Məhkəmə qərarları › İş №1(101)-1310/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1310/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1310/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, ev 28 ünvanında yaşamış, barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 17,337 qram və 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qr, 0,384 qr, 0,382 qr, 0,372 qr, 0,361 qr, 0,414 qr, 0,392 qr, 0,364 qr, 0,389 qr, 0,366 qr, 0,401 qr, 0,372 qr ümumi təmiz çəkisi 21,801 qram narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 20,780 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığınadək daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-yə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli kisənin içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 17,337 qram və 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qr, 0,384 qr, 0,382 qr, 0,372 qr, 0,361 qr, 0,414 qr, 0,392 qr, 0,364 qr, 0,389 qr, 0,366 qr, 0,401 qr, 0,372 qr ümumi təmiz çəkisi 21,801 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 20,780 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarın sağ yan cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04 avqust 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təxminən 2006-cı ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Maddi vəziyyətinin zəif olması ilə əlaqədar 2 aya yaxındır ki narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Narkotik vasitələri və psixotrop maddələri internet sosial şəbəkədə tanış olub, münasibəti yarandığı, anket məlumatlarım dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsdən almışdır. Həmin maddələri «Rza» adlı şəxs Bakı şəhərində müxtəlif ünvanlara qoyub, ona bu barədə məlumat verdikdən sonra o, həmin maddələri götürüb istifadə etməklə yanaşı satışını həyata keçirmişdir. Tutulmamışdan təximnən 3 gün əvvəl axşam saatlarında “Rza” adh şəxsin xatırlamadığı bank kart nömrəsinə “Milliön” ödəniş terminalı vasitəsi ilə 900 manat köçürdükdən sonra, Rzanın qeyd etdiyi ünvana, yəni Abşeron rayonu, Fatmayı qəsəbəsinə gedib yol kənarından metamfetamini və heroini götürmüşdür. Rzadan 1 qramını 20 manata olmaqla 20 qram narkotik vasitə heroin və 1 qramını 26 manata olmaqla 25 qram psoixotrop maddə metamfetamin almış və 3 gün ərzində adlarını və anket məlumatlarım bilmədiyi şəxslərə sataraq gəlir əldə etmişdir. 24 fevral 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsində piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib, Bakı şəhəri Sabunçu RPİ-in X1 əməkdaşları olduqlarını bildirib, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olması barədə məlumatlı olduqların bildirib, onu Bakı şəhəri Sabunçu RPİ-yə aparmışlar. İdarədə xidməti otaqların birində ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, siyahı ilə tanış olub vəkil Qətibə Nərimanzadə tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilərək, bu barədə bildiriş təqdim edilmişdir. Polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, inam və etibarını itirməməkdən ötrü gələcəkdə hüquqlarım müdafiə edəcək vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarışın keçirilməsinə dair etirazının olmadığını bildirib, bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bu səbəbdən də o, əynində olmuş göy rəngli cins şalvarının sağ arxa cibindən ayrı-ayrılıqda sellofan bükümlərdə olan heroin və metamfetamin olan bir ədəd kisəni, şalvarın sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış keçirilmiş, digər əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi maddələri satış məqsədi ilə İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsdən əldə edərək üzərində saxladığını bildirmişdir. Daha sonra təqdim etdiyi maddələrə baxış keçirilmiş və polis əməkdaşları tərəfindən zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş protokolun doğruluğu onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. «Rza» adlı şəxsin göstərişi ilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməmiş, birgə heroin və metamfetaminin satışı ilə məşğul olmamışdır. «Rza» adlı şəxslə istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, Rzanın mobil nömrəsini isə xatırlamır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafmetamin şəxsən onun tərəfindən satış məqsədi ilə sellofan bükümlərə ayrılmış, heroin və metamfetaminin satışı ilə məşğul olduğu üçün çəkisini dəqiqləşdirməkdən ötrü daim üzərində elektron tərəzi gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə aparılarkən və polis idarəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tərəflərindən əməliyyat yolu ilə xx xxxx 1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, ev 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə müraciət edilmiş, rəhbərlik tərəfindən bununla bağlı əmr imzalanmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunub təsdiq olunmuşdur. Bundan sonra ondan və Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşıması barədə əvvəlcədən məlumatları olduğu üçün və tərəflərindən əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Faiq İsayevə bu barədə məlumat verilmişdir ki, əməliyyat nəticəsində bölməyə şəxs gətirilə bilər, o da, bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmiş, tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində Bakı şəhəri Sabunçu RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs birlikdə Bakı şəhəri Sabunçu RPİ-yə getməyi təklif edib, polis idarəsinə getməsinin səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə polis idarəsinə getmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən raport tərtib olunmuşdur. Toplanmış material üzrə araşdırmanın aparılması Bakı şəhəri Sabunçu RPİ-in Təhqiqat şöbəsinin baş təhqiqatçısı Faiq İsayevə həvalə edilmişdir. Polis İdarəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına dəvət olunmuş vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, razılığı əsasında vəkilinin iştirakı olmadan onun və Şahid2 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli kisənin içərisində ayrı-ayrılıqda 2 (iki) ədəd böyük, 12 (on iki) ədəd xırda şəffaf sellofan bükümləri və şalvarın sağ yan cibindən 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzini çıxarıb təqdim edərək, 12 (on iki) ədəd xırda büküm və 1 (bir) ədəd böyük bükümdə narkotik vasitə heroin, digər 1 (bir) ədəd böyük bükümdə psixotrop maddə metamfetamin olduğunu həmin maddələri satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə tanış olub münasibəti yarandığı İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsdən aldığını, satışını həyata keçirmək üçün ayrı-ayrı bükümlərə şəxsən özü böldüyünü, elektron tərəzini isə bükümlərin çəkisini müəyyənləşdirmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilmiş, aşkar edilib götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş heroin və metamfetamindən başqa, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunaraq doğruluğu onun, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə Sabunçu RPİ-in X1 əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli kisənin içərisində ayrı-ayrılıqda 2 (iki) ədəd böyük, 12 (on iki) ədəd xırda şəffaf sellofan bükümləri və şalvarın sağ yan cibindən 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzini çıxarıb təqdim edərək, 12 (on iki) ədəd xırda büküm və 1 (bir) ədəd böyük bükümdə narkotik vasitə heroin, digər 1 (bir) ədəd böyük bükümdə psixotrop maddə metamfetamin olduğunu həmin maddələri satış məqsədi ilə internet sosial şəbəkədə tanış olub münasibəti yarandığı İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsdən aldığını, satışını həyata keçirmək üçün ayrı-ayrı bükümlərə şəxsən özü böldüyünü, elektron tərəzini isə bükümlərin çəkisini müəyyənləşdirmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilmiş, aşkar edilib götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş heroin və metamfetamindən başqa, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmetin aşkar edilməmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 120-123-cu vərəqlərində olan "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixli BKC/LGL-5912/22 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı mesaj mətnləri müəyyən edilmişdir: 02 fevral 2022-ci il saat 18:52:57-də ***-***-**-** mobil nömrədən «Qagas kol alnir qram 1dene»; 02 fevral 2022-ci il saat 20:03:15-də ***-***-**-** mobil nömrədən «Qagaş beyaglari şöz dedima bes qat elədə onu birdəki 20m pat opşi 40 manat vercem»; 02 fevral 2022-ci il saat 21:15:36-da ***-***-**-** mobil nömrədən «Kisisen ac telefonu olurem men sene atmisam beyem indi bir gun gec olanda ne olacag»; 03 fevral 2022-ci il saat 04:12:49-da ***-***-**-** mobil nömrədən «Bidene yari ver mene 20m varimduda sende agriyirame bitke vardieledim birgoz versen ya yox?»; 08 fevral 2022-ci il saat 13:55:21-də ***-***-**-** mobil nömrədən «Qar yagir qagaş yarin narin hə?»; 12 fevral 2022-ci il saat 12:33:18-də ***-***-**-** mobi! nömrədən «İntiqam menem nardaranlı telman nomreni teze almışam.qaqaş seni başa düşürem qehbeler elinden imkan yoxdu amma men terefden arxayın ol»; 13 fevral 2022-ci i! saat 14:24:18-də ***-***-**-** mobil nömrədən ***-***-**-** «Allah hqqi bu gun 10m olsa vericem qapidayam»; 13 fevral 2022-ci il saat 15:15:14-də ***-***-**-** mobil nömrədən «İntiqam 1sata gələm o 10 manati vercem birdəki 20 man vercem ag lazimdi»; 13 fevral 2022-cİ il saat 16:28:39-da ***-***-**-** mobil nömrədən «qagaş 10m vercem birdeki 20m var gəlim qagaş? Elə bilməki 10m atmisam»; 13 fevral 2022-ci il saat 19:26;15-də ***-***-**-** mobil nömrədən «Ay qaqa qapdayam 10m gətirmişəm 20m gətirmişəm»; 14 fevral 2022-ci il saat 10:36:17-də ***-***-**-** mobil nömrədən «Men sene bele elirdim ki yeke kiwisen ala gorsen veziyyetim pisdi komek elemeydense burursan meni?»; 14 fevral 2022-ci il saat 10:59:09-da ***-***-**-** mobil nömrədən «Cixda gagaw ver mene birwey agriyiram axi dvjeni elim verimde»; 14 fevral 2022-ci il saat 11:45:07-də ***-***-**-** mobil nömrədən «İntiqam mənəm telmandi qaqas bidəndə gəlim yarim kakos lazimdi teli»; 14 fevral 2022-ci il saat 17:50:35-də ***-***-**-** mobil nömrədən «Cix qapiya tez pulu verimde»; 14 fevral 2022-ci il saat 19:01:43-də ***-***-**-** mobil nömrədən «Salam intiqam menem telman men mehledeyem pulum bütövdü düzeler nese he»; 14 fevral 2022-cİ il saat 22:41:37-də ***-***-**-** mobil nömrədən «İzdivatsa elirsen meniynen ? Anasini sikim kecmerem aglivi bawva yig gotduy elirsen uje gijdilag mal goren kimi camirsuze»; 16 fevral 2022-ci il saat 20:04:13-də ***-***-**-** mobil nömrədən «Ay qagaş məleyə catram 7man qara vər»; 18.16 fevral 2022-ci il saat 22:35:26-da ***-***-**-** mobil nömrədən «Ata menim halim pisdi komey ele mene ne olar»; 18 fevral 2022-ci il saat 19:57:20-də ***-***-**-** mobil nömrədən «İntiqam menen telman 10 manat varımd kelim qaqaş»; 19 fevral 2022-ci il saat 09:55:00-də ***-***-**-** mobil nömrədən «Salam menem telma 10 varmdı keıim»; 20 fevral 2022-ci il saat 21:39:34-də ***-***-**-** mobil nömrədən «Qapidasanda mende dükan qabagindayam ver mene birnide»; 22 fevral 2022-ci il saat 21:26:38-də ***-***-**-** mobil nömrədən «Bu ne idi mene verdin 2 masin skoru gelib duzelmirem ki,duzelmirem sabah seninle danisacam.ya sene veren Allah ya da mene Rehmandi indiden deyirem mennen incime»; 23 fevral 2022-ci il saat 14:40:46-da ***-***-**-** mobil nömrədən «Sen allah babat adam gonderki deyi gelib demesin ki pulum yoxdu ya pulum azdi hele olmasin»; 23 fevral 2022-ci il saat 21:05:54-də ***-***-**-** mobil nömrədən «Brat kelim yanıma he ne deyirsem qaqrdaşlıq ele»; 24 fevral 2022-ci il saat 00:20:49-da ***-***-**-** mobil nömrədən «Salam intiqam sən o qehbelere gore mene mal vemirsen he canın sag o»; 24 fevral 2022-ci il saat 20:02:24-də ***-***-**-** mobil nömrədən «İntiqam sikve dolamisan meni neoldu menim menim malim hansi cehenemdesesen gel verde meni malim» Cinayət işinin 45-47-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 fevral 2022-ci il tarixli 6/1172 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş» yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 17,337 qr. və 12(on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qr, 0,384 qr, 0,382 qr, 0,372 qr, 0,361 qr, 0,414 qr, 0,392 qr, 0,364 qr, 0,389 qr, 0,366 qr, 0,401 qr, 0,372 qr ümumi təmiz çəkisi 21, 801 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,780 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Resapublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in l Siyahısına daxildirlər. Qeyd:- heroinin ümumi təmiz çəkisi-21,801 qr, tədqiqata sərf edildi, ümumi 0,22 qr (0,1 qr və ümumi 0,12 qr) qalıq 21,581 qr. Metamfetaminin təmiz çəkisi - 20,780 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq 20,580 qr. Cinayət işinin 126-127-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 17 mart 2022-ci il tarixli 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X5 13 aprel 2022-ci il tarixli, xx/xx-5415 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə 16 dekabr 2016-04 yanvar 2017; 10 oktyabr 2018-19 oktyabr 2018; 23 oktyabr 2018-08 noyabr 2018 və 02 fevral 2019-15 fevral 2019-cu il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Cinayət işinin 117-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 04 mart 2022-ci il tarixli, 1/354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə qeyd olunan xəstəxanaya stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin 118-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X5 11 mart 2022-ci il tarixli, 1980 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 139-148-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi - 21,801 qram narkotik vasitə heroin, təmiz çəkisi - 20,780 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq 21,581 qram heroin, 20,580 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-21-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 85-89-cu vərəqlərində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli, 4(008)-168/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 fevral 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-133-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 4 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilməmiş təqsirləndirilən şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı ödənilmiş məhkumluqlar nəzərə alınmır. Himayəsində azyaşlı uşağın olması və əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 21,581 qram heroin, 20,580 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 21,581 qram heroin, 20,580 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar