Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1313/2025 10.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 Müşfiq oğlunun Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 Müdafiəçi: “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 83, mənizl 14-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan özünü yalandan “Uber park” ofisinin rəhbəri kimi təqdim edib xaricdən “Chevrolet Cobalt” markalı avtomobil gətirib ölkə ərazisində onu “Uber” şirkətinə icarəyə verməklə qazanc əldə edəcəyinə yalan vəd verib aldatmaqla ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisində ondan 6.250 manat və avtomobilin üzərinə reklamı üzləmək xidmət haqqı kimi 340 manat məbləğində pul vəsaitini, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6.590 manat məbləğində pulu alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o: • xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan özünü yalandan “Uber park” ofisinin rəhbəri kimi təqdim edib xaricdən “Chevrolet Cobalt” markalı avtomobillər gətirib ölkə ərazisində onları “Uber” şirkətinə icarəyə verməklə qazanc əldə edəcəyinə yalan vəd verib aldatmaqla ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisində ondan 12.200 manat pulu alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xeyli miqdarda; • xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan özünü yalandan “Uberpark” ofisinin rəhbəri kimi təqdim edib "xxxx" ASCşirkətindən lizinq yolu ilə xaricdən “Chevrolet Cobalt” markalı avtomobilləri gətirib ölkə ərazisində onları “Uber” şirkətinə icarəyə verməklə qazanc əldə edəcəyinə yalan vəd verib aldatmaqla ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisində ondan 25.940 manat pulu, daha sonra həmin günü axşam saatlarında ünvan 2 ünvanda yerləşən “Bravo” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsilə sonuncu tərəfindən göndərilmiş 1.000 manat pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 26.940 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda; • xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan özünü yalandan “Turan avto” şirkətinin əməkdaşı kimi təqdim edərək xaricdən avtomobillər gətirib ölkə ərazisində onları “Uber” şirkətinə icarəyə verməklə qazanc əldə edəcəyinə yalan vəd verib aldatmaqla ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisində ondan 38.080 manat pulu, daha sonra həmin günü Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 118A saylı ünvanda yerləşən “Gənclik” şadlıq sarayının yanında 16.320 manat pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 54.400 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda; • xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan özünü yalandan “Turan avto” şirkətinin əməkdaşı kimi təqdim edərək xaricdən avtomobillər gətirib ölkə ərazisində onları “Uber” şirkətinə icarəyə verməklə qazanc əldə edəcəyinə yalan vəd verib aldatmaqla ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisində ondan 38.080 manat pulu, daha sonra həmin günü Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 118A saylı ünvanda yerləşən “Gənclik” şadlıq sarayının yanında 16.320 manat pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 54.400 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xaricdən ölkəyə avtomobillərin gətirilməsi ilə məşğul olmuş, lakin 2024-cü ilin əvvəllərində onlayn kazino-qumar oyunları oynadığına görə külli miqdarda borcu yaranmış, həmçinin, əvvəlki avtomobil sifarişlərini də gecikdirmişdir. Buna görə də xeyli borcu yaranmış və çıxış yolu tapmağa məcbur olmuşdur. 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs4 ona zəng edərək avtomobiilə maraqlanmış, daha sonra metronun “28 May” stansiyasının yaxınlığında olan ofisinə gəlib ona avtomobil almaq istədiyini demiş, o da “Chevrolet Cobalt” avtomobilini xaricdən ucuz qiymətə gətirib “Uber” taksi şirkətində fəaliyyət göstərəcəyinə köməklik edəcəyinə yalandan söz vermişdir. Zərərçəkmiş şəxs4 da bununla razılaşmış və 30 sentyabr 2024-cü il tarixdə onlar Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3 saylı ünvanda yerləşən 43 saylı notariat ofisində görüşüb müqavilə bağlayaraq ondan avtomobilə görə 6.250 manat pulu, habelə avtomobilin reklamı üçün 220 manat pulu alsa da, verdiyi vədinə əməl etməmişdir. Bundan əlavə, o, eyni vədləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da verərək xx.xx.2024-cü il tarixdə 43 saylı notariat ofisində Zərərçəkmiş şəxs5 12.200 manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 həmin yerdə 25.940 manat və axşam saatlarında ödəniş terminalı vasitəsilə onun göndərdiyi 1.000 manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hər birindən 43 saylı notariat ofisində 38.080 manat və həmin günü Nərimanov rayonunda yerləşən “Gənclik” şadlıq sarayının yanında hər birindən 16.320 manat pulu alaraq onlara söz verdiyi avtomobilləri gətizdirə bilməmişdir. Hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərər ödənilmiş, onlarla barışıq əldə olunmuşdur. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, avtomobil alıb oğluna verərək taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2024-cü ilin sentyabr ayının sonlarında “turbo.az” saytında “Chevrolet Cobalt” markalı avtomobili görüb elanda yerləşdirilən ***-***-**-** nömrə ilə əlaqə saxlamış, özünü “Uber park” ofisinin rəhbəri kimi təqdim edən Fəhmin adlı şəxslə danışmışdır. Sonra 29 sentyabr 2024-cü il tarixdə oğlu Elman və bacısı oğlu Hüseyn ilə birlikdə Fəhminin metronun “28 May” stansiyasının yaxınlığında olan ofisinə gəlmişlər. Söhbət zamanı Fəhmin onlara “Chevrolet Cobalt” avtomobilini xaricdən lizinglə 6.250 manata alıb “Uber” taksi şirkətində fəaliyyət göstərəcəyinə köməklik edəcəyini bildirmişdir. O da bununla razılaşmış və 30 sentyabr 2024-cü il tarixdə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3 saylı ünvanda yerləşən 43 saylı notariat ofisində onunla görüşüb müqavilə bağlayaraq həmin vəsaiti ona vermişdir. Fəhmin pulu götürdükdən sonra avtomobilin reklamı üçün əlavə olaraq ondan 220 manat pulu həmin yerdə almış və oktyabr ayının 15-20-nə kimi avtomobili gətizdirib adına rəsmiləşdiriləcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra Fəhmindən xəbər gəlmədiyinə görə onun mobil telefonuna zəng etmiş, sonuncu da hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayətçi deyil. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, biznes fəaliyyəti ilə məşğul olmaqdan ötrü özünə iki ədəd “Chevrolet Cobalt” avtomobili almaq istəmiş, ona görə bu avtomobillərin satış mərkəzinə getmiş, orada ona maşınların xaricdən 2-3 aya gələcəyini demişlər. 23 sentyabr 2024-cü il tarixdə “turbo.az” saytında avtomobillərlə maraqlanan zaman Fəhmin adlı şəxsin ilkin ödəniş 5.000 manat olmaqla yeni “Chevrolet Cobalt” avtomobili satdığını görmüş və elanda olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb onunla danışmış, sonra həmin günü atası və qardaşı ilə birlikdə Fəhminin ofisinə getmişlər. Fəhmin onlara özünü “Uber park” ofisinin rəhbəri kimi təqdim edib xaricdən hər birini 6.100 manata iki ədəd “Chevrolet Cobalt” markalı avtomobili 20 gün ərzində gətirib onları “Uber” şirkətinə icarəyə verməsində köməklik edə biləcəyini bildirmişdir. O da buna etiraz etməmiş və 30 sentyabr 2024-cü il tarixdə Fəhminlə 43 saylı notariat ofisində görüşüb müqavilə bağlayaraq 12.200 manat pulu ona vermişdir. Müqavilənin şərtinə sasən Fəhmin 20 oktyabr 2024-cü il tarixdə 2 ədəd “Chevrolet Cobalt” avtomobili ona təhvil verməli idi. Lakin, bu müddət çatanda Fəhminlə əlaqə saxlamaq istəyərkən, buna nail ola bilməmiş və avtomobillər ona təhvil verilməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayətçi deyil. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs1 Müşfiq oğlu ifadəsində göstərdi ki, 2024-cü ilin oktyabr ayının 01-də “turbo.az” saytında “Chevrolet Cobalt” markalı avtomobillərlə maraqlanan zamanı bir elanı görüb orada qeyd olunan nömrə ilə əlaqə saxlamış, özünü “Uberpark” ofisinin rəhbəri kimi təqdim edən Fəhmin adlı şəxslə danışıb 7 ədəd “Chevrolet Cobalt” markalı avtomobil almaq istədiyini bildirmiş, sonuncu da xaricdən belə maşınları gətirib onları “Uber” şirkətinə icarəyə verə biləcəyini söyləmişdir. O da bununla razılaşıb xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təklifi ilə ünvan 4 ünvanda yerləşən notariusa gedib orada müqavilə imzalamış və ilkin ödəniş kimi 25.940 pulu ona vermişdir. Bundan sonra həmin günü axşam vaxtı Fəhmin ona zəng edərək əlavə 1.000 manat pul istədiyi üçün o, ünvan 2 ünvanda yerləşən “Bravo” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsilə sonuncunun kartına 1.000 manat pul göndərmişdir. Fəhminlə olan razılaşmaya görə maşınlar xx.xx.2024-cü il tarixədək ölkəyə gəlməli olsalar da, Fəhmin verdiyi vədə əməl etməmiş, sonra müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayətçi deyil. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Tiktok” sosial şəbəkəsində “Turan Avto” səhifəsini işlədən Ceyhun Savalanlı adlı şəxsə müraciət edərək xaricdən avtomobil gətirib taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. Həmin şəxs də ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. Bu barədə iş yoldaşı Zərərçəkmiş şəxs3 danışdıqda, sonuncu da onunla birlikdə bu işə qoşulmaq istədiyini söyləmişdir. Ona görə də o, Abbasəli ilə birlikdə Fəhminlə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, “Səməd Vurğun” parkının yaxınlığında olan ofisdə görüşmüşlər. Fəhmin özünü onlara “Turan avto” şirkətinin əməkdaşı kimi təqdim etmiş və onlara Dubaydan ucuz qiymətə “Toyota Prius” markalı avtomobillər gətirib onları “Uber” şirkətinə icarəyə verə biləcəyinə söz vermişdir. Bu təklif onlara maraqlı gəlmiş və buna görə xx.xx.2024-cü il tarixdə Fəhminlə 43 saylı notariat ofisində görüşüb müqavilələr bağlayaraq hər biri ona 38.080 manat, daha sonra həmin günü axşam saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 118A saylı ünvanda yerləşən “Gənclik” şadlıq sarayının yanında hər biri 16.320 manat pulu vermişlər. Lakin, Fəhmin söz verdiyi müddət ərzində avtomobilləri gətirib onlara təhvil verməmiş, sonra isə gizlənmişdir. Məhkəmədə zərər çəkmiş Zərərçəkmiş şəxs3 digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş: • xx.xx.2024-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs2 (Tərəf-1) və Təqsirləndirilən şəxs (Tərəf-2) arasındakı müqaviləyə görə “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı, yürüşü 90-130 min km olan avtomobil təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”yə 54.400 manat məbləğində pul vəsaiti ödəməyi, “Tərəf-2” isə həmin işin icrası ilə əlaqədar tərəflərin razılığı əsasında karqo terminalına təhvil verildikdən 15 gün müddətinə “Tərəf-1”ə “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı avtomobili təhvil verməyi öhdəsinə götürür, müqavilənin birinci bəndində göstərilən məbləği “Tərəf-1” “Tərəf-2”ə "xxxx" ASC-nin 43 saylı şöbəsi vasitəsilə ödəyir, “Tərəf-2” “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı avtomobili xx.xx.2024-cü il tarixədək gətirməyi və təhvil verilməsini öhdəsinə götürür (İ cild, i.v.23); • xx.xx.2024-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs3 (Tərəf-1) və Təqsirləndirilən şəxs (Tərəf-2) arasındakı müqaviləyə görə “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı, yürüşü 90-130 min km olan avtomobil təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”ə 54.400 manat məbləğində pul vəsaiti ödəməyi, “Tərəf-2” isə həmin işin icrası ilə əlaqədar tərəflərin razılığı əsasında karqo terminalına təhvil verildikdən 15 gün müddətinə “Tərəf-1”ə “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı avtomobili təhvil verməyi öhdəsinə götürür, müqavilənin birinci bəndində göstərilən məbləği “Tərəf-1” “Tərəf-2”ə "xxxx" ASC-nin 43 saylı şöbəsi vasitəsilə ödəyir, “Tərəf-2” “Toyota Prius” markalı, 2019-cu il buraxılışlı avtomobili xx.xx.2024-cü il tarixədək gətirməyi və təhvil verilməsini öhdəsinə götürür (İ cild, i.v.24); • xx.xx.2024-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs1 Müşfiq oğlu (Tərəf-1) və Təqsirləndirilən şəxs (Tərəf-2) arasındakı müqaviləyə görə 7 ədəd “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı, avtomobil təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”ə 175.000 manat məbləğində pul vəsaiti ödəməyi, “Tərəf-2” isə həmin işin icrası ilə əlaqədar xx.xx.2024-cü il müddətinə “Tərəf-1”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı 7 ədəd avtomobili təhvil verməyi öhdəsinə götürür. Müqavilənin birinci bəndində göstərilən məbləği “Tərəf-1” “Tərəf-2”ə "xxxx" ASC-nin 43 saylı şöbəsi vasitəsilə ilkin olaraq 25.940 manat pulu ödəyir, “Tərəf-2” isə həmin məbləği qəbul edir. “Tərəf-1” qalan 149.060 manat pul vəsaitini “Tərəf-2”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı 7 ədəd avtomobil təhvil verdikdən sonra ödəməyi öhdəsinə götürür. “Tərəf-2” 7 ədəd avtomobili xx.xx.2024-cü il tarixədək gətirməyi və təhvil verməyi öhdəsinə götürür (İ cild, i.v.102); • xx.xx.2024-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs4 (Tərəf-1) və Təqsirləndirilən şəxs (Tərəf-2) arasındakı müqaviləyə görə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobil təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”ə 25.800 manat məbləğində pul vəsaiti ödəməyi, “Tərəf-2” isə həmin işin icrası ilə əlaqədar xx.xx.2024-cü il müddətinə “Tərəf-1”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobili təhvil verməyi öhdəsinə götürür. Müqavilənin birinci bəndində göstərilən məbləği “Tərəf-1” “Tərəf-2”ə "xxxx" ASC-nin 43 saylı şöbəsi vasitəsilə ilkin olaraq 6.250 manat pulu ödəyir, “Tərəf-2” isə həmin məbləği qəbul edir. “Tərəf-1” qalan 19.550 manat pul vəsaitini “Tərəf-2”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobil təhvil verdikdən sonra ödəməyi öhdəsinə götürür. “Tərəf-2” “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobili xx.xx.2024-cü il tarixədək gətirməyi və təhvil verməyi öhdəsinə götürür (İ cild, i.v.168-169); • xx.xx.2024-cü il tarixli müqavilənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs5 (Tərəf-1) və Təqsirləndirilən şəxs (Tərəf-2) arasındakı müqaviləyə görə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobil təhvil verilməsi ilə əlaqədar “Tərəf-1” “Tərəf-2”ə 51.600 manat məbləğində pul vəsaiti ödəməyi, “Tərəf-2” isə həmin işin icrası ilə əlaqədar xx.xx.2024-cü il müddətinə “Tərəf-1”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobili təhvil verməyi öhdəsinə götürür. Müqavilənin birinci bəndində göstərilən məbləği “Tərəf-1” “Tərəf-2”ə "xxxx" ASC-nin 43 saylı şöbəsi vasitəsilə ilkin olaraq 12.200 manat pulu ödəyir, “Tərəf-2” isə həmin məbləği qəbul edir. “Tərəf-1” qalan 39.400 manat pul vəsaitini “Tərəf-2”ə “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobil təhvil verdikdən sonra ödəməyi öhdəsinə götürür. “Tərəf-2” “Chevrolet Cobalt” markalı, 2024-cü il buraxılışlı avtomobili xx.xx.2024-cü il tarixədək gətirməyi və təhvil verməyi öhdəsinə götürür (İ cild, i.v.173-174); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 5/162 saylı rəyinə görə təqdim edilmiş sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Realme” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Realme” markalı mobil smartfona istifadəçi tərəfindən “Qrafik açar” ilə mühafizə olunan ekran kilidi tətbiq edildiyi ünün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “imei” kodunun göstərilməməsi səbəbindən həmin smartfonun “İMEİ” kodunu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş mobil smartfonda aşkar olunmuş ekran kilidinin keçilməsi üçün mobil cihazların kriminalistik tədqiqatında istifadə edilən “UFED 4PC” adlı proqram təminatında tədqiq olunan mobil smartfonun modeli üçün yaddaşında olan məlumatları silmədən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açar” ilə mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissısi”nin 2-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olması və ya silinmiş məlumatların müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir (İİ cild, i.v.59-61); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli 611 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağallıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idrak etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanlan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.63-64); • Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən notariat qaydasında verilmiş xx.xx.2025-ci il tarixli ərizələrdə qeyd olunur ki, Təqsirləndirilən şəxs oğlu ilə aralarında barışıq olduğu üçün onun azadlığa buraxılmasına etiraz etmirlər (İİ cild); • “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2025-ci il tarixli, 4(005)-148/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.141-146); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İİ cild, i.v.15-16). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır və onun təqsiri məhkəmədə dindirilmiş şəxslərin ifadələri, habelə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddinə uyğun cəzanın əyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini, habelə vurulmuş zərərin aradan qaldırılması nəticəsində törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin azalmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdən həbsdə olması müddətini ona Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilən kimi təyin edilən cəza müddətinə hesablamır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Eyni zamanda, ekspertiza tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzanın icrası Şirvan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1313/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1313/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver