Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 22 Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 4 noyabr 1982-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, ev 23Bdə qeydiyyatda olan, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan müddətdə satış məqsədilə ümumi təmiz çəkisi - 1518,995 qram olan psixotrop maddə metamfetamini və üzərlərində «Methadone 40 Faran» əmtəə göstəriciləri olan 40 ədəd qutuda, üzərlərində «F/M40» yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli 4000 ədəd tabletlər şəklində, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan narkotik vasitə - metadonu əldə etdikdən sonra, satış məqsədilə saxlamaqla daşımış, 1 sentyabr 2022-ci il tarixdə saat 1:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin binanın xidməti otağında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi - 18,995 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra 1 sentyabr 2022-ci il tarixdə saat 5:00-dan saat 05:16-dək olan müddətdə onun iştirakı ilə yaşadığı ünvan 2 ünvana keçirilmiş baxış və götürmə zamanı evin girişinin sol tərəfində yerləşən taxta konstruksiyalı pilləkənin alt hissəsindən saxladığı 2 ədəd bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1000 qram və 500 qram, ümumi təmiz çəkisi - 1500 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərlərində «F/M40» yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli 4000 ədəd tabletlər şəklində, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılanadək Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 61, mənzil 31-də həyat yoldaşı Aygün Paşayeva və oğlu Cəlal Paşayev ilə kirayə yaşamışdır. 2014-2020-ci illərdə «Qartal Travel» turizm şirkətində ərəb ölkələrinə turistik turların təşkil edilməsi ilə məşğul olmuşdur. Pandemiya başladıqdan sonra Nərimanov rayonunda qardaşı Cəfərlə birlikdə icarəyə kafe götürüb işlətmiş və dolanışığını bu yolla təmin etmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmiş və qanunsuz belə vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır. 31 avqust 2022-ci il tarixdə günorta saatlarında keçmiş həyat yoldaşı Şahid4 məxsus Nərimanov rayonu, Aşıq Qərib 12A ünvanda yerləşən evə getmişdir. Həmin ev 2 mərtəbəli olmaqla, sonuncu evin 2-ci mərtəbəsində yaşayır. Evin 1-ci mərtəbəsini isə kirayəşinlərə vermişdir. Şahid4 ilə rəsmi boşansalar da, bəzən onun evinə gedib-gəlmişdir. Bir neçə saat evdə qaldıqdan sonra keçmiş həyat yoldaşı və onun ilk nikahından olan qızı evdən çıxıb başqa yerə getmişlər. Təxminən bir saat evdə qaldıqdan sonra, yaşadığı Nərimanov rayonu, Ağa Neymətulla 61 ünvanda yerləşən evə getmək üçün oradan çıxmışdır. Evdən çıxarkən kirayədə yaşayan X2 ilə rastlaşmışdır. Əfqanı bir ildən çoxdur ki, tanıyır. Belə ki, sonuncu bir müddət qardaşı Cəfərin evində fəhlə işləmişdir. Əfqanla rastlaşdıqda sonuncudan onu da avtomobili ilə yaşadığı evə aparmasını xahiş etmiş və o, razılaşmışdır. Birlikdə yaşadığı evə getmişlər. Saat 17:00 radələrində Nərimanov rayonu Ağa Neymətulla 61 ünvanda yerləşən yaşadığı evin qarşısında maşından düşərkən Əfqanla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlardan saxlanılmasının səbəbini soruşduqda polis əməkdaşları onu öz maşınlarına əyləşdirib qollarını qandallamışlar. Daha sonra qardaşına zəng edib saxlanıldığını bildirmək istədikdə polislər telefonu onun əlindən almışlar. Polis əməkdaşları onları Heydər Əliyev mərkəzinin yanına aparıb, əlləri qandallı şəkildə iki saata yaxın orada gözlətmiş, daha sonra təxminən saat 19 radələrində keçmiş həyat yoldaşına məxsus Aşıq Qərib 12A ünvanda yerləşən evə aparmışlar. Polis əməkdaşları hasarı aşıb həyətə daxil olduqdan sonra ondan narkotik vasitəni evdə harada gizlətdiyini soruşmuşlar. Sonunculara evdə və ya başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Sonra polis əməkdaşları evin ikinci mərtəbəsində axtarış aparmağa getmiş, onu isə birinci mərtəbədə gözlətmişlər. Evdə axtarış aparılan zaman Əfqan da orada olmuşdur. Bir müddət sonra polis əməkdaşları bir bağlama metamfetamin gətirərək ona göstərmiş və evdən aşkar edildiyini bildirmişlər. Onlara həmin bağlamanın ona məxsus olmadığını, bağlamanı polislərin ora qoyduğunu bildirdikdə sonuncular onu təhqir etmiş və döyməyə başlamışlar. Bağlamanın ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə həmin bağlamanın evin sahibəsi Şahid4 məxsus olduğuna dair sənədləşdirmə işləri aparılacağını və cinayət işi başlanılacağını bildirmişlər. Daha sonra Əfqanla onu ayrıayrı maşınlara əyləşdirib Nərimanov parkının yaxınlığına aparmış və bir neçə saat orada gözlətdikdən sonra 00:00-01:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq göstərilmişdir. Qolları qandallı şəkildə bir neçə polis əməkdaşı tərəfindən döyülmüşdür. Bundan sonra Şahid1 adlı polis əməkdaşı tərəfindən onun cibinə 18 qram psixotrop maddə metamfetamin, evin açarı və 20 manat pul qoyulmuşdur. Həqiqətdə üzərində iki ədəd mobil telefon və 1 manat pul olmuşdur. Polis əməkdaşları dediklərini etməsə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə göndərəcəklərini, orada vəziyyətinin daha da pis olacağı deyildiyindən və ailəsi ilə təhdid etdikləri üçün onların dediklərini etməyə məcbur qalmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşlarının diqtəsi ilə hərəkət etmiş, cibinə qoyduqları bir büküm metamfetamini çıxardaraq təqdim edib, şəxsi istifadəsi üçün Mamed adlı tanışından əldə etdiyini, Mamedin ona saxlaması üçün verdiyi digər narkotik vasitə və psixotrop maddələrin qalıqlarının Aşıq Qərib 12A ünvanında yerləşən evində saxladığını bildirmişdir. Daha sonra saat 3 radələrində BNMİ-nin təhqiqatçısı və əməliyyat qrupu ilə birlikdə qeyd edilən ünvana getmişdir.Polis əməkdaşları yenidən onu dediklərini etməyə məcbur etmiş və o, polislərin diqtəsi ilə hərəkət edərək videoçəkilişlə evə baxış keçirilən zaman evin girişinin sol tərəfində yerləşən taxta konstruksiyalı pilləkənın alt hissəsində olan 2 ədəd bükümdə metamfetamin və 4000 ədəd tablet metadon həbini çıxardaraq təqdim etmiş, tanışı Mamed adlı şəxsin həmin psixotrop maddə metamfetamin və metadon həblərini saxlaması üçün ona verdiyini, Mamedin bunun qarşılığında ona şəxsi istifadəsi üçün metamfetamin və pul verəcəyini bildirmişdir. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilmiş və barəsində qətimkan tədbiri seçilməsi üçün Nərimanov Rayon Məhkəməsinə çıxarılmışdır. Bütün bu başına gələnlərin psixoloji təsiri altında şok vəziyyətində olduğundan, barəsində qətimkan tədbiri seçilərkən hakimə fiziki zorakılığa məruz qaldığı, polis əməkdaşları tərəfindən təhdid edildiyi, psixotrop maddə metamfetamin və metadon həblərinin ona məxsus olmadığı barədə bildirməmişdir. Heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş və belə vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul ediməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 31 avqust 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə idarə rəhbərliyinə məruzə olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun rəhbərliyi, idarənin digər əməkdaşı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 1 sentyabr 2022-ci il tarixdə, saat 1:30 radələrində Paşayev X4 rayonu Ağa Nemətulla küçəsi 224 saylı ünvanının yaxınlığında saxlanılıb, Baş idarəyə dəvət edilmişdir. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman sonuncu qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu tanışı Mamed adlı şəxsdən əldə etdiyini bildirmişdir. Belə ki, Mamed adlı şəxs ona İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxsin külli miqdarda narkotik vasitə verdiyini və həmin narkotik vasitəni evində saxlamasını təklif etmiş və bunun müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə və pul verəcəyinə vəd vermişdir. Mamedin təklifi ilə razılaşdıqdan sonra 31 avqust 2022-ci il tarixdə sonuncu ona sellofan torbalara yığılmış narkotik vasitə və psixotrop maddələr vermişdir. O, həmin narkotik vasitə və psixotrop maddələri yaşadığı evin taxta pilləkənlərinin alt hissəsində gizlədərək saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd açar, «XİAOMİ» və «İphone» markalı mobil telefonlar, **********505516 nömrəli bank kartı və 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə metamfetamin elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 19 (on doqquz) qram təşkil etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonlar və **********505516 nömrəli bank kartı götürülmüş, açar və 20 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməyərək ərizə vermişdir. Odur ki, birlikdə sonuncun yaşadığı ünvan 7 ünvanında yerləşən həyət evinə getmişlər. Evə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin taxta pilləkənlərinin alt hissəsində gizlətdiyi iki bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 4000 (dörd min) ədəd qablaşdırmanın üzərində «Methadon» yazısı olan həblər təqdim etmişdir. Psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 1,523 (min beş yüz iyirmi üç) qram təşkil etmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyüldüyü barədə məhkəmədə dediklərini təsdiq etmir. Baxış keçirildiyi ünvan 7 ünvanda yerləşən həyət evidə təxminən 8-10 nəfər kirayəşin yaşayır. Bu qədər adamın yaşadığı evdə, həm də gecə saatlarında kiməsə fiziki və ya psixi təzyiq göstərmək mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, əvvəllər hərbçi olmuş, sonradan əlilliyinə görə hərbi xidmətdən təxris olunmuşdur. Ailədaxili problemlərə görə evi əlindən çıxmış və bundan sonra təxminən 1 il küçə həyatı yaşamışdır. Montin adlanan ərazidə köhnə, istifadəyə yararsız bir maşında gecələmişdir. Təqsirləndirilən şəxs ilə saxlanılmamışdan təxminən 5-6 ay əvvəl Nərimanov rayonunda tanış olmuş və sonuncu ona çox köməkliklər etmişdir. Belə ki, küçə həyatı yaşadığı vaxtlarda sonuncu ona Aşıq Qərib, 12A ünvanında yerləşən evində qalmağını təklif etmişdir. Həmin ev iki mərtəbəli həyət evidir. Orada o, kirayəşinlər və Azərin keçmiş həyat yoldaşı yaşamışdır. O, kirayəşinlərin yaşadıqları otaqların birində qalmış, kirayə haqqı verməmiş, fəhləliklə məşğul olub özünü dolandırmışdır. Saxlanıldığı gün «Rent a car»dan götürdüyü «Nissan Patrol» markalı avtomobilə minərkən Azərlə rastlaşmış, sonuncu onu bir qohumunun yanına aparmağını xahiş etmişdir. Odur ki, Azəri dediyi yerə aparmış və sonuncu avtomobildən düşüb getmişdir. Saat 16 radələrində Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən 212 saylı məktəbin yaxınlığında «Nənəmin təndiri» adlanan mağazanın yanında BNMİ-nin iki nəfər polis əməkdaşı yaxınlaşıb ona salam vermişdir. Salamı aldıqdan sonra polislər onu şillə ilə vurub yerə yıxmış və qollarını bağlayaraq öz avtomobillərinə əyləşdirmişlər. Bir qədər sonra Azəri də saxlayıb gətirmişlər. Sonra onları Heydər Əliyev mərkəzinin yanına aparmış və bir neçə saat orada qalmışlar. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını demiş, sonunculara belə işlərdən uzaq olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Azərin keçmiş həyat yoldaşının evinə aparmışlar. Azərə fiziki zor tətbiq edildikdən evə baxış keçirtmişdir. Əvvəlcə onun qaldığı otağa, daha sonra evin ikinci mərtəbəsinə Azərin qaldığı otağa daxil olmuşlar. Polislər onların hər ikisini döyüb, narkotik vasitənin gizlədildiyi yeri soruşmuşlar. Bir qədər sonra polislərdən biri qara rəngdə çantanı döşəyin altından çıxardıb divanın üzərinə qoyub, Azərə məxsus olduğunu bildirib, onları yenidən döyməyə başlamışlar. Azər isə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Sonra onları yenidən Nərimanov parkının yanına aparıb, gecə saat 2-ə kimi orada saxladıqdan sonra BNMİ-nə aparmışlar. İdarədə onun üzərinə baxış keçirilməmişdir. Bir qədər sonra o, sərbəst buraxılmış və Azərdən xəbəri olmamışdır. Sərbəst buraxıldıqdan 2-3 gün sonra Azərin evindən çıxıb başqa yerdə ev tapıb orada yaşamağa başlamışdır. Daha sonra icarəyə maşın götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Mamed adlı şəxsi tanımır, onun təşəbbüsü ilə icarəyə avtomobil götürməmişdir. İcarəyə götürdüyü «Nissan Patrol» avtomobili üçün gündəlik gündəlik 150-200 manat pul ödəmişdir. Azərdən avtomobilin icarə haqqı ödənişinin bir hissəsini verməyini xahiş etmiş və sonuncu ona köməklik etmişdir. Abşeron rayon məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı dindirilməmişdir. Sonuncu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ali təhsillidir, subaydır və əvvəllər məhkum olunmamışdır, ünvan 8 ünvanda yaşamışdır. Barəsində Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar rəsmi nikaha daxil olmuş, bir müddət sonra məhkəmə qaydasında boşanmışlar. Azərin Məmməd adlı tanışını 3 il əvvəl Özbəkistanda tanımışdır. Onunla və ya onun həyat yoldaşı ilə yaxın münasibətləri olmamış, ailəvi bir-birilərinin evinə gedib gəlməmişlər. 31 avqust 2022-ci il tarixdə, səhər saat 9 radələrində Azərlə birlikdə Aşıq Qərib küçəsi 12A ünvanında yerləşən evdə səhər yeməyi yemişlər. Bir az sonra Azərin Məmməd adlı tanışı əlində bir çanta ilə onların evinə gəlmiş, Azər onu qarşılamış və birlikdə evin birinci mərtəbəsində yerləşən otaqlardan birinə daxil olmuşlar. Daha sonra Məmməd getmişdir. Azərdən evin sahibəsi kimi həmin çantada nə olduğunu soruşmuşdur. Belə ki, evində şübhəli və ya qanunla qadağan edilmiş hər hansı bir əşya olmasını istəməmişdir. Azər ona Mamedin hosteldə qaldığını, şəxsi əşyalarını hosteldə saxlaya bilmədiyini, başqa yerə köçəcəyindən 4-5 saatlıq onun evində saxlamaq istədiyini xahiş etdiyini bildirmişdir. Azərin həmin çantada nə olduğundan xəbəri olub-olmaması barədə barədə məlumatı olmamış, Azərin həmin çantanı açıb içinə baxmasına şahidi olmamışdır. Təxminən 13:30 radələrində Məmməddən Azərə zəng gəlmişdir. Telefon danışdıqlarından ona bəlli olmuşdur ki, Məmməd Azəri harasa görüşə çağırır. Azər evdən çıxmağa hazırlaşarkən ondan Məmmədin əşyaları nə vaxt götürəcəyini soruşmuşdur. Azər ona yəqin bir neçə saat sonra gəlib çantanı götürəcəyini bildirmişdir. Azər getdikdən sonra aşağı düşüb Məmmədin çantasına baxmış, içərisində paltar, cib çantası, pasport, üzərində «Mamed» yazısı və rəqəmlər olan bağlama və bükümlər olduğunu görmüşdür. Həmin bükümlərdən indiyədək ona məlum olmayan qəribə qoxu gəldiyindən, içərisində narkotik vasitə ola biləcəyini güman edib, həmin bükümləri aparıb zibilliyə tullamışdır. Azər evdən çıxdıqdan bir müddət sonra Azərin qardaşı Cəfər ona zəng edib, Azərin polislər tərəfindən saxlanıldığı və saxlanma səbəbi barədə məlumatı olub-olmadığını soruşmuşdur. Cəfərə bu bərədə heç bir məlumatının olmadığını bildirmişdir. Saat 16:35-də telefonuna baxdıqda «Whatsapp» mobil tətbiqindən 16:00-da telefonuna tanımadığı xarici bir nömrədən zəng gəldiyini görmüşdür. Sonra ona həmin nömrədən yenidən zəng gəlmişdir. Zəngə cavab verdikdə danışan şəxsin Məmməd olduğu ona məlum olmuşdur. Məmməd ondan evə qoyduğu əşyaları soruşduqda, sonuncuya evinə niyə elə əşyalar qoyduğuna görə irad bildirmiş və onları zibilliyə tulladığını demişdir. Bu zaman Məmməd ona hədə-qorxu gələrək həmin əşyaların qiymətli olduğunu, əşyalara nəsə olarsa, onu öldürəcəyini və qızını qaçıracağını bildirmişdir. Daha sonra telefonu başqa bir adam götürmüş, həmin şəxs də eynilə ona hədə-qorxu gəlmişdir. Həmin vaxt Azərin də saxlanıldığı bildiyi üçün qorxub polisə müraciət etməmişdir. Daha sonra zibilliyə atdığı həmin narkotik vasitələri götürüb rəfiqəsi Şirinnaz İsmayılovanın yaşadığı ünvan 9 ünvanında yerləşən təhlükəsizlik kameraları olan fərdi evinə aparmışdır. Həmin evdə təhlükəsizlik kameraları olduğu üçün sonradan lazım olduğu təqdirdə baş verəcək hadisələrin videogörüntülərini sübut kimi təqdim edə biləcəyini fikirləşmişdir. Bunu həm özü və həm də qızının həyatı təhlükədə olduğu üçün və həm də həmin narkotik vasitələrin Məmmədə məxsus olmasını, Azərin günahsız olduğunu sübut etmək üçün etmişdir. Bir müddət sonra ona tanımadığı nömrədən zəng gəlmişdir. Telefonu açdıqda zəng edən şəxs özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Səttar kimi təqdim etmiş və onu Azərlə danışdırmışdır. Azər ona Səttar adlı polis əməkdaşının onunla danışacağını deyib bildirmişdir ki, Səttar nə desə, eynilə yerinə yetirsin. Bundan sonra Səttar ondan narkotik vasitələri hara apardığını və hazırda harada olduğunu soruşduqda, sonuncuya qaynı Cəfərin evində olduğunu, yaxınlıqda yerləşən «Araz» marketin yaxınlığında görüşə biləcəklərini bildirmişdir. Bundan sonra astma xəstəliyindən əziyyət çəkdiyindən halı pisləşdiyindən polislərdən Cəfərin evinə gəlmələrini xahiş etmişdir. Səttarla telefon danışığı zamanı ona narkotik vasitələri təhvil verəcəyini, lakin, Məmməd tərəfindən təhdid edildiyi üçün onun və qızının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməsini xahiş etmişdir. Telefon danışığı zamanı polislərə olduğu evin ünvanını izah etmiş və həmin danışıqları audio yazı şəklində lentə almışdır. Həmin danışıqları barəsində gedən cinayət işi üzrə məhkəmə istintaqı zamanı məhkəməyə təqdim etmişdir. Səttar başqa polis əməkdaşları ilə birlikdə Cəfərin evinə gəlib onunla görüşmüşdür. Bu zaman Səttardan yenidən ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Daha sonra polislərə narkotik vasitələrin rəfiqəsi Şirinnazın evində olduğunu demiş və birlikdə rəfiqəsinin evinə getmişlər. Rəfiqəsinin evinin həyətində yarım tikilinin yaxınlığında yerləşdirdiyi narkotik vasitələr olan bağlamaları Səttara təhvil vermişdir. Təxminən saat 2:30-da ona bəzi sənədlərə imza etməli olduğunu bildirib BNMİnə gətirmişlər. İdarədə olarkən polislər onu videoçəkiliş zamanı «Azər torbaları kimə verəcəyimi desə, ona verəcəkdim» deməsinə məcbur etmiş, lakin o, razılaşmamışdır. Polislər onu və ailəsini təhqir etmiş, qızını idarəyə gətirərək ona xətər yetirəcəklərinə dair hədə-qorxu gəlmişlər. Təhdid edildiyi üçün deyilənləri etməyə məcbur qalmışdır. Şəxsi axtarışdan əvvəl polislər ona 1 kiloqram narkotik vasitə vermiş və necə danışmalı olduğunu izah edilmişdir. Çəkiliş zamanı narkotik vasitələr olan bağlamaları Səttara verdiyini dediyindən, polislər hər dəfə videoçəkilişi dayandırmışlar. Dördüncü dəfə videoçəkiliş aparılan zaman polis əməkdaşlarının diktə etdiyi kimi izahat vermişdir. Şəxsi axtarışdan sonra onu rəfiqəsinin evinə aparmış və narkotik vasitələri ayrı torbalara yığaraq gizlətmişlər. Daha sonra rəfiqəsi Şirinnaza həyətdə yerləşən yarım tikiliyə baxış keçiriləcəyi barədə məlumat vermişlər. Tikiliyə baxış keçirilən zaman polis əməkdaşların tələb etdiyi formada izahat vermişdir. Daha sonra polislər Şirinnazdan evin kamera görüntülərini tələb etmiş və məcburi şəkildə alaraq həmin görüntüləri silmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir və ona elan edilmiş ittihamla razılaşmır. İbtidai istintaq zamanı ifadəsini müstəntiq istədiyi formada yazmışdır. Hadisə eyni ilə danışdığı kimi olmuşdur. Bu oyunu polislər qurmuş, onların qurduğu tələyə düşmüş və əsassız cinayət məsuliyyətinə cəlb edilmişdir. İşin 35-37-ci vərəqlərindəki 1 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir, tanışı Mamed adlı şəxsdən əldə etmişdir. Mamed adlı şəxs ona İran İsian Respublikasının vətəndaşı Səid adlı şəxsin külli miqdarda narkotik vasitə verdiyini və həmin narkotik vasitəni evində saxiamasını təklif etmiş və bunun müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə və əlavə olaraq pul da verəcəyini vəd vermişdir. O da Mamedin təklifi ilə razılaşmışdır. 31 avqust 2022-ci il tarixdə Mamed onunla görüşərək sellofan torbalara yığılmış narkotik vasitə və psixotrop maddələri ona təhvil vermiş və o, həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı evin taxta pilləkənlərinin alt hissəsində gizlədərək saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və əynində olan şalvarın sol yan cibindən bir ədəd açar, bir ədəd «XİAOMİ» və bir ədəd «İphone» markalı mobil telefonlar, **********505516 nömrəli bank kartı və 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə metamfetamin elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 19 (on doqquz) qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr qablaşdırılmış, onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən doğruluğu imzalanaraq təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd «XİAOMİ» və bir ədəd «İphone» markalı mobil telefonlar, **********505516 nömrəli bank kartı götürülmüş, bir ədəd açar və 20 manat pul isə onun özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir. İşin 40-41-ci vərəqlərindəki 1 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ərizəsi alındıqdan sonra müvafiq qərar əsasında birlikdə onun yaşadığı ünvan 10 ünvanında yerləşən həyət evinə gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə baxış keçirilən zaman evin taxta pilləkənlərinin alt hissəsində gizlətdiyi narkotik vasitə və psixotrop maddələri özü təqdim etmişdir. Baxış zamanı 2 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 4000 (dörd min) ədəd qablaşdırmanın üzərində «methadon» yazısı olan narkotik vasitə metadona bənzər həbləri təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisi - 1,523 qram (bir kiloqram beş yüz iyirmi üç) qram təşkil etmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər iştirakçılar tərəfindən imzalanmışdır. İşin 48-53-cü vərəqlərindəki məhkəmə-fiziki və kimyəvi ekspertizasının 1 sentyabr 2022-ci il tarixli 6/4683 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...» və s. yazılar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi - 18,995 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan ...» və s. yazılar, imzalar olan bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram; 500 qram; ümumi təmiz çəkiləri - 1500 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərlərində «Methadone 40...Faran» əmtəə göstəriciləri olan 40 ədəd qutuda ümumililkdə 4000 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan narkotik vasitə - metadon müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ümumi təmiz çəkiləri 1518,995 qram metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ), metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İşin 129-130-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X7»in 5 sentyabr 2022-ci il tarixli 4967 saylı rəyindən görünür ki, müayinə zamanı X3 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 131-133-cü vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 5 sentyabr 2022-ci il tarixli, 2381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda məcburi tibbi müalicəyə ehtiyacı yoxdur. İşin 174-175-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 184-cü vərəqindəki «diskin yaddaşına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 1 sentyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bir ədəd bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir. Onu tanışı Mamed adlı şəxsdən əldə etmişdir. Mamed adlı şəxs ona İran İslan Respublikasının vətəndaşı Səid adlı şəxsin külli miqdarda narkotik vasitə verdiyini və həmin narkotik vasitəni evində saxlamasını təklif etmiş və bunun müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini və əlavə olaraq pul da verəcəyini vəd vermişdir. O da Mamedin bu təklifi ilə razılaşmışdır. 31 avqust 2022-ci il tarixdə Mamed onunla görüşərək sellofan torbalara yığılmış narkotik vasitə və psixotrop maddələri ona təhvil vermiş və o, həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı evin taxta pilləkənlərinin alt hissəsində gizlədərək saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və əynində olan şalvarın sol yan cibindən bir ədəd açar, bir ədəd «XİAOMİ»və bir ədəd «İphone» markalı mobil telefonlar, **********505516 nömrəli bank kartı və 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə metamfetamin elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 19 (on doqquz) qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr qablaşdırılmış, onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən doğruluğu imzalanaraq təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd «XİAOMİ» və bir ədəd «İphone» markalı mobil telefonlar, **********505516 nömrəli bank kartı götürülmüş, bir ədəd açar və 20 manat pul isə onun özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir. İşin 185-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ərizəsi alındıqdan sonra müvafiq qərar əsasında birlikdə onun yaşadığı ünvan 10 ünvanında yerləşən həyət evinə videoçəkilişlə baxış keçirilən zaman evin taxta pilləkənlərinin alt hissəsində gizlətdiyi narkotik vasitə və psixotrop maddələri könüllü təqdim etmişdir. Baxış zamanı iki ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 4000 (dörd min) ədəd qablaşdırmasının üzərində «methadon» yazısı olan narkotik vasitə metadona bənzər həbləri təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisi - 1,523 (min beş yüz iyirmi üç) qram təşkil edir. Bundan sonra, aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər iştirakçılar tərəfindən imzalanmışdır. İşin 211-230-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, 1 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş təmiz çəkisi - 1518,995 (tədqiqatdan sonra qalan 1518,875) qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan 3990 ədəd narkotik vasitə metadon tableti və onun üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini saxlanıldığı iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitələr isə saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 26-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 75-80-ci vərəqlərindəki qərardan görünür ki, 2 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Adıçəkilən həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qaldığı barədə heç bir məlumat verməmişdir. İşdəki 3 saylı istintaq Təcridxanasından daxil olmuş 25 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 5 sentyabr 2022-ci il tarixdə təcridxanaya daxil olmuş, təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı xəsarət almadığını bildirmiş və baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, ittiham aktında qeyd edilən pasixotrop maddə və narkotik vasitələrin üzərinə və keçmiş həyat yoldaşına məxsus ünvan 11 ünvandakı evə polis əməkdaşları tərəfindən qoyulduğunu, sonuncuların fiziki və psixi təzyiq altında özünə məxsus olmasını deməyə məcbur edildiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri (iş vərəqi 55-57, 65-68), məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2 ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Nərimanov rayon məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli qərarı, 3 saylı istintaq Təcridxanasından daxil olmuş 25 avqust 2023-cü il tarixli məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, sübut hesab etmir və cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və birbirini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə şahid X1 ifadəsini mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib nəticəyə gəlir ki, onun ifadəsi həqiqəti əks etdirmir. Belə ki, cinayət işinin materiallarında sonuncunun təqsirləndirilən şəxslə birlikdə saxlanılmasını və ünvan 11 ünvandakı evə baxış keçirilməsində iştirak etməsini təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən məhkəmə onun ifadəsinə tənqidi yanaşır, təqsirləndirilən şəxslə olan yaxın münasibətinə görə onu cəzadan yayındırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Məhkəmə Şahid4 ifadəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Şahid4 müdafiə tərəfinin vəsatəti əsasında dindirilsə də, onun ifadəsinin məzmununu özü barəsində məhkəmədə araşdırılan 1(101)-451/2024 saylı cinayət işinin predmetinə aid olan, eyni zamanda Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran xüsusatlar təşkil edir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. İş üzrə bu cür vəsatət verilməmişdir. Şahid4 ifadəsində göstərdiyi «Mamed» adlı şəxs - Şahid3 barəsində ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində statusuna xitam verilməsi barədə 13 noyabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Şahid4 ifadəsinin məzmununda Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirən heç bir xüsusat olmadığından və onun ifadəsinin məzmunu məhkəmə baxışının predmetinə aid olmadığından məhkəmə onun ifadəsini iş üçün əhəmiyyətli sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 1 sentyabr 2022-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan 1 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş təmiz çəkisi 1518,995 (tədqiqatdan sonra qalan 1518,875) qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan 3990 ədəd narkotik vasitə metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini saxlanıldığı iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 1 sentyabr 2022-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan 1 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş təmiz çəkisi 1518,995 (tədqiqatdan sonra qalan 1518,875) qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 160 qram olan 3990 ədəd narkotik vasitə metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini saxlanıldığı iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-131/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-131/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver