Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1309/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 52A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə ümumi çəkisi 2027,883 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib, 27,683 qram çəkidə olan hissəsini üzərində saxlamaqla daşımış, 2000,2 qram (2kq 2qr) təşkil edən hissəsini isə qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 52A ünvanda gizlətməklə saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 03:30 radələrində X7 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın yaxınlığında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən saxlanılıb Səbail RPİ-nin 8ci Polis Bölməsinə gətirilmiş, orada həmin tarixdə saat 04:35-də onun üzərində şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 27,683 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən bir ədəd “Pocket Seale” markalı üzərində heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülümş, daha sonra Səbail RPİ-nin əməkdaşları tərəfindən 19 yanvar 2023-cü il tarixdə saat 14:35-dən etibarən onun qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvana baxış keçirilən zaman evin həyətində olan divarda quraşdırılmış kombi aparatının yerləşdiyi plastik dolabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 2000,2 qram (2kq 2qr) olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, bununla da, Təqsirləndirilən şəxs məxsus satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı və daşıdığı ümumilikdə təmiz çəkisi 2027,883 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin narkotiki ayrı-ayrı şəxslərdən əldə edirdi. Saxlanıldığı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda olan «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısından gecə vaxtı keçən zaman PPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin əməkdaşların ona yaxınlaşdıqlarını görərək şalvarının sağ cibində içində 2 qram kakos olan bükümü çıxarıb gizlincə atmışdır. Bunu polis əməkdaşları görməmişlər. Onu polislər saxlayan zaman artıq üzərində heç bir şey olmamışdır. Polis əməkdaşları onu Səbail RPİ-nin 8-ci PB-nə aparmış, orada ona təzyiqlər göstərildiyi üçün sonuncuların cibinə qoyduqları 27,683 qram heroinin və elektron tərəzinin müdafiəçinin iştirakı ilə üzərinə baxış zamanı özünə məxsus olmasını etiraf etmişdir. Həqiqətdə isə polislər onu saxlayan zaman üzərində heç nə olmamışdır. Ondan həmçinin üzərində mobil nömrə olmayan “Hisense L675” markalı mobil telefonu aşkar olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitəsi təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən qaytarılmamışdır. Bundan sonra polislər ona yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, o da buna etiraz etməmiş və evin yerini polislərə göstərmişdir. Bundan sonra onun, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə müstəntiq tərəfindən video çəkilişdən istifadə edilməklə yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildən hər-hansı qeyriqanuni əşya və ya predmet aşkar olunmamış, lakin yaşadığı evin həyətində olan və evin divarına bərkidilmiş qızdırıcının altındakı boş yerdən polislər 2 kq narkotik vasitə aşkar edib götürmüşlər. Həmin narkotik vasitə də ona məxsus deyildir, o, ümumiyyətlə həmin ünvanda yaşamır. Həmin ünvan atasına məxsus həyət evidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. 18 yanvar 2023-cü il tarixdə, saat 03:30 radələrində həmkarları Şahid2 və Şahid3 ilə birlikdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin onları gördükdə yayınmaq istəməklə özünü şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs üzərində heç bir sənədinin olmadığını deyərək üzərində narkotik vasitə ilə birlikdə elektron tərəzi olduğunu bildirmişdir. Onlar həmin şəxsi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparmışlar. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra xidməti otaqların birində onun üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Hisense L675” markalı mobil telefon aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş bükümü xarici vətəndaşdan onlayn qaydada şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitədən başqa yaşadığı evdə narkotik vasitə saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, həmçinin mobil telefon da iş üzrə sübut əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilərək bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də Səbail RPİ-nin 8-ci polis bölməsində üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışda o iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin X4 polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə Səbail RPİ-nin Müvəqqəti Saxalama yerində konvoy kimi xidmətdə olmuşdur. Həmin gün saat 13:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutularaq orada saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs, 3 saylı vəkil bürosunun vəkili Səyyarə Əliyeva və Səbail RPİ-nin ekspert-kriminalisti Elşən Quliyevlə birlikdə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev 52A ünvanına getmişlər. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs mətbəxində şkafın siyirtməsindən içərisi boş olan 7 ədəd tibbi şpris və həmin evin həyətində daş hasarın alt hissəsində kombi sistemi aşağı hissəsindən üzəri skoçla bağlanmış bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana aparıldığı, orada baxış keçirilən zamanı ona qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, 18 yanvar 2023-cü il tarixdə, saat 03:30 radələrində həmkarları Şahid1 və Şahid3 ilə birlikdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanın qarşısında halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs dalana dönüb uzaqlaşmaq istədiyini görərək PPX-nin maşınını onun yanında saxlayaraq ona yaxınlaşıb nə üçün onlardan uzaqlaşmaq istədiyini soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə üzərində narkotik olmasını bildirmişdir. Bundan sonra onlar Rahimi xidməti maşınlarına əyləşdirib Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs raportla növbətçi hissəyə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibova təqdim olunmuş, sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış təhqiqatçının xidməti otağında müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü və həmin gödəkçənin sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan savayı Təqsirləndirilən şəxsn gödəkçənin sağ yan cibindən 01 ədəd “Hisense L675” markalı mobil telefonu da təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü onlayn qaydada şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitədən başqa yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış, həmin zərfin üzərini və baxışa dair protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, 18 yanvar 2023-cü il tarixdə, saat 03:30 radələrində həmkarları Şahid1 və Şahid2la birlikdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanın qarşısında halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs dalana dönüb uzaqlaşmaq istədiyini görərək PPX-nin maşınını onun yanında saxlayaraq ona yaxınlaşıb nə üçün onlardan uzaqlaşmaq istədiyini soruşduqda Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə üzərində narkotik olmasını bildirmişdir. Bundan sonra onlar Rahimi xidməti maşınlarına əyləşdirib Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs raportla növbətçi hissəyə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibova təqdim olunmuş, sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış təhqiqatçının xidməti otağında müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü və həmin gödəkçənin sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan savayı Təqsirləndirilən şəxsn gödəkçənin sağ yan cibindən 01 ədəd “Hisense L675” markalı mobil telefonu da təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü onlayn qaydada şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitədən başqa yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış, həmin zərfin üzərini və baxışa dair protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, 18 yanvar 2023-cü il tarixdə saat 03:30 radələrində X7 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın yaxınlığında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında özünü şübhəli aparan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 27,683 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən bir ədəd “Pocket Seale” markalı elektron tərəzi, «Hisense L675» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanımadığı əcnəbi şəxsdən onlayn şəkildə şəxsi istifadəsti üçün aldığını, yaşadığı ünvanda da narkotik vasitə saxladığın bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü protokoldan müəyyən olunur ki, həmin tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvana baxış keçirilmiş, baxış zamanı həmin mənzilin həyətində divarda quraşdırılmış kombi aparatının yerləşdirildiyi plastik dolabın içərisindən 01 ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 2000,2 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. İbtidai araşdrma zamanı müdafiəçinin iştirakı ilə xx.xx.2023-ci il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş vastələri onlayn satış vasitəsilə əldə etdiyini, bu vasitəni mobil telefona zəng edən şəxslərə verdiyni bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkantədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/298 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №52” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 27,683 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/369 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №51” dairəvi möhür əksi olan paketlərdəki üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2000,2 qram (2kq 2 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 07 ədəd tibbi şprislər” yazısı və imzalar olan paketdəki 3 ədəd boş 1 ml-lik şprislərin içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Digər 4 ədəd qablaşdırılmış vəziyyətdə olan 1 ml-lik şprislər qablaşdırlması pozulmamış vəziyyətdə olduğu üçün, onlar üzərində tədqiqat aparılmadı; -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd tərəzi” yazısı və imzalar olan paketdəki bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir; -üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş ağ rəngli kristal maddələr...” yazısı və imzalar olan paketdəki 2(iki) ədəd şəffaf paketdə ağ rəngli xırda kristalşəkilli maddələrin tərkibində narkotik vasitələrin və psixotrop maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə və psixotrop maddələrə aid deyildirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin (18 yanvar 2023-cü il tarixli 6/298 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 1638 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş «Hisense L675» markalı mobil telefon aparatına baxış keçirilən zaman telefon aparatının yaddaşında «Whatsapp» ani mesajlaşma sistemini açdıqda aşağıdakılar müəyyən olunmuşdur: a) +994 55 *** ** ** nömrəli şəxslə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması; b) +994 55 *** ** ** nömrəli şəxslə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması; c) +994 55 *** ** ** nömrəli şəxslə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması; d) + 994 70 *** ** ** nömrəli şəxslə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması; e) +994 99 *** ** ** nömrəli şəxslə ayrı-ayrılıqda bir-birinə yazı və səsli ismarıclar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması müəyyən olundu. Bundan başqa telefon aparatının yaddaşında «Whatsapp» ani mesajlaşma sistemində +994 55 *** ** ** nömrəli şəxslə ismarıclar bölməsinin media hissəsi açıldıqda həmin hissədə 100 manat məbləğində pul köçürmə qəbzinin fotoşəkili müəyyən olunmuş, «Şəkillər» başlıqlı bölməsində 120 manat məbləğində pul köçürmə qəbzinin fotoşəkili və "xxxx" ASC-yə aid “Leobank” 4098-5844-6828-9093 saylı hesab kartının fotoşəkili olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən narkotik vasitənin əldə edilməsi mənbəsini müəyyən etmək məqsədilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq olan 2027,553 qram heroin, bir ədəd elektron tərəzi, 3 ədəd boş 1 ml-lik şprislər və 4 ədəd qablaşdırılmış vəziyyətdə olan 1 ml-lik şprislər, Təqsirləndirilən şəxs məxsus «Hisense L675” markalı mobil telefon Bkı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, götürmə zamanı və evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail rayon prokurorluğundan daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış materiallarda Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti tətbiq edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2010-cu il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum edilmiş, 07,09.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 186.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 22 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 384 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail rayon məhkəməsindən məhkəməyə daxil olmuş 1(009)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış 07 iyun 2023-cü il tarixli hökm 22 avqust 2023-cü il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2022-ci ilin oktyabr ayında törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2023-cü il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Səbailı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəza baxılmış iş üzrə təyin ediləcək cəza ilə qismən və ya tamamilə birləşdirməklə qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə Təqsirləndirilən şəxs üzərinə baxış protokolu ilə, ona məxsus «Hisense L675» markalı mobil telefona baxış keçirilməsi barədə protokol ilə, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin cibinə qoyulması və yaşadığı evin həyətində aşkarlanımş narkotik vasitələrin ona məxsus olmamasına dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, həmçinin Təqsirləndirilən şəxs Cəfər oğlunun yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroin və üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni olması və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin miqdarının həddən artıq çox olması, yəni şəxsi istehlak miqdarından olduqca artıq miqdarda olması və həmçinin narkotik vasitə ilə bərabər elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə deyil, satış niyyəti ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda ona tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Səbail RPİnin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2027,553 qram heroin, bir ədəd elektron tərəzi, 3 ədəd boş 1 ml-lik şprislər və 4 ədəd qablaşdırılmış vəziyyətdə olan 1 ml-lik şprislər məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Hisense L675” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş C.Cəfərlinin üzərinə şəxsi axtarış, götürmə zamanı və evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd CD disk cinayət materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 27 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 450 AZN (dörd yüz əlli manat) pul Bakı şəhəri 27 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 2027,553 qram heroin, bir ədəd elektron tərəzi, 3 ədəd boş 1 ml-lik şprislər və 4 ədəd 1 ml-lik şprislər məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Hisense L675” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 450 AZN (dörd yüz əlli manat) pul Bakı şəhəri 27 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1309/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1309/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver