Məhkəmə qərarları › İş №1(101)-1312/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1312/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1312/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi surətdə taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama və daşıma, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqla araşdırılan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə cinayətkar qrupun digər üzvünün istifadə etdiyi +**********53 saylı mobil telefon nömrəsi ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 17 oktyabr 2023-cü il tarixdə sonuncunun ona göndərdiyi ərazi koordinatları əsasında ünvan 3 ünvanına gələrək orada tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1095 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədilə komplekt hissəsi hesab edilən daraqla birlikdə Kalaşnikov konstruksiyalı AK-47 modelli yivli odlu silahı və döyüş sursatı hesab edilən 04 ədəd patronu əldə edib gələcəkdə həmin narkotik vasitə, odlu silah və onun komplekt hissəsi, habelə döyüş sursatının satışını həyata keçirmək üçün etibarnamə əsasında idarə etdiyi, faktiki sahiblik və istifadəsində olan “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə odlu silah, onun komplekt hisssələrini və döyüş sursatı, eləcə də, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 17 oktyabr 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 20:20-də ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq ünvan 5əşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman avtomobilin arxa oturacağında olan ona məxsus qara rəngli çantanın içərisindən bir ədəd bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 1095 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin komplekt hissəsi olan 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraqla birlikdə nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-47 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitələri əvvəllər tanıdığı Sənan adlı şəxsdən almışdır. Axşam saatlarında işləyərkən istifadəsində olan mobil telefona Sənanın mobil nömrəsindən mesaj gəlmişdir. Həmin mesajı yazanın Sənan olduğunu düşünmüşdür. Lakin sonradan ona səsli mesaj gəldikdə 1-2 ay əvvəl də əlaqə saxladığı İran vətəndaşı olduğunu bilmişdir. Nömrəsini İran vətəndaşına Sənan vermişdir. Nömrəsini tanımadığı şəxsə verdiyi üçün Sənanla mübahisə etmişdir. İran vətəndaşı 20 qram marixuana götürə bilib-bilməyəcəyini soruşmuşdur. O da götürə biləcəyini demişdir. Marixuananı şəxsi istifadəsi üçün götürmək istəmişdir. Həmin İran vətəndaşı narkotik vasitənin pulunu nə zaman verə biləcəyini soruşmuş, sabaha qədər verə biləcəyini demişdir. Bundan sonra İran vətəndaşı olan şəxs Bakı Metropoliteninin 28 May Metrostansiyası tərəfə istiqamətləndirmiş və sonuncunun göstərəcəyi ünvandan götürməsini bildirmişdir. Bakı Metropoliteninin 28 May Metrostansiyası çatdıqda İran vətəndaşı onunla məkan paylaşmışdır. Həmin ünvana çatdıqda sonuncu ona zəng vursa da, bağlantı kəsildiyindən onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra İran vətəndaşı yenidən ona zəng edərək həmin ünvanda ov tüfəngini götürə bilib-bilməyəcəyini soruşmuşdur. O, isə problem yaşamaq istəmədiyini demişdir. Avtomobilindən düşərkən orada torba, əşya, silah, kağız paket və ya hər hansı bağlama görməmişdir. Oradan heç bir çanta götürməmişdir. Avtomobilindən aşkar edilmiş çantanı ilk dəfə Polis İdarəsinin qarajında görmüşdür. Həmin çanta polislər tərəfindən onun avtomobilinə yerləşdirilmişdir. Sonra avtomobilinə əyləşərək getmək istədikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşlarının birinin əlində videokamera olmuşdur. Bu zaman polis əməkdaşları tərəfindən döyülmüşdür. Onu döyən şəxslərdən ikisi iş üzrə şahidlər Şahid2 və Şahid1 olmuşdur. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılmışdır. İbtidai istintaq zamanı ifadə verərkən təzyiq altında olmuşdur. Yalnız 20 qram çəkidə narkotik vasitə marixuana almaq üçün İran vətəndaşının dediyi ünvana getmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdi ki, təxminən 2016-cı ildən etibarən o, marixuana və metamfetamin narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri bir neçə ay aralığı ilə istifadə edirdi. Narkotik vasitələri müxtəlif şəxslərdən əldə edirdi. Həmin şəxslərin özlərini tanımırdı, çox vaxt müxtəlif tanışlarından satışı həyata keçirən şəxiərlə əlaqəyə keçib bank kartlarına deyilən məbləğdə pul vəsaitini göndərdikdən sonra Bakı şəhərində dedikləri ünvanlara gedib gizlədilmiş halda olan narkotik vasitələri əldə edib özü istifadə edirdi. Təxminən 2-3 ay bundan əvvəl onun mobil nömrəsinə tanımadığı İran İslam Respublikasının mobil nömrəsindən zəng gəlmişdir. O, həmin telefon zənginə cavab vermiş və bir nəfər İran əsilli şəxs onunla danışmağa başlamışdır. O, mobil nömrəsini kimdən əldə etdiyini soruşduqda sonuncu tanışı Sənan adlı şəxsdən götürdüyünü bildirmişdir. Həmin Sənan adlı şəxsdən o, bir neçə dəfə pul müqabilində narkotik vasitə əldə etmişdir. Həmin iranlı ona narkotik vasitə göndərəcəyini söyləmiş və narkotik vasitələri dediyi yerlərə aparıb bir növ kuryer fəaliyyətini həyata keçirəcəyi halda ona pul verəcəyini bildirmişdir. O, bu təklifindən imtina etmiş və mobil nömrəsini telefonunda qara siyahıya əlavə etmişdir ki, sonuncu onu bir daha narahat etməsin. Bundan sonra o, həmin Sənan adlı şəxslə görüşmüşdür ki, sonuncudan onun nömrəsini nəyə görə iranlıya verdiyini soruşsun. Sənan İsə həmin iranlını tanıdığını, lakin mobil nömrəsini vermədiyini bildirmişdir. O, artıq iranlının mobil nömrəsini qara siyahıya daxil etdiyi üçün artıq narahat edilməcəyini düşünmüşdür. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında həmişə olduğu kimi taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmışdır. İşlədiyi zaman Sənanın istifadə etdiyi xarici ölkə mobil nömrəsindən ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mesajlar göndərilmişdir. O, elə bilmişdir ki, ona yazan Sənandır və cavab vermişdir. Ona yazan şəxs zəng etməyini istəmiş, o da dediyi kimi sonuncu ilə əlaqə saxlamışdır. Lakin bağlantı yaranmadığından onlar səsli mesajlar göndərərək söhbətlərini davam etdirmişdirlər. Həmin şəxs səsli mesaj göndərdikdə o, sonuncunun Sənan olmadığını, onunla 2-3 ay əvvəl əlaqə saxlayan adını bilmədiyi həmin iran vətəndaşının olduğunu bilmişdir. İranlı Bakı şəhərində bir yerdən narkotik vasitə götürməyini istəmişdir. İranlı götürəcəyi narkotik vasitənin marixuana olduğunu söyləmişdir. İranlı həmin narkotik vasitəni onun üçün buraya göndərdiyini və istifadə etdikdən sonra nəvaxt pulunu ona verəcəyi ilə maraqlanmışdır. O da elə bilmişdir ki, Sənan iranlıdan onun üçün narkotik vasitə göndərməyini xahiş etmiş və buna görə narkotikin pulunu sabah göndərəcəyinə söz vermişdir. Bununla da o, iranlının dediyi kimi idarə etdiyi “Kia Rio” markalı avtomobillə "28 May” metrostansiyası yaxınlığına getməyə başlamışdır. Artıq deyilən yerə çatdığı zaman, yəni Y.Səfərov küçəsindən üzü 28 May küçəsinə döndüyü vaxt həmin iranlı onunla əlaqə saxlayıb narkotik vasitə marixuananın böyük çəkidə olduğunu həmçinin əlavə olaraq dediyi yerdən odlu silahı da götürməli olduğunu söyləmiş və onları götürüb dediyi ünvana çatdıracağı halda ona 500-600 manat civarında pul göndərəcəyini söyləmişdir. Həmin vaxt o, maddi cəhətdən çətinlik çəkdiyi üçün onun bu təklifi ilə razılaşmış, sadəcə dediyi kimi kuryer fəaliyyətini həyata keçirərək yaxşı qazanc əldə edəcəyini düşünmüşdür. Lakin narkotik və silahı götürdükdən sonra onları hara aparmalı olduğunu dəqiqləşdirə bilməmişdir, iranlının deməsinə əsasən narkotik və silah çantanın içində olmalı idi. Beləliklə 17 oktyabr 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində o, iranlının dediyi yerə, yəni “WhatsApp” vasitəsi ilə göndərdiyi ünvana, Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığında yerləşən küçələrin birinə gəlmiş və orada divar küncünə qoyulmuş qara rəngli çantanı görüb götürmüşdür. Həmin çantanı götürərək içinə baxmadan avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra avtomobilin sükanı arxasına keçib oradan uzaqlaşmaq istədikdə bir neçə nəfər mülki geyimli şəxslər ona tərəf yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib burada nə etdiyini soruşmuşdurlar. O, həmin zaman yalan danışmağın heç bir mənası olmadığını başa düşüb hadisələrin necə baş verdiyini izah etmiş və bundan sonra polis əməkdaşları tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Bakı Şəhər Baş Polis İdarəsində müdafiəçi dəvət edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində axtarış keçirilmiş, o üzərində heç nəyin olmadığını bildirib idarə etdiyi avtomobildə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə marixuana və odlu silahın olduğunu söyləmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə idarə etdiyi avtomobilə baxış keçirilmiş və o, qanunsuz olaraq əldə etdiyi içində narkotik vasitə və odlu silah olan qara rəngli çantanı arxa oturacaqdan götürüb təqdim etmişdir. Çantaya baxıldıqda içində 1 kiloqram çəkidən artıq miqdarda narkotik vasitə marixuana və komplekt hissələri ilə birlikdə odlu silahın olması aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İlkin Hüseynovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Musa idarə etdiyi avtomobilində əyləşdiyi zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Musanın avtomobilini o idarə etmiş və sonuncu avtomobilin arxa oturacağında əyləşmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Lakin Musa idarə etdiyi avtomobildə içərisində odlu silah və narkotik vasitə olan bağlama olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtmomobilinə baxış keçirilmiş və avtomobildən odlu silah və naroktik vasitə olan bağlama aşkar edilərək götürülmüşdür. Musa odlu silah və naroktik vasitələri İran vətəndaş ilə əlaqə saxladıqdan sonra götürdüyünü bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid İbrahimov Fazil oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar tanımışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində BPİ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında raportla şöbə rəisinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbə rəisi İlkin Hüseynov rəhbərlik etmişdir. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısını kəsmişlər. Özlərini təqdim edərək sonuncunu avtomobildən düşürmüşlər. Musa narkotik vasitəni avtomobilin arxa hissəsində saxlandığını demişdir. Bundan sonra Musanı avtomobili ilə birlikdə bölməyə aparmışlar. İdarədə videoçəkilişlə Musanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Tural, təhqiqatçı və vəkil də iştirak etmişdir. Şəxsi axtarış zamanı Musanın üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Lakin Musa avtomobilində narkotik vasitə və odlu silah var olduğunu etiraf etmişdir. Saxlanılarkən Musaya qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Musanı tanıyır. Aydın Ağayev adlı şəxslə qeyri-rəsmi surətdə yaşamışdır. Musanı Aydının dostu kimi tanımışdır. Aydın da, Musa da narkotik vasitə istifadəçisi olmuşlar. Aydın onun telefonu ilə Musaya zəng vurmuşdur. Narkotik vasitə lazım olanda Aydın Musanın kartına pul atmış, Musa da gedib narkotik vasitəni götürmüş və hər ikisi birlikdə istifadə etmişlər. Aydın qorxduğu üçün narkotik vasitələri özü əldə etmirdi. Musanın saxlanıldığını polis bölməsində olarkən bilmişdir. Bölmədə ona telefonunda Musa ilə danışıqlar olduğunu demişlər. Musadan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra həmin ifadəni təsdiq etməmişdir. X2 ibtidai istintaq zamanı vemriş olduğu ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsini təxminən bir ildir ki istifadə edir. Həmin mobil nömrə onun qeyrirəsmi münasibətdə olduğu Aydın Ağayevin adına rəsmiləşdirilmişdir. Təxminən bir ildir ki narkotik vasitələrdən istifadə edir. Marixuana və metamfetamin narkotik vasitələrdən istifadə edir. Onu narkotik vasitələrin aludəçisi edən həmin qeyri-rəsmi münasibətdə olduğu Aydın Ağayev idi. Lakin o, çalışdığı qədər nadir hallarda narkotik vasitələrdən istifadə edir. Belə ki, özü hazırda kirayədə yaşayır və heç bir yerdə işləmir, maddi cəhətdən çətinlik çəkdiyi üçün narkotik vasitələri mütəmadi şəkildə əldə edə bilmir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki tanıyır. Musa əvvəllər Əhmədli qəsəbəsində bərbər işləyirdi. O, X13 vasitəsi ilə tanımış, Musa sonuncunun dostu idi. Aydın və Musa hər ikisi narkotik vasitə istifadəçiləri idilər o da buna görə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Musa ilə aralarında yaxın münasibət var idi və narkotik vasitə lazım olduqda o və Aydın bir çox hallarda Təqsirləndirilən şəxs müraciət edirdilər. Olub ki o, özü Musa ilə istifadə etdiyi mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb sonuncudan narkotik vasitə marixuana və meramfetamin istəmişdir. Musa narkotik vasitələri çox vaxt onun hazırda yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən kirayədə yaşadığı mənzilə çatdırırdı. O, hərdən həmin evdə və yaxud Neapol dairəsinin yaxınlığında kirayə götürdüyü digər mənzildə Aydınla birlikdə yaşayırdı. Həmin evdə qalanda Musa narkotik vasitələri oraya gətirirdi. Musa ona və yaxud Aydına çox vaxt “Leobank”a aid bank kartının nömrəsini “Whatsapp’la yazırdı ki, narkotik vasitələrin pulunu həmin karta göndərsinlər. Musanın sözlərinə görə sonuncu narkotik vasitələri Buzovna qəsəbəsindən əldə edirdi. Lakin Musanın konkret olaraq narkotiki kimdən götürdüyünü o bilmir. Bu cür o və Aydın bir neçə dəfə şəxsi istifadələri üçün Təqsirləndirilən şəxs marixuana və metamfetamin narkotik vasitələri almışdırlar. O, narkotik vasitələri yalnız tüstü halında istifadə etmiş, heç vaxt inyeksiya yolu ilə narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən 2-3 ay əvvəl Musa ilə Aydın 190 manat pula görə mübahisə etmişlər. Belə ki, Musa taksi fəaliyyətini həyata keçirdiyi üçün bir dəfə Aydını harasa apardıqda idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə qəzaya düşmüş və Aydın buna görə avtomobili təmir etdirəcəyinə söz versə də bunu etməmişdir. Təxminən 2 ay əvvəl o, Aydın ilə aralarında olan münasibətlərə son qoymuş və hazırda ancaq Bakıxanov qəsəbəsində yerləşən evində yaşayır. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Musanı əvvəllər tanımamışdır. Sonuncunu ilk dəfə hadisə yerində görmüşdür. 17 oktyabr 2023-cü il tarixdə narkotik vasitə almaq üçün Musanın saxlanıldığı yerə getmişdir. Hadisə yerinə tanımadığı şəxs telefon vasitəsilə məkan paylaşdıqdan sonra getmişdir. Telefonunda narkotik vasitələrin əldə edilməsi ilə bağlı yazışmalar olmuşdur. Hadisə yerinə çatdıqda adının sonradan Musa olduğunu öyrəndiyi şəxsi döyüldüyünü görmüşdür. Musanı 8-9 nəfərin döydüyünü görmüşdür. Musanın yanında içərisində narkotik vasitə və ya silah olan bağlama görməmişdir. Sonra polis əməkdaşları ondan şübhələnərək Musanı tanıyıb-tanımadığını soruşmuşlar. Musanı tanımadığını, təsadüfən yoldan keçdiyini demişdir. Şəxsiyyət vəsiqəsi polis əməkdaşlarında qalmışdır. Şəxsiyyət vəsiqəsini almaq üçün qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra ona narkotik vasitə və silah təqdim edilərək boynuna götürməli olduğu deyilmişdir. O, silahın başqa cinayətin aləti olmasından ehtiyat edərək narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Telefonuna baxış keçirildikdən sonra koda düşmüşdür. Sonradan o Təqsirləndirilən şəxsla bir yerdə MSY-də saxlanılmışdır. 23 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda nartkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində və qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 20:20-də ünvan 4 ünvanının yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilməsi və Baş idarədə idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman arxa oturacağda olan ona məxsus qara rəngli çantanın içərisindən bir ədəd bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 1095 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin komplekt hissəsi olan 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraqla birlikdə nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-47 modelli yivli odlu silah və döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 04 ədəd patronların aşkar edilərək götürülmüşdür. (i.v. 4) 17 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 21:00-da (faktiki tutulma 20:20-də) Təqsirləndirilən şəxs Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoruAftandil Bayramov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) 19 oktyabr 2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın təmin edilməməsini xahiş etmişdir. (i.v 95-100) 17 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi **-HU-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. (İ.v. 37) 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya olmadığını bildirərək etibarnamə əsasında idarə etdiyi **-HU-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobildə 01 kiloqram çəkidə marixuana və 01 ədəd odlu silah “Kalaşnikov” avtomatı saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində 050 315-15-64 mobil nömrəsi olan “Redmi” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olundu. (İ.v. 34-35) 22 oktyabr 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildə odlu silahın, narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan özünün icazəsi və iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs avtomobilə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşya və predmetin olub- olmaması barədə sual edilərək olduğu təqdirdə təqdim etməsi təklif olundu. Sonuncu avtomobilin arxa sol qapısına yaxınlaşıb açaraq arxa oturacaqda olan qara rəngli çantanı çıxarıb təqdim etdi. Həmin çanta açıldıqda içərisində bir ədəd avtomat silahı, darağı, 04 ədəd patron və bir ədəd bağlamanın olduğu aşkar edildi. Həmin bağlamanın içərisinə baxıldıqda yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olması müəyyən edildi. Həmin yaşıl rəngli ot kütləsi bağlama formasında çəkildi və çəkisinin 1154 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri saxlanıldığı gün adını bilmədiyi, “WhatsApp” ani mesajlaşma mübadilə sistemində tanış olduğu İran İslam Respublikasının vətəndaşının proqramla tapdığı məkandan götürüb avtomobilində saxladığını, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının sonradan ona hansı ünvana çatdırmalı olduğunu bildirdikdə çatdıracağını bildirmişdir. (i.v. 39-40) 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1449 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş...” sözləri yazılmış bir ədəd skotçlanmış bağlamada olan təmiz çəkisi 1095,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ.v. 58-62) 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 23/771 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, nömrəsi silinmiş silah, 5,45 mm kalibrii olmaqla, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK- 74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45X39 mm kalibrii patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrii Kalaşnikov konstruksiyalı əl pulemyotların kompekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62X39 mm kalibrii olmaqla, həmin kalibrii Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Həmçinin DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli 13956/2023 nömrəli məktubuna əsasən, 01 ədəd 5,45 mm kalibrii nömrəsi silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (İ.v. 50-57) 20 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin ambulator məcburi narkoloji tibbi yoxlamanın 7594 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ.v. 151-152) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. (İ.v 116) 20 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsifi qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1994,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq və 04 ədəd patronun saxlanması Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxllanması nəzərə alınmışdır. (İ.v 175-187) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən gözətrafı nahiyədə 2-3 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, qarının sol yan divarında 3-4 sm ölçüdə tünd sarımtıl rəngli qançır, sağ dirsək nahiyəsində, sol diz nahiyəsində və sol topuğun içəri səthində 2-3 sm ölçüdə üzəri qərtməkli yaralar müşahidə edilmişdir. Aərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X6 1319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi kitabçasında qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, qeyd olunan xəsarətlərdən piqmentasiyalar keçmiş əzilmiş səthi dəri yaralarının yerləri olubqartmaqların rəngi qeyd olunmadığından törənmə müddəti barədə konkret fikir söyləmək mümkün deyildir, qarının sol yan divarında 3-4 sm ölçüdə tünd sarımtıl rəngli qançırın törənmə müddəti Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirildiyi vaxtdan (xx.xx.2023-cü il) təxminən 9-11 gün əvvələ zidd deyildir, digər sol gözətrafı nahiyədə 2-3 sm ölçüdə tünd bənövşəyi rəngli qançırın Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirildiyi vaxtdan (xx.xx.2023-cü il) təxminən 2-5 gün əvvəl törənməsi istisna olunmur, müayinə olunanın göstərdiyi və tibbi sənəddə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxslər tərəfindən yetirilməsinə zidd deyildir. Xəsarətlərin yetirilmə tarixi və şəraiti, eləcə də, tibi sənəddə xəsarətlərin törənmə müddəti qeyd edilmədiyindən bu xəsarətlərin hansı tarixdə və hansı şəraitdə yetirilməsinin aydınlaşdırılması, eləcə də özü-özünə yetirilməyə və öz boyu hündürlüyündənyıxılması təhqiqat və istintaq yolu ilə daha dəqiq meəyyən oluna bilər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə tibarnamə əsasında idarə etdiyi **-HU-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilin açarını və üzərində 050 315-15-64 mobil nömrəsi olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində marixuana və silah olduuğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. 17 oktyabr 2023-cü il tarixli baxış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısına yaxınlaşıb açaraq arxa oturacaqda olan qara rəngli çantanı çıxarıb təqdim etdi. Həmin çanta açıldıqda içərisində bir ədəd avtomat silahı, darağı, 04 ədəd patron və bir ədəd bağlamanın olduğu aşkar edildi. Həmin bağlamanın içərisinə baxıldıqda yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olması müəyyən edildi. Həmin yaşıl rəngli ot kütləsi bağlama formasında çəkildi və çəkisinin 1154 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri saxlanıldığı gün adını bilmədiyi, “WhatsApp” ani mesajlaşma mübadilə sistemində tanış olduğu İran İslam Respublikasının vətəndaşının proqramla tapdığı məkandan götürüb avtomobilində saxladığını, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının sonradan ona hansı ünvana çatdırmalı olduğunu bildirdikdə çatdıracağını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon cihazında olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə daxil olduqda Təqsirləndirilən şəxs “Sheyy” adı altında qeyd edilmiş +**********53 saylı mobil nömrə istifadəçisi ilə yazışmaların olması müəyyən edilmişdir. Belə ki, 17 oktyabr 2023-cü il tarixdə saat 19:06-da həmin mobii nömrə istifadəçisinin “Salam” yazmasına Təqsirləndirilən şəxs cavab verdikdən sonra həmin şəxs səs mesajı göndərərək “20 qram temam qalıb, onu götür qadanalım” məzmunlu mesajına Təqsirləndirilən şəxs “harda götürüm” deyərək cavab vermişdir. Daha sonra mobil nömrə istifadəçisi “ünvan atacam götürəcəksən; pulunu nəvaxt verə bilərsən?” məzmunlu səs mesajları göndərdikdən sonra Təqsirləndirilən şəxs “Qaqa pul teması da nə vaxt götürdüm 24 saat içində səndədi; real temadısa maşın altımdadı da gedim götürüm problem deyil, yox əgər real tema deyilsə çıxım işimə boşuna gözləmiyim” məzmunlu səs mesajları ilə cavab vermişdir. Naməlum şəxs səsli mesaj göndərərək "sən çıx 28 maya qaqa” söyləyib Təqsirləndirilən şəxs gedəcəyi yerin ərazi koordinatlarını göndərmiş və dediyi "temanın” konkret olaraq harada yerləşməsinə dair fotoşəkillər göndərmişdir. Həmin tarixdə saat 19:24-də mobil nömrə istifadəçisi Təqsirləndirilən şəxs götürəcəyi qara rəngli çantanın içində bir kiloqram “ot" və 10 qram “kolanın” olması barədə bildirmiş buna cavab olaraq isə Təqsirləndirilən şəxs "qaqa day problem zad olmazda?" deyərək soruşmuşdur. Cavab olaraq mobil nömrə istifadəçisi çantada “bir kilo otdu, 10 qram kola, birdə içində tüfənq var, onu götürərsən, çatdırmamışdan əvvəl mənə kartıvı atarsan sənə 500-600 manat göndərərəm” məzmunlu səs mesajı göndərmişdir. Təqsirləndirilən şəxs gülümsəyərək “Qaqa sən canı tüfənq nədi, heçnə gedirəmdə gedim götürüm xəbər eliyirəm” deyərək cavab mesajı göndərmiş, daha sonra mobil nömrə istifadəçisi bir neçə dəfə Təqsirləndirilən şəxs təyinat nöqtəsinə nəvaxt çatacağı ilə bağlı maraqlanmış, sonuncu isə şəhərdə tıxacların olması səbəbindən biraz ləngidiyini, lakin dediyi kimi hər şeyi edəcəyini söyləmiş, narahat olmamağını xahiş etmişdir. Həmçinin “Ayten” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə olan yazışmalardan görünür ki, 09 oktyabr 2023-cü il tarixdə həmin mobil nömrə istifadəçisinin “Tema lazimdi” məzmunlu mesajına Təqsirləndirilən şəxs “Ot?” yazaraq cavab vermişdir. Daha sonra “Ayten” adı altında qeyd edilmiş mobil nömrə istifadəçisi “Das, Qiymet neciyedi?” məzmunlu mesajlarına cavab olaraq Təqsirləndirilən şəxs “25 verir vermeyine prostu İldirim oralarda olmaliydi görm eger ordadisa deyerem verer qoy yazssn” yazaraq cavab vermişdir. 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin mobil nömrə istifadəçisinə “**********748950, 50 atdin axi, 3 dene 05 demisen?, fso geldi” mesajlar yazması müəyyən edilmişdir. Baxış zamanı “Qaqas” adı altında qeyd edilən ***-***-**-** saylı mobil nömrə istifadəçisinin 04 oktyabr 2023-cü il tarixdə “qaqa ot zad götürürsən?” məzmunlu mesaj yazması və Təqsirləndirilən şəxs “Qaqa quruculuqdu ramanida var şuşa qəsəbəsində elə ordan gotrem ara sıra” məzmunlu mesaj yazaraq cavab verməsi müəyyən edilmişdir. Həmçinin “Qaqas” adlı mobil nömrə istifadəçisi “Qaqa men Elmlerdeyem isde bele bratka 10m zad atdira billem karta das zadda olur?, das olsaydi 20 alinardi bratka ne bilim baxda veziyete gor sene nece uygundu” məzmunlu mesajlar göndərmiş, Təqsirləndirilən şəxs isə “dede das alinir otda diyir xeber edirem men gedrem ora gotrm senen 10luq zad?” yazaraq cavab vermişdir. Baxış zamanı “İldirim 2023” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən “Otda var?, 1 dene ot 1 qramda das, 1 qramın usdunede biraz mene addelni kagizda ayir, Men goture bilmiyecem imkan olmuyacaq, kagizda mene ayri normal ayir, 50 manatım var brat, 15 manatda taxiye vermisem pulum olan budu, gece gece 50 manat zor puldu, qaqa bilainde 1 qram das 1 dene ot, kagizda menim paymda ayri ver” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə eyni nömrəyə “ustunde ot var yol usdu gorusey goturum, gozdurem de qaqa, 3 dene ot lazimdi 1 qramda das” məzmunlu, 11 oktyabr 2023-cü il tarixdə isə “1 dene normalni ot verersen, birde gor seher seherdi keylesmisem resad deyir 1 falqaliq das ver ildirim” məzmunlu mesajlar yazması müyyən edilmişdir. Bu minvalla 17 oktyabr 2023-cü il tarixədək aralarında narkotik vasitələrin dövriyyəsinə dair yazışmaların olması müəyyən edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə “Elnurrre” adı altında qeyd edilən ***-***-**-** saylı mobil nömrə istifadəçisinin “neşe eliyirssen, men elemey işdirdim atsib goturerdiy” məzmunlu mesajına Təqsirləndirilən şəxs “ne qeder varindi” həmin şəxsin isə “10” məzmunlu mesajlar yazması, sonradan Təqsirləndirilən şəxs “saxla gorm ilidirim acsa gedecem ygram acir beyaqdan, elin çatan yer var seni, 05 neciye verir?" məzmunlu mesajlarına “Elnurrre" adlı mobil nömrə istifadəçisinin “30 ya 35 diyesen” yazaraq cavab verməsi müəyyən edilmişdir. Bu minvalla 17 oktyabr 2023-cü il tarixədək aralarında narkotik vasitələrin dövriyyəsinə dair yazışmaların olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatları özündə əks etdirən “Azercell MMC"-dən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 27921 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilərək ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin faktiki olaraq Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsindən xaric olunan və daxil olan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli saat 16:54:51-də “Saldinda meni p..a sagolda senan gec gelessen denen gec olacaqda camaatn pulunda men yuklendim o qeder bos bosuna yolda surdum benzinde isdedim vaxdimda (nəlayiq ifadə)”, ***-***-**-** saylı mobil telefon nömrəsinə ünvanlanmış xx.xx.2023-cü il saat 17:35:47-də “Qaqa fraddinsa denen gozlemiyim cox pis diriyibler meni”, 17:41:56-da “Qurana and olsun gefetem evinize vezyet cox pisdi”, saat 17:55:49-da “İldirim basqa uşaqlar geiir qapiva gedecekler men poxdayam onsuz”, 17:58:11-də “Ana anamin cani telefonum sonur mecbur qalmisam ozuvude menide p...a salmaaaa”, saat 18:09:13-də “(Nəlayiq ifadə) seni ged evive cavab ver dusurem sizden goturem pulumu.”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixdə saat 21:24:02-də “Qesebeye gelirem orda olacam tema gotrmey İsdrdim pul prablem deyi biryerde olarqda”, saat 21:34:32-də “Qaqa bidenede yari das laMdi, saat 21:58:20-də “Qaqa dasa gedemmiriy yarm saata gelem qesebeye yemey yeyib yigacam alnsa goruseriy ot cekeriy”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 19:33:28-də “Musa pul atağ götürdə.” Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş mariuxana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı, avtomobilinə keçirilmiş baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə idarə etdiyi avtomobildən narkotik vasitə marixuana və odlu silahı könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olmasını, İran vətəndaşı ilə əlaqə saxladıqdan sonra 20 qram çəkidə marixuananı əldə etmək üçün getməsini etiraf etsə də, ittiham aktında qeyd edilmiş miqdarda narkotik vasitə qurudulmuş marixuananı, həmçinin Kalaşnikov konstruksiyalı AK-47 modelli yivli odlu silahı və döyüş sursatı hesab edilən 04 ədəd patronun polis əməkdaşları tərəfindən döyülərək onun üzərinə qoyulduğunu bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri polis əməkdaşları tərəfindən vurulması nəticəsində almasını göstərmişdir. Göstərilən halın araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat göndərilmiş və alınmış sorğuya cavabdan müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsində əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa həmin araşdırma zamanı Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərlə bağlı keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi xəsarətlərin bir hissəsi onun tutulduğu tarixdən ümumiyyətlə əvvəlki tarixə, bir qisminin isə tutulduğu tarixdən əvvələ uyğun gəlməsi də istisna edilmir. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan xx.xx.2023-cü il şəxsi baxış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələri könüllü təqdim etmiş və onlar qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin qablaşdırmanı imzalamış və məkəmə-bioloji ekspertizasına göndərilmişdir. Məhkəmə bioloji ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 215 №-li dairəvi möhür əksi… “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş....” yazısı və imzalar qeyd edilmiş bir ədəd skotçlanmış sellofan bağlamada daxil olmuşdur. Təqdim edilmiş bağlamanı açdıqda içərisində qara rəngli polietilen torbada təmiz çəkisi 1095 qram yaşılımtıl rəngli, çətənə bitkisinə məxsus spesifik qoxuya malik xırdalanmış, qurudulmuş bitki mənşəli kütlə təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi marixuana aşkar edilərək götürüldükdən sonra heç bir tamlığı pozulmadan məhkəmə-bioloji ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, avtomobilindən marixuana və odlu silah aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış axtarış və baxış protokolları, şahidlərin ifadələri, həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi ifadəsi, eləcə də Votsapda aparılmış danışıqlarla da dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarışlar zamanı, hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə avtomobilində olan narkotik vasitə və odlu silahı təqdim etmişdir. Şahid X3 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadələr digər sübutlarla dəstəklənməmişdir. X5 barəsində olan cinayət işinin materiallarından da aydın olur ki, onlara qarşı irəli sürülmüş itiham eynilik təşkil etdiyindən onlar bir-birilərininn cinayət məsulliyyətindən azad edilmələrinə nail olmaq istəmişlər. Təhmuraz Kazımov və Təqsirləndirilən şəxs ifadələrinin eynilik təşkil etməsi barədə məhkəmə onu qeyd edir ki, onların hər ikisi şübhəli şəxs qismində tutulduqdan sonra Müvəqqəti saxlama yerində bir yerdə saxlanılmış, barələrində həbs qətimkan tədbiri seçildikdən sonra Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişlər. Odur ki, X11 İbrahimovla məhkəmə baxışı zamanı qabaqcadan razılaşdırılmış ifadələr vermələri nəzərə çarpır. Odur ki, X3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi mötəbər hesab edilə bilməz. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs marixuananı satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu 17 oktyabr 2023-cü il tarixli baxış zamanı tanımadığı “WhatsApp” ani mesajlaşma mübadilə sistemində tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini, əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində ondan pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş marixuananın 1094,95 qram olması satış məqsədinin olmasına dəlalət edir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsinə olmuş mobil nömrərə daxil olan və həmin nömrələrdən göndərilmiş SMS-lərin məzmunundan da aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, İran İslan Respublikasının vətəndaşı ilə tanış olmuş, Həmin İİR vətəndaşı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamış, sonuncunun göndərdiyi narkotik vasitə marixuana və odlu silahın yerini öyrənərək həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşının göstərişi ilə digər şəxslər tərəfindən götürülməsi üçün başqa ünvana qoyacağını və əvəzində sonuncudan pul alacağını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxsla İran İslan Respublikasının vətəndaşı arasında narkotik vasitə və odlu silahı əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 oktyabr 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1094,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Kalaşnikov konstruksiyalı AK- 74 modelli avtomat, 01 ədəd daraq və 04 ədəd patron Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon özünə qaytarılmalı, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş ümumilikdə 72 (yetmiş iki) manat manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 üçün vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1094,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq və 04 ədəd patron Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon özünə qaytarılsın, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar