Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məmmədəli oğlunun iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Siyavuş” və İran İslam Respublikası vətəndaşı ehtimal olunan “Cəlal” adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün düşən öhdəliyinə əsasən Siyavuş adlı şəxsin “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istitnaqa məlum olmayan tarixdə və ünvandan külli miqdarda ümumi təmiz çəkisi 102,716 qram narkotik vasitə olan heroini əldə edib istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan “Cəlal” adlı şəxsə çatdırmaq məqsədi ilə üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixində saat 16:15 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılmış, daha sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilərək onun üzərinə PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 102,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, H.Əjdərov 91 ünvanındakı evinə 22 yanvar saat 3-4 arası polislər daxil olmuş, qapını qıraraq hamam otağına girib onu hamam otağında tutmuşlar. Polislər 20-30 dəqiqə onun evində olmuş, evdə olarkən stolun başındakı dəmirlə də döyülmüşdür. Evdə həmin vaxt anası və qardaşı olmuşdur. Polislər “BMW”, “X18” və “Kia” markalı üç maşında gəlmişlər. 12-ci polis bölməsinə aparılmış, orada da döyülmüşdür. Təhdidə, döyüldüyünə görə çəkiliş zamanı narkotik vasitənin onun olduğunu bildirmişdir. Evdən də narkotik çıxaracaqları ilə təhdid etmişlər. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, göstərilən ünvanda yaşayır. Məhkumluğu yoxdur, orta təhsillidir, subaydır, Balaxanıda 8 ildir ki, valideynləriylə yaşayır, əvvəllər “Qaraçuxur” qəsəbəsində yaşamışlar. Bir ildir ki, heroindən bəzən isə patıdan istifadə edir. 055, 070 *** ** ** nömrələrini uzun müddətdir ki, istifadə edir. 22 yanvar 2022-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Sabunçu rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdu. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitənin olub-olmaması soruşulmuşdu. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən könüllü olaraq 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtanş zamanı əynində olan həmin gödəkçənin sol yan iç cibindəki pul qabının içindən 25 (iyirmi beş) AZN pul, “Socar” iş kartı, plastik bank kartları, şəxsiyyət vəsiqəsi, sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan göy rəngli şalvarın sol yan cibindən “Redmi” və “NOKİA” markalı mobil telefonlar aşkar olunmuşdu. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və çəkisi 114,3 (yüz on dörd tam onda üç) qram olmuşdu. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, öz tərəfindən imzalanmış və götürülmüşdü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları, şəxsiyyət vəsiqəsi götürülmüş, BP iş kartı, siqaret qutusu, pul qabı və pullar ona geri qaytarılmışdı. O, verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Cəlal” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvana çatdırmaq üçün xx.xx.2022-ci il tarixində əldə etmiş, narkotiki götürməyi ona Siyavuş adlı tanıdığı şəxs xahiş etmişdir. Sonra o, + **********155 vatsap nömrəsindən ona zəng edən şəxsə həmin bir büküm təxminən 100- 105 qram olan heroini çatdırmalı olmuşdur. Lakin 22 yanvar tarixində saat 16 radələrində üzərində qanunsuz maddə olarkən polislər onu saxlamışlar. Əməlindən peşmandır, özünü təqsirli bilir. Bu narkotik heroini o, deyilən yerdən götürüb nömrəsini bildiyi, lakin anket məlumatını bilmədiyi şəxsə verməli idi. Həmin iş müqabilində ona heç kim pul verməyəcəkdi. Onun üzərinə axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Cəlal adlı şəxsi də tanımır, Siyavuşun dediyinə görə Cəlal heroini oraya qoyubdur, o, isə digər şəxsə heroini verməli olacaqdı. Siyavuşun yalnız adını bilir, hər iki şəxslə o, əlbir olmuşdur (İ cild, səh. 194-197). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, şəxslə bağlı Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. 2023-cü ilin yanvar ayında tədbir keçirilərək Azər Balaxanıda yaşadığı evin yaxınlığında saxlanılmış, 12-ci PB-yə dəvət edilmiş, təhqiqatçının, vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman üzərindən bank kartı, pul əskinazı və narkotik vasitə aşkar olunmuşdu. Həmin narkotik vasitəni İİR vətəndaşı Cəlal adlı şəxsdən aldığını bildirmişdi. Saxlanılan şəxsə qarşı heç bir zorakılıq və təzyiq göstərilməmiş, təhdid olunmamışdır. Saxlanılan zaman müqavimət göstərməmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, DİO-da uzun illərdir ki, xidmət edir və hal-hazırda Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 22 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən iş yoldaşı Şahid1 məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək ünvan 6 ünvanda onlar tərəfindən saxlanılmışdı. Onlar həmin şəxsi yaxınlıqdakı 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Baş idarədə məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmamış, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqları izah edilmişdi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd büküm və həmin büküm açıldıqda heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyi soruşulmuşdur. O, üzərində aşkar olunan maddənin narkotik maddə olduğunu bildirmişdir. Üzərindən aşkar olunub götürülən maddə tərəflərindən zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdı. Bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdu. Təqsirləndirilən şəxs sorğu zamanı narkotikin satışıyla məşğul olmasını bildirmişdi. Həmin narkotiki Cəlal adlı şəxsə çatdırmaq üçün tanışı Siyavuşun dediyi yerdən götürdüyünü bildirmişdir (İ cild, səh. 159-160). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona Azər adlı şəxs barəsində məlumat daxil olmuşdu. ünvan 7 ünvanının yaxınlığında şəxs saxlanılmış, idarəyə dəvət edilmiş, üzərinə vəkilin iştirakı və videoçəkiliş ilə baxış keçirilmişdir. Üzərindən 114 qram çəkidə narkotik vasitə heroin aşkarlanaraq sənədləşdirilmişdir. Özü də bildirmişdir ki, İİR vətəndaşı Cəlal adlı şəxsdən Nizami rayonu ərazisində götürüb, o dediyi ünvana qoyacaqdı. Cəlal adlı şəxslə həbsdə olan Siyavuş adlı şəxsin vasitəçiliyi ilə tanış olub. Saxlanılan şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, DİO-da uzun illərdir ki, xidmət edir və hal-hazırda Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. 22 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək ünvan 6 ünvanda onlar tərəfindən saxlanılmışdır. Onlar həmin şəxsi yaxınlıqdakı 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Baş idarədə məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmamış, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd büküm və həmin büküm açıldıqda heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyi soruşulmuşdur. O, üzərində aşkar olunan maddənin narkotik maddə olduğunu bildirmişdir. Üzərindən aşkar olunub götürülən maddə tərəflərindən zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdı. Bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı narkotikin satışıyla məşğul olmasını bildirmişdir. Həmin narkotiki Cəlal adlı şəxsə çatdırmaq üçün tanışı Siyavuşun dediyi yerdən götürdüyünü bildirmişdir (İ cild, səh. 157-158). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Oğlu əsgərlikdən gəldikdən sonra dərman firmalarında çalışmış, ən son “Azfen” şirkətində qaynaqçı köməkçisi işləmişdir. Yanvar ayının iyirmi ikisində saat 3 radələrində Azər temperaturu olduğu üçün dərman aldıqdan və bazarlıq etdikdən sonra evə gəlmiş, yemək yemiş, daha sonra hamama getmişdir. Evlərinə mülki geyimdə şəxslər daxil olmuş, oğlunun yerini soruşmuşlar. Onlar Azəri hamamdan çıxarıb otağa salmışlar. Hər yeri axtarmışlar, heç nə tapmamışlar. Nə baş verdiyini soruşduqda narahat olmamasını sadəcə araşdırdıqlarını bildirmişlər. 9-10 nəfər şəxs evdə 40-50 dəqiqəyə yaxın olmuşlar. Polislər saqqallı adam gətirmişlər. Ona bildirmişlər ki buna verib narkotiki. Mobil telefonunu Vasif adlı polis əməkdaşı aldığından oğluna ev telefonu ilə zəng edib çağırmışdır. Polislər yanında dayanmışlar. Obiri otaqdan oğlunun döyülmə səslərini eşitmişdir. 10.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, yaşadığı evlə Azərin yaşadığı ev arasında 6-7 ev vardır. Məhəllədə olduğu zaman qonşu ilə söhbət edərkən qonşusu Azərgilə 7-8 nəfər mülki geyimli şəxslərin daxil olduğunu görmüşdür. Təxminən yarım saat sonra Azəri də özləri ilə apararaq evdən çıxmışlar. “BMW” və “Hyundai Santafe” markalı maşın məhəllədə dayanmışdı. Hadisə günü 2 maşın birinci gəlmiş, sonra digər 2 maşın gəlmişdir. Bunlar yanvarın 21-22-si günortadan sonra 4 radələrində olmuşdur. 11.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşıdır. Qardaşını 22 yanvar tarixdə hardasa saat 16.30-da BNMİ-nin əməkdaşları evdən aparmışlar. Qardaşıgilin evi ilə qonşu evdə yaşayır. Anası ağlayaraq ev telefonuna yığıb polis gəldiyindən tez gəlməsini bildirmişdir. Anasıgilə gəldiyində 8-9 nəfər mülki geyimdə şəxsləri görmüşdür. Həmin şəxslər BNMİ-nin əməkdaşları olduqlarını və qardaşının narkotik işi ilə məşğul olduğunu bildirmişlər. Qardaşı zal otaqda yanında 3 nəfər mülki geyimli polis əməkdaşı olmuşdur. Qardaşını bir nəfər vururdu. O, koridorda və mətbəxdə dayanmışdı, səs-küyü eşidirdi. Polislər bir nəfər saqqallı adam gətirmişdilər. Azər saqqallı olan şəxsə deyirdi ki, vicdanın olsun. O şəxs də üzündəki izlərdən bilinirdi ki, döyülmüşdü. Qardaşının üstündə həmin vaxt narkotik olmamışdır. Qardaşı narkotik istifadə etmir, rəsmi işdə işləyir, yoxlanışdan keçir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli 6/424 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş » yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 102,716 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ cild, səh. 41-46). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 15 aprel 2022-ci il tarixli 1735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 161-162). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 28 mart 2022- ci il tarixli, 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (İ cild, səh. 163-166). 15.«Telefon məlumatlarına baxış keçirilməsi barədə» 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər və mesaj mətnləri götürülmüş, həmin məlumatlara baxış zamanı oradan 29.10.21-ci il tarixdə ********** nömrəsindən “Azər mənə zəng vur nece dene qara var mənimkindən başqa uşaqlar is”, 02 noyabr 2021-ci il tarixdə 077 ******* nömrəsində “Azer qaqa men dediyimi verə bilirsən?” 19 noyabr 2021-ci il tarixdə ********** nömrəsindən “brat dord kamaz torpaq bir amsın daş 2 dənədə qaa kismis lazımdır”, 18 yanvar 2022-ci il tarixdə 050 ******* nömrəsindən “adlarını da at dərmanların”,15 yanvar 2022-ci il tarixdə 055 *** ** ** nömrəsinə “ağartı olsa oturersen”, 055 ******* nömrəsinə 17 noyabr 2021-ci il tarixdə ********** nömrəsindən “1 dənə bütöv, 2 klo kişmiş, 5 manatlıq daş, 15 manat da borcumdan verə”, xx.xx.2021-ci il tarixdə 055 *** ** ** nömrəsindən “senetkar 50 mene saxla alınsa nağdı verecem pulunu” eləcə də bu kimi narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesaj mətnləri müəyyən edilmişdir (İ cild, səh. 174-175). 16.«Maddi sübut kimi tanınması haqqında» 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı 12-ci PŞ-də çəkilmiş videogörüntü olan 01 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 79). 17.«Maddi sübut kimi tanınması haqqında» 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertizadan sonra qalıq qalan təmiz çəkisi 102,616 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza üçün istifadə edilməsi nəzərə alınmış və saxlanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 86). 18.«Maddi sübut kimi tanınması haqqında» 10 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon nömrələrinə daxil olan və çıxan mesaj mətnləri maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 176). 19.Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının surətindən görünür ki, heç bir şikayət daxil olmamış və xəsarət aşkar olunmamışdır. 20.24 yanvar 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verilərkən üzərinə baxış keçirilmiş, boğazın sol hissəsində qızartı, sağ böyründə göyərmiş əzik aşkar olunmuşdur. «Vət. bildirdi ki, həmin izləri polis onu tutan zaman qaçanda almışdır». Qeyd olunan akt digər iştirakçılarla yanaşı Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. 21.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 17 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. Təqsirləndirilən şəxs 84C-22 nömrəli materialda olan 15 fevral 2022-ci il tarixli izahatı elan və tədqiq olunmuşdur. Həmin izahatında o, göstərmişdir ki, «...xəsarətləri polis əməkdaşları məni tutmaq istəyərkən almışam. Hazırda hər hansı şikayət və tələbim yoxdur. Ekspertizadan keçməkdən imtina edirəm». 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 23.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 4(008)- 59/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 75-77). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 104-105). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 28.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 29.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür 32.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 34.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 102,716 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. 35.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 17 mart 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. Təqsirləndirilən şəxs ekspertızadan keçməkdən imtina etmiş, 84C-22 nömrəli materialda olan 15 fevral 2022-ci il tarixli izahatında xəsarətin polsilər tərəfindən yetirildiyini bildirməmişdir. 36.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında, nə də bədəni üzərində xəsarət aşkar edilməsi faktına dair arşdırma aparılarkən qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda (cild 1, səhifə 204-205) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 37.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 39.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. Eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrinə daxil olan sms mətnlərinə dair diskə keçirilmiş baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 40.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 41.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 42.Məhkəmə həmçinin təqsirləndirilən şəxsin anasının, qardaşının və qonşusunun ifadəsinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin yaxın qohumu və qonşusu olmaqla onun xeyrinə ifadə vermələri istisna olunmur. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 46.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 47.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 48.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 49.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 51.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 52.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 54.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. 57.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 59.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 102,616 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan mesaj mətnləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 60.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 61.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 62.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış 102,616 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev