Məhkəmə qərarları › İş №1(101)-1317/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1317/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1317/2022 31.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X9 müdafiəçisi: “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərişıq MMC-də çilingər işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 15-də qeydiyyatda olub yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamaqla gəzdirmiş, 19 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 1 ünvanının qarşısında Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq 32-cİ PB-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,320 qram, 0,334 qram, 0,680 qram, ümumi təmiz çəkisi 1,334 qram narkotik vasitə heroin və bununla bağlı həmin gün yaşadığı Qaraçuxur qəsəbəsi ev 15 ünvana baxış keçirilən zaman, mənzildə olan soyuducunun altından iki ədəd bükümdə ayrı- ayrılıqda 0,125 qram və 32,237 qram, ümumi təmiz çəkisi 32,362 qram, üzərində aşkar olunmuş narkotik vasitə ilə birlikdə ümumilikdə külli miqdarda 33,696 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 34,473 qram psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anasını ziyarət üçün getdiyi qəbiristanlıqdan qayıdarkən, yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar onu bölməyə aparmışlar. Cibini yoxlamışlar və cibindən 3 ədəd büküm aşkar edilmişdir. Həmin bükümləri almadığını, qaraçuxurda yolun qırağında, binanın altında tapdığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra evinə getmişlər. Evinə narkotik vasitə yerləşdirmişlər. O da təzyiqlər altında məcbur qalıb evinə yerləşdirdikləri narkotik vasitənin onun olduğunu bildirmişdir. 3-4 ay imiş ki, narkotik vasitədən istifadə edirmiş. Axrıncı dəfə saxlanıldığı gün narkotik vasitədən istifadə etmişdir, narkotik vasitəni həmişə tapmırmış, internet vasitəsilə alırmış, karta pul köçürərək əldə edirmiş. Narkotikdən istifadə etməyində peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 fevral 2022-ci ildə Əsgər adlı şəxsin Qaraçuxur qəsəbəsində üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu əməliyyat məlumatını bölmə rəhbərliyinə məruzə etmiş, o və digər əməkdaş Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saat 16 radələrində Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsinə getmişlər. Əbdüləzizov Əsgəri saxlayıb, ona özlərini təqdim edib, onu 32-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə Əbdüləzizov Əsgərin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Əsgər Əbdüləzizov əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd selofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə heroin var. Bundan sonra Əbdüləzizov Əsgər yaşadığı evə baxış keçirilmiş və evin həyətində yardımçı otaqda narkotik vasitə və tərəzi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Əsgər onun 15 illik ərirdir, Əsgərlə evlənəndə o, narkotik vasitə istifadəçisi imiş, ona qoşulub qaçmışdır. Nə qədər müalicə etdirsələr də, Əsgər bu aludəçilikdən yaxa qurtara bilmirmiş. Onun ağrıları olurmuş, qusurmuş, Əsgərin atasına yalvarırmış ki, Əsgərə narkotik vasitə ala bilməsi üçün pul versin. O, 22 il idi ki, Azərişıqda işləyirmiş. 2021-ci ilin dekabr ayının 30-u tarixdə səhər saat 11-də mülki geyimli polis əməkdaşı evin hasarından tullanaraq həyətə daxil olmuşdur. Həmin vaxt Əsgər işdə imiş. O həmin şəxsdən kim olduğunu və hansı səbəbdən evə bu formada daxil olduğunu soruşduqda həmin şəxs sanki illərdir evi tanıyan biri kimi qapını arxadan açmışdır və bu vaxt 10 nəfər mülki geyimli polis əməkdaşı həyətə daxil olmuşdur, onlardan nə baş verdiyini soruşduqda cinayət hadisəsinin baş verdiyini və cinayətkarın bu evi onlara göstərdiyini bildirmişlər. Uşaqları qorxu hissi keçirmişdir, qızına qışqıraraq telefonu gətirməyi üçün səsləmiş, telefonla həmin polis əməkdaşlarını videoya çəkəcəkmiş. Qanun var, qayda var, cinayət olub-olmamasından asılı olmayaraq onlar bu formada evinə daxil ola bilməzlər. Onlar görmüşlər ki, o telefonla onları videoya çəkəcək, çıxıb getmişlər. Bundan sonra ərinə zəng edib polis əməkdaşlarının evinə gəldiyini deyib nə etdiyini soruşmuşdur. Əsgər isə telefonda and içərək heç nə etmədiyini demişdir. Bu vaxt polis əməkdaşlarının bir-birinə “Kərəmin evinə getməliydik, biz bura gəldik” dediklərini eşitmişdir. Polis əməkdaşları qaçıb getmişlər. Bundan sonra yanvar ayının 4-ü tarixdə gecə saat 2 radələrində polis əməkdaşları yatdıqları vaxt evin yataq otağına daxil olmuşlar. Əsgəri otaqdan çıxarıb əlinə və ayağına qandal vurmuşlar və ona “Səndə mal var, ver bizə” demişlər. Polis əməkdaşlarına bu hərəkətlərinin qanunsuz olduğunu və buna görə də İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Onları evindən qovmuş və polis əməkdaşları çıxıb getmişlər. Əsgərə həmişə izləmədə olduğunu, o tutularsa, 3 uşaqla və bankda 4.000 manat adına kreditlə yiyəsiz qalacağını bildirirmiş və ona evdən çıxmamağını xahiş edirmiş. Lakin Əsgər narkotik vasitədən istifadə etmək üçün ona mal lazım olduğundan artıq dözə bilmirmiş. Fevral ayının 19-u tarixdə Əsgər evdən çıxmış, o da qapını arxadan bağlamışdır. Bundan yarım saat sonra qapı döyülmüş, qızı qapını açmış, polis əməkdaşları gəlmişdir. O qapıya yaxınlaşmış və görmüşdür ki, Əsgərin hər iki əli qandallı şəkildə polis əməkdaşları onu gətirmişlər. Polis əməkdaşları Əsgəri balaca otağa salmışlar. Əsgəri 8 nəfər polis əməkdaşı avtomobildə döymüşdür. Əsgər demişdir ki, evində narkotik vasitə olmadığından arxayın olduğu üçün polis əməkdaşlarını evə gətirmişdir. Polis əməkdaşları evi alt-üst edib axtarmışlar. Əsgərin işi üzrə şahid olan oğlanlardan bir nəfər evində köhnə soyuducunun altından iki ədəd limon duzuna bənzər bükümü göstərib tapdığını bildirmiş və rəislərini çağırmışdır. O onlara Əsgərin narkotik vasitə istifadəçisi olduğunu, onun övladlarının olduğunu, ona iki günlük dünyada yaşamaq üçün icazə vermələrini, Əsgəri mülaicə etdirib sağaldacağını bildirmişdir. Bundan sonra Əsgəri şöbəyə aparmışlar. Qaynatasına zəng etmiş və baş verənlər barədə ona məlumat vermişdir. Qaynatası şöbəyə gedib və ona artıq gec olduğunu, Əsgəri istintaqa təhvil verəcəkləri deyilib. Əsgərlə görüşü zamanı o ondan evdən çıxan şeyin nə olduğunu soruşduqda, onların nə olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və evində narkotik vasitənin aşkar edilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 19 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X13 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-cu polis şöbəsinə gətirilmiş X5 üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd selofan bükümü çıxarıb təqdim edərək, içərisində narkotik vasitəyə bənzər maddə kütlə aşkar olunmuşdur. Əsgər Əbdüləzizov bildirmişdir ki, həmin narkotik maddələri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Dəniz» şadləq evinin arxasında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Əsgər Əbdüləzizov təqdim etdiyi, 3 bükümdə olan həmin maddələr kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Əsgər Əbdüləzizov həmçinin bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə saxlayır. Cinayət işində olan Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqqiatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən baxış və götürmə aparılması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Əsgər Əbdüləzizovun yaşadığı Qaraçuxur qəsəbəsi E.Bəkirli küçsəsi 15 saylı ünvana baxış keçirilmiş, həmin həyətdəki yardımçı otağa baxış keçirildikdə otaqda olan ağ rəngli soyuducunun altından 1 ədəd selofana bükülmüş kristal şəkilli kütlə, 1 ədəd selofana bükülmüş qəhvəyi rəngli kütlə, 1 ədəd kağıza bükülmüş qəhvəyi rəngli kütlələr və gümüşü rəngli bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan X5 üzərinə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında xidməti otaqda və onun yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən iki ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, 1-ci diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 19 fevral 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin inzibati binasının xidməti otağında X9 üzərinə baxış keçirilir. Əsgər Əbdüləzizova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu əynində olan qar rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd sellofanlara bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasətəyə bənzər maddəni çıxarıb təqdim edir. Əsgər Əbdüləzizov bildirir ki, həmin maddələr narkotik maddələri Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yerləşən «Dəniz» şadlıq evinin arxa hissəsindən tapmışdır. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıbSuraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülür. Əsgər Əbdüləzizov həmçinin bildirir ki, yaşadığı evdə də narkotik vasitələr saxlayır. Bundan sonra 2-ci diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 19 fevral 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin İştirakı ilə birlikdə Əsgər Əbdüləzizovun yaşadığı Qaraçuxur qəsəbəsi E.Bəkirli küçsəsi 15 saylı ünvana baxış keçirilir. Həmin həyətdəki yardımçı otağa baxış keçirildikdə otaqda olan ağ rəngli soyuducunun altından 1 ədəd selofana bükülmüş kristal şəkilli kütləni, 1 ədəd selofana bükülmüş qəhvəyi rəngli kütlə, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim edir, aşkar edilmiş bükümlər qablaşdırılıb götürülür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2022-ci il tarixli 6/1057 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Şübhəli şəxs Ə.Əbdüləzizov” sözləri, soyad və imzalar qeyd olunmuş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ıyrılıqda təmiz çəkiləri 0,320 qram, 0,334 qram, 0,680 qram ümumi təmiz çəkisi 1,334 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.-üzərində “Şübhəli şəxs Ə.Əbdüləzizov” sözləri, soyad və imzalar qeyd olunmuş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,125 qram, 32,237 qram ümumi təmiz çəkisi 32,362 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 34,473 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 5 ədəd bükümdə heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 33,696 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq: 33,496 qram, Metamfetaminin ümumi təmiz çəkisi: 34,473 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 34,423 qram.(ekpertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2022-ci il tarixli 1698 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı X6 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, X9 xx.xx.2007-ci ildə anadan olmuş X4, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2012-ci ildə anadan olmuş X12 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 19 fevral 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X9 özünü qismən təqsirli bilməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq 33,496 qram heroin, qalıq 34,423 qram metamfetamin, bir ədəd elektron tərəzi, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, X7 ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə və şübhəli şəxsin evinə baxış və götürmə aparılmasının videoçəkilişini əks etdirilmiş 2 ədəd “DVD- R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 fevral 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən X9 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X7 ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan qalıq 33,496 qram heroin, qalıqq 34,423 qram metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə və şübhəli şəxsin evinə baxış və götürmə aparılmasının videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar