Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1305/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda ƏN-nin PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 19 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 190 manat nağd pul köçürməklə külli miqdarda ümumi təmiz çəkisi 6,233 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0.897 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektində istintaqa məlum olmayan ünvanda yerləşən reklam lövhəsinin dəmir dirəklərinin aşağı hissəsindən götürüb əldə edib daşıyaraq, üzərində saxlamış, 01 avqust 2021-ci il tarixdə saat 04 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın yaxınlığında həmin külli miqdarda ümumi təmiz çəkisi 6,233 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,897 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Şahid1 240 (iki yüz qırx) manat müqabilində satmış, sonuncu 01 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxanada satış məqsədi ilə əldə etdiyi xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan 03 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,193 qram tünd qəhvəyi rəngli,0,496 və 0,891 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 1,580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini tanışı X6 35 (otuz beş) manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında Şahid1 Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə saat 00:50 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın dəhlizində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şortikinin sağ yan cibində olan 1 ədəd qara rəngli pul qabında 07 ədəd şəffaf sellofana bükülmüş halda külli miqdarda ümumi təmiz çəkisi 4,653 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana bükülmüş halda, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,897 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək tərtib edilmiş protokolla götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər 2008-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 240 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Dini bilikləri olduğu üçün ona bəzən “Şeyx”, yaxud “Hacı” deyə müraciət etmişlər. O, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəbini bitirdikdən sonra ünvan 2 ünvanında yerləşən internat məktəbi məzunları üçün nəzərdə tutulan yataqxanada yaşamış və orada Şahid1 tanımış, aralarında yaxın münasibət olmuşdur. Belə ki, Şahid1 da onun kimi internat məktəbini bitirmiş və narkotik vasitə qəbul etmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsi onun istifadəsində olmuşdur. Şahid1la münasibətləri normal olmuş, birlikdə ara-sıra narkotik vasitədən istifadə edərək, birbirilərinə narkotik vasitə və ya psixotrop maddə vermişlər. O, sonradan eşitmişdir ki, Yaqub polis əməkdaşaları tərəfindən saxlanılmışdır. Şahid1 həbs edilməsindən təxminən 6-7 ay sonra polis əməkdaşları tərəfindən saxlanılmış və müvəqqəti saxlanma yerində olan zaman Şahid1 polis əməkdaşları tərəfindən onunla üzləşdirilmək üçün gətirilmiş və Şahid1 narkotik vasitələri, psixotrop maddələri ondan almasını qeyd etmişdir. Lakin, Şahid1 bu barədə dedikləri yalandır. Şahid1 həmin narkotik vasitələri, psixotrop maddələri ondan əldə etməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsə də, o, təcrübəsizlikdən və psixoloji gərginlikdə olduğundan ibtidai istintaq zamanı AR CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamla razılaşmışdır. Belə ki, o, özü çoxdandır ki, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Saxlanılan zaman da onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Düşünür ki, siyasi baxışlarına görə, yəni 17 ildir cəbhəçi olmasına görə, eləcə də siyasi fəal Tofiq Yaqublunun məhkəmə prosesinə dəstək məqsədi ilə gəldiyi üçün həbs edilmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.4.3-cü maddəsi ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını çəkir. 2008-ci ildə Bakı şəhəri, Nizami rayonu, 1 saylı uşaq evini bitirdikdən sonra hərbi xidmətə getmiş və 2010-cu ildə qayıtdıqdan sonra ünvan 2 ünvanında yerləşən yataqxanada yaşamışdır. Kakos kimi tanıdığı narkotik vasitə olan heroin qəbul etmişdir. O, həmin narkotik vasitəni “Hacı” ləqəbli Təqsirləndirilən şəxs əldə etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində o, “MilliÖn” pul ödəmə terminalı vasitəsilə Səxavətin ona göndərdiyi elektron kartın hesabına 240 manat pul köçürmüş və Səxavət xx.xx.2021ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın yaxınlığında olan zibilliyə onun üçün narkotik vasitə olan 10 ədəd bükümdə kokos kimi tanıdığı heroin və 01 ədəd bükümdə şüşə kimi tanıdığı metamfetamin qoymuşdur. xx.xx.2021-ci İl tarixdə saat 04 radələrində o gedib zibillikdən həmin narkotik vasitələri götürərək öz üzərində saxlamışdır. Həmin gün saat 10 radələrində özündə olan narkotik vasitə heroinin təxminən 01 qramını 03 ədəd bükümdə dostu X2 və sonuncudan həmin narkotik vasitə müqabilində 35 manat pul almışdır. O, qalan narkotik vasitə və psixotrop maddəni əynində olan şortikin sağ cibindəki pul qabına qoyaraq orada saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 00.50 radələrində yaşadığı ünvan 2 ünvandakı yataqxananın dəhlizində Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməkdaşları onu saxlayaraq Polis şöbəsinə aparmış və orada kamera çəkilişi aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə və psixotrop maddələr ondan aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitə və psixotop maddəni əvvəllər onunla bir yerdə yataqxanada yaşamış Təqsirləndirilən şəxs almışdır. Səxavətin 070-555-50- 46 nömrəli mobil telefonuna istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə yazışmış və o, Səxavətin kart hesabına pul köçürdükdən sonra narkotik vasitə və psixotrop maddəni yataqxananın yaxınlığındakı zibilikdən götürmüşdür. O, ilk dəfə Səxavətdən narkotik vasitə və psixotrop maddə almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və qalan proseslərdə polis tərəfindən ona qarşı zor, yaxud da təzyiqlə edilməmişdir. Narkotik maddəni özü könüllü olaraq təqdim etmiş, narkotik vasitə və psixotrop maddəni öz ehtiyacı və satmaq məqsədilə üzərində saxlayaraq daşımışdır. Səxavətdən aldığı narkotik vasitədən 03 ədəd bükümü X2, ilkin təhqiqat zamanı narkotik vasitə və psixotrop maddəni aldığı qiymətini düzgün qeyd etməmiş, o, həqiqətdə narkotik vasitəni və psixotrop maddəni 240 manata almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci Polis şöbəsində əməliyyat qrupunda olan zaman Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən Nizami rayonu ərazisində yaşayan Şahid1 mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə həmin şəxs xx.xx.2021-ci il tarixdə saat 00:50 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın dəhlizində saxlanılmış və Polis şöbəsinə dəvət olunmuşdur. O, həmin gün əməliyyat qrupunun üzvü olduğu üçün Şahid1 üzərində şəxsi axtarış və götürmənin aparılmasında iştirak etmişdir. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Pul qabına baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan 07 ədəd və içərisində ağ rəngli maddə olan 01 ədəd bükümlər aşkar edilmişdir. Şahid1 həmin bükümlərin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və onlayın yolu ilə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 2 ünvandakı yataqxananın yaxınlığında zibilliyin yanında gizlədilmiş yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 08 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165" nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyindən imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən çəkilmiş videoçəkilişin 01 ədəd DVD diski protokola əlavə edilmişdir. Baxış zamanı Şahid1 qarşı heç bir təzyiq olunmamış, Şahid1 şifahi sorğu zamanı narkotik vasitələri və psixotrop maddələri Səxavət adlı şəxsdən onlayn qaydada ödəniş etmək yolu ilə əldə etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci Polis şöbəsində əməliyyat qrupunda olan zaman Nizami RPİ- nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və sahə inspektoru, polis leytenantı Şahid2 tərəfindən Nizami rayonu ərazisində yaşayan Şahid1 mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə həmin şəxs xx.xx.2021-ci il tarixdə saat 00:50 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın dəhlizində saxlanılmış və Polis şöbəsinə dəvət olunmuşdur. O, həmin gün əməliyyat qrupunun üzvü olduğu üçün Şahid1 üzərində şəxsi axtarış və götürmənin aparılmasında iştirak etmişdir. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Pul qabına baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan 07 ədəd və içərisində ağ rəngli maddə olan 01 ədəd bükümlər aşkar edilmişdir. Şahid1 həmin bükümlərin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və onlayın yolu ilə 310 manat pul ödəyərək Səxavət adlı şəxsdən aldığını, yaşadığı ünvan 2 ünvandakı yataqxananın yaxınlığında zibilliyin yanında gizlədilmiş yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 08 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165" nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və onun tərəfindən çəkilmiş videoçəkiliş 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı Şahid1 qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Nizami rayonu ərazisində yaşayan Şahid1 mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə ondan, Nizami RPİ- nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin şəxs xx.xx.2021-ci il tarixdə saat 00:50 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın dəhlizində saxlanılmış və Polis şöbəsinə dəvət olunmuşdur. O həmin gün əməliyyat qrupunun üzvü olduğu üçün Şahid1 üzərində şəxsi axtarış və götürmənin aparılmasında iştirak etmişdir. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində Şahid1 üzərində şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Pul qabına baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan 07 ədəd və içərisində ağ rəngli maddə olan 01 ədəd bükümlər aşkar edilmişdir. Şahid1 həmin bükümlərin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və onlayın yolu ilə 310 manat pul ödəyərək Səxavət adlı şəxsdən aldığını, yaşadığı ünvan 2 ünvandakı yataqxananın yaxınlığında zibilliyin yanında gizlədilmiş yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 08 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165" nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və Şahid4 tərəfindən çəkilmiş videoçəkiliş 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı Şahid1 qarşı heç bir təzyiq olunmamışdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının 6/3249 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 165” möhür əksi, “...Şübhəli şəxs... Şahid1...” yazısı və imzalar olan 01 ədəd zərfdəki, 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi- 4,653 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,897 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.” (cild 01, iş vərəqə 38-43) İş üzrə məhkəmə-kimyəvi ekspertizasının 6/5287 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2” 08 2021-ci il ...Şahid1” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki 7 (yeddi) ədəd bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,904 qram, 0,322 qram, 0,365 qram, 0,805 qram, 0,880 qram, 0,829 qram, 0,338 qram və üzərində “6/3250 ...”2” 08 2021-ci il ... T.Tağızadə” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 0,446 qram, 0,841 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,143 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə digər heroinlərdən fərqlidir. (cild 01, iş vərəqə 225-228) İş üzrə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 85-86) İş üzrə Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 4027 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmayıb. (cild 02, iş vərəqə 84) İş üzrə “2 nömrəli X3 daxil olmuş xx.xx.2022-ci il tarixli 1/976 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib. (cild 02, iş vərəqə 83) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə” keçirilməsi haqqında protokoldan görünür ki, şöbənin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikinin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Pul qabına baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan 07 ədəd və içərisində ağ rəngli maddə olan 01 ədəd bükümlər aşkar edilmişdir. Şahid1 həmin bükümlərin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, onlayın yolu ilə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 2 ünvanındakı yataqxananın yaxınlığında zibilliyin yanında gizlədilmiş yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. (cild 01, iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şöbənin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Pul qabına baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan 07 ədəd və içərisində ağ rəngli maddə olan 01 ədəd bükümlər aşkar edilmişdir. Şahid1 həmin bükümlərin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, onlayın yolu ilə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 2 ünvandakı yataqxananın yaxınlığında zibilliyin yanında gizlədilmiş yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. (cild 01, iş vərəqə 53) İş üzrə "xxxx" MMC-nin 27352/21 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Şahid1 istifadəsində olan ***-***-**-** nömrənin giriş-çıxış zənglərinə dair məlumatlar yazılmış bir ədəd diskə baxış zamanı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 15:39:55-də ***-***-**-** mobil nömrəsindən “Salam qaqa birdən mən olmasam Fuad yığıb səni verecey onunla haqq hesab elə" məzmununda sms mətninin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 00:07:04-də ***-***-**-** mobil nömrəsinə “Exi demişdin ki 25-den olacaq, bu indi 25dendi?", xx.xx.2021-ci il tarixdə, saat 13:19:39-da “Cox sagol exi. Exi patini neceden hesablayim?”, xx.xx.2021-ci il tarixdə, saat 22:54:04-də “Exi istiysen gel. 10 cola” və xx.xx.2021-ci il tarixdə saat 23:10:52-də “Exxi wattsapa bax da” məzmununda mesaj göndərildiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 171) xx.xx.2021-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqında protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs məxsus olanı göstərib xx.xx.2021-ci il tarixdə 07 büküm narkotik vasitə və 01 büküm psixotrop maddəni həmin şəxsdən aldığını bildirmişdir. (cild 01, iş vərəqə 176-179) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Məmmədov X8 Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 07(yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 02, iş vərəqə 71-80) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə, Şahid1 apelyasiya şikayətindən imtinasına dair ərizəsi təmin edilmiş və apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən də görünür ki, Şahid1 təqsirləndirilən şəxs qismində ifadə verərəkən, narkotik vasitələri Təqsirləndirilən şəxs almasını qeyd etmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi, özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, iş üzrə şahidlərin ifadələri, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli hökmü, məhkəmə-kimyəvi ekspertizasının 6/3249 saylı xx.xx.2021-ci il tarixli rəyi, məhkəməkimyəvi ekspertizasının 6/5287 saylı xx.xx.2021-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3213 saylı rəyi, xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə” keçirilməsi haqqında protokol, xx.xx.2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında” protokol, "xxxx" MMC-nin 27352/21 saylı xx.xx.2021-ci il tarixli məktubu, xx.xx.2021-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqında protokol və digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər 2008-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Dini bilikləri olduğu üçün ona bəzən “Şeyx”, yaxud “Hacı” deyə müraciət edirlər. O, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəbini bitirdikdən sonra ünvan 2 ünvanında yerləşən internat məktəbi məzunları üçün nəzərdə tutulan yataqxanada yaşamış və orada Şahid1 tanımışdır, aralarında yaxın münasibət olmuşdur. Belə ki, Şahid1 da onun kimi internat məktəbini bitirmiş və narkotik vasitə qəbul etmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsi onun istifadəsində olmuşdur. O, heç bir yerdə işləmədiyi üçün ailəsini dolandırmaq məqsədilə bir müddət narkotik vasitələrin satışı ilə məşğul olmuş və 4-5 ay özü də narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitə almaq üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından mobil telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə danışıb razılaşmışdır ki, həmin şəxsin göndərəcəyi elektron kartın hesabına müəyyən miqdarda pul köçürdükdən sonra narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində müəyyən yerdən götürsün. 0, alacağı narkotik vasitə olan heroinin hər qramı üçün 17 manat pul ödəyəcəyi barədə həmin iranlı ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə həmin iranlının hesabına “Milli Ödəmə" terminalından 190 manat köçürdükdən sonra həmin gün saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində yerləşən reklam löhvəsinin dəmir dirəklərinin aşağı hissəsindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri götürmüşdür. Tanışı Yaquba narkotik vasitə və psixotrop maddənin hər qramını 25 manatdan təklif edəndə Yaqub onunla razılaşmışdır. 31,07.2021-ci il tarixdə saat təxminən 23 radələrində Yaqub “Milli Ödəmə" terminalından onun elektron kartının hesabına 240 manat köçürdükdən sonra o, içərisində narkotik vasitə heroin olan 10 ədəd və içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümləri xx.xx.2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın yaxınlığında olan zibillikdə gizlətmiş və yeri barədə Yaquba bildirmişdir. Yaqub tərəfindən 07 ədəd və içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümlər götürülmüşdür. O, sonradan eşitmişdir ki, Yaqub polis əməkdaşaları tərəfindən saxlanılmışdır. O, tanımadığı İranlıdan yalnız bir dəfə narkotik vasitə aldığını, narkotik vasitəni öz istifadəsi və satmaq üçün əldə etdiyini, istintaq zamanı ona təqdim edilmiş telefon məlumatlarında Yaqubla onun arasında olan mesajlarda göstərilənlərin narkotikin satışı ilə bağlı olduğunu göstərmişdir. Eləcə də, Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Şahid1 aralarında olan razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə saat 23 radələrində “MiliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 240 manat köçürdükdən sonra sonuncunun onun üçün Nizami rayonu, K.Balakişiyev küçəsi 25 ünvanın yaxınlığında yerləşən zibillikdə gizlədilmiş yerdən narkotik vasitə və psixotrop maddəni əldə etdiyini Təqsirləndirilən şəxs üzünə demişdir. (cild 02, iş vərəqə 25-27) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxıl olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür kı, xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublkası CM-nin 177.1-ci maddəsi ilə təqsiri bilinib 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. (cild 02, iş vərəqə 87-88) Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X7 olmaqla üç azyaşlı övladı vardır. (cild 02, iş vərəqə 64-66) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X15»-inin Ambulator X1 xx.xx.2022-ci il tarixli 3213 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Şahid1 aşkar edilib götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 4,443 qram olan heroin və 0,847 qram olan metamfetaminin məhv edilməsi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 141/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 mart 2022-ci il tarixdən, saat 21:40-dan hesablanmışdır. (cild 01, iş vərəqə 257; cild 02, iş vərəqə 55-58) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – 4,443 qram heroinin və 0,847 qram metamfetaminin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov hakimi: Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1305/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1305/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver