Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1316/2023 09.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan, 26 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti müəyyənləşdirilməmiş “Səid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qeyri-müəyyən vaxtda «Səid» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 53,226 qram çəkidə psixotrop maddə metamfetamini və 63,145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananın 60,173 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 47,577 qram hissəsini yaşadığı ünvanda, narkotik vasitə qurudulmuş marixuananın 2,972 qram hissəsini, psixotrop maddə metamfetaminin isə 5,649 qram hissəsini üzərində saxlamış, 25 dekabr 2022-ci il tarixdə, saat 23:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq baş idarəyə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindəki 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 2,972 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 5,649 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gün saat 02:30-da əməliyyat-axatrış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 01 bükümdə təmiz çəkisi 47,577 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 bükümdə təmiz çəkisi 60,173 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərədə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda metamfetamin psixotrop maddəsini və külli miqdar təşkil etməyən miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib, məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə, saat 23:50-də Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ev 40 ünvanın yaxınlığında tanışı Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu BNMİ-nin inzibati binasına aparmışlar. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuana kütləsini, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və əynində həmin şalvarın sol yan cibindən yaşadığı evin bir ədəd açarı, bir ədəd içərisində simkart nömrəsi olmayan “Huavei” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri onun özü, müdafiəçi, tanışı və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Huavei” markalı ona məxsus mobil telefon, bu barədə izah verildikdən sonra götürülmüş, bir ədəd açar isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə götürüldükdən sonra o, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olan “Səid” adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 2 gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, əvvəllər məhkum olunmuş, saxlanıldığı vaxt isə axtarışda olmuşdur. O, heç kimə narkotik vasitə satmamış və bağışlamamışdır. Üzərindən aşkar olunanlardan başqa onun yaşadığı ünvan 4 ünvanında narkotik maddə olduğunu polis əməkdaşlarına etiraf etmiş, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Tanışı Şahid1 yaşadıqları mənzildə narkotik vasitə olmasından xəbərsiz olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, sonra o özü, tanışı Şahid1, müdafiəçi və polis əməkdaşları onun yaşadığı ünvan 1 ünvanına getmiş, orada mənzilə baxış keçirməyə başlamış, ona mənzildə saxladığı kütlələri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, mənzilin yataq otağındakı çarpayının üzərindəki (yastıq) döşəyin altından, 1 ədəd sellofan torbada qurudulmuş marixuana kütləsini, 1 ədəd bükümdə isə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini təqdim etmişdir. Həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun özü, tanışı Şahid1, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran vətəndaşı olan “Səid” adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 3 gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 iki yüz manat pul alacağını bildirmiş, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını demimşdir. O, polis əməkdaşları tərəfindən heç bir fiziki və mənəvi zorakılığa məruz qalmamış, başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Qeyd olunan əməlindən Şahid1 da daxil olmaqla heç kəsin xəbəri olmamış, yaşadığı mənzilə daha əvvəllər baxış keçirilməmişdir (iş vərəqə: 78-81). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər məhkəməsinin icraatında olan başqa cinayət işi üzrə axtarış elan edilmiş və həmin qərarın icrası Sabirabad RPİ-nə həvalə olunmuşdur. 25 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 40, mənzil 8-də yaşaması və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Sabirabad RPİ-nin əməkdaşları vasitəsi ilə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 25 dekabr 2023-ci il tarixdə, saat 23:30 radələrində o, Sabirabad RPŞ-nin əməliyyat müvəkkili Şahid4 və BNMİ-nin əməliyyat müvəkkili Şahid2 birlikdə əməliyyat məlumatında qeyd olunan ünvana gəlmiş, gözləmə mövqeyi seçib gözləmiş və bir müddət sonra, saat 23:50-də Təqsirləndirilən şəxs əvvəllər tanımadıqları daha bir nəfərlə – şəxsiyyətini sonradan müəyyən etdikləri Şahid1 ilə piyada hərəkət etdiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ilk olaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəl qaçmaq istəmiş, tabe olmamaq üçün yerə yıxılmışdır. Lakin onlar buna imkan verməmiş, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşyanın olub-olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yanında olan Şahid1 da BNMİ-nə dəvət etmiş, sonuncu da etiraz etməyərək onlarla birlikdə BNMİ-nin inzibati binasına getmişdir. BNMİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına müdafiəçi dəvət olunmuş, video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymuşdur. Sorğu sual edərkən Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri kimdən və hansı yolla və nə məqsədə alması sorğu sual olunarkən, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı Səid adlı şəxsdən aldığını, həmin narkotik vasitələri Səid adlı şəxsin Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında yerə atdığını, həmin narkotik vasitələri götürdükdən sonra Səid adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi yerə aparmalı olduğunu, bunun müqabilində isə İran vətəndaşı Səid adlı şəxsin ona 200 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin yaşadığı mənzildə də narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra təqdim olunan kütlələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan başqa, Şahid3 ifadəsinin davamında göstərdi ki, bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 razılıqları barədə ərizə əsasında onların, müdafiəçisinin və Şahid1la Təqsirləndirilən şəxs özünün iştirakları ilə onların yaşadığı mənzilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təklifdən sonra evin yataq otağındakı çarpayının üzərinə qoyulmuş döşəklərin arasından 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini götürərək təqdim etmiş, suallara cavab olaraq mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu Səid adlı İran vətəndaşından aldığını, həmin narkotik vasitələri Səid adlı şəxsin Nizami rayonu ərazisində «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerə atdığını, həmin narkotik vasitələri götürdükdən sonra Səid adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi yerə aparmalı olduğunu, bunun müqabilində isə Səid adlı şəxsin ona 200 manat pul verəcəyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, müvafiq protokol tərtib edilmiş və zərfin üzəri və tərtib olunan protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tərəflərin heç biri müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı dindirilən Şahid3 ifadəsinə uyğun ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışında iştirakları təmin edilməmiş şahidlər Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid4 və vət.Şahid1 məhkəməyə dəvət oulnmalarına və dindirilmələrinə etiraz edib, onların məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri ilə tanış olduğunu, həmin şəxslərin ifadələrini qəbul etdiyini bildirib şahidlər Şahid4 və Şahid1 ifadələrinin elan edilməklə tədqiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin vəsatətini müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyib şahidlər Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid4 və vət.Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrini elan etməklə tədqiq etdi. Şahid - əməliyyat müvəkili Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsindən görünür ki, sonuncu məhkəmə baxışı dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la oxşar məzmunlu ifadə verib, onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 122-124, 103-106). Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla birlikdə ünvan 1 ünvanında yaşamış, lakin onun narkotik vasitə istifadəçisi olmasından və ya yaşadıqları evdə narkotik vasitələr saxlamasından heç bir məlumatı olmamışdır. 25 dekabr 2023-cü il tarixdə, saat 23:50-də Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları ünvanın qarşısı ilə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşı kimi təqdim etmiş, Ramilin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və Ramili BNMİ-nin inzibati binasına aparmışlar. Həmin vaxt o da BNMİ-yə dəvət olunmuş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getmişdir. BNMİ-nin inzibati binasında olarkən oradakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, daha sonra Ramilin üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Ramilə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Ramil əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana kütləsini, 1 ədəd sellofan bükümdə isə metamfetamin psixotrop maddəsini təqdim edərək masanın üzərinə qoymuş, suallar ətrafında dindirilərkən kibrit qutusunun içərisində olan kütlənin qurudulmuş marixuana, sellofan bükümdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bundan başqa yaşadığı Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 40, mənzil 8 ünvanın da narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Ramilin üzərindən aşkar olunmuş qurudulmuş marixuana və metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Polis əməkdaşları yaşadıqları evə baxış keçirilməsi üçün onların razılığını almış, o da şəxsi axtarış da iştikar edən digər iştirakçılar kimi zərfin üzərini imzalamışdır. Ramildən üzərindən aşkar olunmuş kütlələri kimdən və nə məqsədlə alması sorğu sual edilərkən o, sosial şəbəkədən tanıdığı “Səid” adlı İran vətəndaşının vasitəsi ilə 2 (iki) gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən souncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 (iki yüz) manat pul alacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları yaşadıqları ünvan 4 ünvanına getmiş, orada mənzilə baxış keçirtməyə başlamışlar. Təqsirləndirilən şəxs mənzildə saxladığı kütlələri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çarpayının üzərindəki (yastıq) döşəyin altından, 1 (bir) ədəd sellofan torbada qurudulmuş marixuana kütləsini, 1 (bir) ədəd bükümdə isə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini təqdim etmişdir. Həmin kütlələr qablaşdırılmış, o da baxışda iştirak edən digər iştirakçılar kimi zərfin üzərini imzalamışdır. Bundan sonra yaşadıqları evə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa əşya, predmet aşkar olunmamışdır. Polis əməkdaşları Ramildən aşkar olunmuş narkotik vasitələri necə və kimdən əldə etməsi barədə soruşmuş, Ramil də aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı “Səid” adlı İran vətəndaşından özünün şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 (iki yüz) manat pul alacağını, bu əməlindən onun və ya başqa bir şəxsin heç bir məlumatı olmadığını bildirmişdir (iş vərəqə: 100-102). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs BNMİ-nin və Sabirabad RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və BNMİ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Tədqiq oldunan həmin protokoldan, həmçinin görünür ki, aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə münasibət bildirən Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olan “Səid” adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 2 gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 manat pul alacağını qeyd etmişdir (iş vərəqə:38-39). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Təqsirləndirilən şəxs BNMİ-nin və Sabirabad RPİnin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirildikdən sonra onun yaşadığı Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 40, mənzil 8 ünvanına baxış keçirilərkən evin yataq otağındakı çarpayının üzərinə qoyulmuş döşəklərin altından 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Tədqiq oldunan həmin protokoldan, həmçinin görünür ki, yaşadığı mənzildjən aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə münasibət bildirən Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olan “Səid” adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 2 gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 200 manat pul alacağını göstərmişdir (iş vərəqə:47-48). Məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, istər şəxsi axtarış və götürmə aparılması və istərsə də mənzilə baxış keçirilməsi prosesləri «Sonu» markalı videokamera vasitəsi ilə ayrı-ayrılıqda videolentə alınmış və 02 ədəd DVD formatlı diskə köçürülməklə protokola, daha sonra isə əhəmiyyətli materiallar kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 41, 49). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 7/1443 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazıları və imzalar olan ağ rəngli 1 №-li kağız paketdə olan bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,972 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan ağ rəngli 2 №-li kağız paketdə sellofan torbada təmiz çəkisi 60,173 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş 2 ədəd kağız paketdə olan marixuanaların ümumi çəkisi 63,145 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış marixuana narkotik vasitələri tərkibinə görə eynidirlər (iş vərəqə: 55-59). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 6/7158 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi, vət .Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə olan, təmiz çəkisi 5,649 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li dairəvi möhür əksi, vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş…» yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə olan, təmiz çəkisi 47,577 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 53,226 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent təriblərinə və xarici əlamətlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 60-65). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 1625 nömrəli rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 129-130). Təqsirləndirilən şəxs istifadəsində olan «Huavei» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən «Huavei» markalı mobil telefon üzərində simkart nömrəsi olmadan istifadə olunmuşdur. Keçirilən baxışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İİR vətəndaşı Səid adlı şəxsin +98 903 *** ** ** saylı nörmə ilə yaddaş kitabçasına qeydə alındığı aşkar edilmişdir. Qeyd olunanlardan başqa, mobil telefona baxış keçirilərkən cinayət işi üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Tədqiq olunan mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq hərəkəti aparılarkən mobil telefona aid müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: 97-99). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanının 03 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, ümumi təmiz çəkisi 63,145 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və ümumi təmiz çəkisi 53,226 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 63,105 qram narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 53,026 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlancına təhvil verilmişdir (iş vərəqə: 93-94). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xidmətinin istintaq orqanının əməliyyat tapşırığına verdiyi 22 fevral 2023-cü il tarixli cavabla müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə olunma mənbəyinin müəyyənləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, lakin bu istiqamətdə müsbət nəticə əldə olunmamışdır (iş vərəqə: 117). Bundan sonra ibtidai istintaq orqanının 25 mart 2023-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat mərhələsində baxılan cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə olunma mənbəyi ilə bağlı Səid adlı şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 147-148). Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, təqsirləndirilən şəxs Alışov X3 Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və şəxsi istehlak miqdarından artıq miqdarda metadon narkotik vasitələrini əldə edib daşımış, yaşadığı evdə saxlamışdır (iş vərəqə: 147-148). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 53,226 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin çəkisi külli miqdar hədlərində, “qurudulmuş marixuana” narkotik vasitəsinin çəkisi isə 63,145 qram olmaqla külli miqdar təşkil etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 53,226 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun sim kart nömrəsi olmadan istifadə olunması və həmin mobil telefonda İİR operatoruna məxsus mobil nömrənin müəyyən olunması, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda metadon həblərini əldə edib saxlama və daşıma cinayətini törətməyə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, əməliyyat orqanının məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm metamfetamin psixotrop maddəsini külli miqdarda və həm də marixuana narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini və külli miqdar təşkil etməyən, şəxsi istehlak miqdarından artıq miqdarda “qurudulmuş marixuana” narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Alışov X2 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin hökm üzrə olan məhkumluğu ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər 21 yanvar 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə onun barəsində cəzanı yüngülləşdirən hal qismində qiymətləndirir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, cinayət işinə məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxs Alışov X3 Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə caza təyini ilə bağlı eyni zamanda belə nəticəyə gəldi ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və ona cəza çəkməsi üçün qəti olaraq ədalətli və şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbləri baxımından) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əvvəllər törətmiş olduğu cinayətlərə görə məhkumluğunun ödənildiyini və hazırda baxılan iş üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından başqa hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə toplandığını və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq şəxs olacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından (birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü üzrə baxılmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü üzrə baxılmış cinayət işi üzrə 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müvafiq məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə 16 iyun 2022-ci il tarixədək həbsdə, 16 iyun 2022-ci il tarixədən baxılan iş üzrə tutulduğu 25 dekabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanmışdır. Bundan sonra baxılan iş üzrə Təqsirləndirilən şəxs haqqında Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 dekabr 2022-ci il tarixdən hesablanmış və qanuni əsaslarla Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, 14 may 2022-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məcburi-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 1625 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsi, onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvan 1 ünvandan aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 63,105 qram qurudulmuş marixuana narkotik vasitəsi və 53,026 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İstintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və sonuncunun yaşadığı mənzildən qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disklər cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Huavei» markalı mobil telefon isə Nəsimi RPİ-yə saxlanca verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə ntəicəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən və sonuncunun yaşadığı mənzildən qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Nəsimi RPİ-yə saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Huavei» markalı mobil telefon isə sonuncunun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 may 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi, onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvan 1 ünvandan aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 63,105 qram qurudulmuş marixuana narkotik vasitəsi və 53,026 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən və sonuncunun yaşadığı mənzildən qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Bakı şəhəri, Nəsimi RPİ-nin saxlancına verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Huavei» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1316/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1316/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver