Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1318/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, 06 mart 2021-ci il tarixdə isə barəsində “həbs” qismində qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 03 mart 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Ceyhun adlı istintaqa məlum olmayan mənbədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 15 manat ödənişlə psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 04 mart 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi, E.Həsənov küçəsində olan məscidin qarşısında saxlanılıb ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən qara rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,183 qram, 1,386 qram, ümumi təmiz çəkisi 1,569 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə 0,033 qram, 2,922 qram, ümumi təmiz çəkisi 2,955 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin gödəkçəsinin iç cibindən isə bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 sentyabr 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib azadlığa buraxıldıqdan sonra müxtəlif işlərlə məşğul olmuşdur. Təxminən bir il müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə qəbul edir. Belə ki, o, narkotik vasitə aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə istifadə etmişdir ki, ağrıların qarşısını alsın. Bəzən isə narkotik vasitə heroin tapmadıqda metafetamindən istifadə etmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və hər hansı bir xəstəxanada qeydiyyatda deyildir. Narkotik vasitəni Suraxanı rayonu ərazisində tanıdığı Ceyhun adlı şəxsdən pulla almışdır. 03 mart 2021-ci il tarixdə narkotik vasitə almaq üçün yaşadığı mənzildən çıxaraq qəsəbənin ərazisində piyada gəzməyə başlamışdır. Axşam saatlarında küçədə Ceyhun ilə görüşmüş və onunla heç kəsin olmadığı əraziyə çəkilib söhbət etmişlər. O, Ceyhundan istifadə etmək üçün narkotik vasitə istifadə etmişdir. Ceyhun da cibindən 4 ədəd büküm çıxarıb ona vermişdir. Həmin bükümlərin ikisi narkotik vasitə heroin, ikisi isə metamfetamin olmuşdur. O, bükümləri açıb içərisinə baxmış və cibinə qoymuşdur. Ceyhuna narkotik maddələr üçün ümumilikdə 15 manat pul vermişdir. Ceyhun ilkin olaraq pulun az olduğunu demiş, lakin başqa pulu olmadığı üçün Ceyhun axırda razılaşmışdır. O, narkotik vasitəni aldıqdan sonra oradan uzaqlaşmışdır. Axşam saatlarında yaşadığı evin yaxınlığında narkotik vasitə heroinin bir qismini istifadə etmişdir. Sonra yaşadığı evə gəlib gecəni evdə yatmışdır. 04 mart 2021-ci il tarixdə səhər satlarında yuxudan oyanıb evdən çölə çıxmışdır. Narkotik vasitələr də üzərində olmuşdur. O, narkotik vasitə metamfetaminin bir qismini istifadə etmiş, sonra isə Bülbülə qəsəbəsində olan məscidin qarşısına gəlmişdir. Məscidin qarşısına çatdıqda tanışı Məhəmməd adlı şəxsi görmüş və onunla görüşmüşdür. Söhbət edərək yaxınlıqdan keçən taksi avtomobilini saxlatmışlar və avtomobilə əyləşmişlər. Onlar yaşadığı evə getmişlər. Avtomobil hərəkət etməmiş bir neçə nəfər şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ondan və Məhəmməddən özlərini təqdim etməyi xahiş etmişlər. Onlar da özlərini təqdim etmişlər. Polis əməkdaşları ona və Məhəmmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Suraxanı RPİ-nə dəvət etmişlər. Lakin Məhəmməd onlarla birlikdə getmək istəməyib avtomobildən düşüb qaçmış, lakin ayaqları ilişərək müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Polis əməkdaşları ona kömək edib yerdən qaldırmışlar. O, isə heç bir etiraz etməyərək polis əməkdaşları ilə razılaşmışdır. Məhəmmədin isə nə səbəbə görə qaçmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişlər. Polis idarəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkılişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən qara rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd kibrit qutusunu çıxarmışdır. Həmin kibrit qutusunun içərisindən 04 ədəd bükümü və bir ədəd kartondan olan borucuğu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Gödəkçəsinin sol yan cibindən narkotik vasitəni istifadə etmək üçün şüşədən olan aparat, gödəkçəsinin iç cibindən isə bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ona bükümlərin içərisində nə olmasını və haradan əldə etməyini soruşmuş, o, isə bükümlərdə olan maddələrin narkotik vasitə heroin və metamfetamin olduğunu, narkotik vasitələri 03 mart 2021-ci il tarixdə Bülbülə qəsəbəsində Ceyhun adlı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç bir aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra o, yaşadığı mənzilə baxış keçirilməsi üçün ərizə ilə müraciət etmiş və həmin günü polis əməkdaşları ilə birlıikdə yaşadığı mənzilə gəlmişlər. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkılişdən istifadə olunmaqla yaşadığı mənzilə baxış keçirilmiş lakin evdən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni hər hansı bir şəxsə satmaq və ya vermək niyyəti ilə əldə etməmiş, yalnız özü istifadə etmək üçün əldə etmişdir. Həmin narkotik vasitə heroini və psixotrop maddəni metamfetamini tanıdığı Ceyhun adlı şəxsdən 03 mart 2021-ci il tarixdə axşam saat təxminən 20 radələrində Bülbülə qəsəbəsində 15 manata almışdır. Həmin narkotik vasitədən və psixotrop maddədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış və əkməmişdir. Üzərində narkotik vasitə və psixotrop maddə olmağı və saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitə və psixotrop maddə aldığı şəxs haqqında heç bir məlumata sahib olmamış, həmin şəxsdən narkotik vasitə alsa da onun yalnız adının Ceyhun olmasını bilmiş, onu üzdən tanımış, həmin şəxsin nömrəsini, soyadını, atasının adını, harada yaşamasını və hazırda harada olmasını bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən aldığı gün, metamfetamindən isə səhəri gün istifadə etmişdir. Üzərindən aşkar olunmuş bir ədəd karton borucuq, bir ədəd şüşədən olan aparat və bir ədəd elektron tərəzi özünə məxsus olmuşdur. O, karton borucuq və şüşədən olan aparat ilə narkotik vasitə istifadə etmişdir. Borucuğu özü düzəltmiş, aparatı isə haradan almağını xatırlamamışdır. Tərəzini isə Pərviz adlı tanışından almışdır. O, tərəzi ilə narkotik vasitə çəkmiş, belə ki, özü narkotik vasitə istifadə edərkən səhhətinə ziyan olmaması üçün miqdarını müəyyən edə bilməsinə görə tərəzidən istifadə etmişdir. Pərviz adlı şəxsin yalnız adını bilmiş, onun haqqında başqa heç bir məlumata sahib olmamış, həmin şəxsdən narkotik vasitə almamış, onun nə işlə məşğul olmasını, narkotik vasitə istifadə edib etməməsini, narkotik vasitə satıb-satmamasını, harada yaşamasını, nömrəsini, soyadını, atasının adını və hazırda harada olmasını bilməmişdir. Həmin şəxsin ona verdiyi həmin tərəzini haradan və nə üçün əldə etdiyini bilməmişdir. O, tərəzini Pərvizdən alsa da, tərəzi ilə narkotik vasitə çəkəcəyini Pərvizə deməmişdir. X3 üzərində narkotik vasitə olmasını bilməmiş, sonuncunun onun üzərində narkotik vasitə olması barədə də məlumat olmamışdır. Məhəmmədə narkotik vasitə satmamış və ya verməmiş, onunla birlikdə narkotik vasitə əldə etməmiş və istifadə etməmişdir. Onların arasında ümumiyyətlə narkotik vasitə barədə danışıqlar olmamışdır. Onun narkotik vasitələri satmaq məqsədi olmayıb, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikası DİN-də, 2017-ci ildən isə Suraxanı RPİ-nin NMBnin əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və X3 narkotik maddələrin qanunsuz saxlanılması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən Məscidin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və X4 bənzəyən iki nəfər şəxsin Mercedes Benz C markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olduğunu görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onlardan özlərini təqdim etməsini istəmişlər. Həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və X5, avtomobilin sürücüsü isə özünü X6 təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs və Məhəmməd Mütəllimzadəyə narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPİ-nə dəvət etmişlər. Bu zaman onlardan biri yəni avtomobilin ön sərnişin oturacağında əyləşən Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçmaq istəmiş, lakin onun ayağı büdrədiyi üçün yerə yıxılmış və xəsarət almışdır. Onları Suraxanı RPİ-nə gətirmişlər. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən üzərində “Sobranie” yazılı siqaret qutusunu içərisindəki kibrit qutusunun içindən 4 ədəd büküm və kartondan olan borucuq, həmin qolsuz gödəkçəsinin sol yan cibindən şüşədən olan aparat, bu gödəkçəsinin iç cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanınan narkotik maddə olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddələri 03 mart 2021-ci il tarixdə təxminən saat 20 radələrində Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində üzdən tanıdığı, lakin ünvanını bilmədiyi Ceyhun adlı şəxsdən 15 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını, bir ədəd elektron tərəzini isə Pərviz adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər və elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra X3 hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə əvvəlcə onun üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə X2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Məhəmməd Mütəllimzadə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “Sobranie” yazılı siqaret qutusunu içərisindəki bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Məhəmməd Mütəllimzadə həmin bükümün içərisində heroin kimi tanınan narkotik maddə olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddəni 03 mart 2021-ci il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və iinvanmı bilmədiyi şəxsdən öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm götürülərək qablaşdırılmışdır. Sonra isə X3 üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icazə aldıqdan sonra və onun bu barədə ərizəsi alındıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evdən qanunsuz və eləcə də, saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilən hər hansı bir əşya və ya predmet, eləcə də, hər hansı bir maddə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs və X1 və Suraxanı RPİdə olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 29-30-cu vərəqlərində olan 04 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən üzərində “Sobranie” yazılı siqaret qutusunu içərisindəki kibrit qutusunun içindən 4 ədəd büküm və kartondan olan borucuq, həmin qolsuz gödəkçəsinin sol yan cibindən şüşədən olan aparat, bu godəkçəsinin iç cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 144-cü vərəqində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 61-ci vərəqində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 62-67-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/904 saylı 05 mart 2021-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №145" dairəvi möhür əksi olan soya və imzalar qeyd edilmiş iki zərfdə olan: Üzərində “Təqsirləndirilən şəxs üzərindən ..." sözləri, soyad və imzalar qeyd edilmiş “Sobranie" yazısı olan siqaret qutusunda bir ədəd kibrit qutusunda iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,183 qram, 1,386 qram ümumi təmiz çəkisi 1,569 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,033 qram, 2,922 qram ümumi təmiz çəkisi 2,955 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsaəsn metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri'-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsaəsn metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bir manatlıq əskinazda və bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 139-140-cı vərəqlərində olan iş üzrə təyin edilmiş ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1719 saylı 03 iyun 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 169-189-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 2,955 qram narkotik vasitə heroin və 1,569 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına 0,055 qram sərf edildikdən sonra qalıq 2,900 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 1,469 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlundan qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin aşkar edilməsini, eləcə də psixotrop maddə metafetaminin və elektron tərəzinin aşkar edilməsini, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-22, 104-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 04 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-160-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 02 il şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. CMnin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 04 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 1719 saylı 03 iyun 2021-ci il tarixli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 2,955 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,900 qram narkotik vasitə heroin və 1,569 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,469 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir.. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 04 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 2,955 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,900 qram narkotik vasitə heroin və 1,569 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,469 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov