Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1311/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 noyabr 2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Zərərçəkmiş şəxs heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda qohumları vasitəsi ilə Türkiyə Respublikası və Çin Xalq Respublikasından topdan satış qiymətləri ilə cins şalvarların gətirilib Bakı şəhərində satışını təşkil edərək birlikdə qazanc əldə edəcəklərini, bu işdə heç bir risk olmadığını, qazancın aylıq olaraq verilən pulun 20 faizi həcmində olacağını yalandan vəd verib aldadaraq hissə- hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin ortalarından 2019-cu ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif yerlərində ayrı ayrı vaxtlarda cins şalvar alqı-satqı fəaliyyətinin həyata keçirilməsi üçün 150 000 manat, “armatur” ticarəti üçün isə 100 000 manat, ümumilikdə 250000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs ümumilikdə 250000 manat, yəni külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, paltar dükanı işlədir, aylıq qazancı ***-**** manat təşkil edir. Taleh adlı şəxsi işlədiyi dükandan tanıyır. 2018-ci ilin may ayından, 2019-cu ilin iyun ayına qədər Talehdən ümumi məbləği 250 000 manat təşkil edən pul vəsaiti almışdır. Həmin pul vəsaitinin 150 000 manatını cins şalvar, 100 000 manatını isə “armatur” almaq məqsədilə zərərçəkmiş şəxsdən əldə etsə də əslində xəstəliyinə və ailə vəziyyəti ilə əlaqədar yaranmış borc məbləğinin qaytarılmasına sərf etmişdir. Aldığı pul vəsaitinin qaytarılma müddəti barədə aralarında hər hansı şərt müəyyən edilməmişdir. Aldığı pul vəsaitini qaytarılma mənbəyi olmamış, necə qaytaracağını sonradan düşünməyi planlaşdırmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, təxminən 2010-cu ildən Zərərçəkmiş şəxs tanımış və Bakı şəhəri, Xətai rayonu, “Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən “Las Veqas” ticarət mərkəzində qonşu mağazalarda Talehlə işləmişlər. Əvvəllər hər hansı düşmənçilik və ədavəti olmamışdır. Belə ki, Şahsuvar ayaqqabı, Taleh kişi geyim əşyaları satmışdır. Tədricən Talehlə münasibəti daha yaxşılaşmış, həmişə normal münasibəti olmuş, 2018-ci ilin dəqiq xatırlamadığı vaxtlarından etibarən Talehlə arasında olan söhbət zamanı Şahsuvar Talehə bir qədər maddi sıxıntısı olduğunu demişdir. Belə ki, Taleh Şahsuvara maddi cəhətdən köməklik edə biləcəyini demiş, Şahsuvar da etiraz etməyib razılaşmışdır. Həmin vaxtı ailə vəziyyəti ilə əlaqədar bir qədər maddi sıxıntısı olmuş, Taleh Şahsuvara hissə-hissə faiz borcu şəklində pullar verməyə başlamışdır. Şahsuvar da vaxtlıvaxtında həmin pulları faiz məbləğləri ilə birlikdə qaytarmışdır. Belə ki, Taleh Şahsuvara müxtəlif vaxtlarda təxminən səhv etmirsə, bir neçə dəfə 10000, 15000 və 20000 manat olmaqla vermiş, Taleh də hər dəfə pulları qaytarmışdır. Şahsuvarın bildiyi qədəri ilə həmin pullar da Talehin özünə məxsus olmuşdur. Bundan sonra təxminən 2019-cu ildə artıq Talehə olan təxminən 20000 manat borcunu Şahsuvar qaytara bilməmiş, həmin vaxt Şahsuvar Talehə borcunu qaytara bilmədiyini dediyi üçün Taleh pulu tələb etməyə başlamışdır. Lakin Şahsuvar pulu qaytara bilmədiyi üçün Taleh polisə şikayət etmişdir. Şahsuvar ümumiyyətlə Talehdən iş qurmaq adı ilə pul almamış, belə ki, Talehin iş qurmaq adı ilə şikayət etməyinin səbəbini bilməmişdir. “Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirir ki, siz ondan 2018-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla ümumillikdə sizə 860370 manat pul almış, həmin pulları ilkin olaraq cins şalvarların Türkiyə Respublikası və Çin Xalq Respublikasından topdan satış qiymətlərlə gətirib Bakı şəhərində təşkil edib birlikdə qazanc əldə etməyinizi, sonuncu hissə-hissə aldığınız 3 dəfə pulları isə İran İslam Respublikasından armatur gətirərək Bakı şəhərində satışını təşkil edib birlikdə qazanc əldə etməyinizi vəd verib almısınız. Bununla bağlı nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan ifadə vermiş, Talehdən ifadəsində qeyd etdiyi işləri görəcəyi adı ilə pul almamış, Talehdən pulları faiz borcu şəklində almışdır. “Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirir ki, siz ondan pulları alan zaman ilkin olaraq iş görmək üçün verilən məbləğin 10 faizini aylıq qazanc olaraq verəciyinizi söz vermişiniz. Eləcə də ilk 3 ayda ona aldığınız pulların 10 faizini gəlir olaraq elə məhz Talehin verdiyi pulları qaytararaq gəlir verdiyiniz görüntüsü yaratmısınız. Lakin həmin pulları siz öz şəxsi istifadəniz üçün xərcləmiş, həmçinin Taleh bütün bunlardan xəbərdar olduqdan sonra sizin təklifinizlə yeznəniz Şahid5 və Talehlə birlikdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında görüşən zaman da siz etiraf etmisiniz ki, həqiqətən də heç bir iş görməyərək verdiyiniz vədlərlə Zərərçəkmiş şəxs aldatmısınız. Bununla bağlı nə deyə bilərsiz?" sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi görüş həqiqətən də olmuş, lakin Şahsuvar həmin görüş zamanı Talehin ifadəsində qeyd etdiklərini deməmişdir. Talehlə görüşməyinə səbəb də borcunun olmağı olmuş, həmin pulu qaytara bilmədiyi üçün Talehlə həmin yerdə də görüşmüş, lakin Talehin qeyd etdiklərini deməmişdir. “X6 tanıyırsınızmı, müsbət halda onu haradan tanıyırsız?” sualına cavab olaraq bildirmişdir ki, Şahid1 Talehin işçisi kimi tanımış, Nərmin Talehə məxsus mağazada satıcı kimi işləmiş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. “Nərmin Hacıyevə ifadəsində bildirir ki, siz dəfələrlə Zərərçəkmiş şəxs işlədiyi mağazadan şəxsən Talehdən gəlib pullar götürmüsünüz. Həmin pullar bağlamalarda olduğu üçün Nərmin pulların miqdarını bilməmiş, lakin sizinlə Talehin arasında olan söhbətin şahidi olan zaman da eşitmişdir ki, siz Talehə birlikdə iş görüb qazanc əldə etməyi təklif etmiş, həmin pulları da Taleh sizə vermişdir. Bununla bağlı nə deyə bilərsiz?" sualına cavab olaraq Şahid1 dediklərini qismən təsdiq edərək həqiqətən də həmin mağazadan gəlib bir neçə dəfə Talehdən pul götürdüyünü, lakin həmin pulları Şahsuvar iş görüb birlikdə qazanc əldə etmək adı ilə almadığını, aldığı bütün pullar faiz borcu şəklində olduğunu, hər dəfə Talehdən qeyd etdiyi kimi çox vaxt 10-15 min manat pul alıb sonradan qaytardığını bildirmişdir. “Şahid3 tanıyırsınızmı, müsbət halda Şahid3 ifadəsində bildirir ki, 2019-cu ilin iyul ayında siz Zərərçəkmiş şəxs təklif etmisiniz ki, qohumunuz vasitəsi ilə İran İslam Respublikasından armatur materiallarını gətirib Bakı şəhərində satışını təşkil edərək hər ay sərmayə pulunun 20 faizi həcmində qazanc əldə edəcəksiniz. Bu barədə Taleh tikinti işi məşğul olduğu üçün Şahid3 demiş, Eminin təklifi ilə məsələni ətraflı danışmaq üçün siz və Taleh Eminə məxsus ofisə getmisiniz. Orada da danışıq zamanı siz bildirmisiniz ki, bu işi qohumunuz vasitəsi ilə görəcəksiniz və heç bir risk olmayacaq. Hətta həmin armatur materiallarını Tehran şəhərindən gətirəcəyinizi də orada dəmisiniz. Bununla bağlı nə deyə bilərsiz?" sualına cavab olaraq bildirmişdir ki, Şahid3 bir dəfə görmüş, lakin həmin görüş zamanı belə bir danışıq olmamışdır. Təsadüfən oradan Talehlə birlikdə keçən zaman Talehin təklifi ilə həmin ofisə girmişlər. “Siz hazırda ifadənizdə qeyd edirsiniz ki, sizə Zərərçəkmiş şəxs tərəfindən verilən pullar faiz borcu şəklində olmuşdur. Siz Zərərçəkmiş şəxs sizə faiz borcu şəklində pul verməsini təsdiq edən hər hansı sübutu istintaqa təqdim edə bilərsinizmi, eləcə də Zərərçəkmiş şəxs sizdən başqa şəxslərə də faiz borcu şəklində pul verməsindən məlumatlı olmusunuz?" sualına cavab olaraq bildirmişdir kı, həmin faktı təsdiq edən hər hansı bir sübutu yoxdur. Eləcə də Şahsuvar ümumiyyətlə Talehin kiməsə faiz borc verməsini nə görmüş, nə də eşitmiş və bu barədə məlumatı olmamışdır. “İstintaqa “Savad” adı ilə məlum olan şəxsi siz haradan tanımısınız, onunla münasibətləriniz barədə nə deyə bilərsiniz, eləcə də həmin şəxsin anket məlumatları, mobil telefon nömrələri barədə nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, “Savad” adlı şəxsi ayaqqabı alveri ilə məşğul olan şəxs kimi tanımış və həmin vaxt topdan satış qiyməti ilə ayaqqabı almış, “Savad” adlı şəxslə normal münasibəti olmuşdur. Həmin şəxsin anket məlumatları və mobil nömrəsini bilməmiş, sonuncu dəfə həmin şəxsi səhv etmirsə, 2018-ci ildə görmüşdür. "Siz 2018-2019-cu illərdə hansı mobil telefon nömrələrindən istifadə etmisiniz, ***-***-**-** mobil nömrəsini həmin ərəfədə istifadə etmisinizmi?" sualına cavab olaraq hazırkı nömrəsindən əvvəl həmin mobil nömrəni istifadə etdiyini qeyd etmişdir. “Sizin istifadənizdə olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılıb tərəfimdən istintaqa dəvət olunmağınızı təsdiq edirsinizmi, eləcə də yaxın qohumunuz olan həyat yoldaşınıza da sizin istintaqa gəlməyinizin zəruri olması barədə məlumatlandırılmasından xəbərdar olmusunuzmu?” sualına cavab olaraq bildirmişdir ki, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılıb istintaqa dəvət olunmuş, həmçinin ailə üzvü olan həyat yoldaşına da bu barədə məlumat verilmiş, həyat yoldaşı da Şahsuvara bu barədə demişdir. “Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, sizin ailənizlə birlikdə yaşadığınız evdə söhbət əsnasında qeydə alınmış səsyazısında Zərərçəkmiş şəxs sizin onu aldatdığınızı, cins şalvar və armatur materiallarının gətirilməsi üçün xalanızoğluna çatdırılması məqsədi ilə sizə qazancla birlikdə 1.000.000 manata yaxın pul verdiyini bildirmişdir. Siz isə Zərərçəkmiş şəxs iş görmək adı ilə pul almağınıza etiraz etməyərək ondan ümumilikdə 927000 manat pul almağınızı bildirirsiniz. Həmin xüsusatla bağlı nə deyə bilərsiz?” sualına cavab olaraq bildirmişdir ki, elə bir söz dediyini xatırlamamış. Taleh həmin məsələ ilə bağlı onun yaşadığı evə gəlmiş, lakin Şahsuvar Talehdən faiz borcu almışdır. Həmin pulları da qaytarmış, müəyyən miqdarda borcu qalmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, kişi geyimləri satmaqla məşğuldur. Şahsuvarı qonşu dükandan tanıyır. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayına qədər Şahsuvara hissə-hissə 250 000 manat məbləğində pul vəsaiti vermişdir. Şahsuvara güvəndiyi üçün pulları ona verəndə hər hansı sənəd imzalatdırmamışdır. Pul vəsaiti əvvəlcə xarici ölkədən “cins şalvar” daha sonra “armatur” ticarəti ilə əlaqədar tərəfindən verilmişdir. Şahsuvar ona dayısının karqo şirkətlərinin olduğunu, cins şalvarların xarici ölkədən xalası oğlunun köməkliyi ilə ölkəyə gətiriləcəyini, qohumlarının bu işlə məşğul olduğunu, həmin malların ucuz alınıb burada 3-4 dəfə baha, topdan satılacağını bildirmişdir. “Armatur” ticarəti ilə bağlı Şahsuvar ona müvafiq tikinti şirkətləri ilə müqaviləsinin olduğunu qeyd etmişdir. İlk dəfə pulları Şahsuvara verdikdə həmin “məhsulların ticarətindən” 3 dəfə gəlir əldə etdiyindən ona inanmışdır. Gəlir qismində o bir dəfə 2300 manat, bir dəfə 1500 manat kimi əldə etmişdir. Əldə etməli qazanc istisna olmaqla Şahsuvara ümumi məbləği 250 000 manat təşkil edən pul vəsaiti vermişdir. Əldə edilməli olan gəliri hesabladıqda Şahsuvar ona gəlirlə bir yerdə 860 000 manat pul verəcəyini bildirmişdir. Verdiyi pullar bir ilin tamamında qaytarılmadığı üçün 2019-cu ilin oktyabr ayında Şahsuvar tərəfindən aldadıldığını dərk etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən etibarən tanımış, belə ki, Taleh Bakı şəhəri, Xətai rayonu “Əhmədli" metrostansiyasının yaxınlığında “Köhnə Əhmədli” yarmarkası adlanan yerdə icarə əsasında geyim mağazası işlətmişdir. Şahsuvar da qonşuluqda ayaqqabı mağazasını icarə əsasında işlətmiş və Talehin də Şahsuvarla qonşuluqda mağaza işlətdiyi üçün münasibəti yaranmışdır. Əvvəllər hər hansı ədavət və düşmənçiliyim olmamış, həmişə yaxşı münasibət saxlamışlar. Şahsuvarı 2010-cu ildən tanısa da, 2015-cü ildən etibarən münasibətləri dostluq münasibətinə çevirilmiş, Taleh mütəmadi olaraq Şahsuvarla münasibət saxlamışdır. Şahsuvara məxsus olan mağazada satılan geyim əşyalarının “Binə" ticarət mərkəzində topdan satış ticarəti ilə məşğul olan şəxslərdən alıb satdığını bildiyi üçün dayısına məxsus kargo şirkətinin olduğunu, xalası oğlunun da dayısı vasitəsi ilə Türkiyə və Çindən topdan qiymətə cins şalvarlar gətirəcəyini, ən azı sərmayə pulun 10 faizi həcmində gəlir əldə edəcəklərini bildirmişdir. Şahsuvar Talehi inandırmaq üçün cins şalvarın dəyərini Türkiyədə 10-12 manat olduğunu, “Binə” ticarət mərkəzində isə topdan satış ticarəti ilə məşğul olan şəxslərin həmin şalvarı 17-18 manata əldə etdiyini, Talehə isə 20-22 manata satdığını izah edərək Talehin özünün həmin şalvarları 10-12 manata əldə edəcəyini bildirmişdir. Şahsuvar hətta xalasıoğlu vasitəsi ilə Türkiyə və Çindən gətirilən malları topdan satış ticarəti ilə məşğul olan şəxslərə qısa müddət ərzində özünün paylayaraq heç bir əziyyət çəkmədən gəlir əldə edəcəyini vəd vermişdir. Talehin özünün kifayət qədər maddi vəsaiti olmasa da, xalasıoğlu X14 Respublikasının vətəndaşı olduğu və orada yaşadığı üçün Bakı şəhərində Ramilə məxsus biznesdən gələn pulu Taleh saxlamışdır. Şahsuvarla görüşün ertəsi günü Ramilə mobil telefonla zəng edərək Şahsuvarın təklifini demiş, Ramil bir qədər tərəddüd etsə də. Şahsuvarın bu iş üçün 30-40 min manat pul lazım olduğunu dediyini, qarantiya olaraq Şahsuvara məxsus mağazada 40-50 min manat dəyərində əmlak olduğunu deyib Ramili razı salmışdır. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında işlədikləri hal-hazırda ‘Las Veqas” ticarət mərkəzinin qarşısında 30000 manat pul vermiş, təxminən 15 gün sonra Şahsuvar Talehlə görüşərək sərmayədən 2500 manat gəlir əldə etdiyini deyib 2500 manat pulu həmin yerdə Talehə vermişdir. Şahsuvar sərmayənin özünün yəni 30000 manat pulla yənə də geyim əşyaları gətirəcəyini demiş, təxminən bir həftə sonra Şahsuvar Talehlə görüşərək Çindən satışı yüksək olan cins şalvarların gətirəcəyini, bu işi görüb birlikdə qazanc əldə etmək üçün 23500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 39950 manat pul lazım olduğunu demişdir. Taleh də pul ona məxsus olmadığı üçün Ramillə məsləhətləşdikdən sonra Şahsuvara razılıq vermiş və ertəsi gün yenə də işlədikləri “Las Veqas" ticarət mərkəzinin qarşısında Şahsuvara həmin pulu vermişdir. Təxminən 20 gün sonra Şahsuvar Talehə 2300 ABŞ dolları gətirib həmin pulu verərək gəlir əldə etdiklərini demişdir. Bundan bir neçə gün sonra Şahsuvar Talehlə əlaqə saxlayaraq Türkiyədən gətirilən mallar üçün 40000 manat pul lazım olduğunu bildirmiş, Taleh yenə də Ramillə danışıb razılıq aldıqdan sonra eyni yerdə Şahsuvara şəxsən 40000 manat vermişdir. Eyni qaydada bir neçə gün sonra Şahsuvar əlaqə saxlayaraq 4000 manat xeyir olduğunu bildirərək həmin pulu Talehə vermişdir. Sonuncu dəfə Şahsuvarın Talehə verdiyi puldan gəlir adı ilə qaytardığı pul 4000 manat olmuşdur. Şahsuvar Talehə gəliri götürməyərək dövriyyədəki pulu böyüdüb gələcəkdə daha çox qazanc əldə etməyi təklif etmiş, Taleh də razılaşmış və bu barədə Ramilə də demişdir. Bundan sonra Şahsuvar eyni üsulla Talehdən Bakı şəhəri, Xətai rayonu “Las Veqas” ticarət mərkəzinin qarşısında, “Köhnə Bakı” kinoteatrının qarşısında, “Neapol” dairəsinin yaxınlığında, Nizami rayonu ərazisində yerləşən “Neolit” restoranın qarşısında və yaşadığı ünvanın yaxınlığında ayrı-ayrı vaxtlarda 17000 ABŞ dollar, 32500 ABŞ dollar, 11550 ABŞ dollar, 33450 manat, 26500 ABŞ dollar, 12650 ABŞ dollar, 13500 manat, 20600 ABŞ dollar, 25000 manat, 35300 ABŞ dollar, 23000 ABŞ dollar. 20000 ABŞ dollar pulu 2018-ci ilin oktyabr ayının ortalarından 2019-cu ilin iyun ayının əvvəllərinədək şəxsən Talehdən almışdır. 2019-cu ilin iyun ayının əvvəllərində Şahsuvar Talehlə əlaqə saxlayaraq vacib məsələ ilə bağlı danışmaq istədiyini bildirmiş, görüş zamanı söhbət əsnasında Şahsuvar xalasıoğlu və özünün də eyni bizneslə məşğul olduğunu, artıq özlərinin biznes sahəsini dəyişərək İrandan armatur materiallarını respublika ərazisinə gətirərək məşğul olacaqlarını bildirmişdir. Şahsuvar bu ticarətin gəlirinin daha yüksək olduğunu, artıq İrandan armatur materiallarını onlara satacaq şəxslə müqavilə də bağlandığını bildirmişdir. Lakin Taleh müqaviləni tələb etsə də, müqavilənin xalasıoğlunda olduğunu, xalasıoğlunun isə İranda olduğunu demişdir. Şahsuvarla görüşdən sonra Ramillə danışıb Şahsuvarın yeni təklifi barədə Ramilə məlumat vermiş, belə ki, armatur biznesində sərmayə pulunun 20 faizi miqdarında gəlir əldə edəcəklərini, Şahsuvarın da özünün bu işlə məşğul olacağını Ramilə izah etmiş, Ramil bir qədər tərəddüd etsə də, sonradan Şahsuvarın təklifi ilə razılaşaraq armatur ticarəti ilə məşğul olmağa razı olmuşdur. Artıq həmin vaxt Şahsuvarda cins şalvarların ticarəti ilə məşğul olmaq üçün 306000 ABŞ dolları olmuşdur. Şahsuvar 2-3 gün sonra Talehə zəng edərək armatur ticarəti üçün 50000 ABŞ dolları lazım olduğunu bildirmiş və Taleh də 2019-cu ilin iyul ayında “Las Veqas” ticarət mərkəzinin qarşısında 50000 ABŞ dolları Şahsuvara pul vermiş, Şahsuvar pulu aldıqdan sonra 2019-cu ilin oktyabr ayında verdiyi ümumi sərmayə puldan gəlirləri verəcəyini demiş və Taleh də etiraz etməyib razılaşmışdır. Bundan sonra 2019-cu ilin avqust ayının ortalarında Şahsuvar Talehlə əlaqə saxlayaraq “Las Veqas” ticarət mərkəzinin qarşısında armatur ticarəti üçün daha 60000 ABŞ dolları pul almışdır. 2019-cu ilin sentyabr ayının ortalarında Şahsuvar yenidən əlaqə saxlayaraq sonuncu gələn malların əldə edilməsi üçün daha 90000 ABŞ dolları lazım olduğunu bildirmiş və Taleh onun təklifini xalasıoğlu Ramilə bildirdikdən bir gün sonra yenə də “Las Veqas” ticarət mərkəzinin qarşısında Şahsuvara vermişdir. Taleh hər dəfə Şahsuvara pulları verdikdə Şahsuvardan işlərin nə yerdə olduğunu soruşmuş, Şahsuvar isə tam əminliklə demişdir ki, bütün işlər qaydasındadır, heç bir problem yoxdur, həmçinin qeyd etdiyi kimi 2019-cu ilin oktyabr ayında ümumi gəliri də Talehə verəcək. Taleh də Şahsuvarı uzun müddətdir tanıdığı üçün arxayın olmuş, 2019-cu ilin oktyabr ayının sonlarında Şahsuvarın söz verdiyi vaxt gəlib çatdığı üçün Taleh Şahsuvarla əlaqə saxlamışdır. Həmin vaxt üçün Şahsuvara hissə-hissə olmaqla ümumilikdə 506100 ABŞ dolları, yəni 860370 manat pul vermiş, Şahsuvarın söz verdiyi 20 faiz gəlir vədi ilə 253000 ABŞ dolları da Talehə əlavə pul verməli imiş. Həmin ərəfədə bir neçə gün Şahsuvarla əlaqə saxlamağa çalışsa da, Şahsuvar zənglərinə cavab verməmiş, qonşuluqda mağazası olduğu üçü hər gün yaxınlaşsa da, onun mağazaya gəlmədiyini görmüş, işçisi isə Şahsuvarın xəstə olduğunu demişdir. 2019-cu ilin noyabr ayının təxminən 8-9 tarixlərində Şahsuvar Talehə zəng edərək Günəşli qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında görüşməyi təklif etmiş, həmin gün təxminən saat 10-11 radələrində Taleh “Aura” şadlıq sarayının qarşısına çatdıqda Şahsuvarın yeznəsi Şahid5 da orada olduğunu görmüşdür. Şahsuvara məxsus “Kia Cerato” markalı səhv etmirsə, 90- BF-720 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş, Elşən söhbətə başlayaraq Şahsuvarın onu aldatdığını, heç bir cins şalvar və ya armatur biznesinin olmadığını, Talehdən 506100 ABŞ dolları alaraq borclu olduğu şəxslərə verdiyini bildirmişdir. Taleh Şahsuvara bu barədə bir neçə sual verdikdə o, sadəcə başı ilə təsdiq edərək Talehi aldatdığını etiraf etmişdir. Ertəsi gün həyat yoldaşı Şahid2 ilə birlikdə Şahsuvarın yaşadığı ünvana getmiş, həmin vaxt Şahsuvar, anası Ceyran, qardaşı Xətai, yeznəsi Elşən, əmisi Vidadi, dayısı Akif, əmisioğlu Nofəl və digər adlarını bilmədiyi qohumları həmin ünvanda imişlər. Orada hər biri Talehə ayrı-ayrılıqda vaxt verərək qısa müddət ərzində Şahsuvarın Talehin etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirdiyi 506100 ABŞ dolları pulu qaytaracaqlarını bildirmişlər. Hətta həmin gün əmisi 250000 manat Talehə təklif edərək bu məsələni bağlamağı bildirmiş, bir neçə gün sonra Şahsuvar və ailəsindən xəbər çıxmadığı üçün yenidən qardaşı Xətai və yeznəsi Elşənlə görüşmüş, görüş zamanı Xətai Talehə yalvararaq 100000 manata evini satacağını, özünün də 30000 manat pul düzəldib verəcəyini bildirərək qardaşı Şahsuvardan şikayət etməməyini xahiş etmişdir. “Sizin cins şalvar və armatur ticarəti ilə məşğul olub birlikdə qazanc əldə etmək üçün ifadənizdə qeyd etdiyiniz 506100 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 860370 manat pulu Şahsuvara verməyiniz barədə məlumatlı olan şəxslər varmı?” sualına cavab olaraq bildirmişdir ki, icarə əsasında işlətdiyi mağazada satıcı işləyən X11, anası X1, xalası oğlu X13, qaynı Şahid3, həyat yoldaşı Şahid2, Şahsuvarın yeznəsi Şahid5 bu məsələdən xəbərdar olmuşlar. Həmçinin Taleh bu məsələ ilə bağlı Şahsuvarın evi və evinin qarşısında qeydə aldığı 3 ədəd səsyazısını istintaqa təqdim etmişdir. Hazıradək də Şahsuvar Talehin etibarından sui-istifadə edərək aldığı 506100 ABŞ dollarından heç nə geri qaytarmamışdır. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə 250 000 manat məbləğində pul verildiyini, həmin pul vəsaitinin əldə etməli olduğu gəlir ilə birgə 860 000 manat təşkil etdiyini, 250000 manat pul vəsaitindən ona 20 % məbləğində gəlir çatmalı olduğunu, ibtidai istintaq dövründə də əslində belə söylədiyini düşünərək verilmiş dindirilmə protokollarını imzaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirmişdir ki, Şahsuvar əvvəllər sahəsi 15-20 kvadratmetr təşkil edən ayaqqabı dükanında satıcı işləmişdir. Onun gəliri barədə məlumatı yoxdur. İşdə olduğu bir gün Şahsuvarın halının pisləşməsi barədə ona verilmiş məlumat üzrə evə gəlmiş, sonuncu ilə baş vermiş söhbət əsnasında müalicəsi üçün 250.000-300.000 manat məbləğində borc pul götürdüyünü söyləmişdir. Şahsuvar həmin pul məbləğini övladı olması səbəbindən müalicəsinə sərf etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslə danışıqlar aparılmış, barışıq əldə olunması üçün zərərçəkmiş şəxsə təxminən 110.000 manat təklif etmişdirlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Taleh tərəfindən Şahsuvara qeyd olunan miqdarda, yəni 860100 manat məbləğində pul vəsaitinin verilməsini Talehdən eşitmiş, Şahsuvar bu məsələni nə təsdiq etmiş, nə də inkar etmişdir. Elşən özü də dəfələrlə Şahsuvardan bu məsələnin nəyə görə baş verdiyini soruşsa da, heç nə öyrənə bilməmişdir. Bundan başqa Elşən Talehdən danışıq zamanı öyrənmişdir ki, Taleh həmin pulları xarici ölkədən cins şalvarlar alıb ölkəyə gətirib sataraq birlikdə qazanc əldə etmək məqsədi ilə Şahsuvara vermiş, hətta Elşən özü də bir dəfə Talehdən pul götürüb Şahsuvara çatdırmışdır. Lakin həmin pulun da miqdarını, nəyə görə verildiyini bilməmiş, həmin vaxt Şahsuvar Bakı şəhərində olmadığı üçün Elşən pulu yaşadığı ünvanın yaxınlığında Talehdən götürmüşdür. Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə əlaqədar bildirmişdir ki, Şahsuvar ona rayonda olduğunu, bir nəfərin ona pul verəcəyini, həmin pulu onun əvəzindən götürüb sonuncuya çatdırılmasını xahiş etmişdir. Taleh pulu ona verərkən pul bağlamada olmuş, o pul vəsaitinin Taleh tərəfindən hansı məqsədlərlə Şahsuvara verilməsini bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki,o, təxminən 2010-cu il tarixdən Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Las Veqas” ticarət mərkəzində Talehin icarə əsasında işlətdiyi geyim əşyaları mağazasında satıcı kimi işləməyə başlamış və Talehlə də tanışlığı işinə görə yaranmışdır. Həmişə yaxşı münasibətləri olmuş, təxminən 2023-cü ilin iyun ayına qədər həmin mağazada işləmişdir. Təqsirləndirilən şəxs da elə orada işlədiyi vaxtdan, yəni 2010cu ildən etibarən tanımış, Şahsuvarla da münasibəti normal iş yoldaşı münasibəti olmuşdur. Hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Şahsuvar da qonşu mağazada ayaqqabı satışı ilə məşğul olmuş, Talehlə də Şahsuvar 2010-cu ildən tanışlıqları olsa da, 2015-ci ildən etibarən daha yaxşı dostluq münasibətləri qurmuşlar. 2018-ci ildə təxminən oktyabr ayında Şahsuvar Talehgilin işlədiyi mağazaya gəlib hazırki məşğul olduğu işin yaxşı gəlir vermədiyindən gileylənib boş yerə əziyyət çəkdiyini demiş, Talehlə söhbət zamanı Şahsuvar təkidlə təklif etmişdir ki, qohumları vasitəsi ilə cins şalvarların Türkiyə və Çindən topdan satış qiymətlərlə alınıb Bakı şəhərində satışını təşkil edərək daha yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Özünün guya həmin işə sərmayə olaraq pul yatırdığını, yaxşı gəlir əldə etdiyini demiş, Taleh isə həmin vaxt maddi vəziyyətinin yaxşı olmadığını deyərək razılaşmamışdır. Lakin Şahsuvar hər dəfə bu məsələdən danışanda Talehi təkid etmişdir ki, borc da olsa, pul tapıb bu işə sərmayə qoymaq lazımdır, çünki qarşılığında gəlir götürüb həmin borc pulu bağlamaq olar. Ona görə də Talehə “nə olur olsun, pul tapıb birlikdə işə başlayaq” demişdir. Şahsuvarın təkidləri nəticəsində Taleh Şahsuvara inandığı üçün həmin işə yatırım etməyə razılaşmış, lakin həmin pulları Taleh özü səhv etmirsə, Ramil adlı qohumundan götürmüşdür. Belə ki, ilkin olaraq 2018-ci ilin oktyabr ayında Nərmin Talehdən eşitmişdir ki, Taleh Şahsuvara etibar etdiyi üçün onunla razılaşmışdır. Şahsuvarla Talehin söhbətindən 10-15 gün sonra Taleh mağazaya əlində bir ədəd paket ilə gəlmiş, Nərmin həmin paketin nə olduğunu soruşanda Taleh həmin paketdə pul olduğunu, Şahsuvarın təklifi ilə razılaşdığını, həmin pulu da Şahsuvara verib birlikdə iş görəcəklərini demişdir. Nərmin də Talehə heç nə deməmiş, elə həmin gün Taleh gətirdiyi pulu Şahsuvara vermiş və Şahsuvar həmin pulu götürdükdən sonra sayıb oradan çıxıb getmişdir. Şahsuvar Talehi bu işdə heç bir risk olmadığına, yəni sərmayə verdiyi puldan vaxtlı-vaxtında öz gəlirini götürəcəyinə tam inandırmışdır. Təxminən 10-15 gün sonra yenə də Taleh pulla mağazaya gəlmiş, Nərmin söhbət zamanı başa düşmüşdür ki, həmin pulu da Şahsuvarın cins şalvarların alışı və Bakı şəhərində satışı üçün gördüyü işə yatırım etmək üçün gətirmişdir. Bir qədər sonra Şahsuvar mağazanın qarşısında həmin pulu da şəxsən Talehdən götürmüş, Nərmin bütün olanları görsə də, lakin məsələnin detalları ilə maraqlanmamışdır. Həmçinin Taleh və Şahsuvarla da bu məsələ barədə ümumiyyətlə danışmamış, çünki həmin iş görmək məsələsinin onların şəxsi işi olmasını düşünmüşdür. Nərmin sadəcə işçi kimi gün ərzində orada olduğuna görə Şahsuvar və Taleh arasında olan danışıqlardan, eləcə də həmin iş görüb birlikdə qazanc əldə etmək adı ilə Talehin Şahsuvara verdiyi pullardan xəbərdar olmuşdur. Həmçinin Şahsuvarın birlikdə qazanc iş görüb qazanc əldə etmək adı ilə Talehdən bir neçə dəfə pul götürüb getməsini öz gözü ilə də görmüş, Taleh tərəfindən verilən bütün pulları görməsə də, Talehin Şahsuvara verdiyi pulların miqdarından işin sonunda xəbərdar olmuşdur. X16 pulları alıb özü saymış, eləcə də Taleh pulları mağazaya gətirəndə həmin pullar paketdə olmuş, ona görə də Nərmin ayrı-ayrı vaxtlarda konkret olaraq verilən pulun miqdarını bilməmişdir. Şahsuvarın Talehlə birlikdə iş görüb qazanc əldə etmək adı ilə olan münasibətləri təxminən bır il çəkmiş. 2019cu ilin səhv etmirsə, oktyabr ayında Taleh Nərminlə əlaqə saxlayıb Şahsuvarı görübgörmədiyini soruşmuş, Nərmin də Şahsuvarın Rəşad adlı işçisindən Şahsuvarın harada olduğunu maraqlanmış, işçisi də Nərminə gah Şahsuvarın rayonda olduğunu, gah xəstə olduğunu bildirmişdir. Təxminən 10-15 gün Şahsuvar işə gəlməmiş, bir müddət keçdikdən sonra Taleh işə gəlmişdir. Talehin vəziyyətinin yaxşı olmadığını görüb nə baş verdiyini soruşmuş, Taleh də Nərminə Şahsuvarla arasında baş verənləri danışmışdır. Belə ki, Taleh Şahsuvarın onun etibarından sui-istifadə edərək Talehi aldatdığını bildirmişdir. 2018ci ilin oktyabr ayından etibarən təxminən bir il ərzində Şahsuvara müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vermiş, Şahsuvarın Talehə təklif etdiyi işlərin hamısının yalan olduğunu Şahsuvar özü Talehə etiraf etmiş, əslində birlikdə iş görmək üçün heç bir iş görmədiyini demişdir. Bundan başqa Nərmin Talehlə danışıq zamanı öyrənmişdir ki, cins şalvarların Türkiyə və Çindən topdan satış qiymətlərlə Bakı şəhərinə gətirib satışını təşkil etmək adı ilə pul almaqdan əlavə, 2019-cu ilin səhv etmirsə, iyun ayından etibarən Şahsuvar guya İrandan armatur materiallarını xalasıoğlu vasitəsi ilə gətirib Bakı şəhərində satışını təşkil etmək üçün Talehdən pul almışdır. Həmin pullar milli və xarici valyutada Taleh tərəfindən şəxsən Şahsuvara verilmiş, pulun ümumi miqdarı 506100 ABŞ dolları təşkil etmişdir. Belə ki, Nərmin ayrı-ayrılıqda verilən pulları görməsə də, pulların çox hissəsinin işlədiyi ünvanda Taleh tərəfindən Şahsuvara paketin içərisində verilməsini şəxsən görmüşdür. Bundan başqa Taleh baş verənlərlə bağlı Şahsuvarla gedib danışmış, Şahsuvarın ailəsi də danışıq zamanı Şahsuvarın hər şeyi yalan dediyini, heç bir iş görmədiyini, Talehdən aldığı pulları Şahsuvar borclarını verdiyini demişlər. Nərmin həmçinin Talehdən eşitmişdir ki, Şahsuvar ilkin 3 ay ərzində Talehi şirnikləndirmək məqsədi ilə sərmayə olaraq Talehdən aldığı puldan 10 faizini gəlir adı ilə Talehə qaytarmış, Taleh özü də bütün bunları sonradan öyrənmişdir. Şahsuvar bütün baş verənlərdən sonra yoxa çıxmış, Nərmin özü də Şahsuvarı həmin məsələdən sonra görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs qohumluq münasibətinə görə tanımış, Taleh onun yeznəsidir. Həmişə Talehlə yaxşı qohumluq münasibəti olmuş, mütəmadi olaraq ailəvi olaraq biri-birilərinin evinə gedib-gəlmişlər. Təxminən 2018-ci ilin oktyabr ayında Talehgilə getmiş, həmin vaxt orada olan zaman Taleh xalası oğlu Ramillə mobil telefonda danış zaman Emin də onun yanında olduğu üçün Ramillə danışığını eşitmişdir. Belə ki, Taleh Ramillə mobil telefonla danışıqdan sonra Emin Talehin danışdığı məsələnin nə olması ilə bağlı maraqlanmış, Taleh də Eminə Şahsuvar adlı dostu olduğunu, Şahsuvarı uzun müddət tanıdığını və aralarında etibarlı münasibətlər olduğunu demişdir. Emin səhv etmirsə, Taleh hətta qeyd etmişdir ki, Şahsuvarı 10 ildən çoxdur ki tanıyır. Emin məsələnin bir qədər detalları ilə maraqlanmış, Taleh də Şahsuvar adlı dostunun dayısının karqo şirkəti olduğunu, həmin karqo şirkəti vasitəsi ilə Türkiyə və Çindən cins şalvarların topdan satış qiyməti ilə alınıb ölkə ərazisinə gətirərək burada satışını Şahsuvarla birlikdə təşkil edəcəklərini Eminə danışıq zamanı demişdir. Həmçinin Şahsuvarın sərmayə olaraq verilən pulun aylıq 10 faizi miqdarına gəlir verəcəyini də vəd verdiyini demişdir. Emin də Talehlə məsləhləşib Şahsuvara etibar edib-etmədiyini soruşmuş, Taleh də Şahsuvarı uzun illərdir tanıdığını deyərək etibar etdiyini bildirmişdir. Danışıq zamanı Emin başa düşmüşdür ki, Şahsuvar Talehi gördüyü işlərdə heç bir problem yaranmayacağı barədə tam arxayın etmişdir. X26 ilkin olaraq birlikdə iş görmək üçün Şahsuvarın 30000 manat istədiyini də demiş, Emin isə Talehə yaxşı düşünüb sonra qərar verməyini bildirmişdir. Bundan sonra Talehlə həmin gün başqa danışıqları olmamışdır. Təxminən 3 ay sonra Emin Talehlə danışıq zamanı Şahsuvarla gördüyü işlərin nə yerdə olduğunu soruşmuş, Taleh isə artıq 3 aydır ki Şahsuvara sərmayə olaraq pul verdiyini demişdir. Həmin miqdarımın səhv etmirsə, 30000 manat, 23500 ABŞ dolları və 40000 manat olmasını da Taleh Eminə demiş, verilən pulların qarşılığında Şahsuvarın qazanc olaraq pul verdiyini də bildirmişdir. Təxminən 5-6 ay keçdikdən sonra Emin yenə də Talehlə görüşən zaman işlərin nə yerdə olduğunu soruşmuş, Taleh hissə-hissə olmaqla müxtəlif məbləğlərdə olan pulu sərmayə olaraq Şahsuvara verdiyini demişdir. Lakin onu da qeyd etmişdir ki, artıq 3 aydan sonra Şahsuvar gəlir olan pulu götürməyərək dövriyyədə saxlamağı və sərmayə pulun miqdarını daha da artırmağı təklif etmişdir. Emin də bundan şübhələnib görülən işdən mütəmadi xeyir götürməli olduğunu Talehə demiş, Taleh də ona narahat olmamağını, Şahsuvarın etibarlı adam olduğunu, özünün də Şahsuvara güvəndiyini demişdir. Emin də Talehin Şahsuvara inandığını görüb başqa söz deməmişdir. Emin səhv etmirsə, 2019-cu ilin iyul ayında Talehgilin yaşadığı evdə söhbət zamanı Taleh ona demişdir ki, birlikdə iş gördüyü Şahsuvar adlı dostunun cins şalvarlar üçün sərmayə olaraq verdiyi pulu bundan sonra İrandan armatur gətirib Bakı şəhərində satışını təşkil edəcəklər. Həmin işdən 10 faiz yox, 20 faiz gəlir əldə edəcəklərini demiş, Emin də məsələnin detalları ilə maraqlanmaq üçün Talehdən onu Şahsuvarla görüşdürməyini xahiş etmişdir. Danışıq zamanı Emin Talehdən öyrənmişdir ki, həmin vaxta qədər Taleh birlikdə iş görüb qazanc əldə etmək vəd verdiyinə görə Şahsuvara 306100 ABŞ dolları pul vermişdir. Emin Şahsuvarla danışmaq üçün Talehə guya Eminin də həmin işə qoşulmaq istəyinin olmasını deməyini xahiş etmiş, Eminin bir qədər tikinti sahəsindən başı çıxdığı üçün Şahsuvarla şəxsən danışıb həmin işin nə dərəcədə real olduğunu öyrənmək istəmişdir. Səhv etmirsə, növbəti gün Emin yaşadığı ünvanda yerləşən ofisində Taleh və Şahsuvarla görüşmüş, Şahsuvarı əvvəllər qiyabi olaraq tanısa da, ilk dəfə həmin görüş zamanı görmüşdür. Şahsuvar ortaboylu, saçı bir qədər seyrək, sarışın, təxminən Taleh yaşlarında olmuşdur. Şahsuvar, Taleh və Emin ofisdə əyləşib söhbətə başlamış, danışıq zamanı Şahsuvar armatur işi ilə bağlı gördüyü işlərdən danışmış, xalası oğlunun İrandan armatur gətirib Bakı şəhərində müxtəlif tikinti şirkətlərinə satmaq üçün bir illik müqavilə bağladığını demişdir. Həmçinin bu işdə heç bir risk olmadığını, bütün işlərə də şəxsən özünün cavabdeh olduğunu bildirmişdir. X23 Eminlə görüşməsi üçün Eminin də həmin işə sərmayə yatıracağını dediyi üçün Şahsuvar Eminə də həmin işə sərmayə olaraq pul verməyi təklif etmişdir. Şahsuvar bir qədər danışdıqdan sonra Emin görüləcək işlərin detalları barədə suallar verməyə başlamış, ilkin olaraq gətirilən armaturun İranın hansı şəhərindən gətirildiyini soruşmuşdur. Həmin vaxt Şahsuvar bir qədər duruxmuş, çünki Eminin dəqiqləşdirici suallar verməsi Şahsuvar üçün gözlənilməz olmuşdur. Bundan sonra Şahsuvar guya armaturun Tehran şəhərindən gətiriləcəyini demiş, Emin Şahsuvardan gətirilən armaturun ölçülərini, həmçinin həmin armaturları gətirdikdən sonra Bakı şəhərində konkret olaraq hansı tikinti şirkətlərinə satılacağını soruşmuşdur. Bu suallar da Şahsuvar üçün gözlənilməz olduğu üçün Şahsuvar suallara cavab verməkdən yayınmış, bütün bunları xalası oğlunun dəqiqliklə bildiyini bildirmişdir. Həmçinin xalası oğlunun armaturu Bakı şəhərində tanıdığı tikinti şirkətlərinə satacağını, özünün də bu məsələni dəqiqliklə bilmədiyini qeyd etmişdir. Bundan sonra Emin Şahsuvara bir qədər fikirləşdikdən sonra ona xəbər deyəcəyini bildirmiş, bu söhbətdən sonra Taleh və Şahsuvar oradan çıxıb getmişlər. Növbəti gün Emin Talehlə mobil telefonla əlaqə saxlayıb Şahsuvara inanmadığını, Şahsuvarın onu aldatdığını demiş, Taleh isə duruxduğu üçün konkret cavab verməmişdir. Təxminən 2019cu ilin noyabr ayının 15-dən sonra X19 adlı dostunun onu aldatdığını eşitmişdir. Hətta həmin vaxt öyrənmişdir ki, Şahsuvarla ofisdə danışıqdan sonra ayrı-ayrı vaxtlarda İrandan armatur alıb Bakı şəhərinə gətirmək üçün 50000, 60000 və 90000 ABŞ dolları pulu Taleh şəxsən Şahsuvara vermişdir. Şahsuvar Talehin ona olan etibarından sui-istifadə edərək Talehin verdiyi külli miqdarda pulu öz borclarına sərf edib dələduzluq etmiş, həmçinin pulları alanda guya əvvəlcə Türkiyə və Çindən topdan satış qiymətlərlə cins şalvarlar alıb Bakı şəhərində satışını təşkil etməsi, eləcə də İrandan armatur alıb Bakı şəhərində satışını təşkil etməsi ilə bağlı dedikləri hamısı yalan imiş. Şahsuvarın məqsədi sadəcə Talehin pullarını dələduzluq yolu ilə ələ keçirmək olmuş, həmçinin Talehə ilkin olaraq Şahsuvar tərəfindən 3 ay ərzində verilən və guya görülən işdən gələn xeyir olduğu deyilən pul da Talehin Şahsuvara verdiyi pulun bir hissəsi olmuşdur. Şahsuvar hissə- hissə olmaqla, Talehin ümumilikdə 506100 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirmiş, heç bir iş görməmiş, Taleh Şahsuvardan verdiyi pulları tələb etsə də, Şahsuvar maddi imkanının olmadığını bildirərək aldığı puldan hər hansı miqdarda pul qaytarmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 3 azyaşlı övladı dünyaya gəlmişdir. Həmişə Talehlə münasibətləri yaxşı olmuş, ona görə də Talehin ətrafında olan münasibət saxladığı dostlarını da tanımışdır. Belə ki, Taleh “Las Veqas” ticarət mərkəzində geyim əşyaları mağazası işlətmiş, Kəmalə əvvəllər görməsə də, Şahsuvar adlı şəxsin adını bir neçə dəfə həyat yoldaşı Talehdən eşitmişdir. Bildiyinə görə Şahsuvar da Talehin icarə əsasında işlətdiyi mağazanın qonşuluğunda ayaqqabı mağazası işlətmiş və Taleh də bir neçə dəfə işlərindən söhbət edən zaman Şahsuvardan da danışmışdır. Beləliklə də Kəmalə qiyabi olaraq Şahsuvarı tanımış, həmçinin Talehin danışıqlarından belə başa düşmüşdür ki, Şahsuvar həqiqətən də öz halal zəhməti ilə pul qazanıb öz dolanışığını təmin edən bir nəfərdir. Həmçinin Şahsuvarla da həyat yoldaşı Talehin 2010-cu ildən etibarən tanışlığı yarandığına, eləcə də 2015-ci ildən həmin tanışlıq münasibəti dostluq münasibətinə çevrildiyindən Kəmalə də şəxsən Şahsuvarı tanımasa da, Taleh kimi onun çox etibarlı adam olduğunu düşünmüşdür. Təxminən 2018-ci ilin oktyabr ayında Taleh Kəmaləyə gəlib Şahsuvarın Türkiyə və Çindən topdan satış qiymətə cins şalvarlar gətirib satmaq mümkün olduğunu təklif etməyini demiş, bu işlə daha yaxşı gəlir əldə edə biləcəklərini bildirmişdir. Hətta Kəmalə xatırlamışdır ki, Taleh ona həmin işə sərmayə yatırsa, gələcəkdə yatırdığı sərmayənin 10 faizini aylıq gəlir kimi əldə edəcəyini demişdir. Kəmalə də ilkin olaraq Talehlə razılaşmamış, çünki yatırılan pul uğursuz biznes zamanı bata biləcəyindən ehtiyat etmişdir. X12 bu işdə heç bir risk ehtimalı olmamasına əmin etdiyini, guya bir qayda olaraq aylıq verilən sərmayənin 10 faizini gəlir olaraq əldə edəcəyini Şahsuvarın söz verdiyini demişdir. Kəmalə bir daha şahidi olmuşdur ki, həqiqətən də Taleh Şahsuvara etibar edir və onunla iş görüb birlikdə qazanc əldə edəcəklərinə tam əmindir. Çünki həmin vaxta qədər artıq Taleh Şahsuvarı 8 ildir ki, tanımış, Şahsuvar da Talehin tam olaraq etibarını qazanmışdır. Kəmalə də buna görə razılaşmışdır. Həmin vaxt Talehin xalası oğlu Ramil Rüstəmova məxsus olsa da, Talehə məxsus evdə təxminən 400-500 min ABŞ dolları pulu olduğuna görə Taleh Ramillə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Şahsuvarın təklifini Ramilə danışmışdır. Şahsuvarın dediklərini bir daha detallı şəkildə Ramilə bildirmiş, həmçinin özü də Şahsuvara inandığı üçün Ramilin də Şahsuvara inanmağını xahiş etmişdir. Ramil də mobil telefonla danışıq zamanı ilkin olaraq narazılıq bildirsə də, sonradan Şahsuvarın Talehin dediyi kimi etibarlı adam olduğunu düşünüb razılıq vermişdir. Bundan sonra Taleh Şahsuvarın dediyi kimi Türkiyə və Çindən cins şalvarların topdan qiymətə alınıb gətirilməsi üçün Kəmalə səhv etmirsə, 2018-ci ilin oktyabr ayının ortalarında 30000 manat pulu Şahsuvara vermişdir. Bundan sonra yenə də Kəmalə işlərin gedişatını şəxsən bilməsə də, Talehin danışıqlarından başa düşmüşdür ki, Şahsuvar söz verdiyi işləri görür, heç bir problem yoxdur. Təxminən 15 gün sonra Kəmalə Talehdən eşitmişdir ki, Şahsuvar təklif etdiyi işdən ilkin olaraq 2500 manat pulu xeyir olaraq Talehə vermiş və Kəmalə özü də həqiqətən Şahsuvarın necə etibarlı və yaxşı adam olmağını düşünmüşdür. Bundan bir müddət sonra Şahsuvar Talehə sərmayə üçün verilən pulun miqdarını artırsa, gələcəkdə daha çox gəlir əldə edə biləcəklərini, həmçinin gələcəkdə gələn xeyiri də götürməyib daha da sərmayəni artıra bilməyi təklif etmişdir. Bundan sonra Taleh yenə də Şahsuvara inandığı üçün etiraz etməyib Ramilin razılığını almış, təxminən bu söhbətdən bir həftə sonra Taleh yenə də həmin iş üçün Şahsuvara 23500 ABŞ dolları pul vermişdir. Kəmalə səhv etmirsə, 15-20 gün sonra yenə də Şahsuvar həmin verilən puldan 2300 ABŞ dolları xeyir vermiş, artıq bundan sonra tam olaraq Kəmalə və Taleh bu məsələdə Şahsuvara inanmışlar. Bir müddət sonra Taleh yenə də Şahsuvarın sərmayə artırmaq təklifini qəbul edərək ona 40000 manat pul vermiş, Şahsuvar sonuncu dəfə də guya xeyir vermək adı ilə 4000 manat pulu Talehə 15-20 gün sonra vermişdir. Bundan sonra Taleh Şahsuvarın növbəti aydan gələn xeyiri götürməyərək sərmayə pulun üzərinə qoymağı təklif etdiyini Kəmaləyə demişdir. Taleh də Şahsuvara inandığı üçün və Şahsuvarın 3 ay ardıcıl olaraq xeyir verdiyini görərək onunla razılaşmış və beləliklə, bundan sonra əvvəl verilən pullar da daxil olmaqla, Taleh sonradan verilən pullardan gəlir götürməmişdir. Bundan sonra Taleh müxtəlif vaxtlarda və Bakı şəhərinin müxtəlif yerlərində, daha çox işlədiyi “Las Veqas” ticarət mərkəzinin qarşısında və yaşadıqları ünvanın yaxınlığında 17000 ABŞ dollar, 32500 ABŞ dollar, 11550 ABŞ dollar, 33450 manat, 26500 ABŞ dollar, 12650 ABŞ dollar, 13500 manat, 20600 ABŞ dollar, 25000 manat, 35300 ABŞ dollar, 23000 ABŞ dollar, 20000 ABŞ dolları pulu Şahsuvara şəxsən vermişdir. Təxminən 2019-cu ilin iyul ayında Taleh gəlib Kəmalə ilə məsləhətləşərək Şahsuvarın ona yeni iş təklif etdiyini, İrandan armatur gətirərək satışını təşkil edib birlikdə daha çox qazanc əldə edə biləcəklərini demiş, Kəmalə də razılaşmışdır. Talehin dediyinə görə həmin işdən verdiyi pulun 20 faizi miqdarında gəlir əldə edəcək, Şahsuvar əvvəl gördüyü işdə olduğu kimi bütün işlərin həll olunmasını öz üzərinə götürmüşdür. Həmin armaturların gətirilməsi üçün bir illik müqavilə bağladığını, xalasıoğlunun da bu işlə məşğul olduğunu demiş və xalasıoğlunun da armatur işindən böyük miqdarda gəlir əldə etdiyini qeyd etmişdir. Buna görə də Kəmalə də Şahsuvara inanıb razılaşmışdır. Hətta Şahsuvar əvvəl cins şalvarların alınıb gətirilməsi üçün verilən pulları da armatur işinə yönəltməyi təklif etmiş, bundan sonra Taleh əvvəl verdiyi pullardan əlavə 3 dəfə olmaqla 50000, 60000 və 90000 ABŞ dolları pulu aparıb şəxsən Şahsuvara vermişdir. Təxminən 10-15 gün keçdikdən sonra Kəmalə Talehdən eşitmişdir ki, Şahsuvar müxtəlif bəhanələrlə Talehlə görüşməkdən yayınmış, səhv etmirsə, 2019-cu ilin noyabr ayının 8-9 tarixlərindən birində səhər saatlarında Şahsuvar Talehlə mobil telefonla əlaqə saxlayıb görüşməyi təklif etmiş və Taleh də etiraz etməyib Şahsuvarla görüşə getmişdir. Həmin günün axşamı Taleh Kəmaləyə danışıq zamanı Şahsuvarın dediklərinin hamısının yalan olduşunu demiş, belə ki, Şahsuvar külli miqdarda borcları yarandığı üçün Talehin ona olan etibarından sui-istifadə edib həmin pulları ış görmək adı ilə almış, öz borclarını ödəmək üçün istifadə etmişdir. Hətta ilkin olaraq 3 ay ərzində gəlir adı ilə Talehə qaytardığı pulların özü də Talehin Şahsuvara verdiyi pullar olmuşdur. Taleh bütün olanları Kəmaləyə danışdıqdan sonra birlikdə Şahsuvarın yaşadığı evə getmiş, orada Şahsuvarın ailə üzvləri və digər qohumları olmuşdur. Şahsuvarın qohumları ilkin olaraq Talehdən nəyə görə bu qədər pulu Şahsuvara verdiyini soruşmuş, Taleh Şahsuvarın əvvəlcə cins şalvarların topdan satış qiymətlərlə ölkə ərazisinə gətirib satışını təşkil etmək adı ilə, bir müddət isə İrandan armatur gətirib satışını təşkil etmək adı ilə pullar aldığını Şahsuvarın ailə üzvlərinə demişdir. Həmin vaxt Şahsuvar pul aldığını təsdiq etsə də, həmin pulları konkret olaraq hara xərclədiyini deməmiş, həmin görüş zamanı ailə üzvləri Taleh və Kəmaləni sakitləşdirmək üçün tezliklə Şahsuvarın aldığı pulu qaytaracaqlarını desələr də, hər hansı miqdarda pul qaytarmamışlar. Əvvəlcə Şahsuvarın ailə üzvləri 10 gün ərzində 250000 manat qaytaracaqlarını desələr də, 10 gündən sonra həmin məbləğ 150000 manat, sonra isə 130000 manat olmuşdur. Talehə vurulan ümumi maddı ziyan 506100 ABŞ dolları olduğu üçün Taleh onlarla razılaşmamışdır. Şahsuvarın qohumları 130000 manat təklif edərək ümumiyyətlə Talehin söhbəti bağlamağını demiş, lakin Taleh də onlarla razılaşmamış, bundan sonra isə Şahsuvar və onun qohumları hər hansı miqdarda Talehə pul qaytarmamışlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid Ramil Rüstəmovun ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Talehlə həmişə yaxşı qohumluq münasibətləri olmuş və mütəmadi əlaqə saxlamışlar. Ramil özü avtomobil alqı-satqısı ilə məşğul olmuş, Almaniyadan avtomobillər gətirərək Gürcüstanda satışını təşkil etmişdir. Talehin də biznes fəaliyyəti ilə məşğul olduğundan xəbərdar olmuş, Taleh icarə əsasında geyim mağazası işlətmişdir. Ramil və Taleh biznes fəaliyyəti ilə məşğul olduqları üçün mütəmadi olaraq işləri ilə də bağlı danışmışlar. 2015-ci ildə Ramil avtomobil alqı- satqısından əldə etdiyi gəlirin bir hissəsini Bakı şəhərində saxlamaq məqsədi ilə həmin pulu saxlamağı Talehdən xahiş etmiş, belə ki, Ramil Bakı şəhərində də ara-sıra avtomobillər gətirib satışını təşkil etdiyi üçün müəyyən qədər pulu olmuşdur. Bundan başqa 2015-ci ildən bir qədər əvvəl, hazırda dəqiq xatırlamadığı tarixdə Ramil Gürcüstan Respublikasının Marneuli rayonunda özünə məxsus torpaq sahəsini və iaşə obyektini ümumilikdə 280000 ABŞ dollarına satmış, həmin pulla da sərmayə olaraq avtomobillər gətirib Bakı şəhərində də satışını təşkil etməyə başlamışdır. Daha dəqiq desə, Bakı şəhərinə 3 avtomobil gətirib satışını təşkil etdikdən sonra 2 avtomobilin pulunu götürmüş, qalan 1 avtomobilin pulunu isə Bakı şəhərində saxlamağa başlamış və həmin pulu da saxlaması üçün Talehdən xahiş etmişdir. 2015-ci ildə artıq Ramil Talehə saxlaması üçün 306000 ABŞ dolları vermişdir. Həmin pulları Bakı şəhərində saxlamaqda məqsədi burada həm ev almaq, həm də gələcək üçün müəyyən qədər sərmayə olaraq əlində pul saxlamaq olmuşdur. Çünki gələcəkdə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmək fikri olmuşdur. Təxminən 2018-ci ilin payız ayları olardı, daha dəqiq desə, oktyabr ayında Taleh Ramillə mobil telefon əlaqəsi saxlamış, Ramil həmin vaxt Gürcüstan Respublikasında olmuşdur. Taleh danışıq zamanı Ramilə icarə əsasında işlətdiyi mağazanın qonşuluğunda Şahsuvar adlı dostunun da mağaza işlətdiyini demiş, danışıq zamanı Ramil Talehin söhbətindən başa düşmüşdür ki, Taleh Şahsuvarı uzun müddətdir ki tanımışdır. Taleh Şahsuvarla yaxın və etibarlı dostluq münasibətləri olduğunu qeyd etmişdir. Danışıq zamanı Taleh Şahsuvarın səhv etmirsə, dayısının karqo şirkəti olduğunu, Şahsuvarın xalasıoğlu da cins şalvarların Türkiyə və Çindən topdan satış qiymətlərlə alınıb Bakı şəhərinə gətirib burada satışını təşkil etdiyini bildirmişdir. X9 qeyd olunan qohumları vasitəsi ilə birlikdə cins şalvarların topdan satış qiymətlərlə Türkiyə və Çindən alınıb Bakı şəhərində satışını təşkil etməklə gələcəkdə daha yaxşı qazanc əldə etmək üçün həmin işə sərmayə yatırmağı təklif etmiş, Taleh də Ramildən ona verdiyi puldan həmin işə sərmayə yatırması üçün xahiş etmişdir. Ramil ilkin olaraq narazılıq etmiş, Taleh isə Ramilə bütün işə Şahsuvarın özü şəxsən cavabdeh olduğunu, həmçinin çox etibarlı adam olduğunu, bu işdə də heç bir risk olmayacağını demişdir. Bundan başqa görülən işə qarant olaraq Şahsuvarın mağazasında 40-50 min manat dəyərində əmlak var imiş, əgər hər hansı bir problem çıxsa, həmin sərmayənin qarşılığında Şahsuvardan mağazada olan əmlakı götürəcəyini Taleh qeyd etmişdir. Ramil də Talehin dediklərini bir qədər düşündükdən sonra razılıq vermiş, Talehlə danışıq zamanı əvvəlcədən X17 həmin iş üçün ilkin olaraq 30000 manat pul istədiyini demişdir. Ramil də Talehə saxlamaq üçün verdiyi puldan istifadə etməyə razılıq vermiş, həmçinin gələcəkdə Taleh əldə etdiyi qazancdən Ramildən istifadə üçün götürdüyü pulu geri qaytarmalı imiş. Təxminən bir neçə gün sonra Ramil Talehlə danışıq zamanı ondan işlərin nə yerdə olduğunu soruşmuş, Taleh hər şeyin qaydasın olduğunu, pulu aparıb şəxsən Şahsuvarın özünə çatdırdığını demişdir. Şahsuvar da razılaşdığı kimi hər ay sərmayə pulunun 10 faizini qazanc olaraq Talehə verməli imiş. Təxminən 15-20 gün sonra Taleh Ramillə əlaqə saxlayıb Şahsuvara birlikdə iş görüb qazanc əldə etmək adı ilə verdiyi 30000 manat puldan 2500 manat pulu qazanc olaraq götürdüyünü demiş, həmçinin bundan sonra Ramilin özündə də bir qədər inam yaranmışdır ki, həqiqətən də Şahsuvar söz verdiyi kimi iş görüb Talehə qazanc vermişdir. Təxminən 10 gün sonra Taleh Ramillə yenə də mobil telefonla əlaqə saxlayıb həmin iş üçün sərmayə pul lazım olduğunu demiş, həmin vaxt danışıq zamanı Ramil 23500 ABŞ dolları pul verməyə razılaşmışdır. Həmin pulu da Taleh aparıb şəxsən Şahsuvara çatdırmış, Ramil şəxsən Şahsuvarla danışmasa da, Talehdən eşitmişdir kı, Şahsuvar ona bütün işlərin qaydasında olduğunu, vaxtlı-vaxtında heç bir risk olmadan qazanc əldə edəcəklərini demişdir. Ramil də Talehin Şahsuvara çox etibar etdiyini, həmçinin Şahsuvarın söz verdiyi kimi qazanc verdiyini gördüyü üçün Şahsuvara inanmış, təxminən 15-20 gün sonra yenə də Şahsuvar 2300 ABŞ dollarını qazanc olaraq Talehə gətirib vermiş. Taleh də bu barədə Ramilə demişdir. Üçüncü dəfə Taleh Ramillə yenə də mobil telefonla əlaqə saxlayıb həmin iş üçün 40000 manat pul lazım olduğunu demiş, Ramil də Şahsuvarın söz verdiyi kimi Talehə vaxtlı-vaxtında qazanc verdiyini gördüyü üçün etiraz etməyib razılaşmışdır. Belə ki, Taleh Ramilin ona verdiyi puldan 40000 manat götürüb şəxsən Şahsuvara vermiş, Şahsuvar da söz verdiyi kimi guya qazanc adı ilə təxminən 15- 20 gün sonra Talehə sərmayə verdiyi puldan 4000 manat qaytarmışdır. Şahsuvar bundan sonra Talehlə danışıq zamanı artıq gəlir olaraq verilən pulu götürməməyi, həmin pulu da sərmayənin üzərinə əlavə edib gələcəkdə daha çox dövriyyə olmasını təklif etmişdir. Taleh Ramillə danışıq zamanı həmin məsələni demiş, Ramil də inanmışdır. X10 dediyi kimi Taleh də Ramilə görülən işdə heç bir risk ehtimalı olmadığını, bütün gəlirlərin vaxtlı-vaxtında veriləcəyini demiş, Ramil də razılaşmışdır. Bundan sonra Taleh müxtəlif vaxtlarda Şahsuvarın təklifi ilə cins şalvarların Türkiyə və Çindən topdan satış qiymətlərlə alınıb Bakı şəhərində satışını təşkil edərək birlikdə qazanc əldə etmək məqsədi ilə 17000 ABŞ dollar, 32500 ABŞ dollar, 11550 ABŞ dollar, 33450 manat, 26500 ABŞ dollar, 12650 ABŞ dollar, 13500 manat, 20600 ABŞ dollar, 25000 manat, 35300 ABŞ dollar, 23000 ABŞ dollar, 20000 ABŞ dollar pulu 2018-ci ilin oktyabr ayının ortalarından 2019-cu ilin iyun ayının əvvəllərinədək şəxsən Şahsuvara vermişdir. Bütün pulları verən zaman Taleh Ramillə də danışmış, Ramil də həmin pulu Şahsuvara vermək üçün Talehin götürməsinə razılıq vermişdir. Təxminən 2019-cu ilin iyun ayında Taleh Ramillə əlaqə saxlayıb Şahsuvarın xalasıoğlu guya İrandan armatur gətirib Bakı şəhərində tikinti şirkətlərinə satışını təşkil edərək daha yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Şahsuvar həmin işdən sərmayə olaraq verilən pulun 20 faizini qazanc olaraq qazanacaqlarını bildirmiş, bütün iş üçün özünün cavabdehlik daşıyacağını söz vermişdir. Həmçinin Taleh mobil telefonla danışıq Şahsuvarın xalasıoğlunun guya həmin iş üçün İranda artıq bir illik müqavilə də imzaladığını demiş. Ramil də artıq xeyli vaxt idi ki Talehlə Şahsuvarın birlikdə iş görüb qazanc əldə etməsindən xəbərdar olduğu üçün razılaşmışdır. Həmin danışıq zamanı Taleh Ramilə həmin vaxta qədər cins şalvarların alınıb Bakı şəhərində satışını təşkil etmək üçün verilən ümumi 306100 ABŞ dolları və həmin puldan gələn qazanc da armatur işinə sərmayə olaraq qoyulmalı olduğunu demişdir. Bir müddət sonra həmin iş üçün 2019-cu ilin iyul ayında 50000 ABŞ dollarını, 2019-cu ilin avqust ayında 60000 ABŞ dollarını, 2019-cu ilin sentyabr ayında 90000 ABŞ dollarını armatur gətirib Bakı şəhərində satışını təşkil edərək birlikdə qazanc əldə etmək üçün Taleh şəxsən Şahsuvara vermiş, Şahsuvar da bir qayda olaraq pulları alan zaman heç bir risk olmadığını, vaxtında qazanc verəcəyini söz vermişdir. Lakin Ramil mütəmadi maraqlansa da, armatur işi ilə bağlı Şahsuvarın hər hansı miqdarda Talehə qazanc vermədiyini bilmişdir. Bir müddət sonra təxminən 2019-cu ilin noyabr ayının sonlarında Taleh Ramillə əlaqə saxlamış, danışıq zamanı X3 birlikdə cins şalvarların Türkiyə və Çindən, həmçinin İrandan armatur gətirib Bakı şəhərində satışını təşkil etmək üçün verdiyi vədlərin hamısının yalan olduğunu demişdir. Bütün bunları Şahsuvar planlı şəkildə Talehə məxsus pulları ələ keçirmək məqsədi ilə etmiş, aldığı pullarla heç bır iş görməmiş, ilk 3 ay ərzində qazanc olaraq verilən pullar isə Talehin Şahsuvara verdiyi pullar olmuşdur. Bütün bunları da Şahsuvar daha da etibar qazanmaq üçün etmiş, həmçinin Şahsuvar özü də Talehlə danışıq zamanı hər şeyin yalan olduğunu etiraf etmiş, Talehi aldatdığını, heç bir iş görmədiyini, aldığı pulları borclarına sərf etdiyini bildirmişdir. Taleh Şahsuvar və onun ailəsi ilə danışsa da, müsbət nəticə olmamış, Şahsuvar vurduğu ziyandan hər hansı miqdarda pul qaytarmamışdır. Həmçinin Ramil onu da bildirmişdir ki, bütün maddi ziyan Şahsuvar tərəfindən Talehə vurulmuşdur. Belə ki, həmin pul məsələsi Talehlə Ramilin arasında öz həllini tapmış, ona görə də Ramilin Talehə qarşı heç bir maddi tələbi yoxdur. Çünki həqiqətən də Şahsuvar Talehin ona olan etibarından sui-istifadə edərək kulli miqdarda pulları dələduzluq yolu ilə ələ keçirmişdir. Şahsuvar ilkin olaraq cins şalvarların Türkiyə və Çindən, sonradan armatur materiallarının İrandan alınıb Bakı şəhərində satışını təşkil edərək birlikdə qazanc əldə edəcəklərini yalandan vəd verib Talehin ümumilikdə 506100 ABŞ dolları pulunu ələ keçirmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 28 sentyabr 2023-cü il tarixli könüllü təqdim edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən “CD-R” diskdə 03 (üç) ədəd səsyazısının olması, həmin səsyazılarının ayrı-ayrılıqda 11 dəqiqə 04 saniyə, 37 dəqiqə 30 saniyə, 01 saat 01 dəqiqə 48 saniyə davam etməsi müəyyən olunmuşdur. Hər bir səsyazısına Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin səsyazıları onunla Təqsirləndirilən şəxs, X27, Şahid5, Təqsirləndirilən şəxs Vidadi adlı əmisi, Akif adlı dayısı və Ceyran adlı anasının iştirakı ilə qeydə alınmışdır (Cinayət işi, cild 1, iş vərəqə 169-180). 25 oktyabr 2023-cü il tarixli “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və "xxxx" MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq danışıqların olması, həmin danışıqların bir hissəsinin isə uzun müddət davam etməsi aşkar olunmuşdur (Cinayət işi, cild 1, iş vərəqə 202). 07 noyabr 2022-ci il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqatı tələb olunan fayllarda xarakterinə görə bilavasitə üzbəüz danışıq zamanı azərbaycan dilində aparılan danışıqlar - mübahisəli fonoqramlar qeydə alınmışdır. Mübahisəli fonoqramların auditiv analizi fonoqramlarda qeydə alınmış danışıqların aydın və başa düşülən olduğunu, məzmununa görə ekspertizaya təqdim olunmuş dinləmə protokolları ilə uyğunluq təşkil etdiyini göstərmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqata təqdim olunmuş baxış protokolundakı məzmuna uyğundur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramların yazıldığı yazı qurğusu (və ya yazı qurğusu haqqında məlumat) tədqiqata təqdim olunmadığından mübahisəli fonoqramlarda yazılış vaxtı və ya yazılışdan sonra olunmuş hər hansı dəyişikliyin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır(Cinayət işi, cild 2, iş vərəqə 44-51). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş 26 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (Cinayət işi, cild 2, iş vərəqə 79). “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa könüllü təqdim edilən içərisində iş üzrə əhəmiyyət kəsb edən səsyazıların olduğu 01 (bir) ədəd “CD-R” formatlı disk və "xxxx" MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixliu müşayiət məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir( cild 1, iş vərəqə 53-82). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sumqayıt şəhər 3 saylı Xəstəxanası tərəfindən təqdim edilmiş 04 mart 2020-ci il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin ortalarından 2019-cu ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif yerlərində 30000 manat, həmin dövrün məzənnəsi ilə 39950 manat təşkil edən 23500 ABŞ dollar, həmin dövrün məzənnəsi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollar, 40000 manat, həmin dövrün məzənnəsi ilə 55250 manat təşkil edən 32500 ABŞ dollar, həmin dövrün məzənnəsi ilə 19635 manat təşkil edən 11550 ABŞ dollar, 33450 manat, həmin dövrün məzənnəsi ilə 45050 manat təşkil edən 26500 ABŞ dollar, həmin dövrün məzənnəsi ilə 21505 manat təşkil edən 12650 ABŞ dolları, 13500 manat, həmin dövrün məzənnəsi ilə 35020 manat təşkil edən 20600 ABŞ dolları, 25000 manat, həmin dövrün məzənnəsi ilə 60010 manat təşkil edən 35300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 39100 manat təşkil edən 23000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları, İran İslam Respublikasından topdan satış qiymətləri ilə armatur materiallarının gətirilib Bakı şəhərində satışını təşkil edərək birlikdə daha yaxşı qazanc əldə edəcəklərini, bu işdə də heç bir risk olmadığını, qazancın aylıq olaraq verilən pulun 20 faizi həcmində olacağını yalandan vəd verib aldadaraq 2019-cu ilin iyul ayında ünvan 6 ünvanında yerləşən “Las Veqas” ticarət mərkəzinin qarşısında həmin dövrün məzənnəsi ilə 85000 manat təşkil edən 50000 ABŞ dolları, 2019-cu ilin avqust ayının ortalarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 102000 manat təşkil edən 60000 ABŞ dolları, 2019-cu ilin sentyabr ayının ortalarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 153000 manat təşkil edən 90000 ABŞ dolları etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs ümumilikdə 860370 manat, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla əlaqədar ittiham irəli sürülmüşdür. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona 860370 manat, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ərizəsi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, 13 fevral 2020-ci il tarixdə mübahisənin mülki xarakterli olması səbəbindən Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan başqa eyni xüsusat üzrə Zərərçəkmiş şəxs ərizəsi Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində də araşdırılmış, lakin öz təsdiqini tapa bilməməsi səbəbindən 31 iyul 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərar isə 03 iyul 2023-cü il tarixli qərarla ləğv edilmiş və 25 avqust 2023-cü il tarixli Qərarla cinayət işinin başlanılması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında isə göstərilən xüsusat araşdırılarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 250000 manat pul vəsaitini əldə etdiyini, həmin pul vəsaiti hesabına hər hansı ticarət fəaliyyəti ilə məşğul olmadığını, öz şəxsi borclarına sərf etdiyini etiraf etmiş və göstərilən pul vəsaitinin əldə edilməsi zamanı hansı mənbə hesabına qaytaracağını barədə suallara ağlabatan cavab verməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs pul alınan ilk gündən heç bir ticarət fəaliyyəti ilə məşğul olmasa da zərərçəkmiş şəxsə aldığı pul vəsaitini qaytarmaqla və gəlir verməklə onun tərəfindən növbəti dəfə pul vəsaiti verilməsinə nail olmuş və həmin pul vəsaitinin qaytarılması üçün hər hansı real “imkanlara” malik olmamışdır. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin qohumu olan Şahid5 da sonuncunun hər hansı ticarət fəaliyyəti ilə məşğul olmadığını, son zamanlar bikef olmasını 300.000 manat borcu olması ilə izah etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən səs yazılarından da görünür ki, təqsirləndirilən şəxs tərəfindən deyil, məhz sonuncunun qohumları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pul vəsaitinin toplanılaraq qaytarılması barədə zərərçəkmiş şəxslə razılığa gəlmək istəmiş, lakin miqdar barədə aralarında razılıq əldə edilmədiyindən qeyd edilən məsələ həll olunmamış olaraq qalmaqda davam etmişdir. Məhkəmə dələduzluq cinayətinin subyektiv cəhətinin, yəni aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva etməsi barədə müddəaları nəzərə alaraq hesab edir ki, iş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus pul vəsaitini əldə edərkən qaytarmaq niyyəti olmamışdır. Lakin məhkəmə yalnız məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutları bir-biri ilə təhlik edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 860370 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar ittiham iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Belə ki, əvvəla cinayət işi materiallarından da göründüyü kimi ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği yalnız zərərçəkmiş şəxsin və onun qohumlarının və tanışlarının ifadələri ilə müəyyən edilmiş, həmin pul məbləğinin verilməsini təsdiq edən hər hansı sənəd mövcud olmamışdır.Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilmiş pul vəsaiti isə özünün bildirdiyinə görə xalası oğlu Ramil Rüstəmova məxsus olmuşdur. Ramil Rüstəmov ibtidai istintaq dövründə ifadə verərkən 2015-ci ildə Zərərçəkmiş şəxs saxlamaq üçün 306 500 ABŞ dolları verdiyini bildirsə də Gürcüstan Respublikasında 280 000 manat məbləğində özünə məxsus torpaq sahəsi və iaşə obyektini sataraq 3 ədəd avtomobil alaraq satdığını, məbləğini göstərmədən həmin avtomobillərdən yalnız birinin pulunu Zərərçəkmiş şəxs saxlamasını qeyd etməklə əslində Zərərçəkmiş şəxs verdiyi pul vəsaitinin miqdarı barədə mötəbər sübut təqdim edə bilməmişdir. İş üzrə şahid qismində ifadə verən digər şəxslər verilən pulun miqdarı barədə yalnız Zərərçəkmiş şəxs onlara verdiyi informasiya əsasında məlumata sahib olmuşlar. Zərərçəkmiş şəxs, ibtidai istintaq dövründə tərəfindən verilmiş ifadəsində pulun miqdarı, vaxtı və yeri dəqiqliklə göstərilsə də məhkəmə iclasında dindirilərkən əməlin düzgün tövsifi üçün əhəmiyyət kəsb edən həmin məlumatları təfərrüatları ilə məhkəmənin diqqətinə çatdıra bilməmiş, 860370 manat pulu Şahlar Həsənova verməsi faktını inkar etmiş, 860370 manat pul vəsaitinin Şahlar Həsənovun ondan aldığı pul vəsaiti müqabilində həmçinin verməli olduğu gəlirlə birgə borc məbləğini təşkil etdiyini qeyd etmişdir. Bundan başqa zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən təqsirləndirilən şəxsin qardaşı X8 ilə aralarında notarial qaydada bağlanmış 29 mart 2024-cü il tarixli barışıq sazişində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın 250 000 manatdan ibarət olması və zərərçəkmiş şəxsin həmin məbləğdə pul vəsaitini notariusun depozit hesabı ilə qəbul etməsi öz əksini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə ifadə vermiş Şahid1 ifadəsi ilə Təqsirləndirilən şəxs iki dəfə zərərçəkmiş şəxsdən pul alması faktı təsdiq edilsə də, o, Zərərçəkmiş şəxs tərəfindən nə qədər pul vəsaitinin verildiyini görmədiyini, verilmiş pul vəsaitinin məbləğini yalnız sonuncunun sözlərindən eşitdiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş verilmiş pul vəsaiti məbləği barədə sənədlərinin olmasını bildirsə də nə ibtidai istintaq dövründə, nə də məhkəmə iclasında həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxsin ifadələrindən onların uzun müddətdir tanıması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilk olaraq 30 000 manat, daha sonra iki dəfə ardıcıl olaraq 23 500 ABŞ dolları, daha sonra 40000 manat verdiyni bildirərkən təqsirləndirilən şəxsin aldığı pul məbləğinin təminatı qismində satıcı kimi işlədiyi mağazada 40000 manat pul vəsaitinin olmasını qeyd etmişdir. Məhkəmə həm zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin bir-birini uzun müddət ərzində tanımasını, təqsirləndirilən şəxsin maddi statusuna bələd olması, verdiyi pul vəsaiti təminatı qismində özünün də bildirdiyi kimi yalnız işlədiyi mağazada 40000 manatlıq vəsaitin olması, təqsirləndirilən şəxsə hansı məbləğdə pul verilməsi halını təsdiq edə bilən hər hansı sənədin təqdim etməməsi, iş üzrə dindirilmiş şahidlərdən heç birinin hansı miqdarda pulun verilməsi faktını təsdiq edə bilməməsi kimi halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 860370 manat məbləğində real pul vəsaitini verməsi iş materialları ilə sübuta yetirilə bilmir. Məhkəmə belə qənaətə gələrkən həm də o halı əsas götürür ki, təqsirləndirilən şəxsə 860370 manat məbləğində dələduzluq etməsi ilə əlaqədar ittiham irəli sürülsə də iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış səs yazılarından da görünür ki, təqsirləndirilən şəxs və onun qohumları dəfələrlə verilmiş pul vəsaitinin 860370 manat təşkil edə bilməyəcəyini təkid etsələr də yalnız Zərərçəkmiş şəxs israrla həmin pul məbləğinin 860370 manat olduğunu bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə elan edilmiş xüsusilə külli miqdarda dələduzluq əməli yalnız zərərçəkmiş şəxsin ifadələrinə əsaslanmışdır. Bundan başqa ibtidai istintaq orqanına təqdim etdiyi ilkin ərizəsində Şahlar Həsənovun bizneslə məşğul olmaması, Gömrük buraxılış məntəqəsindən adına xarici ölkələrdən mal gəlməməsini qeyd etsə də sonuncunun hansı andan bu məlumata malik olması məsələsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı halları sübut etməlidir. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə 250.000 manat pul vəsaitini verdiyini bildirmiş və təqsirləndirilən şəxs əldə etdiyi pul məbləğinin həmin miqdarı təşkil etdiyini etiraf etmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməli külli miqdarda ziyan vurmaqla törədilməsi ilə müşaiyət olunquda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 177-ci maddəsinə Qeyddən görünür ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi zərər tamamilə ödənilmişdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncunun tutulmasını istəmədiyini bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 iyul 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 iyul 2020-ci il təvəllüdlü bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü və Zərərçəkmiş şəxsla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, epilepsiya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirdiyini bildirmişlər, Zərərçəkmiş şəxs isə məhkəmədə ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, tutulmağını istəmir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən 01 (bir) ədəd “CD-R” formatlı disk və “Azercell Telekom" MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna ələvə edilmiş 01 (bir) ədəd “CD" formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 200 (iki yüz) manat ekspertiza xərci (Cinayət işi, cild 2, iş vərəqə 44) tutularaq dövlət büdcəsinə ödənilməlidir . Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı disk və "xxxx" MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1311/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1311/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver