Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1306/2022 02.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 02 avqust 1974-cü ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1, 29,317- 2.1-ci maddələri ilə məhkumluğu olan, Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 2,295 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, 8 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında həmin psixotrop maddə olan metamfetaminin 0,796 qram hissəsini tanışı Şahid3 15 manata satmış, həmin psixotrop maddənin 1,499 qram hissəsini ayırıb ayr-ayrılıqda 0,370 qram, 0,407 qram, 0,337 qram və 0,385 qram olmaqla ümumilikdə dörd bükümdə qablaşdırmaqla üzərində saxlamış, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 09 fevral 2022-ci il tarixdə saat 17:15-də ünvan 1 ünvanın qarşısında saxlanılıb Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan qara rəngli pul qabından 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 0,796 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxsi qismində saxlanılıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami rayon Polis Şöbəsinin 24-cü Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 04 ədəd şəffaf rəngli sellofan bükümlərin içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 0,407 qram, 0,337 qram və 0,385 qram olan, ümumilikdə təmiz çəkisi 1,499 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə həmin narkotik vasitəni çəkib hissələrə ayırmaq məqsədi ilə istifadə etdiyi, üzərində metamfetamin izləri olan “Aosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, uzun müddətdir ki, müxtəlif növ narkotik və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri tanımadığı müxtəlif şəxslərdən alır. Heç bir yerdə işləmir. Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayədə qalır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 01 fevral 2022-ci il tarixdə qeydiyyatda olduğu Neftçala rayonunda tanış olduğu, İran İslam Respublikası vətəndaşı Həmzə adlı şəxsdən 70 manat qarşılığında bir büküm metamfetamin alıb özü ilə Bakı şəhərinə gətirmişdir. Bakıda ünvanını xatırlamadığı yaşadığı evlərin birində özünə məxsus elektron tərəzi vasitəsi ilə həmin bükümdə olan psixotrop maddəni hissələrə bölüb müxtəlif miqdarlarda bükümlərə ayırmışdır. Bunu etməkdə məqsədi psixotrop maddədən istifadə edərkən onun miqdarını bilib dozasını aşmamaq olmuşdur. 08 fevral 2022-ci il tarixdə gecə saatlarında tanışı Şahid3 ona yaxınlaşıb memtamfetamin istədiyini bildirdi. O da üzərində olan bükümlərdən bir ədədini Vüsala vermiş, lakin bunun qarşılığında Vüsaldan pul almamışdır. Həmin bükümü Vüsala satmamışdır, o bunu təmənnasız, heç bir qazanc güdmədən vermişdir. Vüsal ilə aralarında münasibətlər normal olmuşdur, Vüsala bir neçə dəfə ona istifadəsi üçün psixotrop maddə metamfetamin vermişdir. 09 fevral 2022-ci il tarixdə saat 19:45 radələrində ünvan 8 ünvanın qarşısında iki nəfər şəxs yaxınlaşaraq ona narkotik və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olduğunu bildirərək onu 24-cü PŞ-yə gətirmişlər. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş və öz xahişi əsasında dövlət hesabına vəkillə təmin edilmişdir. Bundan sonra təhqiqatçı şöbəninin inzibati binasında digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Bundan sonra ona üzərimdə qanunla qadağan edilmiş əşya və ya maddələri varsa təqdim etməyim təklif edilmişlər. O da əynimdəki şalvarın cibindən dörd bükümü çıxarıb təqdim edib bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan da sonra o, əynindəki gödəkcənin yan cibindən bir ədəd üzərində “Aosai” yazısı olan elektron təqdim edib həmin tərəzi vasitəsi ilə əldə etdiyi psixotrop maddələri çəkərək bükümlərə ayırdığını bildirmişdir. O,törətdiyi əmələdən peşimandır. Şahid3 ifadələrində göstərdi ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 03 fevral 2022-ci il tarixdə psixotrop maddə əldə etmək üçün oğurluq etmək fikrinə düşmüşdür. Həmin gün saat 03 radələrində, yəni gecə vaxtı ünvan 9 ünvanında dayanmış “Mercedes” markalı avtomobilin ön sərnişin oturacağının ayaqaltı hissəsində selofan paket onun diqqətini çəkmişdir. Ətrafda kiminsə olmadığına əmin olduqdan sonra yerdən götürdüyü dəmir parçası ilə avtomobilin sol arxa qapıının balaca şüşəsini sındıraraq sağ əlini avtomobilin içərisinə salıb qapını açmışdır. Həmin qapını açdıqdan sonra ön sağ tərəf qapını açmışdır. Ön sərnişin oturacağının ayaqaltısında olan paketdəki qol saatlarını və güzgüdən asılmış vəziyyətdə üzərində Daxili İşlər Nazirliyinin emblemi olan sepi götürmüşdür. Həmin vaxt avtomobilin ön sərnişin oturacağında, plastik qabda olan idman qidası və avtomobilin ön hissəsində, surətlər qutusunun ətrafında olan 1 ədəd şüşə qabda olan ətiri görmşdür. Bundan sonra avtomobili tərk etmişdir. Həmin avtomobildən oğurladığı 30 ədəd qol saatını Neftçilər metrosu yaxınlığında gördüyü tanımadığı adama birini 10 manatdan satmışdır. 54 ədəd saatı əvvəllər tanıdığı, Neftçilər metrosu yaxınlığında maqazini olan X5 vermişdir. Mahir saatları satdıqca pulunu verəcəyini ona demiş və o da razılaşmışdır. Altı ədəd qol satını isə arvadının qardaşı Cavid Babayevgilin evində saxlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Neftçilər” metrostansiyasının yaxınlığında Salyanı Vüqar kimi tanıdığı Təqsirləndirilən şəxs 15 manat verərək qarşılığında şəxsi istifadəsi üçün 01 büküm psixotrop maddə metamfetamin, yəni “şüşə” almış və onu daha sonra istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyi pulqabının içərisinə qoymuşdur. 09 fevral 2022-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126-ın qarşısında iki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ona oğurluq etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində gəzdirdiyi psixotrop maddənin də polis tərəfindən tutulacağından qorxduğu üçün qaçmağa cəhd etmişdir, lakin polislər buna imkan verməmişdir. Polis əməkdaşları ondan qaçmağının səbəbini soruşduqda o, polis əməkdaşlarına üzərində psixotrop maddə olduğundan qorxub qaçdığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu 24-cü PŞ-nə gətirmişlər. Şöbənin binasında ona vəkilin iştirakı ilə hüquq və vəzifələrim izah edilmişdir. Daha sonra otaqların birində polis əməkdaşlarının iştirakı ilə şöbənin təhqiqatçısı onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarışdan qabaq ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təhvil verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, özünə məxsus bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, içərisində 3 ( üç) manat pul və öz adıma “Kapital bank” tərəfindən verilmiş plastik kart olan pulqabını, 3 mart 2022-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində polis embleması olan sepi, əynində olan həmin gödəkcənin sağ yan cibindən içində 01 ədəd şaffaf sellofanda psixotrop maddə metamfetamin olan qara rəngli pul qabını təqdim edib həmin maddəni 08 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Onun təqdim etdiyi 01 büküm psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyulub möhürləndi. Şəxsi axtarış zamanı üzərində başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Heç kimə böhtan atmır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid3 üzərində aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini 08 fevral 2022ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosu yaxınlığında 15 manat müqabilində Təqsirləndirilən şəxs aldığını göstərmişdir. Şahid Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 09 fevral 2022-ci il tarixdə Nizami RPİ-nin 24cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən əməliyyat tapşırığı verilmişdi. Həmin əməliyyat tapşırığının icrası Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X10 həvalə edilmişdi. Qeyd olunan əməliyyat tapşırığında 03 fevral 2022-ci il tarixdə X6 məxsus “Mersedes” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən ümumilikdə 1800 manat dəyərində 90 ədəd qol saatının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verilməklə həmin oğurluğu edən şəxsin müəyyən edilməsi və iş üçün əhəmiyyət kəsb edə biləcək videogörüntülərin götürülməsi göstərilmişdir. Sözügedən əməliyyat tapşrığının icrası ilə bağlı o və Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Aqil Cəfərov 16 aprkl 1984-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində ünvansız evdə yaşayan Şahid3 həmin oğurluğu törətməkdə şübhəli bilindiyini müəyyən etmişlər. Şahid3 şəxsiyyətini müəyyən etdikdən sonra onu 09 fevral 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 11 ünvanında qarşısında tapmışlar və Vüsalı saxlamağa çalışmışlar. Saxlanılan zaman Şahid3 qaçmağa cəhd etdi, lakin o və X20 saxlamışlar. Özlərini Vüsala təqdim etdikdən sonra ondan nəyə görə qaçması barədə sual verdikdə o, üzərində narkotik vasitə olduğu üçün qorxub qaçmaq istədiyini bildirdi. Onlar da Şahid3 onlar tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nə aparılmışdır. Şahid3 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etdi. Bundan sonra Vüsal vəkillə təmin olundu o, şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 18:00 radələrində Şahid3 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Şahid3 üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşyanın olduğu halda təqdim etməsi təklif edilmişdir. Şahid3 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd Samsunq markalı mobil telefonu çıxardaraq həmin telefonun ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid3 həmin cibdən qara rəngli pul qabısını çıxardaraq həmin pul qabıda 3 manat məbləğində pul və öz adına “Kapital Bank”a məxsus bank kartının olduğunu bildirmişdir. Şahid3 əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd üzərində DİN-nin emblemi olan aksesuarı təqdim edərək həmin aksesuarı 03 fevral 2022-ci il tarixdə ünvan 12 ünvanın qarşısında “Mersedes” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurladığını demişdir. Daha sonra Şahid3 əynində olan idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli pul qabını çıxardaraq həmin pul qabının içərisində saxladığı şəffaf rəngli selofan bükülünü təqdim etmiş və həmin bükümün içərisində şüşə kimi tanıdığı narkotik vasitə olduğunu, qeyd olunan maddəni 08 fevral 2022-ci il tarixdə “Neftçilər” metrosu yaxınlığında Təqsirləndirilən şəxs 15 manata şəxsi istifadəsi üçün aldığını dedi. Aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd selofan bükülü, 01 ədəd mobil telefon və 01 ədəd aksesuar götürüldü. Digər əşyalar isə, yəni bank kartı, pul və pul qabı Şahid3 geri qaytarılmışdır. Sorğu zamanı Şahid3 oğurladığı 90 ədəd qol saatını Neftçilər metrosu yaxınlığında yerləşən dükanların birinə satdığını bildirmişdir. Yekunda protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan sonra, 09 fevral 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən digər bir əməliyyat tapşırığı verilmiş və həmin əməliyyat tapşırığının icrası Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 həvalə edilmişdir. Qeyd olunan əməliyyat tapşırığında göstərilmişdir ki, 03 fevral 2022-ci il tarixdə X6 məxsus “Mersedes” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən Şahid3 tərəfindən oğurluq edilmiş, bununla bağlı olaraq Şahid3 24-cü PŞ-nə gətirilərək üzərinə şəxs axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə ağ rəngli kristal halında maddə aşkar olunmuş, Şahid3 həmin maddənin narkotik vasitə olduğunu və onu 08 fevral 2022-ci il tarixdə tarixdə tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bununla əlaqədar əməliyyat tapşırığında Təqsirləndirilən şəxs müəyyən edilməsi göstərilmişdir. Sözügedən əməliyyat tapşrığının icrası ilə bağlı o və Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 02 avqust 1974-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayan Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satmaqda şübhəli bilindiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra onu saxlamışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onu 24-cü PŞ-nə dəvət etmişlər və sonuncu da etiraz etməyərək onlarla birgə şöbəyə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X9 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdna sonra həmin gün saat 20:00 radələrində 24-cü PŞ-nin təhqiqatçısı X7 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşyanın olduğu halda təqdim etmək təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli selofan bükülünü təqdim etmiş və həmin bükümlərin içərisində “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, qeyd olunan maddəni xx.xx.2022-ci il tarixdə Neftçala rayonu ərazisində Həmzə adlı İran İslam Respublikası vətəndaşından satış məqsədilə 70 manata aldığını, bir qismini tanımadığı şəxslərə satdığını, az bir hissəsini Şahid3 satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçəni sağ yan cibindən 01 ədəd qara rəngli üzərində “Aosai” sözü yazılmış elektron tərəzini təqdim edərək həmin tərəzini narkotik vasitə satarkən ölçmə işlərini apardığını demişdir. Aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan 04 ədəd selofan bükülü və 01 elektron tərəzi götürülmüşdür. Yekunda protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Şahid Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Şahid3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkəq Şahid3 əynindəki gödəkcənin sol yan cibindən özünə məxsus bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, həmin cibindən içərisində 3 manat pul və öz adına “Kapital bank” tərəfindən verilmiş plastik kart olan pulqabını, həmin cibindən 03 mart .2022-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuarı təqdim etdi. Bundan başqa əynində olan gödəkçənin sağ yan cibindən içində 01 ədəd şaffaf sellofanda psixotrop maddə metamfetamin olan qara rəngli pul qabını təqdim edib həmin maddəni 08 fevral.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İçərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə olan selofan büküm, “Samsung” markalı mobil telefon, üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuar götürülmüş, digər əşyalar isə Şahid3 geri qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 9 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Qalin oğlunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edib onların içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli üzərində “Aosai” yazısı olan elektron tərəzini təqdim edib elektron tərəzi vasitəsi ilə əldə etdiyi psixotrop maddələri çəkərək bükümlərə ayırdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş rəqəmsal vidio diskə «DVD» baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Şahid3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Şahid3 əynində olan qara rəngli gödəkcənin sol yan cibindən özünə məxsus bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, həmin cibindən içərisində 3 manat pul və öz adına “Kapital bank” tərəfindən verilmiş plastik kart olan pulqabını, həmin cibindən xx.xx.2022-ci il tarixdə “Mercedes” markalı avtomobildən oğurladığı 01 ədəd üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuarı təqdim etdi. Bundan başqa əynində olan gödəkçənin sağ yan cibindən içində 01 ədəd şaffaf sellofanda psixotrop maddə metamfetamin olan qara rəngli pul qabını təqdim edib həmin maddəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə olan selofan büküm, “Samsung” markalı mobil telefon, üzərində Daxili İşlər Nazirliyinin emblemi olan aksesuar götürülmüş, digər əşyalar isə Şahid3 geri qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş rəqəmsal vidio diskə «DVD» baxış keçirilməsi haqqında protokoldan görünür ki, 9 fevral 2022-ci il tarixdə lə Təqsirləndirilən şəxs Qalin oğlunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etdi və onların içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli üzərində “Aosai” yazısı olan elektron tərəzini çıxardıb təqdim etdi və həmin elektron tərəzi vasitəsi ilə əldə etdiyi psixotrop maddələri çəkərək bükümlərə ayırdığını bildirdi. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 6/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.....Şahid3....” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,796 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 6/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.....Təqsirləndirilən şəxs....” sözləri olan 1 nömrəli zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qr., 0,407 qr., 0,337 qr., 0,385 qr. ümumi təmiz çəkisi 1,499 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində “.....X8....” sözləri olan 1 nömrəli zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,499 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə “.....Şahid3....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,796 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 daxil olmuş 18 fevral 2022-ci il tarixli 1800 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədi. Məhkəmədə onun bu ifadəsi araşdırıldı, lakin onun bu ifadələri digər sübutlarla təkzib edildiyində, həmçinin məhkəmədə araşdırlmış ittiham edici sübutların məcmusu və işin faktiki halları öz təsdiqini tapdığından məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək məqsədilə əldə etiyini hissəsini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə bu ifadəni təsdiq edən sübut və hal müəyyən olunmadı. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilinib, bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin olduğu qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz saat) hüqüqi yardım gstərilməsi və bu səəbədən də ona 180 (yüz səksən) manat ödənilməi olması müəyyən olundu. Məhkəmə bu məbələqləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləqləri məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxs X2 tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı sayır. Çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələri ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanııb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qr., 0,407 qr., 0,337 qr., 0,385 qr. ümumi təmiz çəkisi 1,499 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamini,.Şahid3 aşkar olunub götürülmüş bir bükümdə təmiz çəkisi 0,796 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əmlak, bir ədəd üzərində “Aosai” yazısı olan elektron tərəzini istehlak dəyərini itirmiş əmlak kimi məhv edilməsini, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk sübut cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Məhkəməsinin 30 iyul 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2. 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 29,317-2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun əməlində cinayətələrin təhlükəli residivi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətin təhlükəli residivinin olması müəyyən olundu. Məhkəmədə hazırkı iş üzrə Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 11 fevral 2022-ci il tarxdə həbs edilib hazırkı vaxta qədər həbsdə saxlanıldığı müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın çəkilməsinin başlanğıcını 9 fevral 2022-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 5 may 2022-ci il tarixli 2252 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 9 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəza çkmə müəsiisəsində çəksin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, təqsirləndirilən şəxs X4 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləqlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanııb saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qr., 0,407 qr., 0,337 qr., 0,385 qr. ümumi təmiz çəkisi 1,499 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin,Şahid3 aşkar olunub götürülmüş bir bükümdə təmiz çəkisi 0,796 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əmlak, bir ədəd üzərində “Aosai” yazısı olan elektron tərəzini istehlak dəyərini itirmiş əmlak kimi məhv edilsin, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk sübut cinayət işinin materiallarında saxlanılmasın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1306/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1306/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver