Məhkəmə qərarları › İş №1(101)-1313/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1313/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1313/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımış, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda olmayan psixotrop maddəni satmışdır: belə ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” kimi tanınan yerdə X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2016,484 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,237 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq yaşadığı ünvan 2 ünvana daşımış, 18 fevral 2021-ci il tarixdə günorta saatlarında qanunsuz olaraq həmin narkotik vasitə herionin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,212 qramını və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni 0,093 qramını Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçərişəhər metrostansiyasmm yaxınlığında tanışı X4, həmin tarixdə saat 18:50 radələrİndə Səbail rayon Polis İdarəsinin X8 və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin metrostansiyanın yaxınlığında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin inzibati binasına gətirilmiş, orada Nurlan Kişiyevin üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı həmin narkotik vasitə heroin bir ədəd sellofan bükümdə, psixotrop maddə metamfetamin bir ədəd kağız bükümdə onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 19:50 radələrİndə Səbail rayon Polis İdarəsinin X8 və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçərişəhər metrostansiyasmm yaxınlığında saxlanılaraq 9-cu polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 20:25 radələrİndə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı satışdan və şəxsi istifadəsindən sonra üzərində saxladığı külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,272 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin 11 (on bir) ədəd bükümdə və külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,144 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 6 (altı) ədəd bükümdə bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində olmaqla onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən, 19 fevral 2021-ci il tarixdə saat 00:37 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsində yerləşən 21 saylı mənzildə keçirilən axtarış və götürmə zamanı külli miqdarda, yəni ümumi təmiz çəkisi 2010 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin mənzilin otağında olan televizorun arxa hissəsindən üzərində “Bloom” sözü olan bir ədəd bağlamada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Hazırda işləmir. 5 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir, həmçinin, tutulana qədər qazanc əldə etmək məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olmuşdur. 18 fevral 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerdə narkotik satanlarla bağlı maraqlanmağa getmişdir ki, narkotik vasitə alıb, həm özü istifadə etsin, həm də tanışlara sataraq pul qazansın. Orada əvvəllər narkotik vasitə və psixotrop maddə aldığı “Alı” adlı, yəni istintaq zamanı X12 olduğunu bildiyi şəxsi görmüş və yaxınlaşıb onunla salamlaşmışdır. Söhbət zamanı Allahverdi ondan nə məqsədlə gəldiyini soruşduqda ona narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, Allahverdi də onda narkotik vasitə və psixotrop maddə olduğunu, ona sata biləcəyini demişdir. Allahverdi həmçinin bildirmişdir ki, onda 16 bükümdə narkotik vasitə heroin, 4 bükümdə metamfetamin var, əgər istəsə, 1 ədəd bağlamada 2 kiloqram çəkidə narkotik vasitə heroin də sata bilər. Allahverdidən həmin malları neçəyə satdığım soruşanda, o, 20 büküm heroin və metanfetamini 100 manata, 2 kiloqram herioni isə 1200 manata satdığını bildirmiş, ona demişdir ki, 2 kiloqram heroini 1000 manata ala bilər. Çünki cəmi 1200 manat pulu olmuşdur. Lakin Allahverdi nəticədə 2 kiloqram çəkidə narkotik vasitə heroini 1100 manata, 16 bükümdə narkotik vasitə heroin və 4 bükümdə metamfetamini isə 100 manata satmağa razılaşmış, ona bildirmişdir ki, gedib evdən pul götürüb gəlir, təxminən yarım saata qayıdar. Allahverdi də yarım saata görüşdükləri yerdə olacağını bildirmiş, bundan sonra yaşadığı evə getmiş və evdə olan özünə məxsus 1200 manat pulu götürüb yenidən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerə qayıdıb orada Allahverdi ilə görüşmüşdür. Həmin vaxt yaxınlıqlarında heç kim olmamış və Allahverdi ona söz verdiyi kimi 16 bükümdə narkotik vasitə heroin, 4 bükümdə metamfetamin, bir ədəd bağlamada isə 2 kiloqram çəkidə olduğunu dediyi narkotik vasitə heroini vermişdir. Allahverdiyə cəmi 1200 manat pul verib yaşadığı evə qayıtmış, evdə 2 kiloqramlıq bağlamada olan heroini televizorun arxasına qoymuş, bir büküm heroini özü çəkməklə qəbul etmiş, qalan 15 büküm heroin və 4 büküm metamfetamini isə satmaq məqsədi ilə cibinə qoymuşdur. X19 heroin və metamfetamin istədiyi üçün onunla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçərişəhər metrostansiyasmm yaxınlığında görüşmüş, orada Nurlana bir büküm heroin və bir büküm metamfetamini cəmi 15 manata satmışdır. Bundan sonra yaşadığı evə gedib istirahət etmiş, həmin gün saat 19:30 radələrində evdən çıxıb İçərişəhər metrostansiyasmm yanma gəzməyə getmişdir. Metrostansiyasmm yaxınlığında olarkən saat 19:50 radələrində mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə dəvət etmişlər. Tiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmiş, orada şübhəli şəxs kimi tutulmuş və ona müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində, yəni əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində olan satışdan sonra qalan 14 büküm heroin və 3 büküm metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. İzahatı alınarkən üzərimdə başqa nə kimi qanunla qadağan olan əşya və ya predmet olduğunu, yaşadığı evdə və ya başqa yerdə saxlayıb-saxlamadığını soruşanda polis əməkdaşların yaşadığı evə baxış keçirəcəklərini bilib yaşadığı evdə olan televizorun arxasına çəkisinin 2 kiloqram olduğunu bildiyi narkotik vasitə heroin qoyduğunu onlara demişdir. Ona görə də, 19 fevral 2021-ci il tarixə keçən gecə saat 00:30 radələrində öz razılığı ilə müdafiəçisinin iştirakı ilə polis əməkdaşları axtarış etmək üçün yaşadığı evə getmiş və evdə olan televizorun arxasına qoyduğu təxminən 2 kiloqram çəkidə narkotik vasitə heroini özü götürərək onlara təqdim etmişdir. Bundan başqa evindən qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Evindən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış, axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, digər iştirakçılar, eləcə də özü həmin protokolu və qablaşdırmanı imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə qayıtmışdır. İfadəsində göstərdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin büküm saylarmı və çəkilərini X9 ona deməsinə görə bildirmiş, yəni ifadəsində, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan büküm saylarmı və çəkilərini dəqiq bilməmişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli 6/744 saylı rəyində göstərilənlərlə razıdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. Çox adamlardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Üzərindən və evindən aşkar olunaraq götürülən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini isə “Alı” adı ilə tanınan X6 özü istifadə etmək və satıb qazanc əldə etmək məqsədi ilə almışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin X8 əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsini daşıyır. Səbail RPİ-nin 9-cu Polis Bölməsi və narkotiklərlə mübarizə bölməsinə “Nurlan” adlı şəxsin Səbail rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri qanunsuz saxlanılması, daşınması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və qrupun üzvü olmuşdur; 18 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında müşahidə aparıldıqda həmin tarixdə saat 18:50 radələrində “Nurlan” adlı şəxs həmin ünvanda müəyyən edilmiş və saxlanılaraq Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasına aparılmışdır. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs 24 aprel 1986-cı il təvəllüdlü X17r. X7 rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıldıqdan sonra müvafiq araşdırma aparılması üçün polis pölməsinin baş təhqiqatçısı polis mayoru Mehman Dolxanovun xidməti otağına aparılmış, orada təhqiqatçı tərəfindən Nurlan Kişiyevin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildikdən sonra onun hüquqlarını müdafiə etməsi üçün 3 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, Nurlan Kişiyevə təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra X14 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Nurlan Kişiyevdən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub- olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. X21 əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 02 ədəd bükümdə kütlələri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı tərəfindən Nurlan Kişiyevin əynində olan paltarlarına şəxsən axtarış aparılmış, başqa bir şey aşkar edilməmişdir. Nurlan Kişiyevdən təqdim etdiyi 2 ədəd bükümdə olan maddələrin nə olduğu soruşulanda o, narkotik vasitə “kokos” olduğunu, Nicat adlı şəxsdən 15 manata istifadə etmək üçün aldığını bildirmişdir. Nurlan Kişiyevin üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr ekspertizaya təqdim edilməsindən ötrü içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Sonra həmin gün X14 verdiyi məlumat əsasında narkotik vasitələrin qəbulunda və satışında şübhəli bilinən “Nicat” adlı şəxsin müəyyən edilməsi məqsədi ilə təxirə salınmadan əməliyyat qrupu yaradılmış və özü də həmin qrupun üzvü olmuşdur. Bu məqsədlə, 18 fevral 2021-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun «İçəri Şəhər» stansiyasının yaxınlığında xarici görünüşünə görə «Nicat» adlı şəxsə bənzəyən bir nəfər şəxs tərəflərindən saxlanılmış və Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparılmışdır. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxxx 1986-cı il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması üçün Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Mehman Doluxanovun xidməti otağına aparılmış, orada Təqsirləndirilən şəxs barəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildikdən sonra onun hüquqlarım müdafiə etməsi üçün 3 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, vəkil ona təqdim olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə bağlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 80 qəpik pul, qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli yun papaq, həmin gödəkçənin sol iç cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxaraq masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı tərəfindən həmin “Winston” markalı siqaret qutusunun içərisində olan sellofan və kağız bükümlər masanın üzərinə tökülmüş, bükümlər sayıldıqdan sonra 17 ədəd olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması soruşulduqda o, həmin bükümlərdə narkotik vasitə “kokos” olduğu, həm satmaq, həm də, istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan paltarlarına və təqdim etdiyi bir ədəd qara rəngli yun papağa şəxsən axtarış aparılmış, başqa bir şey aşkar edilməmişdir. Bundan sonra, yenə də Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri nə üçün üzərində gəzdirdiyini soruşduqda o, şəxsi istifadə etmək və satmaq üçün üzərində gəzdirdiyini, tanımadığı şəxsdən bir bükümünü 10 manata alıb, 15 manata satdığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə nəzər saldıqda spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 17 ədəd bükümdə olan kütlələr ekspertizaya təqdim edilməsindən ötrü içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır; bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması barədə təhqiqatçı tərəfindən qəbul edilən qərar əsasında 19 fevral 2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, ev 21 saylı, birotaqlı mənzildə sonuncunun müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış və götürmə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək ona mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs mənzildə otaqda olan televizora yaxınlaşaraq televizorun arxasından bir ədəd üzərində “Bloom” sözləri yazılmış bağlama çıxararaq təqdim edib narkotik vasitə heroin olduğunu, satmaq məqsədi ilə “Kubinka” adlanan ərazidə tanışı “Alı” adlı şəxsdən 1100 manata aldığım bildirmişdir. Bundan sonra, mənzildə axtarış aparılmış, lakin əlavə hər hansı bir iş üçün mühüm əhəmiyyət kəsb edən predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş bir ədəd bağlama bir ədəd sellofan torbaya qoyulmaqla qablaşdırılmış, bağlamanın üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən möhürlənmişdir. Mənzildə axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol ucadan oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır; bütün hərəkətlər başa çatdıqdan sonra X21 və Təqsirləndirilən şəxs üzərindən, həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddələr ekspertiza tədqiqatından keçirilmiş və həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Daha sonra bu barədə toplanılmış material üzrə başlanılmış cinayət işi istintaq hərəkətlərinin davam etdirilməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən 16 mart 1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, «Alı» ləqəbli X12 25 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 53 ünvanının qarşısında idarə etdiyi «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə saxlanılmışdır. Bundan sonra Səbail rayon Polis İdarəsinin rəhbərliyinə verilmiş raport əsasında müstəntiqlə birlikdə qeyd olunan yerdə saxlanılmış X10 məxsus «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmışdır. Həmin vaxtı avtomobil öz açarı ilə açılmış, avtomobilin mexaniki hissələrinə və salonuna baxış keçirilmiş, avtomobilin sol qabaq qapısının içəri hissəsindən bir ədəd qara-qəhvəyi rəngli dəstəyi olan qatlanmayan bıçaq aşkar olunaraq götürülmüşdür. Allahverdi Orucov həmin bıçağı bir neçə gün əvvəl yerdən tapdığını, özünün istəfadə etməsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış və axtarış davam etdirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Avtomobildən aşkar edilib götürülmüş bıçaq müstəntiq tərəfindən boş zərfdə qablaşdırılmış, bütün iştirakçılar tərəfindən həmin zərf və tərtib edilmiş protokol ucadan oxunduqdan sonra imzalanmışdır; bundan sonra, X12 həmin tarixdə Səbail RPİ-nin inzibati binasına gətirilmiş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulandan sonra videoçəkiliş vasitəsilə Allahverdi Orucovun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs X12 bu barədə qərarla tanış edilmiş, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs X12 qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu, həmin gödəkçənin sol yan cibindən bir ədəd mobil telefonu, göy rəngli cins şalvarının sağ yan cibindən müxtəlif kağız əskinaslardan ibarət 204 manat pulu və həmin şalvarın sol yan cibindən dəmir pul əskinaslarmı çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra, şübhəli şəxs X9 üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində “çox sevirəm” yazısı olan kağız parçası aşkar edilmişdir. Bundan başqa, onun üzərində hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs X6 bir daha üzərində başqa hansısa əşya və predmet olub-olmaması soruşulduqda, o üzərində daha heç bir əşya və ya predmet olmadığım bildirmişdir. X9 təqdim etdiyi bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində nə olduğu soruşulduqda o, həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və həmin qutunu özü masanın üzərinə boşaltmışdır. Qutudan masanın üzərinə tökülən sellofan torbacıqlarda və kağız bükümlərdə olan kütlələrin nə olduğunu soruşduqda, X2 torbacıqlarda olan kütlələrin narkotik vasitə heroin (kokos), kağız bükümlərdə olan kütlələrin isə psixotrop maddə metamfetamin (şüşə) olduğunu bildirmişdir. Sellofan torbacıqları saydıqda 11 ədəd, kağız bükümləri saydıqda isə 8 ədəd olması müəyyən edilmişdir. X12 üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından “Milli Ön” ödəmə sistemi vasitəsi ilə əldə etdiyini bildirmişdir. X9 təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər spesifik iyə malik 11 ədəd sellofan torbacıqlarda olan kütlələr, psixotrop maddə metamfetaminə bənzər 8 ədəd kağız bükümdə olan kütlələr, həmçinin, bir ədəd “Samsung DUOS” markalı “S 4 mini” modelli mobil telefon müstəntiq tərəfindən götürülmüşdür. Narkotik vasitə heroinə bənzər spesifik iyə malik 11 ədəd sellofan torbacıqlarda olan və psixotrop maddə metamfetaminə bənzər 8 ədəd kağız bükümdə olan kütlələr bir ədəd boş zərfə qoyularaq bağlanmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Mobil telefon da bir ədəd zərfə qoyulmaqla götürülmüş və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Allahverdi Orucovun yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr və qeyri-qanuni əşya, maddə və ya predmet olma ehtimalını nəzərə alaraq, müstəntiq tərəfindən qəbul olunmuş qərar əsasında, Allahverdi Orucovun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi 6 A ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində onun müdafiəçisinin iştirakı ilə təxirəsalınmaz axtarış və götürmə aparılmış, həmin tədbirdə iştirak edən qrup üzvlərindən biri də özü olmuşdur. Mənzildə keçirilən axtarış və götürmə zamanı yataq otağında olan çarpayının sol hissəsində olan ikinci matrasm altındakı taxtanın üzərindən 02 (iki) ədəd, taxtanın altından isə yerə qoyulmuş aliminium ləyənin içərisindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər, spesifik iyə malik kütlələr aşkar edilmişdir. Bundan əlavə çarpayının sağ tərəfdə üstündə olan qara rəngli əl çantasının içərisindən 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Allahverdi Orucov bildirmişdir ki, 03 (üç) ədəd sellofan torbacıqlarda olan kütlələr qurudulmuş marixuana, qara rəngli əl çantasının içərisində olan torbacıqlardan aşkar edilərək götürülmüş maddələr isə narkotik vasitədir, özünə məxsusdur, öz istifadəsi üçün evində saxlamışdır, həmin kütlələri evində saxlamasından ailə üzvlərinin məlumatı olmamışdır. Bundan başqa, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir maddə, əşya və ya predmet aşkar edilməmişdir. Allahverdi Orucovun evindən aşkar olunaraq götürülmüş 03 ədəd sellofan torba bir ədəd torbada, 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə isə , qara rəngli əl çantasında qablaşdırılaraq götürülmüş və möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, mənzilə axtarış və götürmə başa çatmışdır. Şübhəli şəxs X9 yaşadığı mənzilə axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək təsdiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Səbail RPİ-nin X8 rəisi vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. Səbail RPİ-nin 9-cu Polis Bölməsi və NMB-də X7 rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri qanunsuz saxlanılması, daşınması və istifadəsi ilə məşğul olduğu üçün tutulduqdan sonra 18 fevral 2021-ci il tarixdə X14 verdiyi məlumat əsasında narkotik vasitələrin qəbulu və satışında şübhəli bilinən «Nicat» adlı şəxsin müəyyən edilməsi məqsədilə təxirəsalınmadan əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə, 18 fevral 2021-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun «İçəri Şəhər» stansiyasının yaxınlığında xarici görünüşünə görə «Nicat» adlı şəxsə bənzəyən bir nəfər şəxs saxlanılmış və Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparılmışdır. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxxx 1986-cı il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması üçün Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Mehman Doluxanovun xidməti otağına aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması barədə təhqiqatçı tərəfindən qəbul edilən qərar əsasında 19 fevral 2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, ev 21 saylı, birotaqlı mənzildə sonuncunun müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış və götürmə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək ona mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs mənzildə otaqda olan televizora yaxınlaşaraq televizorun arxasından bir ədəd üzərində “Bloom” sözləri yazılmış bağlama çıxarıb təqdim edərək narkotik vasitə heroin olduğunu, satmaq məqsədi ilə “Kubinka” adlanan ərazidə tanışı “Alı” adlı şəxsdən 1100 manata aldığını bildirmişdir. Bundan sonra, mənzildə axtarış aparılmışdır, lakin əlavə hər hansı bir iş üçün mühüm əhəmiyyət kəsb edən predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş bir ədəd bağlama bir ədəd sellofan torbaya qoyulmaqla qablaşdırılmış, bağlamanın üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən möhürlənmişdir. Mənzildə axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol ucadan oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır; bütün hərəkətlər başa çatdıqdan sonra X21 və Təqsirləndirilən şəxs üzərindən, həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddələr ekspertiza tədqiqatından keçirilmiş və həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Daha sonra bu barədə toplanılmış material üzrə başlanılmış cinayət işi istintaq hərəkətlərinin davam etdirilməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən 16 mart 1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, «Ah» ləqəbli X12 25 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 53 ünvanının qarşısında idarə etdiyi «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə saxlanılmışdır. Bundan sonra Səbail rayon Polis İdarəsinin rəhbərliyinə verilmiş raport əsasında müstəntiqlə birlikdə qeyd olunan yerdə saxlanılmış X10 məxsus «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmışdır. Həmin vaxtı avtomobil öz açarı ilə açılmış, avtomobilin mexaniki hissələrinə və salonuna baxış keçirilmiş, avtomobilin sol qabaq qapısının içəri hissəsindən bir ədəd qara-qəhvəyi rəngli dəstəyi olan qatlanmayan bıçaq aşkar olunaraq götürülmüşdür. Allahverdi Orucov həmin bıçağı bir neçə gün əvvəl yerdən tapdığını, özünün istəfadə etməsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış və axtarış davam etdirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Avtomobildən aşkar edilib götürülmüş bıçaq müstəntiq tərəfindən boş zərfdə qablaşdırılmış, bütün iştirakçılar tərəfindən həmin zərfi və tərtib edilmiş protokolu ucadan oxunduqdan sonra imzalanmışdır; həmin tarixdə «Ravon Nexia R3» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış, axtarış və götürmə aparıldıqdan sonra X3 RPİ-nin inzibati binasına gətirildi və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin vaxt xidməti zərurətlə bağlı şəxsi axtarışda iştirak etməmişdir. Lakin bilmişdir ki, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür; daha sonra Allahverdi Orucovun yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr və qeyri-qanuni əşya, maddə və ya predmet olma ehtimalını nəzərə alaraq, müstəntiq tərəfindən qəbul olunmuş qərar əsasında, Allahverdi Orucovun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi 6 A ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində onun müdafiəçisinin iştirakı ilə təxirəsalınmaz axtarış və götürmə aparılmışdır. Mənzildə keçirilən axtarış və götürmə zamanı yataq otağında olan çarpayının sol hissəsində olan ikinci matrasın altındakı taxtanın üzərindən 02 (iki) ədəd, taxtanın altından isə yerə qoyulmuş aliminium ləyənin içərisindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər, spesifik iyə malik kütlələr aşkar edilmişdir. Bundan əlavə çarpayının sağ tərəfdə üstündə olan qara rəngli əl çantasının içərisindən 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Allahverdi Orucov bildirdi ki, 03 (üç) ədəd sellofan torbacıqlarda olan kütlələr qurudulmuş marixuana, qara rəngli əl çantasının içərisində olan torbacıqlardan aşkar edilərək götürülmüş maddələr isə narkotik vasitədir, özünə məxsusdur, öz istifadəsi üçün evində saxlamışdır, həmin kütlələri evində saxlamasından ailə üzvlərinin məlumatı olmamışdır. Bundan başqa, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir maddə, əşya və ya predmet aşkar edilməmişdir. Allahverdi Orucovun evindən aşkar olunaraq götürülmüş 03 ədəd sellofan torba bir ədəd torbada, 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə isə qara rəngli əl çantasında qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Üzəri də bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, mənzilə axtarış və götürmə başa çatmışdır. Şübhəli şəxs X9 yaşadığı mənzilə axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır (2-ci cild iş vərəqi 71-74) Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CMin 234-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli bilinən 16 mart 1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, «Alı» ləqəbli X12 25 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 53 ünvanının qarşısında idarə etdiyi «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə saxlanılmışdır. Bundan sonra Səbail rayon Polis İdarəsinin rəhbərliyinə verilmiş raport əsasında müstəntiqlə birlikdə qeyd olunan yerdə saxlanılmış X10 məxsus «Ravon Nexia R3» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmışdır. Həmin vaxtı avtomobil öz açarı ilə açılmış, avtomobilin mexaniki hissələrinə və salonuna baxış keçirilmişdir. Həmin vaxt avtomobilin sol qabaq qapısının içəri hissəsindən bir ədəd qara-qəhvəyi rəngli dəstəyi olan qatlanmayan bıçaq aşkar olunaraq götürülmüşdür. Allahverdi Orucov həmin bıçağı bir neçə gün əvvəl yerdən tapdığını, özünün istəfadə etməsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış və axtarış davam etdirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Avtomobildən aşkar edilib götürülmüş bıçaq müstəntiq tərəfindən boş zərfdə qablaşdırılmış, bütün iştirakçılar tərəfindən həmin zərf və tərtib edilmiş protokolu ucadan oxunduqdan sonra imzalanmışdır; Bundan sonra, X12 həmin tarixdə Səbail RPİ-nin inzibati binasına gətirilmiş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulandan sonra videoçəkiliş vasitəsilə Allahverdi Orucovun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs X12 bu barədə qərarla tanış edilmiş, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs X12 qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu, həmin gödəkçənin sol yan cibindən bir ədəd mobil telefonu, göy rəngli cins şalvarının sağ yan cibindən müxtəlif kağız əskinaslardan ibarət 204 manat pulu və həmin şalvarın sol yan cibindən dəmir pul əskinaslarım çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra, şübhəli şəxs X9 üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd üzərində “çox sevirəm” yazısı olan kağız parçası aşkar edilmişdir. Bundan başqa, onun üzərində hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs X6 bir daha üzərində başqa hansısa əşya və predmet olub-olmaması soruşulduqda, o üzərində daha heç bir əşya və ya predmet olmadığını bildirmişdir. X9 təqdim etdiyi bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində nə olduğu soruşulduqda o, həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və həmin qutunu özü masanın üzərinə boşaltmışdır; qutudan masanın üzərinə tökülən sellofan torbacıqlarda və kağız bükümlərdə olan kütlələrin nə olduğunu soruşduqda, X13 sellofan torbacıqlarda olan kütlələrin narkotik vasitə heroin (kokos), kağız bükümlərdə olan kütlələrin isə psixotrop maddə metamfetamin (şüşə) olduğunu bildirmişdir. Sellofan torbacıqları saydıqda 11 ədəd, kağız bükümləri saydıqda isə 8 ədəd olması müəyyən edilmişdir. X12 üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı İran İslam Respublikası vətəndaşından “Milli Ön” ödəmə sistemi vasitəsi ilə əldə etdiyini bildirmişdir. X9 təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər spesifik iyə malik 11 ədəd sellofan torbacıqlarda olan kütlələr, psixotrop maddə metamfetaminə bənzər 8 ədəd kağız bükümdə olan kütlələr, həmçinin, bir ədəd “Samsung DUOS” markalı “S 4 mini” modelli mobil telefon müstəntiq tərəfindən götürülmüşdür. Narkotik vasitə heroinə bənzər spesifik iyə malik 11 ədəd sellofan torbacıqlarda olan və psixotrop maddə metamfetaminə bənzər 8 ədəd kağız bükümdə olan kütlələr bir ədəd boş zərfə qoyularaq bağlanmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Mobil telefon da bir ədəd zərfə qoyulmaqla götürülmüş və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra Allahverdi Orucovun yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr və qeyri-qanuni əşya, maddə və ya predmet olma ehtimalını nəzərə alaraq, müstəntiq tərəfimdən qəbul olunmuş qərar əsasında, Allahverdi Orucovun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivi 6 A ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində onun müdafiəçisinin iştirakı ilə təxirəsalınmaz axtarış və götürmə aparılmışdır. Mənzildə keçirilən axtarış və götürmə zamanı yataq otağında olan çarpayının sol hissəsində olan ikinci matrasm altındakı taxtanın üzərindən 02 (iki) ədəd, taxtanın altından isə yerə qoyulmuş aliminium ləyənin içərisindən 01 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər, spesifik iyə malik kütlələr aşkar edildi. Bundan əlavə çarpayının sağ tərəfdə üstündə olan qara rəngli əl çantasının içərisindən 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Allahverdi Orucov bildirmişdir ki, 03 (üç) ədəd sellofan torbacıqlarda olan kütlələr qurudulmuş marixuana, qara rəngli əl çantasının içərisində olan torbacıqlardan aşkar edilərək götürülmüş maddələr isə narkotik vasitədir, özünə məxsusdur, öz istifadəsi üçün evində saxlamışdır, həmin kütlələri evində saxlamasından ailə üzvlərinin məlumatı olmamışdır. Bundan başqa, axtarış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir maddə, əşya və ya predmet aşkar edilməmişdir. Allahverdi Orucovun evindən aşkar olunaraq götürülmüş 03 ədəd sellofan torba bir ədəd torbada, 01 (bir) ədəd sellofan torbacıqda narkotik vasitəyə bənzər kütlə isə qara rəngli əl çantasında qablaşdırılaraq götürülmüş və möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, mənzilə axtarış və götürmə başa çatmışdır. Şübhəli şəxs X9 yaşadığı mənzilə axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid6, Şahid8 və X5 Samuray Elşən oğlunun və Şahid5 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək təsdiq edilmiş Şahid3 Şahid1 və Şahid5 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (2-ci cild iş vərəqi 63-70: 93-96; 100-105) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il tarixli 6/744 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim olunmuş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 17 (on yeddi) ədəd bükümdə, onlardan 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,272 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6 (altı) bükümdə ümumi təmiz çəkisi 3,144 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı .... mənzildən aşkar edilmiş.. ” yazısı olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqsirləndirilən şəxs yaşadığı mənzildən və üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 2016,272 qram (2kq 016,272qr) təşkil edir; Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər Nurlan Kişiyevdən aşkar edilərək götürülmüş heroinlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər; Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin Nurlan Kişiyevdən aşkar edilərək götürülmüş metamfetaminlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər; 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildirlər (1-ci cild iş vərəqi 98-103). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il tarixli 6/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Kişiyev Nurlan” yazısı olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,212 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və l(bir) bükümdə təmiz çəkisi 0,093 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 92-96). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli 6/825 nömrəli rəyindən görünür: - tədqiqata təqdim edilmiş, üzərində: “Orucov Allah verdi Məzahir oğlunun üzərindən aşkar edilən...” yazısı olan zərfdəki ll(on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 5,066 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 8(səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,501 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - tədqiqata təqdim edilmiş, üzərində: “A.Orucov” yazısı olan qara rəngli əl çantasmdakı l(bir) ədəd bükümdə təmiz çəkisi 0,127 qram açıq boz rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - tədqiqata təqdim edilmiş, X9 üzərindən aşkar edilərək götürülmüş 11 ədəd bükümdəki heroinlər, vət. Nurlan Kişiyevdən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki heroinlə(6/743 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs yaşadığı mənzildən və üzərindən götürülmüş heroinlərlə(6/744 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidirlər; - tədqiqata təqdim edilmiş, X9 üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdəki metamfetaminlər vət. Nurlan Kişiyevdən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki metamfetaminlə(6/743 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs götürülmüş metamfetaminlərlə(6/744 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidirlər; - tədqiqata təqdim edilmiş, X9 yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli əl çantasında olan bir ədəd bükümdəki açıq boz rəngli metamfetamin, onun üzərindən götürülmüş 8 ədəd bükümdəki metamfetaminlərlə, eləcədə Nurlan Kişiyevdən və Təqsirləndirilən şəxs götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə fərqlidir; - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in İ siyahısına daxildirlər (2-ci cild iş vərəqi 1-7). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli 7/223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “X9 evindən...” yazısı və imzalar olan polietilen bağlamadakı 3 (üç) ədəd torbalarda ayrıayrılıqda təmiz çəkiləri: 1680 qram; 1650 qram; 1670 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5000 qramdır (5 kq) (2-ci cild iş vərəqi 9-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2021-ci il tarixli 1380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 152-153). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 05 may 2021-ci il tarixli 973 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarinda olmuşdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (2-ci cild iş vərəqi 150-151). 07 mart 2021-ci il tarixdə tərəfimdən X14 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,132 qram çəkidə narkotik vasitə heroin və 0,043 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 6,022 qram çəkidə narkotik vasitə heroin və 2,904 qram çəkidə psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 2009,78 qram çəkidə narkotik vasitə heroin, eləcə də, X9 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 4,846 qram çəkidə narkotik vasitə heroin və 0,421 qram çəkidə psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı evindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,077 qram çəkidə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 4999,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 75-79). X21 və Təqsirləndirilən şəxs üzərlərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin, sonuncunun yaşadığı mənzilə keçirilmiş axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri Özündə əks etdirən disklərə tərəfimdən baxış keçirilmiş, şəxsi axtarış və götürmə, eləcə də, mənzildə axtarış və götürmə zamanı tərtib edilən protokollarda göstərilənlər bir daha öz təsdiqini tapmışdır (1-ci cild iş vərəqi 108-110). İşdə olan DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilməsi hqqında 14 may 2021-ci il tarixli protkoldanq görünür ki, diskə 9 ədəd fayl əlavə edilmişdir; “m_SMS məzmun (qarşı abunə ilə)_**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 20 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə arasında dəfələrlə sms əlaqəsi olmuş, sonuncu dəfə 18 fevral 2021-ci il tarixdə saat 16:22-də (070) 344- 03-71 saylı mobil nömrədən (055) ***-**-** saylı mobil nömrəyə “gəlirsən?” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunda sms mətnləri müəyyən edildi. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) ***-**-** saylı mobil nömrə arasında 1710 dəfə mesajlaşma olmuşdur. Həmin mesajların mətnlərinə nəzər saldıqda narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunda sms mətnləri müəyyən edilmişdir. “m_SMS məzmun (qarşı abunə ilə)_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 04 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə arasında dəfələrlə sms əlaqəsi olmuş, sonuncu dəfə 18 fevral 2021-ci il tarixdə saat 16:22də (070) ***-**-** saylı mobil nömrədən (055) ***-**-** saylı mobil nömrəyə “gəlirsən?” məzmunda mesaj göndərilmişdir. Eyni zamanda, X14 istifadəsində olan (070) 344- 03-71 saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) 474- 79-99 saylı mobil nömrə arasında dəfələrlə müxtəlif məzmunda mesajlaşma olmuşdur; “Məxsusluq” adlı faylda baxış keçirdikdə müəyyən edilmişdir ki, (070) ***-**-** və (055) ***-**-** saylı mobil nömrələrin məxsus olduğu şəxslərin siyahısı qeyd edilmişdir. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)„**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (055) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18 fevral 2021-ci il tarixdə saat 18:50 və 19:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)_ „**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (070) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)_SMS Statistika **********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə SMS əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (055) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) ***-**-** və X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə arasında dəfələrlə mesajlaşma olması müəyyən edilmişdir. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)_SMS_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə SMS əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (070) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) ***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***- **-** saylı mobil nömrələr arasında dəfələrlə mesajlaşma olması müəyyən edilmişdir. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)_SMS_**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə telefon əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (055) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) ***-**-** və X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə arasında çoxlu sayda telefon danışığı olması müəyyən edilmişdir. “Səbail RPİ (Məhkəmə Qərarı) 2024(qm)_SMS_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1 yanvar 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədən olan müddət ərzində X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə telefon əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. (070) ***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021 -ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, X14 istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan (077) ***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***- **-** saylı mobil nömrələr arasında çoxlu sayda telefon danışığı olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 176-179). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 noyabr 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən 30 iyul 2020-ci il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 il 2 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasnın çəkilməmiş hissəsi 1 il 2 ay 19 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 7 ay 9 gün azadlıqdan məhrum etmə cəzasına bərabərdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 25-26). İşdə olan 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs barəsində 20 fevral 2021-ci il tarixdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 166-169). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddə metamfetaminin çəkisi 3,144 qram olduğundan külli miqdar, narkotik vasitə heroinin çəkisi 6,272 qram olduğundan külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Məmmədra oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməli, həmin Məcəllənin daha ağır cəza nəzərdə tutan 234.4.3-cü maddəsi ilə tam əhatə olunduğundan, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ittihamdan xaric edilməli və bütün tövsifedici əlamətlər göstərilməklə ancaq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla da, məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 il 2 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 7 ay 9 gün azadlıqdan məhrum etmə qismində qismən toplamaqla qəti cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 18 fevral 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2021-ci il tarixli 1380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 152-153). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan X14 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq 0,132 qram narkotik vasitə heroin və 0,043 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,022 qram narkotik vasitə heroin və 2,904 qram psixotrop maddə metamfetamin, yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2009,78 qram narkotik vasitə heroin, X9 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq qalan 4,846 qram narkotik vasitə heroin və 0,421 qram psixotrop maddə metamfetamin, yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,077 qram çəkidə psixotrop maddə metamfetamin və 4999,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 il 2 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 7 ay 9 gün azadlıqdan məhrum etmə kimi qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan X14 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq 0,132 qram narkotik vasitə heroin və 0,043 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,022 qram narkotik vasitə heroin və 2,904 qram ç psixotrop maddə metamfetamin, yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2009,78 qram narkotik vasitə heroin, X9 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan qalıq qalan 4,846 qram narkotik vasitə heroin və 0,421 qram psixotrop maddə metamfetamin, yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,077 qram çəkidə psixotrop maddə metamfetamin və 4999,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar