Məhkəmə qərarları › İş №1(101)-1310/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1310/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1310/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Oba” marketdən alış-veriş edib çıxarkən həmin marketin yanında dayanaraq dilənçilik edən əvvəllər tanıdığı sağ aşağı ətrafı budun yuxarı 1/3-i hissəsindən amputasiya olunduğuna görə qoltuqaltı əsa ilə hərəkət edən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ac olduğunu bildirib ondan yemək almasını xahiş etdiyinə görə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına dəvət edib həmin gün saat 12 radələrində mənzildə birlikdə yemək yeyib spirtli içki qəbul edərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs davamlı olaraq onun valideyni barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncunu öldürməklə qisas almaq niyyətilə mətbəxə gedib oradan götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin vaxt sərbəst hərəkət edib, müqavimət göstərmək imkanı olmayan Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən zərbə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürəyin sol qulaqcığının, sol mədəciyinin, ağciyər arteriyasının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşaiyət olunan deşilmişkəsilmiş yarası kimi ölümü ilə səbəbli əlaqəli olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət yetirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o Araza “Həsən” deyə müraciət edirmiş. Həsəni 2-3 ildir ki, tanıyır və hər zaman ona yardım etmişdir. Həsənin sol ayağı dizdən aşağı yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində evdən çıxaraq məhəllədə yerləşən “Oba” marketdən siqaret və bir ədəd enerji içkisi almağa getmişdir. “Həsən” üstündə az pul olduğunu bildirərək onun üçün də içki almağını istəmişdir. Həsən eyni zamanda ona ac olduğunu bildirmişdir. O, Həsəni evinə dəvət etmiş və onlar televizora baxa-baxa yeyib-içirlərmiş. Həsən ona söyüş söymüşdür. Belə ki, Həsən onun valideynlərini də təhqir etmişdir. Bu zaman o, Həsənə onu evinə dəvət etdiyini və söyüş söyməməsini bildirmiş, lakin Həsən yenə söyüş söyməyə davam etmişdir. Həsən onu aşağı çəkərək yumruq vurmuş və kəllə atmışdır. Həsənin atdığı kəllə onu tutmuşdur. Bu zaman o Həsəni itələmişdir. Daha sonra Həsən, araq butulkasını çırpmışdır. Belə ki, Həsən həmin vaxt köməksiz vəziyyətdə olmamışdır. O, Həsənin cibində nəsə axtardığını görmüşdür. Həsən əlini cibinə atdığı üçün qorxmuş və bıçaq gətirmişdir. Stolun üstündə həmin vaxt araq, stəkanlar, külqabı, turşu, qab-qacaq olmuş, lakin bıçaq olmamışdır. O, Həsəni qorxutmaq niyyəti ilə mətbəx bıçağını götürmüş və Həsənə toxundurmuşdur. O, bıçaqla Həsəni qorxutmaq istəyəndə Həsən özünü qabağa atmışdır. Onun Həsəni öldürmək niyyəti olmamışdır. O, Həsənə özünü yığışdırmasını bildirmiş, lakin Həsən ona əl-qol atmışdır. O da özünü itirmiş və Həsəni vurmuşdur. O, Həsəni vuranda da Həsən oturmuş vəziyyətdə olmuşdur. Bundan sonra o, qorxuya düşmüş və Həsənin meyidini evdən çıxararaq pilləkanlardan aşağı düşürmüşdür. Daha sonra polislərin blokda nəsə axtardığını görmüş və cinayət əməlini etiraf etmişdir. O Həsənlə üzbəüz stulda əyləşmişdir. O, sonradan öyrənmişdir ki, Həsən narkomandır. Hadisə baş verəndən sonra o şok vəziyyətdə olmuşdur. O, qonşuya xəbər etməmiş və təcili yardım çağırmamışdır. O, bıçağı zibil sellofanına atmış, meyiti isə blokda pilləkandan zirzəmiyə düşən yolda otuzdurmuş və üstünə taxtalar atmışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında arvadı X6, övladları 1999-cu il təvəllüdlü X9 və 2007-ci il təvəllüdlü X10 ilə birlikdə yaşamışlar. Arvadı Təranə rus dili müəllimə işləyir. Böyük oğlu Türkiyə Respublikasında təhsil alıb hazırda özəl şirkətlərin birində proqramçı işləyir. Kiçik oğlu İsə orta məktəbdə 11-ci məktəbdə oxuyur. O da usta kimi evlərin elektrik işlərini görərək qazanc əldə etmişdir. İş olmadığı hallarda yaşadığı evdə və ya ev ətrafında parkda dincəlmişdir. Bundan başqa ev üçün zəruri olan ərzaq və digər zəruri ehtiyacları mağazadan almışdır. Evə bazarlıq üçün adətən Mir Cəlal küçəsində yerləşən Araz marketə getmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs da adını “Həsən” olaraq oradan təxminən 2- 3 ay olar ki, tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs onun tez-tez bazarlıq etdiyi “Araz” marketin qarşısında dayanıb çörək pulu dilənmişdir. O da demək olar ki, həmişə Araza çörək pulu vermişdir. Buna səbəb sağ ayağının yarıdan olmaması olmuşdur. Beləcə Arazla aralarında ünsiyyət yaransa da elə də dostluq münasibətləri olmamışdır. Hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində evdən çıxıb məhəllədə yerləşən “Oba” marketdən siqaret və bir ədəd “Go” adlı spirtli içki almağa getmişdir. Çünki axşamdan çoxlu spirtli içki qəbul etdiyinə görə özünü yaxşı hiss etməmişdir. “Go” adlı spirtli içkini almaqda məqsədi vəziyyətinin düzəlməsi üçün olmuşdur. O marketdən siqaret və spirtli içkini aldıqdan sonra marketin yanında yanındakı bisetkada Arazı görmüş və Araza yaxınlaşmışdır. Arazla salamlaşmış, bu zaman Araz ona ac olduğunu, səhərə kimi mağazanın qarşısında olduğunu deyərək kömək etməyini istəmişdir. Bundan sonra Araz cibindən 2 manat pul çıxardıqda o, ehtiyac olmadığını deyib mağazaya qayıtmışdır. Marketdən bir ədəd 250 ml “miçman” arağı, 0.5 litr kola və “krakov” kolbasası alıb mağazadan çıxmışdır. Özü də içmək istədiyindən Araza onun evində içməyi təklif etmişdir. Araz da onunla razılaşmışdır. Qeyd etmişdir ki, həmin vaxt evdə heç kim olmamışdır. Oba marketlə onun evinin arasında olan məsafə təxminən 50 metrdir. Evə çatdıqdan sonra Araza divanda yer göstərmişdir. O da aldıqlarını və evdə olan digər ərzaqlardan stolun üzərinə qoymuşdur. Bundan sonra Arazla təxminən saat 12-yə kimi yeyib içmişlər. Təxminən saat 12 radələrində söhbət əsnasında o Araza demişdir ki, “yadındadı təxminən 1 il bundan əvvəl “parkur” restoranında yeyib içəndə orada işləyən Zöhrab adlı şəxsin dostu ilə aralarında mübahisə düşdü və həmin oğlan onun var-yoxumu söydü, o da orada idi. Araz da ona cavabında əgər səni söyübsə deməli sən həmin söyüşə layiqsən” demişdir. O Araza “sən yadından çıxarma ki, mənim evimdəsən, necə yəni mənim valideynimi söyür sən də düz edir söyür deyirsən” dedikdə Araz yenidən “hə də düz edib” deyə cavab vermişdir. Arazın bu cavabından əsəbiləşmiş, lakin bunu Araza bildirməmişdir. Daha sonra o meyvə şirəsi gətirmək adı ilə mətbəxə keçmiş və oradakı bıçaq dəstində olan bıçaqlardan birini götürüb geri qayıtmışdır. Həmin vaxt Araz divanda oturmuşdur. Araza yaxınlaşdığı zaman əsəbi halda “mən layiqəm sənin və ya başqalarının söydüyü söyüşlərə?” dedikdə Araz onu şalvarından dartıb özünə tərəf çəkmişdir. O da əyildiyi zaman Araz əli ilə sifət nahiyəsinə vurmuşdur. O Arazdan təkrarən “mənim valideynimi düz edib söyüblər” deyə sual verdikdə Araz ona “hə” deyə cavab vermişdir. Bundan sonra heç bir şey fikirləşmədən sol əlində tutduğu mətbəx bıçağı ilə Arazı öldürmək niyyəti ilə Arazın ürək nahiyəsinə vurub sağ əlindən Arazın başından özünə tərəf çəkib yenidən həmin sualı soruşduqda Araz təkrarən “hə” deyərək cavab verdiyindən bıçağı sona qədər itələmişdir. Daha sonra Araz xırıldayıb divana yıxılmış və bıçağı sinəsindən çıxarıb mətbəxə keçmişdir. Təxminən 10 dəqiqə mətbəxdə oturduqdan sonra sakitləşib peşmançılıq hissi keçirdiyindən özünü də öldürmək istəmiş, amma ailəsini düşündüyündən özünə qəsd etməmişdir. Daha sonra bıçağı mətbəxdə olan zibil vedrəsinə atmışdır. Bundan sonra Arazın meyitini evdən çıxarıb izi itirmək qərarına gəlmişdir. Buna görə də qapını açıb dəhlizə baxmış və orada heçkim olmadığından Arazı ayağından tutub sürtə-sürtə zirzəmiyə düşən pilləkənlərə gətirmişdir və orada olan taxta parçalarının üstünə qoyub kənarda olan taxta qapını Arazın üzərinə qoymuşdur ki, görsənməsin. Bundan sonra evə geri qayıdıb şkafda olan mələfəni götürüb divanın üzərinə düşmüş qan ləkələrini təmizləmişdir. Bununla yanaşı yerə tökülmüş qan ləkələrini də silmişdir. Daha sonra mətbəxdə zibil vedrəsinə atdığı bıçağı oradan götürüb məhəllədə olan zibil yeşiklərindən birinə atmışdır. Həmin vaxt təxminən saat 13 radələri olmuşdur. Daha sonra gedib məhəllədə yerləşən parkda oturmuşdur. Parkda olduğu zaman yaşadığı binada qonşuluqda yaşayan Misir dayıya başına gələn hadisə barədə məlumat verib polisə gedib-getməməklə bağlı məsləhət almışdır. Misir dayı ona polisə getməyi məsləhət bilmişdir. Lakin o evi təmizlədiyindən və hadisəni törətdiyi bıçağı evdən atdığından ondan şübhələrin olacağına inanmadığından tərəddüd etmişdir. Daha sonra həyətdə hay-küy olduğunu görüb meyitin tapıldığını bilmişdir. Sonra yaxınlıqda yerləşən kafelərində birində pivə içməyə başlamışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra törətdiyi hadisə barədə məlumat vermişdir. Törətdiyi əməldən peşman olduğunu etiraf etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Arazın onun evində yemək yeyib içki içdikdən sonra onu söyməsi onda nifrət hissi yaratmış və Arazı cəzalandırmaq üçün o Arazı öldürmək niyyəti ilə sinə nahiyyəsinə vurmuşdur. O Arazı bıçaqla vurduğu zaman ona müqavimət göstərmişdir. Arazın onu təkrar-təkrar təhqir etməsi və ailəsinə qarşı söyüş söyməsi onda Araza qarşı nifrət hissi yaratmış və Arazı öldürmək qərarına gəlmişdir. Daha sonra “mətbəxdən su götürmək üçün gedirəm” deyib. Orada olan mətbəx bıçağını sol əlində tutub arxada gizlədərək Araza yaxınlaşmışdır. Həmin vaxt Araz divanda oturmuşdur. Araza yaxınlaşdığı zaman əsəbi halda “mən layiqəm? sənin və ya başqalarının söydüyü söyüşlərə?” dedikdə Araz onu şalvarından dartıb özünə tərəf çəkmişdir. O da aşağı əyildiyindən Araz əli ilə onun sifət nahiyəsinə vurmuşdur. Ekspertizadan keçərkən və təcridxanadan tibbi müayinədən keçərkən xəsarətləri qeydə alınmışdır. Araz ona gecədən səhərə kimi mağazanın qarşısında ac qaldığını deyərək yemək almağını istəmişdir. O da yaşadığı evə aparıb yemək vermişdir. Sonradan aralarında yaranmış mübahisə nəticəsində Arazı öldürmək qərarına gəlib Arazı bıçaqla vurmuşdur. Hadisə vaxtı üzərində qara rəngli idman şalvarı və köynəyi olmuşdur. Arazın üzərində isə yalnız cins şalvarda olduğunu xatırlamışdır. O tutulan zaman polislər tərəfindən heç bir işgəncəyə, döyülməyə, zorakılığa məruz qalmamışdır. (Cild-1, iş vərəqə 48-51, 75-78, cild-2 iş vərəqə 38-40, 69-73) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra məhkəmə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Həsənin (Arazın) başından tutmamış, əksinə, Həsən (Araz) onun başından tutmuşdur. O bıçağı Həsənin (Arazın) sinəsinə atmışdır. Bıçağı vurub saxlamamış, tez çıxarmışdır. Bıçağın nə qədər girib, nə qədər çıxdığını xatırlamır. O Həsənin iki qolundan yapışıb bloka sürümüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi – şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o bildiyi qədəri ilə Səyavuş Arazı evinə aparmış və onlar yeyib-içmişlər. Daha sonra isə onların aralarında mübahisə yaranmışdır. İttiham aktında nə yazılıbsa, onları bilir. Qardaşının narkotik vasitə istifadə edib-etmədiyindən məlumatı yoxdur. Belə ki, Araz onun yanında narkotik vasitələrdən istifadə etməmişdir. Qardaşı Arazı o saxlayırmış. Təqsirləndirilən şəxsla aralarında barışıq əldə edilməmiş və ondan şikayətçidir. Hadisələrin tam olaraq necə cərəyan etdiyini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Səyavuş onun qonşusudur. Qonşusu Emin ona zəng edərək uşağının həyətdə adam görərək qorxduğunu bildirmişdir. Misir, Dilarə və o həyətə düşmüşdür. Polislər gəlmiş və meyit olduğunu görmüşlər. O meyitə yaxın getməmiş, yalnız uzaqdan ayağını görmüşdür. Meyitin üzərində taxta olmuşdur. Meyitin yalnız 1 ayağını görmüşdür. Belə ki, eşitdiyinə görə meyitin 1 ayağı olmamışdır. Hadisədən sonra Səyavuşu aşağıda görmüş, lakin onlar arasında hər hanı danışıq olmamışdır. Səyavuşun üzərində hər hansı bir şübhəli hal görməmişdir. Səyavuş yaxşı qonşudur. Usta kimi nə lazım olubsa, Səyavuş gəlib kömək etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, nəvəsini məktəbdən götürmüş və mağazaya getmişlər. O evdə olmuşdur. Təxminən saat 13 radələrində Tamilla onlara gələrək həyətdə adam öldüyünü bildirmişdir. O buna inanmamışdır. O, həyətə çıxmış və orada çoxlu adamlar və polislər görmüşdür. Orada məlum olmuşdur ki, meyiti qonşusu Eminin oğlu görmüş və “102” xidmətinə zəng vurmuşdur. O meyiti kənardan görmüşdür. Meyitin üzrəində qan görməmişdir. Meyitin 1 ayağı olmamış, yanında əsa olmuşdur. O, Səyavuşu həyətdə görmüşdür. Belə ki, Səyavuş sakit vəziyyətdə durmuşdur. Səyavuşun üzərində xəsarət olub-olmadığına fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən saat 14 radələrində qonşusu Tamilla qapını döymüş, Eminin ona zəng etdiyini və pilləkanda kiminsə öldüyünü bildirmişdir. Bu səbəbdən qonşuların həyətə düşərək şahidlik etməsini söyləmişdir. O baxanda meyitin yanında əsa olduğunu, üzərində isə taxtaları görmüşdür. Eminlə təcili yardıma zəng etmək qərarına gəlmişlər. Lakin təcili yardım gəlməmişdir. O vaxta kimi “102” ximdətinə zəng etmişlər. Polislər gəlmiş, meyitin şəkillərini çəkmiş və onları da sorğu-sual etmişlər. Meyiti qonşuları Dilarənin həyat yoldaşı onunla birgə tabuta qoyanda kömək etmişdir. Sonra o diş həkiminə getmişdir. Saat 21 radələrində qayıtdıqda camaatı həyətdə görmüşdür. O, meyitin ayağını görməmişdir. O, həmin şəxsi Səyavuşun öldürdüyünü əvvəlcə bilməmişdir. Səyavuş adam öldürdüyünü ona bildirməmişdir. Səyavuş ondan “necə oğlan olduğunu” soruşmuş, o isə cavabında Səyavuşa “əlasan” deyə cavab vermişdir. Səyavuş ona minnətdarlıq edib getmişdir. Səyavuş ondan uzaqlaşarkən öz-özünə Qarabağda döyüşdüyünü, 20-dən artıq erməni öldürdüyünü deyirmiş. Səyavuşun üzündə və ya bədənində hər hansı xəsarət görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə olan vaxtı o evdə olmamışdır. Onun 2 azyaşlı uşağı evdə olmuşdur. O atasının yas mərasimində olmuşdur. Oğlu ona zəng edərək blokda taxtaların arasında kiminsə yatdığını bildirmişdir. Uşaq çölə çıxmaq üçün qoxduğunu bildirmişdir. O gəlmiş və nə qədər çağırsa da həmin şəxs ona cavab veməmişdir. Bundan sonra sahə müvəkkilinə müraciət etmişdir. Daha sonra isə qonşuya zəng edərək kiminsə yatdığını və onu birlikdə oyatmalarını bildirmişdir. Daha sonra isə “102” xidmətinə zəng etmişdir. O meyiti aşkar edəndə saat təxminən 11-12 radələri olarmış. Meyit bloka gedən yerdə taxtaların arasında olmuşdur. O Səyavuşu əvvəlcə həyətdə görmüşdür. Lakin Səyavuş, onlara yaxınlaşmamışdır. Səyavuşun üzündə və ya başında xəsarət olsaydı o, həmin xəsarətləri görmüş olardı. Səyavuş yaxşı qonşu olmuşdur. İş üzrə Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Müxtəlif yerlərdə günəmuzd fəhlə kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Mir Cəlal” parkında gəzdiyi zaman eyni məhəllədə yaşayan Səyavuş adlı şəxsi görmüş və həmin vaxt Səyavuş çox içkili vəziyyətdə olmuşdur. Parkda hərəkət edərkən Səyavuş onu görmüş və “aa Elxan” deyərək səslənmişdir. Daha sonra Səyavuş ona yaxınlaşaraq ərkyana əlini onun çiyninə vuraraq “o mənim anamı söydü, söyüş söyənin cəzasını verək gərək” demiş , o isə bunun nə məsələ olduğunu soruşduqda sonuncu aqressivləşərəq çıx get burdan demişdir. O da içkili olduğuna görə Səyavuşun sözlərinə əhəmiyyət verməmiş və yoluna davam etmişdir. Daha sonra Səyavuşun “Araz” market yaxınlığında dayanıb pul dilənən Araz adlı şəxslə mübahisənin olduğunu və onu öldürməsi haqqında məlumat öyrənmişdir. O, sonuncunu təxminən 2-3 il olar ki, tanımışdır. Demək olar ki, eyni məhəllədə yaşamışdırlar. Səyavuş spirtli içki qəbul etməsinə baxmayaraq heç kimə sataşmazdı. Səyavuş kinli olmamış, amma maddi ehtiyaclı şəxs olmuşdur. Səyavuş tutulduqdan sonra hadisə barəsində məlumatı olmuşdur. (cild-1, iş vərəqə 189-191) Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş; “Hadisə yerinə baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 36 saylı binanın girişi və həmin binanın 2 saylı mənzilidir. (cild 1, iş vərəqə 4-17). “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti təşrih masası üzərində uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Sviter, tünd-qırmızı rəngli qanla bulaşmışdır. 2. Qara rəngli qısaqol mayka. Mayka, ön səthi tünd-qırmızı rəngli qanla bulaşmışdır. 3. Tünd-göy rəngli belində qara rəngli kəməri olan şalvar. Şalvarın üzərində gümüşü rəngli üzərində “**-NU- ***” yazılmış brelok vardır. Şalvarın sağ cibindən kağıza bükülmüş ağımtıl rəngli, şüşəyəbənzər, xırda dənəli formalı maddə aşkar edildi. 4. Tünd-göy rəngli kişi alt tumanı.

5. Bir ədəd tünd-göy rəngli corab. Meyitin boyun nahiyəsində qızılı rəngli boyunbağı, sol qolunda gümüşü rəngli saat, sol əlin İV barmağında gümüşü rəngli üzük vardır. Meyitlə birlikdə qızılı rəngli qolbaq gətirilmişdir. Qeyd olunan geyimlər və əşyalar qablaşdırılaraq götürülmüşdür. Meyit kişi cinsli olub, kafi qidalıdır, boyunun uzunluğu 185 sm-dir. Meyitin sağ aşağı ətrafı budun yuxarı 1/3-i hissəsindən amputasiya olunmuşdur və həmin hissədə ağımtıl rəngli güdül formalaşmışdır. Meyitə əllə toxunduqda soyumuşdur, dəri örtüyü solğundur, ağarmışdır. Meyitin gövdəsinin arxa səthində qırmızımtıl-göyümtül rəngli zəif intensivlikdə meyit ləkələri vardır. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə onlar itir və təxminən 1-1,5 dəqiqə müddətə bərpa olunur. Meyit qacıması çeynəmə əzələlərində kafi və yoxlanılan digər əzələ qruplarında zəif inkişaf etmişdir. Saçı bozumtul-qara rəngdə olub, uzunluğu 1-3 sm-ə qədərdir. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalı vəziyyətdədir, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, qüzehli qişa qəhvəyi rənglidir. Qulaq seyvanları tamdırlar. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar. Ağzı qapalı vəziyyətdədir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Dişləri yoxdur, diş yuvaları bitişmişdir. Boynu orta uzunluqda və köklükdədir, adi hərəkətlidir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir. Qarnı qabırğa qövsləri səviyyəsindən bir qədər aşağıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olmaqla düzgün inkişaf etmişdir, sidik kanalının xarici dəliyindən ifrazat qeyd edilmir, sünnət olunmuşdur. Arxa keçəçək dəliyi qapalıdır, ətrafındakı dəri çirklənməmişdir və zədəsizdir. Arxa keçəcəyin ətrafında şüavari büküşlər aydın seçilirlər. Arxa keçəcək dəliyinin selikli qişası solğun-çəhrayı rəngdədir, qansızmasızdır. Yuxarı və sol aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır, patoloji hərəkətlilik hiss olunmur. Sağ saidin orta 1/3-nin arxa səthində 8x1,2 sm ölçüdə kənarları bir qədər hamar, ağımtıl rəngli köhnə çapıq vardır. Hər iki qasıq büküşlərində qırmızı rəngli yaracıqlar (inyeksiya) izləri vardır. Meyitin bədən səthində 1. döş qəfəsinin ön səthinin sol yarısında, orta körpücük və döşyanı xəttlər arasında, İİİ-Vİ qabırğalararası sahədə, köndələn-çəp istiqamətdə yerləşmiş 9,5x4 sm ölçüdə, kənarları hamar, aşağı ucu küt, yuxarı ucu iti olan yara vardır. Yaranın aşağı ucu ayaqaltından 125 sm məsafədə yerləşmişdir. Yara saat sferblatının “2” və “7” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. 2. Alın nahiyəsinin sol yarısında 1,4x0,3 sm, sol üst göz qapağında 1,2x0,3 ölçülərdə üzərləri ətraf zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli sıyrıqlar xəsarətləri aşkar edildi. (cild 1, iş vərəqə 20-23) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 36-40) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 63-64) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-522/2023 saylı (hakim S.Mustafayeva) qərardan (hakim: S.Mustafayeva) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsdə saxlama müddəti 24 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 84-88) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı hadisəni ünvan 5 ünvanında həyata keçirdiyini bildirmiş, həmçinin yaşadığı binanın girişini, yaşadığı mənzilin giriş qapısını, mənzilin girişini, Təqsirləndirilən şəxs yaşadığı mənzildə zərərçəkmiş şəxs Azər Həsənovun oturduğu yeri, mənzilin mətbəxindən bıçağı götürdüyü yeri, zərərçəkmiş şəxs Azər Həsənovu bıçaqla vurduğunu, meyiti gizlətdiyi yeri və cinayətin aləti olmuş bıçağı atdığı tullantı qabı əyani şəkildə göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 89-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının verdiyi xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7436/2023 saylı məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol gözətrafı nahiyəsində yaşılımtıl-bənövşəyi rəngli, sol körpücükaltı nahiyədə isə sarımtıl rəngli qançır izləri aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunmamışdan əvvəl cinayət hadisəsi zamanı almışdır. (Cild 1, iş vərəqə 149) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X14 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 156-157) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasının verdiyi xx.xx.2023cü il tarixli, 1/5880 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 176) Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 77 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 566 saylı xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu 4cü mikrorayon Mir Cəlal küçəsi ev 36, mənzil 2-də qeydiyyatsız yaşayıb. Yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Arvadı 1969-cu il təvəllüdlü X6, uşaqları 1999-cu il təvəllüdlü X9 və 2007-ci il təvəllüdlü X10 tərkibdə ailə üzvləri vardır. (Cild 1, iş vərəqə 202-203) Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 verdiyi 16 noyabr 2023-cü il tarixli, 18098 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 205) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 verdiyi 16 noyabr 2023-cü il tarixli, xx/xx-13609 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-23.12.-2021, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Opioid və Psixostimulyatorun birgə qəbulu nəticəsində asılılıq Sindromu diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. (Cild 1, iş vərəqə 207) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X18in Nəsimi rayon şöbəsində keçirilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 129 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının ümumi uzunluğu 14-16 sm-dir, istiqaməti öndənarxaya, bir qədər aşağıdan-yuxarıya və soldan-sağa doğru olması təyin olundu. Yara kanalı boyunca yumşaq toxumalar zədələnmiş və soldan İİİ qabırğanın qığırdaq hissəsinin aşağı kənarı hissəvi, İV, V qabırğaların qığırdaq hissəsi isə tam kəsilmişdir, yara daxilə nüfuz edib ürəyin sol qulaqcığını, sol mədəciyini, ağciyər arteriyasını, sol ağciyərin yuxarı payını yaralayaraq Vİİİ qabırğanın onurğaya birləşən hissəsində tamamlanır. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə deşici-kəsici əşya (alət) ilə yetirilmiş ən azı 1 (bir) zərbə nəticəsində əmələ gəlmişdir, Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. 2) alın nahiyəsinin sol yarısının və sol üst göz qapağının sıyrıqları həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqələri yoxdur. Bu xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni yumruq və təpik zərbələri nəticəsində əmələ gələ bilmələri istisna olunmur. Bu məsələnin dəqiq həlli istintaq yolu ilə aydınlaşa bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürəyin sol qulaqcığının, sol mədəciyinin, ağciyər arteriyasının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 17:30-da) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmişdir. “Dava-dalaş”, “mübarizə” və “özünü müdafiə” sözləri hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmadı. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş - kəsilmiş yara ülgüclə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici-kəsici alətin yaxud əşyanın təsirindən törənmişdir, o cümlədən ekspertizaya təqdim olunmuş maddi sübut qismində bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən, ürəyin sol qulaqcığının, sol mədəciyinin, sol ağciyər arteriyasının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan deşilmiş - kəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş - kəsilmiş yara yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs hadisə anında əynində olmuş paltarlarında olan xəsarətlərin və üzərində qan ləkələrinin təyini üçün xüsusi tibbi- kriminalistik və məhkəmə-bioloji tədqiqat əhəmiyyət kəsb edir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunəsi qanın qrup mənsubiyyətinin təyini üçün “MTE və PA Birliyi” PHŞ-nin məhkəmə-biologiya şöbəsinə göndərilmişdir. (Cild 1, iş vərəqə 212-218) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X18in Nəsimi rayon şöbəsində keçirilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1528 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş-sol gözaltı və sağ körpücükaltı nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gələ bilərdilər, həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bildiyindən konkret olaraq hansı şəraitdə əmələ gəlmələri istintaq yolu ilə təyin edilə bilər. (Cild 1, iş vərəqə 220-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2023-cü il tarixli 7764 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cild 1, iş vərəqə 224-226) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının 23/929R saylı rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 06 (altı) ədəd (1, 2, 7, 8, 9, 9 rəqəmləri ilə işarələnmiş) tampon və divan üzərindən götürülmüş 01 (bir) ədəd tamponda insan qanına xas hemoqlobin zülalı aşkar edildi. Hadisə yerinə baxış zamanı götürülmüş 01 (bir) ədəd (3 rəqəmi ilə işarələnmiş) tamponda insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmədi. Hadisə yerinə baxış zamanı götürülmüş 04 (dörd) ədəd (1, 2, 9, 9 rəqəmləri ilə işarələnmiş) tamponda qan nümunələri və divan üzərindən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, Zərərçəkmiş şəxs məxsusdur. Hadisə yerinə baxış zamanı götürülmüş 03 (üç) ədəd (3, 7, 8 rəqəmləri ilə işarələnmiş) tampon üzərində, kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (Cild 1, iş vərəqə 228-233) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X18də keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azerbaycan Respublikası CM-nin 21.1,21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən emosional halında psixi-irslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqə 235-239) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6081 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri və üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (cild 1, iş vərəqə 242-245) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X18də keçirilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 802/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A /ll/-dir. (təqdim olunan sənədin kserosurətinə əsasən). Mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/ -dir. Ekspertizaya təqdim edilmiş bıçaq, elektrik radiator, çubuqlu pambıq topası, iki ədəd material kəsiyi (divan örtüyü), Zərərçəkmiş şəxs məxsus şalvar, qolsuz mayka, boğazlı jaket, qısaqol mayka və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qan ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "H" antigeni alındı. ”H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. -Ekspertizaya təqdim edilmiş şəxs Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və gödəkçə üzərində qana şübhəli ləkə aşkar olunmadı. (cild 1, iş vərəqə 247-253) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X18də keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 594- MTKŞ/2023 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin orta nahiyəsində bir ədəd; köynəyin ön səthinin orta nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd; maykanın ön səthinin sol nahiyəsində bir ədəd və maykanın arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyəsində olan bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sviterin ön səthinin orta nahiyəsində olan bir ədəd, köynəyin ön səthinin orta nahiyəsində isə olan iki ədəd (köynəkdə olan iki ədəd zədədən yalnız bir ədəd zədə bədəndə olan xəsarətlə üstüsə düşür, digər bir ədəd zədə yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər və bədən üzərində öz əksini tapmamışdır) deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşmür, bu da, qeyd edilən paltarların yerdəyişməsi ilə izah oluna bilər. Köynək və maykanın arxa səthinin sol nahiyəsində hərəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır, bu da, yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus idman şalvarın sağ və sol ciblərin yuxarı kənarında iki ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar, şalvarının müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçə və mayka üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus sviter, köynək, mayka, şalvar üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur, -ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus idman şalvar üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilaıiıq faktoru üzrə səthə hopmuşdur. Gödəkçə və mayka üzərində qana şübhəli ləkə aşkar olunmadı. - ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş bıçağın tiyəsinin əsasında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. - ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş elektrik radiatorun təkər hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. - ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş divan örtüyünün bütün səthi boyuaşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim olunmuş təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. -Ekspertizaya təqdim olunmuş təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir əlavə dəyişiklik aşkar edilmədi. (cild 2, iş vərəqə 2-11) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi 20 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6305 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Narkotik maddəyə bənzər maddə” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,591 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, hebelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. (Cild 2, iş vərəqə 14-17) Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş 3-13-51-1/2-18768 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona ac olmasını bildirməsi və yemək almasını xahiş etməsi səbəbindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında ailə üzvlərinin evdə olmadıqlarından (arvadı və böyük oğlu işdə, kiçik oğlu isə məktəbdə olmuşdur) öz evində Zərərçəkmiş şəxs yemək vermək və içki qəbul etmək üçün aparmışdır. Zərərçəkmiş şəxs məhdud fəaliyyət qabiliyyətli olmasına görə uzun müddət Bakı şəhəri Mir Cəlal küçəsində yerləşən “Araz”, “Bolmart" və digər mağazaların qarşısında dayanaraq dilənməklə dolanmışdır. Sonuncu ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında tanışlıq münasibətləri olmuşdur. Təqsiləndirilən Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilməmişdir. Hadisəni törətdikdən sonra ünsiyyət olduğu 1948-ci il təvəllüdlü Şahid4 və 1990-cı il təvəllüdlü Şahid5 şəxsiyyətləri müəyyən edilərək rayon prokurorluğuna gəlmələri təmin edilmişdir. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs daha öncə aralarında mübahisə, dava-dalaş, münaqişə, düşmənçilik və s. kimi halların olması, müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ailə üzvlərini davamlı şəkildə təhqir etməsi səbəbindən aralarında mübahisə olmuşdur. Qeyd olunan hadisə mənzil daxilində törədildiyindən hadisə şahidi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qəsdən öldürməsində kənar şəxslərin iştirakı müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs hərəkət trayektoriyası üzrə video müşahidə kameralarındakı görüntülərin götürülməsi mümkün olmamışdır. (Cild 2, iş vərəqə 20) Nəsimi RPİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 51/2-40225 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, Nəsimi, rayonu, Mir Cəlal k. 36-da, Zərərçəkmiş şəxs Mayıl oğlunun qətlə yetirilməsi faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 08 (səkkiz) ədəd tamponda qanabənzər maddə, Zərərçəkmiş şəxs 02 (iki) ədəd tamponda qan nümunəsi və əl dırnaq nümunələri, 01 (bir) ədəd yataq üzlüyü, 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabı, 01 (bir) ədəd “Coca-Cola” markalı plastik içki qabı, 01 (bir) ədəd markasız şüşə içki qabı, 01 (bir) ədəd “i’m Tea” markalı plastik içki qabı, 02 (iki) ədəd “Argo” və 02 (iki) ədəd “Magna” markalı siqaret kötükləri, həmçinin hadisəni törətməkdə təqsirləndirilən, Təqsirləndirilən şəxs götürülmüş bioloji nümunələr, Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 51/2-33903/2023 №-li məktubu ilə xx.xx.2023-cü il tarixdə, tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 1) hadisə yerindən götürülmüş 04 (dörd) ədəd tamponda qan nümunələri, 01 (bir) ədəd yataq üzlüyü üzərində olan qan ləkələri və Zərərçəkmiş şəxs əl dırnaq nümunələri altında olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs Mayıl oğluna məxsusdur. 2) hadisə yerindən götürülmüş 01 (bir) ədəd “i’m Tea” markalı plastik içki qabı və 01 (bir) “Magna” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs (xx.xx.1963-cü il, Bakı ş.) məxsusdur. 3) hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabı və 01 (bir) ədəd markasız şüşə İçki qabı üzərində olan bioloji mənşəli materiallar, qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. 4) hadisə yerindən götürülmüş 01 (bir) “Argo” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. 5) hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Coca-Cola” markalı plastik içki qabı üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. 6) hadisə yerindən götürülmüş, digər 03 (üç) ədəd tampon, digər 01 (bir) ədəd “Argo” və digər 01 (bir) ədəd “Magna” markalı siqaret kötükləri üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (Cild 2, iş vərəqə 22-24) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.9-cu maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.9-cu maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin hissədə material ayrılaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin hissədə material ayrılaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin cinayət tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin hissədə material ayrılaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılmış, Şahid4 və Şahid5 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından, onların barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin hissədə material ayrılaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılmış, istintaq zamanı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən istintaqa təqdim olunmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, idman şalvar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 04 (dörd) ədəd tamponda qan nümunələri (1, 2, 7, 8, 9, 9 rəqəmləri ilə işarələnmiş), 01 (bir) ədəd yataq üzlüyü üzərində olan qan ləkələri, 01 (bir) ədəd “i’m Tea” markalı plastik içki qabı, 01 (bir) “Magna” markalı siqaret kötüyü, elektrik radiator, 01 (bir) ədəd yataq üzlüyü, 01 (bir) ədəd “l’m Tea” markalı plastik içki qabı, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, uzunqol köynək, mayka, şalvar, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş divan örtüyü öz xüsusiyyətlərinə və əlamətlərinə aşkar edildikləri yerə və vaxtına, həmçinin üzərlərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut qismində tanınmaqla, həmin əşyalar həcmlərinin böyüklüyünə görə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmış, istintaq zamanı hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabı, 01 (bir) ədəd markasız şüşə içki qabı, 01 (bir) ədəd “Coca-Cola” markalı plastik içki qabı, 3, 7 və 8 saylı qanabənzər maddə nümunələri, 02 (iki) ədəd “Argo” və 01 (bir) ədəd “Magna” markalı siqaret kötükləri, 02 ədəd bıçaq, həmçinin meyitinin müayinəsi zamanı üzərində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,591 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə limon turşusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən və dəyəri olmadığından məhv edilmişdir. (Cild 1, iş vərəqə 41-55) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9cu maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 57-58) 21 dekabr 2023-cü il tarixli aktdan görünür ki, 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabı, 01 (bir) ədəd markasız şüşə içki qabı, 01 (bir) ədəd “Coca-Cola” markalı plastik içki qabı, 3, 7 və 8 saylı qanabənzər maddə nümunələri, 02 (iki) ədəd “Argo” və 01 (bir) ədəd “Magna” markalı siqaret kötükləri, 02 ədəd bıçaq, həmçinin meyitinin müayinəsi zamanı üzərində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,591 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə limon turşusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən və dəyəri olmadığından məhv edilmişdir. (Cild 2, iş vərəqə 56) Elektron Məhkəmə sistemindən çıxarışdan (portaldan) görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş Nicat adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürdüyü zaman zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olmaması və ona müqavimət göstərməsi barədə xüsusatlara dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zaman, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, saxlanılan bıçaq, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 04 (dörd) ədəd tamponda qan nümunələri (1, 2, 7, 8, 9, 9 rəqəmləri ilə işarələnmiş), 01 (bir) ədəd yataq üzlüyü üzərində olan qan ləkələri, 01 (bir) ədəd “i’m Tea” markalı plastik içki qabı, 01 (bir) “Magna” markalı siqaret kötüyü, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş divan örtüyü və 01 (bir) ədəd yataq üzlüyü, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək və idman şalvarı, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, uzunqol köynək, mayka və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs evindən götürülmüş elektrik radiator özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökmetdi:

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bıçaq, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 04 (dörd) ədəd tamponda qan nümunələri (1, 2, 7, 8, 9, 9 rəqəmləri ilə işarələnmiş), 01 (bir) ədəd yataq üzlüyü üzərində olan qan ləkələri, 01 (bir) ədəd “i’m Tea” markalı plastik içki qabı, 01 (bir) “Magna” markalı siqaret kötüyü, həmçinin təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş divan örtüyü və 01 (bir) ədəd yataq üzlüyü, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək və idman şalvarı, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, uzunqol köynək, mayka və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs evindən götürülmüş elektrik radiator özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar