Məhkəmə qərarları › İş №1(101)-131/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-131/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2020 24.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3, onun müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 qızının, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1, tərcüməçilər X8, X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Qazaxıstan Respublikasının Alma- Ata şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 178.4-cü maddələri, xx.xx.1978-cİ il tarixdə Naxçıvan MR-nin Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, İstiqlaliyyət küçəsi ev 149-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1961-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs3 xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları X2baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X13 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkələrdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik olduğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan sonra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin X3 şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, aralarında baş tutmuş telefon danışığı zamanı sonuncuya Qazaxıstanda tütün məmulatlarının satışından yaxşı gəlir əldə edildiyini, Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin məhsulları Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək, satışını təmin edəcəyinə və əldə edilmiş gəlirdən ona göndərəcəyinə dair yalan vəd verərək inandırıb, təkrarən sonuncunun etibarından suiistifadə etməklə, Zərərçəkmiş şəxs Dubaydan aldığı və 2018-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Hacı Şahid1 tanışına məxsus olmaqla, İran İslam Respublikasında beynəlxalq yükdaşıma xidməti göstərən “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “TOO KHAN TULPAR” şirkətinə göndərdiyi 1.200.000 ABŞ dolları dəyərində tütün məmulatları və 2018-ci ilin aprel ayında həmin malların Gömrük Postundan keçirilməsi üçün 250.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, X2baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X13 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına gətirilmiş ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3, X2baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X13 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına gətirilmiş ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci ilin yay ayında o, Aktau şəhərində Malikə zəng vurmuş və Malik də evdə olduğunu bildirmişdir. Maliklə görüşmək üçün Malikin yaşadığı mənzilə getmişdir. Orada Malik və İlkinlə görüşmüş, söhbət zamanı Malik ona bildirmişdir ki, Türkiyədən Qazaxıstana dəniz yolu ilə mallar gətirmişdir, lakin həmin mallar gömrükdə saxlanılmışdır. Bir az oturduqdan sonra o, evi tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, Malikin yaşadığı evə Qazaxıstan hüquq mühafizə orqanlarının əməkdaşları yaşayış sahəsinə daxil olaraq axtarış keçirmişlər. Sabahısı gün Malik ona zəng etmiş və bildirmişdir ki, dünən danışdığı hansı ki gömrükdə saxlanılan mallara görə idarəyə aparılıb dindirilmiş, sonra sərbəst buraxmışlar. Lakin o, malların niyə saxlanıldığının səbəbini bilməmiş, sonradan ona məlum olmuşdur ki, həmin mallar gömrük orqanında bəyan edilməmiş, ona görə saxlanılmışdır. Həmin hadisədən təxminən 1 ay sonra, Malik ona zəng vuraraq bildirmişdir ki, həmin saxlanılan mallarla əlaqədar Qazaxıstanda mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsi maddəsi ilə cinayət işi başlanmışdır. Bu məsələni hansısa yolla həll edib edə bilməyəcəyini soruşmuş, o da Malikə bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə gün ərzində o, Qazaxıstanda Astana şəhərində Andrey adlı tanışı vasitəsilə bir vəkillə əlaqə saxlamış, həmin vəkil bu məsələni dəqiqləşdirib deyəcəyini bildirmişdir. O, onların bir-birilərinin əlaqə nömrələrini vermiş, bu söhbətlərdən təxminən 1 aydan çox bir müddət keçdikdən sonra Maliklə danışıqları zamanı ona bildirmişdir ki, artıq məsələləri həll olunub. O, vəkilin adını bilməmiş, qeyd olunan məbləğin vəkilin xidmət haqqı yaxud hansısa məqsədlər üçün verildiyi barədə məlumatı olmamışdır. O, Azərbaycandan Qazaxıstana qayıdarkən onun ölkədən çıxışına stop qoyulduğunu öyrənmişdir. Sonradan yəni, xx xxxxxx 2018-ci il tarixdə o, tutularkən ona məlum olmuşdur ki, Amil onu hüquq mühafizə orqanlarına şikayət etmişdir və Malik də izahat verərək onun Malikdən pul aldığını bildirmişdir. Maliklə üzləşmə zamanı Malik ona bildirmişdir ki, Qazaxıstanda cinayət işlərinin həll edilməsi üçün vəkilə verdiyi 275000 ABŞ dollarını Amil Malikdən tələb edir, ona görə də Maliki məcbur etmişdir ki, onun əleyhinə izahat versin. O da bu barədə Amillə telefonla əlaqə saxlamış və nə üçün belə bir hərəkət etdiyini, onun Amildə onun müəyyən məbləğdə pul vəsaitinin olduğunu, bununla belə nə üçün ona qarşı belə bir hərəkət etdiyini soruşmuşdur. Amil isə ona demişdir ki, 5 dəqiqəyə onunla əlaqə saxlayacaqdır, lakin onunla əlaqə saxlamamış və zənglərinə də cavab verməmişdir. Amil 50000, 100000 və 500000 ABŞ dolları məbləğində pulu müxtəlif vaxtlarda öz şəxsi işləri ilə bağlı ondan almışdır. 2018-ci ilin avqust ayının əvvəli o, Bakıdan çıxışına qadağa qoyularkən Amillə əlaqə saxlayanda ona demişdir ki, Malik onun barəsində şikayət etmişdir, ona görə də onun çıxışına qadağa qoyulmuşdur. Daha sonra ona bildirmişdir ki, Qazaxıstanda şəxsi işləri ilə əlaqədar pul lazımdır. Bu səbəbdən də həmin müddət ərzində Amil ondan 50000 ABŞ dolları və əlavə 100000, 500000, 10000 və 250000 ABŞ dolları olmaqla, ümumilikdə ******* ABŞ dollarına yaxın borc almışdır. Həmin pulu da o, Amilə Qazaxıstanda konkret olaraq Aktau və Almatı şəhərində tanışlarına öz adamları vasitəsilə çatdırmışdır. Amil ona söz vermişdir ki, həmin pulu 10 gün müddətində geri qaytaracaqdır. Sonradan ona məlum olmuşdur ki, onun əleyhinə ifadə verməsinə Maliki Amil məcbur etmişdir. Ona məxsus pulu isə qaytarmamış, Amilin ona pul borclu olması barədə isə o, prokurorluq orqanlarına yazdığı ərizəsində qeyd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz alıb Azərbaycandan tranzit keçirməklə Qazaxıstan Respublikasına aparıb satışını həyata keçirmişdir. 2016-cı ildə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Türkiyə Respublikasından tikinti materialları və meyvətərəvəz, həmçinin İİR-dan meyvə-tərəvəz alıb Azərbaycan Respublikası və Qazaxıstan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına aparıb satışını həyata keçirmək üçün Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Türkiyədən birbaşa Rusiya Federasiyasına malları idxal etmək üçün alınan gömrük ödənişinin məbləği çox olduğundan, lakin həmin gömrük ödənişlərinin məbləği Qazaxıstan Respublikasında az olduğundan, Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasında gömrük ittifaqı olduğundan və aralarında malların idxal və ixracına görə gömrük ödənişləri alınmadığından qərar vermişlər ki, Türkiyə Respublikasından və İİR-dan malları alıb Qazaxıstan Respublikasına aparaq və orada malları gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra həmin malları aparıb Rusiya Federasiyasında satışını həyata keçirsinlər. Odur ki, 2016-cı ilin yanvar ayında Təqsirləndirilən şəxs2 ilə birlikdə təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Həmin ilin ortalarında Təqsirləndirilən şəxs2 etdiyi təsadüfi zəng nəticəsində tanışlıq münasibətləri yarandığı Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 Qazaxıstan Respublikasının gömrük orqanlarında kifayət qədər nüfuzu olan şəxs olmuşdur. Həmin şəxsin özü də əvvəllər Qazaxıstan Respublikası hüquq mühafizə orqanlarında işlədiyi üçün tanışları çox olmuşdur. Bir neçə dəfə Qazaxıstan Respublikasına apardıqları meyvə-tərəvəz məhsullarının rəsmiləşdirilməsi işlərində o, onlara köməklik göstərmişdir. 2017-ci ilin may ayının əvvəllərində o, tanışı Azərbaycan Respublikası vətəndaşı olan Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 haqqında məlumat vermiş, yaxşı ticarət əlaqələrinin olduğunu, həmin şəxslə münasibət qurmağın məqsədəmüvafiq olduğunu ona bildirmişdir. Bundan sonra Amil də, ona Təqsirləndirilən şəxs3la şəxsən tanış olacağı halda ticarət əlaqələri qurmaq məsələsini dəyərləndirə biləcəyini demişdir. O, Amil barəsində Təqsirləndirilən şəxs3 danışmış, Rinat da, Amillə tanış olmaq istədiyini bildirmişdir. Bu məqsədlə 2017-ci ilin birinci rübündə o, dostu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə Türkiyə Respublikasına getmişlər ki, həmin vaxt orada olan Zərərçəkmiş şəxsla Rinat tanış olsunlar. Amil onları aeroportda qarşılamış və onları restorana aparıb ziyafət vermiş, bir həftə orada qaldıqları müddətdə Amillə Rinat arasında yaxşı münasibətlər qurulmuşdur. Amil ona Rinata etibar edə biləcəyini demiş, söhbət zamanı X23 Respublikasından satılması üçün X3 şəhərinə göndərilməsi üçün Qazaxıstan Respublikasına tekstil malları göndərəcəyi halda həmin malları özünün Qazaxıstan Respublikasının gömrük sərhədlərindən keçirilməsini və Moskva şəhərinə göndərilərək satışını təmin edəcəyini və həmin satışdan əldə olunan gəlirdən ona aid olan payı göndərəcəyini bildirmişdir. Bundan sonra Amil onunla razılaşmış, onlar birlikdə tekstil mallarının satışı ilə məşğul olan mağazaları və tekstil istehsalı ilə məşğul olan fabrikləri gəzmişlər. Amil orada həmin mallardan 1.700.000 ABŞ dolları məbləğində malların alışını icra etmiş və həmin malları Qazaxıstan Respublikasına göndərilməsini təmin edəcəyini demişdir. Bundan sonra o, Malik və Rinat Qazaxıstan Respublikasına qayıtmış, Amil isə Türkiyə Respublikasında qalmışdır. Amil xx.xx.2017-ci il tarixdə həmin malların 4 yük avtomobili ilə Türkiyə Respublikasından yola saldığını və həmin malların qısa müddətdə Qazaxıstan Respublikasında olacağı barədə Rinata məlumat vermiş, Rinat da, bu barədə onlara məlumat vermişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2017-ci il tarixdə onlara zəng edərək malların Qazaxıstan Respublikası gömrük sərhəddini keçdiyini və artıq əvvəlcədən nəzərdə tutulmuş anbarda Moskva şəhərinə göndərilməsi üçün digər avtomobillərə yüklənildiyini demişdir. O da, Maliklə birlikdə malların digər avtomobillərə yüklənməsinə nəzarət etmək məqsədi ilə anbara getmişlər. Onlar ora çatanda artıq avtomobillərdən biri boşaldılıb digər avtomobilə yüklənmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 da anbara gəlmişdir. Bir qədər sonra qəflətən 5-6 nəfər mülki geyimli şəxslər anbara gələrək sənədlərini təqdim etmiş, onlar həmin şəxslərin maliyyə polisinin əməkdaşları olduqlarını öyrənmişlər. Həmin şəxslər onlara tekstil mallarının gömrük qeydiyyatından keçmədən Qazaxıstan Respublikası sərhədlərinə daxil olduğunu bildirmişlər. O və Malik Rinatdan nə baş verdiyini soruşduqda Rinat onlara nəsə anlaşmazlıq olduğunu, bu məsələni özünün həll edəcəyini, malları Moskva şəhərinə göndərib orada satışını təmin edəcəyini bildirmişdir. Bundan sonra onlar da arxayın olub qaldıqları evə qayıtmış, bir qədər sonra Rinata zəng edərək qaldıqları evə çağırmışlar ki, onlardan sonra nələr baş verdiyini öyrənsinlər. Rinat onların yaşadıqları evə gəldikdən bir neçə dəqiqə sonra polis əməkdaşları evə gələrək axtarış-götürmə etmişlər. Axtarış-götürmədən sonra onlar da polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və orada izahat vermişlər. Rinat yenə də, onlara narahat olmamağı işləri özü yoluna qoyacağını demişdir. Həmin vaxt onlar Amilə də zəng edərək bu barədə məlumat vermiş və Rinatın məsələni həll edəcəyini bildirmişlər. Ertəsi gün onlar işləri ilə əlaqədar təyyarə ilə X3 şəhərinə uçmuş, orada işlərini gördükdən sonra isə birbaşa təyyarə ilə Gürcüstanın Tblisi şəhərinə qayıtmışlar. Orada təxminən 2 həftə qaldıqdan sonra oradan Bakı şəhərinə gəlmişlər. Bundan sonra onlar mütəmadi olaraq Rinatla əlaqə saxlayıb avtomobillərin nə vaxt buraxılması ilə maraqlanmışlar. Təxminən 1 ay keçdikdən sonra malların buraxılmadığını görüb malların aqibəti ilə maraqlanmaq üçün o, təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə uçmuşdur. Təxminən 40 gün orada qalıb avtomobillərin nə vaxt buraxılacağı ilə maraqlanmış, Rinat isə hər dəfə malları yaxınlarda buraxılacağını bildirmişdir. Sonra onların barələrində cinayət işinin açılacağını öyrənib öz təhlükəsizliyi üçün Bakı şəhərinə qayıtmışdır. 2017-ci ilin sentyabr ayına kimi Rinat malların buraxılacağını, lakin qeyd edilən malların buraxılması üçün 275.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Həmçinin Rinat onlara “sizin burada bir milyondan artıq məbləğdə malınız var, əks halda malınız batacaq” demişdir. Bundan sonra onlar bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, o, da Rinatın düz dediyini tekstil mallarının qiymətinin çox baha olduğunu malların batmasının heç kimə xeyri olmayacağını deyib, həmin pulu Rinata göndərməyə razılıq vermişdir. Sonra Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 çatdırmaq üçün 200.000 ABŞ dolları pul vermişdir. Bundan sonra Rusiya Federasiyasında olan tanışları vasitəsi ilə 200.000 ABŞ dolları pulu Qazaxıstan Respublikasına necə göndərə biləcəkləri ilə maraqlanmışlar. Sonra onlar Moskva şəhərində yaşayan İİR-sı vətəndaşının pul köçürməsi işləri ilə məşğul olduğunu öyrənib həmin şəxslə əlaqə saxlamışlar. Onlar xx xxxxxxx 2017-ci il tarixdə həmin şəxslə əlaqə saxlayıb 200.000 ABŞ dolları pulu necə Qazaxıstan Respublikasına göndərə biləcəklərini soruşmuşlar. Həmin şəxs onların “whatsap” nömrələrini soruşmuş və yarım saat müddətində onlarla əlaqə saxlanılacağını demişdir. Təxminən yarım saat sonra onlara Rusiya operatoruna məxsus mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsap” proqramı ilə zəng edilmiş və onlar Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Çin restoranın yanına dəvət edilmişlər. Onlar qeyd edilən yerə getmiş və həmin şəxslə görüşmüş, həmin şəxs Şahaba zəng vurmuş və onlar pulu verəcəkləri şəxsin həmin şəxs olubolmadığını soruşmuşlar. Şahab isə pulu verəcəyimiz şəxsin həmin şəxs olduğunu bildirdiyindən onlar 200.000 ABŞ dolları pulu həmin şəxsə vermişlər. Sonra Şahab onlara zəng edib Qazaxıstan Respublikasının mobil operatoruna məxsus bir nömrə vermiş, onlar da həmin mobil nömrəni Rinata göndərmişdir. Təxminən 15 dəqiqədən sonra Rinat onlara zəng edib qeyd edilən nömrə ilə danışdığını bildirib 2 saat müddətində həmin şəxslə görüşüb pulu alacağını demişdir. Təxminən 2 saatdan sonra Rinat zəng edib 200.000 ABŞ dolları pulun çatdığını bildirmiş, eyni zamanda Şahab da zəng edib həmin məbləğdə pulun Qazaxıstan Respublikasında Rinat adlı şəxsə çatdığını demişdir. Sonra onlar Rinata zəng edib malların nə vaxt buraxılacağını soruşmuş, Rinat isə 1 həftə, uzağı 10 gün müddətində bu işlərin yekunlaşacağını bildirmişdir. Təxminən 10 gün sonra Rinata zəng edib işlə maraqlanmış, Rinat yenə 10 gün sonra həll olunacağını, amma 75.000 ABŞ dollarını tez göndərmələrini demişdir. Bir qədər sonra onlar 75000 ABŞ dolları pulu da Şahabın Bakı şəhərində olan nümayəndəsinin vasitəsi ilə Rinata göndərmiş, sonra Rinat da, onlara pulu aldığı barədə məlumat vermişdir. Bundan sonra Rinatla mütəmadi olaraq əlaqə saxlayaraq nə üçün malların buraxılmaması ilə maraqlanmış, Rinat isə yenə bugün–sabah buraxılacağını deyərək onları aldatmışdır. Sonradan onlara məlum olmuşdur ki, onların barəsində cinayət işi açılmışdır. Bundan sonra onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılaraq Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirib orada onların izahatları alınmışdır. Eyni zamanda onlar Azərbaycan Respublikası Prokurorluğunun X4 dəvət edilmiş, orada da Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirilib izahatları alınmışdır. O, X15 tanımır, X9 isə Qazaxıstan Respublikasının Aktau şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 X15 tanıyıb-tanımaması barədə heç bir məlumatı olmamışdır. Lakin X14 isə Təqsirləndirilən şəxs3 köməkçisi kimi sonuncunun bütün işlərini görüb, etibarlı şəxs kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs3, Qazaxıstan polisi tərəfindən saxlanılmış 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən onun və Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Onlar mallar gömrük sərhədindən keçdikdən sonra həmin malların aparılması üçün anbar təşkil etmiş və həmin malların Rusiya Federasiyasına daşınması üçün lazım olan avtomobillərin tapılması məsələsini həll etmişlər. Malların anbardan avtomobillərə daşınmasına isə Dualet Ayzakov rəhbərlik etmiş, lakin bütün bu prosesləri isə Təqsirləndirilən şəxs3 birbaşa idarə etmişdir. Onlara göstərişlər Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş, malların Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsini Təqsirləndirilən şəxs3 təmin etmişdir. Amma bunu o, necə etməsi barədə onların məlumatı olmamış, o və Təqsirləndirilən şəxs2 malların qaçaq keçirilməsini polislər malları saxladıqdan sonra bilmişlər. Bu işdə əsas adam Təqsirləndirilən şəxs3 olmuş, o və Malik həmin prosesdə iştirak etsələr də malların qaçaqmalçılıq yolu keçirilməsindən xəbərsiz olmuşlar. Dualet Ayzakovun isə bu barədə xəbərinin olub-olmamasından xəbərsiz olmuşdur. Mallar gömrük sərhədində saxlanıldıqdan sonra bunun səbəbini öyrənmək üçün onlar Rinatı evə çağırmış, Rinat da evə gəlmiş, müzakirəyə başlayan zaman polis əməkdaşları evə gəlmiş və axtarış-götürmə keçirmişlər. Axtarış zamanı götürülmüş noutbukun Təqsirləndirilən şəxs2 məxsus olduğunu, saxta sənəd və möhürlərin isə kimə məxsus olması barədə heç bir məlumatı olmamışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 satışını təmin edərək əldə edilən gəlirdən Zərərçəkmiş şəxs pay verməsi üçün Dubaydan Qazaxıstana göndərdiyi tütün məmulatlarının Rinatın deməsinə görə gömrük postunda saxlandığını və Rinatın həmin malların buraxılması üçün də 250.000 ABŞ dolları lazım olduğunu dediyini bildirmişdir. Həmin vaxt hələ tekstil mallarının postdan çıxarılması söhbəti davam etdiyindən Amil tütün məmulatlarının 12 konteyner olmaqla, dəyərinin 1.200.000 ABŞ dolları olduğunu və Rinatın istədiyi pulun həmin malın dəyərindən aşağı olduğunu deyərək həmin pulu Rinata çatdırmalarını onlardan xahiş etmişdir. Malik və o, yenə Şahab vasitəsilə həmin 250.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs3 çatdırmış, sonra Rinat da pulları aldığını və qısa müddət ərzində həm tekstil həm də tütün məmulatlarının buraxılmasını təmin edəcəyini onlara və Amilə bildirmişdir. Lakin sonra öyrənmişlər ki, Təqsirləndirilən şəxs3 tütün məmulatlarını hansısa üsulla keçirmiş, lakin onları aldadaraq tütün məmulatlarının postda saxlanıldığını demişdir. O, Malik, Şahid1, Amil və Rinat Bakı şəhərində görüşərək malların və pulların aqibəti barədə söhbət etmişlər. Rinat orada Amilə söz vermişdir ki, həmin malları gömrük postundan çıxararaq satışını təşkil edəcək və Amilə düşən payı verəcəkdir. Lakin heç nə Rinatın dediyi kimi olmamış, tekstil mallarının, tütün məmulatlarının və qeyd olunan mallarına görə Təqsirləndirilən şəxs3 verilmiş ümumilikdə 525.000 ABŞ dolları aqibəti barədə dəqiq məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs məxsus tütün məlumatlarını Rafayıl Hümbətov adlı başqa bir şəxsin mallarını gömrükdən keçirə bilmədiyinə görə həmin şəxsə verməsini bilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əvvəllər Türkiyə Respublikasından tikinti materialları və meyvə-tərəvəz alıb Azərbaycandan tranzit keçirməklə Qazaxıstan Respublikasına aparıb satışını həyata keçirmişdir. 2016-cı ildə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasından tikinti materialları və meyvətərəvəz, həmçinin İİR-dan meyvə-tərəvəz alıb Azərbaycan Respublikası və Qazaxıstan Respublikasından tranzit keçməklə Rusiya Federasiyasına aparıb satışını həyata keçirmək üçün Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Türkiyədən birbaşa Rusiya Federasiyasına malları idxal etmək üçün alınan gömrük ödənişinin məbləği çox olduğundan, lakin həmin gömrük ödənişlərinin məbləği Qazaxıstan Respublikasında az olduğundan, Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasında gömrük ittifaqı olduğundan və aralarında malların idxal və ixracına görə gömrük ödənişləri alınmadığından qərar vermişlər ki, Türkiyə Respublikasından və İİR-dan malları alıb Qazaxıstan Respublikasına aparsınlar. Orada malları gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra həmin malları aparıb Rusiya Federasiyasında satışını həyata keçirsinlər. Odur ki, 2016-cı ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişlər. Həmin ilin ortalarında Qazaxıstan Respublikasının Aktau şəhərində kirayədə yaşadıqları mənzildə ona telefon zəngi gəlmişdir. O, telefona cavab verdikdə həmin şəxs özünü Rinat kimi təqdim etmiş və 4 və ya 5 yük avtomobilin Qazaxıstan Respublikasının Aktau şəhərinin “Morport” gömrük postunda saxlanıldığını bildirib bunun səbəbkarlarının onların olduqlarını demişdir. O isə Rinata gömrük işçisi olmadığını bildirib Rinatdan həmin malları necə saxlaya biləcəyini soruşmuşdur. Rinat isə onun yanında bir nəfərin də olduğunu bildirərək bəlkə bunları həmin şəxsin etdiyini demişdir. O isə həmin şəxsin, yəni Təqsirləndirilən şəxs1 hazırda yanında olduğunu bildirmiş və mobil telefonu Təqsirləndirilən şəxs1 vermişdir. Rinat eyni sözləri Təqsirləndirilən şəxs1 də demiş və Ruminyada olduğunu, gələn həftə gələcəyini və gəldikdə bu barədə danışacağını bildirmişdir. Təxminən 2-3 gündən sonra həmin şəxs onları görüşə çağırmış, onlar da Rinatın dediyi yerə getmişlər və bir kafedə oturmuşlar. Söhbət əsnasında Rinat onlardan nə işlə məşğul olduqlarını soruşmuş, onlar isə X6 Respublikasına tikinti və meyvə-tərəvəz, İİR-dan isə meyvətərəvəz idxal etdiklərini və aparıb Rusiya Federasiyasında satışını həyata keçirdiklərini bildirmişlər. Onlar Rinatdan gömrükdə saxlanılan yük avtomobillərində olan malların da tikinti və ya meyvə-tərəvəz malları olub-olmadığını soruşmuş, Rinat isə onlara saxlanılan yük avtomobillərində olan malların Türkiyədən idxal olunan tekstil mallar olduğunu bildirmişdir. Söhbət əsnasında onlara məlum olmuşdur ki, saxlanılan tekstil malları Rinata məxsus deyil. Rinat sadəcə gömrükdə olan tanışları vasitəsi ilə müəyyən malları güzəştli şəkildə, yəni gömrük ödənişlərini az ödəmək şərti ilə malları gömrük rəsmiləşdirməsindən keçirib sahibinə verir və oradan öz faizini götürür. Sonra saxlanılan avtomobillərə görə onların adlarının səhv hallandığını bildirib gələcəkdə belə hallar olduqda bir-birilərinə dəstək olmağı təklif etmiş və beləliklə də onlar tanış olmuşlar. Bundan sonra onlar işlərinə davam etmiş, hər 10-15 gündən bir Rinatla zəngləşib görüşmüşlər. 2017-ci ilin may ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs onlara zəng edərək Türkiyə Respublikasından Qazaxıstan Respublikasına Azərbaycan Respublikasından tranzit keçməklə tekstil mallarından ibarət yük aparmağı təklif edib bu işlərlə orada ətraflı maraqlanmaqlarını xahiş etmişdir. Onlar isə bu barədə təcrübəsi olan Rinata müraciət etmək qərarına gəlib Rinatla görüş təyin etmişlər. Onlar da X6 Respublikasına tekstil mallar idxal etmək istədiklərini bildirib bu işlərdə onlara köməklik etməsini xahiş etmişlər. O isə onlara hər tekstil malları gətirən yük avtomobilinə görə 45000 ABŞ dolları pul aldığını, lakin bu xidməti onlara 40000 ABŞ dollarına edəcəyini bildirmişdir. Onlar da Rinatın onlara dediyi həmin məbləği Zərərçəkmiş şəxs demiş, sonuncu isə həmin məbləğdə ödəniş etməklə Qazaxıstan Respublikasına mal idxal etməyin sərfəli olduğunu bildirib razılaşmışdır. Onlar isə qeyd edilən malları Qazaxıstan Respublikasına idxal etdikləri halda hər yük avtomobilinə görə 45000 ABŞ dolları ödəməli olduqlarını öyrəndiklərindən Rinatın təklifi cazib gəlmiş bu səbəbdən Rinatla razılaşmışlar. Ona görə də onlar Türkiyə Respublikasından təxminən ******* ABŞ dolları dəyərində tekstil mallarından ibarət yük sifariş vermiş, həmin yüklər 4 yük avtomobilində gəlməli idi. 2017-ci ilin iyun ayında Rinat onlar zəng edib yüklərin Qazaxıstan Respublikasının Aktau şəhərinin “Morport” gömrük postuna gəldiyini bildirib ertəsi gün malları çıxaracağını demişdir. Ertəsi gün saat 10-12 radələrində onlara zəng edib malların artıq Rusiya Federasiyasına gedən yük avtomobillərinə yükləndiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1lə birlikdə avtomobillərin yükləndiyi yerə getmiş, ora çatanda bir avtomobilin artıq yüklənib qurtardığını, digər avtomobilin isə yükləndiyini görmüşlər. Təxminən 5 dəqiqə keçməmiş 4-5 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq vəsiqələrini təqdim edib qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin əməkdaşları olduğunu bildirib və malların sahibinin kim olduğunu soruşmuşlar. Onlar isə həm qorxduqları üçün, həm də malları Zərərçəkmiş şəxs sifariş verdiyindən malların onlara məxsus olmadığını bildirmişlər. Həmin vaxt Rinat da onların yanında olmuş, orada hamısının adları və soyadları soruşulmuş, onlar bir-bir özlərini təqdim etmişlər. Sonra Rinat buraxılmış, amma onları İstintaq İdarəsinə aparılaraq izahatları alınıb nə işlə məşğul olduqlarını soruşmuşlar. Onlar həmin əməkdaşlara bildirmişlər ki, Türkiyədən Qazaxıstan Respublikasına tikinti və meyvə-tərəvəz, İİR-dan isə yalnız meyvə-tərəvəz idxal etdiklərini və idxal etdikləri malları aparıb Rusiya Federasiyasında satışını həyata keçirdiklərini bildirmişlər. İzahatları alındıqdan sonra mobil telefon nömrləri götürülmüş, lazım olduqda onları çağıracaqlarını bildirmişlər. Sonra Rinat onlara bir səflik olduğunu bildirib bu işlərlə özünün məşğul olacağını demişdir. Ertəsi gün onlar işləri ilə əlaqədar təyyarə ilə X3 şəhərinə uçub orada olan işlərini gördükdən sonra birbaşa təyyarə ilə Gürcüstanın Tblisi şəhərinə uçmuşlar. Təxminən orada 2 həftə qaldıqdan sonra oradan da Bakı şəhərinə uçmuşlar. Bundan sonra onlar mütəmadi olaraq Rinatla əlaqə saxlayıb avtomobillərin nə vaxt buraxılması ilə maraqlanmışlar. Təxminən bir ay keçdikdən sonra malların buraxılmadığını görüb malların aqibəti ilə maraqlanmaq üçün Təqsirləndirilən şəxs1 təyyarə ilə Qazaxıstan Respublikasının Aktau şəhərinə uçmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 40 gün orada qalıb avtomobillərin nə vaxt buraxılacağı ilə maraqlanmışdır. Rinat isə hər dəfə malları yaxınlarda buraxılacağını bildirmişdir. Sonra İlkin onların barələrində cinayət işinin açılacağını öyrənib öz təhlükəsizliyi üçün Bakı şəhərinə qayıtmışdır. 2017-ci ilin sentyabr ayına kimi Rinat malların buraxılacağını bildirmiş, lakin sonda qeyd edilən malların buraxılması üçün 275000 ABŞ dolları pul tələb edildiyini demişdir. Onlar qeyd edilən pulu tapa bilməyəcəklərini bildirdikdə Rinat onlara demişdir ki, “bu sizin şəxsi işinizdir, sizin burada bir milyondan artıq məbləğdə malınız var, əks halda malınız batacaq”. Onlar bir-iki gün fikirləşib onsuz da hər avtomobilə görə 40000 ABŞ dolları, ümumilikdə 160000 ABŞ dolları pul verəcəklərini düşünmüş və 200000 ABŞ dolları pul verməyə razılaşmışlar. Odur ki, malın sahibi Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs3 çatdırmaq üçün 200000 ABŞ dolları pul vermiş, sonra Rusiya Federasiyasında olan tanışları vasitəsi ilə 200000 ABŞ dolları pulu Qazaxıstan Respublikasına necə göndərə biləcəkləri ilə maraqlanmışlar. Tanışları Moskva şəhərində yaşayan İİR-sı vətəndaşının pul köçürməsi işləri ilə məşğul olduğunu bildirib həmin şəxslə əlaqə saxlamalarını demişlər. Onlar da xx.xx.2017-ci il tarixdə həmin şəxslə əlaqə saxlayıb 200000 ABŞ dolları pulu necə Qazaxıstan Respublikasına göndərə biləcəklərini soruşmuşlar. Həmin şəxs də onların “whatsap” nömrələrini soruşmuş və yarım saat müddətində onlarla əlaqə saxlanılacağını demişdir. Təxminən yarım saat sonra onlara Rusiya operatoruna məxsus mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsap” proqramı ilə zəng edilmiş və onları Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Çin restoranın yanına dəvət etmişlər. Onlar da qeyd edilən yerə getmiş və həmin şəxslə görüşmüşlər. Həmin şəxs Şahaba zəng vurmuş və onlar pulu verəcəkləri şəxsin həmin şəxs olub-olmadığını soruşmuşdur. Şahab isə pulu verəcəkləri şəxsin həmin şəxs olduğunu bildirmiş, onlar 200000 ABŞ dolları pulu həmin şəxsə vermişlər. Sonra Şahab onlara zəng edib Qazaxıstan Respublikasının mobil operatoruna məxsus bir nömrə vermiş, onlar da həmin mobil nömrəni Rinata göndərmişlər. Təxminən 15 dəqiqədən sonra Rinat zəng edib qeyd edilən nömrə ilə danışdığını bildirib 2 saat müddətində həmin şəxslə görüşüb pulu alacağını demişdir. Təxminən 2 saatdan sonra Rinat zəng edib 200000 ABŞ dolları pulun çatdığını bildirmiş, eyni zamanda Şahab da zəng edib həmin məbləğdə pulun Qazaxıstan Respublikasında Rinat adlı şəxsə çatdığını demişdir. Sonra onlar Rinata zəng edib malların nə vaxt buraxılacağını soruşmuş, Rinat isə 1 həftə, uzağı 10 gün müddətində bu işlərin yekunlaşacağını bildirmişdir. Təxminən 10 gün sonra Rinata zəng edib işlə maraqlanmış və Rinat yenə 10 gün sonra həll olunacağını bildirmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Rinat zəng edib işlərin yekunlaşmaq üzrə olduğunu bildirmiş dediyi əlavə 75000 ABŞ dolları pulu da göndərməli olduqlarını demişdir. Sonra Rinatın dediyi 75000 ABŞ dolları pulu da Şahabın Bakı şəhərində olan nümayəndəsinin vasitəsi ilə Rinata göndərmişlər. Bundan sonra Rinatla mütəmadi olaraq əlaqə saxlayaraq nə üçün malların buraxılmaması ilə maraqlanmış, Rinat isə yenə bugün–sabah buraxılacağını deyərək onları aldatmışdır. Bundan sonra xəbər tutmuşlar ki, onlar barədə cinayət işi açılmış, onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə çağırılıb Qazaxıstan Respublikasından beynəlxalq tapşırıq gəldiyini bildirib orada onların ifadələri alınmışdır. Onların ifadələri alındıqdan sonra AR CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edərək onlar təqsirləndirilən şəxs qismində cəlb edilmişlər.Qazaxıstan Respublikası gömrük postundan malların çıxarılması ilə əlaqədar danışıqlar gedən müddətdə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin malların gömrük sərhədindən keçirilərək satışını təmin edəcəyi və həmin malların satışından əldə edilən gəlirdən Amilə də pay verəcəyini bildirmişdir. Amil də, Təqsirləndirilən şəxs3 etibar etdiyi üçün 12 ədəd yük avtomobil tütün məmulatlarını Qazaxıstan Respublikasına göndərmiş, Təqsirləndirilən şəxs3 həmin malları gömrük sərhədindən keçirib, satışını təmin edib, əldə edilən gəlirdən ona düşən payı versin. Sonra Təqsirləndirilən şəxs3 Tolik Mironov deyə çağırılan tanışı malların Qazaxıstan Respublikasına çatdığını və satış üçün Moskva şəhərinə göndəriləcəyini demiş, bu barədə Rinatla aralarında olan söhbət zamanı sonuncu Mironovun dediklərini təsdiq etmiş, lakin bir qədər çətinlik olduğunu, amma qısa vaxtda məsələni həll edəcəyini demişdir. Lakin bir neçə gün sonra Rinat ona tütün məmulatlarının gömrükdə saxlandığını, malların buraxılması üçün 250.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş, o, da bu barədə Amilə məlumat vermişdir. Amil də, malların ümumi dəyərinin tələb edilən məbləğdən yuxarı olduğunu nəzərə alaraq bu təkliflə razılaşmış və Təqsirləndirilən şəxs3 çatdırmaları üçün İlkinlə ona 250.000 ABŞ dolları məbləğində pul vermişdir. Onlar da, həmin pulu Təqsirləndirilən şəxs3 çatdırılmasını təmin etməsi üçün Şahabın Bakı şəhərindəki nümayəndəsi ilə görüşüb ona vermişlər. Həmin pullar Qazaxıstan Respublikasında əvvəlcə Təqsirləndirilən şəxs3 adamı Tolik Mironova çatdırılmış, sonra isə Təqsirləndirilən şəxs3 telefonla zəng edərək Tolik Mironova verilmiş 250.000 ABŞ dolları məbləğində pulun özündə olduğunu, qısa vaxtda tütün məmulatları və tekstil mallarının. Gömrük postundan çıxarılmasını təmin edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs3 həmin malların da göndərilməsini təmin etməmiş verilən pulları da geri qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Rəsmi olaraq işləmir, lakin ticarətlə məşğul olur. 2015-ci ildən Türkiyə Respublikasına gedərək orada da ticarətlə məşğul olur. 2017-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Qazaxıstan Respublikasında yaşayan Təqsirləndirilən şəxs3 adlı şəxsin güclü əlaqələri olduğunu, həmin şəxsin vasitəsilə Qazaxıstanda ticarət əlaqələri qurub oraya tekstil malları göndərib qazanc əldə etmək mümkündür. O da ticarətçi olduğundan, bu təklif onu qane etmiş və bildirmişdir ki, Rinatla birgə Türkiyəyə gəlsinlər və o, Rinatla tanış olsun. 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə Türkiyənin İstanbul şəhərində görüşmüşlər. Onlar görüşüb danışdıqdan sonra onlar birlikdə Türkiyənin Ankara şəhərinə gedib orada fabriklərə baxıb, sonra razılaşaraq Qazaxıstana mal vurmuşdur. Bundan sonra İlkin ona zəng edib bildirmişdir ki, vurulan mallarla bağlı karqoda problemlər yaranıbdır. O, Rinatla İlkin və Malikin vasitəsi ilə əlaqə quraraq onunla danışmış, onlar ona 300.000 ABŞ dolları qarşılığında onların mallarını orada gömrük məsələlərini həll edərək çıxaracağını bildirmişlər. O da onlara onda 275.000 ABŞ dollar olduğunu bildirmiş, bir gün keçəndən sonra, Maliklə İlkin ona pulu Rinata yolladıqlarını demişlər. 2017-ci ilin noyabr ayında o, Rinatla telefonda danışarkən, malların aqibətinin necə olacağını soruşmuş, Rinat isə ona bildirmişdir ki, Malikdən aldığı pulları artıq Qazaxıstanda gömrük ödənişləri üçün vermişdir və yaxın müddətdə bu məsələ artıq öz həllini tapacaqdır. Söhbət əsnasında Rinat siqaret işində də yaxşı pul olduğunu və istədiyi təqdirdə Qazaxıstana tütün məmulatları göndərib qarşılığında yaxşı qazanc əldə edə biləcəyini ona demişdir. O, əvvəlcədən tanıdığı Hacı Şahid1 müraciət etmiş və Hacı İbrahim də ona bildirmişdir ki, İran İslam Respublikasında tanışının yük daşıma şirkəti var və həmin şirkət vasitəsilə İrandan Dubaya malları göndərə bilər. Buna görə də o, Rinatla aralarında olan razılaşmaya uyğun olaraq, Rinata 12 konteyner mal yollamışdır. Bundan sonra o, yanvar ayının ortalarında İlkinə zəng etmiş, İlkin ona məsələnin qaydasında olduğunu bildirmişdir. 2018-ci ilin aprel ayında o, Məşəd ziyarətinə getmək üçün İran İslam Respublikasına getmiş, orada olarkən Malik ona zəng etmiş və Rinatın yenə Bakıya gəldiyini bildirmişdir. Eyni zamanda İlkin ona bildirmişdir ki Rinat 3.000.000 ABŞ dolları kiməsə verib, onun pulunu qaytarmırlar. Bundan sonra o, Rinatın ona məxsus malları mənimsədiyini və pulunu geri qaytarmayacağını hesab etmiş və 2018-ci ilin may ayının əvvəllərində Qazaxıstana, Aktau şəhərinə getmişdir. Orada Rinatın atası onu qarşılamış, Rinatın orada olmadığını demiş, bir neçə gün sonra Rinat da gəlib çıxmış və Rinatla görüş zamanı, Rinat gömrük məsələlərini yaxın müddətdə həll edib Azərbaycana gələcəyini bildirmişdir. Orada qaldığı oteldə bir nəfərlə tanış olmuş o, ona bildirmişdir ki, o da Rinata 22 konteyner mal vermiş Rinat onun da malını qaytarmamışdır. Rinatla danışıqlardan sonra 2018ci ilin iyul ayında Rinat Bakı şəhərinə gəlmiş, onunla görüşmüşdür. Onların görüşü zamanı o, Rinat, Malik, İlkin və İbrahim də orada olmuş, söhbət zamanı Rinat yenə müxtəlif bəhanələr gətirərək ona məxsus malların pulunu verəcəyini bildirmişdir. O, artıq həmin şəxs tərəfindən aldadıldığını yəqin etmiş və həmin görüşdən sonra bununla bağlı polis orqanlarına müraciət etmişdir. Bundan sonra Rinatın atası ona 1.000.000 ABŞ dolları verməyi təkli etsə də o, onunla razılaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hal hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs 10 ildən artıqdır ki, tanıyır, onunla dostluq münasibətləri də vardır. Təqsirləndirilən şəxs3 Amillə birlikdə bir dəfə görmüş, birlikdə çay içib söhbət etmişlər. 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs onunla söhbət edərkən Dubaydan İran üzərindən tranzit keçməklə Qazaxıstana tatar Rinata 12 konteyner siqaret göndərdiyini, lakin maddi sıxıntı ucbatından malların İranda qaldığını və bu barədə ondan kömək istəmişdir. O, 20 ildən artıqdır ki, İrandan ölkə ərazisinə müxtəlif mallar gətirdiyindən İranda çoxlu sayda tanışları olmuşdur. Ona görə də İranda olan tanışları vasitəsilə bir tanışına məxsus „Asan Seyir“ yük daşıma şirkətindən xahiş etmişdir ki, pulunun sonradan verilməsi şərti ilə qeyd olunan siqaret yüklərini Qazaxıstana göndərilməsini təşkil etsinlər. Həmin konteyner yüklər Qazaxıstana göndərilsə də Amil yük daşıma şirkətinə pulu ödəyə bilməmiş, səbəb olaraq göstərmişdir ki, Qazaxıstanda olan həmin Rinat adlı şəxsə bundan əvvəl tekstil malları göndərmiş, lakin mallar gömrükdə saxlanıldığından malların buraxılması müqabilində Rinat ondan 275000 ABŞ dolları pul istəmiş, Amil isə qeyd olunan məbləği Rinata göndərsə də bir nəticəsi olmamışdır. Bundan əlavə sonradan göndərilən siqaret yükləri də Qazaxıstanda saxlanılmış, Rinat Amildən yenə 250000 ABŞ dolları pul istəmiş, Amil isə həmin məbləği tanışlarından borc alaraq Rinata göndərmiş, lakin malların aqibəti barədə xəbər ala bilməmişdir. Nəticədə o, Amillə yaxın münasibətləri olduğuna görə həm də onun sözü ilə həmin mallar Qazaxıstana göndərildiyi üçün daşıma xərclərini İran şirkətinin Azərbaycana gələn nümayəndəsinə öz vəsaiti hesabına 30000 ABŞ dolları pul ödəmişdir. Amil isə həmin pulu ona qaytara bilməmiş, Amillə söhbətləri zamanı Amilə bildirmişdir ki, özü Qazaxıstana gedib bu məsələyə aydınlıq gətirsin. Həmin söhbətdən bir neçə ay sonra Amil Qazaxıstana getmiş, Amil Qazaxıstana getdikdən sonra o, Amillə mütəmadi olaraq əlaqə saxlamış, həm malların aqibəti barədə soruşmuş, həm də siqaret yükünün göndərilməsi müqabilində karqo şirkətinə ödədiyi vəsaiti nə vaxt qaytaracağı barədə maraqlanmışdır. Həmin vaxtı Amil ona bildirmişdir ki, göndərdiyi malların və verdiyi pulları Rinatdan ala bilməyib. Mallar Qazaxıstana göndərildikdən sonra Rinat Amilə siqaret yükünün saxlanılması barədə yalan demiş, əslində yüklər saxlanılmamış, Rinat göndərilən pulları mənimsəmişdir. Amil 3 ay Qazaxıstanda qaldıqdan sonra Bakıya qayıtmış, Bakıda görüşərkən ona demişdir ki, ona olan borcu verməkdə gecikir. Buna səbəb isə Rinatdan nə malları nə də pulu ala bilmədiyini göstərmiş, Rinatın Bakıya gəldiyi zaman onun da görüşdə iştirak etməyini bildirmişdir. 2018-ci ilin yay aylarında Amil, Rinat, İlkin, Malik və o, adını hazırda xatırlamadığı bir yerdə oturub çay içib söhbət etmişlər. Söhbət zamanı Amil Rinata 275000 və 250000 ABŞ dolları pulları ona göndərdiyini demiş, Rinatda Amilin dediyini təsdiq edərək qeyd olunan vəsaitlərin aldığını bildirmişdir. Həmin vaxtı Rinat Amilin sonuncu göndərdiyi siqaret yüklərini Qazaxıstanda bir azərbaycanlıya verdiyini və məsələnin həll olunacağını bildirmişdir. Lakin Rinat malların aqibəti barədə heç bir söz deməmiş, həmin azərbaycanlı barədə də heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Ələt qəsəbəsində yerləşən “X16 Limanı” gömrük postunun böyük inspektoru vəzifəsində çalışmış, 2018-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Bakı Baş Gömrük İdarəsinin “X18 Limanı” gömrük postunda Qazaxıstana dəniz yolu ilə göndərilən və tranzit qaydada gedən nəqliyyat vasitələrinin qeydiyyatı və təsdiqini gömrük postunun inspektoru kimi digər əməkdaşlarla birgə həyata keçirmişdir. Prosedura əsasən tranzit qaydada gələn nəqliyyat vasitələri posta daxil olduqları vaxtdan başlayaraq çatmalarının təsdiqi orada xidmət aparan hansısa gömrük inspektoru tərəfindən, gəmiyə daxil olduqdan sonra isə, daxil olmasının təsdiqi növbədə olduğu vaxtlarda tərəfindən aparılmışdır. Nəqliyyat vasitələri posta daxil olduqdan sonra, üzərlərində olan gömrük təminatlarının yerində olub-olmaması, bütövlüyünün pozulub-pozulmaması yoxlanılmış, eyni zamanda üzərində olan GPS mobil qrup tərəfindən açılıb, mal-müşayiət sənədləri yoxlanılıb, gəmiyə yüklənəndə də həmin gömrük təminatları bir daha kinoloji xidmət və gömrük inspektorları tərəfindən yoxlanılıb və bundan sonra şəxslərin ölkə ərazisini tərk etməsini VAİS sistemində təsdiq etmişlər. Avtonəqliyyat vasitələrində hansı malların daşınması barədə məlumatlar nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təqdim olunmuş mal-müşayiət sənədləri, təqdim etdikləri tranzit bəyannaməsi, invoys sənədləri əsasında mallarla tanışlıq olub, bu sənədlər əsasında da VAİS sisteminə mallar barədə məlumatlar vurulmuşdur. Bu ümumilikdə bütün tranzit gömrük proseduru altında yerləşdirilən malların hamısında belə şəkildə həyata keçirilmişdir. Üzərindən çox müddət keçdiyi üçün qeyd edilən avtomobillərin dövlət qeydiyyat nömrələri yadında qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı Baş Gömrük İdarəsinin “X18 Limanı” gömrük postunda Qazaxıstana dəniz yolu ilə göndərilən və tranzit qaydada gedən nəqliyyat vasitələrinin qeydiyyatı və təsdiqini gömrük postunun inspektoru kimi digər əməkdaşlarla birgə həyata keçirmişdir. Prosedura əsasən tranzit qaydada gələn nəqliyyat vasitələri posta daxil olduqları vaxtdan başlayaraq çatmalarının təsdiqi orada xidmət aparan hansısa gömrük inspektoru tərəfindən, gəmiyə daxil olduqdan sonra isə, daxil olmasının təsdiqi növbədə olduğu vaxtlarda tərəfindən aparılır. Nəqliyyat vasitələri posta daxil olduqdan sonra, üzərlərində olan gömrük təminatlarının yerində olub-olmaması, bütövlüyünün pozulubpozulmaması yoxlanılıb, eyni zamanda üzərində olan GPS mobil qrup tərəfindən açılaraq, malmüşayiət sənədləri yoxlanılır. Avtonəqliyyat vasitələrində hansı malların daşınması barədə məlumatlar nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təqdim olunmuş mal-müşayiət sənədləri, təqdim etdikləri tranzit bəyannaməsi, invoys sənədləri əsasında mallarla tanışlıq olub, bu sənədlər əsasında da VAİS sisteminə mallar barədə məlumatlar vurulur. Bu ümumilikdə bütün tranzit gömrük proseduru altında yerləşdirilən malların hamısında belə şəkildə həyata keçirilir.Üzərindən çox müddət keçdiyi üçün qeyd edilən avtomobillərin dövlət qeydiyyat nömrələri yadında qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Ələt qəsəbəsində yerləşən “X18 Limanı” gömrük postunun inspektoru vəzifəsində çalışır. “X18 Limanı” gömrük postundan Qazaxıstana dəniz yolu ilə göndərilən və tranzit qaydada gedən nəqliyyat vasitələrinin qeydiyyatı və təsdiqini gömrük postunun inspektoru kimi digər əməkdaşlarla birgə həyata keçirmişdir. Prosedura uyğun tranzit qaydada gələn nəqliyyat vasitələri posta daxil olduqları vaxtdan başlayaraq çatmalarının təsdiqi və gəmiyə daxil olduqdan sonra daxil olmasının təsdiqi növbədə olduğu vaxtlarda onun, yaxud digər növbədə olan inspektorlar tərəfindən aparılır. Qeyd olunan yük avtomobilinin gömrük postuna çatması tərəfindən təsdiq edilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi ölkə ərazisini posta daxil olduğu gün yox, bir neçə gün sonra tərk etmişdir. Nəqliyyat vasitələri posta daxil olduqdan sonra, onların üzərində olan gömrük təminatlarının yerində olub-olmaması, bütövlüyünün pozulub-pozulmaması yoxlanılır, eyni zamanda üzərində olan GPS mobil qrup tərəfindən açılır, mal-müşayiət sənədləri yoxlanılır, daha sonra İpək Yolu terminalında texniki nəzarət vasitəsi ilə avtomobilə gömrük baxışı keçirilməsi üçün gömrük müşayiəti altında ora göndərilir, geri qaytarıldıqdan sonra gəmiyə yüklənəndə həmin gömrük təminatları bir daha kinoloji xidmət və gömrük inspektorları tərəfindən yoxlanılır, bundan sonra onların ölkə ərazisini tərk etməsi VAİS sistemində təsdiq edilir. Həmin avtonəqliyyat vasitələrində hansı malların daşınması barədə məlumatlar nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təqdim olunmuş mal-müşayiət sənədləri, təqdim etdikləri tranzit bəyannaməsi, invoys sənədləri əsasında mallarla tanışlıq olmuş, bu sənədlər əsasında da VAİS sisteminə mallar barədə məlumatlar vurulmuşdur. Bu ümumilikdə bütün tranzit gömrük proseduru altında yerləşdirilən malların hamısında belə şəkildə həyata keçirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və rəsmi olaraq işləmir. Saffet adlı Türkiyə Respublikası vətəndaşını 3 il olardı ki, tanıyırdı. Onunla Türkiyədə tanış olmuş, və onun karqosu ilə mal göndərmiş, sonra dostluq münasibətləri yaranmış, Saffetin karqo firmasının adı “Qaradəniz Tekstil” karqosudur. Saffet ona Türkiyədən Qazaxıstana dəniz yolu ilə mallar göndərmək istədiyini və həmin malların Gürcüstan və Azərbaycandan tranzit keçməklə Qazaxıstana gedəcəyini demiş və həmin yüklərin daşınması zamanı Azərbaycan ərazisindən keçən və onun şirkətinin mallarının daşınmasını həyata keçirən sürücülərə burada yardımçı olmaq, ölkə ərazisini qısa müddətdə tərk etmələrinə köməklik göstərmək işini təklif etmişdir. Bu söhbət 2017-ci ilin əvvəllərində olmuş, münasibətləri olduğu üçün o, razılıq vermiş və bunun qarşılığında Saffet ona 700 ABŞ dolları ödəyəcəyini bildirmişdir. O, həmin tarixdən Saffetin göndərdiyi və Qazaxıstana tranzit qaydada dəniz yolu ilə gedən nəqliyyat vasitələrinin Azərbaycanda hər hansı problemi olurdusa bu məsələləri o, həll etməyə çalışırmış, yəni, maddi məsələlər, texniki məsələlər kimi problemləri həll etmişdir. 2017-ci ilin may ayının sonlarında Saffet ona zəng edərək Qazaxıstana getmək üçün 4 ədəd yük maşınının gəldiyini, onları tez bir müddətdə yola salmağı xahiş etmişdir. Həmin maşınların sürücüləri Türkiyə və Gürcüstandan tranzit keçib Azərbaycana daxil olduqdan sonra onunla əlaqə saxlamış, növbəti gün yəni, təxminən 2017-ci ilin may ayının 30-u Saffetin göndərdiyi 4 ədəd **-XR-***, OW-216-OW, MP- 183-PM və LLZ-749 nömrə nişanlı nəqliyyat vasitələrini gəmi ilə daşınması üçün Ələt limanında qarşılamış, sürücülər gömrük məsələlərini həll etdikdən sonra onların gəmi ilə daşınması üçün biletlərini almış və onları oradan yola salmışdır. Sonradan ona həmin malların Qazaxıstanda saxlanıldığı məlum olmuş, həmin nəqliyyat vasitələrində göndərilən malların nə üçün saxlanıldığından məlumatı olmamışdır. Saffetdən bunun səbəbini soruşmuş, lakin səbəbini öyrənə bilməmiş, hər karqo şirkəti, göndərdiyi malları sığorta etdirir və hesab etmişdir ki, malların pulları artıq sığorta tərəfindən qaytarılıbdır. Malların kimə məxsus olduğunu o bilməmişdir. Həmin nəqliyyat vasitələri Qazaxıstana getmək üçün Azərbaycana gələndə, Amil adlı tanışı ona zəng vurmuş, həmin maşınların içərisində onun özünün mallarının olduğunu və maşınların nə vaxt gəmiyə yüklənib gedəcəyini soruşmuşdur. O da ona cavab olaraq küləkli hava olduğundan maşınların gəmi ilə göndərilmədiyini, növbəti gün göndəriləcəyini demişdir. O, Amili iki ildir ki, tanıyır, onunla bir yaxın dostu vasitəsilə tanış olmuş, onunla hər hansı biznes fəaliyyətləri olmamışdır. Amil onun Saffetin yüklərinin göndərilməsində Azərbaycanda köməklik göstərdiyini bilmiş və buna görə də Amil ona zəng etmişdir. Malların Qazaxıstanda kim tərəfindən qarşılanacağı barədə hər hansı bir məlumatı olmamış, malların tekstildən ibarət olduğunu bilmiş və sənədlərlə tanış olmuş, lakin sənədlərin içərisində nə yazıldığı barədə məlumatı olmamış, digər şəxsləri isə tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ünvan 4 K, m.169 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq işləmir, özünə məxsus yük avtonəqliyyat vasitəsilə sürücülük fəaliyyətini həyata keçirir. Həm daxili, həm də xarici yüklərin Azərbaycana və digər xarici ölkələrə daşınması işini görür. Əvvəllər bir neçə dəfə yüklərini daşıdığı Türkiyənin İstanbul şəhərində yerləşən daşıma şirkətinin rəhbəri Saffet adlı şəxsin işçisi 2017-ci ilin may ayının sonlarında telefonla ona zəng edərək Türkiyədən tekstil, pal-paltar yüklərinin tranzit qaydada Gürcüstan və Azərbaycandan keçməklə dəniz yolu ilə Qazaxıstana aparılacağını bildirmişdir. O, bu təkliflə razılaşmış və bundan öncə yük daşınması üçün Türkiyəyə aparılan və İstanbul şəhərində Aksaray bölgəsində yerləşən ona məxsus **-XR-*** nömrə nişanlı yük avtonəqliyyat vasitəsi ilə yüklərin daşınması üçün özü yorğun olduğundan Azərbaycanda olan sürücü tanışı Neyməti İstanbula göndərmişdir. Neymət həmin yükləri digər 3 nəfər Gürcüstan vətəndaşına məxsus gürcü dövlət nömrə nişanlı OW-216-OW, MP-183-PM və LLZ-749 nömrə nişanlı nəqliyyat vasitələri ilə həmin malları götürərək və mal müşayiət sənədlərini də götürərək tranzit qaydada Gürcüstana, oradan Balakən istiqamətində Mazımçay gömrük postundan keçməklə Azərbaycana, buradan isə Ələt qəsəbəsində yerləşən dəniz limanından gəmi ilə Qazaxıstanın Aktau limanına aparmışlar. Daha sonra ona, həmin malların Aktau limanında çatdıqdan sonra Qazaxıstan gömrük orqanının əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. Qazaxıstanın gömrük orqanından həmin yük avtonəqliyyat vasitəsinin üzərində olan plomb maşının gəmidən düşdükdən sonra qırılmasına görə digərlərini də bu səbəbə görə saxladıqlarını bildirmişlər. Daşıdıqları malların kimə məxsus olduğunu ilk əvvəl bilməmiş, sonradan həmin malların Amil adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Əvvəllər Saffet adlı şəxsdən yükləri təhvil alıb daşımış, lakin sonradan Saffetin göndərdiyi malların Amilə məxsus mallar olduğunu bilmişdir. Mallar gəmidə daşınarkən, onlara aid sənədlərin yəni, mal müşayiət sənədlərinin dəyişdirildiyini və tekstil yükü yerinə taxta yükü yazıldığını və bu səbəbdən də malların orada saxlanıldığını və araşdırma aparıldığını bilmişdir. Malları Türkiyədən göndərən Saffet adlı şəxsin Türkiyədə bütün sənədləşmə və gömrük məsələlərini həll etdiyini, Gürcüstandan keçdikdən sonra, Azərbaycanda Süleyman adlı şəxs sənədləşmə işi ilə məşğul olduğunu və bütün gömrük məsələlərini həll edərək, Ələt qəsəbəsində dəniz limanında onların maşınları buradan Qazaxıstana yola saldığını və Qazaxıstanda bu sənədləşmə işi ilə Azərbaycan Respublikası vətəndaşı İlkin və Qazaxıstan vətəndaşı Maks adlı şəxslərin məşğul olduğunu, bu malların sahiblərindən birinin də Renat adlı şəxs olduğunu qeyd etmişdir. Saffet vasitəsilə Türkiyədən mal götürüb Qazaxıstana apardığı zamanlar olmuş, lakin bu halla üzləşməmişdir. Süleyman adlı şəxs Türkiyədən malları götürüb Azərbaycana gəlmiş, onların daşıma xərclərini ödəmiş, maşınların Azərbaycandan Qazaxıstana getməyini təmin etmiş, gəmi biletlərini almış, bütün gömrük sənədləşmə işlərini görmüş, Süleymanın telefon nömrəsi ***-***-**-** olmuşdur. İlkin adlı şəxsi əvvəllər görməmiş, ona məxsus nəqliyyat vasitəsi tutulandan sonra İlkini tanımışdır. İlkin həmin vaxta qədər Saffetin göndərdiyi malları Qazaxıstanda həmişə İlkinin qəbul etdiyini bildirmişdir. Maksın isə mallar gəmidən düşürərkən sənədləri alıb gömrük işlərini həll etdiyini və orada broker işlədiyini və həmişə Saffetin göndərdiyi yüklərin rəsmiləşdirmə işlərini gördüyünü qeyd etmişdir. Maksın əlaqə məlumatları barədə informasiyası olmamış, Onların avtonəqliyyat vasitəsi ilə birgə saxlanılan OW-216-OW, MP-183-PM və LLZ-749 nömrə nişanlı nəqliyyat vasitələrinin sahiblərinin Zura adlı Gürcüstanlının və Elmir adlı gürcü Azərisi olduğunu, Elmirin Rustavidə, Zuranın isə Batumidə yaşadığını və hər ikisinin telefon nömrələrini - Zuranın istifadə etdiyi +**********89 əlaqə nömrəsini, Elmirin istifadə etdiyi +**********26 əlaqə vasitəsinin olduğunu bilmişdir. Onlara məxsus nəqliyyat vasitələri Qazaxıstanda saxlanılarkən Elmir əmisinin Qazaxıstanda yüksək vəzifədə çalışdığını və onun tanıdığı Qazaxıstan hüquq mühafizə orqanında çalışan Arman adlı şəxsin olduğunu və maşınları buraxdıra biləcəyini demişdir. Bu səbəbdən də Zura ilə o həmin şəxslə görüşmək üçün Qazaxıstanın Aktau şəhərinə getmiş, orada həmin Arman adlı şəxslə görüşmüşlər. Söhbət zamanı şəxs özünü onlara Qazaxıstan prokurorluğunun işçisi kimi təqdim etmiş və 20000 ABŞ dolları rüşvət verdikləri halda maşınları 3 gün ərzində buraxdıracağını demişdir. Zura ilə Aktauda yerləşən Aktau hotelinin yanında Arman adlı şəxsə 20000 ABŞ dolları vermiş, o, 3 gün ərzində onlara məlumat verəcəyini vəd etmişdir. Lakin sonradan nə telefonlara cavab vermiş, nə də ki, onu tapa bilməmiş Həmin Armanın telefon nömrəsi +**********3 olmuşdur. Amili əvvəllər tanımamış, mallar və nəqliyyat vasitələri saxlanıldıqdan sonra daşıdıqları malların Amilin malları olduğunu bilmişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli “Predmetlərə, əşyalara, sənədlərə və s. baxış protokolun”-dan görünür ki, X10 məxsus 588EXA12 nömrə nişanlı “Toyota Avensis” markalı minik avtomobilinə keçirilmiş baxış zamanı oturacağın altında **-XR-***, OW-216-OW, MP-183-PM, LLZ-749 nömrə nişanlı yük avtomaşınlarının yol müşayət sənədləri, yəni konosament, malların mənşə sertifikatı və TOO “Moskov-P” şirkətinin möhürü aşkar edilmişdir. Avtomobilin yük yerinə keçirilmiş baxış zamanı Ayzakovun adına müxtəlif şirkətlərdən verilmiş etibarnamələr, hesab fakturalar və müxtəlif yazılı vərəqlər aşkar edilib götürülmüşdür. (cild 4, iş vərəqə 50-59) İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli mallara və sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Aktau X18 Limanının giriş-çıxış qapısında quraşdırılmış stasionar kamera ilə çəkilmiş videoyazıya keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə **-XR-***, OW-216-OW nömrə nişanlı “Mercedes” və “MAN” markalı yük avtomaşınları gömrük rəsmiləşdirilməsindən keçmədən gömrük nəzarəti zonasını tərk edirlər. (cild 13, iş vərəqə 89-94) İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli mallara və sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Aktau X18 Limanının giriş-çıxış qapısında quraşdırılmış stasionar kamera ilə çəkilmiş videoyazıya keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə MP-183-MP, LLZ-749 nömrə nişanlı “Mercedes” və “DAF” markalı yük avtomaşınları gömrük nəzarətindən keçiblər. (cild 13, iş vərəqə 95-104) İş materiallarında olan xx xxxx 2017-ci il tarixli “Axtarış aparılması barədə qərar”lardan görünür ki, ünvan 6 və ünvan 5 ünvanlarında axtarış aparılması barədə qərarlar qəbul edilmişdir. (cild 4, iş vərəqə 60-61, 68-69) İş materiallarında olan xx xxxx 2017-ci il tarixli “Axtarış protokolun”-dan görünür ki, ünvan 6 ünvanlarında axtarış aparılması nəticəsində protokoldan görünür ki, mənzildə Təqsirləndirilən şəxs2 məxsus “Sony” markalı noutbuk aşkar olunmuşdur, daha sonra axtarış nəticəsində “Canon” markalı printer, dolabda “Roskaz-1” möhürü, iki “Original” və “Copy” ştampları aşkar edilmişdir. Aparılmış axtarış nəticəsində “Mauren-Stroy”, “Rafma Group”, “Flovers-1”, “Avin- Rus”, “Duop-M”, “Brand Group” şirkətlərinin möhürləri, 15 ədəd plomb vurmaq üçün cihazlar, “Duop-M” şirkətinin nizamnaməsi, 16241 saylı 8 ədəd qaimələr, 3 ədəd CMR, Abaşidzeyə məxsus pasportun surəti, dövlət nəzarətindən keçməsi barədə talonun surəti, 4129 saylı qaimə 3 vərəqədə, 16072 saylı qaimə 8 vərəqədə, 16240 saylı qaimə 14 vərəqədə, 15985 saylı qaimə 7 vərəqədə, 16156 saylı qaimə 6 vərəqədə, 15986 saylı qaimə 8 vərəqədə, 13698 saylı qaimə 5 vərəqədə, 15890 saylı qaimə 8 vərəqədə, 15751 saylı qaimə 21 vərəqədə, 15999 saylı qaimə 3 vərəqədə, “X24” şirkətinin nizamnaməsi 8 vərəqədə, Seyidli F.M adlı şəxsin qeydiyyat şəhadətnaməsi, etibarnamə - 4 vərəqədə, əmr və qərarlar “NYK-A LTD” şirkətinin sənədləri, arayışlar, nəqliyyat bəyannaməsi – 22 vərəqədə, müxtəlif malların bəyan edilməsi barədə sənədlər, “Smile LTD” şirkətinin sənədləri 5792 və 7070 saylı qaimələr, 410878 saylı uyğunluq sertifikatı, məktublar, 7209 və 7347 saylı qaimələr, bəyannamə 70 vərəqədə, CMR ******* və digər sənədlər aşkar edilərək götürülmüşdür. (cild 4, iş vərəqə 69-76) Cinayət işi üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Daulet Ayzakovun istifadələrində olmuş mobil telefon nömrələri ilə aparılan danışıqların dinlənilməsinə dair tərtib edilmiş protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 8-***-***-**-** mobil nömrədən, Təqsirləndirilən şəxs2 +7-***-***-**-** mobil nömrədən və Daulet Ayzakov +7-***-***- **-** mobil nömrədən mütəmadi olaraq bir biriləri ilə, həmçinin istintaqa məlum olmayan digər şəxslərlə telefon danışıqları aparmış, həmin danışıqların məzmunu əsasən Türkiyə Respublikasından göndərilən tekstil mallarının Qazaxıstan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi olmuşdur. (cild 8, iş vərəqə 18-29) İş materiallarında olan xx xxxx 2017-ci il tarixli 4 saylı mütəxəssis rəyindən görünür ki, sərhəddən bəyan etməməklə keçirilmiş malların ümumi dəyəri 1727071,44 ABŞ dolları, 540866963,65 tenge təşkil edir. Ödənilməmiş gömrük vergi və rüsumlarının ümumi məbləği ********* tenge təşkil edir; 322000 tenge – gömrük yığımı, 47890743 tenge – idxal rüsumu, 70689565 tenge – ƏDV. (cild 5, iş vərəqə 4-50) İş materiallarında olan xx xxxx 2017-ci il tarixli 5 saylı mütəxəssis rəyindən görünür ki, sərhəddən bəyan edilməmiş malların ümumi dəyəri 12644016,56 tenge, yaxud ******* ABŞ dolları təşkil edir. Ödənilməmiş gömrük vergi və rüsumlarının ümumi məbləği ******* tenge təşkil edir; 58000 tenge – gömrük yığımı, ******* tenge – idxal rüsumu, ******* tenge – ƏDV təşkil edir. (cild 5, iş vərəqə 51-64) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir özünün məsuliyyətini yüngülləşdirməyə yönəlir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 17, iş vərəqə 63- 66) İş materiallarında olan xx xxx 2019-cu il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 17, iş vərəqə 73- 77) İş materiallarında olan xx xxx 2019-cu il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 17, iş vərəqə 78- 82) Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir özünün məsuliyyətini yüngülləşdirməyə yönəlir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 17, iş vərəqə 83- 86) Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir özünün məsuliyyətini yüngülləşdirməyə yönəlir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli Üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 17, iş vərəqə 67- 72) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasənAzərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli Qərarın 7-ci bəndində göstərilmişdir ki, şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Həmçinin yuxarıda qeyd olunan Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarına əsasən, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Plenum qərarının 3-cü bəndinə əsasən, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2019 və xx.xx.2019-cu il tarixli arayışlara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 18, iş vərəqə 66, 68) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Xəzər rayon İHB-nın Şüvəlan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 18, iş vərəqə 67) İş materiallarında olan Bakı şəhəri İH MKTD 3 saylı XT MKTB 157 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 18, iş vərəqə 69) Məhkəmə Təqsirləndirilən şəxs3 işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kim nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlara verilmiş ittiham üzrə digər şəxs – Qazaxıstan Respublikasının vətəndaşı X11 Qazaxıstan Respublikasının xx.xx.2018-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikası CM-nin 234-cü maddəsinin 2-ci hissəsinin 4 və 5-ci bəndləri ilə (AR CM-nin 206.3.2-ci maddəsi) azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni cərimə cəzasının təyin edilməsini, həmçinin iş üzrə qaçaqmalçılığın predmeti olan tekstil mallarının Qazaxıstan Respublikasında dövlət nəfinə müsadirə olunmasını nəzərə alır. Belə ki, iş materiallarında olan Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq (CM 206.3.2) cinayəti törətmələri barədə ittiham verilmiş epizod üzrə digər şəxs – Qazaxıstan Respublikasının vətəndaşı X14 Qazaxıstan Respublikasının xx.xx.2018-ci il tarixli hökmü ilə Qazaxıstan Respublikası CM-nin 234-cü maddəsinin 2-ci hissəsinin 4 və 5-ci bəndləri ilə (Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi) təqsirli bilinib cərimə cəzasına məhkum olunmuş və qaçaqmalçılığın predmeti olan tekstil malları dövlət nəfinə müsadirə olunmuşdur. (cild 16, iş vərəqə 1-67) Məhkəmə Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və onlara təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərilərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinə ağır və xüsusi ilə ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əlavə cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, cinayət törətdiyinə görə ona təyin ediləcək əsas cəzasını çəkdikdən sonra əcnəbi (Qazaxıstan Respublikası) vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Təqsirləndirilən şəxs3 göstərilən əlavə cəzanı tətbiq edərkən məhkəmə həmçinin onu qeyd etməyi lazım bilir ki, CM-nin 52.2-ci maddəsində nəzərdə tutulmuş həmin cəza növünün tətbiqini istisna edən hallardan heç biri Təqsirləndirilən şəxs3 şamil edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Bundan başqa, 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində imzalanmış, Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın (“Kişinyov Konvensiyası” – X12 Respublikası tərəfindən imzalanmışdır.) 91-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, şəxs törədilmiş cəzaya görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Qazaxıstan Respublikasının Cinayət Məcəlləsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq cinayətinin nəzərdə tutulduğu müvafiq maddənin (Qazaxıstan Respublikası CM-nin 234-cü maddəsinin 2-ci hissəsinin 4 və 5-ci bəndləri) sanksiyasında əmlakı müsadirə edilməklə üç minədək aylıq hesablama göstəricisi məbləğində cərimə və ya həmin məbləğdə islah işləri və ya 800 saata qədər ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini Qazaxıstan Respublikasının ərazisində törətdiklərindən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinin, həmçinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın (“Kişinyov Konvensiyası” – X12 Respublikası tərəfindən imzalanmışdır) müvafiq tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların – Qazaxıstan Respublikası «Liman» gömrük postunda saxlanılmış qaçaqmalçılıq malları – istehlak malları 60136,2 kg ümumi ağırlığında, xalis çəkisi 58598,2 kg, 1167 sayda “Arman İG” müvəqqəti saxlama anbarında saxlanılanların Qazaxıstan Respublikasında dövlətin nəfinə alınması, LLZ-749 dövlət nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, “Mercedes” markalı MP-183-MP, “MAN” markalı 99 XX-467, “DAF” markalı OW-216- OW markalı avtomobillərin sahiblərinə qaytarılması Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündə qeyd olunması nəzərə alınmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol”-dan və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 il müddətə, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs3 qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə maddi sübutların – Qazaxıstan Respublikası «Liman» gömrük postunda saxlanılmış qaçaqmalçılıq malları – istehlak malları 60136,2 kg ümumi ağırlığında, xalis çəkisi 58598,2 kg, 1167 sayda “Arman İG” müvəqqəti saxlama anbarında saxlanılanların Qazaxıstan Respublikasında dövlətin nəfinə alınması, LLZ-749 dövlət nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi, “Mercedes” markalı MP-183-MP, “MAN” markalı 99 XX-467, “DAF” markalı OW-216- OW markalı avtomobillərin sahiblərinə qaytarılması Qazaxıstan Respublikası Aktau şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1-207/5*18/ nömrəli hökmündə qeyd olunması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar