Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1308/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 37, mənzil 292-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3 fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq əməllərini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində “VAZ 21074” markalı, **- SM-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsünə avtomobili saxladaraq irad bildirmiş və sürücü ilə söhbət etməyə başlamışdır. Həmin söhbət zamanı sonuncunun öz iradəsindən asılı olmayan səbəbdən yolu kəsməsi səbəbindən arxadan hərəkət etmək üçün yol istəyən “Hyundai Santafe” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs bir neçə dəfə siqnal verməsinə Təqsirləndirilən şəxs irad bildirib sonucunun hərəkətlərini bəhanə edərək mübahisə etmiş, səs-küyə toplaşan insanların olmasına və onları aralamasına baxmayaraq cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq həmin vaxt üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçağını silah qismində istifadə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vurmaqla ona qarının boşluğuna nüfuz edərək enənçənbər bağırsağın və bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, amma qardaşını, atasını və anasını qonşu kimi tanımışdır. Özü sürücüdür, özünə məxsus “Hyundai Santafe” markalı **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2025-ci ildə saat 23:00 radələrində idarə etdiyi avtomobili ilə evə gedərkən, yaşadığı küçədən keçəndə yolun üstündə VAZ 2107 markalı avtomobilin dayandığını görmüş, yol ensiz olduğundan yolda dayanmış avtomobilin yanından keçə bilməmiş və sürəti azaldıb dayanmışdır. Həmin VAZ 2107 markalı avtomobilin sürücüsünün ona yol verməsi üçün işıq faraları ilə işarə vermişdir. Həmin vaxt yolunda dayanmış VAZ 2107 markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında o vaxta qədər tanımadığı Təqsirləndirilən şəxs dayanaraq avtomobilin sürücüsü məhəllə sakini olan Şahid1la mübahisə tərzində danışmış, amma o, nə dediklərini eşitməmişdir. Məhəllə sakini Şahid2 də Şahid1 avtomobilində sərnişin qismində oturmuşdu. İşarə verərkən həmin avtomobilin yanında dayanmış Təqsirləndirilən şəxs əli ilə bir az saymazyana tərzdə gözləmək işarəsi vermiş, bir-iki dəqiqə gözləyəndən sonra siqnal verib yol verilməsini istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb narazı və aqressiv şəkildə “gözlə də, tələsirsən? Gözlə deyirəm” demiş, sonuncu bu sözü ilə onu aşkar şəkildə aşağıladığından o da əsəbləşmişdir. Təqsirləndirilən şəxs “ nə üçün gözləməliyəm, yolu açsınlar çıxıb gedim” deyə bildirdikdən sonra sonuncu özündən çıxaraq “mənə bu kənddə heç kim söz deyə bilməz, söz deyən olsa bilirsən onunla nə edərəm?” deyə bildirmiş və ardınca nalayiq ifadələr işlədərək onu söyməyə başlamışdır. Təhqiramiz danışıqla eyni zamanda Təqsirləndirilən şəxs onun avtomobildən çıxmasını tələb etmiş, avtomobildən enəndə əvvəlki onun yaxasına əl atmış, o isə Təqsirləndirilən şəxs əlini rədd edib üzündən sillə ilə vurmuşdur. Təqsirləndirilən şəxs ona təhqiramiz söyüşlər dedikcə, o da söyüşün sonuncunun özünə aid olduğunu deyib cavab vermiş, Təqsirləndirilən şəxs isə səsini qaldıraraq onu hədələmişdir. Bu zaman sonuncunun atası və anası gəlmiş, araya girib onları sakitləşdirməyə çalışmışlar. Bundan istifadə edən Təqsirləndirilən şəxs qəflətən əlində olan bıçaqla ona hücum çəkmiş və bıçaqla qarın nahiyəsinə soldan bir zərbə vurmuş, həmin vaxt yanında olan anası sonuncunun qarşısını ala bilməmişdir. Həmçinin o özü də bıçaqla vurulmasını gözləmədiyindən zərbənin qabağını ala bilməmişdir. Zərbədən sonra qarın nahiyəsindən qan gəldiyini görmüş və Təqsirləndirilən şəxs anasına “oğlun məni bıçaqla yaralayıb” deyərək öz avtomobilinə əyləşib təcili tibb yardım xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs onu səbəbsiz olaraq vurub yaralamış, xəstəxanada onu cərrahiyyə əməliyyatına götürmüşlər. Xəstəxanaya çatanda artıq saat 23:30 olduğundan hadisə təxminən saat 23:00 radələrində baş vermişdi, belə ki, hadisə yerindən çıxıb xəstəxanaya gəlməsi 20 dəqiqədən artıq olmazdı. Daha sonra o, təqsirləndirilən şəxsdən valideyinlərin xahişini nəzərə olaraq şikayətçi olmadığını, lakin azadlığa da buraxılmasını və cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində idarə etdiyi avtomobil ilə dostu Şahid2 Binəqədi rayonu, Gülüstan adlanan məhəllədən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsinə aparmışdır. Əlinin yaşadığı küçəyə çatdıqda yolda dayanmış, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs maşınının yaxınlaşdığını görüb əli ilə saxlamaq işarəsi vermiş və yüksək səslə üstünə “niyə qanacaqlı olmursan?” deyə qışqıraraq kobud və təhqiramiz şəkildə müraciət etmişdir. Onun o vaxtadək Təqsirləndirilən şəxslə heç bir yaxın ünsiyyəti, münasibəti olmamış, sadəcə məhəllə sakini olduğunu bilmiş, sonuncunun bu hərəkətinə çaşıb qalmışdır. Avtomobili saxlamış və Təqsirləndirilən şəxs nə üçün belə danışdığını, hansı səbəbdən bu sözləri dediyini soruşmuş, sonuncu isə özündən razı və təkəbbürlü tərzdə “sən nə üçün küçədə yanımdan keçib salamlaşmırsan?” deyə soruşmuş, dostu Əli başını yelləyib salam verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Əlinin başı ilə yelləməsini özünə hörmətsizlik kimi qəbul etmiş və həmin hərəkətlə bağlı məhkəmə zalında elan edə bilməyəcəyi nalayiq, təhqiramiz söyüşlə və aqressiv şəkildə hədələyərək sonuncunu saymayanı məcbur edəcəyini bildirmişdir. Bu vaxt arxadan qonşu Zərərçəkmiş şəxs “Hyundai Santafe” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş və onun avtomobili yolda dayandığına görə keçə bilməyib saxlamış və işıq siqnalı ilə işarə verib yol verməyi bildirmişdir. O, avtomobili hərəkətə gətirib sürmək istədikdə Təqsirləndirilən şəxs əli ilə işarə edib gözləmək işarəsini verərək Zərərçəkmiş şəxs tərəf aqressiv şəkildə nəsə demişdir. Bu vaxt sonuncu bir-iki dəqiqə gözləyib yenidən yol istəmiş, Təqsirləndirilən şəxs əsəbi halda Zərərçəkmiş şəxs üzərinə getmiş və sonuncu ilə mübahisə etməyə başlamışdır. Sonuncu avtomobildən yerə enmiş, Təqsirləndirilən şəxs əl atıb əlbəyaxa olmaq istəyəndə Zərərçəkmiş şəxs əvvəlkini itələyib rədd etməyə çalışmış, onların səs-küyünə Təqsirləndirilən şəxs valideynləri evdən küçəyə çıxaraq sonuncunu sakitləşdirməyə çalışmışlar. Sonuncunun anası Zərərçəkmiş şəxs, atası isə Təqsirləndirilən şəxs kənara çəkmək istəmiş, bu vaxt sonuncu cibindən bıçaq çıxarıb sağ əlinə almış və Zərərçəkmiş şəxs üzərinə hücum edib vurmuş və kənara çəkilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs sakitləşməsini xahiş etmiş, Zərərçəkmiş şəxs isə cavabında Təqsirləndirilən şəxs onu qarnının sol hissəsindən bıçaqladığını bildirmiş və qarnından qan gəldiyi üçün avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşadığı evə daxil olub təxminən 30 saniyə sonra evdən çıxmış və onun avtomobilinə yaxınlaşıb arxa oturacaqda əyləşmiş, daha sonra hədələyici tərzdə üzərində qan olan bıçağı göstərib Zərərçəkmiş şəxs necə vurduğunu demiş və sonuncunu daş bazarı adlanan yerə aparmağı tələb etmişdir. O da məcbur olub Təqsirləndirilən şəxs etiraz etməmiş və istəmədiyi halda Binəqədi rayonu ərazisində yerləşən “Daş bazarı”na aparmış və orada sonuncu avtomobildən enmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, maşında iki nəfər olmuşlar, hadisə vaxtı məhlədə onlardan başqa adam olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla tullanıb vurmuş, əvvəlki onlarla danışanda bir neçə dəfə uca səslə nümayişkəranə təhqir edici söyüşlər işlətmişdir.
5. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22-23 radələrində Şahid1 gəlib onu Binəqədi rayonu, Gülüstan adlanan məhəllədə yerləşən internet klubdan aparmasını xahiş etmiş, sonuncu avtomobillə gəlib onu götürmüş və onlar avtomobillə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən evə tərəf yola düşmüşlər. Yaşadığı küçəyə çatdıqda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs əli ilə Şahid1 “saxla” işarəsi vermiş və maşını saxlatdırmışdır. Sonuncu onlardan “niyə salam vermirsiz? Mənlə görüşmürsüz” deyə soruşmuş, onlar da baş hərəkətiylə salam verən Təqsirləndirilən şəxs onları söymüşdür. Bu vaxt arxadan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs “Hyundai” markalı avtomobili gəlmiş, sonuncu avtomobilin ilkin olaraq işıq siqnalı ilə işarə verib Şahid1 yol verməsini istəmiş, sonuncu avtomobili hərəkətə gətirib sürmək istədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə işarə edib gözləməsini bildirmişdir. Sonuncu bir qədər gözlədikdən sonra yenidən avtomobilinə yol verilməsi üçün səs siqnalı vasitəsi ilə işarə vermiş, Şahid1 avtomobili hərəkətə gətirib kənara çəkmək istədikdə Təqsirləndirilən şəxs əsəbi halda Zərərçəkmiş şəxs üzərinə getmiş və sonuncu ilə mübahisə etməyə başlamış, sonuncu da avtomobildən yerə enmişdir. Sonuncular arasında təxminən bir dəqiqə davam edən mübahisə zamanı səs-küyə Təqsirləndirilən şəxs valideynləri küçəyə çıxmış, yaxınlaşıb sonuncunu sakitləşdirmək istəmişlər. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs, atası isə Təqsirləndirilən şəxs özünü kənara çəkmək istəmiş, bu vaxt sonuncu hansısa cibindən bıçaq çıxarıb sağ əlinə almış və Zərərçəkmiş şəxs üzərinə atılıb bıçaqla sonuncunu vurmuşdur.
6. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş təqsirləndirilən şəxsin atası Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 ilə nikahda yaşayır, iki oğlu, bir qızı vardır. Təqsirləndirilən şəxs oğludur, sonuncu əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə məhkum olunmuş, 2023-cü ilin yanvar ayında cəzası bitdikdən sonra yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3 ünvandakı fərdi evə qayıdıb onlarla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs onların qonşusudur, bir məhəllədə yaşasalar da, o qədər də yaxın münasibətləri olmamışdır. Belə ki, hadisə baş verən gün arvadı Xuramanla yaşadıqları evdə olmuşlar. Birdən küçədə mübahisə səs-küyü eşitmişlər və arvadı ilə birlikdə çölə çıxmışlar ki, baxsınlar nə baş vermişdir. Çölə çıxanda görmüşlər ki, oğlu Fəridlə qonşusu Rafael mübahisə edir və əlbəyaxa olublar. Qonşuluqda yaşayan Əli və İsmayıl mübahisə edənlərin yanında olmuşlar. Onlar qaçaraq mübahisə edənlərə yaxınlaşmışlar, arvadı Xuraman Rafaeli, özü isə Fəridi geriyə çəkib ayırmağa başlamışlar. Xuraman Rafaelə demişdir ki, “Fərid əsəbləşib, sən avtomobilinə otur, sür get”. Rafael anasının sözlərinə məhəl qoymayaraq Fəridi vuraraq onun ünvanına ağır söyüş işlətmişdir. Bu zaman Fərid də söyüşünə cavab olaraq Rafaelin üstünə gedərək sonuncunu vurmuşdur. Bundan sonra Rafael Xuramana bildirmişdir ki, -“Fərid məni vurdu, böyrümdən qan gəlir”. Amma o, həmin anda Fəridin Rafaeli bıçaqla vurmasını anlamamış, nə Fəridin bıçağı çıxartmasını, nə də Rafaelə xəsarət yetirməsini görə bilməmişdir. Eyni zamanda hava da qaranlıq olduğundan hadisəni tam dəqiqliyi ilə aydınlaşdırmaq çətin olmuşdur. Bundan sonra Rafael avtomobilə oturub getmiş, daha sonra Fərid də evdən çıxıb getmiş və həmin gün səhərədək evə gəlməmiş, oğlunun harada olmasından xəbərləri olmamışdır. Səhəri gün polis əməkdaşları ona məlumat vermişlər ki, Fərid bıçaqla adam yaralayıb, hazırda saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunur.
7. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün evdə olmuşlar. Bu zaman nəvəsi yanlarına gələrək Təqsirləndirilən şəxs çöldə mübahisə etdiyini, səs-küy gəldiyini ona bildirmişdir. Əri Şahid3 ilə birlikdə çölə çıxanda oğlu Təqsirləndirilən şəxslə qonşuları Zərərçəkmiş şəxs mübahisə etdiklərini və əlbəyaxa olduqlarını görmüşlər. Qonşuluqda yaşayan Şahid2 və Şahid1 sonuncuların yanlarında olmuş, o və əri qaçaraq mübahisə edənlərə yaxınlaşaraq o, Zərərçəkmiş şəxs, əri isə Təqsirləndirilən şəxs ayırmağa başlamışlar. Həmin vaxt söyüş eşitməmiş, Zərərçəkmiş şəxs “Fərid əsəbləşib, sən avtomobilinə otur, sür get” deyə yalvarmışdır. Bundan sonra sonuncu “Fərid məni vurdu, böyrümdən qan gəlir” deyə bildirmişdir. Amma o, həmin anda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını anlamamış, Təqsirləndirilən şəxs bıçağı çıxartmasını, Zərərçəkmiş şəxs xəsarət yetirməsini görə bilməmişdir. Bundan sonra sonuncu avtomobilə oturub getmişdir.
8. xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 39).
9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i/v 82-87).
10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i/v 224-228).
11. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır.
12. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X3’’ X6 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-qarının boşluğa nüfuz edərək enənçənbər bağırsağın və bağırsaq müsaqirəsinin yaralanması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən deşici-kəsici əşya(alət), ola bilsin bıçaq təsirindən yetirilmə nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (i/v 117- 120).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi ekspertiza və X3’’ X6 xx.xx.2025-ci il tarixli 30/2025-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu –O(İ).(təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Tədqiqata təqdim olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus alt mayka, qısaqol mayka, bir cüt corab və cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri O-alfabeta/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (i/v 121-125).
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi ekspertiza və X3’’ X6 xx.xx.2025-ci il tarixli 16-MTKŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu Bu zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd, maykanın arxa səthində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş baçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər deşici-kəsici alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və bir cüt corab üzərində zədə və ya zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tip cib bıçağıdır və soyuq silah hesab edilmir (i/v 127-130).
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 1074 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncu qeyd olunan cinayət törədilən anda öz əməlinin faktiki xarakterlərini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Sonuncuda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Sonuncu öz əməlinin faktiki xarakterlərini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında halhazırda gerilik əlamətləri aşkar edilmir. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, konfiliktə və mübahisəyə meyillilik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmamağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Sonuncu qeyd edilən hadisə zamanı onun şüuruna və faəliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i/v 131-135).
17. Saxlanılan şəxsin üstündən əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qara rəngli, qatlanıb açılan bıçağı qatlanmış vəziyyətdə təqdim edərək bildirmişdir ki, 2025-ci ilin yanvar ayının 3-nə keçən gecə yaşadığı Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində qonşusu Rafael adlı şəxsə xəsarəti həmin bıçaqla yetirmiş, hadisədən sonra qatlayıb cibində saxladığı bıçaqdan istifadə etməmiş, bıçağı təmizləməmişdir (i/v 24).
18. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi X2 hal şahidləri Şahid1 və Şahid2 iştirakları ilə X1 cinayət oredmeti olan bir ədəd dəstəyi və tiyəsi qara rəngli, qatlanıb açılan tiyəsinin ucu iti və bir kənarı kəsici, digər kənarı mişar dişli, dəstəyinin üstündə heyvan təsviri olan bıçağı Təqsirləndirilən şəxs saxlanılması zamanı təhlükəsizliyin təmin edilməsi üçün sonuncunun üstünə səthi baxış keçirərkən aşkar etmiş və götürmüşdür (i/v 26).
19. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tip cib bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs üstündə qan ləkəsi olan göy rəngli şalvar, göy rəngli qısaqol köynək, ağ rəngli mayka və bir cüt qara rəngli corab iş üzrə 14 aprel 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlama yerində saxlanılmışdır (i/v 173-182).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; 2) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i/v 138-140).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Cəzaçəkmə müəssiəsindən azad olunduqdan sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində valideynləri ilə bir ünvanda yaşamağa başlamışdır. Daimi işi olmamış, təsadüfi işlərdə fərdi qaydada işləmişdir. xx.xx.2025-ci ildə işdən gəlmiş, evdə yemək yeyib çölə çıxmış, saat 22-23 radələrində yaşadığı məhəllədə yolun kənarında dayandığı zaman məhəllədə qonşuluqda yaşayan Şahid1 VAZ 2107 markalı avtomobilinin gəldiyini görmüş, avtomobil yanından keçəndə məhəllə sakinlərindən Şahid2 də avtomobildə qabaq sərnişin yerində əyləşdiyini görmüşdür. Həmin şəxslərin ona diqqət yetirmədiklərini görəndə əl edib saxlatdırmış və Şahid1 -“qonşuluqdur, nə üçün salamlaşmırsan, adam qanacaqlı olar, yekə oğlansan, saxla bir düş, yaxın gəl, salam ver” deyə bildirmişdir. Elə bu vaxt arxadan Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Santafe markalı avtomobil gəlmiş, sonuncunu qonçu kimi tanısa da, münasibəti olmamışdır. Zərərçəkmiş şəxs yolda onları görüb Şahid1 avtomobili çəkməsi üçün siqnal vermiş, o, əvvəlkinə əli ilə işarə verib -“nə olub, siqnal ilə səs-küy salmısan, hara tələsirsən, zəhmət olmasa bir dəqiqə gözlə” deyə bildirmişdir. Zərərçəkmiş şəxs işarəni görmüş, o isə Şahid1 ilə danışmağa davam etmiş, bir-ik dəqiqə sonra əvvəlki yenə də avtomobilin səs siqnalı ilə işarə verib yol verilməsini istəmiş, yəni siqnalı təkrartəkrar səsləndirmişdir. O, Zərərçəkmiş şəxs yenə də gözləməsi üçün əli ilə işarə etmiş, bundan sonra sonuncu ona kobud cavab vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşmış və bu zaman aralarında mübahisə yaranmış, onlar əlbəyaxa olmuşlar. Həmin anda səs-küyə atası Şahid3 və anası B.Şahid3a evdən çıxıb gəlmiş, araya girmişlər və atası onu kənara çəkmiş, anası isə Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Bu zaman Zərərçəkmiş şəxs - «küçük oğlu»- deyib atasının yanında onu söyməsinə əsəbləşib üstündəki cib bıçağını çıxardıb yaxınlaşaraq əvvəlkinin qarın nahiyəsinə bir zərbə vurmuş və kənara çəkilmişdir. Bıçağı əlinə alanda atasının görməməsinə çalışmış, qara dəstəkli qatlanan cib bıçağı olan həmin bıçağı qatlayıb yenidən cibinə qoymuş və bir daha açmamış, bir gün sonra polis əməkdaşları onu saxlayanda bıçağı polis əməkdaşlarına vermişdir. Zərərçəkmiş şəxs cəzalandırmaq üçün qarnına bir zərbə vurmuş, ciddi xəsarət yetirmək və ya öldürmək istəməmiş, ona görə də əlavə zərbə vurmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs bıçaqla vurulan yerdən qan axdığını görüb avtomobilinə oturaraq xəstəxanaya, o isə valideynləriylə evə getmiş, amma orada qalmayıb tez çıxmışdır. Küçəyə çıxanda Şahid1 avtomobilinin hələ orada olduğunu görüb, tez avtomobilin arxa oturacağına oturmuş və bıçağı göstərərək sonuncuya “bu bıçaqla vurdum Rafaeli, qanı da üstündədir, sür Daş bazarına” deyə bildirmişdir. Şahid1 heç bir söz deməmiş, avtomobildə olan Şahid2 də danışmamış, qorxmuşlar. Şahid1 onu Binəqədi qəsəbəsindəki Daş bazarı kimi tanınan yerə gətirmiş, orada avtomobildən düşüb getmişdir. xx.xx.2025-ci il tarixdə axşam saat 20:00 radələrində Bayıl qəsəbəsində küçədə olduğu zaman polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını deyərək onu polis bölməsinə aparmışlar. Saxlanılan zaman üstündə silah, kəsici alətlər olub-olmaması ilə maraqlananda bıçağı polis əməkdaşlarına vermiş və həmin bıçaqla Rafaelə xəsarət yetirdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirmiş, amma xuliqanlıq etməmiş, sonuncunu xuliqanlıq məqsədiylə deyil, onu söydüyünə görə onu vurmuşdur. Zərərçəkmiş şəxs də, o da bir-birlərinə küçə söyüşləri söymüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, R,Zərərçəkmiş şəxs maşında təkrar-təkrar siqnal vermiş, o da əsəbiləşib özündən çıxmış, əvvəlkinin maşınının qapısına yaxınlaşıb nə üçün siqnal verdiyini soruşmuş, onun elə danışması da yəqin ki qarşı tərəfə pis gəlmişdir. Birinci kimin söydüyünü xatırlamır, lakin Zərərçəkmiş şəxs siqnal verəndə onu söyməmişdir. Qorxutmaq məqsədilə işə üzərində gəzdirdiyi bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə vurmuş, kənar adamlara qarşı heç nə etməmişdir. Hadisə yerində iki nəfər məhlə uşağı, valideynləri və Zərərçəkmiş şəxs olmuş, o, sonuncunu vuranda onlar da görmüşlər. Zərərçəkmiş şəxs özü xəstənaya getmiş, o isə sonradan həmin xəstəxanaya maraqlanmaq üçün getmiş lakin polisə gedib təslim olmamışdır. Həmçinin bildirmisdir ki, Əli maşında başını yelləyib salam verdikdə ona özünə hörmətsizlik kimi qəbul etmiş və həmin hərəkətlə bağlı özündən aslı olmayan şəkildə nalayiq, təhqiramiz söyüşlər işlətmişdir. Daha sonra cavan olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
22. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 23.Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 27.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
28. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
30. Maddə 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.
31. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
32. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
33. Maddələr 83.3.3-cü və 83.3.4. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir.
34. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
35. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 38.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 39.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 40.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
41. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 43.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 44.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
45.Qərarın 1.2.14-cü bəndi. Qarnın periton boşluğuna keçən yaraları, o cümlədən peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) ağır xəsarətlərə aiddir.
“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı:
46.Qərarın 8-ci bəndi. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. 47.Qərarın 9-cu bəndi. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib - edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
48. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
49. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsı̇ nin Presedent Hüququ:
50. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
51. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətlərini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi protokolu, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 38-ci bəndi).
52. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlinin xuliqanlıq niyyəti ilə müşayiət olunmaması ilə bağlı verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
53. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
54. Belə ki, iş materialları ilə təsdiq olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişə baş verən zaman hadisə yerində digər şəxslər, yəni iki nəfər məhəllə sakini və təqsirləndirilən şəxsin özünün valideynləri də olmuş, hətta sonuncuların sakitləşdirmə çabalarına baxmayaraq, təqsirləndirilən şəxs ictimai qaydalara açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoymaqla onlara qarşı laqeyidcəsinə hörmətsizlik göstərməklə ictimai qaydaları və əxlaq normalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bir daha təsdiq olunur ki, tərəflər arasında mübahisə kiçik bir səbəbdən başlamış, təqsirləndirilən şəxs münaqişə zamanı cüzi səbəbdən cibində olan bıçaq ilə zərərçəkmiş şəxsi vurmuşdur. Həmçinin qeyd edilməlidir ki, proses iştirakçılarının ifadələrindən görünür ki, təqsirləndirilən şəxs hadisədən bir neçə dəqiqə öncə məhəllədən keçən digər şəxslərlə salam verməmələri bəhanəsi ilə mübahisə başlatmış, onları nümayişkəranə şəkildə təhqir etmiş, sonuncuların yola davam etməsinə mane olmuş və son nəticədə həmin vaxt yoldan keçmək istəyən zərərçəkmişlə heç bir əsas olmadan növbəti mübahisəni başlatmışdır.
55. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrinə əsasən vurğulayır ki, Təqsirləndirilən şəxs nəinki xuliqanlıq niyyəti ilə ona istinad edilən cinayəti törətmiş, həmçinin cinayəti törətdikdən sonra da oxşar əməlini davam etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra Şahid1 avtomobilində arxa oturacaqda əyləşmiş, daha sonra hədələyici tərzdə üzərində qan olan bıçağı göstərib “bu bıçaqla vurdum Rafaeli, qanı da üstündədir, sür Daş bazarına” deyə bildirərək qorxutmaqla xuliqanlıq əməlini davam etdirmiş və sonuncunu onu daş bazarı adlanan yerə aparmağa məcbur etmişdir.
56. Məhkəmə qeyd edir ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması isə təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.
57. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydaları və əxlaq normalarını pozaraq cəmiyyətə açıqca hörmətsizlik göstərmiş və nəticədə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.
58. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir.
59. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında zərərçəkmiş şəxsin sağlamlığına ağır deyil, az ağır zərər vurduğunu bildirsə də, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə Tibbi Ekspertiza və X3’’ X6 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-qarının boşluğa nüfuz edərək enənçənbər bağırsağın və bağırsaq müsaqirəsinin yaralanması ilə müşayiət olunmuş deşilmişkəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir(i/v 117-120).
60. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərqarının boşluğa nüfuz edərək enənçənbər bağırsağın və bağırsaq müsaqirəsinin yaralanması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan Ağır xəsarətlərə aiddir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfindən müvafiq ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edilməmişdir (hökmün 45-ci bəndi).
61. Bununla da, məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır(hökmün 22 və 23-cü bəndləri).
62. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
63. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cavan olmasını və törətdiyi əməli etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır.
64. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir.
65. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq altı il keçmədən, yəni xx.xx.2025-ci il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir.
66. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici, ağırlaşdırıcı halların olmasını, yəni əməlində təhlükəli residivinin olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllərdə eyni tərkibli cinayət əməlini törətməsini və məhkum olunmasına baxmatyaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
67. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir.
68. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 34-cü bəndi).
69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və sonuncu hökm çıxarılanadək həbsdə saxlandığı üçün həmin müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (i/v 39, 82-87, 224-228 və 232-233).
70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalıdır (hökmün 8-ci bəndi).
71. İş üzrə maddi sübut Binəqədi RPİ-də saxlanılan zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tip cib bıçağı və Zərərçəkmiş şəxs üstündə qan ləkəsi olan göy rəngli şalvar, göy rəngli qısaqol köynək, ağ rəngli mayka və bir cüt qara rəngli corab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 42-ci bəndi).
72. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 43-cü bəndi).
73. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 35 və 44-cü bəndləri).
74. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Binəqədi RPİ-də saxlanılan zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tip cib bıçağı və Zərərçəkmiş şəxs üstündə qan ləkəsi olan göy rəngli şalvar, göy rəngli qısaqol köynək, ağ rəngli mayka və bir cüt qara rəngli corab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli