Məhkəmə qərarları › İş №1(101)-1314/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1314/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1314/2022 25.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 14 avqust 2004-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 157.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə atası X9 ilə birlikdə kirayədə yaşadığı Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə həmin evin digər otağında onlarla qonşuluqda kirayənişin yaşayan Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qardaşlarının həmin gün gecə saatlarında yüksək səslə danışmaları ilə bağlı onlara irad bildirdikdən sonra guya Zərərçəkmiş şəxs1 onun arxasınca ünvanına nalayiq söz deməsini ehtimal edərək, bundan bəhanə kimi istifadə edib heç bir əsaslı səbəb olmadan sonuncunu cəzalandırmaq, ondan qisas almaq qərarına gəlmiş və bu məqsədlə 12 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində atası X5 işə getmək üçün evdən çıxdığını görüb əvvəlcədən əldə edib evdə saxladığı soyuq silah hesab edilməyən qatlanan cib bıçağını götürüb həyətə çıxaraq birgə yaşayış qaydalarını pozmaqla ictimai yerdə-yuxarıda göstərilən ünvandakı evin həyətində, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin evdə yaşayan sakinlərin və Zərərçəkmiş şəxs3 rahatlığını pozub, onun iradlarına əhəmiyyət vermədən, uca səslə Zərərçəkmiş şəxs1 həyətə çıxmasını tələb edərək ünvanlarına nalayiq sözlər işlətmiş və bu zaman həyətdə olub onu sakitləşdirməyə cəhd edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib, əlindəki silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən bıçaqla sol qolundan vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid olub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sol bazunun aşağı 1/3-nin dirsək oynağına yaxın bayır səthinin kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirdikdən sonra xuliqanlıq hərəkətlərini davam etdirərək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan və mənzildə yaşayan Bəxtiyar və Zərərçəkmiş şəxs1 qardaşlarının iradəsinin ziddinə olaraq zor tətbiq etməklə əvvəlcə əlindəki bıçağın dəstəyi ilə sonuncuların yaşadıqları otağın giriş qapısının şüşəsini vurub sındıraraq mətbəxə, oradan isə yataq otağına açılan qapının cəftəsini ayağı ilə vurub sındırmaqla yararsız hala salaraq mənzil sahibi Zərərçəkmiş şəxs3 ümumilikdə 150 manat məbləğində ziyan vurmaqla yataq otağına daxil olduqdan sonra cinayətkar qəsdini davam etdirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs1 hücum edib, əlindəki bıçaqla onun qarın nahiyəsindən vurmuş, daha sonra ona mane olmaq üçün otağa daxil olan qardaşı Zərərçəkmiş şəxs2 gözləri qarşısında, xüsusi əzab və işgəncə verdiyini dərk etməklə bunu arzulayaraq, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 bədəninin həyat üçün vacib olan orqanlarına, eləcə də digər nahiyələrinə çoxsaylı, ardıcıl bıçaq zərbələri endirmiş, eyni zamanda ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirərək onu tutub saxlamaqla qardaşı Zərərçəkmiş şəxs1 bıçaqla vurmasına mane olmağa çalışan Zərərçəkmiş şəxs2 da sağ yanaq nahiyəsinə bıçaqla qəsdən vuraraq, ona sağlamlığa yüngül zərərvurmaya aid olub ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sifətdə və qulaq seyvanında deformasiyaya, mimik və çeynəmə pozğunluğuna, asimmetriyaya səbəb olmayan sağ yanağın, sağ qulaq seyvanının ön və dibi nahiyəsinin arxa səthlərinin yaraları ilə müşayiət olunan xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 fəal müdaxiləsi nəticəsində imkan taparaq otaqdan çıxıb bayıra qaçan Zərərçəkmiş şəxs1 təqib edərək evin həyətində sonuncunun sol qol nahiyəsindən bıçaqla daha bir zərbə vuraraq ona ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payını zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa az ağır zərərvurmaya adi olub sağlamlığın uzun müddət pozulmasına səbəb olan daxilə nüfuz etməyən, mil sinirinin zədələnməsi ilə müşayiət olunan sol saidin ön səthinin 1 ədəd geniş ölçülü dərin kəsilmiş yarası, sağlamlığa yüngül zərərvurmaya aid olub həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, döş və qarın boşluğuna nüfuz etməyən, dəri və yumşaq toxumaları zədələyən, xarici qanaxmaya səbəb olmuş döş qəfəsinin arxa səthində sol onurğayanı xətt üzrə çiyin üstü nahiyə ilə İİİ qabırğa arası sahənin, döş qəfəsinin arxa səthində sağda, arxa qoltuq xətti üzrə İV-V qabırğalararası sahənin, bel nahiyəsinin sol yarısında orta qoltuq xətti ilə arxa qoltuq xətti arası sahədə İ-İİ bel fəqərələriarası proyeksiyanın 3 ədəd kəsilmiş və sol bel-oma nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs2 və həmin vaxt həyətə toplaşan sakinlərin fəal müdaxiləsi, eləcə də vaxtında xəstəxanaya çatdırılaraq Zərərçəkmiş şəxs1 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində o, iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs1 bilavasitə qəsdən öldürülməsinə yönəlmiş hərəkətlərini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla onu öldürməyə cəhd etmiş, eyni zamanda silah qismində istifadə edilən əşyadan-bıçaqdan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla, eləcə də ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq və zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma cinayətlərini törətmişdir. Məhkəmədə yetkinlik yaşına çatmadığı dövrdə qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, atası Rasim Məmmədovla birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. Atası ilə anası təxminən bir necə il əvvəl boşanmış, bundan sonra o həm atası, həm də anası ilə birlikdə yaşamışdır. Təxminən 2021-ci ilin noyabr ayından atasının kirayədə qaldığı, Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanına köçmüşdür. Atasının kirayəyə qaldığı ev bir otaqdan və mətbəxdən ibarət olmuş, hamam otağı və tualet isə kirayədə qalanların ümumi istifadəsinə verilmişdir. Atası Rasimlə evin sahibi Zərərçəkmiş şəxs3 arasında kirayə müqaviləsi bağlanmamış, onlar şifahi razılaşmaya əsasən orada qalmış, bildiyi qədər, atası həmin evdə 2021-ci ilin oktyabr ayından yaşamış, aylıq 140 manat kirayə haqqı ödəmişdir. Həmin evdə ondan və atasından başqa heç kim qalmamış, atası Rasim Məmmədov işə gedəndə o, evdə tək qalırmış, heç yerə getməmiş, evdə oturub televizora baxmışdır. Onların kirayədə qaldıqları evlə yanaşı olan evdə adlarını hadisədən sonradan bildiyi Şəhriyar və Zərərçəkmiş şəxs2 qardaşları kirayədə qalmışlar. O, həmin şəxsləri üzdən tanısa da hadisə gününə qədər onlarla hər hansı ədavət və düşmənçiliyi olmamış, onların qaldıqları evləri ayıran divar nazik olduğundan hər iki evdə danışılan səslər ev sakinləri tərəfindən eşidilmişdir. 11 dekabr 2021-ci il tarixdə gecə saatlarında həmin kirayəşinlərin yanına adını sonradan bildiyi Şahid1 qonaq gəlmiş, həmin gün o, yorğun olduğundan təxminən saat 23:00 radələrində yatmaq istəmiş, lakin saat 02- 03 radələrində qardaşların qaldığı otaqdan gələn deyib-gülmək, telefonun musiqi səsləri ona yatmağa imkan verməmişdir. Bundan sonra o, qardaşların qaldıqları evə getmiş, qapını böyük qardaş Şəhriyar açmış, Şəhriyara öz iradını bildirərək səslərinin ona və atasına yatmağa imkan vermədiyini, sakitliyə riayət etmələrini demişdir. Şəhriyar sakit olacaqlarını bildirmiş və o, öz otağına qayıtmış, həmin vaxt atası Rasim yatırmış, o, otaqda olan zaman yenidən Şəhriyarın səsini eşitmiş, sanki onun ünvanına nalayiq ifadələr işlətmiş, ona elə gəlmişdir ki, Şəhriyar və ya onun yanında olan qardaşı Bəxtiyar, ya da sonuncuların dostları Şahid1 ona qarşı nalayiq ifadələr işlədərək onu lağa qoyurlar. O, ilk öncə yenidən Şəhriyargilin yanına qayıdıb söhbət etmək istəsə də, atası evdə olduğundan, məsələni səhəri gün atası işə gedəndən sonra aydınlaşdırmaq qərarına gəlmişdir. Çünki atasının yanında sərbəst ola bilməyəcəyini, atası ona Şəhriyarın səhvini düzgün izah etməyə imkan verməyəcəydi. Buna görə də əsəblərini cilovlayıb yatmış, 12 dekabr 2021-ci il tarixdə saat təxminən 10:30 radələrində yuxudan oyanmış, atası Rasim Məmmədov, hər zaman olduğu kimi, işə getmiş, o, isə gecə baş verən söhbəti aydınlaşdırmaq qərarına gəlmişdir. Gündəlik məişətdə istifadə etdikləri bıçağı götürərək şalvarının sağ bel hissəsinə qoyub çölə çıxmış, bıçağı götürməkdə məqsədi Şəhriyargilin üç nəfər olması səbəbindən dava düşəcəyi təqdirdə özünü müdafiə etmək olmuşdur. Yəni o, Şəhriyarla olan söhbəti necə olursa-olsun birdəfəlik həll etmək istəmiş, onun Şəhriyargili bıçaqla vurmaq niyyəti olmamışdır. Lakin sonradan, əsəbi olduğundan, özünü itirmiş, özü ilə götürdüyü bıçaqla Bəxtiyarı və Şəhriyarı vurmuş, o, həyətə çıxanda Şəhriyarın kiçik qardaşı Bəxtiyarın ümumi istifadə etdikləri hamam otağından çıxdığını görmüş, Bəxtiyara yaxınlaşaraq Şəhriyarı çağırıb həyətə gəlmələrini, söhbət etmək istədiyini bildirmişdir. Bəxtiyarı da söhbət çağırmağının səbəbi səhər vaxtı ilk onu görməsi olmuş, o, böyük qardaş kimi, Şəhriyarla söhbət etmək, axşam eşitdiyi səsləri aydınlaşdırmaq istəmişdir. Bəxtiyar ona Şəhriyarın yatdığını, nə sözü varsa ona deməsini bildirmiş, o isə bir daha Bəxtiyardan Şəhriyarı çağırmasını istəmiş, bundan sonra Bəxtiyar evə daxil olmuş, Şəhriyarı çağırmışdır. Şəhriyar qapıya çıxıb nə lazım olduğunu soruşmuş, o isə «səninlə söhbətim var həyətə gəl» deyə bildirmiş, lakin Şəhriyar ona «Niyə sənin ayağına gəlirəm, sözün var burda de» deyə bildirməklə həyətə gəlməkdən imtina etmişdir. Şəhriyarın cavabı onu özündən çıxarmış, o, əsəblərini cilovlaya bilməyib, şalvarının sağ belində olan qatlanan tipli bıçağı çıxarıb evə daxil olmaq istəmiş, lakin evin giriş qapısının qarşısında olan Bəxtiyar qabağına keçib hər iki əli ilə onun əllərini tutaraq çıxıb getməsini xahiş etmişdir. O, əsəbi olduğundan Bəxtiyarla mübarizə aparanda sağ əlində olan bıçaqla sonuncunun sol qoluna bir dəfə zərbə endirmişdir. Bundan sonra Bəxtiyar kirayədə qaldıqları evin sahibinin evinə tərəf qaçıb həmin evə girmiş, o, Şəhriyarın və onların dostu olan Şahid1 qaldıqları otağa girmək istəyəndə ev sahibi Qənirə səs-küyə gələrək onun qolundan tutub sakitləşdirməyə çalışmış, o da qışqıraraq Qənirədən onu buraxmasını tələb etmiş, Qənirə də bir söz demədən onun qolunu buraxmışdır. Həmin vaxt o, ev sahibinə zor tətbiq etməmiş, xəsarət yetirməmiş, bundan sonra evə daxil olmaq istəyəndə Şəhriyar qapını arxadan tutduğuna görə evə daxil ola bilməmişdir. Bu səbəbdən giriş qapısının şüşələrini sındırıb bıçağı içəri doğru hərləmişdir ki, Şəhriyar qorxub qapını açsın. Şəhriyar geri çəkiləndən sonra qapının cəftəsinə doğru bir-iki təpik zərbəsi endirmiş, qapı açılan kimi Şəhriyarı mətbəxin qarşısında tutmuş və sonuncunun qarın nahiyəsinə bir dəfə bıçaqla zərbə endirmişdir. Şəhriyar yataq otağına doğru geri çəkiləndə isə bir necə dəfə sonuncunun kürək nahiyəsinə zərbələr endirmişdir. Həmin vaxt o, Şahid1 vurmamış, onun mübahisəsi yalnız Şəhriyarla olmuşdur. O, Şəhriyarı bir neçə dəfə bıçaqla vurduqdan sonra Bəxtiyar otağa gəlmiş, onu arxdan tutub geriyə doğru çəkmiş, həmin vaxt Şəhriyara vurmaq istədiyi bıçaq zərbəsi Şəhriyarın sol qoluna dəymiş, Bəxtiyar onu geriyə doğru çəkdiyindən hər ikisi yerə yıxılmış, bıçaq əlindən düşsə də o, yenidən bıçağı götürüb əlində saxlamışdır. Onun sol əli Bəxtiyarın ayaqlarının arasında qalmış, Bəxtiyar Aminə bıçağı onun əlindən almasını bildirmiş, Amin bıçağı almaq istəsə də, ala bilməmişdir. Bəxtiyar qışqıraraq Şəhriyardan çölə çıxmasını istəmiş, Şəhriyar çölə qaçmış, o, Bəxtiyarın əlindən çıxmaq məqsədi ilə bıçaqla geriyə doğru zərbə endirəndə bıçaq Bəxtiyarın sağ qulağını və üzünü bir qədər yaralamışdır. Daha sonra Amin də evdən çıxmış, bir necə dəqiqədən sonra Bəxtiyar onu buraxıb evin həyətinə qaçmışdır. O, sərbəst qaldıqdan sonra, Bəxtiyarla heç bir ədavəti olmadığından, sonuncunun arxasınca qaçmamış, Şəhriyarı axtarmağa başlamışdır. Küçəyə çıxanda Şəhriyarı görüb onu tutmuş, həmin vaxtı Şəhriyar onun zərbələrinin qarşısını almaq məqsədi ilə hər iki əlindən tutmuş, lakin o, küçədə də bir dəfə Şəhriyara zərbə endirmiş, onun sol qolu kəsilmişdir. O, Şəhriyarı yenə də vurmaq istəyəndə mübahisə olan yerə çoxlu adam yığışdığını görüb hadisə yerindən qaçmış, 12 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la onun arasında baş verən mübahisə zamanı o, hər hansı xəsarət almamışdır. Məqsədi fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaq olmamış, lakin Şəhriyarın qapını bağlayaraq həyətə çıxmaması onu özündən çıxartmış, buna görə də mənzilə daxil olmuşdur. Həmin gün axşam saat 19:00-dək adını və ünvanını bilmədiyi parkda olmuş, axşam saatlarında atası ona zəng vurub «hər şey yaxşıdır, məsələni yoluna qoydum, «Zərifə Əliyeva» adına göz klinikasının yanında durub səni gözləyirəm» demişdir. O da atasının dediyi yerə getmiş, həmin yerdə olan vaxt tanımadığı polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək onlarla birlikdə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb təxminən 30 dəqiqədən sonra Binəqədi rayon Polis idarəsinin istintaq şöbəsinə aparıldığını öyrənmişdir. Hadisə vaxtı onun əynində qara rəngli şalvar və ağ rəngli köynək olmuş, həmin paltarları köhnəldiyindən Bakı istintaq təcridxanasında olan zaman tullamışdır. Onun əvvəllər hər hansı psixi və ya psixoloji, o cümlədən hər hansı digər ağır xəstəliyi olmamış, o, heç zaman hər hansı problemlə bağlı həkimə müraciət etməmiş, narkotik vasitə və ya spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsləri ümumiyyətlə öldürmək niyyəti olmamışdır. Məhkəmədə qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2018-ci ildə qardaşı Şəhriyar Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə daxil olandan sonra təhsili ilə bağlı Bakı şəhərinə köçmüş, həmin vaxtdan müxtəlif evlərdə kirayədə qalaraq ali təhsil almışdır. 2021-ci ili sentyabr ayında universitetdə dərslər başladığından Şəhriyar yenidən Bakı şəhərinə köçmüş, o da orta məktəbi bitirdikdən sonra qardaşı Şəhriyarın yanına gəlmişdir. Şəhriyar ünvan 4 ünvanında Zərərçəkmiş şəxs3 məxsus evdə kirayədə qalmışdır. Həmin həyətdə kirayə verilən digər bir ev də olmuş, onların kirayə qaldıqları ev bir otaqdan və mətbəxdən ibarət olmuş, hamam otağı və tualet isə kirayədə qalanların ümumi istifadəsinə verilmişdir. Bildiyi qədər, Zərərçəkmiş şəxs3 ilə qardaşı arasında kirayə müqaviləsi bağlanmamış, Şəhriyar aylıq 140 manat kirayə haqqı ödəmiş, təxminən 2021ci ilin oktyabr ayında əvvəllər tanımadığı, adını istintaq zamanı öyrəndiyi Təqsirləndirilən şəxs və atası Rasim onların yaşadıqları həyətdə yerləşən digər evə kirayəşin kimi köçmüşlər. Zərərçəkmiş şəxs3 məxsus evdə başqa kirayədə qalan olmamış, onların və Raqibin yaşadığı evlərin yanbayan, ara divarı isə çox nazik olduğundan evdə danışılan səslər digər sakinlər tərəfindən eşidilmişdir. O, və qardaşı Şəhriyar, Raqib və atası Rasimi üzdən tanısalar da baş vermiş hadisəyə qədər onlarla münasibətləri olmamış, aralarında hər hansı mübahisə baş verməmişdir. Təqsirləndirilən şəxs və onların kirayə götürdükləri otağın hamam-tualeti ümumi olmuş, Şahid1 onun sinif yoldaşı, qardaşı Şəhriyarın isə yaxın dostudur. Amin Bakı şəhərində musiqiçiliklə məşğul olur, aradabir onlara gələrək, birlikdə vaxt keçirərək onlarda gecələmişdir. 11 dekabr 2021-ci il tarixdə o, qardaşı Şəhriyarla birlikdə evdə olmuş, saat təxminən 23 radələrində Şahid1 onlara qonaq gəlmiş, onlar birlikdə söhbət edib deyib-gülmüşlər. Saat təxminən 02-03 radələrində yatmağa hazırlaşarkən otağın qapısı döyülmüş, qapını qardaşı Şəhriyar açmış, qonşuluqda kirayə yaşayan Təqsirləndirilən şəxs qapının qarşısında dayanmışdır. Raqib əsəbi şəkildə Şəhriyara öz iradını bildirərək evdə etdikləri söhbətlərin səsinin onu narahat etdiyindən yata bilmədiyini bildirib sakit olmalarını istəmişdir. Onlar əslində səs-küy salmamış, lakin Şəhriyar Raqibin iradını qəbul edib üzrxahlıq etmiş, artıq yatmağa hazırlaşdıqlarını bildirərək sonuncu ilə sağollaşmışdır. Həmin vaxt Şəhriyarla Raqib arasında hər hansı mübahisə, narazılıq olmamış, onlardan heç kim Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməmiş, Raqib də onlara qarşı heç bir kobudluq etmədən, sakitcə çıxıb getmişdir. Bundan sonra onlar yatmış, 12 dekabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində o, yuxudan oyanmış, qardaşı Şəhriyar və dostu Amin otaqda yatmış, bir qədər telefonda videoroliklərə baxdıqdan sonra həyətdə olan ümumi istifadə etdikləri hamam otağına gedib əl-üzünü yumuş, otağa qayıdanda Təqsirləndirilən şəxs həyətdə əsəbi şəkildə gəzişdiyini görmüşdür. O, qaldığı otağa daxil olmaq istəyəndə Raqib onu səsləyərək yanına gəlmiş, qardaşı Şəhriyarı çağırmasını istəmiş, o da Raqibə hazırda Şəhriyarın yatdığını, nə sözü varsa ona bildirməsini demiş, Raqib isə ona yalnız Şəhriyar lazım olduğunu bildirmişdir. O, Raqibə yuxudan oyananda Şəhriyara onunla əlaqə saxlaması barədə məlumat verəcəyini deyib evə doğru getmək istəyəndə Raqib cibindən bıçağı çıxarıb onun üzərinə hücum etmiş, o da hər iki əli ilə Raqibin əllərini tutmuşdur ki, onu bıçaqla vura bilməsin. Lakin Raqib onun əlindən çıxmış və sağ əlində olan bıçaqla bir dəfə onun sol dirsək nahiyəsinə xəsarət yetirmişdir. Raqib onun əlindən çıxıb evə daxil olmağa çalışmış, lakin o, sonuncunu tutub saxlamış, Səs-küyə ev sahibi Qənirə qapını acıb onlara baxmış, o, fürsət tapıb qaçaraq Qənirənin evinə daxil olmuş və qışqıraraq Şəhriyara qapını bağlamasını bildirmişdir. Qənirə onun yaralı olduğunu görüb, nə baş verdiyini aydınlaşdırmaq üçün evdən çıxaraq Raqibi sakitləşdirməyə çalışmış, qonşuları köməyə çağırmışdır. O isə qapını içəridən bağlamış, Qənirənin evinin pəncərəsindən baxan zaman Raqibin onların yaşadıqları evin giriş qapısının pəncərəsini əlindəki bıçaqla sındırdığını görmüşdür. Həmin vaxtı Raqib Şəhriyarın ünvanına nalayiq ifadələr işlətmiş, Raqib qapını sındırıb Şəhriyarın yaşadığı evə daxil olmuş, içəri daxil olan zaman əlində bıçaq olmuşdur. O, Raqibin Şəhriyara nə isə edəcəyindən qorxduğundan Qənirəyə məxsus evdən çıxıb yaşadıqları evə qaçmış, içəri daxil olan zaman Raqibin Şəhriyara bıçaqla zərbələr endirdiyini, Aminin isə sonucunu kənara çəkməyə çalışdığını görmüşdür. Həmin vaxt qardaşı Şəhriyar qan içində olmuş, o, Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq məqsədi ilə onu arxandan tutub geriyə çəkmiş, həmin vaxt Raqibin əlindəki bıçaq Şəhriyarın qolunu kəsmiş, onun qolundan həddindən çox qan axmağa başlamış, o, Raqibi birtəhər geriyə doğru çəkən zaman hər ikisi yerə yıxılmış, Bıçaq Raqibin əlindən yerə düşsə də o, yenidən dərhal bıçağı əlinə almışdır. O, Raqibin sol əlini ayaqları ilə tutmuş, bıçaq isə sağ əlində qalmışdır. Fürsətdən istifadə edib Şəhriyara otaqdan çıxmasını bildirmiş, Şəhriyar otaqdan çölə çıxmış, sonra o, Amindən ona kömək etməsini, Raqibin əlindən bıçağı almasını bildirsə də Amin sonuncudan bıçağı ala bilməmişdir. Raqib əlindəki bıçaqla yenidən onu vurmaq istəmiş, həmin vaxt o, Raqibi arxadan tutduğundan sonuncu onu görə bilmirmiş, bu səbəbdən bıçağı arxaya doğru hərləmiş, o, başını arxaya çəkəndə bıçağın kəsici tərəfi sağ qulağını kəsmişdir. Bundan sonra Amin otaqdan çölə qaçmış, o, isə Raqiblə tək bacarmayacağını görüb həyətə qaçmış və Qənirənin yaşadığı ev tərəfdə gizlənmişdir. Təqsirləndirilən şəxs çölə, qardaşı Şəhriyarın dalınca getmiş, həmin vaxt kiminsə «uşağı vurdu» deyə qışqırdığını eşitmişdir. O, həyətə çıxan zaman artıq Raqib qaçıb getmişdir. Hadisədən sonra o və qardaşı artıq həmin evdə yaşamırlar. Habelə, 12 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs hansı səbəbdən ona və qardaşına hücum edərək bıçaqla zərbələr endirməsi barədə hər hansı fikri yoxdur, çünki aralarında heç bir mübahisə olmamışdır.12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində Təqsirləndirilən şəxs qardaşı Şəhriyarla söhbət edən zaman hər hansı nalayiq ifadədən istifadə etməmiş, 12 dekabr 2021-cu il tarixdə saat 11 radələrində isə Təqsirləndirilən şəxs onlarla mübahisə edən zaman onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində Şəhriyarla söhbət edib evə qayıtdıqdan sonra otağın divarı nazik olduğundan səslər eşitdiyini, onların və Şəhriyarın sonuncunun ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini düşünməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tamamilə yalandır. O və qardaşı Şəhriyar 12 dekabr 2021-ci il tarixdə saat 02- 03:00 radələrində Təqsirləndirilən şəxs onların evindən gedəndən sonra sonuncunun ünvanına nalayiq ifadə işlətməmiş, onu təhqir etməmişlər. 12 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Şahid1 hər hansı xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə hücum çəkib bıçaqla zərbələr endirmiş, daha sonra isə qardaşı Şəhriyarın üzərinə hücum çəkmişdir. Raqib daha çox Şəhriyarla dava etmiş, ondan Şəhriyarı çağırmasını istəmiş, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən ona iki bıçaq zərbəsi endirilmişdir. Birinci bıçaq zərbəsi sol qolundan dəymiş, ikinci bıçaq zərbəsi isə sağ yanağından dəyib sağ qulağını kəsmişdir. Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr endirən vaxt o, sonuncudan aman diləməmiş, onu vurmaması üçün ona yalvarmamışdır. Hadisə vaxtı onun əynində boz rəngli kofta və boz rəngli idman şalvarı olmuş, həmin paltarları hadisədən sonra tullamışdır. Onun əvvəllər hər hansı psixi və ya psixoloji, o cümlədən hər hansı digər ağır xəstəliyi olmamış, o, heç vaxt hər hansı problemlə bağlı həkimə müraciət etməmiş, narkotik vasitə və ya spirtli içki qəbul etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2018-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2021-ci ili sentyabr ayında universitetdə dərslər başladığından ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evi kirayə tutmuş, həmin ev 01 otaqdan və mətbəxdən ibarət olmuş, hamam otağı və tualet isə kirayədə qalanların ümumi istifadəsinə verilmişdir. Onunla Zərərçəkmiş şəxs3 arasında kirayə müqaviləsi bağlanmamış, o, həmin evdə şifahi razılaşmaya əsasən qalırmış, aylıq 140 manat kirayə haqqı ödəmişdir. Qardaşı Bəxtiyar da orta məktəbi bitirdikdən sonra onun yanına gəlmiş, onlar bir evdə qalmış, təxminən 2021-ci ilin oktyabr ayında əvvəllər tanımadığı, adını istintaq zamanı öyrəndiyi Təqsirləndirilən şəxs və atası Rasim də onların yaşadığı həyətdə yerləşən evlərdən birinə kirayəşin kimi köçmüşlər. Zərərçəkmiş şəxs3 məxsus evdə başqa kirayəşin olmamış, onun və Raqibin yaşadığı evlər yanbayan və ara divar isə nazik olduğundan evdə danışılan səslər digər sakinlər tərəfindən eşidilmişdir. O və qardaşı Bəxtiyar, Raqib və Rasimi üzdən tanısalar da, baş vermiş hadisəyə qədər onlarla münasibətləri olmamış, aralarında hər hansı mübahisə baş verməmişdir. Təqsirləndirilən şəxsla onların kirayə qaldıqları otağın hamam-tualeti ümumi olmuş, Şahid1 onun yaxın dostudur, Amin Bakı şəhərində musiqiçiliklə məşğul olur, aradabir onlara gələr, birlikdə vaxt keçirər, onlarla gecələyərdi. 11 dekabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində Şahid1 işdən sonra onlara qonaq gəlmiş, həmin vaxt evdə yalnız o və qardaşı Bəxtiyar olmuşdur. Bir qədər söhbət edib yatmağa hazırlaşarkən saat təxminən 02-03 radələrində qapı döyülmüş, qapını açanda qonşuluqda kirayə yaşayan Təqsirləndirilən şəxs qapının qarşısında dayandığını görmüşdür. Raqib əsəbi şəkildə ona iradını bildirərək evdə etdikləri söhbətin səsinin onun başına düşdüyündən yatmağa imkan vermədiyini bildirməklə sakit olmalarını istəmişdir. Bir qədər əvvəl qeyd etdiyi kimi, otaqlar yanbayan olduğundan onların danışıq səsləri Raqibin yaşadığı otaqdan eşidilə bilərdi. Buna görə də Raqibdən üzrxahlıq edib, artıq yatmağa hazırlaşdıqlarını bildirərək sonuncu ilə sağollaşmışlar. Həmin vaxt onunla Raqib arasında hər hansı mübahisə, narazılıq olmamış, onlardan heç kim Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməmişdir. Həmçinin Bəxtiyar və Amin ilə Raqib ünsiyyətdə olmamışlar. Raqib də onlara qarşı heç bir kobudluq etmədən, sakitcə çıxıb getmiş, sonra onların hər üçü yatmışlar. 12 dekabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində o, yuxudan oyanmış, otaqda yalnız Amin olmuş, həyətdən, yəni hamamtualetin yerləşdiyi tərəfdən səs-küy eşidib mətbəxə getmişdir. Belə ki, evin giriş qapısı birbaşa olaraq mətbəxə açılmış, giriş qapısının üzərində şüşə pəncərələr olduğundan həyətdə olanları aydın şəkildə görmək olmuşdur. Qapının pəncərəsindən Bəxtiyarın Raqibin hər iki əlindən tutduğunu, Raqibin sanki evə daxil olmağa çalışdığını görmüş, həmin vaxt Raqib Bəxtiyarın sol qoluna bıçaqla bir dəfə zərbə endirmiş, Bəxtiyar qışqıraraq ondan evin qapısını bağlamasını istəmişdir. O, cəld şəkildə evin giriş qapısını bağlamış, Bəxtiyar ev sahibi Qənirənin yaşadığı evə doğru qaçıb içəri girmiş, Raqib isə onun kirayədə qaldığı evinin giriş qapısının qarşısında durub qışqıraq həyətə çıxmasını istəmiş, həmin vaxtı Raqib qışqıraraq onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədib, onun təkidlə çölə çıxmasını istəmişdir. Raqibin əlində bıçaq olduğundan və Bəxtiyara bıçaqla zərbə endirdiyindən o, qorxub həyətə çıxmamış, həmin vaxt artıq Amin də səsə oyanmış, Raqib əvvəlcə əlindəki bıçaqla onların yaşadıqları evin giriş qapısının şüşəsini sındırmışdır ki, o, qapını açsın. Lakin o, qapını arxadan tutub saxlamışdır ki, Raqib evə daxil ola bilməsin. Həmin vaxt Raqib əlindəki bıçağı sındırdığı çərçivədən içəri salaraq ona doğru hərləmişdir ki, ona xəsarət yetirib qapını aça bilsin. O, isə bıçaq zərbəsinin ona dəyəcəyindən qorxub yataq otağına geri çəkilmiş, həmin vaxt Raqib çöl qapını açıb içəri daxil olmuş, o, yataq otağın qapısını bağladığından, Raqib ayağı ilə qapının cəftəsinə bir necə dəfə ardıcıl zərbələr endirib qapının ortasında olan çərçivədəki taxtanı sındırdığından o, qapını buraxmışdır. Raqib içəri daxil olmaqla, onun üzərinə hücum çəkərək əlindəki bıçaqla bir dəfə qarın nahiyəsinə zərbə endirmiş, daha sonra onu yatdığı çarpayının yanında tutaraq əlindəki bıçaqla ardıcıl zərbələr endirməyə davam etmişdir. Amin Raqibi kənara çəkməyə çalışsa da Raqib, yenə də onun üzərinə hücum çəkmiş, Raqibin ona endirdiyi bıçaq zərbələri daha çox qarın, bel və sinə nahiyələrinə dəymişdir. Həmin vaxtı Bəxtiyar da otağa daxil olmuş, Aminə kömək edərək Raqibi ondan kənarlaşdırmağa çalışmışdır. Bəxtiyar Raqibi arxadan tutub saxlasa da Raqib onun əlindən çıxmağa çalışmış, Raqib yenindən ona bıçaqla zərbə endirəndə Bəxtiyar sonuncunu geriyə doğru çəkdiyindən, bıçaq zərbəsi onun sol qolunu kəsmişdir. Bəxtiyar Raqibi ondan kənara çəkən zaman hər ikisi yerə yıxılmış, ondan çox qan axdığına görə Bəxtiyar qışqıraraq çölə çıxmasını tələb etmişdir. O, da Bəxtiyarın sözü ilə otaqdan çölə çıxmış, o, küçəyə çıxandan sonra halı pisləşdiyindən yerə yıxılmış, həmin vaxt Raqib əlində bıçaqla yenidən onun üzərinə hücum etmiş, o, özünü müdafiə etmək üçün Raqibin hər iki əlini tutub saxlamağa çalışsa da, Raqib onun sol qoluna bıçaqla zərbə endirə bilmişdir. Həmin vaxt qonşuluqda yaşayan şəxslər onun yanına gəldiklərindən, Raqib onu buraxıb hadisə yerindən qaçmışdır. O, həmin vaxt huşunu itirmiş, ayılanda isə 1 saylı klinik tibbi mərkəzdə olduğunu öyrənmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində Təqsirləndirilən şəxs onların evindən gedəndən sonra o və Bəxtiyar Raqibin ünvanına nalayiq ifadə işləməmiş, onu təhqir etməmişlər. 12 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Şahid1 xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə hücum çəkib bıçaqla zərbələr endirmişdir. Raqib onu öldürməyə çalışmış, lakin qardaşı Bəxtiyarın onu tutub saxlaması, küçədə isə insanların toplaşması səbəbindən Raqib öz niyyətini başa çatdıra bilməyib hadisə yerindən qaçmışdır. Baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla onun qarın boşluğuna və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, xəsarətlərinin yetirilmə ardıcıllığı dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr endirən zaman o, sonuncudan aman diləməmiş, onu vurmaması üçün yalvarmamış, yalnız əlindən qaçıb həyatını xilas etmək istəmişdir. X6 çağırmasını bildirsə də, Bəxtiyarın onun yatdığını, nə sözü varsa ona deməsini istəməsi, sonuncunun isə Bəxtiyardan bir daha onu çağırmasını istəməsi, bundan sonra Bəxtiyarın evə daxil olaraq onu çağırması, onun da çıxıb nə lazım olduğunu soruşması, sonuncunun «səninlə söhbətim var həyətə gəl» deyə bildirməsi, onun isə «sənin niyə ayağına gəlirəm, sözün var burda de» deyə bildirməklə həyətə çıxmaqdan imtina etməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tamamilə yalandır. 12 dekabr 2021-ci il tarixdə saat 11 radələrində onunla Raqibin arasında sonuncunun ifadəsində qeyd etdiyi məzmunda söhbət olmayıb, o, Raqibə «mən sənin ayağına niyə gəlirəm, sözün var burda de» deyə bildirməmişdir. Əksinə o və Bəxtiyar Raqibə evə daxil olmağa imkan verməmiş, hadisə zamanı onun əynində ağ rəngli mayka və qara rəngli cins şalvar olmuşdur. Həmin paltarları hadisədən sonra tullamış, onun əvvəllər hər hansı psixi və ya psixoloji, o cümlədən hər hansı digər ağır xəstəliyi olmamış, o, heç zaman hər hansı problemlə bağlı həkimə müraciət etməmiş, narkotik vasitə və ya spirtli içki qəbul etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, əri Səyyadla birlikdə ünvan 5 ünvanında yaşayır. Həmin fərdi yaşayış evinin bəzi otaqlarını maddi cəhətdən ailəsinin vəziyyəti ağır olduğuna kirayəyə verərək dolanışığını təmin edir. Belə ki, giriş qapısından içəri daxil olduqda sağ tərəfdə kirayədə qalanların ümumi istifadə etdikləri hamam-tualet, kirayəyə verilən iki yataq otağı, üzbəüzdə isə ona məxsus fərdi yaşayış evi yerləşir. Onun kirayə verdiyi evlərinin hər birinin giriş qapısı ayrıdır, hər birində balaca mətbəx var. Zərərçəkmiş şəxs1 təxminən 2 ilə yaxındır ki, həmin otaqlardan birində kirayədə qalır, yay aylarında isə yaşadığı rayona qayıdır. 2021-ci ili sentyabr ayından Şəhriyar yenidən ona məxsus evdə kirayədə qalmağa başlamış, Şəhriyarın yaşadığı ev giriş qapısından sağda olan ikinci otaqdır. Şəhriyar həmin evdə qardaşı Bəxtiyarla birlikdə yaşamış, kirayə haqqı olaraq 140 manat pul ödəmişdir. Onların arasında kirayə müqaviləsi bağlanmamış, təxminən 2021-ci ilin oktyabr ayında giriş qapısından sağ tərəfdə olan birinci otaqda Rasim Məmmədov və oğlu Raqib kirayədə qalmağa başlamışlar. Rasim Məmmədovla onun arasında kirayə müqaviləsi bağlanmamış, onlar şifahi razılaşmaya əsasən kirayədə qalmış, aylıq 140 manat kirayə haqqı ödəmişlər. Hadisə gününə qədər Şəhriyar, Bəxtiyar və Raqib arasında hər hansı bir ədavətin, düşmənçiliyin olmasının şahidi olmamışdır. 12 dekabr 2021-ci il tarixdə, səhər təxminən saat 11 radələrində evdə olarkən çöldən səs-küy səsləri eşitmiş, həmin vaxt əri Səyyad artıq evdə olmamışdır. Nə baş verdiyini öyrənmək üçün giriş qapısından həyətə baxanda Raqibin əlində bıçaq olduğunu, Bəxtiyarın isə hər iki əli ilə Raqibin əlindən tutub saxladığını görmüşdür. Həmin vaxt Bəxtiyar qaçaraq onun evinə daxil olmuş, onun sol qolu qan içində olmuş, o, bir söz soruşmadan Raqibin yanına gedərək qabağına keçmiş, əlindən tutub sakitləşməsini istəmiş, lakin Raqib sakitləşməmiş, Şəhriyarın qaldığı evdə doğru getmək istəmiş, qışqıraraq onu buraxmasını demişdir. Raqib onun əlindən çıxıb Şəhriyarın qaldığı evin qarşında duraraq qapını açmasını istəmiş, həmin vaxt Raqib ona heç bir xəsarət yetirməmiş, hədə-qorxu gəlməmişdir. Sadəcə qışqıraraq onu buraxmasını istəmiş, onun əlindən çıxdıqdan sonra Raqib əlində olan bıçaqla Şəhriyargilin yaşadıqları evinin giriş qapısının şüşələrini vurub sındırmış, Raqib Şəhriyarın qaldığı evə daxil olanda o, küçəyə çıxıb qonşuları səsləmişdir. Qapıdan həyətə baxan zaman Bəxtiyarın ona məxsus evdən çıxaraq kirayə qaldığı evə daxil olduğunu görmüş, təxminən 3-5 dəqiqədən sonra Şəhriyar otaqdan çıxaraq küçəyə qaçmış, artıq ətrafa yoldan keçənlər, qonşuluqda yaşayan şəxslər toplaşmışlar. Raqib küçəyə çıxandan sonra bir dəfə də küçədə Şəhriyara bıçaqla xəsarət yetirmiş, lakin bıçaq zərbəsinin dəqiq olaraq Şəhriyarın hansı nahiyəsinə dəyməsini görə bilməmişdir. Onun kömək istədiyini və ətrafa insanların yığışdığını görən Raqib hadisə yerindən qaçıb getmiş, bir müddətdən sonra onun yaşadığı evin həyətinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri gəlmişlər. Polis əməkdaşları Şəhriyarı sorğu-sual edəndən sonra həkimlər Şəhriyarı xəstəxanaya aparmış, bir müddətdən sonra Bəxtiyar və onların dostu olan bir şəxs həyətdən küçəyə çıxmış, Bəxtiyarın üzünün sağ tərəfində qan izi olmuşdur. Baş vermiş hadisə nəticəsində Şəhriyargilin kirayə yaşadıqları otağın qapısının şüşəsinin və cəftəsinin qırılması nəticədə ona 150 manat miqdarında maddi ziyan dəymişdir. 12 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Şəhriyar, Bəxtiyar və Təqsirləndirilən şəxs aralarındakı mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamış, lakin Raqibin Şəhriyarla mübahisə etdiyini, ondan qapını açmasını, çölə çıxmasını istədiyini görmüşdür. 12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində o, artıq yatmış, hər hansı səs-küy, kiminsə nalayiq ifadələr işlətməsini eşitməmişdir. Ətrafa toplaşan insanlar isə onun yaşadığı evin həyətinə daxil olmamış, baş verənləri kənardan izləmişlər. Həmin vaxt o, həyəcanlı olduğundan ətrafda kimlərin olmasına fikri verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Bəxtiyar onun sinif yoldaşı olmuş, Şəhriyarla isə dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs1 Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində ali təhsil alır və hadisə gününə qədər ünvan 4 ünvanında yerləşən evdəki otaqların birində kirayə yaşamışdır. Bəxtiyar orta məktəbi bitirdikdən sonra Şəhriyarla birlikdə həmin evdə yaşamış, o, Bakı şəhərində musiqiçiliklə məşğul olur, vaxtı olanda işdən sonra gedib Şəhriyara baş çəkər, birlikdə vaxt keçirər, bəzi vaxtlar isə gecələr onlarla birlikdə qalırmış. Şəhriyargilin kirayədə qaldığı evdə bir neçə dəfə olsa da Təqsirləndirilən şəxs hadisə gününə qədər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Həmçinin Şəhriyar, Bəxtiyar və Raqibin heç vaxt mübahisə etmələrinin şahidi olmamışdır. 11 dekabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində işdən sonra Şəhriyarın kirayədə qaldığı evə getmiş, Şəhriyar və qardaşı Bəxtiyar evdə olmuşlar. Onlar bir qədər söhbət edib yatmağa hazırlaşarkən otağın qapısı döyülmüş, qapını Şəhriyar açmış, qonşuluqda kirayə yaşayan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əsəbi şəkildə Şəhriyara iradını bildirərək evdə etdikləri söhbətlərin səsinin onu narahat etdiyi üçün yata bilmədiyini bildirib sakit olmalarını tələb etmişdir. Onlar əslində səs-küy salmamış, lakin Şəhriyar Raqibin iradını qəbul edib üzrxahlıq etmiş, yatmağa hazırlaşdıqlarını bildirərək sonuncu ilə sağollaşmışdır. Həmin vaxt Şəhriyarla Raqib arasında hər hansı mübahisə, narazılıq olmamış, onlardan heç kim Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməmişlər. Raqib də onlara qarşı heç bir kobudluq etmədən, sakitcə çıxıb getmiş, bir qədər sonra hər üçü yatmış, 12 dekabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində giriş qapısının şüşələrinin qırılması səsinə oyanmışdır. Şəhriyar otaqda, mətbəx tərəfdə olmuş, çöldən bir nəfər Şəhriyarın ünvanına nalayiq ifadələr işlədərək çölə çıxmasını istəmiş, lakin Şəhriyar ona cavab verməmişdir. Bəxtiyar isə otaqda olmamış, şüşələr qırılan zaman Şəhriyar çöl qapısını tutub saxlamış, həmin vaxt şüşəni qıranın Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, həyəcanlı olduğundan yataq otağından çıxmamış, şüşələrin sındığını görən Şəhriyar yataq otağına qayıdıb qapını bağlamış, lakin Raqib qapıya təpiklə zərbələr endirib qapının ortasında olan çərçivədəki taxtanı sındırmış və bunu görən Şəhriyar qapını tutmağı buraxmışdır. Raqib içəri daxil olan kimi Şəhriyarın üzərinə hücum çəkmiş və əlindəki bıçaqla Şəhriyarın qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. O, Raqibi Şəhriyardan kənara çəkməyə çalışsa da gücü çatmamış, Həmin vaxt Bəxtiyar da otağa daxil olmuş, ona kömək edərək Raqibi kənarlaşdırmağa çalışmışlar. Bəxtiyar Raqibi arxadan tutub saxlasa da Raqib onun əlindən çıxmağa çalışmış, Şəhriyara bıçaqla zərbə endirmək istəmiş, Bəxtiyar Raqibi geriyə doğru çəkən zaman hər ikisi yerə yıxılmışlar. Bəxtiyar ona Raqibin əlindəki bıçağı almasını bildirmiş, həmin vaxt Raqib bıçağı geriyə doğru hərləmiş və bıçaq Bəxtiyarın sağ qulaq nahiyəsinə dəymişdir. O, bıçağı Raqibdən ala bilməmiş, Bəxtiyar qışqıraraq Şəhriyara çölə çıxmasını bildirmiş, Şəhriyar çölə çıxandan sonra o da evin həyətinə çıxıb gizlənmişdir. Ondan sonra Bəxtiyar da evdən çıxıb həyətdə gizlənmiş, Raqib isə əlində bıçaqla küçəyə qaçmış, həmin vaxt kimsə «uşağı vurdu» deyə qışqırmışdır. O və Bəxtiyar küçəyə çıxanda Şəhriyarı yerdə qan içində olduğunu görmüş, bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Raqib isə artıq hadisə yerindən qaçmış, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs otaqda, onun yanında Zərərçəkmiş şəxs2 bir bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən neçə bıçaq zərbəsi endirilməsi yadında qalmamış, hadisə vaxtı həyəcanlı olduğundan Raqibin Şəhriyara endirdiyi bıçaq zərbələrini saymamışdır. Dəqiq sayını bilməsə də, Raqib tərəfindən Şəhriyara bir-neçə bıçaq zərbələri endirilmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona hər hansı formada zor tətbiq etməmiş, xəsarət yetirməmişdir. Raqibin davası Şəhriyarla olmuş, 12 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs hansı səbəbdən Şəhriyara hücum edərək bıçaqla zərbələr endirməsi barədə hər hansı fikri yoxdur, çünki onların arasında heç bir mübahisə olmamışdır. Yalnız 12 dekabr 2021-ci il tarixdə 02-03 radələrində Raqib onların qaldıqları otağa gələrək Şəhriyardan sakit olmalarını tələb etmiş, Şəhriyar da sonuncunun iradını qəbul edib üzrxahlıq etmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onlarla mübahisə etmiş, 12 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs1la və Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində Təqsirləndirilən şəxs Şəhriyarla söhbət edən zaman hər hansı nalayiq ifadədən istifadə etməmiş, 12 dekabr 2021-cu il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la mübahisə edən zaman isə Şəhriyarın ünvanına nalayiq ifadələr işlətmişdir. 12 dekabr 2021-ci il tarixdə saat 02-03:00 radələrində Şəhriyarla söhbət edib evə qayıtdıqdan sonra, otağın divarı nazik olduğundan, səslər eşitməsi, onların və Şəhriyarın sonuncunu nalayiq ifadələrlə təhqir etmələrini düşünməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər tamamilə yalandır. 12 dekabr 2021-ci il tarixdə gecə saat 02-03:00 radələrində Təqsirləndirilən şəxs onların qaldıqları evdən gedəndən sonra onlar sonuncunun ünvanına nalayiq ifadə işləməmiş, onu təhqir etməmişlər. Baş vermiş hadisənin şahidi Bəxtiyar, Şəhriyar, ev sahibi və ətrafda yaşayan qonşular olmuşlar. Bəxtiyara Şəhriyarı çağırmasını bildirsə də Bəxtiyarın Şəhriyarın yatdığını, nə sözü varsa ona deməsini istəməsi, sonuncunun isə Bəxtiyardan bir daha Şəhriyarı çağırmasını istəməsi, bundan sonra Bəxtiyarın evə daxil olaraq Şəhriyarı çağırması, Şəhriyarın qapıya çıxıb nə lazım olduğunu soruşması, sonuncunun isə «səninlə söhbətim var həyətə gəl» deyə bildirməsi, lakin Şəhriyarın «sənin niyə ayağına gəlirəm, sözün var burda de» deyə bildirməklə həyətə gəlməkdən imtina etməsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər tamamilə yalandır. 12 dekabr 2021-ci il tarixdə Şəhriyarla Raqib arasında sonuncunun ifadəsində qeyd etdiyi məzmunda söhbət olmamış, Şəhriyar Raqibə «mən sənin ayağına niyə gəlirəm, sözün var burda de» deyə bildirməmişdir. X13 evə daxil olmasının qarşısını almağa çalışmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 dekabr 2021-ci il tarixdə, həftənin bazar günü günorta, təxminən saat 12 radələrində o, evdə olarkən küçədən səs-küy səsi eşidib küçəyə çıxmışdır. Küçəyə çıxanda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 həyətindən bir nəfər tanımadığı şəxsin, adını sonradan istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 çıxıb avtomobil yoluna tərəf getdiyini görmüşdür. Şəhriyarın sinəsində və qolunda qan izlərini görüb nə baş verdiyini soruşanda, Şəhriyar bir nəfərin Qənirənin həyətində onu bıçaqladığını bildirmişdir. Buna görə də o, istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefonundan əvvəlcə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat verərək qonşuda kirayə yaşayan şəxslərin öz aralarında münaqişə etdiklərini və birinin digərini bıçaqladığını bildirmişdir. Bundan sonra o, Təcili Tibbi yardıma da zəng edib yaralıya tibbi yardım göstərilməsi üçün həkimləri çağırmışdır. Onun zənglərindən sonra hadisə yerinə təcili tibbi yardım həkimləri, sonra isə polis əməkdaşları gəlmiş, polis əməkdaşları gələndən sonra o, evlərinə qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8 X18”nin xx.xx.2022-ci il tarixli 2113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payını zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthində sol onurğayanı xətt üzrə çiyinüstü nahiyə ilə İİİ qabırğa arası sahənin, döş qəfəsinin arxa səthində sağda, arxa qoltuq xətti üzrə İV-V qabırğalararası sahənin, bel nahiyəsinin sol yarısında orta qoltuq xətti ilə arxa qoltuq xətti arası sahədə İ-İİ bel fəqərələr arası proyeksiyanın döş və qarın boşluqlarına nüfuz etməyən, dəri və yumşaq toxumaları zədələyən, xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları, sol bel-oma nahiyəsinin deşilmiş-kəsilmiş yarası və sol saidin ön səthinin geniş ölçülü, mil sinirinin zədələnməsi ilə müşayiət olunan dərin kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12 dekabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, qaraciyərin sol payını zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, mil sinirinin zədələnməsi ilə müşayiət olunan sol saidin ön səthinin geniş ölçülü dərin kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR, digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, miqdarına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş çoxsaylı lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. (cild 01, iş vərəqə 171-174) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8 X18”nin xx.xx.2022-ci il tarixli 2114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ yanağında, sağ qulaq seyvanının ön və dibi nahiyəsində arxa səthlərinin və sol bazunun aşağı 1/3-nin dirsək oynağına yaxın bayır səthinin cərrahi tikişli kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 12 dekabr 2021-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. (cild 01, iş vərəqə 175-177) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8 X18”nin xx.xx.2022-ci il tarixli 940/2021-MTBŞ saylı rəyindən görünür ki,- Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Balfa (İİİ); - Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Balfa (İİİ). Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” antigeni alındı, “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa (İİİ) qruplu bir şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (cild 01, iş vərəqə 178-182) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8 X18”nin xx.xx.2022-ci il tarixli 08/2114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ yanağındakı (sağ qulaq seyvanının ön və dibi nahiyəsində arxa səthlərinin) çapıq toxuması sifətdə yerləşməklə xaraktercə “incə”dir (kobud deyildir), sifətdə və qulaq seyvanında deformasiyaya, mimik və çeynəmə pozğunluğuna, asimmetriyaya səbəb olmamış və onun aradan qaldırılması üçün cərrahi kosmetik müdaxiləyə ehtiyac duyulmur. Qeyd olunan çapıq toxuması vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib-gedən xəsarət olmaqla sifətin silinən xəsarətlərinə aid edilir. (cild 01, iş vərəqə 191-194) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8 X18”nin xx.xx.2022-ci il tarixli 810-MTKS/2021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş qatlanan tipli bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparılmış, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. (cild 01, iş vərəqə 183-186). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 303 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməlini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Raqib Məmnədov öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs inadkarlıq, kinlilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər fonunda situasiya ilə şərtləşmişdir. (cild 01, iş vərəqə 187-190) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3125 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 105 manat müəyyən edilir. Həmin hissələrin təmirinə görə dəymiş ziyanın müəyyən edilməsi ekspert əmtəəşünasın səlahiyyətinə aid deyil. (cild 02, iş vərəqə 135-137) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş xx.xx.2022-ci il tarixli 3160 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmayıblar. (cild 02, iş vərəqə 121) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-7172 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmayıblar. (cild 02, iş vərəqə 159) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” və xx.xx.2022-ci il tarixli “hadisə yerinə əlavə baxış” protokollarından görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin fərdi yaşayış evini göstərərək hadisənin orada baş verdiyini bildirdi. Giriş qapısından içəri daxil olduqda, dar dəhliz və sağ tərəfdə fərdi yaşayış evi müşahidə edildi. Giriş qapısından sağ tərəfdə hamam otağı və yataq otaqları vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 pilləkənlərdən 2 metr düz gedərək sağ tərəfdə mətbəx və yataq otaqlarından ibarət olan sahəni göstərərək Təqsirləndirilən şəxs və Rasim Məmmədovun həmin fərdi yaşayış evində yaşadığını bildirdi. Həmin yaşayış sahəsindən 8 metr düz irəliləyərək sağ tərəfdə yerləşən mətbəx və yataq otağından ibarət olan yaşayış sahəsini göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 orada yaşadığını bildirdi. Zərərçəkmiş şəxs1 yaşadığı evdən sol tərəfdə 2 metr məsafədə yerləşən yaşayış sahəsinin isə ona məxsus olduğunu qeyd etdi. Zərərçəkmiş şəxs1 yaşadığı evin giriş qapısı taxta materialdan olub, 8 pəncərədən ibarətdir. Pəncərələrdən 6-nın ölçüsü 30x15 sm, 2-nin ölçüsü isə 40x15sm-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə səhər saatlarında həmin qapının 3 ədəd 30x15, 1 ədəd isə 40x15 ölçülü şüşəsini sındırdığını bildirdi. Hal-hazırda həmin şüşələr təmir edilmişdir. Qapının eni 85 sm, hündürlüyü 195 sm-dir və qapı siyirtməli kilidlə bağlanır. Giriş qapısından içəri daxil olduqda 120x320 sm ölçülərində mətbəx vardır. Mətbəxdən isə birbaşa olaraq yataq otağına daxil olunur. Yataq otağının giriş qapısı 75x190 sm ölçüdədir. Həmin qapının 60x90 sm ölçüdə çərçivəsinin boş olduğu müşahidə edilir. Zərərçəkmiş şəxs3 bildirdi ki, həmin çərçivədə hadisə gününə qədər qapının həmin çərçivəsinin yerində taxta material olmuş, hadisə günü Təqsirləndirilən şəxs tərəfindən həmin taxta sındırılmışdır. Yataq otağına daxil olduqda, yataq otağının eni 303, uzunluğu 340 sm-dir. Döşəmədə qana bənzər ləkələr aşkar edilmişdir. (cild 01, iş vərəqə 5-10; cild 02, iş vərəqə 78-90) İş materiallarında olan xx.xx.2021-i il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ümumi uzunluğunu 20,5sm, tiyəsinin uzunluğunu 9,1 sm, tutacağının uzunluğunu 11,4 sm olan tünd qəhvəyi rəngli plastmas materialdan olan bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir. (cild 02, iş vərəqə 53-55) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 132) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 133) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 134) İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər İnzibati Ərazi Nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 820 və 821 saylı arayışlardan görünür ki, Soltanov X1 rayonu, Qobustan şəhəri, H.Əliyev prospekti, ev 10 ünvanında qeydiyyatda olmaqla, atası Qanuni nümayəndə2, anası X3, qardaşı Zərərçəkmiş şəxs2 ilə birgə qeydiyyatdadır. (cild 02, iş vərəqə 153) İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 822 saylı xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 154) İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 823 və 824 saylı arayışlardan görünür ki, Soltanov X2 rayonu, Qobustan şəhəri, H.Əliyev prospekti, ev 10 ünvanında qeydiyyatda olmaqla, atası Qanuni nümayəndə2, anası X3, qardaşı Zərərçəkmiş şəxs1 ilə birgə qeydiyyatdadır. (cild 02, iş vərəqə 155) İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 825 saylı xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 156) İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon İcra hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 14-29/071 saylı arayışdan görünür ki, Rəfiyeva X7 rayonu, 1-ci Şimal Tinqliyi ev 60 ünvanında qeydiyyatsız yaşayır. (cild 02, iş vərəqə 126) İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon İcra hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 14-29/071 saylı xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 127) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə vaxtı bıçağı götürməkdə məqsədinin lazım gələrsə özünü müdafiə etmək, Soltanov qardaşlarını qorxutmaq məqsədi olması, onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurmaq niyyətinin olmaması, ümumiyyətlə zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmaması, hadisə vaxtı məqsədinin fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaq olmaması, Zərərçəkmiş şəxs2la onun arasında heç bir ədavətin olmaması, lakin əsəbi olduğundan ona zərər yetirməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 02, iş vərəqə 95-102) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsini bir daha təsdiq etmişdir. (cild 02, iş vərəqə 144-152) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələri və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 157.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). X16 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. AR CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 157.2 və 221.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 195-196; cild 01, iş vərəqə 130-131) İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ№ 192307 saylı şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə X9 və Qanuni nümayəndə1 nikahları ləğv edilmişdir. (cild 02, iş vərəqə 27-28) Şabran RİHB-nin Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1695 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, V.Abdullayev küçəsində qeydiyyatdadır, аilə tərkibi - atası X4 ibarətdir. (cild 02, iş vərəqə 123) Şabran RİHB-nin Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1696 saylı xasiyyətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 02, iş vərəqə 124) İş materiallarında olan xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs Rəfiyeva X7 rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. (cild 02, iş vərəqə 110) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, hadisəni yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, Zərərçəkmiş şəxs3 dəymiş zərəri ödəməsini və onunla barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci abzasında qeyd edilir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 10-cu bəndinin 1-ci abzasına əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrum etmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinin 4-cü abzasına əsasən, yetkinlik yaşına çatmayanlara cinayətə hazırlığa və ya cəhdə görə cəza təyini zamanı AR CM-in 63.2 və 63.3-cü maddələri tətbiq edilərkən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddi kimi CM-in 85-ci maddəsində nəzərdə tutulan müddətlər əsas götürülməlidir. AR CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmalı, ona AR CM-in 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə cəza 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dördə üçündən çox olmamaqla təyin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)- 1310/2021 saylı qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 111-115) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır və xüsusilə ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 21-ci bəndinin 2-ci abzasına əsasən, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına verilmiş qatlanan tipli zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4, 157.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına verilmiş qatlanan tipli zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar