Məhkəmə qərarları › İş №1(101)-131/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-131/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2022 01.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2021-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, özgənin əmlakını tamalaq məqsədilə 02 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı Metropoliteninin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyasından Xətai rayonunun Nobel prospekti istiqamətində hərəkətdə olan 46 saylı marşurut avtobusunda sərnişin qismində olarkən atobus ünvan 2 ünvanda yerləşən “Venesiya” şadlıq sarayının yaxınlığına çatarkən avtobusun sərnişini Zərərçəkmiş şəxs çiyində olan əl çantasından sonuncuya məxsus içərisində 762 manat pul vəsaiti olan 8 manat dəyərində pul kisəsini gizli çıxararaq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 16 mart 2021-ci il tarixdə Bakı Metropoliteninin “Xalqalar Dostluğu” satansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 350 manat pul müqabilində külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4n 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda ümumi təmiz çəkisi 11,930 qram külli miqdarda olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama cinayətini zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla törədilməsində, yəni Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində, həmçinin onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, evin tək uşağı olmuş, bacı-qardaşı olmamışdır. Ali təhsillidir, X6 bitirmişdir. 2013-cü ildən ibadət etmiş, narkotiklərin heç bir növünü tanımamış, istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Heç bir oğurluq hadisəsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında mahiyyəti üzrə göstərdi ki, 15 mart 2021-ci il tarixdə, axşam saat 5-in yarısında, yəni saat 16:30 radələrində ünvan 6 ünvanda evimdə olduğum vaxt 5 nəfər polis əməkdaşı, bunlardan iki nəfəri mülki geyimdə, 3 nəfəri isə polis fopmasında yaşadığı evin qapısını döymüş, qapını açdıqdan sonra onlardan nə məsələ olduğunu soruşduqda, onlardan biri “gedərik polis idarəsində bilərsən” demiş və onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onu polisə aparmaq istəyənlərdən iki nəfəri Samir və Vüqar adlı əməliyyatçılar, biri isə kursant olmuş, digərlərini yadında saxlaya bilməmişdir. O, əməliyyatçılar Vüqarla Samiri, eləcə də digərlərini ilk dəfə görmüş, sonuncuların adlarını elə oradaca öyrənmişdir. Həmin ərəfədə onun özünün mobil telefonu xarab olduğundan o, telefonunu təmir üçün ustaya vermiş və istifadəsində mobil telefon olmamışdır. Həmin vaxt müəllimə işləyən anası Şahid4 evdə olmadığından o, bölməyə aparılarkən yolda Samir adlı polis məmkdaşının mobil telefonunu xahiş edib almış, onun razılığı ilə anasının ***-***-**-** saylı mobil nömrəsinə yığıb ona olanlar barədə, yəni polislərin gəlib onu 35-ci PB-nə aparmaq istəmələri barədə məlumat vermişdir. Lakin o, Samirin mobil nömrəsi ilə maraqlanmamış, onun nömrəsini bilməmişdir. Samir adlı əməliyyatçı özü də onun anasıyla danışmış, narahat olmamasını və araşdırıb buraxacaqlarını demişdir. Həmin vaxt pandemiya ilə bağlı karantin dövrü olduğundan və karantin qaydalarını bir neçə dəfə pozduğundan o, ona edilmiş cərimələrlə bağlı polisə dəvət edildiyini fikirləşmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, heç bir müqavimət göstərməmiş, polis əməkdaşları ilə birlikdə o, Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. O, bölməyə “Mersedes” markalı, gümüşü (metallik) rəngdə olan “4 göz” adlanan maşınla aparılmışdır. Məni həmin maşınla apardılar. O, evdən çıxarkən onu qonşuları Həqiqət müəllimə və Xəqani də görmüşdür. O, birbaşa 35-ci PB-nin rəis müavininin otağına aparmış, orada ona oğurluqla məşğul olduğu bildirilmiş, lakin o, cinayətdən uzaq adam olduğunu demişdir. Ona videogörüntü göstərilmiş və guya hansısa oğurluq hadisəsini onun törətdiyini bildirmişlər. Videogörüntülərdə oğurluq etmiş şəxsin tibbi maskalı biri olduğu göründüyündən o, etiraz etmiş, heç bir oğurluq etmədiyini bildirmişdir. Lakin polislər onu döyüb işkəncə vermiş, hansısa oğurluq hadisəsini onun boynuna qoymağa çalışmışlar. Sonra o, Samir adlı əməliyyatçının otağına aparılmışdır. Saxlanıldığı gün, yəni 15 mart tarixdə axşam anası 35-ci PB-nə gəlmiş, Samirin otağında anasıyla görüşmüşdür. Samir onun anasıyla oğurluq barədə söhbət etmiş, ona yenə də hər şeyin yaxşı olacağını bildirmişdir. Anası ondan həqiqətən oğurluq edib-etməməsini soruşduqda o, ona böhtan atmaq istədiklərini demişdir. Anasına döyüldüyünü, ona işgəncə verildiyini demişdir. Həmin vaxt narkotiklə bağlı ümumiyyətlə söhbət getməmiş, nə onun özünə və nə də anasına onun narkotiklə bağlı saxlanılmasını deməmişlər. Anası çıxıb getmiş, lakin həmin gün gecə onu Bölmədə saxlamışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, növbəti gün, yəni martın 16-da artıq ona narkotik təklif olunmuşdur. Narkotiki Bölmənin rəis müavin gətirib stolun üstünə qoymuş, boynuna götürməsi tələb olunmuşdur. Təqdim olunan narkotik maddənin ona məxsus olmadığını bildirib qəbul etmədikdə, polislər onu aparıb Samirin otağında döymüş, Samir və Vüqar çəkilişdən əvvəl onu hazırlamış, nə deyəcəyi tapşırılmış, onun şifahi razılığı alındıqdan sonra geri gətirilmiş və ikinci dəfə müavin narkotiki onun cibimə qoymuş, videoçəkilişlə üzərinə baxış keçiriləcəyini bildirmiş, özü isə keçib kameranın arxasında dayanmışdır. Həmin otaqda vəkil və əməliyyatçılar da olmuşdur. Orada o, yenə də etiraz edib «məni niyə yükləyirsiniz?» soruşduqda, istifadəçi kimi sənədləşdirəcəklərini bildirmiş və videoçəkiliş zamanı təqdim etdikləri narkotikin ona məxsus olduğunu deməyi tapşırmışlar. Məcburiyyət qarşısında, yenə də döyüləcəyindən ehtiyyat edib, işgəncələrdən qorxaraq çəkiliş zamanı narkotikin ona məxsus olduğunu bildirmiş və özü üçün aldığını demişdir. Çəkiliş vaxtı o, heç nəyə imza etməmiş, çəkilişdən sonra müvəqqəti saxlama yerinə aparılmışdır. Bir saat sonra isə təhqiqatçının otağına aparılmış, məcburiyyət qarşısında, işgəncələrdən qorxaraq etmədiyi oğurlugu və narkotiki boynuna almışdır. Polisin diqtəsi ilə narkotik vasitənin özünə məxsus olması, bir neçə ilə ərzində cibgirliklə məşğul olması barədə izahat yazmış və imzalamağa məcbur edilmişdir. Sonrakı sənədləri isə müstəntiq komyüterdə yazmış, o isə oxumadan imzalamış, lakin həmin sənədlərdə nə yazıldığını bilməmiş, qorxusundan səsini çıxara bilməmişdir. O, heç vaxt oğurluqla və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, adından yazılan etirafedici ifadələr onun olmamış, polisin uydurması olmuşdur. O, 16 mart 2021-ci il tarixdə deyil, bir gün əvvəl evindən çıxarılıb 35-ci PB-nə aparılmış, aparılan gün törətmədiyi oğurluqda günahlandırılmış, bir gün Polis Bölməsində qanunsuz saxlanılmış və bir gün sonra, 16 mart 2021-ci il tarixdə narkotik vasitələrlə bağlı sənədləşdirilmişdir. Onun 15 mart 2021-ci il tarixdə saxlanıldığını doğma anası, qonşuları Həqiqət müəllimə və Xəqani, həmçinin telefon məlumatları da təsdiq edə bilər. Anası müstəntiq tərəfindən aldadılmış, zərər ödəniləcəyi təqdirdə, oğlu üçün yaxşı olacağını dediyi üçün anası zərər çəkmiş şəxsə yetirilmiş ziyan məbləğini ödəmişdir. Əsil həqiqətdə isə o, heç bir oğurluq etməmiş, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əmlakının harada, hansı üslla oğurlanmasından xəbərsiz olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, barəsində həbs seçildikdən sonra o, bir neçə dəfə Xətai, Yasmal, Nizami və Qaradağ RPİ-lərə aparılmış, açılmamış oğurluq hadisələrini onun boynuna qoymaq istəmişlər. İnkar etdikdə həmin vaxtlarda da ona işgəncələr verilmiş, lakin o, etmədiyi oğurluqları boynuna almamışdır. Həm döyülmə və həm də müstəntiqə etirazla bağlı prokurorluğa müraciətlər etmiş, işgəncə ilə bağlı şikayətlərinə cavab gəlməmimş, müstəntiqlə bağlı etirazı təmin edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq olaraq 17 və 18 mart 2021-ci il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə gündür ki, narkotik vasitə kakosdan istifadə etməyə başlamış, narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərdən pulla almış və əhval-ruhiyyəsi yaxşı olsun deyə qəbul etmişdir. 02 mart 2021-ci il tarixdə narkotik vasitə almaq istəmiş, lakin pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün münasib yer axtarmış, ünvanını dəqiq bilmədiyi yerə çatdıqda 46 saylı marşurut avtobusunun gəlməsini görmüş və dayanacaqda həmin avtobusa minmişdir. Avtobusda sıxlıq olduğundan sərnişinlər ayaq üstə dayanmışlar. O, avtobusda çiynində çanta olan bir nəfər qadına yaxınlaşıb onun yanında dayanmış, qadının çiynində olan çantanın içərisində pul olacağını fikirləşmiş, avtobusda sıxlıq olduğundan diqqət çəkmədən qadının çantasını açmış və içərisində olan pul kisəsini götürüb cibinə qoymuşdur. Həmin vaxt avtobus G.Mehmandarov küçəsində olan “Venesiya” şadlıq sarayının qarşısında olmuş və avtobus dayanacaqda dayanarkən sürücüyə yol haqqını verib avtobusdan düşmüşdür. Kisəni keçib pul kisəsini açıb içərisinə baxmış və pullar olmasını görmüşdür. Pulları saymış və 762 manat olmasını aşkar etmişdir. Pulları cibinə qoymuş, pul kisəsini isə xatırlamadığı yerdə zibil qabına atmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə narkotik vasitə almaq istəmiş və bunun üçündə Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyası yaxınlığına getmişdir. Saat 10-11 radələrində metronun yaxınlığında adını bilmədiyi şəxs ilə görüşmüş, həmin şəxs ilə söhbət edib bir kənara çəkilmiş və sonuncudan istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs də üzərində narkotik vasitə olmasını bildirib cibindən bir ədəd sellofan çıxarıb vermiş və içərisində narkotik vasitə heroin olmasını ona demişdir. Sellofan bükülünü açıb içərisinə baxmış və qəhvəyi rəngli narkotik maddə olduğunu görmüşdür. Həmin narkotik maddəyə görə həmin şəxsə 350 manat pul vermişdir. Narkotik vasitəni alıb cibinə qoymuş və Xətai rayonu, İ.İsmayılov küçəsi 7 saylı ünvanın yaxınlığına getmişdir. Saat 14:30 dəqiqədə bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİnin 35-ci PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özü haqqında məluat verdikdən sonra, onlar onun narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirib Polis Bölməsinə dəvət etmişlər. Onlarla razılaşmış və birlikdə polis bölməsinə getmişlər. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş və onun hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmışdır. Axtarış zaman üzərində qanunsuz əşya olub-olmaması barədə ona sual verilmiş, suala cavab olaraq o, əynində olan göy rəngli cins şalvarının sağ yanində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması və haradan əldə etməsi barədə ona sual verilmiş, həmin bükümün içərisində narkotik vasitə kakaos olmasını, narkotik vasitəni həmin gün metronun “Xalqalar Dostluğu” stansiyası yaxınlığından adını bilmədiyi şəxsdən 350 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı başqa bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün alıb əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə, hər hansı növdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitələrin istifadəsinin, satışının, saxlanılmasının, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olması barədə məlumatlı olmuşdur. Üzərində narkotik vasitə olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı həmin şəxsi tanımamış, ilk dəfə narkotik vasitə alan zaman onu görmüşdür. Oğurluq hadisəsini özü könüllü olaraq tək törətmiş, həmin hadisəni törətməyə başqa heç kim ona kömək etməmişdir. Hadisəni törətməzdən əvvəl və ya sonra bu barədə heç kimə məlumat verməmişdir (iş vərəqə: cild İ, səh. 72-74). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan 16 may 2021-ci il tarixli ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç vaxt, heç kimə narkotik vasitə satmamış və narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. Narkotik vasitə istifadə etyməyə yeni başlamış və üzərimdən aşkar edilmiş narkotik vasitəni 350 manata almışdır. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra onu Qaradağ və Yasamal RPİ-nə etap etmişlər. Orada polis əməkdaşları tərəfindən isgəncələrə və qanunsuzluğa məruz qalmışdır. Belə ki, ona qarşı zor tətbiq olunaraq sənədlərə imza etməsi bildirilmiş və məcbur olaraq imza etmişdir. Qaradağ və Yasamal RPİ-lərdə ona müdafiəçi təqdim olunmamış, müdafiəçini görməmiş və onun iştirakı olmadan sənədlərə zorla məcbur qalaraq imza etmişdir. O, yalnız bir dəfə Xətai rayonu ərazisində oğurluq etmişdir. Belə ki, 46 saylı marşurut avtobusundan bir nəfər qadının əl çantasından içərisində 762 manat olan pul kisəsini oğurlamışdır. Sonradan 762 manat pulunu oğurladığı həmin qadının onun qonşusu olmasını öyrənmişdir. Həmin pul kisəsinin içərisində 762 manat pul və sənədlər olmuşdur. Lakin sənədləri oğurlamaq istəməmiş, pul kisəsində sənədlər olmasını bilməmiş və pul kisəsində pul olmasını zənn edib oğurlamışdır. Sənədləri isə xatirində qalmayan parkda atmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, yalnız bir dəfə Xətai rayonu ərazisində 46 saylı marşurut avtobusundan oğurluq etmiş, başqa heç bir oğurluq etməmişdir. Narkotik vasitəni alan zaman yalnız istifadə etmək üçün narkotik vasitə istəmişdir. Narkotik vasitəni satan şəxs də onu həmin narkotik vasitəni vermişdir. Ona həmin narkotik vasitə neçə qram olması maraqlı olmamışdır. Belə ki, yalnız istifdəsi üçün narkotik vasitə lazım olmuş, narkotik vasitənin hansı miqdarda və neçə qram çəkidə olması maraqlı olmamışdır. Narkotik vasitəni alan zaman qramla almamış, miqdarı barədə soruşmamış və ümumiyyətlə bu barədə bildirilməmişdir. Yalnız narkotik vasitə alan zaman aldığı şəxsə demişdir ki, “ mənə istifadə etməyi üçün bir neçə dəfəlik narkotik vasitə ver”, çünki qorxmuşdur ki, tutula bilər, eyni zamanda narkotik vasitəni tez-tez ala bilməz. Özüdə vaxt axşırı narkotik vasitə istifadə etdiyi üçün hər dəqiqə narkotik vasitə ala bilməmişdir. Buna görədə narkotik vasitəni bir neçə dəfəlik almaq istəmişdir ki, bir müddət getsin. Aşkar edilmiş narkotik vasitə bir bükümdə olmuşdur. Heç vaxt narkotik vasitə satmamış, yalnız narkotik vasitə istifadə etmiş, narkotik vasitə satmağını heç kim deyə bilməz. Uzun müddət deyil ki, narkotik vasitə istifadə edir. Xətai RPİ-nin İŞ-də dindirilən zaman ifadələrində düzgün qeyd etməmiş, belə ki, ifadələrində yalandan olaraq oğurluq etdiyini demişdir. Faktiki olaraq yalnız bir dəfə oğurluq etmişdir (iş vərəqə: cild İ, səh. 190-192). Daha sonra, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan 16 mart 2021-ci il tarixli izahatında ondan narkotik vasitə aşkar edilib götürülməsi ilə bağlı özünü qismən təqsirli bilərək aşkar edilmiş narkotik vasitəni özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmiş, həmçinin izahatının davamında 2006-cı ildən cibgirliklə məşğul olduğunu, təxminən 2020-ci ilin iyun ayında 21 saylı xətt avtobusunda bir kişinin «Samsung» markalı telefonunu, yaxınlarda isə bir qadının çantasından pul kisəsini oğurladığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 33). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 mart 2021-ci il tarixdə, saat 19:24 dəqiqədə işdən çıxaraq yaşadığı ünvana getmək üçün Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında 46 saylı marşurut avtobusuna minmişdir. Marşurut avtobusu tam dolu olduğundan, sıxlıq yarandığından ayaq üstə dayanası olmuşdur. Avtobusa minərkən əlində özünə məxsus içərisində 762 manat pul, iş vəsiqəsi, aliment kartı və şəxsiyyət vəsiqəsi olan, 8 manat dəyərində pul kisəsi olmuşdur. Avtobusda əyləşdikdən sonra əlində olan pul kisəsini çiyin nahiyəsində olan çantasına qoymuş, çəkib çantanın zəncirbəndini bağlamışdır. Avtobus bir qədər hərəkət etdikdən sonra yerlərdən boşalmış və o, əyləşmişdir. Avtobus yaşadığı ünvanın yaxınlığından keçən zaman münasib dayanacaqda düşmüşdür. Yolla piyada gedən zaman çantasından pul kisəsini çıxarmaq zərurəti yarandığından çantanın zənzirbəndini açmaq istəmiş, lakin zəncirbəndin açıq olmasını görmüşdür. Çantanın içərisinə baxdıqda isə pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt çantasından kiminsə onun pul kisəsini oğurlaması ona məlum olmuşdur. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün onun mobil telefonuna zəng gəlmiş və onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşı ilə birlikdə hadisə yerinə getmişdir. Orada polis əməkdaşına hadisə yerini göstərmiş və hadisə yerinə baxış keçirib fotoşəkilini çəkmişlər. Həmin gün hadisə ilə əlaqədar onun izahatı alınmışdır. Sonradan isə ona məxsus pul kisəsini cibindən qonşusu Təqsirləndirilən şəxs oğurladığını öyrənmişdir. Həmin hadisə nəticəsində ona 770 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra onun pul kisəsi “Ukrayna dairəsi”nin yaxınlığında təmizlikçi tərəfindən tapılmış, sonuncu JEK-ə zəng edib bildirmişdir. Pul kisəsində şəxsiyyət vəsiqəsi olduğundan JEK-in işçilərindən onun anasını tanıyan olmuş və zəng edib anasına tapıntı barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu marşrut avtobusunda görübgörmədiyini xatırlaya bilməmişdir. Lakin onun anası Gülnarə müəllimə zərərin əvəzi olaraq ona pul təqdim edərkən anasını tanımış, eyni məhəllədə yaşadıqlarını və dayısıgillə qonşu olduqlarını öyrənmişdir. O, Gülnarə müəlliməni çox gözəl insan kimi tanımış, Zaurun Gülnarə müəllimənin oğlu olduğunu əvvəldən bildiyi təqdirdə şikayət etmək istəməzmiş. Belə ki, 2021-ci ilin may ayında Zaurun anası tərəfindən Xətai RPİ-nin binasında ona vurulan maddi zərər tam ödənilmişdir. Zaurun anası pulu ona əlbəəl ödəmək istəmiş, lakin o, sonradan problem olmaması üçün pulun polisdə ödənilməsini təklif etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, şikayətindən təqribən 2 həftə sonra 35-ci PB-dən ona zəng olunmuş, Samir adlı əməliyyat işçisi kaşeloku oğurlayan şəxsin tapıldığını ona demiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, hətta Samir “WhatsApp” proqramı vasitəsi ilə telefonla ona şəkil də göndərmiş, tanıyıb-tanımadığı soruşulmuşdur. Şəkildə şəxsin yalnız göz nahiyyəsi çəkilmiş, üzü tam görünməmişdir. Belə ki, şəkildə olan şəxsin üzündə maska olduğundan sifəti görünməmiş, şəkildə yalnız onun gözləri görünmüşdür. Şəkil ona göstərilən tarixədək o, Zauru görməmiş və onu tanımamışdır. Şəkilin qapalı yerdə çəkildiyi hiss olunmuşdur. Lakin istintaqda Zaurun özü şəxsən ona təqdim edilməmişdir. O, şəxsən Gülnarə xanıma və ziyanın ölənilməsinə görə Zauru bağışlamış, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Vətəndaş Zərərçəkmiş şəxs qarşı cibgirlik cinayəti ilə əlaqədar sonuncunun şikayət ərizəsi əsasında əməliyyat qrupu yaradılmış, onlar tərəfindən araşdırmalar aparılmış, lakin bağlı qalmışdır, yəni cinayətin kim tərəfindən törədildiyi aşkar edilməmişdir. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı cinayəti Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Odur ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun özü və həmkarı Şahid2 (əməliyyat müvəkkilləri Şahid1 və Şahid2) tərəfindən yaşadığı binanın blokunun qarşısında saxlanılaraq 35-ci PB-nə aparılmışdır. Zaur tərəfimizdən saxlanıldıqdan sonra yaşadığı mənzilə getməmiş, heç bir paltar dəyişməmiş, ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. 35-ci PB-də Zaurun üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən onun üzərində təxmini yadında saxladığı qədər heroin narkotik vasitəsi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü 15 il ərzində cibgirliklə məşğul olduğunu, lakin bir dəfə də olsun tutulmadığını etiraf etmiş, tutulduqda isə anasının onu polisdən qurtardığını bildirmişdir. O, Zərərçəkmiş şəxs oğurluğun üstünün açılması, oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumatlandırsa da, telefonla Ayselə Zaurun fotoşəklinin göndərib-göndərmədiyini yadında saxlaya bilməmişdir. Bundan sonra oğurluq cinayəti ilə narkotik cinayəti birləşdirilmişdir. Zərərçəkmiş şəxs dəymiş zərər isə Təqsirləndirilən şəxs anası tərəfindən ödənilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, onun Zaurun anası ilə heç bir münasibəti olmamış, onu tanımamışdır. Zaurun anasının telefon nömərəsi onda olmamış, o, Zaurun anası ilə telefonla danışmamışdır. Zaur saxlanılarkən sonuncu üzərində telefon olmadığını bildirmiş, ona görə də o, ona (Şahid1) məxsus ***-***-**-** nömrəli mobil telefonla anasına zəng edib polis tərəfindən saxlanıldığını və 35-ci PB-nə aparıldığını bildirmişdir. Zaur saxlanıldıqdan sonra onun saxlanılması barədə məlumat anasına onun tərəfindən deyil, bölmə tərəfindən verilmişdir. Zaurun narkotikin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı Şahid2 daxil olmuş, lakin belə bir əməliyyat məlumatının daxil olması barədə raportun rəhbərliyə kimin tərəfindən yazılması onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotikin mənbəyinin müəyyən edilməsi ilə bağlı əməliyyat qrupu yaradılsa da, mənbəyin müəyyənləşdirilməsi mümkün olunmamış və hazırda əməliyyat tədbirləri davam etdirilməkdədir. Məhkəmə istintaqı zamanı şahid - Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid1 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu həmin ifadəsində məhkəmədə verdiyi ifadəsinə münasibətdə tam fərqli ifadə verib göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadna olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 8 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Zaur adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə o, polis bölməsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Zaur adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 təyin olunmuşdur. Bundan sonra Zaur adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün o, və baş əməliyyat müvəkkili Şahid2 məlumat əsasən ünvan 9 ünvanda yerləşən binanın yaxınlığına gəlmişlər. Saat 14:30 dəqiqədə Zaur adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 35-cü PB-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o, bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Xətai RPİ-nin 35-ci PB-nin operatoru, polis serjantı Şahid3 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Zaur əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olan maddəni çıxarıb təqdim edərək maddənin narkotik vasitə heroin olduğunu, həmin gün saat 10 radələrində Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı və haqqında heç bir məlumata sahib olmadığı şəxsdən ümumilikdə 350 manata öz şəxsi istifadəsi üçün almasını demişdir. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 12,33 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Zaur, vəkil və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Zaur və o imza etmişdir (iş vərəqə: cild İ, səh.111-114). Şahid – baş əməliyyat müvəkkili Şahid1 ibtidai və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının ona daxil olması və əməliyyat tədbirinə özünün rəhbərlik etməsi yadında qalmamışdır. Bu barədə raportların da özü tərəfindən yazıldığını xatırlaya bilməmişdir. Oğurluq faktına görə ifadə verməməsinə gəldikdə isə o, bildiklərini məhkəmədə bildirmişdir. Lakin ibtidai istintaq zamanı yəqin ki, tələb olunmadığından o, bu barədə ifadə verməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, o, xidmət apardığı ərazinin sakini kimi Təqsirləndirilən şəxs tanımış, lakin onunla hər hansı münasibəti olmamışdır. 2021-ci ilin may ayında 35-ci PB-nə oğurluqla bağlı məlumat daxil olmuş, həmin məlumatla bağlı hadisəni törədən şəxsin müəyyən olunmasından ötrü onlar tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Belə ki, Aysel adlı bir nəfər qadın şikayət edib avtobusda olarkən içərisində 700 manatdan çox pulunun olduğu pul kisəsinin oğurlanmasını bildirmişdir. Avtobuslarda əvvəllər də cibgirliklə bağlı şikayətlər daxil olduğundan tərəfimizdən həmin cinayətkarlar axtarılmışdır. 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən İ.İsmayılov küçəsində, yaşadığı binanın qarşısında günün ikinci yarısında, təxminən saat 2-3 radələrində (14-15 radələrində) saxlanılıb 35-ci PB-nə aparılmışdır. Əməliyyat zamanı onun idarəsi altında “Ford” markalı avtomobil olmuş, Zaur saxladıqdan sonra Samir Mmmədovla birlikdə maşının arxa salonunda əyləşdirilmiş, birbaşa Xətai RPİ-nin 35-ci PB-nə aparılıb təhqiqatçıya təhvil verilmişdir. Orada ona üzərində olanları təqdim etməsi təklif edildikdə, Zaur cibindən neçə bükümdə olmasını, növünü və miqdarını xatırlamadığı narkotik maddə çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə olunmuşdur. Daha sonra Aysel adlı qadına qarşı oğurluq cinayətinin sonuncu tərəfindən törədildiyi müəyyən edilmişdir. Bölmədə Təqsirləndirilən şəxs özü də cibgirlik etməklə məşğul olduğunu etiraf etmişdir. Zaur şəxsən onun özünə 6 dəfə cibgirlik cinayətini törətdiyini etiraf etmişdir. Özünün aprdığı əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs son 8 il ərzində cibgirliklə məşğul olduğunu müəyyən etmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Zaurun Qarayevin barəsində narkotiklə bağlı onlara hər hansı məlumat daxil olmamış, Zaur onların oğurluqla bağlı 2021-ci ilin təxminən mart ayında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyənləşdirib saxlanılmışdır. Zaurun Qarayevin saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirində 35ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və o özü iştirak etmişdir. Onun Zaurun anası ilə heç bir tanışlığı olmamış, Zaur saxlanılanadək o, sonuncunun anasını görməmişdir. Kiminsə və ya şəxsən onun özünün Zaurun anası ilə telefon əlaqəsi saxlayıb-saxlamaması onun yadında qalmamışdır. Lakin Zaur saxlanılandan sonra onun anası bölməyə gəlmiş, o, şəxsən maraqlandıqda qadın Zaurun anası olduğunu bildirmişdir. Onlar Zauru saxlamaq üçün nə onun yaşadığı mənzilə getmiş və nə onu mənzildə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid - baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid2 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 həmin ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı tədqiq edilmiş ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsindən görünür ki, sonuncu da həmin ifadəsində Şahid1 kimi o da Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı irəli sürülmüş ittiham ətrafında dindirilməmiş, o, oğurluqla bağlı heç bir ifadə verməmiş, həmin xüsusata ümumiyyətlə toxunmamışdır (iş vərəqə: cild İ, səh.115-118). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahid – baş əməliyyat müvəkkili Şahid2 ifadəsinin davamında göstərdi ki, ibtidai istintaq zamanı müstəntiqə ifadə verərkən cibgirliklə bağlı deyil, narkotiklə bağlı ifadə verməsinin səbəbləri ona məlum deyil. Amma bildiyi odur ki, Təqsirləndirilən şəxslə bağlı məlumat cibgirliklə bağlı olmuş, onun barəsində narkotiklə bağlı rəsmi məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ola biləcəyi ehtimal olunsa da, sonuncu oğurluq hadisəsi ilə bağlı saxlanılmışdır. Zaurdan aşkar olunan narkotikin mənbəyi ilə bağlı tədbir keçirilsə də, hələlik müsbət nəticə əldə olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində operator qismində iştirak etmiş 35-ci PB-nin polis serjantı Şahid3 məhkəmə baxışı zamanı dindirilməsi təmin edilmədiyindən sonuncunun ibtidai istintaq mərhələsində verdiyi yeganə – 16 may 2021-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 həmin ifadəsində şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə baxışı zamanı tədqiq edilmiş ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmiş və digər şahidlər kimi o da, baxılan iş üzrə Təqsirləndirilən şəxs 35-ci PB-nə oğurluq hadisəsi ilə bağlı deyil, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində gətirildiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.187-189). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası Şahid4 ifadəsində göstərdi ki, ixtisasca müəllimədir, Təqsirləndirilən şəxs onun yeganə övladıdır, Zaurun atası vəfat etmişdir. Zaur X6 bitirmiş, bir il FHN-də hərbi xidmət keçmiş, sonra Rabitə Nazirliyində işləmişdir. Sonra işdən çıxmış, bərbər sənətini öyrənmək və həmin sənətdə işləmək istəmişdir. Bərbər kimi işləməyə başladığı ərəfədə pandemiya başlamış və buna görə bütün işlər dayanmışdır. 15 mart 2021-ci il tarixdə, saat təqribən 16 radələrində Yasamal rayonu ərazisində ola ünvanlardan birində ali məktəbə şagird hazırlaşdırarkən özlərinin ev nömrəsinə zəng edib Zaurla danışmış, nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin ərəfədə Zaurun mobil telefonu xarab olduğundan o, telefonunu təmir üçün ustaya vermiş, həmin vaxt istifadəsində mobil telefon olmamışdır. Zaur yemək qızdırıb yediyini, sonra isə uzanacağını bildirmiş və ondan nə vaxt gələcəyini soruşmuşdur. Zaura yarım saata dərsini yeknlaşdırıb gələcəyini demişdir. Bundan təxminən 10-15 dəqiqə sonra özünün istəifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng gəlmiş, açıb cavab verdikdə danışanın oğlu Zaur olduğunu bilmişdir. Zaur ona 35-ci Polis bölməsindən gəldiklərini və onu aparmaq istədiklərini demişdir. Zaurdan nə məsələ olduğunu, niyə apardıqlarını soruşduqda, o, “telefonu verirəm, gələn şəxslərlə özün danış” demiş və bundan sonra bir nəfər kişi telefona cavab verərək 35-ci Polis Bölməsinin əməkdaşı Samir olduğunu bildirmiş, Zauru bir məsələ ilə bağlı Polis Bölməsinə aparacaqlarını, araşdıracaqlarını, lazım olmasa buraxacaqlarını demiş, əks halda onu Bölməyə dəvət edəcəklərini demişdir. Bundan sonra o, dərsini yarımçıq saxlamış, taksi sifariş verib Xətai RPİ-nin 35-ci Polis Bölməsinə getmişdir. Maşında yolda ikən oğlu Zaurun sonuncu dəfə ona zəng etdiyi Samir adlı polisin istifadəsində olan həmin nömrəyə bir neçə dəfə zəng etmiş və artıq oğlu Zaurun PB-nə gətirildiyini öyrənmişdir. Həmin vaxt Vüqar bir nəfər, deməsinə görə baş əməliyyatçı olan həmin şəxs yuxarı mərtəbədən aşağı düşmüş, onu öz otağına dəvət etmişdir. Otaqda Vüqar ona guya Zaurun kiminsə cibindən pul götürməsi ilə əlaqədar şübhəli şəxs kimi bölməyə gətirildiyi demiş və bundan sonra Vüqar onu adının Rəhman olmasını təqribi xatırladığı rəisin yanına aparmışdır. Rəis oğlunun şəxsiyyəti ilə maraqlanmış, o, rəisin suallarına cavab olaraq X7 bitirdiyini, işləmədiyini demişdir. Sonra rəis də Zaurun kiminsə cibindən pul götürdüyünü ona demişdir. O isə cavabında Zaurun belə bir iş görməsinin mümkünsüz olduğunu, Zaurun heç nəyə ehtiyacının olmadığını, dolanışıqlarının yaxşı olduğunu bildirmiş, ailədə bir ana, bir bala olduqlarını demişdir. Bundan sonra rəis ona “siz Vüqar müəllimlə aşağı düşün, sizə hər şeyi başa salacaq” demişdir. Vüqarla aşağı düşərkən o, Zaurun Samir müəllimin otağında oturduğunu, görmək istəyirsə, görüşdürə biləcəyini demişdir. O, oğlunu görmək istədiyini bildjirmiş və onlar Samir müəllimin otağına keçmişlər. Samir müəllim polis formasında olmuş, Zaur da həqiqətən orada olmuşdur. O, əvvəllər nə Samiri və nə də Vüqarı görməmiş, onları ilk dəfə həmin gün Bölmədə görüb tanımışdır. O, Zaurla görüşmüş, yanında oturub niyə gətirildiyini soruşmuşdur. Zaur and içib heç bir günahının olmadığını, nəyə görə gətirildiyini bilmədiyini demişdir. Onlar oradan birlikdə Vüqar müəllimlə onun otağına düşmüşlər. Vüqar müəllim ona özünün mobil nömrəsini götürməyi təklif etdiyindən o, sonuncunun nömrəsini götürüb evə getmiş və Vüqarın nömrəsini telefonuna qeyd etmişdir. Ayrılarkən Vüqar müəllim onun oğluna köməklik edəcəyini də demişdir. Evə çatdıqdan sonra Zaurun idman geyimini soyunub çarpayının üstünə qoyduğunu, qazın üstündə olan yeməyin altını söndırdüyünü görmüşdür. Yemək qazan hələ də isti qalmış, televizor isə işlək vəziyyətdə olmuşdur. Bir az evdə oturmuş, lakin narahat olmuş, otura bilməmiş, saat təxminən 22 radələrində təzədən 35-ci Polis Bölməsinə qayıtmışdır. Orada Samir müəllimlə görüşmüş, sonuncu ona həmin gün növbətçi olduğunu, Zaur onun yanımda qalacağını, məsələni müsbət həll edəcəklərini deyib, narahat olmamağı tapşırmışdır. Ayrılarkən əməliyyat müvəkkili Vüqar müəllim də növbəti gün onunla əlaqə saxlayacağını demiş və bundan sonra o, öz evinə qayıtmışdır. O, hazırda Vüqarın zəng etdiyi mobil nömrəsini xatırlaya bilməmiş, telefonunun da yaddaşında saxlamamışdır. O, əməliyyatçı Samir müəllimlə yalnız Zaurun evdən aparıldığı 15 mart 2021-ci il tarixdə danışmış, sonrakı tarixlərdə onunla telefon əlaqəsi olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, növbəti gün, yəni 16 mart 2021-ci il tarixdə, saat təqribən 10-da o, Vüqarın zəng etmədiyini görüb özü Vüqara zəng etmək qərarına gəlmiş və təxminən saat 10:30-da o, özü Vüqara zəng etmişdir. Vüqar cavab verib ona bölmədə olmadığını demiş və qayıdarkən özünün əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Vüqar onunla əlaqə saxlamadığından o, özü 35-ci PB-nə getmişdir. Təxminən saat 12-yə qalmış o, Samir müəllimin yanına qalxmış, sonuncu artıq gec olduğunu demiş, Zauru aparıb Xətai RPİ-nə təhvil verəcəyini bildirmişdir. İstər rəis, istər Samir və istərsə də Vüqar Zaurun cibgirlikdə şübhəli şəxs kimi saxlanıldığını ona demiş, Zaurun narkotiklə tutulması barədə ona heç bir söz deyilməmişdir. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra o, nə edəcəyini bilməmiş, Xətai RPİ-yə Zaurun saxlanıldığı yerə yemək aparmışdır. Orada artıq Zaurun istintaqa verildiyini, müstəntiqinin Rövşən Xanbabayev adlı şəxs olduğunu öyrənmişdir. Yaradılan şərait nəticəsində o, aşağıdan Rövşən müəllimə zəng etmiş, sonuncu onu qəbul edib görüşmüş və oğlu Zaurda 11,9 qram heroin narkotik vasitəsi aşkar edildiyini demişdir. Eşitdiklərinə etiraz etmiş, oğlunun cibgilikdə şübhəli kimi bölməyə aparıldığını, orada bir gün saxlanıldığını, bölmədə narkotiklə bağlı ümumiyyətlə söhbət olmadığını bildirmiş, nə üçün bir gün ərzində onun ciblərinin axtarılmadığını, narkotik söhbətinin indi ortaya çıxdığını soruşmuşdur. Rövşən müəllim bu barədə məlumatsız olduğunu, ona materialların bu cür gəlib çıxdığını, oğlunun barəsində iki maddə ilə, yəni oğurluq və narkotika ilə cinayət işi açıldığını bildirmiş, lakin araşdıracağını demişdir. Hər gün məktəbə dərsə getməzdən əvvəl Xətai RPİ-yə gedib oğlunun işi ilə maraqlanmış, Rövşən müəllimin vasitəsi ilə Xətai rayon prokurorluğuna gedib qəbulda olmuş, Şükran müəllimlə Sərdar müəllim adlı prokurorluq əməkdaşları Rövşən Xanbabayevə məsələnin ədalətli araşdırılması tapşırığı verilmişdir. Sonralar isə Rövşən Xanbabayevin otağında olarkən sonuncu ona bir kağız göstərmiş və Zauru ona təhvil verəcəyinə söz vermişdir. Sonralar isə təqribən üç ay sonra iş üzrə Aysel adlı bir zərərçəkmiş şəxs ortaya çıxmışdır. Zərərçəkmiş şəxs ortaya çıxandan sonra Rövşən Xanbabayev ona qızın zərərini ödəməyi təklif etmiş, Zaurun xeyrinə olacağını demişdir. Rövşənin deməsinə görə zərər məbləği 760 manat olmuşdur. O da Rövşən Xanbabayevin sözünə inanıb, Zaurun xeyrinə olsun deyə, artıqlaması ilə 800 manat ödəmiş, lakin məbləğ az yazılmışdır. Bundan sonra Rövşən Xanbabayev ona “xala, arxayın ol, mən Zauru çıxaracağam” kimi vəd vermişdir. Zaur Bakı İstintaq Təcridxanasında olarkən oradan ona zəng edib bir nəfər tanımadığı şəxsi gətirib onun üzünə durğuzulduğunu, guya həmin şəxsin telefonunu oğurladığını bildirmiş, lakin belə bir şeyin olmadığını ona demişdir. Lakin oğlunun işi həll olunmamış, əksinə yekunlaşdırılıb məhkəməyə göndərilmişdir. Zaur ibadətlə məşğul olduğundan o, spirtli içkilərdən ümumiyyətlə istifadə etməmiş, narkotik maddələri qəbul etməsi ilə bağlı heç vaxt ondan şübhələnməmiş və heç kimdən bu barədə eştiməmişdir. Daha sonra Şahid4 ifadəsində göstərdi ki, zərərçəkmiş Aysel adlı qızın onlarla qonşuluqda yaşadığını sonralar öyrənmişdir. O, Ayseldən Zauru tanıyıb tanımamasını soruşmuş, Aysel Zauru tanımadığını, Zaurun onunla eyni vaxtda avtobusda olubolmamasını bilmədiyini demişdir. Bildiyinə görə ibtidai istintaq zamanı Zaur Ayselə və ya qerisinə tanınma üçün təqdim olunmamış, aralarında üzləşmə aparılmamışdır. Hətta o, özü dəfələrlə Rövşən Xanbabayevdən kamera görüntülərini çıxarıb təqdim etməsini tələb etsə də, Rövşən müəllim onda belə bir kamera görüntülərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 14:30 dəqiqədə ünvan 9 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş müşaiyəti altında baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olan maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, həmin gün, yəni 16 mart 2021-ci il tarixdə, saat 10 radələrində Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı və haqqında heç bir məlumnata sahib olmadığı şəxsdən ümumilikdə 350 manata öz şəxsi istifadəsi üçün almışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd bükümdə təqdim etdiyi həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 12,33 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüş və hər hansı ərizə və ya şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.30-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntüləri yüklənmiş bir ədəd, bir fayldan ibarət «DVD diskə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl mövcuddur, faylda olan videogörüntülər 16 mart 2021-ci tarixdə çəkilmişdir. DVD diskdə olan videoçəkilişdən görünür ki, Xətai RPİnin 35-ci PB-nin inzibati binasının daxilində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olan maddəni çıxarıb təqdim edib həmin maddənin narkotik vasitə heroin olduğunu, 16 mart 2021-ci tarixdə, saat 10 radələrində Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı və haqqında heç bir məlumnata sahib olmadığı şəxsdən ümumilikdə 350 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, aşkar edilmiş həmin maddənin elektron tərəzi ilə çəkilməsi və çəkisinin 12,33 qram olması, bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunla qadağan olunmuş hər hansı başqa bir əşyanın aşkar edilməməsi videogörüntülərə keçirilən protokolda öz əksini tapmışdır (iş vərəqə: cild İ, səh.146). Məhkəmə baxışı zamanı 01 ədəd DVD-R formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2021-ci il tarixli və «DVD diskə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokolların məzmunu əsasən uyğun olsa da, videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər də mövcuddur. Belə ki, videogörüntülərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs heroin narkotik vasitəsi kimi könüllü olaraq 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təqdim etdiyi içərisində tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olan maddəni saxlanıldığı və üzərində şəxsi axtarış aparıldığı gün, yəni 16 mart 2021-ci tarixdə, saat 10 radələrində Bakı Metropolitenin “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı və anket məlumatları haqqında heç bir məlumnata sahib olmadığı şəxsdən özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirsə də, həmin narkotik vasitəni hansı qiymətə aldığını bildirməmiş, həmçinin həmin narkotik vasitə üçün ümumilikdə 350 manat pul ödədiyini ifadə etməmişdir (iş vərəqə: cild İ, səh. 32, məhkəmə iclas protokolları). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 17 mart 2021-ci il tarixli 6/1079 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 11,930 qram təşkil edir. Tədqiq olunan rəyə əsasən heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh.38-43). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2021-ci il tarixli, 1216 saylı rəydən görünür ki, ekspertiza müayinəsi zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.194-195). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayınınm yaxınlığında, 46 saylı marşurut avtobusunun içərisində baş vermişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.51-52). İbtidai istintaq orqanının müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan təmiz çəkisi 11,930 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 11,880 qram hissəsi saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörünütlərinin yerləşdirildiyi bir ədəd DVD disk iş üzrə sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (iş vərəqə: cild İİ, səh.01-19). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin çantasından çıxarmaqla 770 manat məbləğində özgə əmlakını gizli talama, yəni oğurluq və satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 11,930 qram təşkil edən külli miqdarda heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətlərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətlərin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Avropa Konvensiyasının (bundan sonra: Avropa Konvensiyası), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və Qanununlarının, Avropa Konvensiyasının və s. tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs bir gün qanunsuz saxlanılmaqla qanunsuz azadlıqdan məhrum edilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, məhkəmə baxışı zamanı ilk növbədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs sonuncunun saxlanılmaqla Xətai RPİ-nin 35-ci PB-nə gətirilməsi barədə CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport sənədində, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokolda və Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərildiyi kimi 16 mart 2021-ci il tarixdə, saat 14:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında deyil, bir gün əvvəl - 15 mart 2021-ci il tarixdə, saat 16:50 radələrində əməliyyat müvəkkili Şahid1 və qeyriləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə aparılmış, təqribən bir gün – 16 mart 2021-ci il tarixə, saat 15:30-dək 35-ci PB-də qanunsuz olaraq saxlanılmış və yalnız bundan sonra o, 16 mart 2021-ci il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində rəsmi olaraq tutulmuşdur. 15 mart 2021-ci il tarixdə, saat 16:50 radələrindən 16 mart 2021-ci il tarixdə, saat 14:30-dək (tərtib olunan raporta əsasən saxlanıldığı vaxtadək) olan müddətdə Təqsirləndirilən şəxs hər hansı oğurluq hadisəsinin və ya sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət hadisəsinin törədilməsində şübhəli olması və ya qeyd olunan cinayətləri faktiki törətməsi ilə bağlı heç bir hüquqi sənədləşmə aparılmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə və məhkəmənin həmin vəsatət üzrə qəbul etdiyi 29 oktyabr 2021-ci il tarixli qərara əsasən baxılan iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs anası Şahid4 istifadəsində olmuş "xxxx" MMC operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə və şahid, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvvəkkili Şahid1 istifadəsində olmuş, eyni operatora məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 15 mart 2021-ci il tarixdən 18 mart 2021 -ci il tarixədək daxil olan və çıxan ehtimal olunan zənglərə və həmin telefon nömrələrinin anten üzrə əhatə dairələri barədə rəsmi məlumatlar əldə olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC mobil operatorundan əldə olunmuş 17 noyabr 2021-ci il tarixli həmin məlumatlarla müəyyən edilmişdir ki, 15 mart 2021-ci il tarixdə, saat 16:54:27-də ünvan 12 ünvanının əhatə dairəsində olan əməliyyat müvəkkili Şahid1 ifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsinin əhatə dairəsində olan Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilməklə 71 saniyə danışıq aparılmışdır. Şahid əməliyyat müvəkkili Şahid1 məhkəmədəki ifadəsində saxlanılarkən Təqsirləndirilən şəxs üzərində telefon olmadığını bildirdiyini və ona görə də ona məxsus ***-***-**-** nömrəli mobil telefondan istifadə etməklə anasına zəng edib polis tərəfindən saxlanıldığını və 35-ci PB-nə aparıldığını bildirdiyini inkar etməmişdir. Tədqiq olunan həmin məlumatlarla daha sonra müəyyən edilmişdir ki, həmin gün, yəni 15 mart 2021-ci il tarixdə, bir saat sonra - saat 17:54:07-də və 17:54:26-da iki dəfə əməliyyat müvəkkili Şahid1 ifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, “Nargilə dairəsi” ünvanında əhatə dairəsində olan Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edilməklə hər iki dəfə ayrı-ayrılıqda 9 saniyə danışıqlar aparılmışdır. Məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs qismində dirndirilən Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə, saat 16:30 radələrində Samir adlı polis əməkşının və qeyrilərinin onu yaşadığı mənzildən götürüb Xətai RPİ-nin 35-ci PB-nə apardıqlarını, aparılarkən Samir adlı əməkdaşın mobil telefonundan, həmin vaxt evdə olmayan və onun saxlanılmasından xəbərsiz olan anası Şahid4 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə zəng edərək polis tərəfindən saxlanıldığını və 35-ci PBnə aparmaları barədə məlumat verdiyini, 15 mart 2021-ci il tarixdə 35-ci PB-də üzərinin yoxlanıldığını, cinayət yolu ilə əldə olunmuş heç bir əşyanın müəyyən edilmədiyini, buraxılmayıb həmin gün 35-ci PB-də saxlanıldığını, həmin gün narkotik vasitələrlə bağlı onunla heç bir söhbət aparılmadığını, hansısa oğurluq hadisəsini onun boynuna qoymaq istədiklərini və bununla bağlı sorğu-sual aparıldığını, qəbul etmədikdə polis tərəfindən döyülməyə, işgəncəyə məruz qaldığını, oğurluq hadisəsini, həmçinin 16 mart 2021-ci il tarixdə üzərinə qoyulan narkotik vasitəni boynuna almağa məcbur edildiyini bildirmiş, 15 mart 2021-ci il tarixdə X10 adlı əməliyyat işçisinin otağında anası ilə də görüşdüyünü, anasına boynuna oğurluq cinayətini qoymaq istədikdərini dediyini, lakin həmin vaxt narkotiklə bağlı heç bir söhbət getmədiyindən nə polis işçilərinin və nə də onun özünün bu barədə anasına heç nə demədiyini göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə, saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, Xətai RPİ-nin 35-ci PB-nə aparılması barədə məlumatları sonuncunun özündən aldığını, Zaurun yadında saxlamadığı bir mobil nömrədən zəng etməklə ona məlumat verdiyini, həmin vaxt Zaurun istifadəsində mobil telefon olmadığını, zəng edilmiş mobil nömrənin Samir adlı polis əməkdaşına məxsus olduğunu, həmin vaxt Samir adlı polis əməkdaşının özü ilə də danışdığını bir daha təsdiq etmiş, oğlunun aparıldığı ünvanı dəqiqləşdirmək məqsədilə gedərkən yolda bir neçə dəfə də oğlunun ona sonuncu dəfə zəng etdiyi Samir adlı polis əməkdaşına məxsus mobil nömrəyə zəng etdiyini təsdiq etmiş, həmçinin həmin gün, yəni 15 mart 2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs və Samir adlı əməliyyat işçisinin də bildirdiyi kimi, narkotik vasitələrlə bağlı Zaurla heç bir söhbət aparılmadığını, hansısa oğurluq hadisəsini onun boynuna qoymaq istədiklərini və bununla bağlı sorğu-sual aparıldığını öyrəndiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 17 və 18 mart 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində istər oğurluq və istərsə də narkotik vasitə əldə edib saxlanıldığı etiraf etmiş, şəxsi istifadəsi məqsədilə narkotik vasitə əldə etdiyi, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən tutulduğu, üzərində şəxsi axtarış aparıldığı və üzərində narkotik vasitə aşkar edilib götürüldüyü tarixi 16 mart 2021-ci il olaraq göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərdən də göründüyü kimi Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə prosesində də təqdim etdiyi narkotik vasitəni məhz həmin gün alıb əldə etdiyini və elə həmin gün saxldanıldığını bir daha təsdiq etmişdir. Qeyd olunan faktlar təsdiq edir ki, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılanadək toplanılmış materiallarda göstərildiyi və məhkəmə baxışı zamanı təsdiq olunduğu kimi 16 mart 2021-ci il tarixdə, saat 14:30-da deyil, bir gün əvvəl - 15 mart 2021ci il tarixdə, saat 16:50 radələrində Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkilləri, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və qeyriləri tərəfindən saxlanılaraq xidmət etdikləri 35-ci PB-nə aparılmış və qanunsuz olaraq 16 mart 2021-ci il tarixə, saat 14:30-dək heç bir sənədləşmə aparılmadan qanunsuz olaraq saxlanılmış, qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. İşdə olan və məhkəmə baxışı tədqiq olunan, cinayət işi başlanılanadək toplanılmış materiallarla bir daha təsiq olunur ki, Təqsirləndirilən şəxs faktiki olaraq 15 mart 2021-ci il tarixdə, saat 16:50 radələrində saxlanılmasına və demək olar ki, bir gün ərzində qanunsuz olaraq Xətai RPİ-nin 35-ci PB-də saxlanılmasına baxmayaraq, bir gün sonra sübutlar onun əleyhinə bilə-bilə saxtalaşdırılmış və guya Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 16 mart 2021-ci il tarixdə Xətai RPİ-nin 35ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılması ilə bağlı formal olaraq, reallığı əks etdirməyən sənədləşmə aparılmaqla rəsmləşdirilmişdir. Belə ki, tədqiq olunan 16 mart 2021-ci il tarixə tərtib olunan həmin materiallardan görünür ki, həmin tarixdə baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməkdaşdan məlumat əldə etməsi barədə bölmə rəhbərliyinə raport yazıb məlumatın yoxlanılmasına icazə verilməsini xahiş etmiş, bu məqsədlə eyni şəxs tərəfindən 35-ci PB-nin rəisinin təsdiq etdiyi “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilmiş, bölmə rəisi tərəfindən “əmaəliyyat qrupunun yaradılması haqqında” Ə6-103-21 saylı əmr imzalanmış, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən artıq Təqsirləndirilən şəxs həmin gün saat 14:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs kimi saxlanılıb 35-ci PB-nə gətirilməsi barədə raportla müraciət etmişdir. Tədqiq olunan sənədlərdən daha sonra görünür ki, Təqsirləndirilən şəxs 35-ci PBnə gətirilməsi ilə əlaqədar sübutların saxtalaşdırılması elə 16 mart 2021-ci il tarixdə, saat 14:30-dan başlayaraq davam etdirilmiş, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Rauf Əsədov tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edilməsi, onun üzərində şəxsi axtarış aparılması haqqında qərarlar qəbul edilmiş, vəkilin Təqsirləndirilən şəxs təqdim edilməsi, onun şübhəli şəxs qismində tutulması və Təqsirləndirilən şəxs üzərində saat 15:55-dən 16:05-ədək şəxsi axtarış aparılması və sonuncunun bir ədəd bükülüdə heroin narkotik vasitəsinə bənzər kütləni təqdim etməsi barədə protokollar tərtib edilmiş, həmçinin aparılan cinayət prosinin mahiyyətinə uyğun sair sənədlər, məktublar yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 hər ikisi ifadələrində Təqsirləndirilən şəxs onlar tərəfindən 15 mart 2021-ci il tarixdə deyil, 16 mart 2021-ci il tarixdə saxlanılıb Xətai RPİ-nin 35-ci PBnə aparıldığını göstərsələr də, hər iki əməliyyat müvəkkili həmin ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda deyil, onu oğurluq hadisəsinin törədilməsində şübhəli olması ilə bağlı Xətai RPİ-nin 35-ci PB-nə apardıqlarını və bölmədə olarkən üzərində aparılan şəxsi axtarış nəticəsində sonuncunun üzərindən heroin narkotik vasitəsinə bənzər kütlənin aşkar edilib götürüldüyünü təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq edilmiş şahidlər – əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmçinin Xətai RPİ-nin 35-ci PB-nin operatoru vəzifəsində işləyən polis serjantı Şahid3 ibtidai istintaq mərhələsində vermiş olduqları ifadələrindən görünür ki, adı çəkilən şahidlər Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə məhz oğurluq hadisəsinin törədilməsində şübhəli şəxs kimi saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nə gətirildiyini, ondan hər hansı növdə narkotik vasitə aşkar edilib götürülmədiyini bilə-bilə yalan ifadələr verərək Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Xətai RPİ-nin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında elə həmin gün saxlayıb 35-ci PB-nə gətirdiklərini, həmin gün üzərində şəxsi axtaprış aparıldığını, üzərində aparılan şəxsi axtarış nəticəsində sonuncunun öz üzərindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə bənzər kütləni çıxarıb təqdim etdiyini göstərmiş, həmin ifadələrində Təqsirləndirilən şəxs hansısa oğurluq hadisəsinin törədilməsində şübhəli olması ilə əlaqədar 35-ci PB-nə gətirilməsindən ümumiyyətlə bəhs etməmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ətrafında keçirilməli olan əməliyyat-axtarış tədbiri ilə bağlı saxtalaşdırılmaqla tərtib olunan 16 mart 2021-ci il tarixli sənədlərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməkdaşdan ötürülmüş məlumat 35ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş, sonuncu məlumat barədə bölmə rəhbərliyinə raport yazıb məlumatın yoxlanılmasına icazə verilməsini xahiş etmiş, bu məqsədlə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərar qəbul edilmiş, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən artıq Təqsirləndirilən şəxs həmin gün saat 14:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs kimi saxlanılıb 35-ci PB-nə gətirilməsi barədə raportla müraciət olunmuşdur. Lakin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının ona daxil olmasının və əməliyyat tədbirinə özünün rəhbərlik etməsinin yadında qalmadığını, Zaurun narkotikin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının Şahid2 daxil olduğunu, lakin belə bir əməliyyat məlumatının daxil olması barədə raportun rəhbərliyə kimin tərəfindən yazılması onun yadında qalmadığını göstərmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş digər baş əməliyyat müvəkkili Şahid2 ifadəsində Zaurun Qarayevin barəsində narkotiklə bağlı onlara hər hansı məlumat daxil olmadığını, Zaurun onların oğurluqla bağlı 2021-ci ilin təxminən mart ayında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyənləşdirildiyini və saxlanıldığını göstərmişdir. Hətta ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid2 əminliklə göstərdi ki, bildiyi odur ki, Təqsirləndirilən şəxslə bağlı məlumat cibgirliklə bağlı olmuş, onun barəsində narkotiklə bağlı rəsmi məlumat daxil olmamışdır. Hansı ki, iş üzrə məhkəmə baxışı zamanı tədqiq olunan 16 mart 2021-ci il tarixli sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar keçirilməli olan əməliyyat tədbiri ilə bağlı bölmə rəisi tərəfindən imzalanmış “əmaəliyyat qrupunun yaradılması haqqında” Ə6- 103-21 saylı əmrə əsasən 35-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 qrupun rəhbəri, həmin Bölmənin baş əməliyyat müvəkkili Şahid2 həmin qrupun üzvü olmuş və hətta hər iki əməliyyat müvəkkili əmaəliyyat qrupunun təşkil edilməsi haqqında protokolla tanış olaraq imza etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 mart 2021ci il tarixdlə saxlanıldıqdan sonra onun Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsində nəzərdə tutulan şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, həmin Məcəllənin 90.7.7-ci və 91.5.7-ci maddələrində nəzərdə tutulan müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, həmin Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsə qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə maneçiliklər törədilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 90.7.9-ci maddəsinə əsasən şübhəli şəxs müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək; həmin Məcəllənin 90.7.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək kimi hüquqlara malikdir. Məhkəmə Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 350 manat pul müqabilində külli miqdarda - 11,930 qram heroin narkotik vasitəsi alıb əldə etməsi, üzərində saxlamaqla daşıması və 16 mart 2021-ci il tarixdə, saat 17:30 dəqiqədə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmaqla həmin narkotik vasitənin aşkar edilib ondan götürülməsi epizodu üzrə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, həmin ittiham üzrə təqsirləndirilən şəxsə qarşı toplanmış sübutlar Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əldə olunduğundan həmin sübutlar, o cümlədən baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi əməkdaşdan məlumat əldə etməsi barədə bölmə rəhbərliyinə ünvanladığı 16 mart 2021-ci il tarixli raport, eyni şəxs tərəfindən qəbul edilmiş və 35-ci PB-nin rəisinin təsdiq etdiyi “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 16 mart 2021-ci il tarixli qərar, 35-ci PB-nin rəisi tərəfindən imzalanmış “əmaəliyyat qrupunun yaradılması haqqında” Ə6-103-21 saylı, 16 mart 2021-ci il tarixli əmr, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “əmaəliyyat qrupunun təşkil edilməsi haqqında 16 mart 2021-ci il tarixli protokol, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə, saat 14:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs kimi saxlanılıb 35-ci PB-nə gətirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport, Təqsirləndirilən şəxs “şübhəli şəxs qismində tutulması haqqında” 16 mart 2021-ci il tarixli protokol, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Rauf Əsədov tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması haqqında” 16 mart 2021-ci il tarixli qərar, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 mart 2021-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri və həmin videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk, həmin videogörüntülərin yükləndiyi bir ədəd «DVD diskə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokol Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində hər hansı növdən olan narkotik vasitənin və ya psixotrop maddənin olub-olmaması, məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2021-ci il tarixli, 1216 saylı rəyd olunduğu kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, onun narkotik vasitələri hansı məqsədlə alıb əldə etməsi, saxlaması və daşıması hüquqi cəhətdən əhəmiyyətini itirmişdir və bu xüsusat üzrə əlavə məhkəmə araşdırması aparılmasına zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkətdə olan 46 saylı marşurut avtobusunda, avtobus ünvan 2 ünvanda yerləşən “Venesiya” şadlıq sarayının yaxınlığınada olarkən avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs çiyin nahiyəsində olan əl çantasından sonuncuya məxsus içərisində 762 manat pul vəsaiti olan 8 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi sübuta yetirilməmişdir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə irəli sürülən ittiham epizodu üzrə oğurluq cinayətinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək, sonuncunun özünün etirafı istisna olmaqla, heç bir sübut növü müəyyən edilməmiş və cinayət işinə əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işi üzrə tərtib olunan ittiham aktında oğurluq epizodu üzrə sübut növü kimi yalnız məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs qismində tanınmış və dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, həmin epizod üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi və hadisə yerinə baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokol əlavə edilmişdir ki, qeyd olunan bu sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş oğurluq hadisəsi ilə bağlı ittihamın sübuta yetirilməsində mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə qarşı oğurluq cinayəti törətdiyini inkar etmiş, saxlanıldığı 15 mart 2021-ci il tarixdə və növbəti gün polis tərəfindən döyüldüyü və işgəncəyə məruz qaldığı üçün 02 mart 2021ci il tarixdə 46 saylı marşurut avtobusunda, avtobus “Venesiya” şadlıq sarayının qarşısında olarkən tanımadığı qadının çantasından içərisində 762 manat olan pul kisəsini oğurladığını etiraf etmiş, oğurluqla bağlı polisisn diqtəsi əsasında izahat və ifadə vermişdir. Əsil həqiqətdə isə o, heç bir oğurluq etməmiş, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əmlakının harada, hansı üslla oğurlanmasından xəbərsiz olmuşdur. Anası müstəntiq tərəfindən aldadılmış, zərər ödəniləcəyi təqdirdə, oğlu üçün yaxşı olacağını dediyi üçün anası zərər çəkmiş şəxsə yetirilmiş ziyan məbləğini ödəmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası Şahid4 ifadəsində oğlunun bu xüsusat göstərdiklərini təsdiq edib, sonralar zərərçəkmiş şəxs kimi ortaya çıxan Zərərçəkmiş şəxs yetirilən maddi ziyan məbləğini müstəntiq Rövşən Xanbabayevin təklifi ilə ödəmişdir. Belə ki, müstəntiq Rövşən Xanbabayev zərərin ödənilməsinin Zaurun xeyrinə olacağını demiş və o, Rövşən Xanbabayevin sözünə inanıb, Zaurun xeyrinə olsun deyə, zərər çəkmiş şəxsə artıqlaması ilə - 800 manat ödəmiş, lakin məbləğ az yazılmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində onun çantasından oğurluq edilməsini marşrut avtobusundan düşdükdən sonra bildiyini, oğurluğun kim tərəfindən törədildiyini görmədiyini, Təqsirləndirilən şəxs marşrut avtobusunda olub-olmamasını xatırlamadığını, oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini sonradan polisdən eşitdiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs onun çantasından oğurluq etməsini görmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında Zaurun anası tərəfindən Xətai RPİ-nin binasında ona vurulan maddi zərər tam ödənilmişdir. Zaurun anası pulu ona əlbəəl ödəmək istəmiş, lakin o, sonradan problem olmaması üçün pulun polisdə ödənilməsini təklif etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ifadəsində daha sonra göstərmişdir ki, şikayətindən təqribən 2 həftə sonra 35-ci PB-dən Samir adlı əməliyyat işçisi ona zəng edib kaşeloku oğurlayan şəxsin tapıldığını ona demiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, hətta Samir “WhatsApp” proqramı vasitəsi ilə telefonla ona şəkil də göndərmiş və tanıyıb-tanımadığı soruşmuşdur. Şəkildə olan şəxsin üzündə maska olduğundan sifəti tam görünməmiş, şəkildə yalnız onun gözləri görünmüşdür. O, Zaur adlı şəxsi əvvəllər görmədiyindən fotoşəkildəki şəxsi də tanımamışdır. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ümumiyyətlə ona təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı isə iş materiallarında Təqsirləndirilən şəxs və ya qeyrisinə məxsus, maskalı və ya maskasız fotoşəkil olduğu müəyyən edilməmiş, ibtidai istintaq zamanı fotoşəkil üzrə və ya canlı şəxsə görə heç bir tanınmaya təqdimetmə istintaq hərəkəti aparılmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ifadəsində bildirməsinə görə hadisədən sonra onun pul kisəsi “Ukrayna dairəsi”nin yaxınlığında təmizlikçi tərəfindən tapılmış, sonuncu JEK-ə zəng edib bildirmiş, pul kisəsində onun şəxsiyyət vəsiqəsi olduğundan JEK-in işçilərindən onun anasını tanıyan olmuş və zəng edib anasına tapıntı barədə məlumat vermişdir. Lakin cinayət işinin ibtidai istintaqı zamanı bu xüsusat ümumiyyətlə araşdırılmasış və hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan isə görünür ki, həmin protokolda yalnız cinayət hadisəsinin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “Venesiya” şadlıq sarayınınm yaxınlığında, 46 saylı marşurut avtobusunun içərisində baş verdiyi göstərilmiş, zərər çəkmiş şəxsin iştirak ilə iki ədəd fotoşəkil çəkilərək həmin protokola əlavə edilmişdir. Zərər çəkmiş şəxsin fotoşəkilləri ilə onun 46 saylı marşurut avtobusuna harada minməsi və harada düşməsi müəyyənləşdirilmiş, lakin tədqiq olunan həmin protokolda cinayət hadisəsinin kim tərəfindən törədilməsi qeyd olunmamış, hadisə yerindən hadisəyə aidiyyatı olan maddi sübutlar və ya cinayətin izləri aşkar edilib götürülməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən olundu ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə günü, yəni 02 mart 2021-ci il tarixdə marşrut avtobusunda olarkən çantasından içərisində 762 manat pulunun, “big.az”, “sonxəbər.az” saytlarına və YAP-na məxsus üzvlük vəsiqələrinin olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra elə həmin gün ərizə ilə Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs ərizəsi qeydiyyata alınaraq təhqiqata başlanılmış, sonuncunun izahatı alınmış, hadisə yerinə baxış keçirilmiş, 03 mart 2021-ci il tarixdə cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş və təhqiqat müddəti ərzində cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından Azərbaycan Respublikası CPM-nin 207.5.3-cü maddəsinin tələblərinə əsasən materialların istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 09 mart 2021-ci il tarixli qərar qəbul edilmiş və elə həmin gün toplanmış materiallar istintaq orqanına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 21). Tədqiq olunan həmin materiallardan görünür ki, 09 mart 2021-ci il tarixdə Xətai RPİnin rəisi tərəfindən material üzrə müvafiq qərar qəbul edilməsi istintaq orqanının rəhbərinə tapşırılsa da, materiallar hərəkətsiz saxlanılmış, yalnız 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı materiallar toplanıb 17 mart 2021-ci il tarixdə istintaq orqanına verildikdən sonra Zərərçəkmiş şəxs əmlakının talanması ilə əlaqədar toplanmış materiallar da Təqsirləndirilən şəxs barəsində olan həmin materiallara əlavə edilmiş və hər iki material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Cinayət işi başlama barədə qərardan görünür ki, heç bir əsas olmadığı halda, artıq həmin qərarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını talanması və zərərçəkmiş şəxsə 762 manat məbləğində maddi zərər vurduğu qeyd olunmuşdur (iş vərəqə: cild İ, səh. 1, 45, 57). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs oğurluq hadisəsinin törədilməsində şübhəli olması ilə bağlı Xətai RPİ-nin 35-ci PB-nə apardıqlarını göstərsələr də, onların məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri tədqiq edilərkən müəyyən edldi ki, əməliyyat müvəkkilləri həmin ifadələrində Təqsirləndirilən şəxs haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 35-ci PB-nə gətirdiklərini göstərmiş, həmin ifadələrində hansısa oğurluq hadisəsindən və ya Təqsirləndirilən şəxs hansısa oğurluq hadisəsi ilə əlaqəsindən ümumiyyətlə bəhs etməmişlər. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinin tələblərinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs ümumiyyətlə oğurluq hadisəsi törətmədiyini göstərdi və məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsini isə döyülməsi və işgəncəyə məruz qalması ilə izah etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs əmlakını talanması faktı ilə bağlı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində iştirakını təsdiq edən heç bir sübut növü, o cülədən hadisəni görən şahidlər, maddi sübutlar, hər hansı video və ya foto görüntülər, səs yazıları, hadisənin izləri və s. müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxsin özünün məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi, hadisə yerinə baxış keçirilməsi, zərər çəkmiş şəxsin qeyri-müəyyən ifadəsi, vurulmuş maddi zərərin ödənilməsi isə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqı zamanı vət.X1 700 manat dəyərində “Samsung” markalı mobil telefonunun 21 saylı marşrut avtobusunda talanması faktına görə Xətai rayon prokuroru tərəfindən 16 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi, vət.Babaşova Vəsilə Qəhrəman qızının 676 manat nağd pulunun və s. 10 sentyabr 2020-ci il tarixdə talanması faktına görə Xətai rayon prokuroru tərəfindən 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi, vət.X4 əl çantasından 01 dekabr 2019-cu il tarixdə 1650 manat pul vəsaitinin talanması faktına görə 23 dekabr 2020-ci il tarixdə Bakı şəhər Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi, vət.X3 1507 manat nağd pulunun və s. əmlakının 18 avqust 2020-ci il tarixdə talanması faktına görə 01 dekabr 2020-ci il tarixdə Bakı şəhər Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi və vət. X5 700 manat nağd pulunun 15 mart 2020-ci il tarixdə talanması faktına görə 25 noyabr 2020ci il tarixdə Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə başlanılıb Qaradağ RPİ-nin İstintaq Şöbəsində göndərilmiş ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işinə birləşdirilməklə istintaq aparılmış, qeyd olunan cinayət işləri üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin oğurluqda ehtiva olunan müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin ibtidai istintaq orqanının 18 iyun 2021-ci il tarixli qərarına əsasən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs əməli sübuta yetirilmədiyindən onun əməlinə hissəvi xitam verilmiş, Yasamal RPİ-nin İstintaq Şöbəsindən daxil olmuş ********* saylı və Qaradağ RPİ-nin İstintaq Şöbəsindən daxil olmuş ********* saylı cinayət işləri isə aidiyyatı üzrə müvafiq olaraq Yasamal RPİ-nin və Qaradağ RPİ-nin İstintaq Şöbələrinə qaytarılmışdır (iş vərəqə: cild İ, səh. İİ cild, səh.21-25). Qeyd olunan faktlar isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində rastlaşdığı və ifadəsində göstərdiyi qanunsuzluqları bir daha təsdiq edir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində barəsində istintaq olunan cinayət işi üzrə yol verilən qanunsuzluqlara görə çoxsaylı etirazlar vermiş, vəsatətlər qaldırmışdır. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. Avropa Məhkəməsi Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 18 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhər BPİ-nin Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11,880 qram çəkidə heroin narkotik vasitəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin miqdarda heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin 17 mart 2021-ci il tarixli, 6/1079 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat 82 qəpik) manat ekspertiza xərci sərf edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 17 mart 2021-ci il tarixli, 6/1079 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar – Bakı şəhər BPİ-nin Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11,880 qram çəkidə heroin narkotik vasitəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin miqdarda heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 17 mart 2021-ci il tarixli 6/1079 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar