Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1305/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1995-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Siyəzən rayonu, Sədan kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 3-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,533 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:10-da ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 13:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda 5,533 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən həyət evlərindən birində 2 (iki) nəfər dostu ilə birlikdə kirayədə yaşamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan gün o, evdə olmuş və həmin vaxt yatmışdır. Birdən qapı döyülmüş, dostu qapını açmış və bu vaxt polis əməkdaşları evə daxil olmuşlar. Bu səbəbdən də o, dəhlizə çıxmışdır ki, nə baş verdiyini görsün. Polis əməkdaşları onun qolunu burub yerə yıxmışlar. Bundan sonra ondan silahın harada olduğunu soruşmuşlar. O, “Silah nədir, siz kimsiz?” demişdir. Lakin ona cavab verən olmamış, əksinə polis əməkdaşları onu evdə saxlayaraq DİN-in BMCMİ-nə aparmışlar. Orada ondan Adil Əliyevi haradan tanıdığını soruşmuşlar. O da, Adil Əliyevin əvvəllər onunla eyni məhəllədə yaşadığı dostu olduğunu demişdir. Polis əməkdaşları Adil Əliyevlə onun arasında nə baş verdiyini ondan soruşmuşlar, həmçinin Adil Əliyevin onu bıçaqla vurduğunu və onun başına zərbə yetirdiyini demişlər. O da, polis əməkdaşlarına demişdir ki, “Məndə heç nə yoxdur, məni başqası ilə səhv salırsınız. Mən həmin gün Adilin yanına onun anasının xəstəliyi ilə əlaqədar məndən borca aldığı 1.000 manat pulu geri almaq üçün getmişdim, çünki mənim pula ehtiyacım var idi”. Bundan sonra polis əməkdaşları ona demişlər ki, “yalan danışma, səni ora Yetim Sabir göndərib”. O isə, Yetim Sabir adlı şəxsi tanımadığını bildirmişdir. Polis əməkdaşları yenidən ona yalan danışmamağını bildirmişlər. Sonra polis əməkdaşları ondan silahı hara qoyduğunu soruşmuşlar. O isə, silahının olmadığını bildirmişdir. Bu vaxt polis əməkdaşları ona təzyiq etmişlər, yəni üzünə sillə vurmuşlar, habelə saqqalını dartmışlar. Sonra onu rəisin yanına aparmışlar, orada yenidən silah barədə ondan soruşmuşlar. O da, hər dəfə silahının olmadığını polis əməkdaşlarına bildirmişdir. Sonra polis əməkdaşları ondan necə dolandığını, yəni necə pul qazandığını soruşmuşlar. O da, fəhləliklə məşğul olduğunu demişdir. Rəis ona ya silahı üzərinə götürməyini, ya da narkotiklə onu qeydiyyata alacaqlarını demişdir. O, cinayət əməli törətmədiyini və etiraf edilməli olan cinayət əməlinin olmadığını bildirmişdir. Polis əməkdaşları onunla birgə 2 (iki) dostunu da Baş İdarəyə aparmışlar. Orada olan zaman rəis həmçinin demişdir ki, “üçünü də narkotiklə yükləyin”. Onunla birlikdə həmçinin ev yoldaşları Şahid7 və Şahid6 də saxlanılmışdır. Polis əməkdaşları onların üçünü də birlikdə saxlamışlar. Baş İdarədə Fəhminə və Elvinə təzyiq göstərilmişdir. Ona görə də o, dostları Fəhminə və Elvinə toxunmamalarını polis əməkdaşlarından xahiş etmiş, həmçinin bildirmişdir ki, “əgər Fəhminə və Elvinə toxunsanız, mən heç bir sənədi imzalamayacam”. Nəticədə polis əməkdaşları ona təzyiq göstərmişlər, dostlarına isə sənədlərə imza çəkdirmişlər. O, dostları Fəhminə və Elvinə toxunmasınlar deyə narkotik vasitəni öz üzərinə götürərək sənədlərə imza çəkəcəyini bildirmişdir. Sonra ona demişlər ki, “dostlarını şahid kimi işə buraxacayıq, ona görə də məhkəmədə sən etiraf etməlisən, etiraf etmədiyin halda dostlarını da tutacayıq”. Ona görə də o, çəkilişdə narkotik vasitəni yolun qırağından tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. O, barəsində olan cinayət işi məhkəməyə daxil olana qədər bununla bağlı heç bir orqana məlumat verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, “Bolt” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs isə “Bolt” şirkətində kuryer kimi fəaliyyət göstərmişdir. O, əsasən gecələr işləmişdir. O, Elvin və Səid ilə birlikdə eyni evdə kirayədə yaşamışdır. Elvin isə qəlyançı işləmişdir. O, səhər saatlarında evə gəlmiş və hardasa saat 11:00-12:00 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onların yaşadıqları evə daxil olaraq evdə yoxlanış etmişlər, sonra isə onları Baş İdarəyə aparmışlar. Polis əməkdaşları əvvəlcə girişdə olan otağa daxil olmuşlar. Həmin vaxt Səid və Elvin orada olmuşdur. Bu vaxt o, arxa otaqda yatdığı üçün Səid və Elvinin üzərinə baxış keçirilən zaman orada olmamışdır. O, otağa gətirildikdə, artıq Səid və Elvinin qoluna qandal vurulmuşdur. Baş İdarədə onları ayrı-ayrı otaqlarda dindirmişlər. Onun və Elvinin üzərindən heç nə çıxmamışdır. Səidin isə üzərinə polis əməkdaşı tərəfindən yoxlanış aparılan zaman balaca büküm çıxmışdır. Onlar Səid ilə birlikdə yaşadığı müddət ərzində Səidin narkotik vasitə istifadə etdiyini görməmişlər. Ümumiyyətlə elə olurdu ki, onlar eyni evdə yaşasalar da, bir-birilərinin üzünü görməmişlər. Polis əməkdaşları tərəfindən evdə yoxlanış aparılan zaman evdən qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, əslən Siyəzən rayonundandır. O, Bakı şəhərinə işləyib pul qazanmaq məqsədilə gəlmiş və ünvan 2 ünvanında Təqsirləndirilən şəxs və Şahid7la birlikdə kirayədə yaşamışdır. Bir gün saat 12:00-13:00 radələrində o, Təqsirləndirilən şəxs və Şahid7 kirayədə yaşadıqları evdə olan zaman evin qapısı döyülmüşdür. Həmin vaxt Şahid7 yatmışdır. O və Təqsirləndirilən şəxs isə oyaq olmuşlar. Qapı döyüldükdən sonra o, qapıya yaxınlaşaraq qapını açmışdır. O, qapını açan zaman evə çoxlu sayda polis əməkdaşı daxil olmuşdur. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, Şahid7 və onun əllərinə qandal vuraraq onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları evə basqın edən zaman Təqsirləndirilən şəxs, Şahid7 və ona basqının səbəbini izah etmədən yalnız Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları evə basqın edən zaman Təqsirləndirilən şəxs, Şahid7 və onun üzərində axtarış keçirmişlər, həmin vaxt Təqsirləndirilən şəxs, Şahid7 və onun üzərindən ancaq mobil telefon aşkar edilmiş, onların üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməmiş, polis əməkdaşları Şahid7 və onu döyməmişlər, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinin şahidi olmamış, çünki onlar ayrı-ayrı otaqlarda saxlanılmışlar, Baş İdarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Səidin üzərindən narkotik vasitə aşkar edilmiş, lakin həmin narkotik vasitə Səidə məxsus olmamış, həmin narkotik vasitəni bir nəfər polis əməkdaşı Səidin cibinə qoymaq üçün Baş İdarədə Səidə vermiş, narkotik vasitəni Səidə vermiş polis əməkdaşını tanımır, polis əməkdaşı Təqsirləndirilən şəxs cibinə qoymaq üçün narkotik vasitə verən zaman həmin anı görmüş, çünki həmin an Səid onun yanında dayanmış, polis əməkdaşının tapşırığı ilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni cibinə qoyaraq videoçəkiliş zamanı cibindən həmin narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etməli olmuş, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşına etiraz etmiş, lakin həmin polis əməkdaşı Təqsirləndirilən şəxs təhdid etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs təhdidin qarşısında dayana bilməyərək narkotik vasitəni öz cibinə qoymuş, Səidə edilən təhdidin mahiyyəti onu və Şahid7 da Təqsirləndirilən şəxs ilə birgə mütəşəkkil dəstə şəklində cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair qərəzsiz mənbədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş və əməliyyat məlumatına əsasən onun da üzvü olduğu əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu olaraq onlar ünvan 2 ünvanına getmişlər və həmin vaxt orada dayanan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında dayanmış Şahid6 və Şahid7la söhbət etmişdir. Əməliyyat qrupu olaraq onlar Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Sonra orada xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə “kakos”, 1 (bir) ədəd “Xiaomi Redmi” markalı və 1 (bir) ədəd “İPhone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət edən zaman Təqsirləndirilən şəxs dəvətin səbəbinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbir nəticəsində onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün qeyd edilən yerə getmişlər. Onlar həmin gün təxminən saat 12:10-da qeyd edilən ünvanın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin digər iki nəfərlə dayanıb söhbət etdiyini görmüşlər və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmçinin həmin şəxslərdən anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digərləri isə Şahid6 və Şahid7 kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 onlara etiraz etməyərək onlarla birlikdə BMCMİ-nə gəlmişdir. BMCMİ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şahid6 və Şahid7 isə şübhəli şəxs qismində tutulmamışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “kakos” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 1 (bir) ədəd “İphone” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı ərazidən asfalt yolunun kənarından tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. 1 (bir) ədəd sellofan bükümə baxış keçirilərkən 1 (bir) ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd sellofan bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Şahid7 üzərinə baxış keçirilmişdir. Şahid7 üzərində qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid7 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Redmi Note 8” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin mobil telefon Şahid7 özünə geri qaytarılmışdır. Bundan sonra Şahid6 üzərinə baxış keçirilmişdir. Şahid6 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd “İphone 11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin mobil telefon Şahid6 özünə geri qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Şahid7 və Şahid6 Təqsirləndirilən şəxs ilə eyni rayondan olduqlarını, Bakı şəhərində eyni evdə yaşadıqlarını, habelə Təqsirləndirilən şəxs üzərində aşkar edilən maddədən məlumatlarının olmadıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Səid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatda “Səid” adlı şəxsin xx.xx.1995-ci il təvəllüdlü, Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması bildirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/6003 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 49-50) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,533 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 73-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1591/2023 saylı qərarından (cild 1, iş vərəqə 125-129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 133) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,433 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 7478 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 169- 170) görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən birgə istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məskəhət görülür. Həmin rəydə Sədi Muradəzadənin deməsinə görə 1-2 ildir ki, arabir narkotik vasitə marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 X11 4173/K nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 175-177) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 166) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan zənglər, sms mətnləri və anten dairəsi barədə məlumatlara baxış keçirilmiş, lakin həmin məlumatların arasında iş üçün əhəmiyyət kəsb edən məlumatlar öz təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 X11 480/MEŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 171- 173) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 178-186) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,433 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün BMCMİ-nin saxlanc otağına təhvil verilməsi, aşkar edilmiş narkotik vasitə heroinin əldə etmə mənbəyi ilə bağlı ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 193-194) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, həmin vaxt tibbi müayinədən keçirilmiş və müayinə zamanı xəsarət aşkar edilməmiş, lakin sağ dirsək nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə verilmiş medalın vəsiqəsindən (cild 2, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 116409 nömrəli vəsiqədən (cild 2, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Təqsirləndirilən şəxsə aid tibbi kitabçadan (cild 2, iş vərəqə 32-35) görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar və vəsatətlər vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasını vacib hesab edir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanında dəqiq və yoxlanılaraq təsdiq edilmiş məlumat olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadə verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək və müdafiəçinin iştirakı ilə yeni məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, polis əməkdaşlarının onun kirayədə yaşadığı evə qanunsuz şəkildə daxil olduqlarını, onunla yanaşı, həmçinin Fəhmin və Elvin adlı şəxslərin də xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını, BMCMİ-də polis əməkdaşları tərəfindən dostlarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təhdid edildiyindən ona məxsus olmayan külli miqdarda narkotik vasitə heroinin ona məxsus olması ilə bağlı etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə heroin olmadığını, polis əməkdaşları tərəfindən dostlarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təhdid edildiyindən ona məxsus olmayan külli miqdarda narkotik vasitə heroinin ona məxsus olması ilə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiq edilməsi halları məhkəmədə təsdiq edilməmişdir. Əksinə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına onun qanunsuz əməlləri ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə o, BMCMİ-nin əməkdaşları tərəfindən həmin gün saat 12:10-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə aparılmış, orada onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə 5,533 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Müdafiə tərəfi ittihamı 2 (iki) dəlil üzrə mübahisələndirmişdir. Birinci dəlil ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamış, digər dəlil isə ondan ibarətdir ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş bükümdəki kütlə polis əməkdaşları tərəfindən ona verilmişdir. Müdafiə tərəfi göstərilən hissədə ittihamın qanuniliyini və əsaslılığını mübahisələndirsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı (gün və saat) mübahisələndirməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 12:10 radələrində Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılması cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yeri və şəraiti mübahisələndirərək Fəhmin və Elvin adlı tanışları ilə birlikdə kirayədə yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, məhkəmə hesab edir ki, bu hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə dindirilmiş polis əməkdaşları bildirmişlər ki, onlar Təqsirləndirilən şəxs məhz sonuncunun yaşadığı ünvana yaxın ərazidə, yəni küçədə saxlamışlar. Məhkəmədə dindirilmiş Elvin adlı şahid bu hissədə Təqsirləndirilən şəxs iddia etdiyi halları, yəni polis əməkdaşlarının onların kirayədə yaşadıqları evə basqın etdiklərini və polis əməkdaşları tərəfindən məhz kirayədə yaşadıqları evdə saxlanılmalarını təsdiq etsə də, digər Fəhmin adlı şahid bu faktı təsdiq etməmişdir. Müdafiə tərəfi bu hissədə iddia etdiyi halla bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən məhkəmədə Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi halın həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. X10 ilə həmyerli olması və onların arasında dostluq münasibətləri olması səbəbindən məhkəmə hesab edir ki, Şahid6 məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin halları ilə uzlaşmayan məzmunda ifadə verməklə tanışı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını arzulamışdır. Bu səbəbdən də məhkəmə Şahid6 məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir, əksinə belə nəticəyə gəlir ki, Sədi Muradzadə kirayədə yaşadığı ünvana yaxın ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq BMCMİ-nə aparılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə müxtəlif orqanlara müraciət etdiyindən bu barədə araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs üzərində xəsarət izi olmadığından onun polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması və sair formada qeyri-insani rəftara məruz qalması öz təsdiqi tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın keçirilməsinə dair protokoldan, həmin protokola əlavə edilmiş videogörüntüdən və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, şəxsi axtarış zamanı onun üzərindən cəmi 1 (bir) bükümdə narkotik vasitə heroin aşkar edilmiş və ekspertia rəyi ilə həmin kütlənin çəkisinin 5,533 qram olması, yəni külli miqdar təşkil etməsi müəyyən edilmişdir. Şəxsi axtarış müdafiəçinin iştirakı ilə keçirildiyindən, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə şəffaf şəkildə qablaşdırıldığından, kütlə qablaşdırıldıqdan sonra üzəri prosessual hərəkətdə iştirak edən şəxslər tərəfindən imzalandığından, qablaşdırılmış kütlənin olduğu zərfin sonradan tamlığının pozulması və həmin zərfə sair qaydada qanunsuz müdaxilə edilməsi halları məhkəmədə müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu hissədə qeyd edilməlidir ki, şəxsi axtarış zamanı aşkarlanmış kütlənin qablaşdırılması şəffaf şəkildə aparıldığından və kütlənin olduğu zərfə sonradan qanunsuz şəkildə müdaxilə edilmədiyindən, eləcə də qablaşdırılmış kütlənin çəkisi ekspertiza rəyi ilə dəqiq şəkildə müəyyən edildiyindən məhkəmə hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi hər iki dəlil əsassız olmaqla yanaşı, həmçinin ağlabatan və işin hallarına uyğun deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan külli miqdarda narkotik vasitə heroin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt həmin narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,533 qram narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin ona aid olmamasını iddia etsə də, bununla bağlı məhkəməyə inandırıcı məlumat verməmişdir. Yəni o, həmin narkotik vasitə heroinin kimin tərəfindən, hansı şəraitdə, nə vaxt və hansı formada onun cibinə yerləşdirilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,533 qram narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən, daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən və ya sair formada təsdiq edə biləcək heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda “Səid” adlı şəxsin ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi (əldə edilməsi, satışı, daşıması, saxlaması) ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması göstərilməmiş, habelə bu hal sonradan hər hansı sübutla təsdiq edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu onun kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələr və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 5,533 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən həm də onu əsas tutmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4173/K nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs heroindən istifadə etdiyindən məhkəmə hesab edir ki, o, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, məhz istifadə etmək üçün qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 5,533 qram, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsində iştirak etməsini və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə ilə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən birgə istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məskəhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,433 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “İphone” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin müəyyən edilmişdir ki, maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,433 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “İphone” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1305/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1305/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver