxtın üzərində olan döşəyin alt hissəsindən 1 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Ona Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, qəbulu və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Narkotik vasitələrdən əlavə elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 181-183). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmazdan əvvəl ona məxsus evdə otaqların birində kirayə qalmışdır. O, Anarın yaşadığı otağı da təmizləyirdi. Narkotik vasitə aşkar edilmiş otağı təmizləyərkən orada narkotik vasitə və başqa qeyri-qanuni əşya görməmişdir. Hadisə baş verən gün saat 20:00 radələrində işdən evə gəlmişdir. Həmin vaxt Anarla dostu Seymur Anarın otağında əyləşmişdilər. Onlar evdə olarkən mülki geyimli polis əməkdaşları evinə daxil olub Anarı aparmış və həmin otağın da qapısını açarla bağlayıb açarı özlərində saxlamışlar. Həmin gün gecə saat 3:00 radələrində Anarla birlikdə bir neçə polis əməkdaşları yenidən yaşadığı evə gəlib yaşadıqları evdə videoçəkiliş vasitəsilə axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları otağın qapısını bağlayıb açarı özlərində saxladıqlarına görə ikinci dəfə gələn polis əməkdaşları otağın pəncərəsini qırıb evə daxil olmuşlar. Lakin gecə onun evində videoçəkiliş aparmaq üçün gələn polis əməkdaşlarının arasında birinci dəfə Anarı saxlayan polis əməkdaşları olmamışdır. Videoçəkiliş zamanı Anar divanın altında aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, maddi vəziyyəti yaxşı olmadığından bu miqdarda narkotik vasitəni əldə edə bilməyəcəyini və həmin torbanı ilk dəfə gördüyünü bildirmişdir. Həmin vaxt divanın altından narkotik vasitə aşkar ediləndə o, təəccüblənmişdir. Anar uzun müddətdir ki, yalnız Seymur adlı dostu ilə ya onların evində, ya da Seymurun evində görüşmüşlər. Anarın narkotik vasitələrdən istifadə etməsini və ya kiməsə satmasının şahidi olmamışdır. Anarın otağını təmizləyərkən heç vaxt otaqda narkotik vasitə görməmişdir. Anar onunla birlikdə yaşadığı müddət ərzində narkotik vasitə almaq üçün kiminsə yaşadıqları evə gəldiyini görməmişdir. Anarın sadəcə bir dostu olmuş, həmin şəxsin adı Seymurdur, o da Anarla birlikdə yaşadıqları evdə saxlanılmışdır. Polis əməkdaşları yaşadıqları evə iki dəfə gəlmiş, ilk dəfə gələrkən Anar və Seymuru tutub aparmış və Anarın otağının qapısını açarla bağlamışlar. Gecə saat saat 3:00 radələrində polis əməkdaşları yaşadığı evə Anarla birlikdə gəlmiş, Anarın otağı açarla bağlı olduğu üçün polis əməkdaşları otağa pəncərədən daxil olmuşlar. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç kim onu narahat etməmişdir. Subaydır, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Təqsirləndirilən şəxslə o, eyni evdə, lakin fərqli otaqlarda yaşamışdır. O, işdən evə gəldikdə Anar dostu ilə öz otağında çay içirdi. Əgər Təqsirləndirilən şəxs üzərində və ya evində narkotik vasitə olsaydı, polis əməkdaşları həyət qapısını döyəndə Anar qapını açmazdı. Anarın otağını hər gün təmizlədiyi üçün həmin divanın altında narkotik vasitə olmadığını bilmişdir. Təqsirləndirilən şəxs otağında divanın altında olan narkotik vasitəni Anarın dostunun gətirib-gətirmədiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəyə oxumadan imza etmişdir. Qasım Abbasova ifadə vermiş, lakin həmin sənədləri oxumadan imza etmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Anarın qohumu Zaurla birlikdə poçt vasitəsilə şikayət ünvanlamışlar. Məhkəmədə ifadəsi elan olunan şahid X5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı il tarixdə faktiki ailə qurmuşdur. Övladları olmasa da onlar bir yerdə ər-arvad kimi mehriban yaşamışlar. Anar narkotik alüdəçisidir. Onun narkotik vasitələrinin qəbulu və satışı ilə məşğul olmasını sonradan bilmişdir. Belə ki, 30 sentyabr 2022-ci il tarixdə gecə radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı kücəsi, Bağlar yaşayış massivi, ev 10 nömrəli ünvanda evə gəlmiş və Təqsirləndirilən şəxs evdə olmuşdur. Anar çölə çıxmış, bir neçə dəqiqədən sonra Anarla bir neçə polis əməkdaşları da evə gəlmişlər. Polis əməkdaşları onun və Anarın razılıq ərizəsini aldıqdan sonra evə baxış keçirmişlər. Həmin vaxtı videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Anarın yataq otağındakı taxtın üzərində olan döşəyin alt hissəsindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun, həmçinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan bağlamanın üzərinə imza edilmişdir. Həmin narkotik vasitənin Anarın yataq otağından aşkar edilməsi onda şübhə yaratmış, ona görə ki, orada xeyli narkotik vasitə vardı, Anar o qədər narkotik vasitəni satsaydı varlı olardı. Onun Anarın həmin narkotik vasitəni necə əldə etməsindən xəbəri olmamışdır. Anar həmin narkotik vasitələri ondan xəbərsiz əldə etmişdir. Anar ondan narkotik vasitəni gizlətmişdir. Anar evdən aşkar edilən narkotik vasitənin ona aid olmasını inkar etmişdir (cild 1, iş vərəqə 269-270). Məhkəmə şahid qismində dindirilmiş X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla təkzib edildiyindən mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd və sol yan cibindən 6 ədəd narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dəniz kənarı küçəsi, Bağlar yaşayış massivi 11 nömrəli evin yataq otağındakı taxtın üzərində olan döşəyin alt hissəsindən 1 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 37). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 21 fevral 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd, sol yan cibindən 6 ədəd bükümləri çıxarıb təqdim edir və həmin 9 ədəd bükümlərin içərisində “kola” kimi tanıdığı narkotik vasitə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan boz rəngli cins şalvarının ciblərindən çıxarlb təqdim etdiyi 9 ədəd bükümlərin içərisindəki maddə “kola” kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitələri 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Əkbər adlı İran İslam Respublikasının vətəndaşından 70 manata almışdır. Təqsirləndirilən şəxs həmçinin əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefonu da çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və ancaq üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya, sənəd və sair aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd büküm və 1 ədəd “Samsung” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülür (cild 1, iş vərəqə 175). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 21 fevral 2023cü il tarixli protokoldan görünür ki, həmin diskə 4 ədəd fayl yerləşdirilmişdir. “SMS_Tarixcesi_**********0531_7********)" adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda “Man govsandaym.ac telefony Anar ya! Ac telef", “Yig meni tecili”, “Pul var ac telef” “Brat ac telef xeirdi", “Ya tebya podvel navernoe. Ne obesydi. Neseryozno postypil. Prosti braliska", “Salam gagaş. Hörmətsizlik eliirsan mənə garşi. Niyə?”, “Gardasim,pulu Geri gender , vaziyatan cixim. Balamcani basim gedir. Sana manan ne pistiyim olub axi?”, “Sən iki dəgigə vaxt tapıb mənə zəng eləmisən. Pulu goyag gıraga”, “Hörmətsizlik eləmə. Yoxsa dünənkinin əvəzin çıxırsan ay brat”, “Alınmır , də mənə ,mən pul axtarım”, “Axşama saxlama”, “mən səni gözləyirəm . nə oldun”, “zəng elə. belə olmaz”, “indidə əvəzin çıxırsan, gedim, gözləyim'?", “srocnı mənə yadaki seymura zeng vur”, “axrı 100% alınır?” məzmunda mesajlar var. “SMS_Tarixcesi_**********0536_776044900” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda “3 manat odedim”, “Doctor menem Elvin”, “Qaqaw menem markos evdeyem daniwa bilmirem tema alinar aralarda patiynan”. “Alinarsa viziv al cixm balkona yigim”, “Anar privet eto Qasan". “Doxtor Daniwanda uzum gelmedi demeye imkan varsa 3_5 tustu cekdir mene..Alinmasa da canivin sagligi", “Xorosho, maksimum edecem”,“Anar vaccapı ac zəng edirəm”, “Anar men usaq deyilem bilirem nevarneyoxda bir tike bir sey verin cixim veziyetden pul atacaqlar birazdan vererem da ne olar ki gelim mehleye yavas yavas”, “Gonderdim 100 man”. “Anar seni gözdiyirem vzv at gelim.”, "Anar menem elcin geceli cavab ver qaqam”. “Sen allah uzuru say evdekiler cixdı qabagima evdesen hara gelim", “ Ay anar alinir alınmır burda nevar ey he he yox yox da”. "Hardasan alinir alimır burdaym men piryezde”. “Evdeyem Anar. 100 olurdu karta 20 helede oturmayıb.duzelsin qabaqcadan xeber deyecem sene”, “Pul gelib cixsaydi uje alinmisdi alinmalidi he”, "Anar gelende xeber edecem gozduyur hele”, “Anar qaqaw getirdi verdi mene mendedi” məzmunlu mesajlar var.“Zenglerin_Detallasmasi_**********4411__776044900” adlı fayla baxış keçirilərkən müxtəlif nömrələrdən və müxtəlif vaxtlarda telefon danışıqları müəyyən. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********5342__776044900_NAR" adlı fayla baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin faylda müxtəlif şəxslərin mobil telefon nömrələri və həmin şəxslərin anket məlumatları vardır (cild 1, iş vərəqə 176). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 21 fevral 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılovun, şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir. Baxış zamanı evin yataq otağındakı taxtın üzərindəki döşəyin alt hissəsindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya, sənəd və sair aşkar edilmir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş həmin bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülür (cild 1, iş vərəqə 177). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 6/5624 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,347 qram, 1,043 qram, 0,069 qram, 0,047 qram, 0,102 qram, 0,126 qram, 0,102 qram, 7,390 qram olmaqla, ümumi təmiz çəkisi 9,226 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,025 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri olan kağız yapışdırılmış bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 1438,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bağlamadakı və zərfdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 0,025 qram, tədqiqata sərf edildi 0,010 qram, qalıq 0,015 qram, heroinin ümümi təmiz çəkisi 1447,426 qram, tədqiqata sərf edildi 0,200 qram, qalıq 1447,226 qram, cild 1, iş vərəqə 43-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 16 dekabr 2022-ci il tarixli 7663 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərİn qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 126-127). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 6 yanvar 2023-cü il tarixli 11 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 129-130). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 12 iyul 2023-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs Əliyev X10 rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə 30 sentyabr 2022-ci il tarixdə saat 5:50 radələrində daxil olmuşdur (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin 8 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində saxlanılaraq 30-cu PŞ-nə gətirilmiş, lakin polis şöbəsinin girişində olan müşahidə kamerası 1 ay müddətində qeydə aldığından hal-hazırda həmin görüntünün göndərilməsi mümkün deyildir (cild 2). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 8 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 oktyabr 2022-ci il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilərkən zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 3 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1447,226 qram olan narkotik vasitə heroin və 0,015 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 3 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 185-196). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 (üç) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 14 aprel 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 102-104). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 12 iyul 2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Əliyev X10 rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə 30 sentyabr 2022-ci il tarixdə saat 5:50 radələrində daxil olmuşdur (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 91-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 1447,226 qram olan narkotik vasitə heroin və 0,015 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 1447,226 qram olan narkotik vasitə heroin və 0,015 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1304/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1304/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver