Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1309/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mehdili ərazi dairəsi, Mehdili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “İnstagram” proqramı vasitəsilə tanış olduğu “Behzad” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Behzad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin mənfəət olaraq hər kiloqramını 500 manat müqabilində Bakı şəhərində satışını həyata keçirəcəyi barədə “Behzad” adlı şəxslə razılığa gəlib sonuncunun tapşırığı ilə 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən- Lökbatan yolunun Xocəsən qəsəbəsinin inzibati ərazisinə düşən hissəsində yolun kənarında daşın altında şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvana daşımaqla orada saxlamış, 1 ədəd polietilen bükümdə olan 0,470 qram çəkidə psixotrop maddə metafetamini satmaq məqsədi ilə üzərində saxlamaqla “Behzad” adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində müəyyən olunmuş yerə aparıb gizlətmək üçün 5 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı mənzildən çıxaraq həmin ünvana getmək istədikdə həmin gün, yəni 5 mart 2021-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospketi 115 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına dəvət olunub orada üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün, yəni 5 mart 2021-ci il tarixdə saat 20:40 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanında baxış aparılan zaman birotaqlı mənzildəki çarpayının sol yan tərəfində yerləşən taxta konstruksiyalı dolabın ikinci siyirtməsindən qara rəngli polietilen paketin içərisindən üzərində heroinin və metafetaminin izləri olan “Digital Scale 2xAAA” markalı elektron tərəzi və 2 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 500 qram və 370 qram, ümumi təmiz çəkisi 870 qram qəhvəyi tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan 2-3 ay əvvəl “İnstagram” proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Behzad” adlı şəxslə əlaqə saxlamışdır. Behzadın ona göndərmiş olduğu ünvanlara gedib həmin ünvanlarda qoyulan 10 kiloqrama yaxın heroni və şüşəni götürüb yenidən Behzadın Bakı şəhərində ona dediyi ünvanlara aparmış və həmin yerdən də özü üçün nəzərdə tutulan pulu götürmüşdür. Bəzən isə heroini və şüşəni alan şəxslərə özü vermiş, lakin həmin şəxslərin heç birini tanımamışdır. Müştəriləri Behzad özü tapmışdır. Tutulana kimi bu işdən 10.000 manat qazanmışdır. Tutulmazdan 1 həftə əvvəl təxminən 2021-ci ilin fevral ayının ortalarında Behzad Binəqədi rayonu, Xocəsən qəsəbəsində yolun kənarında daşın altına heroin və metafetamin gizlətdirdiyini, həmin bükümləri götürüb evinə aparmasını, kimə satılacağını, yaxud hara gizlədiləcəyini xəbər edəcəyini demişdir. O da 2021-ci ilin fevral ayının ortalarında Behzadın dediyi kimi Binəqədi rayonu, Xocəsən qəsəbəsində Xocəsən-Lökbatan yolunun kənarında daşın altına gizlətdirdiyi 2 ədəd içərisində heroin olan və 1 ədəd metafetamin olan polietilen torbanı götürüb yaşadığı Nizami rayonu, Heydər Əliyev prospekti 115, ev 187 C, mənzil 1101 A ünvanına gətirmişdir. 1 həftə ərzində həmin heroini və metafetamini Behzadın dediyi yerlərə aparıb gizlətmiş və ona məlum olmayan şəxslər narkotik vasitə və psixotrop maddəni gəlib gizlətdiyi yerlərdən götürərək ona çatacaq pulları həmin yerlərə qoymuşlar. Bundan sonra Behzad onu Xəzər rayonu, Binə qəsəbəsinə göndərəndə heroini Allahverən adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. Allahverən adlı şəxsi tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Allahverənə narkotiki verən zaman ondan pul almamışdır. Behzad ona satmış olduğu heronin və metafetaminin 1 kiloqram çəkisinə görə 500 manat pul vermişdir. Yaşadığı ev birotaqlı olmuş və həmin otaqda olan çarpayının sol tərəfində yerləşən dolabın siyirtməsinin ikinci gözündə sonuncu dəfə Xocəsən yolundan götürdüyü çəkisi təxminən 900 qrama yaxın heroindən 2 büküm, metafetamindən isə Behzadın dediyi ünvanlara aparıb payladığından cəmi 1 büküm qalmışdır. Behzad müştəri tapdığından bükümü Behzadın dediyi yerə, yəni Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə aparmalı olmuşdur. Buna görə də içərisində metafetamin olan 1 ədəd polietilen bükümü əynində olan cins şalvarının sağ yan cibinə qoyub 5 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 5 ünvanından çıxmışdır. Saat 18:20 radələrində həmin ünvanın yaxınlığında gəzərkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşıb vəsiqələrini göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 23-cü PB-nə gətirmişlər. PB-də üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edildikdə o, əynində olan cins şalvarının sağ yan cibindən içərisində metafetamin olan 1 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, 1 ədəd bükümdə metafetamin olduğunu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Behzad adlı şəxsin dediyi ünvandan götürdüyünü və Behzadın dediyi ünvana apardığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarışa davam edilmiş, lakin üzərindən qanunsuz başqa maddə və əşya aşkar olunmamışdır. Üzərinə aparılan şəxsi axtarış zamanı “xxxx”-a aid pul kartı, “İphone” markalı mobil telefon, 50 manat və 200 türk lirəsi aşkar edilmişdir. Mobil telefon və pul kartı polislərdə qalsa da, pullar özünə qaytarılmışdır. Banka aid kart ona məxsus olmuş, ancaq həmin kartla bu işlə bağlı heç bir pul əməliyyatı aparmamışdır. Bundan başqa o, polis əməkdaşlarına yaşadığı ünvan 5 ünvanında heroin olduğunu bildirmişdir. Evində baxış aparılması üçün könüllü olaraq razılıq vermiş və bununla bağlı ərizə yazmışdır. Sonra müdafiəçisinin iştirakı və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getdikdə yataq otağına daxil olub çarpayının sol tərəfindəki dolabın ikinci siyirtməsini açıb 1 ədəd qara rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Polietilen torbanın içərisində 2 büküm heroin və metafetamini çəkən zaman istifadə etdiyi elektron tərəzi də olmuşdur. Elektron tərəzidən Behzadın dediyi çəkiləri öyrənmək üçün istifadə etmişdir. İçərisində heroin olan 2 ədəd polietilen büküm və həmçinin tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra da bu barədə protokol tərtib edilib ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat BNMİ-nin rəisinə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərar qəbul edildikdən sonra o və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 5 mart 2021-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115, ev 187 C ünvanının yaxınlığında olan zaman bir nəfər piyada hərəkətdə olan şəxsin Təqsirləndirilən şəxs əlamətlərinə oxşar olduğunu görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib həmin şəxsdən özü haqqında məlumat verməsini tələb etdikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib onu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 23-cü PB-nə gətirmişlər. Təhqiqatın aparılması təhqiqatçı Nizami Omarova həvalə edilmişdir. 23-cü PB-də otaqlardan birinə daxil olduqdan sonra təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərinə şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə təhqiqatçı tərəfindən 23-cü PB-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edildikdə o, əynində olan cins şalvarının sağ yan cibindən içərisində ağ rəngli kristal maddələr olan 1 ədəd polietilen bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bükümdəki maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, 1 ədəd bükümdəki maddənin şüşə, yəni metafetamin olduğunu və Bakı şəhərində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Behzad adlı şəxsin dediyi ünvandan, yəni Xocəsən-Lökbatan yolunun Xocəsən qəsəbəsinə aid hissəsindən götürdüyünü, Behzadın dediyi ünvana aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitənin və psixotrop maddənin hər kiloqramına görə Behzad ona 500 manat vermiş, ancaq özü Behzadın dediyi ünvanlara aparıb gizlətsə də, onların satışını təşkil etməmişdir. Təqsirləndirilən şəxs dediyinə görə natkotik vasitə və psixotrop maddələri əsasən Xəzər rayonunda Şüvəlan, Binə və Mərdəkan qəsəbələrinə aparıb gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa maddə və əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “xxxx”-a aid pul kartı, “İphone” markalı mobil telefon, 50 manat və 200 türk lirəsi aşkar olunmuşdur. Mobil telefon və pul kartı götürülsə də, pullar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metafetamin olan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olduqdan sonra protokola imza edilmişdir. Bundan başqa Ülvi Həsənənov yaşadığı ünvan 5 ünvanında heroin olduğunu bildirmişdir. Evində baxış aparılması məqsədi ilə Təqsirləndirilən şəxs könüllü olaraq razılıq verib bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə yaşadığı mənzilə getmişlər. Videoçəkilişdən isitifadə edilməklə baxışa başlanmış və Təqsirləndirilən şəxs heroini gizlətdiyi yataq otağına daxil olaraq çarpayının sol tərəfindəki dolabın ikinci siyirtməsini açıb həmin siyirtmədən 1 ədəd qara rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoyaraq torbanın içərisindən 2 ədəd bükümü və elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 2 ədəd bükümün içərisində heroin olduğunu bildirmişdir. Hər iki büküm açıldıqda içərisində kəskin iyi olan qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tutulmazdan 1 həftə əvvəl Behzadın dediyi yerdən, yəni Bakı şəhəri, Xocəsən-Lökbatan yolunun Xocəsən qəsəbəsinə aid hissəsindən, metafetamini götürdüyü yerdən heroini götürüb Behzadın dediyi ünvanlara payladıqdan sonra heroindən 2 büküm qalıq qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs elektron tərəzidən isə heroin, şüşə və patı kimi adlandırılan metafetaminin çəkisini öyrənmək üçün istifadə etdiyini bildirmişdir. Mənzildən aşkar olunaraq götürülmüş içərisində heroin olan 2 ədəd polietilen büküm və tərəzi zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olduqdan sonra protokola imza etmişlər. Daxil olmuş əməliyyat məlumatında həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərdən birinin də X2 olduğu qeyd edilmişdir. Lakin həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik almış Allahverən və Behzad adlı şəxslərin əlaqələrini müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 6 mart 2021-ci il tarixli 6/920 nömrəli rəyində psixotrop maddə olan metafetaminin ilkin təmiz çəkisinin 0,470 qram, 2 ədəd bükümdə olan heroinlərin isə ayrıayrılıqda ilkin təmiz çəkilərinin 500 qram və 370 qram, ümumi təmiz çəkisinin isə 870 qram olduğu qeyd edilmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış aparılan zaman elektron tərəzidə metafetamin çəkildikdə onun çəkisinin 0,65 qram olması və mənzilə baxış aparılan zaman heroin olan bükümlərdən birinin çəkisinin isə 500 qram olmasına səbəb elektron tərəzidə olan nasazlıqlarla bağlı olmuşdur. Elektron tərəzidə göstərilən rəqəmlər isə olduğu kimi təhqiqatçı tərəfindən protokollara qeyd edilmişdir. Heroin olan ikinci bükümdəki çəki ilə rəydə göstərilən çəki arasında fərqin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri Behzadın dediyi ünvanlara aparıb gizlətsə də, onların satışını təşkil etmədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 141-145). Cinayət işinin materiallarında olan 5 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılaraq əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, “xxxx” ASC tərəfindən verilmiş “4169 7420 3695 8615” nömrəli hesab kartı, “İphone” markalı mobil telefon aparatı, 50 manat və 200 türk lirəsi aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir, 50 manat və 200 türk lirəsi isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır (cild 1, iş vərəqə 30-33). Cinayət işinin materiallarında olan 5 mart 2021-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının yan hissəsində yerləşən taxta konstruksiyalı dolabın ikinci siyirtməsindən 1 ədəd üzərində psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin izləri olan “Digital Scale 2xAAA” markalı elektron tərəzi və 2 ədəd polietilen bükümdə ayrı-ayırlıqda təmiz çəkisi 500 qram və 370 qram, ümumi təmiz çəkisi 870 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. “Baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər DVD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 36-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 mart 2021-ci il tarixli 6/920 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm psixotrop maddə....” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı təqdim etdiyi ....” yazısı olan kağız paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 500 qram və 370 qram, ümumi təmiz çəkisi 870 qram qəhvəyi tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilə baxış zamanı təqdim etdiyi ....” yazısı olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metafetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümdəki heorinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkisi 870 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 869,8 qram, metafetaminin təmiz çəkisi 0,470 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,370 qram (cild 1, iş vərəqə 48-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 8 aprel 2021-ci il tarixli 1001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 153-154). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış aparılması və götürmə”nin nəticələrini özündə əks etdirən videogörüntü olan 1 ədəd DVD diskə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümdə psixotrop maddə olan metafetamin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş “baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd DVD diskə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş “baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd DVD diskə baxış aparılmış və bu barədə protokol tərtib edilmişdir. DVD diskə baxış zamanı mənzilin yataq otağındakı çarpayının yan hissəsində yerləşən taxta konstruksiyalı dolabın ikinci siyirtməsindən elektron tərəzinin və 2 ədəd polietilen bükümdə heroinlərin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 132-139). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 5 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 118-119). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,370 qram çəkidə psixotrop maddə metafetamin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının yan hissəsində yerləşən taxta konstruksiyalı dolabın ikinci siyirtməsindən aşkar edilərək götürülmüş 1 ədəd üzərində psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin izləri olan “Digital Scale 2xaaa” markalı elektron tərəzi və 2 ədəd polietilen bükümdə ayrı-ayırlıqda təmiz çəkisi 500 qram və 370 qram, ümumi təmiz çəkisi 870 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 869,8 qram çəkidə narkotik vasitə heroin və “Digital Scale 2xaaa” markalı elektron tərəzi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. “Mənzilə baxış və götürmə” aparılması haqqında protokol və “Mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk, “xxxx” MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və həmin disklər cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 185-205). Cinayət işinin materiallarında olan “cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 7 iyun 2021-ci il tarixli qərardan görünür ki, “Behzad” adlı və istintaqa məlum olmayan digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 207-210). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində bir azyaşlı uşağı var (229-230). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 mart 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Nizami rayon məhkəməsinin 7 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 100-103). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 1 ədəd polietilen bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 0,370 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 2 ədəd polietilen bükümdə tədqiqatdan sonra qalıq çəkisi 869,8 qram olan narkotik vasitə heroin, 1 ədəd üzərində psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin izləri olan “digital scale 2xaaa” markalı elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan DVD disklər və “xxxx” MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 1 ədəd polietilen bükümdə olan tədqiqatdan sonra qalıq çəkisi 0,370 qram olan psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, ev 87 C, mənzil 1101 A ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 2 ədəd polietilen bükümdə tədqiqatdan sonra qalıq çəkisi 869,8 qram olan narkotik vasitə heroin, 1 ədəd üzərində psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin izləri olan “digital scale 2xaaa” markalı elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər olan DVD disklər və “xxxx” MMC-dən daxil olmuş və texniki məlumatları özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1309/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1309/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver