Məhkəmə qərarları › İş №1(101)-1317/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1317/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1317/2023 18.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,855 qram çəkidə psixotrop maddə metamfetamin və 1,324 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, 20 oktyabr 2022ci il tarixdə Binəqədi rayon polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin tarixdə saat 05:30-dəqqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə gətirilib orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 03 bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,404 qram, 0,349 qram, 0,102 qram olmaqla ümumi təmiz çəkisi 0,855 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,209 qram, 0,702 qram, 0,413 qram olmaqla ümumi təmiz çəkisi 1,324 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və əynində olan gödəkcənin cibindən narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8,087 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 24,230 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 05 dekabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:20-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə 8,087 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə 24,230 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir. Onu 2022-ci ilin oktyabr ayında Binəqədi RPİ-nin əməkdaşları saxlamışlar. Üzərindən 1.5 qram metamfetamin və 0.8 qram heroin aşkar olunmuşdur. O, iki gün polis bölməsində qaldıqdan sonra azadlığa buraxılmışdır. Bundan iki ay keçdikdən sonra,yəni 5 dekabr 2022-ci il tarixində ona bank kartımın limitinin bitdiyi ilə əlaqədar zəng gəlmişdir. O da kartını götürmək üçün kuryerlə görüşmüşdür. Həmin gün üzərində 2 qram metamfetamin, 7 qram heroin olmuşdur. Polis əməkdaşları onu saxlamışlar, üzərinə video çəkilişlə axtarış həyata keçirmişlər və həmin metafetamin və heroin ondan aşkar olunub götürülmüşdür. Bundan əlavə onda narkotik vasitə və heroin olmamışdır. İttiham aktında isə bunları çox göstəriblər, lakin onun üstündə ittiham akında yazılan miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmamışdır. Son üç ildə onun ailə həyatında çox itkilər olmuşur. Həm anası, həm atası, həm övladı, həm də böyük qardaşı vəfat etdiyinə görə o, narkotik vasitə istifadəsində özünə təsəlli tapmışdır. Özünü narkotik vasitə istifadəsində təqsirli hesab etsə də narkotik vasitənin satışı ilə məşğul olmaqda təqsirli bilmir. Ona ibtidai istintaq zamanı polis bölməsində təzyiq göstərdiklərinə görə ittiham aktında yazılanları qəbul etmişdir.Üzərində olan bank kartları özünə məxsus olmuşdur. Elektron tərəzi özünə məxsus olmuş və elektron tərəzidən narkotik vasitə alanda miqdarını ölçmək üçün istifadə etmişdir. Üzərindəki narkotik vasitələr bükümlər halında olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ilkin ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, ruhi və əsəb xətəlikləri keçirtməmiş, bununla əlaqədar heç bir yerdə müalicə almamış və qeydiyyatda deyil. Təxminən uzun müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər ailə münaqişəsinə görə məhkum olunmuşdur. Bakı şəhəri ərazisində tez tez yaşayış yerlərini dəyişir, daimi yaşayış yeri yoxdur. Narkotiki istifadə etdiyi zamandan müxtəlif tanımadığı şəxslərdən narkotiklər əldə edib istifadə edir. Əsasən istifadə etdiyi heroin və metafetamindir. 3-4 ay öncə bir tanımadığı nömrədən vvhatsapına zəng gəlmişdir. Zəng edən şəxs özünü Tohid adı ilə təqdim edərək əslən İranlı olduğunu bildirib ona təklif etmişdir ki, ucuz qiymətə narkotik satsın ona və o, onunla razılaşmışdır. Həmin zamandan həmin şəxsin ona təqdim etdiyi bank kartının hesabına pul köçürür və həmin şəxs ona şəhərin müxtəlif yerlərinə yönəldərək küçələrdə yerləşən narkotiklərin fotoşəkillərini göndərir və o, həmin narkotiklərin olduğu yerləri taparaq onları götürüb istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Tohidin bank kartının hesabına 50 manat pul köçürmüş və Tohid onu Həzi Aslanov metrosunun yanına yönəltmiş və o, orada küçədən 7 ədəd büküm götürüb üzərində saxlamışdır. Qeyd etmək istəyir ki, o, hər dəfə narkotik vasitələri əldə edən zaman onları üzərində saxladığı elekton tərəzi ilə miqdarını ölçür. Həmin bükümlərdən 4 metafetamin 3 isə heroin olmuşdur. O, metafetaminin birini istifadə edib qalanlarım üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 5 radələrində Nərimanov rayonunda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu 7-ci PB-nə dəvət etmişlər. PB-də olan zaman o, könüllü olaraq elektron tərəzi və üzərində saxladığı digər narkotik vasitələri təqdim etmişdir. Bundan başqa, 05 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7A ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları 19-cu PŞ-yə gəlmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən l(bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən l(bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 3 (üç) manat pul, 2 (iki) ədəd üzərilərində 5404 0852 3834 6854 və 4098 5844 7193 3703 nömrələri olan plastik bank kartları və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 14 (on dörd) qram, metamfetaminin çəkisi 27 (iyirmi yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Huawei” markalı mobil telefon, 2 (iki) ədəd bank kartları və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 3 (üç) manat pul isə özünə geri qaytarılmışdır. Onun üzərindən aşkar olunmuş kütlələr özünə məxsus olmuş, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tofiq” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində l(bir) gün əvvəl istifadə etmək məqsədi ilə 250 (iki yüz əlli) manata əldə etmişdir, “Tofiq” adlı şəxsi 1 (bir) ay olar ki, tanıyır, əvvəllər də həmin şəxsdən narkotik vasitə götürmüşdür, başqa heç yerdə narkotik maddə saxlamır, verilən sualları tam başa düşür, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman və izahat verən zaman həyəcanlı olmuş, həmçinin polis şöbəsində polis əməkdaşlarının təzyiqinə məruz qalmış və buna görə üzərimdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satmaq üçün əldə etdiyini bildirmişdir. Əslində həmin maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni və psixotrop maddəni əldə etdikdən sonra onlardan istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansısa bir zor tətbiq edilməmişdir. «Tofıq» adlı şəxsdən əvvəllər də narkotik vasitə və psixotrop maddə almışdır. «Tofiq» adlı şəxsin anket məlumatı barədə hansısa məlumatı yoxdur. Həmin şəxsi heç vaxt görməmişdir. Bildiyinə görə həmin şəxs İran vətəndaşıdır və onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. «Tofiq» adlı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır. Bank kartları ona məxsusdur, onları özü üçün istifadə etmişdir. Şahid3 ifadələrində Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyiyni bildirib göstərdi ki, ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 19 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Məlumatın yoxlanılması ilə bağlı həmin tarixdə əməliyyat-axtarış tədbiri həyata keçirildi. Tədbir zamanı əməliyyat qrupunun üzvləri ilə əldə etdiyi məlumat əsasında Elman həmin tarixdə də saat 05:30 dəqiqə radələrində ünvan 7 ünvanın qarşısında müəyyən edib onu Binəqədi RPİ-nin 7-ci polis böməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarın cibindən 06 ədəd büküm narkotik vasitəni təqdim etdi. Bu barədə protokol tərtib olundu.İştirakçılar da protokolu imza etdilər. Elmana hər hansı bir təsir və təzyiq olunmayıb. Məlumat Elmanın narkotik vasitələrin satışı və istifadə etməsi barəsində idi. Təqsirləndirilən şəxsin özü də bunu təsdiq etmişdir. Elmanı saxlayanda yanında heç kim yox idi. O, Təqsirləndirilən şəxs böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və bölmənin sahə rəisi Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə əldə etdikləri məlumat əsasında saat 05:30 radələrində ünvan 9 ünvanın qarşısında özlərinə mövqe seçib gözləməyə başlamışlar. Həmin ünvanda Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, onu Binəqədi RPİnin 7-ci polis böməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd Huawei markalı mobil telefonu, həmin cibindən elektron tərəzi, açar, şalvarın arxa sol yan cibindən 1 ədəd 50 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları, şalvarın arxa cibindən əl dəsmalı, gödəkcəsinin yan cibindən alışqan, qara rəngli şalvarın qabaq sağ yan cibindən 06 ədəd bükümü çıxarıb təqdim etdi və narkotik vasitələri əldə edən zaman miqdarını həmin tərəzi ilə ölçmək üçün üzərində saxladığını, 06 ədəd bükümün isə narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nə olması soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin və metafetamin olduğunu, həmin vasitəni bir neçə müddət öncə tanımadığı İran əsilli şəxsdən əldən etdiyini və şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırıldı. Sonra protokol tərtib olundu və bütün iştirakçılar həmin protokola imza etdilər. Şahid4 ifadələrində göstərdi ki, ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 19 oktyabr 2022-ci il tarixdə o, xidmətdə olarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumatın yoxlamaq məqsədi ilə həmin tarixdə saat 05:30 radələrində ünvan 7 ünvanın qarşısında Elmanı müəyyən edib onu Binəqədi RPİ-nin 7-ci polis böməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarın cibindən 06 ədəd büküm narkotik vasitəni çıxarıb təqdim etdi. Elmana polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs özü şalvarın cibindən 06 ədəd büküm narkotik vasitəni təqdim etdi. O, təqsiləndirilən şəxsə böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib göstərdi ki, ona təqsirləndiirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 05 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və idarənin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə əldə etdikləri məlumat əsasında saat 17:20 radələrində ünvan 11 ünvanın qarşısında mövqe seçib gözlərkən Təqsirləndirilən şəxs müəyyən edib ona ə barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmişlələr. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Axtarış zamanı ona üzərində narkotik vasitə olub-olmaması sorğu olunb olduğu təqdirdə təqdim etmək təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs oğlu şalvarının cibindən bir bükümdə heroin və bir bükümdə psixotrop maddə olan metamfetamin çıxarıb masanın üzərinə qoydu. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirildi, bir mobil telefon, az miqdarda pul iki ədəd plastik bank kartları və onun şəxsiyyət vəsiqəsi aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi. Heroinə bənzər kütlənin çəkisi 14 (on dörd) qram, metamfetaminə bənzər kütlənin çəkisi 27 (iyirmi yeddi) qram oldu. Aşkar olunmuş həmin kütlələr qablaşdırıldı və möhürləndi. Mobil telefon, iki ədəd bank kartları və Elmanın şəxsiyyət vəsiqəsi götürülü. Elman narkotik vasitələri İran vətəndaşından aldığını bildirdi. Narkotik vasitə heroin, psixotrop maddə isə metamfetamin idi. Elman nakotik vasitəni və metamfetamini satış məqsədilə əldə etdiyini dedi. Elmana heç bir fiziki və psixi təzyiq göstərilməyib. Əməliyyatda iki nəfər iştirak edib. Elman saxlanılıb 19-cu PB-nə aparılıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibidai istintaq zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili xidmət etdiyini bildirib göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və idarənin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə əldə etdikləri məlumat əsasında saat 17:20 radələrində ünvan 11 ünvanın qarşısında özlərinə mövqe seçib gözləməyə başlamışlar. Həmin ünvanda Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması baş idarənin təhqiqatçısına həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroinə və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən l(bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 3(üç) manat pul, 2(iki) ədəd üzərlərində 5404 0852 3834 6854 və 4098 5844 7193 3703 nömrələri olan plastik bank kartları və l(bir) özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi 14(on dörd) qram, metamfetaminə bənzər kütlənin çəkisi 27(iyirmi yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Huawei” markalı mobil telefon, 2 ədəd bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülərək qablaşdırılmış, 3 manat pul isə şübhəli şəxsin özünə geri qaytarılmışdır. Şahid1 Zakir oğlu Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifsində xidmt etdiyiyni bildirib Şahid2 Təqsirləndirilən şəxs üzərindən 5 dekabr 2022-ci il tarixdə küllü miqdarda narkotik vasitə heroin və külli miqdarda metamfetaminin aşkar olunması təsvir edən ifadələrini və həmin ifadələrdə ittihamı sübut edən halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” 20 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azadlığı faktiki məhdudlaşdırılmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun əynindəki olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd elektron tərəzi, əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 03 ədəd bükümdə narkotik vasitə heroinə və 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd mobil telefon, 01 ədəd elektron tərəzi, 01 ədəd açar aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 6\6086 nömrəli rəyindən görünün ki, tədqiqata təqdim edilmiş üzərində «Təhvil verdi...Təqsirləndirilən şəxs..» və sair yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,404 qram, 0,349 qram, 0,102 qram, ümumi təmiz çəkisi 0,855 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,209 qram, 0,702 qram, 0,413 qram, ümumi təmiz çəkisi 1,324 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində «Qablaşdırdı...Z.Qüdrətov...» və sair yazılar, imzalar olan zərfdə 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində heroinin izləri müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götrümə aparılması haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroinə və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 2 ədəd üzərlərində 5404 0852 3834 6854 və 4098 5844 7193 3703 nömrələri olan plastik bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 6\6902 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «zərbaycan Respublikası DİN Zərflər üçün N°7» dairəvi möhür əksi və «... Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr, şübhəli şəxs: E. Allah verdiyev-imza, Müdafıəçi-imza: Qablaşdırdı: təhq. Y.Vahabov-imza..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,087 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 24,230 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 1574 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin «Tofıq» adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirir, bununla bağlı dəfələrlə əməliyyat məlumatları əldə olunmuş və məhz sonuncu dəfə daxil olmuş qərəzsiz məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılış, cinayət işinin materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,204 və 7,987 qram heroin, 0,735 və 24,130 qram psixotrop maddə olan metamfetaminin, 01 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmənin videogörüntüsünü əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadələrində onu 2022-ci ilin oktyabr ayında Binəqədi RPİ-nin əməkdaşları saxlayarkən onun üzərindən 1.5 qram metamfetamin və 0.8 qram heroin aşkar olunduğunu, iki gün polis bölməsində qaldıqdan sonra onu azadlığa buraxıldığını, iki ay keçdikdən sonra,yəni 5 dekabr 2022-ci il tarixdə saxlanılarkən onun üzərində 02 qram metamfetamin, 07 qram heroin olduğunu, onun üstündə ittiham akında yazılan miqdarda narkotik vasitə və metamfetamin olmadığını, ona ibtidai istintaq zamanı polis bölməsində təzyiq göstərdiklərinə görə ittiham aktında yazılanları qəbul etdiyini göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiaları müzakirə olunarkən öz təsdiqini tapmadı. Çünki onun bu iddiaları özünün həm ibtidai istintaq zamanı, həm məhkəmə baxışı verdiyi ifadələri, şahid ifadələri, aşkar olumuş narkotik vasitə və metamfetaminlərin eyni tərkibli olmasını təsdiq edən ekspert rəyləri, iş üzrə tanınmış maddi sübutlarla, işin fakitiki halları ilə təkzib olundu. Bu səbəbdən də Təqsirləndirilən şəxs bu iddialarını ifadə verməkdə sərbəst olmaq hüququndan istifadə edib şəxsi maraqlarına uyğun yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən və anlaqlı şəkildə törədildiyinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsnnun törətdiyi cinayət əməlləri barəsində ibtidai istintaq zamanı işin faktiki hallarına uyğun ifadələr verməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sankasiyasında nəzərdə tutulmuş hüdüdlarında azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmək qənaətinə gəldiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə azad edilmişdir. 05 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 07 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, cəza təyin edərəkən həmin halı nəzərə alır və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin və onun həbsdə olduğu müddətin ona təyin olunacaq cəza müddətinə daxil olmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 202 (iki yüz iki) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Mərkəz” Vəkil bürosunun vəkili X5 tərəfindən 80 (səksən) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 480 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxsi müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunmasını, məhkəmə ekspertizasının keçirilməsinəödənilən 202 (iki yüz iki) manatın ondan tutulub dövlət büdəcsinə qaytarılmasını əsəaslı sayırp. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 1,204 və 7,987 qram heroin və ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 0,735 və 24,130 qram psixotrop maddə olan metamfetaminin və 01 ədəd elektron tərəzinin hökm qanuni qüvvəsini aldıqdan sonra sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmənin videogörüntüsünü əks etdirən 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmək qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 6263 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını, onun cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı ) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismndə tutullduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onunn tərəfinfən çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının qalıq müddəti 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 202 (iki yüz iki) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunsun, ondan 202 (iki yüz iki) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 1,204 və 7,987 qram heroin və ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 0,735 və 24,130 qram psixotrop maddə olan metamfetaminin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış və götürmənin videogörüntüsünü əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar