Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1312/2022 20.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 03 aprel 2022-ci il tarixdə səhər saatlarında fəhlə işlədiyi ünvan 2 ünvanında yerləşən «8-ci kilometr» bazarında, əvvəllər tanıdığı, eyni bazarda fəhlə işləyən Zərərçəkmiş şəxs naməlum yaşlı qadınla mübahisə etdiyinə görə irad bildirərək bir dəfə sillə ilə sifət nahiyəsindən vurması səbəbindən həmin gün saat 10 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə yenidən aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq sözlər söyləməsinə əsəbiləşib qisas almaq məqsədilə üzərində olan qara rəngli, zavod üsulu ilə istehsal olunmuş qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən bir dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan S-vari bağırsağın seroz qişasının zədələnməsi ilə nəticələnən qarnın sol yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin qançırı xəsarətləri yetirərək qəsdən sağlamlığa agır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 7 idir ki, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarında fəhləlik edir, göyərti bağlamaqla məşğul olub çörək pulu qazanır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da bazara işləməyə gələndən tanıyır. Orxan bazarda arabaçı işləyir. Orxanla münasibəti həmişə normal olmuşdur. 02 aprel 2022-ci il tarixdə gecə yemək yeyən zaman o, tək 0,5 litr spirtli içki araq qəbul etmişdir. 03 aprel 2022-ci il tarixdə səhər yuxudan ayılanda sərxoş olduğundan başı ağrıdığı üçün 0,5 litr pivə içmişdir. Səhər saatlarında bazarda olan zaman Orxanın tanımadığı bir qadınla mübahisə etdiyini görüb ona yaxınlaşmış, Orxana qoca qadınla nə işi olduğunu soruşmuş və demişdir ki, elə bilsin o da həmin qadının oğludur, nə sюzü varsa ona desin. Bunu deyəndən sonra Orxanın üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Ətrafda olan şəxslər onları ayırmışlar. Təxminən bir saatdan sonra Orxanla yenidən rastlaşmışlar. Bu zaman Orxan onun qolundan tutaraq söyüş söymüş, buna görə aralarında mübahisə yaranmışdır. Onu hamının yanında söydüyünə görə Orxana əsəbləşib cibində olan işdə istifadə etmək üçün üzərində saxladığı qatlanan bıçağı çıxarıb bir dəfə Orxanın sol böyür hissəsindən vurmuşdur. Sonra aralanıb əlində olan bıçağı Orxanın üstünə atmışdır. Bıçaq yerə düşdükdən sonra Orxan bıçağı götürüb onun başının sağ yan hissəsindən bir dəfə vurmuşdur. Ətrafda olan xatırlamadığı şəxslər onları ayırmışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hər ikisini Nizami rayonu 24-cü PŞ-nə aparmışlar. Orada təcili tibbi yardım çağırılmış və təcili tibbi yardım briqadası onları 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Orxan xəstəxanada qalmış, ona isə ilk tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nizami rayonunda yerləşən «8-ci kilometr» bazarında fəhləlik edir. Sərdar adlı şəxsi bir neçə ildir tanıyır. Sərdar da bazarda fəhlə işləmişdir. Sərdarla münasibəti yaxşı olmuşdur. 03 aprel 2022-ci il tarixdə səhər saatlarında bazarda olan zaman bazarda işləyən, üzdən tanıdığı bir qadınla söhbət edən zaman Sərdar ona yaxınlaşmışdır. Sərdar danışanda Sərdarın içkili olduğunu hiss etmişdir. O, Sərdara kənara çəkilməsini demişdir. Bu zaman Sərdar onun üz nahiyəsindən bir dəfə sillə vurmuşdur. O, Sərdar içkili olduğu üçün bir söz deməyib çıxıb getmişdir. Bir azdan o, yenə Sərdarla rastlaşmışdır. O, Sərdarın qarşısını kəsib qolundan tutaraq səhər onu sillə ilə vurmasının səbəbini izah etməsini tələb etmiş və Sərdara qarşı nalayiq ifadə işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Sərdar qəflətən cibində olan bıçağı çıxarıb bir dəfə onun sol böyür hissəsindən vurmuşdur. Sonra əlində olan bıçağı onun üstünə atmışdır. Bıçaq yerə düşdükdən sonra, o, bıçağı götürüb Sərdarın başının sağ yan hissəsindən bir dəfə vurmuşdur. Bu zaman ətrafda olan xatırlamadığı şəxslər onları ayırmışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hər ikisini Nizami rayonu 24-cü PŞ-nə aparmışlar. Orada təcili tibbi yardım çağırılmış və təcili tibbi yardımla onları 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ƏÇPA-nın 5-ci Patrul Bölüyündə polis nəfəri işləyir. 03 aprel 2022-ci il tarixdə səhər saat 08:00 da təlimatlandırmadan sonra ünvan 2 ünvanında yerləşən «8-ci kilometr» bazarında xidmətə başlamışdır. Xidməti ərazidə olan zaman saat təxminən 10 radələrində «Göy Bazarı» adlandırılan yerdə xidmət aparan polis serjantı Şahid1 ona zəng vuraraq ərazidə iki nəfərin dalaşdığını, onlardan birini saxladığını, digərinin isə qanı axa-axa onun xidməti ərazisi istiqamətində qaçdığını bildirmişdir. O, dərhal həmin şəxsin müəyyən edilib saxlanılması üçün öz növbəsində yaxınlıqdakı postda xidmət aparan polis serjantı Şahid4la əlaqə yaradıb ona da bu barədə bildirmişdir. Bu zaman onun xidməti ərazisində bir nəfər, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs başından qan axa-axa qaçaraq uzaqlaşdığını görmüşdür. O, Sərdarın arxasınca qaçmış, Rəşad da qarşı tərəfdən gəlib Sərdara çatmışır. Onlar hər ikisi birlikdə Sərdarı saxlamışlar. Bu zaman polis serjantları Şahid1 və Şahid2 da saxladıqları digər şəxsi şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs onların yanına gətirmişlər. Hər iki şəxs xəsarət aldığından onlara ilkin tibbi yardım göstərdikdən sonra patrul avtomobilini çağıraraq onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb raportla təhvil vermişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onlar tərəfindən saxlanılarkən onlara heç bir müqavimət göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ƏÇPA-nın 5-ci patrul bölüyünün polis nəfəri işləyir. 03 aprel 2022-ci il tarixdə səhər saat 08:00 da təlimatlandırmadan sonra ünvan 2 ünvanında yerləşən «8-ci kilometr» bazarında xidmətə başlamışdır. Xidməti ərazidə olan zaman saat təxminən 10 radələrində ona yaxın ərazidə xidmət aparan polis serjantı Şahid3 ona zəng vuraraq ərazidə iki nəfərin dalaşdığını, onlardan birinin saxlanıldığını, digərinin isə qanı axa-axa onun xidməti ərazisi istiqamətində qaçdığını bildirmişdir. O, dərhal həmin şəxsin müəyyən edilib saxlanılması üçün Anarın xidməti ərazisi istiqamətində qaçmışdır. Bu zaman onun xidməti ərazisinə tərəf əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs başından qan axa-axa qaçaraq gəldiyini görmüşdür. O, Sərdarın qarşısını kəsmişdir. Anar da Sərdarın arxasınca qaçaraq onların yanına gəlmişdir. Onlar Sərdarı saxlamışlar. Bu zaman polis serjantları Şahid1 və Şahid2 da saxladıqları digər şəxsi, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs onların yanına gətirmişlər. Hər iki şəxs xəsarət aldığından onlara ilkin tibbi yardım göstərdikdən sonra patrul avtomobilini çağırmışlar və saxlanılmış hər iki şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb raportla təhvil vermişlər. Polis şöbəsində olarkən Coşqun və Talehin hadisə yerindən bıçaq tapıb götürdüklərini bilmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid1 ifadəsindən görünür ki, o, ƏÇPA-nın 5-ci patrul bölüyünün polis nəfəri, polis serjantıdır. 03 aprel 2022-ci il tarixdə səhər saat 08:00-da təlimatlandırmadan sonra ünvan 2 ünvanında yerləşən «8-ci kilometr» bazarında xidmətə başlamışdır. Xidməti ərazidə olan zaman saat təxminən 10 radələrində xidmət etdiyi ərazidə yerləşən «Göy Bazarı» adlandırılan yerdə qışqırıq səsləri eşidib oraya yaxınlaşmışdır. Həmin yerə çatdıqda iki nəfərin dalaşdığını, onlardan birinin başından, digərinin isə belindən xəsarət aldığını, belindən xəsarət olan şəxsin əlində bıçaq olduğunu görmüşdür. Dərhal bıçağı əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs əlindən almışdır. Bu zaman digər şəxs əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Səs-küyə yaxınlıqda xidmət aparan poiis serjantı Şahid2 da gəlmişdir. Taleh ilə birlikdə Orxanı saxlamışlar. Hadisə yerindən qaçan Sərdarın da saxlanılması məqsədilə yaxın ərazidə xidmət aparan polis serjantı Şahid3 İstifadəsində olan mobil telefona zəng vuraraq ərazidə iki nəfərin dalaşdığını, onlardan birinin saxlanıldığını, digərinin isə qanı axa-axa onun xidməti ərazisi istiqamətində qaçdığını bildirmişdir. Bundan sonra Taleh ilə birlikdə Orxanı bazarın çıxışına aparmışlar. Orada artıq Təqsirləndirilən şəxs həmin ərazidə xidmət aparan Anar və ona köməyə gəlmiş polis serjantı Şahid4 Əiiağa oğlu tərəfindən saxlanıldığını görmüşlər. Saxlanılan hər iki şəxs xəsarət aldığından onlara ilkin tibbi yardım göstərdikdən sonra patrul avtomobilini çağırmış və saxlanılmış hər iki şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb raportla təhvil vermişlər. Polis şöbəsində olarkən o, Zərərçəkmiş şəxs əlindən aldığı qatlanan bıçağı polis şöbəsinə təhvil vermişdir. Əlavə suallara cavab olaraq, saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onlara heç bir müqavimət göstərmədiklərini qeyd etmişdir. Saxlanılan şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs sərxoş olduğundan qaçaraq hadisə yerini tərk etmək istəmişdir. Lakin Sərdarın qarşısı tərəflərindən alınmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid2 ifadəsindən görünür ki, o, ƏÇPA-nın 5-ci patrul bölüyünün polis nəfəri, polis serjantıdır. 03 aprel 2022-ci il tarixdə səhər saat 08:00 da təlimatlandırmadan sonra ünvan 2 ünvanında yerləşən «8-ci kilometr» bazarında xidmətə başlamışdır. Xidməti ərazidə olan zaman saat təxminən 10 radələrində xidmət etdiyi ərazinin yaxınlığında yerləşən «Göy Bazarı» adlandırılan yerdə qışqırıq səsləri eşidib oraya yaxınlaşmışdır. Həmin yerə çatdıqda orada xidmət aparan polis serjantı Şahid1 belindən xəsarət almış, əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs saxladığını görmüşdür. Coşqunla birlikdə Orxanı saxlamışlar. Coşqun dalaşanlardan birinin qaçdığını bildirmiş və hadisə yerindən qaçan digər şəxsin saxlanılması məqsədilə yaxın ərazidə xidmət aparan polis serjantı Şahid3 istifadəsində olan mobil telefona zəng vurmuşdur. Bundan sonra Coşqun ilə birlikdə Orxanı bazarın çıxışına aparmışlar. Orada, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin həmin ərazidə xidmət aparan Anar və ona köməyə gəlmiş polis serjantı Şahid4 Əiiağa oğlu tərəfindən saxlanıldığını görmüşlər. Saxlanılan hər iki şəxs xəsarət aldığından onlara ilkin tibbi yardım göstərdikdən sonra patrul avtomobilini çağırmışlar və saxlanılmış hər iki şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb raportla təhvil vermişlər. Polis şöbəsində olarkən Şahid1 saxladığı Zərərçəkmiş şəxs əlindən aldığı qatlanan bıçağı polis şöbəsinə təhvil vermişdir. Əlavə suallara cavab olaraq, saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onlara heç bir müqavimət göstərmədiklərini qeyd etmişdir. Saxlanılan şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs sərxoş olduğundan qaçaraq hadisə yerini tərk etmək istəmişdir. Lakin Sərdarın qarşısı tərəflərindən alınmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçi əvəzi, polis mayoru Elxan Cəlilovun 03 aprel 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 11:10 radələrində 3 saylı ŞKX-nın tibb bacısı Musayeva telefonla Zərərçəkmiş şəxs 8-ci km bazarında deşilmiş-kəsilmiş xəsarət alması ilə bağlı məlumat vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçi əvəzi, polis mayoru Elxan Cəlilovun 03 aprel 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 11:10 radələrində 3 saylı ŞKX-nın tibb bacısı Musayeva telefonla Təqsirləndirilən şəxs 8-ci km bazarında başının deşilmiş-kəslmiş xəsarət alması ilə bağlı məlumat vermişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin ƏÇPA-nın 5-ci PB-nin polis nəfərləri Şahid1, Şahid4, Şahid2 və Şahid3 03 aprel 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 10:20-də xidmət apardıqları inzibati ərazidə olan zaman 8-ci km bazarından qışqırıq səsləri gəldiyini, ora yaxınlaşdıqdan iki nəfərin qan içində olduğunu, həmin şəxslərin bir-birinə xəsarət yetirdiyini bildirmişlər. Cinayət işinin 3-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən 8-ci km bazarıdır. Baxış zamanı yerdə qan izləri müəyyən edilmişdir. Cinayət işinin 11-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 aprel 2022-ci il tarixli götürmə haqqında qərardan və protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq ƏÇPA-nın 5-ci PB-nün polis nəfəri Şahid1 götürülmüşdür. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 aprel 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül sərxoşluq müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2022-ci il tarixli götürmə haqqında qərardan və protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmş paltarı götürülmüşdür. Cinayət işinin 92-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 16 aprel 2022-ci il tarixli, 250 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan S-vari bağırsağın seroz qişasının (xarici qatı) zədələnməsi ilə nəticələnən qarnın sol yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; qarnın sol yan səthinin qançırı (dərialtı qansızma) olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici, qançır isə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş yara cərrahi müdaxiləyə (genişləndirilmə və s.) məruz qaldığından bu yaranın ekspertizaya təqdim edilmiş bıçaq vasitəsilə yetirilib-yetirilməməsi barədə fikir söyləmək mümkün deyil. Bu problemin həlli üçün şəxsin hadisə zamanı əynində olan geyimin məhkəmə-tibbi kriminalistik müayinəsi məqsədə uyğun sayılır. Cinayət işinin 118-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 16 aprel 2022-ci il tarixli, 243 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ təpə-gicgah nahiyəsinin bir ədəd kəsilmiş yarası olmuşdur. Bu yara hər hansı bir iti kənara malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, X.Ə.həsənovun bədən səthində müəyyən edilmiş xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi və bu xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla törənməsi inkar olunmur. Cinayət işinin 126-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 19 may 2022-ci il tarixli 270/2022-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/ə (şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ// (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qısaqol mayka və qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, qısaqol mayka üzərindəki ləkədə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) məxsus ola bilər. Cinayət işinin 131-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 30 may 2022-ci il tarixli 218-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthində solda bir ədəd deşilmiş- kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthində solda aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun qarının sol yan səthində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs qarının sol yan səthində müəyyən edilmiş qançırı ona məxsus maykada öz əksini tapmamışdır, bu da tək bədənin zədələnməsi ilə izah oluna bilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs onu bıçaqla sol böyründən vurduğunu bildirmiş, Təqsirləndirilən şəxs da bunu təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbule edir. Cinayət işinin 158-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 11 iyun 2022-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin 21 aprel 2022-ci il tarixli, 3415 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 21 may 2022-ci il tarixli, xx/xx-7403 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 122-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 aprel 2022-ci il tarixli, 1015 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xətəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, tənqid və təhqirə qarşı həssaslıq, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına uyğun olaraq hadisə zamanı öz hərəkətinin mahiyyətini dərk etmək və onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 11 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 11 iyun 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 03 aprel 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan 03 aprel 2022ci il tarixli cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 80-81-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 4(007)-177/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd mayka və hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd mayka və hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1312/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1312/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver