Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-131/2025 30.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,779 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində həmin gün saat 18:52-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4,779 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Niyaməddin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanması və daşıması bildirilmişdir.
4. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 20) görünür ki, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxalnılmasında, daşınmasında və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 16:55-də ünvan 4 ünvanın yaxınlığında tanışları Şahid7 və Şahid6 ilə birlikdə olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tanışları Şahid7 və Eldəniz Qəhrəmnaov ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:55 dəqiqədən tutulmuş hesab edilir.
5. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 28-31) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 18:52-də şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış va götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən, Daxill İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə apaniması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "kokos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd "Poco" markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 90 qəpik pulu, şalvarının sağ arxa cibindən 20 manat pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı İçərisində qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş "Poco" markalı mobil telefon götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd siqaret qutusu, 20 manat 90 qəpik pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni 31 avqust 2023-cü il tarixdə Abşeron rayonu ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Şahid6 onun qohumu olduğunu, Şahid7 isə Şahid6 tanışı olduğunu, lakin üstündə olan maddədən onların məlumatının olmadığını bildirmişdir. Daha sonra Şahid6 üstünə baxış keçirilmişdir. Şahid6 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş "Redmi" markalı, mobil telefon və 10 manat pul Şahid6 geri qaytarıldı. Şifahi sorğu zamanı Şahid6 Təqsirləndirilən şəxs qohumu olduğunu, onun üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmiş, daha sonra Rehman Babayevin üstünə baxış keçirilmişdir. Şahid7 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid7 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu ve 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş "Redmi" markalı mobil telefon və 10 manat pul Şahid7 geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid7 Təqsirləndirilən şəxs tanımadığını, lakin Şahid6 tanışı olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış 01 sentyabr 2023-cü il tarixdə saat 19:08-də başa çatmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4654 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən (cild 01, iş vərəqə 47) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ““Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddə...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,779 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Qalıq çəki 4,679 qram.
7. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 78) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.
8. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 1311/2023 saylı qərarından (cild 01, iş vərəqə 111-115) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin 01 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.
9. 05.09.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 116-117) görünür ki, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 4,679 qram qalmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Ciayətkarlıqla Mübarizə idarəsinin maddi Sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır.
10. 05.09.2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 1475/2023 saylı qərarından (cild 01, iş vərəqə 119) görünür ki, AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Fariz Vəliyev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.
11. 07.10.2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 127) görünür ki, “Poco” markalı mobil telefon aparatı qara rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ ayna tərəfində ekranı kilidləmə və səs tənzimi düymələrinin olması aşkar edilmişdir. Mobil telefonun ekranında ön kameranın olması müəyyən edilmiş və telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir.
12. 12.10.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 132) görünür ki, Azerfon" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 02 sentyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-15159/23 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk «HP» markalı kompyuterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid fayl mövcuddur. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edildi ki, liyaməddin Qəhrəmanovun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon ömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir.
13. 15.10.2023-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 135) görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəyi göstərilmişdir..
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 3314/K nömrəli rəyindən (cild 01, iş vərəqə 152-154) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 353/MEŞ nömrəli rəyindən (cild 1, iş vərəqə 155-158) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 sentyabr 2023-cü il tarixli, 5644 nömrəli rəyindən (cild 01, iş vərəqə 159-160) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Qəhrəmanov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Deməsinə görə narkotik vasitə olan marixuanadan arabir düşəndə istifadə edir.
17. 19.10.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statsitik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən (cild 01, iş vərəqə 161-162) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.
18. 19.10.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 163-171) görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.4.3-cu maddəsində nəzərdə tutulan cinayətin tərkibi olduğundan onun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərara əlavə və dəyişiklik edilməli, ona həmin maddə ilə yenidən ittiham elan olunmalı və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınması, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələri, "şəxsi axtarış və oturmapanması haqqında" protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahidlər Şahid4, Şahid3, Şahid2, Şahid5, Şahid1 ifadələri, şahidlər Şahid6 və Şahid7 İfadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4654 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X5 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 3314/K nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" X5 daxil olmuş məhkəmətibbi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 353/MEŞ nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 02 sentyabr 2023-cü il tarixli, 5644 nömrəli rəyi, Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanmasına dair qərarı, maddi qərarı, maddi sübut qərarı və digər istintaq sənədləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilməsi, həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs götürülmüş "Poco" markalı mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən qeyd edilən mobil telefon onun ailə üzvlərinə qaytarılması, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməsi, təqsirləndirilən şəxs X1 narkotik vasitəni gömrük sərhədlərindən daşınması ilə əlaqədar istintaq orqanında hər hansı sübut olmadığına görə onun əməlində Azərbaycan Respublikası CM-nin 206-ci maddəsində nəzərdə tutulan cinayətinin, yəni qaçalmalçılıq cinayətinin tərkib əlamətləri sübuta yetirmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan əməl üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 4,779 qram çəkidə narkotik vasitə heroinin qalıq çəkisi 4,679 qramı tərəfimdən maddi sübut qismində tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınması, "xxxx" MMCdən götürülmüş CD diskin maddi sübut kimi tanınmadan cinayət işininin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddə əldə etməsi ilə bağlı maddi sübut - narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədiyindən onun barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilməsi, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərində narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməsi, şahid qismində dindirilmiş şəxslər Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, şahid qismində dindirilmiş şəxslər Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikası CM-in 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatı ilə bağlı ayrıca icraata material ayrılması qərara alınmışdır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı bədənində hər hansı xəsarət aşkar olunmamış və saxlanılarkən zədə almadığını bildirmişdir.
20. Azərbaycan Respublikası Baş Prokurorlıuğu tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BMCMİ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı aparılmış araşdırmanın nəticəsində həmin hal öz təsdiqini tapmamışdır.
21. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixində təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonu ərazisinə yollanaraq deyilən ünvanda şübhəli şəxsi yanında daha 02 nəfər şəxslə birlikdə saxlamışlar. Özlərini həmin şəxslərə təqdim edərək, onlarla birlikdə BMCMİ-ə yollanmalı olduqlarını demişlər. Baş idarədə şübhəli şəxsin üzərinə müdafiəçi və təhqiqatçının da iştirakı ilə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 01 büküm heroin mənşəli narkotik vasitəni təqdim etmişdir. Niyaməddin həmin narkotik vasitəni Xırdalan ərazisindən tapdığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid7 və Şahid6 tanımışdır. Həmin şəxslər də Niyaməddinlə birlikdə saxlanılmışlar. O, Şahid7 10 manatlıq əsginaz verməmişdir. O, əməliyyat qrupunun rəhbəri olmuş və əməliyyat qrupunun yaradılması barədə qərarı tərtib etmişdir. 31 avqust tarixində hər hansı qərar qəbul olunmamışdır. Şübhəli şəxs saxlanılaraq idarəyə gətirilmişdir. Qısa müddət ərzində şübhəli şəxsin yeri müəyyən olunmuş, sonuncu dəfə Nəsimi rayonu ərazisində olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 17:00 radələrində onlar tərəfindən saxlanılmışdır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs narkotik satdığı hər hansı şəxs bu günə qədər müəyyən edilməmişdir. Hər hansı bir şəxsin Təqsirləndirilən şəxs narkotik satması faktı bu günə qədər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxladıqları yerdə sonuncunun üzərinə baxış keçirmək üçün lazımi şərait olmamışdır. Şahid7 və Şahid6 da Təqsirləndirilən şəxs yanında olduğu üçün, həmin şəxslər də saxlanılmışdır. Lakin həmin şəxslərin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və yaxud predmet aşkar olunmamışdır. Hər 03 şəxsin üzərinə şəxsi axtarış və baxış Baş İdarədə həyata keçirilmiş, həmin vaxt yalnız Təqsirləndirilən şəxs müdafiəçi ayrılmışdır. Şahid7 və Şahid6 hal şahidi qismində cəlb olunmuşdur. Onlar şahidin üzərinə baxış keçirmirlər. Onlar təhqiqatçının tapşırığı ilə digər 02 nəfər şəxsin də üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsin dediklərini təkzib edərək bildirmişdir ki, sonuncunun dedikləri həqiqəti əks etdirmir.
22. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq 05 nəfər əməliyyat müvəkkilindən ibarət tərkibdə, Şahid1 rəhbərliyi altında əməliyyat axtarış qrupu yaradılmışdır. 01 sentyabr 2023-cü il tarixində, paytaxtın 3 mikrorayon bazarının yaxınlığında, Alı Mustafayev küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs yanında daha 02 nəfər şəxslə birlikdə saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətləri zamanı şübhəli şəxs könüllü surətdə üzərində olan 01 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Digər 02 nəfər şəxsin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin yanında daha 2 nəfər saxlanılmışdır. Həmin şəxsləri xatırlamamışdır. Birinin soyadı Qəhrəmanov olmuş və Niyaməddinin qohumu olmuşdur. Şahid1 rəhbərliyi altında əməliyyat axtarış qrupu yaradılmışdır. Onlar əməliyyatla bağlı təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha əvvəllər Niyaməddinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Bunu istintaq orqanı araşdırmalı olmuşdur. Digər 2 nəfər şəxs barəsində hər hansı məlumat daxil olmamışdır. Həmin 2 nəfər şəxsin də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnərək idarəyə aparmışlar. Onlar 3 nəfəri saxlamışlar. Evə baxış keçirilməsi istintaq hərəkətində o iştirak etməmişdir. Digər əməliyyatçıların evə baxış keçirilməsi istintaq hərəkətində iştirak edib-etmədiyi barədə məlumatı olmamışdır. Saxlanılan zaman Niyaməddinin üzərində hər hansı xəsarət izi olmamışdır. Saxlanılan zaman Niyaməddin ona hər hansı müqavimət göstərməmişdir. Saxlanılan zaman digər şəxslər də hər hansı müqavimət göstərməmişlər. Şübhəli şəxsləri saxladıqları yerdə üzərilərinə baxış keçirmək üçün hər hansı maneə olmamışdır. Hər hansı maneənin yarana bilməsindən ehtiyat edərək şübhəli şəxslərin üzərinə saxladıqları yerdə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Digər şəxslərin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmadığından, protokol tərtib olunmuş və həmin 2 nəfər şəxs azad edilmişdir. Digər 2 nəfər şəxs dərhal azad olunmuş, idarədə saxlanılmamışlar. Təqsirləndirilən şəxs izahatında narkotik vasitəni tapdığını demişdir. Səhv etmirsə şübhəli şəxslərin üzərindən şəxsi əşyaları aşkar olunduğunu bildirmişdir.
23. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Niyaməddin adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə onlara deyilən ünvana, Nəsimi rayonu ərazisinə yollanmışlar. Onlar şübhəli şəxsi saxlayaraq, əvvəlcə özlərini təqdim etmişlər. Ardınca nə səbəbə saxlanıldığını izah edib, Baş idarəyə dəvət etmişlər. İdarədə şübhəli şəxsin üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmişdir. Bu zaman şübhəli şəxs könüllü olaraq üzərində olan 01 büküm heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim olunmuş heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və tərkibi və təyinatı müəyyən edilməsi üçün məhkəmə kimyəvi ekspertizaya göndərilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yanında daha 2 nəfər ilə birlikdə saxlanılmışdır. Arxada oturan həmin saxlanılan şəxslər olmuşdur.
24. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və qeyd etmişdir ki, hadisənin üzərindən kifayət qədər uzun vaxt keçdiyi üçün hadisəni bütün detalları ilə dəqiq xatırlamamışdır. Xatırladığı qədəri ilə 2023-cü ilin sentyabr ayında təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində qrup rəhbərindən ona məlumat daxil olmuşdur. Bundan sonra qrup rəhbəri tərəfindən rəhbərliyə məruzə olunmuş və dərhal əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonu ərazisinə yollanaraq təqsirləndirilən şəxsin yanında daha 2 nəfər şəxslə birlikdə saxlamışlar. Həmin şəxlərə özlərini təqdim edərək, onlarla birlikdə BMCMİ-ə yollanmalı olduqlarını demişlər. BMCMİdə videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş və təqsirləndirilən şəxsin üzərindən şəxsi əşyaları ilə birlikdə “kakos” adlanan narkotik maddə heroin ələ keçirilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yanında daha 2 nəfər ilə birlikdə saxlanılmışdır. O, həmin şəxslərin adını dəqiq xatırlamamış, amma səhv etməmişdirsə birinin adı Rəhman olmuşdur. Həmin şəxsin vizual görünüşünü dəqiq xatırlamamışdır. Əməliyyat məlumatı ona yox, qrup rəhbərinə daxil olmuşdur. Əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. O, həmin qərarla tanış olmuşdur. Həmin qərarın məzmununu xatırlamamışdır. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün, bir çox təfərrüatı xatırlamamışdır. Bəli, əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuş və o da həmin qərarla tanış olmuşdur. Şübhəli şəxsin yaşadığı evə getməmişlər. Şübhəli şəxsin harada olduğunu qrup rəhbəri müəyyən etmişdir. Niyaməddinə yaxınlaşan zaman sonuncu səkinin kənarında dayanmışdır. Digər 02 nəfər şəxs də Niyaməddinin yanında dayanmış, sonuncu saxlanılan zaman müqavimət göstərməmiş, ətrafdan heç kim kənar müdaxilə göstərməmişdir. Şəxsi axtarışın harada keçiriləcəyini qrup rəhbəri müəyyən etmişdir. Ona şəxsən nə Niyaməddin, nə də digər şəxslər barəsində əməliyyat məlumatı daxil olmamışdır. Onlar digər şəxslərin də bu cinayətdə əlbir olmasından ehtiyat edərək, həmin şəxsləri də idarəyə aparmışlar. Digər tərəfdən bu məsələyə qrup rəhbəri qərar vermişdir. Şübhəli şəxsləri hansı avtomobillərdə idarəyə apardıqlarını xatırlamamışdır. Səhv etməmişdirsə bir vəkil idarəyə dəvət olunmuşdur. Həmin vəkilin kişi yoxsa qadın olmasını xatırlamamışdır. Saxlanılan yerdə heç bir şübhəli şəxsin üzərinə baxış keçirilməmişdir. Vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən şəxsi əşyaları və narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı digər 2 nəfər şəxsin üzərindən şəxsi əşyaları aşkar olunmuş, narkotik vasitə isə aşkar olunmamışdır. Digər 2 nəfər şəxsin nə vaxt azad olunduğunu xatırlamamışdır. Şübhəli şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Sonradan Niyaməddinin əldə etdiyi narkotik vasitənin mənbəyi barədə axtarış aparmamışlar. Müstəntiqə ifadə vermişdir. İfadəsini oxumuş, sonradan imzalamışdır. Digər şahidlərə ifadəsinin məzmunu barədə heç nə deməmişdir. Saxlanılan zaman Niyaməddinin üzərində xəsarət olmamışdır. Saxlanılan zaman və sonra heç kim Niyaməddinə təzyiq göstərməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
25. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, BMCMİ-nin əməkdaşları hadisədən 1 həftə əvvəl onunla telefonla əlaqə saxlamışlar və ona bir nəfərin adını çəkərək, həmin şəxsə borcu olması barədə bildirmişlər, o isə həmin şəxslərə həmin şəxsi tanımadığını bildirmişlər. Həmin vaxt o həmin şəxslərin BMCMİ-nin işçiləri olmasını bilməmişdir. Bu hadisədən bir həftə keçdikdən sonra yenidən ona zəng etdilər, həmin vaxt o, bibisi oğlu ilə üçüncü mikrorayon bazarının yanında çayxanada oturmuşdur, ona yazmışlar ki, “sən nədənsə ehtiyat edirsən.”, o isə həmin şəxsi tanımadığını, həmin şəxsin onun yaxını olmadığını, heç nədən ehtiyat etmədiyini bildirmişdir, qarşı tərəf ondan olduğu yerin məkanını “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərməsini xahiş etmişlər və o həmin şəxsə məkanını göndərmişdir. Bu danışıqdan təxminən 20 dəqiqə sonra, hansı ki, həmin vaxt o artıq çayxanadan çıxmağı planlaşdırmışdır, ona bir neçə şəxs yaxınlaşmışdır və BMCMİ-nin əməkdaşları olan şəxslər ona yaxınlaşmışlar və ona Nazirliyin işçiləri olduqlarını bildirmişlər, vəsiqələrini təqdim etmişlər və idarəyə getməli olduqlarını bildirdilər. O, həmin şəxslərə hansı səbəbdən idarəyə getmələri barədə soruşmuşdur. Polis əməkdaşları onun ciblərinə baxış keçirmişlər, telefonunu və pullarını götürmüşlər, onu avtomobilə əyləşdirmişlər, bibisi oğlu və digər yanlarında olan şəxs isə digər nəqliyyat vasitəsinə əyləşdirdilər. idarəyə getdikdə, otaqda stolun üzərinə “kokos” adlanan narkotik vasitə qoyulmuş və ona “sən içəri getməlisən.”demişlər. O, polis əməkdaşlarına “mən Azərbaycan vətəndaşıyam, erməni vətəndaşı deyiləm, bu yaşıma kimi mən narkotik vasitəni yaxınıma buraxmamışam, eləmədiyim bir şeyi nəyə görə etiraf etməliyəm.” demiş, polis əməkdaşları ona evinə gedəcəklərini, oradan narkotik vasitə çıxaracaqlarını bildirmişlər, o isə evdə iki azyaşlı qız övladı olduğundan onların onun evinə getməsini istəməmişdir. Polis əməkdaşları ona instagram sosial şəbəkəsi vasitəsi ilə İİR vətəndaşı ilə danışdığını bildirmişlər. O isə “İnstagram” sosial şəbəkəsində profilinin olmadığını və həmin sosial şəbəkədən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşları ona “ Narkotik vasitəni yerdən tapdığını, heç kəsə heç nə vermədiyi.” kimi sözləri əzbərlətdirmişlər. Bundan sonra onun bibisi oğlu və digər şəxsi həmin otağa gətirmişlər və video çəkiliş olmuşdur. Bundan sonra onu qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə aparmışlar, orada nə hakim, nə prokuror, nə də müdafiəçi ondan heç nə soruşmamışdır. Bundan sonra onu Kürdəxanı ərazisində yerləşən istintaq təcridxanasına aparmışlar. Hazırda o 16 aydır günahsız yerə oradadır, iki azyaşlı qız övladı vardır, tək gümanı məhkəmənin ədalətidir. O bu ləkə ilə yaşamaq istəmir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ondan watsapp sosial şəbəkəsi vasitəsi ilə məkan göndərməsini xahiş edən, BMCMİ-nin işçisi olmuşdur. O həmin vaxt bu barədə məlumatsız olmuşdur. Ona qarşı nəyə görə qanunsuz hərəkət edildiyini bilmir. O bu yaşına kimi narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir, hazırki vaxtadək o İİR-da olmamışdır. Hər hansı İİR vətəndaşı ilə münasibəti olmamışdır. Ona BMCMİ-nin əməkdaşları yaxınlaşan zaman sadəcə xidməti vəsiqələrini təqdim etdilər, hər hansı kağız təqdim etməmişdirlər. Onu hansı səbəbdən saxlamaları barədə ona bildirməmişlər. Onu aparan zaman, iki nəfərə borcu olması barədə bildirmişlər. Onun iki nəfərə borcu olmuşdur, o həmin borcları ödəmiş və işə xitam verilmişdir. Onu idarəyə gətirdikdən bir neçə saat sonra üzərinə baxış keçirilmiş, o həmin müddət ərzində 3-4 dəfə ayaqyoluna getmiş, həmin vaxt onun yanında əməkdaş getmişdir. O, orada ayaqyolunda su içmiş, polis əməkdaşlarının ona təklif etdiyi sudan içməmişdir. Ona müdafiəçi təqdim edilən zaman artıq videoçəkiliş başlamışdır. Onu aparan polis əməkdaşları ilə eyni avtomobildə olmuş, bibisi oğlu və digər yanında olan şəxs isə başqa bir nəqliyyat vasitəsində olmuşdur. Videoçəkiliş başlayana kimi o müdafiəçisini görməmiş, saxlanılan zaman, üzərində telefon, 200 manatdan yuxarı pul və evin işıq kartı olmuşdur. Həm bibisi oğluna, həm ona, həm digər şəxsə hərəsinə 10 manat vermişdirlər ki, çəkiliş başlayanda onlar həmin pulları təqdim etsinlər. Orada yalnız bir vəkil olmuş, başqa vəkil olmamışdır. Ona videoçəkilişdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı ilə əlaqə saxladığını və həmin şəsxin ona pul göndərdiyini bildirməsini tapşırmışlar, o isə instagram sosial şəbəkəsindən istifadə etmədiyini bildirmiş və qəbul etməmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddəni evdən çıxarkən yerdən tapdığını, götürdüyünü və heç kəsə vermədiyini bildirməsini tapşırmışlar. Onun tutulmağı barədə bir gün sonra qardaşı 102 xidmətinə zəng vurmuş və bundan sonra ailəsinə onun tutulması məlum olmuşdur. Ona etiraf etmədiyi halda, narkotik vasitəni onun evindən çıxaracaqları məzmunda hədə-qorxu gəlmişlər. Müstəntiq ondan ifadə alan zaman yanında heç kis olmamışdır. O, güman edir ki, onu borca görə tutmuşlar, 4000 manatdan yuxarı məbləğ olmuş və qardaşı həmin borcu qaytarmışdır. Onunla polis əməkdaşlarının hansı səbəbdən qərəzli davranmasını bilmir. Ona Seymur adlı polis əməkdaşı tərəfindən işgəncə edilmişdir.
26. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, hadisə təxminən sentyabr ayında baş vermişdir. Niyaməddin onun bibisi oğludur. Həmin ərəfələrdə onun bibisi vəfat etmişdir. Hadisə günü Niyaməddin ona zəng edərək, görüşmək istədiyini bildirmiş və o da razılaşmışdır. Onlar görüşüb çay içmişlər. Söhbət zamanı Niyaməddin ona pul borcu olduğunu bildirmişdir. Niyaməddin bir nəfər tanışının oraya görüşmək üçün gələcəyini bildirmişdir. Niyaməddinə mesaj gəlmiş və sonuncu həmin adamı qarşılamaq üçün çölə çıxmışdır. Həmin anda polis əməkdaşları Niyaməddini saxlamışlar. Həmin zaman mülki formalı polis əməkdaşları onlara yaxınlaşmış və Niyaməddin ilə olan əlaqəsini soruşmuşlar. O, polis əməkdaşlarına Niyaməddinin bibisi oğlu olduğunu demişdir. Hadisə yerində Niyaməddinin üzərinə baxış keçirilmiş və Niyaməddinin üzərindən çıxan əşyaları xatırlamır. Ona məxsus olan əşyalara da baxış keçirilmişdir. Hadisə yerində o və Niyaməddindən başqa Rəhman da olmuşdur. Rəhman və onu polislər eyni avtomobildə polis idarəsinə aparmışlar. Niyaməddini isə ayrıca nəqliyyat vasitəsində aparmışlar. Onlar polis idarəsinə gətirildikdən sonra bir neçə saat saxlanılmışlar. Daha sonra onlara videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçiriləcəyi bildirilmişdir. Videoçəkilişdən qabaq, o və Rəhmana ayrıayrılıqda telefonları və 10 Azərbaycan manatı məbləğində pul təqdim olunmuşdur. Polislər həmin əşyaları videoçəkiliş zamanı çıxararaq təqdim etməklərini onlara tapşırmışlar. O, digər əşyalarını tələb etdikdə, polislər ona “sənə nə deyiriksə, ona da əməl et” demişlər. Daha sonra Niyaməddin, sonuncunun müdafiəçisi və əməliyyatda iştirak edən polis əməkdaşları bir otağa toplaşmışlar və onlar da orada olmuşlar. Bütün iştirakçıların iştirakı ilə, videoçəkiliş ilə istintaq hərəkətləri həyata keçirilmişdir. Videoçəkiliş bir neçə dəfə təkrarlanmışdır. Onlar elə oradaca dindirilmişlər və onlara üstlərində olan əşyaları təqdim etməkləri bildirilmişdir. Rəhman və o onlara əvvəlcədən tapşırılan kimi hərəkət etmişlər. Telefon və 10 Azərbaycan manatı məbləğində pulu ciblərindən çıxararaq təqdim etmişlər. Niyaməddin isə üzərində olan “kakos” adlanan narkotik maddəni üzərindən çıxaraq təqdim etmişdir. Lakin bu onda şübhə doğurmuşdur, çünki ilk dəfə saxlanılan zaman Niyaməddinin üzərindən heç bir narkotik maddə aşkar olunmamışdır. Əlavə olaraq, o və Rəhman polis idarəsində bu hadisə ilə bağlı saxlanılan zaman, ona ifadəsi ilə tanış olmaq imkanı verilməmişdir. Müstəntiq onlara məzmunu onlara aydın olmayan sənədlərə imza etmələrini bildirmişdir. O, sənədlər ilə tanış olmaq istəyəndə, müstəntiq onlara şərait yaratmamış və sürətli formada imza etməklərini ardınca isə azad olunacaqlarını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o ümumiyyətlə müstəntiqə ifadə verməmişdir. Onlar Niyaməddin ilə masaya əyləşdikdən təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Niyaməddin ona söhbət zamanı tanımadığı şəxsə borcu olduğunu demişdir. Həmin şəxsin Niyaməddin 3-cü mikrorayon ərazisində olduğunu demişdir. Polis əməkdaşlarının neçə ədəd avtomobillə gəldiyini xatırlamamışdır, lakin təxminən 5-6 nəfər olmuşlar. Niyaməddin gözlədiyi şəxsin kafeyə yaxınlaşdığını bildirərək, həmin şəxsi qarşılamaq üçün çölə çıxmışdır. Bu zaman polis əməkdaşları Niyaməddinə yaxınlaşmışlar. Onlara hansı səbəbə görə saxlanıldıqları deyilməmişdir. Polis əməkdaşları onlara rəsmi heç bir sənəd, xidməti vəsiqə və s. təqdim etməmişlər. Onlara hüquq və vəzifələri izah olunmamışdır. Polis əməkdaşları digər şahid Rəhmana 3 gün əvvəl Sabirabada hansı səbəb ilə getdiyi sualını vermişlər. Rəhman isə Niyaməddini tanımadığını və verilən suallar haqqında heç nə bilmədiyini demişdir. Onların üzərindən aşkar olunan şəxsi əşyaları polislər götürmüşlər, lakin onlara geri qaytarmamışlar. Onlar günorta saat 4 radələrində saxlanılmışlar, sabahı gün axşam isə polis idarəsindən azad olunmuşlar. Onlar saxlanıldıqdan təxminən 2 saat sonra videoçəkiliş aparılmış, videoçəkilişə qədər Rəhman ilə bir otaqda saxlanılmışlar. Niyaməddin isə ayrı otaqda saxlanılmışdır. Onlar saxlanıldıqdan sonra videoçəkilişə qədərki dövrdə 2 saat boş otaqda, üzü divara çevrilmiş formada saxlanılmışlar. Həmin müddət ərzində onlara heç nə deyilməmişdir. Heç kim də onlara yaxınlaşmamışdır. Onlara Niyaməddin barədə heç nə deyilməmişdir. Onlara sadəcə sakitcə gözləməkləri əmr olunmuşdur. Niyaməddinin hüquqlarının müdafiəsi üçün sonuncuya 01 nəfər vəkil ayrılmışdır. Videoçəkiliş ilə hər üçünün üzərinə baxış keçirilmişdir. Amma yalnız Niyaməddinə vəkil ayrılmışdır. Onlar yalnız polis idarəsindən buraxılan zaman, onlara iş üzrə şahid qismində cəlb olunduqları bildirilmiş və mobil nömrələri qeyd olunmuşdur. Niyaməddin ona “bibioğlu, məni yüklədilər” demişdir. Bu səbəbdən videoçəkiliş yenidən təkrarlanmışdır. Saxlanılan zaman üzərində təxminən 400,00 Azərbaycan manatı məbləğində pul olmuşdur. Mobil telefonu və pulları daha sonra ona geri qaytarılmışdır. Rəhmanın üzərində ümumiyyətlə pul olmamışdır. Videoçəkilişdə təqdim etməsi üçün sonuncuya 10,00 Azərbaycan manatı məbləğində pul verilmişdir. Onlara videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçiriləcəyi bildirilmişdir. Videoçəkilişdən qabaq, o və Rəhmana ayrı-ayrılıqda telefonları və 10,00 Azərbaycan manatı məbləğində pul təqdim olunmuşdur. Polislər həmin əşyaları videoçəkiliş zamanı çıxaraq təqdim etməklərini onlara tapşırmışlar. Onlar da videoçəkilişdə polislərin onlardan tələb etdikləri formada polislərin suallarına cavab vermişlər. Niyaməddinin üzərinə ilk dəfə hadisə yerində baxış keçirilmişdir. Sonuncunun üzərindən qaz və su sayğacı kartları aşkar olunmuşdur. Lakin həmin zaman Niyaməddinin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Ona ibtidai istintaq zamanı heç bir sənədin məzmunu ilə tanış olmaq fürsəti verilməmişdir. Müstəntiq özü onun ifadəsini yazmış, o isə yalnız həmin ifadəyə imza etmişdir. İfadənin məzmunu ona bəlli olmamışdır. Niyaməddin heç vaxt narkotik maddə istifadəçisi olmamışdır.
27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 4-cü mikrorayon ərazisində yerləşən və istifadə müddəti başa çatmış binaların sökülməsində fəhlə qismində işləmişdir. Niyaməddin ilə tanışlığı isə sonuncunun xalası oğlu və bibisi oğlu vasitəsilə olmuşdur. O, hadisə günü, Niyaməddingilin əyləşdiyi kafedə olmuşdur. Əvvəlcə Niyaməddin, Eldəniz və o bir masa arxasında əyləşmişlər. O, daha sonra kafedə başqa tanışlarını görərək, həmin tanışlarının masasına keçmişdir. İlk olaraq Niyaməddin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Niyaməddini qapının yanında saxlamışlar. Daha sonra Eldənizə, ardınca isə ona yaxınlaşmışlar. Üzərlərinə hadisə yerindəcə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları hər üçünün polis idarəsinə gətirmək barədə qərara gəlmişlər. Bundan sonra onlar polis idarəsinə gətirilmişlər. Orada təxminən 3 saat saxlanılmışlar. Eldəniz və o bir otaqda saxlanılmışlar. Niyaməddin isə başqa otaqda saxlanılmışdır. Polislər baxış zamanı onun üzərindən mobil telefonu götürmüşlər. Polis əməkdaşları videoçəkilişdən qabaq mobil telefon və 10 Azərbaycan manatı məbləğində pulu ona vermişlər. Ardınca videoçəkiliş ilə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmişdir. Bu zaman polis əməkdaşlarının göstərişi ilə o və Eldəniz üzərlərində olan əşyaları çıxarıb, polis əməkdaşlarına təqdim etmişlər. Niyaməddin isə bir ədəd bağlamanı təqdim etmişdir. Videoçəkiliş bitəndən sonra, onları yenidən saxlanma kamerasına aparmışlar. Onların polis idarəsində nə qədər saxlanıldıqlarını dəqiq xatırlamamışdır. Xatırladığı qədəri ilə, onlar ən sonda müxtəlif sənədlərə imza etmişlər. Polis əməkdaşları onları sərbəst buraxmazdan qabaq, lazım gələrsə, yenidən çağırış ilə polis idarəsinə gəlməkləri bildirmişlər. Onlar da buna etiraz etməmişlər. Hadisə ilə bağlı bildikləri bu qədər olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, videoçəkiliş zamanı Niyaməddin üzərində olan bağlamanı çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlamanın tərkibində nə olduğu isə ona məlum olmamışdır. Niyaməddin bağlamanı cibindən çıxarmış və özünə məxsus olduğunu demişdir. Niyaməddinin ilk dəfə saxlanılan zaman sonuncu kafedən kənarda olmuşdur. Onlar isə kafenin içərisində olmuşlar. Buna görə də Niyaməddinin üzərinə baxış keçirilən zaman, hansı predmetin aşkar olunması, ona məlum olmamışdır. O və Eldəniz ayrı, Niyaməddin isə ayrı avtomobildə polis idarəsinə aparılmışlar. Həmin ana qədər, nə səbəbə saxlanıldıqlarını və məsuliyyətə cəlb olunduqları, ona məlum olmamışdır. Polis əməkdaşları kafeyə daxil olan zaman, nə baş verdiyi ona məlum olmamışdır. Polis əməkdaşları üzərinə baxış keçirən zaman, üzərindən yalnız mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları sonradan mobil telefonu ona geri qaytaranda isə, əlavə olaraq 10 Azərbaycan manatı məbləğində pulu da ona vermişlər. Hansı ki, üzərinə baxış zamanı, həmin pul aşkar olunmamışdır. Polis əməkdaşları 10 Azərbaycan manatı məbləğində pulu ona verərək istintaq hərəkəti zamanı pulu cibindən çıxararaq təqdim etməsini tələb etmişlər. 10 Azərbaycan manatı məbləğində pulu ona verən şəxs onları kafedə saxlayaraq polis idarəsinə aparan polis əməkdaşlarından biri olmuşdur. Lakin həmin polis əməkdaşının adını bilməmişdir. Həmin polis əməkdaşını vizual olaraq görsə, tanıya bilər. Onların saxlanılmazdan əvvəl nə qədər müddət kafedə əyləşdiklərini dəqiq xatırlamamışdır. O, Niyaməddin və Eldəniz ilə təxminən 30 dəqiqə əvvəl kafedə əyləşmişlər. Onlar kafedə, həmişə etdikləri söhbətləri etmişlər. O, Niyaməddinə zəng gəldiyini görməmişdir. O, təxminən 15-20 dəqiqə digər masada əyləşmişdir. İlk olaraq polis əməkdaşları kafenin çölündə olan Niyaməddini saxlamışlar. Həmin vaxt Eldəniz masada əyləşmişdir. Polislər daha sonra Eldəniz və onu saxlayaraq, üzərlərinə baxış keçirmişlər. Lakin üzərlərində qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. O, belə təxmin etmişdir ki, polislər onları əvvəlcədən güdmüşlər. Məhz buna görə də, hər üçünün eyni masada bir müddət əyləşdiklərini görərək, onları məsuliyyətə cəlb etmişlər. Polislər onun əllərini qandallayaraq, polis idarəsinə aparmışlar. Polislər onun qollarına qandal vurduqdan sonra, üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən mobil telefon aşkar olunmuşdur. O və Eldənizi bir avtomobildə, Niyaməddini isə başqa avtomobildə polis bölməsinə aparmışlar. Videoçəkilişə qədər Niyaməddini görməmişlər. Çünki onlar ayrı-ayrı otaqlarda saxlanılmışlar. Onlar Eldəniz ilə başlarına gələn hadisədən danışmışlar. Onlara nəyə görə saxlanılmaqları barədə heç bir məlumat verilməmişdir. Videoçəkilişdən qabaq, onlara hansı formada ifadə verməkləri barədə polis əməkdaşları göstəriş vermişlər. Niyaməddin Eldənizə videoçəkiliş zamanı pıçıltı ilə nəsə demişdir. Lakin o aydın formada, nə dediyini eşidə bilməmişdir. O, Eldənizdən Niyaməddinə nə dediyi barədə sual verməmişdir. O, Niyaməddinin bədənində hər hansı xəsarət izi görməmişdir. Niyaməddinin baş verənlərdən narazı olduğu hiss olunmuşdur. Eldənizin saxlanılan zaman üzərində pul olub-olmadığını dəqiq bilməmişdir. Şəxsi axtarış zamanı Eldənizin üzərindən mobil telefon və pul aşkar olunmuşdur. Videoçəkiliş zamanı müdafiəçi də iştirak etmişdir. Ona 10 Azərbaycan manatı məbləğində pulu verən polis əməkdaşı, videoçəkilişdə də iştirak etmişdir. Videoçəkiliş fasiləsiz olaraq, 1 dəfəyə baş tutmuşdur. Onlar təxminən 1 gün yarım polis idarəsində saxlanılmışlar. Onlara nə səbəbə saxlanıldıqları barədə heç bir məlumat verilməmişdir. Eldəniz ona Niyaməddinin məsum olduğunu, narkotik vasitələrlə əlaqəsi olmadığını, hətta spirtli içki belə qəbul etmədiyini bildirmişdir.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
28. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
29. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
31. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
33. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
34. Maddə 59.2 cəza təyin edilərkən Bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər.
35. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
38. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
39. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
40. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
41. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
45. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
47. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
48. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
49. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
50. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
51. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
52. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır.
53. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.
54. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş narkotik vasitənin polis əməkdaşlarının ona verdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda narkoik vasitə heroin olmamasını, polis əməkdaşlarının psixoloji və fiziki təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.
55. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan narkotik vasitəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.
56. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, törədilmiş cinayət əməlində özünü təqsirli bildiyiniqeyd edərək, istintaq orqanının əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirməmişdir.
57. Bundan başqa müdafiə tərəfinin şahidləri qismində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid7 və Şahid6 ifadələri məhkəmə tərəfindən araşdırılmış və məhkəmə həmin ifadələrə qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə kafedə baxış keçirilməsi barədə hər iki şahid fərqli ifadə vermişdir. Belə ki, Şahid6 hadisə yerində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini bildirmiş, lakin bu zaman onun üzərindən nə aşkar olunduğunu xatırlamadığını desə də, daha sonra onun üzərindən narkotik və psixotrop maddə aşkarlanmadığını, Şahid7 isə Niyaməddinin ilk dəfə saxlanılan zaman sonuncunun kafedən kənarda, özlərinin kafenin içərisində olduqlarını, buna görə sonuncunun üzərinə baxış keçirilən zaman, hansı predmetin aşkar olunmasının ona məlum olmadığını bildirmişdir. Beləliklə, hər iki şahid həmin hissədə üzərlərinə kafedə baxış keçirildiyini bildirsə də, Təqsirləndirilən şəxs üzərinə həqiqətən kafedə baxış keçirilməsini, həmçinin baxış zamanı sonuncunun üzərindən nə aşkar olunması hissəsində ziddiyyətli ifadə vermişlər. Həmçinin məhkəmə kollegiyası Şahid6 Təqsirləndirilən şəxs qohumu olduğundan onun məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməsini onun qohumunu müdafiə etməyə, sonuncunun cinayət məsuliyyətindən yayınmasına kömək etmə cəhdi kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası Şahid6 məhkəmə istintaqı zamanı verdiyi qeyri-səmimi ifadəni iş üçün əhəmiyyətli, mötəbər sübut hesab etməyərək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işi üzrə mötəbər sübut kimi qiymətləndirir.
58. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda narkotik vasitə heroini ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir.
59. Həmçinin Təqsirləndirilən şəxs heç vaxt narkotik maddə istifadə etmədiyini bildirsə də iş materiallarında olan ekspert rəyində ondan götürülmüş qan və sidik nümunələrində alkaloid qrupuna aid olan tiryək aşkar edilməsi faktı onun məhkəmə istintaqı zamanı qeyrisəmimi ifadə verdiyini sübut edir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, təqsirləndirilən şəxs Niyaməddin Qəhrəmnovun ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman narkotik vasitənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.
60. İbtidai istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrədən daxil olan və çıxan sms məlumatlarına baxış keçirilən zaman onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını, hər hansı şəxs ilə narkotikin alışı və satışı ilə bağlı razılaşmanı əks etdirən yazışma, danışıq və ya digər hər hansı bir formada sonuncu ilə əlaqə yaratmasını, digər şəxslərin ondan narkotik və psixotrop maddələr almasını təsdiq edən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir.
61. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
62. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.
63. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 37,38-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
64. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
65. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.
66. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 36-cı bəndi).
67. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 28-ci bəndi)
68. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 29,30,31,33-cü bəndləri).
69. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir.
70. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
71. Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğundan cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 17 və 32-ci bəndi).
72. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 35,41,42-ci bəndləri).
73. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 01 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
74. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
75. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 4,679 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 39-cu bəndi).
76. Məhkəmə kollegiyası, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir.(qərarın 16-ci bəndi)
77. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 43-cu bəndi).
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 4,679 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik Hakimlər Telman Hüseynov Fərid Namazov