Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1306/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda ümumi təmiz çəkisi 8510 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ümumi razılıq əsasında Təqsirləndirilən şəxs2 ilə birlikdə bir ədəd qara rəngli sellofan torbada əldə edib üzərilərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 06 fevral 2023-cü il tarixdə saat 20:31-də ünvan 3 ünvanının yaxınlığında əlində olan bir ədəd sellofan torba ilə saxlanılaraq birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 22:51dən etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdıqları külli miqdarda 8510 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikası vətəndaşı «Elşən» adlı şəxs və qeydlərinin naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda ümumi təmiz çəkisi 8510 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 ilə birlikdə bir ədəd qara rəngli sellofan torbada əldə etdikdən sonra qeyd edilən külli miqdarda narkotik vasitəni üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə 06 fevral 2023cü il tarixdə saat 20:31-də ünvan 3 ünvanının yaxınlığında əlində olan bir ədəd sellofan torba ilə saxlanılaraq birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdıqları külli miqdarda 8510 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, bir müddətdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitə istifadə etmişdir. 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 zəng edib, onu Əhmədli qəsəbəsinə görüşə çağırmışdır. Onlar birlikdə Biləsuvarda yaşadığını bildiyi “Elşən” adlı şəxsin ona verəcəyi 2 qutu marixuananı almaq üçün getmişlər. Razılaşmaya əsasən, Elşən adlı şəxs qutuları yerləşdirdiyi Əhmədli qəsəbəsi ərazisindəki yerlərin şəklini atmış, o isə 2 qutu marixuana üçün 100 manat pulu Elşənin kartına terminal vasitəsilə ödəmişdir. Şəkildə göstərilən yerlərə yaxınlaşsa da, amma qutuları görmədiyi və axtarıb tapa bilmədiyi üçün götürə bilməmişdir. Təqsirləndirilən şəxs2 kənarda durub izləmiş, həmin zaman 6 nəfər onlara yaxınlaşmış və Baş Narkotiklərlə Mübariz İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Zibil qutusunun yanında olan paketi avtomobilin baqajına atmışlar. O, həmin paketi ərazidə görsə də, onda narkotik vasitə olacağını ehtimal vermədiyindən qeyd edilən paketə nəzər yetirməmiş, hadisə yerində üzərlərinə şəxsi axtarış keçirilməşdir. Onlar polis əməkdaşaları tərəfindən bölməyə gətirilmiş, orada fiziki təzyiqlərə məruz qalmışlar. Bundan sonra onlara 8 kq narkotik vasitə marixuananı öhdələrinə götürmələrini, əks halda vətən xaini elan edilərək, CM-in müvafiq maddələri ilə ittiham olunacaqlarını bildirmişlər. Çəkiliş aparılan zaman döyüldüyü üçün polis əməkdaşlarının dediklərini təkrarlamışdr. İbtidai istintaq zamanı ifadə verməmiş, onun ifadəsini müstəntiq özü yazmış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2023 tarixində Elnur ona zəng edərək, Əhmədli qəsəbəsində görüşə çağırmışdır. Onlar Əhmədli metrosunun qarşısında görüşüb, çay bağına getməyə qərar vermişlər. Əhmədli ərazisində yerləşən 24 saat adlı marketin yanından keçəndə Elnur birlikdə istifadə etmələri üçün aldığı 2 qutu təxminən 10 qram narkotik vasitəni götürəcəyini bildirmiş, o da razılaşmışdır. Elnur ondan təxmini 10-15 metr aralanmış, təxmini 5-6 dəqiqə sonra Elnur qayıtmış və heç nə tapa bilmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşları onları saxlamış və İdarəyə gətirmişlər. Orada onlara fiziki təsir göstərilmiş, ailəsi ilə hədələnmiş, o, 3-cü qrup əlil olduğuna və təzyiqlərə dayana bilmədiyinə görə onların dediklərinə əməl etmişdir. O, qara paketdə olan narkotik vasitəni ilk dəfə polis idarəsində təhqiqatçının otağında görmüşdür. O, otağa daxil olanda həmin paketin içəridə olduğunu, 2022-ci ilin sentyabr ayından ayaqlarında olan problemə görə sakitləşdirici olaraq arabir ancaq narkotik vasitə marixuana istifadə etmişdir. Videoçəkiliş zamanı onun üzərimdən heç bir narkotik vasitə çıxmamış, ona verilən sənədlərə imza etməmişdir. İki gün Müvəqqəti saxlama yerində qaldığı zaman polis əməkdaşları onun yaralarına dərman vurduqlarından xəsarət izləri qalmamış, təxmini yarım saat 2 nəfər polis əməkdaşı tərəfindən döyülmüşdür. O, təcridxanaya daxil olanda xəsarətlərinin izləri yox olmuş, qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalmağı barədə məlumat verməmiş, sadəcə bu barədə müstəntiqə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin olduğunu görüb təxminən saat 20:31-də həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxslərə də özlərini təqdim etməsini bildirmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, sonra həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmiş, müdafiəçilər gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şəxsi axtarış və götürmə başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Elnur sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən Samsung markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən 20 qəpik pulu, gödəkcənin sol ön cibindən mənzil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da götürülmüş, aşkar edilmiş mənzil açarı və 20 qəpik pul Elnura qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, Elşən adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsilə Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini, narkotik vasitəni Elşən adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidən götürərək digər yerə qoymağı əvəzində Elşən adlı şəxsdən pul alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda ona narkotik vasitə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə qurudulmuş marixuananı Elnur tərəfindən sifariş edildiyini, onunla birlikdə həmin sellofan torbanı götürüb Elşən adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə digər yerə qoyacağı halda Elnurun ona narkotik vasitə və pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Onlara daxil olan məlumat narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı olmuş, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə hər hansı fiziki və ya mənəvi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Şahid1 məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin olduğunu görmüşlər. Həmin gün təxminən saat 20:31-də o, şəxslərə yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslərə özlərini təqdim etməsi barədə bildirmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Sonra həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçilər gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra şəxsi axtarış və götürmə başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən Samsung markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən 20 qəpik pulu, gödəkcənin sol ön cibindən mənzil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da götürülmüş, aşkar edilmiş mənzil açarı və 20 qəpik pul Elnura qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansısa əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, Elşən adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsilə Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini, narkotik vasitəni Elşən adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidən götürərək digər yerə qoymağı əvəzində Elşən adlı şəxsdən pul alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda ona narkotik vasitə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə qurudulmuş marixuananı Elnur tərəfindən sifariş edildiyini, onunla birlikdə həmin sellofan torbanı götürüb Elşən adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə digər yerə qoyacağı halda Elnurun ona narkotik vasitə və pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslər piyada hərəkət zamanı saxlanılmış, saxlanılan zaman əlverişli şərait olmadığına görə üzərilərinə və torbaya baxış keçirilməmiş, hər iki təqsirləndirilən şəxsin torbada narkotik vasitə olduğunu etiraf etmişlər. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə hər hansı fiziki və ya mənəvi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşları Şahid3 və Şahid4 da iş üzrə dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə eyni məzmunlu ifadə verərək, sonuncuların göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunmuş şahid DİN BMCMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Şahid1 məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin olduğunu görmüşlər. Həmin gün təxminən saat 20:31-də onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslərə özlərini təqdim etməsi barədə bildirmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmiş, müdafiəçilər gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra şəxsi axtarış və götürmə başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Elnur sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən Samsung markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən 20 qəpik pulu, gödəkcənin sol ön cibindən mənzil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da götürülmüş, mənzil açarı və 20 qəpik pul Elnura qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansısa əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, Elşən adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsilə Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini, narkotik vasitəni Elşən adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidən götürərək digər yerə qoymağı əvəzində Elşən adlı şəxsdən pul alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda ona narkotik vasitə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə qurudulmuş marixuananı Elnur tərəfindən sifariş edildiyini, onunla birlikdə həmin sellofan torbanı götürüb Elşən adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə digər yerə qoyacağı halda Elnurun ona narkotik vasitə və pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs1 ..01 ədəd sellofan torbadan aşkar edilmiş..” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 8510 qram (8kq 510 qr) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 8510 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 8509,8 qram. (01 cild, iş vərəqə 65-68) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1433 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (02 cild, iş vərəqə 19-20) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06.03. 2023-cü il tarixli 1288 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (02 cild, iş vərəqə 17-18) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə 06 fevral 2023-cü il tarixdə saat 20:31-də ünvan 3 ünvanının yaxınlığında əlində olan bir ədəd sellofan torba ilə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə etdikləri narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və bir ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (01 cild, iş vərəqə 47-50) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (01 cild, iş vərəqə 4-5; 175-177) İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (01 cild, iş vərəqə 4-5; 207) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-6/2-3854 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən satışını həyata keçirmək məqsədi ilə qabaqcadan əlbir olub birgə əldə edib saxlamalarına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq “Elşən” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (02 cild, iş vərəqə 16) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-5764/2023 saylı məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Qarının sol yan divarında köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həbs edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Qarının ön divarında bir neçə ədəd, sol bazu nahiyəsində bir ədəd köhnə çapıq toxuma müşahidə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etdiyi və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8509,8 qr çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmişdir. (01 cild, iş vərəqə 171-172) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməmələri, polis əməkdaşlarının onların üzərinə narkotik vasitə yükləmələri, polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalmaları, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamaları ilə bağlı verdikləri ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri, ibtidai istintaq zamanı özlərinin etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında”, “üzləşdirmə” protokolları və digər sübutlarla da tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Bir neçə gün bundan əvvəl tanımadığı İran İslam Respublikasına məxsus mobil nömrədən zəng gəlmişdir. Həmin zəng edən şəxsin adı Elşən olmuşdur. Elşən adlı şəxs İran İslam Respublikasının vətəndaşı olduğunu və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Lakin Elşən adlı şəxsdən onun nömrəsini haradan və ya kimdən alması barədə məlumat ala bilməmişdir. Elşən adlı şəxs ona demişdir ki, əgər istəsə pul qazana bilər. Pul qazanmaq üçün Elşən adlı şəxsin göndərdiyi narkotik vasitəni onun dediyi ünvandan götürüb dediyi ünvanlara aparmağı müqabilində 200 manat pul verəcəkdir. Pula ehtiyacı olduğu üçün razılaşmışdır. Bu barədə dostu Təqsirləndirilən şəxs2 bildirmişdir. Orxan da narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Orxana demişdir ki, iranlı ona narkotik vasitə göndərib onu gedib götürəcəkdir, onun dediyi ünvanlara qoyub əvəzində 200 manat pul alacaqdır, əgər onunla getsə çəkmək üçün narkotik vasitə və aldığı puldan verəcəkdir. Təqsirləndirilən şəxs2 da narkotik vasitə və pul alacağı üçün onunla gedib narkotik vasitə götürə biləcəyini bildirmişdir. Bundan sonra 06 fevral 2023-cü il tarixdə axşam tərəfi Orxan ilə görüşüb Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan əraziyə getmişdir. Elşən adlı şəxsin dediyi ünvanda bir ədəd qara rəngli sellofan torba, həmin sellofan torbada isə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bundan sonra həmin sellofan torbanı götürmüş və Orxan ilə birlikdə oradan uzaqlaşmaq istəmişdir. Həmin tarixdə saat 20:31-də ünvan 5 ünvanın yaxınlığında olduğu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşmışdır. Mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatları barədə soruşmuşdur. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona və Orxana narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Orxan ilə birlikdə müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən Samsung markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən 20 qəpik pulu, gödəkcənin sol ön cibindən mənzil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da götürülmüşdür. Aşkar edilmiş mənzil açarı və 20 qəpik pul qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansısa əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, Elşən adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə getdiyini, narkotik vasitəni Elşən adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidən götürərək digər yerə qoymağı əvəzində Elşən adlı şəxsdən pul alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda ona narkotik vasitə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək narkotik vasitə qurudulmuş marixuananın Elnur tərəfindən sifariş edildiyini, onunla birlikdə həmin sellofan torbanı götürüb Elşən adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə digər yerə qoyacağı halda ona narkotik vasitə və pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 araşdırma zamanı verdiyi izahatı, həmçinin şübhəli şəxs qismində verdiyi ifadəsi təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə eyni məzmunlu olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilməyərək ifadə verməyəcəyini, məhkəmədə ifadə verəcəyini bildirərək qərar və protokolları imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 yenidən ittiham edilən zaman özünü təqsirli bilməməsi, ifadə verməməsi, qərar və protokolları imza etməməsi cinayət işi materialları ilə təkzib edilərək vəsatət kimi qəbul edilərək rədd edilmişdir. (01 cild, iş vərəqə 110-113; cild 02, iş vərəqə 50-51) Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs1 onun dostudur. Münasibətləri çox yaxşıdır, düşmənçilik və ya ədavətim yoxdur. 06 fevral 2023-cü il tarixdə Elnur onunla söhbət edən zaman bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs narkotik vasitə göndərmişdir, həmin narkotik vasitəni götürüb başqa bir ünvana aparıb qoyacağı müqabilində çəkmək üçün narkotik vasitə və 200 manat pul əldə edəcəkdir. Bu işdə ona kömək etsə ona da çəkmək üçün narkotik vasitə və pul verəcəkdir. Narkotik vasitə istifadə etdiyi üçün narkotik vasitəni götürüb Elşən adlı şəxsin dediyi ünvana qoymağa razılıq vermişdir. Bundan sonra 06 fevral 2023-cü il tarixdə axşam tərəfi Elnur ilə görüşüb Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan əraziyə getmişdir. Elşən adlı şəxsin dediyi ünvanda bir ədəd qara rəngli sellofan torba, həmin sellofan torbada isə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bundan sonra Elnur həmin sellofan torbanı götürmüş və birlikdə oradan uzaqlaşmaq istəmişdir. Həmin tarixdə saat 20:31-də ünvan 5 ünvanın yaxınlığında olduğu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşmışdır. Mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və anket məlumatları barədə soruşmuşdur. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona və Elnura narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları İlə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elnura paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Elnur sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən Samsung markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən 20 qəpik pulu, gödəkcənin sol ön cibindən mənzil açarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da götürülmüşdür. Aşkar edilmiş mənzil açarı və 20 qəpik pul Elnura qaytarılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansısa əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarımın sol arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar edilmiş mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Elşən adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, Elşən adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsilə onun ilə birlikdə getdiyini, narkotik vasitəni Elşən adlı şəxsin göstərişi ilə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidən götürərək digər yerə qoymağı əvəzində Elşən adlı şəxsdən pul alacağını, onun da kömək edəcəyi halda ona narkotik vasitə qurudulmuş marixuana və pul verəcəyini bildirmişdir. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə qurudulmuş marixuananın Elnur tərəfindən sifariş edildiyini, Elnur ilə birlikdə həmin sellofan torbanı götürüb Elşən adlı İran İslam Respublikasının vətəndaşının göstərişi ilə digər yerə qoyacağı halda Elnurun ona narkotik vasitə və pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 araşdırma zamanı verdiyi izahatı, həmçinin şübhəli şəxs qismində verdiyi ifadəsi təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə eyni məzmunlu olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilməyərək ifadə verməyəcəyini, məhkəmədə ifadə verəcəyini bildirərək qərar və protokolları imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 yenidən ittiham edilən zaman özünü təqsirli bilməməsi, ifadə verməməsi, qərar və protokolları imza etməməsi cinayət işi materialları ilə təkzib edilərək vəsatət kimi qəbul edilərək rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (01 cild, iş vərəqə 95-99) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdıqları külli miqdarda 8510 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, habelə, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özlərində saxlamış və daşımışdırlar. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi xaric edilib və 03 il 07 ay cəza təyin edilib. xx.xx.2015-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 07 ay 08 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2016-cı ildə cəzasını tam çəkib qurtarmışdır. (02 cild, iş vərəqə 6-8) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. AR CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilməli və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə onun üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (02 cild, iş vərəqə 4-5; 10-15) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməli lakin onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-105/2023 saylı hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il hissəsi, Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X1 Şəxsinin xx.xx.2023-cü il tarixli 3064 saylı məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1993-cü il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə yuxarıda adı çəkilən xəstəxanada müalicə olmayıblar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-176/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmışdır. (02 cild, iş vərəqə 18; 154-158) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1433 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli. o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 19/23 saylı məktubuna əlavə edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmur. (02 cild, iş vərəqə 1-3) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-175/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmışdır. (02 cild, iş vərəqə 35; 159-163) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1288 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 78.82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 39 manat 41 qəpik və Təqsirləndirilən şəxs2 39 manat 41 qəpik tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” mobil telefon cihazı və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” mobil telefon cihazı təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılması qərara alınmışdır. (02 cild, iş vərəqə 21-30) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8510 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 8509,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərara əsasən, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon cihazının Təqsirləndirilən şəxs1 yaxın qohumlarına və 01 ədəd “Samsung” mobil telefon cihazının isə Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-105/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-105/2023 saylı hökmü üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 8509,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərara əsasən, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon cihazının Təqsirləndirilən şəxs1 yaxın qohumlarına və 01 ədəd “Samsung” mobil telefon cihazının isə Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 78.82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs1 39 manat 41 qəpik və Təqsirləndirilən şəxs2 39 manat 41 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1306/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1306/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver