Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2021 26.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi – «PRO BONO» vəkil bürosunun vəkili X18 və X13 Zərərçəkmiş şəxslərin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nəsibov Kamandar Rəfi oğlunun Zərərçəkmiş şəxslərin nümayəndəsi 2 saylı vəkil bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun Zərərçəkmiş şəxslərin nümayəndəsi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı Ağır cinayətlər məhkəməsinin 20.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış Pirişov Elçin Rafiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim etməklə, qabaqcadan əlbir olan bir qrup şəxslə və mütəşəkkil dəstə tərkibində dəfələrlə zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgə əmlakını hədəqorxu ilə tələb edib ələ keçirməyə hazırlıq görmüş və ələ keçirmiş, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtaşdırmaqla bilə-bilə istifadə etmə, özündən mənəvi cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi özünü öldürməyə cəhd həddinə çatdırmış, habelə şahidləri yalan ifadə verməyə məcbur etmiş, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu qrupda 2011-ci ilin sonlarında Bakı şəhərində “odnoklassniki.ru” internet saytında özünü “Olqa” adlı qadın kimi təqdim etməklə tanış olduğu Abşeron rayonu, Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs2 ilə intim məzmunlu şəxsi yazışmalar apararaq etibarını qazanıb geyimsiz vəziyyətdə fotoşəkillərini göndərməsinə nail olmuş, 2012-ci ilin fevral ayından etibarən apardığı yazışmalarda isə Zərərçəkmiş şəxs2 özünü “Elçin” kimi təqdim edərək, onu və əri Zərərçəkmiş şəxs1 həmin fotoşəkillərdən və yazışmaların mətnindən ibarət rüsvayedici məlumatları internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssəsilərində yayacağı ilə hədələyərək Bakı şəhərində və Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığı 11.10.2012-ci il tarixdən 17.05.2017-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə və təkrarən tələb etməklə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 5 saylı evin 49-cu mənzilinin qarşısında onlardan şəxsən 21.940 manat və qrupun üzvü, həmin cinayətlərinə görə Bakı Ağır cinayətlər məhkəməsinin 05.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Şahid1 vasitəsilə 11.10.2012-ci il tarixdə 4.000 manat, 04.01.2015-ci il tarixdə 700 manat, 2015-ci ilin noyabr ayının ortalarında 1.200 manat, 2016-cı ilin mart ayının əvvəllərində 900 manat, 2016-cı ilin dekabr ayında 750 manat, 17.05.2017-ci il tarixdə 510,69 manata bərabər 300 ABŞ dolları, cəmi 8.060,69 manat olmaqla ümumilikdə 31.000,69 manat məbləğində puldan ibarət özgə əmlakını qabaqcadan əlbir olduğu qrupda hədə-qorxu ilə təkrarən tələb edib alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Təqsirləndirilən şəxs 2012-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26-cı məhəllədə kirayə etdiyi 2 otaqlı mənzildə yaşamaqla təkrarən, külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində təşkil və rəhbərlik etdiyi mütəşəkkil dəstədə apardlığı vəzifə bölgüsünə əsasən 2013-cü ilin sentyabr-oktyabr aylarında “odnoklassniki.ru” internet sosial şəbəkəsində “Murad Əliyev” adlı profilindən istifadə etməklə tanış olduğu, 27.11.2016-cı il tarixədək olan müddətdə Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda dəfələrlə görüşərək intim yaxınlıq etdiyi Zərərçəkmiş şəxs6 mütəmadi olaraq borc pullar alıb vaxtında qaytarmaq yolu ilə onun etibarını qazanmaqla, özünün yaşayış yerinin yaxınlığında ünvan 3 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksinin Bakı Modern məktəbinin rus bölməsində Zərərçəkmiş şəxs6 övladı ilə eyni sinifdə təhsil alan şagirdlərin valideynlərindən maddi cəhətdən imkanlı şəxslər, o cümlədən Zərərçəkmiş şəxs6 qaynının arvadı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X12 və qeyrilərinin ailə tərkibi, maddi vəziyyəti, xarakteri, psixi portreti, yaşayış ünvanları, cəmiyyətdə mövqeyi, nüfuz dairəsi, istifadələrində olan telefon nömrələri, özlərinin və ailə üzvlərinə xidmət edən sürücülərin idarə etdikləri avtomaşınlar və sair hallar barədə davamlı olaraq ətraflı məlumatları toplayıb təhlilər apardıqdan sonra 29.10.2015-ci il tarixdən etibarən Türkiyə Respublikasında olarkən +90(531)-667-23-12, +90(535)-277-59-53, +90(553)-802-26-12, +90(539)-483-83-95, +90(539)-713-59-47, +90(552)-202-40-73, +90(552)-202-40-69, +98(914)-279-30-55, +98(542)-814-92-86, +995(57)-120-14-57, +90(506)-059-61-55 və +90(552)-202-40-69 saylı mobil nömrələri üzərindən “WhatsApp” proqramı vasitəsi ilə həmin vaxt Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə yazışmalar aparmaqla, habelə digər telefon nömrələrindən ismarıclar göndərməklə və danışmaqla özünü X15 təqdim edərək sonuncu ilə tanış olmuş, apardığı vəzifə bölgüsü və verdiyi göstərişlər əsasında mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən 2016-cı ilin may ayının ortalarında axşam saatlarında istintaqa məlum olmayan xarici telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs3 mobil nömrəsinə zəng edilməklə, ona ailə vəziyyəti, ərinin ölkə xaricində, özünün evdə tək olması barədə məlumatlı olduğu bildirilib azyaşlı övladlarının üzərində zor göstəriləcəyi və mənzilinə gecə saatlarında özü daxil olub həmin pulları axtarıb götürəcəyi hədəsi ilə 150.930 manata bərabər 100.000 ABŞ dolları məbləğində puldan ibarət külli miqdarda əmlakının tələb edilməsini, məlumatların dəqiqliyinə görə hədəni real qəbul edən Zərərçəkmiş şəxs3 həmin tarixdə saat 21-22 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə yerləşən “Avis” adlı aptekin yaxınlığındakı ağacların arasına ayaqqabı qutusunda qoyduğu 75.465 manata bərabər 50.000 ABŞ dolları məbləğində pulunun oradan mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən götürülməsini təşkil etməklə özgə əmlakını mütəşəkkil dəstədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Təqsirləndirilən şəxs təkrarən, Türkiyə Respublikası ərazisində gizlənərkən, rəhbərlik etdiyi mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə 27.11.2016-ci il tarixdən 2017-ci ilin iyun ayınadək olan müddətdə +90(531)-667-23-12, +90(535)-277-59-53, +90(553)-802-26-12, +90(539)-483-83-95, +90(539)-713-59-47, +90(552)-202-40-73, +90(552)-202-40-69, +98(914)-279-30-55, +98(542)-814-92-86, +995(57)-120-14-57, +90(506)-059-61-55 və +90(552)-202-40-69 saylı mobil nömrələri üzərindən “WhatsApp” proqramı vasitəsi ilə həmin vaxt Bakı şəhərində yaşayan, 2013-cü ilin sentyabr-oktyabr aylarından “odnoklassniki.ru” internet sosial şəbəkəsində özünün “Murad Əliyev” adlı profilindən istifadə etməklə tanış olduğu, 27.11.2016cı il tarixədək olan müddətdə Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda dəfələrlə görüşərək intim yaxınlıq etdiyi Zərərçəkmiş şəxs6 ilə olan münasibətləri sonuncunun əri Zərərçəkmiş şəxs7 tərəfindən ifşa olunduqdan sonra, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə çoxsaylı zənglər edib ismarıclar göndərərək Zərərçəkmiş şəxs6 ilə intim yaxınlığını əks etdirən fotoşəkillərdən, videogörüntülərdən və yazışmaların mətnindən ibarət rüsvayedici məlumatları internet səhifələrində yerləşdirməklə, həmçinin sonuncuların övladlarının tədris aldığı təhsil müəssəsində, qohumlarının və tanışlarının telefonlarına göndərməklə yayacağı ilə hədələyərək onlardan 433.475 manata bərabər 250.000 ABŞ dolları məbləğində puldan ibarət külli miqdarda özgə əmlakını mütəşəkkil dəstədə təkrarən tələb etməklə zərərçəkmiş şəxslərə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs təkrarən, rəhbərlik etdiyi mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə 24.01.2018-ci il tarixdə günorta saatlarında Türkiyə Respublikasının İstanbul şəhərində olarkən apardığı hazırlıqla əlaqədar vəzifə bölgüsünə və verdiyi göstərişlərə əsasən mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvünün Bakı şəhərində Zərərçəkmiş şəxs4 direktoru olduğu ünvan 5 ünvanında yerləşən “Atelier Emilie” dərzi salonunda quraşdırılmış ***-***-**-** saylı telefona zəng edərək Zərərçəkmiş şəxs4 özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, yəni vəzifəli şəxs kimi təqdim edib guya cinayətkar dəstənin tutulması və üzvlərindən biri ilə münasibətinin müəyyən edilməsi bildirilməklə aparılan araşdırma ilə əlaqədar Bakı şəhəri, Parlament prospekti, 14 ünvanına gəlib Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının qarşısından onun Türkiyədə istifadəsində olan +7(708)-183-91-25 nömrəsinə zəng etməsinin tələb olunmasını təşkil etmiş, eyni tarixdə anasının istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzərindən “WhatsApp” proqramı vasitəsi ilə həmin telefon nömrəsinə zəng edən Zərərçəkmiş şəxs4 öz səsini bildirməmək üçün “mən danışa bilmirəm, yazın, bura gələndə yazarsınız” məzmunlu ismarıc göndərməklə külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirməkdə ifadə olunan xüsusilə ağır cinayəti törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı Zərərçəkmiş şəxs4 bu barədə öz ərinə bildirməsinə, sonuncunun isə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət etməsinə dair mütəşəkkil dəstənin üzvləri vasitəsilə məlumat aldıqda isə telefon əlaqələrini davam etdirməyərək, mütəşəkkil dəstədə özgə əmlakını zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb edib ələ keçirməkdən ibarət vahid qəsdlə ifadə olunan ümumi cinayətkar niyyət hazırlıq mərhələsində özlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış, həmin hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs4 və ailə üzvlərinin ciddi narahatlıq keçirmələri ilə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, rəhbərlik etdiyi mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində olduğu 25.01.2018-ci il tarixdən etibarən X31 adı ilə +7(708)-183-91-25, +90(535)-077-43-33 və +380(50)-274-49-82 saylı nömrələr üzərindən “WhatsApp” proqramı vasitəsi ilə X6 ***-***-**-** saylı mobil telefon nömrəsinə coxsaylı zənglər edib ismarıclar yazaraq, eləcə də maddi cəhətdən imkanlı iş adamı olmasına inandırmaq və bu yolla etibarını qazanmaq məqsədilə qardaşı Şahid16 adına verilmiş P-5113730 nömrəli ümumvətəndaş pasportunu 11.09.1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş X23 adına saxtalaşdırmaqla bilə-bilə istifadə edib həmin pasportun, guya Murad Əliyevin adına Türkiyənin “Ziraatbank”ındakı hesabında 62.345 avro olmasına dair 12.05.2016-cı il tarixli saxta hesab vərəqinin və Bakı şəhərində 7 hektar torpaq sahəsinə malik olmasına dair guya Əmlak Məsələləri Dövlət Komitəsindən verilmiş ******* saylı saxta çıxarışın fotoşəklini göndərərək Natəvan Kələntərova ilə tanış olmuş, əvvəlki cinayətlərinə görə həbsə alınaraq 30.03.2018-ci il tarixdə Azərbaycan Respublikası gətirildikdən sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılarkən ***-***-**-** və ***-***-**-** saylı telefonlardan, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən isə +380(50)-274-49-82, qardaşı Şahid16 adına olan ***-***-**-** və ***-***-**-**, tanışı Şahid11 adına olan ***-***-**-**, sonuncunun qardaşı X3 adına olan ***-***-**-** saylı mobil nömrələr üzərindən “WhatsApp” proqramından istifadə etməklə Natəvan Kələntərova ilə intim məzmunlu danışıqları və yazışmalarını davam etdirmiş, 06.07.2018-ci il tarixdə isə özünün kriminal aləmə yaxın olmasını, qohumlarının daxili işlər orqanlarında yüksək vəzifələrdə xidmət etdiklərini bildirməklə apardıqları yazışmaların mətnini ərinə göndərəcəyi və internet səhifələrində yayacağı, dostları tərəfindən sonuncunun və Bakı Modern məktəbində təhsil alan Rizvan adlı azyaşlı oğlunun üzərində zor göstəriləcəyi, başlarına bədbəxt hadisələr gətiriləcəyi ilə hədələyərək 10.000 manat məbləğində pul tələb edib Natəvan Kələntərovadan Bakı şəhəri, Səbail rayonu, Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravoexpress” marketin qarşısında 06.07.2018-ci il saat 13-14 radələrində tanışı Zərərçəkmiş şəxs8 Səmiddin oğlu tərəfindən 10.030 manata bərabər 5.900 ABŞ dollarının qəbul edilib qardaşı Şahid16 çatdırılmasına nail olmuş, rəhbərliyi və apardığı vəzifə bölgüsü əsasında mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən 07.07.2018-ci il tarixdə saat 18 radələrində Natəvan Kələntərovanın mobil nömrəsinə qardaşı Şahid16 adına olan 050 270-27-20 mobil nömrə üzərindən “WhatsApp” proqramı vasitəsi ilə göndərilmiş “Muradla əlaqə saxlayın” məzmunlu ismarıcla əlaqədar Natəvan Kələntərova öz mobil nömrəsindən həmin vaxt Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxladıqda sonuncu eyni məzmunlu hədə ilə ondan özünün geyimsiz vəziyyətdə fotoşəkillərini və intim məzmunlu ismarıcları ona göndərməyi tələb etmiş, eyni tarixdə Natəvan Kələntərovadan belə şəkillərini aldıqdan sonra isə 10.07.2018-ci il tarixdə sonuncuya ***-***- **-** saylı mobil nömrədən zəng vurmaqla həbsdən çıxanadək ona pul göndərməyini tələb etmiş, mütəşəkkil dəstədə apardığı vəzifə bölgüsünə və hədə-qorxu ilə etdiyi tələblər əsasında özünə yeni aldığı ***-***-**-** mobil nömrəsi üzərində “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamağa məcbur edilən Natəvan Kələntərovadan Bakı şəhəri, Səbail rayonu, Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən 17.07.2018-ci il tarixdə 12.000 manat tələb edilərək 18.07.2018-ci il tarixdə saat 13 radələrində 11.900 manata bərabər 7.000 ABŞ dollarının alınmasını, 26.07.2018-ci il tarixdə saat 21:00-da Zərərçəkmiş şəxs8 tərəfindən Natəvan Kələntərovanın mobil telefonuna 3.400 manat tələbi barədə ismarıc göndərilərək 27.07.2018-ci il tarixdə saat 13 radələrində eyni ünvanda ondan 3.400 manata bərabər 2.000 ABŞ dollarının qəbul edilib Şahid16 çatdırılmasını, 2018-ci ilin avqust ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılarkən ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** saylı telefonlardan zəng edib Natəvan Kələntərovadan ardıcıl surətdə hədəqorxu ilə 2.500 manat tələb edərək 03.08.2018-ci il tarixdə 2.380 manata bərabər 1.400 ABŞ dolları və 120 manatın, 2.200 manat tələb edərək 09.08.2018-ci il tarixdə 2.210 manata bərabər 1.300 ABŞ dollarının, 4.500 manat tələb edərək 13.08.2018-ci il tarixdə 4.420 manata bərabər 2.600 ABŞ dolları və 80 manatın, 7.200 manat tələb edərək 16.08.2018-ci il tarixdə 7.140 manata bərabər 4.200 ABŞ dolları və 60 manatın ondan həmin “Bravo-express” marketin qarşısında Zərərçəkmiş şəxs8 tərəfindən götürülüb qardaşı Şahid16 çatdırılmasını təşkil və təmin etmiş, 22.08.2018-ci il tarixdə Bakı istintaq təcridxanasına qaytarıldıqdan sonra 23.08.2018-ci il tarixdə ***-***-**-** və ***-***-**-** saylı telefonlardan Natəvan Kələntərovanın mobil nömrəsinə zəng vurub təcridxanaya onunla görüşə gəlməsini hədə-qorxu ilə tələb etmiş, Natəvan Kələntərova ilə həmin tarixdə qısamüddətli, 26.08.2018-ci il tarixdə isə uzun müddətli görüşə nail olduqdan sonra sonuncudan hədə-qorxu ilə daha artıq məbləğdə pul tələb edib almaq məqsədilə həmin tarixdə telefon danışığı zamanı bu faktlar barədə də ərinə məlumat verəcəyini, 2 nəfər dostu tərəfindən həmin vaxt çimərlikdə olan övladının başına bədbəxt hadisə gətiriləcəyini bildirib ondan bir həftə ərzində 50.000 manat məbləğində pul verməsini tələb etmiş və 07.09.2018-ci il tarixdə saat 13 radələrində həmin “Bravo-express” marketin qarşısında mütəşəkkil dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən Natəvan Kələntərovadan 23.800 manata bərabər 14.000 ABŞ dollarının və 11.160 manatın, cəmi 34.960 manat məbləğində pulun alınmaqla ələ keçirilməsini, bununla da Natəvan Kələntərovanın ümumilikdə 76.700 manat məbləğində nağd puldan ibarət əmlakının mütəşəkkil dəstədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurularaq hədə-qorxu ilə tələb edilib alınmaqla ələ keçirilməsini təşkil etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 26.08.2018-ci il tarixdə X4 hədə-qorxu ilə 50.000 manat məbləğində külli miqdarda əmlakı tələb etdikdən sonra 06.09.2018-ci il tarixdə saat 11 radələrində növbəti telefon danışığı zamanı onun geyimsiz vəziyyətdə fotoşəkillərini, intim məzmunlu ismarıclarını və təcridxanada görüş faktlarını ərinə və qardaşına çatdırmaqla tamamilə rüsvay etmək üçün kifayət imkanları olmasını, çıxış yolunun olmadığını bildirməklə özündən mənəvi cəhətdən asılı vəziyyətə saldığı Natəvan Kələntərovanın ləyaqətini mütəmadi olaraq alçaltma və hədə-qorxu gəlmə yolu ilə sonuncunun həmin telefon danışığından dərhal sonra yaşadığı ünvan 7 ünvanında özünü öldürmək məqsədi ilə mətbəx bıçağının iti uclu tiyəsi ilə özünə sol mil-bilək nahiyəsinin kəsilmiş yarasından ibarət xəsarət yetirməsi ilə Natəvan Kələntərovanı özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs sadalanan faktlar üzrə barəsində ibtidai istintaq aparılarkən şahid qismində dindirilməli olmasını bildiyi Zərərçəkmiş şəxs8 Səmiddin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 11.04.2019-cu il tarixdə saat 19 radələrində Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında istifadə edilən ***-***-**-** nömrəli telefondan zəng vurub tutduracağı ilə real surətdə hədələyərək şantajla onu Natəvan Kələntərovadan pulları qəbul etməsini inkar etməklə mütəşəkkil dəstədə törətdiyi cinayətlər barədə obyektiv gerçəkliyə uyğun olmayan yalan ifadə verməyə məcbur etmişdir. Təqsirləndirilən şəxs həmçinin sadalanan faktlar üzrə barəsində ibtidai istintaq aparılarkən şahid qismində dindirilməklə onunla üzləşdirilməli olmasını bildiyi X6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 24.05.2019-cu il və 15.07.2019-cu il tarixlərdə +7(938)-701-61-86 saylı mobil telefon nömrəsinin üzərindən mütəşəkkitl dəstənin istintaqla müəyyənləşdirilməsi davam etdirilən üzvü tərəfindən “WhatsApp” proqramı vasitəsi ilə öz adından ismarıclar göndərilib geyimsiz vəziyyətdə fotoşəkilləri də əlavə olunmaqla barəsində toplanmış rüsvayedici məlumatların internet resurslarında yayılacağı ilə hədələyərək şantajla onu mütəşəkkil dəstədə törətdiyi cinayətlər barədə obyektiv gerçəkliyə uyğun olmayan yalan ifadə verməyə məcbur etmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs 03.10.2019-cu il tarixdə saat 11:30 radələrində saxlanıldığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinnin Bakı istintaq təcridxanasının istintaq otaqları korpusunun 14-cü otağında Zərərçəkmiş şəxs6 ilə üzləşdirilərkən sonucunun sərbəst surətdə, onu ifşa edən obyektiv ifadə verməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xüsusi azğınlıqla və müstəsna həyasızlıqla fərqlənən qərəzli hərəkətlərə yol verib Zərərçəkmiş şəxs6 baş və bədəninin müxtəlif hissələrinə yumruğu ilə çoxsaylı zərbələr endirərək ona qəsdən fiziki ağrı, eləcə də baş beyinin silkələnməsi, sağ gicgah-ənsə, boyun və sol diz nahiyələrinin qançırları ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yungül zərər vurmaya aid xəsarətlər yetirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq cinayətini törətmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əvvəllər Abşeron rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsində yerləşən fərdi evdə yaşamışdır. Zərərçəkmiş şəxs2 tanıyır, Kəmalə ilə təxminən 2010-cu il tarixdən qeyri-rəsmi münasibətdə olmuşdur. O, Kəmalə ilə münasibəti olduğu zaman özünə məxsus pullarını Kəmaləyə etibar edib vermişdir ki, Kəmalə onun pullarını saxlasın. Özünə pul lazım olan da gedib Kəmalədə saxlamaq üçün verdiyi puldan götürmüşdür. 2011-ci il tarixdən 2014-cü il tarixədək olan müddət ərzində Kəmaləyə saxlamaq üçün verdiyi puldan götürmüşdür. Onun Kəmalə ilə olan münasibətini ondan başqa tanışı Nizami bilmişdir. Onun Kəmalə ilə olan münasibətlərini bir müddət keçdikdən sonra Kəmalənin əri Mehdi bilib onun mobil telefonuna dəfələrlə zəng edərək Kəmalə ilə münasibətlərini qurtarmasını ona bildirmişdir. 2014-cü ilin noyabr ayında işi ilə bağlı o, Türkiyə Respublikasına getmişdir. Bildirmişdir ki, o, Türkiyə Respublikasında olarkən Kəmalə ilə telefon vasitə ilə görüntülü danışarkən Kəmalənin əri Mehdini telefonda görmüş və tanımışdır. Kəmalənin əri Mehdi ilə heç bir münasibəti olmamışdır. O, Türkiyə Respublikasında olarkən onun Kəmaləyə verdiyi puldan Kəmalədə 12000 manat pulu qalmışdır. Kəmalə özünə Bakı şəhərində bağ evi alarkən onun Kəmalədə qalan 12.000 manat pulunu onun icazəsi ilə xərcləmişdir. Türkiyədə olduğu zaman Kəmalə onun mobil telefonuna zəng vuraraq həmin puldan ona hissə-hissə qaytaracağını demiş və onun xahiş etmişdir ki, tanışlarından bir nəfər ona göndəmişdir ki, pulu həmin tanışının vasitəsi ilə ona göndərsin. O da özü Türkiyədə olduğu üçün Azərbaycanda Respublikasında Abşeron rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 10-da yaşayan tanışı Şahid1 demişdir ki, “mənim Abşeron rayonu, Xırdalan şəhərində olan tanışım Kəmalə adlı qadında pulum var mən deyən vaxtda gedib Kəmalə adlı qadından mənim pulumdan alıb mənə göndərərsən”. Nizami də onunla razılaşmışdır. O, Türküyədə olarkən Nizami ona zəng edərək tanışı Kamildən 300 ABŞ dolları pul götürdüyü və və pulu geri qaytara bilmədiyini ona demişdir. O da mobil vasitəsi ilə Nizaminin yanında olan Kamilə danışmış və Kamilə demişdir ki, “Nizamini sıxma mənim Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Kəmalə adlı tanışım var mən Kəmaləyə deyərəm gedib Kəmalədən 300 ABŞ dolları pul götürərsən” Kamildə gedib Kəmalədən 300 ABŞ dolları məbləğində pul götürmüşdür. Lakin bir müddət sonra Kəmalə telefon vasitəsi ilə ona zəng edərək bildirmişdir ki, “Nizami səninlə mənim aramda olan münasibəti bildiyini deyərək əgər pul verməsən Mehdiyə və digər şəxslərə deyərək məni rüsvay edəcəkdir ”. O da bundan sonra Nizamiyə zəng edərək Nizamiyə belə bir hərəkətin etməməsini və həmin hərəkətin cinayət olmasını bildirmişdir. Lakin sonradan eşitmişdir ki, Nizami onun adından dəfələrlə istifadə edərək tanımadğı adamlarını Kəmalənin evinə göndərərək onun adından istifadə edərək Kəmalə ilə Mehdiyə hədə-qorxu gələrək onlardan müxtəlif məbləğlərdə pullar almışdır. O, Türkiyədə olarkən bunu ona Kəmalə telefonda demişdir. Təqsirləndirilən şəxs həmçinin ifadələrində göstərmişdir ki, X19 uzun müddətdir evli qadın kimi tanımış, onunla kişi-qadın münasibətlərində olmuşdur. Belə ki, Aynurə ilə 2012-ci ilin oktyabr-noyabr aylarında “odnoklassniki” saytında öz adı ilə tanış olmuş. Aynurə ilə 2017-ci ilin yay aylarınadək münasibətləri davam etmişdir. Aynurə ilə dəfələrlə kirayəyə götürdüyü mənzillərdə, Aynurənin öz evində, Türkiyəyə əri ilə istirahətə gəldikləri vaxt qaldıqları otellərdə intim əlaqələri olmuşdur. Türkiyədə olduğu vaxt Aynurə ona zəng edib, ərinin işlərinin yaxşı getmədiyini qısa müddətə 78.000 ABŞ dolları borc verməsini istəmiş, o da Aynurəyə çatdırılması üçün sonuncunun rəfiqəsi Şahid12 adına, eləcə Aynurənin adına ümumilikdə 78.000 ABŞ dolları məbləğində pul vəsaitini göndərmişdir. O, Zərərçəkmiş şəxs6 1 manat belə olsa, pul tələb etməmiş, almamış və hədələməmiş, onunla münasibəti yalnız kişi-qadın münasibəti olmuşdur. Hazırda Zərərçəkmiş şəxs6 ona 78.000 ABŞ dolları məbləğində borcu var, həmin borcu ondan və əri Ülvidən bu günədək ala bilməmişdir. 2016-cı ilin sonlarında Aynurə o Türkiyədə olanda ona zəng edib, əri Ülvinin münasibətlərindən xəbər tutmasını bildirmiş, bir necə dəqiqədən sonra Aynurənin əri ona zəng edərək onu hədələmiş və söyüşlər söyərək telefonu söndürmüşdür. O bu hadisədən bir müddət sonra Aynurəyə zəng etməmiş və pulunu istəməmişdir ki, yəqin Aynurə əri ilə boşanma ərəfəsindədir. Lakin bir necə aydan sonra ona məlum olmuşdur ki, onlar boşanmayıblar və pulunun qaytarılması ilə bağlı yenidən Aynurəyə zəng etmiş, Aynurə ona demişdir ki, bütün məsələləri əri Ülvi ilə həll etsin, bundan sonra o Ülviyə zəng edib, Aynurəyə verdiyi 78.000 ABŞ dolları məbləğində pul vəsaitini tələb etmiş, Ülvi ona “pulu məndən məsləhət alıb vermisən, bundan başqa arvadımla 5 il kişi-qadın münasibətdə olmusan, bununla bağlı bizi narahat etmə” cavabını verib telefonu söndürmüşdür. O dəfələrlə Aynurə və əri Ülviyə zəng etsədə nəticə əldə etməmiş, sonda hər ikisi telefon nömrələrini dəyişmişlər. O Aynurə və Ülvinin pulu qaytarmaq istəmədiklərini görüb onlar barədə Aynurənin qohumlarına ismarıclar göndərmişdir. Aynurə ilə münasibətləri olduğu müddətdə Aynurənin başqa kişilərlə də münasibət olmasını, onlardan da pul alıb vermədiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs4 2014-cü ildə İstanbulda olduğu vaxt tanımış, Eminənin həmin vaxt hansısa parça mağazasına borcu olduğunu öyrənib, onlara köməklik etmiş, həmin vaxt Eminənin yanında rəfiqəsi və şəriki Şəbnəm adlı qadın da olmuşdur. Bundan sonra Eminə ilə yaxın kişi-qadın münasibətləri olmuş və bu münasibətlər 2017-ci ilin ortalarınadək davam etmişdir. Zərərçəkmiş şəxs4 24.01.2018-ci il tarixdə zəng etməmiş, hədələməmiş və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət etməmiş, istifadəsində +**********5 saylı mobil telefon nömrəsi olmamışdır. X9 2013-cü ildən tanıyır, Natəvanla Keşlə bazarının yaxınlığında “Azinko”-nun yaşayış binasında yaşadığı ərəfədə tanış olmuşdur. Belə ki, Natəvanın oğlu yaşadığı binanın yaxınlığında yerləşən Bakı Modern Məktəbində təhsil aldığından məktəbin yaxınlığında tanış olmuş, mobil telefon nömrələrini bir-birinə ötürmüş, həmin vaxtdan etibarən yaxın və intim münasibətləri olmuşdur. Natəvanla münasibətləri Bakı istintaq təcridxanasında və Müalicə Müəssisəsində olduğu vaxtlaradək davam etmişdir. O dəfələrlə Natəvanın ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlamış, tanış olduqları vaxtdan etibarən Natəvan əri və azyaşlı uşağı olmasına baxmayaraq onunla tez-tez görüşmək və birlikdə yaşamaq arzusunu dilə gətirmişdir. Türkiyədə olduğu vaxt Natəvan onun istifadəsində olan hazırda xatırlamadığı telefonların “WhatsApp”na sevgi etirafları olan ismarıclar, çılpaq şəkillərini, videolarını çəkib göndərmişdir. Natəvan hər dəfəsində ona əri ilə münasibətlərinin pis olduğunu, sevgisiz yaşamaqdan bezdiyini deyirmiş, hətta o Müalicə Müəssisəsinə köçürüldüyü vaxt Natəvan orada xidməti istifadədə olan katel nömrəsinə dəfələrlə zəng edib, onunla saatlarla danışmış, əri Natəvanın onunla danışmağını bildikdən sonra Natəvanla əlaqəsi kəsilmişdir. Bakı istintaq təcridxanasında və Müalicə Müəssisəsində olduğu müddətdə qardaşı Elnur, anası Şəhrəbanı, xalası oğlu Ziyəddin, qohumu Cabbar, dostu Nicat olmasını, başqa şəxslərlə danışmadığını göstərməsinin səbəbi Natəvanı qorumaq olmuşdur, həmin ərəfədə o dəfələrlə Natəvanla ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə danışmışdır. Natəvana çox zəng etməməsini desə də, onu eşitməyərək zənglər etməyə davam etmişdir. Sonda da əri xəbər tutduqdan sonra Natəvanla əlaqəsi kəsilmişdir. Həbsdə olduğu vaxt onunla ancaq təcridxanada olan telefonlar vasitəsi ilə əlaqə saxlamışdır. Bakı istintaq təcridxanasında və Müalicə Müəssisəsində olduğum müddətdə qardaşı Elnur, xalası oğlu Ziyəddin görüşməsi, başqa şəxslərlə görüşməməsini göstərməsinin səbəbi Natəvanı qorumaq istəyi olmuşdur, həqiqətdə isə Natəvan ondan əl çəkməyərək dəfələrlə zəng edib, yanına gəlməyi və onu görməyini təkidlə istədiyindən o Natəvana yanına gəlməsinə razılıq vermişdir. Bundan sonra Natəvan 1-ci dəfə 23.08.2018-ci il tarixdə saat təxminən 14 radələrində yanına Bakı İstintaq Təcridxanasında qısa müddətli görüş otağında görüşünə gəlmiş, Natəvanla həmin görüş zamanı söhbət edib dərtləşdikdən sonra Natəvan onunla intim əlaqədə olmaq istədiyini, darıxdığını deyərək onunla intim əlaqədə olmaq üçün görüşə gəlmək istədiyini demiş, o da Natəvana ailə görüşünün mümkün olub olmaması ilə maraqlanıb cavab verəcəyini deyib Natəvanı yola salmışdır. Bakı istintaq təcridxanasında adlarını xatırlamadığı əməkdaşlarından uzun müddətli görüşün mümkün olmasını dəqiqləşdirdikdən sonra Natəvana, səhv etmirsə, 26.08.2018-ci il tarixdə zəng edib, Bakı istintaq təcridxanasına gəlməsini bildirmişdir. Natəvan 26.08.2018-ci il tarixdə saat təxminən 15 radələrində görüşünə gəlmiş, Natəvanla uzun müddətli görüş otağında intim əlaqə olmuş və 2-3 saatdan sonra Natəvanı yola salmışdır. Uzun müddətli görüş otağında görüş üçün 1.100 manat, qısa müddətli görüş otağında görüş üçün öz cibindən 400 manat pulu adını hələlik demək istəmədiyi təcridxananın əməkdaşına vermişdir. Natəvandan başqa, onunla uzun müddətli görüş otağında görüşən başqa bir şəxs olmamışdır. Bundan sonra da Natəvan ona zənglər etməyə davam etmiş, 2018-ci ilin sentyabr ayında Qubada olduğu vaxt əri Natəvanın onunla danışdığını bildiyini ona zəng edib demiş və həmin vaxtdan sonra Natəvanla əlaqəsi kəsilmişdir. O, Natəvan Kələntərovadan 1 manat belə olsa, pul tələb etməmiş və almamış, Natəvanla münasibəti yalnız kişi-qadın münasibəti olmuşdur. Onun heç bir tanışı və ya dostu Natəvanı tanımır və onunla görüşməmişdir. X19 2012-2013-cü ilin oktyabr-noyabr aylarından 2016-cı ilin noyabr ayınadək münasibətdə olduğu dövrdə Zərərçəkmiş şəxs6 başqa-başqa kişilərlə də yaxın kişi-qadın münasibətlərdə olduğunu bilmiş, onlardan Şahnəzər, Elnur, Elçin adlı şəxslərin adlarını eşitmişdir və öyrənmişdir. Elçin adlı şəxs Aynurənin deməsinə görə DİN DQ-da işlədiyi vaxt Aynurənin rəisi olmuş, Aynurə həmin Elçin adlı şəxsində 170-180 min manat pulunu almış və sonra qaytarmamışdır. Aynurənin xalası qızları Elnarə və Nuranə (Nurka) ona dəfələrlə Aynurənin görüşdüyü kişilərindən müxtəlif adlarla pul aldığını, Aynurənin pozğunluğundan əri Zərərçəkmiş şəxs7də xəbərdar olduğunu deyərək və ondan Aynurədən uzaqlaşmağını məsləhət görmüşlər. Aynurə və əri Ülvinin bütün əməlləri barədə Aynurənin xalası qızları məlumatlıdırlar. O, Aynurə ilə münasibətdə olduğu dövrdə verdiyi 78.000 ABŞ dollarından başqa Aynurə verdiyi hədiyyələrə, görüşlərinə 200.000 manatdan artıq pul xərcləmişdir. O belə güman edir ki, ona olan borcu qaytarmamaq üçün Aynurə əri Ülvi ilə birlikdə oyun oynayaraq güya münasibətlərini ifşa ediblər. X12 barəsində onu əlavə edə bilər ki, Natəvan onunla Bakı istintaq təcridxanasında görüşə Poloxova soyadı ilə gəlmişdir. Onu görüşə çağıranda görüşünə Poloxova Natəvan gəldiyini bildirmişdirlər. Sonuncu görüşdə Natəvan ona ərinin Bakıda olmadığını və oğlunun qardaşının uşaqları ilə çimərlikdə olduğunu demişdir. O, Natəvanla görüşü tez yekunlaşdırmaq istəsə də 3 saata yaxın Natəvan onunla uzun müddətli görüşdə olmuşdur. Bakı istintaq təcridxanasında olduğu vaxt Natəvan ona təcridxanada olan nömrəyə zəng etməklə yanaşı, istifadəsində olmuş hazırda nömrəsini xatırlamadığı “WhatsApp” proqramına ismarıclar yazdığından, o, həmin telefonu dostu Süleyman Babayevə verdiyində sonuncunun Natəvandan gələn ismarıclara cavab verməsini tapşırmış, Süleyman da onun adından Natəvanla yazmışdır. Hazırda da həmin telefon dostu Süleymandadır. Dostu Süleymanın şəxsi istifadəsində olan telefon nömrəsi ***-***-**-**-dır. Onun xahişindən sonra Süleyman onun adından Natəvanla intim məzmunlu yazışmalar aparmışdır. Həmin yazışmalar olan telefonuda istintaqa təqdim edəcəkdir. O, həmçinin ifadələrində göstərmişdir ki, Natəvan Kələntərova ilə Bakı istintaq təcridxanasında 23.08.2018-ci il tarixdə qısa müddətli, 26.08.2018-ci il tarixdə uzun müddətli görüş otaqlarında görüşü Bakı istintaq təcridxanasının əməkdaşları Rasim, Aydın və Məmmədbağır təsdiq edə bilər. Natəvanla görüşlərini təşkil edən Məmmədbağır olmuşdur. Məmmədbağırın təcridxananın rəisi ilə danışıb razılıq alınması üçün qısa müddətli görüş üçün Rasim vasitəsi ilə 400 manat, uzun müddətli görüş üçün isə Aydın vasitəsi ilə 1.100 manat məbləğində pulu Məmmədbağıra vermişdir. Bundan başqa onunla görüş üçün gələn şəxslərdən 200 manat pul tələb edib almışlar. Adlarını çəkdiyi əməkdaşlarla yanaşı həmin gün xidmətdə olmuş əməkdaşlar Natəvanın onunla görüşə gəlməsini təsdiq edə bilərlər. O, 04.04.2019-cu il tarixli ifadəsini təsdiq edir. Bir daha qeyd etmək istəyir ki, istifadəsində olmuş mobil telefon vasitəsi ilə Natəvan Kələntərova ilə onun adından intim məzmunlu yazışmalar aparan şəxs dostu Süleyman olmuşdur. O, Süleymanın telefon nömrəsini istəməyərək səhv göstərmiş, belə ki, dostu Süleymanın istifadəsində olan nömrə ***-***-**-** yox ***-***-**-**-dır. O, istifadəsində olmuş, Natəvan Kələntərova ilə yazışmalar aparılmış həmin telefonuda qısa zamanda təqdim edəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 04.09.2019-cu il və 25.02.2020-ci tarixli ifadələrində göstərmişdir ki, 2015-ci ilin sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı Gürcüstan nömrəsinin “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək özünü X16 təqdim edərək ona sevgi ismarıcları yazıb, tanış olmaq istədiyini, onu qorumaq istədiyini, düşmənlərinin olduğu demişdir. Həmin şəxsin cox saylı ismarıclarının və telefon danışıqlarının məzmunu bunlardan ibarət idi. Bu barədə əri Ülfətə məlumat verdikdən sonra Ülfət həmin nömrə ilə onun telefonunun “WhatsApp” proqramı vasitəsi ilə zəng edib, həmin şəxslə danışmış, Murad Əliyev əri Ülfətə güya ərdə olmağını bilmədiyini deyərək bir daha narahat etməyəcəyini bildirmişdir. Buna baxmayaraq Murad Əliyev yənə də ona zənglər etməyə davam edirmiş, o, Murad Əliyev kimi özünü təqdim edən şəxsin telefon nömrələrinin bloka salsa da hər dəfə başqa nömrələrdən zənglər edir, ismarıclar yazırdı. Murad Əliyev əsasən Türkiyə mobil telefon nömrələrində istifadə edir, özünün Türkiyədə iş adamı olduğunu deyirdi. Onunla yanaşı baldızı Fidan və qayınanası Lətifəyə zənglər edib eyni məzmunlu danışıqlar aparırmış, hətta qaynı Azərə və onun azyaşlı qızına da zənglər etmişdir. Həmin şəxs özünü onlara gah Aqşin gah Fuad gah da ona olduğu kimi Murad adı ilə təqdim etmişdir. O və digər ailə üzvləri 2016-cı ilin sonlarında qaynı Ülvinin arvadı Aynurənin başqa şəxslə yəni Təqsirləndirilən şəxsla olan münasibətlərini bildikdən sonra o özünü X32 adı ilə təqdim etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu onun axtarışda olmasını və Türkiyədə gizləndiyini öyrənmişlər. Bundan sonra da Təqsirləndirilən şəxs ona zənglər etməyə elitisi Zərərçəkmiş şəxs6 axmaq qadın olduğunu, ərinə xəyanət etdiyini, hətta onun və ailə üzvlərinin çimərlik şəkillərini ona göndərib, onların adına ləkə salmağa çalışdığını deyərək Aynurənin ailələrinə layiq olmadığını deyib, onlara pislik etmədiyini əksinə Aynurənin iç üzünü ifşa etdiyini və ərinin Aynurəni boşaması üçün bütün şəkilləri 3 qardaşa göndərdiyini demişdir. O, isə Təqsirləndirilən şəxs ona zəng etməməsini desə də Elçin onun xətrini istədiyini, onun Aynurə kimi olmadığını, Aynurənin onun düşməni olduğunu deyirdi. Elçinlə telefon danışıqlarının məzmunu ancaq bu barədə olmuşdur. Təqsirləndirilən şəxs ən cox qıçıqlandıran. X33 boşamaması olmuşdur. O, Təqsirləndirilən şəxsla Aynurə arasında olan münasibətlərin dəqiq hansı səviyyədə olmasını bilməsə də həmin hadisədən sonra əri Ülfət qardaşı Ülvi ilə ünsiyyəti kəsmiş, ailəvi görüşlərinə son qoyulmuşdur. Əri Ülfət də qardaşı Ülvidən ailələrinə ləkə bulaşdıran Aynurədən boşanmasını tələb etsə də Ülvi Aynurənin 3 uşağının anası olması əsas gətirərək bunu etməmiş və qardaşların münasibətləri kəsilmişdir. Hazırda ailələri ilə Aynurəgilin ailəsinin heç bir əlaqəsi qalmamışdır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs ona 2019-cu ilin yanvar ayınadək ona zənglər edib, qohumlarınız mənə şər-böhtan atırlar, Aynurənin pozğun olduğunu, atasının vəfat etdiyini, özünün onkoloji xəstə olduğunu həyatına 8 ay qaldığını, ailələrinə heç bir pislik etmədiyini və sonuncu dəfə zəng etdiyini deyir, lakin hər dəfə yenidən ona zəng edir, eyni şeyləri təkrar edirdi. 2016-cı ilin may ayının ortalarında əri Ülfət ABŞ-da səfərdə olduğu vaxt axşam saatlarında tanımadığı xarici telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə tanımadığı kişi səsli bir nəfər şəxs rus dilində lakin Bakı və rus anksenti olmayan, cinayət aləmində istifadə edilən sözlərdən istifadə edərək Şimali Qafqaz aksentinə oxşar özündən razı və saymazyana formada ona telefonda demişdir ki, “eşidirsən, telefonu yerə qoyma, məni diqqətli eşit, mən sənin evinin yanındayam, mən bilirəm ki, evdə təksən, mənə 100 yaşılla pulu təcili gətir ver, yoxsa mən məcbur qalıb, özüm gecə evinə daxil olub həmin pulları götürəcəm, papaşava bir söz desən uşaqlarıvı itircəksən, əgər mənim dediyimi etsən və pulları ayaqqabı qutusunun içərisinə qoyub dediyim yerə gətirsən mənim səsimi bir daha eşitməyəcəksən, səni narahat etməyəcəm. Pulu evindən çıxıb, yeraltı keçiddən keçib, “Aviss” aptekə çatmadan olan ağacların arasında 3 ədəd mişardaşı üst-üstə qoyulub, sən pul olan qutunu həmin daşların arxasına qoyarsan”. Son olaraq sözlərinə əlavə etdi ki, “eşidirsənmi qızların hər gün parkda gəzir bunu nəzərə al.” O da qorxudan həmin şəxsə müsbət cavab verib, mənzillərində olan seyfin içərisində olan 50.000 ABŞ dolları məbləğində olan pul vəsaitini ayaqqabı qutusunun içərisinə qoyub, saat 21-22 radələrində evdə dayə işləyən Filipinli Almaya uşaqları baxmasını tapşırıb, tək evdən çıxıb deyilən yerə gedib pulları, həmin şəxsin dediyi yerə qoyanda hiss etdim ki, həmin yerə tərəf bir az kənardan arıq uca boylu bir şəxs baxdığını görüb, ona zəng edən şəxsin olduğunu güman edib, qorxudan onun tərəfinə baxmadan və onun sifətini görmədən, pulu həmin yerə qoyduqdan sonra iti atdımlarla mənzilinə qayıtmışdır. Bir daha həmin şəxsdən ona zəng gəlməmişdir. O, telefon nömrəsini hazırda xatırlamasa da həmin nömrəni skrişot etdiyini xatırlayır, həmin skrinşotu harada saxladığını xarıtlamağa calışıb, Təqsirləndirilən şəxs ismarıcları ilə birlikdə istintaqa təqdim edəcəyəm. O, qorxudan bu barədə nə atasına və ərinə bir müddət heç bir söz deməmişdir. Bu barədə anasına və bacılarına demiş və onlardan 50.000 ABŞ dollarında pulu borc götürüb yerinə qoymuşdur. Borcları qaytarmağa başlayanda əri Ülfət nə isə hiss edib, nə üçün tez-tez ondan pul istədiyini soruşduqdan sonra 9-10 aydan sonra Ülfətə başına gələn hadisə barədə danışmışdır. Ona qarşı cinayət törətmiş ondan 50.000 ABŞ dollarını hədə-qorxu, şantaj yolu ilə tələb edib almış Təqsirləndirilən şəxs rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvlərinin və onlara bu işdə kömək etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs7 10.01.2020-ci il tarixli, 25.02.2020-ci il tarixli ifadələrində göstərmişdir ki, 2005-ci ildə Zərərçəkmiş şəxs6 ilə rəsmi nikah qeyd etdirərək ailə həyatı qurmuş, birgə nikahdan 2006-cı ildə Suada adlı qızı, 2008-ci ildə Nəzrin adlı qızı və 2011-ci ildə Mikayıl adlı oğlu anadan olmuşdur. Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Şahid13 və X12 adlı şəxsləri tanımır və adlarını birinci dəfədir eşidir. Lakin Təqsirləndirilən şəxs, Şahid16, X32 adlı şəxsləri şəxsən tanımasa da adlarını eşitmiş onlarladan Təqsirləndirilən şəxsla telefonda danışmış və yazışmışdır. Təqsirləndirilən şəxsona Murad Əliyev adı ilə “facetime” proqramı vasitəsi ilə bir necə dəfə zəng etmişdir. Təqsirləndirilən şəxs arvadı Aynurəni və onu şantaj edib pul tələbi irəli sürməyə başlayan ərəfədə o Şahid16 adlı şəxslə isə nə görüşmüş nə telefon əlaqəsi saxlamasa da həmin şəxsin Elçinin qardaşı olduğunu bilib, Elnurun “facebook” səhfəsinə baxmışdır. Belə ki, 27.11.2016-cı il tarixdə ad günü günü saat 16-17 radələrində yaşadıqları mənzilin hamam otağında arvadı Aynurənin kiminləsə telefonla danışaraq ağladığını eşidib, qapını açıb içəri daxil olmuş və əlindən telefonu almışdır. Aynurənin telefonunu açıb, “WhatsApp” yazışmalarını oxuyanda başa düşmüşdür ki, Aynurə başqa şəxslə sevgi yaşayır, yazışmanın məzmununda həmin şəxs onun şəkilini Aynurədən profilindən silməsini tələb edir. Aynurənin və şəxslə yazışmaları Türkiyə nömrəsi vasitəsi ilə aparılırdı. Adı qeyd edilməmişdir. Bundan sonra o Aynurədən bu məsələyə aydınlıq gətirməsini tələb etmiş, Aynurə Elçin adlı şəxslə telefonda tanış olduğunu və həmin şəxslə uzaqdan uzağa yazışmalarının olduğunu deyərək üzr istəmişdir. Bir saatdan sonra valideynləri və qohumları ad günü şənliyində iştirak etmək üçün onlara gəldiklərindən Aynurə ilə baş verən hadisə barədə heç kəsə bir söz deməmişlər. Elçin Aynurənin telefonlarına cavab vermədiyini gördükdən sonra onunla yanaşı səhəri gün ona yazmağa başlamış, o, Elçinə zəng edib, arvadını narahat etməməsini əks halda qanun qarşısında cavab verəcəyini bildirdikdə Elçin ona Aynurə ilə sevgili olduğunu onunla dəfələrlə intim münasibətdə olduğunu deyərək ona bunu sübut edə biləcəyini demişdir. O, bundan sonra Aynurəyə ya hər şeyi olduğu kimi danışmalı olduğunu əks halda onu 3 uşaqla boşayaçağını bildirmişdir. Aynurə Elçinin ona yazdıqları gördükdən sonra ağlayaraq səhf etdiyini etiraf edib, Elçinlə həqiqətən kişi-qadın münasibətində olduğunu etiraf etmiş, Aynurədən hadisəni başdan danışmağı istəmiş, Aynurə ona Təqsirləndirilən şəxsla 2013-cü ildə “odnoklassniki” sosial şəbəkəsində tanış olduğunu, telefonla danışdığını, bir müddətdən sonra görüşdüyünü, 2014-cü ilin noyabr ayınadək Elçin Türkiyəyə getdiyi vaxtadək Bakı şəhərində müxtəlif ünvalarda Elçinlə intim əlaqəyə girdiyini, Türkiyəyə səfərdə olduqları vaxtlarda da Elçinlə qaldıqları otellərdə intim münasibətdə olduğunu bildirmişdir. O, övladlarına görə Aynurə boşamamaq qərarına gəlib, Elçinə zəng edib, Aynurədən əl çəkməsi istəsə də bu dəfə Elçin güya Aynurəyə borca 78.000 ABŞ dolları məbləğində pul verdiyini deyib, ondan ya pulu qaytarmağı yada Aynurəni evdən qovmasını tələb etmişdir. O, Elçinə Aynurənin pula ehtiyacı olub ki, sənədən pul alsın cavabını verdikdə ya 250.000 ABŞ dolları məbləğində pulu verəcəksən ya da onu və Aynurəni rüsvayedəcəyi ilə təhdid edib, Aynurənin çılpaq şəkillərini, videolarını bütün tanışlarına göndərəciyi ilə hədələmişdir. O, Elçinə pul verməyəcəyini dedikdən sonra Elçin Aynurə barəsində rüsvayedici məlumtalar olan ismarıcları və Aynurənin çılpaq şəkillərini Aynurənin telefonundan götürdüyü qohum və tanışlarına göndərmişdir. O, bir mənalı olaraq Elçinə pul verməyəcəyini, polisə şikayət edəcəyini dedikdən sonra Elçin onu təhqir etməyə başlamış, ondan 250.000 ABŞ dollarını verməli olduğunu bildirərək, onu hədələyərək qardaşlarının polisdə yüksək vəzifələrdə olduğunu demişdir. O, Elçinlə olan bütün bu yazışmaların skrinşotunu arvadı Aynurəyə ifadəsinə əlavə etmək üçün vermişdir. Elçin müxtəlif Türkiyə nömrələrindən onun həmin dövrdə istifadə etdiyi ***-***-**-** saylı nömrənin “WhatsApp”ına yazır və zənglər edirmiş, 27.11.2016-cı ildən sonra Aynurənin nömrəsini dəyişdiyindən Aynurə ilə əlaqə saxlaya bilmədiyindən ancaq onunla əlaqə saxlaya bilirmiş, o, Elçindən yaxa qurtarmaq üçün 2017-ci ilin fevral ayında telefon nömrəsini dəyişmiş və ***-***- **-** saylı nömrəni işlətməyə başlamışdır. Bir necə ay Elçin onunla əlaqə saxlaya bilməmiş, təxminən 2 aydan sonra Elçin yenidən həmin nömrənin “WhatsApp”ına zəng edib, məndən gizlənə bilmərsən, sənin axtarırdım, ya 250.000 ABŞ dolları məbləğində pulu verəcəksən yada Aynurə ilə intim əlaqəmizin videosunu hər kəsə göndərəcəm deyərək hədələrini və şantajlarını davam etdirmişdir. O, Elçinə artıq rüsvay olduğunu nə istəyirsən et, pul verməyəcəm və arvadımı uşaqlarıma görə boşamayacam cavabını vermişdir. Elçin onu öldürəcəyi ilə hədələyərək, qəfil yanından çıxıb boğazını kəsəcəyini, onun bütün hərəkətlərini izlədiyini demiş, Elçin onun təzə nömrəsinə bir necə dəfə zəng etdikdən sonra, həmin nömrəni 2017-ci ili may-iyun aylarında hazırda istifadə etdiyi ***-***-**-** nömrəsinə dəyişmiş, bununla da Elçinlə əlaqələri kəsilmişdir. 2019-cu ilin mart ayında arvadı Aynurə istintaqa dəvət olunduqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs eyni üsulla başqa qadınları da şantaj edərək pullarını alıb, o, həmin şəxslərin kim olmasını bilmir. 2016-cı ilin sonlarında eşitmişdir ki, 2016-cı ilin may ayında qardaşı arvadı və dayısı qızı Adiləyə də hədə-qorxu gəlinərək 50.000 ABŞ dolları alınmışdır. Həmin hadisənin təfərrüatlarını bilmir. Belə ki, Aynurə ilə Elçinin münasibətləri ifaşa olduğu üçün ailə üzvləri ilə münasibətləri kəsilmişdir. Adilədən həmin həmin pulu kimin aldığı nə qardaşı Ülfət nə də arvadı Adilə bilmirlər. İstintaqdan xahişi Təqsirləndirilən şəxs və bu cinayətləri törətməkdə ona kömək etmiş şəxslərin dairəsi müəyyən edilməklə cinayət məsuliyyətinə cəlb edilmələridir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 29.03.2019-cu, 17, 18, 19, 24, 25 27 sentyabr 2019-cu il tarixli, 30.10.2019-cu 26.12.2019-cu il tarixli ifadələrində göstərmişdir ki, 2005-ci ildə Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 ilə nişanlanıb, həmin ildə də rəsmi nikah qeyd etdirərək ailə həyatı qurmuş, birgə nikahdan 2006-cı ildə Suada adlı qızı, 2008-ci ildə Nəzrin adlı qızı və 2011-ci ildə Mikayıl adlı oğlu anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra əvvəl qaynı Azər Yusifzadənin “Dostluq” kinoteatrının yaxınlığında yerləşən mənzilində, bir necə ildən sonra Səməd Vurğun küçəsində “Niaqara” şadlıq sarayının yaxınlığında kirayə mənzildə, təxminən 2008-ci ildə İnşaatçılar prospektində yerləşən “Olimp”in yaxınlığında şəxsi 4 otaqlı mənzilimizə köçmüşlər və son olaraq 2014- 2015-ci ildə isə qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən 4 otaqlı mənzilə köçmüş və hazırda həmin mənzildə yaşayırlar. Hazırda evdar qadındır, istifadəsində uzun müddət ***-***- **-** saylı mobil telefon nömrəsi olub, 2016-cı ilin sonlarından isə istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var, hazırda da aktivdir və nömrələr “WhatsApp” proqramına qoşulmuşdur. Əri Zərərçəkmiş şəxs7 Azərbaycan Pedoqoji Universitetinin filologiya fakultəsini, filoloq ixtisası üzrə bitirib, əvvəllər məhkum olunmayıb, ixtisası üzrə işləməyib, istifadəsində ***-***-**-** saylı mobil telefon var və “WhatsApp” proqramına qoşulmuşdur. Köhnə mobil nömrəsi ***-***-**-** olub. Əri Zərərçəkmiş şəxs7 "xxxx" MMC-də baş icraçı direktor vəzifəsində işləyir. Ailəsinin istifadəsində idarə etməsə də sərəncamında ağ rəngli “Lexsus” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı sonu 200 olan dövlət qeydiyyat nişanlı avtomobillər var. “Lexsus” markalı avtomobili 2017-ci ilədək Ceyhun adlı, 2018-ci ilin yay ayınadək qohumu Yadigar adlı, hal-hazırda Seymur adlı sürücü idarə edir. Qızı Suada 2012-ci il tarixdə Bakı Modern Beynəlxalq Məktəbin rus dili bölməsinin 1-ci sinifinə, Nəzrin 2013-cü ildə həmin məktəbdə 1-ci sinifə getməyə başlayıblar. Həmin siniflərdə valideynlərin “WhatsApp”-da siniflərin adına açılmış qrupa ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qoşulmuş, sinifin qadın valideynlərin hamısı həmin qrupda olmuş, valideynlərin hamısı ilə eyni məsafədə yaxınlıq etmiş, “WhatsApp” qrupunu valideyn komitəsinin sədri Natəvan xanım yaratmış, Natəvan xanım oğlu Rizvanla daimi bir yerdə olduğundan valideyn komitəsinə rəhbər seçilmişdir. Sinifdə səhv etmirsə 14 şagird təhsil alırdı, qızı Nəzrinin sinifində “WhatsApp” qrupunu adını xatırlamadığı rus millətindən və valideyn komitəsinin rəhbəri olan qadın yaratmışdır. Həmin sinifdə də 15 şagir təhsil alırdı. 2018-2019 tədris ilində hər iki qızını həmin məktəbdən “Dünya Məktəbi”n ingilis dili qrupuna keçirtmiş, oğlu Mikayıl isə birinci sinifdən həmin məktəbə getmişdir. Məktəbi dəyişdikdən sonra köhnə sinifdən Aliyə və Lalə xanımla bayramlarda yazışmış, digər valideynlərlə heç bir əlaqəsi qalmamışdır. O, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs tanıyır, onunla yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxs əməllərindən ziyan çəkmişdir. Belə ki, o, Təqsirləndirilən şəxsla 2013-cü ilin sentyabr-oktyabr aylarında “Aynura Huseynova” adı ilə qeydiyyatdan keçdiyi “odnoklassniki” sosial şəbəkəsində tanış olmuş, həmin profilə özünün real şəkillərini və şəxsi məlumatlarını əlavə etsə də hənin saytda dostluğun heç kim olmamış, sadəcə vaxtını keçirmək üçün həmin saytda oturmuşdur. Həmin ərəfədə əri ilə şəxsi münasibətlərinin cox pis olduğundan və boşanma həddinə çatdığından özünü tənha hiss etdiyindən profilimi açıq saxlamış, Murad Əliyev adlı ilə açıq profildən tanımadığı istifadəçi ona yazmağa başlamış, o da Murad Əliyev adlı istifadəçi ilə yazışmağa başlamış, yazışma əsnasında o, həmin profilə daxil olub, onun dostluğuna baxanda dostluğunda qadın adı ilə bir neçə dostunun olduğunu görmüş, daha sonra yazışmaları davam edən ərəfədə Murad Əliyev adlı istifadəçi öz şəkillərini profilinə əlavə etmiş, 1-2 ay Murad Əliyev adılı yazışmalar davam etmiş, o, həmin şəxsin səmimiyyətinə inandıqdan sonra bir həftədən sonra Murad Əliyev adlı istifadəçinin ona göndərdiyi hazırda xatırlmadığı şəhər nömrəsinə evində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng etmiş, onunla danışmağa başlamış və mobil telefon nömrələrini qarşılıqlı olaraq bir-birilərinə ötürmüşlər. Bundan sonra Murad Əliyev adı ilə tanıdığı şəxs onun mobil telefon nömrəsinə zəng etməyə başlamış, danışıq əsnasında Murad Əliyev adı ilə tanıdığı şəxs onunla görüşmək istədiyi, adının Elçin olması, işsiz, idmanla məşğul olduğunu 3 qardaşının olduğunu, qardaşlarının biznes və hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə işlədiklərini, əslən Ermənistandan olduqlarını, atası və əmisinin polisdə işlədiyini, Gənclikdə milyornerlər məhəlləsində yaşadığını ona demişdir. O, Təqsirləndirilən şəxs 055-lə başlayan 8 rəqəminin cox olduğu nömrəsi ötəri xatırlasa da nömrəni dəqiq göstərə bilmədiyi mobil telefon nömrəsi ilə qarşılıqlı zəngləri və telefon danışıqları olmuşdur. Həmin danışıqlar zamanı o Murad Əliyev adı ilə tanıdığı şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O da inanıb özü və ailəsi haqqında Təqsirləndirilən şəxs məlumatları vermişdir. 2013-cü ilin noyabr-dekabr ayında birinci dəfə Təqsirləndirilən şəxsla 28 may metrosunun yaxınlığında Dəmiryolu Vağzalının qarşısında görüşüb, söhbət etmiş, həmin görüşdən təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla Səməd Vurğun parkının sağ tərəfində yerləşən 5 mərtəbəli yaşayış binalarından birində mərtəbəsini xatırlamadığı, 3 otaqlı mənzildə görüşmüş, həmin mənzilə getdikdə Təqsirləndirilən şəxs orada onu gözləmiş, o, Təqsirləndirilən şəxs mənzilin kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs mənzili kirayəyə götürdüyünü demişdir. Həmin mənzildə o Təqsirləndirilən şəxsla bir dəfə intim əlaqədə olmuş və 2-3 saatdan sonra mənzili tərk etmiş, Elçin isə mənzildə qalmışdır. O, həmin görüşə taksi ilə gedib-qayıtmışdır. Bundan sonra o 2-3 ay müddətində Təqsirləndirilən şəxsla 3-4 dəfə intim əlaqədə olmaq üçün həmin ərazidə yerləşən müxtəlif mənzillərdə görüşmüşdür. O, Elçini yaxından tanımağa başladıqdan sonra onunla kobud danışığına cavab verməyə başlamış, Elçin isə onu hədələyərək münasibətləri barədə ərinə deyəcəyini bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs görüşmək istəmədiyini dedikdə, Təqsirləndirilən şəxs onu hədələyərək çılpaq şəkillərini çəkib göndərməyini tələb etmiş, o da məcbur qalıb Elçinə çılpaq şəkillərini göndərmişdir. Təqsirləndirilən şəxs təhdidlərindən və hədələrindən sonra o Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşmüş, görüşlərdən birində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi qoşulmuş “İphone” makralı telefonunu əlindən almışdı. Elçin onun telefonumun parolunu əvvəlcədən bilirdi, görüşlərdə güya qısqanc olduğundan telefonunu götürüb, yazışmalarına baxırmış, 2014-cü ilin yanvar ayında Elçin görüşlərin birində onunla mübahisə edib, taksi ilə onu “Kempinski” oteli keçib, boş yolda taksidən düşürüb, onu öldürməklə hədələyərək əlində olan telefonu götürmüş, həmin telefonu bir gün sonra ona qaytarmışdır. Evdə isə ərinə telefonunu avtomobildə unutduğunu demiş, səhəri gün Təqsirləndirilən şəxs telefonunu gətirib, həmin dövrdə yaşadıqları İnşaatçılar prospekti ev 6 ünvanın qarşısında yolun kənarında ona qaytarmışdır. O, Elçinin hər hansı bir avtomobillə gəlməsini görməmiş, Elçin gəlməmişdən əvvəl ev telefonuna zəng edib, düşməsini istəmişdir. O, ailəsi ilə birlikdə 2014-cü ilin ay aylarında demək olar ki, Bakı şəhərində olmadığından Elçinlə görüşməmiş, qayıdıb gəldikdən sonra 2014-cü ilin sentyabr-oktyabr ayında Elçinin başının qarışıq olduğuna görə onunla görüşə bilməmiş, Elçin ona işlərinin olduğunu, Türkiyəyə getməyə hazırlaşdığını demiş və 2014-cü ilin noyabr ayında Elçinin Türkiyəyə getdiyini bilmişdir. Elçin Türkiyəyə getdikdən sonra da ona Türkiyə mobil operatorlarına məxsus müxtəlif nömrələrin “WhatsApp”-dan zəng etməyə, onunla görüntülü danışmağa, hara gedəcəyi barədə ona məlumat verməsini tələb etmiş, o Təqsirləndirilən şəxs ondan əl çəkməsini istədikdə çılpaq şəkillərini, aralarında olan yazışmaları ərinə göndərəcəyini deyərək ismarıclar yazmağa davam etmişdir. Bu məzmunda Elçinlə 2015-ci ilin yay aylarınadək danışmağa və yazışmağa davam etmiş, 2015-ci ilin yay aylarında Elçin ondan 1.000 manat borca pul istəmiş, həmin pulu evlərinin yaxınlığında tanışının gəlib götürəcəyini demişdir. O da məcbur qalıb, 1.000 manatı hazır edib, Elçinə xəbər vermiş, Elçin onun hansı geyimdə olaçağını soruşub göndərdiyi adam evinin yaxınlığından gəlib həmin pulu götürəcəyini demişdir. Həmin gün adını bilmədiyi təxminən 30 yaşlarında olan orta boylu, ağbəniz, bığsız və saqqalsız şəxs ona İnşaatçılar prospektində yolun kənarında piyada ona yaxınlaşıb, Elçinin tanışı olduğunu deyib, pulu ondan götürmüşdür. 2016-cı ilin payız ayında Təqsirləndirilən şəxs həmin tanışı vasitəsi ilə həmin pulu eyni qaydada ona qaytarmışdır. Həmin vaxt artıq hazırda yaşadıqları ünvan 8 ünvana köçmüşlər. Həmin pulu ondan götürmüş şəxs qaytarmışdır. Bir necə həftədən sonra Elçin yenidən ondan 1.000 manat borca pul tələb etmiş, həmin pulu eyni qaydada eyni tanışı vasitəsi Bakıxanov prospektində yerləşən “İstiqbal-mebel” mağazasının qarşısında vermişdir. Bundan sonra da Elçin onunla gündə danışır onu gərginlikdə saxlayaraq telefonlarına niyə vaxtında cavab verməməsini irad bildirərək Elçinin onu əri, övladlarını öldürmək hədələrinə davam etdiyini görüb, Elçinə nə bilirsən et deyib, bir daha ona cavab verməyəcəyini demiş, Elçin ona cinayətkar əlamə yaxın olduğunu onun və ailəsinin başına oyun açmaq iqtidarında olduğunu demişdir. 2016-cı ilin noyabr ayının 27-sindən başlayaraq Təqsirləndirilən şəxs onun çılpaq şəkillərini ərinə və qayınlarına göndərməklə onlara münasibətləri haqqında ismarıclar yazmış, zənglər etməyə başlamışd.r 27 noyabr ərinin doğum günü idi və Elçin öz “hədiyyəsini” etmişdir. Təqsirləndirilən şəxs bununla kifayətlənməyərək onun telefonundan götürdüyü bütün nömrələrə onun barəsində xoşa gəlməz ismarıclar göndərməyə başlamış, hətta sürücülərinə, məktəbdə olan valideynlərə ismarıclar göndərdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ərinə mütəmadi zəng etdiyindən əri Elçinin nömrələrini bloka salsa da Elçin müxtəlif nömrələrdən “WhatsApp” proqramı ilə zəng etməyə davam etmiş və əri məcbur qalıb telefon nömrəsini dəyişmişdir. Bundan sonra ailəsındə cox ciddi problemlər yaşanmış, o, ərinə bütün başına gələnləri danışdıqdan sonra və Təqsirləndirilən şəxs barəsində musavat.az saytında axtarışda olması ilə bağlı məqalə çıxdıqdan sonra əri onu boşamaq fikrindən daşınmışdır. O da mobil telefon nömrəsini dəyişdirmişdir. 2017-ci ilin yay ayından sonra Təqsirləndirilən şəxs tərəfindən zənglər dayanmışdır. Təqsirləndirilən şəxs göndərdiyi ismarıcları haqqında eşitdikdən sonra o və əri Təqsirləndirilən şəxs telefonunda olan nömrələri öz telefonuna köçürdüyünü başa düşmüşlər. O, Təqsirləndirilən şəxs tanışlarından yalnız ondan pulu alan şəxslə görüşmüş, adını bilməmiş və həmin şəxslə telefon əlaqəsi olmamışdır. Başqa tanışlarından isə Təqsirləndirilən şəxs telefonuna yadda qalan 055 başlayan sonun 44-44 və ya 88-88 nömrəsini Elçinin deməsinə görə qardaşı İlkinin olduğunu dediyini xatırlayıb, həmin nömrəyə zəng edib Elçinin qardaşı bilib, Elçinin hərəkətləri barədə şikayət etmiş, həmin şəxs Elçinin qardaşı olmadığını onun qardaşı Qaranın dostu olduğunu demiş, o da qardaşına onun dediklərini çatdıraçağını demişdir. Bunlardan başqa Elçinin heç bir tanışı və ya qohumu ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs tanıdığı şəxslərlə münasibətinin olmasından xəbəri yoxdur. Lakin onun barəsində Təqsirləndirilən şəxs xoşa gəlməz ismarıclar göndərilən vaxt valideyn komitəsi sədri Natəvan ona zəng edib, bu ismarıclar barədə soruşmuşdur. Barəsində xoşa gəlməz ismarıclar qohumları ilə yanaşı ən cox Natəvan xanıma göndərilmişdir. Təqsirləndirilən şəxs ilə münasibət saxladığı dövrdə Bakı Modern Beynəlxalq Məktəbində qızlarının sinif yoldaşlarının valideynləri barədə söhbətləri olmamışdır və o heç bir valideyn barədə Təqsirləndirilən şəxs hər hansı bir məlumat verməmişdir. Lakin Təqsirləndirilən şəxsla görüşlərin birində telefonunu əlindən alıb, güya onu qısqandığından yazışmalarına baxır, oxuyur, foto şəkillərə baxırdı. O da Elçinnə nə üçün yazışmalara, camaatın arvadlarının profil şəkillərinə baxdığına görə irad bildirəndə ona deyirmiş ki, bunların coxunu tanıyır, bəziləri isə onlarla qonşuluqda yaşayırlar. Konkret kimləri tanımasını isə ona deməmişdir. Onun Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbi rüsvay olmamaq istəyi ilə bağlı olmuşdur. Əri isə Təqsirləndirilən şəxs Türkiyədə yaşadığına görə onun barəsində səhv etmirsə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O, qaynı arvadı Adilənin nömrəsini Təqsirləndirilən şəxs verməmiş, bu mümkün deyil. Necə olar ki, özünün intim əlaqədə olduğu şəxsə yəni Təqsirləndirilən şəxs aralarında heçdə səmimi münasibətlər olmayan qaynı arvadı Adilənin nömrəsi verib, Elçinin Adilə ilə tanış olmasını istəsin. Özünün marağında olmuşdur ki, Elçin ailə üzvlərinin heç birini tanımasın. İlkin ifadəsində qeyd etdiyi kimi Elçinlə sevgili və intim münasibətlərdə olduğu dövrdə Elçin özünü qısqanc kişi kimi göstərərək görüşlərində istifadəsində olan mobil telefonun parolunu götürüb, telefonunda olan bütün məlumatlara baxır, yazışmalarının hamısı oxuyurdu. 2014-cü ilin yanvar ayında Elçinlə görüşlərinin birində onunla mübahisə edib, taksi ilə onu “Kempinski” otelin yaxınlığında boş yolda taksidən düşürüb, güya qısqanclıqla bağlı onu öldürməklə hədələyərək əlində olan mobil telefonu götürmüş, “İphone” markalı telefonu bir gün özündə saxladıqdan sonra bir gün sonra səhəri gün Təqsirləndirilən şəxs telefonunu gətirib, həmin dövrdə yaşadıqları İnşaatçılar prospekti ev 6 ünvanın gəlib yolun kənarında ona qaytarmışdır. Bunu əri Ülvi də təsdiq edə bilər çünki o, Ülviyə telefonunu avtomobildə unutduğunu demişdir. Ona görə onun Elçinə kiminsə nömrəsi adbaad verməyə ehtiyyac qalmamışdır. Elçinin onun telefonunda olan bütün yazışmalarından, kontaktlarından xəbar idi. Lakin Elçinin telefonunda olan bu məlumatlardan sonra cinayət əməllərində, eləcə də onun barəsində rüsvayedici məlumatları qohumlarına və tanışlarına göndərmək istifadə edəcəyini düşünməmişdir. O, Elçinin onu bir qadın kimi istədiyini və qısqanclıqla bağlı telefonunu götürdüyünü, yazışmalarını oxuduğunu düşünmüşdür. Lakin indi görür ki, Elçinin fikri onun əlaqələrindən öz cinayət əməllərini həyata keçirmək üçün istifadə edib. O, Təqsirləndirilən şəxs onun rüsvay etmək üçün bütün qohumlarına zənglər etdiyini bilmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etməsini, hansı maddi maraq güdməsi bilməmişdir. O, ailə həyatı qurduqdan sonra maddi təminatı yüksək səviyyədə olmuş, o Təqsirləndirilən şəxs cinayət əməllərində iştirak etməmişvə hər hansı maddi marağı olmamışdır. O, heç vaxt Təqsirləndirilən şəxs borca pul istəməmiş və almamışdır. Elçinlə aralarında heç vaxt 78.000 ABŞ dolları məbləğində borc söhbəti olmamışdır. Düzdür o, Təqsirləndirilən şəxs Türkiyəyə getməmişdən əvvəl hissə-hissə olmaqla 4.000-5.000 manat məbləğində borca pul vermiş, həmin pulun bir hissəsini Elçin Bakıda olanda ona qaytarmış, qalan hissəsini isə Elçin ona pul köçürməsi vasitəsi ilə göndərə biləcəyini dediyindən o, həmin pulu rəfiqəsi Şahid12 adına göndərməsi xahiş etmişdir. Səhv etmirsə Elçin başqa şəxslərin adından Zarinanın adına “Vesterunion” vasitəsi ilə ona olan borcunu qaytarmaq üçün 500 və 1000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Münasibətləri pisləşənədək Təqsirləndirilən şəxs ondan gah 500 ABŞ dolları məbləğində borca pul alıb, sonra eyni yolla qaytarırmış, bir necə dəfə isə tanımadığı şəxslər vasitəsi ilə yaşadıqları İnşaatçılar prospektində ev 6 ünvanın yaxınlığında borcu qaytarıb və almışdır. Hər dəfə eyni şəxs olduğunu xatırlasa da xarici görünüşü xatırlamır. Aralarında borc alış-verişində məbləğ 1.000 manatdan artıq olmamışdır. O, Elçinə bununla bağlı iradınıda bildirmişdir ki, bu nədi borc alırsan qaytarırsan, üstündən bir həftə keçmədən təzədən alırsan qaytarırsan. Elçin isə ona deyirmiş ki, əsas odur ki borcumu sənə qaytarıram. Münasibətlərini qohumlarının yanında ifşa etdikdən sonra Elçin əri Ülviyə zəng edib, güya ona verdiyi külli miqdarda pul qaytarmalı olduğunu, əks halda ərindən onu boşamasını tələbini irəli sürmüşdür. Elçinin bütün bu borc alış verişi sonradan özünü imkanlı şəxs kimi göstərmək olduğunu başa düşmüşdür. Hətta özünü imkanlı göstərmək üçün ona saxta “Louis Vuitton” markasından olan əl çantası, portmane və gün eynəyi hədiyyə etmişdir. Brendlərdən başı çıxdığına görə Elçinə hədiyyələrinin saxta olması, qiymətlərinin heç 100 manata çatmadığını deməmişdir. Elçinin göndərdiyi həmin hədiyyələrdən istifadə etmədən tullamışdır. O, Təqsirləndirilən şəxsla 2013-cü ilin sentyabr-oktyabr aylarında “Aynura Huseynova” adı ilə qeydiyyatdan keçdiyi “odnoklassniki” sosial şəbəkəsində tanış olmuş, həmin profildə onun real şəkilləri və şəxsi məlumatları olub. Onun həmin saytda dostları olmayıb, saytda sadəcə vaxtını keçirmək üçün otururmuş, həmin ərəfədə əri ilə münasibətləri cox pis olduğundan boşanma həddinə çatdığından özünü tənha hiss etdiyindən profilini açıq saxlamışdır. Bu ərəfədə Murad Əliyev adlı ilə açıq profildən tanımadığı istifadəçi ona yazmağa başlamışdır. O da həmin Murad Əliyev adlı istifadəçi ilə yazışmağa başlamışdır. Yazışma əsnasında o həmin profilə daxil olub, onun dostluğuna baxanda dostluğunda qadın adı ilə bir neçə dostunun olduğunu görmüşdür. Daha sonra yazışmaları davam edən ərəfədə öz şəkillərini əlavə etmişdi. 1-2 ay onunla Murad Əliyev adlı şəxslə yazışma davam etmiş, o həmin şəxsin səmimiyyətinə inandıqdan sonra bir həftədən sonra onun göndərdiyi şəhər nömrəsinə evlərində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng etmiş və onunla danışmağa başlamış, mobil telefon nömələrini bir-birinə ötürmüşlər. Bundan sonra həmin şəxs onun mobil nömrəsinə zəng etməyə başlamış, danışıq əsnasında görüşmək istədiyi, adının Elçin olması, işsiz, idmanla məşğul olduğunu 3 qardaşının olduğunu onların biznes və hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə işlədiklərini, əslən Ermənistandan olduqlarını, atası və əmisinin polisdə işlədiyini, Gənclikdə milyornerlər məhəlləsində yaşadığını oan demişdir. O, Təqsirləndirilən şəxs 055-lə başlayan 8 rəqəminin cox olduğu nömrəsi xatırlasa da, ancaq nömrəni dəqiq xatırlamır. Bundan sonra o, Murad Əliyev adı ilə tanış olduğu şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O da Elçinə özü və ailəsi haqqında məlumatlar vermişdir. 2013-cü ilin noyabr-dekabr ayında birinci dəfə Təqsirləndirilən şəxsla 28 may metrosunun yaxınlığında Dəmiryolu Vağzalının qarşısında görüşüb, söhbət etmişlər. Həmin görüşdən təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla Səməd Vurğun parkının sağ tərəfində yerləşən 5 mərtəbəli yaşayış binasında mərtəbəsini xatırlamadığı, 3 otaqlı mənzildə görüşmüş, o həmin mənzilə getdikdə Təqsirləndirilən şəxs orada onu gözləyirmiş, o, Elçindən mənzilin kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs mənzili kirayəyə götürdüyünü demişdir. Həmin mənzildə o Təqsirləndirilən şəxsla bir dəfə intim əlaqədə olmuş və 2-3 saatdan sonra mənzili tərk etmiş, Elçin isə mənzildə qalmışdır. O, həmin görüşə taksi ilə gedib-qayıtmışdır. Bundan sonra o 2-3 ay müddətində Təqsirləndirilən şəxsla 3-4 dəfə intim əlaqədə olmaq üçün həmin ərazidə yerləşən müxtəlif mənzillərdə görüşmüşdür. O, Elçini yaxından tanımağa başladıqdan sonra Elçinin onunla kobud danışmasına cavab verməyə başlamış, Elçin isə onu hədələyərək münasibətləri barədə ərinə deyəcəyini ilə hədələyirdi. Bundan sonra o Elçinə görüşmək istəmədiyini dedikdə, Elçin onu hədələyərək çılpaq şəkillərini çəkib ona göndərməsini istəmiş və o da məcbur qalıb Elçinə həmin şəkilləri göndərmişdir. Təqsirləndirilən şəxs təhdidlərindən və hədələrindən sonra o Təqsirləndirilən şəxsla bir neçə dəfə də görüşmüş, Elçin onunla görüşlərdən birində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə qoşulmuş “İphone” makralı telefonunu əlindən almışdır. Elçin onun telefonunun parolunu əvvəlcədən bilir, görüşlərdə güya qısqanc olduğundan onun telefonunu götürüb, yazışmalarıma baxırmış, 2014-cü ilin yanvar ayında görüşlərindən birində Elçin onunla mübahisə edib, taksi ilə onu “Kempinski” oteli keçib, boş yolda taksidən düşürüb, məni öldürməklə hədələyərək əlində olan telefonu götürmüş və həmin telefonu bir gün sonra qaytarmışdır. Evdə isə ərinə telefonu avtomobildə unutduğunu demişdir, səhəri gün Təqsirləndirilən şəxs telefonu gətirib, həmin dövrdə yaşadıqları İnşaatçılar prospekti ev 6 ünvana gəlib yolun kənarında ona vermişdir. O, Elçinin hər hansı bir avtomobillə gəlməsini görməmiş, Elçin gəlməmişdən əvvəl ev telefonuna zəng edib, onun düşməsini istəmişdir. O, ailəsi ilə birlikdə 2014-cü ilin yay aylarında demək olar ki, Bakı şəhərində olmadıqlarından Elçinlə görüşməmiş, qayıdıb gəldikdən sonra 2014-cü ilin sentyabr-oktyabr ayında Elçinin başının qarışıq olduğunu özündən eşitmiş, Elçin Türkiyəyə getməyə hazırlaşdığını demişi və 2014-cü ilin noyabr ayında Elçinin Türkiyəyə getdiyini bilmişdir. Elçin Türkiyəyə getdikdən sonra da ona Türkiyə mobil operatorlarına məxsus müxtəlif nömrələrin “WhatsApp”-dan zəng edir, görüntülü danışmağı, hara gedəcəyi barədə məlumat verməsini istəyirdi, o, Elçinə ondan əl çəkməsini istədikdə çılpaq şəkilləri, aralarında olan yazışmaları ərinə göndərəcəyini deyir və ismarıclar yazmağa davam edirdi. 2015-ci ilin aprel ayında əri və uşaqları ilə birlikdə böyük qızı Suadanın müayinəsi ilə əlaqədar Türkiyə Respublikasının İstanbul şəhərinə 5 günlük getmişlər. Orada “Acıbadəm” xəstəxanasının yaxınlığında “Şeraton” və ya “Hollyday İnn” adlı 5 ulduzlu oteldə yerləşmişlər. Həmin ərəfədə də Elçinlə yazışmağa danışmağa davam edirmiş, Elçin onunla görüşmək üçün onların yerləşdiyi oteldə 1-2 günlük otaq götürüb, yerləşdikdən sonra Elçinin istəyi ilə gecə əri və uşaqları yatdıqdan sonra Elçinin qaldığı otağa gedib, onunla intim münasibətdə olurmuş, o Elçinlə eyni qayda da 2 gün görüşdür. Bakı şəhərinə qayıtdıqdan sonra da Elçin münasibətləri davam edirmiş, 2016-cı ilin avqust ayında əri və uşaqları ilə birlikdə istirahət məqsədi ilə 10 günlük Türkiyə Respublikasının Antalya şəhərinə gedib, “Suena” otelinə yerləşmişlər, o Elçinlə daima əlaqə olduğundan istirahətlərinin bitməsinə 3 gün qalmış Elçin onların qaldığı otelin yaxınlığında adını xatırlamadığı bir oteldə nömrə götürmək üçün ona zəng edib, pasportu ilə birlikdə həmin otelə çağırmış və onlar pasportlarını təqdim edib, oteldən otaq götürmüşlər. Elçin həmin vaxt X24 adına olan pasportu təqdim etmişdir. O Elçindən təqdim etdiyi saxta pasport barədə soruşmuş, o da Bakıda namus üstündə bir şəxsi bıçaqladığına görə axtarışda olduğunu, qardaşı Elnurun səhv etmirsə ya öz yada başqasına məxsus pasportu X24 adına düzəltdirərək Türkiyədə rahat hərəkət edə bilməsi və gizlənməsi üçün göndərdiyini demişdir. Bundan əvvəldə telefonla danışıqlarda öz pasportunun yararsız vəziyyətdə olduğunu deyib, Bakıdan qardaşının onun üçün pasport göndərəcəyini dediyini xatırlamışdır. Elçinlə həmin oteldən otaq götürdükdən sonra ailəsinin yanına qayıtmış, bundan sonra 3 gecə ardıcıl olaraq gecə əri və uşaqları yatdıqdan sonra Elçinlə əlaqə saxlayıb, 1-2 saatlıq Elçinin qaldığı otağa gedib, onunla həmin otaqda intim əlaqə olmuşdur. Sonuncu gecə Elçin ona qızıldan olan nazik bir üzük hədiyyə etmişdir. Hazırda həmin üzük onda yoxdur, həmin üzüyü əri tapmasın deyə Bakıya qayıtdıqdan sonra atmışdır. Buna baxmayaraq sevgili kimi Elçinlə münasibətləri davam edirmiş, 2016-cı ilin oktyabr ayının sonunda əri və uşaqları ilə birlikdə ortancıl qızı Nəzrinin müayinəsi ilə əlaqədar Türkiyə Respublikasının İstanbul şəhərinə 5 günlük getmiş, orada “Titanik” otelində yerləşdikdən sonra yenə Elçinlə əlaqə saxlayıb, yerləşdiyimiz oteli ona dedikdən sonra Elçin həmin oteldə otaq görütürüb yerləşmiş həmin otaqda Elçinlə həmişə olduğu kimi gecə saatlarında gedib, 1-2 saat intim əlaqədə olduqdan sonra ailəsinin yanına qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Elçinlə münasibəti davam etmiş, 27.11.2016-cı il tarixdə əri Ülvinin ad gününə hazırlıq etdiyindən Elçinin telefonuna cavab vermədiyindən Bakı şəhərində evlərində Elçinlə telefonda qısqanclığı ilə bağlı mübahisə edərkən əri səsini eşitmiş, onun ağladığını görüb, kiminlə danışdığını soruşduqdan sonra o telefonu Ülviyə verib, hər şeyi ərinə danışmış, Ülvi Elçinə zəng edib, danışmağa çalışsa da Elçin Ülviyə onun pozğun olduğunu deyib, onun şəkillərini Ülvinin telefonuna göndərmişdir. Onlar ərinin ad günü qohumları ilə qeyd etmiş və heç kəsə bu barədə bildirməmişlər. Elçin isə bu dəfə Ülvidən əl çəkməyərək zəng etməyə güya ona verdiyi borcu tələb etməyə, onu boşamasını təkid etmişdir. Ülvinin onu başa düşüb bağışladığını bildikdən sonra Elçin onun çılpaq şəkillərini qohumlarına və tanışlarına göndərməyə başlamışdır. O onda başa düşmüşdür ki, onun telefonunun kontaktında olan bütün “WhatsApp” nömrələri Elçindədir. Təqsirləndirilən şəxs onu və əri Zərərçəkmiş şəxs7 barəsində olan rüsvayedici məlumatları yayaçağı ilə hədələyərək konkret 300.000 manat məbləğində pul vəsaitini tələb etmiş, lakin almamışdır. Əri Zərərçəkmiş şəxs7 skrinşot edərək saxladığı Təqsirləndirilən şəxsla 27.11.2016-cı il tarixdə olan yazışmaları ifadəsinə əlavə edir. Həmin gündən sonra əri Ülvi Elçinlə arasında olan münasibətdən xəbər tutmuşdur. Elçin həmin vaxt onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna +90(531)-667-23-12 saylı Türkiyə nömrəsinin “WhatsApp” proqramından ismarıclar yazaraq təhqir edirmiş, Elçinlə tanışlığı ərəfəsində olan digər yazışmalar zənglər isə telefonunu dəyişdiyindən və o, vaxt ələ keçməsin deyə sildiyindən təqdim edə bilmir. Elçin onun telefonunda tələbə yoldaşı Şahid12 “WhatsApp” proqramından profil şəkilini görüb bəyəndiyindən tez-tez Zarina haqqında nə gözəl qızdır deyərək maraqlanmışdır. O, isə Elçinə Zarina ilə maraqlanmasından xoşunun gəlmədiyini deyirmiş, o, Elçinin Zarinaya yaza biləcəyini düşünüb, xəbərdarlıq etdiyi vaxt Zarina ona Türkiyə nömrəsindən tanımadığı şəxsin ona yazdığını lakin həmin şəxsə cavab vermədiyini demişdir. O, Zarinaya Elçinlə arasında olan münasibətlərin xarakterini bildirmişdir. Bir daha ona tanışlıqla bağlı ismarıc gəlməmişdir. Elçinin ona olan borcunu qaytarması ilə bağlı Zarinanın adına göndərməsini ona görə istəmişdir ki, Zarina Elçinlə onun münasibətlərindən xəbərdardır. O, Zərərçəkmiş şəxs2 tanımır və adını birinci dəfədir eşidir. Zərərçəkmiş şəxs4 və X9 isə tanıyır. Belə ki, Eminanın qızı Cəmilə və Natəvanın oğlu Rizvan qızım Suadanın keçmiş məktəbi olan Bakı Modern Təhsil Kompleksinin Bakı Modern məktəbinin rus bölməsində eyni sinifində təhsil alıblar. Natəvan xanımın soyadı həmin vaxt Poloxova idi. Natəvan sinifin valideyn komitəsinin rəhbəri idi. “WhatsApp” proqramında sinif valideynlərindən ibarət qrup vardı, həmin qrupuda Natəvan açmışdı. Həmin qrupda sinifdə keçiriləcək tədbirləri müzakirə edir, valideyn görüşlərini vaxtı dəqiqləşdirir, bir sözlə məktəblə bağlı söhbətlər aparırmışlar. Onunla Eminə və Natəvanla arasında hər hansı rəfiqə münasibəti olmayıb, onlarla məktəbin tədbirlərində görüşmüşdür. Başqa hər hansı əlaqəsi olmayıb. Məktəbdə olan valideynlərin heç biri ilə yaxın münasibəti olmayıb. Emina uşağını ondan əvvəl həmin məktəndən çıxardıb, sonra isə o hər uşağını həmin məktəbdən çıxartmışdır. Eminanı 3-4 il, Natəvanı isə 2-3 ildir ki, görmür və əlaqələri yoxdur. O, Zərərçəkmiş şəxs4 və X6 ailə tərkibi, maddi vəziyyəti, onların xarakterləri, psixi portretləri, yaşayış ünvanları, cəmiyyətdə mövqeyi, nüfuz dairəsi, özlərinin və ailə üzvləri barədə məlumatlara malik olmamışdır. O, bir dəfə də olsun, onların evində qonaq olmamış, ailə tədbirlərində iştirak etməmiş, ərlərinin kim olmasını və adlarını bilməmiş, ərlərinin və özlərinin hansı işlə məşğul olmalarını bilməmişdir. O, Təqsirləndirilən şəxs onlar barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxsla yaxın münasibətləri olduğu vaxt görüşlərində Elçin onun mobil telefonunu götürüb, “WhatsApp” proqramında olan bütün yazışmalarını, eləcə də valideynlər qrupunda olan yazışmaları oxuyurmuş, o, isə valideynlərin hamısının adını və soyadı qeyd etmişdir. Elçin bilirdi ki, həmin məktəbdə maddi cəhətədən imkanlı şəxslərin uşaqları təhsil alır. Elçin valideyn qrupunda onların profil şəkillərinə baxır, ona deyirmiş ki, onların çoxunun ailələrini Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında “milionerlər məhəlləsi”ndə yaşadığı vaxtdan tanıyır. Hətta ona o vaxt deyirmiş ki, güna Emina Abdullayeva ərə getməmişdən əvvəl tanıyıb, güya Eminə onu sevib. O, isə Elçinin danışıqlarına əhəmiyyət verməyərək sözlərinə inanmırmış, o, ailə həyatı qurduqdan sonra maddi təminatı yüksək səviyyədə olduğundan Təqsirləndirilən şəxs cinayət əməllərində iştirak etməmiş və hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və Natəvan Kələntərova ilə münasibətinin olmasından xəbəri olmayıb. Onların mobil telefon nömrələrini Elçinə verməmişdir. Elçin onun telefonunda “WhatsApp” proqramında qeyd edilmiş qohumlarının, tanışlarının nömrəsini ehtimal edir ki, telefonumu götürüb özündə bir gün saxladığı vaxt götürüb. Elçin onların münasibətlərini əri Ülviyə danışdıqdan sonra həyasızcasına ərindən 250.000 manat pul tələb etməyə başlamışdır. Elçin ərinə deyirmiş ki, güya həmin pulu ona borca verib, əks halda ya onu boşamalıdır, yada ki çılpaq fotoşəkillərini, videolarını, yazışmalarını qohumlarına göndərəcəkdir. Əri Ülvi onun təhdidlərindən çəkinməyərək Elçinə tələb etdiyi 250.000 manatdan bir manatda pulu verməmişdir, nəticədə də Elçin onun rüsvayedici fotoşəkilləri, ismarıcları telefonunun “WhatsApp” proqramından götürdüyü qohumlarına və tanışlarına göndərmişdir. Həmin şəxslərdən biri də Natəvan olmuşdur. Ona Natəvan bu barədə deyəndə Natəvanın yanında da xəcalət çəkib, yazılanları təksib etmişdir. Onun Təqsirləndirilən şəxs qorxaçaq və ya çəkinəcək bir halı yoxdur. Elçin uzun illər onu və ərini şantaj yolu ilə gərcinlikdə saxlamışdır. Onun özü Elçinin əməllərindən mənəvi, maddi ziyan çəkmiş, əri övladlarına görə onu boşamamışdır. Hazırda da Elçinin əməllərinə görə ziyan çəkirik, ona görə də o Elçinin ailəsinə və şəxsən onun başına gətirdiyi oyunlara görə cinayət məsuliyyətə cəlb edilməsini və qanun qarşısında cavab verməsini istəyir. O, ifadələrində hər şeyi olduğu kimi göstərmiş və ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşıda verməyə hazırdır. Əri Ülvi, rəfiqəsi Zarina onun ifadələrini təsdiq edə bilər. Təqsirləndirilən şəxs Türkiyədə olduğu müddət ərzində yəni, 27.11.2016-cı il tarixdən sonra +90(531)-667-23-12, +90(535)-277-59-53, +90(553)-802-26-12, +90(539)-483-83-95, +90(539)-713-59-47, +90(552)-202-40-73, +90(552)-202-40-69, +98(914)-279-30-55, +98(542)-814-92-86, +995(57)-120-14-57, +90(506)-059-61-55 və +90(552)-202-40-69 saylı mobil telefon nömrələrində əri Zərərçəkmiş şəxs7 mobil telefona “WhatsApp” proqramı vasitəsi ilə zənglər edir, ismarıclar yazırdı. Həmin zənglərin məzmunu onun barəsində Elçində olan rüsvayedici məlumatları ictimailəşdiricəyi ilə hədələyərək, ya onun boşamasına nail olmaq, yada güya ona verdiyi 250.000 ABŞ dolları məbləğində pulu qaytarmaqla ərindən əlçəkəyi olmuşdur. Əri Ülvi onun aralarında zənglərdən və ismarıclarından yaxa qurtarmaq üçün Təqsirləndirilən şəxs telefon nömrələrini bloka salsa da Elçin hər dəfə başqa bir nömrədən təhdidlərinə davam etdirərək, 250.000 ABŞ dollarını hədə-qorxu və santaj yolu ilə tələb etməyə davam etdirirmiş, həmin yazışmalarda 2 qardaşının Polis orqanların işlədiyini və ona heç bir şey ola bilməyəcəyini yazmışdır. Həmin yazışmaların əks edildiyi ismarıcların əri Ülvinin telefondan edilmiş skrinşotları ifadəsinə əlavə edir. X47 hədələrinə boyun əyməkdikdən sonra onun barəsində olan rüsvayedici məlumatları qohumları və tanışlarına göndərmişdir. O, əlavə ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ilin noyabr ayından 27.11.2016-cı il tarixədək Türkiyə Respublikasında yaşadığı dövrdə onunla kişi-qadın münasibətləri yaşadığı ərəfədə Elçin onu qısqandırmaq məqsədi ilə Aygül adlı qadının fotoşəkilləri göndərib, həmin qadının onu sevdiyini bildirib, hazırda xatırlamadığı mobil telefon nömrəsini göndərmişdir. O da həmin ərəfədə Elçinin sözlərinə inanıb, həmin qadınla münasaibətinin olub-olmamasını dəqiqləşdirmək qərarına gəlmiş, xatırlamadığı tarixdə rəfiqəsi Şahid12 istifadəsində ***-***-**-** saylı nömrəsindən gizli zənglə həmin Aygül adlı qadının mobil telefon nömrəsinə zəng etmişdir. Telefona həmin qadın cavab vermiş, o, Aygül adlı qadından Elçinlə olan münasibətlərindən soruşmuş, həmin qadın Elçini tanıdığını, onunla tanışlıqlarının olduğunu deyərək ciddi münasibətlərinin olmadığını bildirmişdir. Bundan sonra həmin Aygül adlı qadınla heç bir görüş və telefon əlaqəsi olmamışdır. Elçinin deməsinə görə Aygül 30-35 yaşlarında boşanmış, 1 qız övladı anası olmaqla, Bakı şəhərində fəaliyyət göstərən klinikalardan birində həkim işləyirmiş, Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu müddətdə yəni 2014-cü ilin noyabr ayınadək olan müddət ərzində tanışlıqlarından bir müddət sonra özünü əvəz olunmaz sevgili kimi göstərmək üçün “Diamed” klinikasının rəhbəri olan tanımadığı Aytən adlı qadının ondan əl çəkmədiyini, onu sevdiyini deyib, hətta Emin adlı oğlunu Elçinə tapşıraraq onunla dostluq etməsini ona göz-qulaq olmasını istəməsini demişdir. Bunlardan əlavə olaraq Elçinlə tanışlıqlarının ilk vaxtlarında “odnoklassniki”-də “Aynura Huseynova” adlı profilinə Ülkər və Saida adlı şəxlərin profillərindən Elçinlə bağlı ismarıclar gəlirmiş, həmin ismarıcların məzmunundan belə başa düşmüşdür ki, həmin yazıları ona yazan Elçinin özüdür və onu qısqandırmaq istəyir. Hazırda həmin profillərin adlarını xatırlamır. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs4 28.03.2019-cu il və 25.02.2020-ci tarixli ifadələrində göstərmişdir ki, 24.01.2018-ci il tarixdə direktoru olduğu “Atelier Emilie” atelyesində quraşdırılmış ***-***-**-** saylı şəhər telefonuna hazırda xatırlamadığı şəhər telefonundan zəng gəlmiş, zəng edən özünü DTX-nın əməkdaşı kimi təqdim edib, onu DTXnın Parlament prospektində yerləşən inzibati binasına kobud formada dəvət etmiş, inzibati binanın qarşısından +**********5 saylı mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng etməli olduğunu bildirmişdir. O nə üçün çağırıldığını soruşduqda həmin şəxs adını çəkmədiyi cinayətkarı tutuqlarını həmin cinayətkarla güya münasibətinin olduğunu müəyyən etdiklərini, adının hallanmaması üçün dəvət olunduğunu demişdir. Bundan sonra o vaxt itirmədən anası Zövqət İsmayılovaya zəng edib, onu atelyeyə çağırmış və anasına zənglə bağlı hər şeyi danışmış, bundan sonra anasının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” proqramı vasitəsi ilə +**********5 saylı mobil telefon nömrəsinə zəng etmiş, cavab verən olmasa da həmin nömrədən “mən danışa bilmirəm yazın, bura gələndə yazarsız” məzmunlu ismarıc gəlmişdir. O gələ bilməyəcəyini yazdıqda həmin şəxs nalayiq sözlər yazaraq onu məcburi gətizdirəcəyini yazmışdır. Bundan sonra o ərinə zəng edib, ona zəng edən və oradan zəng etməli olduğum telefon nömrələri və çağırılmağının səbəblərini demişdir. Əri həmin məsələni araşdırmaq üçün DTX-nə getmiş, şəhər nömrəsinin DTX-nın əməliyyat nömrəsi olduğunu və həmin nömrdən zəng edilmədiyini, DTX-nə dəvət olunmadıqlarını öyrənmiş və bununla bağlı əri səhv etmirsə orada izahat və ya ərizə vermişdir. Həmin gündən sonra ona bir daha bu səpkidə telefon zəngləri daxil olmamışdır. xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə heç bir münasibəti olmayıb. Əri həmin ərəfədə bu məsələlərə aydınlıq gətirməyə çalışdığı vaxt ona zəng edən şəxsin Türkiyədə yaşaması, dələduzluq və başqa cinayətlərə görə axtarışda olduğunu öyrənmişdir. O da başına gəlmiş bu hadisə ilə bağlı övladlarının təhsil aldığı məktəbdə bəzi valideynlərlə söhbət zamanı öyrənmişdim ki, kimsə bir necə qadın valideynlə yaxın münasibətdə olub və daha sonra onlardan müxtəlif məbləğlərdə pul tələb edib alıb, lakin həmin qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkiniblər. Lakin həmin qadının və ya qadınların konkret olaraq kim olmasını həmin vaxt öyrənə bilməmişdir. X27 tanımır, həmin şəxslə heç bir münasibəti olmayıb. Adını birinci dəfədir eşidir. Bakı istintaq təcridxanasında saxlanılan tanışı yoxdur və olmayıb, ümumiyyətlə həmin yeri tanımır və orada olmamışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri var, 2016- 2017-ci illərdə arada bir dəfə 1-2 ay müddətinə başqa nömrə işlətmiş, həmin nömrəni hazırda xatırlamır. Bakı Modern Beynəlxalq Məktəbində qızı Cəmilənin 3-cü sinifədək təhsil aldığı rus dili sinifdə olan şagirdlərin və onların valideynlərin adlarını xatırlamır. Ona qarşı cinayət törətmiş, adını ləkələməyə çalışmaqla ondan sui-istifadə etmək istəmiş şəxsən tanımadığı Təqsirləndirilən şəxs və ona bu işdə kömək etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edir, Təqsirləndirilən şəxs onun barəsində ifadələrində göstərdikləri yalan və böhtandır. Onun Təqsirləndirilən şəxsla heç bir münasibət olmayıb, münasibətinin olması da mümkün deyil. Məhkəmədə zərərçəkmiş şəxs X12 öz ifadəsində göstərmişdir ki, mərhum atası Sabir Kələntərov, anası Nazilə Ağayeva və qardaşı Emin Kələntərovla birlikdə Bakı şəhərində yaşayırlar. O, 1995-ci ildə Bakı şəhəri, Xətai rayonu 27 saylı orta məktəbi, 2001-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinin maqistraturasını fərqlənmə diplomu ilə birtirmiş, 2002-ci ildən AMEA-nın X2 elmi işçisi kimi işləməyə başlamış, hazırda da həmin İnstitutda böyük elmi işçi kimi işləyir. Mərhum atası Kibernetika İstitutunda müəllim işləmiş, anası isə evdar qadındır. Qardaşı Emin ali təhsillidir, evlidir, 2 övladları var, arvadı Şahid9 evdar qadındır, iş yeri haqqında məlumatı yoxdur. Qardaşı Eminin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var, arvadı Təranənin telefon nömrəsini xatırlamır. Anası Nazilənin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var. Özünün istifadəsində 2005-ci ildən ***-***-**-**, 2011-ci ildən ***-***-**-** saylı mobil telefon nömrələri olmuş, 2018-ci ilin iyul ayında öz adına ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri almış, sonuncu nömrə oğlu Rizvanın istifadəsində olmuşdur. 2018-ci ildə o, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. Hər iki nömrəni “İphone” markalı mobil telefonlara quraşdırmış və hər iki nömrə “WhatsApp” proqramına qoşulmuşdur. 2006-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 2007-ci ildə Rizvan adlı oğlum anadan olmuş, 18.12.2018-ci il tarixdə məhkəmə yolu ilə ərindən boşanmış və həmin qərara əsasən oğlu keçmiş əri ilə qalmışdır. Oğlu Rizvan 1-ci sinifdən 6-cı sinifə qədər Bakı Modern Məktəbində orta təhsil almış, 2018-2019-cu təhsil ildən etibarən 6-cı sinifə Dünya Məktəbində orta təhsilini davam etdirir. 2017-ci ilin yanvar-fevral ayından etibarən istifadəsində olan ***-***-**-** saylı mobil telefonunun qoşulduğu “WhatsApp” proqramına Türkiyə mobil telefon nömrəsindən oğlu Rizvanın sinif yoldaşı Suada adlı qızın anası Aynurə haqqında xoşa gəlməz məzmunlu ismarıclar gəlməyə başlamışdır. Həmin ismarıclarda Aynurənin əxlaqsız qadın olması, kiminsə külli miqdarda pulunu götürüb qaytarmaması, həmin qadının dəniz kənarında çimərlik geyimində foto şəkili, “indi düşürəm” sözlərinin səs yazısı olan audio fayl göndərilmişdir. Bununla bağlı Aynurənin özü ilə telefonla danışmaq qərarına gəlmiş, Aynurə ona bunu belə izah etmişdir ki, kimsə Aynurənin pulunu ələ keçirib, pulu istədiyinə görə barəsində yalan ismarıclar göndərirlər. Hər dəfə o, Aynurəyə bu ismarıclar barədə deyəndə, Aynurə ona həmin nömrəni blok etməsini məsləhət görmüşdür. O sonradan bilmişdir ki, həmin nömrədən bir neçə valideynə eyni məzmunlu ismarıc göndərilmişdir. Oğlu Rizvanına başqa sinif yoldaşı Fəxrəddinin anası Ülkər adlı valideyndə ona məsləhət görmüşdür ki, həmin nömrəni blok et və ismarıclar gəlməyəcək, lakin buna baxmayaraq başqa nömrələrdən də Aynurəni pisləyən onunla əlaqələrin kəsməsini istəyən ismarıclar gəlməyə davam etmişdir. Hətta ondan xəbərsiz nömrəsini hansısa “WhatsApp” qrupuna salındığını görmüş, həmin qrupa daxil olmuş, qrupda olan ismarıclarda Aynurə barəsində söyüşlərlə dolu yazıların yazıldığını oxuduqdan sonra, qrupdan çıxmış və həmin qrupu blok etmiş və bu ismarıclar 2017-ci ilin təxminən sentyabr ayında kəsilmişdir. 2018-ci ilin iyul ayında oğlunun sinif yoldaşı Samirin ad günü şənliyi ilə bağlı dənizkənarında yerləşən restoranlardan birində valideynlər və uşaqlar yığılmışlar, həmin şənlikdə Suadanın anası Aynurədə iştirak edirmiş, ona şənlikdən bir necə gün sonra sürücüləri Ramin Aynurəgilin köhnə sürücüsünün Aynurənin ərini cavan bir oğlanla aldatdığını, həmin oğlanın şantaj yolu ilə Aynurədən 300.000 manat pul aldığını, Aynurənin əri bu məsələdən xəbərdar olduqdan sonra əri onu işdən çıxardaraq, öz qohumunu sürücü kimi işə götürməsini bildirmişdir. O da həmin vaxt sürücünün sözünə heç bir əhəmiyyət verməmişdir. Ancaq Aynurə barədə ismarıclar 2017ci ilin payız aylarında ərinin Aynurənin 300.000 manat verməsi məsələsinin üstü açıldıqdan sonra kəsilməsi ilə üst-üstə düşmüşdür. Aynurənin bir oğlu və iki qızı da hazırda oğlunun orta təhsil aldığı Dünya Məktəbində təhsil alırlar. Oğlunun məktəbinin dəyişdirilməsinə və ərindən boşanmasına səbəbin mahiyyəti üzrə göstərmişdir ki, 25.01.2018-ci il tarixdə günorta saatlarında evdə olduğu vaxt istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəldiyini görüb cavab vermiş, tanımadığı kişi səsli şəxs səhv etmirsə Azər adlı şəxsi soruşduqdan sonra səhv düşdüyünü deyib, danışığı üzr istəməklə tamamlamışdır. Bir neçə dəqiqə sonra həmin nömrəsinə qoşulmuş “WhatsApp”a +7(708)183- 91-25 saylı nömrədən “Salam Nata” ismarıcı ilə başlayan, daha sonra sevgi etirafları ilə davam edən cox saylı ismarıclar gəlməyə başlamışdır. Həmin vaxt ismarıclara bir dəfə də olsun cavab verməmiş, 25.01.2018-ci il tarixdən 15.02.2018-ci il tarixdək ismarıclar, ismarıclarla yanaşı “WhatsApp” zəngləri də gəlmişdir. O, cox saylı və aramsız zənglərdən sonra məcbur qalıb, “WhatsApp”da həmin şəxslə yazışmağa başlamış və həmin şəxsə başa salmağa çalışmışdır ki, ona zəng etməsin və ismarıc yazmasın. Həmin şəxs isə Murad Əliyev adına olan ümumivətəndaş pasportunun şəkilini, Türkiyənin “Ziraatbank”ının hesab nömrəsini göndərərək, onu sevdiyini, maddi təminatlı şəxs olduğunu, oğlu Rizvanı və ailəsi tanıdığını, dost olmaq istədiyini, onunla yalnız yazışmaq istədiyini, intim münasibət istəmədiyini yazmışdır. 15.02.2018-ci il tarixdə özünü Murad Əliyev kimi təqdim edən şəxslə yazışmağın əhəmiyyətsiz və mənasız olduğunu görüb, həmin nömrəni blok etmiş, bundan 10-15 dəqiqədən sonra +90(535)077-43-33 saylı mobil telefon nömrəsindən “WhatsApp” zəngləri gəlməyə başlamış, lakin o, həmin zənglərə cavab verməmiş, bundan sonra Murad adlı şəxs +38(050)-274-49-82 saylı mobil telefon nömrəsindən “WhatsApp”a eyni məzmunlu ismarıclar göndərməklə yanaşı, özünün fotoşəkilini və yerləşmə yerini göndərmiş, yerləşmə yerinə görə həmin şəxs İtalyanın Milan şəhərində olması göstərilirmiş, o, Murad adlı şəxsə cavab verməmiş, nömrəni blok etməyin faydasız olduğunu görüb, sadəcə olaraq cavab verməmək qərarına gəlmişdir. Murad adlı şəxs onun 2017-ci ilin yay aylarında “WhatsApp” profilində olan şəkilini göndərərək, həmin şəkildən xoşu gəldiyini, cavab almasa da ismarıc yazmağa davam edəcəyini yazmışdır. Murad adlı şəxs adətən ismarıcları günorta saatlarından axşam saat 18 radələrinədək göndərirmiş, fotoşəkili keçmiş əri ilə birlikdə toyda çəkdirdiyi, xüsusi proqramm vasitəsi ilə yalnız öz şəkilimi ayırıb profilimə qoyduğu şəkil idi. 16.02.2018-ci il tarixdə günorta saatlarında Murad adlı şəxsin +**********82 saylı mobil telefon nömrəsindən bu söhbəti bağlamaq istəyirəm məzmunlu “WhatsApp” ismarıcı gəlmiş, o da cavab olaraq yazın bu söhbəti bağlayaq məzmunlu ismarıc göndərmiş, lakin həmin gün söhbət baş tutmadığından Murada sabah danışarıq məzmunlu ismarıc göndərmişdir. O, 17.02.2018-ci il tarixdə günorta saatlarında həmin nömrəyə ismarıc göndərərək, yazmasını və söhbəti bağlamasını istəmiş, Murad adlı həmin şəxs ona “əvvəla Sizi haradan tanıyıram, mən Sizi oğlunuzun məktəbindən çıxarkən, 7-8 ay əvvəl görmüşəm, bibim qızının uşağını götürmək üçün həmin məktədə getmişdim, səni bibim qızından soruşmuşam, mənim sənə qarşı olan sevgim barədə ailəm xəbər tutduğundan məni xaricə göndərlər, lakin heç bir faydası olmayıb, səni sevməyə davam edirəm” məzmunlu ismarıc göndərmiş, o, söhbəti bağlamasını istəsə də sevgi ismarıcları yazmağa davam etdiyini görüb, onunla yazışmaq qərarına gəlmişdir. O, Murad adlı həmin şəxslə 28.03.2018-ci il tarixədək yazışmağa davam etmiş, 8 və 21 mart ərəfələrində Murad adlı şəxsin +**********82 saylı mobil telefon nömrəsindən “WhatsApp”dan ona bir necə dəfə ismarıc gəlmiş, daha doğrusu avtoqəzaya düşdüyünü, İtaliyada həbsdə olması barədə yazılar, təbrikləri isə vərəqdə yazı halında şəkilini çəkib, göndərmişdir. Həmin ismarıclardan sonra nə Murad adlı şəxs o həmin şəxs ismarıc göndərməmişdir. 2018-ci ilin aprel ayının əvvəllərindən may ayının ortalarına qədər telefonuna təyin edilməyən nömrədən gündə bir neçə dəfə zənglər gəlsə də o, həmin zənglərə cavab verməmişdir. May ayının ortalarında ***-***-**-** saylı mobil telefon nömrəsindən “Muraddı, zənglərimə niyə cavab vermirsən, məni axtarmırsan, məni avropadan deport etdilər” məzmunlu ismarıc gəldiyini görüb ümumi qayda da cavab verib yazışmağa başlamışdır. Murad adlı həmin şəxs 21.05.2018-ci il tarixdə ona qardaşının Xızıda yerləşən fermasından idarə etdiyi avtomobillə Bakıya qayıdarkən, yolnəqliyyat hadisə törətdiyi və bir nəfəri öldüyü, buna görə də həbs edilib Kürdəxanıya göndəriləcəyini, öz ailənlə xoşbəxt ol məzmunlu ismarıc göndərmiş və icazə almışdır ki, ona Kürdəxanıdan zəng etsin. Onun Murad adlı şəxsin düşdüyü vəziyyətə görə yazığı gəldiyindən icazə vermişdir ki, ona oradan zəng etsin, səhəri gün Murad adlı şəxs ona təcridxananın ********** və ********** saylı nömrələrini göndərmiş və yazmışdır ki, ola bilsin ki, bəzi vaxt həmin nömrələr düşməsin ancaq sən yenə də cavab ver. O da ona cavab verəcəyinə söz vermişdir. Murad adlı şəxs ona demişdir ki, sonu 20 ilə olan nömrə Ruslan adlı rəis müavinin otağındadır, həmin otaqdan rahat danışa bilir, digər telefona isə növbəçi otaqdadır. Elə həmin gün axşam saat 19 radələrində görünməyən nömrədən zəng gəldiyini görüb, Muradın olacağını güman edib, cavab vermiş, həqiqətəndə zəng edən Murad Əliyev kimi tanıdığı şəxs olmuş, onunla bir necə dəqiqə söhbət etmişdir. Bundan sonra iyun ayının sonlarına kimi demək olar ki, Muradla hər gün telefonla danışmış və yazışmışdır. Hətta bir necə dəfə o ev telefonundan təcridxanaya zəng etmişdir. Bir dəfə Murad onun evinə zəng etmiş, o Murada ev telefonunu necə öyrəndiyini soruşduqda təcridxananın telefonlarında müəyyənedən olduğunu demişdir. Söhbət əsnasında Murad ona deyirmiş ki, kriminal aləmdən olan dostları tərəfindən təcridxananın rəisinə tapşırılıb, qohumlarının coxu polisdə işləyir, mərhum atasıda polis əməkdaşı olubdur, Rövşən Lənkəranskinin dəfnində iştirak edib, 3 qardaşının olduğunu bir qardaşının atasının digər arvadınından olduğunu, qardaşının birini xaricdə şirkətdə, digərlərinin isə polisdə yüksək vəzifələrdə işlədiyini, həyatdan bezdiyini, ərindən boşanmasını və onunla xaricə getmək istəyir. O isə Murad adlı şəxsə belə bir halın olmasının mümkün olmayacağını deyirmiş, 2018-ci il iyun ayının axırlarında Murada bir daha ona zəng etməməsini və özünündə ona zəng etməyəcəyini demişdir. Bundan sonra yenə Murad adlı şəxs ona “WhatsApp”la zənglər etməyə başlamış və ona sən mənimlə boş vaxtını keçirmək üçün yazığın gəldiyi üçün danışmısan, bundan sonra hər şey başqa cür olacaqdır deyib telefonu söndürmüşdür. Həmin gün bir necə saatdan sonra Murad ona zəng edib, sən ailəni, ərini və oğlunu cox sevirsənsə bunu sübut etməli olacaqsan, o Murad adlı şəxsə bu nə deməkdir deyə şoruşduqda Murad adlı şəxs demişdir ki, oğlunun və ərinin başına bir iş gəlsə nə edə bilərsən, mən həbsdə olduğuma görə mənə heç kəs heçnə edə bilməz lakin mənim tanışlarım mənim göstərişimlə hər şey edə bilərlər, ona görə də mənim dediklərimi edəcəksən. O, Muraddan nə istəyini soruşduqda ona sevgi etirafı olan ismarıcları +**********82 saylı nömrənin “WhatsApp”ına göndərməsi istəmişdir. O, bunu edə bilməyəcəyini dedik də oğlun və ərin üçün bunu edəcəksən, bundan sonra mən nə desən baş üstə deməlisən. Buna görə də iyul ayının 15-dək sevgi xarakterli ismarıclarla onunla yazışmağa başlamış, Murad hədəsi və təkidi ilə ona alt partarlı şəkillərini çəkib göndərmişdir. Murad ona zəng edib, ismarıcların daha ehtiraslı, sevgi dolu və intim məzmunlu olmasını istəmiş, əks halda oğlunun başına təsadüfən bədbəxt hadisə gələ biləcəyini demişdir. Murad adı ilə tanıdığı şəxs birinci dəfə ondan 10.000 manat pulu 06.07.2018-ci il tarixdə “WhatsApp”la zəng edib istəmiş, həmin vaxt oğlu və əri Gürcüstana istirahətdə olmuş, o, Murad adlı şəxsə oğlu və ərinin xaricdə olduğunu söhbət əsnasında demişdir. O, həmin məbləği düzəldə bilməyəcəyini Murada deyəndə əgər onların salamat qayıtmasını istəyirsənsə 10.000 manatı tapmalısan cavabı almışdır. Həmin vaxt özündə 3.400 ABŞ dolları olduğundan rəfiqəsi Şahid10 müraciət edib, xalasının adından 2.500 ABŞ dolları borc almış, ayın sonunda qaytaracağıma söz vermişdir. O, 1-2 saat ərzində 5.900 ABŞ dollarını düzəltmiş və bu barədə Murad adlı şəxsə yazdır. Muradda ona hansı paltarda olacağımı soruşub, 10-20 dəqiqəyə pulun gəlib evinizin yaxınlığında yerləşən Bravo-express marketin qarşısından götürüləcəyini demişdir. Elə həmin gün yəni 06.07.2018-ci il saat 13-15 radələrində Bravo-express marketin qarşısında ona əynində şort və qısa qol idman köynəyi olan, təxminən 25 yaşlı, qısa qara saclı, səliqəli saqqalı olan şəxs yaxınlaşıb, Natəvan xanım, məni Murad göndərib dediyindən o zərfdə olan pulu, selofana bükülmüş vəziyyətdə həmin şəxsə vermiş, o da heç bir söz demədən pulu götürüb getmişdir. O, özünü Murad kimi təqdim edən şəxslə yazışmağa davam etdirmişdir. Murad qısa müddətə profilinə 3 ədəd telefon şəkili qoyaraq ona həmin telefonlarla təcridxanadan danışdığını demişdir. O da Murada 3 ədəd telefon nə üçün lazım olduğunu soruşduqda bu söz onun xətrinə dəymiş, Murad olan sən məni dələduz hesab edirsən, oğlun Rizvanı yerin altından da olsa tapacam yazaraq, telefonlarını söndürmüşdür. O, Murada dəfələrlə ismarıclar yazıb üzr istəməyə başlasa da onunla həmin gün danışa bilməmişdir. Səhəri gün ona “WhatsApp”la zəng edib, sən mənim haqqında düz fikirləşmirsən, sənə kim olduğumu göstərəcəm, o, Muraddan üzr istəyib nə istəsən edəcəm demiş, Murad da fikirləşib axşam bir söz deyəcəyini demişdir. Birinci dəfə 06.07.2018-ci il tarixdə özünü Murad kimi təqdim etmiş şəxs 5.900 ABŞ dollarını göndərdiyi şəxs vasitəsi ilə evimizin yaxınlığında Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında verdikdən bir gün sonra yəni 07.07.2018-ci il tarixdə saat 18 radələrində istifadəmdə olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “WhatsApp”la ismarıc gəlmişdi ki, Muradla əlaqə saxlayın. Bundan sonra o dəfələrlə Muradın istifadəsində olan ***-***-**-** nömrəsi zəng etsə də cavab verən olmamışdır. O, profilində Aqşin Camalov adı yazılan şəxsə yazıb bildirmişdir ki, Murada zəng edirəm lakin cavab vermir. Həmin şəxs ona cavab olaraq Murad onunla bir necə dəqiqə əvvəl ********** nömrəsindən zəng edib, bundan sonra mən həmin nömrəyə də zəng etmiş, telefona cavab verən olmamışdır. 15-20 dəqiqədən sonra Murad adlı şəxs ***-***- **-** nömrəsinin “WhatsApp” ilə ona zəng etmiş, həmin vaxt o, oğlu Rizvan və anası Nazilə ilə birlikdə evlərinin yaxınlığında yerləşən “Qızılgül” parkında olmuş, Murad adlı şəxs ona sən evə qayıtmalısan demiş, o, evdə olduğunu dedikdə Murad ona “oğlun və ananla parkdasan deyirəm onları qoy evə get və oradan mənə zəng et” sözləri deyib telefonu söndürmüşdür. Bundan sonra o, anasına özünü pis hiss etdiyini, evə getmək istədiyini demiş, anası onunla birlikdə gəlmək istədikdə siz gəlməyin mən evə gedib qayıdacam deyərək oğlu və anasını parkda qoyub evə qayıtmış və Murada “WhatsApp”la zəng edib, evə olduğunu demişdir. Murad ona oğlu Rizvanın həyatına qiymət verirsə çılpaq şəklini göndərməsini istəmiş, o, etiraz etsə də Murad özün bilərsən oğlun parkdadır deyərək hədələyərək məcbur etmişdir ki, o güzgüdən çılpaq şəkilini çəkib ona göndərsin. O, Murada göndərdiyi birinci çılpaq şəkildə sifəti düşmədiyindən Murad ona iradını bildirərək sifətinin göründüyü çılpaq şəkilləri ona göndərməyi tələb etmiş və o da onun tələbini yerinə yetirərək özünün çılpaq şəkillərini çəkib Murada göndərmişdir. Bundan sonra da onlar yazışmaları davam edirmişlər. Yazışmalar zamanı Murad bir nəfərin sifətinin qan içində, burnu sınmış vəziyyətdə olmaqla arxadan Muradın səsinin eşidildiyi video faylı ona göndərmiş, ona ismarıc yazmışdır ki, mənə qarşı çıxanın sonu belə olur, mən videodakı oğlanın burnunu tapançanın dəstəyi ilə vurub sındırmışam. Bundan başqa Murad adlı şəxs ona 2 nəfərlə divanda əyləşmiş vəziyyətdə çəkilmiş fotoşəkil göndərmiş, fotoşəkildə Rövşən Lənkəranski və başqa kriminal nüfuza malik şəxsin adını deyərək onlarla dostluq münasibətlərində olduğunu demişdir. Murad ona ***-***-**-** saylı mobil telefon nömrəsindən adi zənglər edərək onunla danışmış və həmin nömrənin təcridxananın işçisinin telefonu olduğunu demişdir. 10.07.2018-ci il tarixdə Murad ona zəng edərək demişdir ki, yazışmağa və danışmağımıza ehtiyac yoxdur, mən istədiyimi səndən aldım. Onu da yadında saxla ki, mən həbsdən çıxanadək nə vaxt mənə pul lazım oldu sən gətirib həmin pulu mənə verəcəksən. Bu söhbətdən təxminən bir həftə sonra 17.07.2018-ci il tarixdə Murad yenidən ona zəng edib, təzə mobil telefon nömrəsi almasını və həmin nömrəni “WhatsApp”a qoşmasını istəmişdir. O da həmin gün öz adına “28 Mall”un yaxınlığından ***-***-**-** saylı mobil telefon nömrəsini alıb, işlətmədiyi “İphone” markalı telefonuna quraşdırmış və “WhatsApp”a qoşmuşdur. Murad daha sonra ona səninlə əlaqə saxlayacaqlar onların xahişini yerinə yetirməlisən. Həmin nömrənin “WhatsApp”na profilində Dominic sözü yazılmış istifadəçi ilə çatın başlığında yazışmanın biznes akkauntla aparılır qeydi yazılmış və həmin profildən mədəni tərzdə 12.000 manat pul tapmağı xahiş olunan ismarıc gəlmişdir. Həmin nömrəni görsə də hazırda xatırlamır və səhvlik onda etmişdir ki, həmin profilin şəkilini çəkməmişdir. Murad ona həmin ismarıcı oxuduqdan sonra telefondan “WhatsApp” əlavəsini silməsini və nömrəni söndürməsini istədiyindən o da Muradın dediklərini etmişdir. Bundan sonra o evdə ərinin iş otağında olan şkafın sürməsindən sayıb 7.000 ABŞ dollarını götürmüş, Murad ona zəng edib, məbləği düzəldib-düzəltmədiyini soruşduqda pulu hazır etdiyini demişdir. Murad həmin pulu Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısından sabah dostunun gəlib günorta vaxtı götürəcəyini demişdir. 18.07.2018-ci il tarixdə saat 13 radələrində Murad ona zəng edərək dostunun “Bravoexpress” marketin qarşısına gələcəyini deyərək onun düşməsini istəmiş, o da evdən düşüb marketin qarşısında dayanmış, bir necə dəqiqədən sonra 170-175 sm boyunda, qısa qara saçlı, səliqəli qısa saqqallı, arıq bədən quruluşlu, 30 yaşında bir nəfər şəxsin ona yaxınlaşaraq Murad tərəfindən göndərildiyini demiş, o da heç bir söz demədən içərisində 7.000 ABŞ dolları olan zərfi selofan torbaya bükülmüş vəziyyətdə həmin oğlana vermiş, həmin oğlan iti addımlarla oradan uzaqlaşmış və o evə qalxmış elə həmin vaxt Murad adlı şəxs ona görünməyən nömrədən zəng edərək pulu verib-verməməsini soruşmuş, o da pulu verdiyini demişdir. Murad adı ilə tanıdığı şəxs söhbətləri əsnasında ona xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcəyini demişdir. 26.07.2018-ci il tarixdə Murad ona naməlum nömrədən zəng edərək ***-***-**-** saylı mobil telefon nömrəsini açmasını istəmiş, həmin nömrəyə ***-***-**-** saylı nömrədən adi sms mətnində ismarıc gəlmiş, ismarıcda ondan 3.400 manat məbləğində pul tapmağı istənilmişdir. Evdə pul olmadığına görə o məcbur qalıb qardaşı Emindən borca 3.400 manat istəmiş, həmin vaxt qardaşı təəcüblənərək nə üçün ərindən xəbərsiz pul istədiyini soruşmuş, o da xəstəliyi ilə əlaqədar pul lazım olduğunu ərinə bildirmək istəmədiyini demiş, bundan sonra qardaşı Emin 4.000 ABŞ dollarını ona vermiş və bildirmişdir ki, ərindən 4.000 ABŞ dolları borc alıbmış, o da qardaşı Eminə sən elə bil ərimə olan borcunu qaytardın cavabıını vermişdir. Bir necə saatdan sonra Murad onun ***-***-**-** saylı mobil telefon nömrəsinə görünməyən nömrədən zəng edərək pulun hazır olub-olmamasını soruşmuş, o da deyilən məbləğdə pulu hazır etdiyini demişdir. Murad həmişəki yerdən sonuncu pulu götürən dostunun 5 dəqiqəyə gəlib pulu götürəcəyini bildirmişdir. O Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravoexpress” marketin qarşısında 10 dəqiqəyə yaxın gözlədikdən sonra Murad ona zəng edib pulu verib-vermədiyini soruşduqda, o, Murada heç kimin gəlmədiyini narazı formada bildirmiş, Murad da dostunun oralara yaxın yerdə yaşadığını əslində çatmalı olduğunu, indi dostuna zəng edəcəyini deyərək telefonu söndürmüşdür. Muradın bu zəngindən təxminən 5 dəqiqə sonra 7.000 ABŞ dollarını 18.07.2018-ci ildə ondan götürən həmin oğlan ona yaxınlaşmış, o da 2.000 ABŞ dollarını zərfin içərisində həmin oğlana vermişdir. 2018-ci ilin avqust ayından etibarən Muradın deməsinə görə onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşlər və həmin vaxtdan etibarən onunla oradan danışırmış, oradan Murad ona **********, **********, ********** saylı katel nömrələrindən, ********** saylı telefonlarla zəng edirmiş, o yalnız ********** saylı nömrəsinə zəng edib Murad kimi özünü təqdim edən şəxslə danışa bilmişdir. Murad ona həmin katel nömrəsini pulla aldığını və sərbəst qaydada həmin nömrəni işlədə bildiyini demişdir. Avqust ayında Murad onunla əsasən ********** saylı katel nömrəsi ilə əlaqə saxlayaraq 2.500 manat istəmiş o, Murad adlı şəxsə 1.400 ABŞ dolları və 120 manat, 2.200 manat istəmiş o, Murad adlı şəxsə 1.300 ABŞ dolları, 4.500 manat istəmiş o, Murad adlı şəxsə 2.600 ABŞ dolları və 80 manat, 7.200 manat istəmiş 4.200 ABŞ dolları və 60 manat məbləğində pul vəsaitlərinin 1-ci dəfə ondan 5.900 ABŞ dollarını 06.07.2018-ci ildə götürən cavan oğlan vasitəsi ilə Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında Murada vermişdir. Həmin pulları düzəltmək üçün keçmiş ərinin 9.000 ABŞ dolları xəbərsiz götürmüş, qalan pulu isə rəfiqəsi Şahid10 və qardaşı Emindən borca almışdır. O, Murada sonsuz pul tələblərindən bezdiyini, artıq pul tapa bilmədiyini desə də Murad yazışmaları sosial şəbəkələrdə yayacağını və hər kəsin onun necə əxlaqsız olmasını öyrənəcəyini demiş, o, Murad adlı şəxsə nə istəyirsən et sözlərini dedikdə Murad ona oğlunu yadına salmağını istəmiş və o da oğluna görə Murada bir söz deməmiş, bundan sonra Murad ona ***-***-**-** saylı mobil telefon nömrəsini açmasını və dostunun ***-***-**-** saylı mobil telefona zəng etməsini istəmiş və demişdir ki, həmin adam sənə hər şeyi başa salacaqdır. O da məcbur qalıb həmin nömrəyə zəng etmiş, telefona cavab verən şəxs Muradın adına 7 ha torpaq sahəsinin satışı ilə məşğul olduqları deyərək, torpağın çıxarışının şəklini ona göndərmişdir. X5 adına olduğunu görmüş, o Murada zəng edib, bezdiyini torpaq satmasının ona nə aidiyyətinin olmasını soruşmuş, Murad da ona demişdir ki, həbsdən çıxdıqdan sonra əmlaklarını satıb, xaricə köçəcəkdir. Səhv etmirsə Murad adı ilə özünü təqdim etmiş şəxsi 22.08.2018-ci il tarixdə Müalicə Müəssisəsindən Bakı istintaq təcridxanasına qaytarıldığında Murad naməlum nömrədən 23.08.2018-ci il tarixdə saat 11 radələrində əri və oğlu çimərliyə getdikləri bir vaxtda ona zəng etmiş və onun təcridxanaya gəlməsini istəmiş, o, etiraz etdikdə Murad onu oğlu və yazışmaları yaymaqla hədələyərək saat 14 radələrində onun yanına gəlməsini bildirmişdir. O təcridxanaya 189 taksi xidmətindən sifariş etdiyi taksi ilə getmiş, həmin taksi sifarişimə uyğun olaraq məni orada gözləyib, evə qaytaracaqdı. Murad yolda ona naməlum nömrədən zəng edərək buraxlış məntəqəsində Zaur adlı əməkdaşa yaxınlaşması ilə bağlı tənbeh etmişdir. Taksi ilə təcridxananın qarşısına çatdıqdan sonra taksi sürücüsü ondan harada düşəcəyini soruşduqda o bilmədiyini dedikdən sonra sürücü görüşlə bağlı hara yaxınlaşmalı olduğunuzu öyrənib deyərəm deyib, avtomobildən soraqlaşıb təcridxananın qarşısında bir mərtəbəli binaya yaxınlaşıb, buraxılış vəsiqəsi götürməli olduğunu demişdir. O taksidən düşüb həmin yerə yaxınlaşmış, pilləkənlərlə qalxıb qapını açıb içəri daxil olmaq istəyəndə 45-50 yaşında, seyrək saçlı, bığlı, dolu bədən quruluşlu, yumuru sifət şəxs onunla qapıda rastlaşmış və ondan birbaşa Əliyev Muradın yanına gəlmisiniz sualını verib, şəxsiyyət vəsiqəsini istəmiş, adının Zaur olduğunu demişdir. Zaur adlı şəxs şəxsiyyət vəsiqəsini götürüb, buraxılış otağına getmiş və bir neçə dəqidədən sonra sənədlə yanına gəlib ona imza etdirmişdir. Özünü Zaur kimi təqdim etmiş şəxs mülki geyimdə olsa da orada özünü cox sərbəst aparırmış, ona buraxılış vərəqəsinə imza etdirdikdən sonra gözləməsini istəyərək, 10-15 dəqiqə orada Zaur adlı şəxsi gözləməyə başlamış, Zaur sonra onun yanına yaxınlaşıb məsələni həll etdiyini deyərək təcridxananın girişinədək onu müşayət etmiş, yolda Zaur adlı şəxs ona Murad Əliyevə görüşə icazə verilmədiyindən Murad başqa adla Təqsirləndirilən şəxs adı ilə görüşə gətirələcək deyərək Murad Əliyev yerinə həmin adı eşitdikdə səs-küy salmamasını istəmişdir. Bu barədə Zaur adlı şəxs onu bir necə dəfə tənbehləmişdir. Onlar təcridxananın giriş papısına çatdıqdan sonra buraxılış vəsiqəsini nəzarət məntəqəsində əyləşən əməkdaşa vermiş, göstərişə uyğun olaraq telefonunu söndürüb çantası ilə birlikdə orada olan rəfin üstünə qoymuş, ona verilmiş buraxılış vərəqəsi əsasında başqa bir icazə vəsiqəsi verilmiş, Zaur adlı şəxs sənədinin hazırlanması ilə bağlı Penitensiar Xidmətin əməkdaşları danışmış, sənədləri hazır olduqdan sonra Zaur onunla sağollaşıb, Muradın Elçin adı ilə görüşə gələcəyi ilə bağlı xatırlatma etmişdir. Bundan sonra o verilmiş sənədlə dəmir qapıdan içəriyə keçmiş, onu başqa formalı əməkdaş qarşılamış və arxasıca gəlməsini istəmiş, onlar bu qaydada həyətə çıxıb, barmaqlarla mühafizə olunan yerdən keçib inzibati binanın birinci mərtəbəsinə daxil olub, iki qapı yeri olan kiçik dəhlizdə, sol tərəfdə yerləşən qapıdan otağa daxil olmuş, otaqda ağ xalatlı yaşlı qadın əyləşmiş, əməkdaş həmin qadından onu yoxlaması istəmiş və özü otağı tərk etmişdir. Həmin qadın onun üstünü səthi yoxlamış, həmin vaxt əynində qara rəngli şalvar, üzərində qara və boz rəngli naxışları olan nazik pencək olmuşdur. Üstü yoxlandıqdan sonra çıxıb dəhlizdə onu həmin yerə gətirən əməkdaşı gözləməyə başlamış, təxminən 10-15 dəqiqədən sonra həmin əməkdaş gəlib ona burada gözləmək olmaz deyərək, onu ağ xalatlı qadın olan otağa salmış və əyləşməsini istəmişdir. Formalı şəxs həmin ağ xalatlı qadının yanında ondan kiminlə görüşə gəldiyini soruşmuş, o isə Təqsirləndirilən şəxs yanına gəlmişəm dedik də həmin şəxs ona demişdir ki, belə bir adama görüş verilməyib, görüş yalnız Murad Əliyevə verilib. O yalnız bundan sonra həmin şəxsə əslində Murad Əliyevlə görüşə gəldiyini, çöldə Zaur adlı şəxsin ondan Təqsirləndirilən şəxs adını verməsini istədiyini demişdir. Bundan sonra həmin əməkdaşla birlikdə görüş yerinə getmiş, yolda həmin şəxs ondan Murad Əliyevlə hər hansı probleminin olub-olmaması ilə maraqlanmış, o isə Muradla heç bir probleminin olmadığını demişdir. Onlar arkalı yerdən pilləkənlərlə qalxıb görüş yerində olan otaqlardan birinə daxil olmuş, həmin şəxs ondan burada Muradı gözləməsini istəmiş və otaqdan çıxıb nəfəsliyi olan dəmir qapını bağlamışdır. Görüş otağında bir ədəd stol, iki ədəd stul və bir ədəd havaqovan (vintelyator), qapı ilə üzbəüz barmaqlıları olan pəncərə olmuşdur. Həmin pəncərədən bina və çardaq görünürmüş. Otağa daxil olduqdan təxminən bir neçə dəqiqə sonra qapının nəfəslik yerindən cavan bir oğlan çay və ya suya ehtiyac olub-olmadığını soruşmuş, o isə ehtiyacının olmadığını demişdir. Təxminən 20 dəqiqədən sonra şəkildə gördüyü X15 tanıdığı şəxs otağa daxil olmuş və qapı arxadan bağlanmışdır. Qapının nəfəsliyi isə açıq qalmışdır. Murad adlı şəxs otağa daxil olan kimi axır ki, görüşdük deyərək, onun qarşısında olan stulda əyləşmişdır. Həmin vaxt Muradın əynində qısa qol tünd rəngli üçdüymə köynək və cins şalvar olmuşdur. Murad stula əyləşdikdən sonra ondan əyləşdiyi stulu arxaya divarın dibinə çəkməsini istədiyindəm o stulu arxaya çəkmış, bundan sonra qapının nəfəsliyindən onun olduğu yer görünmürmüş, o Murad adı ilə tanıdığı şəxsə başqa adla səninlə görüşə gəlmişəm dedikdə bilirəm deyərək, əlində olan buraxılış vərəqəsinə baxmasını, görüş verilən şəxs qrafasının boş olduğunu demiş, o da həmin vərəqə baxdıqda həqiqətəndə həmin yerin boş olduğunu görmüşdür. Murad ondan oğlunu soruşmuş, onu oğlu ilə birlikdə qaçırmaq qərarına gəldiyini dedikdə onun kəsgin cavabını görüb, zarafat etdiyini, həbsdən çıxmalı olduğunu bəzi problemlər olduğuna görə həbsdə qaldığını, ona pul lazım olduğunu, pulun məbləğini hələ bilmədiyini, təcridxananın rəis müavini Ruslanın otağından artıq rahat danışa bilmədiyinə görə məbləği dəqiqləşdikdən sonra bir dəfə də təcridxanaya gəlməli olduğunu demiş, o Murada pulunun olmadığını borclarının yığıldığını dedikdə Murad ona mən deyəni etsən hər şey yaxşı olacaq əks halda sənin və oğlun Rizvanın başına nəisə gələ bilər deyərək onu hədələmiş, o, isə bezdiyini deyərək burada qalmaq istəmədiyini, mühafizəni çağırıb burdan çıxmaq istədiyini demiş, Murad ona qorxma məbləği öyrəndikdən sonra pulu verərsən hər şey qaydasına düşəcəkdir deyib, ayağa qalxıb, qapının nəfəslik yerindən getmək istəyirik deyə səslənmiş, bir necə dəqiqədən sonra qapı açılmış, Murad iki nəfər formalı təcridxana əməkdaşlarına birinci xanımı yola salın dedikdən sonra onu həmin yerə gətirən şəxs onu çıxışa dəvət etmiş, Muradla görüş təxminən 20-25 dəqiqə davam etmişdir. Murad isə otaqda qalmışdır. O oradan gəldiyi yerdən çıxmış, çıxışda nəzarət buraxılış məntəqəsində imza etdikdən sonra daxili qapıdan keçib, çantasını və telefonunu götürüb, təcridxananın inzibati binasını tərk etmiş, birbaşa onu gözləyən taksiyə əyləşib evə qayıtmışdır. Taksiyə təxminən 30 manat pul vermişdir. O, evə gəldiyində əri və oğlu hələ çimərlikdən qayıtmamışdılar, o, evə çatdıqdan bir neçə dəqiqə sonra Murad ona naməlum nömrədən zəng edərək dediklərini unutmamasıını tapşırmmışdır. 26.08.2018-ci il tarixdə keçmiş əri İsmayıllı rayonuna, oğlu isə qardaşının ailəsi ilə birlikdə çimərliyə getmişdilər. O evdə tək qalmış, təxminən saat 12 radələrində Murad onun ***-***-**-** saylı nömrəsinə naməlum nömrədən zəng edərək təcridxanaya gəlməsini istəmiş, o, yenə 189 taksi xidmətindən taksi sifariş edib, həmin taksi ilə təxminən saat 15 radələrində təcridxanaya çatmış, yolda olararkən Murad ona dəfələrlə zəng edib, nə üçün gec gəldiyini maraqlanaraq, növbə rəisi Məmmədbağıra yaxınlaşmasını tapşırmışdır. Bu dəfə özü görüş verilən yerə yaxınlaşıb, otağa daxil olan kimi Məmmədbağır müəllimi soruşmuş, formada olan, arıq bədən quruluşlu, təxminən 50 yaşında olan şəxs Məmmədbağır olduğunu deyərək onu içəri dəvət etmişdir. O, həmin şəxsə sənədini təqdim edib, Əliyev Muradın yanına gəldiyini, sualına cavab olaraq sovqat gətirmədiyini demişdir. Məmmədbağır buraxılış vərəqəsini yazıb mənə imza etdirdikdən sonra gözləməsini, 15-20 dəqiqə sonra təcridxananın giriş qapısına yaxınlaşmasını istəmişdir. O təxminən 20 dəqiqədən sonra Məmmədbağıra yaxınlaşıb, sənədinin hazır olub-olmaması ilə maraqlanmış, Məmmədbağır ona sənədin hazır olduğunu dedikdən sonra təcridxananın girişinə tərəf getmiş, orada ondan çöldə gözləməsini istəmişlər, 10-15 dəqiqədən sonra formada olan bir əməkdaş ona yaxınlaşmış, Əliyev Muradın yanına siz gəlmisiniz deyə maraqlandıqdan sonra həmin əməkdaşla birlikdə içəri daxil olmuş, birinci dəfə olduğu kimi əşyaları orada qoyub, sənədini təqdim etmiş, lakin bu dəfə ona heç bir buraxılış sənədi verilmədən onu içəri dəvət edən formalı şəxs orada qalmış, birinci dəfə onu görüş otağına aparan şəxs qapıda onu qarşılayıb, birinci dəfə olduğu qaydada həkimin yanına oradan da görüş otaqları olan yerə aparmış, bu dəfə arkalı yerin sağ tərəfindən dəhlizə qalxıb, başqa bir otağa daxil olmuşdur. Birinci dəfədən fərqli olaraq Murad otaqda onu gözləyirmiş, otaqda sanitar qovşaq, ikinəfərlik çarpayı, bir ədəd stol, iki ədəd stul, kamot üzərində plazma televizor, kondisioner vardı. Otağın pəncərəsi böyük və pərdəli idi, kondisioner işlək vəziyyətdə idi. Televizor idman kanalına qoyulmaqla səsi qaldırılmışdı. O Muraddan bu yerə nə üçün çağırdığını soruşduqda, Murad ona hər şeyi itirmək istəyirsənsə get deyərək əyləşməsini istəmiş, o Muraddan 1-ci dəfə görüşdükləri otaqda görüşmək istədiyini demiş, burada rahat söhbət edə biləcəklərini, ailə ilə olan böyük görüş otağı olduğunu dedikdə o Murad adı ilə təqdim etmiş şəxsə “mən sənin ailən deyiləm axı bəs necə olur” sualını verdikdə Murad təcridxananın rəisinə ayda quçaq dolusu pul verdiyi, işçilərinə hər dəfə pul verdiyini deyərək nə üçün ona burada görüşə icazə verməməlidirlər ki, hətta bu dəfə sən bura sənədsiz gəlmisən deyərək təcridxana rəhbərliyinin himayəsində olduğunu demişdir. Murad oğlunun çimərlikdə olduğunu bildiyini hazırda iki dostununda həmin çimərlikdə olduğunu, hər şeyin ola biləcəyini deyərək ona 10 günə 50.000 manat pul verməsini istəmiş, o pulunun olmadığını borca düşdüyünü dedikdə ondan qızıl-zinət əşyalarını və adına olan əmlaklar barədə soruşmuş, o adına əmlak olmadığını qızıl-zinət əşyalarının ərinin seyfində olduğunu cavabını verdikdə Murad əsəbləşib, “bilmirəm bu sənin problemindir, oğlunu görmək istəyirsənsə haradan istəyirəsən tap” cavabını vermişdir. O da Murada oğluna dəyməməsini istəyərək, 50.000 manatı tapaçağını demişdir. Murad ona “əgər mənim barəmdə ərinə və ya polisə məlumat versən, səni və oğlun Rizvanı yerin altından da olsa tapacam, sənin bütün yazışların mənim əlimdədir, heç kimə sübut edə bilərsən ki, sənə qarşı hədə olub, sən özün öz istəyinlə bura gəlmisən və mənimlə burada cinsi əlaqədə olmusan. Mənim tərəfimdə təcridxananın rəhbərliyi, polisdə işləyən qohumlarım və kriminal aləmdə nüfuz sahibi olan dostlarım var, sən mənə heç nəyi sübut edə bilmərsən” deyə xəbərdarlıq etmişdir. O Murada videogörüntülərə baxsalar səninlə cinsi əlaqədə olmadığını görəcəklər dedikdə Murad burada kamera olmadığını, lakin sənin bu otağa gəldiyini deyəcək şahidlərinin olduğunu demişdir. Murad ona qarşı əxlaqsız hərəkət etmək istəyərkən o çığıracağını, hamını bura yığaçağını, mənə barmağın dəysə özümü öldürüb, baş verənlər haqqında yazı qoyaçağını, səni buna görə qohumlarının tap öldürəcəyini demişdir. Murad heç kimdən qorxmadığını deyərək ona qarşı artıq hərəkət etməyərək, onunla könüllü olaraq olmağını istədiyini demişdir. O, getmək istədiyini dedikdən sonra Murad səslənərək çıxmaq istədiklərini bildirmiş, bir neçə dəqiqədən sonra onu həmin yerə gətirən və onu qapıda qarşılayaraq nəzarət buraxılış məntəqəsinə dəvət edən formalı əməkdaşlar qapını açıb qapının ağzında dayanmış, Murad birinci xanımı aparın dedikdən sonra onu həmin yerə gətirən şəxs onu çıxışa dəvət edərək nəzarət buraxılış məntəqəsinədək müşayət etmiş, oradan çıxanda oranın əməkdaşlarından kimdənsə sənədləri Pirişovun işinin içərisinə qoyun sözlərini eşitmişdir. Orada sənədə imza edib, əşyalarını götürüb, onu gözləyən taksi ilə evə qayıtmış, yoldan qardaşı arvadı Təranəyə yazıb, ehtiyyatlı olmaları mümkün qədər tez qayıtmaları istəmişdir. Evə çatdıqdan sonra Murad ona zəng edərək deyilənləri unutmamağını tapşırmışdır. Səhəri gün yəni 27.08.2018-ci il tarixdə Murad ona naməlum nömrədən zəng edərək Abşeron RPŞ-nin MSY-nə köçürüldüyünü, işində problemlərin olduğunu, 50.000 manatı tapmağını bir daha istəmişdir. 31.08.2018-ci il və 04.09.2018-ci il tarixlərdə Abşeron RPŞ-nin MSY-də polislərə pul verib, onların nömrələrindən zəng etdiyini deyərək, pulu tapmağını xatırladırmış, həmin nömrələri görsə də telefonumun yaddaşında saxlamadığına görə həmin nömrələri hazırda xatırlamır. 06.09.2018-ci il tarixdə saat 13-14 radələrində Murad ona zəng edərək Bakı istintaq təcridxanasına qaytarıldığını, işinin ağırlaşdığını ona hədə-qorxulu ilə tələb etməyə görə əlavə ittihamlar elan oluna biləcəyini, işi aparan müstəntiqə 35.000 manat verilməli olduğunu deyərək, sabaha həmin məbləği gətirməsini istəmiş, o məcbur qalıb Murada evdə ərinin 10.000 ABŞ dolları olduğunu demiş, Murad əsəbləşərək, oğlun Rizvanı istəmirəsən deyərək telefonu söndürmüş, bundan sonra o həyatından bezdiyi üçün intihar etmək üçün sol qolunu biləyindən kəsmiş, qan gəldiyini görüb qorxmuş və intihar etmək fikrindən daşınmışdır. Buna görə də ərimin iş otağını axtarıb şkafın sürməsindən 10.000 ABŞ dollarını, çantasının içərisində olan 11.100 manatı xəbərsiz götürmüş, qardaşı Emindən 4.000 ABŞ dollarını borc almış və özündə olan 60 manatı toplayıb, ümumilikdə 14.000 ABŞ dollarını və 11.160 manat pulu hazır etmişdir. 07.09.2018-ci il tarixdə saat 11-12 radələrində Murad adlı ilə özünü təqdim edən Təqsirləndirilən şəxs naməlum nömrədən ona zəng edərək məbləği hazır edib-etmədiyini soruşduqda o, məbləği hazır etdiyini demiş, Murad saat 13-14 radələrində həmin pulu tünd selafana büküb skoçla bağlamasını tapşıraraq həmişəki yerdən dostunun gəlib götürəcəyini demişdir. Murad adlı ilə özünü təqdim edən şəxs ona saat 13 radələrində zəng edib, 5 dəqiqədən sonra dostunun gələcəyini deyərək, marketin qarşısına düşməsini istəmiş, o Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında 10 dəqiqəyə yaxın müddətdə gözlədikdən sonra ondan ikinci dəfə pulu götürən şəxs gəlib heç bir söz demədən zərfin içərisində selofana bükülmüş vəziyyətdə pulu götürərək oradan uzaqlaşmışdır. Murad bir necə dəqiqədən sonra zəng edib pulu verib-vermədiyini soruşmuş, o da Murada pulu verdim cavabını vermişdim. Bununla da özünü X15 təqdim etmiş Təqsirləndirilən şəxs ondan ümumilikdə 76.800 manat məbləğində pulu hədə-qorxu və şantajla yolu ilə almışdır. Keçmiş əri həmin gün, yəni 07.09.2018-ci il tarixdə çantasında olan pulu tapa bilmədiyindən onu sorğu-sual etdikdən sonra o başına gələnlərin hamısını ərinə danışmışdır. 08.09.2018-ci il tarixdə Murad kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs ona zəng etməyə davam etdiyindən hər şəydən ərinin xəbərdar olduğunu və böyük problemlərinin olduğunu demiş, Təqsirləndirilən şəxs isə onu hədələyərək telefonu söndürmüşdür. Elçin X10 adı ilə 25.01.2018-ci il tarixdən mobil telefon vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxsla iki dəfə görüşmüş, 1-ci dəfə hədələri nəticəsində 23.08.2018-ci il tarixdə saxlanıldığı Bakı istintaq təcridxanasında qısa müddətli görüş otağında, 2-ci və sonuncu dəfə isə 26.08.2018-ci il tarixdə yenə Bakı istintaq təcridxanasında bu dəfə uzun müddətli görüş otağında görüşmüşdür. Hər iki görüşə məcbur qalıb getmişdir. Murad Əliyev adlı həmin şəxsin Təqsirləndirilən şəxs olmasını isə 2018-ci ilin sentyabr ayında keçmiş ərindən öyrənmişdir. Təqdim edilən SMS mətnləri onun tərəfindən yazılmış və göndərilmişdir. Həmin SMS-lərin mətnlərinin məzmunu da ona Təqsirləndirilən şəxs tərəfindən deyilmişdir. Onun Bakı istintaq təcridxanasına görüşlərə getməsi və Təqsirləndirilən şəxs intim məzmunlu SMS-lər göndərməsi Təqsirləndirilən şəxs onu oğlu və ərini öldürməklə təhdid etməsi, ona hədə-qorxu gəlməsi ilə mümkün olmuşdur. Təqsirləndirilən şəxs 26.08.2018-ci il tarixdə uzun müddətli görüş otağında onunla intim əlaqədə olmaq istəsə də o buna imkan verməmişdir. Hətta həmin vaxt Təqsirləndirilən şəxs onu təhdid edərək bildirmişdir ki, sən uzun müddətli görüş otağına gəlməyin kifayətdir, sən heç kəsə sübut edə bilmərsən ki, aramızda intim əlaqə olmayıb və ona görə mənim dediklərimi etməlisən. Bundan sonra Təqsirləndirilən şəxs ondan 35.000 manat pul tələb etmiş və almışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 5, mənzil 49-da yaşayır. Əri Mehdi ilə 1998-ci ildə ailə qurmuş və onların birgə nikahdan 3 övladı vardır. Təxminən 2011-ci ilin sonlarında o, “Odnoklassniki” internet saytında olarkən bir nəfər özünü “Olqa” kimi təqdim edən qızla tanış olmuşdur. O, keçmiş sinif yoldaşları ilə bir qrup yaratmış və sinif yoldaşlarının əksəriyyəti xaricdə yaşadığından onlarla həmin qrup vasitəsi ilə əlaqə saxlamışdır. “Olqa” adlı şəxsi də o, qadın bilmiş və Olqa ilə internet vasitəsi ilə səmimi danışmışdır. Lakin təxminən 2012-ci ilin fevral ayının əvvəllərindən həmin “Olqa” deyilən şəxs özünü Elçin kimi təqdim edərək iki ay ərzində onun bütün yazışmalarının, göndərdiyi şəkillərin iştirakçısı olduğunu bildirib bu məlumatları yayacağı, ərinə uşaqlarına bildirəcəyi, ailəsini biabır edəcəyi ilə hədələyərək ondan müəyyən məbləğdə pul istəmişdir. o, Elçin adlı şəxsə internet səhifələrində heç bir biədəb şəkil yaymadığını və söhbətlərdə iştirak etmədiyini bildirib onu necə biabır edəcəyini soruşanda Elçin onun və ailə üzvlərinin barədə bütün məlumatlara malik olduğunu, ailəsinin barədə yalan informasiyalar yayacağını bildirmişdir. O, həmin şəxsin onu artıq şantaj etdiyini başa düşüb qorxuya düşmüş və həmin şəxsə pul verməyə başlamışdır. Elçin adlı şəxs ona konkret vaxt və saatda qapısına gəlib pulu götürcəyini bildirmiş, o, isə Elçinin istədiyi məbləği qapının ağzına qoymuş və Elçin ya özü, ya da başqa tanımadığı şəxslər vasitəsi ilə gəlib həmin pulu aparmışlar. 2012-ci ilin aprel ayınadək o, ümumilikdə 5.000 manata yaxın pulu ərinin evdə olan pullarından götürüb vermişdir. Aprel ayında Elçin növbəti dəfə onu şantaj edib pul tələb etməyə başlayanda o, artıq dözə bilməmiş və başına gələnləri əri Mehdiyə danışmışdır. Mehdi eşitdiklərindən dəhşətə gələrək ilk növbədə ondan həmin Elçin adlı şəxslə saytda nə barədə danışdığını və hansı şəkillər göndərdiyini soruşmuşdur. O, həmin sonradan adının Elçin olduğunu öyrəndiyi şəxslə yalnız bir dost kimi danışdığını və evdə çəkdirdiyi adi şəkilləri ona sayt vasitəsi ilə göndərdiyini bildirmişdir. Bundan bir müddət sonra artıq Təqsirləndirilən şəxs əri Mehdiyə zəng vurmağa başlamış, ona və göndərdiyi adamlara vaxtı-vaxtında pul verməyəcəyi halda ərinin və onun barədə müxtəlif rüsvayedici məlumatlar yazacağını, oğlu Elmarın da telefon nömrəsini, oxuduğu məktəbi bildiyini, Elmarın sinif yoldaşlarına Elmarın anasının əxlaqsız qadın olması barədə xəbərlər yayacağını bildirdikdə Mehdi oğlunun psixologiyasının korlanacağından çəkinərək Elçinə söz vermişdir ki, tələb etdiyi pulları Elçinə verəcəkdir. Elçin Mehdi ilə şərt kəsmişdir ki, o, pul dalıyca evə adam göndərəndə Mehdi işlədiyi mağazada olsun, evdə olmasın. Elçin öz adamları vasitəsi ilə Mehdinin mağazasını müşahidə edəcəkdor. Mehdi Elçinlə razılaşmış və bundan sonra Elçin zəng vuruduğu vaxt Mehdi ona mütəmadi olaraq 500, 700 və ya 1000 manat pulu onun vasitəsi ilə vermişdir. Elçin bir gün əvvəl Mehdiyə zəng vuraraq lazım olan məbləği demiş, Mehdi həmin pulu ona vermiş, səhər Mehdi işdə olarkən Elçinin göndərdiyi Nizami adlı şəxs gəlib həmin pulu qapının arasından ondan götürüb getmişdir. 2012-ci ilin yay aylarında onlar evlərinin giriş qapısına müşahidə kamerası qoymuşlar. Həmin dövrdə Elçin onlara zəng vurmamışdır. Təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Elçin Mehdiyə zəng vuraraq ona 4000 manat pul lazım olduğunu, həmin pulu verərsə çıxıb Azərbaycandan gedəcəyini, bir daha onları narahat etməyəcəyini bildirmişdir. Mehdi Elçindən onları bir daha narahat etməycəyi barədə kişi kimi söz verəcəyi təqdirdə Elçinə həmin pulu verəcəyini bildirmişdir. Elçin bir daha Mehdiyə söz vermişdir ki, "qeyd olunan pulu ona verəcəyi təqdirdə bir daha bizi narahat etməyəcəkdir". Buna görə də Mehdi Elçinə zəng vurub bildirmişdir ki, "2012-ci ilin oktyabr ayının 11-də günortadan sonra gəlib qapının qarşısından həmin 4000 manatı götürsün". Elçin həmin gün saat 16-25 radələrində mənim evinin qapısına gəlib onun qapının qarşısına qoymuş olduğu 4000 manatı götürüb getmiş və Elçinin gəlib pulu götürməsi müşahidə kamerasında da qeydiyyata alınmışdır. Lakin Elçin bir daha onları narahat etməyəcəyini söz verməsinə baxmayaraq 4000 manat pulu aldıqdan təxminən bir ay sonra, yəni noyabr ayının ortalarında ona və Mehdiyə zəng vuraraq yenidən müxtəlif məbləğdə pullar istəməyə başlamış, Mehdi Elçinə etiraz edəndə isə o, “Odnoklasniki” saytında Mehdinin adından profil yaradaraq onun şəklini də həmin profilə qoyub Mehdinin adından orada əxlaqsız sözlər yazıb yazıb ona məxsus ***-***-**-** saylı mobil nömrəni həmin profilə qoymuşdur. Mehdi utandığından polisə də məlumat verə bilməmişdir. Çünki, Elçin o, hədələmişdir ki, "əyər polisə bu barədə məlumat versə bizi və uşaqlarımızı öldürtdürəcəkdir". Elçinlə yalnız telefon vasitəsi ilə danışdıqlarından və Elçini üzdən görmədiyndən Elçinin nəyə qadir olduğunu bilməmişdir. Bu səbəbdən də Elçinin göndərdiyi adamlar vasitəsi ilə istədiyi məbləği verməkdə davam etmişlər. Elçin qapılarında müşahidə kamerasının olduğunu görüb artıq onlardan tələb etmişdir ki, "pulu balkondan yerə ataq". O, pulu yerə atdıqdan sonra isə bir-iki dəqiqədən sonra başını bağlı vəziyyətdə saxlayan hündürboy oğlan gəlib həmin pulu yerdən götürüb getmişdir. Təxminən 2015-ci ilin əvvllərindən sonra Elçin artıq Türkiyə Respublikasına getdiyini bildirib tanışı Nizami adlı şəxs vasitəsi ilə onlraın qapıya Elçinin Türkiyədəki nömrələrini qapıdan verib getmiş və həmin nömrəyə zəng vurmalarını tələb etmişdir. O, Türkiyədə qeydiyyatda olan mobil nömrəyə zəng vurduqda Elçin artıq Türkiyədə yaşadığını, yaxın tanışı Nizaminin mütəmadi olaraq onun qapısına gələcəyini və lazım olan məbləğləri Nizamiyə verməyini tələb etmişdir. Bundan sonra həmin Nizami adlı şəxs bir neçə dəfə gəlib ondan əlini kameraya tutub pul götürərək getmişdir. Yalnız bir dəfə Nizaminin üzü kameraya düşmüş və onlar həmin video-görüntünü dərhal çıxardıb diskə köçürtdürmüşlər. Hətta bir dəfə o, qapının arasından Nizamiyə pul verərkən ona etdikləri hərəkətlərə görə polisə şikayət edəcəyini bildirdikdə Nizami ona polisə şikayət edəcəkləri halda uşaqların başına oyun açacaqlarını bildirib getmişdir. Onlar isə qorxudan dərdini heç yerə deyə bilməmişdir. Təxminən 2016-cı ilin əvvəllərindən başlayaraq Nizami adlı şəxs ondan pul almaq üçün özü ilə başqa bir cavan oğlanı gətirməyə başlamışdır. Bəzən Nizami onların qapısına yaxınlaşdıqda həmin şəxs blokun qarşısında pusquda dayanmış, bəzən isə həmin şəxs qapıya yaxınlaşmış, Nizami isə blokun qarşısnda pusquda dayanmışdır. Pul verilən vaxt Mehdi işlədiyi mağazadan çıxıb evə gələ bilməmişdir. Çünki mağazanın qarşısına da bir nəfər mehdini müşahidə edən adam qoymuşlar. Lakin müşahidə kameralarına düşmüş videogörüntülər vasitəsi ilə Mehdi qapılarına gəlib ondan mütamadi olaraq pul alan Nizami adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmişdir. Elçin Mehdi ilə telefion vasitəsi ilə danışarkən bir dəfə ağzından qaçırmışdır ki, Elçinin adamları Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Elçin müəyyən etmişdir ki, 2015-ci ildən sonra yaşadıqları evin qapısına gəlib ondan pul alıb aparan şəxs Abşeron rayonu, Saray qəsəbə sakini Şahid1dur. Onlar qorxularından yenə də bu barədə polisə məlumat verə bilməmişlər. Lakin 08.05.2017-ci il tarixdə Mehdinin və onun səbri tükənmiş və qərara gəlmişlər ki, baş vermiş hadisələr barədə rəsmi qaydada polisə məlumat versinlər. Belə ki, 08 may 2017-ci il tarixdə Mehdi işdə, o, isə evdə olarkən qapılarına ilk dəfə gördüyü şəxs gələrək qapını döyüb ona içərəisndə iki ədəd Elçinin xəstəxanada olması və sarğılı vəziyyətdə olmasını əks etdirən fotoşəkilləri verərək həmin fotoşəkilin arxasında olan +**********80 saylı nömrəyə zəng vurmasını tapşırdıqda o, əsəbiləşib dərhal Mehdiyə zəng vuraraq evə çağırmış və şəkilləri Mehdiyə göstərdikdə Mehdi həmin günün sabahı rəsmi qaydada polisə ərizə yazmaq qərarına gəlmişdir. Araşdırma dövründə, yəni 17.05.2017-ci il tarixdə o, evdə olarkən qapısına ilk dəfə gördüyü bir nəfər şəxs gələrək ona telefon nömrəsi verib həmin nömrəyə zəng vurmaasını xahiş etmişdir. O, telefon nömrəsinin Türkiyə Respublikasına aid olduğunu görüb başa düşmüşdür ki, onu yenə Elçin axtarır. Bu səbəbdən əri Mehdi ilə məsləhətləşib Elçinin adamlarını ifşa etmək qərarına gəlmişlər və o, Elçinin verdiyi nömrəyə zəng vurmuşdur. Elçin ona bildirmişdir ki, "ona təcili 700 manat pul lazımdır, həmin günün sabahısı günü həmin pulu ona çatdırım". O, Elçinə pulu 19.05.2017-ci il tarixdə, saat 10:00-da hazırlayacağını, pulu götürmək üçün həmin vaxt adamını göndərməsini bildirmişdir. Elçin isə israrla pulu 18.05.2017-ci il taridə verməsini tələb etmişdir. Lakin o, Elçinlə razılaşmamışdır. Elçinlə danışdıqdan sonra isə Mehdi Abşeron RPİ-nə gələrək müstəntiqə Elçinlə aralarında olan telefon danışığı barədə məlumat vermişdir. Həmin gün, günorta vaxtı qapısına ilk dəfə gördüyü cavan bir oğlan gələrək onu qapısına pul üçün Elçinin göndərdiyini bildirmişdir. O, həmin cavan oğlana gülərüzlə pulu sabah yəni, 19.05.2017-ci il tarixdə, saat 10:00-da verəcəyini bildirmiş və həmin oğlan çıxıb getmişdir. 2012-ci ildən 2017-ci ilədək olan müddətdə Təqsirləndirilən şəxs özünün Azərbaycanda olan əlaltısı Şahid1 və digər tanımadığı şəxslər vasitəsi ilə ümumilikdə onlardan 31.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmişlər. Məhkəməmdə ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 5, mənzil 49-da yaşayır. Arvadı Zərərçəkmiş şəxs2 ilə 1998-ci ildə ailə qurmuş və onların birgə nigahdan 3 övladı vardır. Ailə qurduğu vaxtdan onlar mehriban şəraitdə yaşamışlar, ailəsində heç bir problem olmamışdır. Lakin ailəsində olan asudəçilik 2012-ci ilin aprel ayından pozulmağa başlamışdır. 2012-ci ilin aprel ayında arvadı Kəmalə ağlayaraq ona müraciət edərək təxminən 2011-ci ilin sonlarından “Odnoklasniki” internet saytı vasitəsi ilə bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxslə 1-2 ay ərzində yazışdığını, sonradan həmin şəxsin ona özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək Kəmalə ilə danışdıqa 1-2 ayərzində “Odnoklasniki” saytı vasitəsi ilə onunla danışdıqlarını və göndərdiyi şəkillərinin hamısını ictimiyyətə çatdıracağını, onu biabır edəcəyini bildirib ondan pul tələb etdiyini, məcbur qalıb evdən aprel ayınadək olan müddətdə 5000 manata yaxın pul verdiyini, artıq borclara düşdüyünü, bir gün əvvəl Elçinin ona zəng vuraraq yenidən 3000 manat pul istədiyini, artıq pul tapa bilmədiyindən məcbur qalaraq əhvalatı ona danışdığını bildirmişdir. O, eşitdiklərindən dəhşətə gələrək ilk növbədə Kəmalədən həmin Elçin adlı şəxslə saytda nə barədə danışdığını və hansı şəkillər göndərdiyini soruşmuşdur. Kəmalə həmin sonradan adının Elçin olduğunu öyrəndiyi şəxslə yalnız bir dost kimi danışdığını və evdə çəkdirdiyi adi şəkilləri ona sayt vasitəsi ilə göndərdiyini bildirmişdir. O, Kəmalədən Elçin adlı şəxsin pulları ondan kimin vasitəsi ilə aldığını soruşduqda Kəmalə hər dəfə Elçinin qapıya müxtəlif adamları göndərdiyini, bəzən isə özünün gəlib qapıya yaxınlaşaraq Kəmalənin qapının qarşısına qoyduğu pulu götürüb getdiyini danışmışdır. Bundan bir müddət sonra artıq Təqsirləndirilən şəxs ona zəng vurmağa başlamış, Elçinə və göndərdiyi adamlara vaxtı-vaxtında pul verməyəcəyi halda onun və arvadı barədə müxtəlif rüsvayedici məlumatlar yazacağını, oğlu Elmarın da telefon nömrəsini, oxuduğu məktəbi bildiyini, Elmarın sinif yoldaşlarına onun anasının əxlaqsız qadın olması barədə xəbərlər yayacağını bildirdikdə o, oğlunun psixologiyasının korlanacağından çəkinərək Elçinə söz vermişdir ki, tələb etdiyi pulları Elçinə verəcəkdir. Elçin onunla şərt kəsmişdir ki, o, pul dalıyca evə adam göndərəndə o, işlədiyi mağazada olsun, evdə olmasın. Elçin demişdir ki, adamları vasitəsi ilə mağazanı müşahidə edəcəkdir. O, razılaşmışdur. Bu munvalla Elçin zəng vuruduğu vaxt o, Elçinə mütəmadi olaraq 500, 700 və ya 1000 manat pul verimişdir. Elçin bir gün əvvəl ona zəng vuraraq lazım olan məbləği demiş, o, həmin pulu arvadı Kəmaləyə vermiş, səhər o, işdə olarkən Elçinin göndərdiyi Nizami adlı şəxs gəlib həmin pulu qapının arasından arvadı Kəmalədən götürüb gemişdir. 2012-ci ilin yay aylarında o, evinə giriş qapısına müşahidə kamerası qoymuşdur. Həmin dövrdə Elçin ona zəng vurmamışdır. Təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Elçin ona zəng vuraraq 4000 manat pul lazım olduğunu, həmin pulu verərsə çıxıb Azərbaycandan gedəcəyini, bir daha onu narahat etməyəcəyini bildirmişdir. O, Elçindən ona bir daha narahat etməycəyi barədə kişi kimi söz verəcəyi təqdirdə Elçinə həmin pulu verəcəyini bildirmişdir. Elçin bir daha o, söz vermişdir ki, qeyd olunan pulu Elçinə verəcəyi təqdirdə bir daha onu narahat etməyəcəkdir. Buna görə də o, Elçinə zəng vurub bildirmişdir ki, 2012-ci ilin oktyabr ayının 11-də günortadan sonra gəlib qapının qarşısından həmin 4000 manatı götürsün. Elçin həmin gün saat 16-25 radələrində onun evinin qapısına gəlib yoldaşının qapının qarşısına qoymuş olduğu 4000 manatı götürüb getmiş və Elçinin gəlib pulu götürməsi müşahidə kamerasında da qeydiyyata alınmışdır. Lakin Elçin bir daha onu narahat etməyəcəyini söz verməsinə baxmayaraq 4000 manat pulu aldıqdan təxminən bir ay sonra, yəni noyabr ayının ortalarında ona və arvadı Kəmaləyə zəng vuraraq yenidən müxtəlif məbləğdə pullar istəməyə başlamışdır. O, Elçinə etiraz edəndə isə Elçin “Odnoklasniki” saytında onun adından profil yaradaraq onun şəklini də həmin profilə qoyub onun adından “Mənim arvadım Kəmalə qəhbədir, mən peysərəm, kim istəsə arvadımla cinsi əlaqədə ola bilər istəyən bu nömrəyə zəng vursun” yazıb mənə məxsus ***-***-**-** saylı mobil nömrəni həmin profilə qoymuşdur. O, utandığından və çəkindiyindən polisə də məlumat verə bilməmişdirş Çünki, Elçin onu hədələmişdir ki, "əgər polisə bu barədə məlumat versəm mənim ailə vu uşaqlarımı öldürtdürəcəkdir". Elçinlə yalnız telefon vasitəsi ilə danışdığından və Elçini üzdən görmədiyindən Elçinin nəyə qadir olduğunu bilməmişdir. Bu səbəbdən də Elçinə arvadı Kəmalə və göndərdiyi adamlar vasitəsi ilə istədiyi məbləği verməkdə davam etmişdir. Elçin qapısına müşahidə kamerasının olduğunu görüb artıq onlardan tələb etmişdir ki, "pulu balkondan yerə atsın", Kəmalə pulu yerə atdıqdan sonra isə bir-iki dəqiqədən sonra başını bağlı vəziyyətdə saxlayan hündürboy oğlan gəlib həmin pulu yerdən götürüb getmişdir. Təxminən 2015-ci ilin əvvllərindən sonra Elçin artıq Türkiyə Respublikasına getdiyini bildirib tanışı Nizami adlı şəxs vasitəsi ilə onların qapısına Elçinin Türkiyədəki nömrələrini göndərmiş və həmin şəxs gəlib qapıdan nömrəni verib getmişdir. Elçin həmin nömrəyə zəng vurmaların tələb etmişdir. O, Türkiyədə qeydiyyatda olan mobil nömrəyə zəng vurduqda Elçin artıq Türkiyədə yaşadığını, yaxın tanışı Nizaminin mütəmadi olaraq onun qapısına gələcəyini və lazım olan məbləğləri Nizami adlı şəxsə verməklərini tələb etmişdir. Bundan sonra həmin Nizami adlı şəxs bir neçə dəfə gəlib Kəmalədən əlini kameraya tutaraq pul götürərək getmişdir. Yalnız bir dəfə Nizaminin üzü kameraya düşmüş və o, həmin video-görüntünü dərhal çıxardıb diskə köçürmüşdür. Hətta bir dəfə Kəmalə qapının arasından Nizamiyə pul verərkən nizamiyə etdikləri hərəkətlərə görə polisə şikayət edəcəyini bildirdikdə Nizami Kəmaləyə polisə şikayət edəcəyiniz halda uşaqlarınızın başına oyun açaqcaqlarını bildirib getmişdir. Onlar isə qorxudan dərdlərini heç yerə deyə bilməmişlər. Pul verilən vaxt o, işlədiyi mağazadn çıxıb evə gələ bilməmişdir. Çünki mağazanın qarşısına da bir nəfər onu müşahid edən adam qoymuşlar. O, həmin adanı görməmiş, həmin şəxs isə məni görmüş və Elçin ona zəng vurub mağazadan tərpənməməyini tələb etmişdir. Lakin müşahidə kameralarına düşmüş videogörüntülər vasitəsi ilə o, qapısına gəlib Kəmalədən mütamadi olaraq pul alan Nizami adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmişdir. Elçin onunla telefon vasitəsi ilə danışarkən bir dəfə ağzından qaçırmışdır ki, "onun adamları Abşeron rayonu, Saray qəsəbəsində yaşayır". O, müəyyən etmişdir ki, 2015-ci ildən sonra yaşadığı evin qapısına gəlib Kəmalədən pul alıb aparan şəxs Abşeron rayonu, Saray qəsəbə sakini Şahid1dur. Lakin qorxusundan yenə də bu barədə polisə məlumat verə bilməmişdir. Lakin 08 may 2017-ci il tarixdə Kəmalə ilə onun səbri tükənmiş və qərara gəlmişlər ki, baş vermiş hadisələr barədə rəsmi qaydada polisə məlumat versinlər. 08 may 2017-ci il tarixdə o, işdə olarkən qaplarına bir nəfər tanımadığı şəxs gələrək qapını döyüb Kəmaləyə içərəisndə iki ədəd Elçinin xəstəxanada olması və sarğılı vəziyyətdə olmasını əks etdirən fotoşəkilləri verərək həmin fotoşəkilin arxasında olan +**********80 saylı nömrəyə zəng vurub Elçinlə əlaqə saxlamasını tapşırmışdır. Kəmalə ona zəng vuraraq evə çağırmış və şəkilləri ona göstərdikdə o, həmin günün sabahı rəsmi qaydada polisə ərizə yazmaq qərarına gəlmişdir. Araşdırma dövründə, yəni 17 may 2017-ci il tarixdə Kəmalə evdə olarkən qapılarına Kəmalənin ilk dəfə gördüyü bir nəfər şəxs gələrək ona telefon nömrəsi verib həmin nömrəyə zəng vurmasını xahiş etmiş, Kəmalə telefon nömrəsinin Türkiyə Respublikasına aid olduğunu görüb onu yenə də Elçinin axtardığını başa düşüb bu barədə ona məlumat vermişdir. Onlar məsləhətləşib Elçinin adamlarını ifşa etmək qərarına gəlmişlər və Kəmalə Elçinin verdiyi nömrəyə zəng vurmuşdur. Elçin Kəmaləyə bildirmişdir ki, "ona təcili 700 manat pul lazımdır, həmin günün sabahısı günü həmin pulu ona çatdırsın". Kəmalə Elçinə pulu 19.05.2017-ci il tarixdə, saat 10-00-da hazırlayacağını, pulu götürmək üçün həmin vaxt adamını göndərməsini bildirmişdir. Elçin isə israrla pulu 18.05.2017-ci il taridə verməyi tələb etmişdir. X41 razılaşmamışdır. Elçinlə danışdıqdan sonra isə o, Abşeron RPİ-nə gələrək müstəntiqə Elçinlə aralarında olan telefon danışığı barədə məlumat vermişdir. Bildirmişdir ki, 2012-ci ildən 2017-ci ilədək olan müddətdə Təqsirləndirilən şəxs özünün Azərbaycanda olan əlaltıları Şahid1 və digər tanımadığı şəxslər vasitəsi ilə ümumilikdə onlardan 31.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 10-də ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs 2007-ci ildən tanımışdır. Elçin Abşeron rayonu, Saray qəsəbəsində onunla qonşuluqda yaşamış və Elçinlə dostluq əlaqələri vardır. Təxminən 2012-ci ilin əvvəllərindən Elçinin özündən eşitmişdir ki, Elçin Abşeron rayonu, Xırdalan şəhərində özündən xeyli yaşlı bir qadınla internetdə tanış olmuş və daha sonra həmin qadına müxtəlif vaxtlarda zənglər vurub ərinə onunla tanışlığı barədə hədə qorxu gəlib müxtəlif məbləğdə pullar almışdır. Elçin bu söhbətləri ona məzə ilə demiş, lakin o, həmin qadını tanımamış və harada yaşadığını, Elçinin ondan hansı məbləğdə pullar aldığını bilməmişdir. Yalnız 2012-ci ilin oktyabr ayında Elçin ona Zərərçəkmiş şəxs2 adlı qadının ünvanını bildirib orada gedib həmin qadınının ona 4000 manat pul verəcəyini bildirərək həmin pulu Kəmalədən almasını xahiş etmiş və o da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyd olunan ünvana gedərək həmin 4000 manata Kəmalə adlı qadınının mənzilinin qapısından götürüb Elçinə çatdırmış və Elçin ona həmin puldan 300 manat vermişdir. O, pulu qapıdan götürdüyündən Kəmalə adlı qadını üzdən görməmişdir. Bundan sonra o, həmin ünvana getməmiş Elçinin də Kəmalə adlı qadından həmin tarixdən sonra pul alıb-almamasından xəbərsiz olmuşdur. Təxminən 2014-cü ilin axırlarında Elçinin möhkəm problemləri çıxdığından qəflətən Türkiyə Respublikasına qaçmış və indiyədək orada müxtəlif ünvanlarda gizlənmişdir. Buna baxmayaraq Elçinlə mütəmadi “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış, lakin Elçinin hansı cinayətə görə gizlənməsindən xəbərsiz olmuşdur. Elçinin Türkiyədə nə işlə məşğul olmasından da heç bir xəbəri olmaməşdır. 2015-ci ilin yanvar ayının əvvəllərində Elçin ona zəng vurub Türkiyədə pulunun qurtardığını bildirərək həmin Kəmalə adlı qadından pul almaq lazım olduğunu bildirib ona Kəmalənin yaşadığı ünvanı bildirb özünə məxsus hal hazırda unutduğu mobil telefonu həmin Kəmalə adlı qadına verməsini tapşırmışdır. Buna görə də o, 2015-ci ilin yanvar ayının əvvəllərində Elçinin ona vermiş olduğu Xırdalan şəhəri, 28-ci məhəllə ev 5, mənzil 49-a gedib qapını döymüş və qapıya ilk dəfə gördüyü bir qadın çıxdıqda ona Elçinin mobil telefon nömrəsini verib Elçinə zəng vurmasını tapşırmışdır. Həmin Kəmalə adlı qadın isə ona “nəyə görə Elçin məndən əl çəkmir” demişdir. Həmin günü sabahısı Elçin ona zəng vuraraq Kəmalənin ona 700 manat verəcəyini bildirib günortadan sonra həmin pulu gedib Kəmalədən götürməsini tapşırmış və 700 manatdan 50 manatını ona verəcəyini bildirmişdir. O, həmin günün sabahısı yenə qeyd olunan ünvana getmiş və Kəmalə ona qapının arasından 700 manat pulu verdikdə xahiş etmişdir ki, "bir daha onun evinə gəlməyim". O, 700 manatdan 50 manatını özünə götürüb qalanını həmin günün sabahısı banklardan birinə gedib “Vestern Union” sistemi vasitəsi ilə Elçinə göndərmişdir. Elçinin özü ilə telefonla danışarkən isə ona Kəmalənin ona dediklərini çatdırmışdır. Elçin isə Kəmalənin və əri Mehdinin onun əlində olduğunu, istədiyi vaxt onlardan istədiyi məbləğdə pulu qoparda biləcəyini bildirmişdir. Bundan sonra daha üç dəfə o, Elçinin zənginə əsasən Kəmalənin evinə gedib müxtəlif məbləğlərdə pulları Kəmalədən götürüb həmin pulların üstündən öz payını götürərək qalan hissəsinin müxtəlif banklar vasitəsi ilə Elçinə göndərmişdir. 2015-ci ilin noyabr ayının ortalarında o, həmin ünvana gedərək Kəmalədən 1200 manat, 2016-cı ilin may ayında 900 manat, 2016-cı ilin dekabr ayında isə 750 manat pulu götürüb hər dəfə özünə 50 manat götürüb qalan pulu Elçinə göndərmişdir. Təxminən 2017-ci ilin aprel ayının ortalarında Elçin ona zəng vuraraq Türkiyədə pulunun qurtardığını bildirib təcili olaraq Elçinə borca 200 ABŞ dolları tapıb göndərməsini xahiş etmişdir. O, yaxın tanışlarında pul olmadığından yaşadığı evin yaxınlığında yaşayan, çox vaxt xaricdə yaşayan, lakin münasibətlərinin yaxşı olduğu Şahid2 müraciət edərək iki günlüyə 200 ABŞ dolları pul tapmasını xahiş edərək həmin pulun Türkiyədə yaşayan Elçin adlı dostuna lazım olduğunu bildirmiş və Kamilin ona inanması üçün Elçinin “Vhatsap” nömrəsini vermiş və kamili Elçinlə danışdırmışdır. Elçin də Kamildən xahiş edərək bir-iki günlüyə Elçinə 200 ABŞ dolları tapmasını bildirmişdir. Kamil Elçini əvvəllər tanımamış, lakin Elçin onunla “Vhatsap” vasitəsi ilə elə inandırıcı danışmışdır ki, Kamil evindən 200 ABŞ dolları gətirib ona vermişdir. O, həmin pulu bank vasitəsi ilə Elçinə göndərmişdir. Elçin ona söz vermişdir ki, yaxın müddətdə Kəmalə vasitəsi ilə həmin pulu ona çatdıracaqdır. Lakin vaxtı tamam olanda o, Kamildən aldıqları pulu qaytara bilməmiş, Kamil isə aprel ayının sonlarında Gürcüstan Respublikasına getmişdir. O, Elçinlə mütəmadi əlaqə saxlayıb Kamil qayıdanadək Kamilin pulunu düzəltməyin lazım olduğunu bildirmişdir. Buna görə də 2017-ci ilin may ayının əvvəllərində Elçin ona “Vhatsap” vasitəsi ilə özünün xəstəxanada çarpayıda hər tərəfi sarğı ilə sarılmış iki ədəd şəklini göndərərək ona həmin şəkilləri şəkilçıxarma studiyasında çıxarıb arxasında da Elçinin yeni mobil telefon nömrəsini yazıb Kəmaləyə verməsini tapşıraraq Kamilin pulunu Kəmalədən alacaqlarını bildirmişdir. O, Elçinin dediyi kimi həmin iki ədəd şəkili studiyada çıxarıb böyütdürərək arxasında Elçinin Türkiyədəki mobil telefon nömrəsini yazıb 08 may 2017-ci il tarixdə Kəmalənin yaşadığı binanın qarşısına gəlmiş və tanımadığı taksi sürücüsündən xahiş etmişdir ki, həmin şəkillərin içərisində olduğu zərfi 49 saylı mənzilə çatdırsın. Özü isə blokun qarşısında dayanmışdır ki, gəlib-gedən olsa xəbəri olsun. Taksi sürücüsü həmin şəkilləri Kəmaləyə verib geri qayıtmışdır. Bir neçə gün ərzində Kəmalədən heç bir xəbər çıxmamış, may ayının 11-də Kamil Gürcüstandan qayıdıb yenidən verdiyi 200 ABŞ dollarını ondan və Elçindən tələb etməyə başlamışdır. Buna görə Elçin tələsmiş, tələsdiyindən də əsəbiləşmiş və telefonla ona Kəmalə Elçinə zəng vurmasa Kəmaləni biabır edəcəyini bildirmişdir. 17.05.2017-ci il tarixdə Elçin ona zəng vuraraq bir daha Kəmalənin evinə gedib Kəmaləyə mobil telefon nömrəsini verməsini xahiş etmişdir. O, hansı yolla telefon nömrəsini Kəmaləyə çatdırmağı düşünərkən Abşeron rayonu, Saray qəsəbəsində yaşayan tanışı Azərlə rastlaşmış və Azərdən xahiş etmişdir ki, dostunun sevgilisinə məktub çatdırmaq lazımdır, həmiun məktubu çatdırsın. Azər ona inanaraq heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra birlikdə Kəmaləgilin evinin qarşısına gəlmişlər və o, bloku qarşısında dayanmış, Azərə isə 2-ci mərtəbədə olan 49 saylı evin qapısını döyüb həmin Elçinin telefon nömrəsi olan kağızı qadına verməsini xahiş etmişdir. Azər bir neçə dəqiqədən sonra kağızı Kəmaləyə verib həyətə düşmüş və onlar birlikdə oradan uzaqlaşmışlar. X42 kim olmasını və hansı məqsədlə ona telefon nömrəsini verdiyini bilməmişdir. Həmin gün axşam Elçin ona zəng vurub Kəmalənin Elçinə zəng etdiyini və 18.05.2017-ci il tarixdə, saat 10-da ona 700 manat pul verməyə hazır olduğunu bildirərək həmin ünvana bir bəhanə ilə Kamili göndərməyin lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, Kamillə danışıb Kamilə olan borcunu qohumu Kəmalə adlı qadın vasitəsi ilə verəcəyini bildirib Kamilə həmin qadının ünvanına getməyi tapşıraraq demişdir ki, Kəmalə ona 700 manat pul verəcək, həmin 700 manatdan Kamil verdiyi borcu götürdükdən sonra qalan pulu bank vasitəsi ilə Elçinə göndərsin. Kamil heç nədən şübhələnməyərək Elçinə inanıb razılıq vermis, 18.05.2017-ci il tarixdə günorta vaxtı o, Kəmalənin evini Kamilə göstərib oradan uzaqlaşmış, daha sonra Kamil həmin ünvana getmiş, Kəmalə pulu 19.05.2017-ci il tarixdə, saat 10:00-da verəcəyini bildirmişdir. Kamil 19.05.2017-ci il tarixdə Kəmalənin ünvanına gedib oradan 300 ABŞ dolları alaraq geri qayıdarkən yaxlanıb Abşeron RPİ-nə aparılmış, bir neçə saatdan sonra isə onu da polisə dəvət etmişlər, törətdiyi əməldən peşmandır, onu Elçin şirnikləndirərək yoldan çıxarıb cinayət törətməyə vadar etmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 24-də ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır, qonşudurlar, aralarında münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər ümumiyyətlə tanımamış, heç bir münasibəti olmamışdır. Təxminən 2017-ci ilin aprel ayının ortalarında Nizami ona müraciət edərək Türkiyədə yaşayan yaxın bir dostuna 200 ABŞ dolları borc pul lazım olduğunu və həmin pulu iki gün ərzində qaytaracağını dedikdə, o, Nizamidən dostunun kim olmasını soruşmuş, Nizami isə dostunun adının Elçin olduğunu, Saray qəsəbə sakini olduğunu, lakin, təxminən 3 ilə yaxındır ki, Türkiyədə yaşadığını, hal-hazırda təcili 200 ABŞ dolları pul göndərməli olduğunu deyib onu inandırmaq üçün Elçinə “Vhatsap” vasitəsi ilə zəng edərək Elçini onunla tanış etmiş, Elçin telefonda özünü təqdim edərək Nizaminin yaxın dostu olduğunu, hal-hazırda Türkiyədə yaşadığını və hazırda özünə təcili pul lazım olduğunu, Nizamiyə 200 dollar verərsə 2 günə qaytarılacağına cavabdeh olduğunu deyib özünə məxsus +**********40 saylı “Vhatsap” nömrəsini də ona vermiş, həmçinin özü də ***-***-**-** saylı “Vahtsap” nömrəsini Elçinə vermişdir. Belə olduqda o, Nizamiyə və Elçinə inandığından evdə qardaşının müalicəsi üçün yığıb saxladığı puldan 200 ABŞ dollarını Nizamiyə verib ayrılmış, lakin, iki gündən sonra Nizaminin pulunu qaytarmadığını gördükdə zəng edib pulunu istəmiş, Nizaminin isə bəhanələr gətirdiyini görüb “Vhatsap” vasitəsi ilə Elçinlə danışmış, Elçin ona narahat olmamasını, tezliklə pulunun qaytarılacağını bildirmiş, bundan sonra o, şəxsi işləri ilə bağlı 30.05.2017-ci il tarixdə qatarla Gürcüstan Respublikasına getmiş və yalnız 10.05.2017-ci il tarixdə geri qayıtmışdır. Gəldiyi günün sabahısı əlaqə saxlayıb pulunu soruşduqda Nizami, tezliklə məsələni həll edəcəyini bildirmişdir. 18.05.2017-ci il tarixdə Nizami ilə görüşmüş və həmin pula görə aralarında mübahisələri də yaranmış, həmçinin Elçinlə də “VHATSAP” vasitəsi ilə əlaqə saxladıqda sonuncu, Xırdalan şəhərində yaxın qohumunun yaşadığını, həmin qohumunun ona 700 manat pul verəcəyini deyib ona gedib həmin qadın qohumundan 700 manat pulu götürməsini, 700 manatdan özünə məxsus 200 ABŞ dollarını götürüb, qalanını bank vasitəsi ilə ona göndərməsini təklif etmiş, bundan sonra, Nizami həmin qadının ünvanını ona tanıtsa da, onunla həmin ünvana getməmiş, bununla da, 18.05.2017-ci il tarixdə, o, günorta vaxtı Xırdalan şəhəri 28-ci məhəllə bina 5, ev 49 saylı ünvana yaxınlaşaraq qapını döymüşdür. Qapını ilk dəfə gördüyü bir nəfər qadın açmış, o, özünü təqdim edib Elçinin göndərdiyini bildirmiş, həmin qadın isə ona “mən telefonla Elçinlə danışmışam, pulu sabah saat10-da gəlib apararsan” demiş, belə olduqda, heç bir söz deməyib həyətə düşərək Elçinə zəng vurub qadının dediklərini söyləmiş, Elçin isə ona “ola bilməz, axı mən ona pulu bu günə çatdırmasını demişdim, bir daha həmin qadının yanına qalx və de ki, Elçinə pul bü gün lazımdır” demiş, ona görə də çarəsiz qalıb yenidən həmin evin qapısına yaxınlaşaraq qapını döymüş və qadın qapıya çıxanda Elçinin dediklərini ona söyləmişdir. Həmin qadın bu günə heç cür pul düzəldə bilməyəcəyini deyib ona, “sabah səhər saat 10-da gəl pulu apar” bildirmiş, o, yenə heç bir söz deməyib həyətə düşərək Elçinə “Vatsap” vasitəsi ilə zəng vuraraq qadının sözlərini Elçinə çatdırmış, Elçin isə ona “çarə yoxdur, sabah saat 10-00-da yenə həmin ünvana get, qadından 700 manatı al, öz 200 dollarını götür, qalanını isə bank vasitəsi ilə mənə göndər” demişdir. Bundan sonra o, yaşadığı Saray qəsəbəsinə qayıtmış, həmin gün daha Nizami ilə görüşməmişdir. 19 may 2017-ci il tarixdə, səhər saat 10 radələrində Xırdalan şəhərinə, Elçinin qohumu kimi təqdim etdiyi qadının ünvanına getmiş, qapını döydükdə həmin qadın çıxıb ona 300 ABŞ dolları verərək heç bir söz demədən qapını bağlamış, özü isə pulu cibinə qoyub pilləkənlərlə düşərkən bu zaman bir neçə nəfər polis əməkdaşı yaxınlaşaraq hədə-qorxu ilə tələb etmədə şübhəli olduğunu deyib özləri ilə Abşeron RPİ-nə getməyi təklif etmişlər. Belə olduqda etiraz etməyərək birlikdə RPİ-nə gəlmişlər. Pİ-də polis əməkdaşları ona üstündə olan əşyaları könüllü surətdə təqdim etməsini təklif etdikdə özü könüllü olaraq həmin tanımadığı qadından aldığı 300 ABŞ dollarını təqdim etmiş, bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, ümumiyyətlə Elçin və Nizaminin qadından hədə-qorxu ilə pul tələb etmələri barədə xəbəri olmamış, Elçin və Nizami onu aldadaraq həmin ünvana göndərmiş, özünün məqsədi isə yalnız Elçin və Nizaminin ona borclu olduqları 200 ABŞ dollarını onlardan geri götürmək olmuş, əvvəllər həmin qadının ünvanında olmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 həmkəndlisi kimi xeyli müddətdir tanısa da, hər hansı bir dostluq münasibəti yoxdur, Təqsirləndirilən şəxs adlı şəxsi isə ümumiyyətlə tanımır. 17 may 2017-ci il tarixdə günorta saatlarında yaşadığı Saray qəsəbəsində olarkən Şahid1la rastlaşdıqda sonuncu ona Xırdalan şəhərində sevgilisinin olduğunu, lakin, qızın valideyinləri onu tanıdığından mənzilinə yaxınlaşa bilmədiyini deyib ondan yazdığı məktubu sevgilisinə çatdırmasını xahiş etmiş, o, Nizaminin dediklərinə inandığından razılaşmış və birlikdə Xırdalan şəhərinə gedərək bazarın arxa tərəfində yerləşən küçələrdən birində olan 5 mərtəbəli binanın həyətinə girib bloklardan birinə yaxınlaşmışlar. Nizami zərfdə olan məktubu ona verərək 2-ci mərtəbədə yerləşən 49 saylı mənzilə çatdırmasını xahiş etdikdə heç nədən şübhələnməyərək məktubu alıb 2-ci mərtəbəyə qalxaraq 49 saylı mənzilin qapısını döymüşdür. Qapıya bir nəfər qadın çıxmış, o, zərfi həmin qadına verərək Nizaminin göndərdiyini demiş, qadın isə heç bir söz demədən zərfi alıb qapını bağlamışdır. Sonra özü geri qayıdaraq Nizamiyə məktubu qadına çatdırdığını bildirmişdir. Nizami isə ona etdiyi yardıma görə minnətdarlıq etmiş və onlar ayrılmışlar. Bundan bir neçə gün sonra isə Şahid1 Xırdalan şəhərində yaşayan hansısa qadını şantaj edərək pul tələb etdiyinə görə həbs olunması barədə eşitmişdir. Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, onun Şahid1 törətdiyi əməllər barədə məlumatı olmamış, o, həmin məktubu qadını Nizaminin sevgilisi kimi bildiyindən inanaraq qeyd olunan ünvana çatdırmışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Abşeron RPİ-də CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs1 Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs və əlaltılarının onun və ailə üzvlərinin barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək pul tələb etdiklərini bildirməsi, həmçinin 19 may 2017-ci il tarixdə, saat 10-00-da yaşadığı evin qapısına gələrək 700 manat pul götürəcəklərini dedikləri barədə 18.05.2017-ci il tarixdə RPİnə daxil olmuş məlumat əsasında CAŞ-nin rəisi Əli Almazovun rəhbərliyi ilə əməliyyat planı quraraq hədə-qorxu ilə pul tələb edən dəstəni cinayət başında yaxalamaq qərarına gəlmişlər. Şəxsin saat 10:00-da Zərərçəkmiş şəxs1 məxsus Xırdalan şəhəri, 28-ci məhəllə, ev 5, mənzil 49-a gələcəyini bildiklərindən o, əməliyyat müvəkkilləri Fərid Hümbətzadə, Şahid5, habelə kiçik inspektor Şahid6 saat 09:30-da həmin ünvana gedib mənzilin ətrafında pusquda duraraq pul tələb edən şəxslərin gəlməsini gözləmişlər. Saat 10:00-da Zərərçəkmiş şəxs1 2-ci mərtəbədə yerləşən mənzilinə bir nəfər cavan oğlan yaxınlaşaraq zəngi basmış və qapıya Zərərçəkmiş şəxs2 çıxaraq 300 ABŞ dollarını həmin şəxsə verib qapını bağlamış, həmin şəxs mənzildən uzaqlaşmaq istəyərkən onu yaxalamışlar. Kim olduğunu, hansı məqsədlə mənzilə gəlib pul götürdüyünü soruşduqda həmin şəxs, özünü Şahid2 kimi təqdim edərək onu qapıya Şahid1 adlı Saray qəsəbə sakininin göndərdiyini və pulu alıb ona çatdırmağı tapşırdığını bildirmişdir. Daha sonra onlar Şahid2 xidməti avtomaşında Abşeron RPİ-nə aparmışlar. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 20.05.2019-cu, 11.06.2019-cu, 24.06.2019cu, 15.08.2019-cu, 16.09.2019-cu il və 25.02.2020-ci tarixli ifadələrində göstərmişdir ki, 2005ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi 2 saylı tam orta məktəbini bitirib, 2005-ci il tarixdə Sumqayıt Özəl Orta İxtisas Kollecini daxil olub, 2006-cı il tarixdə diş texnikliyi ixtisası üzrə bitirmiş, 2006-2008-ci illər müddətli həqiqi hərbi xidmətdə olmuş, 2008-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən müxtəlif telefon mağazalarında satıçı, 2014-2018-ci il tarixlərdə Bakı şəhərində fəaliyyət göstərən “9933”, “8555” və “Uber” taksi xidmətlərinə qoşularaq etibarnamə ilə idarə etdiyi ağ rəngli “Mercedes-Benz E class” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi işləmiş, 03.01.2019-cu il tarixdə taksi sürücüsü işləmək üçün Polşa Respublikasının Vroslav şəhərinə gedib, 3 ay işlədikdən sonra ailəsini görmək üçün 02.04.2019-cu il tarixdə qayıtmışdır. Azərbaycanda yaşadığı dövrdə istifadəsində öz adına olan ***-***-**-** və “9933” taksi xidmətindəki fəaliyyəti ilə bağlı olan ***- ***-**-**, yeznəsi X20 adına ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. 2011-ci il tarixdə Nəsibova (Əliyevə) Leyla Sayadxan qızı rəsmi nikah qeyd etdirərək evlənmiş, birgə nikahdan 2012-ci ildə Zeynəb, 2016-cı ildə Mələk adlı qız övladları anadan olmuşdur. X38 ali təhsillidir, Xırdalan şəhəri 7 saylı tam orta məktəbində tarix müəllimi vəzifəsində işləyir. O, ailəsi ilə birlikdə ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evində valideynləri və evli qardaşı Aqşinin ailəsi ilə birlikdə yaşayırlar. Sosial şəbəkə istifadəçisi olduğundan facebook-da Zərərçəkmiş şəxs8, instaqramm-da Zərərçəkmiş şəxs8 adı ilə qeydiyyatdan keçmişdir. Odnoklassniki-də öz adı ilə qeydiyyatdan keçsə də uzun müddətdir ki, istifadə etmir. Təqsirləndirilən şəxs, Şahid16, Şahid1, Şahid11 və X7 Abşeron rayonu Saray qəsəbə sakinləri kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə paralel siniflərdə orta təhsil alıb, aralarında səmimi dostluq münasibətləri olub, böyük qardaşı Elnurla da yaxın münasibəti var. Ziyəddin və Niyaməddin Ağayev qardaşları ilə sıx münasibəti olmasa da aralarında salamsağol olmuşdur. Şahid1 isə bir necə dəfə görmüş, onunla heç bir münasibəti olmamış və onun hazırda Təqsirləndirilən şəxsla əlaqəli cinayət işinə görə həbsdə olduğunu bilir. X9 isə birinci dəfə 2018-ci ilin iyul ayında görmüş və tanımış, həmin qadınla Təqsirləndirilən şəxs xahişi ilə cəmi 3 dəfə görüşüb, 1-ci dəfə 10.000, 2-ci dəfə 5.000, sonuncu yəni 3-cü dəfə 3.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində pul vəsaitini götürüb, Şahid16 təhvil vermişdir. Belə ki, 2018-ci ilin aprel-may aylarında Saray qəsəbəsində Təqsirləndirilən şəxs həbs edildiyi və Bakı istintaq təcridxanasında saxlanılması ilə bağlı sözsöhbət yayıldığından bu xəbəri dəqiqləşdirmək üçün Şahid16la söhbət etmiş, xəbr öz təsdiqini tapmışdır. O, Elçinlə dost münasibətində olduğundan onun yanına getməyə başlamış, qardaşı və evdən Elçinə qoyulan sovqatları idarə etdiyi taksi ilə Bakı istintaq təcridxanasına aparırmış, Elnur isə hər dəfəsində imkanının olmadığını bildiyindən ona yol pulu verirmiş, Elçinin yanına Bakı istintaq təcridxanasına dəfələrlə, bir dəfə isə Xətai RPİ-nin MSY-nə getmişdir. Elçin görüşlərin birində dostunun onun azad olunması üçün maddi köməklik etdiyini deyərək, pulu özü götürə bilmədiyindən həmin pulu onun gedib götürməsini və qardaşı Elnura verməsini xahiş etmişdir. O da Elçinə heç bir promlemin olmadığını demişdim. Hazırda dəqiq tarixi xatırlamasa da 2018-ci ilin iyul ayının əvvəllərində Elçin təcridxanada istifadə edilən ***-***-**- ** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib, Bakı şəhəri, Səbail rayonu, Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısından dostu dediyi Natəvan adlı qadından 10.000 manat məbləğində pul vəsaitini götürüb qardaşı Elnura verməsini xahiş etmiş, o da idarə etdiyi ağ rəngli, istehsal ili 1993-cü il olan, “Mercedes-Benz E class” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə deyil ünvana gedib, avtomobili “Bravo-express” marketin qarşısındakı dayanacaqda saxlayıb, özü marketin qarşısında dayanıb, Elçinin ona xarici görünüşünü və geyimini təsvir etdiyi Natəvan adlı xanımı gözləməyə başlamış, bir necə dəqiqədən sonra həmin qadının ona yaxınlaşdığını görüb, Natəvan xanım olub-olmadığını soruşmuş, müsbət cavab aldıqdan sonra həmin qadın əlində selofana bükülü vəziyyətdə olan pulu ona verib, bir söz demədən üzünü çevirib çıxıbgetmişdir. Həmin vaxt əynində şort və yarım qol idman göynəyi olmuşdur. O oradan piyada uzaqlaşarkən Elçin ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəsinə zəng edib, Natəvandan götürdüyü pulu aparıb qardaşı Şahid16 verməsini istəmiş, ona demişdir ki, pulun üstündən 150 manatı özün, 500 manat isə ona çatdırmaq üçün götür. O da 150 manatı özüə, 500 manatı Elçinə çatdırmaq üçün götürüb, qalan 9.350 manat pulu yenidən selofana bükmüş, səhv etmirsə Elnurun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, olduğu yeri deyib əmanəti çatdırmalı olduğunu demiş, Elnur da ona Xaqani küçəsinə yaxın bir yerdə olduğunu və yanına gələ biləcəyini dedikdən sonra Elnurla dayanacaqda görüşüb avtomobilə əyləşmiş və həmin pulu orada Elnura vermiş, bundan sonra Elnurun xahişi ilə onu 20 Yanvar metrostansiyasına qarşısında 1 manatlıq taksilər olan yerə ilə aparıb düşürtmüşdür. Bu hadisədən səhv etmirsə bir həftə 10 gün sonra təxminən səhər saat 10-11 radələrində Təqsirləndirilən şəxs təcridxanada istifadə edilən ***-***-**-** saylı nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edib, eyni yerdən və həmin qadından 5.000 manat pulu götürməsini, həmin puldan 100 manatı özünə saxlamağı, qalan pulu isə qardaşı Elnura çatdırmağı istəmişdir. O da birinci dəfə olduğu kimi günorta saatların idarə etdiyi avtomobilimlə həmin yerə gedib, avtomobili dayanacaqda saxlamış, özü isə düşüb Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında həmin qadını gözləyərkən Elçin ona zəng edib orada olduğunu dəqiqləşdirdikdən sonra qadının yaxınlaşaçağını demiş, bir necə dəqiqədən sonra Natəvan adlı həmin qadın əlində selofana bükülü vəziyyətdə olan pulu ona verib, bir söz demədən çıxıb-getmişdir. O da öz avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəyərklən Elçin ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəmə zəng edib, qardaşı Elnurun işdə olduğunu və pulu gözlədiyini demişdir. O da Elnura zəng edib pulu götürdüyünü ona gətirdiyini demiş, Elnurla iş yerinin yaxınlığında Nargilə kafesinin yaxınlığında avtobus dayanaçağında görüşüb, 4.900 manat pulu Elnura vermişdir. Bundan bir müddət sonra yenə təxminən səhər saat 10-11 radələrində Təqsirləndirilən şəxs təcridxanada istifadə edilən ***- ***-**-** saylı nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edib, eyni yerdən və həmin qadından bu dəfə 3.000 manat pulu götürməsini, həmin puldan yenə 100 manatı özünə saxlamasını, qalan pulu isə qardaşı Elnura çatdırmasını istəmişdir. O, birinci dəfə olduğu kimi günorta saatlarında idarə etdiyi avtomobili ilə həmin yerə gedib, avtomobili dayanacaqda saxlamış, Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında həmin qadını gözləyərkən Elçin zəng edib orada olduğunu dəqiqləşdirdikdən sonra qadının yaxınlaşaçağını demiş, bir necə dəqiqədən sonra Natəvan adlı həmin qadın əlində selofana bükülü vəziyyətdə olan pulu gətirib ona verərək bir söz demədən çıxıb-getmişdir. Bundan sonra razılığa uyğun olaraq 100 manatı özünə saxlayaraq 2.900 manat pulu Elnurla iş yerinin yaxınlığında Nargilə kafesinin yaxınlığında avtobus dayanaçağında görüşüb, ona vermişdir. O, Natəvan adlı qadını cəmi 3 dəfə görmüş və həmin qadından Təqsirləndirilən şəxs xahişi ilə ümumilikdə 18.000 manat pulu götürüb, Şahid16 vermişdir. Şahid16 qardaşı Təqsirləndirilən şəxs istəyi ilə Natəvan adlı qadından pul götürdüyünü bildiyindən, həmin pulu ona çatdırmaq üçün Elnurla telefonda danışıb görüş yerlərini dəqiqləşdirmişlər. Qeyd edilən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055(077)-501-92-92 saylı nömrələrin heç biri tanış gəlmir, ola bilsin ki, həmin nömrələrdən hər hansı biri ilə telefon əlaqəsi olubdur. Təqsirləndirilən şəxs dəfələrlə təcridxananın ***-***-**-** saylı nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə zəng edib, tanımadığım nömrələrə müxtəlif məzmunlu SMS-lər göndərməsini istəmiş, o, Elçinin istədiklərindən yalnız bir necəsini yerinə yetirib Elçinin verdiyi hazırda xatırlamadığı nömrə və ya nömrələ “Rizvan salam, mənəm, təcili telefona cavab ver”, “Sən öl vəziyyətim cox pisdir tecili zeng et mənə” məzmun ismarıclar yazıb göndərmişdir. Elçinin pul tələbi ilə bağlı olan sms-lərini yazıb göndərməkdən isə imtina etmişdir. Təqsirləndirilən şəxs xahişi ilə xatırlamadığı nömrəyə bir necə dəfə sms yazıb göndərmiş, lakin 26.07.2018-ci il tarixdə saat 21:00:27-də istifadənizdə olan +**********81 saylı nömrədən +**********61 saylı mobil telefon nömrəsinə “Salam, menem. İki gundu sene demirdim o restoranin yeyesi borcduydu mene pul veresiydi firratdi vermedi, ona gore mehkememi 2 gun dalbadal texre saldirdim, dovlete odenecey pul duzelmir, 3400 man catmir, onu kimnense gotrmey olar, 1-ci gun pulumu alacam butun pulu qepiyine kimi vereceyik, bunu sabaha vermeliyem, kimnense gotrmey olar he ya yox, bu nomreynen elaqe saxlama, ne yazma ne yigma, basqa adamin nomresidi. Sabah ozume zeng eliyib deyersen.” məzmunlu bu ismarıcı yazıb göndərdiyini xatırlamır. O, +**********61 saylı mobil telefon nömrəsinin istifadəçisini tanımır, kim olmasını bilmir. 04.08.2018-ci il tarixdə saat 22:34:44-də istifadənizdə olan +**********81 saylı nömrədən +**********81 saylı mobil telefon nömrəsinə “Rizvan salam, menem, tecili telefona cavab ver 1 saat sonra men olmuyacam”, 05.08.2018-ci il tarixdə saat 12:04:36-də, istifadənizdə olan +**********81 saylı nömrədən +**********81 saylı mobil telefon nömrəsinə “Sen ol atamin qebri vezyetim cox pisdi tecili zeng ele mene” məzmunlu ismarıcı Təqsirləndirilən şəxs xahişi ilə yazıb göndərmişdir. O, +**********81 saylı mobil telefon nömrəsinin istifadəçisini tanımır, kim olmasını bilmir. Penitensiar Xidmətin Müalicə Müəssisəsi və Abşeron RPŞ-nin MSY-də saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs görüşünə getməmiş və sovqat aparmamışdır. Bir dəfə Xətai RPİ-nin MSY-də saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs sovqat aparmış, Bakı istintaq təcridxanasına Təqsirləndirilən şəxs görüşünə dəfələrlə getmiş və sovqat aparmışdır. Bir dəfə isə Natəvan adlı qadından 10.000 manat pulu götürdükdən sonra Elçinin istəyinə uyğun olaraq həmin puldan 150 manatı özünə, 500 manatı ona çatdırmaq üçün götürmüş və həmin gün 500 manatı adını Elnur kimi xatırladığı əslən Laçın rayonundan olan İstintaq təcridxanasının girişində xidmətdə olan Penitensiar Xidmətin əməkdaşına Təqsirləndirilən şəxs çatdırması üçün vermişdir. Təqsirləndirilən şəxs avara, heç bir işlə məşğul olmayan, mərcli idman oyunlarına hesab yazan, bir sözlə ailəsinin adına yaraşmayan birisi kimi onu mənfi xarakterizə edir. Belə ki, Təqsirləndirilən şəxs ailə üzvlərinin əksəriyyəti DİO-da xidmət edirlər. Onun atası da polis əməkdaşı olmuşdur. Şahid16 sakit təbiyyətli, heç kimlə problemi olmayan, SOCAR-da işləyən və ailəli bir şəxs olmaqla müsbət xarakterizə edə bilər. Şahid1, Şahid11 və X7 yaxşı tanımadığına görə onları heç cürə xarakterizə edə bilmir. Təqsirləndirilən şəxsla sonuncu dəfə 2018-ci ilin sonlarında ona sovqat apararkən 5-10 dəqiqəlik görüşüb, ümumi söhbət etmişlər, həmin vaxt o, Polşaya getməyə hazırlaşdığı ərəfələrdi. Sonuncu dəfə Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi 11.04.2019-cu il tarixdə saat 19-20 radələrində olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təcridxananın ***-***-**-** saylı nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə zəng edib, istintaqa çağırıla biləcəyini deyərək ondan istintaqda Natəvan adlı qadından pulu almağını inkar etməyini, qadını tanımadığını deməsini istəmişdir. O da Elçinə həqiqəti danışaçağını dedikdə Elçin onu hədələyərək demişdir ki, sənə qarşı oğraşlıq etməyə məni vadar etmə. O, Elçinə bir daha yalan deyə bilməyəcəyini dedikdən sonra Elçin yaxşı çağırsalar nə var onu danış mən hər şeyi öz üzərimə götürəcəyəm deyərək telefonu söndürmüşdür. Səhəri gün qardaşı Şahid16 zəng edərək əgər çağırsalar həqiqəti danışmağında problem olmadığını demişdir. O, pulları Natəvandan alıb sənə verdiyimi desəm problem olmayacaq ki, sualını verdikdə Elnur nə problem ola bilər sən həqiqətəndə həmin pulları Elçin dostu olan Natəvandan götürüb mənə vermisən, məni çağırsalar mən də sən deyənləri təsdiq edəcəyəm. Bundan sonra o, telefon nömrəsini söndürmüş, hazırda Elçin və Elnurun bilmədikləri ***-***-**-** saylı mobil telefon nömrəsini işlədir. O, Natəvan adlı qadından başqa Elçin istəyi ilə heç kimdən pul istəməmiş və almamışdır. O, əlavə verdiyi ifadələrində göstərmişdir ki, 26.07.2018-ci il tarixdə saat 21:00:27-də istifadəmdə olan +**********81 saylı nömrədən +**********61 saylı mobil telefon nömrəsinə “Salam, menem. İki gundu sene demirdim o restoranin yeyesi borcduydu mene pul veresiydi firratdi vermedi, ona gore mehkememi 2 gun dalbadal texre saldirdim, dovlete odenecey pul duzelmir, 3400 man catmir, onu kimnense gotrmey olar, 1-ci gun pulumu alacam butun pulu qepiyine kimi vereceyik, bunu sabaha vermeliyem, kimnense gotrmey olar he ya yox, bu nomreynen elaqe saxlama, ne yazma ne yigma, basqa adamin nomresidi. Sabah ozume zeng eliyib deyersen.” məzmunlu ismarıcı onun tərəfindən yazılıb və göndərilib. Öz bunu xatırlamasa da evdə istintaqa çağırılmağı ilə bağlı arvadı Leyla ilə söhbət edərəkən. Leyla ona demişdir ki, sənə axşam saatlarında Elçin sənə zəng edib, ismarıc mətnini demişdir. Elçin mətni dedikcə sən onun dediklərini yazırdın. Sonra həmin ismarıcı Elçinin dediyi nömrəyə göndərmişdin. Arvadı Leyla da Elçini məktəbdən tanıyır. Arvadı ona bunu dedikdən sonra o da bu ismarıcın tərəfindən necə yazıldığını və göndərildiyini xatırlamışdır. Həqiqətəndə o Təqsirləndirilən şəxs istəyi ilə həmin sms mətnini yazıb dostu dediyi şəxsin mobil telefon nömrəsinə göndərmişdir. Lakin +**********61 saylı mobil telefon nömrəsinin istifadəçisini tanımamış və kim olmasını bilməmişdir. Həqiqətəndə o, 07.09.2019-ci il tarixdə Təqsirləndirilən şəxs istəyi ilə Natəvan Kələntərovadan növbəti dəfə pul götürmək məqsədi ilə “Bakı şəhəri, Səbail rayonu, Xaqani 29” ünvanında idarə etdiyi avtomobillə getmiş, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasının ***-***-**-** və ***-***-**-** saylı telefonlarından onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zənglər etmişdir. O, qeyd edilən ünvana yolların tıxac olması ilə əlaqədar bir qədər gec çatdığından Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən birindən ona zəng edib, ləngidiyini, pulu səhəri gün gəlib götürərsən və onda da Elnur sənə yol pulu verər, indi get işlərinlə məşğul ol və məndən zəng gözlə deyərək sağollaşıb telefonu söndürmüşdür. Lakin Elçin ona Natəvandan pul götürülməsi ilə əlaqədar bir daha zəng etməmişdir. Sonradan Elnurla bir necə dəfə Saray qəsəbəsində təsadüfən görüşsə də o, 07.09.2018-ci il tarixdə Elçinin dediyi məsələ barədə Elnura söz deməmiş, Elnur da ona bu barədə bir söz deməmişdir. 07.08.2019-cu il tarixdə Natəvan Kələntərova ilə üzləşmədən sonra yadından çıxmış bəzi məqamları və ondan götürdüyü pulların məbləğlərinə dair dəqiqləşdirmələrə aparmaqla Təqsirləndirilən şəxs onu öz cinayət əməllərinə neçə şərik etdiyini dəqiqliyi ilə göstərmək istəyir. O, ifadələrində və üzləşmə zamanı Natəvan Kələntərova ilə 3 dəfə görüşüb ümumilkdə 18.000 manat məbləğində pul götürdüyünü göstərsə də həqiqətdə isə o Təqsirləndirilən şəxs istəyi ilə Natəvan Kələntərova ilə 6 dəfə görüşüb, ümumilikdə 29.800 manat məbləğində pulları müxtəlif vaxtlarda götürüb qardaşı Şahid16 vermişdir. Belə ki, 2018-ci ilin aprel-may aylarında Saray qəsəbəsində Təqsirləndirilən şəxs həbs edildiyi və Bakı istintaq təcridxanasında saxlanılması ilə bağlı söz-söhbət yayıldı. O, bu xəbəri dəqiqləşdirmək üçün Şahid16la söhbət etmi və o da bunu təsdiqləmişdir. O, Elçinlə dost münasibətində olduğundan onun yanına getməyə başlamış, o qardaşı və evdən Elçinə qoyulan sovqatları idarə etdiyi taksi ilə aparmağa başlamış, Elnur isə hər dəfəsində imkanının olmadığını bildiyindən ona yol pulu vermişdir. O Elçinin yanına Bakı istintaq təcridxanasına dəfələrlə, bir dəfə isə Xətai RPİ-nin MSY-nə getmişdir. Elçin görüşlərin birində dostunun onun azad olunması üçün maddi köməklik etdiyini demiş və ondan xahiş etmişdir ki, dostu olan qadından pulu özü götürə bilmədiyindən həmin pulu sən gedib götürməli və qardaşı Elnura ver. O da Elçinə heç bir promlemin olmadığını demişdir. Hazırda dəqiq tarixi xatırlamasa da 2018-ci ilin iyul ayının əvvəllərində Elçin təcridxanada istifadə edilən ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəsinə zəng edib, Bakı şəhəri, Səbail rayonu, Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısından dostu dediyi Natəvan adlı qadından 10.000 manat məbləğində pul vəsaitini götürüb qardaşı Elnura verməsini xahiş etmiş, o da idarə etdiyi ağ rəngli, 1993-cü il istehsallı, “Mercedes-Benz E class” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə deyilən ünvana gedib, avtomobili marketin qarşısındakı dayanacaqda saxlayıb, özü marketin qarşısında dayanıb, Elçinin ona xarici görünüşünü və geyimini təsvir etdiyi Natəvan adlı xanımı gözləməyə başlamış, bir necə dəqiqədən sonra həmin qadının ona yaxınlaşdığını görüb, həmin qadından Natəvan xanım olub-olmadığını soruşmuş, müsbət cavab aldıqdan sonra həmin qadın əlində selofana bükülü vəziyyətdə olan pulu ona verib, bir söz demədən üzünü çevirib çıxıb-getmişdir. O oradan piyada uzaqlaşarkən Elçin ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəsinə zəng edib, Natəvandan götürdüyü pulu aparıb qardaşı Şahid16 verməsini istəmiş və demişdir ki, pulun üstündən 150 manatı özünə, 500 manatı isə mənə çatdırmaq üçün götür. O, Elçinə 5.900 ABŞ dolları olduğunu dedikdən sonra Elçin ona demişdir ki, pulu Elnura verəndə ondan özün üçün 150 manat, mənə çatdırmaq üçün də 500 manat götürərsən. O səhv etmirsə Elnurun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, yeri deyib əmanəti çatdırmalı olduğunu dedik də Elnur da ona Xaqani küçəsinə yaxın bir yerdə olduğunu və yanına gələ biləcəyini dedikdən sonra Elnurla dayanacaqda görüşüb avtomobilə əyləşmiş və həmin pulu orada Elnura vermiş, bundan sonra Elnurun xahişi ilə onu 20 Yanvar metrostansiyasının qarşısında düşürtmüş, daha əvvəl isə Elçinin dediyi kimi etmiş, pulu Elnura verdikdən sonra Elnur ona 150 manat, Elçinə çatdırmağı üçün 500 manatı cibindən vermişdir. Həmin gün 500 manatı adını Elnur kimi xatırladığı əslən Laçın rayonundan olan Bakı istintaq təcridxanasının girişində xidmətdə olan Penitensiar Xidmətin əməkdaşına Təqsirləndirilən şəxs çatdırması üçün vermişdir. Bu hadisədən səhv etmirsə 2 həftə sonra Elçin ona təcridxanadan zəng edib +**********81 saylı nömrədən ona verdiyi +**********61 saylı mobil telefon nömrəsinə “Salam, menem. İki gundu sene demirdim o restoranin yeyesi borcduydu mene pul veresiydi firratdi vermedi, ona gore mehkememi 2 gun dalbadal texre saldirdim, dovlete odenecey pul duzelmir, 3400 man catmir, onu kimnense gotrmey olar, 1-ci gun pulumu alacam butun pulu qepiyine kimi vereceyik, bunu sabaha vermeliyem, kimnense gotrmey olar he ya yox, bu nomreynen elaqe saxlama, ne yazma ne yigma, basqa adamin nomresidi. Sabah ozume zeng eliyib deyersen.” məzmunlu ismarıc göndərməsini xahiş etmiş, o da Elçinin ona dediyi ismarıcı olduğu kimi istifadəçisini tanımadığım həmin nömrəyə göndərmişdir. Həmin günün səhv etmirsə səhəri saat 10-11 radələrində Təqsirləndirilən şəxs təcridxanada istifadə edilən ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəmə zəng edib, eyni yerdən və həmin qadından 3.400 manat pulu götürməsini, həmin puldan 100 manatı özünə saxlamağı qalan pulu isə qardaşı Elnura çatdırmağı xahiş etmişdir. O birinci dəfə olduğu kimi günorta saatların idarə etdiyi avtomobili ilə həmin yerə gedib, avtomobili dayanacaqda saxlamış və Xaqani və Azadlıq küçələrinin kəsişməsində yerləşən “Bravo-express” marketin qarşısında həmin qadını gözləmiş, orada olduğu vaxt Elçin ona zəng edib orada olduğunu dəqiqləşdirdikdən sonra qadının yaxınlaşaçağını demiş, bir necə dəqiqədən sonra Natəvan adlı həmin qadın əlində selofana bükülü vəziyyətdə olan pulu gətirib ona vermiş və bir söz demədən çıxıb-getmişdir. O da avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəyərklən Elçin ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəmə zəng edib, qardaşı Elnurun işdə olduğunu və pulu gözlədiyini demişdir. O da Elnura zəng edib pulu götürdüyünü ona gətirəcəyini deyib, Elnurla iş yerinin yaxınlığında Nargilə kafesinin yanındakı avtobus dayanaçağında görüşüb, 2.000 ABŞ dollarını Elnura vermiş, Elnur da ona Elçinin dediyi 100 manatı cibindən vermişdir. 2018-ci ilin avqust ayının əvvələrində Təqsirləndirilən şəxs ona dəfələrlə təcridxananın ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəsinə zəng edib, müxtəlif məzmunlu SMS-lər göndərməyi xahiş etmiş, o Elçinin istəklərindən yalnız bir necəsini yerinə yetirib, Elçinin dediyi xatırlamadığı nömrələrdən birinə “Rizvan salam, menem, tecili telefona cavab ver”, “Sen öl vəziyyətim cox pisdir tecili zeng et mənə” məzmun ismarıclar yazıb göndərmişdir. Elçin ona Rizvan adlı şəxsin dostu olduğunu demişdir. O, Təqsirləndirilən şəxs xahişi ilə avqust ayında tarixlərini xatırlamadığı günlərdə 4 dəfə Natəvan adlı qadından 1.400 ABŞ dolları və 120 manat, 1.300 ABŞ dolları, 2.600 ABŞ dolları və 80 manat və 4.200 ABŞ dolları və 60 manat məbləğində pulu eyni qaydada və eyni yerdə götürüb, həmişə olduğu kimi iş yerinin yaxınlığında “Nargilə” kafesinin qarşısında Şahid16 vermiş, Elnur da hər dəfəsində ona yol xərci kimi 100 manat pul vermişdir. Ümumilikdə Elnur tərəfindən ona həmin pulların götürülməsi və ünvana çatdırılması ilə bağlı 650 manat məbləğində pul verilmişdir. O Natəvan adlı qadını cəmi 6 dəfə görmüş və həmin qadından Təqsirləndirilən şəxs xahişi ilə ümumilikdə 29.800 manat pulu götürüb, sonuncunun qardaşı Şahid16 vermişdir. 07.09.2019-ci il tarixdə Təqsirləndirilən şəxs istəyi ilə Natəvan Kələntərovadan növbəti dəfə pul götürmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Xaqani 29 ünvanında idarə etdiyim avtomobillə getmiş, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasının ***-***-**-** və ***-***-**- ** saylı telefonlarından onun ********** saylı mobil telefon nömrəsinə zənglər etmişdir. Qeyd edilən ünvana yolların tıxac olması ilə əlaqədar bir qədər gec çatdığından Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən birindən ona zəng edib, onun ləngidiyini, pulu səhəri gün gəlib götürərsən və onda da Elnur sənə yol pulu verər, indi get işlərinlə məşğul olmasını, zəng gözlə deyərək sağollaşıb telefonu söndürmüşdür. Lakin Elçin ona Natəvandan pul götürülməsi ilə əlaqədar bir daha zəng etməmişdir. Sonradan Elnurla bir necə dəfə Saray qəsəbəsində təsadüfən görüşsə də o, 07.09.2018-ci il tarixdə Elçinin dediyi məsələ barədə Elnura söz deməmiş və Elnur da ona bu barədə bir söz deməmişdir. 2018-ci ilin sonlarında Təqsirləndirilən şəxs sovqat apararkən 5-10 dəqiqəlik görüşüb, ümumi söhbət etmiş, həmin vaxt o Polşaya getməyə hazırlaşırmış, sonuncu dəfə Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi 11.04.2019-cu il tarixdə saat 19-20 radələrində olmuşdur. Təqsirləndirilən şəxs təcridxananın ***-***-**-** saylı nömrəsindən istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edib, istintaqa çağırıla biləcəyini, istintaqda Natəvan adlı qadından pulu almağını inkar etməsini, qadını tanımadığını deməsini istəmiş, o da həqiqəti danışaçağını dedikdə Elçin onu hədələyərək demişdir ki, sənə qarşı oğraşlıq etməyə məni vadar etmə. O, yalan deyə bilməyəcəyini bir daha Elçinə dedikdən sonra Elçin yaxşı çağırsalar nə var onu danış mən hər şeyi öz üzərimə götürəcəyəm deyərək telefonu söndürmüşdür. Səhəri gün qardaşı Şahid16 ona zəng edərək əgər çağırsalar həqiqəti danışmağında problem olmadığını demiş, o, pulları Natəvandan alıb sənə verdiyimi desəm problem olmayacaq ki, sualını verdikdə Elnur nə problem ola bilər sən həqiqətəndə həmin pulları Elçin dostu olan Natəvandan götürüb mənə vermisən, məni çağırsalar mən də sən deyənləri təsdiq edəcəyəm cavabını almışdır. Bundan sonra o telefon nömrəni söndürmüş və hazırda Pirişovların bilmədiyi mobil telefon nömrəsini işlətməyə başlamışdır. O Natəvan adlı qadından başqa Elçin istəyi ilə heç kimdən pul istəməmiş və almamışdır. Məhkməmədə şahid qismində dindirilmiş Şahid7 13.03.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən əmək müqaviləsi əsasında 189 taksi sifarişi xidmətində taksi sürücüsü kimi işləyir, istifadəmdə ağ rəngli “Hyundai Sonata” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil var. 23.08.2018-ci il tarixdə günorta saatlarında taksi xidmətinin operatorundan ona biznes sinifinə aid sifariş yönəldilmişdir. Sifarişə əsasən o müştərini Xaqani küçəsi 26/32 ünvandan, yəni “Bravo Express” marketin qarşısından götürməli, Şüvəlan qəsəbəsinə aparmalı, 1 saat gözləməli və yenidən müştərini götürdüyü ünvana geri qaytarmalı idi. O həmin sifarişi qəbul etdikdən sonra birinci ünvana çatıb, müştərinin telefonuna xüsusi proqram vasitəsi ilə gözləməyi barədə xəbər göndərmiş, bir necə dəqiqədən sonra müştəri avtomobilə əyləşmiş, müştəri qara saçlı, səliqəli ciddi qara rəngli klassik şalvar və tünd rəngli köynəkdə, orta yaşlı, gözündə qara rəngli eynək, səhv etmirsə əlində kiçik çanta olan qadın idi. Yolda olduqları müddətdə qadın onunla danışmamış, lakin qadın müştəri telefonla bir necə dəfə danışmış, asta səslə danışdığından danışığın məzmununu eşitməmişdir. O, sifarişə əsasən avtomobili aeroport yolu ilə birbaşa Şüvalan qəsəbəsinə sürmüş, orada müştəridən hara gedəcəklərini soruşduqda qadın ona Kürdəxanı istintaq təcridxanasına getməli olduğunu demiş, o isə sifarişdə Şüvəlan yazıldığını bildirmiş, qadın müştəri operatora Kürdəxanı dediyini deyərək sifarişin düzgün qəbul edilmədiyinə görə deyinmişdir. O isə Şüvəlandan ara yollarla avtomobili Bakı istintaq təcridxanasına sürmüş, həmin vaxt yolda qadının telefonuna zəng gəldiyini, cavabından zəng edən şəxsin görüşə gecikməsi ilə bağlı olduğunu başa düşmüşdür. Müştərinin deməsinə görə birinci dəfə görüşə getdiyini, hara yaxınlaşmalı olduğunu bilmədiyindən o təcridxananın qarşısına çatdıqdan sonra səhv etmirsə tualetin qarşısında olan yaşlı qadından görüş üçün hara yaxınlaşmalı olduqlarını soruşmuş, qadın ona yanındakı qapını göstərib, bura yağınlaşmalı olduğunu demişdir. Bundan sonra müştərisi olan qadın avtomobildən düşüb, həmin qapıdan içəri daxil olmuş, o isə həmin vaxt avtomobildən düşüb, ara torpaq yolla gəldiyinə görə avtomobilnin bulaşmış şüşələrini silməyə başlamışdır. Bir saat gözləməli olduğundan həmin ərəfədə yaxın yerə taksi sifarişi qəbul edib, təxminən bir saatdan sonra Bakı istintaq təcridxanasının qarşısına qayıtmış, lakin sifarişdə bir saat gözləmə qeyd edilsə də müştərisi olan qadın təxminən təcridxanadan 1 saat 40 dəqiqədən sonra çıxmış, avtomobilə əyləşib onu götürdüyü ünvana aparmağını istəmişdir. Yolda heç bir söhbət etməmiş, müştərini “Bravo Express” marketin qarşısına gətirdikdən sonra sifarişə uyğun 35 manat ödənişi nəzərdə tutulsa da həmin qadın ona 50 manat verib, təşəkkür edərək avtomobili tərk etmişdir. Həmin vaxtdan sonra həmin müştəri ilə bir daha rastlaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 13.03.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən əmək müqaviləsi əsasında 189 taksi sifarişi xidmətində taksi sürücüsü kimi işləyir, istifadəsində gümüşü rəngli “Mercedes E class” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil var. 26.08.2018-ci il tarixdə günorta saatlarında taksi xidmətinin operatorundan ona sifariş yönəldilmişdir. Sifarişə əsasən o müştərini Xaqani küçəsi 26/32 ünvandan, yəni “Bravo Express” marketin qarşısından götürməli, Zabrat qəsəbəsi, İstintaq təcridxanası aparmalı, 1 saat gözləməli və yenidən götürdüyü ünvana geri qaytarmalı idi. O həmin sifarişi qəbul etdikdən sonra birinci ünvana çatıb, müştərinin telefonuna xüsusi proqram vasitəsi ilə gözləməsi ilə bağlı xəbər göndərmiş, bir necə dəqiqədən sonra müştəri avtomobilə əyləşmiş, müştəri qara saçlı, səliqəli, ciddi geyimdə, orta yaşlı, gözündə qara rəngli eynək, səhv etmirsə əlində kiçik çanta olan qadın idi. Yolda olduqları müddətdə qadın onunla danışmamış, lakin telefonla bir necə dəfə danışmış, asta səslə danışdığından danışığın məzmununu eşitməmişdir. O əvvəllər məhkum olduğuna və Bakı istintaq təcridxanasında saxlanıldığına görə oranı tanıdığı üçün cox rahat həmin ünvana getmiş və avtomobili dayanacaqda görüş verilən binanın yaxınlığında saxlamış, həmin qadın ona gözləməli olduğunu dedikdə o, sifarişin 1 saat gözləmə ilə olması təsdiq etmişdir. Sonra həmin qadın görüş üçün buraxılış verilən binaya getmiş, qadının görüşə sovqatsız getməsi ona təəccüblü gəlmişdir. Avtomobildə qalıb müştərini gözləməyərkən buraxılış vərəqəsi verilən və təcridxananın giriş qapısı tərəf hərəkət edənləri görmək mümkün olmamış, sifarişdə gözləmə vaxtı 1 saat qeyd edildiyindən, təxminən 1 saat 10 dəqiqədən sonra operatora zəng edib müştərini müəyyən edilmiş vaxtdan artıq gözlədiyini demiş, bir necə dəqiqədən sonra operator ona müştərinin telefonu təcridxanada alındığına görə cavab vermədiyini bildirib gözləməsini istəmiş, o yenə saat yarımdan artıq gözləmiş, həmin qadın ümumilikdə təxminən 3 saatdan sonra qayıtmış və avtomobilə əyləşən kimi əlavə gözləməyə görə ödəniş edəcəyini deyib, onu götürdüyü ünvana aparmağı istəmiş, yolda heç bir söhbət etməmişlər. Müştərini “Bravo Express” marketin qarşısına gətirdikdən sonra, səhv etmirsə, qadın ona əlavə 20 və ya 25 manat vermis, sonralar həmin müştəri ilə bir daha rastlaşmamışdır. Şahid qismində dindirilmiş Şahid9 08.04.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə X21 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahdan 2006-ci ildə İsa və Fatimə adlı ekizləri anadan olmuşdur. Baldızı Natəvanla ərinin boşanmasının səbəbini əri Eminini sözlərindən bilmişdir. Belə ki, özünü başqa adla təqdim etmiş, həbsdə saxlanılan Təqsirləndirilən şəxs baldızı Natəvanla mobil telefon vasitəsi ilə tanış olmuş, aralarında səmimi münasibətlər yaranmış, qarşılıqlı yazışmalar olmuş, həbsdə saxlanılan həmin şəxslə Bakı istintaq təcridxanasında görüşə getmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin səmimi münasibətləri barədə ərinə deyəcəyi ilə Natəvanı hədələyərək 70-80 min manat pulu 2018-ci ilin iyul-sentyabr aylarında hissə-hissə olmaqla Natəvandan tələb edərək almışdır. Natəvan Təqsirləndirilən şəxs oğlu Rizvana qarşı pislik etməsindən qorxaraq Təqsirləndirilən şəxs tələb etdiyi pulları vermişdir. Natəvanın əri evdən pulların oğurlandığını bildikdən sonra Natəvanla Təqsirləndirilən şəxs adlı şəxsin münasibətləri öyrənmişdir. Natəvan Təqsirləndirilən şəxs hədələrindən qorxaraq ərim Emindən müxtəlif bəhanələrlə aldığı 8.000 ABŞ dollarını, həmçinin ərindən xəbərsiz gizli yolla evlərindən götürdüyü pulları Təqsirləndirilən şəxs adlı şəxsə vermişdir. O, bu hadisə barədə 2018-ci ilin sentyabr ayının 7-8-dən sonra Natəvanın əri xəbər tutduqdan sonra onlardan eşitmiş, həmin vaxtadək heç bir şeydən xəbəri olmamış, Təqsirləndirilən şəxs adlı şəxsi görməmiş, tanımamış və adını eşitməmişdir. Hazırda da Təqsirləndirilən şəxsla baldızı Natəvan arasında olan səmimiyyətin dərəcəsini bilmir. Məhkəmə qərarına əsasən Natəvanın ərindən boşandığını, oğlu Rizvanın atası ilə qalmasını bilir. Bu hadisə ərinə və onlara məlum olmamışdan əvvəl Natəvanın problemlərinin olması ilk əvvəl anası, yəni qayınanası Nazilə hiss etmişdir. 2-3 ay içində daha doğrusu 2018-ci ilin yay ayının əvvəllərindən etibarən Natəvan arıqlamağa başlamış, iştahı kəsilmişdir. Bir dəfə Nazilə xanım ondan Natəvanla danışıb, probleminin olub-olmamasını soruşub, ona deməsini xahiş etmiş, o da Natəvanla danışıb, səhətində problem olub-olmamasını soruşmuşdur. Natəvan ona hər şeyin qaydasında olduğunu demişdir. Lakin o da Natəvana inanmamışdır çünki, o Natəvanı tanıdığı vaxtdan etibarən Natəvanın arıqlamaq istədiyini lakin buna nail olmadığını bilirdi. Natəvanın arıqlaması gözlə görüləcək səviyyədə olmuşdur. Natəvan oğlu Rizvana cox bağlı idi. Natəvan heç vaxt oğlu Rizvanı heç kimlə belə olsa heç bir yerə tək buraxmamışdır. Lakin 2018-ci ilin avqust ayının sonlarında 2-3 dəfə oğlu Rizvanı onlarla birlikdə tək “Sea Breez” istirahət mərkəzinə çimərliyə getməyə icazə vermişdir. Natəvanın bu hərəkəti onu, ərini və uşaqlarını cox təəcübləndirmişdir. Natəvanı birinci dəfə idi, oğlu Rizvanı onlara etibar etmişdir. Onda da Natəvan tez-tez ya ismarıc yazaraq, ya da zəng edərək hər şeyin qaydasında olub-olmamasını soruşmuşdur. O, isə uşaqların şəkillərini çəkib Natəvana göndərirmiş ki, hər şey qaydasındadır. Əri çimərlikdən götürdükdən sonra Natəvana zəng edib, çimərlikdən Eminlə birlikdə çıxdıqları barədə məlumat verirmiş, Nətavan da hər dəfəsində Rizvanı evlərinə gətirməyi xahiş etmişdir. 26.08.2018-ci il tarixdə həmin gün onlar dənizə getdikdən sonra 3-4 saat ərzində Natəvandan zəng gəlməmiş, yalnız axşam tərəfi zəng edərək Rizvanla maraqlanmış və Rizvanı evə gətirmələni xahiş etmiş, 3-4 saat ərzində zəng edib, Rizvanla maraqlanmaması Natəvana uyğun hal deyildi. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Dja (Yastebkova) Valentina Vladimirovna 29.07.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, rəfiqəsi Natəvan Kələntərova ona 2019-cu ilin yanvar-fevral ayında zəng edərək, ailəsinin dağıldığını, uşağının əlindən alındığını, kiminsə onu şantaj edərək 80 minə yaxın pulunu aldığı ağlayaraq telefonda bildirmişdir. Daha sonra Natəvanla görüşüb söhbət edikdən sonra ona məlum olmuşdur ki, Naqtəvan 2018-ci ilin yanvar ayından etibarən tanımadığı şəxslə yazışmağa başlamış, həmin şəxs onu bu yolla və oğlu Rizvanla hədələyərək pul tələb edib almağa başlamış, sonuncu dəfə Natəvan evdən oğurladığı pullarla birlikdə ondan borca götürdüyü pulları həmin şəxsə verdikdən sonra əri bundan xəbər tutmuş və rəsmi olaraq boşanmış və uşaq atası ilə qalmışdır. Natəvan ona bildirmişdir ki, 2018-ci ilin yay və sentyabr ayında aldığı 7.800 ABŞ dolları məbləğində puluda həmin şəxslərə vermişdir. Həmin vaxt isə Natəvan ona bu barədə bir söz deməmişdir. Hazırda Natəvan həmin borcdan 600 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Natəvan ondan borca pul istədiyini barədə məlumatı ərinə verdikdən sonra həmin pulları Natəvana vermişdir. O, Natəvanı yaxşı insan və oğluna bağlı biri kimi tanımışdır. Hətta Natəvanın başına bu hadisə gəldikdən sonra o Natəvanı yaşamadığı, lakin mülkiyyətində olan, anadan olduğu ünvan 19 ünvanında yerləşən 2 otaqlı evə qeydiyyata salmışdır. O, Natəvanla söhbətləri zamanı böyük səhv etdiyini tanımadığı şəxslə yazışmağının düzgün olmadığını və ərinə qarşı haqsızlıq etdiyini, ona bu barədə vaxtında deyəsəydi, bəlkə hadisələrin bu dərəcədə böyümədən ərinə xəbər verməsini məsləhət verə bilcəyini demişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Maddi sübut kimi tanınmaq haqqında” 22 may 2017-ci il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi LC30706121A, LK11735733E, LK11735754E seriyalı, cəmi 3 ədəd 100-lük ABŞ dolları əskinaz iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs danışıqlarını əks etdirən CD farmatlı bir ədəd kompakt diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman həmin diskdə qeyd edilən üzərində “call_22-42-20_OUT_+**********29.AMR;call_23-19-08_OUT_+**********29 AMR və call_23- 20-26_OUT_+**********29 AMR nömrə altında olan səs yazılarına qulaq asdıqda Təqsirləndirilən şəxs bildirdi ki, həmin yazılarda olan səs onun səsidir, digər səs Zərərçəkmiş şəxs1 və qadın səsi isə Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul tələb etmiş lakin onlar pulun olmadığını bildirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 17 fevral 2020-ci il tarixli protokolda “Azercell Telekom”, “Bakcell”, "xxxx" MMC-lər, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X26 tərəfindən təqdim edilmiş CD disklərdə olan məlumatlara keçirilmiş baxışla aşağıdakılar müəyyən edilmişdir. Telefon məlumatlarının təhlili görünür ki, Natəvan Kələntərova ilə Təqsirləndirilən şəxs arasında intim xarakterli yazışma bir dəfə olub, həmin yazışma digər yazışmalardan fərqli olaraq adi mobil telefon nömrəsi ilə aparılıb ki, gələcək də həmin yazışmanı Təqsirləndirilən şəxs özünü müdafiə, Natəvan Kələntərovanı isə şantaj edə bilsin və onun lüt şəkillərini əldə etsin. X17 Pirişovla telefon əlaqəsinin 2018-ci il əvvələrində olmasını sonuncunu Murad Əliyev adı ilə tanımasını, eləcə də Təqsirləndirilən şəxs Natəvan Kələntərovanı 2013-cü ildən tanımasını, onunla öz adı ilə tanış olduğunu təhlillər zamanı təksib edilmişdir. Belə ki, 26/07/2018, 16:30:00, **********81, **********04, Murad səni yalvarıram etmə elə. X17 Pirişovun təkidi ilə +**********61 saylı mobil telefon nömrəsi almasını və işlətməsi də təhlil zamanı müəyyən edilmişdir. Belə ki, 17/07/2018, 10:40:24, **********61, 2525,1000. 17/07/2018, 11:09:28, **********61, 9595,Start. 17/07/2018, 11:17:52, Apple, **********61, Kod proverki dlə Vaşeqo Apple İD: 896882. 17/07/2018, 11:22:29, WhatsApp, **********61, Vaş kod WhatsApp: 740-728. İli najmite: v.whatsapp.com/740728. Natəvan Kələntərova və Zərərçəkmiş şəxs8 ifadələrinin düzgünlüyü qeyd edilən SMS yazışması ilə öz təsdiqini tapır. Belə ki, 26/07/2018, 21:00:27, **********81, **********61, Salam, menem. İki gundu sene demirdim o restoranin yeyesi borcduydu mene pul veresiydi firratdi vermedi,ona gore mehkememi 2 gun dalbadal texre saldirdim,dovlete odenecey pul duzelmir, 3400 man catmir, onu kimnense gotrmey olar,1-ci gun pulumu alacam butun pulu qepiyine kimi vereceyik, bunu sabaha vermeliyem, kimnense gotrmey olar he ya yox, bu nomreynen elaqe saxlama, ne yazma ne yigma, basqa adamin nomresidi. Sabah ozume zeng eliyib deyersen. 04/08/2018, 22:34:44, **********81, **********81, Rizvan salam, menem, tecili telefona cavab ver 1 saat sonra men olmuyacam, 05/08/2018, 09:15:46, **********91, **********81, Salam. Bu qeder ograşlıq eşşəklik olmaz. Dünennen min dəfə yığmışam. Özün də harda olduğumu bilirsən. Dünənnən ürəyimin ağrısınnan yata bilməmişəm. Saat 10 a 11 e kimi gözləyirəm sora zəng edəcəm Rizvanın atasına o desin götür. 05/08/2018, 09:51:44, **********81, **********91, Salam. Yoldaşım hər şeyi bilir. Mesajların və şəkillərin hamısını görüb. Allaha qurban olum! Allah məni xəyanətdən qorudu! Kimə istəyirsiniz zəng edin! Mənə isə birdə zəng etməyin. 05/08/2018,12:04:36, **********81, **********81,Sen ol atamin qebri vezyetim cox pisdi tecili zeng ele mene. Qarşılıqlı təhlillərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında saxlanılarkən ***-***-**-**, ***-***-**-** və həmin xidmətin müalicə müəssisəsində olarkən ***-***-**-** saylı telefonla, Natəvan Kələntərova, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Şahid11 və digər əlaqələrinə məxsus nömrələrlə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** saylı telefon 17-21 may və 02-09 iyul 2018-ci il, ***-***-**-** saylı telefon 13 may-05 avqustadək, ***-***-**-** saylı telefon isə 09-11 iyul 2018-ci il tarixlərdə istifadə olunmuş və sonra qeyri-aktiv edilmişdir. Həmin nömrələr yalnız Xətai rayonu ərazisini əhatə edən antenlərdə qeydə alınması Təqsirləndirilən şəxs telefonlardan Xətai RPİ-nin müvəqqəti saxlama yerində saxlanıldığı vaxt istifadə etməsi, Natəvan Kələntərovaya isə özünü nüfuzlu bir şəxs göstərmək üçün isə güya Bakı istintaq təcridxanasından xüsusi ayrılmış otaqda danışdığını demişdir. Təhlil zamanı Təqsirləndirilən şəxs Natəvan Kələntərova arasında intim danışıqları dostu “Süleyman” tərəfindən aparılmasıda təksib edilir. Belə ki, həmin nömrələrdən "Süleyman" adlı şəxsin istifadə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Natəvan Kələntərovadan 06, 18, 26 iyul və 07 sentyabr 2018-ci il tarixlərdə, həmçinin avqust ayında alınması ilə əlaqədar telefon məlumatlarının qarşılıqlı təhlili, anten məlumatlarına əsasən onların Təqsirləndirilən şəxsla əlaqə saxladıqdan sonra hərəkət marşutu dəqiqləşdirilərkən müəyyən edilir ki, qardaşı Şahid16 ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrindən istifadə etmiş və 2018-ci ilin 06, 18 iyul, 13 avqust və 07 sentyabr tarixlərində pulun alındığı ərazidə olmuşdur. Belə ki, ***-***-**-** saylı telefon nömrəsi bütün günləri – 2018-ci ilin 06, 18, 26 iyul, 07 sentyabrda təqsirləndirilən şəxslə danişiq aparıb, 18 iyul saat 16:17 və 17:19-da Səbail rayonu "Xaqani 29" və "Lermontov küçəsi", 07 sentyabr saat 13:35 və 13:46-da "Xaqani" küçəsi antenində qeydə alınmışdır (həmin vaxtlarda təcridxanayla ***-***-**-**/20 danışıb), sonra Saray kəndinə qayıtmışdır. ***-***-**-** saylı telefon nömrəsi 22-27 iyul 2018-ci il tarixlərdə təqsirləndirlilən şəxslə danışıq aparıb; 18 iyul saat 16:06-da "Səbail", "İstiqlaliyyət küşəsi" və 17:18-də “Səbail" antenalarında olmuş, həmin vaxt 55 2089290-la danışıb; 07 sentyabr saat 13:17-də Səbail. Nizami küşəsi 92-də qeydə alınmışdır 55 ******* taksi Nurlanla danışıb, sonra Saray kəndinə qayıtmışdır. ***-***-**-** saylı telefon nömrəsi 18 iyul 2018-ci il tarixdə təqsirləndirilən şəxslə danışıq aparıb; 06 iyul saat 15:11 və 15-17-də Səbail rayonu "Nizami küçəsi 92" antenində qeydə alınıb, 18 iyul saat 13:46 və 14:36-da "Xaqani 29" antenində, 03;13;16 avqust günprta saatlarında və 26 avqust saat 14:05; 14-59-da "Nizami küçəsi 92"-də, 07 sentyabr saat 13:04 və 13:46-da "Xaqani 29" və "Nizami 92" antenində qeydə alınıb, sonra Saray kəndinə qayıtmışdır. ***-***-**-** saylı telefon nömrəsi 06; 18 iyul və 07 sentyabr 2018-ci il tarixlərdə danişiq aparıb; 18 iyul saat 14:35 və 15:24-də Səbail rayonu, "Xaqani küşəsi 29" antenində qeydə alınıb, həmin vaxt 55 ******* taksi Nurlanla danışıb, sonra Saray kəndinə qayıdıb. Zərərçəkmiş şəxs8 ***-***-**-**, ***-***-**-** saylı nömrələrdən istifadə etmişdir. 2018-ci ilin 06, 18, iyul 12 avqust və 07 sentyabr tarixlərində pulun alındığı ərazidə olmuşdur. Belə ki, ***-***-**-** saylı nömrə 06, 18, 26 iyul və 07 sentyabr 2018-ci il tarixdə təqsirləndilən şəxslə danışıq aparmış, həmin nömrə 06 iyul, saat 15:59-da "Xaqani küçəsi 29" antenində qeydə alınaraq Şahid11 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə danışıq aparmış, 18 iyul, saat 14:16 və 14:22-də "Xaqani 29" və "Nizami 92" antenlərində qeydə alınaraq ***-***-**-** saylı nömrəli ilə Şahid16la əlaqə saxlayıb, 12 avqust saat 16:15 və 16:19da "Xaqani 29" antenində qeydə alınaraq, ***-***-**-** saylı nömrə ilə Şahid16la, ***-***-**-** saylı nömrəli müalicə müəssisə və ***-***-**-** saylı nömrəylə danışıq aparıb, 07 sentyabr saat 13:46-da "Xaqani küşəsi 29" antenində qeydə alınmış və həmin ərazidən ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxsla danışıq aparmış, sonra Saray kəndinə qayıtmışdır. Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı nömrə 2018-ci il 26 iyulda təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Həmin nömrə 06 iyul saat 15:17-də Səbail rayonu "Ü.Hacıbəyov 62" və saat 15:25-də A.Cəlilov 22" də, 18 iyulda saat 15:35-də "Ü.Hacıbəyov" 34-də qeydə alınmış, ***-***-**-** və ***-***-**-** saylı telefonla danışıq aparmışdır, 12 avqustda 15:26-da, 15:32-də, 16:12-də, 16:21-də "Nizami küçəsi 92" və "Xaqani küçəsi 37" antenlərində qeydə alınmış, ***-***-**-** Şahid16, ***-***-**-** müalicə müəssisəsi və ***-***-**- ** ilə əlaqə saxlamışdır, 07 sentyabr saat 13:41-də "Xaqani küçəsi 29" antenində qeydə alınmış, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070- ***-**-** və ***-***-**-** saylı telefonlarla danışıq aparmış, sonra Saray Saray kəndinə qayıtmışdır. Elçin Prişovun digər əlaqəsi: Şahid11 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən istifadə etmiş, lakin nömrələrin Natəvan Kələntərovadan pul alınmış ərazidə olması müşahidə edilməmişdir. Belə ki, ***-***-**-** saylı nömrə 26 iyul, 12; 13 avqust və 07 sentyabr 2018-ci tarixlərdə Təqsirləndirilən şəxsla danışmış, ***-***-**-** saylı nömrə Təqsirləndirilən şəxsla müxtəlif vaxtlarda əlaqələri qeydə alınmış, Təqsirləndirilən şəxs digər əlaqəsi X3 ***-***-**-** və ***-***- **-** saylı telefonlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs digər əlaqəsi Zərərçəkmiş şəxs3 istifadəsində olan 050- ***-**-** saylı nömrəsi ilə ***-***-**-**/20 nömrələrlə danışıqlar aparımışdır. Belə ki, ***-***-**-** saylı nömrə 06, 18, 26 iyul və 07 sentyabr 2018-ci il tarixdə təqsirləndilən şəxslə danışıq aparmış, maraqlı ərazilərdə müşahidə edilməmiş, anten göstəriciləri əsasən Şüvəlan qəsəbəsini göstərmişdir. Təqsirləndirilən şəxs istifadə edə biləcəyi ***-***-**-** saylı nömrədən də istifadə etməsi ehtimal olunur. 06 iyul və 07 sentyabrda təqsirləndilən şəxslə danışıq aparmış, maraqlı ərazilərdə müşahidə edilməmiş, anten göstəriciləri əsasən Şüvəlan qəsəbəsini göstərmişdir. 06, 26 iyul, avqust ayının naməlum tarixlərində pulu taksi sürücüsü Zərərçəkmiş şəxs8, 18 iyul və 07 sentyabrda isə digər şəxsin götürməsi müəyyən edilmişdir. Bu məqsədlə, aparılmış təhlillər zamanı, Təqsirləndirilən şəxs və qardaşı Şahid16 telefon danışıqları təhlil edilmiş hər iki qardaşın 18 iyul və 07 sentyabr tarixlərinə ortaq əlaqəsi kimi ***-***-**-** və ***- ***-**-** müəyyən edilmişdir. Təhlil zamanı həmçinin müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan əlaqələri ilə yanaşı, 18.07.2018-ci il tarixdə pulun alındığı vaxt Təqsirləndirilən şəxs ***-***-**-** və 055- ***-**-** saylı, 07.09.2018-ci il tarixdə isə ***-***-**-** və ***-***-**-** saylı telefonlarla əlaqə saxlamışdır. Sonuncu nömrənin təqsirləndirilən şəxsin qardaşı Şahid16 məxsus ***-***-**-** saylı telefon ilə 29.09.2018-ci il tarixdə əlaqəsi müəyyən edilmişdir. 18 iyul və 07 sentyabr 2018-ci il tarixlərdə təqsirləndirilən şəxs, qardaşı Şahid16 və Zərərçəkmiş şəxs8 arasında mütəmadi telefon əlaqəsi olmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 31.01.2020-ci il tarixli 195 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş 03.07.2017-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellayasiya Məhkəməsinin 01.03.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2018-ci il tarixli hökmü dəyişdirilməklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi ifadələri, şahid ifadələri, üzləşmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəməyə daxil olmuş 10 aprel 2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs insulindən aslı şəkərli diabet xəstəliyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 25 mart 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası, işin bütün hallarını araşdıraraq, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilməklə, lakin təqsirləndirilən şəxsin vəfat etməsi səbəbindən ona cəza təyin edilməməklə barəsində ittiham hökmü çıxarlmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs qardaşı X29 məhkəməyə ərizə təqdim edərək hüquqi varis qismində tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələblərinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) onun barəsində cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD və DVD formatlı optik cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 44.2.1-1-ci maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 44.2.1-1-ci maddəsinin müddəlarına əsasən ölmüş Təqsirləndirilən şəxs həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.5-ci maddəsinin müddəlarına əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD və DVD formatlı optik cinayət işinin materiallarında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlham Mahmudov Hakimlər Mirzə Xankişiyev Faiq Qəniyev Əsli ilə düzdür Hakim: İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-131/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-131/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver