Məhkəmə qərarları › İş №1(101)-1308/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1308/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1308/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 5-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X14 xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan şəxsə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “SAB” aptekindən, qeydiyyatda olduğu Bakı şəhər Narkoloji Dispanseri tərəfindən ona verilmiş resept əsasında aldığı güclü təsir edən maddələr olan “Alyse” və “Tramadol” həblərinin müəyyən miqdarını verib, əvəzində sonuncudan satış məqsədi ilə qanunsuz olaraq, təmiz çəkisi 0,087 qram psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0,506 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 13:15 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd konvalyutda, hər birində 14 ədəd, ümumilikdə 28 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,2 qram üzərində “Alyse 150 mg” göstəricisi olan həblər, 1 ədəd konvalyutda ümumilikdə 10 ədəd göy-ağ rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,5 qram, üzərində “Tramadol 50 mg” yazısı olan həblər, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,276 qram və 0,230 qram, ümumi təmiz çəkisi 0,506 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,087 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X14 xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan şəxsə, bir neçə ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “SAB” aptekindən, qeydiyyatda olduğu Bakı şəhər Narkoloji Dispanseri tərəfindən ona verilmiş resept əsasında aldığı güclü təsir edən maddələr olan “Alyse” həbindən, onda qalıq qalan müəyyən miqdarını verib, əvəzində sonuncudan satış məqsədi ilə qanunsuz olaraq, təmiz çəkisi 0,036 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,451 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 03 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 4 ədəd konvalyut kəsiyində 4 ədəd ağ rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram olmaqla üzərində “Alyse 150 mg” göstəricisi olan həblər, 01 ədəd bükümdə, təmiz çəkisi 0,036 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,451 qram ağ rəngli krstallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2010-cu ildən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda olmaqla 2017-2019-cu illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Bundan başqa müalicə məqsədi ilə Bakı şəhər Narkoloji Mərkəz tərəfindən rəsmi olaraq ona verilən resept əsasında aptekdən qanuni olaraq narkoloji dərmanlar alaraq qəbul etmişdir. Dərmanları olmayanda məcbur qalıb “kakos” kimi tanıdığı narkotik vasitə taparaq qəbul etmişdir. Təxminən 20 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 12 yanvar 2022-ci il tarixdə səhər saatlarında o, Nəsimi rayonu ərazisində yerləşən “SAB” aptekinə gedərək Narkoloji Mərkəzdən ona verilmiş resept əsasında qanuni olaraq 4 list, ümumilikdə 56 ədəd “Alyse” həbləri və 4 list, ümumilikdə 40 ədəd “Tramadol” həblərini almış və oradan müalicə məqsədi ilə X15 gəlmişdir. Həmin vaxt xəstəxanada ondan başqa narkoman xəstələr də olmuş, həmin narkomanlardan tanımadığı biri ona yaxınlaşaraq özündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onun pulu olmadığı üçün “SAB” aptekdən aldığı “Alyse” və “Tramadol” həblərindən həmin şəxsə 2 list, ümumilikdə 28 ədəd “Alyse” adlı həbləri və 3 list ümumilikdə 30 ədəd “Tramadol” həblərini verərək əvəzində 2 büküm “kakos” kimi tanıdığı narkotik vasitəni və 1 büküm “patı” kimi tanıdığı psixotrop maddəni həmin şəxsdən götürmüş və yaşadığı ünvana gəlmişdir. Həmin tarixdə saat 13:15 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olarkən tanımadığı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. O da heç bir narazılıq etmədən polis əməkdaşları ilə birlikdə 4-cü Polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan gödəkçənin iç cibindən 2 list, hər birində 14 ədəd ümumilikdə 28 ədəd üzərinə "Alyse" yazısı olan həb, 1 list, ümumilikdə 10 ədəd həb olan üzərinə "Tramadol" sözləri həkk olunmuş həbləri, əynində olan cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofanın içərisində 02 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal halında olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı o bildirmişdir ki, həmin həbləri “SAB” aptekindən qanuni şəkildə almış və həblərdən Kliniki Mərkəzdə tanımadığı şəxsə verərək əvəzinə üzərindən aşkar olunan heroini və psixotrop maddə metamfetamini alıb öz istifadəsi üçün üzərində gəzdirimişdir. Təqdim etdiyi bükümlər və həblər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş, imzalarla təsdiq olunmuşdur. Bundan sonra, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında o, müalicə məqsədi ilə X15 getmiş, orada ondan başqa müalicə məqsədi ilə gəlmiş narkoman xəstələr arasında tanış olduğu, adını bilmədiyi şəxs özündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. O, pulu olmadığından bir müddət əvvəl qanuni yolla Narkoloji Mərkəzdən ona verilmiş resept əsasında Nəsimi rayonu ərazisində yerləşən “SAB” aptekdən aldığı “Alyse” dərmanından üzərində qalmış 10 ədəd həbdən həmin şəxsə 6 ədəd “Alyse” adlı həbləri verərək əvəzində 1 büküm “kakos” kimi tanıdığı narkotik vasitəni və 1 büküm “patı” kimi tanıdığı psixotrop maddəni həmin şəxsdən götürmüş və yaşadığı ünvana gəlmişdir. 03 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olarkən tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə 4-cü Polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində 04 ədəd üzərində “Alyse” yazısı olan həbləri, 01 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədəd kök rəngli kağıza bükülmüş kristal halında olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, o, həmin həbləri bir müddət əvvəl “SAB” aptekindən qanuni şəkildə almış və həblərdən müəyyən qədərini X11 tanımadığı şəxsə verərək əvəzinə üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alıb öz istifadəsi üçün üzərində gəzdirmişdir. Təqdim etdiyi bükümlər və həblər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 12 yanvar 2022-ci il tarixdə raport əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid1 ilə birlikdə məlumat əsasında saat 12 yanvar 2022-ci il tarixdə saat 13:15 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, yaşadığı evin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxs özünü xx.xx.1977-cu təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onların tərəfindən Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə dəvət edilmiş, polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Həmin vaxt o, əynində olan gödəkçənin cibindən 2 list, hər birində 14 ədəd olmaqla ümumilikdə 28 ədəd üzərinə “Alyse” yazısı olan həbləri, 1 list ümumilikdə 10 ədəd həb olan üzərinə “Tramadol” sözləri həkk olunmuş həbləri, əynində olan cins şalvarın cibindən şəffaf rəngli sellofanın içərisində 02 ədəd büküm kəskin spesifik iyə məxsus tozşəkilli narkotik vasitə heroinə bənzər və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu həmin əşyaları “SAB” aptekindən qanuni yolla resept əsasında aldığını, “Alyse” və “Tramadol” həblərinin müəyyən qədərini X11 tanımadığı şəxsə verǝrǝk əvəzinə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri öz istifadəsi üçün alıb üzərində gəzdirməsini, 12 yanvar 2022-ci il tarixdə saat 13:15 radələrində Rəsulzadə qəsəbəsində, yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə raport əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin sahə inspektoru Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid4la birlikdə məlumat əsasında 03 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən etmişlər. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş və 4-cü Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmiş, sonuncu əynində olan şalvarının cibindən şəffaf rəngli sellofanın içərisində 04 ədəd üzərində “Alyse” yazısı olan həbləri, 01 ədəd bükümdə kəskin spesifik iyə malik tozşəkilli narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd kök rəngli kağıza bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni və əynində olan qara rəngli şalvarının cibindən “FLY” markalı mobil telefonu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 04 ədəd həbləri bir neçə ay əvvəl qanuni yolla resept əsasında “SAB” aptekindən aldığı həblərdən qalıq qaldığını və həmin həblərdən müəyyən qədərini X11 tanımadığı şəxsə verərək əvəzində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri öz istifadəsi üçün alıb üzərində gəzdirməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilən ifadəsində digər polis əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 232-234). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığı evin yaxınlığında üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması bildirilir (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 90-91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs bir müddət müşahidə etdikdən sonra Rəsulzadə qəsəbəsində yaşadığı ünvanın yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə saat 15:15-də saxlanılmış və 4-cü Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 2 list, hər birində 14 ədəd olmaqla ümumilikdə 28 ədəd üzərinə "Alyse" yazısı olan həbləri, 1 list 10 ədəd olmaqla üzərinə “Tramadol” sözləri hək olunmuş həbləri, göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofanın içərisində 02 ədəd büküm kəskin spesifik iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ümumilikdə 56 ədǝd “Alyse” adlı həbləri və 40 ədǝd “Tramadol” adlı həbləri “SAB” aptekindən aldığını və həblərdən müəyyən qədərini X11 tanımadığı şəxsə verərək əvəzində üzərindən aşkar edilmiş narkotik vasitǝyǝ və psixotrop maddəyə bənzər kütlələri aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə, psixotop maddəyə bənzər kütlələr və üzərinə "Alyse" və "Tramadol" sözləri yazılmış həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 120-122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/215 saylı rəyindən görünür ki, tədqiqat obyektləri üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 173” dairəvi möhür əksləri olan, "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə: - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,087 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,276 qram, 0,230 qram, ümumi təmiz çəkisi 0,506 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində "Tpaмадол 50 мr” göstəricisi olan 1 ədəd konvalyutda ümumilikdə 10 ədəd göy-ağ rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,5 qram (bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,050 qramdır) olduğu müəyyən edildi. - üzərində "ALYSE 150 mg" göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 28 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,2 gram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,150 qramdır) olduğu müəyyən edildi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahi İ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tasdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxidir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 127-132). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə 12 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 136-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə keçirilmiş şəxsi axtarışı özündə əks etdirən diskə baxış keçirilmiş, diskdə “01042” adlı fayl müəyyən olunmuş, həmin fayla baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən həmin şöbənin inzibati binasında xidməti iş otağında 4-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid1, Binəqədi RPİ-nin ekspert kriminalisti, polis mayoru X7 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı, polis kapitanı İsmayıl Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbayan Respublikası CPM-də nəzərdə tutulan müvafiq hüquqları izah edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda qarşısındakı masanın üzərinə qoyması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 2 list, hər birində 14 ədəd ümumilikdə 28 ədəd üzərinə “Alyse” yazısı olan həb, 1 list ümumilikdə 10 ədǝd həb olan üzərinə “Tramadol” sözləri həkk olunmuş həbləri, əynində olan cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofanın içərisində 02 ədəd bükümdə kəskin spesifik iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni masanın üzərinə qoyur, sorğu zamanı Təqsirləndirilən şəxs ümumilikdə 56 ǝdǝd “Alyse” adlı həbləri və ümumilikdə 40 ədəd “Tramadol” adlı həbləri “SAB” aptekindən qanuni yolla resept əsasında aldığını və həmin həblərdən müəyyən qədərini X11 tanımadığı şəxsə verərək əvəzinə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri öz istifadəsi üçün alıb üzərində gəzdirməsini, 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülür (cild 1, iş vərəqi 171-172). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Rəsulzadə qəsəbəsində yaşadığı evin yaxınlığında üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs bir müddət müşahidə etdikdən sonra Rəsulzadə qəsəbəsində yaşadığı ünvanın yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə saat 14:30-da saxlanılmış və 4-cü Polis şöbəsinə gətirilmişdir ( cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müvafiq təklifdən sonra qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində 04 ədəd üzərinə "Alyse" yazısı olan həbləri, 01 ədəd büküm kəskin spesifik iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər vǝ 01 ədəd kök rəngli kağıza bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs 04 ədəd həbləri bir neçə ay əvvəl “SAB” aptekindən aldığı həblərdən qalıq qaldığını və həmin həblərdən müəyyən qədərini 1 saylı Respublika Kliniki Mərkəzdə tanımadığı şəxsə verərək əvəzində üzərindən aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələri aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol yan cibindən “FLY” markalı mobil telefonu təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitǝyǝ, psixotrop maddəyə bənzər kütlələr, üzərinə "Alyse" sözləri yazılmış həblər və “FLY” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1778 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Arayışlar üçün № 173” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,036 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 4 ədəd ağ rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 40-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə keçirilmiş şəxsi axtarışı özündə əks etdirən diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskin tərkibindəki 02 (iki) ədǝd “01299” və “01300” adlı fayllar vardır. “01299” adlı fayla baxış zamanı müəyyən olunur ki, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən həmin şöbənin binasında xidməti otağında 4-cü PŞ-nin üzrə əməliyyat müvəkkili, baş leytenantı Şahid3, inspektor, polis leytenantı Şahid4, Binəqədi RPİ-nin ekspert kriminalisti, polis mayoru X2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan müvafiq hüquqları izah edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda qarşısındakı masanın üzərinə qoyması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində 04 ədəd üzərində "Alyse" yazısı olan həblər, 01 ədəd büküm kəskin iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər, 01 ədəd kök rəngli kağıza bükülmüş kristal halında olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həbləri bir neçə ay əvvəl “SAB” aptekindən aldığı həblərdən qaldığını, həmin həblərdən müəyyən qədərini 1 saylı Respublika Kliniki Mərkəzdə tanımadığı şəxsə verərək üzərindən aşkar edilmiş maddəyə bənzər kütlələri alıb üzərində gəzdirməsini, xx.xx.2022-ci tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol yan cibindən “FLY” markalı mobil telefonu təqdim etməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız qablaşdırılıb Azərbaycan Respublikası Daxili Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülür (cild 1, iş vərəqi 220-221). İşdə olan cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 1, iş vərəqi 83-84). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanına gəldikdən sonra, Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən “SAB” aptekini göstərərək, qeyd etmişdir ki, 2010-cu ildən Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatdadır və 2017-2019-cu illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Bundan başqa müalicə məqsədi ilə Bakı şəhər Narkoloji Mərkəz tərəfindən rəsmi olaraq ona verilən resept əsasında qanuni olaraq aptekdən narkoloji dərmanlar alaraq qəbul etmişdir. Dərmanları olmadığı təqdirdə məcbur olaraq “kakos” kimi tanıdığı narkotik vasitə taparaq qəbul etmişdir. O, təxminən 20 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 03 aprel 2022-ci il tarixdə o, müalicə məqsədi ilə X15 getmişdir. Orada ondan başqa müalicə məqsədi ilə gəlmiş narkoman xəstələr arasında tanış olduğu adını bilmədiyi şəxs onda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. O, isə pulu olmadığından Nəsimi rayonu ərazisində yerləşən SAB aptekdən Narkoloji Mərkəzdən ona verilmiş resept əsasında bir neçə ay əvvəl aldığı 4 list “Alyse” dərmanından onda qalıq qalmış 10 ədəd həbdən həmin şəxsə 6 ədəd “Alyse” adlı həbini verərək əvəzində 1 büküm “kakos” kimi tanıdığı narkotik vasitəni və 1 büküm “patı” kimi tanıdığı psixotrop maddəni ondan götürmüş və yaşadığı ünvana gəlmişdir. 03 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olarkən tanımadığı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə 4-cü Polis şöbəsinǝ getməsini bildirmişlər. O, da heç bir narazılıq etmədən polis əməkdaşları ilə birlikdə 4-cü Polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə bildirilmişdir. O, da vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində 04 ədəd üzərində “Alyse” yazısı olan həbləri, 01 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədǝd kök rəngli kağıza bükülmüş kristal halında olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin həbləri “SAB” aptekindən qanuni şəkildə almış və həblərdən müəyyən qədərini X11 tandımadığı şəxsə verərək əvəzində üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alıb öz istifadəsi üçün üzərində gəzdirmişdir. Təqdim etdiyi bükümlər və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb “Azərbaycan Respublikası DİN-nin zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq olunmuşdur ( cild 1, iş vərəqi 55-61) İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan və raportdan görünür ki, X4 aşkar edilmiş 2 list, hər birində 14 ədəd, ümumilikdə 28 ədəd üzərində “Alyse” yazısı olan həblər, 1 list ümumilikdə 10 ədəd, üzərinə “Tramadol” yazısı olan həblər, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,276 qram və 0,230 qram, ümumi təmiz çəkisi 0,506 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,087 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış istintaq hərəkətinin gedişatını özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 24 ədəd preqabalin həbləri, 8 ədəd tramadol həbləri, 0,406 qram heroin və 0,67 qram metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 173-176). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə çəkisi 0,036 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd təsir maddəsinin ümumi miqdarı 0,6 qram olan ağ rəngli kapsulun tərkibində preqabilin həbləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,016 qram heroin, 0,401 qram metamfetamin və 3 ədəd preqabalin həbləri işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Binəqədi RPİnin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 222-225). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş bir ədəd “FLY” markalı mobil telefon aparatına baxış keçirilmiş, müəyyən edilmişdir ki, aparat işlək vəziyyətdədir, üzərində simkart yoxdur. Telefon aparatının yaddaşında “Soobşenie” başlıqlı SMS yazışması bölümündə, “Kontaktı” başlıqlı telefon kitabçasında, həmçinin, “Jurnal” başlıqlı daxil olan, çıxan və qəbul edilməyən zənglər siyahısı bölümündə iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 228). İşdə olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 060-345-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə müvafiq əməliyyat-axatarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticələr əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 204). İşdə olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 060-1223-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticələr əldə etmək olmamışdır (cild 1, iş vərəqi 235). İşdə olan Bakı Şəhər Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1184 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixindən "Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə həmin mərkəzdə qeydiyyatdadır (cild 1, iş vərəqi 206). İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli, 2462 nömrəli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2017 - xx.xx.2017, xx.xx.2018 - xx.xx.2018, xx.xx.2018 - xx.xx.2018ci il tarixlərdə göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə 2019-cu tarixdə xəstəxanaya qəbul olunub. 2019-cu il tarixdə xəstəxanadan evə yazılıb. Xəstəyə "Opioidlərin qəbulu nəticəsində davranış pozuntuları" diaqnozu qoyulmuşdur (cild 1, iş vərəqi 209). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X9 Hüquqi Şəxsinin möhürü olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ç ******* və Ç ******* nömrəli resept blanklarından görünür ki, xəstə Təqsirləndirilən şəxs həkim Ə.İsmayılova tərəfindən “Alyse” 150 mq, “Tramadol” 50 mq dərmanları yazılmışdır (cild 1, iş vərəqi 216-217). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 168- 169). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1929 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs təsvir olunan cinayət hadisəsi dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, kobudluq, inadkarlıq, məsuliyyətsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarındadır (cild 2, iş vərəqi 14-16). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılıb əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədilə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə göndərilmişdir. Aşkar edilmiş güclü təsir edən maddələr olan “Alyse” və “Tramadol” həbləri ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240-cı maddəsi ilə ittiham elan edilməməsi qərara alınmışdır (cild 2, iş vərəqi 18-32). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız öz istifadəsi üçün əldə etməsi barədə verdiyi ifadələrinə tənqidi yanaşır, onları müdafiə mövqeyindən verilmiş ifadələr kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ayrı-ayrı bağlamalara bükülməsi, özünün də ifadələrində etiraf etdiyi kimi qanuni yolla əldə etdiyi sərbəst dövriyyədə olmayan dərman preparatlarını təkrarən yaymaqla məşğul olması, ondan aşkar edilmiş narkotiklərin müxtəlifliyi və iş üzrə toplanmış bütün sübutların məcmusu müqayisəli şəkildə və hərtərəfli təhlil olunaraq, məhkəməyə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 179-180,182-186). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cəzasının sonu ilə azad olunduğu vaxtdan iki ildən çox müddət keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, prokurorun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Binəqədi rayon prokuroru tərəfindən 14 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, o, həbsdən dərhal azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs yenidən 03 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Binəqədi rayon prokuroru tərəfindən 05 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, o, həbsdən dərhal azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 77-80, 82, 108, 162-165, 167). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 4 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı 25 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 27 ədəd preqabalin həbləri, 8 ədəd tramadol həbləri, 0,406 qram heroin və 0,016 qram heroin, 0,401 qram metamfetamin və 0,67 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 27 ədəd preqabalin həbləri, 8 ədəd tramadol həbləri, 0,406 qram heroin və 0,016 qram heroin, 0,401 qram metamfetamin və 0,67 qram metamfetamin məhv edilsin. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar