Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1310/2025 31.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X19 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X7 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, tərcüməçi-mütəxəssislər – X14, X11 və X4, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 aprel 1994-cü ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 oktyabr 2025-ci il tarixdə, saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü tabeçiliyində olan tikinti briqadası vasitəsilə fərdi yaşayış evlərinin təmirini həyata keçirən şəxs kimi təqdim edib inam yaratmaqla etibarından sui-istifadə edərək sonuncuya Bakı şəhəri Nərimanov rayonu X32 küçəsi ev 68 ünvanında yerləşən 34 nömrəli mənzilinin tam təmirini həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov rayonu X32 küçəsi ev 68 ünvanında yerləşən 34 nömrəli mənzildə 2023-cü ilin fevral ayında aldığı 70.000 manat, 2023-cü ilin aprel ayında həmin ünvanda aldığı 70.000 manat, 2023-cü ilin may ayında Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “İst Food” restoranında aldığı 10.000 manat və 2023-cü ilin may ayında Bakı şəhəri Nərimanov rayonu X32 küçəsi ev 68 ünvanında yerləşən 34 nömrəli mənzildə aldığı 8.500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 158.500 manat məbləğində pul vəsaitinin ilk dəfə aldığı hissəsindən cüzi bir qismini iş görüntüsü yaratmaq və daha iri məbləğləri ələ keçirməsinə zəmin yaratmaq məqsədilə evin təmirinə xərcləyib qalan hissəni sonradan aldığı pul vəsaitləri ilə birlikdə şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs məxsus özgənin külli miqdarda əmlakını, yəni 158.500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2021-ci ildə Toğrul Dəmirovun evini təmir etdirmişdir. Əgər dələduz olsaydı, elə həmin vaxt Toğrul Dəmirova qarşı da dələduzluq edərdi. Bildiyinə görə Toğrul Dəmirov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləmişdir. Toğrul ona 2023-cü ildə zəng edərək Məhəmməd adlı şəxsin evini də təmir etməsini təklif etmişdir. Sonradan o həmin evə baxış keçirərək 185 min manata evi təmir edə biləcəyini bildirmişdir. Lakin Məhəmməd həmin qiymətlə razı olmadığından qiyməti 170 min manatadək endirmiş, bununla belə Məhəmməd onun təklif etdiyi sonuncu qiymətlə də razılaşmayaraq yalnız 160 min manat məbləğə evinin təmir edilməsinə razılaşa biləcəyini bildirmişdir. Danışıqlarına əsasən Məhəmmədin başqa bir evi satıldıqdan sonra həmin pul ona verilməli olmuşdur. Onun təmir etməli olduğu ev Gənclik metrosu yaxınlığında X32 küçəsində yerləşir. Zərərçəkmiş şəxs tərəfindən 2023-cü ilin mart ayının əvvəlindən sentyabr ayına qədər ona 155.500 manat məbləğində pul verilmişdir. İbtidai istintaq zamanı ifadələrində göstərildiyi kimi pullar ona 70 min manat kimi böyük məbləğlərdə deyil, hissə-hissə olmaqla 5-10 min manat məbləğlərdə verilmiş, Zərərçəkmiş şəxs birdəfəyə maksimum 30 min manat məbləğində pul almışdır. Onun ustaları olan Sərvan, o cümlədən digər şahidlər pul verilərkən yanında olmuşdur. Zərərçəkmiş şəxs evinin təmiri zamanı onun iqtisadi problemləri olsa da, evin təmirinə ümumilikdə 159.000 manat məbləğində pul xərcləmişdir. Evin təmirində iki usta işlədiyindən təmirin vəd edilən vaxtda tamamlanması mümkün olmamış, bu səbəbdən hər ay 1000 manat da əlavə pul vermişdir. Ümumilikdə 159.000 manatdan əlavə 7 min manat məbləğində kirayə pulu vermişdir. 2024-cü ilin may ayına qədər şəxsən özü həmin evin təmirində iştirak etmiş, həmin evlə bağlı nə vaxt zəng edilmişdirsə, evdə olmuş, santexnika, elektrik və digər işlərə usta kimi köməklik göstərmişdir. Həmin evin təmir edilməsi işini əvvəllər evini təmir etdirdiyindən onun işini bəyənmiş Toğrul Dəmirov ona təklif etmişdir. O, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs qarşı hər hansı dələduzluq əməli törətməmişdir. Zərərçəkmiş şəxs təmirdizayn işini ilkin qiymətləndirməsindən daha aşağı qiymətə qəbul etməsində məqsədi birincinin evindən qazanc tutmasa belə, Zərərçəkmiş şəxs vasitəsi ilə ona başqa işlərin də təklif ediləcəyi, həmçinin Zərərçəkmiş şəxs yekunda ona əlavə olaraq 10 min manat məbləğində pul verəcəyini də vəd etməsi olmuşdur. İlk dəfə təmirlə bağlı söhbətdə özü, qaynı Şahid, Toğrul Dəmirov və Zərərçəkmiş şəxs iştirak etmişdir. Bacısı əri Cavid ona ustaları tapmaqla bağlı köməklik etmişdir. Cavidin əvvəllər ortaqları və şirkəti olmuş, lakin sonradan Cavid o, tək olduğundan ona köməklik göstərmişdir. Məhəmmədlə danışıqlarına görə evin təmirini 6-7 aya tamamlamalı olmuşdur. Məhəmməd 2023-cü ilin fevral ayının sonundan sentyabr ayına qədər ona 155500 manat məbləğində pulu hissə-hissə olmaqla vermiş, təmirə isə ümumilikdə 159 min manat pul xərclənmişdir. Təmir işində yalnız parket və qapılar tamamlanmamış qalmış, buna səbəb isə qapıların mebellə birgə hazırlanmalı olması, qapı ilə mebelin ayrılıqda təmirinin mümkün olmaması olmuşdur. O, ilkin hesablamanı yanlış etmiş, Məhəmmədin özünə evin təmirinin baha başa gələcəyini bildirmişdir. Hesablamasına görə təxminən 210 min manata təmir-dizayn işləri yekunlaşmalı olmuşdur. Lakin qiymətlər onun düşündüyü kimi olmamışdır. Belə ki, mebellərin materialları daha yüksək keyfiyyətli olduğundan qiymət də daha baha olmuşdur. Yuxarıda qeyd etdiklərindən başqa evdə digər hər hansı şəxs iş görməmişdir. Sonradan bildiyinə görə qaynı Cavid həmin evin təmirinə 94 min manat pul xərcləmişdir. Məhəmməd ona verdiyi 155.500 manatı hissəvi şəkildə vermişdir. O həmin dövrdə bir neçə başqa yerlərdə də iş götürüb işləmiş, material alıb mebellər sifariş vermiş, lakin hadisənin baş verdiyi dövrdə iqtisadi problemləri yaranmışdır. Məhəmməddən aldığı puldan 65 min manat həmin evin təmirinə qoyulmuş, qalan 94 min manat pulu isə Şahid xərcləmişdir. Onun Məhəmmədə təmir-dizayn işləri ilə bağlı hər hansı borcu olmamış, aldığı pula mal-material almışdır. Belə ki, yalnız evin mebeli ilə bağlı 24 min manat pul vermiş, sonradan Şahid də 14 min manat pul vermişdir. O, daha əvvəl Türkiyədə də təmir-dizayn işləri ilə məşğul olmuşdur. Məhəmmədlə yazılı müqavilə bağlamamış, aralarındakı razılıq şifahi şəkildə olmuşdur. Məhəmmədin evindəki təmir işlərində əsas usta Sərvan olmaqla sonuncu bütün təmir işinin briqadiri olmuşdur. Evdə çalışan ustaların hamısı Sərvanı tanımışdır. Bəhramın da evini təmir etmiş, Bəhram malmaterialın alınmasında köməklik etmiş, sonuncu ilə birlikdə mal-material alıb Məhəmmədin evinə gətirmişdir. O, Moskvaya 2024-cü ilin iyul ayında getmiş, may ayına qədər isə Məhəmmədin evindəki təmir işlərini bitirmişdir. May ayında Məhəmməd ona mesaj yazaraq “Evimə gəlmə, zəng eləmə” demiş, o da bundan iki ay sonra Moskvaya getmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, ibtidai istintaq zamanı ifadə verərkən “başqa seçimim olmadığı üçün 160 000 manata razılaşdım” kimi cümlədən istifadə etməmişdir. Zərərçəkmiş şəxs ona ilkin olaraq 70000 manat deyil, 7000 manat pul vermiş, ikinci dəfə 3000 manat, üçüncü dəfə “İST petrol” yaxınlığında 10000 manat, dördüncü dəfə 20 000 manat pul vermiş, ümumiyyətlə bir dəfəyə 30000 manatdan artıq məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs ona fevral-sentyabr ayları aralığında 155500 manat pul vermiş, ona ilkin olaraq 3000 manat pul qaytarmış, 94000 manat pulu Cavid borc götürüb onun əvəzinə Zərərçəkmiş şəxs vermişdir. 155500 manat pulun 65000 manatını Zərərçəkmiş şəxs evinin təmirinə xərcləmiş, qalan pul isə özünün iqtisadi problemlərinin həllinə sərf olunmuşdur. X36 Şükürovun evinin təmir-dizayn işləri ilə bağlı ondan hər hansı məbləğdə pul almamış, birincinin ona Məhəmmədin evinin təmirinin edilməsini təklif etməkdə başqa hər hansı marağı olmamış, əvvəllər evində işlədiyi üçün onu yaxşı dizayner kimi Zərərçəkmiş şəxs məsləhət görmüşdür. Ölkədən iyul ayında çıxmasının səbəbi Cavidin onun əvəzinə Məhəmmədin evinə sərf etdiyi 94000 manat borcunu Cavidə qaytarmaq məqsədilə işləmək olmuşdur. Müstəntiq ibtidai istintaq zamanı onu aldadaraq bəzi sənədləri imzalatdırmışdır. Belə ki, o, rusdilli olmaqla orta məktəbi Rusiya Federasiyasında bitirmiş, bu səbəbdən latın qrafikalı yazıları pis oxumuş, müstəntiq də sənədlərin məzmunu ilə onu tam və düzgün tanış etməmiş, o da bilməyərək sənədləri imzalamışdır. O, Bəhruz İsmayılovla birlikdə mal-material almağa getmiş, evin təmiri ilə bağlı Zərərçəkmiş şəxsla şifahi razılaşmış və bununla bağlı aralarında hər hansı yazılı razılaşma olmamışdır. Məhəmmədlə danışıqları, pulla bağlı olan məsələlər hamısı şifahi olmuşdur. Toğrul ondan hər hansı məbləğdə pul almamış və ya tələb etməmiş, sonuncunun Zərərçəkmiş şəxs evinin təmir-dizayn işlərini ona təklif etməkdə başqa marağı olmamış, onu yaxşı dizayner kimi Zərərçəkmiş şəxs məsləhət görmüşdür. O, 24 sentyabr 2024-cü il tarixdə Rusiya Federasiyasında tutulmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmış Zərərçəkmiş şəxs hər hansı borcu olmadığından mülki iddianı da qəbul etmir. Sonda Təqsirləndirilən şəxs heç vaxt hər hansı şəxsə qarşı dələduzluq etmədiyini, zərərçəkmiş şəxsə qarşı hər hansı ziyan vurulmadığından mülki iddianı da qəbul etmədiyini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmadığını bildirərək məhkəmədən ona bərəat verilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi və tərcüməçinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadələrdə göstərmişdir ki, o, dizayner işləməklə evlərin dizaynını tərtib edir. X28 tanışıdır, onunla münasibətləri yaxşı olmuş, düşmənçilik və ya ədavəti olmamışdır. Toğrul Dəmirovun 2020-ci ildə evini dizayn etdiyi üçün, həmçinin evinin təmiri ilə bağlı ustaları tapıb evini təmir etdiyi üçün tanımışdır. Bu səbəbdən 2023-cü ilin fevral ayının ortalarında Toğrul Dəmirov onunla əlaqə saxlayaraq dostu Məhəmmədin evinin dizayn və təmir olunmasının lazım olduğunu bildirmiş, Toğrula müştəri ilə evə baxıb bundan sonra bir söz deyə biləcəyini demiş, Toğrul isə xəbər edəcəyini bildirmişdir. 2023cü ilin fevral ayının sonlarında Toğrul əlaqə saxlayaraq ünvan 4 ünvanına gəlməyini demiş, o da razılaşmışdır. Həmin vaxt Şahid ilə birlikdə olduğu üçün Cavidə evə baxıb dizayn və təmir etmək üçün ünvana çağrıldığını bildirərək bu işdə köməklik etməsini xahiş etmiş, Şahid də razılaşmışdır. Şahidlə birlikdə Toğrulun dediyi ünvana gəlmişdir. Həmin vaxt qeyd edilən ünvanda Toğrul Dəmirov və Zərərçəkmiş şəxs da olmuşdur. Toğrul onu və Cavidi Məhəmməd ilə tanış edərək, evin Məhəmmədin olduğunu və həmin evə dizayn və təmir lazım olduğunu bildirmişdir. Bundan sonra Şahid köməkliyi ilə evin ölçülərini götürmüşdür. Daha sonra Toğrul və Məhəmmədə evin dizayn və planlarını nə vaxt bitirəcəyini düşünüb deyəcəyini bildirmiş, Cavidlə birlikdə həmin evdən çıxmışdır. Təxminən 2 həftə ərzində evin dizayn və planını hazır etmişdir. Bundan sonra isə Toğrula zəng edib dizaynın hazır olduğunu deyib görüşmək lazım olduğunu bildirmişdir. Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Green Garden” restoranında görüşməli olmuşdur. Bu səbəbdən o da Şahid onunla birlikdə həmin restorana getməsi üçün zəng etmişdir. Xahişindən sonra Cavid onunla birlikdə restorana gedəcəyini bildirmişdir. Həmin gün Cavidlə birlikdə “Green Garden” restoranına gəlmiş, Toğrul və Məhəmməd həmin restoranda olmuşdur. Restoranın zal hissəsində əyləşib söhbət etməyə başlamışdır. Söhbət zamanı o, Toğrul və Məhəmmədə evin dizayn, təmir və mebeli üçün 185.000 manat pul lazım olduğunu bildirmişdir. Məhəmməd isə başqa bir evi olduğunu, həmin evi 160.000 manata satdığını bildirib 160.000 manat pul verə biləcəyini demişdir. O isə bundan sonra həmin qiymətə Məhəmmədlə razılaşmışdır. Həmin vaxt evin dizayn və təmiri ilə bağlı qiymət mövzusunda Toğrul və Cavid söhbətə qarışmamışdır. Sadəcə olaraq Toğrul Məhəmmədə onun yaxşı ev təmir edə bildiyini deyərək ona 160.000 manata həmin evi təmir edə bilirsənsə təmir etməsini təklif etmişdir. O isə həmin vaxt Toğrul və Məhəmmədə evin dizayn, təmir və mebeli üçün ümumi 185.000 manat pul lazım olduğunu, lakin 160.000 manata evin təmir və dizaynını başa çatdırmaq mümkün olarsa sevinəcəyini demişdir. Ancaq bu barədə başqa seçimi olmadığı üçün razılaşmışdır. Bundan sonra Məhəmməd evi satıldıqdan sonra xəbər edəcəyini bildirmişdir. Razılaşıb oradan Cavid ilə birlikdə çıxmışdır. Daha sonra Şahid evin təmiri ilə bağlı yaxşı ustalar tapmasını xahiş etmiş, Cavid də razılaşmışdır. Ancaq Cavidə buna görə heç bir məbləğdə xeyir verəsi olmamış, sadəcə olaraq Cavid yeznəsi olduğu üçün və onun borclarının çox olduğunu bildiyi üçün dəstək olmaq naminə usta tapacağını bildirmişdir. 2023-cü ilin fevral ayında Məhəmməd onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmiş, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Tbilisi prospektindəki “İst Petrol” yanacaq doldurma məntəqəsinin yanına gəlib Məhəmmədlə həmin yerdə tək görüşmüşdür. Həmin yerdə Məhəmməd ona işə başlamağını bildirmişdir. Daha sonra ünvan 5 ünvanına getmiş, həmin mənzildə Məhəmməd ona 70000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra oradan çıxmışdır. Daha sonra isə Cavidə zəng edərək ustalarla əlaqə saxlamağını bildirmişdir. Evin təmiri ilə bağlı ustalar materialları yazdığından gedib bazardan həmin materialları almışdır. Ustalar işə başlamamışdan əvvəl fəhlələr evin divarlarını dağıtmışdır. Çünki evin divarları təmir olunmalı idi. Pul aldıqdan təxminən 3-4 gün sonra işə başlamışdır. Aldığı pulu material, usta və fəhlələrə xərcləmişdir. Həmin pul bitməmişdən əvvəl Məhəmməd onunla əlaqə saxlayaraq əlavə pul verəcəyini bildirmişdir. Buna görə də 2023-cü ilin aprel ayında ünvan 5 ünvanında Məhəmmədlə görüşmüşdür. Həmin vaxt Məhəmməd tək gəlmişdir. Məhəmməd ona əlbəəl olaraq 70.000 manat pulu vermişdir. Daha sonra evin təmirinə baxaraq evdən çıxıb getmişdir. Məhəmməd isə bundan sonra təmir etdiyi evdə, yəni ünvan 5 ünvanında 2023-cü ilin aprel ayının əvvəllərində görüşmüşdür. Həmin vaxt o, tək gəlmişdir. Daha sonra evin təmirinə baxaraq evdən çıxıb getmişdir. Məhəmmədlə bundan sonra ünvan 5 ünvanında 2023-cü ilin aprel ayının ortalarında görüşmüşdür. Həmin vaxt o, tək gəlmiş, evin təmirinə baxaraq evdən çıxıb getmişdir. Bundan sonra 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Tbilisi prospektindəki “İst Petrol” yanacaq doldurma məntəqəsinin yanına gəlib Məhəmmədlə görüşmüşdür. Məhəmməd həmin vaxt tək gəlsə də, onun yanında Şahid olmuşdur. Cavidin yanında 10.000 manat pulu Məhəmməddən əlbəəl almışdır. Həmin pulu Məhəmməd kondisionerləri almaq üçün vermişdir. Lakin sonradan Məhəmməd kondisionerin pulunu qaytarmağını bildirmişdir. O da buna görə həmin pulu qaytarmışdır. Bundan başqa, 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən “İst Food” restoranında Məhəmmədlə görüşmüşdür. Həmin vaxt Məhəmməd ona 10.000 manat pulu əlbəəl olaraq vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Bundan başqa 2023-cü ilin may ayının ortalarında ünvan 5 ünvanında Məhəmmədlə görüşmüşdür. Həmin vaxt 10.000 manat pul əlbəəl olaraq ona verilmişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Toplamda isə Məhəmməd ona 160.000 manat pul vermişdir. Aldığı pulun 65.000 manatını 2023-cü ilin sentyabr ayına qədər evin təmirinə xərcləmişdir. Həmin ərəfələrdə 5 evin dizayn və təmirini öz üzərinə götürmüşdür. Buna görə də Məhəmmədən aldığı pulların həm ustalara, həm materiala, həm də öz borclarına ödəmişdir. Çünki digər 5 evin dizaynı və təmiri ilə bağlı alacağı puldan götürüb evin təmirini davam etdirəcəyini düşünmüşdür. Lakin həmin 5 ev dizayn və təmirdən imtina etdiyi üçün pis vəziyyətə düşmüşdür. Əlində pul qalmadığı üçün evin təmirini başa çatdıra bilməmişdir. Pulunun olmadığını görən Məhəmməd ondan pulu istəməyə başlamışdır. Məhəmmədə demişdir ki, pul məsələsini həll edib evi təmir etdirəcəkdir. Həmin vaxt Toğrul Dəmirov isə ona “Əgər məsələni həll edə bilməsən səni içəriyə atdıracağam.” demişdir. Məhəmməd və Toğrula “Qaçan insan deyil, axıra kimi bu işi görməyə hazırdır və pul tapıb təmiri başa çatdıracaqdır.” demişdir. Razılaşdıqdan sonra Məhəmməd ona “Evi yoxdur, kirayədə qalır, buna görə də evin pulu verilməlidir.” demişdir Məhəmmədlə razılaşmışdır və ona 3 ayın pulunu yəni, 3000 manatı kirayə pulu kimi vermişdir. Daha sonra pulu olmadığı üçün Şahid zəng edib pulunun qalmadığını bildirmişdir. Caviddən pul barədə köməklik istəmişdir. Cavid ilkin olaraq ona köməklik etmək istəməsə də, daha sonra Məhəmməd və Toğrul onu sıxışdırdığından və pul tapa bilmədiyindən Cavid ona köməklik edəcəyini demiş, daha sonra Cavid özü kredit götürüb evin təmiri ilə məşğul olacağını bildirmişdir. Cavid 94.000 manat borc götürüb həmin evin təmir işlərinə xərcləmişdir. Cavid həmin köməkliyi ona görə etmişdir. Cavidə hansısa formada hədə-qorxu gəlindiyini bilməmişdir. Cavid 2024-cü ilin aprel ayına qədər evi təmir etdirmişdir. Həmin müddətdə evə gələrək nəzarət etmişdir. Məhəmmədin 2024-cü ilin yanvar ayında olan 1000 manatlıq kirayəsini Cavid ödəmişdir. Bundan sonra isə aprel ayına qədər olan 3000 manatlıq 3 aylıq kirayəsini isə ödəmişdir. Onlar nə vaxt zəng etsə yanlarına gəlmiş, qaçmamış, iş görməkdən yayınmamışdır. Bundan başqa, Şahid və X36 Şükürovun evinin təmir edilməsi ilə bağlı qazanc istəmədiyini, heç bir formada pul və ya başqa cür qazanc istəməmişdir. Cavid bu işdə ona təmənnasız köməklik etmişdir. Toğrul isə evin təmiri getmədiyi üçün onu tutduracağını bildirmişdir. Zərərçəkmiş şəxs evinin təmir, dizayn və mebeli ilə bağlı aldığı pulu əvvəlcədən borclarına vermək fikri olmamışdır. Çünki iş görüb oradan qazanc əldə edib, borclarını bağlamışdır. Sadəcə həmin vaxt 5 evin təmirdən imtina etdiyi üçün pis vəziyyətə düşmüşdür və pulu tükənmişdir. Həmin 5 evdən pulu alıb təmiri davam edə bilər. Ancaq elə olmamışdır. Lakin təmir edəcəyi 5 evin sahiblərinin kim olmasını bilmir. Onlar barədə hazırda heç bir məlumatı yoxdur. Həmin şəxslərin onunla necə əlaqə saxlaması və ev təmiri üçün yanaşmalarını da xatırlamır (Cild 2, iş vərəqi (bundan sonra mətndə-i.v.) i.v. 92-96; 182-186;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, “Helios Clinic”də həkim-terapevt işləyir. X20 bir neçə il əvvəl tanımış, həmin vaxtlar Toğrul Dəmirov onun işlədiyi klinikada pasiyenti olmuş, münasibətləri də normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu ildə Bakı şəhəri Nərimanov rayonu X32 küçəsi ev 67, mənzil 34 ünvanında təmirsiz mənzil almışdır. Toğrul Dəmirovla bir-iki dəfə xəstəxanada olarkən ev almağı və təmirə ehtiyacı olması barədə söhbət etmişdir. 2023-cü ilin fevral ayında Toğrul Dəmirov işlədiyi xəstəxanada olarkən ondan evin təmiri barədə soruşduqda ona evi hələ təmir etdirmədiyini bildirmişdir. Toğrul Dəmirov ona tanıdığı ustalar olduğunu, bir neçə il əvvəl öz mənzilini də həmin ustalara təmir etdirdiyini bildirmişdir. Toğrul Dəmirov evin təmiri məsələsini onlara deyəcəyini bildirmiş, o da razılaşmışdır. 2023-cü ilin fevral ayında o, Toğrul Dəmirov, Təqsirləndirilən şəxs və Şahid Xətai rayonu ərazisində yerləşən “Green Garden” adlı çay evində görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs və Şahid onlara gördükləri işlərdən danışmışdır. Təqsirləndirilən şəxs Cavid X2 Xidmətində işlədiyini bildirib demişdir ki, Cavid xidməti formada ora gəlib ustalara nəzarət edəcəkdir ki ustalar onu formada görüb çəkinsinlər. Daha sonra Təqsirləndirilən şəxs və Şahid gedib evə baxmaq lazım olduğunu və qiymət cədvəli çıxarmalı olduqlarını bildirmişdir. Bundan bir gün sonra onların dördü mənzilə getmişdir. Təqsirləndirilən şəxs evdə öz işlərini aparmış, evi ölçmüşdür. Təxminən on gün sonra onların dördü yenidən həmin çay evində görüşmüşdür. Təqsirləndirilən şəxs evin təmirinin 206000 (iki yüz altı min) manata başa gələcəyini, bu məbləğə evi tam təmir edəcəyini, mebellərin evə tam yerləşdiriləcəyini, elektronik əşyalar alınacağını bildirmiş, lakin o həmin məbləğə imkanı çatmayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Toğrula görə qiyməti 170000 (yüz yetmiş min) manata endirmiş, o da həmin qiymətə razılaşmışdır. Təqsirləndirilən şəxs həmin məbləğin hamısını əvvəlcədən ödəmək lazım olduğunu bildirmişdir. O, məbləğin hamısını ödəyə bilməyəcəyini bildirdikdə Toğrul Dəmirov ona ödəməyini tapşıraraq Təqsirləndirilən şəxs indiki qiymətlərlə hesabladığını, bəlkə qiymətlərin bir neçə ay sonra qalxacağını demişdir. Bu məsələni evdə atasına danışmış, atası isə bütün məbləği əvvəlcədən deyil, az-az verməyini bildirmişdir. Bir gün sonra onlar evdə təmir işlərinə başlamışdır. Təmir işlərinə xərcləmək üçün 2023-cü ilin fevral ayında həmin mənzildə cəmi 70000 (yetmiş min) manat pulu Təqsirləndirilən şəxs gətirib əlbəəl olaraq vermiş və işləməyə davam etməsini, yerdə qalan 100000 (yüz min) manatı da gətirib verəcəyini bildirmişdir. Beləliklə onlar təmirə başlamışdır. 2023-cü ilin aprel ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs ona pulun qurtardığını, yerdə qalan məbləği verməyini demişdir. Toğrul Dəmirovla evə gəlib baxarkən evdə demək olar ki heç bir iş görülmədiyini görmüşdür. Təqsirləndirilən şəxs bu barədə maraqlandıqda Ədil ona bütün mebellərin behini verdiyini və təmir üçün lazım olan materialları aldığını və anbara yerləşdirdiyini bildirmişdir. Toğrul Dəmirov isə ona evin təmirinin ləngiməməsi üçün tələb olunan pulu verməsini məsləhət görmüşdür. Toğrul ona narahat olmamağını, Təqsirləndirilən şəxs heç yerə qaça bilməyəcəyini, lazım olarsa onu şikayət edəcəyini bildirmişdir. Deyilən sözlərə inanıb, 2023-cü ilin aprel ayının əvvəllərində 10.000 manat pulu Nərimanov rayonu X54 küçəsində yerləşən “X53” mərkəzinin qarşısında təmir üçün Şahid vermişdir. Həmin vaxt Şahid yanında tanımadığı bir şəxs də olmuşdur. Bundan sonra başqa bir dostu evin kondisionerlərini hədiyyə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs kondisionerlərə nə qədər pul hesabladığını soruşmuşdur. Ədil 10000 manat hesabladığını bildirdikdə, ona həmin məbləği çıxmasını, kondisioneri başqa dostunun hədiyyə verəcəyini bildirmiş, həmin Şahid verdiyi 10.000 manatı Ədil ona qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin təmiri ilə bağlı yenidən pul istəmişdir. 2023-cü ilin aprel ayında cəmi 70000 (yetmiş min) manat pulu təmir olunan mənzildə Təqsirləndirilən şəxs özünə əlbəəl olaraq vermişdir. 2023-cü ilin may ayında Toğrul Dəmirov ona zəng edib təmirin yerdə qalan məbləğini də verməyini, işi ləngitməməyini tapşırmışdır. Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda Ədil ona Tbilisi prospektində “İst Food” restoranına gəlməyini demişdir. 10000 manat məbləğində pul götürüb həmin restorana getmiş və pulu Təqsirləndirilən şəxs əlbəəl olaraq vermişdir. Bu vaxt Şahid də yanında olmuşdur. Sonrakı həftə ərzində Təqsirləndirilən şəxs ona zəng edərək yerdə qalan 10000 manatı da verməyini demişdir. Toğrul Dəmirova zəng edib Təqsirləndirilən şəxs heç bir iş görmədiyini, amma dayanmadan pul istədiyini demişdir. Toğrul Dəmirov isə “Əgər istəyirlərsə vermək lazımdır. İşi pula görə ləngitmək olmaz.” demişdir. Həmin həftə ərzində, yəni 2023-cü ilin may ayında 10000 manat pulu təmir olunan mənzildə aparıb Təqsirləndirilən şəxs əlbəəl olaraq vermişdir. Bundan sonra da tez-tez evə gedib nəzarət etmişdir. Lakin evdə heç bir işin getmədiyini görmüşdür. Təxminən 2023-cü ilin may ayında Toğrulla evə baxmağa getmiş, Təqsirləndirilən şəxs nə üçün evdə təmir işi getmədiyini soruşduqda Təqsirləndirilən şəxs ona verdiyi məbləğdən 40000 (qırx min) manatını evin təmirinə xərclədiyini, yerdə qalan 120000 (yüz iyirmi min) manat pulu isə bir yer var ora verdiyini bildirmişdir. Ədil günahsız olduğunu, bir gün haqqın yerini tapacağını, onda hamının görəcəyini bildirmişdir. Pulu hara verdiyini soruşduqda isə Təqsirləndirilən şəxs deməmişdir. Bundan sonra evin təmiri işləri tamamilə dayanmışdır. 2023-cü ilin dekabr ayında Toğrul Dəmirovla “Zorge” parkında görüşmüşdür. Toğrul Dəmirova artıq rəsmi qaydada şikayət edərək Təqsirləndirilən şəxs pulunu alacağını bildirmişdir. Həmin vaxt Toğrul ona şikayət etməməyini, özü bütün məsələləri həll edəcəyini, şikayət etdiyi halda Toğrulun işinə problem olacağını bildirmişdir. O da bir müddət şikayət etməmişdir. Bundan təxminən iki ay sonra yenidən “Green Garden” adlı çay evində görüşmüşdür. Toğrul ona bildirmişdir ki, Şahid, Təqsirləndirilən şəxs, Cavidin atası Himayət Ağayevlə birlikdə Nərimanov rayonunda görüşmüşdür. Toğrul Dəmirova onu Ədil və Cavidlə onun tanış etdiyini, zamin olduğunu bildirdikdə, Toğrul Dəmirov özünün “BMW X5” modelli avtomobilinin açarını stola qoyaraq istəyirsə götürə biləcəyini, bu məsələdə tək günahsız adam olduğunu bildirmişdir. O isə ona avtomobilin lazım olmadığını, evini təmir etmədiklərini bildirmişdir. Bundan sonra Şahid borc və kredit götürərək onun evini təmir etməyə başlamışdır. Toğrul Dəmirov özü demişdir ki, Cavidi qorxudub və evi o təmir edəcək. Təxminən 2024-cü ilin may ayında Şahid artıq pulu olmadığını bildirmişdir. Cavidin atası Himayət Ağayev də gəlib ona Toğrulun barəsində şikayət edəcəyini bildirmişdir. Toğrul Dəmirova zəng edərək belə iş görməməsini, belə təmirin ona lazım olmadığını bildirmişdir. Həmin vaxtdan onun evində təmir tam dayanmışdır. Mənzildə təmir işləri qismən görülmüş, lakin döşəmələr, qapılar, mebellər və elektronika əşyaları qalmışdır. Bundan sonra Toğrul Dəmirovun atasına zəng edərək onunla görüşmək istədiyini demiş, sonuncu isə “Zabitlər” parkında olduğunu ora gəlməyini bildirmişdir. Həmin yerə gedib Toğrulun atasına bu məsələləri yoluna qoymaq, evi təmir etdirmək lazım olduğunu bildirmişdir. Toğrulun avtomobilini satıb pulunu verməsini bildirmişdir. Ona 80000 (səksən min) manat pul verməyini yerdə qalan 30000 (otuz min) manatı özünün düzəldib təmiri yekunlaşdıracağını bildirmişdir. Toğrulun atası ona maşını satmayacağını, avtomobilin sahibinin o deyil, Toğrul olduğunu bldirmişdir. Ona isə kömək mənasında yalnız 5000 (beş min) manat pul verə biləcəyini demişdir. Həmin məbləği götürməkdən imtina etmişdir. Ondan kömək mənasında pula ehtiyacı olmadığını, özünün verdiyi pulun geri qaytarılmasını istədiyini demişdir. İbtidai istintaq zamanı 5 sentyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadə verərkən mənzilinin 110000 (yüz on min) manatlıq təmir işləri qalmış, o, bütün məbləği ödəməyinə baxmayaraq, mənzilinin təmiri tamamlanmamışdır.
8. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, evini təmir etmək istədiyi dövrdə dostu Toğrul Dəmirov ev təmiri işini yaxşı bacaran birinin – Təqsirləndirilən şəxs olduğunu, Toğrul Dəmirovun da evini həmin şəxsin təmir etdiyini və onun işini bəyəndiyini bildirmişdir. Evin sahəsi 179 kvadrat metrdən ibarət olmaqla həmin evi 238.000 manata təmirsiz vəziyyətdə almışdır. Xətai rayonunda “Green” restoranda Təqsirləndirilən şəxs ilə danışıqlar zamanı sonuncu evin ümumi xərcinin mebellər də daxil olmaqla 204.000 manat təşkil edəcəyini bildirmişdir. X46 ilk işlərinin olmadığını dedikdən sonra Təqsirləndirilən şəxs endirim edəcəyini, 170.000 manat ödəməli olduğunu bildirmişdir. O, Ədilə 21 iyul 2023-cü il tarixdə oğlunun ad gününün olacağını və həmin vaxta qədər təmiri bitirməli olduğunu deyərək onunla 5 ay sonra açarı təhvil alacağına dair razılığa gəlmişdir. Təqsirləndirilən şəxs əvvəlcə xırda işlərlə bağlı 5000 – 10000 manat istəmişdir. O, 2023-cü ilin fevral ayının sonları əvvəlcə 7000 manat, daha sonra 3000 manat, daha sonra isə 10000 manat məbləğlərdə pullar vermişdir. Bundan sonra o, Yasamal rayonunda yerləşən evinin satışından əldə etdiyi puldan 50000 manat pulu Ədilə Mikayıllıya birdəfəlik həmin evdə vermişdir. Təqsirləndirilən şəxs ona 170.000 manat pulu tam olaraq verməsini istədikdə isə o, etiraz edərək evdə müəyyən işləri görməsini və bundan sonra qalan pulu verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona təmir üçün alınan mal-materialları hazırkı günə görə hesabladığını, gələcəkdə qiymət artımı və ya azalması olarsa cavabdeh olmayacağını bildirmişdir. Toğrul Dəmirov da pulu tam şəkildə verməsini, problem yaranmayacağını demişdir. Danışıqların üzərindən 1 ay keçməsinə baxmayaraq evdə ciddi təmir işləri aparılmamış, Təqsirləndirilən şəxs isə pulu tam olaraq istəmişdir. Toğrul Dəmirov da Təqsirləndirilən şəxs sonradan pul verilmədiyinə görə təmirdə əskiklik olduğunu deməməsi üçün pulu tam verməsini məsləhət görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs 30.000 manat da vermiş, bununla da cəmi verdiyi pul 100.000 manat olmuşdur. Təqsirləndirilən şəxs həmin məbləğdə pul verməsinin qarşılığında evdə heç 15.000 manatlıq iş də görülməmişdir. Toğrul onunla danışıb Təqsirləndirilən şəxs yenə də pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə mebel, mal-material aldığını, onları anbarda saxladığını demişdir. Bundan sonra o, iki dəfə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs 20.000 manat pul vermiş, nəticədə ümumi razılaşdırılan məbləğdən 20.000 manat əskik qalmışdır. Bundan sonra da onun Təqsirləndirilən şəxs verdiyi pulların cəmi 155.000 manat təşkil etmişdir. May ayının sonlarında Təqsirləndirilən şəxs qalan 5.000 manatı da hamamda olan santexnik materialları üçün təcili lazım olduğunu bildirmiş, o da gecə vaxtı evin təmirinin vaxtında yekunlaşdırılması üçün qol saatını dəyər-dəyməzinə sataraq əldə etdiyi 3500 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ona 5 ay müddətində evinin təmir işlərini yekunlaşdıracağını vəd etmiş, o da həmin müddət ərzində kirayə mənzil sahibi ilə 5 aylıq müddətə evdə qalacağına dair razışlaşmış, 5 ay tamam olduqdan sonra isə ev sahibi onu evdən çıxarmışdır. Bundan sonra o, başqa kirayə mənzil tutub orada yaşamağa başlamış, kirayənin pullarını özü vermiş, lakin Təqsirləndirilən şəxs daha sonra kirayə haqqı kimi ona 3000 manat məbləğində pul verib avqust ayına qədər ona vaxt verməsini istəmişdir. Daha sonra Cavid ona 2000 manat, Təqsirləndirilən şəxs isə 1000 manat pul vermişdir. O, 21 ay kirayə mənzildə qalmış, Təqsirləndirilən şəxs ona cəmi 6000 manat pul vermişdir. Təqsirləndirilən şəxs mebel üçün 10000 manat beh vermiş, Ədil saxlanılandan sonra isə özü mebel üçün 51000 manat pul ödəmişdir. O, Təqsirləndirilən şəxs ödədiyi pullardan başqa həmin evin təmirinə əlavə olaraq 138700 manat məbləğində pul xərcləmişdir. Təqsirləndirilən şəxs danışdığı ustalar sonradan onu axtardığından ustaların pulunu da özü ödəmiş, habelə əlavə olaraq evdə yanlış təmir edilmiş hissələrin xərcini də özü çəkmişdir. BMCMİ-də cinayət işinə baxılarkən əməkdaşlar həmin evə gələrək ev üçün maksimum 60000-70000 manatdan artıq pul xərclənmədiyini bildirmişlər. O, Təqsirləndirilən şəxs cəmi 158500 (yüz əlli səkkiz min beş yüz) manat pul vermiş, Təqsirləndirilən şəxs isə kirayə mənzildə qaldığından kirayə haqqına görə ona cəmi 6000 manat məbləğində pul vermişdir.
9. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, evdə təmir işləri gedərkən o təmirin gedişatı ilə maraqlanmaq üçün evə getmiş, evdə işləyən Sərvan adlı usta ondan gördüyü işə görə pul verməsini istəmiş, məhz bundan sonra o, Təqsirləndirilən şəxs şübhələnməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə danışdıqda o, ev üçün 40000 manat pul xərclədiyini, onu başqa adamların sıxışdırdığını, borcunun olduğunu, buna görə də 120000 manatı xərclədiyini bildirmişdir. Cavid və Ədilin ev üçün çəkdikləri birgə xərc təxminən cəmi 90000-100000 manat təşkil edir. Evdə olan xərclə bağlı hesablanmış 140000 manat məbləğə mebellərin də pulu daxil edilmişdir. O, dəymiş zərərdən 50000 manat pulunu tələb edir. Belə ki, Cavidin sonradan evində gördüyü təmir işlərini də hesablamaqla Təqsirləndirilən şəxs ona 50000 manat verdiyi halda ondan şikayətçi olmayacaqdır. Cavid Təqsirləndirilən şəxs bacısının əri olmaqla Ədilə dəstək üçün görüşə gəlmiş və evin təmirini birlikdə edəcəklərini bildirmişlər. O, Təqsirləndirilən şəxs ilkin olaraq 7000 manat, sonra 3000 manat, daha sonra 10000 manat, bundan sonra isə 50000 manat məbləğlərdə pullar vermişdir. Bundan sonra verdiyi pulları təmir olunmalı evdə vermişdir. Kondisoner üçün nəzərdə tutulmuş 10000 manat pul ümumi məbləğdən çıxılmışdır. Onun Təqsirləndirilən şəxs verdiyi puldan Toğrul Dəmirova heç bir məbləğ verilməmiş, sonuncu sadəcə evin təmiri üçün Təqsirləndirilən şəxs özü məsləhət gördüyündən özünü günahkar hiss etmişdir. Təqsirləndirilən şəxs evin təmirinə, mebelin behi və sair xərclər üçün maksimum 40000-45000 manat pul xərcləmiş, qalan hissədə xərci Cavid qarşılamışdır. O, Təqsirləndirilən şəxs 160000 (yüz altmış min) manat deyil, 158500 (yüz əlli səkkiz min beş yüz) manat pul vermiş, lakin sonradan evində Cavid tərəfindən görülmüş işlər də nəzərə alınmaqla və həmin məbləğləri ümumi ziyandan çıxmaqla Ədildən 50000(əlli min) manat tələb edir. Toğrul Dəmirov və Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra həm Ədil, həm də Toğrul onun Ədilə verdiyi puldan Toğrula hər hansı məbləğin çatmadığını, o cümlədən Ədil ona verdiyi puldan Toğrul və Cavidə hər hansı məbləğ vermədiyini bildirmişlər. Cinayət işi materiallarında olan evin həmin dövrə aid qeydə alınmış fotoşəkillərində evin vəziyyəti olduğu kimi çəkilmişdir. Toğrul Dəmirovun hazırkı iş üzrə əvvəllər təqsirləndirilən şəxs kimi cəlb olunmasına səbəb ondan ibtidai istintaq zamanı 170000 manat pulu əvvəlcədən niyə verdiyi barədə soruşulduqda Toğrulun sözünə inanıb verməsi ilə bağlı ifadə verməsi olmuşdur. Bəhruz İsmayılovu sözü gedən evdə bir dəfə görmüş, Bəhruza Ədillə birlikdə onun evi üçün mal-material alması barədə məlumatı yoxdur. O, ilk görüşdə evin təmir edilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılamış və Şahid təmirə kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 5 ay ərzində evi təmir edib təhvil verəcəyini bildirmişdi. Toğrul Dəmirov və Təqsirləndirilən şəxs barəsində şikayət edəndən sonra həm Ədil, həm də Toğrul onun Ədilə verdiyi puldan Toğrula hər hansı məbləğin çatmadığını bildirmişlər. Ədil ona verdiyi puldan Toğrul və Cavidə hər hansı məbləği vermədiyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın bir hissəsinin ödənildiyini, lakin hazırda cəmi 50000 (əlli min) manat məbləğində ona vurulmuş ödənilməmiş ziyan qaldığını bildirərək həmin pul vəsaitini təqsirləndirilən şəxsdən tələb etdiyini və mülki iddiasının təmin edilməsini xahiş edərək Təqsirləndirilən şəxs qanuna müvafiq olaraq cəza təyin edilməsini xahiş etdi.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşıdır. Onunla münasibətləri normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Burada çox tanışı olmadığına görə yanına gəlib kömək istəmişdir. Ədil ona bir mənzili təmir etmək üçün razılaşdığını və köməyinə ehtiyacı olduğunu bildirmiş, o da qohum olduğuna görə ona həmin evin təmirində ustalar tapa biləcəyini, material almağa köməklik edə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra əvvəl onun öz mənzilini təmir edən ustalarla əlaqə saxlamış, onlar da evin təmirinə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu həmin təmir etməli olduğu mənzilə aparmışdır. Orada başqa iki nəfər də olmuşdur. Onlardan biri Toğrul adlı şəxs, digəri isə onun dostu və mənzilin sahibi Zərərçəkmiş şəxs olmuşdur. Həmin şəxsləri ilk dəfə orada görmüşdür. Təqsirləndirilən şəxs həmin mənzildə Toğrul adlı şəxsə və Zərərçəkmiş şəxs mənzili necə təmir edəcəyini danışmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında təmir üçün məbləğin danışılmasında və pulun verilməsində iştirak etməmiş, sadəcə bir dəfə onun yanında Zərərçəkmiş şəxs Ədil Mıkayıllıya “İst Food” restoranında 10.000 dollar pul vermişdir. Sonradan öyrənmişdir ki, onlar təmir üçün 160.000 manat məbləğinə razılaşmışlar. Bundan sonra tapdığı ustaları gətirib mənzili onlara göstərmiş, Təqsirləndirilən şəxs da öz növbəsində evin necə təmir olunacağını göstərmişdir. Bundan sonra mənzildə təmir işlərinə başlanılmış, ustaları özü tapdığından və məsuliyyət hiss etdiyindən təxminən ayda bir dəfə gedib təmirin vəziyyətinə baxmışdır. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs ustalardan birinə onlara 24.000 manat pul verildiyi halda niyə iş görmədiklərini soruşmuş, usta da cavab olaraq ona həmin məbləğdə pul verilmədiyini bildirmişdir. Bütün bunları sonradan Zərərçəkmiş şəxs öyrənmişdir. Bundan sonra Zərərçəkmiş şəxs olanları Toğrul adlı şəxsə danışmışdır. Toğrul adlı şəxs Təqsirləndirilən şəxs ilə danışan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təmir üçün verilən məbləği öz borclarına xərcləmişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayında Toğrul adlı şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla Xətai rayonunda yerləşən “Green Garden” adlı çay evində görüş təyin etmişdir. Həmin görüşə getməmişdən əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək Toğrul və Zərərçəkmiş şəxsla görüşə gedəcəyini və ora pulla getmək lazım olduğunu bildirmişdir. O isə həmin məsələyə aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə Toğrulla Məhəmmədin onların hər ikisindən şikayət etmək istədiklərini demişdir. Bu barədə evdə atasına danışmış və atası onun iş yerinə şikayət getməməsindən ötrü Saatlı rayonunda yerləşən tanışlarından 12.000 manat pul əldə edərək ona vermişdir. Həmin 12.000 manat məbləğində pulun 2.000 manat hissəsini Təqsirləndirilən şəxs kredit borcunu və həmin bu 12.000 manatın növbəti ayki faizini ödəmək üçün götürmüşdür. Yerdə qalan 10.000 manat pulu isə Təqsirləndirilən şəxs və onun dostu Bəhram adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs dediyinə görə Təqsirləndirilən şəxs ona 10.000 deyil, 8.000 manat pul vermişdir. Həmin 8.000 manatın 3.000 manatını Zərərçəkmiş şəxs öz kirayəsini vermək üçün götürmüş, yerdə qalan 5.000 manatla isə Təqsirləndirilən şəxs təmiri davam etdirməsini tapşırmışdır. 10.000 manat pul verməyinə baxmayaraq Toğrul adlı şəxs dayanmadan ona zəng edərək, evi təmir etməyini, ona 02 ay 15 gün vaxt verdiyini, təmir etmədiyi təqdirdə ondan iş yerinə şikayət edəcəyini və işdən çıxartdıracağını bildirmişdir. İşdən xaric olunacağından qorxduğuna görə Saatlı rayonundakı tanışlarından borc tapmış və müxtəlif banklardan kreditlər götürmüşdür. Bu borc olaraq və banklardan kredit olaraq götürdüyü məbləğlər vasitəsilə evi təmir etdirməyə davam etdirmişdir. 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək Toğrul adlı şəxsin görüşmək istədiyini, hələlik barəsində şikayət etməyəcəyini bildirmişdir. Xətai rayonunda “Green Garden” adlı çay evində görüşmüşdür. Orada Toğrul adlı şəxs onlara yerdə qalan işləri görməyini və onlara 2024-cü ilin fevral ayının 1-dək vaxt verdiyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Toğrul adlı şəxs onları Nərimanov rayonu ərazisinə çağırmışdır. Həmin görüşə Təqsirləndirilən şəxs, o və atası X24 da gəlmişdir. Toğrul adlı şəxs orada onlara yenidən evin təmirini başa çatdırmağı, əks halda işlədiyi idarəyə şikayət edəcəyini, eləcə də Zərərçəkmiş şəxs onların barəsində şikayət ərizəsi yazdığını bildirmişdir. Bundan sonra yenə müxtəlif banklardan kreditlər götürərək evin təmirini davam etdirmişdir. Toğrul adlı şəxs də ona tez-tez zəng edərək vaxtın daraldığını bildirmişdir. Beləliklə, 2024-cü ilin iyun ayınadək evin təmirini davam etdirmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək təmir işini saxlamağını, ona belə iş lazım olmadığını bildirmişdir. Toğrul adlı şəxs də telefonlara cavab verməmişdir. Bundan sonra evin təmirini dayandırmışdır. Xatırladığı qədəri ilə, 25.000 manat kommunal xərclərə, ustalara xərcləmiş, 10.000 manat mebel üçün beh vermiş, 21.600 manat isə hamam aksessuarlarına xərcləmişdir. Yerdə qalan pulları isə təmir üçün lazım olan materiallara xərcləmişdir. “Rabitəbank”dan 26.900 manat, “Beynəlxalq Bank”dan 6.500 manat, “Unibank”dan 6.300 manat, “Bank of Baku”dan 3.000 manat və sair məbləğdə pullar götürmüşdür. Bu pullardan yalnız 5.000 manat Təqsirləndirilən şəxs puludur. Bu kreditlərin hər birinin üzərinə hazırda da faizlər gəlir. Kreditlər və tanışlarından aldığı borclar nəticəsində ona ümumilikdə 94.000 manat ziyan dəymişdir, lakin ona dəyən ziyan faizlərlə birlikdə 110.000-a bərabərdir.
11. Verilən suallara cavab olaraq Şahid ifadəsinə əlavə olaraq göstərdi ki, qaynı Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında iş götürməyi barədə ona məlumat verərək evin təmirində ona kömək etməyini xahiş etmiş, o da qaynına kömək etmişdir. Təqsirləndirilən şəxs evi 5 ay müddətə təmir edəcəyinə dair vəd versə də, həmin müddətə təmir edə bilməmiş, ev sahibi Zərərçəkmiş şəxs də bu barədə xəbər tutmuşdur. O, 2023cü ilin sentyabr ayında həmin evdə iş görməyə başlamaqla 3 ay öz büdcəsi hesabına orada iş görmüşdür. Onun qaynı Təqsirləndirilən şəxs kömək etməklə evin təmir işini öz büdcəsi hesabına görməkdə məqsədi Prezidentin Təhlükəsizlik Xidmətində işləməsi, işlədiyi yerdə adına xələl gəlməməsi, Toğrul Dəmirovla görüş zamanı sonuncu tərəfindən ona qarşı olan hədə-qorxu ilə işini itirmək ehtimalı, Zərərçəkmiş şəxs öz evinə yerləşməsi, habelə Təqsirləndirilən şəxs anasının xəstə olması olmuş, bu səbəbdən 2023-cü iln dekabr ayında problemlərin yaranmasına baxmayaraq 2024-cü ildə yenidən evin təmirinə başlamışdır. O, ustalar üçün 31200 manat pul xərcləmiş, həmin məbləğ daxilində 2000 manat bir, 10.000 manat mebelə, 3600 manat su kranlarına olmaqla 21.600 manat, ümumilikdə 62.800 manat pul xərcləmişdir. 31.200 manat daxilində 1000 manat məbləği Zərərçəkmiş şəxs kirayə haqqı üçün ödəmişdir. 7 ay Məhəmmədin evini təmir etmiş, bu müddət ərzində 31.200 manat xərcə fəhlə, kommunal, komendant, taksi, avtomobil, təmizlik və mal-material pulu daxildir. Həmin məsələlərə Zərərçəkmiş şəxs evinə nəzarətçi kimi təyin etdiyi Elməddin Məmmədov də şahiddir. O, cəmi 34.000 manat pul xərcləməklə bu barədə Zərərçəkmiş şəxs da bildirmiş, sonuncu da təsdiq etmişdir. Təqsirləndirilən şəxs evi təmir edən vaxtı Azərbaycanda olmuş, lakin pulu olmadığından evin təmirini özü edə bilməmişdir. O, təmir işi ilə məşğul olmamış, Ədil həmin dövrdə Türkiyədən yeni gəlmiş, mal-materialın yerini və digər məsələləri bilməmişdir. Ustaları özü gətirmiş, Ədil dizayner olmuş, o da gəlib evə köməklik etmişdir. O, Ədildən ona verilmiş pullar barədə soruşduqda sonuncu işlər gördüyünü, həmin işləri gördükdən sonra aldığı pullarla hazırkı işi görə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 94000 manatı borc kimi nəzərdə tutub köməklik edərək evə xərcləmişdir. Onun Ədilə kömək etməkdə, eləcə də evin təmirində iştirak etməkdə hər hansı digər marağı olmamış, ona yalnız qohum kimi köməklik göstərmişdir. Təqsirləndirilən şəxs 5 ay ərzində evi təmir edib təhvil verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs evini təmir edəcəyinə dair hər hansı söz verməmiş, yalnız mal-materialların alışı və ustaların təşkil olunması üçün Təqsirləndirilən şəxs kömək etmişdir.
12. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun evinin dizaynını vermiş, evi təmir olunarkən ustalara nəzarət etmişdir. Zərərçəkmiş şəxsla Ədil X22 tanış etmişdir. Təqsirləndirilən şəxs Toğrul Dəmirovun da evini təmir etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinin təmir prosesində iştirak etməmişdir. Ədil ona Məhəmmədin evinin təmirinə görə material almaq üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə Məhəmmədin evi üçün santexnika və elektrik materiallarını Dərnəgül ərazisində yerləşən tikinti bazarından almışlar, alınan mal-materialın qaimə-fakturası Ədildə olmuşdur. Təqsirləndirilən şəxs onunla getdiyi vaxtlarda mal-materiallara xərclədiyi ümumi məbləğ 15000-20000 manat aralığında olmuşdur. Təqsirləndirilən şəxs aldığı mal-materialları Məhəmmədin evinə apardığının şahidi olmuşdur. Zərərçəkmiş şəxs evi Gənclik ərazisində yerləşmiş, sonuncunun evinə bir dəfə getmişdir. Təqsirləndirilən şəxs Sərvana pul verdiyini görmüşdür. Təqsirləndirilən şəxs ilə mal-materialları qış aylarında almış, sonuncu alınan materialların pulunu birbaşa ödəmiş, bəzən üzərində pul olmadıqda isə daha sonra ödənişi etmişdir. Təqsirləndirilən şəxs mal-materialın haradan alınmalı olduğunu bilmişdir. Ədil onun evini pandemiya dövründə təmir etdirmişdir. Ədillə axşam vaxtları görüşmüşlər. Ədilin Sərvanın kartına pul göndərməsinin də şahidi olmuşdur.
13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X16 ifadələri tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və T.C.Dəmirov həmin ifadələrdə göstərmişdir ki, 2023-cü ilin əvvəllərində dostu Zərərçəkmiş şəxs onunla söhbət zamanı Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Olimpik Star” əyləncə mərkəzinin yaxınlığında yeni aldığı evin təmirə ehtiyacı olduğunu bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs adlı şəxsin onun evini çox gözəl təmir etdiyini bildirmiş və Ədilə zəng edəcəyini, əgər hələ də həmin işlə məşğuldursa tanış edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs da razılaşmışdır. Təqsirləndirilən şəxs zəng edərək vəziyyəti başa salmış, o da təmir edə biləcəyini bildirmişdir. 2023-cü ilin mart ayında Məhəmməd, Təqsirləndirilən şəxs və Şahid ilə birlikdə Xətai rayonunda yerləşən “Green Garden” adlı çay evində görüşmüşdür. Şahid ilk dəfə orada görmüşdür. Təqsirləndirilən şəxs Şahid onun yeznəsi olduğunu, Cavidlə birlikdə mənzil təmiri işi ilə məşğul olduğunu və birlikdə bir neçə ev təmir etdiklərini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs şübhəsi qalmasın deyə mobil telefonlarından özlərinin təmir etdiyi bir neçə mənzilin fotoşəklini də göstərmişdir. Şahid həmin görüşə xidməti formada gəlmişdir. Caviddən soruşduqda o, Prezident Təhlükəsizlik Xidmətində işlədiyini bildirmişdir. Onlar gedib mənzilə baxıb təmirlə bağlı plan çıxarmaq barədə razılaşmışlar. Bundan təxminən 2-3 gün sonra yenidən həmin məkanda görüşmüşlər. Təqsirləndirilən şəxs evi iyul ayına qədər təmir edəcəyini bildirib ümumilikdə 185.000 manata başa gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da qiymətin çox olduğunu ən çoxu 150.000 manat hesabladığını bildirmişdir. Ədil həmin qiymətə mümkün olmayacağını bildirib, tanıdığına görə 175.000 manata təmir edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs həmin məbləğə imkanı çatmayacağını bildirib, 160.000 manata təmir edib-edə bilməyəcəyini soruşmuşdur. Ədillə Cavid isə ona görə edə biləcəklərini, özlərinə bu məbləğdən heç nə qalmayacağını bildirmişdir. Bundan sonra o, bir neçə ay bu şəxsləri görməmişdir. Lakin mütəmadi olaraq Zərərçəkmiş şəxsla əlaqə saxlayıb təmirin nə vəziyyətdə olduğunu soruşmuşdur. Məhəmməd də hər şeyin qaydasında olduğunu, təmirin davam etdiyini bildirmişdir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs ona zəng edib təmirin dayandığını və Ədillə Cavidin işi dayandırdıqlarını bildirmişdir. Məhəmmədin ona 160.000 manatın hamısını ödədiyini, lakin onların işi dayandırdıqlarını bildirmişdir. O da Məhəmmədin evinə gedib evin vəziyyətinə baxmış, evdə çox az iş görülməsini, həmin mənzilin Ədilin dediyi vaxtda, yəni iyul ayına qədər təmin edib çatdırmağın mümkün olmadığını görmüşdür. O, dərhal zəng edib Ədillə Cavidi həmin mənzilə çağırmışdır. Onlar gəldikdə 160.000 manat pulu aldıqları halda işi niyə dayandırdıqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs da cavab olaraq şəxsi problemləri olduğunu və məbləği ora xərclədiyini bildirmişdir. Ədilin bundan əvvəl təmirə götürdükləri evdə hesablamanı səhv apardığını bildirmişdir. Onlara bunun Məhəmmədin problemi olmadığını, nə haqla onun pulunu başqasının evinə xərclədiklərini soruşmuşdur. Əlavə etmişdir ki, pulu hardan tapırsınızsa tapın və Məhəmmədin evini təmir edin. Onlar narahat olmamağı bildirib, evi təmir edəcəklərini demişdir. Bundan sonra onlar yenidən təmirə davam etmişdir. Zərərçəkmiş şəxs özü mütəmadi zəng edib, təmirin davam etdiyini bildirmişdir. 2023-cü ilin oktyabr ayına qədər hər şey yaxşı davam etmişdir. Lakin oktyabr ayında Məhəmməd yenidən zəng edib təmirin dayandığını bildirmişdir. Həmin mənzilə gedib baxmışdır. Elektrik və su təchizatı işləri görülsə də, yenə də mənzil yarımçıq qalmışdır. Yenə də Ədillə Cavidi həmin mənzilə çağırmışdır. Şahid bütün bu görüşlərə xidməti formada gəlmişdir. Onlardan təmirin niyə dayandığını soruşduqda Ədil sıxıntıları olduğunu, fevral ayına qədər vaxt verməyini, təmiri bitirəcəklərini bildirmişdir. Bundan sonra onlar xırda- xırda yenidən təmirə davam etdirmişdir. 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs ona təmirin demək olar ki, bitdiyini, yalnız döşəmənin, qapıların və mebellərin qaldığını bildirmişdir. Bundan sonra o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs edildikdən təxminən 2 ay sonra atası ilə əlaqə saxlayan zaman atası ona Zərərçəkmiş şəxs yaşadığı mənzilə, atasının yanına gəldiyini bildirmişdir. Məhəmməd atası X48 Şahid təmirdən qırağa çəkildiyini, evinin yarımçıq qaldığını və təxminən 40.000 manat ziyanda olduğunu bildirmişdir. Atası da Məhəmmədlə birlikdə gedib sonuncunun mənzilinə baxmışdır. Bundan təxminən 2 gün sonra Məhəmməd yenidən atasının yanında yaşadığı mənzilə gəlmiş və atasına onu heç nəyin maraqlandırmadığını, təmirin yerə qalan məbləğini ödəməli olduğunu bildirmişdir. Məhəmməd Təqsirləndirilən şəxs ilə Şahid imkanı olmadığını, onları özü tanış etdiyi üçün məbləği ödəməli olduğunu demişdir. Zərərçəkmiş şəxs həmçinin əlavə edərək onun (Toğrul Dəmirovun) öz avtomobilini, evini satıb onun pulunu verməsini bildirmişdir (Cild 1, i.v. 119-122; 249-252; 289-293;).
14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X12 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və H.S.Ağayev həmin ifadəsində göstərmişdir ki, Şahid onun oğludur, ailə münasibətləri normaldır, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Övladı Şahid Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Təqsirləndirilən şəxs Şahid qaynı olmaq baş verən hadisələrə qədər onlarla münasibətləri normal olmuşdur. 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs tanışları olan Toğrul adlı şəxs və Zərərçəkmiş şəxs ilə işlə bağlı görüşməyə getmişdir. Övladı Şahid də qaynı Təqsirləndirilən şəxs tək getməsin deyə onunla birlikdə həmin yerə getmişdir. Həmin görüşdə Toğrul adlı şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilinin təmir ediləcəyini bildirmiş və bu işi Ədilin görməsini istəmişdir. Təqsirləndirilən şəxs təxminən 3- 4 ildir bu işlə məşğuldur, o, müştərilərdən evi təhvil götürür, məbləğ danışılır və ustalar tapılır, evi hazır edib sahibinə geri qaytarır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs evini 160.000 manata hazır etməyə razılaşmışdır. Həmin görüş zamanı bildiyi qədəri ilə övladı Şahid yalnız kənardan olanları izləmişdir. Bundan sonra oğlu qaynı Təqsirləndirilən şəxs kömək məqsədi ilə bir neçə usta tapmışdır. İlk zamanlar hər şey qaydasında davam etmişdir. Onlar ilk dəfə evi 2023-cü ilin yayına qədər təhvil verməyə razılaşmış, lakin Təqsirləndirilən şəxs evi yayın əvvəlinə qədər təhvil verə bilmədiyinə görə müddəti avqust ayının sonunadək uzatmışlar, buna baxmayaraq Təqsirləndirilən şəxs yenə evi çatdıra bilməmişdir. Bundan sonra ev gecikdiyinə görə Toğrul adlı şəxs və Zərərçəkmiş şəxs oğlu Şahidlə əlaqə saxlayaraq Ədilin evi çatdıra bilmədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs niyə evi çatdırmadığını soruşduqda, Ədil ümumi məbləğin 55.000 manat olan hissəsini evin təmirinə xərclədiyini, yerdə qalan hissəsini isə öz şəxsi borclarına xərclədiyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ev üçün ödədiyi 160.000 manatı oğlu və Ədilin birlikdə gətirib qaytarmağını tələb etmişlər. Onlar bildirmişdir ki, evdə görülən işlər hesablanacaq yerdə qalan məbləğ isə ödənməlidir, habelə Zərərçəkmiş şəxs şikayət ərizəsi vardır, pulu Cavidlə Ədilin ödəməyəcəyi halda onlar barəsində cinayət işi açılacaqdır. Onlar da bundan sonra qorxduqları üçün banklardan kreditlər götürmüş, dostlarından, qohumlarından borc pullar götürərək onlara ödəmişdir. Bundan sonra müxtəlif vaxtlarda o, ətrafındakı insanlardan borc taparaq, eləcə də müxtəlif banklardan kredit götürərək evin təmirinə xərcləmişdir. 8 oktyabr 2023-cü il tarixdə o, Saatlı rayonunda yaşayan bir neçə qohumundan ümumilikdə 12.000 manat pulu borc almışdır. O həmin pulun 2.000 manatını bankdakı kreditləri üçün özünə götürmüş, 10.000 manatını isə Təqsirləndirilən şəxs və onun dostu Bəhram vasitəsilə işin davam etdirilməsi məqsədilə Toğrul adlı şəxs və Zərərçəkmiş şəxs göndərmişdir. 23-25 dekabr 2023-cü il tarixdə Toğrul adlı şəxs o, oğlu Şahid və Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində görüşmüşdür. Bundan sonra Toğrul adlı şəxs evin təmirinin pulunu ödəməyəcəkləri halda oğlunu şikayət edəcəyini demişdir. O da həmin müddətə kimi kifayət qədər evin təmirinə pul ödədiyini bildirərək bundan sonra da necəsə pul tapıb kömək edəcəyini demişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Toğrul adlı şəxs yenidən oğluna zəng etməyə başlamış və evin təmirinin 1 iyun 2024-cü il tarixədək başa çatmalı olmasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs 2-ci övladı olacaqdı və o həmin müddətə kimi evə köçmək istəmişdir. Bundan sonra onlar yenidən müxtəlif banklardan borc götürərək evin təmirinə xərcləmiş, 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs oğlu Şahid zəng edərək, ustalara işi dayandırmasını bildirməsini xahiş etmişdir. O, “Cavid, sən onsuz yanmısan Toğrul adlı şəxslə əlaqə saxlaya bilmirəm, eləcə də Təqsirləndirilən şəxs telefonlara cavab vermir, tapa bilmirəm” demişdir. Ümumi borclarla, kreditlərlə birlikdə onlar evin təmirinə 94.000 manat pul xərcləmiş, lakin faizlərlə birlikdə ona dəyən ziyan 110.000 manatdır (Cild 1, i.v. 38-40;).
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin, eləcədə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 5 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə-BMCMİ) İstintaq İdarəsinin müstəntiqi polis leytenantı X9 tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Nərimanov rayonu X27 küçəsi ev 67 ünvanında yerləşən 34 saylı mənzilinin təmir edilməsi adı ilə 2023-cü ilin fevral ayından həmin ilin may ayına qədər olan müddət ərzində vahid niyyətlə hissə-hissə olmaqla ondan ümumilikdə 160.000 (yüz altmış min) manat pul vəsaiti alıb verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).
17. Zərərçəkmiş şəxs tərəfindən 29 avqust 2024-cü il tarixdə BMCMİ-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Toğrul adlı şəxslər onun etibarından suiistifadə edərək evini təmir etdirəcəkləri adı ilə ondan 160000 manat pul alaraq verdikləri vədə əməl etməyib evini təmir etdirməyərək pulunu ələ keçirib qaytarmadıqlarından həmin şəxslər barəsində qanuni tədbir görülməklə ona dəymiş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir (Cild 1, i.v.8;).
18. X24 tərəfindən 29 avqust 2024-cü il tarixdə BMCMİ-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Toğrul adlı şəxslər etibardan sui-istifadə edərək 110000 manat məbləğində pulunu ələ keçirərək qaytarmadıqlarından həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (Cild 1, i.v.10;).
19. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 8 ünvanına baxış keçirilmiş və baxış zamanı həmin mənzilin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən mənzil 18 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşməklə səkkiz otaqlıdır. Mənzildə tavan və elektrik işlərinin görülməsi, divarların rənglənməsi həyata keçirilmişdir. Evdə hər hansı mebel və əşya yoxdur, istilik sistemlərinin radiatorları vardır. Döşəmə hazır deyildir, yalnız taxta işləri görülmüşdür. Hamam və sanitar qovşağın divarları və döşəməsi kafellə örtülmüş, lakin divarların bir hissəsi hazır vəziyyətdə deyildir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən evdə yalnız döşəmənin taxta döşəməsinin vurulması, divarların əyriliklərinin düzəldilməsi, elektrik və istilik xətlərinin çəkilməsi işlərinin görüldüyünü, sonradan Şahid tərəfindən isə divarların rənglənməsi, divar qəliblərinin düzəldilməsi, ümumi hamam və sanitar qovşağın kafellərinin vurulması, istilik sistemlərinin dəmir radiatorlarının alınması işlərinin görüldüyünü bildirmişdir (Cild 1, i.v. 18-30;).
20. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 5 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 45;).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” və “Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” 5 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə 30 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası sərhədlərindən Rusiya Federasiyası istiqamətində ölkəni tərk etməsi ilə əlaqədar ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması üçün barəsində axtarış elan olunmuşdur (Cild 1, i.v. 57; 59- 60;).
22. “Sərhədkeçməni özündə əks etdirən sənəd surətinin cinayət işinə əlavə edilməsi haqqında” 5 sentyabr 2024-cü il tarixli protokol və müvafiq sənəddən görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə ölkə hüdudlarını Rusiya Federasiyası istiqamətində tərk etmişdir (Cild 1, i.v. 63-64;).
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 4(005)- 1125/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə qiyabi olaraq həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Həmin məhkəmənin 11 fevral 2025 və 18 aprel 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 aprel 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 74-78; Cild 2, i.v. 108-112; 234-238;).
24. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 7 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, BMCMİ-nin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 7 sentyabr 2024-cü il tarixdə 61951/24 nömrəli axtarış işi açılmaqla onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PŞ-yə göndərilmişdir (Cild 1, i.v.88;).
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X43 30 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 99;).
26. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X29, anası X17 və bacısı X3 ibarət olmaqla Təqsirləndirilən şəxs Zığ qəsəbəsinin Sabir küçəsi 41 saylı ünvanda qeydiyyatda olmaqla şəxsiyyəti müsbət xarakterizə olunmuşdur (Cild 1, i.v. 104-107; Cild 3;).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v. 110-111;).
28. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X28 barəsində olan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 123-124;).
29. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 6 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 228.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi baş müstəntiq polis mayoru X18 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 2, i.v. 37- 38;).
30. Azərbaycan Respublikası Baş Prokurorluğunun 28 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olmuş 11 dekabr 2024-cü il tarixli 81/2-2052-2024 nömrəli məktubda göstərilmişdir ki, BMCMİ-də ibtidai istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmişdir (Cild 2, i.v. 48-49;).
31. BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi polis mayoru X18 tərəfindən tərtib edilmiş 7 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Natriq oğlu 24 sentyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərində İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən tutulmaqla 4 fevral 2025-ci il tarixdə ekstradisiya qaydasında ölkə ərazisinə gətirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (Cild 2, i.v. 52;).
32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş 23 fevral 2025-ci il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 2, i.v. 127-128;).
33. BMCMİ-nin rəis müavini polis polkovniki Müzəffər Məmmədovun həmin İdarənin İstintaq İdarəsinin rəisi polis polkovniki Rəhman Kərimova ünvanladığı 27 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X1 evini təmir etdirəcəyi barədə yalan vəd verib həmin şəxsin külli miqdarda pul vəsaitini ələ keçirməklə dələduzluq cinayətini törətməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətlərində X28 və Şahid Təqsirləndirilən şəxs ilə əlbir olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (Cild 2, i.v. 129;).
34. “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” 14 mart 2025-ci il tarixli məlumat məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi və əmtəəşünaslıq ekspertizalarının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, 10 mart 2025-ci il tarixdə tədiqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı tədqiq olunan mənzilin ilkin vəziyyətdə saxlanılmadığı, yəni tamamilə təmir olunduğu müəyyən edilmişdir. Bu səbəbdən qərardan qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır (Cild 2, i.v. 134;).
35. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 4 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, X16 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi, X16 Şahid evin təmiri ilə bağlı ona hədə-qorxu gəlməsinə dair hissədə sonuncunun əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid Zərərçəkmiş şəxs evinin təmirinə xərclədiyi pullar mülki mübahisənin predmeti olduğundan Şahid və Himayət Ağayevə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Şahid Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yaşadığı evin təmiri ilə bağlı xidmətin göstərilməsi adı altında sonuncunun pul vəsaitini ələ keçirməsində əlbir olmağı müəyyən edilmədiyindən həmin xüsusat üzrə Şahid barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, X28 barəsində olan cinayət işinin ayrıca icraata ayrılaraq istintaqın aparılması hazırkı cinayət işinin tamlığını pozmadığından ********* nömrəli cinayət işinin istintaq materiallarından Toğrul Dəmirov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır (Cild 2, i.v. 138-153;).
36. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X16 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə əvvəl istintaq edildiyi ********* nömrə ilə cinayət işi ayrıca icraata ayrılmışdır (Cild 2, i.v. 155-157;).
37. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi və tərcüməçinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 2, i.v. 166-167;).
38. Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 40 gün, yəni 2 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın məzmunundan görünür ki, federal axtarışda olan Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 20:30-da saxlanılmışdır. Həmin məhkəmənin 1 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ekstradisiya ilə bağlı seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 mart 2024-cü il tarixədək uzadılmış, (Cild 2, i.v. 104-105; 196-200;).
39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.R.Gülməmmədli tərəfindən 2 may 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 3 may 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.251-262;).
40. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).
41. Fiziki şəxslərin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamədən görünür ki, Bakı şəhəri X44 Departamenti tərəfindən Təqsirləndirilən şəxs 26 may 2017-ci il tarixdə fiziki şəxs kimi sahibkarlıqla məşğul olan şəxs kimi qeydiyyata alınmışdır (Cild 3;).
42. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X41 və uçotun təşkili Baş İdarəsi tərəfindən 22 iyul 2025-ci il tarixli məktubda göstərilmişdir ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən Təqsirləndirilən şəxs (VÖEN **********) fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir (Cild 3;).
43. Müdafiə tərəfindən təqdim edilmiş fotoşəkillər və fotoşəkillərin arxa hissəsindəki əlyazma ilə olan qeydlərdə göstərilənlərə əsasən “Cengiz müəllim” adlı şəxsin yaşayış evi və bağ evində 2021-2022-ci illərdə həyata keçirilmiş təmir-tikinti işləri görülmüşdür (Cild 3;).
44. Müdafiəçi tərəfindən təqdim edilmiş X25 tərəfindən icra edilməsi iddia edilən ərizədə göstərilmişdir ki, S.E.Azadov 18 ildir usta işləməklə ev təmiri ilə məşğuldur, Təqsirləndirilən şəxs kürəkəni Şahid görə tanımış, həmçinin Zərərçəkmiş şəxs da evin təmiri zamanı tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri Nərimanov rayonu X32 küçəsi ev 68 ünvanında yerləşən 34 saylı mənzilin təmir-dizayn işlərini görmək üçün 2023cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə işə başlamışdır. Ədil ona təmir-dizayn işini yüksək səviyyədə görmək lazım olduğunu bildirmiş, 170 kvadrat metrlik evin təmiri üçün 20000 manata razılığa gəlmişlər. Təqsirləndirilən şəxs təmir işlərinin görülməsi üçün onlara 16500 manat pul vermişdir. Ədil ona fikrinin bundan başqa ayda 2-3 mənzilin təmir etmək olmasını bildirmişdir. Onlar Zərərçəkmiş şəxs məxsus həmin mənzildə əvvəlcə söküntü işləri aparmış sonra isə tikintiyə başlamış və ilkin olaraq beton, santexnik, elektrik, malyar, lepka, döşəmə, tavan, mozaika, kafel, metlak işlərini tam görmüşlər. Mənzilin divarları 600 kvadrat metr malyar işini görüb tam başa çatdırmış, lakin boyası qalmışdır. Təmir işinin 80% görülmüş, yuxarıda sadaladığı işləri lepkaları vurmaqla malyar işini özü, elektrik işini Baxtiyar, santexnik işini Rəşad, alçıpan işini Mahir, döşəmə işini Bəhruz, kafelmetlax işini Baxtiyar, hörgü işini Vəfadar adlı ustalar görmüşdür. Təqsirləndirilən şəxs niyyəti onlarla birlikdə həmin evi yüksək səviyədə təmir-dizayn işlərinin yerinə yetirmək olmuş, sadəcə maliyyə problemləri ilə bağlı gecikmələr yaranmış, buna baxmayaraq onlar evin təmirinin haradasa 80% hissəsini başa çatdırmış, bundan sonra isə bildiyinə görə evin tam təmir-dizaynı digər ustalar cəlb edilməklə başa çatdırılmışdır (Cild 2;).
45. Mülki iddiaçı Zərərçəkmiş şəxs “Vurulmuş maddi zərərin əvəzinin ödənilməsi haqqında” mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməmiş qalmış, yəni 50.000 (əlli min) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
46. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
50. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
52. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
53. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
54. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
55. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi).
56. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə tanışı X28 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs evinin təmirini həyata keçirəcəyinə dair yalan vəd verib inandırmaqla təmir üçün hər hansı əhəmiyyətli iş görmək niyyəti olmadan guya mal-materialın qiymətinin artacağı adı ilə təmir üçün lazım olan vəsaitin bütövlükdə verilməsini istəməklə 2023-cü ilin fevral-may ayları ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə təmir üçün pul vəsaitləri verməsini tələb edərək ümumilikdə 158.500 manat məbləğdə pulunu alaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib vədinə əməl etmədən ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər xidmət göstərdiyi şəxslər tərəfindən əldə etdiyi nüfuzundan istifadə edərək etibarlı şəxs – güvənli obraz (usta-dizayner) görüntüsü yaradaraq, o cümlədən əvvəlki “müştərilərinin” ona olan etimadından sui-istifadə edərək zərərçəkmiş şəxsin tanışının məsləhəti əsasında inamın formalaşmasına arxalanaraq ona həvalə edilmiş işi görmək niyyəti olmadan zərərçəkmiş şəxsdən külli miqdarda pul tələb etmiş, zərərçəkmiş şəxs ona vəd edilən pulun bir hissəsini verdikdən müəyyən müddət keçdikdən sonra hər hansı əhəmiyyətli işin görülməməsinin səbəbləri barədə maraqlandıqda tutarlı cavab vermədən yenidən pul istəməyə davam etmiş, zərərçəkmiş şəxs bundan imtina etmək istədikdə guya aralarında qiymət barədə gəlinmiş razılığın həmin dövr üçün keçərli olmasını, gələcəkdə hər hansı qiymət artımlarının olacağı halda özünün məsuliyyət daşımayacağını bildirərək guya həmin halların üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyinə maneçilik yaratdığını bildirməklə zərərçəkmiş şəxsin razılaşdırılan ödənişin bütövlükdə verilməsinə təşviq edib onu sıxışdırmış (zərərçəkmiş şəxsin həmin dövrdə kirayədə qalması, habelə Yasamal rayonu ərazisində yerləşən digər evini satması və saatını isə dəyərindən aşağı qiymətə qısa müddətdə satmasına məcbur olması təqsirləndirilən şəxsin israrla qısa müddət ərzində razılaşdırılmış bütün məbləğdə pulu əldə etmək istəməsinə dəlalət edir), zərərçəkmiş şəxs tələb edilən pulu tam vermədiyi halda təmirin yarımçıq qalacağını və əvvəlcədən razılaşdırılmış vaxtda yekunlaşdırıla bilinməcəyindən ehtiyat edərək əvvəlcədən razılaşdırılmış məbləği tam şəkildə ödəmiş, lakin təqsirləndirilən şəxs görülməli işin müqabilində külli miqdarda pul vəsaitinin ona verilməsinə baxmayaraq ona həvalə olunmuş işi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, əldə etdiyi pul vəsaitinin yalnız bir qismini guya iş görülməsi görüntüsü yaradaraq tamah niyyəti ilə ələ keçirmək məqsədində olduğu razılaşdırılmış bütün məbləği ələ keçirdikdən sonra, həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs Ə.A.Mikayıllı sonradan guya borclarının ödənilməsi bəhanəsi ilə üzərinə götürdüyü öhdəliyi razılaşdırılmış müddətdə və qaydada yerinə yetirə bilmədiyini bildirərək görməli olduğu işləri yerinə yetirməmiş, zərərçəkmiş şəxsin onun barəsində də şikayət edəcəyindən ehtiyat edən təqsirləndirilən şəxslə qohumluq münasibətində olan qaynı Şahid öz vəsaiti hesabına Təqsirləndirilən şəxs görməli olduğu işi yerinə yetirməyə cəhd edərək bu məqsədlə borc və kredit götürərək müəyyən məbləğdə işlər görmüş, lakin Şahid də nəzərdə tutulan işin yerinə yetirilməsi üçün kifayət qədər vəsait əldə edə bilmədiyindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyindən xəbər tutub dərhal ölkə xaricinə qaçmış və orada beynəlxalq axtarış nəticəsində saxlanılaraq ekstradisiya olunaraq ibtidai istintaq orqanına təhvil verilmişdir. Qeyd olunan hallar bir daha Təqsirləndirilən şəxs əvvəlcədən üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirilməsi məqsədi olmadığını, zərərçəkmiş şəxsin pulunu ələ keçirərək dələduzluq etməsini tam təsdiq edir.
57. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş ittihamı bütövlükdə qəbul etməməsinə baxmayaraq, istər məhkəməyədək icraat, istərsə də məhkəmə icraatı dövründə cinayətkar niyyətindən xəbərsiz X28 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs məxsus 158.500 manat məbləğdə pul vəsaitini almasını və ələ keçirdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməsini (sərf etməsini) qismən etiraf etmiş həmçinin iqtisadi problemlərinin yarandığını vurğulamaqla ələ keçirdiyi pulları konkret olaraq hansı məqsədlə, hara və necə xərcləməsini ümumiyyətlə sağlam məntiqə uyğun olaraq izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini dələduzluqla ələ keçirib özünün şəxsi ehtiyaclarına sərf etməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapdığından qeyd edilən xüsusat işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq niyyətinin olmaması, o cümlədən zərərçəkmiş şəxs tərəfindən ona ümumilikdə 155.500 manat olmaqla kiçik məbləğlərdə ödənişlər edilməsini, zərərçəkmiş şəxsə hər hansı borcunun olmaması, aralarında münasibətlərin mülki xarakterli olması, ölkəni tərk etməsinin məqsədinin işləyərək qaynı Şahid olan borcunu ödəmək olması və sair kimi) işin faktiki hallarına uyğun olmayan ifadələri onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə kollegiyası müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs vergi orqanlarında qeydiyyatda olması və onun dizayner kimi digər şəxslərin evlərinin də təmir-dizaynı ilə məşğul olması isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşısında vəd edilən işin yerinə yetiriləcəyi görüntüsü yaratmaqla etibar qazanması və özünün cinayətkar məqsədlərinin həyata keçirilməsi üçün vasitə qismində istifadə etməsi kimi qiymətləndirir.
58. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsinə və müdafiə tərəfindən təqdim olunmaqla iş materiallarına əlavə edilmiş X13 ərizəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, müdafiə tərəfi guya Təqsirləndirilən şəxs özlüyündə etibarlı şəxs olmaqla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək məqsədinin olmasını, eləcə də zərərçəkmiş şəxsin evində təmirdizayn işlərinin əksər hissəsinin görülməsini və yaranmış narazılığın mülki xarakterli olmasını göstərməyə çalışaraq onun əsl niyyətini pərdələməyə çalışmışdır. Halbuki, Təqsirləndirilən şəxs tamah niyyətilə zərərçəkmiş şəxsin evinin təmiri üçün hər hansı əsaslı təmir işlərini görmək məqsədi güdmədən lazımi külli miqdarda ödənişin birdəfəlik ödənilməsini tələb etmiş, buna nail olmadıqda ehtimal edilən mümkün qiymət artımlarını bəhanə edərək verilən pulların qarşılığında müqayisə olunmaz dərəcədə cüzi təmir işlərini görüb guya təmir işlərinin davam etdirilməsi, mal-material və mebellərın sifariş verilərək anbara yığılması görüntüsü yaratmaqla zərərçəkmiş şəxsdən əvvəlcədən qarşısına məqsəd qoyduğu külli miqdarda pulun ələ keçirilməsinin təmin edilməsi üçün sonuncunu dəfələrlə tələsdirib öz cinayətkar niyyətinə nail olduqdan sonra ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, hətta qaynı Şahid də ona maddi dəstək göstərməsinə baxmayaraq əvvəlcədən yerinə yetirilməsini üzərinə götürdüyü öhdəliyi görmək niyyəti olmadığından real təmir işlərini görməkdən boyun qaçırmaqla guya Şahid ona verdiyi pulları ödəmək adı ilə ölkə xaricinə qaçmışdır. Həmçinin müdafiə tərəfindən təqdim edilməklə X26 tərəfindən icra olunması iddia edilən ərizədə göstərilmiş guya Təqsirləndirilən şəxs evin təmir-dizayn işini yüksək səviyyədə görmək istəməsi, təmir işinin 80% hissəsinin görülməsi və “bildiyinə görə” evin tam şəkildə təmir-dizan işinin digər ustaların cəlb edilərək başa çatdırılması reallığı əks etdirmədiyindən, eləcə də Sərvan Ağayevin ölkə hüdudlarından kənarda olmaqla məhkəmə iclasında dindirilməsinin mümkün olmaması ilə əlaqədar qeyd edilən ərizənin həmin şəxsin fikirlərini ifadə edibetməsini müəyyən etmək mümkün olmamaqla həmin ərizədə göstərilənlər işin faktiki halları ilə, o cümlədən hadisədən təxminən bir il sonra belə həmin mənzilə baxış protokolu ilə də tam inkar edildiyindən həmin ərizənin həqiqəti əks etdirməsi ağlabatan (inandırıcı) hesab edilmir. Odur ki, məhkəmə əlavə şahid qismində dindirilmiş X10 ifadəsinə və müdafiə tərəfindən təqdim edilmiş X26 tərəfindən icra edilmiş iddia edilən ərizəsinə tənqidi yanaşaraq həmin ifadə və ərizədə göstərilən xüsusatların digər hər hansı mötəbər sübutla öz təsdiqini tapmamaqla inkar edildiyindən sübut kimi qiymətləndirilmir.
59. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
60. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
61. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
62. Məhkəmə CPM-in 318-ci maddəsinin tələbinə əsasən işlərə yalnız verilmiş ittiham daxilində baxdığından istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ifadəsinə əsasən ona dəymiş ziyanın 160.000 manat olmasının göstərilməsinə baxmayaraq, məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs ifadəsində ona dəymiş ziyanın məhz 158500 manat olmasını qeyd etməklə bu barədə ətraflı ifadə vermiş və həmin ifadə tədqiq edilmiş digər mötəbər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları ələ keçirilmiş vəsaitin məbləğinə münasibətdə düzgün müəyyən edilməyərək 1500 (bir min beş yüz) manat artıq göstərilmişdir. Qeyd edilənlərə əsasən, Zərərçəkmiş şəxs ittihamda göstərildiyi kimi 160000 manat deyil, 1500 manat az olmaqla 158500 manat məbləğində pul vəsaitinin dələduzluqla ələ keçirilməsi və ittihamın həcminin həmin hissədə azaldılması nəzərə alınmalıdır.
63. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.
64. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
66. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
67. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
68. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
69. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
70. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
71. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
72. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
73. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
74. Məhkəmə CM-in 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanın böyük əksəriyyətinin, yəni 158500 manatdan 108500 manat hissəsi olmaqla təxminən üçdə iki hissəsindən artıq hissəsinin ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi (Zərərçəkmiş şəxs ona dəymiş ziyandan yalnız 50000 manat tələb etməsi, ziyanın digər hissəsinin sonradan görülmüş işlərin qarşılığı kimi qəbul etməsini bildirməsi), habelə 31 yaşında olmaqla əvvəllər məhkumluğunun olmamasını, məhkəmə və ibtidai araşdırma zamanı davranışlarını, qeydiyyatda olduğu yer üzrə mübət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
75. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
76. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
77. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
78. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
79. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
80. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu tarixdən hesablanması qərara alınmış, Rusiya Federasiyası Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 40 gün, yəni 2 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində ekstradisiya ilə bağlı seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 mart 2024-cü il tarixədək uzadılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilən müvafiq qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 aprel 2025-ci il tarixədək uzadılmışdır.
81. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.
82. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
83. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
84. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.
85. Belə ki, CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
86. CPM-in 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
87. CPM-in 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.
88. CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.
89. Məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbində göstərdiyi məbləğ cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş və məhkəmədə öz təsdiqini tapmış ittihama uyğun olduğundan onun mülki iddiası təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 50.000 (əlli min) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 50240(əlli min iki yüz qırx) manat pul vəsaiti tutularaq mülki iddiaçıya ödənilməlidir.
90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
93. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ekstradisiya məqsədi ilə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilsin. İş üzrə maddi sübutun, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.