Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1312/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları- Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1978-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olub, ünvan 3aşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilib Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən əvvəllərində başqa mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 231,161 qram çəkidə narkotik vasitə heroin, küllü miqdarda, yəni 11,593 qram çəkidə psixotrop maddə metamfetamin, qanunsuz olaraq 01 ədəd keçmiş SSRİ-də 1988-ci ildə, 01 ədəd Azərbaycanda 2008-ci ildə zavod üsulu ilə istehsal olunmuş, atəş üçün yararlı, 9×18 mm çaplı 02 ədəd döyüş sursatı hesab edilən patron əldə edib yaşadığı ünvan 3aşayış evinə qanunsuz daşımaqla həmin ünvanda qanunsuz saxlamış, əldə etdiyi 11,593 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini hər birində müvafiq olaraq 1,643 qram, 3,312 qram, 2.008 qram, 1,632 qram, 0,758 qram, 2,240 qram olmaqla 6 ədəd bükümə, 231,161 qram çəkidə narkotik vasitə heroini hər birində müvafiq olaraq 18,433 qram, 110,485 qram, 1,474 qram, 100,769 qram olmaqla 4 ədəd bükümə bölməklə satış məqsədi ilə qablaşdırıb saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 05 fevral 2021ci il tarixdə saat 13:50-dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılıb onun iştirakı ilə həmin tarixdə saat 18:30-dan etibarən yaşadığı ünvan 3aşayış evinə keçirilmiş baxış zamanı mənzildəki anbar kimi istifadə edilən otaqda olan dolabın yuxarı siyirməsində fotoaparat qabının içərisində onun qanunsuz olaraq əldə edib satış məqsədi ilə saxladığı 06 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,643 qram, 3,312 qram, 2,008 qram, 1,632 qram, 0,758 qram, 2,240 qram, ümumi təmiz çəkisi külli miqdar 11,593 qram psixotrop maddə metamfetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,433 qram, 110,485 qram, 1,474 qram, 100,769 qram, ümumi təmiz çəkisi 231,161 qram narkotik vasitə heroin, 02 ədəd döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, onun üzərindən iki ədəd patron çıxıb. Buna görə o, özünü təqsirli bilir. İttihamda göstərilən narkotik vasitələrin və maddələrin ona aidiyyəti yoxdur. Həmin maddə və vasitələri onun üzərinə polis əməkdaşı qoyubdur, lakin o, həmin polis əməkdaşını tanmır. Polis orqanları ilə heç bir münasibəti yoxdur. İbitai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. O, həmin ifadələri oxumadan imza etmişdir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir: «O hər-hansı bir psixi xəstəlik keçirməmiş, bununla bağlı müalicə müəssisələrində olmamışdır. O, 2020-ci ilin ortalarında külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulmuşdur və Cəlilabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş və onun sol ayağına elektron nəzarət vasitəsi taxılmaqla o azadlığa çıxmışdır. O uzun illərdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edirmiş. O demək olar ki, narkotik vasitə və psixotrop maddələrin hamısından istifadə etmişdir. Təxminən tutulmamışdan səkkiz ay əvvəl yaşadığı evə nisbətən yaxın yerləşən zibillikdə torbanın içində bir ədəd oyuncağa oxşar, lakin dəmir materiallı tapançanı, iki ədəd patronu və 30 ədəd kürə halında olan güllələri tapmış və həmin əşyalar onda maraq oyatdıqlarına görə yaşadığı evə gətirib saxlamışdır. Bundan başqa təxminən 10 gün əvvəl yaşadığı evin yanındakı zibillikdən bir ədəd bağlamada narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi tapıb yaşadığı evə gətirib gizlədib saxlamışdır. Qeyd olunan əşya və maddələri heç kimin xəbəri olmasın deyə evdə olan fotoaparat qabının içinə yığıb şkafda gizlətmişdir. 05 fevral 2021-ci il tarixdə o Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmişlər və o öz anket məlumatlarını həmin şəxslərə demişdir. Bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını, həmçinin narkotik vasitə, psixotrop maddəni üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. O vəkillə söhbət edib vəkilə etirazı olmadığını bildirdikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona odlu silah və döyüş sursatını, həmçinin narkotik vasitə, psixotrop maddəni üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı, həmçinin narkotik vasitə, psixotrop maddə və sair bu qisim əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O bundan sonra masaya doğru yaxınlaşıb üzərində olan bir ədəd Maqna adlı siqaret qutusunu, 30 manat pulunu və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Siqaret qutusu və pul vəsaiti özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra ona yaşadığı ünvanda və ya başqa saxlanc yerində odlu silah və ya döyüş sursatı, həmçinin narkotik vasitə, psixotrop maddə əldə edib saxlaması barədə soruşulduqda o polis əməkdaşlarının yaşadığı ünvanda axtarış keçirəcəklərini bilib polis əməkdaşlarına yaşadığı evdə tapança tipli əşyanı, patronları, həmçinin narkotik vasitə və psixotrop maddəni gizlədib saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, o tərtib edilmiş protokola imza etmişdir. Ardınca o ərizə yazaraq yaşadığı ünvanda baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra eyni tərkibdə iştirakçılarla və onun hüquqlarını müdafiə edən vəkillə birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Evin həyətinə giriş qapısının qarşısında əlverişli şərait olmadığına görə videoçəkilişin həyətin içində başlanılması qərara alınmışdır. Ondan həyətə daxil olunması üçün icazə istənilmiş, o etiraz etməmiş və odlu silahı, döyüş sursatını, həmçinin narkotik vasitə, psixotrop maddəni evin içində gizlətdiyini bildirmişdir. O etirazı olmadığını bildirdikdən sonra hamı birlikdə evə daxil olmuşdur. Evə daxil olduqları zaman mənzildə heç kimin olmadığı məlum olmuş, o evdə valideynləri və ailəsi ilə birlikdə yaşadığını lakin, ailə üzvlərinin hazırda qardaşıgildə olduqlarını bildirmişdir. O şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silaha bənzər əşyanı, döyüş sursatı, narkotik vasitə və psixotrop maddənin mənzilin girəcəkdən sağ istiqamətində yerləşən mətbəxdən sonrakı anbar otağı kimi istifadə edilən otaqda olan dolabın yuxarı siyirməsində fotoaparat qabının içində gizlədib saxladığını bildirmişdir. Ardınca iştirakçılarla birlikdə həmin otağa gedilməklə qara rəngli bağlama saxlanıldığı yerindən götürülmüşdür. Həmin otaqda baxış keçirilməsi üçün əlverişli şərait olmadığına görə onun icazəsi ilə evin qonaq otağına getmişlər. Orada aşkar olunan bağlama masanın üzərinə qoyulmaqla içindəki əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Fotoaparat qabına bənzər bağlama açıldıqda içində 01 ədəd odlu silah olan tapançaya bənzər əşya, 01 ədəd şəffaf sellofanda iki ədəd patron, 30 ədəd kürə formalı gülləyə bənzər əşya, həmçinin 02 ədəd sellofan bağlama, 01 ədəd elektron tərəzi və 01 ədəd sarı rəngli plastik qab aşkar olunmuşdur. İki ədəd sellofan bağlama açıldıqda içində olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sarı rəngli plastik qab açıldıqda içində 01 ədəd bağlama və 07 ədəd büküm aşkar olunmuşdur. Həmin 01 ədəd bağlama açıldıqda içində narkotik vasitə olan heroin, 07 ədəd büküm açıldıqda isə içində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Aşkar olunan tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. O uzun illərdir narkotik vasitə istifadəçisi olduğunu, tapança tipli əşyanı, patronlara və güllələrə bənzər əşyalarla birlikdə təxminən səkkiz ay əvvəl evinə nisbətən yaxın yerləşən zibillikdən tapdığımı və onda maraq oyatdığından yaşadığı ünvana gətirib saxladığını bildirmişdir. Narkotik vasitə və psixotrop maddələri isə təxminən 10 gün əvvəl tərəzi ilə birlikdə evinin yaxınlığındakı zibillikdən tapdığını və öz istifadəsi üçün evinə gətirib gizlədib saxladığını bildirmişdir. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş və kənar əşya, maddə aşkar olunmamışdır. Yaşadığı mənzildən aşkar olunmuş əşya və maddələr öz iştirakı ilə müvafiq qaydada aşkar olunduğu bağlamada qablaşdırılaraq möhürlənmiş və o iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir O aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Düzdür, o həmin maddələri zibillikdən tapmışdır. Ancaq özü də istifadə etdiyi üçün gətirib evdə saxlamışdır. O uzun müddətdir narkotik vasitə və psixotrop maddə istifadə edirmiş. O demək olar bütün növ narkotik vasitə və psixotrop maddələrdən istifadə edirmiş. O həmin maddələrin hər ikisini istifadə edirmiş. Həmçinin tərəzidən də istifadə etməklə öz istifadəsi üçün həmin narkotik vasitə və psixotrop maddələri bükümlərə bölmüşdür. Yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə, eləcə də patron saxlaması barədə heç kimin məlumatı olmamışdır. O aşkar etdiyi həmin maddələri istifadə edə bilmədən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncu irəli sürülmüş ittihamla özünü qismin təqsirli bildiyini qeyd etmişdir. Belə ki, onun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti olmamışdır. Həmin maddələri öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş patronları isə zibillikdən tapmışdır. Şahid1 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 fevral 2021-ci il tarixdə idarəyə xx xxxxx 1978-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla, ünvan 3aşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək gəzdirməsi barədə məlumat daxil olmuşdu. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 fevral 2021-ci il tarixli qərar çıxarıldı və əməliyyat qrupu yaradıldı. Həmin gündə də saat 13:50 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, narkotik vasitə və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək gəzdirməkdə şübhəli olması Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə müvafiq vəkilin hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X5 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra İntiqamı şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs masaya doğru yaxınlaşıb üzərində olan bir ədəd siqaret qutusunu, şəxsiyyət vəsiqəsini və pul vəsaitini masanın üzərinə qoydu. Bundan sonra İntiqamın üzərində şəxsi axtarış keçirilsə də üzərindən kənar əşya və ya maddə aşkar olunmadı. Şəxsi axtarış zamanı İntiqamın sol ayağında barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı elektron nəzarət vasitəsi aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı ünvanda, yəni ünvan 3aşayış evində odlu silaha bənzər əşya, döyüş sursatı, narkotik vasitə və psixotrop maddə gizlədib saxladığını bildirdi. Daha sonra videoçəkiliş dayandırılaraq şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edildi. Protokol ucadan oxundu, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyini təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvanda yerləşən mənzilə və həyətə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Bundan da sonra qrup üzvləri olaraq Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 3aşayış evinə getmişlər. Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etmədiyini demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs odlu silaha bənzər əşya, döyüş sursatı, narkotik vasitə və psixotrop maddəni evin içində gizlətdiyini bildirdi. Təqsirləndirilən şəxs evə daxil olunması üçün icazə istənildi, etiraz olmadı, onlar da intiqamla birlikdə evə daxil olmuşlar. Mənzil boş idi. Təqsirləndirilən şəxs evdə valideynləri və ailəsi ilə birlikdə yaşadığını, lakin ailə üzvlərinin yaxınlıqda yaşayan qardaşının evində olmalarını və hazırda mənzildə olmadıqlarını dedi. İntiqamın şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silaha bənzər əşya, döyüş sursatı, narkotik vasitə və psixotrop maddənin mənzilin girişdən sağ istiqamətində yerləşən mətbəxdən sonrakı anbar otağı kimi istifadə edilən otaqda olan dolabın yuxarı siyirməsində fotoaparat qabının içində gizlədib saxladığını bildirmişdi. Bundan sonra həmin otağa gedilməklə qara rəngli bağlama saxlanıldığı yerindən götürüldü. Həmin otaqda baxış keçirilməsi üçün əlverişli şərait olmadığına görə şübhəli şəxsin icazəsi ilə evin qonaq otağına getmişlər. Orada aşkar olunan bağlama masanın üzərinə qoyulmaqla içindəki əşya və maddələrə baxış keçirildi. Fotoaparat qabına bənzər bağlama açıldıqda onun içində bir ədəd odlu silah olan tapançaya bənzər əşyanın, bir ədəd şəffaf sellofanda iki ədəd “Makarov” tipli tapançalarda istifadəyə xarakterik patrona bənzər əşyaların, otuz ədəd pnevmatik tapançalarda istifadəyə xarakterik kürə formalı güllələrə bənzər əşyaların, həmçinin iki ədəd sellofan bağlamanın, bir ədəd elektron tərəzinin və bir ədəd sarı rəngli plastik qabın olduğu məlum oldu. İki ədəd sellofan bağlama açıldıqda içində narkotik vasitə olan tiryəkə bənzər maddələrin olduğu müəyyən olundu. Sarı rəngli plastik qab açıldıqda isə onun içərisində 01 ədəd bağlamanın və 07 ədəd bükümün olduğu məlum olundu. Həmin 01 ədəd bağlama açıldıqda içərisində narkotik vasitə olan tiryəkə bənzər maddələr, 07 ədəd büküm açıldıqda isə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu bildirildi. Aşkar olunan tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun illərdir narkotik vasitə istifadəçisi olduğunu, tapança tipli əşyanı, patronlara və güllələrə bənzər əşyalarla birlikdə təxminən səkkiz ay əvvəl evinə nisbətən yaxın yerləşən zibillikdən tapdığını və maraq oyatdığından yaşadığı ünvana gətirib saxladığını bildirdi. Narkotik vasitə və psixotrop maddələri isə təxminən on gün əvvəl tərəzi ilə birlikdə evinin yaxınlığındakı zibillikdən tapdığını və öz istifadəsi məqsədi ilə evinə gətirib gizlədib saxladığını bildirdi. Bundan sonra evin digər otaqlarına baxış keçirildi, lakin kənar əşya, maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd tapanaça tipli dəmir predmet, 02 ədəd patron, 30 ədəd kürə formalı əşya, həmçinin narkotik vasitə və psixotrop maddə, 01 ədəd elektron tərəzi və 01 ədəd sarı rəngli plastik qab özünün iştirakı ilə müvafiq qaydada iki ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Mənzildə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzildə baxış keçirilməsinə dair protokol tərtib edildi və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahidlər Şahid2 və Şahid3 ifadələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib şahid Şahid1 ifadələrində göstərilən hallara analoji ifadələr verib onun ifadələrində göstərdikləri halları təsdiq etdilər. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 6/536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan maddələr..” yazısı olan paketdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 18,433 qram, 110,485 qram, 1,474 qram, 100,769 qram, ümumi təmiz çəkisi 231,161 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,643 qram. 3,312 qram, 2,008 qram, 1,632 qram, 0,758 qram, 2,240 qram, ümumi təmiz çəkisi 11,593 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində “My honey” yazısı olan boş plastik qabda və bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın 06 fevral 2021-ci il tarixli 21/105R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd patronlardan 01 ədədi keçmiş SSRİ-də 1988-ci ildə, 01 ədədi Azərbaycanda 2008-ci ildə, zavod üsulu ilə istehsal olunmuş 9×18 mm çaplı həmin çaplı «Makarov » (PM) və «Steçkin» (APS) konstruksiaylı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2021-ci il tarixli 1033 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatda istifadə olunduqdan sonra qalıq qalan 11,413 qram çəkidə psixotrop maddə metafetamin, tədqiqatda istifadə olunduqdan sonra qalıq qalan 230,961 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və bir ədəd zərfdə qablaşdırılan eksperimental atəşlərdən sonra qalıq qalan 01 ədəd patron maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış “Baxış və götürmə aparılması haqqında” 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə saat 13.50 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 3aşayış evinə keçirilmiş baxış zamanı mənzildəki anbar kimi istifadə edilən otaqda olan dolabın yuxarı siyirməsində fotoaparat qabının içərisindən 02 ədəd 9×18 mm kalibrli döyüş sursatı hesab edilən patron, 231,161 qram çəkidə narkotik vasitə heroin və 11,593 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki,cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hakimi X2 09 fevral 2021-ci il tarixli 5(003)-69/2021 saylı qərarı ilə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 05 fevral 2021-ci il tarixli qərar qanuni hesab olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi X4 10 fevral 2021-ci il tarixli 5(005)-201/2021 saylı qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 05 fevral 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Məhkəmə,Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, narkotik vasitələrin ona aidiyyəti olmadığı haqqındakı ifadələrinin faktiki əsası olmayan iddia kimi qəbul edir. Çünkü məhkəmədə onun bu iddiaları ittiham tərəfinin təqdim etdiyi ittihamedici sübütlarla və bu sübutlara uyğun özünün istintaqın ilkin mərhələsində veridiyi ifadələrlə təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun ittihamı inkar etdiyi ifadələrin özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtələndirib onun işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı ittihamı etiraf edən ifadələrini isə həqiqəqətə uyğun ifadələr kimi qəbul edib həmin ifadələrə istinad edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməllərinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi Hüsyen oğlu tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 150 (yüz əlli ) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 11,413 qram çəkidə psixotrop maddə metafetamin, tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 230,961 qram çəkidə narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadğan olunan əşyalar kimi, 01 ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini və bir ədəd zərfdə qablaşdırılan 01 ədəd patronun təyinatı üzrə Azərbaycan Respublikası DİN-in Silah-sursat anbarına təhvil verilməsini, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 05 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulması, 06 fevral 2021-ci il tarixdə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış 20 aprel 2021-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 66.3-cü madəsində göstərilən qaydada altı il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkməsinin əvvəli onun həbsdə və ev dustaqlığında olduğu müddətin başlanğıcı olmuş 22 iyul 2020ci il kimi müəyyən edilmişdir. Məhkəmədə araşdırlan hazırkı cinayəti işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməlinin 5 fevral 2021-ci ildə, yəni onun barsində 20 aprel 2021-ci il tarixli hökm çıxarılmamışdan qabaq törətmişdir. Bu səbəbdən də məhkəmə, onun barəsində cəzanın Azərbaycan Respublikası CM-in 66.5-ci maddsinə əsasən təyin edilməsini, onun həbsdə saxlanıldığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin olunacaq cəzanın başlanğıcının 22 iyul 2020-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli 1033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o, cümldən də onun əvvəllər təyin edilmiş, lakin çəkilməmiş cəzasının olmasını, onun əvvəl də qismən buna bənzər cinayət əməli törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 6 ( altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 9 (doqquz) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 22 iyul 2020-ci il tarixdən müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına Məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Fərhadov Əhməd Hüseyn oğluna 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılan tədqiqatda istifadə edildikdən sonra qalmış 11,413 qram çəkidə psixotrop maddə metafetamin, tədqiqata istifadə edildikdən sonra qalmış 230,961 qram çəkidə narkotik vasitə heroin sərəbəst dövriyyəsi qadağan olunan əşyalar kimi, 01 ədəd elektron tərəzi istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin, bir ədəd patron təyinatı üzrə Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk (SD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1312/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1312/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver