Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1310/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 2020-ci ilin aprel ayının əvəllində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,525 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 may 2020-ci il taridə saat 19:10 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən təmiz çəkisi 1,525 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayında sonuncu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nefçilər metrosunun yaxınlığında kolluqda gizlədilmiş külli miqdarda 98.678 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 72,726 qram çəkidə psixotrop maddə metamfetamin və 120,0 qram çəkidə narkotk vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra narkotik vasitənin bir hissəsini üzərində, digər hissəsini və psixotrop maddəni idarə etdiyi avtomobildə saxlayaraq daşımış, 17 dekabr 2020-ci il tarixdə saat 19:30 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında idarə etdiyi “Toyota Prius” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 8,183 qram olan külli miqdarda narkotik vasitə olan heroin və avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin ön hissəsində sürət qutusunun üzərindəki saxlanc yerindən qara rəngli dəri çantada bir bükümdə təmiz çəkisi 72,726 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, üç bükümdə ayrıayrılıqda təmiz çəkiləri 85,551 qram, 0,838 qram, 4,106 qram olmaqla, ümumilikdə təmiz çəkisi 90,495 qram olan külli mqdarda narkotik vasitə heroin, avtomobilin sağ ön hissəsindəki saxlanc yerindən bir ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 120,0 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroinin izləri olan 03 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin aludəçisidir. 05 may 2020-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindəki Lallar fabrikinin yaxınlığında piyada gedərkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun üzərində narkotik vasitə olmasına şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər, o da etiraz etməmiş, bölməyə gemişlər. Polis bölməsində video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərək əynindəki şalvarın cibindən bir ədəd gümüşü kağız bükümünü çıxardaraq masanın üstünə qoyub bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan herondir, onu cari ilin aprel ayının əvvəllərində İran vətəndaşından online vasitəsi almış, almazdan əvvəl iranlı şəxsin hesabına online vasitəsi ilə pul köçürmüş, iranlı da ona həmin narkotik vasitəni hansı yerdən götürməyini bildirmiş, o da həmin narkotik vasitəni Binəqədi rayonu Biləcəri qəsəbəsində xatırlamadığı yerdən götürmüş, narkotik vasitənin müəyyən qismini özü istifadə emiş, üzərindən aşkar olunmuş narkotik də aldığı həmin bükümün qalan hissəsi olmuşdur. 17 dekabr 2020-ci il tarixdə axşam saat 19:30 radələrində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Tayota Prius” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilinin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqlarının olduğu halda təqdim etməsi təklif olunmuş, o da əynindəki gödəkçənin cibindən sarı rəngli sellofan bükümü təqdim edib içərisindəkinin “kakos” adlandırılan narkotik vasitə olan heroin olduğunu bildirmiş, sonra həmin bükümə baxış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın cibindən 20 manat pul, 1 ədəd avtomobil açarı və 1 ədəd qara rəngli ”Samsung” markalı mobil telefon, özünə məxsus xarici pasport aşkar edilərək götürülmüşdür. Daha sonra narkotik vasitə heroin elektron tərəzidə çəkilərək kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş, müdafiəçisi ilə birlikdə zərfin üzərini imzalamış, 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və xarici pasport götürülmüş, 20 manat pul və avtomobilin açarı ona qaytarılmışdır. Bildirmişdir ki, təqdim etdiyi içərisində heroin olan bükülü özünə məxsusdur, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsdən təxminən 1 (bir) ay əvvəl Nizami rayonu, Neftçilər metrosu deyilən yerdən satmaq məqsədi ilə götürmüş, heroinin qramını 30 (otuz) manatdan satmış, idarə etdiyi avtomobildə də narkotik vasitə vardır. Bundan sonra Binəqədi RPİ-nin 43-cü PB-nin duracağında ona məxsus “Tayota Prius” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə başlanılmış, o, avtomobilin sürətlər qutusunun üzərindən 1 (bir) ədəd tapançanı və qara rəngli çantanı, daha sonra avtomobilin ön hissəsinin sağ tərəfində yerləşən saxlanc yerindən 1 (bir) ədəd elektron tərəzi və içərisində qurudulmuş marixuana olan bükümü təqdim etmiş, dəri çantanın içərisindən 2 (iki) ədəd elektron tərəzi və 4 ədəd büküm aşkar edilmiş, çantanın içərisdindən aşkar olunmuş bükümlərə baxış zamanı bükümlərdən birinin içərisindən psixotrop maddə olan metamfetamin, digər 3 (üç) bükümün içərisindən isə narkotik vasitə heroin aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin tapança, elektron tərəzilər və bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmiş, o da zərfin üzərini imzalamışdır. Avtomobilindən aşkar olunmuş metamfetamin, heroin və qurudulmuş marixuana özünə məxsus olmuş, onları satmaq məqsədi ilə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən tutulmanışdan təxminən 1 (bir) ay yarım əvvəl əldə etmiş, heroinin qarmını 25-30 manatdan, metamfetaminin qramını isə 35-40 manata satmış, qurudulmuş marixuananı isə öz şəxsi istifadəsi üçün əldə etmiş, tapançanı da Binəqədi rayonu ərazisində çöllük hissədən təxminən 5-6 ay əvvəl əldə etmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs təfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanası cinayət işinin aşağıda şərh edilən halları ilə bir daha sübuta yetir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi rayonu, 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində olan axtarış işinin icrası ilə əlaqədar 05 may 2020-ci il tarixdə saat 19:10-da, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ona axtarışda olduğunu bildirib birlikdə 43-cü polis bölməsinə getmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqlarının olduğu halda təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan şalvarın cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoyub üzərində başqa bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Tərlan həmin bükülünü açmış və onun içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu, aprel ayında tanımadığı iranlı bir şəxsin hesabına online vasitəsi ilə pul köçürərək qramını 23 (iyirmi üç) manatdan aldığını, həmin narkotik vasitənin bir hissəsini özü istifadə etdiyini və bükümdəki narkotikin həmin heroinin qalığı olduğunu, həmin heroini özü istifadə etməsi üçün üzərində saxladdığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış aparılması və götürməyə dair protokol tərtib edilmiş, həmin protokol oxunmuş və protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Ekspertizanın vermiş olduğu rəydə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan heroin olduğu müəyyən olunduğundan toplanmış materiallar istintaq orqanına təqdim olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, xidmət yoldaşı Natiq İsbatovla birlikdə 17 dekabr 2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanının qarşısında **-KY-*** dövlət qeydiyyat nişanlı «Tayota Prius» markalı avtomobilin yanında Təqsirləndirilən şəxs saxlanılıb ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqlarının olduğu halda təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən sarı rəngli sellofan bükümünü təqdim edib içərisindəkinin “kakos” kimi adlandırılan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilmiş, sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra onun təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və heroin bükümü kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroin olan bükülünün özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən təxminən 1 (bir) ay əvvəl Nizami rayonu, Neftçilər prospekti deyilən yerdən satmaq məqsədi ilə götürdüyünü, heroinin qramını 30 (otuz) manatdan satdığını, idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Binəqədi RPİnin 43-cü PB-nin duracağına yerləşdirilmiş ona məxsus qara rəngli “Tayota Prius” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs idarə etdyi avtomobilin sürətlər qutusunun üzərindən 1 (bir) ədəd tapançanı və qara rəngli çantanı, daha sonra avtomobilin ön hissəsinin sağ tərəfində yerləşən saxlanc yerindən 1 (bir) ədəd elektron tərəzi və içərisində qurudulmuş marixuana olan bükümü təqdim etmiş, dəri çantanın içərisindən 2 (iki) ədəd elektron tərəzi və 4 ədəd büküm aşkar edilmiş, çantanın içərisdindən aşkar olunmuş bükümlərə baxış zamanı bükümlərdən birinin içərisindən psixotrop maddə olan metamfetamin, digər 3 (üç) bükümün içərisindən isə narkotik vasitə heroin olduğu aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və sonra həmin tapança, elektron tərəzilər və bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar zərfin üzərini imzaladıqdan sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş metamfetamin, heroin və qurudulmuş marixuana kütlələrinin özünə məxsus olduğunu, həmin kütlələri satmaq məqsədi ilə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsdən saxlanılmamışdan təxminən 1 (bir) ay yarım əvvəl əldə etdiyini, heroinin qramını 25-30 manata, metamfetaminin qramını isə 35-40 manata satdığını, qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etdiyini, tapançanı isə Binəqədi rayonu ərazisində çöllük hissədən təxminən 5-6 ay əvvəl əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özüna aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 132-136-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizanın 06 may 2020-ci il tarixli, 6/677 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 243” möhür əksi və “1...İsrafilov” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.525 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 45-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizanın 18 dekabr 2020-ci il tarixli, 7/871-6/2743 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) bükümdə heroinə bənzər kütlə, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, imza Bağırov, Təhqiqatçı imza M.Aburşu 17.12.2020” yazılan ağ rəngli kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,183 qram qəhvəyi rəngli maddə kütləsi narkotik vasitədir - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan...,Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, imza Bağırov, Təhqiqatçı imza M.Aburşu 17.12.2020” yazılan ağ rəngli kağız zərfdə üç ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 85,551 qram, 0,838 qram və 4,106 qram olmaqla ümumi çəkisi 90,495 ram olan qəhvəyi rəngli maddə kütləsi narkotik vasitədir - heroindir. Tədqiqata təqdim edilmiş T. İsrafilovun üzərindən aşkar edilən heroinlə avtomobilindən eşkar edilən heroinlər xarici görünüşünə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edimiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan..., Şübhəli şəxs imza Təqsirləndirilən şəxs İmza Bağırov , Təhqiqatçı imza M.Aburşu 17.12.2020” yazılan ağ rəngli kağız zərfdə təmiz çəkisi 72,736 qram olan ağ -rəngli kristalşəkilli maddə maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edimiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan..., Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, imza Bağırov, Təhqiqatçı imza M.Aburşu 17.12.2020” yazılan ağ rəngli kağız zərfdə bir ədəd göy rəngli polietilen paketdə təmiz çəkisi 120,0 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik kütlə mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş, marixuanadır. Tədqiqata təqdim edimiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan..., Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, imza Bağırov, Təhqiqatçı imza M.Aburşu 17.12.2020” yazı olan paketdə üç ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 240-241 və 171-172-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın 12 avqust 2020-ci il tarixli 2187 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ********* saylı cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 05 aprel 2021-ci il tarixli 952 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-121-ci vərəqlərində olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2020-ci il tarixli protokolla müəyyən edilir ki, eyni tarixdə saat 19:10-da Bakı şəhəri, Binəqədi qəsəbəsi 1-ci mədən Lallar fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümünü çıxararaq masanın üzərinə qoydu və həmin bükümü açmaq təklif olundu. Təqsirləndirilən şəxs həmin gümüşü rəngli kağız bükümünü açaraq içərisində olan qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin olduğunu, həmin narkotiki cari ilin aprel ayının əvvəllərində iranlı şəxsin hesabına online vasitəsi ilə pul köçürərək qramını 23 manatdan olmaqla əldə etdiyini, həmin narkotik vasitənin müəyyən hissəsini özü üçün istehlak etməsini və bükümün içərisində sonuncu qalan hissə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfdə qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin birinci cildinin 28-30;33-35-ci vərəqlərində olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 dekabr 2020-ci il tarixli protokolla müəyyən edilir ki, eyni tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanının ** KY *** dövlət nömrə nişanlı qara rəngli “Toyota Prius” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmış və inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli sellofan bükümdə olan təmiz çəkisi 8.183 qram qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə heroin və yuxarıda qeyd olunan avtomobilinə baxış zamanı avtomobilin ön hissəsində olan sürət qutusunun üzərindəki saxlanc yerində olan qara rəngli dəri çantada bir bükümdə təmiz çəkisi 72,726 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 85,551 qram, 0,838 qram və 4,106 qram olmaqla təmiz çəkisi 90,495 qram olan qəhvəyi rəngli maddə kütləsi olan heroin və avtomobilin sağ ön hissəsində olan digər saxlanc yerindən bir ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 120,0 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitələr olması və həmin maddələri satması üçün X1 vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulan yerdən satmaq məqsədi ilə götürdüyünü, nrakotik vasitə olan heroinin qramını 30 (otuz) manata və metamvetaminin isə qramını 35-45 (otuz beş-qırx beş) manata satdığını, avtomobilindən aşkar olunmuş tapançanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerdən tapdığını, tapançanın yarasız halda olduğunu, avtomobilini özündən başqa heç kimin idarə etmədiyini bildirmişdir. T.İsrayilovun üzərindən aşkar edilərək götürülmüş maddələr və tapança ayrı-ayrılıqda zərflərdə qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin birinci cildinin 83-84-cü vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi ** KY *** dövlət nömrə nişanlı qara rəngli “Toyota Prius” markalı avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,183 qram narkotik vasitə olan heroin, üç ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 85,551 qram, 0,838 qram və 4,106 qram olmaqla ümumi çəkisi 90,495 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 72,736 qram psixotrop maddə-metamfetamin, təmiz çəkisi 120,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və üç ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 90,345 qram narkotik vasitə heroin, 8,133 qram narkotik vasitə olan heroin, 72,686 qram metamfetamin, 119,95 qram marixuana və üç ədəd elektron tərəzi iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin ikinci cildinin 118-119-cü vərəqlərində olan protokoldan görünür ki, Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,525 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,475 qram narkotik vasitə heroin iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin ikinci cildinin 19-20, 80-82, 26-27, 57-60, 86-89, 96-97, 100-101, 103- 104-cü vərəqlərində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanmiş və 07.05.2020-ci il tarixdə barəsində ”Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azad olunmuş, 08.05.2020-ci il tarixdə həbsetmənin əvvəli 08.05.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimran tədbiri seçilmiş, daha sonra həbsdə saxlama müddəti 06.09.2020-ci il tarixədək uzadılmış və həbs qətimkan tədbiri eyuni müddətə ev dustsqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, həbsdən azad olunmuşdur. Bundan sonra 18.08.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlə əlaqədar Binəqədi RPİ-nə gələ bilməməsi adı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. 16.10.2020-ci il tarixdə iş üzrə icraat təzələnərək həmin tarixdə də təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlə əlaqədar Binəqədi RPİ-nə gələ bilməməsi adı ilə yenə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin birinci cildinin, 80-82, 108-110-cu vərəqlərində olan olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ikinci cildinin 142-143-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, «şəxsi axtarış və götürmə aparılması haqqında» və « avtomobilə baxış və götürmə aparılması haqqında» protokollar, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti (05.05.2020-ci il tarixdən 07.05.2020-ci il tarixədək tutulub caxlanıldığı və 08.05.2020-ci il tarixdən 06.09.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4(dörd) ay cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 17 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 262,60 (iki yüz altmış iki manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Binəqədi RPİ--də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi ** KY *** dövlət nömrə nişanlı qara rəngli “Toyota Prius” markalı avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 90,345 qram narkotik vasitə heroin, 8,133 qram narkotik vasitə olan heroin, 72,686 qram metamfetamin, 119,95 qram marixuana, 1,475 qram narkotik vasitə heroin və üç ədəd elektron tərəzi məhv edilməli və onlarınn məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, odlu qaz silahı hesab edilən, 9 mm kalibrli səs işarəverici tapança (sandıqça ilə birlikdə) Binəqədi RPİ-nin saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk, 01 ədəd SD disk və 17.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış zamanı video çəkiliş üçün istifadə edilmiş «SONY» markalı videokameranın görüntüsü olan 02 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin, 05.05.2020-ci il tarixdən 07.05.2020-ci il tarixədək tutulub caxlanıldığı və 08.05.2020-ci il tarixdən 06.09.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay cəza çəkmə müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 7 (yeddi) il 8 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 17 dekabr 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi 262,60 (iki yüz altmış iki manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq RPİ--də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi ** KY *** dövlət nömrə nişanlı qara rəngli “Toyota Prius” markalı avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 90,345 qram narkotik vasitə heroin, 8,133 qram narkotik vasitə olan heroin, 72,686 qram metamfetamin, 119,95 qram marixuana, 1,475 qram narkotik vasitə heroin və üç ədəd elektron tərəzi məhv edilsin və onlarınn məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Bir ədəd zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, odlu qaz silahı hesab edilən, 9 mm kalibrli səs işarəverici tapançanın (sandıqça ilə birlikdə) Binəqədi RPİ-nin saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk, 01 ədəd SD disk və 17.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış zamanı video çəkiliş üçün istifadə edilmiş «SONY» markalı videokameranın görüntüsü olan 02 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1310/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1310/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver