Məhkəmə qərarları › İş №1(101)-1305/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1305/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1305/2025 18.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X8 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN № xxxxxxx), evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, o, 18 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 2 üvanının qarşısında rastlaşdığı Zərərçəkmiş şəxs1 ona Zərərçəkmiş şəxs2lə aralarında baş vermiş münaqişəyə görə irad bildirməsinə görə yaranmış mübahisə zamanı yaşadığı evin həyətindən götürdüyü istintaqa məlum olmayan baltadan silah qismində istifadə etməklə həmin baltanın tiyəsi ilə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən iki dəfə zərbə vuraraq sonuncuya yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid baş beynin əzilməsi, toxumasına, qişalarına qansızma, pnevmosefaliya və sağ təpə sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ təpə-ənsə nahiyəsinin 01 (bir) ədəd çapılmış yarası və alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan alın-təpə nahiyəsinin 01 (bir) ədəd çapılmış yarası kimi xəsarətlər yetirsə də Zərərçəkmiş şəxs3 və hadisə yerinə toplaşmış digər şəxslərin münaqişəyə müdaxilə edərək onu hadisə yerindən uzaqlaşdırmaları və Zərərçəkmiş şəxs1 xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas edilməsi nəticəsində Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə ititham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində avtomobilini ictimai yer hesab edilən ünvan 2 ünvanının qarşısından idarə edib oradan uzaqlaşmaq istəyərkən qonşusu Zərərçəkmiş şəxs2 avtomobilinin onun həyətdən çıxışına maneə yaratmasını cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qapısını açıb sonuncuya hücum edərək yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə kifayətlənməyərək avtomobilindən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 zor tətbiq edəcəyi hədəsi ilə xuliqanlıq hərəkətlərini davam etdirərkən ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə münaqişəyə müdaxilə edən Zərərçəkmiş şəxs3 müqavimət göstərərək həmin bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 sifət və bədəninin digər nahiyələrinə zərbələr endirməklə sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid, sağ əlin ikinci barmağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 18 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 2 üvanının qarşısında rastlaşdığı Zərərçəkmiş şəxs1 ona Zərərçəkmiş şəxs2lə aralarında baş vermiş münaqişəyə görə irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürmək qərarına gəlib, bu məqsədlə yaşadığı evin həyətinə gedib oradan götürdüyü istintaqa məlum olmayan baltadan silah qismində istifadə etməklə təkrarən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib həmin baltanın tiyəsi ilə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən iki dəfə zərbə vuraraq sonuncuya yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid baş beynin əzilməsi, toxumasına, qişalarına qansızma, pnevmosefaliya və sağ təpə sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ təpə-ənsə nahiyəsinin 01 (bir) ədəd çapılmış yarası və alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan alın-təpə nahiyəsinin 01 (bir) ədəd çapılmış yarası xəsarətləri yetirsə də, Zərərçəkmiş şəxs3 və hadisə yerinə toplaşmış digər şəxslərin münaqişəyə müdaxilə edərək onu hadisə yerindən uzaqlaşdırmaları və Zərərçəkmiş şəxs1 xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas edilməsi nəticəsində Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(101)-1305/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülümüş ittiham üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcələsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, anası Şahid6 və arvadı X2 ilə birlikdə yaşayır. O, hər hansı tibbi müəssisəsində psixiatrik kabinetdə qeydiyyatda deyil. Lakin uzun müddətdir ki, nevroloji xəstəlikdən əziyyət çəkir. Onunla qonşuluqda Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun mərhum atası Həsənağanın xalası oğludur. O, Nəsimi rayonu, Namiq Məlikov küçəsində doğulub-böyümüşdür. Zərərçəkmiş şəxs1 arvadı Məlahət, oğulları Namiq, Nihat və sonuncunun ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. Mərhum atası Həsənağa 2014-cü ildə səhhətində olan xəstəliklə əlaqədar vəfat etmişdir. Mərhum atası sağ olarkən də onun ailə üzvlərinin Adilin ailəsi ilə soyuq münasibətləri olmuş, münasibətlərin soyuq olmasına isə heç bir əsaslı səbəb olmamış, sadəcə Adilgillə nə qonşuluq, nə də ki, qohumluq münasibəti saxlamamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində işə getmək üçün yaşadığı ünvandan çıxmış və anasına məxsus, lakin tərəfindən etibarnamə ilə idarə etdiyi «Mersedes-Benz» markalı, **-GT-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs2 idarə etdiyi «Azsamant» markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobilini yerindən tərpədərək onun avtomobilinin arxasında saxlamaqla onun çıxışına maneə olmuşdur. O, avtomobildə 1-2 dəqiqə gözlədikdə Namiqin işlək vəziyyətdə olan avtomobilini kənara çəkmədiyini görüb, siqnal verdikdən sonra avtomobilindən enib Namiqin avtomobilinə yaxınlaşaraq onun sürücü tərəfdən qapısını açıb ona bir neçə dəfə yumruqla sifət nahiyəsinə zərbə vurmuş, Namiq özünü qorumaq üçün qapıdan yerə enə bilmədiyindən avtomobilin arxa oturacaq tərəfinə uzanmış və bir neçə dəfə təpiklə onun qarın, döş qəfəsi nahiyələrindən möhkəm zərbələr vurmuşdur. Onun ilkin olaraq Namiqlə söhbət etmədən vurmağına səbəb isə Namiqdən xoşunun gəlməməsi və onunla söhbət etmək istəməməsi olmuşdur. Həmin vaxt mübahisə səsinə anası İradə yaşadığı evdən küçəyə çıxmışdır. Qarşılıqlı tutaşma zamanı Namiq əlindən çıxaraq yaşadığı evin həyətinə girmiş və dərhal sonra əlində bıçaqla məhləyə çıxaraq üstünə gəlmişdir. Bu zaman anası İradə və səsə küçəyə çıxmış Namiqin qardaşı Nihad onları aralamaq istəmiş, Namiq bıçaqla ona bir neçə dəfə zərbə vurmağa cəhd etsə də, aktiv hərəkət edərək bıçaq zərbələrindən yayınmışdır. Həmin vaxt anası qarşısına keçib onları aralamaq istədikdə bıçaq zərbələri anasına dəymiş və anası yerə yıxılmışdır. Bundan sonra Namiq aralanmışdır. O da anasını avtomobilinə mindirib X16 aparmışdır. Zərərçəkmiş şəxs2lə arasında yaranan mübahisə zamanı məhləyə kənar şəxslər toplaşmış, lakin onların kim olduqlarını xatırlamır. X13 anasına ambulator qaydada xidmət göstərilmişdir. Zərərçəkmiş şəxs2lə mübahisə zamanı onun əlində bıçaq olmamışdır. Anasının paltarları qan olduğu üçün anasına yeni paltarlar götürmək üçün evə qayıtmışdır. O, evə daxil olub, anası üçün zəruri paltarları götürüb küçəyə çıxdıqda, Nihadla Adili küçədə görmüşdür. Saat 08 radələrində Adilin əlində uzunluğu təqribən 70-80 sm uzunluqda taxta parçası ilə onu gördükdə yaşadığı Namiq Məlikov küçəsi 18 ünvanının qarşısında «Sən nə qudurmusan?» sözləri ilə ona müraciət edərək üzərinə gəlmişdir. O da Adilin hərəkətindən əsəbiləşərək evə qayıdaraq həyətdə olan baltanı götürüb küçəyə çıxmışdır. Küçədə Adil üzərinə gəlib əlindəki taxta parçası ilə bir neçə dəfə onun bədəninə zərbə vurmuşdur. O isə əlində olan balta ilə bir dəfə Adilin baş nahiyəsindən vurduqdan sonra Nihad onun yan tərəfindən təpiklə zərbə vurmuş, o yerə yıxılmış və bundan istifadə edən Adil və Nihad ona təpiklə zərbə endirmişlər. Həmin an balta əlindən yerə düşmüşdür. Bundan sonra onları xatırlamadığı şəxslər ayırmışlar və o, aranın sakitləşməsi üçün yaxınlıqda olan digər küçəyə gedib orada bir qədər gözləmişdir. Həmin küçədə 30 dəqiqə gözləyib yenidən öz məhləsinə qayıtdıqda polis əməkdaşlarının hadisə yerində olduqlarını görmüşdür. Zərərçəkmiş şəxs1 balta ilə vurmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Namiqin anasını bıçaqlaması, habelə sonuncunun atası Adilin taxta parçası ilə həyətdə onu gözləməsinə görə əsəbi olduğu üçün ağlına gələn ilkin fikir balta götürüb çölə çıxmaq olmuşdur. O, həyətə daxil olduqda qarşısına balta çıxdığı üçün dərhal baltanı götürüb çölə çıxmışdır. Əsəbi olduğundan taxta parçası və bu kimi digər əşyalardan istifadə etməyi düşünməmişdir. Çünki o, çölə çıxdıqda Adil taxta ilə onu vuracaqmış. Ona görə o, özü ilə balta götürüb çölə çıxıb özünü müdafiə etmişdir. O, Zərərçəkmiş şəxs1 baş nahiyəsinə balta ilə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1lə qarşılıqlı dalaşma zamanı ona əllə zərbə endirmişlər. Həmin vaxt Nihat da atasının yanında olmuşdur. Zərərçəkmiş şəxs1 üzərinə gəldiyi üçün üzbəüz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra o, dayanmış və adlarını xatırlamadığı şəxslər ətrafına toplaşaraq onu aralamışlar. Nihad da o, yerə yıxılan zaman ona zərbə vurmuşdur. O, aralandıqdan sonra Adilə hər hansı xəsarət yetirməmişdir. Baltanı isə hadisə yerində yerə atmışdır. Zərərçəkmiş şəxs2lə dalaşma zamanı ciddi xəsarətlər almışdır. Belə ki, o, xəstəxanadan evə gəldikdə sağda Vİİ-Vİİİ qabırğaların qapalı yerinidəyişmiş sınıqları, gözaltı, gicgah, çənə, döş qəfəsi nahiyələrində ciddi ağrılar yaranmışdır. Döş qəfəsinin sağ yarısının qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyələrinin, çənə, sol bazu, sağ bud nahiyələrinin qançırları, boyun, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ diz oynaqlarında xəsarətləri anasını xəstəxanaya apardıqda hiss etməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1lə dalaşma zamanı Nihadın və Adilin vurduğu zərbələr onun aldığı xəsarətləri daha da ağırlaşdırmışdır. Səhhətində olan ağrılar artmışdır. Zərərçəkmiş şəxs2lə mübahisəsinə səbəb Namiqin avtomobili ilə onun yolunun kəsməsi və onun avtomobilinə yol verməməsi olmuşdur. Zərərçəkmiş şəxs1 isə öldürmək niyyəti olmamış, anasını xəstəxanaya qoyduqdan sonra evə qayıdan zaman Adilin və Nihadın oun üzərinə hucum etdiklərindən o da özünü onlardan qorumaq məcburiyyətində qalmışdır. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Törətdiyi əməllərdən səmimi peşmandır. Zərərçəkmiş şəxs1 mülki iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri var. Belə ki, təqsirləndirilən şəxsin atası onun xalası oğlu, anası isə onun dayısı qızıdır. Onlarla uzun illərdir ki, qonşudurlar. Aralarında münasibət əvvəllər yaxşı olsa da Fuadın atası rəhmətə getdikdən sonra münasibətləri soyumuş, son 3-4 ildə isə münasibətlər tamamilə dözülməz olmuşdur. Belə ki, Fuad nə vaxt onu, oğlanlarını görsə, söz atmış, nalayiq ifadələrlə təhqir etmişdir. Hətta oğlu işdən səhərə yaxın gələn zaman, Fuad gizlənərək oğlunu əlindəki əşya ilə arxadan vurmuş, bu hadisə bir neçə dəfə davam etmişdir. Fuad onu da yumruqla vuraraq öldürməklə hədələmişdir. Onlar bütün bunların əsas səbəbini bilməmişlər, lakin bu hadisələr onları əsəbiləşdirmişdir. Bir dəfə çağırıb söhbət edib etdiklərinin səbəbini soruşanda Fuad əcəb elədiyini, üzr istəməyəcəyini demişdir. Fuad və onun anası ilə münasibətləri həmişə gərgin olmuşdur. 18 oktyabr 2024cü il tarixdə səhər saatlarında özünə məxsus “Reno” markalı avtomobillə “Meyvəli” ticarət mərkəzinə getmişdir. Saat 08 radələrində oğlu Nihad onun telefonuna zəng edərək Namiqlə Fuadın dalaşdıqlarını, nəticədə Fuadın anasının bıçaq xəsarəti aldığını bildirmişdir. Əvvəllər də Fuadla Namiq əsassız yerə dalaşdıqları üçün o, əsəbiləşmiş və dərhal evinə gəlmişdir. Evinə gəldikdə Namiqlə Fuadın davası barədə məlumatı oğlu Nihad, gəlini və arvadı ona vermişlər. O, Fuadın əsassız yerə oğlu ilə dava etməsini eşitdikdən sonra çox əsəbiləşmiş və çölə çıxmışdır. Saat 08 radələrində məhlədə olarkən Fuadın avtomobili ilə evinin həyətinin qapısının qarşısına gəldiyini görmüşdür. Fuad arvadı ilə birlikdə avtomobildən düşmüş, Fuadın arvadı evə daxil olmuşdur. O, Fuadı gördükdə ona “bəsdir daha abrın həyan olsun, nə qədər bu söz söhbət olar, nə qədər belə” deyərək əsəbi şəkildə ifadələr işlətmişdir. Fuad isə bu sözlərin qarşılığında ona qarşı eyni qaydada əsəbi şəkildə cavab qaytardıqdan sonra bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. O, əsəbi olduğu üçün Fuadın üzərinə doğru gedərək ona əsəbi şəkildə nalayiq sözlər işlətmişdir. Fuadın evə daxil olduğunu görüb evinə tərəf getmişdir. Bir neçə saniyə sonra Fuad balta ilə çölə çıxıb dərhal onun baş nahiyəsindən bir zərbə vurduqda başından qan axdığını hiss etmiş və kənara çəkilmək istədikdə, Fuad ikinci zərbəni vuraraq kəllə sümüyünü yaralamışdır. O, ağrıdan səs etmişdir. İkinci zərbədən sonra onun gözü qaralmış, başında dəhşətli ağrılar başlamış və həmin an hadisələrin axarına diqqət etməmişdir. Fuadı kimlərin aralamasını xatırlamır. Lakin onun səsinə gəlmiş arvadı Məlahət, gəlini Şəlalənin onu qucaqlayıb səs-küy edərək evə apardıqlarını hiss etmişdir. Evdə onun baş nahiyəsinə buz və mələfə qoyduqdan sonra təcili tibbi yardıma məlumat vermişlər. Daha sonra təcili tibbi yardım onu xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, oğlu Nihad qonşuların köməyi ilə Fuadın əlindən baltanı almışdır. O, ikinci zərbədən sonra özündə olmadığı üçün Fuadın sonrakı hərəkətlərini xatırlamır. Sonradan arvadı və gəlinindən eşitmişdir ki, o, ikinci zərbədən sonra yerə yıxıldıqdan sonra Fuad ona bir iki təpik vurduqdan sonra yenidən üzərinə hücum çəksə də, qonşuların və oğlu Nihadın müdaxiləsi nəticəsində bunun qarşısı alınmışdır. O, həyətdə tək olanda Fuadla söz-söhbət etmişdir. Həmin vaxt arvadı, gəlini və oğlu Nihad evin həyətində olmuşlar. O, Fuada hər hansı zərbə endirməmişdir. Onun Fuada zərbə endirmək gücü də yoxdur. Bundan başqa onun əlində hər hansı əşya olmamışdır. Hadisə yerinə toplaşan şəxslər çox olsa da, onların kim olduqlarını xatırlamır. Aldığı xəsarətlərə görə iki dəfə əməliyyat olunmuş, maddi və mənəvi zərərə məruz qalmışdır. Hal-hazırda ona dəymiş zərər təqsirləndirilən şəxsin ailəsi tərəfindən ödənilmişdir. Onun hər hansı şikayət və tələbi yoxdur. Verdiyi mülki iddiadan da imtina edir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, atasının uzaq qohumudur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 atası, Zərərçəkmiş şəxs3 isə qardaşıdır. Təqsirləndirilən şəxslə qohumluq münasibətləri olsa da, nə onunla, nə də ailə üzvləri ilə əlaqəsi olmamışdır. Fuadla arasında əvvəllər dəfələrlə dava-dalaş olmuşdur. O, icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 18 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində işə getmək üçün yaşadığı ünvandan çıxaraq axşamdan həyətdə saxladığı etibarnamə əsasında idarə etdiyi «Azsamant» markalı, **-VL-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və sükan arxasına əyləşərək avtomobili işə salıb yaşadığı məhəllədən arxa-arxaya hərəkət edərək çıxmaq istəmişdir. Yaşadıqları evin qarşısı geniş olduğundan ətrafda olan sakinlər də öz avtomobillərini onların məhəlləsində saxlayırlar. O, avtomobillə məhəllədən çıxmaqda çətinlik çəkərək öz avtomobili ilə qonşu Təqsirləndirilən şəxs avtomobilinin arxasını kəsmişdir. Orada olan digər avtomobil onun avtomobilinin qarşısını kəsdiyindən həmin avtomobilin ona yol verməsini gözləmişdir. Yəni, avtomobilini hərəkət etdirmək üçün qarşısında olan avtomobilin hərəkət etməsini gözləmişdir. Bu zaman o, gözləmədiyi halda Fuad onun avtomobilinə yaxınlaşaraq sürücü tərəfdən qapını açıb onu nalayiq ifadələrlə təhqir edib bir neçə yumruq zərbələri ilə onun baş və sifət nahiyələrindən vurmağa başlamışdır. O, özünü qorumaq üçün iki oturacaq arasında arxası üstə uzanmışdır ki, yumruqların davamı ona dəyməsin. Buna baxmayaraq Fuad avtomobilin salonuna soxularaq ona vurmaqda davam etdiyindən o, məcbur olub sükan arxasından maşının salonunda arxa oturacaqlara tərəf getmişdir. Fuad da onunla birlikdə arxa oturacağa keçib onu əlləri ilə vurmağa davam etdiyindən o da onu özündən kənarlaşdırmaq üçün əlləri və ayaqları ilə Fuadı vurmalı olmuşdur. Avtomobilin salonunda dava edərkən Fuadın anası İradə, arvadı Gülər yaxınlaşaraq müdaxilə etsələr də, onların ayırmağa gücləri yetmədiyindən həyətdə öz avtomobilini işə salan Möhsüm adlı qonşu, Ağazaman adlı qəssaba səslənərək kömək etmələrini xahiş etdiklərindən həmin şəxslər yaxınlaşıb Fuadı və onu bir-birlərindən ayırmağa başlamışlar. Səs-küyə onun anası Məlahət və qardaşı Nihad onlara yaxınlaşmış və onları avtomobildən çəkib yerə düşürmüşlər. Yerdə onlar təkrar bir-birlərinin üzərinə hücum etmişlər və qarşılıqlı olaraq əllə bir-birilərini vurmuşlar. Fuadın və onun ailə üzvlərinin, həmçinin qonşuların müdaxiləsi ilə kənarlaşdırılsalar da, Fuad sakitləşmək bilmədən özünün idarə etdiyi “Mersedes” markalı avtomobilin arxa oturacağından bir ədəd əlamətlərini görə bilmədiyi bıçaq çıxararaq onun üzərinə gəlib ünvanına nalayiq ifadələr işlədərək bıçaqla onu vuracağını bildirmiş və onun buna cəhd etdiyini görüb o da Fuada qarşılıq vermək üçün öz yaşadığı evə girərək mətbəxdən bıçağı götürüb küçəyə çıxmışdır. Həmin vaxt artıq Fuadın anası, arvadı və digər çoxlu sayda tanımadığı şəxslər Fuadın qarşısını kəsməyə çalışmışlar ki, Fuad onu bıçaqla vurmasın. Eləcə də qardaşı Nihad da onları aralamağa çalışmışdır. İradə oğlu Fuadın qarşısını kəsmişdir. Həm Fuad, həm də o bir-birilərinə bıçaq zərbələri ataraq qorxutmağa çalışmışlar. Onun Fuada atdığı bıçaq zərbəsi istəmədən sonuncunun anası İradənin baş nahiyəsinə dəymişdir. Bıçaq İradəyə dəyən kimi əlini çəkmişdir. Bundan sonra qardaşı Nihad Fuadın əlindən bıçağı almaq istədikdə hər iki əli ilə bıçağı tutduğu üçün əli kəsilmişdir. O, peşman olaraq dərhal evinə getmişdir. Bundan sonra küçədə nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxslə arasında dava-dalaş olarkən sağ göz nahiyəsindən xəsarət almışdır. Həmin vaxt ondan başqa nə qardaşı Nihad, nə də qeyrisi Fuada heç bir zərbə endirməmiş, xəsarət yetirməmişdir. Əksinə qardaşı Nihad bıçağı Fuadın əlindən alarkən xəsarət almışdır. Fuad Nihada xəsarət yetirməsə də, Nihad onları bir-birlərindən aralayarkən xəsarət almışdır. Fuad həm bıçaqla üzərinə gələrək, həm də nalayiq ifadələr işlədərək məhlədə onu rüsvay etdiyi üçün o da əsəbiləşərək evdən bıçaq götürüb Fuadın üstünə getmişdir. Ətrafda qonşular evlərindən çıxıb onların ətraflarına toplaşmışlar. Fuad ətrafa çoxsaylı şəxsin toplaşdığını görsə də, buna məhəl qoymayaraq onun ünvanına uca səslə nalayiq ifadələr işlədərək, bıçaqla onu qorxudub xəsarət yetirməyə çalışmışdır. Fuadla aralarında dava-dalaş 15-20 dəqiqə ərzində davam etmişdir. Hadisə səhər baş verdiyi üçün qonşular narahatçılıq keçirmişdir. Qonşulardan Ağazaman, Möhsümün hadisə yerində olduqlarını xatırlayır. Hadisə yerinə toplaşmış digər qonşuları xatırlamır. Təxminən 5 dəqiqədən sonra küçəyə çıxdıqda heç kəsi görməmiş və öz avtomobilinə əyləşərək taksi kimi şəhərdə fəaliyyət göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1 bədən xəsarəti yetirməsinin şahidi olmamışdır. Bu barədə o sonradan qardaşı Nihadın və ailə üzvlərinin sözlərindən öyrənmişdir. Qardaşı Nihad bildirmişdir ki, sonuncu Fuadla onun davası və həmin vaxt İradənin xəsarət alması barədə zəng edib atası Adilə məlumat vermiş və atası hadisədən təxminən 20 dəqiqə sonra həyətə gəlmişdir. Həmin vaxt Fuadı həyətdə görüb ona iradını bildirdikdə Fuad atasının ünvanına nalayiq söyüşlər edərək təhqir etmiş, balta ilə atasının başına iki dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, atasının uzaq qohumudur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 atası, Zərərçəkmiş şəxs2 isə qardaşıdır. O, ailəsi ilə birlikdə ünvan 3 ünvanda həmçinin atası Adil, anası Məlahət və qardaşı Namiq də yaşayır. Onun yaşadığı evlə atasının fərdi yaşayış evi bir həyətdə yerləşir. O, fəhlə işləməklə ailəsini dolandırır. Onların həyəti ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətini daş hasar ayırır. Fuadın anası İradə atasının dayısı qızıdır. Lakin buna baxmayaraq İradə və oğlu Fuadla münasibəti soyuq olmuşdur. Fuadla qardaşı Namiq arasında əvvəllər dəfələrlə söz-söhbət, dava-dalaş olsa da hüquq mühafizə orqanlarına hər hansı şikayət olmadığı üçün araşdırma aparılmamışdır. Onunla Fuad, habelə Adillə Fuad arasında əvvəllər heç vaxt söz-söhbət, dava-dalaş olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə, səhər saat təxminən 07 radələrində işə getməyə hazırlaşan vaxt anası evinə gəlib Namiqlə Fuadın dalaşdıqlarını bildirmişdir. O, Fuadla Namiqi biri-birilərindən aralamaq üçün məhləyə çıxdıqda Fuadın Namiqin avtomobilində Namiqlə dalaşdığını görmüşdür. O, avtomobilə daxil olub onları bir-birindən aralamışdır. Fuad avtomobilinə yaxınlaşıb avtomobildən bıçaq götürmüşdür. Namiq bunu görüb evə qaçmışdır. Bir neçə saniyədən sonra Namiq də əlində bıçaqla Fuadın üzərinə gəlmişdir. Namiq bıçaqla məhləyə daxil olduqda Fuadın anası və arvadı da Fuadı aralamaq üçün məhləyə çıxmışlar. Həm Namiq, həm də Fuad səs-küy yaradaraq bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Namiq Fuadın üzərinə bıçaqla gəldikdə hər ikisi bir-birinə qarşı bıçaq zərbələri atsalar da zərbələr boşa getmişdir. Namiq Fuada bıçaq zərbəsi ilə vurduqda bıçaq Fuadın anasının alın nahiyəsinə dəymişdir. Bundan sonra Fuad daha da əsəbiləşib Namiqin üzərinə gəldikdə sol əli ilə bıçağın tiyəsindən, sağ əli ilə biləyindən tutub bıçağı almaq istəsə də sağ əlinin barmağı kəsildiyi üçün bıçağı götürə bilməmişdir. Lakin buna baxmayaraq xatırlamadığı qonşuların köməyi ilə Fuadı Namiqdən aralamışlar. Fuad həmin vaxt onun sifət nahiyəsinə də zərbə endirərək xəsarət yetirmişdir. Namiq baş vermiş hadisədən qorxaraq oradan avtomobili ilə uzaqlaşmışdır. Fuad arvadı ilə birlikdə İradəni xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman arvadı və uşaqları evdə olmuşdur. Anası qeyd etdiyi hadisələrin şahidi olmuşdur. Çünki anası Fuadla Namiqin davasını görüb ona xəbər vermişdir. Bundan sonra evə gedib atası Adilə telefonla zəng edərək hadisə barədə məlumat vermişdir. Təqribən saat 08 radələrində atası evə gəlmişdir. Atasına olanları danışdıqdan sonra sonuncu bütün bu hadisələrin günahkarının Fuad olduğunu bildirərək əsəbləşmişdir. Atası əsəbi şəkildə çölə çıxmışdır. O isə evin həyətində telefonla əmisinə zəng etmək istəmişdir. O, evin həyətində olarkən məhlədə qışqırıq səsləri eşitmişdir. Arvadı və anası həyətin giriş qapısından bir qədər aralıda çöldə olmuşlar. O, çölə çıxdıqda Fuadın atasına ikinci zərbə vurduğunun şahidi olmuşdur. Həmin vaxt atası dizüstə yerə əyilmiş vəziyyətdə Fuadla üzbəüz dayanmışdır. Birinci zərbədən sonra anası və arvadının qışqırıq səslərinə çölə çıxmışdır. O, Fuada hər hansı xəsarət yetirməmişdir. Daha sonra xatırlamadığı şəxslər Fuadı oradan uzaqlaşdırmışlar. Atasının isə əlində hər hansı əşya görməmişdir. O, arvadı və anasından öyrənmişdir ki, Fuad birinci zərbəni atasının ənsə nahiyəsindən vurmuşdur. Həmin vaxt atası evinə qayıdarkən Fuad balta ilə gəlib atasının arxasından baş nahiyəsinə vurmuşdur. O, birinci zərbənin şahidi olmasa da, ikinci zərbəni görmüşdür. O, dərhal Fuadın üzərinə gedərək baltanı əlindən almağa çalışmışdır. Xatırlamadığı qonşuların köməyi ilə baltanı Fuadın əlindən alıb yerə atmışlar. Fuadı oradan uzaqlaşdırmışlar. O, arvadı və anası ilə birlikdə atasını evə aparmışdır. Atasının baş nahiyəsindən qan axmışdır. Bundan sonra təcili tibbi yardıma məlumat vermişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Namiq atasının yaralanmasının şahidi olmamışdır. Həmin vaxt Namiq məhlədən kənarda olmuş, hadisəni sonradan eşitmişdir. Atasının 64 yaşı var və fiziki cəhətdən Fuadla müqayisə belə edilə bilməz. Bundan başqa atasının ürəyində problemləri var. Fuad atasını öldürmək məqsədi ilə balta ilə baş nahiyəsinə iki dəfə zərbə endirmişdir. Həmin zərbələrdən sonra atasının kəllə sümüyünün sındığının şahidi olmuşdur. Fuad iki zərbədən sonra belə hirsi soyumayaraq yenidən atasının üzərinə hücum çəkmək istəsə də onun və qonşuların sayəsində Fuadı kənarlaşdırmışlar. O, atasının əlində taxta və ya hər hansı əşya görməmişdir. O, çölə çıxdıqda Fuadın atasının baş nahiyəsinə zərbə endirdiyini görüb dərhal Fuadın üzərinə qaçaraq ondan yapışmışdır ki, digər zərbərləri endirməsin. O, Fuadla birlikdə yerə yıxılmışdır. Balta Fuadın əlindən yerə düşmüşdür. Bundan sonra belə Fuad ayağa qalxıb atasının üzərinə tərəf getdikdə o, Fuadın yaxasından yapışaraq mane olmağa çalışmışdır. O, Fuada təpiklə zərbə endirməmişdir. Ondan başqa qonşular da, Fuadı tutaraq aralamağa çalışmışlar. O, Fuada hər hansı zərbə endirməmişdir. Sağ əlinin İİ barmağının kəsilmiş yarası 18 oktyabr 2024cü il tarixdə səhər saatlarında qardaşı Namiqlə Fuad arasında baş verən dava-dalaş zamanı Fuadı qardaşından uzaqlaşdırmaq istəyərkən Fuadın qolundan tutmaq istədikdə Fuad qardaşına bıçaqla hücum etməyə çalışdığı üçün bıçağın tiyəsi əlinə dəyərək barmağını kəsmişdir. Həmin müddətdə o, Fuadın sağ əlində bıçaq olduğu üçün bıçağı əlindən almağa çalışmış, bu zaman Fuad həmin əli ilə onun sifət nahiyəsinə zərbə vurduğu üçün sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətini almışdır. Ondan başqa çoxsaylı adam Fuadı aralamağa çalışmışdır. Fuadı ondan başqa xatırlamadığı şəxslər də, ayırmışlar. Fuadla arasında dava-dalaş olmamışdır.Hal-hazırda Təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 qohumudur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 əri, Namiq və Zərərçəkmiş şəxs3lər isə oğullarıdır. Oğlu Namiq, o və əri ilə birlikdə sonuncuya məxsus fərdi yaşayış evində yaşayır. Həmin evin həyətində digər oğlu Nihad ailəsi ilə birlikdə yaşayır. Onlarla qonşuluqda Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi var. Fuadın anası İradə ərinin dayısı qızıdır. Lakin buna baxmayaraq İradə və oğlu Fuadla münasibətləri soyuq olmuşdur. Fuadla oğlu Namiq arasında əvvəllər dəfələrlə söz-söhbət, dava-dalaş olsa da heç bir yerə rəsmi olaraq şikayət etməmişlər. 18 oktyabr 2024-cü il tarixdə səhər saat təxminən 07 radələrində oğlu Namiqi evdən işə yola salmışdır. Bir neçə dəqiqə sonra məhlədə səs-küy eşitmişdir. O, məhləyə çıxdıqda Namiqə məxsus “Azsamant” markalı avtomobilin içərisində Fuadın Namiqlə dalaşdığını görmüşdür. Fuad uca səslə Namiqə nalayiq ifadələr işlətmişdir. Hər ikisi bir-birinə yumruq təpiklə zərbələr vurmuşlar. O, özü onları aralaya bilməyəcəyi üçün oğlu Nihadın evinə gedib ona məlumat vermişdir. Oğlu Nihad da dərhal məhləyə çıxıb avtomobildə dava edən Fuadı Namiqdən ayırmışdır. Fuad Namiqdən ayrıldıqdan sonra avtomobilinə tərəf gedib avtomobildən bir ədəd bıçaq götürmüşdür. Bunu görən Namiq də əsəbi şəkildə evə qaçaraq evdən bıçaq götürüb məhləyə gəlmişdir. Həmin vaxt ətrafda qonşular da səs-küyə toplaşmışlar. Bundan başqa Fuadın anası və arvadı da məhləyə çıxmışlar. Qonşulardan Ağazaman və tanımadıqları digər şəxslər olmuşlar. Fuad Namiqə qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra hər ikisi bir-birinə qarşı bıçaq göstərərək bir-birilərini qorxutmuşlar. Fuadın anası oğlunun qarşısına keçib onu dayandırmaq istəmişdir. Bu zaman Namiqin atdığı bıçaq zərbəsi Fuadın anası İradənin baş nahiyəsinə dəymişdir. Bundan sonra Namiq qorxaraq kənara çəkilmişdir. Bu zaman Nihad əlləri ilə Fuaddan bıçağı almaq istəsə də bacarmamışdır. Oğlu Nihadın əlindən qan axdığını görmüşdür. Buna baxmayaraq oğlu Nihad və qonşular Fuadı sakitləşdirmişlər. Fuad daha sonra arvadı ilə birlikdə anasını götürüb xəstəxanaya aparmışdır. Namiq isə avtomobilinə əyləşib məhlədən uzaqlaşmışdır. Bundan sonra evin həyətinə getmişlər. Oğlu Nihad əri Adilə telefonla zəng edib Fuadla Namiqin yenə dalaşdığını bildirmişdir. Adil əsəbləşərək evinə gəlmişdir. Ərinə olan hadisələri danışdıqdan sonra Adil əsəbləşərək çölə çıxmışdır. Həmin vaxt o, gəlini və oğlu Nihad evin həyətində olmuşlar. Bir neçə dəqiqə sonra təqribən saat 08 radələrində məhlədə Fuadla ərinin uca səslə danışıqlarını eşitmişdir. O və gəlini isə həyətin giriş qapısında dayanıb onların söz-söhbətini müşahidə etmişlər. Fuadın arvadı Fuadən qarşısına çıxıb evə aparmışdır. Buna baxmayaraq Fuadın hirsi soyumayaraq ərinə qarşı nalayiq ifadələr işlətmişdir. Əri evə sarı gələn zaman qəflətən Fuad əlində balta ilə ərinin arxa tərəfindən baş nahiyəsinə zərbə vurmuşdur. Balta baş nahiyəsinə dəyən zaman taqqıltı səsini belə aydın eşitmişdir. O, qorxaraq gəlininə Nihadı köməyə çağırmasını bildirmişdir. Bu zaman Nihad məhləyə çıxdıqda Fuadın ikinci zərbə vurduğunu görmüşdür. Nihad Fuadın yaxasından yapışaraq onu kənara dartıb yerə yıxmışdır. Fuad yerə yıxıldıqda balta əlindən yerə düşmüşdür. Nihad Fuada qarşı hər hansı fiziki zorakılıq göstərməmişdir. Daha sonra Nihad qonşularla birlikdə Fuadı sakitləşdirmək istəsələr də Fuad yenə də Adilə qarşı nalayiq ifadələr işlədərək onu yenidən vurmaq istəmişdir. Adilin əlində heç bir əşya olmamışdır. Fuad üçüncü zərbəni endirmək istəsə də, ərinin və qonşuların köməyi ilə Fuadı kənarlaşdırmışlar. O və gəlini isə Adilə kömək edərək onu evə aparmışlar. Bundan sonra təcili tibbi yardıma məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsn həm qonşu, həm də qaynatası Adilin qohumu kimi tanıyır. Zərərçəkmiş şəxs3 əri, Zərərçəkmiş şəxs1 qaynatası, Zərərçəkmiş şəxs2 isə qaynıdır. Fuadla qaynı Namiq arasında əvvəllər dəfələrlə söz-söhbət, dava-dalaş olmuşdur. 18 oktyabr 2024-cü il tarixdə, səhər saat təxminən 08 radələrində uşaqları ilə bərabər yatarkən çöldə səs-küy eşitmişdir. O, səs-küyə evin həyətinə çıxmaq istədikdə ərinin həyətdən evə daxil olduğunu görmüşdür. Ərinin sağ və sol əlindən qan axmışdır. O, həyəcanlanaraq nə baş verdiyini soruşduqda ona Namiqlə Fuad arasında dava-dalaş yarandığını, mübahisə əsnasında qonşusu İradənin yaralandığını, Fuadın əlindən bıçağı alarkən də, öz əlinin kəsildiyini bildirmişdir. O, ərinin əlinə evdə sarğı etmişdir. Namiq isə harasa çıxıb getmişdir. Bundan sonra əri qaynatası Adilin mobil telefonuna zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra qaynatası evə gəlmişdir. Evdə hadisələri öyrəndikdən sonra əsəbləşərək Fuadın yenə də ailələrinə qarşı dava-dalaş saldığını bildirərək əsəbi şəkildə evdən çıxmışdır. O, qaynanası və Nihad isə evin həyətində dayanmışlar. Bir neçə dəqiqə sonra, təqribən saat 08 radələrində məhlədə Fuadla qaynatasının uca səslə danışıqlarını eşitmişdir. O və qaynanası isə həyətin giriş qapısında dayanıb onların söz-söhbətini müşahidə etmişlər. Fuadın arvadı Fuadın qarşısına çıxıb evə aparmışdır. Buna baxmayaraq Fuadın hirsi soyumayaraq qaynatasına qarşı nalayiq ifadələr işlətmişdir. Qaynatası evə sarı gələn zaman qəflətən Fuadın əlində balta ilə qaynatasının arxa tərəfindən baş nahiyəsinə zərbə vurduğunu görmüşdür. Balta baş nahiyəsinə dəyən zaman taqqıltı səsini belə aydın eşitmişdir. O, qorxaraq ucadan qışqırmışdır. Bu zaman əri də həyətdən çölə çıxdıqda Fuadın ikinci zərbə vurduğunu görmüşdür. Əri Fuadın yaxasından yapışaraq onu kənara dartıb yerə yıxmışdır. Əri ilə yanaşı xatırlamadığı şəxslər Fuadı kənara çəkməyə çalışmışlar. Fuad yerə yıxıldıqda balta əlindən yerə düşmüşdür. Əri Fuada qarşı hər hansı fiziki zorakılıq göstərməmişdir. Daha sonra əri qonşularla birlikdə Fuadı sakitləşdirmək istəsələr də Fuad yenə də qaynatasına qarşı nalayiq ifadələr işlədərək onu yenidən vurmaq istəmişdir. O və qaynanası isə qaynatasına kömək edərək evə aparmışlar. Bundan sonra təcili tibbi yardıma məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Evin həyətinin giriş qapısında qaynanası ilə bütün hadisənin şahidi olmuşdur. Fuad birinci zərbəni qaynatasının arxasından baş nahiyəsinə vurduqdan sonra qaynatası diziüstə yerə əyilmiş və Fuada tərəf çönmüşdür. Bundan sonra Fuad ikinci zərbəni üzbəüz şəkildə qaynatasının baş nahiyəsinə endirmişdir. Qaynatasının əlində heç bir əşya olmamışdır. Fuad üçüncü zərbəni endirmək istəsə də, ərinin və qonşuların köməyi ilə Fuadı kənarlaşdırmışlar. Fuadı kənarlaşdıran zaman balta əlindən yerə düşmüşdür. Baltanın sonradan kim tərəfindən götürülməsi barədə məlumatı yoxdur. Həmin hadisə zamanı Fuada hər hansı xəsarət yetirilməmişdir. O, qaynatasının əlində taxta və ya hər hansı əşya görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qonşu kimi tanıyır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs yaşadığı evdən təqribən 30-40 metr aralıda yaşayır. 18 oktyabr 2025-ci il tarixdə, saat 08 radələrində yuxudan oyanıb işə getmək istəyəndə çöldə səs-küy eşitdiyindən çölə çıxmış və qonşusu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə tutaşdığını görmüşdür. Onların ətrafında çoxlu adamlar toplaşıb ayırmağa çalışmışlar. Belə ki, hadisə yerinə Adilin gəlini və oğlu Nihad, Fuadın arvadı və xatırlamadığı qonşular toplaşmışlar. Fuad əlində balta olduğu üçün onu Adildən ayırmağa çalışmışlar. Adil baş nahiyəsindən xəsarət almışdır. O, Fuadın bədəninə yapışıb onu kənara çəkmişdir. Onunla bərabər Nihad da Fuaddan yapışıb onu uzaqlaşdırmaq istəmişlər. Onlar Fuadı uzaqlaşdırmaq istədikdə Fuad yerə yıxılmışdır. O da Fuadla bərabər yerə yıxılmışdır. Həmin vaxt mobil telefonu da sınmışdır. Telefonunun sınması ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Bundan sonra Fuadı kənarlaşdıraraq başqa məhləyə aparmışdır. Onunla bərabər Fuadın arvadı və xatırlamadığı şəxslər də onlarla bərabər Fuadı sakitləşdirmək məqsədi ilə hadisə yerindən uzaqlaşmışlar. O, Fuadın Adilə xəsarət yetirdiyini görməmiş, lakin sonradan qonşulardan eşitmişdir ki, Fuad Adillə arasında yaranmış mübahisə nəticəsində əsəbləşərək balta ilə Adilin baş nahiyəsinə zərbə endirmişdir. Hadisə yerində olarkən qonşulardan kimlərin olmasını xatırlamır. Həmin vaxt çox sayda adam hadisə yerinə toplaşdığı üçün konkret olaraq həmin şəxsləri xatırlamır. Təqsirləndirilən şəxs əlində balta görsə də, sonradan baltanın hara düşdüyünü bilmir. Fuadı ayırdıqdan sonra balta onun əlindən yerə düşmüşdür. Baltanın kim tərəfindən götürüldüyünü, harada olduğunu bilmir, məlumatlı deyildir. Təqsirləndirilən şəxs döyən, ona xəsarət yetirən şəxs olmamışdır. Onun Fuadı aralamaqda məqsədi daha ağır nəticənin baş verməməsi olmuşdur. Belə ki, o və digər şəxslər Fuadı ayırmasa, Fuad Adillə dalaşmağa davam edəcəkdir. Hadisə yerində olarkən Zərərçəkmiş şəxs1 əlində taxta və ya hər hansı əşya görməmişdir. Adilin başı al-qan içində olmuşdur. Adil xəsarət aldığı üçün gəlini və adlarını xatırlamadığı digər şəxslər ona köməklik etməyə çalışmışlar. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xəsarət yetirdiyini görməmişdir. Nihad da onunla bərabər Fuadı Adildən ayırmağa çalışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qonşu kimi tanıyır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 09-də işdə olmalı olduğundan tezdən durmuş və işə getmək üçün həyətdə saxladığı maşını işə salmışdır. Bu zaman küçədə səs-küy eşitdiyindən küçəyə çıxmış, iki nəfərin, yəni Fuad ilə Namiqin maşının içərisində dalaşdıqlarını görmüşdür. İlk olaraq əhəmiyyət verməyib getmək istəmiş, lakin sonradan qonşuluq xətrinə yanlarına gedib, qonşu Ağazamanla bir yerdə onları ayırmağa çalışmışdır. Daha sonra evdən Fuadın anası və arvadı çıxmış,dava eləcə orda bitmiş, o isə işə getmişdir. Bundan sonra ikinci dəfə onlar arasında davanın olub-olmadığı barədə məlumatı olmamışdır. Fuad və Namiq arasında mübahisə olduğunu nə vaxtsa görməmişdir. O, onları ayıranda onların üzərində nə bir xəsarət, nə də bir qan izi görmüş, sadəcə əlbəyaxa dava etdiklərinin şahidi olmuşdur. Hadisədən sonra o işə getmiş və axşam 7-də qayıtmışdır. O, heç kimdən hadisə barədə heç nə soruşmamış, sadəcə axşam evə qayıdanda küçədə camaatın toplaşdığını görmüş, orada ona məlum olmuşdur ki, Fuad ilə Namiq yenidən mübahisə etmişlər. Lakin yenə də məsələnin necə baş verməsi barədə dəqiq olaraq heç nə eşitməmişdir. O, sadəcə olaraq onları səhər mübahisə edən zaman ayırmış, lakin başqa heç nəyə şahid olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Onların yaşadığı küçədə mağaza icarəyə götürərək 8 ildən artıqdır ki, ət satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə, səhər saat 8 radələrində idarə etdiyi avtomobillə bir ədəd quzun gətirib mağazaya qoyan zaman küçədə səs-küy eşitmişdir. Həmin an Fuad ilə Namiqin maşının içərisində dalaşdıqlarını görmüşdür. Qonşu Möhsüm ilə birlikdə onları ayırmağa çalışmış və ayırmışlar. Onları ayırandan sonra evdən Fuadın ailəsinin çıxdığını görmüşdür. Bundan başqa heç nəyə şahid olmamışdır. Onların bir-birilərinə xəsarət yetirdiyini görməmişdir. Fuad və Namiqi sadəcə onları ayırmış və yolu maşınla kəsdiyi üçün o həmin andaca maşını işə salmış və getmişdir. O, kimin kimə xəsarət yetirdiyini görməmiş, eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsəatət əlavə şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs1 onun bibisioğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə Adilin oğlullarıdır. Zərərçəkmiş şəxs1lə həmçinin qonşudur. Onlarla uzun müddətdir ki, münasibətləri yoxdur. Adillə onun, Fuadın arasında əvvəllərdə sözlə mübahisələri olmuşdur. Adilgilin həmişə Fuada münasibətləri pis olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər tezdən gəlini Gülər onun otağına gələrək Fuadla Namiqin küçədə dalaşdıqlarını demiş, o tez geyinərək gəlini ilə birlikdə küçəyə çıxmış, həyətin giriş qapısının yaxınlığında Namiq və Fuadın dava etdiklərini, bir-birləri ilə tutaşdığını, Nihadın da orada olduğunu görmüşdür. O Fuadı, Nihad da Namiqi ayırmış, Namiq evə gedərək əlində böyük bıçaqla geri dönmüş və Fuadın üzərinə getmişdir. Namiq Fuada yaxınlaşanda o Fuadı kənara çəkmək istəmiş, bu zaman Namiqin vurduğu bıçaq zərbəsi onun sağ gicgah nahiyyəsinə dəymiş, başından qan axmağa başlamış və o yerə yıxılmışdır. Fuad onun vəziyyətini görüb şoka düşmüşdür. Həmin an orada ayıranlardan kimsə Namiqə demişdir ki, getsin polislər birazdan gələcəklər. Namiq də bıçağı götürüb qaçıb getmişdir. O ağlayaraq Fuada onu xəstəxanaya aparmasını demiş, Fuad onu avtomobillə X16 aparmışdır. Gəlini də onlarla birlikdə olmuş, xəstəxanada başına iki tikiş qoyulmuşdur. Orada məlum olmuşdur ki, başının damarı zədələnib deyə qanaxma dayanmır. Paltarları qan içində olduğundan Fuad və Gülər ona paltar gətirmək üçün evə getmiş, o isə xəstəxanada qalmışdır. Bir müddət sonra Adili də baş nahiyəsini sarılmış vəziyyətdə görmüş, Adil onu təhqir etmişdir. Bildiyinə görə Fuad işə gedərkən maşınını həyətdən çıxardan zaman Namiq bunu eşidib və öz maşınını oğlunun maşınının arxasında saxlayaraq ona yol verməmiş, Fuad ona bir neçə dəfə siqnal vermiş, lakin Namiq ona əhəmiyyət verməmişdir. Elə həmin an Fuad maşından düşmüş və Namiqdən yol verməsini istəmiş, sonra əlbəyaxa dava eləməyə başlamışlar. O, onların mübahisə etməsini görməmiş, sadəcə onların çöldə əlbəyaxa dava etdiyini görmüşdür. Fuad Namiqə yumruq atırmış deyə, Nihad qardaşını qorumaq üçün Fuadın sol qolundan tutmuşdur. Namiq bıçaq gətirmək üçün evə getmiş, hətta qonşulardan kimsə Nihada demişdir ki, “qardaşın bıçaq gətirməyə gedib”, Nihad isə buna məhəl qoymamışdır. Fuad və Namiq dava edən zaman oğlunun əlində heç bir predmet görməmişdir. Polisə həmin an Aynur adında bir qız zəng edib xəbər vermişdir. Onun rəhmətlik həyat yoldaşının sağlığında Adil onlardan qız istəyən zaman onu təhqir etmiş və qızı verməmiş, o vaxtdan onların ədavəti var. Sonradan onlar Fuadla mülk davası etmişlər, Fuadın guya onların üstünə getdiyini deyirlər, lakin belə hadisə baş verməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs anası İradəyə məxsus mağazanı artıq 4 ildir ki, ayda 180 manat ödəməklə icarəyə götürərək orada qarışıq malların satışı ilə məşğul olur. Mağaza İradəgilin yaşadığı həyətə bitişikdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 07 radələrində mağazanı açıb, malları düzən zaman küçədən səs eşitmişdir. O, küçəyə çıxan zaman görmüşdür ki, Fuad maşınını işə salıb, arxasında da digər qonşu Namiq maşınını saxlamışdır. O Fuadın Namiqə ona yol versin keçsin deməyini, Namiqin isə yol verməyəcəyini dediyini eşitmişdir. O, mağazanın qarşısını süpürdüyü zaman onların mübahisə etdiyini görmüşdür. Onlar mübahisə edən zaman Fuadın maşının qapısını açıb Namiqə hücum etdiyini görmüşdür. Onlar maşından düşəndən sonra yenə də dava etməyə davam etmişlər. Qonşular onları ayıran zaman hələ Fuadla Namiqin ailə üzvlərindən heç kim orada olmamışdır. Namiq bıçağı götürüb qayıdandan sonra Namiqin anası və qardaşı da evdən çıxmışdır. Namiq Fuadı bıçaqla vurmaq istəyən zaman Fuadın anası İradə araya girmiş və ona görə də bıçaq İradəyə dəymişdir. Onun şahid olduğu hadisə hardasa 10-15 dəqiqə çəkmişdir. İradə bıçaqlanandan sonra onu xəstəxanaya Fuad və gəlini aparmışlar. Fuad evə qayıdanda o İradəni soruşmaq üçün onların evlərinə tərəf getmiş və görmüşdür ki, Namiqin atası əlində ağac Fuadın üzərinə gedir. Zərərçəkmiş şəxs1 xəsarət yetirilən zaman o orada olmamış və hadisənin necə baş verdiyini görməmişdir. O, ibtidai istintaq zamanı ifadə verməmiş, polis bölməsinə çağırılmamışdır. Hadidənin baş verdiyi yer ilə mağaza arasında neçə metr olduğunu dəqiq deyə bilməz. O, Namiqlə, Nihadla, ya da Adillə Fuadın nə vaxtsa mübahisə etdiyinə əvvəllər şahid olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi X9 tərəfindən tərtib edilmiş, hal şahidləri X12, X4, Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Əbdül Binnətov, sahə rəisi Əşrəf Həsənov, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 18 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanının qarşısında hadisə yerinə baxış keçirildi. Hadisə yerində dayanmış vəziyyətdə olan boz rəngli “Mercedes Benz” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının üzərində qanabənzər ləkələr vardır. Avtomobilin qarşısında mavi rəngli darvaza vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sözlərinə görə həmin avtomobil ona məxsusdur və qarşısında olan darvaza onların yaşayış evinin girişidir. Qeyd olunan yaşayış evinin sağ tərəfində sarı rəngli “Renault” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Eyni zamanda küçədə baxış keçirilən ünvanın sol tərəfində “Nissan” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobil və “Leapmotor” markalı, **-YL-*** qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdədir. Sonuncu avtomobilin buferinin üzərində və asfalt örtüyünün üzərində qanabənzər ləkələr vardır. Qeyd olunan avtomobilin qarşısında dəmir barmaqlıqlarla mühafizə olunan ərzaq mağazası vardır. Hadisə yerinin qarşısında üzərində Usta Orxan yazısı olan bərbərxana, yanında isə ət satışı ilə məşğul olmaq üçün yer vardır. Həmçinin, hadisə yerinin ətrafında bir neçə yaşayış evinin qapıları vardır. Küçənin bir hissəsi asfalt, digər hissəsi isə torpaqlıqdır. Baxış zamanı hadisə yerində kəsici-deşici alətlər (bıçaq və ya balta) aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman ətrafda video-müşahidə kameraları müəyyən edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmış, fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir. Protokol oxundu, əlavə və ya düzəlişlər daxil olmamışdır. Baxış saat 10:10-da başlamış və 11:00-da başa çatmışdır (cild 1, i/v 12-19). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 “canlı şəxsin ekspertizası” haqqında 06 noyabr 2024-cü il tarixli, 1447 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağda Vİİ-Vİİİ qabırğaların qapalı yerini dəyişmiş sınıqları, döş qəfəsinin sağ yarısının qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyələrinin, çənə, sol bazu, sağ bud nahiyələrinin qançırları, boyun, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ diz oynaqları nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (cild 1, i/v 125-127). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 “canlı şəxsin ekspertizası” haqqında 13 noyabr 2024-cü il tarixli, 1445 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət - sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi (cild 1, i/v 129- 131). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 “canlı şəxsin ekspertizası” haqqında 29 noyabr 2024-cü il tarixli, 1460 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – baş beyinin əzilməsi, toxumasına, qişalarına qansızma, pnevmosefaliya və sağ təpə sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ təpə ənsə nahiyəsinin 1 (bir) ədəd çapılmış yarası; alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan alın-təpə nahiyəsinin 1 (bir) ədəd çapılmış yarası. Qeyd olunan xəsarətlər çapıcı alətin (alətlərin), ola bilsin ki, baltanın tiyəsinin çapıcı təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (cild 1, i/v 147-151). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 “canlı şəxsin ekspertizası” haqqında 11 mart 2025-ci il tarixli, 318 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaranın izi olan çapığı bərk küt əşyanın təsirindən müayinədən təxminən 3-6 ay əvvəl əmələ gəlmişdir; dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, həmçinin zərərçəkmiş şəxsin göstərdiyi müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədənin hissəsinin (baş, əl, ayaq və s.) təsirindən törənməsi inkar edilmir. Sağ əlin İİ barmağının kəsilmiş yaranın izi olan çapığı iti kənarlı alətin (əşyanın) təsirindən müayinədən təxminən 3-6 ay əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü İl tarixdə əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində qeyd ollunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni bıçağın tiyəsinin kəsərinin kəsici təsirindən törənə bilərdi (cild 2, i/v 135-138). - “X3”-nin 10 mart 2025-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə “X3” klinikasında ambulator qaydada sabiq həkim-psixiatr Əliağa Həsənovun qəbulunda olaraq ona tibbi məsləhətlər verilmişdir (cild 2, i/v 155). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən verilmiş 02 aprel 2025-ci il tarixli, 3-28-29/2-3129/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 2, i/v 180). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X15 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 fevral 2025-ci il tarixli, 618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, söz götürməmək, emosionallıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, qəzəb kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, i/v 186-190). - Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi X9 tərəfindən tərtib edilmiş, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən təsdiq edilmiş 22 fevral 2025-ci il tarixli ittiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 xəsarət yetirilməsi epizodu ilə bağlı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir (cild 2, i/v 197-208). -Bakı şəhəri, Nəsimi rayon Pİ-nin 20-ci PŞ tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 51-2/2-4190/2025 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq və baltanın yerinin müəyyən edilməsi mümkün olmamışdır (cild 2, i/v 226). - Bakı şəhəri, Nəsimi rayonu 59 saylı MKİS-dən verilmiş 28 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında ünvan 5 ünvanda yaşadığı müddətdə ünvan 6mamışdır (cild 2, i/v 100). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 80). - Məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-628/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 16 (on altı) gün müddətinə, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 4(006)-735/2024 nömrəli qərarına əsasən həmin qətimkan tədbiri 23 yanvar 2025-ci il tarixədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(006)-39/2025 nömrəli qərarına əsasən 23 fevral 2025-ci il tarixədək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 4(006)-121/2025 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 03 iyun 2025-ci il tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 1(101)-1305/2025 nömrəli hazırlıq iclasının qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, i/v 109-115; 224-231; 248-252; cild 2, i/v 51-53). - Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü Təqsirləndirilən şəxs heç bir iddia, tələb və şikayəti yoxdur. - Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü Təqsirləndirilən şəxs heç bir iddia, tələb və şikayəti yoxdur. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü Təqsirləndirilən şəxs heç bir iddia, tələb və şikayəti yoxdur. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər və bu barədə ərizələrini məhkəməyə təqdim etmişlər. Odur ki, məhkəmənin növbəti iclasının onların iştirakları olmadan davam etdirilməsini və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edirlər. - Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuş, onun tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən mülki iddia üzrə tələblərindən imtina edirlər və mülki iddia ərizəsinin geri qaytarılmasını xahiş edirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 6-cı bəndinə görə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən qəsdən xuliqanlıq niyyəti ilə adamöldürmə həmin Məcəllənin 120.2.2-ci maddəsinin tərkibini yaradır. Bunun üçün isə aşağıda qeyd olunan iki şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs qəsdən adam ödürməlidir; - şəxs bu əməli xuliqanlıq niyyəti ilə etməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında qeyd olunduğu kimi ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixi cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Məhkəmə iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə, yəni Təqsirləndirilən şəxs əməlini Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etməklə tövsif edilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, “...anasının paltarları qan olduğu üçün anasına yeni paltarlar götürmək üçün evə qayıtmışdır. O, evə daxil olub, anası üçün zəruri paltarları götürüb küçəyə çıxdıqda, Nihadla Adili küçədə görmüşdür. Saat 08 radələrində Adilin əlində uzunluğu təqribən 70- 80 sm uzunluqda taxta parçası ilə onu gördükdə yaşadığı Namiq Məlikov küçəsi 18 ünvanının qarşısında «Sən nə qudurmusan?» sözləri ilə ona müraciət edərək üzərinə gəlmişdir. O da Adilin hərəkətindən əsəbləşərək evə qayıdaraq həyətdə olan baltanı götürüb küçəyə çıxmışdır. Küçədə Adil üzərinə gəlib əlindəki taxta parçası ilə bir neçə dəfə onun bədəninə zərbə vurmuşdur. O isə əlində olan balta ilə bir dəfə Adilin baş nahiyəsindən vurduqdan sonra Nihad onun yan tərəfindən təpiklə zərbə vurmuş, o yerə yıxılmış və bundan istifadə edən Adil və Nihad ona təpiklə zərbə endirmişlər. Həmin an balta əlindən yerə düşmüşdür. ...Zərərçəkmiş şəxs1 balta ilə vurmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. ...” Bundan əlavə Zərərçəkmiş şəxs1 də məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “...o, Fuadı gördükdə ona “bəsdir daha abrın həyan olsun, nə qədər bu söz söhbət olar, nə qədər belə olar” deyərək əsəbi şəkildə ifadələr işlətmişdir. Fuad isə bu sözlərin qarşılığında ona qarşı eyni qaydada əsəbi şəkildə cavab qaytardıqdan sonra bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. O, əsəbi olduğu üçün Fuadın üzərinə doğru gedərək ona əsəbi şəkildə nalayiq sözlər işlətmişdir. ...” Məhkəmədə araşdırılmış işin fakitiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər əvvəllərdən gərgin olmuş, dəfələrlə sözlü mübahisələri baş vermişdir. Hadisə baş verən gün, yəni 18 oktyabr 2024-cü il tarixdə, səhər saat 07 radələrində təqsirləndirilən şəxs Fuad Məmmədzrayevlə Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 ilə maşının saxlanılması ilə bağlı mübahisə baş vermiş, mübahisə nəticəsində təqsirləndirilən şəxsin anası Şahid6 bədən xəsarəti almış və aldığı xəsarətlərə görə tibb mərkəzinə yerləşdirilmişdir. Şahid6 tibb mərkəzinə yerləşdirildikdən sonra ona zəruri olan əşyaları aparmaq üçün yaşadığı ünvana qayıdan Təqsirləndirilən şəxs küçədə Zərərçəkmiş şəxs1lə qarşılaşmış, sonuncu səhər baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs günahlandıraraq ona qarşı nalayiq ifadələr işlətmiş, məhz bundan sonra tərəflər arasında yaranmış mübahisə zəmnində təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, qəzəb kimi hallar əməl gəldiyindən yaşadığı evin həyətindən götürdüyü baltanın tiyəsi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən iki dəfə zərbə vuraraq sonuncuya yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə səbəb sonuncunun və onun oğlu Zərərçəkmiş şəxs2 əvvəlcədən təşəbbüsü ilə başlamış mübahisə olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyətinin olması barədə istintaq orqanın gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidddir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etməsi öz təsdiqini tapmamış, bununla bağlı heç bir əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı irəli sürdüyü dəlillə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə xəsarətin balta ilə baş nahiyəsinə iki dəfə yetirilməsi təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmiş şəxsin qəsdən həyatdan məhrum edilməsinə yönəlməsini təsdiq edən haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etməsi özünün qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. - 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. - 63.2-ci maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cu maddəsinin tələblərinə görə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcədə də iştirakçılıqla törədilmiş cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları – ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, zərərçəkmiş şəxslə qohumluq münasibətlərini, hal-hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 nümayəndəsi -vəkil Nümayəndə təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınması, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 31000 (otuz bir) manat və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətləri üçün əməliyyat və ambulator müalicəsi ilə əlaqədar 5000 manat, təkrar əməliyyat üçün 7000 manat, dərman vasitələri və müalicələrin davamı üçün 2000 manat xərclənmişdir. Qeyd olunanlardan əlavə təqsirləndirilən şəxsin yetirmiş olduğu xəsarətdən Zərərçəkmiş şəxs1 üst damağında yerləşən dişləri qırılmış və onların implant əkilərək bərpa edilməsi üçün 4000 manat miqdarında vəsait tələb olunur. Həmçinin, xəsarət kəllə sümüyünü keçərək beyin toxumasını əzdiyindən zərərçəkmiş şəxsin sol qolu iflic olmuş, onun müalicə, masaj,fizioterapiya, işıq şüası yolu ilə müalicə və bərpa olunması üçün 3000 manat vəsait lazımdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 hadisə baş verən günə qədər taksi fəaliyyəti ilə məşğul olmuş və aylıq təxminən 1000-1500 manat civarında aylıq qazancı olurmuş. Baş vermiş hadisədən sonra əmək qabiliyyətini itirməsi nəticəsində 8 aydır ki, işsizdir və o, bugünə təxminən 10000-12000 manata yaxın gəlirlərindən məhrum olmuşdur. Məhkəmə tərəfindən mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən, həmçinin nümayəndəsinin ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir iddia, tələb və şikayət yoxdur. Ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən mülki iddia üzrə tələbindən imtina edir. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1lə barışıq əldə etdiyini, ona dəymiş ziyanı ödədiyini, bu səbəbdən mülki iddiaçının iddiadan imtinasının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; - 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. - 186.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. - 186.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə mülki iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsinə qiymət verərək hesab edir ki, mülki iddiadan imtina digər şəxslərin hüquqları və qanuni mənafelərini pozmadığından qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməli, Zərərçəkmiş şəxs1 cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiadan imtina etməsi qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Ona cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah olunsun. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar