Məhkəmə qərarları › İş №1(101)-1316/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1316/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1316/2022 31.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X13 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri "Femida" Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və X5 iştirakları ilə, xx xxxx 1958-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasınınnın vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1973-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasınınnın vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Müzəffər” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,731 qram və 2,346 qram olmaqla cəmi təmiz çəkisi 10,077 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə hesab olunan heroini 07 mart 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında “Müzəffər” adlı şəxsdən əldə etdikdən sonra sonuncunun tapşırığına əsasən Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Çermet” körpüsünün yaxınlığında avtobus dayanacağına gələcək ağ rəngli naməlum avtomobilin sahibinə çatdırmaq məqsədi ilə heroinin bir bükümdə təmiz çəkisi 7,731 qram təşkil edən hissəsini özü, bir bükümdə təmiz çəkisi 2,346 qram təşkil edən hissəsini isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 üzərində saxlayaraq daşımış, 07 mart 2022-ci il tarixdə saat 16:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərilərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 7,731 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin və Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən isə təmiz çəkisi 2,346 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Müzəffər” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,731 qram və 2,346 qram olmaqla cəmi təmiz çəkisi 10,077 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə hesab olunan heroini 07 mart 2022-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında “Müzəffər” adlı şəxsdən əldə etdikdən sonra sonuncunun tapşırığına əsasən Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Çermet” körpüsünün yaxınlığında avtobus dayanacağına gələcək ağ rəngli naməlum avtomobilin sahibinə çatdırmaq məqsədi ilə heroinin bir bükümdə təmiz çəkisi 2,346 qram təşkil edən hissəsini özü, bir bükümdə təmiz çəkisi 7,731 qram təşkil edən hissəsini isə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 üzərində saxlayaraq daşımış, 07 mart 2022-ci il tarixdə saat 16:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərilərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən təmiz çəkisi 2,346 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin və Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 7,731 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı qız övladı var. Tutulmamışdan əvvəl o, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Artıq uzun müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin istifadəçisidir. Narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs2 təxminən 5-6 ay olardı ki, taksi sürücüsü kimi tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyülmüş və həqiqətə uyğun olmayan ifadə verməyə məcbur edilmişdir. 06 mart 2022-ci il tarixdə saat 18:00 radələrində o, Yasamal rayonunda yerləşə 158 nömrəli məktəbin yaxınlığında adını Etibar kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində 1 qram heroin almışdır. 07 mart 2022-ci il tarixdə günorta saatlarında o, taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 zəng edərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. Təxminən saat 15:00 radələrində yaşadığı evin blokunun qarşısında Mehmanla birlikdə olduğu zaman 3 nəfər polis əməkdaşları yaxınlaşaraq onu 28-ci Polis Bölməsinə aparmışlar. Bir müddət sonra o, Mehmanın da polis bölməsinə gətirildiyini görmüşdür. Bölmədə olduğu zaman polis əməkdaşları ona bir ədəd büküm verərək üzərinə videoçəkiliş vasitəsilə aparılacaq şəxsi axtarış zamanı bükümü ona məxsus olmasını bildirməsini demişlər. Əslində isə həmin vaxt üzərində cəmi 1,004 qram narkotik vasitə olan heroin olmuşdur. Təziqlərə dözməyərək o, polis əməkdaşlarının dedikləri ilə razılaşmış və videoçəkiliş aparılmaqla üzərinə axşam saatlarında keçirilmiş axtarış zamanı 7 qram çəkidə olan narkotik vasitənin ona məxsus olmaqla, həmin narkotik vasitəni 07 mart 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmamışdan əvvəllər tanıdığı Müzəffər adlı şəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyi, Müzəffər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyi və ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyi məzmununda izahat vermişdir. Polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ibtidai istintaq zamanı müstəntiqə bildirmiş, lakin yazılı şəkildə bununla bağlı şikayət etməmişdir. Saxlanıldıqdan sonra Bakı İstintaq Təcridxanasına aparıldığı zaman orada ona 3 dəfə təcili tibbi yardım çağırılmış və o, müayinə olunmuşdur. O, Müzəffər adlı şəxsi tanımır və heç vaxt narkotik vasitələtin satışı və ya çatdırılması ilə məşğul olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Namiq Nəsirli xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və şüşədən istifadə edir. 07 mart 2022-ci il tarixdə onunla bir yerdə tutulan Təqsirləndirilən şəxs2lə birlikdə İran İslam Respublikasının klinikasının yaxınlığında yerləşən çayxanada oturub çay içdikləri zaman əvvəllər qiyabi tanıdığı narkotik maddələrin satışı ilə məşğul olan adını «Müzəffər» kimi bildiyi şəxs yanlarına gəlmiş, həmin vaxtı onlar narkotik maddə qəbul etmək istəyirmişlər. Söhbət zamanı Müzəffər demişdir ki, onda bir neçə qram heroin var və həmin heroini Çerment körpüsü yanında bir nəfərə verməlidir, özü yol üstündə olduğuna görə həmin işi görməyi, yəni narkotiki oraya aparıb verməyi onlardan xahiş etmiş, əvəzində isə onlara qəbul etmək üçün heroin maddəsi verəcəyini demiş və onlar razılaşmışlar. 07 mart 2022-ci il tarixdə, saat saat 16:00 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsindəşübhəli olduğlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onları Yasamal RPİ-nin 28-ci PBnin inzibati binasına dəvət etmişlər. Bölmədə dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o, və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. ona hüquq və vəzifələri elan olundu və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Təqsirləndirilən şəxs2 üzərinəşəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs2üzərlərində olan qanunla qadağan olunmuşəşyanın olub olmadığını soruşulmuş, bu təklifdən sonra o, əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan gödəkçənin sağ yan cibindən içərisində099 730-14-55 simkart nömrəsi olan 1 ədəd “LG” markalı mobil telefon və içərisində 077 302-90-62 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən 25 mana pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanıüzərimdən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 8,3 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “LG” və 1 ədəd Samsung markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür, 25 manat pul isəözümə geri qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan şalvarın sağ yan cibindən içərisində 070 384-55-33 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi və 3 manat pul aşkar edilərək götürüldü. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroin elektron tərəzidəçəkildi və heroinin çəkisi 2,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs2, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 3manat pul isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı “Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiklərini, “Müzəffər” adlışəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymaları qarşılığında sonuncunun bizə istifadələri üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu,verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən suallara səmimi və doğru cavablar verdiyimi bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, onun dediklərini təsdiq etdiyini, əvvəllər məhkum olunduğunu, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (cild 01, iş vər. 74-78, 105-108). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində iki azyaşlı qız üvladı var. Hazırki iş üzrə tutulmamışdan əvvəl o, ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşamış və “Bolt” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərməklə ailəsini dolandırmışdır. Təxminən 3 ilə yaxındır ki, xəstə olduğuna görə narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələrdən axşam vaxtı evdə olduğu zamanlarda istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən almışdır. Vaqif Rzyaevi tutulmamışdan təxminin 5-6 ay əvvəl tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyülmüş və həqiqətə uyğun olmayan ifadə verməyə məcbur edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir əvvəl Xırdalan qəsəbəsində tanımadığı şəxsdən almış və avtomobilində saxlamışdlr. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək onu xəstəxanaya aparmasını xahiş etmiş, o da Vaqifin yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana çatdığı və Vaqiflə blokun qarşısında olduqları zaman özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər şəxs onlara yaxınlaşaraq Vaqifin 28-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bir müddət sonra o da polis əməkdaşları tərəfindən bölməyə aparılmış və Vaqifi orada görmüşdür. Həmin vaxt onların hər iksinə qarşı fiziki zor tədbiq edilmiş və onlar artıq miqdarda narkotik vasitələr olan bükümlərin onlara məxsus olması və həmin narkotik vasitələri saxlanılmamışdan əvvəllər tanıdıqları Müzəffər adlı şəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyi, Müzəffər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyi məzmununda ifadə verməyə məcbur edilmişlər. Hazırda həmin ifadələri təsdiq etmir. O, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə heç bir yerə şikayət etməmişdir, lakin ibtidai istintaqın sonrakı mərhələlərində 07 mart 2022-ci il tarixdə 28-ci Polis Bölməsində keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasını və saxlanıldığı zaman üzərində daha az miqdarda narkotik vasitə olması məzmununda ifadələr vetmişdir. O, Müzəffər adlı şəxsi tanımır və heç vaxt narkotik vasitələtin satışı və ya çatdırılması ilə məşğul olmamışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməklə barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Namiq Nəsirli xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildə X3 ilə ailə həyatı qurmuş, birgə nigahdan 10 yaşlı Gülay və 13 yaşlı Fidan adlı qızları dünyaya gəlmişdir. 2 ilə yaxındır ki, narkotik maddə olan heroindən istifadə edir. 07 mart 2022-ci il tarixdə mənimlə bir yerdə tutulan Təqsirləndirilən şəxs1 iki il olarki tanıyır, bir yerdə narkotik maddə qəbul etmişlər. 07 mart 2022-ci il tarixdə İran İslam Respublikasının klinikasının yaxınlığında yerləşən çayxanada olduğları zaman Müzəffər adlı oğlanla tanış olmuşlar. Aralarında olan söhbət zamanı Müzəffər Vaqifə və ona üzünü tutaraq demişdir ki, onda heroin maddəsi var və həmin maddəni Çermet körpüsünün yanında bir nəfərə çatdırmalıdır lakin işi olduğuna və yol üstündə olduğuna görə onlardan xahiş etmişdir ki həmin malı onlar aparıb sahibinə çatdıraq bunun müqabilində isə onlara qəbul etməyə narkotik maddə heroin verəcəkmiş. Onlar razılaşmış və 07 mart 2022-ci il tarixdə, saat 16:00 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsindəşübhəli olduğlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrindəəməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onları Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o, və tanışı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşlar. ona hüquq və vəzifələrim elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Təqsirləndirilən şəxs1 üzərinəşəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Vaqifə üzərlərində olan qanunla qadağan olunmuşəşya olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Vaqif əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinəşəxsi axtarış keçirildi vəəynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd “LG” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar, həmin gödəkçənin sol yan cibindən 25 manat pul aşkar edilərək götürülmuşdur. Daha sonra şəxsi axtarış zamanı Vaqifin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroin elektron tərəzidəçəkildi və heroinin çəkisi 8,3 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs1, müdafiəçisi və təhqiqatçısı tərəfindən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “LG” və 1 ədəd Samsung markalı mobil telefonlar bu barədə Təqsirləndirilən şəxs1 izah verildikdən sonra götürülmüş, 25 manat pul isəözünə geri qaytarılmışdır. Bundan sonra onu qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyim təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın zərinə qoymuşdur. Sonra üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan şalvarın sağ yan cibindən içərisində 070 384-55-33 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın arxa sol cibindən ona məxsus şəxsiyyət vəsiqəsi və 3 manat pul aşkar edilərək götürülmuşdur. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidəçəkilmiş və heroinin çəkisi 2,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 3 manat pul isəözünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə saxlanılmamışdan əvvəl tanıdığı“Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiyini, “Müzəffər” adlışəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu,verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1dediklərini təsdiq edərək həmin kütləni Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı “Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiyini, “Müzəffər” adlışəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda saxlanılan zaman üzərindən qeyd olunan miqdarda deyil az miqdarda heroin aşkar olunması barədə qeyd etmişdir (cild 01, iş vər. 79-82, 115-117). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş verə yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutla və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat-axtarış tədbirindən əvvəl tanımamışdır. Belə ki, hazırda xatırlamadığı tarixdə əməkdaşı olduğu idarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələri və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qurupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinı barədə idarənin əməkdaşı əməliyyat müvəkkili Urfan Babayev tərəfindən idarənin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra əməliyyat o və idarənin əməkdaşı Şahid2 ibarət tərkibdə qrup yardılmışdır. 07 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən Yasamal rayonu ərazisində saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə dəvət edilmişlər. Təqsirləndirilən şəxs1 və Qarayev X6 rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirildikdən sonra üzərilərində paltarında, əşyalarında, bədənlərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi üçün raportla rəhbərliyə müraciət etmiş və bundan sonra təhqiqatçı tərəfindən, onun və Şahid2 iştirakları ilə ayrı ayrılıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə videoçəkliş aparılmaqla ləşəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqları izah olunduqdan sonra onlara ayrı ayrılıqda paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və digər hazırda xatırlamadığı əşyaları təqdim edərək masanın üzərində qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı Müzəffər adlı şəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyni, Müzəffər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini əvvəllər məhkum olunduğunu, başqa heç bir yerdə narkoltik vasitə saxlamadığını, verilən suallara tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiniyi bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər kütləni təqdim edərək masanın üzərində qoydu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təstiq etmiş və üzərindən aşkar olunaraq götürülmüş kütlənin Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı Müzəffər adlı şəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Müzəffər adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini əvvəllər məhkum olunduğunu, başqa heç bir yerdə narkoltik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiniyi bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və polis bölməsində olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nn Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 07 mart 2022-ci il tarixdə saat 16:45 radələrində Yasamal rayon Polis İdarəsinin 28 Polis Bölməsinin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuşdur. 07 mart 2022-ci il tarixdə DİN BNMİ-nin əməkdaşalrı tərəfindən ünvan 10 ünvanın yaxınlığında keçirilmiş əməliyyta-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28 Polis Bölməsinə gətirildikləri nəzərə alınmaq, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 07 mart 2022-ci il tarixdə saat 16:00 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 22). “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 07 mart 2022-ci il tarixdə saat 17:15 radələrində Yasamal rayon Polis İdarəsinin 28 Polis Bölməsinin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə tutulmuşdur. 07 mart 2022-ci il tarixdə DİN BNMi-nin əməkdaşalrı tərəfindən ünvan 10 ünvanın yaxınlığında keçirilmiş əməliyyta-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28 Polis Bölməsinə gətirildikləri nəzərə alınmaq, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 07 mart 2022-ci il tarixdə saat 16:00 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 41). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, 07 mart 2020-ci il tarixdə saat 17:45 radələrindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X8 tərəfindən müdafiəçilərinin və həmçinin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan gödəkçənin sağ yan cibindən içərisində 099 730-14-55 sim kart nömrəsi olan 1 ədəd “LG” markalı mobil telefon vəiçərisində 077 302-90-62 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən 25 manat pul aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidəçəkilmiş və heroinə bənzər kütlənin çəkisi 8,3 qram olmuş, sonra aşkar olunmuş həmin kütləiçərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “LG” və 1 ədəd Samsung markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 25 manat pul isəşübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdəaçıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlənitəqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan şalvarın sağ yan cibindən içərisində 070 384-55-33 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi və 3 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 2,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 3 manat pul isəşübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı“Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiyini, “Müzəffər” adlışəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlaraistifadələri üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığıni, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1dediklərini təsdiq edərək həmin kütləni Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı“Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiyini, “Müzəffər” adlışəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini,əvvəllər məhkum olunmaduğunu, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 01, iş vər. 50- 53). Məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2022-ci il tarixli, 6/1370 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən …» və s. Yazılar, imzalar, olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkiləri 7,731 qram qəhvəyi rəngli maddə kütləsi (1№-li oby.) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Təqsirləndirilən şəxs2 üzərindən …» və s. Yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkiləri 2,346 qram qəhvəyi rəngli maddə kütləsi (2№-li oby.)kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd : №1 Heroinin təmiz çəkisi – 7,731 qram, tədqiqata sərf edildi- 0,1 qr., qalıq 7,631 qram. №2 Heroinin təmiz çəkisi – 2,346 qram, tədqiqata sərf edildi- 0,1 qr., qalıq 2,246 qram (cild 01, iş vər. 63-67). İşdə olan AZE 12353517 və AZE 11242935 saylı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2006 il təvəllüdlü yetkinlik yaşına çatmamış və xx.xx.2010-cu təvəllüdlü azyaşlı övladları var (cild 01, iş vər. 83). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 99). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 109). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-198/2022 saylı 09 mart 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti istintaq müddəti həddində 07 iyul 2022-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 134-136). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-199/2022 saylı 09 mart 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti istintaq müddəti həddində 07 iyul 2022-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 137-139). “Diskə baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığışübhəli şəxs Təqsirləndirilən şəxs1paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan gödəkçənin sağ yan cibindən içərisində 099 730-14-55 sim kart nömrəsi olan 1 ədəd “LG” markalı mobil telefon vəiçərisində 077 302-90-62 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin gödəkçənin sol yan cibindən 25 manat pul aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidəçəkilmiş və heroinə bənzər kütlənin çəkisi 8,3 qram olmuş, sonra aşkar olunmuş həmin kütləiçərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “LG” və 1 ədəd Samsung markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 25 manat pul isəşübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdəaçıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlənitəqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinəşəxsi axtarış keçirilmiş vəəynində olan şalvarın sağ yan cibindən içərisində 070 384-55-33 simkart nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi və 3 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 2,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İşüzrəəhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Samsung markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 3 manat pul isəşübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı“Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, “Müzəffər” adlı şəxsin göstərişi ilənarkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığıni, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1dediklərini təsdiq edərək həmin kütləni Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılmamışdan əvvəl tanıdığı“Müzəffər” adlışəxsin vasitəsi ilə Yasamal rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi iləəldə etdiyini, “Müzəffər” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun onlara istifadələri üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmaduğunu, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 01, iş vər. 208-210). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 08 iyun 2022-ci il tarixli 3075 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 223-224). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 08 iyun 2022-ci il tarixli 3076 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 225- 226). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1467 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, «1.Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır.2. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 3. Təqsirləndirilən şəxs1 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. 4. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 01, iş vər. 228-229). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1465 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, «1.Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır.2. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 3. Təqsirləndirilən şəxs2 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. 4. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 01, iş vər. 230-231). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, sonuncu dəfə Nəsimi rayon məhkəməsinin 31 may 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdaqdan məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 01, iş vər. 232-233). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, sonuncu dəfə Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 234-235). «Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 07 mart 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroinin əldə etdikləri mənbə, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Müzəffər” adlı şəxsin barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəsi altında ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, iş vər. 252-253). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 07 mart 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə, yəni , qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımaqda təqsirli olmalararı onların özlərinin qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nin onlara qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyətləri olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində onlara qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarına dair göstərdikləri xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu, saxlanılan zaman və polis bölməsində olduqları zaman onlara qarşı heç bir zor tətbiq edimədiyi deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində onlara azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsiri bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə görə cəzadan azad edildiyi vaxtdan hazırkı cinayət işi üzrə cinayət törədilən vaxtadək iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir və qeyd olunan hökm ona münasibətdə heç bir hüquqi nəticə yaratmır. Məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 60-dan çox yaşının olmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlar, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Maddi sübutlar: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə olmaqla tədqiqatdan sonrakı qalıq çəkisi 7,731 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə olmaqla, tədqiqatdan sonrakı qalıq çəkisi 2,246 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 01 ədəd «DVD» disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 110 (yüz on) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübutlar: Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə olmaqla tədqiqatdan sonrakı qalıq çəkisi 7,731 qram olan narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə olmaqla, tədqiqatdan sonrakı qalıq çəkisi 2,246 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 01 ədəd «DVD» disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 110 (yüz on) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar