Məhkəmə qərarları › İş №1(101)-1309/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1309/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1309/2022 14.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 17-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum tarixdə və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 193,0 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 30 mart 2022-ci il tarixdə saat 18:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində Sabunçu RPİ-in 14-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb 14-cü PB-nə aparılmış və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 193,0 qram olmaqla ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməklə saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, vaxtilə heroin narkotik vasitəsindən istifadə etmiş, lakin müalicə almaq məqsədilə tutulduğu ərəfədə Narkoloji Dispanserə müraciət edib qeydiyyatdan keçmiş və metadon suyu içməyə başlamışdır. Polislər tərəfindən tutulduğu gün yenə də Narkoloji Dispanserə metadon suyu içməyə getmək istəmişdir. Ondan başqa yanında qonşulardan da hazırda adlarını unutduğu daha 3 nəfər olmuş, onlar da narkoman olduğundan birlikdə metadon suyu içməyə getmək istəmişlər. Evdən çıxmağa hazırlaşdıqları vaxt polislər gəlib onları tutmuş və hamısını Sabunçu RPİ-nin 14-cü PB-nə aparmışlar. Onu yolda apararkən polislərə ağrıdığını demiş və onlardan dərman istəmişdir. Ona dərman verilmişlər. Tutularkən onun üstündə heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, bölmədə olarkən rəis müavini narkotiki ona vermiş və cibinə qoymasını demişdir. O da narkotik asılılığında olarkən rəis müavininin verdiyi narkotiki alıb cibinə qoymuş və üstündə video çəkilişlə axtarış aparılmışdır. Videoçəkiliş aparılarkən o, rəis müavininin verdiyi narkotiki çıxarıb təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. O, ayılanda isə artıq istintaq təcridxanasında olduğunu görmüşdür. O, narkoman olduğundan, onun evinə narkoman oğlanlar və qız gəldiyindən o, tutulan gün anası X2 onun barəsində DİN-nin 102 xidmətinə məlumat vermiş, tədbir görmələrini istəmişdir. Bundan sonra o, polis tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, saxlanıldıqdan sonra ona vəkil təklif edilməmiş, nə də ki, vəkildən imtina etməsi ilə bağlı ərizə yazmamışdır. Vəkil onun yanına X4 zaman gəlmiş və dindirilməsində iştirak etmişdir. Narkotik almaq üçün onun 3.000 manat pulu olmamış, üzərində olan telefon sadə telefon olmuş, nömrəsi isə ***-***-**-** olmuşdur. İbtidai istintaq zamanı rəis tərəfindən döyülsə də xəsarət almamış, heç bir yerə şikayət etməmiş, X7 və ya təcridxanada olarkən tibbi müayinədən keçmiş, lakin xəsarət müəyyən edilməmişdir. O, narkoman olmuş, lakin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 2.5-bəndinə əsasən cəzadan azad edilmişdir. Təxminən 2 il olar ki, psixotrop maddə metamfetamindən istifadə etmiş, metamfetamini ad və anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitə heroin və ya psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmamış, mütəmadi olaraq metamfetamindən istifadə etmişdir. Sonuncu dəfə 30 mart 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ad və anket məlumatlarını bilmədiyi şəxsdən 3000 manata öz istifadəsi üçün külli miqdarda metamfetamin alıb üzərində saxlayıb daşımışdır. Külli miqdarda metamfetamin almasına səbəb tez-tez metamfetamin və heroin satıcıları ilə təmasda olmağın təhlükəli olması, yəni polis əməkdaşları tərəfindən saxlanıla biləcəyindən ehtiyat etməsi olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərdi ki, 30 mart 2022-ci il tarixdə, saat 18:00-da yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərmiş, Sabunçu RPİ-in 14-cü PB-nin əməkdaşları olduqlarını bildirib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Üzərində psixotrop maddə metamfetamin olduğundan həyacanlandığı üçün polis əməkdaşları ondan şübhələnib birlikdə 14-cü PB-yə getməyi təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edildikdə, o siyahı ilə tanış olub siyahıda adı qeyd olunmuş vəkil X6 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək bu barədə bildiriş təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, inam və etibar itirməməkdən ötrü gələcəkdə hüquqlarını müdafiə edəcək vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarışın aparılmasına dair etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən də o, əynində olmuş qara rəngli idman gödəkcəsinin sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilib, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu onun və polis əməkdaşları tərəfindən imzaları ilə təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır (iş vərəqə: cildİ, səh. 69-71). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-in 14-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsində xidmətdə olarkən əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onları gördükdə həyacanlandığını görmüş, sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirərək şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs daha da həyacanlandığını görüb ona onlarla birlikdə 14-cü PB-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə aparıb təhvil verib, bu barədə polis bölməsinin rəisinə tərəflərindən raportla məruzə olunmuş, toplanmış material üzrə araşdırmanın aparılması 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ramin Güləliyevə həvalə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil ilə təmin olunmasından ötrü vəkil seçmək hüququ izah edilərək Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olub vəkil seçmiş, daha sonra təhqiqatçı tərəfindən vəkil polis bölməsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə sonuncu vəkilin iştirakı olmadan axtarış aparılmasını istədiyini demiş, bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olmuş qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etməsi üçün 30 mart 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ad və anket məlumatlarını bilmədiyi şəxsdən 3000 manata külli miqdarda metamfetamin alıb üzərində saxlayıb daşıdığını, külli miqdarda metamfetamin almasına səbəbin tez-tez metamfetamin və heroin satıcıları ilə təmasda olmağın təhlükəli olmasını, yəni polis əməkdaşları tərəfindən saxlanıla biləcəyindən ehtiyat etməsini qeyd etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşıdırılıb götürüldükdən sonra, tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı ünvana gedilərək təhqiqatçı tərəfindən ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı evdən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokollar tərtib olunmuş, protokolların doğruluğu onun, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Şahid qismində dindirilən Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlar onun anasının 102 xidmətinə zəng etməsindən, nə ilə əlaqədar zəng etməsindən və ya hansı məlumatı verməsindən xəbərsiz olmuşlar. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, sonuncu saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamış, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-in 14-cü PB-nin sahə inspektoru Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 14-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid2 və 14-cü PB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün 30 mart 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ad və anket məlumatlarını bilmədiyi şəxsdən 3000 manata külli miqdarda metamfetamin alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilmiş, aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş metamfetamindən başqa, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 25-26). Məhkəmə baxışı zamanı nümayiş olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, şəxsi axtarış və götürmənin videogörüntüləri məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntu müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 27). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, protokolun məzmunu həm məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2022-ci il tarixli protokola, həm də videogörüntülərə uyğun tərtib edilmişdir (iş vərəqə: səh. cild İ, 58). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2022-ci il tarixli, 6/1722 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …» yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 193,0 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən» psixotrop maddələr»in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 193,0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 192,9 qram (iş vərəqə: cild İ, səh. 40-43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı diskə baxışı keçirilməsi haqqında protokoldan görünür ki, 01 yanvar 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrə ilə aparılmış danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirdikdə ***-***-**-** nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, o cümlədən aşağıdakı məzmunda SMS mesajlar aşkar edilmişdir: 23 yanvar 2022-ci il saat 05:27:13-də ***-***-**-** mobil nömrəsi ilə «Naib olurəm hardan aç»; 28 yanvar 2022-ci il saat 07:16:21-də ***-***-**-** mobil nömrəsi ilə «Ya gel burda yada men cixdim kuceler sulenecem seni tapana kimi sene mal saxlamisam 1 kub»; 28 yanvar 2022-ci il saat 18:40:15-də ***-***-**-** mobil nömrəsi ilə «Semedin yanda olan oqlan tema vermsdim a qaqas 10 manat vermeldin qaqas»; 17 fevral 2022-ci il saat 23:06:49-da ***-***-**-** mobil nömrəsi ilə «Keddim hec malda düzelmedi intiqam dedi ki cıxlb kedmişem eyb etmez» 01 mart 2022-ci il saat 17:46:33-də ***-***-**-** mobil nömrəsi ilə «ay totu rahim yaniva gelib patiycun Men aldigimi bulara direm ruslanan almamisam ruslan mene mal vermir day neler eleduz kim verere men oz patimnan Rahim»; 01 mart 2022-ci il saat 17:46:38-də ***-***-**-** mobil nömrəsi ilə «nen nayibe vermedim cunki az idi ata yaniva gelib ona pati ver yolasal mende cixdim evden gelirem»; 09 mart 2022-ci il saat 20:53:31-də ***-***-**-** mobil nömrəsi ilə «Biləd qapidayam məni bu soyugda cox gözdətdun sat görum birinə mal necə satirsan»; 18 mart 2022-ci il saat 14:09:08-də ***-***-**-** mobil nömrəsi ilə «Trapin aldim 5 kub adboy verme ac bir soz de»; 24 mart 2022-ci il saat 19:17:11-də ***-***-**-** mobil nömrəsi ilə «X20 X14»; 25 mart 2022-ci il saat 18:20:04-də ***-***-**-** mobil nömrəsi ilə «X22 X15 X18 X23 X11 X21 senin kimi oglanin gucu catmadi seherden beri olurem hecyanda yoxdu pati»; 26 mart 2022-ci il saat 14:31:56-da ***-***-**-** mobil nömrəsi ilə «gijdilag ebele pul yedizdirdim sene inidi atravaya gore agiz aciram mene durub atqaz elisen uzume adboy versen eybi yox evezinin qaytaracam bu qehbeliyini peşman eləmə tez gəl evə lomkadanda olurəm şipirisdə yoxdu pizir» (iş vərəqə: cild İ, səh. 119-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 124-125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X12 19 aprel 2022-ci il tarixli, 1931 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2011-ci il tarixdən «Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə qeyd olunan mərkəzdə qeydiyyatdadır (iş vərəqə: cild İ, səh. 117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X12 21 aprel 2022-ci il tarixli, 3432 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 13 avqust 2018-21 avqust 2018-ci il tarixdə qeyd olunan xəstəxanada «Şəxsiyyətin affektiv tip pozuntusu, özünü kəsmələrlə. Narkotik qəbulu ilə fəsadlaşma» diaqnozu ilə müalicədə olmuşdur (iş vərəqə: cild İ, səh. 111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 22 aprel 2022-ci il tarixli, 1/774 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 26 may 2014-cü il tarixdən 10 iyun 2014-cü il tarixinədək qeyd olunan xəstəxanada «Şəxsiyyətin affektiv tip pozuntusu, çoxsaylı təkrarlanan özünükəsmələr» diaqnozu ilə müayinədə olmuşdur (iş vərəqə: cild İ, səh. 112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məhkəməpsixiatrik ekspertizasının 08 iyun 2022-ci il tarixli, 1470 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuş, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli və hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (iş vərəqə: cild İ, səh. 126-129). Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin müəyyənləşdirilməmiş mənbəyi ilə əlaqədar baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 147-148). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanına aid müvafiq qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsi, sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı və "xxxx" MMC-dən təqdim olunmaqla texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən bir ədəd CD formatlı – cəmi 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 192,9 qram metamfetamin psixotrop maddəsi Sabunçu RPİ-də məsul saxlanışa verilmiş, iki ədəd disk isə cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. cild İ, səh. 137-145). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və külli miqdar təşkil edən həmin psixotrop maddənin çəkilməklə 193,0 qram olması, psixotrop maddələrin və ya narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrlə qeyriləri arasında aparılan sms yazışmaları və danışıqlar aparması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələrini, tutularkən onun üzərində hər hansı növdən olan narkotik vasitə və ya psixotrop maddə olmaması, Sabunçu RPİ-in 14-cü PB-nin rəis müavini tərəfindən döyülməklə metamfetaminin ona verilməsi, saxlanılan gün anası tərəfindən DİN-nin 102 xidmətinə onunla əlaqədar şikayət olunması və məhz onunla əlaqədar onun tutulması barədə ifadələrində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs anası X2 tərəfindən Təqsirləndirilən şəxs tutulan gün Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-Zəng mərkəzi sisteminə sonuncu barədə müraciət edilib edilməməsi ilə bağlı sorğu verilmiş və müəyyən edilmişdir ki, vət. Dünya Abdullayeva 30, 31 mart və 09 aprel 2022-ci il tarixlərdə qeyd olunan Xidmətə zəng etmiş, ilk zəngində oğlu ilə arasında olan münaqişə, növbəti zənglərində isə Telman, Zəhra və Fatimə adlı şəxslərin qeyri-qanuni hərəkətləri barədə məlumat vermişdir. X1 müraciətləri üzrə görülmüş tədbirlər barədə Bakı şəhəri Sabunçu RPİ-yə verilmiş məhkəmə sorğusuna Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin 20 sentyabr 2022-ci il tarixli, 076-16665 nömrəli məktubundan və məktuba əlavə edilmiş arayışdan görünür ki, X1 oğlu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs olunduğundan Naiblə qeyrirəsmi ailə qurmuş Fatimə adlı qadının atası Telman adlı şəxs xx.xx.2022-ci il tarixdə Dünya Abdullayevanın yaşadığı evə gəlmiş, darvaza bağlı olduğundan hasardan həyətə keçmiş, evin qapısını sındıraraq evə daxil olmuşdur. X1 xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılmış, toplanmış material üzrə Telman adlı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir (iş materialları). Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılmasından sonra PB-də döyülməsi, xəsarətlənməsi ilə əlaqədar məhkəmə araşdırması aparılmış, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından sonuncunun tibbi kitabçası götürülməklə baxış keçirilmiş və Təqsirləndirilən şəxs Təcridxanaya daxil olarkən onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsinin baş verdi 30 mart 2022-ci il tarixə ödənməmiş məhkumluğu qalmamışdır (iş vərəqə: 102-103). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2115 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmasının mümkünsüzlüyü qeyd edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2ci bəndinə əsasən əlillər və eyni qərarın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Bununla da Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasına münasibət bildirib qeyd edir ki, məhkəməyədək icraat mərhələsində əldə olunmaqla iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X16 19 aprel 2022-ci il tarixli, 1931 saylı məktubundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 17-də qeydiyyatda olan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə artıq 01 mart 2011-ci il tarixdən mərkəz qeydiyyatındadır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə qeydiyyatda olması nəzərə alınmalı, hazırda baxılan iş üzrə çaxarılacaq hökmün surəti hökm qanuni qüvvəsini aldıqdan sonra məlumat və qeydiyyatın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X19 göndərilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 192,9 qram psixotrop maddə metamfetamin məhv edilməli; - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin. Təqsirləndirilən şəxs 01 mart 2011-ci il tarixdən narkomaniya xəstəliyinə görə yaşayış yeri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X17 qeydiyyatda olması nəzərə alınsın və hazırkı cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra surəti həmin X19 göndərilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 192,9 qram psixotrop maddə metamfetamin məhv edilsin; - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar