Məhkəmə qərarları › İş №1(101)-1307/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1307/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1307/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X13 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi – “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx xxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 20/67 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qəimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏNnin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində istintaqa məlum olmayan Elya adlı qadından satış məqsədi olmadan qanunsuz olaraq 70 manat pulun müqabilində külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində 26 noyabr 2024-cü il tarixdə, saat 09:45də Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 20/67 ünvanının qarşısında saxlanılıb ünvan 1rləşən Bakı şəhəri Yasamal RPİ- nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan krem rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümdə ayrı-aynlıqda təmiz çəkiləri 1,164 qram və 1,293 qram, ümumi təmiz çəkisi 2,457 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.

Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPl-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:45-də ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb Yasamal RPİ-nə gətirdikdən sonra onun üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa, onu könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükülüsünü çxarıb təqdim edərək həmin bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl 70 manata aldığını və sonradan özü qəbul etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin iki ədəd bükülü açıldıqda içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş və aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyularaq möhürlənmişdir.

4. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir.

5. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, X2 üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman X9 əynində olan krem rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükülüsünü təqdim edib, həmin bükülülərin içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 25 noyabr 2024cü ildə gecə saatlarında Zülfü Adıgözəlov küçəsində «Elya» adlı qadından öz istifadəsi üçün 70 manata alaraq üzərində saxladığını bildirmişdir ( i.v.39-40).

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5305 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “İsgəndərova Rənanın üzərindən aşkar olunan maddələr...” yazıları olan bir ədəd zərfin içərisində iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,164 qram və 1,293 qram, ümumi təmiz çəkiləri 2,457 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir ( i.v.45-50).

7. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1144 saylı rəyindən görünür ki, X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir ( i.v.168- 169).

8. Məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli, 771 saylı rəyindən görünür ki, müayinə zamanı X5 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 06 yanvar 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19.2” diaqnozu ilə dispanser qeydiyyatındadır ( i.v.170-171).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X17 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 fevral 2025-ci il tarixli, 441 saylı rəyindən görünür ki, X9 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, cinayətin törədildiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. AR CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur ( i.v.173-175).

10. “Sübutların qiymətləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, X6 AR CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, X2 götürülmüş ümumi təmiz çəkisi 2,457 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, həmin metamfetaminin tədqiqatdan sonra 2,357 qram qalığın saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilməsi, X4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır ( i.v.179-188).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

11. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X9 özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə, səhər saat 09 radələrində oğlunu dərsə yola salmış, ondan sonra təxminən saat 09:30- 10:00 radələrində polis əməkdaşları onun yaşadığı evə daxil olaraq evində axtarış keçirib qanunsuz heç nə tapmadıqdan sonra onu bacısının Oruc adlı şəxslə faktiki nikahda yaşadığı evinə aparmışlar. Oradan bacısı Mayanı və Orucu da götürərərək üçünü də polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində qanunsuz hər hansı maddə olmamışdır. Polis bölməsində onun üzərinə iki büküm qoyulmuş, ona fiziki və psixoloji təzyiq göstərilərək videoçəkiliş zamanı həmin bükümlərin özünə məxsus olmasını bildirməsi deyilmişdir. O da qorxusundan polis əməkdaşlarının dediklərini etmişdir.

12. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquqmühafizə orqanlarına müraciət etmədiyini, başında döyülmə nəticəsində yaranmış şişkinliklərin olduğunu, lakin istintaq təcridxanasına daxil olarkən xəsarətinin qeydə alınmadığını, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən arada bir istifadə etdiyini, lakin həmin gün üzərində olmadığını bildirmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

15. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

16. “Şübhəli şəxsin tutulması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, X9 26 noyabr 2024-cü il tarixdə, saat 09:45-dən tutulmuş hesab edilmişdir ( i.v.28).

17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(004)- 1054/2024 saylı qərarından görünür ki, X9 barəsində həbsetmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir ( i.v.95-99).

18. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 fevral 2025-ci il tarixli tələbnamədən görünü ki, X9 əvvəllər məhkum olunmamışdır ( i.v.119-120).

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(004)- 232/2025 saylı qərarından görünür ki, X4 həbsdə saxlanılma müddəti 02 ay 01 gün müddətə, yəni 27 may 2025-ci il tarixədək uzadılmışdır (i.v.139-142).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

20. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

21. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

22. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

23. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

24. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

25. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

26. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olRənan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

29. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

30. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

31. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

32. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək polis əməkdaşları tərəfindən evdən aparıldığını, üzərində hər hansı qanunsuz predmetin olmadığını, polis bölməsində fiziki və psixoloji təsir-təzyiqlərə məruz qaldığını, bu səbəbdən ona təqdim edilmiş bütün sənədləri imzalayaraq cinayəti etiraf etdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşaraq onun həmin ifadəsini işin fakitki halları və iş materiallarında olan sübutlarla uzlaşmayan, sadəcə məsuliyyətdən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir.

33. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən 09:45 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində olan zaman hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən ona və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş və sonra isə təhqiqatçı üzərində gəzdirlməsi qanunla qadağan edilən əşya və maddənin olub-olmadığını soruşmuş, olduğu halda isə təqdim etməyi təklif etmişdir. Bundan sonra o, əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə metamfetamini təqdim etmiş, sorğu zamanı təqdim etdiyi iki ədəd bükümdə olan maddənin «patı», yəni metamfetamin olduğunu bildirib, həmin bükümləri 25 noyabr 2024-cü il tarixdə gecə saat 23 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsində «Elya» adlı qadından Özü istifadə etmək üçün 70 manata aldığını demişdir. Həmin metamfetamin ‘‘Elya” adlı qadın tərəfindən gündəlik normasına uyğun olaraq sellofan bükümlərə bükülümüşdür. Çünki metamfetamin qəbul etdiyi üçün həmin maddələrə gündəlik tələbatı çoxdur.Təqdim etdiyi iki ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bundan sonra iştirakçılar şəxsi axtarış zamanı yazılmış protokolla tanış olub, protokol düzgün yazıldığından onlar və həmçinin onun özü tərəfindən imzalarla təsdiq edilmişdir.

34. Məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həmin ifadəni fiziki və psixoloji təzyiq nəticəsində imzaladığını bildirsə də, təqsirləndirilən şəxsin həmin dəlilləri də tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

35. Belə ki, həm iş materiallarından, həm də təqsirləndirilən şəxsin məhkəmə iclasında ona ünvanlanmış suala cavabından görünür ki, təqsirləndirilən şəxs bu günədək polis bölməsində təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrində də bu xüsusata toxunmamışdır.

36. Məhkəmə iclasında göstərilən xüsusatla əlaqədar təqsirləndirilən şəxsə sual ünvanladıqda o, başında polis əməkdaşlarının vurması nəticəsində yaranmış şişkinliyin olmasına baxmayaraq istintaq təcridxanasına daxil olan zaman bununla bağlı qeydiyyat aparılmadığını bildirsə də, məhkəmə qeyd edir ki, şəxsin şəxsin bədənində və ya başında hər hansı xəsarətlərin olduğu halda xəsarətlərin istintaq təcridxanası tərəfindən qeydə alınmaması real və inandırıcı deyil.

37. Məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.

38. Məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş məhkumun 9235/2024 saylı tibb kartından görünür ki, təqsirləndirilən şəxs Rəna İsgəndərova istintaq təcridxanasına daxil olan zaman həbs olunarkən xəsarət aldığını bildirsə də, müayinə zamanı onda yeni xəsarət aşkar olunmamışdır.

39. Bundan savayı, təqsirləndirilən şəxsin polis bölməsində fiziki təzyiqə məruz qalmasına dair irəli sürdüyü arqument iş materiallarında olan və ən önəmli sübut növü olan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 1144 saylı rəyi ilə də tam təkzib olunmuşdur.

40. Həmin rəydən görünür ki, X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (i.v.168-169).

41. Həmçinin, şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videodiskdən də Rəna İsgəndərovanın üzündə hər hansı xəsarətin olmaması, onun tam sərbəst şəkildə davranması, üzərindən aşkar edilmiş psixortop maddənin əldə olunma mənbəyi və vaxtı barədə tam təfərrüatlı məlumat verməsi açıq-aşkar görünür.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

43. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

44. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamış, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi və Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş tibb kartı ilə onda hər hansı xəsarətlərin olmaması müəyyən edilmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, psixoloji təsirlə bağlı hər hansı hala istinad edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

45. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntüdən təqsirləndirilən şəxsin könüllü şəkildə gödəkçəsinin cibində olan bükümləri təqdim etməsi, tam sərbəst və ətraflı şəkildə həmin bükümləri aldığı şəxsin adını, o cümlədən, həmin şəxsə verdiyi pulun məbləği ilə bağlı halları bildirməsi görünməkdədir ki, bu da təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə zamanı təsir-təzyiq və qorxu altında müvafiq xüsusatları göstərməsinin real olmamasının göstəricilərindən biri kimi qiymətləndirilir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

47. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək X4 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

48. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

49. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

50. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

51. X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

52. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.).

53. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

54. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

55. İş üzrə mülki iddia yoxdur.

56. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

57. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

58. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

X9 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 noyabr 2024-cü il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 2,357 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat X2 tutularaq dövlət nəfinə keçirilsin. X4 dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar