Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1313/2023 06.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 1(008)-275/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi, sahə 2 nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə nəticələnən qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi “Şuşa şəhərciyi” 2-ci sahədə yerləşən meydançada futbol oyunu oynayarkən tanışı Zərərçəkmiş şəxs futbol topunu ondan alarkən ayağı ilə onun ayağına vurması, sonra isə əlləri ilə onu itələməsi səbəblərindən aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədi ilə üzərində saxlayaraq gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol ayağının bud nahiyəsindən bir dəfə qəsdən vuraraq “sol aşıq-baldır oynağının sallanması, sol aşıq-baldır oynağında və sol ayaq barmaqlarında aktiv hərəkətlərin, səthi və dərin hissiyyatın tam itməsi (iflici) ilə müşayiət olunan, sol oturaq sinirinin sol bud səviyyəsində tam köndələn kəsilməsinə, səthi bud arteriyasının əzələ şaxəsinin, budun arxa qrup əzələlərinin zədələnməsinə səbəb olan sol budun arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət olunan ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı itirilməsi ilə nəticələnmiş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər düşmənçiliyi olmamış, futbol oynayarkən aralarında baş verən mübahisə zəminində ona qarşı nalayiq ifadələr işlətdiyinə görə bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Futbola işdən çıxıb getdiyinə görə üzərində “çörək bıçağı” olmuş, hadisəni törətdikdən sonra isə həmin bıçağı atmışdır. Hadisə baş verən zaman 17 yaşı olmuşdur. Hazırda mebel ustası kimi işləməklə evə qazanc da aparır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun ifadə verərək bildirmişdir ki, futbol oynayan zaman Fəridlə aralarında baş verən mübahisə zəminində sonuncu onu belindən bıçaqlamışdır. Mübahisəni Fərid başlatmışdır. Mübahisə zamanı Fəriddə bıçaq olsa da onun üstündə bıçaq olmamışdır. Fərid onu bıçaqladıqdan sonra orada olan İbrahim adlı tanışı bıçağı onun əlindən alaraq kolluğa atmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışıq əldə etmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərkən bildirmişdir ki, uşaqlarla futbol oynayarkən Nurlan və Fərid dalaşmağa başlamış, Fərid Nurlanı bıçaqlamış, orda olan uşaqlardan birinin isə kolluğa atılmış bıçağı götürdüyünü görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hüseyn qızı ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs futbol məşqləri ilə məşğul olur. Hadisə günü axşam saat 4-5 radələrində evin yaxınlığında olan stadionda futbol oynadığından məlumallı olmuşdur. Həmin gün axşam saatlarında “Ayxan” adında bir oğlan onların yaşadığı evə gələrək Nurlanın yaralandığını bildirdikdən sonra həyətə çıxmış və oğlunun ayağının sarıqda olduğunu görmüşdür. Nurlanı Fərid bıçaqla vurmuş, uşaqlar isə Fəridin əlindən bıçağı alaraq kolluğa atmışlar. Belə ki, Nurlan və Fərid arasında mübahisə olmuş, Fərid Nurlanın yanında onun barəsində xoşagəlməz söhbətlərin aparılmasını və sonuncudan həmin şəxslərə irad bildirməməsinin səbəblərini aydınlaşdırarkən oğlu Nurlan Fəridə onun barəsində heç nə danışmadığını və tərəfini saxlamağa məcbur olmadığını bilirib getmək istəyərkən Fərid Nurlanı arxadan bıçaqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəlilov Şahid3 Bahar Hüseyn qızı ilə eyni məzmunlu ifadələr verərək əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən oğlunun müalicəsinə çəkilmiş xərclər ödənilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 Müşfiq oğlunun ifadəsindən görünür ki, o, Hüseynin oğlu Nurlanı bir neçə ildir tanımışdır. Nurlan valideyinləri ilə birlikdə qonşu məhəllədə yaşamışdır. Onun Nurlanla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 30 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ramana qəsəbəsi Şuşa şəhərciyi ərazisində yerləşən boş sahədə o, tanışları İbrahim, Ayxan, Şəhruz və Nurlanla birlikdə futbol oynamışdır. Saat 19:30 radələrində qonşu məhəllədə yaşamış Fərid gələrək onlarla futbol oynamışdır. Bir neçə dəqiqə sonra Fərid Nurlanı kənara çəkərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Nurlan əlləri ilə Fəridi itələyib aralaşmasını demişdir. Həmin vaxt Fərid belindən bir ədəd əl bıçağını çıxarıb Nurlanın sol ayağından bir dəfə vurmuşdur. Nurlan həmin ayağından xəsarət alaraq yerə yıxılmışdır. Fərid qorxaraq əlindəki bıçağı yerə atmış və Nurlanı qucağına götürüb yaxınlıqda yerləşən Ayxanın yaşadığı evə aparmışdır. Fərid Nurlana tibbi yardım göstərmiş və o, yaşadığı evə getdiyi üçün daha nə baş verdiyini bilməmişdir. Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, Nurlanla Fəridin arasında baş vermiş mübahisə, Fəridin Nurlana xəsarət yetirməsi hadisəsi təxminən 4-5 dəqiqə ərzində baş verərək bitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 01 may 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 11:17- də Şahid4 Hüseyn qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Sabunçu rayonunun Sabunçu qəsəbəsi, Şuşa şəhərciyində 17 yaşlı oğlu Zərərçəkmiş şəxs tanıdığı “Fərid” adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 4). 01 may 2022-ci il tarixli “Baxış” protokolundan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən yaşayış sahələri arasında boş sahədə olan hadisə yerinə baxış keçirilərkən orada uşaqlara futbol oynamaq üçün meydança olduğu müəyyən edilmişdir. Həmin sahədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmişdir (Cild 1, iş vərəqə 9- 11). 03 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs xəsarət yetirməsini, xəsarət yetirdiyi bıçağı hadisə yerində yerə atdığını, lakin baxış zamanı həmin bıçaq aşkar edilmədiyindən həmin bıçağın onda olmadığından təqdim edə bilməyəcəyini qeyd etmişdir. (cild 1, iş vərəqə 186-189). 01 sentyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol aşıq-baldır oynağının sallanması, sol aşıq-baldır oynağında və sol ayaq barmaqlarında aktiv hərəkətlərin, səthi və dərin hissiyyatın tam itməsi (iflici) ilə müşayiət olunan, sol oturaq sinirinin sol bud səviyyəsində tam köndələn kəsilməsinə, səthi bud arteriyasının əzələ şaxəsinin, budun arxa qrup əzələlərinin zədələnməsinə səbəb olan sol budun arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən, müayinə olunan şəxsin dediyi və tibbi arayışda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35%) dayanıqlı itirilməsi ilə nəticələnmişdir və bu əlamətə görə həmin xəsarət sağlamlığa ağır zərərvurmaya aid edilir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild 1, iş vərəqə 38-42). 07 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilən bıçağın yerinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmişdir (cild 1, iş vərəqə 197). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin etiraf edici ifadələri,şahid və zərərçəkmiş şəxsin həm istintaqda, həm məhkəmədə verdiyi ifadələri, hadisə yerinə baxış protokolları,ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət yetkinlik yaşına çatmadığı dövrdə törədilmiş, cinayət törətdikdən dərhal sonra zərərçəkmiş şəxsi qucağına alaraq yoldaşlarından biri olan “Ayxan” adlı şəxsin evinə aparmış, ona ilk tibbi yardım göstərərək ayağını sarımışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və həmin xüsusatların öz əksini tapdığı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxs tibbi yardım göstərməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində gördüyü hərəkətlərini Cinayət Məcəlləsinin 59.1.11-ci, zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclərinin ödənilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata 30 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir (Cild 1, iş vərəqə 135-136) Göründüyü kimi təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cinayət törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində gördüyü hərəkətlərini barəsində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 138-156) 3 oktyabr 2023-cü il tarixli Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, həmin tarixə Təqsirləndirilən şəxs təyin edilmiş azadığın məhdudlaşdıırlması cəzasının çəkilmiş hissəsi 5 ay 20 gün, çəkilməmiş hissəsi 6 ay 10 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və hazırki günə çəkilməmiş 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, hökm çıxarılan günə çəkilmiş 5 (beş) ay 23(iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 2(iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona təyin edilmiş qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 yanvar 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 83), 20 yanvar 2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, elə həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 115-119) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə cinayətin aləti olan bıçaq təqsirləndirilən şəxs tərəfindən tullanmış və onun axtarılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (Cild 1, iş vərəqə 134). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi vəkil kimi işlədiyi Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında”, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 1(bir) il azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sabunçu rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş və Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılan günə çəkilmiş 5 (beş) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə 2(iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilməklə ona təyin edilmiş qəti cəza müddətinə hesablanaraq üzərində 3(üç) il 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 3(üç) il 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 168 (yüz altmış şəxs) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1313/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1313/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver