Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1313/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 sentyabr 2024-cü il tarixdə, saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, “Hövsan yolu” adlanan ərazidən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik və psixotrop maddələrin siyahısı”-na (Siyahı 1) daxil edilmiş 2 ədəd qara rəngli sellofan bükümdə, ümumi çəkisi 1461,209 qram, ayrı-ayrılıqda çəkiləri 25,409 qram və 1435,8 qram külli miqdarda olan narkotik vasitə heroini və 2 ədəd qara rəngli selofan bükümdə, ümumi çəkisi 68,04 qram, ayrı-ayrılıqda çəkiləri 21,191 qram və 46,849 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürərək qanunsuz əldə edib bir ədəd qara rəngli sellofan bükümdən ibarət 25,409 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdən ibarət 21,191 qram psixotrop maddə metamfetamini əynində olan boz rəngli cins şalvarının sağ yan cibində, bir ədəd qara rəngli sellofan bükümdən ibarət 1435,8 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdən ibarət 46,849 qram psixotrop maddə metamfetamini isə idarə etdiyi ‘‘Nissan Note” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə daşıyaraq saxlamış, 26 may 2023-cü il tarixdə saat 04 radələrində Abşeron Rayon Polis İdarəsinin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılıb, X15 gətirilərək orada həmin gün saat 05:25-dən 05:50-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə 25,409 qram çəkidə narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofan bükümdə 21,191 qram psixotrop maddə metamfetamin, saat 05:51-dən 06:12-ə kimi istifadəsində olan “Nissan Note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə salonunda bir ədəd göy rəngli sellofan torbanın içərisində olan, bir ədəd qara rəngli sellofan bükümdə 1435,8 qram çəkidə narkotik vasitə heroini, bir ədəd qara rəngli sellofan bükümdə 46,849 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə-heroin və psixotrop maddə-metamfetamin izləri olan gümüşü-metal rəngli elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 25 may 2023cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Abşeron Rayon Polis İdarəsinin 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin polis əməkdaşlarından birinin adı Samir, digərinin adı və ya ləqəbi Həci olmuş, digər 2 polis əməkdaşının adını bilmir. Saxlanıldıqdan sonra polis əməkdaşları onu Abşeron rayonu, Masazır qəsəbəsinə aparmışlar. Samir adlı polis əməkdaşı orada olmamış, orada Həci adlı polis əməkdaşı ilə digər adını bilmədiyi polis əməkdaşı onu 4-5 saat saxladıqdan sonra ondan buraxılması üçün 6000 manat pul tələb etdikdə, o, razılaşmamışdır. Daha sonra gecə saat 12 radələrində onu Abşeron Rayon Polis İdarəsinə aparıb 1 saat saxlamışlar. Oradan da Abşeron Rayon Polis İdarəsinin X15 aparılmış, X12 rəis müavini onun arvadını, bacısını gətirib narkotiklə rəsmiləşdirəcəyi ilə onu hədələdiyindən, məcbur qalıb deyilənlərlə razı olub polis əməkdaşlarının təqdim etdiklərini narkotik tərkibli maddələri videoçəkilişdə nümayiş etdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan vaxt icarə əsasında idarə etdiyi, taksi kimi fəaliyyət göstərdiyi “Nissan note” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilində olduğunu, 25 may 2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlanıldığı yerə təxminən saat 18 radələrində çatdığını, avtomobili saxlayıb marketə getdiyini, qayıtdıqda polis əməkdaşlarının onu saxladıqlarını, Abşeron Rayon Polis İdarəsində 25 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixə keçən gecə 1 saatdan çox saxlanıldığını, saxlanılan vaxt üzərində 2 ədəd mobil telefonunun olduğunu, həmin telefonlardan birində ***-***-**-** saylı mobil nömrənin olduğunu, digərində isə mobil nömrə olmadığını, saxlanılan vaxt üzərinə baxış keçirilmədiyini, üzərinə baxışın 26 may 2023-cü il tarixdə, günorta saatlarında X13 keçirildiyini, üzərinə baxışın müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə aparıldığını, polis əməkdaşlarının videoçəkilişi mobil telefonla 3 dəfəyə çəkdiklərini, polis əməkdaşlarının ona qarşı həm psixi, həm də fiziki zor tətbiq etdiklərini, ibtidai istintaqda verdiyi ifadəni oxumadığını, polis əməkdaşlarının təzyiqi nəticəsində məcbur qalıb imzaladığını, müstəntiqin ona qarşı zorakılıq etmədiyini, onu saxlayan polis əməkdaşlarının ona qarşı zor tətbiq etdiklərini, ondan pul istədikləri üçün onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketin qarşısında avtomobildə bir neçə saat saxladıqlarını, saxlanılan vaxt üzərində heç bir narkotik tərkibli maddənin olmadığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Bakı şəhərinin hər bir yerinə sərnişin apardığını, lakin qeyd olunan tarixdə Hövsan qəsəbəsi ərazisində olmadığını, həmçinin İran İslam Respublikasının vətəndaşı olan heç bir şəxslə əlaqə saxlamadığını söyləmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 7 aydan bəri narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkə hesabında İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmişdir. Söhbət əsnasında o, həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, həmin şəxs də öz istifadəsində olan, hal-hazırda xatırlamadığı xarici ölkələrdən birinə aid olan mobil telefon nömrəsini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin İran İslam Respublikasının vətəndaşı olan şəxs ona “Whatsapp” ani mesajlaşma proqramında mesaj yazaraq içərisində narkotik vasitə olan bağlamanı bir ünvana atacağını və onun həmin ünvandan bağlamanı götürərək deyiləcək başqa bir ünvana çatdırmağını, bunun müqabilində isə ona 100 manat pul veriləcəyini bildirmişdir. O da həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs “Whatsapp” tətbiqi ilə ona bir ünvan (konum) göndərmiş, o da bu məqsədlə həmin tarixdə gecə saatlarında mesajda göstərilmiş ünvana - Bakı şəhəri, Suraxanı rayonu, “Hövsan yolu” adlanan əraziyə gedib yol kənarında qoyulmuş bir ədəd göy rəngli sellofan torbanın içərisində olan 2 ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini və 2 ədəd qara rəngli sellofan bükümdəki psixotrop maddə metamfetamini götürüb idarə etdiyi “Nissan note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində həmin bükümlərdən bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini əynindəki boz rəngli şalvarının sağ yan cibində, digər bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini isə göy rəngli sellofan torbada idarə etdiyi avtomobilin sürücü üçün nəzərdə tutulmuş sol qabaq oturacağın altında saxlayıb əvvəlcədən təyin olunmuş yeri tapıb həmin bükümləri atmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində ətrafı müşahidə edərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron Rayon Polis İdarəsinin X12 əməkdaşları olduqlarını dedikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə, həmçinin psixotrop maddə olduğunu dedikdə polis əməkdaşları onu X15 dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra videoçəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, o da əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd qara rəngli sellofan bükümdəki narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdəki psixotrop maddə metamfetamini, həmçinin üzərində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirilmiş, baxış zamanı bir ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz formalı olan narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofan bükümdə ağ rəngli, kristal formalı olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əynindəki şalvarının sol yan cibindən çıxarılan bir ədəd Samsung markalı mobil telefondan başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin və 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə, həmçinin bir ədəd ona məxsus olan mobil telefon digər kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüş və bundan sonra videoçəkiliş kəsilmədən X12 inzibati binasının həyətində saxlanılmaqla onun istifadəsində olan “Nissan Note” markalı 77- EV-478 dövlət qeydiyyat nişanlı atvomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sürücü üçün nəzərdə tutulmuş sol qabaq oturacağının altında saxladığı bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroin, bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin və bir ədəd gümüşü-metal rəngli elektron tərəzi aşkar edilərək kağız zərfdə qablaşdırılmışdır. Kağız zərflər möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitələri və psixotrop maddələri xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxsin telefonuna göndərdiyi ünvan (konum) əsasında Bakı şəhəri, Suraxanı rayonu, “Hövsan yolu” adlanan əraziyə gedib yol kənarından götürərək idarə etdiyi avtomobildə saxladığını, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində həmin bükümlərdən bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini əynindəki boz rəngli şalvarının sağ yan cibində, digər bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroini, bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd gümüşü-metal rəngli elektron tərəzini isə göy rəngli sellofan torbada idarə etdiyi avtomobilin sürücü üçün nəzərdə tutulmuş sol qabaq oturacağının altında saxlayıb əvvəlcədən təyin olunmuş yeri tapıb həmin bükümləri atmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə getdiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış davam etdirilmiş və başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər bu barədə protokol tərtib etmiş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməyi, habelə həmin kütlələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə heç kimin məlumatı olmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsində saxlanılan, polis bölməsinə gətirilən və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş heç bir psixi təsir göstərilməmiş və Abşeron Rayon Polis İdarəsinin X12 inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin X12 Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edərkən, 26 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni, istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X15 gətirilmişdir. X13 təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan 01 ədəd içərisində narkotik vasitə heroin olduğunu dediyi bükümü və 01 ədəd içərisində psixotrop maddə metamfetamin olduğunu dediyi bükümü təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nissan Note” markalı avtomobilə baxış keçirilən zaman avtomobilin sol qabaq oturacağının altından 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm və 01 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədəyi şəxsin telefonuna göndərdiyi ünvandan, Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əldə etdiyini, lazımi yerlərə qoyacağını və bunun qarşılığında 100 manat pul alacağını bildirmişdir. Aşkarlanmış narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 əməliyyat qrupunda ondan başqa Abşeron Rayon Polis İdarəsinin X12 əməkdaşı Şahid2 olduğunu, saxlanılan vaxt Təqsirləndirilən şəxs “Nissan note” markalı avtomobilinin yanında tək olduğunu, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri edilmədiyini, hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs istifadəsində olmuş avtomobilin dövlət qeydiyyat nişanının nömrəsi, avtomobilin rəngini xatırlamadığını, Təqsirləndirilən şəxs saxlanılan vaxt üzərində mobil telefon olmadığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Abşeron Rayon Polis İdarəsinin X15 gətirildiyini, orada vəkil dəvət olunduqdan sonra onun üzərinə şəxsi axtarış və baxış keçirildiyini, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə aparmadıqlarını, videoçəkilişin bir dəfə aparıldığını, hər hansı məbləğdə pulun tələb edilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini söyləmişdir. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin X12 Cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edərkən, 26 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə X12 əməkdaşı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X15 gətirilmişdir. X13 təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan 01 ədəd içərisində narkotik vasitə heroin olduğunu dediyi bükümü və 01 ədəd içərisində psixotrop maddə metamfetamin olduğunu dediyi bükümü təqdim etmişdir. Habelə, Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Aşkarlanmış həmin narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 saxlanılan vaxt Təqsirləndirilən şəxs “Nissan Note” markalı avtomobilinin yanında tək olduğunu, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri edilmədiyini, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Abşeron Rayon Polis İdarəsinin X15 gətirildiyini, orada vəkil dəvət olunduqdan sonra onun üzərinə şəxsi axtarış və baxış keçirildiyini, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinə aparmadıqlarını, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxışda ondan başqa, Şahid1, təhqiqatçı və müdafiəçinin iştirak etdiyini, Təqsirləndirilən şəxs saxlayan vaxt üzərində mobil telefonun olub-olmaması, hansı mobil nömrədən istifadə etdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulun tələb edilmədiyini, Təqsirləndirilən şəxs onunla birgə Şahid1 saxladığını, M.Xasasnovun onun saxlanılmasında başqa polis əməkdaşlarının iştirak etmədiyini söyləmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, “Əməliyyat qrupunun yaradılması barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin X12 59-1/1-4997 nömrəli əmrindən görünür ki, Abşeron Rayon Polis İdarəsinin X12 Cinayət-Axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 10; 11) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X15 gətirilmişdir. (Cild 1, iş vərəqə 13) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 05:05-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 14; 26) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş 1 (bir) bükümdən ibarət qəhvəyi rəngli, toz formalı, narkotik maddə olan heroinə bənzəyən kütləni təqdim edərək həmin kütlənin narkotik maddə olan heroin olduğunu, 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş 1 (bir) bükümdən ibarət ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzəyən maddənin özünə məxsus olmasını, tanımadığı şəxsdən Bakı şəhəri, Binəqədi rayonu ərazisində internet vasitəsi ilə tanış olduğu İranlı kimi bildiyi şəxsin ona müəyyən yerlərə paylaması üçün verdiyini, həmçinin avtomobilində də narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 35; 37-38) xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi, axtarış və götürmə haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Nissan Note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı həmin avtomobilin sürücü üçün nəzərdə tutulmuş sol qabaq oturacağının altında saxlanılan bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzəyən kütlə, bir ədəd qara rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzəyən kütlə və bir ədəd gümüşü-metal rəngli elektron tərəzi aşkar edilərək kağız zərfdə qablaşdırılmış, kağız zərflər möhürlə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. (Cild 1, iş vərəqə 39- 40) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3036 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №245”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 25,409 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 21,191 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №245”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Note markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1435,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 46,849 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi Nlissan Note markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobildən götürülümüş 1 ədəd tərəzi (imza) M Xasanov” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd tərəzinin üzərində heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heronin ümumi təmiz çəkisi 1461,209 qramdır (1 kq 461,209 qram) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə vətəndaş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 68,04 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə gorə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-n siyahısına (Siyahı İ) daxildirlər. Qeyd: üzərindən götürülmüş heroinin təmiz çəkisi 25,409 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 25,209 qram qalıq qalmış, üzərindən götürülmüş metamfetaminin təmiz çəkisi 21,191 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 20,991 qram qalıq qalmışdır. İdarə etdiyi avtomobildən götürülmüş heroinin təmiz çəkisi 1435,8 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 1435,6 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 46,849 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 46,649 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 50-52) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 66-68) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış istintaq hərəkətləri zamanı baş verənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 80-81; 83) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil-Kommunal İstismarı sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 109) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2020-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqə 115-116) Abşeron Rayon Polis İdarəsinin X12 xx.xx.2023-cü il tarixli, 59-1/2-7986 nömrəli məktubundan görünür ki, X1 götürülmüş narkotik vasitə və psixotrop maddələrin onun əldə etdiyi mənbəni müəyyən etmək, narkotik vasitə və psixotrop maddə ona satmış şəxsi müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri və kəşfiyyat sorğuları zamanı onun mobil telefonuna göndərilmiş məkan paylaşımı ilə bir neçə dəfə naməlum bükülüləri müxtəlif ünvanlardan götürüb digər ünvanlara çatdırmaqla onun psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin satışı ilə məşğul olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 143) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus, üzərində “GSM” nömrəsi olmayan “Samsung Galaxy” mobil telefonda olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 146-148) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus, üzərində “GSM” nömrəsi olmayan “Samsung Galaxy” mobil telefonu anası X5 təhvil almışdır. (Cild 1, iş vərəqə 149) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd bükümdən ibarət 25,409 qram narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofana bükülmüş, bir ədəd bükümdən ibarət 21,191 qram psixotrop maddə metamfetamin, istifadəsində olan “Nissan Note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə sürücü üçün nəzərdə tutulmuş sol qabaq oturacağın altında saxladığı, bir ədəd göy rəngli sellofan torbanın içərisində olan, bir ədəd qara rəngli sellofana bükülmüş, bir ədəd bükümdən ibarət 1435,8 qram olan narkotik vasitə heroin, bir ədəd qara rəngli sellofana bükülmüş, bir ədəd bükümdən ibarət 46,849 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə-heroin izləri və psixotrop maddə-metamfetamin izləri olan gümüşü-metal rəngli elektron tərəzidən ekspertiza keçirildikdən sonra qalıq qalmış, 25,209 qram narkotik vasitə heroin, 20,991 qram psixotrop maddə metamfetamin, bir bükümdən ibarət 1435,6 qram olan narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə-heroin izləri və psixotrop maddə-metamfetamin izləri olan gümüşü-metal rəngli elektron tərəzi iş üzrə maddi sübut qismində tanınmaqla, saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 150-151) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 5184 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 160-161) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 189-190) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2796 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi (epilepsiya nəticəsində) emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də “üzvi (epilepsiya nəticəsində) emosional-labil (astenik) pozuntu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi (epilepsiya nəticəsində) emosionallabil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda üzvi (epilepsiya nəticəsində) emosional-labil (astenik) pozuntu davam etsə də, həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. (Cild 1, iş vərəqə 202-204) xx.xx.2023-cü il tarixli “Sübutların qitmətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış aparılması, baxış keçirilməsi və digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, ambulator məhkəmə-psixiatrik, məhkəmə-tibbi ekspertizalarının rəyləri, şəxsi axtarış və baxış keçirilərkən çəkilmiş içərisində video görüntü olan bir ədəd disk və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən, maddi sübut kimi tanınmamış və saxlanılması üçün Təqsirləndirilən şəxs anası X3 qaytarılması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 212-231) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya, məhkəməyədək icraat zamanı ona edilmiş fiziki və psixi zorakılıqla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Abşeron rayon prokurorluğuna müraciət edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3- 16-17/40/2-7514/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “Zədə almadığını bildirir” yazısının, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “Sağ kürəkaltı nahiyədə cərrahi əməliyyatdan (c/ə) sonrakı köhnə çapıq toxuma vardır” yazısının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2023-cü il tarixli, 1044 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 157-159) Məhkəmədə elan edilərək tədqiq edilmiş Abşeron rayon prokurorluğunun xx.xx.2024cü il tarixli, 471-X-24 nömrəli məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna müraciəti daxil olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamış, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saat 18 radələrində Abşeron Rayon Polis İdarəsinin 4 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin əməkdaşlardan birinin adının Samir, digərinin adı və ya ləqəbinin Həci olduğunu, Abşeron rayonu, Masazır qəsəbəsinə aparıldıqdan sonra azadlığa buraxılması üçün 6000 manat pul tələb edildiyini, saxlanılarkən üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, gecə saat 12 radələrində Abşeron Rayon Polis İdarəsinə aparılıb 1 saat orada saxlanıldıqdan sonra həmin polis idarəsinin X15 aparıldığını, müvafiq istintaq hərəkəti üzrə videoçəkilişin 3 dəfə aparıldığını, arvadını, bacısını gətirib narkotik vasitənin daşıyıcısı kimi rəsmiləşdirməklə hədənildikdən sonra məcbur qalıb razılaşdığını və müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu nümayış etdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu iddia etdiyi ***-***-**-** saylı mobil nömrəyə dair xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il tarixdə saat 23:59-dək olan müddətdə anten dairələri üzrə məlumatın "xxxx" MMC-dən ələ keçirilməsi barədə qərar qəbul edilib icraya yönəldilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 19282 nömrəli məktubundan və ona əlavə edilmiş 1 ədəd CD diskdən görünür ki, ***-***- **-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il tarixdə saat 23:59-dək olan müddətdə mövcud istifadəsinin (göstərilən müddət ərzində yalnız SMS xidmətindən istifadə qeydə alınmışdır, zəng və internet istifadəsi aşkar edilməmişdir) əhatə dairəsinə dair məlumat təqdim edilmişdir. Həmin diskdə olan məlumata görə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:17:35-də mesaj göndərilən zaman ***-***- **-** saylı mobil nömrənin anten dairəsi “ünvan 4 ünvanı olmuşdur. Həmin diskdə başqa məlumat aşkarlanmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin vaxt ***-***-**-** saylı mobil nömrənin üzərində olduğunu iddia etsə də, müvafiq mobil operatorunun məlumatına əsasən həmin mobil telefona dair saat 15:17:35-dən sonra hər hansı məlumat aşkarlanmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunan 1 ədəd DVD-R diskdəki videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd mobil telefon götürüldüyü müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefon Təqsirləndirilən şəxs məxsus olan “**********12991/01, **********12997/01” imei kodlu, üzərində “GSM” nömrəsi olmayan “Samsung Galaxy” markalı mobil telefon olmuşdur. (Cild 1, iş vərəqə 146) Məhkəmədə elan edilərək tədqiq edilmiş Abşeron Rayon Polis İdarəsinin X12 xx.xx.2024-cü il tarixli, 3-13-59-1/2-11324 nömrəli məktubuna əsasən, “həmin polis bölməsinin inzibati binasının girişi və dəhlizində quraşdırılmış müşahidə kameralarında xx.xx.2023-cü il tarixə aid görüntülər saxlanılmaması”, Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2-84080 nömrəli məktubuna əsasən isə “həmin polis idarəsinin inzibati binasına quraşdırılmış videomüşahidə kameralarının yaddaş tutumu 10 gün olduğu üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan görüntürlərin verilməsi imkan xaricindədir” məzmununda cavabların verildiyi müəyyən edilmişdir. Habelə, məhkəmədə şahidlər Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Abşeron rayon Polis İdarəsinin X15 aparıldığını, Təqsirləndirilən şəxsovun saxlanılmasında başqa şəxsin iştirak etmədiyini, sonuncudan hər hansı məbləğdə pulun tələb edilmədiyini, hədələnmədiyini, müvafiq istintaq hərəkətləri üzrə videoçəkilişin 1 dəfə aparıldığını, könüllü şəkildə üzərində və avtomobilində aşkarlanmış narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzini təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan “Əməliyyat qrupunun yaradılması barədə” xx.xx.2023-cü il tarixli, 59-1/1-4997 nömrəli əmrdən görünür ki, əməliyyat qrupunun tərkibində Abşeron Rayon Polis İdarəsinin X12 Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Samir və Hacı adlı şəxsin, eləcə də başqa şəxsin həmin əməliyyat tədbirində iştirak etməsi ilə bağlı cinayət işinin materiallarında hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan, Abşeron Rayon Polis İdarəsinin X12 Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatına dair raport xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə 59-1/1-4996 nömrəli ştampla polis bölməsinin dəftərxanasında qeydiyyatdan keçmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saxlanılmasına dair hər hansı məlumat məlumat yoxdur, bütün məlumatlar 26 may 2023-cü il tarixə aiddir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Abşeron Rayon Polis İdarəsinin X12 inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarının sağ yan cibində olan 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər predmeti təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra, fasiləsiz olaraq videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin içərisində 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər predmet aşkar edilərək götürülmüşdür. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3036 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 25,409 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 21,191 qram psixotrop maddə metamfetamin, avtomobilindən aşkar edilmiş 01 ədəd bükümdə 1435,8 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 46,849 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə saat 18 radələrində 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılması, polis əməkdaşlarının ondan pul tələb etməsi, videoçəkiliş 3 dəfə aparılması, ailə üzvlərinin də narkotik vasitənin istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, internet vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psıxotrop maddələri 100 manat qazanc müqabilində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə qrupun üzvü, şəxsiyyəti istintaqa bəlli olmayan həmin İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Suraxanı rayonu “Hövsan yolu” adlanan əraziyə qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik və psixotrop maddələrin siyahısı-na (Siyahı 1) daxil edilmiş 2 ədəd qara rəngli selofan bükümdə, ümumi çəkisi 1461,203 qram, ayrıayrılıqda çəkiləri 25,409 qram və 1436,8 qram külli miqdarda olan narkotik vasitə heroini və 2 ədəd qara rəngli sellofan bükümdə, ümumi çəkisi 65,04 qram, ayrı-ayrılıqda çəkiləri 21,191 qram və 46,849 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürərək qanunsuz əldə edib bir ədəd qara rəngli sellofan bükümdən ibarət 25,409 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdən ibarət 21,191 qram psixotrop maddə metamfetamini əynində olan boz rəngi cins şalvarının sağ yan cibində, bir ədəd qara rəngli sellofan bükümdən ibarət 1435,8 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli sellofan bükümdən ibarət 46,849 qram psixotrop maddə metamfetamini isə idarə etdiyi “Nissan note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində 26 may 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayon polis idarəsinin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılıb, X15 gətirilərək orada həmin gün saat 05:25-dən 05:50-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cinbindən bir ədəd qara rəngli selofan bükümdə 25,409 qram çəkidə narkotik vasitə heroin və bir ədəd qara rəngli selofan bükümdə 21,191 qram psixotrop maddə metamfetamin, saat 05:51-dən 06:12-ə kimi istifadəsində olan “Nissan note” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə salonunda bir ədəd göy rəngli selofan torbanın içərisində olan, bir ədəd qara rəngli selofan bükümdə 1435,8 qram çəkidə narkotik vasitə heroini bir ədəd qara rəngli sellofan bükümdə 46,849 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə-heroin və psixotrop maddə- metamfetamin izləri olan gümüşü-metal rəngli elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 100 manat qazanc müqabilində satışını həyata keçirmək barədə razılığa gəlməklə, külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 100 manat qazanc müqabilində satışını həyata keçirmək barədə razılığa gəlməklə, külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması”-nı göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, İran İslam Respublikasının vətəndaşının kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 100 manat qazanc müqabilində satışını həyata keçirmək barədə razılığa gəlməklə, külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində və avtomobilində saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddəin miqdarının, yəni ümumilikdə 1461,209 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 9741,39 dəfədən, külli miqdarından isə təxminən 730,60 dəfədən artıq olması, ümumilikdə 68,04 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 453,6 dəfədən, külli miqdarından isə 34,02 dəfədən artıq olması, onun özünün barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirakı ilə məhkəmədə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsi, narkotik vasitə və psixotrop maddələrin xırda və böyük olmaqla bir neçə bükümdə olması, onların hazırlanması üçün avadanlığın, yəni elektron tərəzinin, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının mövcudluğu və materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən səhhətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 384/2023 nömrəli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(012)-705/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni xx.xx.2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(012)-915/2023 nömrəli qərarı ilə 20 (iyirmi) gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 93-94; 186- 188; 260-264) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 5785 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 25,209 qram və 1435,6 qram olmaqla, ümumi qalıq çəkisi 1460,809 qram olan narkotik vasitə heroin, 20,991 qram və 46,649 qram olmaqla, ümumi qalıq çəkisi 67,64 qram olan psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 01 (bir) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 25,209 qram və 1435,6 qram olmaqla, ümumi qalıq çəkisi 1460,809 qram olan narkotik vasitə heroin, 20,991 qram və 46,649 qram olmaqla, ümumi qalıq çəkisi 67,64 qram olan psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 01 (bir) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1313/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1313/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver